Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-193/2025 11.03.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1445.0 qram (1 kq 445 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xeyli miqdarda, ümumi təmiz çəkisi 305,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə saxlanıldıqdan sonra həmin tarixdə saat 20:06-dan 20:19-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin alt hissəsindən 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlamada təmiz çəkisi 305,12 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, həmin tədbirlərin davamı kimi xx.xx.2025-ci il tarixdə saat 16:58-dən 17:09-dək Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan əraziyə baxış keçirilən zaman həmin yerdə olan söhbətgahın dam hissəsində saxladığı 01 ədəd qara rəngli bağlamada təmiz çəkisi 1445 qram (1 kq 445 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 14 fevral 2025-ci il tarixdə 12 saylı X10 2 ay vaxtından əvvəl azad olunmuşdur. Axşam saat 21 radələrində X10 çıxıb 28 May metrosuna, oradan isə avtovağzala gəlmişdir. Avtobus olmadığına görə Şəki kafesinə getmişdir. Şəki kafesinin yanında qardaşına zəng etmişdir. Qardaşı Bərdədən olan şəxsin kartına 20 manat pul göndərmişdir. Bundan sonra səhər saat 6-7 radələrində Ağdaş şəhərinə gəlmişdir. Ağdaşda restoranda yemək yemişdir. Qardaşından pul istəmiş, lakin qardaşı ona imkanı olmadığını demişdir. Elə olub “Akkumulyator” oğurlamışdır. Həmin “Akkumulyator”u satmışdır. Sonra qonşusunun yanına gəlmişdir. Sonra “Samid” adlı əməliyyatçı və digər əməkdaşlar tərəfindən saxlanılmışdır. Ona “Akkumulyator” oğurlamaqda şübhəli olduğunu demişlər. Sonra onu 11 radələrindən axşam 20 radələrinə qədər maşında gəzdirmişlər. Hava qaraldıqdan sonra onu Padar meşəsinə aparmışlar. Sellofanda olan marixuananı bölmüşlər və ona demişlər ki, ona hörmət etdikləri üçün marixuananı bölüb 330 qram saxlayırlar. Sonra ona CM-in 234.1-ci maddəsi ilə ittiham verəcəklər. Güya onu ev həbsinə buraxacaqmışlar. Sonra qardaşı ilə ona hədə-qorxu gəlmişlər. Yekunda polis əməkdaşları ilə razılaşmış və 330 qramla razılaşıb polis şöbəsinə gəlmişdir. Polis şöbəsində 1 gündən sonra onu otağa çağırmışlar. Sonra ona demişlər ki, güya narkotik vasitəni Bakı şəhərindən gələndə özü ilə gətirmişdir. Sonra təkrar qardaşı ilə ona hədə-qorxu gəlmişlər. Güya o, narkotik vasitəni Padar meşəsinə qoymuşdur. Həbsdən çıxdığı 20 saat olmamışdır. Onun hesab kartı və telefonu yoxdur. Qardaşı ilə hədə-qorxu gəldikləri üçün narkotik vasitəni boynuna almışdır. Gəldiyi gün polis şöbəsinə qeydiyyata düşüb, elə həmin günü “Akkumulyator” oğurlamışdır. Yəni özünü yalnız “Akkumulyator” oğurluğu ilə təqsirli bilir. Narkotik vasitə ilə əlaqəsi yoxdur. Güya o, 200 manat müqabilində Ağdaşa narkotik vasitə gətirmişdir. Əgər o, 200 manat müqabilində Ağdaşa narkotik vasitə gətirmişdirsə, niyə restoranda oturub nisyə yemək yemişdir? Niyə qardaşı ona yol pulu atmışdır? Hələ kafedə işləyəndə cibinə 15 manat pul qoymuşdur. O, 200 manat almışdırsa, niyə “Akkumulyator” oğurlamışdır? Ona qardaşı ilə hədə-qorxu gəlib boynuna narkotik vasitə qoymuşlar. “Akkumulyator”u satmışdır. Satdığı yerdən alıb sahibinə qaytarmışlar. Sahibi də qonşusudur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, həbsdən çıxandan sonra Nizami metrosunun yaxınlığında olmuşdur. Həmin günü Nizami metrosunun yanına getmişdir. Qardaşının dostu Nizami metrosunun yanında lotereya işinə baxır. Orada gedib qardaşına zəng etmişdir ki, ona pul versin, rayona getsin. O da ona saat 13:30-a kimi pul verəcəyini demişdir. Ancaaq o, onu gözləmədən avtovağzala getmişdir. Nizami metrosunun yanında “Turabi” adlı şəxslə tanış olmamışdır. İranlı şəxslə tanış olmamışdır. O, Ağdaş rayonuna getməli imiş. Həbsə qədər Bakı şəhərində fəhləlik etmişdir. Həbsdən çıxıb Ağdaş şəhərinə gəlmişdir ki, polisdə qeydiyyata düşsün. Sonra Bakı şəhərinə qayıtmalı imiş. Çünki spit xəstəsidir və xəstəxanada qeydiyyata düşməlidir. Polis əməkdaşları onu döyməmişlər, lakin qardaşı ilə hədə-qorxu gəlmişlər. Qardaşı tutulmasın deyə polislə razılaşmışdır. Ona qardaşı ilə hədə-qorxu gəlmişlər. O da onların dedikləri məzmunda ifadə vermişdir. Məhkəmədə verdiyi ifadəsi doğrudur. Samitin otağında olan zaman kimsə zəng edib demişdir ki, narkotiki “Şfelin” içinə qoymuş, vəkili götürüb gəlsin, onlar hazırdırlar. Sonra onlar getmişdirlər. Onlardan 5 dəqiqə sonra vəkil gəlmişdir. O, Kamil İsmayılovdan “Akkumulyator” oğurlamışdır. Video çəkilişdən görünür ki, qolunda qandal olmamış və olduqca rahatdır. Çünki artıq boynuna 330 qram marixuana qoymuşlar. O, polis əməkdaşları ilə qardaşına görə razılaşmışdır. Onun 31 yaşında qardaşı vardır. Atası və anası xəstədir. Bacısı rəhmətə getmişdir. Qardaşının 2 körpə uşağı vardır. Qardaşının tutulmağını istəmirmiş. Ona görə polislərlə razılaşmışdır. Ona qardaşı ilə hədə-qorxu gəlmişlər. Onu axşam saatlarına qədər maşında gəzdirib, meşəyə gətirib boynuna narkotik vasitə qoymuşlar. Qardaşı ilə ona hədə-qorxu gəldikləri üçün qoluna qandal vurmamışlar. Çünki bilirmişlər ki, qorxusundan heç nə deyə bilməyəcək. 19 mart Xəzər xəbərdə onun çəkilişi olmuşdur. “Mercedes Benz” markalı maşının arxa baqaj hissəsindən akkumulyatoru götürüb satmışdır. Aradan 1-2 saat keçməmiş onu gəlib saxlamışlar. Polis şöbəsində olan zaman onu otağa çağırmışlar və demişlər ki, qardaşını gətirmişdirlər. Sonra demişlər ki, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham veriləcəkdir və onun qardaşını buraxacaqlar. O da razılaşmış və demiş ki, qardaşını buraxsınlar, sənədlərə imza çəkəcəkdir. 1 gün çöldə qalmışdır. Daha sonra tutulmuşdur. Bakı şəhərindən Ağdaş şəhərinə nisyə gəlmişdir. Onda 50-100 minlik mal haradan olub? Onu Fəzigilin evində tutmuşlar. Akkumulyator oğurlamışdır, lakin aşkar olunan narkotik vasitə onda olmamışdır. Əvvəllər tutulduğu zaman heç bir müqavimət göstərməmişdir. Çünki əvvəllər tutulan zaman ona qarşı qanunsuzluq olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə qismən təqsirli bilir. ünvan 1-da qeydiyyatda olmaqla yaşayır. Uzun müddətdir ki, narkotik vasitələr qəbul edir, bu səbəblə əvvəllər məhkum olunmuş, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən çıxmışdır. Həmin gün Bakı şəhərində yerləşən Nizami metrostansiyasının yaxınlığında olan zaman əvvəllər tanımadığı, orta yaşlarında kişi cinsinə mənsub şəxs ona yaxınlaşaraq özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edərək adının “Turabi” olmasını demişdir. Həmin şəxs onun xarici görkəmcə narkotik vasitə istifadə edən şəxsə bənzədiyini bildirmiş, o da narkotik vasitə istifadə etdiyini, buna görə cəza çəkdiyini və cəzaçəkmə müəssisəsindən yeni çıxdığını bildirmişdir. Həmin şəxs ona 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bağlamada narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri Ağdaş şəhərində deyəcəyi ünvana aparıb qoymağını və bunun qarşılığında ona 200 manat pul verəcəyini bildirmiş, o da həmin şəxslə razılaşmışdır. Həmin şəxs ona göyqırmızı rəngli sellofan torba vermişdir. Həmin sellofan torbanın içərisində 1 ədəd qara rəngli sellofan bağlama və 1 ədəd sarı rəngli sellofan bağlama olmuşdur. Bundan başqa həmin şəxs Ağdaş şəhərinə çatan zaman onunla əlaqə yaradıb bildirəcəyi ünvana narkotik vasitəni qoymağı üçün içərisində mobil nömrəsi yazılmış 01 ədəd kağız parçasını ona vermişdir. O da kağız parçasını və sellofan torbanı götürmüş və oradan uzaqlaşmışdır. Bir az uzaqlaşdıqdan sonra içərisində mobil nömrəsi yazılmış 01 ədəd kağız parçasını mobil nömrəyə baxmadan cırıb tullamışdır. Daha sonra Ağdaş şəhərinə gəlmiş, xx.xx.2025-ci il tarixdə gecə saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan əraziyə gəlmişdir. Sellofan torbada olan 01 ədəd bağlamadakı narkotik vasitə qurudulmuş marixuananı həmin yerdə olan kolluq ərazidə, digər bağlamadakı narkotik vasitə heroini həmin ərazidə olan söhbətgahın dam yerində gizlətmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında narkotik vasitə qurudulmuş marixuananı götürmək üçün Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan əraziyə gəlmişdir. O, sellofan torbada olan 01 ədəd bağlamadakı narkotik vasitə qurudulmuş marixuananı kolluq ərazidən götürüb əynində olan qara rəngli gödəkcəsinin alt hissəsinə qoymuşdur. Həmin ərazidən uzaqlaşan zaman saat 20:06 radələrində sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman polis əməkdaşları ona özlərində narkotik vasitələri üzərində saxlamağı və istifadə etməyi barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O da buna heç bir etiraz etməmişdir. O, qərarla tanış olunmuş, hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim edilmişdir. Ondan üzərində narkotik vasitələr saxlayıb-saxlamamağı soruşulmuş, o da üzərində özünün istifadə etməyi üçün narkotik vasitə olmasını bildirmişdir. Daha sonra o, qara rəngli gödəkcəsinin alt hissəsində gizlətdiyi içərisində narkotik vasitə marixuana olan sellofan torbada olan 01 ədəd bağlamanı təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 316 qram olması müəyyən edilmişdir. Sellofan torbada olan 01 ədəd bağlama 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibinbdən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar geri qaytarılmışdır. Şifahi qaydada sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmağı üçün polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə gəlmiş və Növbətçi Hissəyə təhvil verilmişdir. Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmiş, təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. O, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusunu və 02 ədəd kağız parçasını, həmin gödəkcənin sol yan cibindən isə içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusunu və hüquq və vəzilərin əks olunduğu bildirişi çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya və ya predmet aşkar olunmamış, daha sonra aşkar olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Bundan başqa şübhəli şəxs qismində dindirilən zaman təhqiqatçı daxil olmuş əməliyyat məlumatına əsasən onun başqa yerdə də narkotik vasitə saxlamağını bildirmiş, o da həmin zaman polis əməkdaşlarının artıq özünün digər yerdə narkotik vasitə saxladığını bildiklərini, daha da gizlətməyin mümkün olmadığını düşünüb doğrunu danışmaq qərarına gələrək Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə narkotik vasitə heroin saxladığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 16:58-də müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə narkotik vasitə heroini gizlətdiyi Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan əraziyə baxış keçirilməyə başlamışdır. Özünün göstərdiyi yolla hərəkətə başlanılmış, həmin yerdə olan söhbətgahın dam hissəsində gizlətdiyi 01 ədəd bağlamadakı narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, çəkisinin 1,476 qram olması müəyyən edilmişdir. Sellofan bağlamada olan 01 ədəd bağlama 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada sorğusual aparılan zaman aşkar olunmuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən 200 manat qarşılığında Ağdaş şəhərində deyəcəyi ünvana aparıb qoymağı üçün aldığını, lakin sonradan həmin narkotik vasitələrdən özünün istifadəsi üçün saxladığını, narkotik vasitə heroini Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə olan söhbətgahın dam hissəsində, narkotik vasitə marixunanı isə üzərində saxlayan zaman polis əməkdaşlarının aşkar etdiyini, həmin narkotik vasitələrdən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin orta yaşlarında, üzündə az miqdarda saqqal, əynində qara rəngli gödəkcə və göy rəngli cins şalvar olduğunu, özünün narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə heroini satmaq niyyətinin olmadığını, aşkar olunan həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroindən istifadə etmədiyini, narkotik vasitə qurudulmuş marixuna və narkotik vasitə heroin saxlamağından ailə üzvlərinin və ya başqa şəxslərin xəbəri olmadığını, ifadəsinin alınmasında heç bir güc və ya psixoloji təzyiq tətbiq edilmədiyini, mobil telefondan istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:06-da Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə soruşulmuş, o, üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbada olan 01 ədəd bağlama təqdim etmiş, narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd bağlamanın təxmini çəkisi 316 qram olması müəyyən edilmişdir. Daha sonra sellofan torbada olan 01 ədəd bağlama zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibindən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar geri qaytarılmışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanıılmasına dair protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. İçərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusunu və 02 ədəd kağız parçasını, həmin gödəkcənin sol yan cibindən isə içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusunu və hüquq və vəzilərin əks olunduğu bildirişi çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar olunmamış, daha sonra aşkar olunmuş əşyalar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:06-da Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, ona hüquq və vəzifələrinin izah olunması barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə soruşulmuş, o, üzərində narkotik vasitə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbada olan 01 ədəd bağlama təqdim etmiş, narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 01 ədəd bağlamanın təxmini çəkisi 316 qram olması müəyyən edilmişdir. Daha sonra sellofan torbada olan 01 ədəd bağlama 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibindən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar geri qaytarılmışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, üstünün yoxlanıılmasına dair protokol tərtib edilmiş, bundan sonra maddi sübutların təhvil-təslimi həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslim həyata keçirilmişdir. İçərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusunu və 02 ədəd kağız parçasını, həmin gödəkcənin sol yan cibindən isə içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusunu və hüquq və vəzilərin əks olunduğu bildirişi çıxarıb təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar olunmamış, daha sonra aşkar olunmuş əşyalar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs başqa yerdə də narkotik vasitə saxlamağı barədə dail olmuş əməliyyat məlumatı ilə əlaqədar şübhəli şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə narkotik vasitə saxladığını bildirmişdir. Qeyd edilən ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlamış, həmin yerdə olan söhbətgahın yanına çatmışlar. Təqsirləndirilən şəxs dam hissəsində gizlətdiyi içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd qara rəngli bağlama təqdim etmişdir. Narkotik vasitə heroinə bənzər kütlə ilə birlikdə 01 ədəd bağlamanın təxmini çəkisi 1,476 qram olması müəyyən edilmişdir. Daha sonra 01 ədəd bağlama 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparılan zaman aşkar olunmuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən 200 manat qarşılığında Ağdaş şəhərində deyəcəyi ünvana aparıb qoymağı üçün aldığını, lakin sonradan həmin narkotik vasitələrdən özünün istifadəsi üçün saxladığını, narkotik vasitə heroini Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə olan söhbətgahın dam hissəsində, narkotik vasitə marixunanı isə üzərində saxlayan zaman polis əməkdaşlarının aşkar etdiyini, həmin narkotik vasitələrdən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün saxladığını saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 16 fevral 2025-ci il tarixli “raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə üzərində və başqa yerdə saxlaması, istifadə etməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). 16 fevral 2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:06-da Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlama təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 316 qram olmuş, sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibinbdən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 01, iş vər. 10-12). 16 fevral 2025-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur (cild 01, iş vər.16-17). xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:06-dan saat 20:19-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlamanın qablaşdırıldığı kağız zərf təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlamada olan narkotik vasitənin özünə məxsus olmasını, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapmasını, ona qarşı heç bir fiziki zorakılıq olmamasını bildirmişdir. Video görüntüdən ibarət 1 ədəd DVD disk “HP” markalı kompüterə qoşularaq və sonra «My computer» pəncərəsində açıldıqda bir ədəd diskdə bir kadrda çəkilmiş video fayllar vardır. DVD diskə baxış zamanı «Windows-10» əməliyyat sisteminin «X17» proqramı vasitəsi ilə açılmış, ilkin olaraq DVD disk “HP” markalı kompüterin DVD-Romuna yerləşdirilmiş, daha sonra «My computer» pəncərəsində açıldıqda “00023” adlı video görüntü açılmışdır. 13 dəqiqə 21 saniyədən ibarət olan görüntü 01:43 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin alt hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlama təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 316 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan yaşıl rəngli köynəyin sağ sinə cibindən içərisində siqaret dənəcikləri olan 01 ədəd “Winchester” markalı siqaret qutusu və içərisində kibrit dənəcikləri olan 01 ədəd kibrit qutusu, həmin köynəyin sol sinə cibinbdən isə 02 ədəd kağız parçası aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin əşyalar onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidən tapdığını, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (cild 01, iş vər. 34-36). xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə də narkotik vasitə saxladığını bildirmişdir. Qeyd edilən ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanılmış, həmin yerdə olan söhbətgahın yanına çatılmışdır. Təqsirləndirilən şəxs dam hissəsində gizlətdiyi içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd qara rəngli bağlama təqdim etmiş, sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1,476 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən 200 manat qarşılığında Ağdaş şəhərində deyəcəyi ünvana aparıb qoymağı üçün aldığını, lakin sonradan həmin narkotik vasitələrdən özünün istifadəsi üçün saxladığını, narkotik vasitə heroini Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə olan söhbətgahın dam hissəsində, narkotik vasitə marixunanı isə üzərində saxlayan zaman polis əməkdaşlarının aşkar etdiyini, həmin narkotik vasitələrdən heç kimə pay vermədiyini, sadəcə olaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir (cild 01, iş vər. 47-49). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/141 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki sellofan torbaya bükülmüş 01 (bir) ədəd sarı rəngli sellofan bağlamada, təmiz çəkisi-305,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 54-57). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/142 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs Ağdaş rayonu, Padar meşəsi adlanan yerdə gizlətdiyi narkotik vasitəyə bənzər kütlə” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfi açdıqda, içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi-1445,0 qram olan maddə kustar üsulla hazıranmış narkotik vasitə heroindir (cild 01, iş vər. 67-70). Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(014)-25/2025 nömrəli qərarından görünür ki, X2 barəsində əvvəli 16 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01. iş vər. 93-95). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1) Ağdaş rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə 01 il müddətinə islah işləri cəzası 20% cəzasına məhkum edilmiş, 2) Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 185.1-ci və 69.3-cü maddələri ilə 09 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 3) Ağdaş rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 4) Ağdaş rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 5) Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29, 177.2.1-ci və 29,177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhər, Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir; 6) Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci, 69.3-cü, 76.6.3-cü və 67.1-ci maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-in 234.1-ci, 67.1ci və 69.3-cü maddələri əsasən üzərində 02 il 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01, iş vər. 102-105). “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır (cild 01, iş vər. 106). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 355 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 120). İş üzrə verilmiş əməliyyat taşırığına verilmiş cavabda qeyd edilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, həmçinin onun narkotik vasitəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı olması və adının “Turabi” olması ehtimal edilən şəxsin şəxsiyyətini müəyyən etmək, həmçinin Təqsirləndirilən şəxs bu barədə dediklərini sübut edən məlumat əldə edilə bilməmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasından heç kimin xəbəri olmamış, onunla və onun əlbir olduğu olduğu şəxs olmamışdır (cild 01, iş vər. 135). Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 10 nömrəli evdə qeydiyyatdadır, atası, anası və qardaşlarından ibarət ailə tərkibi var və barəsində nümaydəliyə yazılı və ya şifahi qaydada ərizə, şikayət daxil olmamışdır (cild 01, iş vər. 137-138). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 295/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (06-08 noyabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 76.6.3-cü maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-306/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunmuş və CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-306/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və onun üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01, iş vər. 140-149). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1971/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)295/2023 nömrəli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs üzərində CMin 234.1-ci, 67.1-ci və 69.3-cü maddələri əsasən 02 il 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 01, iş vər. 150-156). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(002)-176/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X4 cəzasının çəkilməmiş 01 (bir) ay 29 (iyirmi doqquz ) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01, iş vər. 157-160). Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsinə heç bir hökm və qərar daxil olmamışdır (cild 01, iş vər. 161). 15 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işindən başqa cinayət işinin ayrılması və icraat qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 206.2 və 235.1-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etmə mənbəyinin müəyyən olunması məqsədilə CM-in 234.4-1-ci maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilməsi, ayrılan cinayət işinə sənədlərin surəti əlavə olunması və ayrılan cinayət işi ********* statistik nömrə ilə qeydə alınması qərara alınmışdır (cild 01, iş vər. 190-204). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 748/2025 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl aldığı zədələr və bədən xəsarətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 xx.xx.2025-ci il tarixli, 3-16-17/37/2-5746/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi işində tələb edilən sənədlərin surətləri (akt, izahat, məlumat və xüsusi məlumat) mövcud deyil. Ağdaş RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işi yoxdur. Ağdaş RPŞ-nin xx.xx.2026-cı il tarixli məktubundan və ona əlavə olunmuş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, ev 12-də yaşayan X9 özünə məxsus nəqliyyat vasitəsinin akkumlyatorunun oğurlanmasını aşkar etməsi barədə Ağdaş RPŞ-yə müraciət etmiş və Təhqiqat bölməsində araşdırma aparılmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş, Kamil İsmaylovun əmlakının oğurlanması ilə bağlı keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, habelə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyatprofilaktik tədbirlər nəticəsində Kamil İsmayılova məxsus akkumlyatoru sonuncunun oğurlaması xx.xx.2025-ci il tarixdə müəyyən edilmişdir. Nəticədə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surəti Ağdaş RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 800 (səkkiz yüz) qramdan artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar, həmin Siyahıların 1-ci Siyahısının 109-cu bəndinə əsasən - təmiz halda 5 (beş) qramdan 500 (beş yüz) qramadək çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə xüsusilə külli və xeyli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlama cinayət əməlini törətmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs xüsusilə külli və xeyli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1445.0 qram (1 kq 445 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xeyli miqdarda, ümumi təmiz çəkisi 305,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, xx.xx.2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan ərazidə saxlanıldıqdan sonra həmin tarixdə saat 20:06-dan 20:19-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin alt hissəsindən 01 ədəd sellofan torbaya bükülmüş 01 ədəd sarı rəngli sellofan bağlamada təmiz çəkisi 305,12 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, həmin tədbirlərin davamı kimi xx.xx.2025-ci il tarixdə saat 16:58-dən 17:09-dək Ağdaş şəhəri, İ.Nəsimi küçəsində yerləşən “Padar meşəsi” adlanan əraziyə baxış keçirilən zaman həmin yerdə olan söhbətgahın dam hissəsində saxladığı 01 ədəd qara rəngli bağlamada təmiz çəkisi 1445 qram (1 kq 445 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs aşkar olunmuş xüsusilə külli və xeyli miqdarda narkotik vasitələrin ona aid olmaması, onu polislərin akkumulyator oğurlamaqda şübhəli olduğuna görə saxlaması, daha sonra polislərin narkotik vasitənin ona aid olduğunu bildirməyəcəyi halda qardaşının tutulacağı ilə ona təzyiq etməsi, təzyiqlərə məruz qaldığından polislərin dediyi ilə razılaşmaq məcburiyyətində qaldığını və nəticədə etiraf edici ifadələr vermək məcburiyyətində qalmasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi ilə razılaşmayaraq belə nəticəyə gəlir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini təhlil edərək Təqsirləndirilən şəxs sərbəst ifadə verərkən axşam saat 21 radələrində X10 çıxıb 28 May metrosuna, oradan isə avtovağzala gəldiyini, avtobus olmadığına görə Şəki kafesinə getdiyini, Şəki kafesinin yanında qardaşına zəng etdiyini və qardaşının Bərdədən olan şəxsin kartına 20 manat pul göndərməsini bildirsə də, sualları cavablandırarkən o, həbsdən çıxandan sonra Nizami metrosunun yaxınlığında olduğunu, həmin günü Nizami metrosunun yanına getdiyini, qardaşının dostu Nizami metrosunun yanında lotereya işinə baxdığını, orada gedib qardaşına zəng etdiyini və rayona getməsi üçün pul verməsini, qardaşı da ona saat 13:30-a kimi pul verəcəyini deməsini, acnaq o, onu gözləmədən avtovağzala getdiyini bildirməsi ilə verdiyi ifadəsində ziddiyyətlər müəyyən edilməsinə baxmayaraq onun X10 azad olduqdan sonra Nizami metrosunun yanında olduğunu göstərməsi, qardaşının zəngini gözləmədən Bakı Beynəlxalq Avtovağzalına gəlməsi və təqsirləndirilən şəxsin telefonu olmamasını bildirdiyinə rəğmən istədiyi vaxt qardaşı ilə əlaqə saxlaması məhkəmənin diqqətindən qaçmamışdır. Belə ki, Təqsirləndirilən şəxs polislərin onu akkumulyator oğurlamaqda şübhəli olduğuna görə saxladıqlarını bildirsə də, Ağdaş RPŞ-nin xx.xx.2026-cı il tarixli məktubu və ona əlavə olunmuş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, ev 12-də yaşayan X6 DİN-nin 102 xidmətinə müraciət edərək əri X7 məxsus “Mercedes Benz 208” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücü oturacağının altında yerləşən 230 (iki yüz otuz) manat dəyərindəki akkumulyatorunnun xx.xx.2025-ci il tarixdə naməlum şəxs(lər) tərəfindən oğurlanmasını aşkar etdiyini bildirmişdir. Bunla bağlı təhqiqat bölməsində araşdırma aparılmışdır. Daha sonra, Kamil İsmaylovun əmlakının oğurlanması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, habelə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat-profilaktik tədbirlər nəticəsində Kamil İsmayılova məxsus akkumlyatoru sonuncunun oğurlaması xx.xx.2025-ci il tarixdə müəyyən edilmişdir. Bunula bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş, lakin Kamil İsmayılovun avtomobilindən akkumulyatorun oğurlanması faktı barədə məlumat Daxili İşlər Nazirliyinin orqanlarına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Beləliklə yuxarıda qeyd edilən hallar bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs onun üçün əvvəlcədən məlum olmuş halları bu formada məhkəmə istintaqına təqdim etməklə həmin halları öz məqsədi üçün, yəni cinayət məsuliyyətindən kənar qalmaq üçün vasitə olaraq görmüş və həmin halları iddiasının əsasına qoymuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən saxlanıdıqdan sonra narkotik vasitə aşkar olunarkən, müdafiəçinin iştirakı ilə tutularkən, habelə barəsində həbs qətimkan seçilməsi ilə bağlı məhkəmə qarşısına çıxarılarkən heç nə bildirməmiş, heç nəyə etiraz etməmiş və əksinə ibtidai istintaq zamanı etirafedici ifadələr verərək törətdiyi əməli etiraf etmişdir. Müdafiə tərəfi qeyd olunan halları təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən, Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə narkotik vasitəni əldə edib daşıyaraq saxlamış, üzərinə şəxsi axtarış keçirilərkən xeyli miqdar narkotik vasitə, daha sonra həmin tədbirlərin davamı kimi əraziyə baxış keçirilərkən xüsusilə külli miqdar narkotik vasitə aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli CM-in 234.4-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal/hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-295/2023 nömrəli hökmünə əsasən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (06-08 noyabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 1 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 76.6.3-cü maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-306/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunmuş və CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-306/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 09 (doqquz) gün hissəsi sözügedən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və onun üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1971/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)295/2023 nömrəli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs üzərində CM-in 234.1-ci, 67.1-ci və 69.3-cü maddələrinə əsasən 02 il 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(002)-176/2025 nömrəli hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X4 cəzasının çəkilməmiş 01 (bir) ay 29 (iyirmi doqquz ) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Belə olan halda, cinayətin təhlükəli residiv qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaranır. Belə olan halda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(002)-176/2025 nömrəli qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətmişdir. Bu səbəbdən, CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı vaxt cəzasına hesablanmaqla çıxılmalı, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 16 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Ağdaş Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 305,07 qram olan narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1444,95 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(002)-176/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1971/2023 nömrəli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 29 gün vaxtından əvvəl azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)- 1971/2023 nömrəli qərarı ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 29 gün hissəsi hazırki hökmlə təyin olunan 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 10 (on) il 07 (yeddi) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 16 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Ağdaş Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 305,07 qram olan narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1444,95 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 107 (bir yüz yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-193/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-193/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver