Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-199/2022 12.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi – X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X22, Zərərçəkmiş şəxsin hüquqi varisi – X5 iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə İsmayıllı rayonunun Basqal qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Basqal qəsəbə tam orta məktəbdə gözətçi işləmiş, İsmayıllı rayonunun Basqal qəsəbəsində qeydiyyatda olmuş və həmin qəsəbədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən Basqal qəsəbə tam orta məktəbin yeni tikilmiş binasının arxa hissəsində yerləşən, həmin məktəbin istifadəsiz qalmış köhnə tikili binasının birinci mərtəbəsində olarkən qeyd edilən məktəbin yeni tikilmiş binasının birinci mərtəbəsindəki dəhlizin istifadəsiz qalmış, köhnə tikili binaya tərəf açılan pəncərəsindən İsmayıllı rayonunun Basqal qəsəbəsində yaşayan, eyni məktəbdə xadimə işləyən tanışı, xx.xx.1982-ci il təvəllüdlü X8 görərək gizli olaraq aralarında yaşadıqları sevgi münasibətləri barədə Gülarə Qəhrəmanovanın ailə üzvlərinin və qohumlarının öyrənmələri və sonuncuların bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə ondan Basqal qəsəbəsini tərk etməsini tələb etmələri səbəbindən Gülarə Qəhrəmanova ilə sevgi münasibətlərini artıq davam etdirə bilməyəcəyini düşünərək ailə üzvlərindən və qohumlarından dolayı yolla qısas almaq məqsədi ilə Gülarə Qəhrəmanovanı öldürmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün özündə olan, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində gəzdirdiyi, kustar üsulla hazırlanmış, ümumi təyinatlı, qatlanmayan, deşicikəsici xassəyə malik, tiyəsinin uzunluğu 163 millimetr olan soyuq silah hesab edilən ov bıçağını koftasının sağ əl qolluq hissəsinin altında gizlədərək məktəbin yeni tikili binasının giriş qapısının qarşısına gedib qapını açaraq dəhlizdə qapının yanında oturmuş Gülarə Qəhrəmanovadan məktəbin həyətinə çıxmasını istəyib sonuncunu özü ilə məktəbin yeni tikili binasının sol tərəfinə aparmış, təqribən saat 09:06 radələrində orada Gülarə Qəhrəmanovanı qəsdən öldürmək niyyətini həyata keçirmək üçün sağ əli ilə koftasının sol qolluq hissəsindən həmin bıçağı çıxararaq sağ əlinə götürməklə sağ əlinin içəri hissəsində gizlədib onun arxası ilə gələn Gülarə Qəhramanova ilə üzbəüz 2 metr məsafədə dayanıb Gülarə Qəhrəmanovadan qorxmamasını və yanına gəlməsini istəmiş, daha sonra yaxınlaşaraq sol əli ilə sonuncunun sağ qolundan tutarkən Gülarə Qəhraməvanova geri çəkilmək istəyən zaman sağ əli ilə sonuncunu tutduğu sol qolundan özünə tərəf çəkməklə sol əli ilə əvvəl qucaqlayıb özünə sıxmaqla, daha sonra boynuna keçirdiyi həmin əli ilə boynundan tərpənməməsi üçün tutub sıxmaqla sağ əli ilə öz koftasının qolluq hissəsindən çıxarıb əlinə aldığı bıçaqla Gülarə Qəhrəmanovanı xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə əvvəlcə sonuncunun qarın nahiyəsinə bir dəfə zərbə endirmiş və həmin zərbənin təsirindən Gülarə Qəhrəmanova taqətini itirərək yerə yıxılmış, bundan sonra hərəkətlərini davam etdirərək Gülarə Qəhrəmanovanın sinə nahiyəsindən bıçaqla ikinci zərbəni vurmuş, bu zaman Gülarə Qəhrəmanova əlləri ilə müqavimət göstərməyə çalışsa da bunu bacarmamış və ikinci zərbənin təsirindən sağ tərəfi üstə yerə uzanaraq əlləri ilə baş və üz nahiyəsini tutub vurmaması üçün ona yalvarmış, buna baxmayaraq o, dayanmadan, xüsusi əzab verdiyini dərk edərək Gülarə Qəhrəmanovanın bədəninin əsasən sol kürək nahiyəsinə olmaqla əlavə olaraq 13 dəfə bıçaq zərbəsi endirmiş, 15-ci bıçaq zərbəsindən sonra Gülarə Qəhrəmanova sol əlini vurmaması üçün ona tərəf uzatmasına baxmayaraq o, xüsusi amansızlıqla törətdiyi cinayəti davam etdirərək sol əli ilə Gülarə Qəhrəmanovanın sağ əlini tutaraq sola çəkməklə əlavə olaraq 5 dəfə bıçaqla Gülarə Qəhrəmanovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə ümumilikdə 22 bıçaq zərbəsi vurub ürəyinin sol mədəciyinin, hər iki ağciyərin və qaraciyərin zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthində solda 1 ədəd, döş qəfəsinin arxa səthində solda 2 ədəd, döş qəfəsinin sol yan səthində sol qoltuqaltı nahiyədə 2 ədəd, döş qəfəsinin arxa səthində sağda 1 ədəd, qarnın ön divarında sağda 1 ədəd olmaqla cəmi 7 ədəd daxilə keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən deşilmiş-kəsilmiş yara, boynun 3 ədəd, sol bazu oynağının 5 ədəd, sol saidin 1 ədəd, döş qəfəsinin sol qoltuqaltı nahiyəsinin 1 ədəd, çanaq nahiyəsinin 1 ədəd, sol kürək nahiyəsinin 2 ədəd, sağ əlin İ və V barmaqlarının 2 ədəd olmaqla cəmi 15 ədəd daxilə nüfuz etməyən, həyati olub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən deşilmiş-kəsilmiş yara xəsarətləri yetirməsi nətcəsində Gülarə Qəhrəmanova ürəyin sol mədəciyinin, ağciyərin hər iki payının və qaraciyərin zədələnməsi ilə baş veriş kəskin qanitirmə səbəbindən hadisə yerində ölmüş, bununla da o, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağı ilə X8 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni xüsusi amansızlıqla sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 120.2.4 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən etibarən Basqal qəsəbə tam orta məktəbdə gözətçi kimi işə başlamışdır. Orada işə başladıqdan sonra həmin məktəbdə xadimə işləyən əvvəllər tanımadığı Gülarə Qəhrəmanova ilə tanış olmuşdur. Onunla tanış olduqdan sonra Gülarənin onun təxminən 2020-ci ilin ortalarından Basqal qəsəbəsində yaşayan evlənmək niyyətində olduğu, lakin azyaşlı olması ilə əlaqədar münasibət yaratmaqda çəkindiyi Əfsanə Qəhrəmanovanın anası olmasını bilmişdir. Təxminən 2021-ci ilin iyun ayının sonlarından etibarən Gülarə ilə aralarında sevgi münasibəti yaranmış və bundan sonra Əfsanə ilə daha maraqlanmamış, eyni zamanda Gülarəyə də sonuncunun qızı Əfsanədən əvvəllər xoşunun gəlməsini, lakin onun özünü tanıdıqdan sonra Əfsanə ilə ailə qurmaq fikrindən daşındığını bildirmişdir. Gülarənin evli və 4 uşaq anası olması ilə bağlı onlar münasbətlərini hamıdan gizlətmişlər. O, Gülarəni çox sevmiş və hatda bir dəfə sonuncu ona əri Ruhiddən ayrılaraq onunla başqa yerə gedib yaşaya biləcəyini demişdir. Gülarə ilə İsmayıllı şəhərində xatırlamadığı ünvanlarda Gülarənin özünün gündəlik kirayəyə götürdüyü evlərdə bir neçə dəfə cinsi münasibətdə olmuşlar. Təxminən xx.xx.2022-ci il tarixdə axşam saatlarında Biruni xatırlamadığı telefon nömrəsindən onun iki nömrəli, yəni nömrəsinin biri ***-***-**-** digəri ***-***-**-** olan mobil telefonuna zəng edərək Basqal qəsəbəsinə gəldiyini deyib onunla görüşmək istədiyini bildirmiş, o isə Basqal tam orta məktəbdə olduğunu və orada onu gözləyəcəyini demişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, saat təxminən 00:30 radələrində Biruni yenə ona zəng edərək Zülfüqarla məktəbin yaxınlığında olduğunu bildirmiş, o isə məktəbdə olduğunu bildirib məktəb binasının arxa qapısından içəri daxil olmalarını istəmişdir. Biruni ilə Zülfüqar məktəb binasının arxa qapısından içəri daxil olmuş və orada onlarla söhbət etməyə başlamışlar. Orada Biruni ona Basqal qəsəbəsində anası Gülarə ilə onun arasında sevgi münasibətinin olması barədə şayələrin olduğunu deyərək buna aydınlıq gətirməsini istəmiş, o isə ona belə bir halın olmadığını, Gülarə ilə sadəcə olaraq iş yoldaşı olduqlarını, ona bacı gözü ilə baxdığını demişdir. Bundan sonra Biruni ilə Zülfüqar ona inandıqlarını deyərək çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə o, əmisi oğlu Elşad Əhmədov, Elşadın dostları Emin və Ağaxanla Qəbələ rayonuna çay içməyə getmişlər və oradan Basqal qəbəsinə qayıtdıqda əmisi oğlu Elşadla gedib kafelərin birində oturub yeyib içmək üçün İsmayıllı şəhəri ərazisindən iki ədəd cipsi və tum almış, lakin Elşad işlərinin olmasını bildirərək həmin gün onunla kafeyə gedə bilməmiş və o, təxminən saat 20 radələrində Zülfüqarın xatırlamadığı mobil nömrəsinə “Whatsapp” tətbiqi üzərindən mesaj yazaraq 2 ədəd çaxırının olmasını, İsmayıllı şəhərində olduğunu, Basqal qəsəbəsinə gəldikdə xəbər edəcəyini deyərək həmin çaxırları içməyi təklif etmiş, Zülfüqar da onunla razılaşmışdır. Bundan təxminən 15 dəqiqə sonra “Whastapp” tətbiqi üzərindən Zülfüqara zəng edərək Basqal qəsəbə tam orta məktəbdə olduğunu bildirərək çaxır içmək üçün məktəbə gəlməsini istəmiş, Zülfüqar isə Biruni ilə məktəbə gələcəyini demişdir. Həmin danışıqlarından təxminən 5 dəqiqə sonra Biruni ilə Zülfüqar Basqal qəsəbə tam orta məktəbə gəlmiş və o, onlarla birlikdə əvvəl birinci mərtəbədə gözətçi üçün ayrılmış otağa getmiş, lakin orada məktəbin “wi-fi”yı, yəni internət şəbəkəsi tutmadığı üçün onlara “wi-fi”yın tutduğu sinif otağına getməyi təklif edərək hər üçü ikinci mərtəbədəki qapısı açıq olan sinif otağına getmişlər. Orada Zülfüqarla o, çaxır içməyə başlamış, Biruni isə spirtli içki qəbul etmədiyindən onlarla içməmişdir. Orada təxminən 2 saat ərzində aldığı ya 700 qramlıq, ya da litrlik olan iki ədəd çaxırdan birini tam, ikinci şüşədən isə yarısını içdikdən sonra o, alkoqollu içkinin təsirindən telefonunun “Whastapp” tətbiqi üzərindən Gülarə ilə xatırlamadığı mövzuda yazışmağa və içkinin təsirindən kövrələrək gözündən yaş gəlməyə başlamışdır. Elə bu zaman Biruni yerindən duraraq tualetə gedərkən onun arxasından keçdikdə onun əlindəki telefonla Gülarə ilə yazışdığını görüb əlindən telefonu almış və telefonda anası ilə danışdığını görərək “kiminlə yazışırsan?” deyə soruşmuş, o isə artıq çarəsiz qalıb Biruniyə anası ilə danışdığını demiş, artıq utandığı üçün telefonunu ondan istəməmiş, telefonuna baxmasına razılıq vermişdir. Bu zaman Biruni onun üz nahiyəsindən 1 və ya 2 dəfə xatırlamdığı əli ilə yumruq zərbələri vurmuş, Zülfüqar isə yerindən duraraq Birunini tutmaq istədikdə Biruni sinif stolunun üzərindəki boş çaxır şüşəsini sağ əlinə götürüb onun baş nahiyəsinə bir dəfə zərbə vurmağa çalışmış, lakin o, əli ilə başını tutduğundan şüşə əlinə dəymişdir. Biruninin hər iki əli bilmədiyi səbəbdən sarğıda olduğundan ona vurduğu yumruq zərbəsi və şüşə ilə əlinə dəyən zərbəsi elədə güclü olmamışdır. O isə günahkar olduğu üçün orada ümumiyyətlə Biruniyə əl qaldırmamışdır. Bundan sonra Zülfüqar Birunini tutaraq sakitləşdirmiş və Birunigilə gedərək məsələyə aydınlıq gətirməyi təklif edib üçü oradan çıxıb təxminən saat 23 radələrində piyada Birunigilə getmişlər. Biruni evlərinin həyətinə girən kimi yüksək səslə anası Gülarəni çağırmağa başlamış və onlar evin qapısına çatdıqda Gülarə qapını açan kimi Biruni sağ əli ilə Gülarənin üz nahiyəsinə şillə vurub içəri daxil olmuş, Biruninin arxası ilə də Zülfüqar və o, evin qonaq otağına daxil olmuşdur. Biruni evə girəndən sonra xatırlamadığı əli ilə Gülarənin saçlarından tutub digər əlində olan onun telefonundakı yazışmanı göstərərək yüksək səslə bunun nə yazışma olduğunu soruşmuş, Gülarə isə ağlaya-ağlaya onunla arasında heç bir münasibətin olmadığını demişdir. Biruni həmçinin dayılarına da zəng edib onların evinə gəlməsini istəmişdir. Orada yaranmış səs-küyə Ruhid, Biruninin bacısı Əfsanə və qardaşı Kənan, eyni həyatyanı sahədə yaşayan Əbülfəz gəlmişdir. Əbülfəz ora gəldikdən təxminən 5 dəqiqə sonra ora qonşuluqda yaşayan Sübüxanım və Əbülfəzin arvadı Süheylə, daha sonra isə Gülarənin qardaşları Bayram və Habil gəlmişlər. Habil ora gələn kimi Biruni ilə Zülfüqardan qışqırmamasını, qəsəbəyə biryabır olacaqlarını demiş, çünki onlar yüksək səslə oradakı şəxslərə Gülarə ilə onun gizlin eşq yaşadıqlarını deyib arada da onu və Gülarəni təhqir etmişlər, yəni “cındır” və “alçaq” kimi sözlər işlətmişlər. X23 görən kimi qışqıra-qışqıra onlara anasının Bəxtiyarla yazışdığını bildirib onun tərəfə gəldikdə Bayram Biruniyə sakitləşməsi üçün bir dəfə şillə vurmuş, daha sonra isə ona yaxınlaşaraq bir dəfə onun üz nahiyəsinə yavaş tərzdə şillə vuraraq onu Gülarə ilə danışdığına görə təhqir etmişdir. Gülarə isə ağlaya-ağlaya artıq digər otağa keçərək qapını bağlamışdır. Habillə Bayram evə gəldikdən sonra isə X3 otağa getmiş, həmçinin Biruni ilə Zülfüqarı çölə çıxartmışlar. Qonaq otağında isə o, Əbülfəz, Ruhid, Habil və Bayram qalmış, Əfsanə ilə Kənan da Gülarənin olduğu otağa keçmişlər. Əbülfəz sakit şəkildə onun Gülarə ilə sevgi münasibətinin olmasını bildiklərini, Gülarənin telefonunda olan yazışmaları gördüklərini bildirib ondan Basqal qəsəbəsindən birdəfəlik getməsini istəmiş, Bayramla Habil də bunu təsdiq edərək ara sakitləşməsi üçün bir müddət Basqal qəsəbəsində olmamasını istəmişlər, eyni zamanda onun özü də onlara qəsəbədən gedəcəyini demişdir. Onlar ona qəsəbədən getməsini hədə-qorxu ilə istəməmişlər. Orada o, təxminən 1-2 saat qalmış, lakin orada həyacanlı olması ilə bağlı həmin müddət ərzində hansı söhbətlərin olmasını xatırlamır. Orada ondan Basqal rayonunda birdəfələk getməsini istədikdən sonra artıq xx.xx.2022-ci il tarixdə, saat 01 və ya 02 radələrində o, oranı tərk edib Basqal qəsəbə tam orta məktəbə işinə qayıtmış və məktəbin yeni tikili binasının birinci mərtəbəsindəki gözətçi üçün ayrılmış otaqda açarı hər zaman onda olan və bağlı saxladığı siyirməsinin üzərində topa olaraq saxladığı açarların içərisində saxladığı açarla açıb oradakı Basqal qəsəbəsi ərazisində təxminən 2021-ci ilin əvvəllərində müharibədən qayıtdıqdan sonra dəqiq olaraq xatırlamadığı yolun kənarından tapdığı bıçağı hər ehtimala qarşı, Gülarənin qohumlarının onun üzərinə hücum kəçəcəyindən ehtiyat edərək özünü müdafiə etmək məqsədi ilə götürüb şalvarının sol cibinə qoymuş və orada olan gödəkçəsini də əyninə geyinib məktəbin ərazisində təzə tikilmiş məktəb binasının arxa hissəsində olan həmin məktəbin köhnə binasının üçüncü mərtəbəsindəki istifadəsiz sinif otağına gedib gecəni orada səhərədək oturub baş verənləri, yəni onunla Gülarə arasında olan münasibətlərini sonuncunun ailə üzvlərinin və qohumlarının bilməsi barədə xeyli fikirləşmiş və bundan sonra nə edəcəyini bilməmişdir. Eyni zamanda telefonunun üzərində olmadığını görüb telefonunun Gülarənin evində qaldığını bilmiş, lakin utandığı və ona hədə-qorxu gəlməsələr belə nəsə edəcəklərindən qorxduğu üçün gedib telefonunu götürməmişdir. İşlədiyi məktəbdə həmin məktəbin girəcəyində gözətçi üçün hazırlanmış gözətçi otağının olmasına baxmayaraq o, həmin gecəni Gülarəninin qohumlarının onu öldürə biləcəklərindən ehtiyyat etdiyi üçün orada qalmamış və qeyd etdiyi kimi məktəbin köhnə binasının üçüncü mərtəbəsində qalmış və səhərədək təxminən 1-2 saat yuxu yatmış, məktəbin təzə binasındaki gözətçi otağından götürdüyü bıçağı isə yanına qoymuşdur. Artıq növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 06 radələrində yuxudan oyanıb yenə dünən Gülarənin evində baş vermiş qeyd etdiyi hadisə barədə düşünməyə başlamışdır. Nəticədə neynəyəcəyini bilməmişdir. Həmin gün artıq saat 09 radələrində həmin zaman olduğu məktəbin köhnə binasının üçüncü mərtəbəsində qaldığı yararsız sinif otağından çıxaraq məktəbə Gülarənin gəlibgəlmədiyinə baxmaq üçün yandakı sinif otağına keçmiş, oradan məktəbin təzə binasının birinci mərtəbəsindəki pəncərəsindən dəhlizdə Gülarənin dayanmasını görmüş, həmin an Gülərəni çox sevdiyi üçün və artıq onunla birlikdə olmayacaqlarını başa düşdüyündən, həmçinin Gülarənin qohumlarından da Gülarə ilə onu ayırdıqları üçün qısas almaq niyyəti ilə Gülarəni öldürmək qərarına gəlib gecə qaldığı otağa keçib yerə qoyduğu bıçağı götürərək sol əlinin uzunqol koftasının qolunun içəri hissəsinə gizlədərək dərhal köhnə binadan çıxmış və eyni zamanda Gülarənin qohumları ona hücum edəcəklərindən ehtiyat edərək xatırlamadığı yerdən təxminən 1 metr uzunluğunda bir ədəd plasmas borunu da əlinə alaraq torpaqlı sahə ilə məktəbin yeni tikili binasının qarşısına gedib məktəbin binasının giriş qapısının qarşısından binaya girmədən Gülarəni dəhlizdə görüb sonuncunu çağıraraq çölə çıxmasının istəmişdir. Həmin zaman giriş qapısının qarşısında məktəbin təsərrüfat müdiri Tələt müəllim onun içəri girməsini istəmiş, lakin o, ona birazdan gələcəyini demiş və Gülarəni də çağıraraq məktəbin sol yan tərəfinə keçmişdir. Məktəbin sol yan tərəfinə keçən kimi isə sol əlinin qolluq hissəsində gizlətdiyi bıçağı sağ əlinə keçirərək sağ əlinin qolluq nahiyəsində koftasının içərisində gizlətmişdir. Gülarə onun arxası ilə onun yanına gəldikdə ondan təxminən 3 metr aralıda dayanmış və onun sol əlində plasmas borunu görüb “vurassan məni?” demiş, o isə onun qorxuzmaması üçün əlindəki borunu yerə kənara atıb Gülarəyə “yox vurmayacam, gəl söz deyirəm” demiş, bu zaman Gülarə “mənə neyniyəcəksən?” dedikdə o, “heçnə eləməyəcəm, gəl bura” demişdir. Gülarə isə bu zaman ona inanaraq ona tərəf yaxınlaşdıqda o da Gülarəyə tərəf yaxınlaşaraq sol əlini sonuncunun boyun nahiyəsinə atıb qucaqlayıb sağ əlindəki bıçağı koftasının qolluq hissəsinin içərisindən həmin əlinin içərisinə keçirməklə kəsici tərəfini aşağı tutaraq Gülarənin bədəninin sol nahiyəsinə zərbə vurmuş və həmin zərbənin təsirindən Gülarə sağ qolu üzərinə yerə yıxılmış, o isə sol əli ilə onun tutduğu sağ əlini buraxaraq yenə sağ əlindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə xatırlamadığı xeyli sayda bıçağı üzü aşağı tutaraq zərbələr vurmuş, daha sonra isə Gülarənin artıq ölməsinə əmin olub məktəbin girişinə gələrək qapını aralayıb dəhlizdə olan Tələt müəllimə “vurdum, Gülarəni götürün ordan” deyib oranı tərk etməklə məktəbin köhnə binasına gedib təxminən 5-6 dəqiqə baş verənləri orada fikirləşmişdir. Baş verənlərlə bağlı artıq özünü də öldürmək niyyətində olduğundan məktəbin köhnə binasının üçüncü mərtəbəsində olan köhnə əşyaların olduğu istifadəsiz sinif otağına gedərək oradan bir ədəd işlənməmiş ülgüc götürərək həmin yerdən çıxıb məktəbin yeni tikili binasının sol tərəfindəki məktəbin ərazisinin hasarlandığı dəmir setkanın qapısını açıb tək piyada həmin anın həyacanında özü də bilmədən gəzə-gəzə İsmayıllı rayonunun Qıçatan kəndi istiqamətində meşənin içi ilə getmişdir. Məktəbdən təxminən 500 metr aralandıqdan sonra Qıçatan kəndinə gedən yolda meşədə yerini dəqiq xatırlamadığı yerdə dayanmış, təxminən 1 saat torpaq səthi üzərində oturmuş və cibinə qoyduğu ülgücü sol əli ilə sol cibindən çıxardaraq ülgücü sağ əlinə keçirməklə və koftanın sol qolluq hissəsini yuxarı çəkərək sol qolunun bilək nahiyəsinə xatırlamadığı xeyli sayda zərblə özünü öldürmək məqsədi ilə xəsarətlər yetirmişdir. Özünü öldürmək istəməsinə səbəb artıq baş verənlərlə bağlı peşmançılıq hissini keçirməsi olmuşdur. Daha sonra isə fikrini dəyişərək Qıçatan kəndinə getmiş və həmin kənddə adını bilmədiyi, kənd sakini kimi tanıdığı bir nəfər kişi cisli şəxsdən telefon istəyərək həmin şəxsin verdiyi telefonla “102 qaynar xətti”nə zəng edib təslim olmaq istədiyini bildirmiş və Gülarəni öldürdüyü bıçağı ətrafda olan kolluğa atmışdır. Həmin zəngdən sonra Qıçatan kəndinə gəlmiş polis əməkdaşlarına təslim olmuş, bıçağı atdığı yeri onu götürməyə gəlmiş polis əməkdaşlarına göstərmiş və həmin bıçaq atdığı yerdən götürülmuşdür. Hazırda əməlindən peşmandır, qeyd olunan cinayət əməlini törədərkən özündə olmamışdır. Odur ki, barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə böyük qardaşı Musanın oğlu Zülfüqarla oğlu Biruni hərbi səfərbərlik üzrə qeydiyyata durmaq üçün Bakı şəhərindən Basqal qəsəbəsinə gəlmiş, Zülfüqar Əbülfəzgildə, Biruni isə onların evində qalmışdır. O, xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə qardaşı Musanın “Bədo” restoranında gözətçi işləyən Yavərin şəxsi işləri ilə bağlı işə gələ bilmədiyi üçün 2 gün sonuncunu əvəz edərək restoranda qalmış, bu səbəbdən də Biruni ilə görüşə bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində öz evinə gəlmişdir. O, evə gələndə evdə Kənanla Əfsanə olmuş, Gülarə isə işdə olmuşdur. O, evə gəlib yoldan aldığı 250 qramlıq arağı yeməklə içib yorğun olduğu üçün yatmış və təxminən saat 22 və ya 23 radələrində evdə səs-küy eşidib yuxudan oyanmışdır. Yuxudan oyandıqda evin qonaq otağında Biruni, Zülfüqar, Bəxtiyar və Gülarənin olmasını görmüşdür. Biruni ilə Zülfüqarın evin qonaq otağında kresloda oturmuş Bəxtiyarın üstünə qışqıraraq Biruni əlində Bəxtiyarın telefonunu tutub oradakı yazışmalar barədə soruşmuş, o, evdə səs-küyün düşməsini görüb tez Birunini tutub nəyin baş verdiyini soruşmuş, Biruni isə Bəxtiyarın Gülarəyə sevgi mesajlar yazdığını bildirmişdir. Elə bu ərəfədə evdə yaranmış səs-küyə Əbülfəz gəlmiş, onun ardı ilə isə qonaq otağına yataq otağından Kənanla Əfsanə gəlib otağın bir kənarında ayaq üstə sakit durmuşdur. Zülfüqar isə Bəxtiyarı təhqir etmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra evə qonşuluqda yaşayan bacısı Sübüxanım, sonuncunun oğlu Vüsal və Əbülfəzin arvadı Süheylə gəlmiş və Zülfüqarın Bəxtiyarı vurmasından ehtiyat edərək Zülfüqarı tutub sakitləşdirməyə çalışmışlar. O, orada baş verənlərlə bağlı neynəyəcəyini bilmədiyindən, həmçinin içkinin təsirindən artıq sakit dayanmış, Gülarənin ona xəyanət edəcəyinə inana bilməmişdir. Daha sonra Biruni əsəbi şəkildə dayısı Habilə zəng edərək sonuncunu və digər dayısı Bayramı da evə çağırmışdır. Habillə Bayram isə həmin zəngdən təxminən 40 dəqiqə sonra onların evinə gəlmişlər. Habil ora gələn kimi Biruni ilə Zülfüqardan qışqırmamalarını, qəsəbəyə biryabır olacaqlarını demiş, X23 görən kimi onlara anasının Bəxtiyarla yazışdığını bildirib Bəxtiyarın ünvanına xatırlamadığı nəlayiq ifadə işlətdikdə Bayram Biruniyə sakitləşməsi üçün bir dəfə şillə vurmuş, daha sonra isə Bəxtiyara yaxınlaşaraq yavaş tərzdə üzünə baxması üçün bir şillə də onun üzünə vurub onu Gülarə ilə danışdığına görə nalayiq ifadələrlə təhqir etmişdir. Gülarə isə ağlaya-ağlaya artıq digər otağa keçərək qapını bağlamışdır. Habillə Bayram evə gəldikdən sonra isə X3 otağa getmişlər. Qonaq otağında isə Əbülfəz, Biruni, Zülfüqar, Habil, Bayram, Bəxtiyar, Vüsal, Əfsanə və Kənan qalmışdır. Orada Biruni ilə Zülfüqar əsəbdən hələ də uca səslə nəsə danışdıqları üçün Əbülfəz onların hər ikisini sakitləşdirərək mətbəx otağına göndərmişdir. Bəxtiyarla Əbülfəz, Habil və Bayram söhbət eləməyə başlamış, o, Kənan və Əfsanə isə sakit dayanmış, daha sonra isə Kənanla Əfsanə də Gülarənin olduğu otağa keçmişlər. Vüsal isə həmin zaman evin həyətinə çıxmışdır. Əbülfəz Bəxtiyardan oturduğu yerdə başını qaldırmasını və söhbət eləməsini istəmişdir. Bəxtiyar Gülarə ilə sevgi münasibətinin olmasını boynuna almayaraq Gülarəyə “ana-bacı gözü” ilə baxdığını desə də, Əbülfəz, Bayram və Habil aralarında olan yazışmanın nə barədə olmasını Bəxtiyardan soruşduqda, Bəxtiyar sakit durmuş, daha sonra onlar Bəxtiyardan bu məsələnin qəsəbədə yayılaraq biryabır olmamaq üçün müvəqqəti olaraq onun Basqal qəsəbəsindən getməsini və birdə Gülarə ilə danışmamasını istəmişlər. Bəxtiyar isə sabahsı gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Basqal qəsəbəsindən gedəcəyini demiş, artıq xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində Habil Bəxtiyarı yolda salmış və sonuncu çıxıb getmiş, lakin onun hara getməsini bilməmişdir. Bəxtiyar gedərkən telefonunu yadından çıxardaraq evdə qoymuşdur. Əbülfəz Bəxtiyar getdikdən sonra sonuncunun telefonunu sonra Bəxtiyarın özünə vermək üçün qonaq otağından götürmüşdür. Bundan sonra X18 digər qadınlarla olduğu otağa keçib onunla da söhbət edib bu söz söhbətin niyə baş verdiyini soruşmuş, Gülarə isə ağlaya-ağlaya Bəxtiyarla aralarında heç bir sevgi münasibətinin olmadığını demişdir. Bundan sonra Bayramla Habil çıxıb getmişlər. Onların ardı ilə isə evdə olan şəxslərin hamısı çıxıb getmişdir. Həmin gecə Zülfüqarla Biruni də Əbülfəzlə gedib onun evində qalmışlar. Həmin gecə onun evində Gülarə Kənan və Əfsanə qalmışdır. X24 ilə qalmış, o isə evin digər otağında gecələmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində oğlu Kənan məktəbdən qaçaraq evə gəlib ağlaya-ağlaya anası Gülarənin bıçaqlanması xəbərini vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci l tarixdə səhər saatlarında hərbi səfərbərlik üzrə qeydiyyata durmaq üçün İsmayıllı rayonunda yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə gəlmək üçün Bakı şəhərinin “Şamaxinka” adlanan ərazisində olarkən Zülfüqargildə yaşayan ata nənəsi Aidə Qəhrəmanova ona zəng edərək onlara gəlməsini istəmiş, o isə onun Basqal qəsəbəsinə nəsə göndərmək istədiyini düşünüb avtobusa minərək Bakı şəhərinin Biləcəri rayonun xatırlamadığı ünvanında yeləşən əmisi gilə getmişdir. Əmisigilə getdikdə nənəsi ilə görüşmüş və nənəsi ona təklikdə Basqal qəsəbəsində anasının onun uzun müddətdir qəsəbə sakini kimi tanıdığı Təqsirləndirilən şəxs ilə aralarında sevgi münasibətinin olması barədə söz-söhbətin gəzdiyini bildirib bu barədə maraqlanmasını, anası ilə danışıb belə söz söhbətin yaranmasının qarşısını almasını istəməsini istəmişdir. Eyni zamanda ona Basqal qəsəbə tam orta məktəbin sabiq direktoru Ağasəfərin bu barədə məlumatının olduğunu və sonuncunun anasına güya məktəbə anasını işə qəbul etdiyi üçün peşman olduğunu demişdir. O, nənəsindən bu söz-səhbətin nədən yaranması barədə soruşduqda isə nənəsi Bəxtiyarı onların evinə buraxmağın düzgün olmadığını demişdir. Belə ki, Bəxtiyar 2021-ci ilin sonlarında dəqiq xatırlamadığı tarixdə onların Basqal qəsəbəsində yerləşən evlərində hamam otağının təmiri ilə məşğul olmuş, bu barədə də onun məlumatı olmuşdur. Beləliklə o, nənəsindən başqa heç nə soruşmadan onlardan çıxıb pulunun az olması səbəbi ilə əmisi oğlu Zülfüqardan borca pul götürüb İsmayıllı rayonuna gəlmək üçün Zülfüqarın işlədiyi Bakı şəhərinin Səbail rayonunda yerləşən “Qazmax” restoranına getmişdir. Orada Zülfüqarla görüşüb ona Basqal qəsəbəsində anasının Bəxtiyarla aralarında sevgi münasibətlərinin olması barədə sözsöhbətin olduğunu dedikdə Zülfüqarda onu tə buraxmamaq üçün onunla birlikdə İsmayıllı rayonuna gedəcəyini demişdir. Bundan sonra o, anası ilə telefonla danışıb Bəxtiyarıla aralarında söz-söhbətin olması barədə ondan soruşmuş, anası isə deyilənlərin yalan olmasını, Bəxtiyarın onun uşağı yaşda olduğunu demişdir. Bundan sonra o, Zülfüqarla birlikdə elə həmin gün təxminən saat 22 radələrində “Şamaxinka” adlanan ərazidən tanımadığı taksi ilə İsmayıllı rayonunun Basqal qəsəbəsinə gəlmişlər. Artıq xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Basqal qəsəbəsinə çatmışlar. Yolda öz ***-***-**-** nömrəli mobil telefonundan Bəxtiyarın xatırlamadığı telefon nömrəsinə zəng edib əlaqə saxlayaraq Basqal qəsəbəsinə gəldiyini deyib onunla görüşmək istədiyini bildirmiş, Bəxtiyar isə Basqal tam orta məktəbdə olduğunu və orada gözləyəcəyini demişdir. Beləlikdlə Basqal qəsəbəsinə çatdıqda ilk növbədə Basqal qəsəbsində yaşayan əmisi Şahid3 evinə getmiş və onlarda Əbülfəz və sonuncunun arvadı Süheylə ilə Zülfüqarla o, təxminən 20-30 dəqiqə qalaraq çay içib təxminən saat 01 radələrində Zülfüqarla onlardan çıxıb Bəxtiyarla görüşmək üçün Basqal qəsəbə tam orta məktəbə getmişlər. Məktəbə getdikdə o, Bəxtiyara zəng edərək ona məktəbin yaxınlığında olduqlarını bildirmiş, Bəxtiyar isə məktəbdə olduğunu bildirib məktəb binasının arxa qapısından içəri daxil olmalarını istəmişdir. Zülfüqarla o, məktəbin açıq olan əsas darvazasından məktəbin ərazisinə keçərək məktəb binasının arxa qapısından içəri daxil olmuş, Bəxtiyar məktəb binasının birinci mərtəbəsində onları qarşılamış və orada söhbət etməyə başlamışlar. Orada o, Bəxtiyara Basqal qəsəbəsində anası Gülarə ilə onun arasında sevgi münasibətlərinin olması barədə şayələrin olduğunu deyərək buna aydınlıq gətirməsini istəmiş, Bəxtiyar isə bu deyilənlərin yalan olmasını, Gülarəyə “ana-bacı” gözü ilə baxdığını, aralarında heç bir sevgi münasbətlərinin olmamasını deyərək, onların inanması üçün isə elə bir söhbətin olduğu təqdirdə özünə ünvanlanan nəlayiq ifadələr işlətmişdir. Bundan sonra o və Zülfüqar Bəxtiyarın dediklərinə inanıb oranı tərk edərək öz evlərinə getmişlər və anası, atası, bacısı Əfsanə və qardaşı Kənanla görüşüb həmin gecəni orada qalmışlar. Atası bu barədə məlumatlı olmadığından həmin gecə anası ilə heç bir söhbət etməmiş, lakin təklikdə hamı yatandan sonra anası ilə boş olan otaqların birində Bəxtiyarla aralarında sevgi münasibətinin olması ilə əlaqədar söz-söhbətin olması barədə danışdıqda anası ona yenə telefonla dediyi kimi, deyilənlərin yalan olmasını, bu şayələrin məktəbdə məktəbdə Bəxtiyarla birlikdə işlədiyi üçün, məktəbdə bilmədiyi hansısa videonun olması səbəbindən yarandığını demiş, o isə əsəbləşərək hər iki əli ilə divara yumruq vurmuş, lakin anasına heç bir zərbə vurmamışdır. Anası həmçinin onu danlayaraq deyilən şayələrə inanmamasını demişdir. Anası ilə orada söhbət etməsini heç kim bilməmiş və həmin gecəni Zülfüqarla evin qonaq otağında qalmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Zülfüqarla o, yuxudan durmuş və Bəxtiyarla anasının işlədiyi Basqal qəsəbə tam orta məktəbdə bilmədiyi hansısa videonun olması barədə eşitdiyini Zülfüqara deyib sözügedən şayələrə tam aydınlıq gətirmək üçün Basqal qəsəbə tam orta məktəbə getməli olduqlarını demişdir. Buna görə də həmin məktəbə getmişlər, yolda isə bibisi Sübüxanımın oğlu Vüsal Həsənovu görmüşlər. Vüsal onlardan hara getdiklərini soruşduqda Zülfüqar Vüsala qəsəbədə güya Gülarə ilə Bəxtiyarın arasında sevgi münasibətinin olması barədə şayələrin gəzdiyini və buna aydınlıq gətirmək üçün Bəxtiyarla Gülarənin işlədiyi məktəbin direktoru ilə söhbət etməyə getdiklərini demiş, Vüsal isə onlarla getmək istədiyini deyərək onlarla birlikdə həmin məktəbin direktoru Nazim müəllimin yanına getmişlər. O, Vüsal və Zülfüqar həmin məktəbə oranın direktoru Nazim müəllimin otağına getmiş və orada Nazim müəllimdən Bəxtiyarla Gülarənin aralarında sevgi münasibətinin olması barədə şayənin gəzdiyi bildirib hətta ona hansısa video görüntünün olmasını eşitdiklərini demişlər. Nazim müəllim isə bunların yalan olmasını deyərək belə bir videogörüntünün olmadını və bu şayələrin haradan yaranmasını bilmədiyini demişdir. Nazim müəllimin otağında Vüsal, o, Zülfüqar və Nazim müəllimdən başqa heç kim olmamışdır. Bundan sonra Vüsal harasa getmiş, o isə Zülfüqarla evlərinə getmişlər. Onların evi ilə “Beqi” ləqəbli əmisi Əbülfəzin evi eyni həyətyanı sahədə yerləşdiyindən onlara gedəndə Əbülfəz əmisini görmüşlər və sonuncuya da anası ilə Bəxtiyarın aralarında sevgi münasibətlərinin olması barədə şayələr eşitdiklərini deyərək bu barədə hər hansı bir məlumatının olub–olmaması barədə soruşmuşlar, əmisi Əbülfəz isə bu barədə heç bir məlumatının olmamasını, belə bir məsələnin olmasına inanmadığını demişdir. Daha sonra həmin gün, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bəxtiyarla Basqal qəsəbə tam orta məktəbin yaxınlığında təsadüfən bir dəfə görüşmüşlər və orada Bəxtiyara bir daha anası ilə aralarında olan şayə ilə bağlı söhbət edərək, Zülfüqarla o, ona belə şayələrin qarşısını almalı olduğunu demişlər, Bəxtiyar isə bir daha nəlayiq ifadələr işlədərək Gülarənin onun üçün “ana-bacı” olduğunu, onlarla isə “qardaş” olduğunu bildirmişdir. Bundan sonra təxminən günorta saatlarında evlərinə getdikdə isə yenə Əbülfəz əmisini görüb sonuncuya Bəxtiyarla söhbət etdiklərini, Gülarə ilə Bəxtiyarın arasında sevgi münasibətlərinin olması barədə şayələrin yalan olmasını deyib evlərinə getmişlər. Evlərində o, anası Gülarə ilə sonuncunun Bəxtiyarla aralarında olan münasibət barədə söhbət etmiş, anası da bu söhbətin yalan olmasını, belə şayələrə inanmamasını demişdir. Həmin zaman atası evdə olmamış, Əfsanə və Kənan isə azyaşlı olduqları üçün onların yanında ümumiyyətlə belə söhbətlər etmədiklərindən onların bu barədə heç bir məlumatı olmamışdır. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Zülfüqarla o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə getmiş, Zülfüqar çöldə gözləmiş, o isə orada müayinədən keçib yenə öz evlərinə qayıtmışlar. Müayinədən keçən zaman isə sağ əlində sınığın, sol əlində isə əziyin olmasını bilmişdir. Həmin xəsarətlər o, ifadəsində qeyd etdiyi kimi evdə anası ilə söhbət etdikdən sonra əsəbdən əlini divara vurması nəticəsində əmələ gəlmişdir. Beləliklə evə gəldikdən sonra bütün gün evdə olmuşlar, arada çayxanaya gedib çay içib evə qayıtmışlar. Həmin gün saat 08 radələrində o, Zülfüqarla evdə olan zaman Bəxtiyar ona “Whastapp” tətbiqi üzərindən yazaraq Zülfüqarın nömrəsini istəmiş, o isə ona nömrəsini yazmış və bundan təxminən 2-3 dəqiqə sonra Zülfüqar ona Bəxtiyarın ona mesaj yazaraq çaxırının olmasını və birazdan onları yeyib içmək üçün Basqal qəsəbə tam orta məktəbə çağıracağını demişdir. O, ümumiyyətlə spirtli içki qəbul etməməsinə baxmayaraq boş olduğu üçün onlarla getməyə razılaşmışdır. Bundan təxminən 15 dəqiqə sonra Bəxtiyar Zülfüqara zəng edərək Basqal qəsəbə tam orta məktəbdə olduğunu bildirib onları məktəbə çağırmış və həmin danışıqdan təxminən 5 dəqiqə sonra evləri ilə Basqal qəsəbə tam orta məktəb yaxınlıqda yerləşdiyindən Zülfüqarla o, ikisi piyada həmin məktəbə getmişlər. Məktəbin açıq olan darvazasından məktəbin ərazisinə girərək məktəb binasının açıq olan arxa qapısından birinci mərtəbəyə daxil olmuşlar və Bəxtiyarla orada görüşərək birinci həmin mərtəbədə gözətçi üçün ayrılmış otağa getmişlər, lakin orada məktəbin “wi-fi”yı, yəni internət şəbəkəsi tutmadığı üçün Bəxtiyar “wi-fi”-yın tutduğu sinif otağına getməyi təklif edərək onunla birlikdə ikinci mərtəbədəki qapısı açıq olan sinif otağına getmişlər. Orada Bəxtiyarın aldığı iki ədəd bir litrlik çaxır, çipsi, iki ədəd şirniyyat və tumu Bəxtiyarla Zülfüqar yeyib-içməyə başlamış, o isə sadəcə tum yemişdir. Onlar sinif otağında bir sinif stolunun ətrafında əyləşmişlər. O, Bəxtiyarla üzbəüz Zülfüqar isə onun sağında, Bəxtiyar isə Zülfüqarın sağ tərəfində oturmuşdur. Bəxtiyarın arxası isə sinif qapısı tərəfə olmuşdur. Orada təxminən 2 saat ərzində Zülfüqarla Bəxtiyar bir butulka çaxırı tam ikinci butulkanın isə yarısına kimi içdikdən sonra Bəxtiyar qəflətən öz telefonunu əlinə alaraq çox gümanki içdiyi çaxırın təsirindən kiminləsə yazışmağa başlamış və gözündən yaş gəlmişdir. Elə bu ərəfədə o, yerindən duraraq tualetə gedərkən Bəxtiyarın arxasından keçdikdə Bəxtiyarın əlindəki telefonla Gülarə adı ilə qeyd olunmuş şəxslə yazışdığını görüb Bəxtiyara “kiminlə yazışırsan” deyə soruşmuş, Bəxtiyar isə “ananla danışıram” dedikdə o, dərhal Bəxtiyarın əlindəki telefonu əlindən alıb yazışmaya baxmış və daha sonra əsəbindən Bəxtiyarın üz nahiyəsinə 2 dəfə olmaqla sağ və sol əli ilə yumruq zərbələri vurmuş, dərhal Zülfüqar oturduğu yerindən duraraq onu tutmaq istədikdə sinif stolunun üzərindəki boş çaxır butulkasının baş hissəsini sağ əli sarğılı olduğundan sarğının boşluğuna keçirib Bəxtiyarın baş nahiyəsinə bir dəfə zərbə endirmiş, əlinin birində sınıq, digərində isə əzik olduğu üçün hər iki sarğılı olduğundan zərbələri elədə güclü olmamış, ona görə də Bəxtiyara hər hansı bir xəsarət yetirilməmişdir. Orada Bəxtiyar isə günahkar olduğunu bildiyi üçün ümumiyyətlə nə ona, nə də ki Zülfüqara əl qaldırmamışdır. Onun Bəxtiyarın baş nahiyəsinə vurduğu butulka isə qırılmamışdır. Zülfüqar onu tutaraq sakitləşməsini istəmiş və evlərinə gedərək məsələyə aydınlıq gətirməyi təklif edib hər üçü oradan çıxıb təxminən saat 23 radələrində piyada evlərinə getmişlər. O, evlərinin həyətinə girən kimi yüksək səslə anası Gülarəni çağırmağa başlamış və onlar evin qapsına çatdıqda Gülarə qapını açan kimi o, sağ əli ilə anasının üz nahiyəsinə şillə vurub içəri daxil olmuş, onun arxası ilə də Zülfüqar və Bəxtiyar evin qonaq otağına daxil olmuşlar. O, evə girəndən sonra sol əli ilə Gülarənin saçlarından tutub digər əlində olan Bəxtiyarın telefonundakı yazışmanı göstərərək yüksək səslə bunun nə yazışma olduğunu soruşmuş, anası isə ağlaya-ağlaya Bəxtiyarla aralarında heç bir münasibətin olmadığını demişdir. Belə ki, o, məktəbdən evlərinə gələnə kimi yolda Bəxtiyarın telefonunda anası ilə olan yazışmanın bir hissəsini oxumuş və orada anası ilə Bəxtiyarın arasında sevgi münasibətinin olmasına əmin olmuşdur. Bundan sonra dayısı Habilə zəng edərək digər dayısı Bayramla onların evinə gəlməsini istəmişdir. Orada yaranmış səs-küyə evin digər otağından bacısı Əfsanə və qardaşı Kənan, onların ardı ilə isə digər otaqdan atası Ruhid gəlmiş, bundan təxminən 1-2 dəqiqə sonra isə eyni həyatyanı sahədə yaşayan Əbülfəz gəlmişdir. Bəxtiyar evə gələn vaxtdan qonaq otağındakı kresloda oturaraq əhvalı korlanmış vəziyyətdə başını aşağı tutub sakit durmuşdur. Atası Ruhid həmin gün içkili olduğundan kənarda Bəxtiyarın yaxınlığında ayaq üstə sakit dayanmış, Zülfüqar isə nəlayiq ifadələrlə Bəxtiyarı təhqir edərək qışqıra-qışqıra ondan “anan bacındırsa bu nə yazışmadı yazışırsan, ananla-bacınla da belə yazışırsan?” soruşmuşdur. Əbülfəz otağa girən kimi dərhal onu tutub mətbəx otağına aparmış, Zülfüqar isə dayanmadan Bəxtiyarı təhqir etmiş, lakin sonuncuya bir dəfə də olsun nə məktəbdə olduğu vaxt, nə də ki evdə vurmamışdır. Əbülfəz ora gəldikdən təxminən 5 dəqiqə sonra ora qonşuluqda yaşayan bibisi Sübüxanım və Əbülfəzin arvadı Süheylə gəlmiş, Zülfüqarı tutub sakitləşdirməyə çalışmışlar. O, Əbülfəzə Bəxtiyarın mobil telefonunda anası ilə Bəxtiyarın arasında olan sevgi yazışmalarını aşkar etdiyini demişdir. Daha sonra isə ora dayıları Bayram və Habil gəlmişlər. Habil ora gələn kimi Zülfüqarla ondan qışqırmamalarını, qəsəbəyə biryabır olacaqlarını demişdir. O, Bayramla Habili görən kimi qışqıra-qışqıra onlara anasının Bəxtiyarla yazışdığını bildirib Bəxtiyarı vurmaq üçün sonuncunun üstünə getməyə cəhd etmiş bu zaman Bayram ona sakitləşməsi üçün bir dəfə şillə vurmuş, daha sonra isə Bəxtiyara yaxınlaşaraq dəqiq xatırlamadığı sayda təxminən bir və ya iki dəfə də sonuncunun baş nahiyəsinə şillə vuraraq onu Gülarə ilə danışdığına görə nəlayiq ifadələrlə təhqir etmişdir. Anası isə ağlaya-ağlaya artıq digər otağa keçərək qapını bağlamışdır. Habillə Bayram evə gəldikdən sonra isə X3 otağa getmişlər. Qonaq otağında isə o, Zülfüqar, Əbülfəz, Ruhid, Habil, Bayram, Bəxtiyar qalmış, Əfsanə ilə Kənan isə ansının olduğu otağa getmişlər. Orada o, əlində olan Bəxtiyarın telefonunu açaraq anası ilə aralarında olan sözbəsöz olaraq xatırlamadığı sevgi məzmunlu yazışmalarının bir hissəsini oxumuş və bundan sonra isə Əbülfəz onu və Zülfüqarı sakitləşdirərək mətbəx otağına göndərmiş, o da Bəxtiyarın telefonunu oradakı stolun üzərinə qoyub mətbəx otağına getmiş və Əbülfəz qapını bağlamışdır. O, Zülfüqarla mətbəx otağında əhvalları korlanmış vəziyyətdə onların söhbət edib bitirməsini gözləmədən evin həyətinə çıxaraq Əbülfəz əmisigil tərəfə gedib siqaret çəkmişlər. Zülfüqar və o, evdən çıxdıqdan sonra evdə Bəxtiyarla nə barədə danışmalarını bilməmişlər. Artıq xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində Əbülfəz evin həyətinə gələrək Bəxtiyarı yola saldıqlarını, onunla danışdıqlarını və Bəxtiyarın sabahsı gün Basqal qəsəbəsini tərk edəcəyini bildirmişdir. Bundan sonra Zülfüqarla o, Bəxtiyarla birlikdə məktəbdən evə gələn zaman əsəbi olmaları ilə əlaqədar üst geyimlərini, yəni qış pencəklərini məktəbdəki sinif otağında yaddan çıxartdıqlarından yenidən məktəbə həmin sinif otağına gedib üst geyimlərimizi götürüb Əbülfəzgilə gəlmişlər. Məktəbə yenidən gedən zaman isə Bəxtiyarı görməmişlər. Həmin gecə Zülfüqarla o, Əbülfəzgildə qalmış, anası və Bəxtiyarı bir daha görməmişlər. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Əbülfəzgildə olarkən ya əmisi və ya kimsə onlara anasının Bəxtiyar tərəfindən bıçaqlanaraq öldürülməsi xəbərini vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 hər biri ayrı-ayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayından etibarən Basqal qəsəbəsi tam orta məktəbin təsərrüfat müdiri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə yenə həmişəki kimi saat 08:00-da məktəbə gəlmişdir. Həmin gün təxminən saat 08:10 radələrində məktəbdə 2021-ci ilin fevral ayından etibarən xadimə işləyən Gülarə Qəhramanova işə gec gələrək birbaşa məktəbin ikinci mərtəbəsinə qalxmış, Gülarə ikinci mərtəbəyə qalxdıqdan təxminən 5-10 dəqiqə sonra ikinci mərtəbədən məktəbdə xadimə işləyən Şahid6 narazı şəkildə kiməsə nəsə deməsini eşidib ikinci mərtəbəyə qalxıb 11-ci sinifin otağında Gülarə ilə Arzunun sinif otağının döşəməsinə tökülmüş tum qabıqlarını süpürgə ilə yığışdırmaqlarını və Arzunun sinif otağının zibillənməsi ilə bağlı gileyləndiyini görmüşdür. Eyni zamanda Gülarənin əlindəki sellofan torbanın içərisində boş 500 və ya 700 qramlıq olan çaxır butulkasını sinifdən çıxartmasını görmüş və nə Arzudan, nə də Gülarədən sinifin niyə bu gündə olması barədə heç nə soruşmamışdır, çünki gecəni Bəxtiyar gözətçi olaraq qaldığından həmin sinifi Bəxtiyarın zibilləməsindən şübhələnmiş, sinifdən boş çaxır butulkasının tapılması səbəbi ilə Bəxtiyarın həmin sinif otağında tək olmadığını düşünmüşdür. Bəxtiyar hər gün səhər saat 08:00-da tabel jurnalına imza edib məktəbdən getdiyindən və hələ də onu məktəbdə görməməsi səbəbi ilə Bəxtiyara bir neçə dəfə zəng etmiş, lakin sonuncunun telefonu sönülü olmuşdur. Təxminən saat 09:05 və ya 09:06-da o, məktəbin birinci mərtəbəsindəki dəhlizdə olarkən Bəxtiyarın məktəbin şüşədən olan giriş qapısına yaxınlaşaraq dəhlizdə qapının yanında oturacaqda oturmuş Gülarəni çağırmasını görüb çölə giriş qapısının qarşısına çıxıb Bəxtiyarla salamlaşmış və sonuncunun ayağının palçıqlı olmasını görüb ayağını təmizləyərək ondan öz otağına gəlməsini istəmişdir. Lakin Bəxtiyar ona “Tələt əmi birazdan gəlirəm” deyib onun çağırışına çölə çıxmış Gülarə ilə məktəbin sol tərəfi istiqamətində getmişlər, o isə dəhlizə daxil olmuşdur. Həmin zaman dəhlizdə Şahid6, digər xadimə Məlakə Fətəliyeva, məktəbədə xadimə işləyən qızı Rəna Ələsgərovanı həmin gün əvəz etmək üçün gəlmiş Səkinə Bağırova və məktəbdə psixoloq işləyən Sədaqət Nəbiyev olmuş, eyni zamanda məktəbdə xadimə işləyən Gülarə Qəhrəmanovanın baldızı Şahid5 isə dəhliz tərəfdə təmizlik işləri görmüşdür. Bəxtiyarla Gülarənin məktəbdə tez-tez söhbət etdikləri üçün aralarında hər hansı bir düşmənçilik və ya ədavətin olmamasını bildiyindən Bəxtiyarın Gülarə ilə kənara söhbət etmək üçün getdiklərini düşünmüşdür. Gülarə getdikdən sonra Arzu yenə məktəbin ikinci mərtəbəsindəki 11-ci sinif otağında aşkar etdiyi tum qabıqlarına görə deyinərək Bəxtiyarın həmin sinif otrağını zibilləməsindən şübhələnib Bəxtiyara öz iradını bildirəcəyinə dair gileylənmişdir. X14 məktəb binasının sol tərəfinə getdikdən təxminən 4-5 dəqiqə sonra Bəxtiyar sağ əlində bir ədəd bıçaqla məktəbin giriş qapısına gəlib qapını açaraq giriş hissədə dayanıb aqressiv şəkildə “Öldürdüm! Deyin gəlib aparsınlar” deyib yenidən məktəb binasının sol tərəfi istiqamətində getmişdir. Bundan sonra o, onun arxası ilə giriş qıpısının qarşısına çölə çıxıb Bəxtiyarın getdiyi istiqamətdə baxmış, lakin heç kimi görməmiş və Bəxtiyarın xatırlamadığı əlinin qanlı olmasını gördüyündən, eyni zamanda “öldürdüm” sözünü deməsinə görə dərhal bununla bağlı məktəbin direktoru Nazim Salmanova məlumat vermək üçün sonuncunun otağına getmiş və dəhlizdə olan Sübüxanımdan gedib məktəb binasının sol tərəfində nəyin baş verdiyini öyrənməsini istəmişdir. O, direktorun otağına gedərək Nazim Salmanova baş verənlərlə bağlı məlumat vermiş və Nazim müəllim polis şöbəsinə, o isə təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Bundan sonra isə məktəb binasının sol tərəfinə getdikdə orada Gülarə Qəhrəmanovanın ölmüş vəziyyətdə sağ qolu üstündə yerin asfalt üzərində olmasını, ağız və boyun nahiyəsinin qanlı olmasını görüb Bəxtiyarın onu öldürməsinə əmin olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid4 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materialarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri İsmayıllı rayonunun Basqal qəsəbəsinin orta hissəsində İsmayıllı şəhərindən avtomobil yolu ilə gələn zaman yolun sağ tərəfində yerləşən Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbin ərazisində məktəbin həyətidir. Məktəbin ərazisinə avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulmuş girişdən daxil olduqda “Q” vari yeni tikili, 2 mərtəbəli məktəbin binası vardır. Məktəbin binasının ətrafının yer örtüyü asfaltdan olmaqla məktəbin ərazisində ağacların olduğu torpaq səthləri də vardır. Məktəbin həyatyanı sahəsi dəmir setka ilə hasarlanmışdır. Məktəb binasının giriş qapısına altı pilləli pilləkənlə qalxdıqda giriş qapısı iki tayulı olmaqla şüşədəndir və həmin qapı binanın cənub istiqamətinədir. Məktəbin sol yan tərəfi şərq istiqamətinə, arxa hissəsi isə şimal istiqamətinədir. Məktəbin sol yan tərəfində binanın birinci mərtəbəsinə daxil olmaq üçün 7 pilləli pilləkənlə qalxdıqda 1 ədəd qara rəngli dəmir qapı, həmin qapıdan isə binanın ikinci mərtəbəsinə daxil olmaq üçün 15 pilləli dəmir pilləkənlə qalxdıqda eyni qaydada başqa qara rəngli dəmir qapı vardır. Məktəbin həmin sol yan tərəfində binanın ön və sol divarlarının küncündən 5 metr şimal-şərq istiqamətində aralıda, binanın sol hissəsinə düşən, binanın sol divarının pilləkən qəfəsindən şərq istiqamətində həmin qəfəsə nisbətən paralel şəkildə bədən nahiyəsi 1,5 metr aralıda üzəri çəhrayı rəngli parça ilə örtülmüş meyit vardır. Meyitin üzərindən həmin parçanı götürdükdə sağ qolu üstə yerin asfalt səthi üzərində qadın meyiti vardır. Meyitin baş nahiyəsi cənub istiqamətinə olmaqla həmin pilləkən qəfəsindən 1,57 metr, ayaqları şimal istiqamətinə olmaqla sol ayağı 1,72 metr, sağ ayağı isə 1,98 metr aralıdadır. Meyitin sağ əlinin ovuc hissəsi üz nahiyəsindən 39 sm aralıdadır, şərq istiqamətinədir və nisbətən açıq şəkildə olmaqla üzərində qanabənzər ləkələr vardır. Meyitin ağız və burun nahiyəsindən üzünün sağ nahiyəsinə, habelə sağ üzünün olduğu yerin asfalt səthi üzərinə tökülmüş qanabənzər ləkələr vardır. Eyni zamanda üz nahiyəsindən şərq istiqamətinə 16 sm aralıda 5x15 sm ölçüdə, 50 sm aralıda 6x7 sm ölçüdə və 70 sm aralıda 4x5 sm ölçüdə olmaqla yerin asfalt səthi üzərində 3 ədəd qanabənzər ləkələr vardır. Bundan başqa məktəbin ərazisinə baxış keçirilən zaman məktəb binasının şüşədən olan iki taylı giriş qapısının çöl tərəfinə üzbəüz durduqda sol qapının çöl tərəfində yerdən 65 sm yuxarıda 17x13 sm yeri əhatə edən damavari qanabənzər ləkələr vardır. Habelə baxış keçirilən zaman məktəbin sol divarında binanın yuxarı hissəsində binanın sol tərəfini əks etdirə biləcək müşahidə kamerası aşkar olundu və baxışda iştirak edən həmin məktəbin direktoru Nazim Salmanov həmin müşahidə kamerasının qeydə aldığı görüntülərə baxılması qaydasını bilmədiyi bildirərək həmin görüntülərin qeydə alındığı bir ədəd yaddaş qurşusunu təqdim etdi. Aşkar edilmiş qanabənzər ləkələr pambıqlara hopturularaq götürüldü. Baxış zamanı bundan başqa əhəmiyyət kəsb edən hal müəyyən olunmadı (cild 01, iş vər. 7-14). Cinayət işinin materialarında olan xx.xx.2022-ci il tarixli “Maddi sübutun götürülməsi barədə” aktdan görünür ki, həmin tarixdə X6 qətlə yetirilməsində istifadə olunan bıçaq maddi sübut kimi götürülmüş və müvafiq foto şəkillər çəkilərək akta əlavə olunmuşdur (cild 01, iş vər. 34-35). Cinayət işinin materialarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 06 nömrəli ekspert rəyindən görünür ki, mərhum X6 meyitində aşkar olunmuş xəsarətlər: ürəyin sol mədəciyinin, hər iki ağciyərin və qaraciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthində solda 01 ədəd, döş qəfəsinin arxa səthində solda 02 ədəd, döş qəfəsinin sol-yan səthində (sol qoltuqaltı nahiyədə) 02 ədəd, döş qəfəsinin arxa səthində sağda 01, qarnın ön divarında sağda 01 ədəd daxilə (boşluğa) keçən (cəmi 07 ədəd) deşilmiş-kəsilmiş yaraları; boynun 03 ədəd, sol bazu oynağının 05 ədəd, sol saidin 01 ədəd, döş qəfəsinin (sol qoltuqaltı nahiyənin) 01 ədəd, çanaq nahiyəsinin 01 ədəd, sol kürək nahiyəsinin 02 ədəd daxilə nüfuz etməyən (cəmi 13 ədəd) deşilmiş-kəsilmiş yaraları; Sağ əlin İ və V barmaqların (cəmi 02) ədəd kəsilmiş yaraları; Sol bazunun 02 ədəd və sol baldırın 01 ədəd (cəmi 03 ədəd) qançırları. Qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar (cəmi 22 ədəd) deşici-kəsici alətin (ola bilsin ekspertizaya təqdim edilmiş bıçağın) deşici-kəsici və kəsici təsirindən; sol bazunun və sol baldırın qançırları (cəmi 03 ədəd) isə küt əşya (əşyalar) təsirindən törənmişdir. Mərhum G.Q.Qəhrəmanovanın meyitində aşkar edilmiş və onun ölümünə səbəb olmuş xəsarətlərdən - ürəyin sol mədəciyinin, ağciyərin hər iki payının və qaraciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan doş qəfəsinin və qarnın deşilmişkəsilmiş yaraları (cəmi 07 ədəd) həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir. Boynun, sol bazu oynağının, sol saidın, döş qəfəsinin (sol qoltuqaltı nahiyənin), çanaq nahiyəsinin, sol kürək nahiyəsinin və sol əlin (cəmi 15 ədəd) daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş və kəsilmiş yaraları həyati olub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmanın əlamətlərinə malikdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gəlir. Sol bazunun və sol baldırın qançırları (cəmi 03 ədəd) həyati olub mərhum G.Q.Qohromanovamn meyitinin müayinəsindən 1 (bir) günədək əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin (qançırların) xarakterinə və fokalizasıyasına əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə, eləcə də, kənar şəxs (şəxslər) tərəfindən vurulma nəticəsində də törənməsi istisna edilmir. Mərhum G.Q.Qohromanovamn ölümünə səbəb ürəyin sol mədəciyinin ağciyərin hər iki payının və qaraciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Mərhum G.Q.Qəhrəmanovanın meyitinin daxili müayinəsi zamanı hamiləlik aşkar edilmədi. Mərhum G.Q.Qəhrəmanovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, spirti barbitur turşusu törəmələri, alkoloidlər (həmçimn tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 02, iş vər. 116-123). Cinayət işinin materialarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 138/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, X6 ABO sistemi üzrə qan qrupu: 0-alfa,beta/İ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/H//İİİ/. Ekspertizaya təqdim edilən mərhumə X15ma məxsus gödəkcə, papaqlı köynək, retuz, büstqalter, şalvar, sarafan, qısaqol mayka, mayka, trusik, şərf, bir cüt idman ayaqqabısı, tibbi maska üzərindəki ləkələrdə və hadisə yerindən/meyitə yaxın sahələrdən/ 03 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə Qəhrəmanova Gülarə qızma məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus gödəkcə, papaqlı idman gödəkcəsi, cins şalvar, papaq, onun təqdim etdiyi bir ədəd bıçaq üzərindəki ləkələrdə və «məktəb binasının şüşədən giriş qapısm»dan 02 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə B,H antigenləri və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ləkələrdə mərhumə X6 qanının olması yalnız həmin ləkələrlə qarışıq qanın olduğu halında mümkündür. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı üzərində qan, ona məxsus kəmər, X15ma məxsus bir cüt corab üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müvafiq müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddətini təyin etmək mümkün deyil. Təqdim olunan Təqsirləndirilən şəxs qanının tərkibində alkoqol və narkotik tərkibli maddənin təyini ekspert bioloqun səlahiyyətinə aid deyil (cild 02, iş vər. 155-161). Cinayət işinin materialarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 111/MTKŞ-2022 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş bıçaq kustar üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşıcikəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Təqdim olunmuş X1 məxsus uzunqol köynəyin ön səthinin sol yarısında, ön səthinin sağ yarısının orta hissəsində, arxa səthınin sol yarısında, arxa səthinin orta hissəsində, köynəyin kapuşonunun sol və sağ hissəsinin üzərində, sol qolunun arxa səthinin yuxarı hissəsində və sol qolunun ön səthinin aşağı hissəsində yerləşmiş çoxsaylı dəlib-keçən zədələr var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsicı alətin (alətlərin) təsirindən törənmişlər. X1 məxsus koftanın, qolsuz maykanın və maykanın hər birinin ön səthinin sol yarısında, sol yan nahiyyəsində, ön səthininorta hissəsində və arxa səthinin yuxarı hissəsində çoxsaylı dəlib-keçən zədələr, büzqalterin ön səthinin sol döş nahiyəsinin yuxarı hissəsində bir ədəd, şalvarın, retuzun və tumanın həbsinin arxa səthinin sol yarısında bir ədəd dəlibkeçən zədə var. Bu zədələr deşilmiş- kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. X1 məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsının mümkünlüyü inkar olunmur. X1 məxsus şalvarın sağ yan tikişinin üzərində bir ədəd sökülmüş zədə var. Bu zədə küt yaranma mexanizminə malikdir, paltarın həmin nahiyyəsinin gərilib dartılması nəticəsində törənmişdir. X1 məxsus paltarların üzərində olar deşilmiş-kəsilmiş zədələrlə, mərhumun meyiti üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş xəsarətlər yerləşmələrinə və xarakterlərinə görə bir-biri ilə uyğunluq təşkil edir və ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsınin mümkünlüyü inkar olunmur. X1 məxsus yun şal, gödəkcə, bır cüt corab və bir cüt idman ayaqqabısının üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sağ və sol yan tikişlərinin hər birinin üzərində bir ədəd sökülmüş zədə var. Bu zədələr küt yaranma mexanizminə malikdir, paltarın həmin nahiyyələrinin gərilib dartılması nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus papağın, şalvarın, kəmərin, koftanın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi (cild 02, iş vər. 164- 171). Cinayət işinin materialarında olan məhkəmə psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 247/86 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkərlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinəj/ə başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranması səbəblərindən biri zərərçəkmişlə intim münasibətlərinin zərərçəkmişin ailəsinə məlum olması və onda qəsəbəni tərk etməsi tələbi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir) (cild 03, iş vər. 25-27). Cinayət işinin materialarında olan xx.xx.2022-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş Basqal qəsəbə tam orta məktəbin videomüşahidə kameralarının qeydə aldığı görüntülərin olduğu bir ədəd yaddaş qurğusuna keçirilmiş baxışla əlaqədar tərtib olunan xx.xx.2022-ci il tarixli protokola əsasən 4 nömrəli kameranın (məktəbin arxa giriş qapısı tərəfi əks etdirən) qeydə aldığı görüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:12-də bir nəfər üzü görünməyən şəxs (ehtimal olunur ki, Təqsirləndirilən şəxsdur) Basqal qəsəbə tam orta məktəbin arxa giriş qapısından məktəbin ərazisinə daxil olur. 8 nömrəli kameranın (məktəb binasının əsas giriş hissəsini əks etdirən) qeydə aldığı görüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:17-də Təqsirləndirilən şəxs sağ əlində tutduğu sellofan paketlə məktəb binasının şüşədən olan əsas giriş qapısından məktəb binasını tərk edir və həmin tarixdə saat 02:18-də həmin qapıdan məktəb binasına geri qayıdır, eyni tarixdə saat 02:27-də isə eyni qapıdan məktəb binasını tərk edir. Daha sonra həmin tarixdə saat 09:05-də Təqsirləndirilən şəxs məktəb binasının şüşədən olan əsas girişi qasına çöl tərəfindən sağ əlində tutduğu boruya bənzər alətlə yaxınlaşaraq həmin qapının yanında dəhlizdə sol tərəfdə oturmuş Qəhrəmanova Gülarəni çağırır. Bu zaman məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şahid4 həmin qapıdan çölə çıxaraq qapının qarşısında Təqsirləndirilən şəxs ilə əl uzadaraq salamlaşır və bu ərəfədə Gülarə Qəhrəmanova çölə çıxaraq Təqsirləndirilən şəxs arxası ilə məktəb binasının sol tərəfi istiqamətində gedir, Şahid4 isə qapıdan içəri dəhlizə daxil olur. Bu zaman dəhlizdə əlavə olaraq 3 nəfər qadın bir nəfər isə kişinin (Şahid4 ifadəsində göstərdiyi xüsusatlara əsasən həmin şəxslər Şahid6, Səkinə Bağırova, Şahid5 və Sədaqət Nəbiyevdir) olması görünür. Daha sonra həmin tarixdə saat 09:11-də Təqsirləndirilən şəxs məktəb binasının sol tərəfi istiqamətindən sağ əlində dəstəyinin qurtaracağı baş barmağı istiqamətində tutduğu bıçaqla gəlib qapını açaraq giriş hissədə dayanıb aqressiv hərəkətlərlə nəsə deyir və yenidən məktəbin sol tərəfi istiqamətində gedir. 10 nömrəli kameranın (məktəb binasının birinci mərtəbəsindəki gözətçilər üçün ayrılmış sinif otağının qarşısını və dəhlizi əks etdirən) qeydə aldığı görüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:59-da Təqsirləndirilən şəxs gözətçilər üçün ayrılmış sinif otağından çıxaraq dəhlizdə sol istiqamətdə gedir və saat 21:00-da iki nəfər şəxslə (ehtimal olunur ki, X13 və Şahid2dur) qayıdaraq hər üçü həmin otağa daxil olurlar. Daha sonra saat 21:02-də isə Təqsirləndirilən şəxs sağ əlində tutduğu sellofan paketlə həmin iki nəfər şəxslə otaqdan çıxıb dəhlizin sol tərəfi istiqamətində gedirlər. xx.xx.2022-ci il tarixdə saat 02:19-da Təqsirləndirilən şəxs gözətçilər üçün ayrılmış otağa daxil olur və 02:26-da sol əlində tutduğu bıçağa bənzər əşya ilə həmin otaqdan çıxaraq dəhlizin yuxarı istiqamətində gedir. 12 nömrəli kameranın (məktəbin həyətində əsas giriş darvazası hissəsini əks etdirən) qeydə aldığı görüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:59-da iki nəfər şəxs (ehtimal olunur ki, X13 və Şahid2dur) Basqal qəsəbə tam orta məktəbin əsəs giriş darvazasından məktəbin ərazisinə daxil olurlar və həmin tarixdə saat 23:23-də həmin iki şəxs Təqsirləndirilən şəxs ilə birlikdə məktəbin əsas darvazasından məktəbin ərazisini tərk edirlər. Həmçinin həmin iki nəfər şəxsin məktəb ərazisinə gələn zaman əyinlərində olmuş gödəkçələrinin əyinlərində olmaması görünür. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 01:36-da həmin iki nəfər şəxs məktəbin ərazisinə yenidən əsas darvazadan daxil olur və saat 01:45-də gələn zaman üzərlərində olmayan gödəkçələri ilə birlikdə məktəbin ərazisini əsas giriş darvazasından çıxaraq tərk edirlər. 13 nömrəli kameranın (məktəb binasının sol tərəf hissəsini əks etdirən) qeydə aldığı görüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:18-də Təqsirləndirilən şəxs sol əlində tutduğu sellofan paketlə məktəb binasının sol tərəfi istiqamətində gedir, 15 saniyə sonra yenidən məktəb binasının əsas giriş qapısı olan tərəfə keçir və həmin tarixdə 02:27-də məktəb binasının sol tərəfi istiqamətində gedir. Daha sonra eyni tarixdə saat 09:05-də Təqsirləndirilən şəxs məktəb binasının sol tərəfindən məktəb binasının əsas giriş hissəsi istiqamətində sol əlində tutduğu ağ rəngli boruya bənzər əşya ilə gəlib keçir, 09:06-da məktəb binasının əsas giriş qapısını olan tərəfdən məktəbin sol tərəfinə sol əlində tutduğu boruya bənzər əşya ilə gəlir və bu zaman sağ əli ilə sol əlinin koftasının qolluq hissədindən bıçağı çıxardaraq sağ əlinə keçirməklə sağ əlinin içəri hissəndə gizlədir və onun arxası ilə gəlmiş Gülarə Qəhramanova ilə üzbəüz təxminən 2 metr məsafədə dayanaraq nəsə danışır, saat 09:08-də Gülarə Qəhrəmanovaya yaxınlaşaraq sol əli ilə Gülarə Qəhrəmanovanın sağ qolundan tutan zaman, Gülarə Qəhraməvanova geri çəkilmək istəyir, lakin Təqsirləndirilən şəxs sağ əli ilə Gülarə Qəhramanovanın tutduğu sol qolundan özünə tərəf çəkir və onu sol əli ilə əvvəl qucaqlamaqla daha sonra boynuna keçirdiyi həmin əli ilə boynundan tərpənməməsi üçün sıxmaqla koftasının sağ qolluq hissəsindən çıxardaraq sağ əlinə aldığı bıçaqla Gülarə Qəhrəmanovanın qarın nahiyəsinə zərbə endirir, həmin zərbənin təsirindən sonuncu taqətini itirərək yerə düşərkən Təqsirləndirilən şəxs eyni qaydada onun sinə nahiyəsindən ikinci zərbəni vurur, bu zaman Gülarə Qəhrəmanova əlləri ilə müqavimət göstərməyə çalışsa da bunun bacarmır və ikinci zərbənin təsirindən sağ tərəfi üstə yerə uzanıraq əlləri ilə baş və üz nahiyəsini tutur, Təqsirləndirilən şəxs isə dayanmadan əsasən bədəninin sol kürək nahiyəsinə olmaqla onun bədəninin müxtəlif nahiyələrinə əlavə olaraq 18 dəfə bıçaq zərbəsi endirir. 15-ci bıçaq zərbəsindən sonra Gülarə Qəhrəmanova sol əlini Təqsirləndirilən şəxs onu vurmaması üçün sonuncuya tərəf uzadır, lakin Təqsirləndirilən şəxs sol əli ilə onun sağ əlini tutaraq sola çəkməklə digər 5 dəfə bıçaq zərbələrini vurur. Saat 09:09:19-da Gülarə Əhmədova 20-ci bıçaq zərbəsindən sonra tam hərəkətsiz qaldıqda 09:10:47-dək Təqsirləndirilən şəxs gözləyir və daha sonra məktəb binasının əsas giriş qapısı hissəsi istiqamətində gedir və saat 09:11:09-da məktəb binasının əsas giriş qapısı istiqamətindən qaçaraq məktəb binasını sol istiqamətində torpaq sahəsi tərəfə gedir (cild 02, iş vər. 2-5). Cinayət işinin materialarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin hissədə cinayət işinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 170-211). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Həmin qərarın 13-cü bəndində isə göstərimişdir ki,CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 silah hesab edilən bıçaqla məhz xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni həyatdan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.2.4 və 228.4-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan, sənədlərin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, Vətən müharibəsi qazisidir və Şuşanın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Qubadlının azad olunmasına görə və Cəsur döyüşçü müdalları ilə təltif olunmuşdur (cild 01, iş vər. 177-179, cild 02, iş vər. 223). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 98). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli 169-5272-1222 saylı məktubdan görünür ki, həmin tarixdə saat 13:05-də Azərbaycan Respublikası DİN-in “102 Xidməti”ndən İsmayıllı rayonu Basqal qəsəbə sakini Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən zəng vuraraq həmkəndlisi X8 qəsdən öldürdüyü və hal-hazırda İsmayıllı rayonu Qıçatan kəndi ərazisində olmasını bildirməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında İsmayıllı rayonu Basqal qəsəbə sakini Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:25-də İsmayıllı rayonu Qıçatan kəndi ərazisində saxlanılmış, həmçinin onun qətl törətməkdə istifadə etdiyi predmet (bıçaq) polis əməkdaşlarının və sonuncunun iştirakı ilə atdığı yerdən götürülərək bu barədə akt tərtib edilmişdir (cild 01, iş vər. 33). İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs könüllü şəkildə heç bir təsir altında olmadan polis əməkdaşlarına zəng edərək hadisə barədə məlumat vermiş və özünü onlara təslim etmişdir. Bu halda Təqsirləndirilən şəxs polis orqanların gələrək özünü təslim etməsi könüllü gəlmə kimi qəbul edilməli və bu hal cəzanı yüngülləşdirən hal kimi hökmdə öz əksini tapmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını və cinayət alət olan bıçağı onlara təqdim etməklə cinayətin açılmasına fəal köməklik etməsini, Vətən müharibəsi qazisi (iştirakçısı) olmaqla “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” müdalları ilə təltif olunmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını və həmin cəzaların qismən toplanılmaqla şəxsə qəti azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd edilən CM-in 59.1.10-cü maddəsində göstərilən yüngülləşdirici hallar olsa da, habelə onun əməlində cəzanı ağırlaşdıran hallar olmasa da, ona CM-in 60-cı maddəsinin tətbiq üçün əsas mövcud deyildir. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi CM-in 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, CM-in 60.2-ci maddəsinin tələblərinə əsasən ona CM-in 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməyəcəkdir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 45-46) Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(037)-11/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 152-155) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla İsmayıllı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman götürülmüş qanabənzər ləkələrə hopturulmuş 4 ədəd pambıq, X1 məxsus uzunqol köynək, qısaqol idman köynəyi, qara rəngli mayka, açıq qəhvəyi rəngli mayka, bənövşəyi rəngli lifçik, qara rəngli şalvar, qara rəngli finka, bənövşəyi rəngli tursik, göy rəngli bir cüt corab, alt hissəsi ağ rəngdə olan qara rəngli tufli, bir ədəd qara rəngli tibbi maska və hər iki əlinin dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd papaqlı kofta, bir cüt ayaqqabı və bir ədəd papaq, cinayətin predmeti olan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs, 01 ədəd “Samsung” markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılmalıdır. İş üzrə mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman götürülmüş qanabənzər ləkələrə hopturulmuş 4 ədəd pambıq, X1 məxsus uzunqol köynək, qısaqol idman köynəyi, qara rəngli mayka, açıq qəhvəyi rəngli mayka, bənövşəyi rəngli lifçik, qara rəngli şalvar, qara rəngli finka, bənövşəyi rəngli tursik, göy rəngli bir cüt corab, alt hissəsi ağ rəngdə olan qara rəngli tufli, bir ədəd qara rəngli tibbi maska və hər iki əlinin dırnaq nümunələri, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd papaqlı kofta, bir cüt ayaqqabı və bir ədəd papaq, cinayətin predmeti olan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs, 01 ədəd “Samsung” markalı mobil telefon isə zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-199/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-199/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver