Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-2/2022 14.03.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X14, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X16, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, X12, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxsin hüquqi varisləri: X4 və X6 iştirakları ilə xx.xx.1970-ci ildə Göyçay rayonu Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Göyçay rayonu Cəyirli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 02.05.2020-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi, faktiki olaraq Zərərçəkmiş şəxs5 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “DAEWOO GENTRA” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobillə Göyçay-Bərgüşad yolunun Göyçay rayon Cəyirli kəndi ərazisindən keçən hissəsində üzü Ucar rayon istiqamətində hərəkətdə olarkən, «X23» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib avtomobili yaşayış məntəqəsi daxilində 80 km/saat sürətlə idarə edərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunun bu tələblərinə riayət etməməsi səbəbindən “Cəyirli” mağazasının yaxınlığında qarşı əks hərəkət zolağı ilə üzü Göyçay şəhəri istiqamətinə doğru hərəkətdə olan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan X2 vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşduqda VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobil sola istiqamətlənərək yolun sol kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs4 məxsus VAZ-21104 markalı X733BH123 qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəymiş, nəticədə ehtiyatsızlıqdan X7 idarə etdiyi avtomobili yararsız hala salıb Zərərçəkmiş şəxs1 2000 manat ziyan, VAZ-21104 markalı X733BH123 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 1050 manat, “DAEWOO GENTRA” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs5 8874 manat ziyan vurmaqla VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 baş və boyun nahiyəsinin əziyi, gərilməsi ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs3 sağ dirsək oynağı ətrafı nahiyənin çapıqları fonunda sağ dirsək oynağında hərəkətin bir qədər ağrı ilə müşahidə edilməsi və sol baldırın orta 1/3-nin iç səthində hematoma və damar partlaması ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, sürücü X7 qapalı kəllə beyin travması, baş beynin yumşaq toxumalarına, mədəciklərə qansızmalar, döş qəfəsinin sağ tərəfində İİİ-İV qabırğaların yerdəyişmiş qapalı sınıqları, sağ alın-təpə nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış və burun tağı nahiyəsinin yaraları, döş qəfəsinin ön, sağ dirsək oynağı, sağ saidin arxa səthlərinin və sağ diz oynağı nahiyəsinin dəri altı qansızmaları, sağ çiyin üstü və sağ bazunun yuxarı 1/3-nin arxa səthinin, sol mil-bilək və sol əl barmaqları proyeksiyalarının, gövdənin arxa səthində belin sağ iç hissəsinin və sol diz oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən ölümünə səbəb və sonuncunun idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş X3 qapalı kəllə-beyin travması, ağır dərəcəli beyin əzilməsi, beyin ödemi, serebral koma, beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, sağ çənə və hər iki baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ alın-qaş-gicgah nahiyəsində və sağ qulaq seyvanında yumşaq toxumaların əzilmiş-cırılmış yaraları, sağ gözün yuxarı qapaq nahiyəsinin hematoması ilə nəticələnən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02.05.2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Daewoo Gentra” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində yaşayan tanışı Səxavət Musayevin arvadı Şahid2, Göyçay rayonu Bığır kənd sakini Şahid1 və sərnişin kimi avtomaşının qabaq oturacağında əyləşmiş Sənan Həmidli adlı şəxsi ilə birlikdə Göyçay-Ucar avtomobil yolu ilə Ucar rayonu istiqamətinə Göyçay rayonu Cəyirli kəndi ərazisində təxminən 70-80 km/saat sürətlə hərəkətdə olarkən “Yuxarı Şirvan” kanalını keçib “Cəyirli” marketin qarşısına çatdıqda qarşıdan üzü Göyçay şəhəri istiqamətinə doğru hərəkət edən yük avtomaşının arxasından Vaz 21011 markalı avtomobil təxminən 10 metr məsafədən ani bir vaxtda sükanı sola burub, “Cəyirli” market istiqamətinə dönmüş, bu zaman heç bir tədbir görə bilməyərək ancaq avtomobili sağa doğru çəkmiş, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq tərəfi Vaz 21011 markalı avtomobilin sağ yan tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində onun idarə etdiyi avtomobil sağa, Vaz 21011 markalı avtomobil isə sol ehtiyat yola istiqamətlənərək dayanmış, eyni zamanda Vaz 21011 markalı avtomobil yolun kənarında dayanaraq gümüşü rəngli Vaz 21010 markalı avtomobilə dəymişdir. Bundan sonra hadisə yerinə toplaşan tanımadığı şəxslər təcili yardım çağırmış, hadisə yerinə gələn təcili tibbi yardım həkimlərin Vaz 21011 markalı avtomobilin sürücüsünü və sərnişini xəstəxanaya aparmışlar. Vaz 21011 markalı avtomobilin sürücüsü X7 hadisə nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş, həmçinin həmin avtomobildə sərnişin qismində olan X3 da xəstəxanada ölmüşdür. VAZ 21011 markalı avtomaşın anidən qarşısına çıxdığına görə hadisənin qarşısını almağa texniki imkanı olmamışdı. Zərər çəkmiş və zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş X3 hüquqi varisi qismində tanınaraq dindirilmiş arvadı X4 ifadəsində göstərmişdir ki, 02 may 2020-ci il tarixdə saat 19 radələrində əri Aqşin Allahverdiyev həmkəndlisi Ələkbər Babayevin idarə etdiyi avtomobildə Cəyirli kəndi ərazisində yol nəqliyyat hadisəsi keçirdiyini və rayon mərkəzi xəstəxanasına aparıldığını eşitdikdən sonra sonra dərhal xəstəxanaya getmiş, orada ona saat 18 radələrində əri Aqşin Allahverdiyevin dostları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birlikdə iftar etmək məqsədilə ərzaq almaq üçün Ələkbər Babayevin idarə etdiyi VAZ-21011 markalı avtomobillə Cəyirli kəndində yerləşən “Cəyirli” mağazasına gedərkən sürücünün mağazanın qarşısına dönmək üçün ani bir vaxtda qarşı hərəkət zolağına çıxdığını, həmin vaxt qarşı əks hərəkət zolağı ilə üzü Ucar rayonu istiqamətinə doğru hərəkətdə olan ağ rəngli “Daewoo” markalı avtomobillə toqquşduğunu bilmişdir. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili əri Aqşin Allahverdiyevi xəstəxanaya aparsa da əri hadisə nəticəsində almış olduğu xəsarətlərdən 03.05.2020-ci il tarixdə gecə saatlarında xəstəxanada vəfat etmişdlr. Hazırda təqsirləndirilən şəxslə barışmış, hadisə ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs və ölmüş zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 02 may 2020-ci il tarixdə saat 19 radələrində əri X13 özünə məxsus VAZ-21011 markalı, ** EJ *** dövlət nömrə nişanlı avtomobillə Cəyirli kəndi ərazisində yol nəqliyyat hadisəsi törətməsini və hadisə yerində ölməsi barədə eşitmiş, daha sonra 02 may 2020-ci il tarixdə saat 18 radələrində əri Ələkbər Babayevin yaşadığı Kürdəmiş kəndindən 3 nəfər həmkəndlilərini Cəyirli kəndinə apararkən Göyçay-Bərgüşad yolu ilə hərəkət edən zaman Cəyirli kəndi ərazisində qarşıdan gələn avtomobillə toqquşması nəticəsində əri Ələkbər Babayevin hadisə nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsini, həmçinin əri Ələkbər Babayevin idarə etdiyi avtomobildə sərnişin olan həmkəndlisi X3 da hadisə nəticəsində aldığı xəsarətlərdən Göyçay rayon Mərkəzi xəstəxanasında vəfat etməsi ona məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, hadisə ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 02 may 2020-ci il tarixdə müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq oruc tutduqlarına görə dostları Elton Qasımov və Aqşin Allahverdiyevlə birlikdə iftar üçün ərzaqları almaq məqsədilə saat 18 radələrində həmkəndlisi, taksi fəaliyyəti ilə məşğul olan Ələkbər Babayevə yaxınlaşıb onları Göyçay-Ucar avtomobil yolunun Cəyirli kəndindən keçən hissəsində yolun kənarında yerləşən “Cəyirli” marketə aparmasını xahiş etmiş, sonuncu özünə məxsus Vaz 21011 markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobillə Eltonla o, avtomobilinin arxa oturacağına, Aqşinin isə avtomobildə qabaq oturacağında əyləşməklə Göyçay şəhəri istiqamətinə doğru hərəkət etdirməyə başlamışlar. Göyçay-Bərgüşad yolu ilə üzü Göyçay istiqamətində hərəkətdə olarkən sürücü Ələkbər Babayev avtomobilin sürətini təxminən 90-100 km/saat sürətə qədər artırmış, Şirvan restoranının qarşısına çatdıqda isə yanacağa qənaət etmək məqsədilə sürət qutusunu neytral vəziyyətə gətirib avtomobilin mühərrikini söndürərək həmin vəziyyətdə avtomobili idarə etməyə başlamışdır. Getdikcə avtomobilin sürətini azaltmağa başlamış, Cəyirli kəndi ərazisində Yuxarı Şirvan kanalının sahilində olan “Cəyirli” marketə yaxınlaşdıqda qarşılarında yük avtomobili olmuşdur. Ələkbər Babayev yük avtomaşının arxasından idarə etdiyi avtomobili işə salmadan və sürət qutusunu dəyişmədən sola, yəni “Cəyirli” marketə dönmək üçün ani bir vaxtda qarşı hərəkət yoluna çıxmış, həmin vaxt əks istiqamətdə ağ rəngli “Daewoo” markalı avtomobil hərəkətdə olsa da Ələkbər Babayev idarə etdiyi avtomobillə həmin “Daewoo” markalı avtomobilin keçməsini gözləmədən gəldiyi sürətlə mağazanın qarşısına tərəf dönmüşdür. Bu zaman qarşıdan gələn “Daewoo” markalı avtomobilin qabaq tərəfi Ələkbərin idarə etdiyi Vaz 21011 markalı avtomobilin sağ yan tərəfindən dəymiş, nəticədə Ələkbərin avtomobili sağa istiqamətlənərək yolun sağ kənarında hərəkətsiz vəziyyətdə dayanmış VAZ 21010 markalı avtomobilə dəyib dayanmışdır. “Daewoo” markalı avtomobil isə sol ehtiyat yola istiqamətlənərək dayanmış, bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək Vaz 21011 markalı avtomobilin sürücüsü Ələkbər Babayevi və Aqşin Allahverdiyevi xəstəxanaya aparmışdır. Ələkbər Babayev və Aqşin Allahverdiyev almış olduğu xəsarətlərdən sonradan xəstəxanada öldüklərini bilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, hadisə ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 eyni məzmunlu ifadə verərək X8 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, özünə məxsus VAZ-21104 markalı X733BH123 qeydiyyat nişanlı avtomobili olmaqla 02.05.2020-ci il tarixdə saat 18 radələrində idarə etdiyi avtomobillə Göyçay rayon Cəyirli kəndində üzü Bakı şəhər istiqamətinə gedəndə yolun sol ehtiyyat hissəsində avtomobili saxlayaraq avtomobilindən təxminən 5-10 metr aralıda tək dayanmış, həmin vaxt ani bir vaxtda toqquşma səsi eşitdikdən sonra Bakı şəhəri istiqamətindən gələn VAZ-21011 markalı avtomobillə üzü Göyçay istiqamətindən Bakı istiqamətinə hərəkətdə olan ağ rəngli Daevo markalı avtomobilin toqquşduqlarını və zərbədən VAZ-21011 markalı avtomobilin qabaq sol hissəsi ilə onun avtomobilinin arxa sol hissəsindən dəyib dayandığını görmüşdür. VAZ-21011 markalı avtomobili idarə edən Göyçay rayon sakini kimi üzdən tanıdığı Ələkbər, Daveo markalı avtomobili idarə edən şəxsin isə Ruslan adlı şəxs olduqlarını, eyni zamanda sürücü Ələkbərin hadisə nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində öldüyünü, həmin avtomobildə olan bir nəfər sərnişinin isə ağır xəsarət aldığını və huşunun aydın olmadığını görmüş, digər şəxslərin isə hər hansı bir xəsarət alıb-almamaları barədə hər hansı bir məlumatı olmamışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə edərək fotoşəkillər çəkmiş, hadisədən əvvəl yola fikir vermədiyi üçün hadisənin konkret olaraq necə hansı şəraitdə baş verməsini görməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, hadisə ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, özünə məxsus Daewoo Gentra markalı **-NO-*** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün tanışı Təqsirləndirilən şəxs etibarnamə ilə vermiş, 02.05.2020-ci il tarixdə Ruslanın onun avtomobili ilə Göyçay rayon Cəyirli kəndi ərazisində yol-nəqliyyat qəza hadisəsi törətməsilə bağlı hadisədən təxminən iki-üç gün sonra Ruslandan xəbər tutmuşdur. Sonradan Ruslanın 02.05.2020-ci il tarixdə saat 18 radələrində ona məxsus avtomobillə Göyçay rayon Cəyirli kəndi ərazisində hərəkətdə olarkən VAZ-21-011 markalı avtomobillə toqquşması nəticəsində VAZ-21011 markalı avtomobilin sürücüsü, həmçinin həmin avtomobildə olan bir nəfər sərnişinin almış olduqları xəsarətlərdən öldüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X21 X24 inspektoru işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 02 may 2020-ci il tarixdə saat 18 radələrində Mercedes markalı ** YP *** dövlət nömrə nişanlı xidməti avtomobillə YPX inspektoru Müslüm Talıbzadə ilə birlikdə Göyçay şəhərində xidmətdə olarkən Göyçay rayonu, Cəyirli kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verməsi barədə şöbənin Növbətçi Hissəsindən daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getmiş, hadisə yerinə yaxınlaşdıqda Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi ** NO *** dövlət nömrə nişanlı, “Daewoo” markalı avtomobillə Ələkbər Babayevin idarə etdiyi ** EJ *** dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobillərin toqquşduğunu və Ələkbər Babayevin aldığı xəsarətlərdən hadisə yerində öldüyünü görmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi ** NO *** dövlət nömrə nişanlı, “Daewoo” markalı avtomobil yolun sol ehtiyat hissəsinin sol kənarında, Ələkbər Babayevin idarə etdiyi ** EJ *** dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil isə yolun sağ ehtiyat hissəsinin sağ kənarında VAZ 21010 markalı avtomobilə dəyib dayanıqlı vəziyyətdə olmuş, “Daewoo” markalı avtomobilin əsasən qabaq alın şüşəsi və qabaq tərəfinin, “VAZ 21011” markalı avtomobilin isə sağ və ön tərəfi zədələnmişdir. Bir qədər sonra müstəntiq hadisə yerinə gələrək hadisə yerini müayinə etməyə başlamış, həmin vaxt hadisə yerində tormoz izi aşkar olunmamış, baxış zamanı “VAZ 21011” markalı avtomobilin Göyçay – Ucar yolu ilə üzü Göyçay şəhəri istiqamətində hərəkətdə olan zaman sol tərəfə mağazaya dönmək istəyərkən qarşıdan gələn “Daewoo” markalı avtomobillə toqquşması nəticəsində Ələkbər Babayevin aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi məlum olmuşdur. Hadisə zamanı hər iki avtomobillərdə sürücüdən başqa üç nəfər şəxslər olmuş, eyni zamanda sonradan VAZ-21011 markalı avtomobildə olan sərnişinlərdən Aqşin adlı şəxsin də hadisə nəticəsində almış olduğu xəsarətlərdən xəstəxananın reanimasiya şöbəsində öldüyünü bilmişdir. Hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək sxem tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-tibb ekspertizasının 20.05.2020-ci il tarixli 08 saylı rəyindən görünür ki, X7 bədəni üzərində aşağıdakı xəsarətlər vardır – qapalı kəllə beyin travması, baş beynin yumşaq toxumalarına, mədəciklərinə qansızmalar, döş qəfəsinin sağ tərəfində İİİ-İV qabırğaların yerdəyişmiş qapalı sınıqları, sağ alın-təpə nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış və burun tağı nahiyəsinin yaraları, döş qəfəsinin ön, sağ dirsək oynağı, sağ saidin arxa səthlərinin və sağ diz oynağı nahiyəsinin dəri altı qansızmaları, sağ çiyin üstü və sağ bazunun yuxarı 1/3-nin arxa tərəfinin, sol mil-bilək və sol əl barmaqları proyeksiyalarının, gövdənin arxa səthində belin sağ iç hissəsinin və sol diz oynağı nahiyəsinin sıyrıqları, mərhum Ə.T.Babayevin bədəni üzərində olan xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş avtomobil qəzası zamanı əmələ gəlməsi inkar olunmur və törənmə müddəti 02.05.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Mərhum Ə.T.Babayevin ölümünə səbəb – baş beynin yumşaq qişaları altına, toxumalarına və mədəciklərə qansızmalar fonunda qapalı kəllə beyin travması olmuşdur. Mərhum Ə.T.Babayevin meyitinin qanından götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 20.05.2020-ci il tarixli 09 saylı rəydə göstərilmişdir ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır – qapalı kəllə beyin travması, ağır dərəcəli beyin əzilməsi, beyin ödemi, serebral koma, beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, sağ çənə və hər iki baldır sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sağ alın-qaş-gicgah nahiyəsində və sağ qulaq seyvanında yumşaq toxumaların əzilmiş-cırılmış yaraları, sağ gözün yuxarı qapaq nahiyəsinin hematoması, bədənin küt travması. Mərhum A.F.Allahverdiyevin bədəni üzərində olan xəsarətlər həyatidirlər, ölümündən əvvəl baş vermişlər, qərarın təsviri hissəsində göstərilən müddət və şəraitdə, yəni 02.05.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi halı inkar edilmir və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Mərhum A.F.Allahverdiyevin ölümünə səbəb – ağır qapalı kəllə-beyin travması fonunda baş beyin toxumasına, onun mədəciklərinə, qişaları altına qansızmalar ilə müşayət olunan ağır dərəcəli beyin əzilməsi, beyin ödemi və serebral beyin koması olmuşdur. Mərhum A.F.Allahverdiyevin meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Mərhum A.F.Allahverdiyevin ölümü Göyçay RMX-nın reanimasiya şöbəsində 03.05.2020-ci il tarixdə saat 00:40 radələrində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının 05.06.2020-ci il tarixli 214 saylı rəyində göstərilmişdir ki, X27 X1 adına tərtib etdiyi ambulator müşahidə kartında qeyd edilən “baş və boyun nahiyəsinin əziyi, gərilməsi” dioqnozu küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 02.05.2020-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 12.06.2020-ci il tarixli 213 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ dirsək oynağı ətrafı nahiyəsinin çapıqları fonunda sağ dirsək oynağında hərəkətin bir qədər ağrı ilə müşahidə edilməsi və sol baldırın orta 1/3-nin iç səthində hematoma və damar partlaması küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 02.05.2020-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Hadisə yerinə baxış keçirilməsinə dair 20.05.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Göyçay-Ucar avtomobil yolunun Cəyirli kəndindən keçən hissəsində “Cəyirli market” mağazasının yaxınlığıdır. Həmin yol iki tərəfli olmaqla asfalt örtüklü və hamardır. Yolun hərəkət hissəsinin eni 6 metrdir. Üzü Ucar rayonu istiqamətinə doğru baxdıqda yolun sağ kənarında 5 metrlik ehtiyat yol vardır. Toqquşma ehtiyat yolun üzərində baş vermişdir. Üzü Ucar rayonu istiqamətinə baxdıqda yolun sağ kənarında toqquşma yerinə qədər məsafə 1 metrdir. Hadisə baş verən vaxt hava aydın, yol quru olmuşdur. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsinə daxildir və həmin yolda maksimal sürət 60 km/saatdır. “Daewoo” markalı avtomobil toqquşmadan sonra toqquşma yerindən 10 metr məsafədə yolun sağ ehtiyat hissəsində çəpəki istiqamətdə, Vaz 21011 markalı avtomobil isə toqquşma yerindən 24 metr məsafədə yolun sol ehtiyat hissəsində Vaz 21010 markalı avtomobilə dəyib dayanmışdır. Baxış zamanı “Daewoo” markalı, **-NO-*** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinin, Vaz 21011 markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobilin isə sağ yan tərəfinin əzildiyi müəyyən edilmişdir. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol-nəqiyyat hadisəsi ekspertizasının 28.07.2020-ci il tarixli 8/946 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Babayev avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “DAEWOO GENTRA” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində X23” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 24 may 2021-ci il tarixli 8/974 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə məhkəmə tərəfindən müəyyən edilən, VAZ-21011 markalı avtomobilin sola dönməyə başladığı andan toqquşma yerinə kimi 40 km/saat sürətlə 7,2metr məsafə qət etməsi və sürücü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, VAZ-21011 markalı avtomobil onun yoluna çıxan anda avtomobillər arasında 10 metr məsafənin olması məlumatları real hadisə mexanizminə uyğun deyildir. Məhkəmədə ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X17 ifadəsində göstərmişdir ki, məhkəmə hadisə yerinə baxışı zamanı VAZ markalı avtomobil sola dönməyə başlayarkən onun hərəkət sürətinin 40 km/saat olması və dönməyə başladığı yerdən toqquşma yerinə qədər məsafə ölçülərkən məsafənin 7.2 m olduğu müəyyən edilmiş və hadisə mexanizmi VAZ-21011 sola dönmək əməliyyatı aparılarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan Daewoo-nun hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarında toqquşmasından ibarət olmuşdur. Ekspert tədqiqatı zamanı müəyyən edilmişdir ki 40 km sürətlə gedən avtomobil 7,2 km məsafəni 0,65 saniyə vaxt ərzində qət etmiş, 0,65 saniyə vaxt ərzində sürücünün hər hansı bir tədbir görməsi inandırıcı olmamışdır, çünki minimal reaksiya vaxtı hadisənin dərk etmə vaxtı 0,6 saniyə təşkil etmişdir. Sürücü təhlükəni dərk etməli və sükan mexanizminə təsir etməlidir. Sükan mexanizmi işə düşəndən sonra avtomobil yolun ehtiyat hissəsinə çıxmalıdır ki, 0,65 saniyə ərzində bu hərəkətləri etmək mümkün görünməmişdir. Ona görə də müəyyən edilimiş VAZ markalı avtomobilin 40 km/s sürətlə dönməsi və toqquşmaya qədər 7.2 m məsafə qət etməsi real olmamışdır. Qeyri-reallıq həm də hərəkət sürətinin 40km dən kiçik olması, yaxud da dönməyə başladığı andan 7,2 m dən daha böyük məsafə qət etməsi olmuşdur. Sürücünün qət etmə müddəti 0,52 saniyə olduğundan həmin vəziyyətdə bu hərəkətləri etmək mümkün olmamışdır. Həmin anda təhlükə yarananda onlar arasında 10 m-dən artıq məsafə olmuşdur. Tədqiqat zamanı sürücünün təhlükəyə reaksiya vermək vaxtı 1 saniyə kimi götürülmüşdür. İş materiallarında olan əlavə məhkəmə yol nəqliyyatı ekspertizasının 12 yanvar 2022-ci il tarixli 8/3210 saylı rəyində göstərilmişdir ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “DAEWOO Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən; - hərəkət üçün təhlükə yaranan anda “DAEWOO Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 42,2 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. – hərəkət üçün təhlükə yaranan anda “DAEWOO Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 42,2 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş, onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü Təqsirləndirilən şəxs hərəkətlərində Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21011 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü X7 hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Ə.Babayev avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-dən alınmış arayışlardan görünür ki, VAZ-21011 markalı **-EJ- *** qeydiyyat nişanlı avtomobilə ümumilikdə dəymiş ziyan 2000 manat, “DAEWOO GENTRA” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilə ümumilikdə dəymiş ziyan 8874 manat, VAZ-21104 markalı X733BH123 qeydiyyat nişanlı avtomobilə isə ümumilikdə dəymiş ziyan 1050 olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Mərkəzi rayon Xəstəxanasından alınmış 18.08.2020-ci il tarixli 4072 saylı məktubdan görünür ki, Göyçay rayonu Cəyirli kənd sakini, xx.xx.1970-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Cəyirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Cəyirli kəndində ailəsi ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Nərimanov rayon məhkəməsinin 06.09.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147-ci maddəsilə əmlakı müsadirə olunmaqla 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16.07.1998-ci ildə Milli Məclisin 12.05.1998-ci il tarixli amnistiya qərarının 1-ci maddəsinin 1-ci bəndinə əsasən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsinə dair 19 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə toplanmış sübutların cəminə obyektiv qiymət verərək belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir və aşağıdakı səbəblərə görə verilmiş ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham verilmişdir ki, o, «X23» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib avtomobili yaşayış məntəqəsi daxilində 80 km/saat sürətlə idarə edərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib avtomobili yaşayış məntəqəsi daxilində 80 km/saat sürətlə idarə edərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunun bu tələblərinə riayət etməməsi səbəbindən “Cəyirli” mağazasının yaxınlığında qarşı əks hərəkət zolağı ilə üzü Göyçay şəhəri istiqamətinə doğru hərəkətdə olan X7 idarə etdiyi VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iki nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur. İbtidai araşdırma orqanının gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs onun üçün təhlükə yaranan anda, yəni VAZ 21011 markalı avtomaşının onun hərəkətdə olduğu yola çıxdığı andan toqquşma nöqtəsinə kimi 42,2 metrdən artıq, yəni 60 metr məsafədə olduğuna görə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lakin məhkəmə ibtidai araşdırma orqanının gəldiyi nəticələrin aşağıdakı səbəblərə görə işin faktiki hallarına uyğun olmadığını hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, toqquşmadan əvvəl Göyçay şəhəri istiqamətində hərəkətdə olan VAZ 21011 markalı avtomaşının qarşısında hərəkətdə olan yük avtomobili olmuş və Ələkbər Babayev həmin yük avtomobilinin arxasından qəfildən əks yola çıxarkən Bakı şəhəri istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi Daewoo Gentra markalı avtomaşınla toqquşmuşdur. İbtidai araşdırma zamanı nə Vaz 21011 markalı avtomaşında olan zərərçəkmiş şəxslərdən, nə də ki, Daewoo Gentra markalı avtomaşında olan şəxslərdən həmin vaxt orada digər avtomaşının olması məsələsinə aydınlıq gətirilməmiş, məhkəmə araşdırması zamanı hər iki avtomaşında olan şəxslər VAZ 21011 markalı avtomaşının qarşısında yük avtomobilinin hərəkətdə olduğunu bildirmişlər. Bundan başqa hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, toqquşma nöqtəsi Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının hərəkətdə olduğu yolun hərəkət hissəsindən bir metr sağ tərəfdə baş vermiş və hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində Vaz 21011 markalı avtomaşının qəfildən onun yoluna çıxdığından tormozu basmağa imkanının olmadığını, ancaq avtomaşını qəfildən sağa çəkə bildiyini göstərmişdir. Hadisə yerində tormoz izinin olmaması Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etməklə onun təhlükə yaranan anda toqquşma nöqtəsinə kimi məsafənin 42,2 metrdən daha yaxın olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai araşdırma orqanının əsaslandığı kimi Vaz 21011 markalı avtomaşının Təqsirləndirilən şəxs hərəkətdə olduğu yola çıxdığı andan toqquşma nöqtəsinə kimi 60 metr məsafə olmuş olsa, sürücü ən azından özünü qorumaq instikti kimi toqquşma nöqtəsinə qədər tormozu basmış olardı. Həmçinin məhkəmə tərkibi hesab edir ki, istintaq orqanı tərəfindən VAZ 21011 markalı avtomaşının toqquşmadan qabaq sürəti 20 km/saat, toqquşmaya qədər qət etdiyi məsafə isə qövsvari formada 15 metr götürülmüş, bunun əsasında isə Daewoo Gentra markalı avtomaşının toqquşma nöqtəsinə qədər məsafə götürülmüşdür. Məhkəmə baxışı zamanı hadisə yerinə baxış keçirilən zaman zərərçəkmiş şəxslərin ifadəsi əsasında VAZ 21011 markalı avtomaşının sürəti toqquşmadan əvvəl 40 km/saat sürət olduğu bildirilmişdir ki, təkrar məhkəmə yol nəqliyyat ekspertizası da həmin məlumat əsasında təyin edilmiş ekspertizanın 24 may 2021-ci il tarixli 8/974 nömrəli rəyi hadisənin real mexanizminə uyğun gəlmədiyi və nəqliyyat vasitəsinin sürətinin 40 km/saatdan aşağı olduğu qeyd edilmişdir. Vaz 21011 markalı avtomaşında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əlavə dindirmə zamanı sərnişinləri olduqları VAZ 21011 markalı avtomobilin sürücüsü Ələkbər Babayevin avtomaşını dönən vaxtı sürətinin təxmini olaraq 20-35km/saat arası olmasını, ümumiyyətlə dəqiq avtomaşının sürətinə fikir vermədiklərini avtomaşının dönən vaxtı sürətinin ən aşağı 20 km/saat, ən yuxarı isə 40 km/saat ola biləcəyinə görə məhkəməyədək icraat zamanı həmin avtomaşının dönmə zamanı 20 km/saat sürətdə olduğunu, məhkəmə araşdırması zamanı isə 40 km/saat sürətlə döndüyünü göstərmişlər. Məhkəmə tərəfindən müəyyən edilir ki, ekspert tədqiqatının təsviri hissəsində qeyd edilən hesablamanı və ekspert Hikmət İbişovun ifadəsinə də uyğun olaraq VAZ 21011 markalı avtomaşının 20 km/saat sürətlə 7,2 metr məsafəni 1,296 saniyəyə qət etmiş, bu zaman Daewoo Gentra markalı avtomaşın toqquşma nöqtəsinə qədər olan 28,8 metr olmuşdur ki, bu halda ekspertin də rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Belə ki, ekspertin ifadəsinə və məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının təsviri-əsaslandırıcı hissəsində aparılan hesablamaya əsasən VAZ 21011 markalı avtomaşının toqquşma nöqtəsinə qədər qət etdiyi məsafəyə sərf etdiyi vaxt, yəni 1,296 saniyə nəqliyyat vasitəsinin sürətinə vurulmaqla 3,6-ya bölünməklə müəyyən edilir. Daewoo Gentra markalı avtomaşının sürəti 80 km/saat olduğu halda 1,296 saniyəyə vurulduqda 103,68 alınmış, həmin rəqəmi 3,6-a böldükdə isə 28,8 metr alınmışdır. Həmin 28,8 metr məsafə məhkəmənin araşdırması zamanı Daewoo Gentra markalı avtomaşının təhlükəni gördüyü andan toqquşma nöqtəsinə kimi qət etdiyi məsafədir. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, tədqiqat zamanı qeyd edildiyi kimi sürücünün təhlükəyə reaksiya vermə vaxtı 1 saniyə götürülürsə və sürücü Təqsirləndirilən şəxs 1,296 saniyə ərzində avtomaşını sağa çəkməsi və tormozu basmaması da bir daha işin faktiki hallarına və hadisənin şahidi olan zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə uyğun gəlir. Bəhs edilən şübhələr və ziddiyyətlər CPM-nin 145.3-cü maddəsinə əsasən ittiham tərəfinin heç bir sübutu ilə aradan qaldırılmadığına görə təqsirləndirilən Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində ona qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda sadalananlara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 70 AZN (yetmiş manat) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə məhkəmə məsrəfi olan 70 AZN (yetmiş manat) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-2/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-2/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver