Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-194/2023 02.10.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ucar rayonunun Çiyni kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarda əldə edib yaşadığı evin həyətyanı sahəsində taxıl anbarı kimi istifadə olunan tikilidə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş 10 (on) ədəd çətənə bitkisi toxumlarını 2022-ci ilin may ayının ortalarında istintaqa məlum olmayan gündə və saatda yaşadığı evin həyətindəki xurma bağ sahəsinin sol tərəfində yerləşən su kanalının üzərindəki qamışlığın arasında yerləşən sahədə torpaqda əkərək, həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 07 (yeddi) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, istintaqa məlum olmayan gündə həmin 07 (yeddi) ədəd çətənə bitkisinin yarpaqlarını yığıb toplayaraq qurutmaqla onlardan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 1579,89 qram çəkidə olmaqla qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində taxıl anbarı kimi istifadə olunan tikilidə açıq şəkildə yığılmış arpa dənlərinin altında saxlamış, 06 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində taxıl anbarı kimi istifadə olunan tikilidə açıq şəkildə yığılmış arpa dənlərinin altında gizlədilmiş vəziyyətdə bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan bir ədəd tünd-göy rəngli sellofan torbada 300 (üç yüz) ədəd kibrit qutularında və 17 (on yeddi) ədəd ağ rəngli kağız bükümlərdə qanunsuz əldə edərək satış məqsədi ilə saxladığı külli miqdarda, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 5,86 qram, 5,73 qram, 5,31 qram, 5,02 qram, 5,61 qram, 5,55 qram, 5,38 qram, 5,91 qram, 5,45 qram, 4,92 qram, 5,38 qram, 5,39 qram, 5,94 qram, 5,10 qram, 5,61 qram, 5,29 qram, 4,99 qram, 5,37 qram, 5,56 qram, 5,44 qram, 4,98 qram, 5,17 qram, 5,07 qram, 5,13 qram, 5,26 qram, 4,81 qram, 5,04 qram, 4,50 qram, 5,32 qram, 5,11 qram, 4,92 qram, 5,08 qram, 5,10 qram, 5,16 qram, 5,48 qram, 4,89 qram, 5,66 qram, 5,38 qram, 5,44 qram, 6,02 qram, 5,49 qram, 5,17 qram, 5,39 qram, 5,81 qram, 6,11 qram, 5,49 qram, 5,36 qram, 5,35 qram, 5,60 qram, 5,23 qram, 5,75 qram, 5,31 qram, 5,41 qram, 5,67 qram, 5,21 qram, 5,56 qram, 5,64 qram, 5,38 qram, 5,99 qram, 5,64 qram, 6,73 qram, 5,27 qram, 6,09 qram, 5,66 qram, 5,35 qram, 5,48 qram, 4,81 qram, 5,18 qram, 5,10 qram, 5,74 qram, 5,19 qram, 5,22 qram, 5,83 qram, 5,17 qram, 5,91 qram, 5,57 qram, 5,91 qram, 6,01 qram, 5,59 qram, 5,56 qram, 5,81 qram, 5,99 qram, 4,98 qram, 5,06 qram, 5,01 qram, 5,33 qram, 5,46 qram, 5,61 qram, 5,11 qram, 5,53 qram, 6,12 qram, 5,27 qram, 5,52 qram, 5,95 qram, 5,79 qram, 6,41 qram, 5,56 qram 5,12 qram, 5,37 qram, 5,40 qram, 5,11 qram, 4,82 qram, 5,41 qram, 5,98 qram, 5,40 qram, 5,41 qram, 5,84 qram, 5,04 qram, 5,40 qram, 6,09 qram, 5,29 qram, 5,17 qram, 5,96 qram, 5,91 qram, 6,00 qram, 5,18 qram, 4,93 qram, 5,55 qram, 5,09 qram, 5,43 qram, 5,55 qram, 5,94 qram, 5,13 qram, 5,43 qram, 5,23 qram, 5,15 qram, 4,94 qram, 4,99 qram, 5,12 qram, 4,85 qram, 5,10 qram, 5,12 qram, 5,14 qram, 4,61 qram, 4,76 qram, 5,09 qram, 5,22 qram, 4,72 qram, 5,22 qram, 5,04 qram, 5,72 qram, 4,76 qram, 5,81 qram, 5,52 qram, 5,12 qram, 4,76 qram, 5,44 qram, 5,39 qram, 5,02 qram, 4,91 qram, 4,97 qram, 5,94 qram, 4,81 qram, 4,86 qram, 4,94 qram, 4,81 qram, 5,21 qram, 5,20 qram, 6,02 qram, 5,04 qram, 4,97 qram, 5,27 qram, 5,01 qram, 4,91 qram, 4,77 qram, 4,94 qram, 5,16 qram, 6,14 qram, 5,22 qram, 5,00 qram, 6,79 qram, 5,61 qram, 4,91 qram, 5,01 qram, 5,57 qram, 4,55 qram, 5,46 qram, 4,27 qram, 3,82 qram, 5,13 qram, 4,85 qram, 5,68 qram, 5,35 qram, 3,83 qram, 5,05 qram, 5,70 qram, 5,61 qram, 5,24 qram, 5,71 qram, 5,29 qram, 5,22 qram, 3,94 qram, 5,27 qram, 5,98 qram, 5,17 qram, 5,16 qram, 5,61 qram, 5,36 qram, 4,88 qram, 5,13 qram, 5,88 qram, 5,24 qram, 5,51 qram, 5,37 qram, 5,27 qram, 4,68 qram, 5,26 qram, 6,41 qram, 5,35 qram, 4,65 qram, 5,01 qram, 5,81 qram, 4,78 qram, 4,56 qram, 4,94 qram, 4,13 qram, 5,16 qram, 4,22 qram, 5,85 qram, 4,61 qram, 5,13 qram, 4,91 qram, 4,99 qram, 4,89 qram, 4,54 qram, 4,65 qram, 4,29 qram, 4,71 qram, 3,93 qram, 5,31 qram, 4,23 qram, 4,52 qram, 5,15 qram, 4,59 qram, 4,82 qram, 5,29 qram, 4,28 qram, 4,65 qram, 4,46 qram, 3,98 qram, 4,91 qram, 3,73 qram, 4,84 qram, 4,91 qram, 4,16 qram, 5,51 qram, 4,91 qram, 3,86 qram, 5,04 qram, 4,92 qram, 5,35 qram, 5,81 qram, 4,14 qram, 4,74 qram, 5,21 qram, 4,39 qram, 4,73 qram, 4,22 qram, 4,71 qram, 4,83 qram, 5,19 qram, 4,55 qram, 4,41 qram, 4,82 qram, 4,71 qram, 4,70 qram, 4,47 qram, 4,91 qram, 4,95 qram, 5,63 qram, 4,55 qram, 5,71 qram, 4,12 qram, 4,53 qram, 3,81 qram, 5,50 qram, 4,88 qram, 5,21 qram, 5,10 qram, 5,58 qram, 5,20 qram, 5,48 qram, 5,12 qram, 5,34 qram, 5,45 qram, 5,34 qram, 5,07 qram, 5,59 qram, 4,93 qram, 5,12 qram, 4,93 qram, 5,16 qram, 5,91 qram, 3,87 qram, 5,39 qram, 6,51 qram, 4,83 qram, 5,40 qram, 3,99 qram, 4,96 qram, 1,75 qram, 0,85 qram, 5,31 qram, 1,63 qram, 0,95 qram, 1,18 qram, 0,87 qram, 0,78 qram, 1,11 qram, 0,71 qram, 0,72 qram, 0,86 qram, 0,81 qram, 1,02 qram, 0,86 qram, 0,89 qram, 0,93 qram olmaqla ümumi təmiz çəkisi 1579,89 qram narkotik vasitə hesab edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 (on) ədəd çətənə bitkisinin toxumlarını tapmış, öz istifadəsi üçün həmin toxumları əkərək qulluq etmiş, nəticədə həmin toxumlardan 01 (bir) ədədi əmələ gəlmişdir. Daha sonra isə həmin 01 (bir) ədəd toxumdan 01 (bir) ədəd bitki əmələ gəlmiş, qeyd olunan bitkidən narkotik vasitəni əldə edərək özü istifadə etmək üçün 300 (üç yüz) ədəd kibrit qutusuna yerləşdirib saxlamış, narkotik vasitəni siqaretə doldurub özü istifadə etmiş, siqaretin içərisinə narkotik vasitəni dolduran zaman təxminən 15 (on beş) ədəd siqaret olmuşdur. Narkotik vasitədən sahədə işlədiyi vaxtlarda siqaretin əvəzinə gündəlik bir-iki kibrit qutusu miqdarında istifadə etmiş, lakin satmaq məqsədi olmamışdır. 01 (bir) ədəd toxumdan 01 (bir) kiloqram narkotik vasitə əldə etmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən narkotik vasitəni satmasını deməsi üçün təzyiqə məruz qalsa da onlara narkotik vasitədən özü istifadə etdiyini bildirmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə də oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, iki ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin sentyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda yaşadığı Ucar rayonunun Yuxarı Çiyni kəndinin çöl torpaq sahəsindən 01 (bir) ədəd içərisində narkotik tərkibli çətənə bitkisinin toxumları olan kağız büküm tapmış və götürüb yaşadığı fərdi yaşayış evinə gətirmişdir. 2022-ci ilin may ayında şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək üçün həmin toxumları əkmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evin bağ sahəsinin sol tərəfində yerləşən torpaq sahəsini təmizləyib həmin yerə gübrə verərək tapdığı 10 (on) ədəd çətənə bitkilərinin toxumlarını qeyd olunan yerə əkmiş, tez-tez sulayaraq diblərini yumşaldıb gübrə verdikdən bir müddət sonra həmin toxumlardan 07 (yeddi) ədədi əmələ gəlmiş, lakin onlardan 05 (beş) ədədi sonradan quruduğu üçün 02 (iki) ədədini becərərək aqrotexniki qaydada qulluq etməyə davam etmişdir. Bundan sonra həmin ilin sentyabr ayının əvvəllərində həmin bitkiləri yığaraq onları kibrit qutularına bölüb qablaşdırmış, kibrit qutularını ayrı-ayrılıqda sellofan torbalara yığıb ümumilikdə tünd göy rəngli sellofan torbaya, onu da bir ədəd ağ rəngli sellofan torbaya qoyub bağlayaraq evinin həyətində taxıl anbarı kimi istifadə etdiyi tikilidə olan arpa dənlərinin altında gizlətmişdir. O vaxtdan özünün istifadəsi üçün 10 (on) ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çəkmiş, qalanlarını isə həmin yerdə saxlamış, məqsədi qeyd olunan narkotik tərkibli çətənə bitkilərindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı istifadə etmək olmuş, heç kəsə narkotik vasitə satmamış və ya pay verməmişdir. 06 yanvar 2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı fərdi yaşayış evinə gəldikdə Ucar RPŞ-nin əməkdaşlarının həmin evə baxış keçirmələrini, özünə məxsus olan narkotik vasitə qurudulmuş marixuananı saxladığı evin taxıl anbarı kimi istifadə etdiyi yarımtikilidə olan arpa dənlərinin altından bir ədəd sellofan torbanın içərisində ayrı-ayrılıqda 08 (səkkiz) ədəd şəffaf rəngli sellofan torbada və onların içərisində olduğu tünd göy rəngli sellofan torbada ümumilikdə 300 (üç yüz) ədəd kibrit qutusunda və 17 (on yeddi) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı aşkar etdiklərini görmüş və oraya daxil olaraq aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, 2022-ci ilin may ayında evinin xurma ağaclarından ibarət bağ sahəsinin sol tərəfində yerləşən yeri yararlı vəziyyətə gətirib narkotik tərkibli çətənə bitkilərini əkdiyini və aşkar edilmiş kütlələrin oradan əldə olunduğunu bildirmişdir. Narkotik vasitələr müvafiq qaydada qablaşdırıldıqdan sonra o, polis əməkdaşlarına narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmiş, daha sonra həmin torpaqdan müvafiq ekspertizaya təqdim edilməsi üçün nümunələr götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. 06 yanvar 2023-cü il tarixdə saat təxminən 12 radələrində Ucar rayonunun Yuxarı Çiyni kəndində yerləşən fərdi yaşayış evində olan zaman polis əməkdaşları oraya gəlib özlərini təqdim edərək oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, bu səbəbdən də yaşadıqları evə, evin həyətyanı sahəsinə və həyətyanı sahəsində yerləşən yarımtikililərə baxış keçirəcəklərini bildirmişlər. O, polis əməkdaşlarına qeyd olunan yerlərə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Daha sonra taxıl anbarı kimi istifadə edilən tikintiyə baxış keçirilən zaman orada olan arpa dənlərinin altında olan bir ədəd ağ rəngli sellofan torbanın içərisində ümumilikdə 300 (üç yüz) ədəd kibrit qutusunda və 17 (on yeddi) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Bu zaman oğlu Təqsirləndirilən şəxs oraya gələrək aşkar olunmuş həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin yerdə özünün gizlətdiyini, 2022-ci ilin may ayında evinin həyətyanı sahəsindəki xurma ağacları olan bağın sol tərəfindəki su kanalının yaxınlığındakı ərazini təmizləyib orada narkotik tərkibli çətənə bitkisini əkərək qulluq etdiyini, daha sonra isə quruduraraq həmin kütlələri əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmiş, daha sonra həmin torpaqdan müvafiq ekspertizaya təqdim edilməsi üçün nümunələr götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ucar Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 yanvar 2023-cü il tarixdə Ucar rayonunun Yuxarı Çiyni kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması barədə Ucar RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 11:55 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gedib evdə olan atası Şahid5 özlərini təqdim edərək oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, bu səbəbdən də yaşadıqları evə, evin həyətyanı sahəsinə və həyətyanı sahəsində yerləşən yarımtikililərə baxış keçirəcəklərini bildirmişlər. Şahid5 polis əməkdaşlarına qeyd olunan yerlərə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Daha sonra taxıl anbarı kimi istifadə edilən tikintiyə baxış keçirilən zaman orada olan arpa dənlərinin altında olan bir ədəd ağ rəngli sellofan torbanın içərisində ümumilikdə 300 (üç yüz) ədəd kibrit qutusunda və 17 (on yeddi) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Bu zaman Təqsirləndirilən şəxs oraya gələrək aşkar olunmuş həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin yerdə özünün gizlətdiyini, 2022-ci ilin maysentyabr aylarında evinin həyətyanı sahəsindəki xurma ağacları olan bağın sol tərəfindəki su kanalının yaxınlığındakı ərazini təmizləyib orada narkotik tərkibli çətənə bitkisini əkərək qulluq etdiyini, bir müddət sonra isə quruduraraq həmin kütlələri əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərmiş, həmin yeri təmizləyib sonra torpağa peyin kütləsi daxil etdiyini, toxumlar cücərərək böyüdükdən sonra isə onların diblərini vaxtaşırı yumşaldıb gübrə, peyin və su verdiyini qeyd etmiş, daha sonra həmin torpaqdan müvafiq ekspertizaya təqdim edilməsi üçün nümunələr götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, ibtidai araşdırma zamanı 07 (yeddi) ədəd çətənə bitkisindən 1500-1600 qram çəkidə qurudulmuş marixuananın əldə edilməsinin mümkünlüyü barədə ondan soruşulmuş, o isə qulluq şəraitindən asılı olaraq bunun mümkün olduğunu bildirmişdir. Ağacın boyundan, şaxələnməsindən və növündən asılı olaraq müxtəlif çəkilərdə qurudulmuş halda olan narkotik vasitənin əldə edilməsi mümkündür. İş təcrübəsində 01 (bir) ədəd ağacdan 01 (bir) kiloqram çəkidə qurudulmuş halda olan narkotik vasitə əldə olunmasına rast gəlməmiş, lakin 01 (bir) ədəd ağacdan maksimum 500 qram çəkidə qurudulmuş marixuananın əldə edilməsinin şahidi olmuşdur. 07 (yeddi) ədəd ağaca qulluq edilmədiyi, yəni gübrələnmədiyi, dibi yumşaldılmadığı, suvarılmadığı və gün işığına olan tələbatı ödənilmədiyi təqdirdə 1500-1600 qram çəkidə deyil, daha az çəkidə qurudulmuş marixuananın əldə edilməsi mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Ucar Rayon Polis Şöbəsinə Ucar rayonunun Çiyni kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Ucar rayonunun Çiyni kəndində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonunun Çiyni kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman 300 (üç yüz) ədəd kibrit qutusunda və 17 (on yeddi) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr, habelə çətənə bitkisinin becərildiyi torpaqdan nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2023-cü il tarixli 17/24 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı taxıl anbarından aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə. 1/imza/ Təqsirləndirilən şəxs” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisəni açdıqda içərisindəki 01 (bir) ədəd ağ rəngli torbadakı 09 (doqquz) ədəd sellofan torbalarda, ümumilikdə 300 (üç yüz) ədəd kibrit qutularında və 17 (on yeddi) ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 5,86 qram, 5,73 qram, 5,31 qram, 5,02 qram, 5,61 qram, 5,55 qram, 5,38 qram, 5,91 qram, 5,45 qram, 4,92 qram, 5,38 qram, 5,39 qram, 5,94 qram, 5,10 qram, 5,61 qram, 5,29 qram, 4,99 qram, 5,37 qram, 5,56 qram, 5,44 qram, 4,98 qram, 5,17 qram, 5,07 qram, 5,13 qram, 5,26 qram, 4,81 qram, 5,04 qram, 4,50 qram, 5,32 qram, 5,11 qram, 4,92 qram, 5,08 qram, 5,10 qram, 5,16 qram, 5,48 qram, 4,89 qram, 5,66 qram, 5,38 qram, 5,44 qram, 6,02 qram, 5,49 qram, 5,17 qram, 5,39 qram, 5,81 qram, 6,11 qram, 5,49 qram, 5,36 qram, 5,35 qram, 5,60 qram, 5,23 qram, 5,75 qram, 5,31 qram, 5,41 qram, 5,67 qram, 5,21 qram, 5,56 qram, 5,64 qram, 5,38 qram, 5,99 qram, 5,64 qram, 6,73 qram, 5,27 qram, 6,09 qram, 5,66 qram, 5,35 qram, 5,48 qram, 4,81 qram, 5,18 qram, 5,10 qram, 5,74 qram, 5,19 qram, 5,22 qram, 5,83 qram, 5,17 qram, 5,91 qram, 5,57 qram, 5,91 qram, 6,01 qram, 5,59 qram, 5,56 qram, 5,81 qram, 5,99 qram, 4,98 qram, 5,06 qram, 5,01 qram, 5,33 qram, 5,46 qram, 5,61 qram, 5,11 qram, 5,53 qram, 6,12 qram, 5,27 qram, 5,52 qram, 5,95 qram, 5,79 qram, 6,41 qram, 5,56 qram 5,12 qram, 5,37 qram, 5,40 qram, 5,11 qram, 4,82 qram, 5,41 qram, 5,98 qram, 5,40 qram, 5,41 qram, 5,84 qram, 5,04 qram, 5,40 qram, 6,09 qram, 5,29 qram, 5,17 qram, 5,96 qram, 5,91 qram, 6,00 qram, 5,18 qram, 4,93 qram, 5,55 qram, 5,09 qram, 5,43 qram, 5,55 qram, 5,94 qram, 5,13 qram, 5,43 qram, 5,23 qram, 5,15 qram, 4,94 qram, 4,99 qram, 5,12 qram, 4,85 qram, 5,10 qram, 5,12 qram, 5,14 qram, 4,61 qram, 4,76 qram, 5,09 qram, 5,22 qram, 4,72 qram, 5,22 qram, 5,04 qram, 5,72 qram, 4,76 qram, 5,81 qram, 5,52 qram, 5,12 qram, 4,76 qram, 5,44 qram, 5,39 qram, 5,02 qram, 4,91 qram, 4,97 qram, 5,94 qram, 4,81 qram, 4,86 qram, 4,94 qram, 4,81 qram, 5,21 qram, 5,20 qram, 6,02 qram, 5,04 qram, 4,97 qram, 5,27 qram, 5,01 qram, 4,91 qram, 4,77 qram, 4,94 qram, 5,16 qram, 6,14 qram, 5,22 qram, 5,00 qram, 6,79 qram, 5,61 qram, 4,91 qram, 5,01 qram, 5,57 qram, 4,55 qram, 5,46 qram, 4,27 qram, 3,82 qram, 5,13 qram, 4,85 qram, 5,68 qram, 5,35 qram, 3,83 qram, 5,05 qram, 5,70 qram, 5,61 qram, 5,24 qram, 5,71 qram, 5,29 qram, 5,22 qram, 3,94 qram, 5,27 qram, 5,98 qram, 5,17 qram, 5,16 qram, 5,61 qram, 5,36 qram, 4,88 qram, 5,13 qram, 5,88 qram, 5,24 qram, 5,51 qram, 5,37 qram, 5,27 qram, 4,68 qram, 5,26 qram, 6,41 qram, 5,35 qram, 4,65 qram, 5,01 qram, 5,81 qram, 4,78 qram, 4,56 qram, 4,94 qram, 4,13 qram, 5,16 qram, 4,22 qram, 5,85 qram, 4,61 qram, 5,13 qram, 4,91 qram, 4,99 qram, 4,89 qram, 4,54 qram, 4,65 qram, 4,29 qram, 4,71 qram, 3,93 qram, 5,31 qram, 4,23 qram, 4,52 qram, 5,15 qram, 4,59 qram, 4,82 qram, 5,29 qram, 4,28 qram, 4,65 qram, 4,46 qram, 3,98 qram, 4,91 qram, 3,73 qram, 4,84 qram, 4,91 qram, 4,16 qram, 5,51 qram, 4,91 qram, 3,86 qram, 5,04 qram, 4,92 qram, 5,35 qram, 5,81 qram, 4,14 qram, 4,74 qram, 5,21 qram, 4,39 qram, 4,73 qram, 4,22 qram, 4,71 qram, 4,83 qram, 5,19 qram, 4,55 qram, 4,41 qram, 4,82 qram, 4,71 qram, 4,70 qram, 4,47 qram, 4,91 qram, 4,95 qram, 5,63 qram, 4,55 qram, 5,71 qram, 4,12 qram, 4,53 qram, 3,81 qram, 5,50 qram, 4,88 qram, 5,21 qram, 5,10 qram, 5,58 qram, 5,20 qram, 5,48 qram, 5,12 qram, 5,34 qram, 5,45 qram, 5,34 qram, 5,07 qram, 5,59 qram, 4,93 qram, 5,12 qram, 4,93 qram, 5,16 qram, 5,91 qram, 3,87 qram, 5,39 qram, 6,51 qram, 4,83 qram, 5,40 qram, 3,99 qram, 4,96 qram, 1,75 qram, 0,85 qram, 5,31 qram, 1,63 qram, 0,95 qram, 1,18 qram, 0,87 qram, 0,78 qram, 1,11 qram, 0,71 qram, 0,72 qram, 0,86 qram, 0,81 qram, 1,02 qram, 0,86 qram, 0,89 qram, 0,93 qram olmaqla ümumi təmiz çəkisi 1579,89 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik madddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 300 (üç yüz) ədəd kibrit qutularında və 17 (on yeddi) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin may-sentyabr aylarında narkotik vasitə çətənə bitkisini becərdiyi torpaqdan götürülmüş nümunə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisədə olan torpaq nümunəsindən narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edildi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3 və 237.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X3 daxil olmuş 08 yanvar 2023-cü il tarixli 17 nömrəli məktubdan görünür ki, Şahid5 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində olar arxın kənarında yerləşən qamışlıq ərazi Şahid5 məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 yanvar 2023-cü il tarixli 08 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyini zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. O, psixi xəstəlik keçirmədiyindən cinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. O, hal-hazırda da heç bir psixi xəstəlik keçirmir. O, hal-hazırda psixi xəstəlik keçirmədiyindən öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2023-cü il tarixli 335 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 15 mart 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi, yaşadığı ünvanda külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana saxlaması və həmin ünvanda xeyli miqdarda narkotik tərkibli çətənə bitkiləri əkməsi nəticəsində həmin narkotik vasitə qurudulmuş marixuanaları əldə etməsi müəyyən edilmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı müəyyən məlumatlar olda da onun konkret olaraq kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 228.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 18 yanvar 2023-cü il tarixli PHŞ-6-77/2-412/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Ruhi-əsəb və Narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Bu Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ siyahısının 1.2-ci bəndinə əsasən, 3-15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər xeyli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 19-cu bəndində əsasən CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi bu Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə, bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bu Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 06 yanvar 2023-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinə Ucar rayonunun Çiyni kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı qeyd edilən ünvana baxış keçirilmiş və bu zaman 300 (üç yüz) ədəd kibrit qutusunda və 17 (on yeddi) ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmin kütlələr, habelə çətənə bitkisinin becərildiyi torpaqdan nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Götürülmüş kütlələr və torpaq nümunələri məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 06 yanvar 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilib narkotik vasitə qurudulmuş marixuananın və çətənə bitkilərinin becərildiyi ərazinin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarda əldə edib yaşadığı evin həyətyanı sahəsində taxıl anbarı kimi istifadə olunan tikilidə saxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində tapdığı 10 (on) ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını torpaq sahəsində əkdiyini, tez-tez sulayaraq diblərini yumşaldıb gübrə verdiyini, bir müddət sonra həmin toxumlardan əvvəlcə 07 (yeddi) ədədinin əmələ gəldiyini, daha sonra onlardan 05 (beş) ədədinin quruduğunu, 02 (iki) ədədini becərərək aqrotexniki qaydada qulluq etməyə davam etdiyini və sonradan həmin bitkiləri yığıb kibrit qutularında qablaşdırdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tapdığı 10 (on) ədəd narkotik vasitənin toxumlarını əkərək qulluq etdiyini, nəticədə həmin toxumlardan 01 (bir) ədədinin əmələ gəldiyini, sonradan qeyd olunan bitkiləri yığıb kibrit qutularında qablaşdırdığını, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən narkotik vasitəni satmasını deməsi üçün təzyiqə məruz qalmasına baxmayaraq narkotik vasitədən özü istifadə etdiyini dediyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də həmin xüsusatla bağlı şahid qismində dindirilmiş mütəxəssis X2 ibtidai araşdırma zamanı 07 (yeddi) ədəd çətənə bitkisindən 1500-1600 qram çəkidə qurudulmuş marixuananın əldə edilməsinin mümkünlüyü barədə ondan soruşulduğunu və qulluq şəraitindən asılı olaraq bunun mümkün olduğunu bildirdiyini, ağacın boyundan, şaxələnməsindən və növündən asılı olaraq müxtəlif çəkilərdə qurudulmuş halda olan narkotik vasitənin əldə edilməsi mümkün olduğunu, iş təcrübəsində 01 (bir) ədəd ağacdan 01 (bir) kiloqram çəkidə qurudulmuş halda olan narkotik vasitə əldə olunmasına rast gəlmədiyini, lakin 01 (bir) ədəd ağacdan maksimum 500 qram çəkidə qurudulmuş marixuananın əldə edilməsinin şahidi olduğunu və 07 (yeddi) ədəd ağaca qulluq edilmədiyi, yəni gübrələnmədiyi, dibi yumşaldılmadığı, suvarılmadığı və gün işığına olan tələbatı ödənilmədiyi təqdirdə 1500-1600 qram çəkidə deyil, daha az çəkidə qurudulmuş marixuananın əldə edilməsinin mümkün olduğunu qeyd etmişdir. Eyni zamanda qeyd olunması zəruridir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman çətənə bitkisinin becərildiyi torpaqdan nümunələr götürülərək məhkəmə ekspertizasına təqdim olunmuş və alınmış məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2023-cü il tarixli 17/24 nömrəli rəyində 01 (bir) ədəd sintetik kisədə olan torpaq nümunəsindən narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəciklərinin aşkar edilməsi qeyd olunmuşdur. Tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi zamanı cinayət, həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, narkotik xassəli bitkilərin yetişdirilməsi zamanı, cinayət qulluq etmənin başlandığı andan, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması zamanı isə cinayət, bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkilərin (onların hissələrinin) yığıldığı andan başa çatır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi torpaq sahəsinə baxış keçirilən zaman oradan çətənə kolları aşkar olunmasa da həmin yerdən götürülmüş torpaq nümunəsindən narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar olunduğundan, Təqsirləndirilən şəxs də faktiki olaraq həmin torpaq sahəsinə 10 (on) ədəd çətənə bitkisinin toxumlarının əkildiyini, quluq etdikdən sonra əvvəlcə həmin toxumlardan 07 (yeddi) ədədinin əmələ gəldiyini qeyd etdiyindən Təqsirləndirilən şəxs əməli bitmiş cinayət hesab olunmalıdır. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin əkdiyi 10 (on) ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarından yalnız 07 (yeddi) ədədinin əmələ gəlməsi, daha sonra isə həmin 07 (yeddi) ədədinin 05 (beş) ədədinin quruması, 02 (iki) ədədindən isə qeyd olunan çəkidə qurudulmuş marixuananın əldə edilməsi ilə bağlı ibtidai istintaq zamanı qeyd etdiklərinə, habelə əkdiyi 10 (on) ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarından yalnız 01 (bir) ədədinin əmələ gəlməsi və həmin 01 (bir) ədədindən qeyd olunan çəkidə qurudulmuş marixuananın əldə edilməsi ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə bununla bağlı şahid qismində dindirilmiş mütəxəssisin, eləcə də digər şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanlarla yanaşı, məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində çətənə bitkilərini əkməkdə məqsədinin özü istifadə etmək olduğunu, heç kəsə narkotik vasitə satmadığını və ya pay vermədiyini desə də onda yuxarıda qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsini, aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananın kütləsinin çox olmasını və ayrı-ayrı bükümlərdə olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan qurudulmuş marixuananı əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 234.4.3 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır, CM-in 237.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayət kateqoriyalarına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonunun Yuxarı Çiyni kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, 21 may 2010-cu ildə doğulmuş Amil Əliyev və 22 sentyabr 2020-ci ildə doğulmuş Şahid5 onun himayəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan narkotik vasitənin çəkisinin çox olmasını və ayrı-ayrı bükümlərdə olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır, CM-in 237.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 08 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla 06 avqust 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1578,89 qram narkotik vasitə qurudulmuş marixuana və tərkibində narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri olan torpaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını və yaşadığı ünvana baxış keçirilməsini əks etdirən iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 06 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1578,89 qram narkotik vasitə qurudulmuş marixuana və tərkibində narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri olan torpaq nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını və yaşadığı ünvana baxış keçirilməsini əks etdirən iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-194/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-194/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver