Məhkəmə qərarları › İş №1(091)-198/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-198/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-198/2024 22.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X13, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs X4 qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Belə ki, o 26 yanvar 2015-ci il tarixli məhkəmə qərarı əsasında boşandığı keçmiş arvadı X3 Şahid2 ilə uzun müddət davam edən qeyri-rəsmi ər-arvad münasibətindən xəbərdar olduqdan sonra həmin münasibətə son qoymasını bir neçə dəfə ondan tələb edib istəyinə nail olmadığına görə, həmin münasibətə son qoymasını və onunla yenidən barışmasını sonuncu dəfə tələb etmək məqsədilə xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul edib, saat 16:50-də Aytən Məmmədovanın yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə gedib, qeyd edilən mənzilə daxil olduqdan sonra sonuncunun “Whatsap” proqramı vasitəsilə apardığı görüntülü danışığa son qoymasını tələb edərək, yenidən onunla barışa bilcəyini bildirib, yaşadığı sevgi münasibətinin evlənmə ərəfəsində olan oğlu Ömər Mirzəyevin yeni qohumları tərəfindən bilinəcəyi təqdirdə onların ailə ləyaqətinin nüfuzdan düşəcəyini, ona görə də bu münasibətə son qoymağını yenidən tələb etdiyi məqamda, mənzilin qonaq otağında aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əvvəlcədən cinayətkar niyyətini həyata keçirməkdən ötrü həmin tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən ˝namisA˝ adlı 1001 xırdavat dükanından alıb üzərində saxlamaqla daşıdığı qara və gümüşü rəngli dəmir materiallı, iti kəsən hissəsi isə karton materiallı qabla örtülü olan tiyəsinin uzunluğu təxminən 13-14 sm təşkil edən cinayətin aləti qismində istifadə etdiyi kəsici-deşici xassəyə malik, lakin istintaq zamanı əldə olunması mümkün olmayan mətbəx bıçağını qara rəngli gödəkçənin sol içəri cibindən çıxardıb, üzərindəki qoruyucu karton materiallı qabı sıyırıb sağ əli ilə tutub, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib, törətdiyi əməlin ictimai təhlükəli olduğunu bilib, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb və bunları arzu edərək Aytən Məmmədovaya düz bucaq altında, öndən arxaya və bir qədər soldan sağ istiqamətdə iki ədəd bıçaq zərbəsi endirməklə, döş qəfəsinin ön səthindən ürəyin zədələnməsi ilə döş boşluğuna dəlib keçən kənarında əlavə kəsik olan, həyat üçün təhlükəli, ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid hesab edilən bir ədəd və sol əlin arxa səthinə dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid hesab edilən bir ədəd kəsilmiş yara xəsarətləri yetirməklə, qısqanclıq zəminində qəsdən Aytən Məmmədovanı öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X9 ilə evli olanda Aytən Məmmədova ona Şahid2 ilə xəyanət etmiş və söhbət böyümüşdür. Ona görə X14 Hüseynovla bir yerdə olmaq üçün boşanma ərizəsi vermiş və onlar boşanmışlar. Aradan bir müddət keçəndən sonra böyük oğlu Ömər Mirzəyevi evləndirmək istəmişlər. Buna görə də Aytənlə danışmış, bu söhbəti bitirməsini və Şahid2la görüşməməsini ondan tələb etmişdir. O, Aytənə demişdir ki, gəlin gətirirsənsə, Firdovsi sənin evinə gəlməsin. Hadisə bundan sonra baş vermişdir. Hələ onlar boşanmamışdan əvvəl Aytən Şahid2 meyvə alıb-satmaq üçün nömrə vermişdir. Onları bir neçə dəfə bir yerdə tutmuşdur. Firdovsinin 3 uşağı var, onun yanına gəlin gətirmək olmaz. Daha sonra Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, prokurorluqda verdiyi ifadəni təsdiq edir. Boşanma ərizəsini Aytən Məmmədova vermişdir. O, hadisədən əvvəl barışmaq istəmişdir. Hadisəni qısqanclıq zəminində törətmişdir. Onlar 2015-ci ildə boşanmışlar. Əvvəllər CM-in 234.1 və 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrilə məhkumluqları olmuşdur. Narkotik vasitələrdən 2015-ci ildən istifadə etmişdir. Həbsdə olduğu müddətdə uşaqlarına özləri və anası baxmışdır. Həbs olunana qədər uşaqlarının yanında olmuşdur. Aytənlə axırıncı dəfə görüşəndə telefonla danışmış, danışığı bitirmiş və telefonu qırağa qoymuşdur. Sonra Aytən onunla danışanda “yaxşı edirəm” demişdir. O, ailəsini tərk etməmişdir, Aytən ondan ayrılmış və boşanmadan sonra cinayət əməlləri törətmişdir. 2015-ci ildə Aytənlə Firdovsini bir yerdə tutanda xəstə uşaqlarının olmasına görə, Aytəni öldürməmişdir. Aytən öz dayısı qızı olmuşdur. Onun həbsxanalara düşməsinin səbəbi onların boşanması olmuşdur. Boşanandan sonra özünə gələ bilməmiş, içki içmiş, narkotik vasitələrdən istifadə etmiş və nəticədə əyyaş olmuşdur. Boşanmamışdan əvvəl, meyvə satan vaxt Şahid2 bağa meyvə almağa gəlmişdir. Prokurorluqda ifadə verəndə, Şahid2 bildirmişdir ki, Aytən Məmmədovanı görəndə onu kimin vurduğunu soruşmuş və Aytən də demişdir ki, əri onu döymüşdür, əri Ceyhun narkotik vasitələrdən istifadə edir. Daha sonra Firdovsi Aytənə “nömrəni mənə ver” demiş və sonra onlar danışıb, neçə ay görüşmüşlər. O, Aytənin ona xəyanət etməsinin səbəbini bilməmişdir. 2015-ci ildə Firdovsilə Aytəni bir yerdə tutanda Firdovsinin üstünə bıçaq çıxarmış, o, qaçmış və iki uşaq da ağlamağa başlamışdır. Aytənlə görüşə gedəndə onu öldürmək kimi məqsədi olmamışdır. Görüşüb danışan vaxtı “yaxşı etmişəm, sənlik deyil, əlimin içindən gəlib” və.s kimi ifadələr işlətmişdir. Hadisədən əvvəl Aytən ona o məqamda bağışla desəydi, onu bağışlayardı. İbtidai istintaq zamanı verdiyi ifadədə Aytənə “Gəl, barışaq. Bir yerdə yaşayaq” və ya “Səni qəbul edirəm” deməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi necə öldürməsi barədə verdiyi ifadələrə inanır və onu ittiham hökmünün əsasına qoyur, çünki onlar Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, zərərçəkmiş şəxsin hüquqi varisi Ömər Mirzəyevin və şahidlərin ifadələri ilə uzlaşır, iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirini müəyyən edilmiş hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində göstərmişdir ki, uşaq vaxtından iki qardaş yetimçiliklə böyümüşlər. Ataları sözdə olmuşdur. O, əsgərlikdə olarkən, Təqsirləndirilən şəxs həbsdə olmuş və bu müddət ərzində onunla bir dəfə belə maraqlanmamışdır. Anası isə daim onunla maraqlanmışdır. Uşaq vaxtı, təxminən birinci sinifdə oxuyanda, həmçinin 2013-cü ildə də o, evdə şprislər tapmışdır. Həmin şprislərin nə olduğunu bilmiş, aparıb anasına göstərmiş və anası da “apar tulla” demişdir. Daha sonra Təqsirləndirilən şəxs camaatı aldatmışdır. Belə ki, babası Sərvan onlara istifadə etmək üçün böyük bir məhlə, torpaq sahəsi vermiş, lakin atası Ceyhun həmin torpaq sahəsini 5 nəfərə satmış və ya icarəyə vermişdir. Buna görə də onların qapısına gələnlər olmuşdur. Bundan başqa, babası Sərvan Rusiya gedəndə atası Ceyhunu da özü ilə aparmışdır. Ancaq orada da babasının başını aşağı etmişdir. Özü Mingəçevir su anbarında işləmişdir. Kiməsə möhtac qalmasınlar deyə, orta məktəbi demək olar ki, oxumamışdır. Atası Ceyhun onlara baxmamışdır. Valideynləri rəsmi şəkildə boşandıqdan sonra Firdovsi adlı şəxs ona atalıq etmiş, arxadayağı olmuş, əsgərlikdən gələndə ona yığıncaq keçirmişdir. Ona atalıq hissini Firdovsi yaşatmışdır. Təqsirləndirilən şəxs məhkumluq pulu alıb öz anası Şahid3 ilə birlikdə onlara, Aytən Məmmədovanın yanına getmişlər. Həmin vaxt o, Bakıda olmuşdur. Atası Ceyhun anası Aytənlə danışmış və anası Aytən telefonda ona demişdir ki, Ceyhun evdədi, çıxmaq istəmir, deyir mən də qalıram, artıq barışaq. Daha sonra anası ona demişdir ki, eyni vəziyyətdir, o, içir, çəkir, yəni nəsə dəyişməyib. Heç kim ikinci dəfə istəməz ki, yenidən eyni şeylər olsun. Təqsirləndirilən şəxs ailəsini narkotikə qurban vermişdir. Anası da istəmişdir ki, bir ailə olsunlar, amma alınmamışdır. Çünki, Təqsirləndirilən şəxs necə biri olduğunu görmüşdür. Hadisə günü Bakıda olmuşdur. Anasının xalası qızı Şahid1 iş yerinə getmişdir. Yolda Rəqsanənin bacısı ilə qarşılaşmışdır. O, demişdir ki, atan sizə gedib. Orada davadır. O, elə şeyin olmasına inanmamışdır. Şahid1 iş yerinə çatmış və babasına zəng vurmuşdur. O, telefonu açmamış, sonra atası Ceyhuna zəng vurmuşdur. Onun heç nədən xəbəri olmamışdır. Ceyhun telefona cavab vermiş və ondan soruşmuşdur ki, nə etmisən, haradasan? Təqsirləndirilən şəxs də ona demişdir ki, öldü. Təqsirləndirilən şəxs səsindən nəsə pis şeyin baş verdiyi başa düşülmüşdür. O, Təqsirləndirilən şəxs demişdir ki, “kim öldü?, nə öldü? Nə etmisən?” Yolda olanda atası Ceyhunun hadisə törətdiyini öyrənmişdir. Sonra kəndə getmiş və yas mərasimini keçirmişlər. Daha sonra Ömər Mirzəyev ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zaqatalaya getmiş, orada dostu ilə alver etmiş və xalası oğlunun yanında kafedə iki ay işləmişdir. Həmin vaxt o, Aytən Məmmədovaya hədə-qorxu səsləri atmağa başlamışdır. Anası ona bu barədə demişdir. O da anasına narahat olmamasını, atası Ceyhunun içki içdiyi üçün elə danışdığını demişdir. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi vardır. 2015-ci ilə qədər olan dövrdə Firdovsi ilə anası arasında münasibət olmamışdır. Rəsmi şəkildə boşanandan sonra anası Firdovsi ilə münasibət qurmuşdur. Firdovsi onlara ev almamış, evi özləri və babası almışdır. Halhazırda onun barışmaq fikri yoxdur. Ona ağır cəza verilməlidir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Aytən Məmmədovanı tanımış və onunla ər-arvad münasibətləri olmuşdur. Hətta Aytənlə dini kəbin də kəsdirmişlər. Onların qohumları da bu barədə bilmişlər. Aytən Məmmədovanın atası da kəbin barədə bilmişdir. Onun əli daima Aytən və uşaqlarının üstündə olmuş, onun uşaqlarına atalıq etmişdir. Aytən rəhmətə gedən vaxt, o, evdə olmuşdur. Aytənin Rusiyada olan qardaşı Şamxal oradan ona zəng vurub, ağlaya-ağlaya harada olduğumu soruşmuşdur. O, nə baş verdiyini soruşanda, Şamxal ona bacısının öldürüldüyünü demişdir. Kimin öldürdüyünü soruşanda, ona “Vurğun vurmuş bacımı öldürüb” deyə, cavab vermişdir. O, tez maşına oturmuş və onlara getmiş və bunu həqiqət olduğunu bilmişdir. Daha sonra Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Aytən Ceyhunun içki içib, siqaret çəkəndə onlara yatmağa imkan vermədiyini demişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, gəlini Aytəni çox istəmişdir, o, çox gözəl gəlin olmuşdur. Oğlu ölsəydi elə yanmazdı. Ömər və qardaşına da o, baxmışdır. İşdə olanda bacısı qızı ona Ceyhunun Aytəni öldürdüyünü demişdir. Elə deyəndə, bacısı qızına gülmüşdür. Çünki, onun dediyi həqiqət ola bilməzdi. Nə dediyini soruşanda, bacısı qızı ona “Gülüb, zarafata salma” demişdir. Ona inanmamış, bacısı qızı and-aman edəndən sonra inanmış və dərhal Aytəngilə doğru qaçmışdır. İş yerindən evə 2-3 dəqiqəyə çatmışdır. Bloka çatıb, qapını döyə-döyə Aytənlə Ceyhunu çağırmış və bu zaman yanından bir nəfər keçib getmişdir. Gözü yaxşı görmədiyi üçün bu adamın kim olduğunu görməmişdir. Sonra bilmişdir ki, bu adam elə Ceyhun imiş. Hadisə yerinə birinci o, sonra isə Aytənin lalkar oğlu girmişdir. Uşaq da nəyin baş verdiyini bilmək istəmişdir. Otağın birində həmin uşaq, digərində Aytənlə Ceyhun olmuşdur. Ceyhun Aytəni öldürən zaman uşaq hadisə görsə belə, nəsə edə bilməzdi. Otağa daxil olanda Aytəni yerə uzanılı görüb, ona yaxınlaşmış və “dur ayağa, yekə qızsan. Sən Allah səni kim vurub? Hadisəni kim törədib?” demiş, lakin o, heç nə deməmişdir. Orada olanda polis, təcili tibbi yardım deyə-deyə qışqırmış, ancaq qonşulardan heç kim onlara yaxınlaşmamışdır. “Balamı taksi ilə xəstəxanaya aparın, pulunu verəcəm” demiş, lakin heç kim yaxınlaşmamışdır. Həmin vaxt Aytənin canı üzərində olmuşdur. Təcili tibbi yardım maşını gec gəlmişdir. Gələndə, onlara “aparın” demiş, onlar da “hara aparaq? Artıq ölüb” demişlər. Hadisənin necə baş verdiyini soruşmuş, ona Ceyhunun bıçaqladığını demişlər. Ondan sonra qabağından gedənin Ceyhun olduğunu başa düşmüşdür. Məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid1 bildirmişdir ki, dayısı qızı Aytənlə mobil telefonda görüntülü danışarkən, birdən Aytəngilin qapısının döyüldüyünü eşitmişdir. Aytəndən qapını döyənin kim olduğunu soruşduqda, o, “gözlə, gəlirəm” demiş, amma kim olduğunu deməmişdir. Aytəndən kim olduğunu yenidən soruşduqda, ona telefonda görüntülü Ceyhunu göstərərək, “xalan oğlu Ceyhundur” demişdir. Ceyhun Aytənə “telefonu söndür, səninlə söhbət etmək istəyirəm” dedikdə, o “bibin qızıdır da, danış” demişdir. Ceyhunla hal-əhval tutduqdan sonra o, yoldaşına telefonu söndürməsini, onunla söhbət etmək üçün gəldiyini bildirmiş, amma Aytən telefonu söndürməmişdir. Dəfələrlə bu hal təkrarlanmışdır. O, Ceyhunu söhbətə tutmağa başlayıb, “ay Ceyhun, səni verənə şükür, birdənəsən. Sən yaxşı oğul olmusan” demişdir. Ceyhun Aytəndən telefonu söndürməsini istədikdə, o, Ceyhuna burdan çıxıb getməsini bildirmişdir. Ceyhun qalıb onunla danışmaqda israrlı olduğunu və eşitdiyi söhbətə görə burada olduğunu deyəndə, Aytən nalayiq ifadələr işlədərək, polis çağıracağını demişdir. O, telefonda Aytənə qışqıraraq səbrli olmasını deyəndə, onlar bir-biri ilə mübahisə etməyə başlamışlar. Bundan sonra o, telefonu tez söndürüb xalasına zəng vuraraq, “tez Aytəngilə get, orada qırğın var” demişdir. Sonra dayısına da zəng vurub onların mübahisə etdiyini və oraya getməsini bildirmişdir. Daha sonra verilən suallara cavab verən Şahid1 Ceyhunun onunla düzgün formada danışdığını, onun spirtli içki qəbul edib-etmədiyini bilmədiyini və istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə kollegiyası şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, digər ifadələrlə uzlaşır, hadisənin baş vermə halı, xəsarətlərin xarakteri və yetirilmə mexanizmi, habelə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə necə xəsarət yetirməsi barədə göstərdiyi hallarla üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Mingəçevir şəhər prokuroru, ədliyyə müşaviri Qabil Səfərovun 10 mart 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərarı ilə. Həmin qərardan görünür ki, 47/C-24 nömrəli material üzrə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və xx.xx.1987-ci il təvəllüdlü X9 iş üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i/v 1-2). Mingəçevir Şəhər Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Vüsal Əsgərovun 10 mart 2024-cü il tarixli arayışı ilə. Arayışdan görünür ki, 10 mart 2024-cü il tarixdə, saat 17:30 radələrində Mingəçevir Şəhər Polis şöbəsindən şəhər prokurorluğuna ünvan 3 ünvanında yaşayan X3 ürək nahiyəsindən bir ədəd kəsilmiş-deşilmiş yara xəsarətini alaraq ölməsi barədə məlumat daxil olmuşdur (İ cild, i/v 4). Hadisə yerinə baxış keçirilməsi haqqında 10 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokolda bildirilmişdir ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən ümumi yataqxana binasının 1-ci mərtəbəsindəki 11A saylı mənzildir. Mənzil 02 otaqdan ibarət olmaqla, sahəsi 72 kv metrdir. Mənzilin giriş qapısından daxil olduqda, dəhlizdən sağ istiqamətdə qonaq otağı və yataq otağı, sol tərəfdə isə mətbəx və sanitar qovşağı yerləşir. Mənzilin qonaq otağı sünii işıqla işıqlandırılır. Qonaq otağında yerləşən pəncərənin altında ayaqları 3 nömrəli, başı isə 1 nömrəli divara tərəf olan, üzərində zorakılıq əlamətləri olan X5 məxsus meyit aşkar edildi. Meyitin üzərində göy rəngli jaket, boz rəngli köynək, qara rəngli şalvar, qara rəngli corablar mövcuddur. Meyit kürəyi üstə yerə uzanılmış vəziyyətdə sol əli bükülü sağ əli açıq vəziyyətdə olmaqla sol əlində və sinə nahiyəsində qanabənzər ləkələrin olduğu müşahidə edilir. Meyidin gözləri yarı açıq vəziyyətdədir. Otaqda yerləşən stolun üzərinə baxış keçirilən zaman mərhuma aid android tipli “Redmi” markalı mobil telefon aşkar edildi. Stolun üzərində olan stəkan yanı üstə durmuş, içərisində olan çay isə dağılmışdır. Otağa baxış keçirilən zaman stolun altından ağ rəngli, uzunluğu 13.5 sm, eni 2.3 sm olan bıçağın iti tərəfinin qoruyucu qabı aşkar edildi. Baxış zamanı iş üçün cinayət izlərini özündə əks etdirən sübut əhəmiyyəti kəsb edə biləcək mərhum Aytən Məmmədova aid android tipli “Redmi” markalı mobil telefon, “İTEM NO V290” (**********02) ştrix nömrəli, ağ rəngli, uzunluğu 13.5 sm, eni 2.3 sm olan bıçağın iti tərəfinin qoruyucu qabı müvafiq şəkildə qablaşdırılaraq götürüldü (İ cild, i/v 5-7). Meyitə baxış keçirilməsi haqqında 10 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokolda göstərilir ki, meyit X6 məxsusdur.. ..Meyit üzərində olan xəsarətlər: - Döş qəfəsinin ön səthində sol tış körpücük xətti üzrə 4-5-ci qabırğaarası səviyyədə köndələn - çəp istiqamətdə kənarları hamar bucaqları iti tış kənarında bir ədəd əlavə kəsik izi olan bir ədəd kəsilmiş-deşilmiş yara vardır, yara döş boşluğuna keçir. Sağ əlinin arxa səthində köndələn-çəp istiqamətdə 4,5•0,9 ölçüdə kənarları hamar kəsilmiş yara vardır. Baxış zamanı material üzrə cinayət izlərini özündə əks etdirən sübut əhəmiyyəti kəsb edə biləcək hadisə zamanı X3 əynində olan bir ədəd boz rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd göy rəngli xələt, bir ədəd qırmızı rəngli jaket və bir ədəd qara rəngli alt paltarı müvafiq şəkildə qablaşdırılaraq götürüldü (İ cild, i/v 14-15). Götürmə aparılması haqqında 10 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokoldan görünür ki, götürmədə iştirak edən X1 olaraq “Araz Supermarket” adlı ictimai iaşə obyektinə quraşdırılmış video müşahidə kameraları vasitəsilə lentə alınmış 133,5 mb, 380,8 mb, 125,2 mb və 136,8 mb həcmində 4 faylın mobil telefon vasitəsilə lentə alınıb sonradan müvafiq qaydada CD diskə köçürülməklə götürülməsinə etiraz etməmiş və həmin görüntülər CD diskə köçürülməklə götürülmüşdür (İ cild, i/v 26-27). Diskə baxış keçirilməsi barədə 10 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokoldan görünür ki, baxış qapalı məkanda, süni işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 11,9 mb, 30,2 mb, 12,5 mb və 13,4 mb həcmində 4 fayl vardır. Birinci video fayl “VİD-20240606-VVA005” adı altında qeydiyyata alınmışdır, videofayl 01 dəqiqə 06 saniyə davam edir. Həmin video fayla daxil olduqda xx.xx.2024-cü il tarixdə 16:49:30 dəqiqədən başlayır. Video müşahıdə kamerasından çıxarılmış görüntülərə əsasən, Təqsirləndirilən şəxs 16:50:19 dəqiqədə “Araz Supermarket” adlı ictimai iaşə obyektinin qarşısında, Naxçıvan küçəsi, 29-da yerləşən 05 mərtəbəli yaşayış binasına daxil olur. İkinci video fayl “VİD-20240606-VVA006” adı altında qeydiyyata alınmışdır, videofayl 02 dəqiqə 56 saniyə davam edir. Həmin video fayla daxil olduqda xx.xx.2024-cü il tarixdə 17:11:51 dəqiqədən başlayır. Video müşahidə kamerasından çıxarılmış görüntülərə əsasən, Təqsirləndirilən şəxs 17:12:18 dəqiqədə “Araz Supermarket” adlı ictimai iaşə obyektinin qarşısında, Naxçıvan küçəsi, 29-da yerləşən 05 mərtəbəli yaşayış binasından çıxmaqla yolun əks tərəfinə keçir və orada dayanan “LADA” markalı, “2110” modelli **-XZ- *** dövlət qeydiyyat nişanlı taksi fəaliyyəti göstərən avtomobilə əyləşir. Üçüncü video fayl “VİD-20240606-VVAO07” adı altında qeydiyyata alınmışdır, videofayl 01 dəqiqə 08 saniyə davam edir. Həmin video fayla daxil olduqda xx.xx.2024-cü il tarixdə 17:13:16 dəqiqədən başladığı müəyyən edilir. Videomüşahidə kamerasından çıxarılmış görüntülərə əsasən, Təqsirləndirilən şəxs 17:13:18 dəqiqədə yolun kənarında dayanan LADA 2110 markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı taksi fəaliyyəti göstərən avtomobilə əyləşib, hadisə yerini tərk edir. Dördüncü video fayl “VİD-20240606-VVA008” adı altında qeydiyyata alınmışdır, videofayl 01 dəqiqə 12 saniyə davam edir. Həmin video fayla daxil olduqda xx.xx.2024-cü il tarixdə 17:11:51 dəqiqədən başladığı müəyyən edilir. Videomüşahidə kamerasından çıxarılmış görüntülərə əsasən, Təqsirləndirilən şəxs 17:11:55 dəqiqədə “Araz Supermarket” adlı ictimai iaşə obyektinin qarşısında, ünvan 5 ünvanda yerləşən 05 mərtəbəli yaşayış binasından çıxıb, yolun əks tərəfinə keçir və orada dayanan LADA 2110 markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı taksi fəaliyyəti göstərən avtomobilə əyləşir. Baxış zamanı “Araz Supermarket” adlı ictimai iaşə obyektlərində muxtəlif mövqelərə quraşdırimış kamera müddətlərində fərqlilik müşahidə olduğundan, həmin görüntülərin sistemləşdirilməsi Təqsirləndirilən şəxs hərəkət trayektoriyasına uyğun olaraq aparılmışdır (İ cild, i/v 31-32). Axtarışda olan şəxsin tutulması barədə 10 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokoldan görünür ki, CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Mingəçevir Şəhər Prokurorluğu tərəfindən verilmiş axtarış qərarına əsasən, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 2/17, mənzil 15-də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:45-də Yevlax rayonu ərazisində saxlanılaraq aidiyyəti üzrə Mingəçevir Şəhər Prokurorluğuna təhvil verilmişdir (İ cild, i/v 46). Cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında 10 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə, saat 20:45 radələrində azadlığı məhdudlaşdırılmışdır (İ cild, i/v 51). Götürmə aparılması haqqında 10 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı A10S modelli android tipli qara rəngli və üzərində qara rəngli qoruyucu qabı olan mobil telefonu könüllü təqdim etmiş və qablaşdırılaraq götürülmüşdür (İ cild, i/v 70-71). X6 məxsus mobil telefona baxış keçirilməsi haqqında 10 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, “Redmi” markalı mobil telefon smartfon tiplidir, “android” əməliyyat sistemi mövcuddur. Mobil telefon qara rəngli olmaqla üzərinə qoruyucu kaburo çəkilmişdir. Mobil telefonun uzunluğu 14 sm, eni isə 7 sm-dir. Mobi telefonun ön hissəsində, eləcə də sol yan hissəsində düymə yoxdur. Mobil telefonun sağ yan hissəsində səsucaldan və səsazaldan düymələr və telefonu yandırmaq üçün istfadə olunan güc düyməsi mövcuddur. Telefonun yuxarı ön hissəsində video və foto üçün istifadə olunan ön kamera vardır. Mobil telefonun arxa üst sol hissəsində 01 ədəd arxa kamera quraşdırılmışdır. Həmin kameranın altında bir ədəd işıq, aşağı hissəsində səsucaldıcı və adapter başlığının daxil olması üçün yuva yerləşdirilmişdir. Mobil telefonun arxa kamera hissəsində bıçaqla yetirilməyə xarakterik ola biləcək zədə mövcuddur. Bu zədə nəticəsində mobil telefon istifadəyə yararsız haldadır. Mobil telefon istifadəyə yararsız halda olduğu üçün telefona baxış keçirilməsi mümkün olmamışdır (İ cild, i/v 72). Mobil telefona baxış keçirilməsi haqqında 11 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, “Samsung” markalı mobil telefon android tiplidir, “android” əməliyyat sistemi mövcuddur.. ..Mobil telefonun “Whatsapp” mesajlaşma proqramına, daha sonra “Aytən Ev” adı altında yaddaşda saxlanılmış, ***-***-**-** mobil nömrəsinin istifadəçisi olmuş, iş üzrə ölmüş zərərçəkmiş şəxs X9 ilə mesailaşma hissəsinə daxil olduqda xx.xx.2024-cü il tarixdə 12 saniyə, 14 saniyə, 11 saniyə uzunluğunda olmaqla, üç ədəd səs yazısı, xx.xx.2024-cü il tarixdə isə 15 saniyə, 12 saniyə, 43 saniyə və 29 saniyə uzunluğunda olmaqla, dörd ədəd səs yazısı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 23:27 və 23:37-də göndərilmiş səs yazılarında cinayət işi üzrə sübut əhəmiyyəti daşıyacaq hər hansı məlumat müəyyən edilməmiş, lakin həmin tarixdə, saat 23:46-da göndərilmiş səs yazısında Təqsirləndirilən şəxs keçmiş arvadı Aytən Məmmədovaya “Hazırlaş, qəbrini qaz, son sözümdü, elə mən də qayıtmaq istəyirəm ora” ifadəsini səsləndirdiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:23-də göndərdiyi səs yazısında “Niyə cavab vermirsən, səs at, sən də danış da, danış görüm nolub, nə məsələdi, niyə “adboy” verirsən, nalayiq ifadə işlədərək danışmağa?”, ifadələrini, həmin gün saat 00:46 dəqiqədə göndərdiyi səs yazısında “Mən sənə elə-belə söhbət etmirəm, dəqiq fikirləş, üç gündən sonra səni yığacam”, saat 00:50-də göndərdiyi 43 saniyəlik səs yazısında “Ay bala, otur, yaxşı fikirləş, sonra demə ki, niyə bunu etdin, yəni mən sənə dəqiq danışıram, mənim iki dənə həyatım var, ya bu yanlıqdı, ailəmin içində uşaqlarımın, balalarımın namusnan qeyrətnən heç nə etmirəm, ya da yox eliyirəm, vəssəlam, dürüst fikirləş, səninlə mənim aramızda heç nə olmayıb, keçmişi qoy bir qırağa”, saat 00:52 də göndərilmiş 29 saniyəlik səs yazısında “Ya bi yerdə balalarımız, özümüz onlara gün ağlamaq, yaxşı yola çıxarmaq, mən hər şey tövbə etmişəm, heç səninlə mənim işlm olmayacaq, barmağım toxunmayacaq, amma alləmizin içində olaq, ya da ki, ölüm, ikisindən birini seç” ifadələrinin səsləndiyi müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Aytən Məmmədovanın istifadəsində olan mobil nömrəyə xx.xx.2024-cü il tarixdə iki dəfə, xx.xx.2024-cü il tarixdə iki dəfə, xx.xx.2024-cü il tarixdə bir dəfə, xx.xx.2024-cü il tarixdə isə iki dəfə olmaqla, ümumilikdə 7 dəfə cavabsız zəng etdiyi, xx.xx.2024-cü il tarixdə "Hele fikirleş”, xx.xx.2024-cü il tarixdə isə “Bloka atma” məzmunlu mesajlar yazdığı müəyyən edilmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs mobil telefonunda aşkarlanmış səs yazılarının özünə məxsus olduğunu və tərəfindən keçmiş arvadı Aytən Məmmədovanın istifadəsində olan mobil telefona göndərildiyini bildirmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs cinayəti törətməsindən bir neçə gün qabaq keçmiş arvadı X6 Whatsapp proqramı vasitəsilə onunla barışmayacağı təqdirdə sonuncunu öldürəcəyini, Aytən Məmmədovanın onunla barışmaqdan başqa çıxış yolunun olmadığını bildirdiyi müəyyən edilmişdir. Mobil telefonun “Zənglər”, “Mesajlaşma” və “Foto” hissələrinə baxış keçirilən zaman cinayət işi üzrə sübut əhəmiyyəti daşıyacaq hər hansı məlumat tapılmamışdır (İ cild, i/v 88-89). Əşyaya baxış keçirilməsi haqqında 12 mart 2024-cü il tarixli protokol ilə. Həmin protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, hadisə zamanı X3 əynində olmuş bir ədəd mayka ağ rənglidir. Üzərində dartılma əlamətləri, cırılma, sökülmə, kəsilmə və sair zədələr yoxdur. Mayka üzərində qırmızı rəngli qanabənzər ləkələr müəyyən edilmişdir. Hadisə zamanı X3 əynində olan bir ədəd köynək boz rənglidir. Üzərində ağ şriftlərlə “Winter times” sözləri yazılmışdır. Köynəyin sağ üst hissəsində, yəni bədənin sol sinə nahiyəsinə müvafiq hissəsində ölçüləri ayrı-ayrı 1,7 sm, 2,1 sm, 1,9 sm, 1,5 sm və 1,6 sm olan 05 ədəd deşilmə zədəsi mövcuddur. Köynək üzərində qanabənzər ləkələr müəyyən edilmişdir. Hadisə zamanı X3 əynində olan bir ədəd qara rəngli şalvara baxış keçirilən zaman həmin geyimin parça materialından hazırlandığı müəyyən edilmişdir. Şalvar üzərində dartılma əlamətləri, cırılma, sökülmə, kəsilmə, deşilmə və sair zədələr yoxdur. Şalvar üzərində qanabənzər ləkələr müəyyən edilmişdir. Hadisə zamanı X3 üzərində olmuş bir ədəd göy rəngli xələtə baxış keçirilən zaman xələtin bədənin sol çiyninə və sol sinə nahiyəsinə müvafiq olan hissəsində deşilməyə və cırılmaya xarakterik olan 02 ədəd zədə müəyyən edilmişdir. Zədələrin birinin ölçüsü 2,9 sm, digərinin isə 9 sm təşkil etmişdir. Baxış keçirilən geyimin üzərində qanabənzər ləkələr müəyyən edilmişdir. Hadisə zamanı X3 əynində olmuş bir ədəd qırmızı rəngli qolsuz jiletə baxış keçirilən zaman arxa hissəsində hörümçək təsvirinin əks olunduğu müəyyən edilmişdir. Geyim üzərində dartılma əlamətləri, cirllma, sökülmə, kəsilmə, deşilmə və sair zədələr yoxdur. Jilet üzərində qanabənzər ləkələr müəyyən edilmişdir. Hadisə zamanı X3 əynində olmuş bir ədəd qara rəngli alt paltara baxış keçirilən zaman ekspert tədqiqatı üçün xarakterik olan qayçı ilə kəsilmə zədəsi müəyyən edilmişdir. Alt paltarı üzərində qanabənzər ləkələr müəyyən edilmişdir (İ cild, i/v 94-95). Məhkəmə-tibb ekspertizasının 07 aprel 2024-cü il tarixli 14 nömrəli meyitin ekspertizası rəyi ilə. Həmin rəydən görünür ki, X3 bədəni üzərində aşkar olunan xəsarət: - döş qəfəsinin ön səthindən ürəyin zədələnməsilə döş boşluğuna dəlib keçən kənarında əlavə kəsik olan bir ədəd yara, sol əlin arxa səthində kəsilmiş bir ədəd yara - deşici-kəsici əşyanın (alətinlərin) təsirindən əmələ gəlmişlər, ağırlıq dərəcəsinə görə ürəyin zədələnməsilə döş boşlğuna dəlib-keçən yara sağlam şəxslər üçün götürdükdə xəsarət yetirilərkən həyat üçün təhlükəli oğlduğundan sağlamlığa ağır zərər vurmaya aiddir, sol əlində olan yara yungul xarakterli xəsarətlər qrupuna aiddilər. Xəsarətin yetirlmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundur, xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yetirilmişdir. X3 yetirilən xəsarətin istiqaməti düz bucaq altında, öndən arxaya və bir qədər soldan sağa olmuşdur. X3 ölümünə səbəb, ürəyin açıq zədələnməsi nəticəsində baş verən kəskin qanaxma olmuşdur. X3 ölümü meyitin meyitxanadakı müayinəsində 4-6 saat əvvəl baş vermişdir. -Meyitdə aşkar edilmiş xəsarət ekspertizaya təqdim olunmuş paltarlardakı bir sırada və biri-birindən eyni məsafədə aralı olmaqla, eyni ölçədə olması və sayı nəzərə alındıqda paltardakı zədələrlə xəsarət üst-üstə düşür və bir zərbənin təsirindən əmələ gəlmişlər. X3 bədəni üzərində olan xəsarət kənar şəxs tərəfindən yetirilmişdir, həmin xəsarət ona üzü üstə olmaqdan başqa, bütün mümkün vəziyyətlərdə: arxası üstə uzanmış, ayaq üstə, oturmuş və s. vəziyyətlərdə yetirilə bilərdi. Xəsarəti özü-özünə yetirməsi az inandırıcıdır. X3 bədəni üzərində olan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilə bilərdi. X9 ölümündən əvvəl spirtli içki, narkotik vasitələr və yaxud psixotrop maddə qəbul etməmişdir (İ cild, i/v 207-210). Azərbaycan Respublika Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2024-cü il tarixli 3-16-16/2-3/553 nömrəli rəyi ilə. Həmin rəydən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş xələtin, uzunqol köynəyin, büstqalterin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Təqdim edilmiş xələtin səthində olan “a” zədəsi, büstqalterin səthində olan zədə, uzunqol köynəyin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malık olan alətin (bıçaq və ya bənzər xassəli alətin) təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Təqdim edilmiş xələtin, uzunqol köynəyin, büstqalterin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş xələtin səthində olan “b” zədə isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd edilən zədənin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim edilmiş jiletin, qolsuz maykanın, şalvarın səthində trasoloii zədə yoxdur (İ cild, i/v 214-216). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” PHŞ-nın 20 may 2024-cü il tarixli 304/2024-MTBŞ nömrəli rəyi ilə. Həmin rəydə göstərilmişdir ki, X3 qan qrupunun təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətində “11-MİNUS” olması barəsində qeydməlumat vardır. Bu qeyd-məlumata əsasən mövcud təsnifata uyğun olaraq onun qan qrupunun ABO sistemi üzrə A(11) olmasını söyləmək olar. Məhkəmə bioloji ekspertizasına təqdim edilmiş X6 məxsus qolsuz jaket (jilet), mayka, şalvar, xalat, köynək və büstqalter üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrində ABO sistemi üzrə qrup mənsubiyyəti təyin olunan zaman antigen qismində yalnız “A” antigeni, mayka, köynək, büstqalterdə olan ləkələrdə isə həmçinin “beta” aqqlyutinini də alındı. ABO sistemi üzrə antigen qismində alınmış “A” antigeni tək halda və “beta” aqqilyutinini ilə birlikdə A(11) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin birmənalı olaraq A(11) qan qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar və göstərilən halda bu qan ləkələrinin ABO sistemi üzrə eyni qan qruplu X6 məxsus olması inkar olunmur. Təqdim olunmuş əşyalarda olan qan ləkələrinin sitoloji tədqiqatı zamanı preparatlarda hər-hansı bir qanaxma mənbəliyinə xarakter olan orqan və hüceyrə elementləri aşkar olunmadı (İİ cild, i/v 27-37). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qısqanclıq zəminində qəsdən Aytən Məmmədovanı öldürərək, qəsdən onu həyatdan məhrum etməkdə təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlini CM-in 120.1-ci maddəsilə tövsif etməyə imkan verir. Çünki, o 26 yanvar 2015-ci il tarixdə məhkəmə qərarı əsasında boşandığı keçmiş arvadı Aytən Məmmədovanın Şahid2 ilə olan qeyri rəsmi ər-arvad münasibətinə son qoymasını bir neçə dəfə ondan tələb edib, istəyinə nail olmadığına görə, həmin münasibətə son qoymasını və onunla yenidən barışmasını sonuncu dəfə tələb etmək məqsədilə xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul edib, saat 16:50-də Aytən Məmmədovanın yaşadığı mənzilə gedib, “Whatsap” proqramı vasitəsilə apardığı görüntülü danışığa son qoymasını Aytən Məmmədovadan tələb edərək, mənzilin qonaq otağında aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əvvəlcədən cinayətkar niyyətini həyata keçirməkdən ötrü üzərində saxladığı kəsici-deşici xassəyə malik mətbəx bıçağı ilə Aytən Məmmədovaya düz bucaq altında, öndən arxaya və bir qədər soldan sağ istiqamətə iki ədəd bıçaq zərbəsi endirməklə, döş qəfəsinin ön səthindən ürəyin zədələnməsi ilə döş boşluğuna dəlib keçən kənarında əlavə kəsik olan, həyat üçün təhlükəli, ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid hesab edilən bir ədəd və sol əlin arxa səthinə dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid hesab edilən bir ədəd kəsilmiş yara xəsarətləri yetirməklə, qısqanclıq zəminində qəsdən Aytən Məmmədovanı öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Ceyhun Məmmədovun zərərçəkmiş şəxs Aytən Məmmədovanı ona xəyanət etməsi səbəbindən öldürməsi barədə dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxs bu cinayəti zərərçəkmiş şəxslə birgə nikah dövründə törətmiş olsa idi, motiv aydın olardı. Lakin hadisə zərərçəkənlə faktiki olaraq başanandan on ilə yaxın müddət keçdikdən sonra törədildiyindən təqsirləndirilən şəxsin dəlillərilə razılaşmaq olmur. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli qətnaməsinin surətindən (İ cild, i/v 183-184), habelə zərərçəkmiş şəxs və Şahid2 ifadəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərli vərdişlərindən narazı qalan zərərçəkmiş şəxs X20 Mirzəyevlə olan rəsmi nikahının pozulması xahişi ilə məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsilə iddiaçı X10 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 09 aprel 2005-ci ildə Mingəçevir şəhər qeydiyyat şöbəsində 81 nömrə ilə qeydə alınmış nikah pozulmuş və boşanmadan sonra onların birgə nikahlarından 26 dekabr 2003-cü ildə doğulmuş X13 və 16 aprel 2005ci il təvəllüdlü X7 iddiaçı Aytən Məmmədovanın yanında saxlanılmışlar. İddiaçının həmin qətnamədə olan izahatından görünür ki, faktiki ayrıldıqdan sonra birgə nikahlarından olan uşaqlar onun (Aytən Məmmədovanın) yanında qalmış, cavabdeh (Təqsirləndirilən şəxs) uşaqların saxlanmasında ona maddi kömək göstərməmiş, o uşaqları təkbaşına böyütməkdə çətinlik çəkmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkumluq keçmişinə nəzər salanda müəyyən olunur ki, o 12 may 2016-cı il tarixdən 12 may 2017-ci ilə, 05 dekabr 2018-ci ildən 03 iyun 2020-ci ilə və 03 sentyabr 2021-ci ildən 11 dekabr 2023-cü ilə kimi (CM-in 234.1 və 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrilə) həbsdə olmuşdur. Ömrünün xeyli hissəsini həbsxanada keçirən, ailəsi və uşaqları ilə münasibətləri belə bir vəziyyətdə olan Təqsirləndirilən şəxs nədənsə istifadəsində olan Samsung markalı Galaxy A10S madelli android tipli mobil telefonun Whatsaap mesajlaşma proqramı vasitəsilə zərərçəkmiş şəxs Aytən Məmmədovanın istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 23:46-da “Hazırlaş qəbrini qaz, son sözümdü, elə mən də qayıtmaq istəyirəm ora”, xx.xx.2024-cü il tarixdə, saat 00:23-də “Niyə cavab vermirsən, səs at sən də danış da, danış görüm nolub, nə məsələdi, niyə “adboy” verirsən, nalayiq ifadə işlədərək danışmağa?”, həmin gün, saat 00:46 dəqiqədə “Mən sənə elə-belə söhbət etmirəm, dəqiq fikirləş, üç gündən sonra səni yığacam”, saat 00:50-də “Ay bala, otur, yaxşı fikirləş, sonra demə ki, niyə bunu etdin, yəni mən sənə dəqiq danışıram, mənim iki dənə həyatım var, ya bu yanlıqdı, ailəmin içində uşaqlarımın, balalarımın namusnan qeyrətnən heç nə etmirəm, ya da yox eliyirəm, vəssəlam, dürüst fikirləş, səninlə mənim aramızda heç nə olmayıb, keçmişi qoy bir qırağa”, saat 00:52-də “Ya bi yerdə balalarımız, özümüz onlara gün ağlamaq, yaxşı yola çıxarmaq, mən hər şey tövbə etmişəm, heç səninlə mənim işim olmayacaq, barmağım toxunmayacaq, amma ailəmizin içində olaq, ya da ki ölüm, ikisindən birini seç” kimi səsli müsaj göndərmiş, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə iki dəfə, xx.xx.2024-cü il tarixdə bir dəfə, xx.xx.2024-cü il tarixdə iki dəfə olmaqla, ümumilikdə 7 dəfə cavabsız zəng etmiş, xx.xx.2024-cü il tarixdə “Hele fikirleş”, xx.xx.2024-cü il tarixdə isə “Bloka atma” məzmunlu mesajlar yazmışdır (İ cild, i/v 88-93). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, əldə edilmiş sübutlarla Ceyhun Məmmədovun CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, cinayət işinin materiallarına olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 02 may 2024-cü il tarixli 295 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkməmişdir. Onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması olmamışdır. İctimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmə kollegiyasında onun psixi tamlığına şübhə yoxdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 120.1-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinsipdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 120.1-ci qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün və Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətlərindən, habelə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 01 ilə endirilmiş və 12 may 2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsilə təqsirli bilinib, qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 21 gün vaxtından əvvəl azad edilmişdir (İ cild, i/v 180-182, 187-189, İİ cild 2-12, 14-24). Digər tərəfdən, Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş xx.xx.2024-cü il tarixli 281 nömrəli məktubda bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları. Asıllıq sindromu” diaqnozu üzrə Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatdadır (İ cild, i/v 176). Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 10 mart 2024-cü il tarixli 226 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə, saat 21:20-də alkoqol, yüngül dərəcəli sərxoş olmuşdur (İ cild, i/v 49). Mingəcevir ŞPŞ-nın Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Orxan Hüseynov tərəfindən tərtib edilmiş 10 mart 2024-cü il tarixli protokoldan isə görünür ki, Mingəçevir Şəhər Prokurorluğu tərəfindən verilmiş qərara əsasən, CM-in 120.1-ci maddəsilə axtarışda olan Təqsirləndirilən şəxs 10 mart 2024-cü il tarixdə, saat 20:45-də Yevlax rayonu ərazisində saxlanılaraq aidiyyatı üzrə Mingəçevir Şəhər Prokurorluğuna təhvil verilmişdir (İ cild, i/v 46). Bunlardan başqa, Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 9 saylı Mənzil istismar sahəsindən verilmiş 13 may 2024-cü il tarixli 257 nömrəli (İ cild, i/v 223) arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəsi anası Şahid3 ibarətdir. Həmin MİS tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barədə 9 nömrəli MİS heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş üzrə cəzanı yüngülləşdirən halların olmamasını və CM-in 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alan məhkəmə kollegiyası xatırladır ki, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsilə təqsirləndirilən şəxsdir və həmin maddənin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası belə vəziyyətdə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, zərərçəkmiş şəxsin hüquqi varisinin (öz oğlu) ondan kəskin şikayətçi olmasını və onunla barışmamasını, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını, əksinə ağırlaşdıran halın olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 120.1-ci maddəsilə təqsirli bilinib, 12 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın məna və fəlsəfəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəti olaraq on iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Qeyd olunanlarla bərabər, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(051)-14/2024 nömrəli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barədə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 139-141). Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 10 mart 2024-cü il tarixdən hesablanmalı və o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak və mülki iddia yoxdur. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci vardır. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən, ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan X3 əynində olan bir ədəd boz rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd göy rəngli xələt, bir ədəd qırmızı rəngli jaket, bir ədəd qara rəngli alt paltar və hadisə yerinə baxış zamanı aşkarlanmış “İTEM NO V290” (**********02) ştrix nömrəli, ağ rəngli, uzunluğu 13,5 sm, eni 2,3 sm olan bıçağın iti tərəfinin qoruyucu qabı məhv edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 318, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib on iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 10 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan X3 əynində olan bir ədəd boz rəngli köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd göy rəngli xələt, bir ədəd qırmızı rəngli jaket, bir ədəd qara rəngli alt paltar və hadisə yerinə baxış zamanı aşkarlanmış “İTEM NO V290” (**********02) ştrix nömrəli, ağ rəngli, uzunluğu 13,5 sm, eni 2,3 sm olan bıçağın iti tərəfinin qoruyucu qabı məhv edilsin. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar