Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-193/2021 08.10.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və İ İnstansiya Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1957-ci ildə Oğuz rayonu, Filfilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 35, mənzil 25-də qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri, M.Maqomayev prospekti ev 77 mənzil 37-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 aprel 2021-ci il tarixdə saat 18:30 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospekti 77 №-li evin 37 №-li mənzilində birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs şəhərin Günəşli bağ massivində «Çernobıl qəzası» əlilləri üçün ayrılmış torpaq sahəsinin ona verilmiş pay hissəsində fərdi yaşayış evinin inşa etdirilməsinə maddi cəhətdən kömək göstərmədiyini irad olaraq bildirdikdə, Zərərçəkmiş şəxs hazırda yaşadığı, özünə məxsus mənzilin ona kifayət etdiyini bildirmiş, bununla bağlı aralarında ailə münaqişəsi zəminində yaranmış və təxminən 2 saat ərzində davam edən mübahisə zamanı, Zərərçəkmiş şəxs ona inşa etdirdiyi fərdi evi birinci arvadından olan doğma qızları üçün tikdirdiyini deyib, sonuncuların ünvanına nalayiq ifadə və kəlmələr işlətdiyinə görə, o, Zərərçəkmiş şəxs ondan yaxa qurtarmaq imkanından məhrum etməklə, əvvəlcədən yaşadıqları mənzilin qapısını içəridən bağlayaraq, ondan qisas almaq məqsədi ilə əvvəlcə mənzilin mətbəxindəki divanda əyləşmiş Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə əli ilə güclü zərbələr vuraraq onu döymüş, Zərərçəkmiş şəxs ondan yaxa qurtarmaq üçün mətbəxdən dəhlizə keçib qapıdan bayıra qaçmaq istədikdə onun arxasınca qaçıb, mənzilin dəhlizində tutaraq onu qonaq otağına keçirmiş və orada yerə yıxıb, xüsusi şiddət göstərməklə saçından tutub başını döşəməyə çırpmış, həmin vaxt aldığı xəsarətlərdən çoxlu qan itirməsinə, habelə qonşuları Şahid2 Zərərçəkmiş şəxs ondan xilas etmək üçün qapını döyərək açmasını tələb etməsinə məhəl qoymadan, daha da azğınlaşıb Zərərçəkmiş şəxs səssiz qalmasını tələb edərək, bir əli ilə onun ağzından tutub, qışqırmaq və köməyə çağırmaq cəhdlərinin qarşısını alaraq, digər əli ilə isə saçından tutub sürütləyərək mətbəxə keçirmiş, orada qanunsuz və zorakı hərəkətlərini davam etdirib, yenə də Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, o cümlədən kürək nahiyəsinə əl və ayaqla güclü zərbələr endirib, onu yerə yıxmış, habelə qarnının üzərinə çıxıb təpikləyərək təxminən 15-20 dəqiqə ərzində xüsusi şiddət göstərməklə Zərərçəkmiş şəxs döyməyə davam edərək sonuncuya ağır iztirablar verib, ona hər iki əng sümüklərinin, sol gözün orbit sümüyünün sınığı, burun sümüklərinin qapalı yerdəyişən sınıqları, qapalı beyin travması, baş beyin silkələnməsi ilə nəticələnən və küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik, səhhətin uzun müddətə pozulmasına səbəb olan, lakin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan sağlamlığa az ağır zərər vurmaya aid, həmçinin onun ağciyərlərinin əzilməsi nəticəsində inkişaf edən pnevmatoraks ilə müşayiət olunan, küt əşyanın (alətin) təsirindən əmələ gəlməyə xarakterik, yetirilən anda insan həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən xüsusi amansızlıqla, o cümlədən Zərərçəkmiş şəxs ağır iztirablar verməklə sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1986-cı ildə «Çernobıl qəzası» ilə əlaqədar olaraq xüsusi çağırışla Mingəçevir şəhər Komissarlığından həmin şəhərə ezam olunmuş, orada işləyən zaman radiasiya nəticəsində yüksək dozalı şüa qəbul etdiyindən sağlamlığında ciddi problemlər yaranmışdır. Sol gözü görmə qabiliyyətini tamamilə itirmiş, həmçinin daxili orqanlarında və digər bədən üzvlərində xəstəlikləri əmələ gəlmişdir. Birinci dəfə 1985-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan 3 qız övladı dünyaya gəlmişdir. Birinci arvadından 2003-cü ildə ayrılmış, 2005-ci ildə ikinci arvadı Zərərçəkmiş şəxs ilə tanış olub sonuncu ilə ailə həyatı qurduqdan sonra Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yaşamışdır. Sevil Cəfərovdan uşaqları olmamış, sonuncu ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan aralarında Zərərçəkmiş şəxs onun öz qızları ilə arasındakı münasibətləri həzm edə bilmədiyinə görə aralarında mütəmadi olaraq mübahisələr yaranmışdır. Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmiş və onu evə buraxmamışdır. 2014-cü ildə arvadı onu evdən qovanda Rusiya Federasiyasına işləməyə getmiş, orada da öz ehtiyatsızlığından yıxıldığından sol gözünə məftil batdığına görə tam olaraq həmin gözü görməmişdir. Sonradan Zərərçəkmiş şəxs ilə aralarında münasibətləri düzəldiyindən sonuncudan boşanmamışdır. Təxminən 30 il olar ki, «Çernobıl əlili» olduğundan ona ayrılmış Mingəçevir şəhəri «Günəşli» yaşayış massivində yerləşən pay torpaq sahəsində təməl atıb ev tikməyə başlayanda Zərərçəkmiş şəxs orada ev tikməyinə narazı olduğundan aralarında bunula bağlı mübahisə yaranmışdır. Bir müddət ayrı yaşasalar da sonra yenidən Zərərçəkmiş şəxs yanına qayıtmış, həmin vaxtdan etibarən evi tikməyə davam etmişdir. Zərərçəkmiş şəxs yay aylarında həmin evdə yaşayaraq orada mal-qara saxlamaq işi ilə məşğul olmağı təklif edərək tikinti üçün maddi cəhətdən köməkliyi etməsini xahiş edəndə Zərərçəkmiş şəxs şəhərdəki mənzilin kifayət etməsini bildirərək maddi yardım etməkdən imtina etmiş, ona yeni tkidirdiyi evi qızlarına verməsini təklif etdikdə, evini kimsəyə vermək fikrində olmadığını demişdir. 2021-ci iln mart ayının əvvələrində tikinti işləri aparmaq üçün «UNİBANK» Mingəçevir filialından 7000 (yeddi min) manat məbləğində krediti götürərək tikinti işlərini davam etdirmiş, Hər axşam evə gələndə Zərərçəkmiş şəxs torpaq sahəsində ev tikdirdiyinə görə onu söyüb təhqir etsə də sonuncuya əhəmiyyət vermədən tikinti işlərini davam etdirmişdir. 11 aprel 2021-ci il tarixdə saat 18 radələrində evə gəlib ayaqqabılarını çıxararaq hamama daxil olub əl-üzünü yumaq istəyən zaman Zərərçəkmiş şəxs hamamın qapısının qarşısına gələrək qızlarının ünvanına nalayiq ifadələr işlədərək yeni tikilən evdə əxlaqsız qızlarını yerləşdirməyə çalışmaqda günahlandırmışdır. Arxaya dönüb baxanda Zərərçəkmiş şəxs əlini belinə qoyub öz-özünə söylənməsini gördükdə sonuncuya əhəmiyyət verməmiş, Zərərçəkmiş şəxs onun və qızlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etdikdə əvvəlcə mübahisə etməyib eyvana çıxmış, oradan da mətbəxə qayıtmışdır. Zərərçəkmiş şəxs yenə də ondan əl çəkməyərək onu təhqir edə-edə arxasınca mətbəxə gəlmiş, saat 1830 radələrində Zərərçəkmiş şəxs qızlarının ünvanına nalayiq ifadələr işlətməməsini tələb etmiş, evi öz hesabına tikdirməsini, bu işdə ona maddi köməklik etmədiyini sonuncunun nəzərinə çatdırmışdır. Zərərçəkmiş şəxs təkrarən sözlərinə məhəl qoymadığından əsəbiləşib özündən çıxmış, mübahisəya davam edərək bir-birlərini təhqir etmişlər. Zərərçəkmiş şəxs onu təhqir edə-edə yemək və çayı stolun üzərinə qoymuş, yemək yeyən zaman da qızlarını və özünü təhqir etməyə davam etdiyinə görə həmin təhqirlərə dözə bilməyib özündən çıxıb əvvəlcə əli ilə Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiyələrinə zərəbələr endirməyə başlamışdır. Zərərçəkmiş şəxs qaçıb evdən çıxmaq istəyən zaman sonuncunu tutub yerə yıxmış, bədəninin müxtəlif nahiyələrinə əlləri və ayaqları ilə zərbələr endirmişdir. Mübahisə davam edərkən evin qapısı döyülsə də, döşəmənin və divanın üzərinin qan olmasını görüb həyacanlanaraq qapını qonşuların üzünə açmayaraq bunun ailə işləri olmasını demişdir. Ara sakitləşdikdən sonra qonşular çıxıb getmiş, Zərərçəkmiş şəxs yenə də sakitləşməyərək onun və qızlarının ünvanına ifadə edilməsi mümkün olmayan ifadələr işlətdiyindən mətbəxdə Zərərçəkmiş şəxs yenidən əlləri və ayaqları ilə zərbələr endirmişdir. Sonra Sevildən barəsində polisə şikayət edib-etməyəcəyini soruşduqda şikayət etməyəcəyini demiş, həyəcanlanaraq özünü pis hiss etdiyindən hamama girəndə Zərərçəkmiş şəxs müəllimə yoldaşı Şahid3 zəng edəcəyini demişdir. Buna etiraz etməmiş, hamama girəndə isə əlindən çıxıb Nazil Səmədovaya zəng etmişdir. Bir az sonra qapı döyülmüş, qapını açanda Şahid3 içəri daxil olmuşdur. Şahid3 divanda əyləşən Zərərçəkmiş şəxs yanına yaxınlaşanda çıxıb getdiyini bildirərək Şahid3 Zərərçəkmiş şəxs yanında qalmasını xahiş etmişdir. Mənzili tərk edərkən təkrarən Zərərçəkmiş şəxs polisə şikayət edib-etməyəcəyini soruşanda sonuncu ondan şikayətçi olmayacağını demişdir. Şahid3 mənzildə qalmış, o isə oradan çıxıb gedərək «Kür» mehmanxanasında gecələmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək aqibəti ilə maraqlandıqda Şahid3 zəngə cavab verərək artıq Sevili xəstəxanaya yerləşdirdiyini demişdir. Daha sonra isə Oğuz rayonunun Filfilli kəndində yerləşən ata evinə getmiş, bir müddət orada yaşadıqdan sonra Mingəçevir şəhər Polis Şöbəsinə dəvət edilərək orada izahat verən zaman Zərərçəkmiş şəxs ondan şikayət etməsini öyrənmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Mingəçevir şəhəri 12 №-li tam orta məktəbdə işləməklə ingilis dili fənnini tədris etmiş, 2020-ci ilin fevral ayında isə son yaş həddi ilə əlaqədar olaraq təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə tanış olaraq sonuncu ilə ailə həyatı qurmuşdur. Sonradan Bəxtiyarın əvvəllər evli olmasını və həmin nikahdan da 3 qızının olmasını, sonuncuların Oğuz rayonunda yaşadıqlarını, həmçinin Bəxtiyarın «Çernobıl əlili» olmasını da bilmişdir. Evləndikləri vaxtdan bir müddət münasibətləri yaxşı olsa da, Bəxtiyar yaz aylarında içki içərək evdə mütəmadi olaraq mübahisə yaratmaqla onu söyüb təhqir etdiyindən və döydüyündən polisə şikayət etmiş, sonradan isə barışmışlar. 2014-cü ildə Bəxtiyar Rusiya Federasiyasına işləməyə getmiş, orada tikintidə yıxılaraq sol gözünə məftil girdiyindən xəsarət almışdır. Mingəçevir şəhərinə qayıdanda həmin ildə xərc çəkərək onu müalicə etdirmişdir. 2018-ci ildə Bəxtiyar dövlətdən əlilliyinə görə ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin bünövrəsini qoymuş, 2021-ci ilin əvvəllərində isə «UNİBANK»dan kredit götürürək təmir və tikinti işlərini başa çatdırmışdır. Bəxtiyar ona yay aylarını yeni tikdirdiyi evdə, qışda isə şəhərdəki mənzildə yaşamağı təklif edərək evin tikintisini başa çatdırmaq üçün ondan maddi cəhətdən köməklik etməsini istəmiş, sonuncuya həyət evində yaşaya bilmədiyini bildirərək evi qızlarına hədiyyə etməsini tövsiyyə etmişdir. Təqsirləndirilən şəxs isə yeni tikdirdiyi evi qızlarına verməyəcəyini bildirərək orada mal-qara saxlayacağını demişdir. Həmin vaxtlar aralarında ciddi mübahisə yaranmamışdır. Aralarında baş vermiş mübahisədən 1 həftə əvvəl Təqsirləndirilən şəxs ondan evin ətrafını hasarlamaq məqsədi ilə məftil almaq üçün pul istədikdə, pulu olmadığını demişdir. Lakin, Bəxiyar yenə də heç nə demədən tikinti işlərinə davam etmişdir. Hər axşam evə gələndə Bəxtiyarın yeməyini verib paltarını yumuşdur. 11 aprel 2021-ci il tarixdə saat 1830 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs yenidən evə gəldikdən sonra otağa keçib paltarını dəyişməyə başlamış, bu zaman sonuncunun sərxoş halda olub-olmamasını yoxlamaq üçün arxasınca otağa keçmişdir. Təqsirləndirilən şəxs onu görən kimi yemək hazırlamasını tapşırmış, bişirdiyi «küftə»dən bir boşqab çəkib stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs çay istədikdə bir stəkan çay gətirib vermişdir. Yemək yeyən zaman onun pul verməməsinə baxmayaraq evi öz gücünə tikməsini demiş, o da Bəxtiyara hazırda yaşadığı mənzilin kifayət etməsini, yeni tikilən evdə də yaşamaq istəmədiyini və həmin evi qızlarına verməsini məsləhət görmüşdür. Təqsirləndirilən şəxs mübahisə edərək onu söyüb təhqir etməyə başladıqda əvvəllər də aralarında bu cür mübahisələr baş verdiyindən əhəmiyyət verməmiş, mətbəxdə yerləşən divanda əyləşib televizora baxan zaman Təqsirləndirilən şəxs oturduğu masadan durub yanına gəldikdən sonra onu söyüb təhqir edərək saçından tutub başına və bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərəbələr endirməyə başlamışdır. Çətinliklə gücünü toplayıb Bəxtiyarın əlindən dəhlizə çıxaraq qapını açıb bayıra qaçmaq istəyən zaman açar qapının üstündən götürüldüyündən mənzili tərk edə bilməmişdir. Təqsirləndirilən şəxs arxasınca qaçaraq onu dəhlizdə tutub qonaq otağına aparmış, orada onu döşəmənin üzərinə yıxmışdır. Onu nalayiq ifadələrlə söyüb təhqir edərək bədəninin bütün nahiyələrinə əlləri və ayaqları ilə zərbələr endirməyə başlamış, qışıqırıb qonşuları köməyə çağırmağa başlayan vaxt daha da azğınlaşıb başından tutub döşəməyə vurmuşdur. Zərbələrin təsirindən artıq huşsuz vəziyyətə düşmüş, birdən qapının bərk döyülməsini hiss etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs dayansa da qapını açmamış, qapının döyülməsi dayanandan sonra köməyə kimsəni çağrımaması üçün ağızını əli ilə tutub sürütləyərək mətbəxə aparmışdır. Yenidən qapı döyüldükdə qapının arxasında olan şəxslərə ailə münaqişəsi olmasını demiş, qonşular ciddi cəhdlə qapını açmağı tələb etsələr də qapını açmamışdır. Qonşular getdikdən sonra eyvana çıxıb gələn-gedənləri müşahidə edərək geri qayıdıb yenidən zorakı hərəkətlərini davam etdirərək qarın və kürək nahiyələrinə ayaqları ilə zərbələr endirmişdir. Qarnının üstünə çıxıb təpikləmiş, bədəninin müxtəlif nahiyələrinə ayaqları ilə zərbə endirdikdən sonra stolun üstündə olan vazanı başına vurmaqla və boynunu sındırmaqla hədələyərək ayağa qalxmasını tələb etmişdir. Boynundan tutub sıxanda gücünü toplayıb ayağa qalxmış, lakin boynunu buraxandan sonra yenə müvazinətini saxlaya bilməyərək yıxılmışdır. Başı mobil telefonunun yanına düşdüyündən iş yoldaşı Şahid3 zəng edərək sonuncuya özünü çatdırmayacağı halda öləcəyini demişdir. Təqsirləndirilən şəxs həmin vaxt hamamda olmuş, bütün qanı divanın üstünə və döşəməyə tökülüb dağılmışdır. Mübahisə zamanı Bəxtiyar təxminən 15-20 dəqiqə ərzində onu şiddətlə döymüş, bir qədər sonra Şahid3 qapını bərk döyərək Təqsirləndirilən şəxs qapını açmağını tələb etdikdə sonuncu məcbur qalıb qapını açmışdır. Nazilə Mənzilə daxil olanda yerdə qan izlərini görüb ucadan qışqırdıqdan sonra əlinə əski alıb onun sifətinin qanını silməyə başlamış, Təqsirləndirilən şəxs nə baş verməsini soruşanda sonuncu onu döyüb həmin hala salmasını boynuna almışdır. Təqsirləndirilən şəxs ondan polisə şikayət edib-etməyəcəyini soruşanda qorxudan barəsində şikayət etməyəcəyini demiş, həmin axşam evdə gecələməyəcəyini deyərək mənzildən çıxmış və Şahid3 təcili yardım çağırmamasını demişdir. Şahid3 isə bunlara baxmayaraq təcili yardım çağırmış, tibb işçiləri gəldikdən sonra onu xəstəxanaya yerləşdirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, birlikdə Mingəçevir şəhəri 12 №-li tam orta məktəbdə müəllimə işlədiyi Zərərçəkmiş şəxs 2005-ci ildə Təqsirləndirilən şəxsla evlənmiş, əvvəllər münasibətləri yaxşı olsa da, sonradan aralarında münaqişələr olmuşdur. 11 aprel 2021-ci il tarixdə saat 2030 radələrində yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək vəziyyətinin pis olmasını və kömək edən olmasa öləcəyini deyərək onu mənzilinə çağırmışdır. Həmin vaxt Sevilin yaşadığı ünvan 1 ünvanına yollanmış, mənzilin qapısını döydükdə orada olan xatırlamadığı qonşu Təqsirləndirilən şəxs qapını açmayacağını demişdir. Sonra Təqsirləndirilən şəxs mənzildən kim olmağını soruşduqda özünü təqdim edərək qapını açmasını tələb etmişdir. Təqsirləndirilən şəxs qapını açandan sonra mənzilə daxil olduqda Zərərçəkmiş şəxs mətbəxdəki divanda uzanmasını, evin döşəməsinin, divanın qan içində olmasını və Zərərçəkmiş şəxs sifətinin tanınmaz halda olmasını görüb həyəcanlanaraq qışqırmışdır. Əski götürüb Zərərçəkmiş şəxs sifətinin qanını silərək sonuncuya yardım etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüb tanınmaz hala salmasını etiraf etdikdən sonra Zərərçəkmiş şəxs polisə şikayət edib-etməyəcəyini soruşduqda sonuncu şikayət etməyəcəyini demişdir. Təqsirləndirilən şəxs ondan təcili yardım çağırmamasını tapşırıb evi tərk edərək başqa yerdə gecələməyə getdiyini bildirib mənzili tərk etmişdir. Bir qədər sonra mənzilə təcili yardım gəlmiş, tibb işçiləri Zərərçəkmiş şəxs xəstəxanaya aparanda sonuncunun mobil telefonu onda qalmışdır. Həmin mobil telefondan Sevilin bacılarına zəng edərək Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirildiyini xəbər vermişdir. Təqsirləndirilən şəxs həmin mobil telefona zəng edərək Zərərçəkmiş şəxs barədə maraqlandıqda ona Zərərçəkmiş şəxs təcili yardım avtomobili ilə xəstəxanaya apardıqlarını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə saat 1830 radələrində evdə olan zaman 4-cü mərtəbədə yerləşən qonşusu Zərərçəkmiş şəxs yaşadığı mənzildə səs-küy gəldiyini eşidib mənzilin qapısının qarşısına yaxınlaşanda Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini və Sevilin adamları köməyə çağırmasını eşitmişdir. Oraya gəlmiş digər qonşularla birlikdə Təqsirləndirilən şəxs səsləyib qapını açmasını tələb etsələr də, sonuncu bunun ailə münaqişəsi olmasını və heç kimə aidiyyəti olmamasını deyib qapını açmamışdır. Həmin vaxt ara sakitləşmiş, bir qədər də orada gözlədikdən sonra bədbəxt hadisə baş verməsinin qarşısını almaq üçün istifadəsində olan mobil telefondan Azərbaycan Respublikası DİNnin «102 xidməti»nə zəng edərək mənzilinə qayıtmışdır. Aradan 1 saat vaxt keçmiş binanın qarşısına təcili yardım avtomobilinin gəlməsini Zərərçəkmiş şəxs təcili yardım avtomobilinə mindirdiklərini görmüşdür. Sonradan Zərərçəkmiş şəxs döyüləndən sonra Təqsirləndirilən şəxs hamama keçməsindən istifadə edib özünü toplayaraq müəllimə yoldaşı Şahid3 zəng edərək köməyə çağırdığını, Şahid3 oraya gələrək qapının qarşısında Təqsirləndirilən şəxs səslədiyini, Təqsirləndirilən şəxs qapını açandan sonra Nazilənin isə mənzilə daxil olduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Firkət qızı ifadəsində göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə Yevlax rayonunun Xaldan kəndində yerləşən evində olan zaman xatırlamadığı şəxs zəng edərək yeznəsi Təqsirləndirilən şəxs bacısı Sevili ölümcül halda döyüb xəsarət yetirdiyindən təcili yardım çağrılaraq Mingəçevir şəhər xəstəxanasına yerləşdirilməsini demişdir. Dərhal sifarişlə taksi çağıraraq Mingəçevir şəhər xəstəxanasına gələrkən Bakı şəhərində yaşayan bacısı Şahid4 da ona zəng edərək Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs bədən xəsarəti yetirməsini bildirmişdir. Mingəçevir şəhər xəstəxanasına çatanda bacısının sifətinin tanımaz halda olmasını görmüş, sonuncu ona əri Təqsirləndirilən şəxs 11 aprel 2021-ci il tarixdə saat 1830 radələrində başına bədəninin müxtəlif nahiyələrinə əlləri və ayaqları ilə zərbələr endirərək bədən xəsarəti yetirməsini bildirmişdir. Oraya gəlmiş polis əməkdaşları ilə birklikdə bacısının yaşadığı M.Maqomayev prospekti ev 77 mənzil 37 ünvanına hadisə yerinə baxış keçirmək üçün getmiş, hadisə yerinə baxış keçirilən zaman evin divarlarının, otağının mətbəxinin və sair yerlərinin qanının içərisində olmasını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Firkət qızı eyni məzmunlu ifadə verərək Şahid1 Firkət qızının yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə-tibb ekspertizasının 2021-ci il 05 may tarixli 209 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilən xəsarətlər: - hər iki əng sümüklərinin, sol gözün orbit sümüyünün sınığı, burun sümüklərinin qapalı yerdəyişən sınıqları, qapalı beyin travması, baş beyin silkələnməsi və ağ ciyərlərin əzilməsi nəticəsində inkişaf edən pnevmatoraks küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər. Yetirilmə müddətləri qərarda göstərilən 11.04.2021-ci il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə hər iki əng sümüklərinin, sol gözün orbit sümüyünün sınığı, burun sümüklərinin qapalı yerdəyişən sınıqları, qapalı beyin travması, baş beyin silkələnməsi, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Ağciyərlərin əzilməsi nəticəsində inkişaf edən pnevmatoraks isə yetirilən anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmə psixiatrik ekspertizasının 18 iyun 2021-ci il tarixli 311 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və.s psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və.s psixi xəstəlik keçirmir. Onun törətdiyi cinayət əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət hadisəsini törətdikdən sonra hər hansı formada heç bir psixi pozuntuya düçar olmamışdır Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında yəni, anlaqlı olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 10 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1630-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 12 may 2021-ci tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyətinin 12 saylı Mənzil İstismat Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X1 şəhəri M.Maqomayev küçəsi ev 77, mənzil 37-də yaşayır yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mingəçevir şəhər Çernobıl əlilləri cəmiyyəti tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən İİ qrup Çernobıl əlilidir və prezident təqaüdçüsüdür, cəmiyyət tərəfindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi tərəfindən təqdim edilmiş vəsiqənin surətindən görünür ki, Məmmədov X3 Atom Elektrik Stansiyasının ləğvində HVX yerinə yetirməklə İİ qrup əlildir və ona 145,11 AZN pensiya təyin edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 12.07.2021-ci il tarixli qətnaməsindən gürünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 16 dekabr 2005-ci ildə Mingəçevir şəhəri VVADQ şöbəsində 582 nömrəli qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə təkibi Təqsirləndirilən şəxs ona CM-in 126.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla razılaşmayaraq Zərərçəkmiş şəxs xüsusi iztirab vermədən döyərək bədən xəsarəti yetirməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə araşıdrması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs döyərək ağır bədən xəsarəti yetirərkən həmin vaxt səsə gəlmiş qonşular ondan qapını açmasını tələb etsələr də buna məhəl qoymayaraq qapını açmamış, zərərçəkmiş Zərərçəkmiş şəxs zərbələr vurmaqda davam edərək bununla da ona ağrılar yetirməklə xüsusi iztirablar verdiyini dərk etmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.2.3-cü maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və X9 Stansiyasının ləğvində HVX yerinə yetirməklə İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı 10 may 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.2-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfləri və maddi sübut yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasınə məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-193/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-193/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver