Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-194/2020 01.12.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlunun, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1981-cı ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, tutulanadək ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, X3 işlədiyi kafenin həyətində şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi ilə 500 manata külli miqdarda, yəni 20,898 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq almaqla əldə edib saxlamış və Şahid2 taksi kimi istifadə etdiyi “Mercedes Benz” markalı, ** XB *** dövlət nömrə nişanlı avtomaşını ilə Bakı şəhərindən Zaqatala şəhərinə gətirərək üzərində daşımışdır. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həmin gün saat 20 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində polis şöbəsinə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynindəki şortun sağ yan cibində 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 20,354 qram, şortun sol yan cibində 01 ədəd ağ-qara rəngli kağız bükümdə təmiz çəkisi 0,544 qram, ümumilikdə təmiz çəkiləri 20,898 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü qismən( CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir) təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2020-ci ildə saat 19 radələrində Bakı şəhərindən taksi avtomaşını ilə gəlib Zaqatala şəhərində yerləşən “Asma körpü” adlanan yerin yaxınlığında düşmüşdür. Taksi avtomaşından düşüb 2-3 metr piyada irəliyə gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə gəzdirməyinə görə şübhəli olduğu üçün onu Zaqatala rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Orada polis əməkdaşları onu müdafiəçi ilə təmin edərək şübhəli şəxs qismində tutduqdan sonra hüquq və vəzifələrini izah edərək vəkilin iştirakı ilə video çəklişlə üzərində şəxsi axtarış aparmışlar. Orada polis əməkdaşlarının təklifi ilə ağ rəngli şortun sağ yan cibində şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini, şotun sol yan cibində ağ-qara rəngli içərsində narkotik vasitə heroin olan kağız bükümü, qara rəngli qulaqçığın baş hissəsini və arxa sağ cibindəki 03 ədəd 5 manatlıq 1 ədəd 1 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinazlarını polis əməkdaşlarına təqdim etmişdir. Üzərində aşkar olunmuş şortun sağ yan cibindəki sellofan torbadakı narkotik vasitə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilərkən bükümlə birlikdə çəkisi 23 qram, ağ-qara rəngli kağız bükümdəki narkotik vasitə olan heroin çəkilərkən bükümlə birlikdə çəkisi 0,9 qram təşkil etmişdir. Polis əməkdaşları tərəfindən üzərində aşkar olunmuş narkotik vasitə olan heroin ağ rəngli zərfə qablaşdırılaraq möhürlənmişdir. Üzərində aşkar olunmuş narkotik vasitə olan heroinin hər iki bükümünü xx xxxxxx 2020-ci ildə saat 11 radələrində Bakı şəhərində yerləşən 20 yanvar metrosunun yaxınlığında əvvəllər tanıdığı Ramil adlı şəxsdən 500 manata almışdır. Ramillə internet vasitəsai ilə tanış olmuşdur. Onun soyadını, ata adını yaşadığı ünvanı, eləcə də telefon nömrəsini bilmir, yalnız onun adı Ramil olduğunu bilir. Üzərində aşkar olunmuş narkotik vasitə olan heroini özü istifadə etmək üçün Ramildən 500 manata almışdır. Heç vaxt narkotik vasitə olan heroinin satışı ilə məşğul olmamışdır. Bakı şəhərindən Qoşqar adlı şəxsin “Mersedes Benz” markalı taksi avtomaşını ilə Zaqatala şəhərinə gəlmişdir. Qoşqarın avtomobilində yol gələrkən üzərində olan heroini iyləmişdir. Həmin vaxt Qoşqar üzərində narkotik olduğunu görmüşdür. Onun sərnişin olduğu avtomobildə başqa tanımadığı sərnişinlər olsa da onun avtomobildə heroin iyləməyini həmin sərnişinlər görməmişdir. Çünki o, Qoşqarın avtomobilinin qabaq oturacağında əyləşmişdir. X2 Peterburq şəhərində quldurluq cinayəti törətdiyinə görə xx xxxxxx 2013-ci ildə Rusiya Federasiyanın CM-nin 161-ci maddəsini 3-cü hissəsinin B bəndi ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş və 2016-cı ildə azadlığa buraxılmışdır. Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 14 radələrində idarə etydiyi “Mersedes benz” markalı 10 XB-732 dövlət qeydiyyat nişanlı avtomaşınla sərnişinləri Bakı şəhərindən Zaqatala şəhərinə gətirmək məqsədi ilə çıxmışdır. Həmin vaxt avtomobildə 3 nəfər sərnişin olmuşdur. Onlardan biri də sonradan tanıdığı Elçin adlı şəxs olmuşdur. Elçin avtomobilinin qabaq oturacağında digər yadında qalmadığı 2 nəfər sərnişinlər isə avtomobilinin arxa oturacağında əyləşmişlər. Həmin axşam saat 19 radələrində idarə etdiyi “Mersedes benz” markalı 10 XB-732 dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala rayonuna daxil olduqda avtomobilinin qabaq oturacağında əyləşən sərnişin Elçin ona “Asma körpü” adlanan ərazidə avtomaşından düşəcəyini demişdir. Elçinin təklifi ilə razılaşaraq idarə etdiyi avtomobili Elçinin dediyi yerdə saxladıqda Elçin avtomobildən düşmüşdür. Bundan sonra avtomobilində olan digər sərnişinləri Zaqatala şəhərinə çatdırmışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. Elçinin idarə etdiyi avtomobildə narkotik vasitə iylədiyini görməmişdir. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2020-ci ildə saat 19-20 radələrində polis əməkdaşları ilə Zaqatala şəhəri “Asma körpü adlanan yerdə olarkən Təqsirləndirilən şəxs piyada Zaqatala şəhəri istiqamətində getdiyini görüb ona yaxınlaşaraq özünü ona təqdim edib üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün polis şöbəsinə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun qanuni tələblərinə tabeçilik göstərərək onunla birlikdə xidməti avtomobilinə əyləşmişdir. Polis şöbəsində Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşımasında şübhəli olduğu üçün Zaqatala şəhər ərazsində saxlanılaraq tərəfindən RPŞ-yə gətirilməyi və həmin şəxsin barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi barədə Zaqatala rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təhqiqatçısı polis kapitanı Ramazan Hüşənov tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunub vəkilin iştirakı ilə video çəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan şortun sağ yan cibindən şəffaf sellofana bükülmüş büküm, şortun sol yan cibindən ağ-qara rəngli kağıza bükülmüş büküm, qara rəngli qulaqçıqın baş hissəsi və şortun arxa sağ cibindən 3 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinazları aşkar edilmişdir. Bükümləri açıb baxdıqda hər iki bükümün içərsində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini Bakı şəhərindən Ramil adlı şəxsdən istifadə etmək üçün aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şortun sağ yan cibindən şəffaf selofan paketə bükülmüş içərsində narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkilərkən narkotik maddənin paketlə birlikdə çıkisi 23 qram, ağ-qara rəngli kağız bükümdəki narkotik vasitə bükümlə birlikdə çəkisi 0,9 qram olması müəyyən edilmişdir. Şahid Şahid4 məhkəmədə Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 20:10 radələrində Elçinin üzərinə şəxsi axtarış aparılarkən vido çəklişi aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şortun sağ yan cibindən şəffaf sellofana bükülmüş büküm, şortun sol yan cibindən ağ-qara rəngli kağıza bükülmüş büküm, qara rəngli qulaqçığın baş hissəsi və şortun arxa sağ cibindən 3 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinazları aşkar edilmişdir. Aparılmış video çəklişə aid görüntülər DVD diskə köçürülərək qablaşdırılıb protokola əlavə edilmişdir. xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, , Təqsirləndirilən şəxs əynində olan şortun sağ yan cibindən çəkisi 23 qram, şortun sol yan cibindən 0,9 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. xx xxxxxx 2020-ci il tarixli N 17/476 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş. Üzərində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş “ “ sözləri və imzalar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 20,354 qram və 01(bir) ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,544 qram, ümumi təmiz çəkiləri-20,898 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. xx xxxxxxxx 2020-ci il tarixli 858 nömrəli ekspert rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X1 vilayətinin Frunze rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 213-cü maddəsinin 1-ci hissəsi ilə 03 ay müddətinə, X5 Peterburq vilayətində xx xxxxxx 2013-ci il tarixdə Rusiya Federasiyanın CM-nin 161-ci maddəsini 3-cü hissəsinin B bəndi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş və 2016-cı ildə azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotiki şəxsi istifadəsi məqsədilə əldə etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»a əsasən heroinin 0,15 qram şəxsi istehlak miqdarı, 2 qramdan çox isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroin isə 20,898 qram olmuşdr. Ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəsi deyildir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bu baxımdan da külli miqdarda narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs şəxsi istehlakı üçün əldə etməsini bildirməsi adekvat görünmür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı onda aşkar olunmuş narkotik vasitə olan 20,898 qram heroini özü istifadə etmək üçün almasına dair ifadəsində göstərdiyi xüsusatları səmimi, obyektiv və həqiqi ifadələr kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə əldə edərək saxlamışdır. Eyni zamanda məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma vaxtı 01 avşust 2020-ci ildən hesablanmaqla barəsində 03 avqust 2020-ci ildə həbs qətimkan tədbiri seçilmişdir. Onun həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan xx xxxxxx 2020-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CMnin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Ekspertiza xərci 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir. Həmin pul təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun həbsdə olduğu müddət həmin cəzaya hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 avqust 2020-cu ildən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 69 (altmış doqquz) manat 10 ( on ) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra ümumilkdə 20,798 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-194/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-194/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver