Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-194/2022 08.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X12, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Zaqatala rayonu Bazar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Zaqatala rayonu Bazar kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə 2019-cu ilin avqust ayından etibarən mütəmadi olaraq xx.xx.2008-ci il təvəllüdlü aşkar surətdə on dörd yaşına çatmayan bacısı qızı Zərərçəkmiş şəxs kiməsə deyəcəyi halda nənəsi Şahid3 və dayısı Şahid2 öldürməklə hədələyib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə qucağına götürüb yaşadığı Zaqatala rayonu, Bazar kəndində yerləşən fərdi yaşayış evinin yataq otağına apararaq çarpayıya uzatmış, qışqırmaması üçün əlləri ilə ağzını bərk tutub sıxaraq və əl zərbələri ilə üz nahiyəsinə vuraraq müqavimətini qırıb zor tətbiq etməklə alt paltarını soyundurduqdan sonra öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə soxub hərəkət etdirərək qeyri-təbii yolla cinsi əlaqədə olub anus nahiyəsinin şərti saat sferbulatının 5-ci rəqəminə uyğun gələn hissəsində çapıq toxuma xəsarətini yetirməklə, sonuncu dəfə 03 aprel 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Zaqatala rayonu, Bazar kəndində yerləşən fərdi yaşayış evinin yataq otağına apararaq çarpayıya uzatmış, qışqırmaması üçün əlləri ilə ağzını bərk tutub sıxaraq və əl zərbələri ilə üz nahiyəsinə vuraraq müqavimətini qırıb zor tətbiq etməklə alt paltarını soyundurduqdan sonra öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə soxub hərəkət etdirərək qeyritəbii yolla cinsi əlaqədə olub anusun girəcəyində şərti saat sferbulatının 9-cu rəqəminə uyğun gələn hissəsində yara xəsarətini yetirməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, bacısı qızı Bilqeyis, qardaşı Elvin və anası Pirdas ilə birlikdə yaşamışdır. Bilqeyis Zaqatala şəhər, İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın 7-ci sinif şagirdi olmuş, o, həftənin 5 günü məktəbdə qalmış, həftənin şənbə və bazar günləri isə yaşadıqları evdə qalmışdır. Təxminən 2019-cu ilin avqust ayından başlayaraq o, Bilqeyis ilə yaxınlaşmağa başlamış, Bilqeyis həmişə gəlib onun saçını sığallayırmış, beli ağrıdığı üçün belini oxalayırmış, o da Bilqeyisə qarşı ehtiras formalaşmağa başlamış, o, həmin vaxtlar sərxoş olduğu bir gecə Bilqeyisi yataq otağına çağırmış, Bilqeyis yataq otağına gəlmiş, həmin vaxt anası yatırmış, o, Bilqeyisdən şalvarını çıxarmasını istəmiş, Bilqeyis şalvarını çıxarmış, o, Bilqeyisdən çarpayıda üzü üstə uzanmasını istəmiş, Bilqeyis üzü üstə çarpayıda uzanmış, o, Bilqeyisin üzərinə çıxmış, cinsiyyət orqanını Bilqeysin ayaqlarının arasına sürtərək cinsi ehtirasını təmin etmiş, bundan sonrakı vaxtlarda Bilqeyis şənbə və bazar günləri yaşadıqları evə gələn zaman o, Bilqeyisi yataq otağına çağırırmış, bəzi vaxtlar isə Bilqeyis yatdığı üçün qucağında otağına gətirirmiş, Bilqeyis oyaq olduğu zaman özü, yatdığı zaman isə o, şalvarını çıxarırmış, o, cinsiyyət orqanının ucunu Bilqeyisin arxa nahiyəsinin girişinə soxurmuş, yavaş-yavaş hərəkət etdirirmiş, Bilqeyis isə bəzən ağrılar hiss etdiyi üçün ağlayırmış, hətta bəzi zamanlar o, o dərəcədə sərxoş olurmuş ki, Bilqeyis səhər yuxudan duran zaman ona gecə qışqırmaması üçün ağzını əli ilə tutduğunu deyirmiş, ancaq o, həmin halları xatırlamırmış, bir neçə dəfə Bilqeyisin arxa nahiyəsindən qan gəlmiş, ancaq elə bilirmişlər ki, Bilqeyisin qəbizliyi varmış, təxminən 2 ay əvvəl günorta saatlarında evin həyətində yerləşən istifadəsiz otağa Bilqeyisi aparmış, Bilqeyisdən şalvarını çıxarmasını istəmiş, Bilqeyis şalvarını çıxararaq çarpayıda uzanmış, o da şalvarını çıxarıb çarpayıya Bilqeyisin üzərinə uzanmış, cinsi orqanını Bilqeyisin arxa nahiyəsinə soxmuş, həmin vaxt anası içəri girmiş, anası həmin vaxt Bilqeyisin düz danışdığına inanmış və qardaşım Elvini çağırmış, Elvin onu döyərək evdən qovmuş, o isə bir neçə gün sonra getməyə yeri olmadığı üçün evə qayıtmış, bundan sonra isə yenə də gecələr Bilqeyisi otağına çağırırmış, Bilqeyis onun otağına gəlirmiş, o, yenə də öz cinsiyyət orqanının ucunu onun arxa nahiyəsinin girişinə və ayaqlarının arasına soxub hərəkət etdirirmiş, sonuncu dəfə təxminən 2 həftə əvvəl axşam saatlarında Bilqeyisin arxa nahiyəsinə öz cinsiyyət orqanını soxub hərəkət etdirən zaman anası və qardaşı otağa daxil olmuş, yenə də qardaşı onu döyüb evdən qovmuş, o, həmin gecə evə qayıtmış, bundan sonra Bilqeyislə münasibətdə olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, o, cinsiyyət orqanını Bilqeys Xəlilovanın cinsiyyət orqanına daxil edərək cinsi əlaqə olmamış, o,Bilqeyisin arxa nahiyəsinə və ayaqlarının arasına cinsiyyət orqanını soxaraq ona sonuncuya qarşı seksual xarakterli hərəkətlər etmiş, o, Bilqeys Xəlilovaya seksual xarakterli hərəkətlər etmək üçün sonuncuya qarşı zorakılıq etməmiş, Bilqeyis onun istəklərini yerinə yetirirmiş, ancaq sərxoş olduğu zamanlar çox şeyi xatırlamırmış, səhər duranda Bilqeyis arxa nahiyəsinə cinsi orqanını soxduğu zaman ağrılar hiss etdiyi üçün ağladığını və qışqırmaması üçün əlini ağzına tutduğunu deyirmiş, o, Bilqeys Xəlilovanı aralarında olanları başqa şəxslərə deməməsi üçün hədələməmişdir. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı psixoloq və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən X7 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, nənəsi və dayıları ilə bir evdə yaşayır, 2019-cu ilin avqust ayında günorta saat 14 radələrində nənəsi yas mərasiminə getdiyi üçün o, qonşunun evinin həyətində uşaqlarla oynayırmış, həmin vaxt dayısı Elçin onu çağıraraq işi olmasını bildirmiş, o, evə getmiş, dayısı onu siqaret almağa göndərmiş, o, siqaret alıb gəlmiş, uşaqlar onu oynamağa çağıran vaxt dayısı ondan 5 dəqiqə gözləməyini istəmiş, o, evdə gözləyən zaman dayısı onu qucağına alaraq öz yataq otağına aparmış, çarpayının üzərinə uzandırmış, o, zənn etmiş ki, dayısı onunla oynayırmış, daha sonra dayısı onun şalvarını və alt paltarımı aşağı çəkmiş, o, şalvarını geyinmək istəsə də, dayısı icazə verməmiş, o, qışqırmaq istəmiş, ancaq dayısı ağzından tutaraq ona şillə vurmuş və sakitləşməyini istəmiş, o, qorxudan sakit durmuş, Dayısı Elçin öz cinsiyyət orqanını çıxararaq onun arxa nahiyəsinə soxmuş və hərəkət etdirmiş, o, bərk ağrılar hiss etdiyi üçün ağlamış, ancaq ağzını tutduğu üçün qışqıra bilməmiş, təxminən 5-10 dəqiqə sonra dayısı Elçin cinsiyyət orqanını onun arxa nahiyəsindən çıxarmış, dayısı Elçin onu hədələdi ki, nənəsı və dayısı Elvin bilsə, üçümüzü də öldürəcəkmiş, buna görə də o heç kimə deməmiş, bundan sonrakı vaxtlar dayısı Elçin mütəmadi olaraq həftənin şənbə və bazar günləri onunla arxa nahiyəsindən cinsi əlaqədə olmuş, belə ki, o, nənəmlə eyni otaqda yatırmış, dayısı o, gecə yatan zaman qucağına alıb onu öz otağına aparırmış, o, yatdığı üçün paltarını soyunduran zaman dayısının otağında olmağını bilirmiş, dayısı onun ağzını tutduğu üçün səsini çıxara bilmirmiş, səsini çıxarmaq istədiyi zaman isə onu döyürmüş, nənəsi də ağır yatdığı üçün dayısının ona zorakılıq etməsini bilmirmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində nənəsinin yatmasından istifadə edərək dayısı Elçin onu qucağına alıb öz otağına aparmış və arxa nahiyəsindən onunla cinsi əlaqədə olmuş, bundan təxminən 3-4 gün sonra o, xəstə olduğu üçün məktəbə getməmiş, günorta saatlarında dayısı onu qucağına alıb otağına aparmış, dayısı çarpayıya uzadıb onun şalvarını soyundurmuş, həmin vaxt nənəsi içəriyə girmiş və onun çılpaq vəziyyətdə olmağını görmüş, nənəsi dayısı Elçini evdən qovmuş, axşam nənəsı baş verənləri dayısı Elvinə demiş, dayısı Elvin Elçini döyüb evdən qovalamış, lakin iki gün sonra Elçin evə qayıtmış, nənəsi və dayısı Elvin ona heç kimə bu barədə deməməsini tapşırmış, xx.xx.2022-ci il tarixdə onu məktəbdən evə buraxdıqları zaman o evə getmək istəməmiş və baş verənləri məktəbin psixoloqu Vilayət xanıma danışmış, onu həkimə aparıb müayinə etdirmişlər, daha sonra Vilayət xanım polisə bu barədə şikayət etmişdir. Yetkinlik yaşına çatmayan zərərçəkən şəxs X7 ifadəsində əlavə olaraq göstərmişdir ki, dayısı Elçin 2019cu ilin avqust ayından başlayaraq mütəmadi olaraq həftənin şənbə və bazar günləri öz yataq otağındakı çarpayının üzərində onunla arxa nahiyəsinə zor tətbiq edərək cinayət orqanını daxil edimiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmiş, o, həmin hadisəyədək heç kimlə cinsi əlaqədə olmamış, nənəsi təxminən 1 həftə əvvəl onun çılpaq vəziyyətdə dayısı ilə bir otaqda olmağını görmüş, bu barədə dayısı Elvinə demiş, dayısı Elçin ona deyirmiş ki, əgər bu barədə kiməsə nəsə desən onu, dayısı Elvini və nənəsini öldürəcəkmiş. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən Qanuni nümayəndə hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını və ona ağır cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xəlilova X4 şəhər, İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın 7-ci sinif şagirdidir, o, həftənin 5 günü məktəbdə qalırmış, həftənin şənbə və bazar günləri isə yaşadığı evdə qalırmış, xx.xx.2022-ci il tarixdə həftənin 5-ci günü şagirdlər yaşadıqları evə buraxılan zaman Bilqeyis ona yaxınlaşaraq evə getmək istəmədiyini bildirmiş, o, Bilqeyisdən nə baş verməsini soruşan zaman Bilqeyis ona dayısı Elçinin ona pis hərəkətlər etməsini demiş, o, da uşaqların içində Bilqeyisə əlavə suallar verməmiş, o, öz otağına apararaq Bilqeyisi ətraflı danışdırmış, Bilqeyis ona 2019-cu ildən bəri hər şənbə və bazar günləri dayısının ona arxa nahiyəsindən təcavüz etməsini demiş, Bilqeyis ona nənəsi yatan zaman gecələr dayısının onu öz yataq apardığını, şalvarını çıxararaq arxa nahiyəsinə öz cinsiyyət orqanını zorla soxmasını bildirmiş, Bilqeyis dayısının qışqırmaması üçün ağzını əli ilə tutmasını, qışqırmaq istəyən zaman şillə vuraraq döyməsini, kimisə deyəcəyi halda onu, nənəsini, digər dayısını öldərəcəyini deməsini bildirmiş, o, Bilqeyisdən kimin bu barədə məlumatının olmasını soruşmuş, Bilqeyis nənəsinin dayısı ona təcavüz edən zaman görməsini, bu halı Elvin adlı dayısına danışması, Elvin adlı dayısının Elçini döyüb evdən qovalamasını demiş, o da Bilqeyisin dediklərini gimnaziya rəhbərliyinə bildirmiş, daha sonra Bilqeyisin bakirəliyini yoxlatdırmaq üçün o, həkim Sevinc Süleymanova tərəfindən ginekoloq müayinəsindən keçirilmiş, Bilqeysin qızlıq pərdəsinin pozulmadığı müəyyən edilmiş, ancaq ginekoloqun vizual müşahidəsinə görə Bilqeyisin arxa nahiyəsində çapıq olmuşdur. Buna görə də o, qərara gəlmiş ki, polisə bu barədə məlumat versin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Bilqeyis bacısı qızıdır və onlarla birlikdə yaşayır. Zaqatala şəhər, İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın 7-ci sinif şagirdidir, o, həftənin 5 günü məktəbdə qalırmış, həftənin şənbə və bazar günləri isə yaşadığı evdə qalırmış, qardaşı Elçin bir neçə dəfə məhkum olunmuş, o, gündəlik olaraq çayxanada ofisiant işləyirmiş, o axşam saat 6-da çayxanaya gedirmiş və gecə saat 12-də evə gəlirmiş, günorta vaxtları isə müxtəlif yerlərdə fəhləlik edirmiş, anası Pirdas ona Elçinin Bilqeyisə çox yaxın hərəkət etdiyini demiş, buna görə də onlar mütəmadi olaraq Bilqeyisi evdə tək qoymamağa çalışırmışlar, təxminən 2 ay əvvəl anası ona zəng edərək evə çağırmış, o, evə gedən zaman anasının ağladığını görmüş, anasından nəyə görə ağlamasını soruşanda ona qardaşının Bilqeysə qarşı etdiklərini demiş, o, anası ona həyətdə olan istifadəsiz otağa baxan zaman Bilqeyisin çarpayıda çılpaq olmasını, həmin vaxt Elçinin Bilqeyslə qeyri təbii yolla cinsi əlaqə olmasını demiş, o, Elçindən nəyə görə Bilqeyislə çılpaq vəziyyətdə bir otaqda olmasını soruşmuş, Elçin ona Bilqeyisin özünün soyunmasını demiş, Elçinin deməsinə görə otaqda olmaqda məqsədi oturub istirahət etmək olmuş, o, Elçini nə qədər sıxışdırsa da boynuna almamış, o, Elçini döyüb evdən qovmuş. Lakin bir neçə gün sonra Elçin geri qayıtdı. Şahid2 ifadəsində əlavə olaraq göstərmişdir ki, təxminən 2 həftə əvvəl axşam saatlarında Bilqeyisin arxa nahiyəsinə Elçin öz cinsiyyət orqanını soxub hərəkət etdirən zaman o və anası-Pirdas otağa daxil olmuş və həmin halın şahidi olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3t Musa qızı oğlu iş üzrə Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “ərizə”dən görünür ki, Şahid1 həmin tarixdə Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müəllim-psixoloq işlədiyi Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın 7-ci sinif şagirdi, 2008ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona yaxınlaşaraq dayısı Elçin tərəfindən 2019-cu ildən ona qarşı yaşadıqları evdə zorakılıq edilməsini, hər həftə sonu mütəmadi olaraq zorla arxa nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertin 18 aprel 2022-ci il tarixli 92 nömrəli rəyindən görünür ki, X3 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlamətləri aşkar edilmədi. X3 qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmamışdır. X7ilə qeyri təbii yolla, yəni arxa keçəcək yolu ilə cinsi əlaqədə olunmuşdur. Anusun girəcəyində şərti saat sferbulatının 9-cu rəqəminə uyğun gələn hissəində müəyyən olunmuş yara-özünün ilk məlumatda göstərdiyi müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə onunla qeyritəbii yolla cinsi əlaqədə olma zamanı gərginləşmiş kişi cinsiyyət orqanının anus dəliyinə zorla yeridilməsi nəticəsində əmələ gələ bilər. Anus nahiyəsinin şərti saat sferbulatının 5-ci rəqəminə uyğun gələn hissəsində müəyyən edilmiş çapıq toxuma – onunla qeyri-təbii yolla cinsi əlaqə olma zamanı gərginləşmiş kişi cinsiyyət üzvünün zorla yeridilməsi nəticəsində əmələ gələ bilərdi, lakin dəqiq müddətini təyin etmək mükün deyildir, çapıq toxuma formasına və xarakterinə görə 1,5 ( bir il beş ay) əvvəl əmələ gələ bilərdi (cild 01, iş vər. 68-71). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizanın 17 iyun 2022-ci il tarixli 539 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anamoliya və patalogiya aşkar edilmədi (cild 01, iş vər. 155-157). Cinayət işinin materiallarında olan məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 320/110 nömrəli rəyində göstərilmişdir ki, X7 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. X3 davranışında aqressivlik əlamətləri müşahidə olunmur. X3 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. X3 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilərdi. X7 əqli və psixi inkişafın xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. X7 ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyacanlı psixi emosional halda olmuşdur (cild 01, iş vər. 152-153). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani şəkildə göstərərək təsdiq etmişdir (cild 01, iş vər. 152-153). Cinayət işinin materiallarında olan Zaqatala rayon X8 Hüquqi Şəxsin 23 may 2022-ci il tarixli 764 nömrəli məktubunda gösərilmişdir ki, Zaqatala rayon Bazar kənd sakini xx.xx.2008-ci il təvəllüdlü X1 rayon X10 Hüquqi Şəxsin poliklinika şöbəsinin psixiatrik kabinetdə qeydiyytada yoxdur (cild 01, iş vər. 146). Cinayət işinin materiallarında olan Zaqatala rayon X8 Hüquqi Şəxsin 01 iyul 2022-ci il tarixli 861 nömrəli məktubunda gösərilmişdir ki, Zaqatala rayon Bazar kənd sakini xx.xx.1989-cu il təvəllüdlü Hacıyev X9 rayon X10 Hüquqi Şəxsin poliklinika şöbəsinin psixiatrik kabinetdə qeydiyytada yoxdur (cidl 01, iş vər. 148). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 133, 134, 150.2.5, 149 və 29,149-cu maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 175-187). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 150.3.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsinə dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Hacıyev X9 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 177.2.2, 177.2.3, 67.1, 69.3, 68.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay 29 gün müddətə azadlığın məhdudlaşdırılması və 2000 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli hökmlə ona təyin edilmiş 2000 manat cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzası ilə əvəz edilmiş və xx.xx.2019-cu il tarixli hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırlması cəzasının çəkilməmiş hissəsi CM-nin 67-ci maddəsinə əsasən birləşdirilərək onun üzərində qəti olaraq 02 il 19 gün azadlığın məhdudlaşdırlması cəzası saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixli qərarla ona təyin olunmuş 02 il 19 gün azadlığın məhdudlaşdırılması cəzasından azad edilərək üzərindən məhkumluğu götürülmüşdür (cild 01, iş vər. 102-104, 130-134, 162- 163). Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində göstərilən onun cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə sonuncunun əvvəllər də cinayət əməli törətməyə görə dəfələrlə müxtəlif növ cəzalara məhkum olunmasını və bundan nəticə çıxarmayaraq yenidən bu dəfə aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməsini, onun hələ də əvvəllər barəsində təyin olunan cəzalardan islah olunmadığını əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vər. 40). Cinayət işinin materialarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 88-91). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübutun, məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-194/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-194/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver