Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-194/2024 26.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzası Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarına əsasən 01 il 01 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə saat 02:30 radələrində yaşadığı Yevlax şəhəri, Nüşabə küçəsi, ev 47 A ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində arvadı X7 ona xəyanət etməsindən şübhələnərək sonuncudan ona hansı səbəbə görə xəyanət etməsini soruşmuş, Laləzər Bəkirova ona cavab olaraq başqa şəxslərlə bir neçə dəfə ona xəyanət etməsini və həmin şəxslərin ondan üstün olmasını bildirməsinə görə o, arvadı Laləzər Bəkirovanın cavabını əri olaraq özü üçün təhqir hesab edərək arvadının ailə başçısı kimi onu qəbul etməməsini şəxsiyyətinə sığışdırmayaraq arvadı Laləzər Bəkirovanı qısqanclıq zəminində qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlib həmin cinayətkar niyyətini həyata keçirmək üçün iki əli ilə Laləzər Bəkirovanın baş nahiyəsindən tutub onun baş nahiyəsini otağın pəncərəsinin şüşəsinə vurub şüşəni sındırmaqla sonuncunun müqavimətini qıraraq hərəkətlərini davam etdirib Laləzər Bəkirovanı arxası üstə döşəmənin üzərinə yıxıb özü dizlərini yerə qoyub sol əli ilə sonuncunun sinə nahiyəsindən tutaraq döşəməyə tərəf sıxıb hərəkət etməsinin qarşısını alaraq döşəməyə tökülmüş şüşə parçalarından təxminən 30 sm uzunluğunda və təxminən 5 sm enində olan sınmış şüşə parçasını döşəmədən sağ əli ilə götürüb müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da Laləzər Bəkirovaya əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək həmin şüşə parçasının iti kəsici hissələri ilə qəsdən Laləzər Bəkirovanın bədəninin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla çoxsaylı zərbələr vuraraq X1 ağır zərər vuran kəskin qanitirmə, ümumi yuxu arteriyasının və venasının körpücükaltı vena və arteriyanın, traxeyanın kəsilməsi ilə ağırlaşan 03 ədəd boyunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları, sağlamlığa yüngül zərər vuran boyunun sağ yuxarı-arxa hissəsinin, sol çiyinüstü nahiyənin, alt dodağın, alt çənə qabarının, döş qəfəsinin yuxarı tış hissəsinin, sol mil bilək oynağının ön səthinin, sağ mil bilək oynağının ön səthinin, sol əl barmaqlarının ovuc səthinin cəmi 14 ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri olmaqla ümumillikdə sonuncuya 17 ədəd ağır və yüngül dərəcəli bədən xəsarətləri yetirməklə X9 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edib CM-in 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı ağlı başında olmadığı üçün arvadı Laləzər Bəkirovaya çoxsaylı zərbələri vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, X11 onun arvadı olmuşdur. O, narkotik vasitələrdən istifadə etmiş və əvvəllər CM-in müxtəlif maddələri ilə məhkum olunmuşdur. 2023-cü ilin oktyabr ayında cəzaçəkmə müəssisəsindən çıxmış, həmin gün Salyan rayonundan Bakı şəhərinə getmiş və bu vaxt arvadı Laləzər Bəkirova uşaqları ilə birlikdə Bakı şəhərində hazırda xatırlamadığı ünvanda kirayədə yaşamışdır. Arvadı ilə birlikdə Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında hərəkətdə olarkən qarşı tərəfdən tanımadığı bir nəfər oğlanın onları görərək qaçmasını görmüş və həmin vaxt kənarda olan tanımadığı bir neçə nəfər şəxs aralarında danışarkən onun arvadı Laləzər Bəkirova ilə qeyd olunan oğlanın arasında münasibətin olmasını demişlər. O, həmin söhbəti eşidib qeyd olunan tanımadığı şəxslərə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, göstərilən şəxslər isə onun arvadının həmin oğlanla münasibətinin olmasını demişlər, lakin oğlanın adını və soyadını deməmişlər. O, bu haqda arvadı Laləzər Bəkirovadan soruşmuş, lakin sonuncu bunu inkar etmişdir. Bundan sonra onlar həmin gün ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. Baş vermiş hadisədən təxminən 03-04 gün əvvəl o, arvadı Laləzər Bəkirova ilə birlikdə Yevlax Rayon Mərkəzi Bazarında olarkən Bakı şəhərində gördüyü həmin oğlan da orada olmuş və həmin oğlan onları görəndən sonra qaçaraq qeyd olunan yeri tərk etmişdir. Bundan sonra o, arvadı Laləzər Bəkirovadan həmin oğlanın kim olduğunu soruşmuş, sonuncu isə tanımadığını demişdir. 01 mart 2024-cü il tarixdə yaşadıqları evdə olan zaman arvadı Laləzər Bəkirova ilə aralarında mübahisə baş vermiş və mübahisə vaxtı sonuncu fərqli-fərqli tanımadığı şəxslərin ondan daha yaraşıqlı olduğunu bildirərək onu qəzəbləndirmişdir. 01 mart 2024-cü il tarixdən 02 mart 2024-cü il tarixə keçən gecə 02 mart 2024-cü il tarixdə saat 01 radələrində arvadı ilə birlikdə yataq otağına getmiş, orada olan zaman o, Laləzər Bəkirovaya məxsus olan jiletin cibində olan ağ kağız bükülünün içərisindən psixotrop maddə metamfetamin tapmış və həmin psixotrop maddənin sonuncuya məxsus olmasını anlamışdır. O, Laləzər Bəkirovadan narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuş, sonuncu isə narkotik vasitədən və psixotrop maddədən istifadə etmədiyini demişdir. Bundan sonra o, psixotrop maddə metamfetaminin cibindən aşkar olunmasının səbəbini soruşmuş, sonuncu isə həmin maddənin cibinə kim tərəfindən yerləşdirildiyini bilmədiyini demişdir. O, həmin psixotrop maddəni Laləzər Bəkirovanın ona xəyanət etdiyi oğlanın verdiyini ehtimal etmiş, daha sonra qeyd olunan psixotrop maddə metamfetamindən istifadə etmişdir. Daha sonra o, arvadı Laləzər Bəkirovadan ona xəyanət etməsinin səbəbini soruşmuş, sonuncu isə bir neçə dəfə başqa şəxslərlə də ona xəyanət etdiyini, həmin şəxslərin ondan üstün olduğunu demiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, 02 mart 2024-cü il tarixdə saat 02:30 radələrində arvadı Laləzər Bəkirovanın baş nahiyəsindən tutaraq otağın pəncərəsinin şüşəsinə çırpmış, həmin vaxt pəncərənin şüşəsi sınmış və bu vaxt onun qollarında və hər iki əl barmaqlarında xəsarət yaranmışdır. Ardınca o, arvadı Laləzər Bəkirovanı döşəmənin üzərinə uzadıb əli ilə sonuncunu döşəməyə sıxaraq şüşə parçası ilə sonuncunun boğaz, üz və digər nahiyələrinə dəfələrlə zərbələr endirərək sonuncunu öldürmüş və anası Şahid1 bu barədə məlumat verərək könüllü şəkildə Yevlax Rayon Polis Şöbəsinə gedərək özünü təqdim etmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, qızı X11 təxminən 18-19 yaşı olarkən Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuş və bu evlilikdən 6 övladı doğulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmiş və bir neçə dəfə məhkum olunmuş, lakin X22 heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. X22 ilə Təqsirləndirilən şəxs arasında mütəmadi olaraq mübahisələr olmuş və mübahisə vaxtı Təqsirləndirilən şəxs Laləzər Bəkirovanı döymüş və ödürməklə hədələmişdir. Mübahisələrin səbəbi isə Təqsirləndirilən şəxs Laləzər Bəkirovanı müxtəlif bəhanələrlə qısqanması olmuş, lakin X22 heç vaxt Təqsirləndirilən şəxs xəyanət etməmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında cəzaçəkmə müəssisəsindən çıxmış, həmin vaxt X22 Bakı şəhərində uşaqları ilə birlikdə kirayədə yaşamış və bundan sonra X22 və Təqsirləndirilən şəxs Yevlax rayonuna qayınanası Şahid2 yaşadığı fərdi yaşayış evinə gedib orada yaşamağa başlamışlar. O, mütəmadi olaraq nəvəsi Akif Bəkirovun istifadəsində olan mobil telefon nömrəsinin “WhatsApp” mobil tətbiqi vasitəsilə X22 ilə əlaqə saxlamış və söhbət əsnasında sonuncu əri Təqsirləndirilən şəxs qısqandığını və öldürməklə hədələdiyini ona demişdir. O, Laləzər Bəkirovaya həmin evi tərk edib Bakı şəhərinə getməsini məsləhət görmüş, lakin sonuncu razılaşmamışdır. 01 mart 2024-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhərində olan zaman Laləzər Bəkirova onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs başqa şəxslə sevgi münasibətlərinin olması barədə deyib öldürməklə hədələdiyini qeyd etmiş və ondan dərhal Yevlax rayonunda yerləşən yaşadığı fərdi yaşayış evinə gəlməsini xahiş etmişdir. Bundan sonra o, qızı Lalənin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək evə gələrək uşaqların yanında qalmasını xahiş etmiş və özünün də Yevlax rayonuna Laləzər Bəkirovanın yanına gedəcəyini demişdir. Bundan sonra qızı X23 ilə danışmış və söhbət əsnasına sonuncu Təqsirləndirilən şəxs evi tərk etdiyini və bu səbəbdən də onun gəlməsinə ehtiyac olmadığını Laləyə bildirmişdir. Daha sonra o, Şahid2 ilə telefon vasitəsilə danışdıqda sonuncu ona artıq Təqsirləndirilən şəxsla Laləzər Bəkirovanın mübahisəsinin başa çatdığını demişdir. Bundan sonra o, Yevlax rayonunda yaşayan bacısı Şahid3 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Laləzər Bəkirovanı yaşadığı evə gətirməsini tapşırmış, lakin Laləzər Bəkirova övladlarından ayrılmamaq üçün Şahid3 ilə getməyərək həmin evdə qalmışdır. 02 mart 2024-cü il tarixdə qardaşı oğlu Zaur qızı Laləyə zəng edərək Təqsirləndirilən şəxs Laləzər Bəkirovanı öldürdüyünü demişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs və X11 2008-ci ildə evlənmişlər. Laləzər Bəkirova narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, sonuncunun və Təqsirləndirilən şəxs əyinlərində olan paltarların cibində və yaxud əllərində hər hansı narkotik vasitə və psixotrop maddə görməmişdir. Oğlu Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə 2023-cü ilin oktyabr ayında cəzaçəkmə müəssisəsindən çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs övladları ilə birlikdə onun Yevlax şəhəri, Nüşabə küçəsi, ev 47 A ünvanında yerləşən evinə gəlmiş və onunla birlikdə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxsla Laləzər Bəkirovanın arasında bəzi vaxtlarda mübahisələr olmuş, buna səbəb Həsrət X5sqanması olmuş, lakin X12 Bəkirova xəyanət etməsi barədə onun məlumatı olmamışdır. Laləzər Bəkirova bəzi vaxtlarda Təqsirləndirilən şəxs bilə-bilə əsəbləşdirmək üçün başqa şəxsi sevdiyini və həmin oğlanın Təqsirləndirilən şəxs daha yaxşı olduğunu bildirmiş, bu hal da sonuncunu qəzəbləndirmişdir. 01 mart 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxsla Laləzər Bəkirovanın arasında mübahisə olmuş, bunun səbəbi isə Həsrət X5sqanması olmuşdur. Bir müddət sonra Laləzər Bəkirovanın xalası Şahid3 oraya gəlmiş, Laləzər Bəkirovanı aparmaq istəmiş, lakin sonuncu övladlarını qoyub getməmişdir. 01 mart 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs və Laləzər Bəkirova otaqlarına keçmişlər, daha sonra isə o və Şahid2 da digər otaqlara gedərək yatmışlar. 02 mart 2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs onu və gəlini Şahid2 çağırmağa başlamış, gəlini Şahid2 onu yuxudan oyatmış və o, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə üstü qana bulaşmış halda Laləzər Bəkirovanı öldürdüyünü, Yevlax Rayon Polis Şöbəsinə gedərək özünü təqdim edəcəyini demiş və evi tərk etmişdir. Daha sonra qonşular və polis əməkdaşları oraya gəlmişlər. O, 02 mart 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxsla gəlini Lələzar Bəkirovanın yatdıqları otağın pəncərəsinin qarşısında, evdə və ya həyətdə hər hansı kənar şəxsi görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri Elxas Bəkirovun qardaşıdır. Təqsirləndirilən şəxs arvadı Laləzər Bəkirova və uşaqları ilə birlikdə Yevlax rayonunda qayınanası Şahid1 ilə birlikdə yaşamışdır. Laləzər Bəkirova narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, sonuncunun və Təqsirləndirilən şəxs əyinlərində olan paltarların cibində və yaxud əllərində hər hansı narkotik vasitə və psixotrop maddə görməmişdir. Təqsirləndirilən şəxsla Laləzər Bəkirovanın arasında bəzi vaxtlarda mübahisələr olmuş, buna səbəb Həsrət X5sqanması olmuş, lakin X12 Bəkirova xəyanət etməsi barədə onun məlumatı olmamışdır. O, vəfat etmiş xalası Xanımın dəfn mərasimində iştirak etmək üçün 01 mart 2024-cü il tarixdə Bakı şəhərindən Yevlax rayonuna gəlmiş və xalasıgilin yaşadığı evə getmişdir. Həmin tarixdə Laləzər Bəkirova ilə Təqsirləndirilən şəxs arasında evdə olarkən mübahisə yaranmış, Laləzər Bəkirovanın xalası Şahid3 Təqsirləndirilən şəxs yaşadığı evə gəlib Laləzər Bəkirovanı aparmaq istəmiş, lakin Laləzər Bəkirova uşaqlarını qoyub getməmişdir. 01 mart 2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs və Laləzər Bəkirova öz otaqlarına keçmişlər, daha sonra isə o, yuxulamışdır. 02 mart 2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs onu və qayınanası Şahid1 səsləmiş, o, yuxudan oyanmış, daha sonra isə qayınanası Şahid1 oyatmışdır. Qayınanası Şahid1 Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuş, sonuncu isə üstü qana bulaşmış vəziyyətdə Laləzər Bəkirovanı öldürüdüyünü, Yevlax Rayon Polis Şöbəsinə gedərək özünü təqdim edəcəyini demiş və evi tərk etmişdir. Daha sonra qonşular və polis əməkdaşları oraya gəlmişlər. O, 02 mart 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxsla gəlini Lələzar Bəkirovanın yatdıqları otağın pəncərəsinin qarşısında, evdə və ya həyətdə hər hansı kənar şəxsi görməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Laləzər Bəkirova onun bacısı Roza Xasanovanın qızı olmuş, Təqsirləndirilən şəxs isə Arif Bəkirovun əmisinin oğludur. Təqsirləndirilən şəxsla Laləzər Bəkirovanın arasında bəzi vaxtlarda mübahisələr olmuş, bunun səbəbi isə Həsrət X5sqanması olmuşdur. Qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxs Laləzər Bəkiranı döymüş və öldürməklə hədələmiş, lakin X20 Bəkirova xəyanət etməmişdir. Laləzər Bəkirova narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, lakin Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. 01 mart 2024-cü il tarixdə saat 11 radələrində evdə olan zaman bacısı Roza Xasanova mobil telefon nömrəsi vasitəsilə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs Laləzər Bəkirovanı döyməsini və öldürmək istədiyini bildirmiş, bu səbəbdən Laləzər Bəkirovanı yaşadığı evə gətirməsini xahiş etmişdir. Bundan sonra o, Laləzər Bəkirovanın yaşadığı ünvana getmiş, sonuncunu yaşadığı evə gətirmək istəmiş, lakin sonuncu razılaşmamışdır. 02 mart 2024-cü il tarixdə Roza Xasanova onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs arvadı Laləzər Bəkirovanı öldürdüyünü demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 mart 2024-cü il tarixli raportdan görünür ki, ünvan 6 ünvanında yaşayan X14 həmin tarixdə 055 317-98-68 mobil telefon nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək Təqsirləndirilən şəxs arvadı Laləzər Bəkirovanın başını kəsməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirini boynuna almaqla könüllü gəlmə haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinə gələrək qeyd olunan tarixdə saat 02 radələrində Yevlax şəhəri, Nüşabə küçəsi, ev 47 A ünvanında yerləşən yaşadığı evdə arvadı X7 baş nahiyəsini pəncərənin şüşəsi ilə kəsərək öldürməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 mart 2024-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 03 radələrində Yevlax Rayon Polis Şöbəsindən Yevlax Rayon Prokurorluğuna Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nüşabə küçəsi, ev 47 A ünvanında arvadı X9 öldürməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yevlax şəhəri, Nüşabə küçəsi, ev 47 A ünvanında yerləşən mərhum X7 yaşadığı 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən yataq otağı kimi istifadə edilən otaqdır. Otağa giriş qapısından sol tərəfdə 20 sm irəlidə, döşəmə üzərində bir neçə ədəd şüşə parçaları vardır. Həmin şüşə parçalarının üzərində qanabənzər ləkələr vardır. Həmçinin həmin ərazidə, döşəmə və divar üzərində səpələnmiş vəziyyətdə qanabənzər ləkələr yerləşir. Otağa daxil olduqda, sağ tərəf dioqanal vəziyyətdə, 3 metr irəlidə mərhum X7 meyiti arxası üstə uzadılmış vəziyyətdə döşəmə üzərindədir. Meyitin əynində olan paltarlar qanabənzər ləkələrlə çirklənmişdir. Meyitin sol tərəfində, 25 sm məsafədə döşəmə üzərində uzunluğu 22 sm olan, üzərində qanabənzər ləkələr olan uzunsov formalı şüşə parçası yerləşir. X13 meyitindən 1 metr irəlidə döşəmə üzərində bir neçə ədəd şüşə parçaları yerləşir. X10 meyitinin boyun nahiyəsinin sol tərəfində və onun sol qoluna söykənmiş vəziyyətdə üzərilərində qanabənzər ləkələr olan müxtəlif ölçülü şüşə qırıntıları yerləşir. X13 meyitindən 1,5 metr irəlidə, divarda 3x2 metr ölçülü PVC materiallı 3 ədəd şüşəsi olan pəncərə yerləşir. Həmin şüşələrdən biri çərçivənin içərisində yoxdur, sınmış vəziyyətdədir. Otaqdan aşkar olunmuş pəncərə şüşələri həmin pəncərənin sınmış hissəsi ilə eynilik təşkil edir. Baxış keçirilən zaman şüşə parçaları cinayət işi üçün əhəmiyyət kəsb etdiyinən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, X13 meyitinə baxış keçirilən zaman boyunun sağ yan səthinin aşağı-ön hissəsində 10x4 sm ölçülü, sol yan səthinin aşağı-ön hissəsində 12x4 sm ölçülü, sol körpücükaltı nahiyədə 5x3 sm ölçülü, istiqaməti köndələn-çəp yerləşmiş, qeyri-düz ellepsəbənzər formalı, hamar kənarlı, kənarlarında çoxsaylı kiçik ölçülü kəsiklər olan, kəsilmiş-deşilmiş yaralar vardır. Yaraların təftişi zamanı traxeyanın və ümumi yuxu arteriya və venasının, körpücükaltı vena və arteriyanın kəsildiyi müəyyən edilmişdir. Boyunun sağ yuxarı-arxa hissəsində 3x0,5 sm ölçülü, sol çiyinüstü nahiyədə 2,5x0,3 sm ölçülü, alt dodaqda 6,5x2 sm ölçülü, alt çənə qabarında 4x1 sm ölçülü, sağ tərəf çənəaltı nahiyədə 8x2 sm ölçülü, döş qəfəsinin yuxarı tış hissəsində 7x2,5 sm ölçülü, sol mil-bilək oynağının ön səthində 2,2x1 sm ölçülü, sağ mil bilək oynağının ön səthində 1,5x0,3 sm ölçülü, sol əl barmaqlarının ovuc səthində 1,2x0,3 sm-dən 2x0,5 sm-dək ölçülü 14 ədəd ellepsəbənzər formalı, hamar kənarlı, kənarlarını yaxınlaşdırdıqda düz xətt formalı, ucları iti, istiqaməti müxtəlif yerləşmiş kəsilmiş və kəsilmiş-deşilmiş yaralar (cəmi 17 ədəd) vardır. Bədən səthində başqa xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 02 mart 2024-cü il tarixli 183 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidiyin müayinəsi zamanı onda AMP (+) metamfetamin aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması və baxış keçirilməsi haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş 01 ədəd poliver, 01 ədəd mayka, 01 ədəd şalvar və 01 ədəd alt paltarı götürülərək baxış keçirilən zaman 01 ədəd poliverin hər iki qol nahiyəsində gövdənin ön hissəsində, 01 ədəd maykanın ön hissəsində, 01 ədəd şalvarın və 01 ədəd alt paltarının ön və arxa hissələrində qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 23 mart 2024-cü il tarixli, 3-13-117/2-5470/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə arvadı X9 yaşadığı ünvan 7 ünvanında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı evin yataq otağında pəncərənin şüşəsini sındırdıqdan sonra həmin şüşə parçaları ilə onun boğaz nahiyəsindən kəsməklə qətlə yetirən zaman Təqsirləndirilən şəxs və arvadı Laləzər Bəkirovadan başqa orada kənar hər hansı şəxs olmamış, hadisə gecə saatlarında yataq otağında baş verdiyindən heç kimin görmə ehtimalı olmamış, hadisə gözlənilmədən baş verdiyi üçün bu barədə heç kimə məlumat verməmiş, hadisəni tək özü törətmişdir. Təqsirləndirilən şəxs və arvadı Laləzər Bəkirovanın aralarında mübahisə və ya münaqişə olması ilə bağlı Yevlax RPŞ-yə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs müvəqqəti Bakı şəhərində yaşadığı üçün onun həyat tərzini və əlaqələrini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 01 aprel 2024-cü il tarixli 12 nömrəli rəyindən görünür ki, X7 meyitində “kəskin qanitirmə, ümumi yuxu arteriyasının və venasının, körpücükaltı vena və arteriyanın, traxeyanın kəsilməsi ilə ağırlaşan boyunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları (03 ədəd) diaqnozu ilə, iti kənarlı alətin-alətlərin (əşyanın), ekspertizaya təqdim edilmiş bıçaq və şüşə parçalarının və ya onlara bənzər digər alətlərin təsirindən əmələ gəlmiş, həyati, ölüm baş verməmişdən az əvvəl yetirilmiş, ölümlə birbaşa səbəbli əlaqəsi olan və dərəcəsinə görə sağlamlığa ağır zərər vuran, habelə boyunun sağ yuxarı-arxa hissəsinin, sol çiyinüstü nahiyənin, alt dodağın, alt çənə qabarının, döş qəfəsinin yuxarı tış hissəsinin, sol və sağ mil-bilək oynağının ön səthinin, sol əl barmaqlarının ovuc səthinin (14 ədəd) çoxsaylı kəsilmiş və kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə, iti kənarlı alətin-alətlərin (əşyanın), ekspertizaya təqdim edilmiş bıçaq və şüşə parçalarının və ya onlara bənzər digər alətlərin təsirindən əmələ gəlmiş, həyati, ölüm baş verməmişdən az əvvəl yetirilmiş, ölümlə birbaşa səbəbli əlaqəsi olan və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər aşkar edilmişdir. Məhkəmə-kimyəvi şöbədə tərtib edilmiş aktdan görünür ki, mərhum X7 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. Məhkəmə-bioloji şöbədə tərtib edilmiş 01 aprel 2024-cü il tarixli 9/42 nömrəli aktdan görünür ki, mərhum X7 uşaqlıq yolundan və düz bağırsaqdan götürülmüş tamponların məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar edilmişdir. Ağız boşluğundan götürülmüş tamponun məhkəmə-tibbi tədqiqi zamanı sperma müəyyən edilməmişdir. X7 bilavasitə ölümünə səbəb kəskin qanitirmə, ümumi yuxu arteriyasının və venasının, körpücükaltı vena və arteriyanın, traxeyanın kəsilməsi ilə ağırlaşan boyunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları olınuşdur. Erkən meyit əlamətləri onu göstərir ki, ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 03 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1538 nömrəli rəyindən görünür ki, X7 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəldə göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında, Laləzər Bəkirovanın gecə köynəyinin üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, Laləzər Bəkirovanın gecə köynəyinin üzərindən aşkar edilmiş tünd qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs poliverinin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik-trasoloji ekspertizasının 09 aprel 2024-cü il tarixli 3-16-16/2-3/507;3/508 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məşişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd retuzun və bir ədəd donun səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr kəsici-deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Ümumi əlamətlərinə əsasən bir ədəd retuzun və bir ədəd donun səthində olan zədələrin təqdim edilmiş şüşə parçalarının təsirindən də yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret predmetlə təsir nəticəsində yaranıbyaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş cins şalvarın, maykanın, poliverin, tumanın və büstqalterin səthində zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 08 may 2024-cü il tarixli 164/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X7 ABO sistemi üzrə qrup göstəricisi AB/H/(İV)-dür. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi B(İİİ)-dür (axtarış vərəqəsinin surətinə əsasən). Ekspertizaya təqdim edilmiş hadisə yerində bir ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə, Laləzər Bəkirovaya məxsus bir ədəd qolsuz uzun kofta, reytuz və büstqalter, Təqsirləndirilən şəxs məxsus bir ədəd tuman, şalvar, qolsuz mayka və uzunqol sviter, dörd ədəd zərfə ayrı-ayrılıqda qablaşdırılmış 10 ədəd şüşə kəsiyi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B” və “H” antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB/H/(İV) qruplu bir şəxsə, o cümlədən X8 məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin B(İİİ) qruplu Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa və qanında müşayiətçi “H” antigeni varsa) qarışmış qanının olması mümkündür. Təqdim olunmuş bir ədəd qatlanan bıçağın üzərində qan aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.2 və 120.2.9-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində CM-in 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Laləzər Bəkirovanı qəsdən xüsusi amansızlıqla öldürdüyünü etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz müdafiəsi üçün dəlillər gətirib CM-in qeyd olunan maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini və CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bildiyini deyərək hadisə vaxtı ağlı başında olmadığı üçün arvadı Laləzər Bəkirovaya çoxsaylı zərbələr vurduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Həmçinin qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” anlayışına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının (bundan sonra – Qərar) 8-ci bəndində aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın həmin bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs Laləzər Bəkirovaya çoxsaylı bıçaq zərbələri vurmaqla çoxlu miqdarda xəsarətlər yetirərək sonuncunu öldürdüyündən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 120.2.4-cü maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nüşabə küçəsi, ev 47 A ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, 18 dekabr 2011-ci ildə doğulmuş Akif Bəkirov, 15 mart 2013-cü ildə doğulmuş Elxan Bəkirov, 19 yanvar 2016-cı ildə doğulmuş Aişə Bəkirova, 12 aprel 2017-ci ildə doğulmuş Şahid2, 28 may 2018-ci ildə doğulmuş Sofiya Bəkirova və 11 iyun 2020-ci ildə doğulmuş Əsəd Bəkirov onun himayəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, X2 şəhəri, Nüşabə küçəsi, ev 47 A ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, 18 dekabr 2011-ci ildə doğulmuş Akif Bəkirov, 15 mart 2013-cü ildə doğulmuş Elxan Bəkirov, 19 yanvar 2016-cı ildə doğulmuş Aişə Bəkirova, 12 aprel 2017-ci ildə doğulmuş Şahid2, 28 may 2018-ci ildə doğulmuş Sofiya Bəkirova və 11 iyun 2020-ci ildə doğulmuş Əsəd Bəkirov onun himayəsində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli hökmünün, habelə Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli və Salyan Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzası Yevlax Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarı ilə 01 il 01 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Salyan Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən həmin cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 02 nömrəli Qərarının 5-ci bəndinin a yarımbəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan həmin cəza məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməzlər. Odur ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək cəzasını çəkib qurtarmasa da əvvəllər törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, habelə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzası sonradan azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyindən və azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza hesab olunduğundan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzası sonradan məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyi halda həmin şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilmədiyindən onun sonradan göstərilən cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini isə CM-in 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan onun barəsində bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasının ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 120.2.4-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı qeyd olunan tarixdə saat 05:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 03 mart 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 02 mart 2024-cü il tarixdə saat 05:00-dan hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 02 mart 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunlarla yanaşı, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 28-ci bəndindən görünür ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-in 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. Odur ki, CPM-in 160.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs altı azyaşlı uşaqları – 18 dekabr 2011-ci ildə doğulmuş Akif Bəkirov, 15 mart 2013-cü ildə doğulmuş Elxan Bəkirov, 19 yanvar 2016-cı ildə doğulmuş Aişə Bəkirova, 12 aprel 2017-ci ildə doğulmuş Şahid2, 28 may 2018-ci ildə doğulmuş Sofiya Bəkirova və 11 iyun 2020-ci ildə doğulmuş Əsəd Bəkirova nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Yevlax Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 may 2024-cü il tarixli 762 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 15 aprel 2024-cü il tarixli 336 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları. Asılılıq sindromu” diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 mart 2024cü il tarixli 151 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F60.3 xəstəliyindən əziyyət çəkmişdir. O, “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, təsvir olunmuş cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. O, “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. O, “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışı) F60.3 xəstəliyindən əziyyət çəkmişdir və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 06 mart 2024-cü il tarixli PHŞ-1564/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 04 may 2024-cü il tarixli 90 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdən 15 avqust 2022ci il tarixədək “Emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə, zərərli vərdişlərlə” diaqnozu ilə həmin xəstəxanada müalicədə olmuşdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə” xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbir təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 10 ədəd şüşə parçası, qan nümunəsi, mərhum X8 məxsus olan 01 ədəd ağ-mavi rəngli qısaqol gecə köynəyi, 01 ədəd qara rəngli retuz və 01 ədəd qara rəngli büstqalter, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd poliver, 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli alt paltarı və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanmasını əks etdirən 01 ədəd disk həmin tarixdə maddi sübut qismində tanınmışdır, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 10 ədəd şüşə parçası, qan nümunəsi, mərhum X8 məxsus olan 01 ədəd ağ-mavi rəngli qısaqol gecə köynəyi, 01 ədəd qara rəngli retuz və 01 ədəd qara rəngli büstqalter, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd poliver, 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli alt paltarı Yevlax Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılır, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanmasını əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 10 ədəd şüşə parçası, qan nümunəsi, mərhum X8 məxsus olan 01 ədəd ağ-mavi rəngli qısaqol gecə köynəyi, 01 ədəd qara rəngli retuz və 01 ədəd qara rəngli büsqalter, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd poliver, 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli alt paltarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanmasını əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 240 (iki yüz qırx) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 240 (iki yüz qırx) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs altı azyaşlı uşaqları – 18 dekabr 2011-ci ildə doğulmuş Akif Bəkirov, 15 mart 2013-cü ildə doğulmuş Elxan Bəkirov, 19 yanvar 2016-cı ildə doğulmuş Aişə Bəkirova, 12 aprel 2017-ci ildə doğulmuş Şahid2, 28 may 2018-ci ildə doğulmuş Sofiya Bəkirova və 11 iyun 2020-ci ildə doğulmuş Əsəd Bəkirova nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Yevlax Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılsın. Cinayət iş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 10 ədəd şüşə parçası, qan nümunəsi, mərhum X8 məxsus olan 01 ədəd ağ-mavi rəngli qısaqol gecə köynəyi, 01 ədəd qara rəngli retuz və 01 ədəd qara rəngli büstqalter, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd poliver, 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli alt paltarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanmasını əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-194/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-194/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver