Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-196/2023 23.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Şahid1, Müdafiəçi –Şəki Rəgional Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxsin nümayəndəsi (atası) Təqsirləndirilən şəxs Səfər oğlunun iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Mingəçevir şəhəri İnternat məktəbinin 10-cu sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 4 mənzil 55-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə smartfonlar üçün nəzərdə tutulmuş «Watsapp» ani mesajlaşma mübadiləsi sistemində aralarında baş vermiş yazışma zamanı yaranmış sözlə mübahisəyə aydınlıq gətirmək niyyəti ilə yaşadığı ünvan 1 ünvanında yerləşən binanın 55-ci mənzilinə gələrək onu küçəyə dəvət etmiş tanışı Zərərçəkmiş şəxs qonağı olduğundan onunla görüşə bilməyəcəyini deməsinə baxmayaraq, sonuncunun təkidi ilə küçəyə çıxıb birlikdə münasibətlərinə aydınlıq gətirmək məqsədi ilə həmin tarixdə saat 21:10 radələrində ünvan 2 ünvanında yerləşən 17 №-li tam orta məktəbin yaxınlığındakı avtomobil təmiri emalatxanasının qarşısına gedib orada Zərərçəkmiş şəxs onu mənzilindən qeyd olunan yerə dəvət etməsinə irad bildirdikdə, sonuncu onun ünvanına nalayiq ifadələr və söyüşlər işlətdiyindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ilkin olaraq ona əlləri və ayaqları ilə zərbələr endirib zor tətbiq edərək aktiv müqavimət göstərmək imkanından məhrum etdiyindən, o, aralarında dava-dalaş düşəcəyini qabaqcadan zənn etdiyindən yaşadığı mənzildən çıxarkən mətbəxdən götürərək əynindəki şalvarın bel hissəsinə qoyub, üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək ona sol kürək nahiyəsini dəlib keçməyən bir ədəd və sağ bazunun aşağı 1/3-də bir ədəd olmaqla, ümumilikdə iki ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığı qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, o cümlədən yetirilərkən həyat üçün təhlükəli olan ağ ciyərin zədələnməsilə döş qəfəsinin sol plevra boşluğuna dəlib-keçən kəsici əşyanın təsirindən əmələ gələn bir ədəd, həmçinin əmək qabiliyyətinin 1/3-dən çoxunun daimi itirilməsinə səbəb olan hemorrargik şokla müşayiət olunan sol bazu arteriyasının, eyni zamanda sol dirsək sinirinin zədələnmələri ilə nəticələnən bir ədəd olmaqla, ümumilikdə iki ədəd sağlımlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə verməklə göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. 7-8 il olar ki, onunla münasibət saxlayır. Səfər Türkiyədə universitetdə təhsil alsa da, son zamanlar o, Türkiyədə baş vermiş zəlzələdən sonra dərslər onlayn rejimində keçirildiyi üçün Azərbaycana qayıtmışdır. Onunla aralarında çox yaxşı münasibətlər vardır. Bir-birlərinin evinə gəlib-gedirlər. Həmçinin aralarında zarafat da vardır. xx.xx.2023-cü il tarixdə yaşıdığı evdə olan zaman saat 20:50 radələrində Səfər istifadəsində olan ***-***-**-** №-li mobil telefon nömrəsinin «WATSAPP» ani ismaric mübadiləsi saytında onun ünvanına «Şakal» sözü yazdıqda ona «Şakal özünsən!» cavabını yazmış, ona zarafat edə bilmədiyini, ümumiyyətlə onunla zarafata son verməyin vacib olmasını xatırlatmışdır. Sonra isə Səfər yenidən nalayiq sözlərdən ibarət ismarıclar yazaraq onu təhqir etməyə başlamışdır. Səfərə «əsəbiyəm mənimlə işin olmasın!» cavabını yazdıqda Səfər onu küçəyə dəvət etmişdir. Həmin vaxt mənzildə Hüseyn adlı tanışı da olmuşdur. Bu səbəbdən ona «düşmək istəmirəm qonaqlarım var!» cavabını yazmışdır. Aradan qısa zaman keçmiş saat 21:00 radələrində mənizilin qapısı bərk döyülmüş, qapını döyəninin kim olmasını soruşanda Səfər olmasını müəyyən etmişdir. Qapını açıb Səfərə qapını bərk döyməsinə irad tutanda tez həyətə düşməyi göstəriş verib haqq-hesab çəkəcəyini deyəndə həyətə düşmək fikri olmadığını desə də, onu mənzildə döyəcəyini bildirmişdir. Səfərin heç yerə getmək fikrində olmadığını, dava etməyə israrlı olmasını, idmanla məşğul olmasını, ondan fiziki cəhətdən güclü olmasını və ona gücü çatmayacağını görüb ona həyətdə gözləməsini məsləhət bilib qapını örtərək mənzilə girmişdir. Nəsə baş versə özünü müdafiə etmək üçün mətbəxdən bıçağı götürüb belində gizlədərək Səfərin yanına düşmüşdür. O, həyətə düşüb Səfərin yanına çatandan sonra Səfər başına 1-2 sillə vuraraq ona cavab qaytarmağına irad tutub onu Mingəçevir şəhəri 17 №-li tam orta məktəbin yanına çəkib aparmışdır. Oradakı avtomobil təmiri emalatxanasının qarşısında onu söyüb təhqir edərək boğazından tutub ona cavab qaytarmağa cəsarət etdiyinə irad tutmuş, zarafat edəndə zarafata cavab qaytarmağın düzgün olmadığını demişdir. Boğazından tutub ona zor tətbiq etdiyinə görə, boğulduğu və gücü çatmadığına görə ona müqavimət göstərə bilmədiyi üçün aşağı çökmüş, yaşadığı mənzildən götürdüyü bıçağı belindən çıxarıb onu xatırlamadığı yerindən vurmuşdur. Səfər bıçaq zərbəsinə baxmayaraq davamlı söyüşlər söyməyə və onunla dalaşmağa başlamışdır. Həmin vaxt bıçaqla onu təkrar vurmuşdur. Sonra isə onunla süpürrəşib dalaşanda bıçaqla Səfərə yeni zərbələr endirmişdir. Zərbələrdən sonra Səfər onu buraxıb söyüş söyə-söyə qaçmağa başladıqda Səfərin qaçaraq onu söyüb təhqir etdiyinə görə arxasınca düşmüşdür. Səfər bir az qaçdıqdan sonra dayanmış və halının pisləşdiyini deyəndə ona yardım etmək üçün bıçağı yaxınlıqdakı «Yaşıllaşdırma və Sanitar Təmizlik» İdarəsinin idarəsinin yanındakı ağacın dibinə atıb ona yaxınlaşmış, qolundan tutaraq Qüdrət adlı taksi sürücüsünün avtomobilinin yanına aparmışdır. Səfər avtomobilin qarşı, o, isə arxa oturacağında əyləşmişdir. Bundan sonra Qüdrət onları xəstəxanaya aparmışdır. Orada Səfəri rentgendən keçirib həkimlərə təhvil verəndən sonra evə qayıtmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, bir neçə il bundan əvvəl atəşfəşanlıq zamanı öz ehtiyatsızılığı ucbatından pirotexniki vasitənin partlaması nəticəsində xəsarət alması səbəbindən sol gözünün görmə qabiliyyəti tamamilə itmişdir. Hazırda bir göz görmür, əlildir. Əlilliyə görə pensiya alır. Zərərçəkmiş şəxslə münasibəti həmişə yaxşı olmuş, heç vaxt aralarında mübahisə olmamışdır. Hadisədən bir neçə gün əvvəl zərərçəkmiş şəxslə aralarında zarafat üstündə narazılıq yaranmış, zərərçəkmiş şəxsdən bir daha onunla zarafat etməməsini, onun zarafat edə bilmədiyini, özünün zarafat götürmədiyi halda başqaları ilə zarafat etdiyini ona irad tutmuşdur. Hadisə günü «WATSAPP» ani ismaric mübadiləsi saytında onun ünvanına «Şakal» sözü yazdıqda, o da cavabında ona “şakal, yaxşıyam” yazmış, bundan sonra zərərçəkmiş şəxs onu söyüb təhqir etməyə başlamış, nəyə görə ona “şakal” deyə cavab verdiyini irad tutmuşdur. Belə olub aralarında sözlü mübahisə yaranmış, zərərçəkmiş onu aşağı çağırmışdır. O isə aşağı düşmək istəmədikdə zərərçəkmiş onların evinə gələrək bərkdən qapını döymüş, acıqlı şəkildə onu aşağı çağırmışdır. Səfərin qapını möhkəm döyməyindən, onunla acıqlı danışmağından belə başa düşmüşdür ki, zərərçəkmiş onu aşağı aparıb döymək istəyir. Ondan əl çəkmədiyin görüb onu aşağıda gözləməsini deyib, evə keçmiş və mətbəxdən bıçaq götürüb belinə qoymuşdur ki, birdən çıxılmaz vəziyyətdə qalsa istifadə edər. Bıçaq götürməsinə səbəb zərərçəkmişin həm yaşca, həm də fiziki cəhətdən ondan böyük və güclü olması olmuşdur. Çünki bilmişdir ki, ona belə gücü çatmayacaq. Həmçinin, bir gözü görmədiyindən qorxmuşdur ki, gözünə vurar və yenidən xəsarət alar. Artıq aşağıda 17 saylı məktəbin yanında mübahisə etdikləri vaxt Səfər onu vurmağa və boğmağa başlamış, ona gücü çatmadığı üçün belində olan bıçağı çıxarıb ona xəsarət yetirmişdir. Ona xəsarət yetirdikdən sonra Səfər yenidən onun üzərinə gəlməyə başlamış və bu dəfə daha ağır söyüşlərdən, ailə ilə bağlı söyüşlərdən istifadə etməyə başlamışdır. Belə olub hər dəfə onun üzərində gəldikcə ona xəsarət yetirmişdir. Sonra artıq Səfər onunla bacarmadığı görüb qaçmağa başlamış, o da onun arxasınca qaçmışdır. Birdən Səfər dayanıb halının pis olduğu demiş, belə olub əlindəki bıçağı bir kənara atıb onunla birlikdə taksiyə oturub xəstəxanaya getmişdir. Hadisədən sonra yaxınları tərəfindən imkanları daxilində zərərçəkmiş şəxsin ailəsinə maddi yardım etmişlər. Əməlindən çox peşmandır. İstəməzdi ki, belə bir hadisə baş versin. Yaşının azlığını, həmçinin qeyd etdiyi halları nəzərə alıb barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ölkə hüdudlarından kənarda olduğundan, onun məhkəmə istintaqında iştirakının təmin olunması mümkün olmamış və tərəflər onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunub tədqiq edilməsinə etiraz etmədiyindən, zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, hazırda X2 Universitetinin bədən tərbiyəsi müəllimi fakültəsinin 2-ci kurs tələbəsidir. Zəlzələ baş verdikdən sonra 28 fevral 2023-cü tarixdə universitet distant təhsilə keçdiyindən Azərbaycana qayıtmışdır. Ona bədən xəsarəti yetirmiş Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Həmişə onunla bir yerdə oynamış, bir-birlərinin evinə gəlib-getmişdir. Münasibətləri həmişə yaxışı olmuşdur. Heç bir vaxt dalaşmamışlar. Yusif uşaqlıqda pirotexniki vasitə ilə oynayan zaman sol gözündən xəsarət almışdır. Bu gün də sol gözü görmür. Onunla mütəmadi olaraq telefon əlaqəsi saxlayaraq görüşmüşlər. 03 mart 2023-cü il tarixdə evdən çıxıb Yusif və başqa uşaqlarla görüşmək məqsədi ilə Yusifin yaşadığı məhəlləyə gəlmişdir. Saat 20:30 radələrində məhəlləyə çatmış, orada bir qədər gözləyəndən sonra Camal adlı şəxs yanına gəlmişdir. Onunla salamlaşıb söhbət etməyə başlamışdır. Həmin vaxt saat 20:49 dəqiqədə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «WATSAPP» ani ismaric mübadiləsi saytından Yusifin istifadəsində olan ***- ***-**-** №-li mobil telefon nömrəsinin «WATSAPP» ani ismaric mübadiləsi saytına zarafatla «hardasan şakal?» sözünü yazmışdır. O, isə cavabında «evdəyəm şakal!» sözünü yazmışdır. Həmin vaxt Yusifin zarafatını ciddiyə yozub o cür cavab verməsini zənn etmişdir. Ona «sən kimsən mənimlə belə danışırsan?» cavabını yazmışdır. Əsəbindən onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o da həmin tərzdə cavab qaytarmışdır. Bundan sonra məsələyə aydınlıq gətirməsi üçün Yusifi həyətə dəvət etdikdə Yusif ondan inciyib-incimədiyini soruşmuşdur. Artıq əsəbiləşdiyi üçün onun sözlərinə məhəl qoymayaraq aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün Yusifi yenidən həyətə çağırmışdır. O, həyətə düşməkdən imtina etsə də, onu düşməyəcəyi halda yaşadıqları mənzilə çıxıb döyəcəyini və onunla etdiyi hərəkətə görə haqq-hesab çəkəcəyini demişdir. Lakin, o, yenə də çağırışa cavab verməyərək həyət düşmədiyindən yaşadığı mənzilə getmişdir. Qapını döydükdə Yusif qapını açmışdır. Ona yenə həyətə düşməyi təklif etdikdə Yusif imtina etmişdir. Əsəbiləşdiyindən onu düşməyəcəyi halda elə evdə döyəcəyini dedikdən sonra Yusif həyətdə gözləməyi məsləhət bilib bir neçə dəqiqə sonra həyətə düşəcəyini dedikdən sonra qapını örtmüşdür. Həyətə düşdükdən sonra aradan az müddət keçmiş Yusif də həyətə düşmüşdür. Həyətə düşən kimi onunla salamlaşmışdır. Məhəllədə onunla söhbət edə-edə, yaşca böyük olmağına baxmayaraq ona cavab qaytardığına görə sillə vura-vura Mingəçevir şəhəri 17 №-li tam orta məktəbin yanına aparmışdır. Çünki, aralarındakı mübahisəni binada yaşayan şəxslərin görməməsini istəmişdir. Onunla birlikdə 17 №-li məktəbin yanında yerləşən avtomobil təmiri sexinin qarşısına çatanda dayanmışlar. Hardasa saat 21:10 radələrində Yusifə zarafatı ciddi qəbul edərək ünvanına işlətdiyi nalayiq ifadəyə həmin tərzdə cavab verməsinə irad tutmuşdur. Onunla çoxdan tanış olduğundan bu cür cavab qaytarmağının doğru olmadığını dedikdə Yusif düzgün hərəkət etməsini bildirəndə daha da əsəbiləşmiş, aralarınzdakı söz mübahisəsi davaya çevrilmişdir. Yusif sakitləşmədiyindən onun boğazından tutub divara sıxıb «ağıllı ol, səninlə həmişə zarfat etmişik, bu nə hərəkətdir, edirsən mənə nə üçün cavab qaytarırsan. Münasibətimiz yaxşı olub axı!» kəlməsini işlətsə də, Yusif yenidən onunla sözlə mübahisəyə davam etmişdir. Bu səbəbdən onu buraxmamışdır. Sonra Yusif arxa-arxaya gedərək bir az aşağı əyilmiş, belindən qaranlıq olduğundan əlamətlərini xatırlamıdığı bıçağı çıxarıb bıçaqla birinci sol qabırğaüstü nahiyəsinə zərbə endirmişdir. Əlini ondan çəkərək bıçaqla daha çox vura bilməməsi üçün Yusiflə əlbəyaxa olub süpürrəşib dalaşmağa başlamışdır. Bıçaqla daha çox vurmaması üçün Yusifə əl və ayaq zərbələri endirsə də, faydası olmamışdır. Yusif sağ, sol qoluna və sol kürək nahiyəsinə bıçaqla zərbələr endirmişdir. Artıq onunla bacarmayacağını görüb arxaya çevrilərək onu əlindən çıxmış, dava yerindən qaçanda Yusif də arxasınca düşüb onu qovmuşdur. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin yanında səhhətinin pisləşməsini və gərginləşməsini görüb Yusif dayanmış, əvvəlcə təcili tibbi yardım çağırmaq istəsə də, sonra orada taksini görüb taksiyə yaxınlaşmışlar. Taksi sürücüsü Qüdrətin avtomobilinin içərisində olmasını görüb dərhal qarşı oturacağa əyləşmişdir. Arxa otaracaqda isə Yusif oturmuşdur. Avtomobildə Qüdrətdən onu xəstəxanaya çatdırmasını xahiş etmişdir. O nə baş verməsini soruşsa da, Qüdrətə Yusifin onu bıçaqla vurmasını deməmişdir. Yusif də Qüdrətə bu barədə heç nə deməmişdir. Həmin vaxt onu xəstəxanaya aparmışlar. Orada ilkin tibbi yardım göstərilsə də, yetərli olmadığından cərrahiyyə əməliyyatı etmişlər. Sonra isə Bakı şəhərinə yola salmışlar. Əvvələr aralarında bu cür davalar olmamış, həmişə birbirləri ilə mehriban olmuşlar. Həmin gün davanın səbəbi isə Yusifin həmişə etdiyi zarafatı ciddi qəbul edərək ona cavab qaytarması olmuşdur (cild 01, iş vər. 123-126). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi olan atası Təqsirləndirilən şəxs Səfər oğlu göstərmişdir ki, onun oğlu Səfərlə təqsirləndirilən şəxs Yusifin həmişə yaxşı münasibəti olmuş, oğlu həmişə Yusifi qorumuş, həmişə onlara gedibgəlmiş, Yusif də onlara gəlib-getmişdir. Hadisə günü oğluna yetirilən xəsarətlər ağır olduğundan, Bakı şəhərinə aparılmış, oğlu uzun müddət Bakı şəhərində müalicə almışdır. Bu gün də oğlunun müalicəsi Türkiyə Respublikasında davam etdirilir. Oğlu sağlam bədən quruluşlu olmuş, Türkiyə Respublikasında İdman Akademiyasında təhsil almışdır. Hazırda oğlunun sol qolu aldığı xəsarətlər nəticəsində fəaliyyətini tam bərpa etməmişdir. Hadisədən sonra təqsirləndirilən şəxsin babası onlara gəlib ona 2000 manat pul vermiş, həmin pulun üzərinə bir az da pul qoyub oğlunu əməliyyat etdirmişdir. Aldığı xəsarətlərdən oğlunun ağciyəri zədələnmiş, bir qolu isə dediyi kimi tam bərpa olunmamışdır. Onun hələ də əməliyyata ehtiyacı var. O, oğlunun sağlamlığını tələb edir. Təqsirləndirilən şəxsin babası ona 2000 manat pul verdikdən sonra ona heç bir maddi yardım edilməmişdir. Ona görə də, hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid1 göstərmişdir ki, hadisə günü evdə valideynlərdən heç kim olmamış, yalnız oğlunun dostu onlarda olmuşdur. Hadisədən sonra qaynatası zərərçəkmiş şəxsə 2000 manat maddi yardım etmişdir. Özlərinin də maddi imkanı çox pis olduğundan, zərərçəkmiş şəxsə əlavə hər hansı bir maddi yardım göstərilməmişdir. Hətta maddi imkansızlıq ucbatından bir neçə il əvvəl baş vermiş hadisə nəticəsində oğluna tibbi yardım göstərilməsinə nail ola bilməmiş, nəticədə oğlunun bir gözü tamamilə tutulmuşdur. Hazırda oğlu əlildir və onun əlilliyinə görə pensiya alır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Yusifgildə qonaq olan zaman saat 20:50 radələrində Səfər Yusifin mobil telefonundakı «WATSAPP» ani ismarıc mübadiləsi saytında ona «Şakal» sözü yazdıqda Yusif bunu ona götərmiş və Səfərə «Şakal özünsən!» cavabını yazmışdır. Sonra isə onların mübahisəsi qızışmış, bir-birlərini nalayiq sözlərdən ibarət ismarıclar yazaraq təhqir etməyə başlamışlar. Yusif ona «əsəbiyəm mənimlə işin olmasın!» cavabını yazmışdır. Səfər Yusifi küçəyə dəvət etdikdə Yusif «düşmək istəmirəm qonaqlarım var!» cavabını yazmışdır. Aradan qısa zaman keçmiş saat 21:00 radələrində Yusifgilin mənizilinin qapısı bərk döyülmüş, Yusif qapını döyəninin kim olmasını soruşanda Səfər olması bildirilmişdir. Yusif qapını açıb Səfərə qapını bərk döyməsinə irad tutanda Səfər tez aşağı düşməyini göstəriş vermişdir. Yusif düşmək fikri olmadığını desə də, Səfər onu evdə döyəcəyini bildirmişdir. Həmin vaxt Yusif qapını örtüb evin mətbəxinə girmiş, sonra isə tez qayıdaraq Səfərin düşməyəcəyi halda ondan əl çəkməyəcəyini deyib həyətə düşməsini bildirəndə onu tək buraxmamış və birlikdə həyətə düşmüşlər. Həyətə düşüb Səfərin yanına çatanda Camalın da Səfərin yanında olmasını görmüşdür. Səfər Yusifin yanına çatmasını görüb onun başına sillə ilə vurub zarafat edəndə cavab qaytarılmadığını, nahaq yerə ona «şakal» sözü deyəndə Yusifin həmin sözü ona qaytarmasına irad tutmuşdur. Həmin vaxt o və Camal onları sakitləşdirmək istədikdə Səfər onunla «qardaş kimi» söhbət edəcəyini deyərək söhbətə qarışmamağı göstəriş verib aralaşmışlar. Onlara isə yanlarına gəlməyi qadağan etmişlər. Onların əvvəlcədən bir-birilərini tanıdıqlarını bildiklərindən, aralarında hər hansı davanın baş verəcəyinə inanmadıqlarından həyətdə gözləmişlər. Aradan təxminən 5 dəqiqə vaxt keçmiş Səfərlə Yusifin qışqırıq səslərini Mingəçevir şəhəri 17 №-li tam məktəbin yanında eşidərək oraya tərəf qaçandan onların ikisinin də «Yaşıllaşdırma və Sanitar Təmizlik» İdarəsinin qarşısına doğru qaçdıqlarını sonra orada dayandıqlarını görmüşlər. Daha sonra oradan Mingəçevir şəhəri 16 №-li tam orta məktəbin qarşısına doğru gələndə onlara yaxınlaşmışlar. Yaxınlaşan zaman Yusiflə Səfərin dava etdiklərini və Yusifin evdən götürüb bel hissəsində gizlətdiyi bıçaqla Səfərə xəsarət yetirməsini öyrənmişlər. Həmin vaxt o və Camal olanları eşidib qorxmuşlar. Çünki, heç də Yusifin bıçağı evdən götürməsini də görə bilməmişdir. Yusiflə Səfər iti yerişlərlə 16 №-li tam məktəbin qarşısındakı aptekin yanında dayanmış, sonra isə Qüdrət adlı şəxsin idarə etdiyi taksiyə yaxınlaşmışlar. Onlar taksiyə oturub xəstəxanaya getmələrini görəndə evə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində hava alaraq gəzə-gəzə Yusifgilin yaşadığı binanın qarşısında dayanan zaman təsadüfən Səfər də oraya gəlmişdir. Səfərlə salamlaşanda onun əsəbi halda olmasını görüb nə baş verməsini soruşanda mobil telonunda kiminləsə də, yazışaraq Yusiflə zarafat edəndə ünvanına xoşəgəlməz ifadələr işlətməsini demişdir. Buna əvvəlcə əhəmiyyət verməmişdir. Səfər Yusifgilin evinə getməsini deyərək aralaşmışdır. Sonra isə bir müddət keçmiş yenə əsəbi halda yanına qayıtmışdır. Saat 21:10 radələrində Yusiflə Hüseyn də yanlarına gələndə Səfər Yusifin baş nahiyəsinə sillə ilə vurub ona zarafat edəndə cavab qaytarılmadığını, nahaq yerə ona «şakal» sözü deyəndə Yusifin həmin sözü ona qaytarmasına irad tutmuşdur. Həmin vaxt o və Hüseyn onları sakitləşdirmək istədikdə Səfər onunla «qardaş kimi» söhbət edəcəyini deyərək aralaşaraq yanlarına gəlməyi qadağan etmişdir. Əvvəlcədən bir-birilərini tanıdıqlarını bildiyi, aralarında hər hansı davanın baş verəcəyinə inanmadığı üçün onları həyətdə gözləmişlər. Aradan təxminən 5 dəqiqə vaxt keçmiş biz Səfərlə Yusifin qışqırıq səslərini Mingəçevir şəhəri 17 №-li məktəbin yanında eşidərək oraya tərəf qaçanda onların ikisinin də «Yaşıllaşdırma və Sanitar Təmizlik» İdarəsinin qarşısına doğru qaçdıqlarını sonra orada dayandıqlarını, daha sonra oradan 16 №-li orta məktəbin qarşısına doğru gəldiklərini görüb onlara yaxınlaşmışlar. Yaxınlaşan zaman Yusiflə Səfərin dava etdiklərini və Yusifin evdən götürüb bel hissəsində gizlətdiyi bıçaqla Səfərə xəsarət yetirməsini öyrənmişdir. Həmin vaxt o və Hüseyn olanları eşidib həyacanlanraq olduqları yerdə qalmışlar. Yusiflə Səfər isə iti addımlarını davam etdirərək Mingəçevir şəhəri 16 №-li tam məktəbin qarşısındakı aptekin yanında dayanmış Qüdrət adlı şəxsin idarə etdiyi taksiyə yaxınlaşmışlar. Onların taksiyə əyləşib xəstəxanaya getmələrini görəndə evə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, xx.xx.2023-cü il tarixdə saat 21:10 radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 №-li tam orta məktəbin aptekin yaxınlığında dayanan zaman bir nəfər arxadan «Qüdü qaqa» deyərək onu çağırmışdır. Arxaya dönəndə həmin şəxsin Səfər olmasını görmüşdür. Ondan nə baş verməsini soruşanda onu xəstəxanaya çatdırmağını xahiş etmişdir. Onunla birlikdə isə digər qonşusu Yusif də gəlmişdir. Səfəri qarşı oturacaqda əyləşdirmiş, Yusif isə arxa oturacaqda əyləşmişdir. Avtomobildə nə baş verməsini soruşanda Səfər onu vurduqlarını desə də, hansı alətlə vurulmasını və kimin onu vurmasını deməmişdir. Onu xəstəxanaya çatdırıb «Acil şöbəsi»nə çatanda hər ikisinin avtomobildən düşürtmüşdür. Avtomobili kənara vermiş, sonra isə özü də düşüb Səfəri rentgenə salmaqda həkimə kömək etmişdir. Daha sonra avtomobilin qanını təmizləmək üçün xəstəxanadan çıxanda Yusif də avtombilinə əyləşmişdir. Avtomobili sürüb xəstəxanadan çıxanda «şəhidlər xiyabanı»nın qarşısında Yusif avtomobildən düşmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Yusif də onunla birlikdə Səfəri xəstəxanaya aparmış, orada Səfərin rentgenə aparılmasında, daha sonra xəstəxanaya yerləşdirilməsində Yusif ona köməklik etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə saat 22:00-da Mingəçevir Şəhər Xəstəxanasının Acil şöbəsindən tibb bacısı Əhmədova məlumat verərək bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş, sol döş qəfəsinin və hər iki qolun kəsilmiş yaraları xəsarəti ilə xəstəxanaya daxil olmuşdur (cild 01, iş vər. 4). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Götürmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Şahid1 könüllü olaraq oğlu Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi, 1 ədəd 30 sm uzunluqda, boz rəngdə, tiyəsi 16 sm və sapı 14 sm, tiyəsi sola əyilmiş vəziyyətdə olan mətbəx bıçağını ibtidai istintaq orqanına təqdim etmiş və həmin bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 45-49). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Götürmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Şahid1 könüllü olaraq oğlu Təqsirləndirilən şəxs mübahisə və dava zamanı əynində olmuş 1 ədəd qara rəngli qış sviteri və 1 ədəd qara rəngli qış şalvarını ibtidai istintaq orqanına təqdim etmiş və həmin geyim əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 50-53). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmiş, hadisə yeri ünvan 2 ünvanında yerləşən 17 №-li tam orta məktəbin yaxınlığıdır. Bununla bağlı müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 54-60). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Götürmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Mingəçevir şəhər mərkəzi xəstəxanasının tibb bacısı Zərərçəkmiş şəxs Mingəçevir şəhər mərkəzi xəstəxanasına daxil olarkən əynində olmuş 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd boz rəngli sviter, 1 ədəd ağ-qara rəngli idman köynəyi, 1 ədəd qara rəngli cins şalvarı ibtidai istintaq orqanına təqdim etmiş və həmin geyim əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 64- 70). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Baxış keçirmə və götürmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, istifadəsində olan ««SAMSUNG GALAXY A 12» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və həmin «SAMSUNG GALAXY A 12» markalı mobil telefondakı məlumatlara baxış keçirilən zaman mobil telefona yüklənmiş «WATSAPP» ani ismaric mübadiləsi saytında Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinin qeyd olunduğu şəxslə aralarında baş tutmuş aşağıdakı məzmunlu yazışmanın olması müəyyən edilmişdir: [20:49, 2023-3-3] Sefer: Nağarsan? [20:50, 2023-3-3] Yusif: salıqın [20:50, 2023-3-3] Yusif: sen naqarsan [20:50, 2023-3-3] Sefer: Salıq [20:50, 2023-3-3] Sefer: Hardasan? [20:50, 2023-3-3] Sefer: Şakal [20:50, 2023-3-3] Yusif: evdeyem şakal [20:50, 2023-3-3] Sefer: Ə cırıx [20:50, 2023-3-3] Sefer: Sən kimsən [20:50, 2023-3-3] Sefer: Belə danışaan [20:51, 2023-3-3] Yusif: eşdirem cırıx [20:51, 2023-3-3] Sefer: Düş aşağı [20:51, 2023-3-3] Yusif: yusif [20:51, 2023-3-3] Sefer: Düş sənöl qatıxladın [20:51, 2023-3-3] Sefer: Varyoxuna nəhlət [20:51, 2023-3-3] Yusif: qonağım var [20:51, 2023-3-3] Sefer: Başın gedir sən [20:51, 2023-3-3] Yusif: yo [20:51, 2023-3-3] Sefer: Düş [20:51, 2023-3-3] Sefer: Sən ağzına verəcəm [20:51, 2023-3-3] Sefer: Qatıx sən çox götün şişib [20:51, 2023-3-3] Yusif: düşende deyerem [20:51, 2023-3-3] Yusif: niye ? [20:52, 2023-3-3] Yusif: xetrive deymişem ? [20:52, 2023-3-3] Sefer: Düş ə aşağı [20:52, 2023-3-3] Yusif: . [20:52, 2023-3-3] Yusif: . [20:52, 2023-3-3] Sefer: Evə çıxıb evdə [20:52, 2023-3-3] Sefer: Qapazdamıyım səni [20:52, 2023-3-3] Sefer: Düş nə poxsən aən xətrimə dəyəsən prosdu götün şişdi [20:52, 2023-3-3] Sefer: Səj [20:52, 2023-3-3] Sefer: N [20:52, 2023-3-3] Yusif: pox dölem yusifem [20:52, 2023-3-3] Sefer: Düş [20:52, 2023-3-3] Sefer: Sənöl [20:53, 2023-3-3] Sefer: Deəcəm sənə [20:53, 2023-3-3] Yusif: düşende deyerem danşarıq [20:53, 2023-3-3] Sefer: Qapına çıxmıyımda [20:53, 2023-3-3] Sefer: Yusif [20:53, 2023-3-3] Sefer: Sənöl mçt ediaən məni [20:53, 2023-3-3] Sefer: Çıxsam [20:53, 2023-3-3] Sefer: Götünən başın bir eliyəcəm sənin [20:53, 2023-3-3] Yusif: qapima xoş güne gelersen qardaşım [20:54, 2023-3-3] Sefer: Dedimda sə [20:54, 2023-3-3] Sefer: Düş gözdürəm [20:54, 2023-3-3] Sefer: Götün şişməsin yusif [20:54, 2023-3-3] Yusif: aşaqı düşende yazaram sene [20:54, 2023-3-3] Sefer: Düşmürsənki? [20:54, 2023-3-3] Sefer: Cidfi deirəm [20:54, 2023-3-3] Sefer: D [20:54, 2023-3-3] Yusif: qonağım var [20:55, 2023-3-3] Yusif: lap yaxşı [20:55, 2023-3-3] Yusif: başa düşdüm [20:55, 2023-3-3] Sefer: Düşürsən [20:55, 2023-3-3] Sefer: ? [20:55, 2023-3-3] Yusif: düşende yazaram görşeriy [20:57, 2023-3-3] Sefer: Cəld ol yusqa – Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 71-78). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, bu barədə videoçəkiliş aparılmaqla CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 101-103). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 30 may 2023cü il tarixli 120/Ə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilən xəsarətlər: - ağ ciyərin zədələnməsi ilə döş qəfəsinin sol plevra boşluğuna dəlib keçən bir ədəd yara, sol kürək nahiyəsinin dəlib-keçməyən bir ədəd yara, sol bazunun arteriya damarının və sol dirsək sinirinin zədələnməsi ilə kəsilmiş bir ədəd yara və sağ bazunun aşağı 1/3-də bir ədəd olmaqla cəmi 4 (dörd) ədəd kəsilmiş yaralar kəsici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur. Ağırlıq dərəcələrinə görə: - Hemotoraksla müşayiət olunan döş qəfəsinin daxilinə dəlib keçən xəsarət yetirilərkən həyatı üçün təhlükəli olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddir. - Hemorragik şokla müşayiət olunan sol bazu arteriyasının zədələnməsi, eyni zamanda sol dirsək sinirinin zədələnməsi (bir zərbə nəticəsində əmələ gəlmişlər) yetirilərkən həyatı üçün təhlükəli olduğundan, eyni zamanda ümumi əmək qabiliyyətinin 1/3-dən çoxunun daimi itirilməsinə səbəb olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddir. - sağ bazu nahiyəsində və sol kürək nahiyəsindəki yaralar sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa Yüngül zərər vurmaya aiddir (cild 01, iş vər. 179- 181). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının (lifli materialların tədqiqi) 17 aprel 2023-cü il tarixli 6/125 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman köynəyinin və şalvarının (dəst) tərkib liflərinə uyğun gəlirlər (cild 01, iş vər. 160-166). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli 3/511 və 3/522 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavad üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs ..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, uzunboğaz sviterin, qısaqol köynəyin, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs ..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş papaqlı sviterin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Gödəkçənin, uzunboğaz sviterin, qısaqol köynəyin səthindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə, papaqlı sviterin səthindəki zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə zədələridir. Təqdim edilmiş gödəkçənin, uzunboğaz sviterin, qisaqol köynəyin səthindəki zədələrdə zədə yaradan predmet xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın, üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman şalvarının səthində zədə yoxdur. Təqdim edilmiş Zərərçəkmiş şəxs ..." yazi qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, uzunboğaz sviterin, qısaqol köynəyin səthində olan zədələr ilə "MTE ve PA Birliyi» X6in Mingəçevir şəhər şöbəsinin 04 mart 2023-cü il tarixli 120 saylı ekspert rəyində qeyd edilən Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin yerləşmə sahəsi qismən uyğunluq təşkil edir (cild 01, iş vər. 171-176). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Gəncə Ambulator şöbəsinin 28 aprel 2023-cü il tarixli 252 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və.s psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və.s psixi xəstəlik keçirmir. Onun törətdiyi cinayət əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət hadisəsini törətdikdən sonra hər hansı formada heç bir psixi pozuntuya düçar olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xararkterini, ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb biçmək və hərəkətlərini idarə etmək iqtidarında yəni, anlaqlı olmuşdur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 167-170). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29,120.1, 126.2.4, 221 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 202-215). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzərində olan soyuq silah hesab edilməyən bıçaqla qəsdən vuraraq ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır və yaşadığı müddətdə nümayəndəliyə onun haqqında heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (cild 01, iş vər. 107-108). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 114). Məhkəmə kollegiyası cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini CM-nin 59.1.2-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini CM-in 59.1.8-ci maddəsinə əsasən, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəlik hərəkətlərin edilməsini CM-in 59.1.11-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə 2000 manat maddi yardımın edilməsini, təqsirləndirilən şəxsin bir gözünün görməməsini, onun yaşayış yeri üzrə müsbət səciyyələnməsini, etdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyətini, onun davranışlarını, hadisədən əvvəlki, hadisə vaxtı və hadisədən sonrakı yaşananları ardıcıl şəkildə hərtərəfli müzakirə edib hesab edir ki, hazırki halda təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı real olaraq çəkmədən də islah oluna bilər. Əvvəla mövcud sübutlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs heç də daim münaqişələrin mərkəzində olan, özü, ailəsi və kənar şəxslər üçün problemlər yaradan, cəmiyyət üçün təhlükəli və islah olunması mümkün olmayan şəxs deyil. Həmçinin, nəzərə almaq lazımdır ki, təqsirləndirilən şəxsin hadisə vaxtı cəmi 15 yaşı olmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs hər dəfəsində Təqsirləndirilən şəxs aşağı düşməyə və onunla söhbət etməyə, dolayısı ilə də mübahisə etməyə, daha dəqiq mübahisəni aydınlaşdırmağa çağırsa da, təqsirləndirilən şəxs durmadan bundan imtina etmiş, Zərərçəkmiş şəxsla mübahisə etmək istəməmiş, onunla birbaşa görüşdən, təmasdan yayınmağa çalışmışdır. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs israrından əl çəkməmiş, Təqsirləndirilən şəxs yaşadığı evə gələrək onu kobud şəkildə aşağı dəvət etmiş (bunu şahid ifadələri də təsdiq edir), aralarında yaranmış mübahisəni tez bir zamanda həll etməyə çalışmışdır. Təqsirləndirilən şəxsdən yaşca kifayət qədər böyük olan, habelə idman akademiyasında təhsil almaqla fiziki güclü olan zərərçəkmiş şəxslə təkbaşına bacara bilməyəcəyini anlayan Təqsirləndirilən şəxs həmin vaxt evdə valideynlərinin də olmaması səbəbindən aralarında mübahisə, dava-dalaş baş verəcəyi halda zərərçəkmiş şəxsə döyüləcəyindən qorxaraq yaşının da azlığı ilə (həmin vaxt təqsirləndirilən şəxsin 15 yaşı olmuşdur) başqa çıxış yolu tapmayaraq evdən mətbəx bıçağı götürüb aşağı düşmüş, aşağı düşdüyü vaxtdan zərərçəkmiş şəxs tərəfindən fiziki təmasa (ona durmadan zərərçəkmiş şəxs tərəfindən sillə vurulmuşdur) məruz qalmış, daha sonra artıq zərərçəkmiş şəxs tərəfindən boğulduğunu görüb artıq zərərçəkmiş şəxsə müqavimət göstərə bilməyəcəyini anlayıb üzərində götürdüyü bıçaqla Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Hadisədən sonra isə Zərərçəkmiş şəxs artıq vəziyyətinin yaxşı olmadığını görüb bıçağı bir kənara atmaqla ona yardım edib onunla birlikdə taksiyə minərək xəstəxanaya getmiş və zərərçəkmiş şəxsin xəstəxanaya yerləşdirilməsinə, rentgendən keçirilməsinə köməklik etmişdir. Məhkəmə kollegiyası bütün bu halları nəzərə alıb, cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin 15 yaşının olmasını, onun hadisə vaxtı düşdüyü psixi vəziyyəti, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində baş verməsini, təqsirləndirilən şəxsin cinayət əməli törətdikdən sonrakı hərəkətlərini, barışmağa cəhd etməsini və zərərçəkmiş şəxsə müəyyən məbləğdə maddi yardımın edilməsini, təqsirləndirilən şəxsin özünün də gözdən əlil olmasını, əvvəllər hər hansı bir cinayətə və ya inzibati hüquqpozmaya yol verməməsini, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini əsas götürərək hətta zərərçəkmiş şəxslə barışığın əldə olunmaması kimi bir şəraitin mövcudluğu halında belə bu qənaətə gəlir və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, belə mövqe mövcud məhkəmə təcrübəsi ilə də üstüstə düşür. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023 il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 35). Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(051)-21/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 98-100). Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Mingəçevir şəhər İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi ziyanın, mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd üzərində zədə olan göy rəngli cins şalvarı üzərində zədələr olan 1(bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd boz rəngli sviter, 1 (bir) ədəd ağ-qara rəngli idman köynəyi, 1(bir) ədəd qara rəngli cins şalvarı, 1 ədəd qara rəngli qış sviteri, 1 (bir) ədəd qara rəngil qış şalvarı və 1 (bir) ədəd qara rəngli zavod üsulu ilə istehsal edilmiş mətbəx bıçağı CPM-nin 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 234 AZN (iki yüz otuz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd üzərində zədə olan göy rəngli cins şalvarı, üzərində zədələr olan 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd boz rəngli sviter, 1 (bir) ədəd ağ-qara rəngli idman köynəyi, 1(bir) ədəd qara rəngli cins şalvarı, 1 ədəd qara rəngli qış sviteri, 1 (bir) ədəd qara rəngil qış şalvarı və 1 (bir) ədəd qara rəngli zavod üsulu ilə istehsal edilmiş mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 234 AZN (iki yüz otuz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-196/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-196/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver