Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-192/2025 03.02.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Saatlı rayonunun Otryadnoy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Qazanbatan kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 04 avqust 1965-ci il tarixdə Saatlı rayonunun Krasnoselski kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu, Qazanbatan kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı odlu silahı, 01 ədəd avtomatın komplekt hissəsi olan darağı və 05 ədəd 5,45x39 mm kalibrli ştat patronları əldə etmək və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmaq məqsədilə idarə etdiyi “Hyundai Elantra” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22 yanvar 2025-ci il tarixdə, saat 21 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxslə “WhatsApp” tətbiqi vasitəsilə məkan məlumatları əsasında əvvəlcədən razılaşdırılmış yerdən götürmək məqsədilə Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisinə gəlib təyin olunmuş yerdə avtomobildə gözləmiş, orada ümumi niyyətlərini bilavasitə həyata keçirmək üçün aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan şəxsin gizlətdiyi qara rəngli əl çantasını əldə edərək avtomobilin arxa oturacağının üzərinə qoyaraq orada saxlamış, həmin tarixdə saat 21:40-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu rayon Ərəbmehdibəy kəndi ərazisində Təqsirləndirilən şəxs2la birlikdə saxlanılıb, orada həmin tarixdə saat 22:00-da üzərinə, eləcə də idarə etdiyi “Hyundai Elantra” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa oturacağının üzərində olan əl çantasının içərisindən üzəri yapışqan lentlə sarınmış 03 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 970,0 qram, 1040,0 qram və 1070,0 qram olmaqla ümumi təmiz çəkisi 3080,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin əl çantasının içərisində üzəri yapışqan lentlə sarınmış 01 ədəd, nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamış, Kalaşnikov konstruksiyalı yivli odlu avtomat silahı, 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-74, AKS-74, AK-74M modelli avtomatların komplekt hissəsi hesab olunan daraq və 05 ədəd döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı odlu silahı, 01 ədəd avtomatın komplekt hissəsi olan darağı və 05 ədəd 5,45x39 mm kalibrili ştat patronları əldə etmək və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22 yanvar 2025-ci il tarixdə, saat 21 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxslə “WhatsApp” tətbiqi vasitəsilə məkan məlumatları əsasında əvvəlcədən razılaşdırılmış yerdən götürmək məqsədilə Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisinə gəlib, təyin olunmuş yerdə avtomobildən düşüb, orada ümumi niyyətlərini bilavasitə həyat keçirmək üçün aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 avtomobildə gözləyərkən o, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin gizlətdiyi qara rəngli əl çantasını taparaq əldə edib, avtomobilin arxa oturacağının üzərinə qoyaraq orada saxlamış, həmin tarixdə saat 21:40-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu rayon Ərəbmehdibəy kəndi ərazisində Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılıb, orada həmin tarixdə saat 22:00-da üzərinə, eləcə də sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa oturacağının üzərində olan əl çantasının içərisindən üzəri yapışqan lentlə sarınmış 03 ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 970,0 qram, 1040,0 qram və 1070,0 qram olmaqla ümumi təmiz çəkisi 3080,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin əl çantasının içərisində üzəri yapışqan lentlə sarınmış 01 ədəd, nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamış, Kalaşnikov konstruksiyalı yivli odlu avtomat silahı, 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-74, AKS-74, AK-74M modelli avtomatların komplekt hissəsi hesab olunan daraq və 05 ədəd döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, onun heç bir günahı yoxdur. O, dövlətin verdiyi torpaq sahəsində yer şumlatdırmaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 ondan torpağı neçəyə şumlatdırdığını soruşmuş, o da qiymətini demişdir. Təqsirləndirilən şəxs2 ondan Bakı şəhərinə gedib-getməyəcəyini soruşmuş, o da getməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona birlikdə İmişliyə getməyi təklif edərək pulunu verəcəyini bildirmiş, o da Mübarizin həmin təklifini qəbul etmişdir. İmişliyə gedərkən də belə bir hadisə baş vermişdir. O, İmişliyə nə üçün getdiklərini bilməmişdir. Yolda avtomobili saxlamış və Mübariz adam olmayan yerdə avtomobildən düşərək çantanı götürüb geri qayıtmışdır. Həmin vaxt o, Mübarizdən şübhələnmiş və ondan avtomobildən düşüb getməsini istəmişdir. Maşın parkı deyilən yerin qabağında avtomobili saxlamışdır ki, Mübariz avtomobildən düşsün. Həmin vaxt “Mercedes” markalı avtomobil onların avtomobilini yandan vurmuş və həmin an üç ədəd güllə atılmışdır. O, qorxmuş və elə zənn etmişdir ki, yəqin kiminsə evini yarıblar və ya kiminsə ailəsinə sataşıblar, buna görə onları öldürəcəklər. Buna görə avtomobili irəli sürmüş, amma qabaqda avtomobillərlə onların yolunun kəsildiyini görərək avtomobili saxlamışdır. Ona avtomobildən düşməyə macal verməyərək avtomobilin pəncərəsini sındırıb çıxartmışlar. Həmin vaxt telefonu cibindən düşmüşdür. Telefonunun sınmağından xəbəri belə olmamışdır. Ona həddindən artıq işgəncə vermişlər. Ona telefonunun sındığını bildirmişlər və telefonla danışanın onun özü olduğunu deməsini tələb etmişlər. Polis əməkdaşları belə deməyəcəyi halda onun ailəsini polis şöbəsinə gətirib onların başına oyun açacaqlarını deyərək onu o cür ifadə verməyə məcbur etmişlər, dəfələrlə videoçəkiliş edərək onların dedikləri sözləri videoçəkilişdə deməsini tələb etmişlər. Onun 62 yaşı var və o, bu günə kimi siqaret belə çəkməmişdir. Onların dediklərinə görə guya onun maddi vəziyyəti yaxşı olmamışdır. O, “Azərsun”un duz zavodunda müqavilə üzrə işləmiş, bundan başqa dövlətin ona verdiyi torpaq sahəsindən il ərzində 10-15 min manat qazanc əldə etmişdir O, kariyerasını zədələyib elə işlərlə məşğul ola bilməzdi, onun kiminsə puluna ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs2 ona İmişlidə işi olduğunu, onu həll edəcəyini bildirmişdir. Bundan başqa onun heç nədən xəbəri olmamışdır. Polis şöbəsində onlara təhqiredici ifadələr deyilmiş, onların dedikləri qaydada ifadə verməsələr ailələri ilə təhdid edilmişlər. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Dövlət ona Saatlı rayonunda torpaq sahəsi vermiş, amma o, heç ildə bir dəfə belə Saatlı rayonuna getməmişdir. Həmin əkin sahəsi yolun kənarında olmuş və o, həmin torpaqda pambıq əkdirmək istəmişdir. Sahəni şumlatdıran zaman o, traktorun yanında dayanmış və həmin vaxt Təqsirləndirilən şəxs2 piyada onun yanına gəlmişdir. O, narkotik vasitə ilə bağlı heç kimlə mobil telefonla əlaqə saxlamamışdır. O, tutulan vaxt 116 kiloqram olmuş və polis əməkdaşları onu pəncərədən çıxartdıqda telefon təbii ki, yerə düşüb sınmalı idi. Telefonun sınmağından onun xəbəri belə olmamış, polis əməkdaşları telefonun sındığını deyərək ona məxsus olub-olmadığını soruşmuşlar, o da həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. O, telefonu yerə vurub sındırmamışdır. Polis əməkdaşları avtomobilə baxış keçirdərək narkotik aşkar etmişlər. Həmin vaxt onları hədsiz dərəcədə çox döymüşlər. Onu təhdid etdikləri üçün ibtidai istintaq zamanı döyüldüyü barədə heç nə deməmişdir. Artıq döyülməkdən huşunu itirdiyi üçün onu kimin döydüyünü bilməmişdir. Döyülməkdən qulağının pərdəsi belə zədələnmişdir, hazırda yaxşı eşidə bilmir. Onları saxlayan əməkdaşlar polis formasında olmamışlar, heç polis avtomobili də olmamışdır. Polis əməkdaşları həmin çantadan silah aşkar edərək avtomat olduğunu bildirmişlər. Həmin çantada silah və ya avtomat olmasından onun xəbəri olmamışdır. Əvvəllər polislə heç bir problemi olmamışdır. Onun fikrincə polis əməkdaşları onun da narkotik vasitə istifadəçisi olduğunu zənn etdikləri üçün belə bir hadisə baş vermişdir. Həmin çantanı avtomobilə Təqsirləndirilən şəxs2 qoymuşdur. Mübariz ona avtomobili saxlamasını dediyi üçün onun dediyi yerdə avtomobili saxlamışdır. Mübariz avtomobildən düşüb getmiş, o özü də avtomobildən düşərək yolun digər tərəfinə keçmişdir. Daha sonra Mübariz qayıdaraq avtomobilə minmiş və ondan geri dönmələrini istəmişdir. O, Təqsirləndirilən şəxs2 yolu səhv gəlib-gəlmədiklərini soruşmuş, sonuncu isə “yox, qayıdaq evə” demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 “bəs sən o adamı görməliydin, nəsə götürməliydin?” deyə soruşduqda sonuncu götürdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs2 haradan götürdüyünü soruşduqda, sonuncu yolun kənarından götürdüyünü bildirmişdir. O, bundan şübhələnmiş və avtomobili saxlamağa yer axtarmışdır ki, Mübarizi avtomobildən düşürtsün. O, qarşıda işıqlı bir yer olduğunu görərək mağaza və ya restoran olduğunu zənn etmiş və avtomobili ora sürmüşdür. Həmin yerdə Təqsirləndirilən şəxs2 heç bir ev və ya adam olmayan yerdən götürdüyü şeyin şübhəli olduğunu deyərək avtomobildən düşməsini istəmişdir. Həmin vaxt “Mercedes” markalı avtomobil onun avtomobilini yandan vurmuş və bir neçə dənə güllə atılmışdır. O, özündən asılı olmayaraq qorxmuş və avtomobili sürməyə başlamışdır. Döyüldükdən sonra bilmişdir ki, onun avtomobilinə çanta qoyulmuşdur. Onu öldürməklə təhdid etdikləri üçün barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə, eləcə bir neçə ay sonra müqavilə bağladıqları yeni müdafiəçisinə belə döyüldüyünü deməmişdir. Döyülməyi ilə bağlı heç yerə şikayət etməmişdir. X1 müayinə edərək xəsarətlərini qeyd etmişlər, amma o, həmin vaxt başının avtomobilə dəydiyini bildirmişdir. Polis əməkdaşları əgər narkotik vasitənin və silahın onlara məxsus olduğunu boynuna almasalar onların əməllərini İsmayıllı rayonundan olan iki nəfər qadını zorlama kimi rəsmiləşdirəcəklərini bildirmişlər, onlar da qorxularından hər şeyi boyunlarına almışlar. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğunu onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, həmin şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs2la münasibətləri yaxşı olmuşdur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin Mübariz keçmişdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşamışdır. Lakin o, özü heç vaxt narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməmişdir. Təxminən 4-5 gün əvvəl Bakı şəhəri ərazisində olarkən +98 kodlu tanımadığı və hazırda xatırlamadığı xarici mobil nömrədən “WhatsApp” tətbiqi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmişdir. O, həmin nömrəni tanımadığı üçün ilk əvvəl zənglərə cavab verməmişdir. Lakin bir neçə gün ərzində həmin mobil nömrədən zənglər gəlməyə davam etdiyi üçün o, həmin şəxsin kim olmasını öyrənmək üçün növbəti zəngdə telefona cavab vermişdir. Həmin şəxslə telefonda danışarkən mobil nömrəsini ona yaxın olan adamdan aldığını və maddi vəziyyətinin yaxşı olmadığını bildiyini, ona köməklik etmək istədiyini bildirmişdir. O isə həmin şəxsə onu tanımadığını deyərək kim olduğunu soruşmuşdur. Lakin həmin şəxs ona özünü təqdim etməyərək onunla iş görmək istədiyini, yəni hər hansı bir yerə bağlama qoyacağını, həmin bağlamanın yerinin məkan məlumatlarını və şəkilini “WhatsApp” tətbiqi vasitəsilə ona göndərəcəyini, həmin bağlamanı gedib götürməyini, sonra isə deyəcəyi yerə aparıb qoymağını, qarşılığında isə ona hörmət edəcəyini bildirmişdir. O, əvvəlcə həmin şəxslə razılaşmasa da həmin şəxs çox israr etdiyi üçün və ona yaxşı hörmət edəcəyini dediyi üçün, həmçinin maddi vəziyyəti yaxşı olmadığı üçün o, məcbur qalıb həmin şəxslə razılaşmışdır. Həmin şəxs telefonda ona bağlamada nə olacağını deməmişdir, lakin o, özü bağlamada narkotik vasitə olacağını təxmin etmişdir. 22 yanvar 2025-ci tarixdə səhər saatlarında həmin şəxs ona “WhatsApp” tətbiqi vasitəsi ilə yenidən zəng edərək bu gün vaxtının olub-olmadığını soruşmuşdur. O da icarəyə “Hyundai Elantra” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil götürdüyü üçün və həmin gün başqa işləri olmadığı üçün həmin şəxslə razılaşmış və dediyi yerdən gedib bağlamanı götürəcəyini bildirmişdir. Həmin şəxs də ona bağlamanın İmişli rayonu ərazisində olacağını və yaxınlaşan zaman məkan məlumatlarını göndərəcəyini bildirmişdir. Həmin gün günortadan sonra o, “WhatsApp”da danışdığı tanımadığı şəxslə razılaşaraq bağlamanı götürmək üçün yaşadığı kənddən idarə etdiyi “Hyundai Elantra” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmışdır. O, yolda gedərkən yaşadığı kənd ərazisində təsadüfən həmkəndlisi Təqsirləndirilən şəxs2la rastlaşmışdır. O, Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrə görə məhkumluq həyatı yaşamasını fikirləşərək təcrübəli olduğunu düşünüb bağlamanı götürməyə gedərkən ona köməklik etməsi üçün Mübarizin yanında avtomobilini saxlamışdır. Sonra Mübarizlə söhbət edərək bağlama barəsində sonuncuya danışmış və onunla gedəcəyi halda ona da hörmət edəcəyini bildirmişdir. Bundan sonra Mübariz onunla razılaşmış və onlar birlikdə idarə etdiyi avtomobillə İmişli rayonu ərazisinə getməyə başlamışlar. Onlar İmişli rayonuna çatdıqdan sonra həmin şəxslə “WhatsApp” vasitəsilə əlaqə saxlamış və İmişli rayonu ərazisində olduğunu bildirmişdir. Lakin həmin şəxs bir qədər da irəli gəlməyini və saat 20 radələrində Kürdəmir rayonu ərazisində olmağını demişdir. Onlar da deyilən vaxtda Kürdəmir rayonu ərazisinə gəlmişlər. Kürdəmir rayonu ərazisinə çatdıqdan sonra həmin şəxsə məlumat vermişdir. Sonra isə həmin şəxs “WhatsApp” vasitəsilə ona bağlamanı qoyduğu yerin məkan məlumatlarını göndərmiş və həmin yerə çatmalarına az qalmış bağlamanı qoyduğu yerin fotoşəklini də atacağını bildirmişdir. Sonra onlar həmin məkan məlumatları əsasında idarə etdiyi avtomobillə hərəkətə başlamış və Ağsu rayonu istiqamətində getməyə başlamışlar. Onlar Ağsu rayonu ərazisinə çatdıqda həmin şəxs “WhatsApp” vasitəsi ilə bağlamanı qoyduğu yerin fotoşəklini də ona göndərmişdir. Sonra həmin fotoşəklini və məkan məlumatları əsasında bağlamanın qoyulduğu yerə getmiş və həmin yerə çatdıqdan sonra Mübariz telefonunda bağlamanın qoyulduğu yerin şəklinə baxaraq avtomobildən düşüb bağlamanı axtarmağa getmiş, o, isə avtomobilində əyləşərək Mübarizi gözləməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra Mübariz qara rəngli əl çantası ilə gəlmiş və əl çantasını avtomobilin arxa oturacağına qoyaraq getmələrini bildirmişdir. Həmin gün saat 21 radələrində idarə etdiyi avtomobili geriyə döndərərək yola düzəlmiş və yaşadığı Saatlı rayonu istiqamətində getməyə başlamışdır. Bir qədər sonra isə o, bağlamanı götürdüyü üçün narahatlıq keçirmiş və avtomobilini yolun sağında saxlayaraq həmin şəxsə zəng edib bağlamanı geri qaytarmaq istədiyini demək istəmişdir. Lakin həmin vaxt avtomobilinin önündən və arxasından iki ədəd mülki avtomobil gələrək dayanmışdır. Həmin vaxt o və Mübariz bundan qorxmuş, o, avtomobilini tez hərəkətə gətirərək Kürdəmir rayonu istiqamətində getməyə başlamışdır. Lakin bir qədər getdikdən sonra qarşıda süni tıxac yaradıldığını və polis maşınlarının olduğunu görmüşdür. Bundan sonra isə onları izləyən şəxslərin polis əməkdaşları olduğunu anlamış və bağlamanı ona göndərən şəxslə “WhatsApp” tətbiqində olan danışıqları ifşa olunması deyə istifadəsində olan “Samsung A7” markalı mobil telefonunu sındırmışdır. Həmin vaxt o, avtomobilini yüksək sürətlə idarə etdiyindən və ani olaraq qarşıdan süni tıxacın yaranmasını gördüyündən qəza törətməmək üçün əyləci sıxmış və avtomobilini dayandırmışdır. Həmin vaxt əyləci ani sıxdığı üçün sol sifət nahiyəsindən avtomobilin sükanına dəymiş və sol gözündən xəsarət almışdır. O, avtomobili dayandırdıqdan sonra mülki geyimdə polis əməkdaşları avtomobilə yaxınlaşaraq avtomobildən düşmələrini tələb etmişlər. Lakin həmin vaxt həyəcanlı olduğu üçün avtomobilin qapısının kilidini aça bilməmişdir. Buna görə də polis əməkdaşları avtomobilin pəncərəsinin şüşəsini qıraraq avtomobilin qapısını açmışlar və Mübarizlə onu avtomobildən düşürtmüşlər. Mübariz də avtomobildən düşərkən yer islaq olduğu üçün ayağı sürüşmüş və baş nahiyəsi avtomobilə dəymişdir. Sonra isə polis əməkdaşları onlara narkotik vasitələrin və odlu silahın qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı əldə etdiklərini, buna görə də üzərlərinə və avtomobilə videoçəkilişlə baxış keçirəcəklərini demişlər. Mübariz və o, heç bir etiraz etməyərək polis əməkdaşlarının üzərlərinə və avtomobilə baxış keçirmələrinə razılıq vermişlər. Polis əməkdaşları əvvəlcə Mübarizlə onun üzərinə baxış keçirsələr də üzərlərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə polis əməkdaşları idarə etdiyi “Hyundai Elantra” markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməyə başlamışlar. Baxış zamanı isə avtomobilin arxa oturacağında olan bir ədəd qara rəngli əl çantasını aşkar etmişlər. Sonra həmin əl çantasını onların gözünün qarşısında açmış və əl çantasının içərisində 04 ədəd bağlama olmasını müəyyən etmişlər. Həmin bağlamalardan 03 ədədinin içərisində narkotik vasitə marixuanaya bənzər maddələr olması, digər 01 ədəd bağlamada isə bir ədəd avtomat Kalaşnikov silahı, bir ədəd daraq və 05 ədəd patron olması müəyyən olunmuşdur. Sonra aşkar olunmuş narkotik vasitə və odlu silah, eləcə də daraq və patronlar qablaşdırılaraq götürülmüş və üzəri tərəflərindən imzalanmışdır. Sonra isə Mübarizi və onu Ağsu rayon Polis Şöbəsinə gətirmişlər, orada şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Ağsu Rayon Polis Şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. O, narkotik vasitəni və odlu silahı tanımadığı şəxsdən almış, həmin şəxs narkotik vasitəni əvvəlcədən qeyd olunan yerə qoyaraq məkan məlumatlarını və məkanın fotoşəkillərini çəkərək ona atmışdır. Həmin yerə çatdıqdan sonra isə Mübariz içərisində narkotik vasitə və odlu silah olan əl çantasını əldə edərək gətirib avtomobilə qoymuşdur. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, sadəcə olaraq maddi vəziyyəti yaxşı olmadığından və “WhatsApp” tətbiqi vasitəsi ilə danışdığı tanımadığı şəxs içərisində narkotik vasitə və odlu silah olan bağlamanı götürərək deyəcəyi yerə çatdıracağı halda ona hörmət edəcəyini dediyi üçün həmin əməli törətmişdir. Həmin şəxslə aralarında konkret bir məbləğ barədə razılaşma olmamışdır. Amma həmin şəxs ona yaxşı hörmət edəcəyini, maddi vəziyyətinin yaxşı olmadığını demiş, yəqin ki “hörmət” dedikdə ona hansısa bir məbləğdə pul verməyi nəzərdə tutmuşdur. O, əl çantasının içərisində hər hansı bir qanunsuz əşya, hətta narkotik vasitə olacağını təxmin etmiş, amma odlu silah olacağını düşünməmişdir. Başqa hər hansı bir yerdə narkotik vasitə və ya odlu silah saxlamamışdır. Saxlanılarkən üzərində “Samsung A 7” markalı mobil telefon olmuş, amma həmin şəxslə danışıqları ifşa olunmasın deyə polislər onları saxlamazdan əvvəl telefonunu sındırmışdır. Lakin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə telefonun üzərində olmuşdur (cild 1, iş vərəqə 99-103). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 bu iş üzrə heç bir günahı yoxdur, sonuncu yalnız onunla taksi kimi gəlmişdir. O, Ağsuya 100 qram narkotik vasitə olan marixuana üçün getmişdir. Aşkar olunmuş artıq çəkidə narkotik vasitəni və avtomat silahı isə onun üzərinə yükləmişlər. 100 qram narkotik vasitə üçün ilk öncə İmişli rayonuna, daha sonra Kürdəmir rayonuna, ordan isə Ağsu rayonuna gəlmişlər. Ağsuda 100 qram narkotik vasitə əldə edəcəyini düşünmüşdür. Amma qara çantada olan narkotik vasitəni onun önünə qoyaraq həmin narkotik vasitəni öz üzərinə götürməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, 100 qram narkotik vasitəni əldə etmək üçün İranlı ilə əlaqə saxlamış və narkotik vasitəni ona göndərilən konum vasitəsilə əldə edəcəkdir. Narkotik vasitənin yerinin nə üçün ilk öncə İmişli, sonra Kürdəmir, daha sonra isə Ağsu rayonuna dəyişdirilməsinin səbəbini bilmir. İran vətəndaşını telefon vasitəsi ilə tanımışdır. O, narkotik vasitə istifadəçisi olsa da Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi deyil. Ağsu rayonuna Talehin icarəyə götürdüyü avtomobillə getmişlər. Taleh ondan rayonları nə üçün fırlandıqlarını soruşsa da, narkotik vasitə üçün getdiklərini bilməmişdir. İmişli rayonunda dayanıb gözlədikləri vaxt Təqsirləndirilən şəxs1 ondan kimi gözlədiklərini soruşmuş, o da İmişlidən bir şey götürməli olduğunu bildirmişdir. Kürdəmirdə də Talehə bir şey götürmək üçün gözlədiklərini bildirmişdir. O, Talehə tikinti alətlərini götürmək üçün getdiklərini bildirmişdir. X9 qədər getməyi 20 manata, sonra 40 manata, Ağsuya rayonuna getməyi isə 100 manata razılaşmışlar. Yolda konum üzrə deyil, zəng vasitəsi ilə hərəkət etmişlər. O, sürücünü yönləndirmiş, sürücü də avtomobili onun dediyi qaydada sürmüşdür. Ağsu rayonunun yollarını tanımır. O, sürücü Təqsirləndirilən şəxs1 həqiqətən Ağsu rayonuna tikinti ləvazimatları üçün getdiklərinə inandırmışdır. Kürdəmir rayonu istiqamətindən gələrkən onları Ağsu rayonunun girişində saxlamışlar. Polis əməkdaşları ümumilikdə üç avtomobildə olmuşlar, avtomobillərdən ikisi polis avtomobili, biri isə mülki avtomobil olmuşdur. Onları narkotik vasitənin olduğu yerdə həbs etmişlər. Polis əməkdaşları onları saxlayanda o, ön sərnişin oturacağında əyləşmişdir. Onların hər ikisini döymüşlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 avtomobilin yan şüşəsini sındırıb çıxartmışlar. Həmin vaxt Talehin başı harasa dəyməmişdir. Polis əməkdaşları onu saxlayan zaman başı asfalta dəymişdir. Talehi avtomobildən çıxaran zaman sonuncunun telefonu onun ayağının altında qalıb sınmışdır. Videoçəkiliş aparılan zaman onlar artıq döyülmüşlər. Polislər avtomobili yoxlayan zaman o, Təqsirləndirilən şəxs1 avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Avtomobildəki çantadan marixuana və avtomat silah aşkar olunmuşdur. İçərisində narkotik vasitə olan çantanın şəkili əvvəlcədən ona göndərilməmişdir. O, çantanı götürüb avtomobilə qoymuş, bundan sonra polis əməkdaşları gəlmişlər. Çantanın çəkisinin ağır olmasına fikir vermədən onu götürmüşdür. O, İran vətəndaşının kim olduğunu bilməmiş, onunla öz telefonu vasitəsilə danışmışdır. O, 100 qram narkotik vasitə üçün İran vətəndaşına 600 manat pul göndərmişdir. Narkotik vasitə üçün pul göndərdiyi bank kartının nömrəsini istintaqa deməmişdir. O, özü yıxılıb xəsarət almamış, polis əməkdaşları onu tutan zaman badalaq verdikləri üçün yıxılmış və başı asfalta dəymişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğunu onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, aralarında həmişə yaxşı münasibətləri olmuşdur. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkumluq həyatı yaşamışdır. Hazırda isə hərdənbir narkotik vasitə olan marixuanadan istifadə edir. 22 yanvar 2025-ci il tarixdə günortadan sonra yaşadığı kənd ərazisində sahədə işləyərkən təsadüfən həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə rastlaşmışdır. Belə ki, həmin vaxt Taleh idarə etdiyi “Hyundai Elantra” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək onun yanında dayanmışdır. Həmin vaxt o, Taleh ilə söhbət edərkən Taleh ona bir nəfər şəxsin ona bağlama göndərdiyini, həmin bağlamanın yerini “WhatsApp” vasitəsi ilə ona göndərəcəyini və həmin bağlamanı götürüb başqa yerə qoyacaqlarını, bunun müqabilində isə həmin şəxsin onlara hörmət edəcəyini bildirmişdir. O da Talehlə razılaşmış və onlar birlikdə Talehin idarə etdiyi avtomobil ilə İmişli rayonu ərazisinə getməyə başlamışlar. Onlar İmişli rayonuna çatdıqdan sonra Taleh həmin şəxslə “WhatsApp” vasitəsilə əlaqə saxlamış və İmişli rayonu ərazisində olduqlarını bildirmişlər. Lakin həmin şəxs bir qədər də irəli gəlmələrini və saat 20 radələrində Kürdəmir rayonu ərazisində olmalarını demişdir. Onlar da deyilən vaxtda Kürdəmir rayonu ərazisinə gəlmişlər. Kürdəmir rayonu ərazisinə çatdıqdan sonra Taleh həmin şəxsə məlumat vermişdir. Sonra isə həmin şəxs “WhatsApp” vasitəsilə Talehin telefonuna bağlamanı qoyduğu yerin məkan məlumatlarını göndərmiş və həmin yerə çatmalarına az qalmış bağlamanı qoyduğu yerin fotoşəklini də atacağını bildirmişdir. Sonra onlar həmin məkan məlumatları əsasında Talehin idarə etdiyi avtomobil ilə hərəkət edərək Ağsu rayonu istiqamətində getməyə başlamışlar. Onlar Ağsu rayonu ərazisinə çatdıqdan sonra həmin şəxs “WhatsApp” vasitəsi ilə bağlamanı qoyduğu yerin fotoşəklini də Talehin telefonuna göndərmişdir. Sonra həmin fotoşəkil və məkan məlumatları əsasında bağlamanın qoyulduğu yerə getmişlər və həmin yerə çatdıqdan sonra o, Talehin telefonunda bağlamanın qoyulduğu yerin şəklinə baxaraq avtomobildən düşüb, bağlamanı axtarmağa getmişdir, Taleh isə avtomobilində əyləşərək onu gözləməyə başlamışdır. Təxminən 5-10 dəqiqə sonra o, həmin bağlamanı, yəni qara rəngli əl çantasını tapmışdır. Sonra tez avtomobilə yaxınlaşmış və əl çantasını avtomobilin arxa oturacağına qoyaraq getmələrini bildirmişdir. Həmin gün saat 21 radələrində Taleh idarə etdiyi avtomobili geriyə döndərərək yola düzəlmiş və yaşadıqları Saatlı rayonu istiqamətində getməyə başlamışlar. Bir qədər sonra isə onlar həmin əl çantasını götürdükləri üçün narahatlıq keçirmiş və həmin şəxsə zəng edib əl çantasını atacaqlarını demək istəmişlər. Lakin həmin vaxt Talehin idarə etdiyi avtomobilin önündən və arxasından iki ədəd mülki avtomobil gələrək dayanmışdır. Həmin vaxt o və Taleh bundan qorxaraq tez avtomobil ilə hərəkət edərək Kürdəmir rayonu istiqamətində getməyə başlamışlar. Lakin bir qədər getdikdən sonra qarşıda süni tıxac yaradıldığını və polis maşınlarının olduğunu görmüşlər. Bundan sonra isə onları izləyən şəxslərin polis əməkdaşları olduğunu anlamışlar. Taleh avtomobili yüksək sürətlə idarə etdiyindən və ani olaraq qarşıda süni tıxacın yaranmasını gördüyündən qəza törətməmək üçün əyləci sıxmış və avtomobili dayandırmışdır. Həmin vaxt Taleh əyləci ani sıxdığı üçün sifət nahiyəsi avtomobilin sükanına dəymişdir. Taleh avtomobili dayandırdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılacaqlarını düşünərək “WhatsApp” vasitəsi ilə danışdığı şəxslə danışıqlarının aşkar olunmaması üçün tez telefonunu sındırmışdır. Sonra mülki geyimdə polis əməkdaşları avtomobilə yaxınlaşaraq avtomobildən düşmələrini tələb etmişlər. Lakin həmin vaxt həyacanlı olduqları üçün avtomobilin qapısının kilidi aça bilməmişlər. Buna görə də polis əməkdaşları avtomobilin pəncərəsinin şüşəsini qıraraq avtomobilin qapısını açmışlar və Taleh ilə onu avtomobildən düşürtmüşlər. Həmin vaxt o, avtomobildən düşərkən yer islaq olduğu üçün ayağı sürüşmüş və dizləri üstə yerə yıxılmışdır. O, yerə yıxılarkən baş nahiyəsi də avtomobilə dəymişdir. Sonra isə polis əməkdaşları onlara narkotik vasitələrin və odlu silahın qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı əldə etdiklərini, buna görə də üzərlərinə və avtomobilə videoçəkilişlə baxış keçirəcəklərini demişlər. Taleh və o, heç bir etiraz etməyərək polis əməkdaşlarının üzərlərinə və avtomobilə baxış keçirmələrinə razılıq vermişlər. Polis əməkdaşları əvvəlcə Taleh ilə onun üzərinə baxış keçirsələr də üzərlərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə polis əməkdaşları Talehin idarə etdiyi “Hyundai Elantra” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməyə başlamışlar. Baxış zamanı isə avtomobilin arxa oturacağında olan bir ədəd qara rəngli əl çantasını aşkar etmişlər. Sonra həmin əl çantasını onların gözlərinin qarşısında açmış və əl çantasının içərisində 04 ədəd bağlama olmasını müəyyən etmişlər. Həmin bağlamalardan 03 ədədinin içərisində narkotik vasitə marixuanaya bənzər maddələr olması, digər 01 ədəd bağlamada isə bir ədəd avtomat Kalaşnikov silahı, bir ədəd daraq və 05 ədəd patron olması müəyyən olunmuşdur. Sonra aşkar olunmuş narkotik vasitə və odlu silah, eləcə də daraq və patronlar qablaşdırılaraq götürülmüş və üzəri tərəflərindən imzalanmışdır. Sonra isə Talehi və onu Ağsu rayon Polis Şöbəsinə gətirmişlər, orada şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 ifadəsində Ağsu rayon polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməməsini, narkotik vasitəni və odlu silahı tanımadıqları şəxsdən almalarını, həmin şəxsin Təqsirləndirilən şəxs1 ilə “WhatsApp” vasitəsi ilə danışaraq narkotik vasitəni əvvəlcədən qeyd olunan yerə qoymasını və məkan məlumatlarını və məkanın fotoşəkillərini çəkərək Talehə göndərməsini, onun həmin şəxslə heç bir əlaqəsinin olmamasını, Talehin təklifi üzrə həmin yerə getməsini və həmin yerə çatdıqdan sonra isə içərisində narkotik vasitə və odlu silah olan əl çantasını əldə edərək gətirib avtomobilin arxa oturacağına qoymasını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamasını, sadəcə olaraq maddi vəziyyəti yaxşı olmadığından və Taleh “WhatsApp” vasitəsi ilə danışdığı şəxsin içərisində narkotik vasitə və odlu silah olan bağlamanı götürərək deyəcəyi yerə çatdıracağı halda onlara hörmət edəcəyini dediyi üçün həmin əməli törətməsini, əvvəlcədən bağlamada narkotik vasitə və ya odlu silah olacağını dəqiq bilməsə də, təxmini olaraq bağlamada qanunsuz əşya olacağını, yəni narkotik vasitə və ya silah olacağını başa düşməsini, Talehin həmin şəxsin bağlamanı götürərək yerini dəyişmələri müqabilində onlara hörmət edəcəyini bildirməsini, onunda yəqin ki bunun müqabilində həmin şəxsin onlara pul verəcəyini düşünməsini və buna görə də Talehlə getməyə razılaşmasını, başqa hər hansı bir yerdə narkotik vasitə və ya odlu silah saxlamamasını, saxlanılarkən üzərində “Samsung A 20” markalı mobil telefon olmasını, lakin həmin şəxslə danışıqları ifşa olunmasın deyə polislər onları saxlamazdan əvvəl telefonunu sındırmasını, lakin telefonun üzərində istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin olmasını göstərmişdir (cild 1, iş vərəqə 117-120). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Ağsu Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində xidmət edir. 22 yanvar 2025-ci il tarixdə onlara iki nəfər şəxsin Ağsu rayon ərazisində narkotik vasitələrin və odlu silahın daşınmasında şübhəli olduqlarına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirini həyata keçirmək üçün tərəfindən qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında şəxslərin “Hyundai Elantra” markalı avtomobillə Kürdəmir-Ağsu yolunda hərəkət etdikləri qeyd olunmuşdur. Həmin gün saat 20:00 radələrində əməliyyat qrupunun üzvləri ilə Ağsu rayonunun Ərəbmehdibəyli kənd ərazisinə getmişlər. Ərəbmehdibəyli kəndi Ağsu rayonu ilə Kürdəmir rayonu arasındakı sərhəd kənddir. Onlar həmin kənddə müşahidə aparan zaman qeyd olunmuş avtomobil Ərəbmehdibəy kəndi tərəfə döndükdən sonra dayanmış və həmin avtomobildə ön sağ oturacaqda əyləşmiş şəxs avtomobildən düşmüş, daha sonra yenidən avtomobilə əyləşmiş və avtomobil həmin an hərəkətə başlamışdır. Onlar avtomobili təqib edərək bir neçə dəfə “saxla” əmri versələr də avtomobilin sürücüsü avtomobili saxlamamışdır. Onlar əməliyyat tədbirinə Yol Patrul Xidmətinin əməkdaşlarını da daxil etmişlər və onların vasitəsi ilə Sakit Koçoyevin idarə etdiyi Tır nəqliyyat vasitəsi ilə süni tıxac yaradılmış və yalnız bundan sonra **-VV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobil saxlanılmışdır. Avtomobil saxlanıldıqdan sonra avtomobildə olan iki nəfər şəxsə avtomobildən enmələri tələb edilsə də onlar tabesizlik göstərərək avtomobilin qapılarını bağlayaraq enməkdən imtina etmişlər. Həmin şəxslər tabesizlik göstərdikləri üçün tərəflərindən avtomobilin şüşəsi sındırılaraq qapı açılmış və birinci sürücü, daha sonra isə digər şəxs avtomobildən yerə endirilmişdir. Şəxslərin üzərinə baxış keçirilmiş, amma onların üzərlərindən hər hansı qanunla daşınması qadağan olunan əşya yaxud predmet aşkar olunmamışdır. Avtomobilə baxış keçirilən zaman isə qara rəngli idman çantasından 3 ədəd bağlamada narkotik vasitə, 1 ədəd odlu silah olan avtomat və 5 ədəd silahın patronu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində “Samsung” markalı telefon olmuş, Təqsirləndirilən şəxs1 telefonu isə onun özü tərəfindən sındırılmışdır. Onlar Təqsirləndirilən şəxs1 telefonu nə üçün sındırdığını soruşduqda sonuncu xarici vətəndaşla danışığı və yazışmaları olduğu üçün telefonunu sındırdığını bildirmişdir. Avtomobildən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana və odlu silah patronları ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Onlar narkotik vasitəni Kürdəmir-Ağsu yolunda, Ərəbmehdibəyli kəndinə 100 metr giriş hissədə sağ tərəfdə reşotkalı yarımtikili kimi yerdən götürmüşlər. Sərnişin Təqsirləndirilən şəxs2 həmin yerdən hansısa predmet götürülməsindən sürücü Təqsirləndirilən şəxs1 xəbərinin olmaması mümkün deyil. Belə ki, sındırılmış telefon Təqsirləndirilən şəxs1 məxsus olmuşdur və o, sonuncudan telefonu nə üçün sındırdığını soruşduqda o, xarici vətəndaşla olan yazışmalarının ortaya çıxmaması üçün telefonunu sındırdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 telefonunu necə sındırdığını görməmişdir. Ola bilər ki, digər polis əməkdaşları onun telefonu necə sındırdığını görsünlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil onu təqib edən başqa bir avtomobil tərəfindən vurulmamış, əməliyyat tədbirində odlu silahdan istifadə olunmamışdır. Avtomobil saxlanıldıqdan sonra həm sürücü, həm də sərnişin qapıları bağlayaraq avtomobildən düşməkdən imtina etmişlər, polis əməkdaşları sürücünü avtomobildən endirən zaman onun başı avtomobilin qapısının tin hissəsinə dəydiyi üçün xəsarət almışdır. Sındırılmış telefon avtomobilin içərisindən aşkar olunmuşdur. Onlar saxlanılan zaman heç nəyə etiraz etməyərək əməllərini etiraf etmişlər. O, özü şəxsən telefonun necə sındırıldığını görməmiş, bu barədə digər əməkdaşlardan soruşduqda onlar Təqsirləndirilən şəxs1 telefonu əli ilə sındırdığını bildirmişlər. Amma o özü Təqsirləndirilən şəxs1 telefonu necə sındırdığını soruşduqda sonuncu telefonu avtomobilin altına atdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 guya narkotikin və silahın onlara məxsus olduğunu boynuna almasalar onların əməlini İsmayıllıdan olan iki qıza münasibətdə zorlama cinayəti kimi rəsmiləşdirəcəkləri ilə hədələnmələrinə dair söylədikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs1 tutulduqdan sonra ona “mənə kömək edin, bu işin hamısını Təqsirləndirilən şəxs2 boynuna alsın. Mən yalnız avtomobil idarə etmişəm də, burda nə var ki?!” deyərək özü üçün plan qurub onun qəbuluna gəlmək istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, X11, Şahid6 və Şahid7 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, o, hazırda qardaşı X7 məxsus “DAF” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müxtəlif şəxslərə məxsus yükləri ödənişli olaraq daşımaqla dolanışığını təmin edir. 22 yanvar 2025-ci il tarixdə saat 21 radələrində daşıdığı yükü çatdıracağı məntəqəyə getmək üçün həmin yük avtomobili ilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolu ilə Kürdəmir rayonundan üzü Ağsu şəhəri istiqamətində hərəkət etmişdir. Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu Ərəbmehdibəy kəndi yaxınlığından keçən hissəsində idarə etdiyi yük avtomobili ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış DYP əməkdaşları “saxla” işarəsi verdikləri üçün avtomobilini yolun kənarında saxlamışdır. Bu vaxt DYP əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin idarə etdikləri avtomobillə qaçmalarını, buna görə də onların saxlanılmasından ötrü idarə etdiyi yük avtomobili ilə süni tıxacın yaradılıb onların saxlanılmasının zəruri olmasını bildirmişlər. Bundan sonra o, idarə etdiyi yük avtomobili ilə yolda süni tıxac yaradıb gözləməyə başlamışdır. Bir qədər keçdikdən sonra “Hyundai Elantra” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil yaradılmış süni tıxacın qarşısında dayandırılmışdır. Həmin vaxt avtomobilin sürücüsü və qabaq oturacaqda əyləşmiş şəxsə avtomobildən yerə düşmələri təklif edilməsinə baxmayaraq, həmin şəxslər avtomobilin qapılarını kilidlədikdə avtomobilin qabaq sol yan şüşəsi polis əməkdaşları tərəfindən sındırılmış, ilk öncə avtomobilin sürücüsü və sonra qabaq oturacaqda əyləşmiş şəxs avtomobilin içəridən qapısı açılmaqla yerə düşürülmüşdür. Həmin anda avtomobildə qabaq oturacaqda əyləşmiş şəxs, müqavimət göstərməklə yerə düşməkdən imtina etdiyi üçün polis əməkdaşlarının köməkliyi ilə avtomobilin salonundan çölə çıxarılarkən həmin şəxs öz ehtiyatsızlığından baş nahiyəsini avtomobilin qapısının tin hissəsinə vurmaqla xəsarət almışdır. Hər iki şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Belə ki, avtomobili idarə etmiş şəxs Təqsirləndirilən şəxs1, sərnişin isə Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdə üzərinin yoxlanılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs1 üzərinin yoxlanılması videoçəkiliş əsasında həyata keçirilirmiş. Həmçinin yoxlama aparılan zaman o da orada iştirak etmişdir. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində əşya, predmet olmadığını bildirmiş, üzərində özünə aid şəxsiyyət vəsiqəsi olmasını deyib, həmin vəsiqəni təqdim etmişdir. Bundan sonra onun üzəri polis əməkdaşları tərəfindən yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən iki ədəd qəbz aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin iki ədəd qəbzin mağazadan aldığı məhsullarla bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərinin yoxlanılmasının davamında onun üzərindən narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca isə Təqsirləndirilən şəxs2 üzərinin yoxlanılmasına baxşlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd mobil telefonu, həmin qış gödəkcəsinin sol yan cibindən bir paket “West” markalı siqareti, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən avtomobilə aid açar və həmin tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 20 manat və üç ədəd bir manatlıq əskinasları təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğu üçün polis əməkdaşı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Bunun ardınca Təqsirləndirilən şəxs2 üzəri yoxlanılarkən əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd 20 qəpik aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərinin yoxlanılmasının davamında onun üzərindən narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 23 manat 20 qəpik pul, bir ədəd avtomobil açarı və bir paket “West” markalı siqaret onun özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Hyundai Elantra” markalı avtomobildə avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə baxış keçirilməsinə etirazları olmadıqlarını bildirdikləri üçün həmin avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs1 “Hyundai Elantra” markalı avtomobilin sağ ön qapısını açdıqdan sonra avtomobilin salonunun ön hissəsinə baxış zamanı sağ ön oturacağın üzərində sındırılaraq tam yararsız hala salınmış bir ədəd mobil telefon olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 sındırılaraq yararsız hala salınmış bir ədəd mobil telefonun ona məxsus olmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən telefonun sınmasını, həmin telefon vasitəsi ilə özünü xarici ölkənin vətəndaşı kimi təqdim edən şəxslə əlaqə saxlayıb yazışma etdiyini bildirmişdir. Aşkar olunmuş bir ədəd sındırılaraq yararsız hala salınmış mobil telefon bir ədəd zərfdə qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Baxışın davamında avtomobilin salonun ön hissəsində üzərində Təqsirləndirilən şəxs1 sözləri yazılmış bir ədəd "xxxx" ASC-yə aid plastik kart aşkar olunaraq götürülmuşdur. Təqsirləndirilən şəxs1 həmin plastik kartın ona məxsus olmasını bildirmişdir. Aşkar olunaraq götürülmüş bir ədəd "xxxx" ASC-yə aid plastik kart iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğu üçün bir ədəd zərfdə qablaşdırılaraq üzərinə 94 nömrəli möhür vurulmuşdur. Bunun ardınca avtomobilə baxış keçirilməsi davam etdirilmişdir. Avtomobilin salonunun arxa hissəsinə baxış zamanı sağ arxa oturacağın üzərində bir ədəd qara rəngli idman çantası olması müəyyən edilmişdir. Həmin bir ədəd qara rəngli idman çantası sağ arxa oturacağın üzərindən götürülərək asfalt yolun kənarında yerə qoyularaq çantanın zəncirbəndi açılmışdır. Bir ədəd qara rəngli idman çantasının içərisinə baxış zamanı ayrıayrılıqda 3 ədəd lentlə sarınmış bağlamanın və bir ədəd lentlə sarınmış odlu silah avtomatın olması müəyyən edilmişdir. Ayrı-ayrılıqda 3 ədəd lentlə sarınmış bağlama kəsici alətlə açılaraq ayrı-ayrılıqda qara rəngli sellofanın içərisində yaşıl rəngli narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Bunun ardınca bir ədəd qara rəngli idman çantasının içərisindən aşkar olunmuş lentlə sarınmış odlu silaha baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı avtomatın sarındığı lent kəsici alətlə açılaraq odlu silahın avtomat Kalaşnikov olması müəyyən olunmuşdur. Silahın qundağına isə lentlə sarınmış bir ədəd darağın olması müəyyən edilmişdir. Həmin bir ədəd darağın bağlı olduğu lent açılaraq darağın içərisinə baxış zamanı beş ədəd güllə olması müəyyən edilmişdir. Həmin bir ədəd avtomat Kalaşnikov hissələrə ayrılmaqla ətraflı baxış zamanı silahın nömrəsinin kustar üsulla pozulması müəyyən edilmişdir. Bundan sonra isə hissələrə ayrılmaqla sökülmüş avtomat Kalaşnikov yığılaraq ilkin vəziyyətinə qaytarılmışdır. Aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda 3 ədəd lentlə sarınmış bağlamada qara rəngli sellofanın içərisində yaşıl rəngli narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd kisədə qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Bunun ardınca aşkar olunaraq götürülmüş bir ədəd avtomat Kalaşnikov, həmin silaha aid bir ədəd daraq və beş ədəd güllə bir ədəd kisədə qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq “Hyundai Elantra” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa salonunda oturacağın üzərindən aşkar olunaraq götürülmüş bir ədəd qara rəngli idman çantasını Ağsu rayonu ərazisində əldə etdiklərini, Təqsirləndirilən şəxs1 həmin bir ədəd qara rəngli idman çantasının olduğu məkanı ona özünü xarici ölkənin vətəndaşı kimi təqdim edən şəxsin mobil telefon vasitəsi ilə göndərməsindən sonra Təqsirləndirilən şəxs2la birlikdə icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobillə məkana yəni, Ağsu rayonu ərazisinə gələrək avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs2 avtomobildən yerə düşərək həmin bir ədəd qara rəngli idman çantasını götürərək avtomobilin arxa oturacağının üzərinə qoymasını, qara rəngli idman çantasının içərisində hansı əşya və predmetin olmasını ona özünü xarici ölkənin vətəndaşı kimi təqdim edən şəxsin demədiyini, lakin həmin çantanın içərisində narkotik vasitə olmasını bildiyini, bu barədə Təqsirləndirilən şəxs2 da məlumatlı olmasını güman etdiyini, lakin çantanın içərisində bir ədəd odlu silahın olmasını güman etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatları təsdiq etməklə birlikdə Ağsu rayonuna “Hyundai Elantra” markalı avtomobillə gəldiklərini, avtomobildən düşüb bir ədəd qara rəngli idman çantasını götürüb avtomobilin arxa salonuna oturacağın üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağsu Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o da Ağsu Rayon Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində olarkən əməliyyat işləri üzrə rəis müavini Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Sənədləşməylə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, o və digər iştirakçılar imza etmişlər (cild 2, iş vərəqə 83-90). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Ağsu Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Şahid1 tərəfindən yazılmış 22 yanvar 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, həmçinin odlu silah olan avtomatı üzərlərində və avtomobildə daşımaları bildirilir (cild 1, iş vərəqə 3). “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üzərlərinin yoxlanılması, avtomobilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdəki videogörüntüdən görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 22 yanvar 2025-ci il tarixdə saat 21:40-da Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu, Ərəbmehdibəyli kənd ərazisindən keçən hissəsində “Hyundai Elnatra” markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən süni tıxac yaradılaraq saxlanılmışdır. Həmin vaxt avtomobilin sürücüsü və qabaq oturacaqda əyləşmiş şəxsə avtomobildən yerə düşmələri təklif edilməsinə baxmayaraq, həmin şəxslər avtomobilin qapılarını kilitləməklə tədbirin keçirilməsinə maneçilik törətmək istədikdə, avtomobilin qabaq sol yan şüşəsi sındırılmaqla, ilk öncə avtomobilin sürücüsü və sonra qabaq oturacaqda əyləşmiş şəxs avtomobilin içəridən qapısı açılmaqla yerə düşürülmüşdür. Həmin anda avtomobildə qabaq oturacaqda əyləşmiş şəxs müqavimət göstərməklə yerə düşməkdən imtina etdiyi üçün polis əməkdaşlarının köməkliyi ilə avtomobilin salonundan çölə çıxarılarkən həmin şəxs öz ehtiyatsızlığından baş nahiyyəsini avtomobilin qapısının tin hissəsinə vurmaqla xəsarət almışdır. Hər iki şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Belə ki, avtomobili idarə etmiş şəxs Təqsirləndirilən şəxs1, sərnişin isə Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunaraq üzərilərinin yoxlanılmasına başlanılmışdır. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya və ya predmet olmadığını, özünə aid şəxsiyyət vəsiqəsinin olduğunu deyərək həmin vəsiqəni təqdim etmişdir. Bundan sonra onun üzəri yoxlanılmış, yoxlama zamanı onun üzərindən narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd mobil telefonu, həmin qış gödəkcəsinin sol yan cibindən bir paket “West” markalı siqareti, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən avtomobilə aid açar və həmin tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 20 manat və üç ədəd bir manatlıq əskinasları təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğu üçün bir ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs2 üzəri yoxlanılarkən onun üzərindən narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra “Hyundai Elantra” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs1 avtomobilin sağ ön qapısını açdıqdan sonra avtomobilin salonunun ön hissəsinə baxış zamanı sağ ön oturacağın üzərində sındırılaraq tam yararsız hala salınmış bir ədəd mobil telefon olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 sındırılaraq yararsız hala salınmış bir ədəd mobil telefonun ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən telefonun sınmasını, həmin telefon vasitəsi ilə özünü xarici ölkənin vətəndaşı kimi təqdim edən şəxslə əlaqə saxlayıb yazışma etdiyini bildirmişdir. Aşkar olunmuş bir ədəd sındırılaraq yararsız hala salınmış mobil telefon iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğu üçün bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Baxışın davamında avtomobilin salonun ön hissəsində üzərində Təqsirləndirilən şəxs1 sözləri yazılmış bir ədəd "xxxx" ASC-yə aid plastik kart aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin plastik kartın ona məxsus olduğunu bildirmişdir. Aşkar olunaraq götürülmüş bir ədəd "xxxx" ASC-yə aid plastik kart iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğu üçün bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Avtomobilə baxış davam etdirilərkən sağ arxa oturacağın üzərində bir ədəd qara rəngli idman çantası olması müəyyən edilmişdir. Həmin bir ədəd qara rəngli idman çantasının içərisinə baxış keçirilərkən çantanın içərisindən ayrı-ayrılıqda üç ədəd qara rəngli sellofan torbacıqda üzəri lentlə sarınmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd üzəri lentlə sarınmış avtomat Kalaşnikov odlu silahı, həmin silaha aid bir ədəd daraq və beş ədəd güllə aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara verilən suallara cavab olaraq “Hyundai Elantra” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa salonunda oturacağın üzərindən aşkar olunaraq götürülmüş bir ədəd qara rəngli idman çantasını Ağsu rayonu ərazisində əldə etdiklərini etiraf etmişlər. Təqsirləndirilən şəxs1 həmin bir ədəd qara rəngli idman çantasının olduğu məkanı ona özünü xarici ölkənin vətəndaşı kimi təqdim edən şəxsin mobil telefon vasitəsi ilə göndərməsindən sonra Təqsirləndirilən şəxs2la birlikdə icarə əsasında idarə etdiyi həmin avtomobillə məkana, yəni Ağsu rayonu ərazisinə gələrək avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs2 avtomobildən yerə düşərək həmin bir ədəd qara rəngli idman çantasını götürərək avtomobilin arxa oturacağının üzərinə qoyduğunu, qara rəngli idman çantasının içərisində hansı əşya və predmetin olmasını ona özünü xarici ölkənin vətəndaşı kimi təqdim edən şəxsin demədiyini, lakin həmin çantanın içərisində narkotik vasitə olmasını bildiyini, bu barədə Təqsirləndirilən şəxs2 da məlumatlı olmasını güman etdiyini, lakin çantanın içərisində bir ədəd odlu silahın olmasını güman etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 göstərdiyi xüsusatları təsdiq etməklə birlikdə Ağsu rayonuna birlikdə gəldiklərini, özünün avtomobildən düşüb bir ədəd qara rəngli idman çantasını götürüb avtomobilin arxa oturacağının üzərinə qoyduğunu bildirmişdir (cild 1, iş vərəqə 10-14). Məhkəmə-bioloji ekspertizasının 23 yanvar 2025-ci il tarixli, 17/63 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “1) Təqsirləndirilən şəxs1 2) Təqsirləndirilən şəxs2 və avtomobildən götürülmüş maddi sübut.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki üzərləri yapışqan lentlə sarınmış 03 (üç) ədəd qara rəngli sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 970,0 qram, 1040 qram və 1070 qram, ümumi çəkiləri 3080 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 3079,40 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 34 manat 55 qəpik müəyyən edilmişdir (cild 1, iş vərəqə 66-69). Məhkəmə-ballistik ekspertizasının 23 yanvar 2025-ci il tarixli, 25/77 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd, nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsul ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı AK-74, AKS- 74, AK-74M modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır (cild 1, iş vərəqə 72-78). Məhkəmə-ballistik ekspertizasının 13 fevral 2025-ci il tarixli, 3/145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə istehsal olunmuş AK-74 modelli Kalaşnikov konstruksiyalı döyüş təyinatlı yivli-odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Həmin avtomat üzərində sonradan təyinatı dəyişən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik Kalaşnikov konstruksiyalı “AK-74”, “AK-74M”, “AKS-74” “AKS-74 U” avtomat silahlarda, o cümlədən təqdim edilmiş avtomat silahda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olub, Kalaşnikov konstruksiyalı “AK-74”, “AK-74M”, “AKS-74” “AKS-74 U” avtomat silahlarda, o cümlədən təqdim edilmiş avtomat silahda istifadə etmək üçün nəzərdə tutulan, funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 64 manat müəyyən edilmişdir (cild 2, iş vərəqə 50-53). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 mart 2025-ci il tarixli, 3-13-11/2-3252/2025 nömrəli məktubundan görünür ki, 01 ədəd 5,45 mm kalibrli nömrəsi silinmiş AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (cild 2, iş vərəqə 25). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 fevral 2025-ci il tarixli, 301 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitə qəbul etmədiyini, aşkar edilmiş narkotik vasitəni Mübarizin onun maşınına qoyduğunu bildirmişdir (cild 2, iş vərəqə 54). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 fevral 2025-ci il tarixli, 303 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Rəyin təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 2-3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, maşına qoyduğu narkotik vasitəni onlayn yol ilə tanımadığı İran vətəndaşından aldığını bildirmişdir (cild 2, iş vərəqə 55). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2025-ci il tarixli, 301 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Taleh Həzyev əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 2, iş vərəqə 57-58). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2025-ci il tarixli, 302 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 2, iş vərəqə 59-60). İş üzrə əməliyyat tapşırığına verilmiş 17 aprel 2025-ci il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Hyundai Elantra” markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa oturacağında olan əl çantasının içərisindəki üzəri yapışqan lentlə sarınmış 03 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 970,0 qram, 1040,0 qram və 1070,0 qram olmaqla ümumi təmiz çəkisi 3080,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, eləcə də həmin əl çantasının içərisində üzəri yapışqan lentlə sarınmış 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı, 01 ədəd avtomatın komplekt hissəsi darağı və 05 ədəd 5,45x39 mm kalibrli atəş üçün yararlı ştat patronlarını nə vaxt, harada və kimdən əldə etmələri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə, bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı, 01 ədəd avtomatın komplekt hissəsi darağı və 05 ədəd 5,45x39 mm kalibrli atəş üçün yararlı ştat patronları isə digər ünvana çatdırmaq məqsədi ilə qanunsuz olaraq avtomobildə saxlamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildə saxladıqları narkotik vasitə olan qurudulmuş marixuanadan başqa şəxslərə satmaları və bəxşiş olaraq vermələri müəyyən edilməmişdir (cild 2, iş vərəqə 79). Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa oturacağında olan əl çantasının içərisindəki üzəri yapışqan lentlə sarınmış 03 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 970,0 qram, 1040,0 qram və 1070,0 qram olmaqla ümumi təmiz çəkisi 3080,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı, eləcə də həmin əl çantasının içərisində üzəri yapışqan lentlə sarınmış 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı, 01 ədəd avtomatın komplekt hissəsi darağı və 05 ədəd 5,45x39 mm kalibrli atəş üçün yararlı ştat patronlarını haradan və hansı üsulla əldə edilməsi, gələcəkdə bununla bağlı şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqə 125-128). Mobil telefona baxış keçirilməsi haqqında 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsunq A20“ markalı mobil telefondan iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamış, həmin mobil telefonda “WhatsApp” proqramının işləmədiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon isə sonuncu tərəfindən sındırılmaqla yarasız hala düşdüyü üçün baxış keçirilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 213). Ağsu Rayon Polis Şöbəsinin 10 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun sonuncunun özü tərəfindən əməliyyataxtarış tədbirləri keçirilərkən qəsdən sındırılması ilə bağlı həmin mobil telefonda olan məlumatların bərpa edilməsi və iş üzrə ortaya çıxa biləcək digər halların hərtərəfli araşdırılmasından ötrü Təqsirləndirilən şəxs1 məxsus sındırılmış vəziyyətdə olan bir ədəd mobil telefon Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsinə göndərilmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 26 fevral 2025-ci il tarixli 20/2-2025 nömrəli məktubda təqdim olunan mobil telefona baxış keçirilməsinin texniki imkanları xaricində olduğu göstərilmişdir (cild 1, iş vərəq 214,; cild 2, iş vərəqə 7). Maddi sübut kimi tanınma haqqında 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonra qalıq çəkisi 3079,40 qram təşkil edən qurudulmuş marixuana, 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah, 01 ədəd avtomatın komplekt hissəsi daraq və ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd 5,45x39 mm kalibrli atəş üçün yararlı ştat patronu və 01 ədəd 5,45x39 mm kalibrli ştat patronunun gilizi maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu Rayon Polis Şöbəsinə təhvil verilmişdir (cild 2, iş vərəqə 47-49). “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X18 19 fevral 2025-ci il tarixli, 18-1-65/2- 126/2025 nömrəli məktubdan görünür ki, Saatlı rayonu, Qazanbatan kəndində yaşayan Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Poliklinika Şöbəsinin narkoloji, psixonevroloji kabinetlərində dispanser qeydiyyatında yoxdur (cild 1, iş vərəqə 242-243). “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X18 19 fevral 2025-ci il tarixli, 18-1-65/2- 129/2025 nömrəli məktubdan görünür ki, Saatlı rayonu Qazanbatan kəndində yaşayan Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinika Şöbəsinin narkoloji, psixonevroloji kabinetlərində dispanser qeydiyyatında yoxdur (cild 1, iş vərəqə 244-245). Saatlı rayonu İcra Hakimiyyəti Başçısının Qazanbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, 3 uşaq atasıdır, qonşuları və kənd camaatı ilə münasibətləri normaldır. Təqsirləndirilən şəxs1 özünü insanlar arasında mədəni və humanist aparmış və onların rəğbətini qazanmışdır. Aqressiv deyil və ünsiyyətcildir. Onun barəsində nümayəndəliyə şikayət xarakterli açıqlama və müraciət daxil olmamışdır (cild 1, iş vərəqə 215-216). Saatlı rayonu İcra Hakimiyyəti Başçısının Qazanbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, 3 uşaq atasıdır, qonşuları və kənd camaatı ilə münasibətləri normaldır. Təqsirləndirilən şəxs2 özünü insanlar arasında sakit və humanist aparmışdır, aqressiv deyil və insanlarla münasibətdə konflikt, mübahisə yaratmağa meyilli deyil. Onun barəsində nümayəndəliyə şikayət xarakterli açıqlama və müraciət daxil olmamışdır. Halhazırki müddətədək 3 dəfə cinayət məsliyyətinə cəlb olunmuşdur (cild 1, iş vərəqə 217- 218). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 17-18). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayərlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 aprel 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 noyabr 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Əzizov X8 Rayon Məhkəməsinin 28 sentyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 noyabr 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 14-16). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X16 12-ci bəndində göstərilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl Cinayə Məcəlləsinin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan 50000 qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiklərini ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri ağır və az ağır cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onların qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuna, eləcə də 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı odlu silahı, 01 ədəd avtomatın komplekt hissəsi olan darağı və 05 ədəd 5,45x39 mm kalibrli ştat patronları əldə edib saxlamalarını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış əməliyyat-axtarış tədbiri, şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə cinayət hüquqi qiymət verərkən onların öz müdafiələri üçün gətirdikləri hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərin müdafiələri üçün gətirdikləri dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmaları ilə əlaqədar ifadələri yalnız özlərinin bildirdiklərindən ibarət olmaqla hər hansı dəlillə təsdiqini tapmır. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyədək icraatı zamanı bununla bağlı hər hansı orqana şikayət etməmişlər. Təqsirləndirilən şəxslərə qarşı qanunazidd davranış göstərilməsi, onlara fiziki təzyiq edilməsi barədə məhkəmə araşdırması zamanı da hər hansı mötəbər dəlil əldə olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülmələrinə dair iddia etdikləri hallarla bağlı qeyd edir ki, həqiqətən təqsirləndirilən şəxslərin üzərlərində xəsarətlərin olması həm məhkəmə-tibbi ekspertizasının rəyləri, həm də “Məhkumun tibbi kitabçası”ndan çıxarışlardan müəyyən olunur. Hətta həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin videogörüntüsündən də Təqsirləndirilən şəxs1 sol gözünün aglı qişasının qızardığı, Təqsirləndirilən şəxs2 isə alnının sol nahiyəsində xəsarətin olduğu vizual olaraq müşahidə olunur. Amma həmin xəsarətlərin polis əməkdaşları tərəfindən döyülmələri nəticəsində əmələ gəlməsi cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2025-ci il tarixli 13 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın sol alın – sol gicgah nahiyələrində dərinin epidermis qatının sıyrılmış yaraları, sağ diz oynağının – sol baldırın 1/3-nin ön sıyrıqlar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 22 yanvar 2025-ci il tarixdə hadisə nəticəsində əmələ gəlmələri halı inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Onun bədəni üzərində aşkar edilmiş sağ diz oynağının ön səthində köhnə çapığın törənmə müddəti 1,5 ildən artıqdır. Rəyin təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertinə bildirmişdir ki, 22 yanvar 2025-ci il tarixdə təqribən saat 21:00 radələrində Ağsu rayonu ərazisində dostu Talehin idarə etdiyi “Hyundai” markalı avtomobildə sərnişin kimi gedən zaman həmin avtomobili mülki geyimli polis əməkdaşları saxladaraq onu avtomobildən düşürən zaman ayağı sürüşmüş və yerə yıxılaraq xəsarətlər almışdır (cild 1, iş vərəqə 224-225). Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2025-ci il tarixli 12 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz yuvasıaltı nahiyədə qançır fonunda sol gözün ağlı qişasına qansızma küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 22 yanvar 2025-ci il tarixdə hadisə nəticəsində əmələ gəlmələri halı inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Rəyin təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertinə bildirmişdir ki, 22 yanvar 2025-ci il tarixdə təqribən saat 21:00 radələrində Ağsu rayonu ərazisində idarə etdiyi “Hyundai” markalı avtomobili sürətlə idarə edən zaman qarşıda hərəkətdə olan “Kamaz” markalı avtomobilə toqquşmamaq üçün əyləcə basmış və üz nahiyəsi idarə etdiyi avtomobilin sükanına dəymişdir (cild 1, iş vərəqə 226-227). Məhkəmənin sorğusu əsasında X3 “Məhkumun tibbi kitabçası”ndan çıxarışlar, xüsusi məlumatlar, təqsirləndirilən şəxslərin penitensiar müəssisədə verdikləri izahatlar alınmışdır. “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 X6 qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “sol göz altı nahiyəsində qançır, sol gözdə qızartı, sağ göz qapağının üst hissəsində və burun tərəfdə qançır (göy-bənövşəyi), sol əlin bilək nahiyəsində bir ədəd kiçik ölçülü cızıq” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bu xəsarətlər barədə soruşulduqda o, verdiyi izahatında həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 aid olan “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 X6 qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “alının sol hissəsində, sol gözün üst və yan hissəsində böyük ölçülü sıyrıq, hər iki ayağın diz nahiyəsində bir ədəd sıyrıq izi, sağ əlin üst hissəsində bir ədəd kiçik ölçülü yara izi” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 bu xəsarətlər barədə soruşulduqda o, verdiyi izahatında həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, X3 Ağsu Rayon Prokurorluğuna daxil olmuş 25 yanvar 2025-ci il tarixli məktublara əsasən qeyd olunan tarixdə müəssisəyə daxil olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tibbi sanitariya hissəsində müayinədən keçirilərkən müxtəlif bədən xəsarətlərinin olması barədə məlumat əsasında müvafiq araşdırma aparılmışdır. Həmin araşdırma zamanı Təqsirləndirilən şəxs1 izahatında bildirmişdir ki, 22 yanvar 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman süni tıxacın olmasını gec görmüş və yüksək sürətlə avtomobili idarə etdiyi üçün anidən əyləci sıxdıqda başı zərblə sükana dəyərək qeyd edilən xəsarətləri almışdır, polis şöbəsində olarkən döyülməmiş və heç bir fiziki təsirə məruz qalmamış, ona qarşı heç bir polis əməkdaşı tərəfindən hər hansı qanunsuz hərəkət tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs1 Ağsu rayon prokurorluğuna ərizə ilə müraciət edərək 22 yanvar 2025-ci il tarixdə saxlanılarkən, eləcə də Ağsu rayon Polis Şöbəsində olarkən döyülmədiyini və ona qarşı zorakılıq tətbiq olunmadığını, heç bir polis əməkdaşından hər hansı şikayət və tələbinin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs2 isə izahatında 22 yanvar 2025-ci il tarixdə polios əməkdaşları tərəfindən saxlanılan zaman ehtiyatsızlıq nəticəsində avtomobildən düşən zaman ayağının sürüşdüyünü və yerə yıxılarkən başı avtomobilə dəydiyi üçün xəsarət aldığını, polis şöbəsində olarkən döyülmədiyini, heç bir fiziki təsirə məruz qalmadığını, ona qarşı heç bir polis əməkdaşı tərəfindən hər hansı qanunsuz hərəkətlər tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Ağsu rayon prokurorluğuna ərizə ilə müraciət edərək 22 yanvar 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən, eləcə də Ağsu rayon Polis Şöbəsində olarkən döyülmədiyini və ona qarşı zorakılıq tətbiq olunmadığını, heç bir polis əməkdaşından hər hansı şikayət və tələbinin olmadığını göstərmişdir. Beləliklə, araşdırma zamanı X3 daxil olan məktublarda qeyd olunan xəsarətlərin şəxslərə qarşı fiziki zorakılığın tətbiq olunması nəticəsində almaları xüsusatı təkzib edilmiş və həmin xüsusatlar üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir (cild 2, iş vərəqə 40-45). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbirinin seçilməsi haqqında Ağsu Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs1 isə birinci dəfədi bu işlə məşğul olduğunu, silah və narkotik barədə dəqiq məlumatının olmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərin heç biri polis əməkdaşları tərəfindən onlara fiziki və ya psixi zorakılıq tətbiq edilməsi barədə məhkəməyə heç nə bildirməmişlər (cild 1, iş vərəqə 127- 131, 132-138). İşin faktiki hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə günü polisə tabe olmayaraq avtomobili sürətlə sürüb yayınmaq istəmişlər, yalnız polis əməkdaşları tərəfindən yaradılmış süni tıxac nəticəsində onların avtomobilinin saxlanılmasına nail olunmuş, amma avtomobil saxlanıldıqdan sonra da onlar tabesizlik göstərək avtomobilin qapılarını bağlayaraq avtomobildən enməkdən imtina etmişlər, bu səbəbdən polis əməkdaşları tərəfindən avtomobilin pəncərəsi sındırılmaqla onlar avtomobildən endirilmişlər. Belə olan halda yuxarıda qeyd olunan vəziyyətlərdə (yolda yaradılmış süni tıxac səbəbindən sürətlə idarə olunan avtomobilin əyləcinin ani sıxılması nəticəsində sürücünün başının avtomobilin sükanına dəyməsi, polis əməkdaşları tərəfindən avtomobildən endirilərkən ehtiyatsızlıqdan başlarının avtomobilin qapısına dəyməsi, yerə yıxılılmaları və sair) həmin xəsarətlərin yaranması mümkün olmuşdur. Məhkəmə-tibbi ekspertizalarının rəylərində də həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri inkar edilməmişdir. Belə olan halda həmin xəsarətlərin məhz təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülmələri nəticəsində yaranmasına dair qənaətə gəlmək mümkün deyil. Təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən fiziki zorakılığa, yəni döyülməyə məruz qalmaları barədə iddia irəli sürsələr də bu iddianın əsaslılığını təsdiq edən hər hansı obyektiv sübut məhkəməyə təqdim edilməmiş, aşkar olunmuş xəsarətlərin polis zorakılığı nəticəsində yaranması müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında ifadə verənədək bir dəfə olsun belə polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalmaları barədə nə Ağsu Rayon Məhkəməsində barələrində həbs qətimkan tədbiri seçilərkən, nə məhkəmə-tibbi ekspertizasından keçirilərkən, nə X4 müayinə olunarkən, nə onlarda aşkar olunmuş xəsarətlərlə bağlı X5 məktubu əsasında Ağsu rayon prokurorluğunda araşdırma aparılarkən, nə də öz müdafiəçilərinə bildirməmişlər, bununla bağlı aidiyyatı orqanlara müraciət etməmişlər. Hətta Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq ibtidai istintaqın sonuna yaxın ailə üzvlərinin müqavilə bağladığı yeni müdafiəçisinə də polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumat vermədiyini, həmin xəsarətləri yıxılaraq aldığını dediyini bildirmiş və bunu qorxması ilə əsaslandırmışdır. Bütün qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən onlara qarşı qanunazidd davranış göstərilməsi, döyülmələri və sair xüsusatlarla bağlı bildirdiklərinin hər hansı şəkildə təsdiqini tapmadığı, həmin iddiaların əsassız olmaqla özünümüdafiə mövqeyi ilə bağlı olduğu qənaətinə gəlir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində avtomobildən aşkar olunmuş çantanın Ağsu rayonunda Təqsirləndirilən şəxs2 tərəfindən götürülərək avtomobilə qoyulduğunu, bundan sonra polis əməkdaşlarının təqibinə məruz qaldıqlarını etiraf etmişlər. Bununla belə, təqsirləndirilən şəxslər həmin xüsusatla bağlı fərqli və ziddiyyətli ifadələr vermişlər. Belə ki, Təqsirləndirilən şəxs1 ilkin məhkəmə iclaslarında Ağsu rayonuna yalnız sürücü kimi getdiyini, Təqsirləndirilən şəxs2 avtomobilə qoyduğu çantada nə olmasından məlumatınının olmadığını, Təqsirləndirilən şəxs2 həmin çantanı adam olmayan yerdən götürdüyü üçün ondan şübhələnərək onu avtomobildən düşütmək istədiyini, polis tərəfindən döyülərək işgəncəyə məruz qaldığı üçün hər şeyi etiraf etdiyini bildirsə də, sonrakı məhkəmə iclasında polis əməkdaşlarının əgər narkotiki və silahı boynuna almasalar onların əməlini İsmayıllı rayonundan olan iki qızı zorlama kimi rəsmiləşdirəcəkləri ilə hədələdiklərini, onların da qorxaraq narkotiki və silahı boynuna aldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə Ağsu rayonuna cəmi 100 qram qurudulmuş marixuana əldə etmək məqsədilə getdiyini, onun narkotik vasitə götürməyə getməsindən Təqsirləndirilən şəxs1 məlumatının olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə gah polis əməkdaşları tərəfindən döyüldükləri üçün, gah da onların əməllərininin zorlama kimi rəsmiləşdirəcəyi ilə hədələndikləri üçün ibtidai istintaq zamanı etirafedici ifadələr verdiklərini bildirməklə ziddiyyətli ifadələr vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ziddiyyətli ifadə verərək sərbəst ifadəsində Ağsuya 100 qram narkotik vasitə əldə etmək məqsədilə getdiyini, amma onun önünə qara çantada narkotik vasitə qoyularaq onu da boynuna almasını tələb etmələrinə dair ifadə versə də, sonradan ona verilən suallara cavab olaraq çantanı özünün götürüb avtomobilə qoyduğunu etiraf etmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər məhkəmə iclasında verdikləri ifadələrində həqiqətən polis əməkdaşlarına tabe olmadıqlarını etiraf etsələr də həmin xüsusatla bağlı ziddiyyətli ifadələr vermişlər. Belə ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları polis formasında olmadıqlarına, eləcə də orada polis avtomobili olmadığına görə həmin şəxslərin polis əməkdaşları olduqlarını başa düşmədikləri üçün onlara tabe olmadıqlarını bildirmiş, Təqsirləndirilən şəxs2 isə polis əməkdaşlarının ümumilikdə üç avtomobildə olduqlarını, avtomobillərdən ikisinin polis avtomobili, birinin isə mülki avtomobil olduğunu bildirmişdir. Bütün bunlar təqsirləndirilən şəxslərin məhkəmə iclasında səmimi olmamalarının və məhkəməni hər vəchlə yanıltmağa cəhd etmələrinin göstəricisidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin bir-birilə və işin faktiki halları ilə uzlaşmayan həmin ifadələri məqsədli xarakter daşıyır və onların məsuliyyətdən yayınmaq niyyətləri aydın görünür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Ağsu rayonuna cəmi 100 qram narkotik vasitə götürməyə getməsinə dair ifadəsi iş üzrə mövcud sübutlarla təsdiq olunmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitə və silah olan çantanı şəxsən özü Ağsu rayonundan götürüb Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə qoymuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə istintaq hərəkətinin videogörüntüsündən də həmin çantanın kifayət qədər böyük və ağır olmaqla çəkisinin 100 qram deyil, dəfələrlə çox olması aşkar görünür. Təqsirləndirilən şəxs2 içərisində 3 kiloqramdan çox narkotik vasitə və “Kalaşnikov” markalı tapança olmaqla kifayət qədər çəkiyə malik olan çantanı götürərkən onun içərisində cəmi 100 qram narkotik vasitə olduğunu zənn etməsi ağlabatan deyil. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxslərin həmin ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirir. Məhkəmənin qarşısında duran başlıca vəzifələrdən biri də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz şəkildə əldə edərkən niyyətlərinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halın müəyyən edilməsi onların əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin barələrində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onların tutulma şəraitini, tutulmaları üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halında təhlil edilməsini vacib hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onların barələrində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, həmçinin odlu silah olan avtomatı üzərlərində və avtomobildə daşımaları öz əksini tapmışdır. Yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmamışdan əvvəl əməliyyat orqanında onların satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, həmçinin odlu silah daşımaları barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə görə tanımadıqları şəxs Təqsirləndirilən şəxs1 zəng edərək onunla iş görmək istədiyini, yəni hər hansı bir yerə bağlama qoyacağını, həmin bağlamanı gedib götürməyini, sonra isə deyəcəyi yerə aparıb qoymağını, qarşılığında isə ona hörmət edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 əvvəlcə razılaşmasa da, həmin şəxs çox israr etdiyi üçün və ona yaxşı hörmət edəcəyini dediyi üçün, həmçinin maddi vəziyyəti yaxşı olmadığı üçün məcbur qalıb həmin şəxslə razılaşmış, sonradan bu barədə Təqsirləndirilən şəxs2 da məlumat verərək onunla birlikdə gedəcəyi halda ona da hörmət edəcəyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən pul müqabilində onlara deyiləcək ünvanlara qoymaq məqsədilə narkotik vaitə əldə etmələri onların şəxsi maraqları məqsədi ilə narkotik vasitələrin yayılmasına yönələn hərəkətlər etməsinin, bununla da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarının göstəricisidir. Bu hal, eləcə də Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olmaması, narkotik vasitənin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq (616 dəfə) miqdarda olmaqla 3 ədəd bükümdə olması onların həmin qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etmələrinə dəlalət edir. Bundan başqa, iş üzrə əməliyyat tapşırığına verilmiş cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq avtomobildə saxlamışlar. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətlənmələrini, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında 23 yanvar 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqlarının məhdudlaşdırıldığı vaxtdan, yəni 22 yanvar 2025-ci il tarixdə saat 21:40 dəqiqədən tutulmuş hesab edilmişlər. Ağsu Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qərarları ilə onların barələrində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəlinin 22 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəqə 29, 21-22, 46-47, 133-138, 160-165). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 22 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Ağsu Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3079,40 qram təşkil edən qurudulmuş marixuana və 01 ədəd 5,45x39 mm kalibrli ştat patronunun gilizi məhv edilməli, 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah, 01 ədəd avtomatın komplekt hissəsi daraq və ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd 5,45x39 mm kalibrli atəş üçün yararlı ştat patronu dövlət nəfinə alınaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 49 (qırx doqquz) manat 28 (iyirmi səkkiz) qəpik, Təqsirləndirilən şəxs2 49 (qırx doqquz) manat 27 (iyirmi yeddi) qəpik olmaqla cəmi 98 (doxsan səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məclləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Ağsu Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3079,40 qram təşkil edən qurudulmuş marixuana və 01 ədəd 5,45x39 mm kalibrli ştat patronunun gilizi məhv edilsin; - Ağsu Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah, 01 ədəd avtomatın komplekt hissəsi daraq və ekspertiza tədqiqatından sonra qalıq 01 ədəd 5,45x39 mm kalibrli atəş üçün yararlı ştat patronu dövlət nəfinə alınaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs1 49 (qırx doqquz) manat 28 (iyirmi səkkiz) qəpik, Təqsirləndirilən şəxs2 49 (qırx doqquz) manat 27 (iyirmi yeddi) qəpik olmaqla cəmi 98 (doxsan səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-192/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-192/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver