Məhkəmə qərarları › İş №1(091)-2/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-2/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-2/2023 03.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, Müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi Şəmsəddin oğlunun iştirakı ilə, 13 avqust 1995-ci il tarixdə Göyçay rayonu Bığır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 149.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 149.3.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, xx.xx.2016-cı il tarixdə təxminən saat 14:30 radələrində Rusiya Federasiyası Rostov şəhərinin, Ştaxanov küçəsində yerləşən 4/2 saylı binanın birinci mərtəbəsinin pilləkən meydançasında xx.xx.2002-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs ilə, sonuncu barəsində törədilən seksual hərəkətlərin mahiyyətini və nəticəsini yaşının azlığına görə düzgün bilməməsi, habelə yaşının az olması səbəbindən müqavimət göstərmək iqtidarında olmaması, yəni zərərçəkmişin köməksiz vəziyyətindən istifadə edərək Zərərçəkmiş şəxs ilə öz cinsi ehtirasını ödəmək məqsədi ilə öz cinsi orqanını sonuncunun cinsi orqanına yeritməklə zorlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs öz cinayət əməllərini davam etdirərək xx.xx.2016-cı il tarixdə təxminən saat 13 radələrində Rusiya Federasiyası Rostov şəhərinin, Ştaxanov küçəsində yerləşən ev 3 mənzil 82 ünvanında xx.xx.2002-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs ilə sonuncu barəsində törədilən seksual hərəkətlərin mahiyyətini və nəticəsini yaşının azlığına görə düzgün bilməməsi, habelə yaşının az olması səbəbindən müqavimət göstərmək iqtidarında olmaması, yəni zərərçəkmişin köməksiz vəziyyətindən istifadə edərək Zərərçəkmiş şəxs ilə öz cinsi ehtirasını ödəmək məqsədi ilə öz cinsi orqanını sonuncunun cinsi orqanına yeritməklə təkrarən zorlamış, onun cinayətkar əməli nəticəsində Zərərçəkmiş şəxs uşaqlığın giriş yolunun selikli qişasının qansızması şəklində sağlamlığın qısa müddətli pozulmasına və ya ümumi əmək qabiliyyətinin əhəmiyyətsiz davamlı itirilməsinə səbəb olmayan və sağlamlığa zərər vurmayan sonuncunun qızlıq pərdəsinin tamlığı pozulması ilə müşayiət olunan bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 149.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Rusiya Federasiyasının Rostov şəhərində yaşadığı binanın balkonundan baxan zaman Zərərçəkmiş şəxs görmüş və ondan xoşu gəlmişdir. Sonra o, istifadə etdiyi telefon nömrəsini ona vermişdir. Elvira özü ona zəng etmiş və onlar danışmışlar. Bundan sonra onunla münasibəti yaranmışdır. Sonra o, Elviranın anası ilə görüşəndə ona qızı Elvira ilə ailə həyatı quracağını bildirmiş, Elviranın anası heç bir etiraz etməmişdir. Sonra qardaşı onun üçün Elviranın oxuduğu məktəbə yaxın kirayə mənzil tutmuşdur. Sonra Elvira həmin mənzilə onun yanına gəlmişdir. Qızla onun arasında heç nə olmamışdır. Onun anası da ona heç bir irad bildirməmişdir. Bir dəfə Elviranın anası ona onun evində olan zaman Elvira ilə çəkdirdiyi şəkilləri telefondan silməyini ona demiş, əks halda onları ayıracağını bildirmişdir. Bundan sonra Elvira ilə görüşmüş və Elviranın da istəyi ilə onunla cinsi əlaqədə olmuşdur. Daha sonra Elvira anasının Elviranın onun yanında olduğunu bilməməsi üçün məktəbə getmişdir. Elvira evə gedəndə telefonla ona şəkil göndərərək ondan qan açıldığını bildirmişdir. Bundan sonra yenə Elvira özü ona zəng etmiş, onlar yenə görüşmüş və könüllü şəkildə cinsi əlaqədə olmuşlar. Lakin onlar cinsi əlaqədə olandan sonra Elvira etiraz etmiş, uşaq istəmədiyini bildirmişdir. Sonra Elviranın anası həmin evə gəlimş və onun qardaşını da oraya çağırmışdır. Elviranın anası güya onun qızını qaçırdığını və qızı daha evə apara bilməyəcəyini bildirmişdir. Bundan sonra Elviranın anası çıxıb getmiş, o isə Elvira ilə həmin mənzildə qalmışdır. Axşam Elviranın anası onlar qalan yerə gəlmiş və onlara aşağı düşməyi demişdir. Onlar binadan aşağı düşmüş, qardaşı ona orada polislərin olduğunu demişdir. Onlar meşəyə tərəf getmişlər. Qardaşı ona zəng edəndə binanın yanına gəlmişlər və orada polislər onu tutmuşdur. O, polis şöbəsində erməni milliyyətindən olan müstəntiqə qızla birlikdə olduğunu bildirməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, onun Elvira ilə münasibətdə fikri ciddi olmuş, o, Elvira ilə evlənmək niyyətində olmuşdir. O, qızın 7-ci sinifdə oxuduğunu bilmiş, ancaq həmin zaman hələ evlənmək fikrində olmamışdır. Elviranın anası onları ayrılmağa məcbur elədiyinə görə Elvira ilə razılaşaraq, onları ayırmasınlar deyə cinsi əlaqədə olmuşlar. Anası ona Elvira ilə birlikdə çəkdirdiyi şəkilləri silməyi demişdir. Elvira özü ona demişdir ki, onu tutacaqlar və buradan çıxıb getməlidir. O da Azərbaycana qayıtmışdır. O, 2 iyun 2016-cı il tarixdə Azərbaycana gəlmişdir. O, bir il sonra Elvira ilə telefonla əlaqə saxlayanda Elvira ona demişdir ki, buraya gəlməsin və əgər gəlsə onu tutacaqlar. O, 2019-cu ildə Qazaxıstana gedərkən, Bakı şəhərində Heydər Əliyev adına Hava Limanında saxlanılmışdır. O, barəsində beynəlxalq axtarış getdiyini bilməmişdir. O, tutulmaqdan əvvəl burda olan zaman prokurorluğa çağırılmışdır. Elvira ilə münasibəti yaxşı olmuş, ancaq Elvira ona atasının Elviranı ona verməyəcəyini, onun gedib öz həyatını yaşamağını bildirmişdir. O, Elvira ilə birinci dəfə cinsi əlaqədə olan zaman öz cinsi orqanını onun cinsi orqanına salmış, lakin bundan sonra Elvira davam etməyə qoymamışdır. Onlar görüşən zaman Elvira özü könüllü şəkildə yatağa uzanmışdır. Elviraya onları ayıra bilməsinlər deyə birlikdə olmağı o təklif etmişdir. Birinci dəfə o Elvira ilə tam olaraq cinsi əlaqədə olmamış, Elvira buna imkan verməmişdir. Həmin zaman o öz cinsiyyət orqanını onun cinsiyyət orqanına salan kimi Elvira dayanmağını, davam etməməyini bildirmişdir. İkinci dəfə də Elvira ilə onun razılığı ilə könüllü şəkildə birlikdə olmuşdur. O, ittiham aktında yazılanları qəbul etmədiyini, Elvira ilə ittiham aktında yazılan yerdə deyil, qaldığı kirayə mənzildə cinsi əlaqədə olduğunu bildirmişdir. O, Elvira ilə tanış olanda Elvira ona 14 yaşı olduğunu demişdir. Elviranın anası Elvira ilə onun birlikdə çəkdirdiyi şəkilləri telefonundan silməyimi demişdir. Elviranın valideynləri onun fikrinin ciddi olduğunu bilmişlər və o onlara elçi də göndərmişdir. O, qardaşının yoldaşını Elviragilə elçi olaraq göndərmişdir. Onlar isə qızın yaşının az olduğunu bildirmişlər. O, Elviranın az yaşlı olduğunu fikirləşməmişdir. Belə ki, Elviranın fiziki görünüşü uşaq kimi olmamışdır. Rusiyada onu polis orqanına çağırıb izahatını alıb buraxmışlar. O, Qazaxıstana getmək istəyəndə hava limanında barəsində axtarış aparıldığını bilmiş, bunda sonra da Göyçay rayonuna gəlmiş və orada onu tutmuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona CM-in 149.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2014-cü ilin sonlarında işləmək üçün Rusiya Federasiyası, Rostov şəhərinə qardaşları Pünhan və Xudunun yanına getmiş, qardaşları ilə birlikdə Rostov şəhəri, Ştaxanov küçəsində yerləşən binada yaşamış, sonradan isə Ştaxanov küçəsi, 4/2 nömrəli binaya köçmüş, həmin binanın 5-ci mərtəbəsində yaşamışdır. Həmin binanın 9-cu mərtəbəsində isə əslən azərbaycanlı olan Zərərçəkmiş şəxs atası, anası və qardaşı ilə birlikdə yaşamış, Elviranı gördükdə ondan xoşu gəlmiş, 2015-ci ilin sentyabr ayında isə sonuncu ilə münasibətləri yaranmışdır. Belə ki, bir dəfə öz mobil telefon nömrəsini həmin binanın liftinə qoymuş, Elvira da mobil nömrəsini liftdən götürüb özü ona zəng etmişdir. Bundan sonra, münasibətləri daha da yaxınlaşmışdır. Belə ki, Elvira ilə yaxın münasibətdə olduqdan sonra, Elviranın 13 yaşında olduğunu və orta məktəbin 7-ci sinfində oxuduğunu öyrənmişdir. Təxminən, 10 gün Elvira ilə telefonla əlaqə saxladıqdan sonra, Elviranın anası Gültəkinlə öz mənzillərinin qarşısında görüşüb söhbət etmiş və sonuncuya Elvira ilə ailə həyatı qurmaq istədiyini demişdir. Elviranın anası ilk əvvəl ona etiraz etmiş və qızının hələ azyaşlı olduğunu demişdir. Lakin, Elvira ilə aralarında olan münasibətdən məlumatı olmuşdur. Belə ki, Elviranın anası Elvira ilə danışmasına etiraz etsə də, lakin bir-biriləri ilə yenə də əlaqə saxlamış, bir neçə dəfə təklikdə görüşüb söhbət etmişlər. Sonradan X17 oxuduğu məktəbin yanındakı binada ünvanını dəqiq xatırlamadığı mənzili kirayəyə götürmüşdür. Təxminən, 2016-cı ilin aprel ayında, gününü dəqiq xatırlamadığı vaxtda Elvira qardaşı ilə kirayəyə götürdüyü mənzilə gəlmişdir. Belə ki, Elvira ilə mobil telefonla əlaqə yaradaraq, evdə tək olduğunu və evə gəlməsini demişdir. Elvira yadında qaldığı qədər səhər saatlarında məktəbə getmədən onun qardaşı ilə yaşadığı evə gəlmişdir. Həmin vaxt çarpayıda oturub söhbət etmişlər, sonra isə öpüşməyə başlamışlar. Bundan sonra, Elviranın yubkasını yuxarı qaldırmış, sonra isə köynəyini soyundurub, sinədanını açmış, daha sonra isə alt tumanını çıxarmışdır, sonra isə özü paltarlarını çıxarmış və Elvira ilə cinsi əlaqədə olmuşdur. Cinsi aktın nə qədər çəkməsi yadında qalmamış, cinsi əlaqədə olduqdan sonra, spermasını çölə boşaltmış, bir qədər söhbət etdikdən sonra isə, Elvira evlərinə getmişdir. Elvira evlərinə getdikdə, ona cinsi orqanından qan gəldiyini bildirmişdir. Sonra da Elvira ilə görüşüb söhbət etmiş, lakin aralarında cinsi əlaqə olmasını heç kimə deməmişdir. 2016-cı ilin may ayında əmisioğlu Cəlilin həyat yoldaşının nənəsini və qardaşı Pünhanın həyat yoldaşını Elviragilə elçi göndərmişdir. Lakin, Elviranın atası Eldəniz qızını ona ərə verməyə razı olmamışdır. Həmçinin Elviragilə elçi göndərməmişdən əvvəl, Ştaxanov küçəsində, ünvanı dəqiq yadında qalmayan evi kirayəyə götürmüş və həmin evdə tək yaşamışdır. 2016-cı ilin may ayında, dəqiq günü yadında qalmayan vaxtda işlədiyi meyvə-tərəvəz bazarından Elviranın yaşadığı binaya gedib 9-cu mərtəbəyə qalxmışdır. Elviranın yaşadığı mənzilin giriş qapısının qarşısında Elvira ilə söhbət etmiş və sonuncuya kirayəyə götürdüyü evdə olacağını demişdir. Elvira isə qardaşının evdə olduğunu, qardaşı getdikdən sonra gələcəyini demişdir. Təxminən, günorta saatlarında Elvira kirayə götürdüyü mənzilə gəlmiş, ilk əvvəl çarpayıda oturub söhbət etmiş, sonra isə öpüşmüşlər. Daha sonra, Elvira öz yubkasını, köynəyini, sinədanını və alt tumanını çıxarmış, özü isə üzərində olan paltarını çıxarmış və Elvira ilə cinsi əlaqədə olmuşdur. Cinsi aktın nə qədər çəkməsi yadında qalmamış, həmin vaxt özünü idarə edə bilmədiyi üçün, spermasını Elviranın uşaqlıq yoluna boşaltmışdır. Bundan sonra, Elvira qışqırmağa başlamış, uşaq istəmədiyini və nə üçün belə etdiyini demişdir. Bu zaman Elviraya bunu bilmədən etdiyini və özünü idarə edə bilmədiyini demişdir. Bu zaman, Elvira evlərinə getmək istəmiş, lakin buna razı olmamış və onun getməsinə icazə verməmişdir. Sonra isə Elviraya anasına zəng etməyini və onunda həmin evə gəlməyini deməsini bildirmişdir. Daha sonra, Elviranın anası Gültəkin həmin evə gəlmiş, sonuncuya baş verən hadisəni danışmışdır. Bu zaman Elviranın anası qardaşlarına xəbər verməyini demişdir. Bundan sonra, əmisioğlu Cəlil və qardaşları Pünhan və Xudu oraya gəlmişdir. X17 anasına onlara toy edəcəyini və yaşamaq üçün ev tutacağını demiş, Elviranın anası isə qardaşı Pünhana onları öz evinə aparmasını bildirmişdir. Bundan sonra, taksi ilə Pünhanın evinə getmiş, həmin gün təxminən axşam saatlarında, Elvira ilə kirayə tutduğu mənzilə qayıtmışdır. Mənzildə olarkən, tanımadığı nömrədən ona zəng gəldiyini görmüş, telefona cavab verdikdə, zəng edənin Elviranın anası olduğunu görmüşdür. Sonuncu ona qapını açmağını və aşağı düşməyini demişdir. Bu zaman Gültəkinə “yaxşı” demiş, lakin qardaşıgildə olmadıqlarını bildirməmişdir. Elviranın anasıgilin kirayə tutduğu evə də gələcəyini fikirləşdikləri üçün, Elvira ilə aşağıya düşüb binanın yanında olan meşəyə tərəf getmiş, sonra isə qardaşı ona zəng etmiş və kirayə tutduğu mənzilin yanına gəlməyini demişdir. Bundan sonra, həmin yerə gəlmiş və polis avtomobilinə oturaraq, polis şöbəsinə getmişlər. Həmin vaxt özünün və Elviranın qohumlarınında orda olduğunu görmüşlər. Bundan sonra, polis şöbəsində ondan izahat alınmış, Elvira ilə sevgili olduğunu demiş və onu polis şöbəsindən buraxmışlar. Daha sonra, Elvira ilə “vhatsapp” proqramı vasitəsilə danışarkən, Elvira uşaq olmaması üçün ona dərman verdiklərini, həmçinin atasıgilin polis şöbəsinə şikayət edəcəklərini demişdir. Rostov şəhərində olarkən, ona zəng gəlmiş və polis şöbəsinə getməli olduğu deyilmişdir. Bundan sonra Elviraya zəng etmiş, Elvira isə ona “qaçıb, canını qurtarmasını” demişdir. Tez telefondan mobil nömrəsini çıxarıb atmış, sonra isə, Azərbaycan Respublikasına qayıtmış, barəsində beynəlxalq axtarış edilməsini bilməmişdir. Belə ki, 2019-cu ildə Qazaxıstana gedərkən, Bakı şəhərində, Heydər Əliyev adına hava limanında saxlanılmışdır. Bundan sonra, isə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmiş və Göyçay rayonuna qayıtmışdır. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi ilk dəfə Zərərçəkmiş şəxs ilə Rostov şəhəri, Ştaxanovski küçəsi, 4/2 nömrəli binanın birinci mərtəbəsində pilləkən meydançasında cinsi əlaqədə olmamışdır. Belə ki, Elvira ilə yuxarıda da qeyd etdiyi kimi, qardaşı Xudu tərəfindən kirayəyə götürülmüş mənzildə birinci dəfə cinsi əlaqədə olmuşdur. O cümlədən, Zərərçəkmiş şəxs məktəbə gedərkən yoldan avtomobil ilə kirayə tutduğu mənzilə aparmamış, Elvira özü onun kirayə götürdüyü mənzilə gəlmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs əlavə ifadəsində ibtidai istintaq zamanı ilkin olaraq verdiyi ifadəsini bir daha təsdiq etmiş, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti protokoluna əlavə edilmiş fotocədvəldə göstərdiyi yerlər ona təqdim edilmiş və o, həmin yeri tanımışdır. Zərərçəkmiş şəxs oxuduğu məktəbə gedib-gələrkən oradan keçib öz evlərinə getmiş, həmin binanın 2 girişi olmuş, oradan keçib kəsə yolla məktəbə getmək və geri qayıtmaq üçün yol olmuşdur. Zərərçəkmiş şəxs ilə bir neçə dəfə orada görüşüb söhbət etmiş və onunla orada öpüşmüşdür. Həmçinin, orada Zərərçəkmiş şəxs qeyd etdiyi kimi bir dəfə cinsi əlaqədə də olmuşdur. Həmin binanın pilləkan meydançası ictimai yer olduğu üçün, ilk əvvəl utandığına görə orada cinsi əlaqədə olmadıqlarını bildirmiş, ictimai yerdə cinsi əlaqədə olduğunu desə, cəzasının daha ağır olacağını fikirləşdiyi üçün, ilkin ifadəsində həmin pilləkan meydançasında cinsi əlaqədə olmadığını etiraf etməmişdir. O cümlədən, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi, sonuncunu avtomobillə qaçıraraq kirayə tutduğu mənzilə gətirməmiş, belə ki, həmin mənzilə Elvira özü gəlmişdir. Həmin vaxt Elvira ilə cinsi əlaqədə olmuş, cinsi akt başa çatdıqda, özünü idarə edə bilmədiyi üçün, öz spermasını onun uşaqlıq yoluna boşaltmış, bundan sonra, Elvira ağlamağa başlamış, uşaq istəmədiyini, nə üçün belə etdiyi demiş, sonra isə pəncərəyə yaxınlaşaraq özünü aşağı atacağını bildirmişdir. Lakin, Elviranı tutaraq, buna imkan verməmişdir. Bundan sonra, isə həmin mənzilə qohumları gəlmiş, həmçinin Elviranın anası Gültəkini oraya çağırmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti protokoluna əlavə edilmiş fotocədvəllə tanış olmuş və həmin fotocədvəldə Zərərçəkmiş şəxs göstərdiyi mənzilin kirayə tutduğu mənzil olduğunu, həmin binanın və mənzilin nömrəsinin yadında qalmadığını, belə ki, Zərərçəkmiş şəxs göstərdiyi çarpayıda onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs mənzil tutduğunu, birlikdə yaşamalarını, belə ki, onunla evlənmək istədiyini demiş, sonuncuda onunla razılaşmış və kirayə tutduğu mənzilə gəlmişdir. Zərərçəkmiş şəxs 13 yaşı olduğunu bilmiş, belə ki, sonuncu özü bu barədə ona demişdir. Ambulator kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 2211 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs yaşı ilə əlaqədar olaraq, iş üçün əhəmiyyətli olan halların daxili məzmunlu tərəfini düzgün qavraya, ona qarşı “törədilən” hərəkətlərin xarakterinin etik və şəxsi nəticələrini dərk edə bilməməsi, yəni azyaşlı olması ilə əlaqədar olaraq onunla törədilən hərəkətlərin xarakterini və mənasını anlaya bilməməsi, yəni Zərərçəkmiş şəxs ilə təbii şəkildə cinsi əlaqədə olaraq sonuncuya qarşı zorlama cinayət əməlini törətməsi ilə bağlı, Zərərçəkmiş şəxs razılığı ilə onunla cinsi əlaqədə olduğunu və Zərərçəkmiş şəxs zorlamadığını bildirmişdir (cild 04, iş vər. 100-103, iş vər. 169-171). İbtidai istintaq zamanı həm iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla ifadə vermiş Zərərçəkmiş şəxs, həm də iş üzrə şahid qismində dindirilməklə ifadə vermiş digər şəxslər Rusiya Federasiyasında yaşadığından, onların məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Odur ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla hadisənin birbaşa və yeganə şahidi olan Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşaması nəzərə alınaraq ölkələrarası mövcud beynəlxalq müqavilələrin müddəaları əsas götürülməklə şəxsin videokonfrans əlaqə sistemi vasitəsilə dindirilməsi və ya Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən adı çəkilən şəxsin cinayət işi üzrə sərbəst ifadəsinin alınması üçün Rusiya Federasiyasının səlahiyyətli orqanlarına məhkəmə tapşırığı ünvanlanmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Həmin hüquqi problemi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının (bundan sonra – “Avropa Konvensiyası”) 6-cı maddəsinin 1-ci hissəsinin və 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və X5rşı” [BP] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər.Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında (bax yuxarıda) bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Beləliklə, üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab verib-verməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Lakin Rusiya Federasiyasının səlahiyyətli orqanlarına ünvanlanmış məhkəmə tapşırığı icra olunmadan geri qaytarılmışdır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası Rusiya Federasiyasında yaşaması səbəbindən məhkəmə iclasında iştirakının təmin edilməsi və dindirilməsi mümkün olmayan Zərərçəkmiş şəxs və digər şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrin məhkəmə istintaqında elan edilərək tədqiq olunması qənaətinə gəlmişdir. İbtidai istintaq zamanı zərərçəkiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ilin sentyabrında evlərinin yaxınlığında olarkən tanış olmuş, tanış olduqdan sonra Urfanla dost əlaqəsi saxlamış, yəni arada görüşüb-salamlaşmış, amma bundan artıq bir şey olmamışdır. Urfanla tanış olduqdan təxminən 3 ay sonra, sonuncu bir oğlan kimi xoşuna gəlmiş və onunla daha yaxın münasibətdə olmağa başlamış, yəni telefonda bir-biriləri ilə yazmış, müxtəlif ümumi mövzularda söhbət etmişlər. Həmin vaxt Urfanın 21 yaşı olmuş, həmçinin sonuncu tanış olduqları vaxt onun 13 yaşı olmasını bilmişdir. Urfan ilk mərhələdə yaxşı oğlan təsiri bağışlamış, xoşrəftar və nəvazişli olmuşdur. Bir müddətdən sonra isə həyatına aktiv şəkildə nəzarət etməyə başlamış, daha dəqiq, küçəyə çıxmağa icazə verməmiş, nəyi etmək olar, nəyi olmaz deyə göstərişlər vermiş, yalnız onun icazəsi ilə etməli olduğunu bildirmişdir. Evlərinin qarşısında Rostov-Don şəhəri, Ştaxanovsk küçəsi 14/2 ünvanında yerləşən evə iki tərəfdən də daxil olmaq mümkün olmuş, oxuduğu məktəb həmin evin arxasında yerləşmişdir. Həmin evin girişi iki tərəfli olduğuna görə, çox vaxt məktəbə gedən yolu kəsə getmək üçün həmin evin blokundan istifadə etmişdir. xx.xx.2016-cı ildə təxminən saat 14:30-da məktəbdən evə qayıdarkən kəsə yolla getmək istəmiş, buna görə də Rostov-Don şəhəri, Ştaxanovsk küçəsi 14/2 ünvanında yerləşən evin blokundan istifadə etmək qərarına gəlmişdir. Həmin evin blokuna daxil olduqda, Urfanın orada dayanıb, onu gözlədiyini görmüşdür. Urfanla salamlaşmış, bundan sonra onunla söhbət etməyə başlamış, sonra evin damına çıxmaq üçün evin 9-cu mərtəbəsinə qalxmışlar, belə ki, bunu Urfan xahiş etmişdir. Həmin evin damına çıxmaqdan qorxduğuna görə dama çıxmağa razılıq verməmişdir. Bundan sonra, həmin evin birinci mərtəbəsinə düşmüş, burada Urfan onu öpməyə başlamış, sonra donunu qaldırıb alt tumanını çıxartmış, sonra öz şalvarını aşağı çəkmiş, Urfanın üzərində alt tumanı olmamış, bundan sonra Urfan öz cinsi orqanını onun uşaqlıq yoluna daxil etmiş və onunla qısa müddət ərzində cinsi əlaqədə olmağa başlamışdır. Bu zaman pilləkənlə kiminsə qalxmasını eşitmiş, buna görə də Urfan onu buraxıb, çıxıb getmişdir. Alt tumanını geyinmiş və pilləkənlə iki tanımadığı qızın yuxarı qalxdığını görmüşdür. Həmin qızları tanımamış, belə ki, onları birinci dəfə görmüşdür. Sonra isə evlərinə yollanmışdır. Həmin vaxt Urfanla qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmuş, sonuncu ona qarşı heç bir fiziki qüvvə və ya zor tətbiq etməmişdir. Həmin gün Urfan onun qızlığını pozmuşdur. Evə gələndə anasının evdə olduğunu görmüş, cinsi əlaqədə olduğunu ailə üzvlərinə deməyə qorxduğuna görə heç birinə də bu barədə bir söz deməmişdir. Elə həmin gün Urfana zəng etmiş və onunla bir müddət söhbət etmişlər. Bundan sonra, sonuncu ilə yaxın münasibətləri qurulmuş, müntəzəm olaraq görüşüb, zəngləşmişlər. Təxminən xx.xx.2016-cı ildə əvvəllər tanımadığı iki qadın evlərinə gəlmiş, qadınların adlarının nə olduğunu bilməmiş, onlardan birinin Urfanın qohumu, ikinci qadının isə onun gəlini olması yadında qalmışdır. Həmin qadınlar anasına onu Urfanla nişanlamaq istədiklərini, sonuncunun onu sevdiyini və ailə qurmaq istədiyini bildirmişdir. Anası isə həmin qadınlara, onun 13 yaşı olduğunu, buna görə də onu ərə verməyə razı olmadığını bildirmiş və qadınlar çıxıb getmişdir. Həmin gün heç bir konflikt baş verməmişdir. Bu hadisədən sonra Urfanla telefonla söhbət edərkən, sonuncu onu gec-tez alacağını, əgər valideynləri xoşluqla verməsələr, onu qaçıracağını demişdir. Bu zaman valideynlərinin razılığı olmadan onu qaçırtmasına razı olmadığını demiş, lakin sonra telefonla söhbət edərkən onu qaçırtmasına razılıq vermiş, yəni onun qaçırtmasına razı olduğunu demişdir. Amma həmin gün onu nə vaxt qaçırdacağı barədə heç bir söhbət olmamışdır. Urfanla həmin söhbətdən sonra telefon vasitəsilə yazışıb, əlaqə saxlamışlar. xx.xx.2016-cı ildə, təxminən saat 12:30 radələrində evdən çıxıb məktəbə yollanmış, evlərindən təxminən 50 metr aralandıqda, birdən kiminsə arxadan yaxınlaşıb qolundan tutduğunu hiss etmiş, çevrilib arxaya baxanda qolundan tutan şəxsin Urfan olduğunu görmüşdür. Sonuncu onu həmin yerdən azacıq aralıda dayanmış, fikir vermədiyi üçün markasını və modelini bilmədiyi bir avtomobilə tərəf darta-darta aparmağa başlamışdır. Avtomobilə çatdıqda Urfan onu avtomobilə oturtmuş, avtomobilə əyləşəndə orada başqa bir nəfərin də olduğunu görmüş, lakin həmin şəxsi tanımamış, sonuncu da özünü təqdim etməmişdir. Bundan sonra Rostov-Don şəhəri, Ştaxanovsk küçəsində yerləşən 3 nömrəli evə tərəf getmişlər. Həmin evə gəlib çatdıqdan sonra Urfan avtomobildən çıxmasını və sakitcə onunla göstərdiyi mənzilə getməsini, səsini çıxarmamasını demişdir. Bundan sonra, avtomobildən düşüb həmin evə tərəf getmiş, fikir vermədiyi üçün hansı blok olmasını bilməmişdir. Liftlə həmin binanın 12-ci mərtəbəsinə qalxmış və təxminən saat 13:00 radələrində 82 saylı mənzilə daxil olmuşlar. Mənzildə ikisi tək olmuşdur. Həmin mənzildə Urfan onunla evlənmək istədiyini və arvadı olacağını demişdir. Urfanla biraz söhbət etdikdən sonra, sonuncu ona yaxınlıq etməyi təklif etmiş, o da bu təklifə razılıq vermişdir. Həmin gün təxminən saat 13:15 radələrdində Urfanla qarşılıqlı razılıq əsasında cinsi əlaqəyə girmişlər. Cinsi əlaqənin nə qədər davam etdiyi yadında qalmamış, Urfanla cinsi əlaqədə olduğu zaman qışqırmamış, sonuncuya fiziki müqavimət göstərməmişdir. Cinsi aktı başa çatdırdıqdan sonra Urfan spermasını döşəməyə axıtmışdır. Bundan sonra əlini cinsi orqanına uzadıb baxmış və yaş olduğunu görmüşdür. Bir neçə vaxtdan sonra həmin mənzilə anladığı qədər Urfanın qohumları gəlmiş, Urfan qohumlarına onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Urfanın bu sözünə qohumları mənfi reaksiya vermiş, sonuncunu danlamağa, söyməyə başlamışlar. Bir az keçdikdən sonra Urfan onun ardınca gəlməsini demiş və mənzildən çıxıb taksiyə minmişlər. Onlar taksi ilə Rostov-Don şəhəri, Ştaxanovsk küçəsində yerləşən “Maqnit” supermarketinə tərəf, oradan isə yaxınlıqda olan talaya getmişlər. Həmin talada təxminən saat 02:00 radələrinə qədər olmuşlar, bundan sonra “Temernik” mikrorayonuna tərəf getmiş, orada Urfanın qohumları zəng edib valideynlərinin onu axtardığını demişlər. Bundan sonra evə qayıtmağı qərara almış və ayaqla həmin evə tərəf getməyə başlamışlar. Yol gedərkən Urfan baş vermiş cinsi akt barəsində heç kimə deməməsini bildirmişdir. Həmin binanın yanına gəlib çatdıqda, orada əvvəllər tanımadığı bir neçə nəfər adamın olduğunu görmüş və onların Urfanın qohumları olmasını başa düşmüşdür. Həmçinin, əvvəl tanımadığı bir şəxs də yaxınlaşaraq özünü təqdim edib polis əməkdaşı olduğunu demiş və xidməti vəsiqəsini göstərmişdir. Urfandan qorxduğuna görə polis işçisinə heç nə deməmiş, əksinə münasibətlərinin yaxşı olduğunu, sadəcə olaraq gəzdiklərini bildirmişdir. Bundan sonra Rusiya DİN Rostov-Don şəhər İdarəsinin 6 X18 gətirilmişlər, lakin burada da, Urfanın onunla cinsi əlaqədə olması barədə heç bir şey deməmişdir. Həmçinin ilkin izahatında ilk dəfə xx.xx.2020-ci il tarixdə cinsi əlaqədə olmalarını bildirməsi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixdə çox qorxmuş və Urfanla qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduğunu desə, valideynlərinin onu danlayacağından çəkindiyi üçün, birinci dəfə cinsi əlaqədə xx.xx.2016cı ildə olduğunu demiş və birinci cinsi akt barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi əlavə ifadəsində bildirmişdir ki, mobil telefonuna baxış protokolunu nəzərdən keçirmiş və bu barədə Urfanla bütün yazışmanı sonuncudan çox xoşu gəldiyi üçün və sonuncuya ərə getmək istədiyi üçün apardığını, Urfanla valideynlərindən gizli görüşdüklərini və birlikdə olmaq istədiklərini bildirmişdir. Urfana göndərdiyi bütün fotoşəkilləri könüllü göndərmiş, bunu özü istəmişdir. Urfanla cinsi əlaqəyə girdikdən sonra onunla bu mövzuda yazışmışdır. Belə ki, onunla cinsi əlaqəyə girdiyinə görə Urfanı həbs edəcəklərindən çox qorxmuş, sonuncunu sakitləşdirməyə çalışmışdır. Belə ki, Urfandan çox xoşu gəldiyi üçün, bunun nə qədər ciddi olduğunu anlamamışdır. Həmçinin sonuncu sms məlumatlarda cinsi əlaqədə olmaları barədə valideynlərinə dediyini bildirmiş, bundan sonra, atasının çox hisrlənəcəyindən və onu danlayacağından qorxmuşdur. Lakin Urfanın bu barədə artıq danışdığına görə, sonuncunu yenə də müdafiə etmiş, belə ki, aralarının düzəlməsini və evlənmələrini istəmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq verdiyi ifadəsində ilk əvvəl verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ona qarşı cinayət törətmiş, yəni yetkinlik yaşına çatmadığından və cinsi əlaqənin nə olduğunu başa düşməməyindən, törədilən hərəkətlərin xarakterini və mahiyyətini anlamamağından istifadə edərək, onunla cinsi əlaqəyə girmiş, yəni zorlamışdır, Urfanla 2016-cı ildən sonra heç bir əlaqə saxlamamış və ünsiyyət qurmamışdır, sonuncunun harada olmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işinin Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına verilməsinə heç bir etirazı yoxdur (cild 01 iş vər. 111-120, cild 03 iş vər. 95-99, 165-173). Şahid X3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır və sonuncu 18 saylı ÜTM BTM-nin 7-ci sinif şagirdidir. Halhazırda 14 yaşı tamam olmuşdur. Qızını müsbət cəhətdən səmimi, vicdanlı, mehriban, tərbiyəli qız kimi xarakterizə etmiş, qızı özünü sakit aparmış, məktəbə gedib-gəlmiş, dərsdən sonra isə heç kimlə gəzməyə çıxmamışdır. Həmişə evdə olduğuna görə qızının yaxın rəfiqəsi olmamış, yalnız öz sinif yoldaşları ilə əlaqə saxlamışdır.Təxminən 2016-cı ilin may ayında qızı bir nəfər cavan oğlanla tanış olduğunu, həmin oğlanın onun sevdiyini, onunla gəzmək, görüşmək istədiyini, müntəzəm olaraq məktəbdən gələndə onun ardınca gəldiyini, söhbət etmək istədiyini bildirmişdir. Bu zaman qızına oğlanlarla sevgi münasibətləri qurmaq üçün hələ çox uşaq olduğunu başa salmış və qızına həmin oğlanla görüşməyi qadağan etmişdir. Sonradan həmin oğlanın Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin gün Urfanı küçədə görmüş, yanına çağırıb qızı ilə əlaqə qurmamasını və ümumiyyətlə qızına yaxınlaşmamasını başa salmışdır. Urfan isə qızını sevdiyini, və qızı ilə gəzmək-görüşmək istədiyini demişdir. Bu zaman Urfana qızı ilə görüşməyi qadağan etdiyini, əgər bir də qızına yaxınlaşsa, polisə müraciət edəcəyini demişdir. Həmin vaxt Urfan onun və həyat yoldaşının qızı ilə görüşməsini əleyhinə olacağını bildiyini demiş və qızı üçün elçiliyə gələcək qohumlarını qarşılamasını xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs qəti olaraq rədd cavabı vermiş,qızının uşaq olduğunu, belə ki, cəmi 13 yaşı olduğunu bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs təkidlə qızı üçün elçi göndərəcəyini bir daha bildirmişdir. Təxminən xx.xx.2016-cı ildə əvvəllər tanımadığı iki qadın onun evinə gəlmişdir. Həmin qadınların adının nə olduğunu bilməmiş, sadəcə olaraq, həmin qadınlardan birinin Təqsirləndirilən şəxs qohumu, digər qadının isə birinci qadının gəlini olmasını bilmişdir. Həmin qadınlar Urfanın qızını sevdiyini və qızı ilə ailə həyatı qurmaq istədiyini demişlər. Bu zaman qadınlara qızının cəmi 13 yaşı olduğunu, nə özünün, nə də həyat yoldaşının qızını ərə verməyə razı olmadıqlarını bildirmiş və qızının bunun üçün hələ uşaq olmasını izah etmişdir. Urfanun qohumu olan qadın da qızını gördükdən sonra, qızının ərə getmək üçün hələ çox uşaq olduğunu demiş və çıxıb getmişlər. Həmin gün onlar arasında heç bir konflikt baş verməmişdir. xx.xx.2016-cı il saat 12:30-da qızı zəng edərək, məktəbə getmək istədiyini demiş və bu zaman qızına evdən çıxarkən ona zəng etməsini dedikdə, qızı artıq evdən çıxdığını bildirmişdir. Bu zaman isə qızına məktəbə çatarkən məlumat verməsini demiş, lakin qızı bundan sonra ona zəng etməmişdir. İlk əvvəl buna o qədər də böyük əhəmiyyət verməmiş, qızının başının dərslərə qarışdığını və zəng etməyi unutduğunu fikirləşmişdir. Bir qədər vaxt keçdikdə isə nigaran qalmağa başlamış və özü qızına zəng etmişdir, lakin qızı telefonu açmamışdır. Bundan sonra bir neçə dəfə dalbadal qızına zəng etmiş, lakin qızı telefonu götürməmişdir. Təxminən, yarım saatdan sonra yenidən qızına zəng etdikdə, bu dəfə telefonu kimsə açmış, amma heç kim danışmamışdır, sadəcə olaraq uzaqdan qızının səsi gəlmiş və qızının ağladığını başa düşmüşdür. Qızını çağırdıqda isə, heç kim cavab verməmiş və telefonu ümumiyyətlə söndürmüşdür. Bir azdan qızından ona zəng gəlmiş, lakin telefonda danışanın kişi səsi olduğunu görmüşdür. Həmin şəxs ona “Sizin qızınız mənim yanımdadır, mən sizin qızınızı qaçırtmışam” demiş, bu zaman danışanın Təqsirləndirilən şəxs olmasını başa düşmüşdür. “Qızını qaçırmaq” ifadəsi ilə adətlərə uyğun olaraq evlənmək üçün qızının qaçırılmasını nəzərdə tutmuşdur. Bu zaman harda olduqlarını soruşsada, lakin heç bir şey deməmiş və telefonu söndürmüşdür. Sonra qızının nömrəsinə yenidən zəng etmiş, yenə də telefonu Urfan açmış, sonuncudan bu dəfə də harda olduqlarını soruşmuş, bu zaman Urfan qohumlarının evlərinə gələcəyini demişdir. Sonra oğlu Şahid2 zəng etmiş və evə gəlməsini demişdir. Bir az keçdikdən sonra iki nəfər əvvəl tanımadığı şəxs onlara gəlmiş və onları Urfanun göndərdiyini, əri E.B. Əliyevin evdə olub – olmadığını soruşmuşlar. O isə ərinin evdə olmadığını demişdir. Bundan sonra həmin cavan adamlar çıxıb getmişlər, lakin hara getdiklərini bildirməmişlər. Bir azdan həyat yoldaşı evə gəldikdə, bu barədə onu məlumatlandırmış və bundan sonra, polis bölməsinə müraciət etmişlər, polis isə qızını axtarmışdır. Gecə saatlarında isə Urfanın və qızının olduğu yer müəyyən edilmişdir. Həmin gün qızı nə onlara, nə də polis əməkdaşlarına nə baş verdiyi barədə heç nə danışmamış, sadəcə olaraq bir yerdə gəzdiklərini demişlər. Növbəti gün isə qızı Urfanın xx.xx.2016-cı il tarixdə onunla cinsi əlaqədə olduğunu demiş və bununla əlaqədar olaraq polisə müraciət etmişlər. Sonradan qızı müstəntiqə Urfanla iki dəfə cinsi əlaqədə olduğunu demiş və bu barədə ifadə vermişdir. Qızı Urfanın onunla cinsi əlaqədə olması barədə ilk əvvəl heçnə deməməsi barədə, qızının atası və özü tərəfindən danlanacağından qorxduğu üçün belə etdiyini bildirmişdir. Şahid1 istintaqa verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs barəsində cinayət işinin Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına verilməsinə heç bir etirazı olmadığını bildirmişdir (cild 01 iş vər. 99-104, cild 03 iş vər. 182-184). Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2002-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs onun bacısıdır, bacısı Rostov-Don şəhər 18 saylı OÜM BTM-nin 7 “a” sinfində oxuyur. Bacısını sakit, mehriban, tərbiyəli bir qız kimi xarakterizə etmişdir. Bacısı bir binada yaşadıqları sinif yoldaşları Şahid11 və Koşel Yekaterina ilə dostluq etmişdir. Bacısı təbiət etibarilə çox utancaq olmuşdur və məlum olduğu qədər indiyə qədər heç bir oğlanla ünsiyyətdə olmamış, məktəbdə dərsləri başa çatan kimi dərsdən çıxıb dərhal evə gəlmişdir. xx.xx.2016-cı ildə anası ona zəng edərək, iki nəfər tanımadıqları qadının evlərinə qonaq gəldiyini və bacısı Elviranı nişanlamaq istədiklərini demişdir. Bundan sonra, dərhal evə getmiş və həmin qadınlar olduğu bütün vaxt ərzində evdə, onların yanında olmuşdur. Ənənələrə uyğun olaraq onları qəbul etmiş, stol arxasında bir yerdə əyləşib gələn qadınlara bacısının çox kiçik və yaşının az və ərə getməsi üçün tez olduğunu izah etmişlər. Həmin vaxt gələn qadınlarla aralarında hər hansı konflikt baş verməmişdir. Həmçinin, qadınlar keçmiş adətlərə uyğun olaraq bacısını qaçırtmaq istəməkləri barədə heç bir şey deməmişlər. xx.xx.2016-cı ildə axşamçağı, saatı dəqiq xatırlamadığı vaxtda anası zəng edərək evə gəlməsini demiş, həmin vaxt anasının həyəcanlı olduğunu hiss etmişdir. Evə gəldikdə isə, anası bacısı Elviranı qaçırdıqlarını demişdir. Həmçinin, bacısını qaçıranların yaxın vaxtlarda onlara elçiliyə gələn şəxslər olduğunu öyrənmişdir. Bundan sonra, atası və anası ilə birlikdə bacısının harada olduğunu öyrənmək üçün, həmin şəxslərin Rostov-Don şəhəri, Ştaxanovsk küçəsi 3, mənzil 82 ünvanında yerləşən evlərinə getmişlər. Göstərilən ünvanda həmin oğlanın qardaşları, onların arvadları və balaca uşaq olmuşdur. Onlarla heç bir mübahisələri olmamış, bacısı Elviranın harada olduğunu soruşduqda, sonuncular heç nə bilmədiklərini qeyd etmişlər. Həmin vaxt özü, atası və evdə olan 2 nəfər kişi söhbət etmək üçün qadınları narahat etməməyə görə küçəyə çıxmışlar. Amma həmin 2 nəfər kişi bacısının harada olması barədə ona heçnə deməmişdir. Həmin adamlarla aralarında heç bir münaqişə olmamışdır. Sonradan hüquq-mühafizə orqanlarının köməyi olmadan bu məsələni həll etməyin və bacısını tapmağın mümkün olmayacağını başa düşdükləri üçün polisə zəng etmişlər. Həmin yerə polis əməkdaşları gəlmiş və birlikdə polis bölməsinə getmişlər. Təxminən, xx.xx.2016-cı ildə gecə saat 02:00-da polis əməkdaşları bacısını tapmış və 6-cı polis bölməsinə gətirmişlər. Bacısını polis bölməsinə gətirdikdə, sonuncunun həyəcanlı olduğunu görmüş, lakin paltarında, bədəninin açıq yerlərində zorakılıq izləri, göyərmələr, sıyrıqlar görməmişdir. Bacısı ona qarşı edilən hərəkət barədə həmin vaxt heç bir şey deməmiş, xx.xx.2016-cı ildə səhər yuxudan oyandıqdan sonra məktəbə gedərkən, yolda əvvəllər tanımadığı bir kişinin onun qolundan tutub maşınla Rostov-Don şəhəri, Ştaxanovsk küçəsi 3 ünvanında yerləşən evə apardığını, sonra isə onu oradan yaxınlıqda yerləşən talaya apardığını bildirmişdir. Bacısı kömək çağırmaq üçün, evlərə tərəf yaxınlaşmaq istəmiş, sonra bir yerdə olan cavan oğlan mobil telefonunu işə salmış, bu zaman sonuncunun qohumları ona zəng edərək harada olduğunu deməsini tələb etmişlər. Bacısı ona qarşı zorlama aktı törədildiyi barədə heç bir şey deməmişdir (cild 01 iş vər. 141-144). Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Rostov- Don şəhəri, Ştaxanovskaya küçəsi, 10/4, mənzil 223 ünvanında həyat yoldaşı Şahid1, oğlu Şahid2 və yetkinlik yaşına çatmamış qızı Elvira ilə birlikdə yaşayır. Yetkinlik yaşına çatmamış qızı 18 saylı OÜM BBTM-də təhsil alır. Hal-hazırda qızı 8-ci sinfə keçmişdir. Qızını müsbət cəhətdən səmimi, vicdanlı, mehriban, tərbiyəli qız kimi xarakterizə etmiş, belə ki, qızı həmişə özünü sakit aparmış, yəni məktəbə gedib-gəlmiş, dərsdən sonra isə heç kimlə gəzməyə çıxmamış, eyni binada yaşadıqlarə sinif yoldaşları Şahid11 və Koşel Yekaterinadan başqa heç kimlə əlaqə saxlamamışdır. Qızı utancaq xarakterli olmuş, bildiyi qədər heç vaxt hansısa bir oğlanla ünsiyyətdə olmamış, dərsdən sonra evə gəlmiş, yaşı az olduğuna görə gəzməyə çıxmamışdır.Təxminən, xx.xx.2016-cı ildə saat 21:00-da işdən evə gələndə həyat yoldaşı evlərinə iki qadının gəldiyini, qızına elçi düşdüyünü, qızını Təqsirləndirilən şəxs nişanlamaq istəmələrini, belə ki, sonuncunun qızını sevdiyini demələrini bildirmişdir. Həmin vaxt həyat yoldaşına həmin şəxslər bir daha gələrlərsə, qızının ərə getməsi üçün hələ çox tez olmasını deməsini bildirmişdir. xx.xx.2016-cı ildə saat 21:00-da işdən evə gələndə yoldaşı qızını Urfanın qaçırdığını, axşamüstü evlərinə 2 nəfər cavan oğlanın gəldiyini, onları sonuncunun göndərdiyini, qızı ilə Təqsirləndirilən şəxs nişanlamaq barədə onunla söhbət etmək istədiklərini demişdir. Bundan sonra, həyat yoldaşı və oğlu ilə birlikdə qızının harada olduğunu öyrənmək üçün Urfanın Rostov-Don şəhəri, Ştaxanovskaya küçəsi, 3/4, mənzil 82 ünvanında yaşayan qohumlarının evinə getmişlər. Həmin ünvanda Urfanın qardaşları qızının həmin evdə olmadığını demişlər. Sonuncunun qardaşları ilə söhbət edərkən aralarında heç bir mübahisə olmamışdır. Bundan sonra həyat yoldaı ilə birlikdə polisə müraciət etmiş, polis əməkdaşları qızını axtarmağa başlamış və gecə saatlarında qızının və Urfanın harada olduğunu müəyyən etmişlər. Həmin gün qızı onlara və polis əməkdlarına nə baş verməsi barədə heç bir şey danışmamış, sadəcə olaraq Urfanla birlikdə gəzdiklərini demişdir. Növbəti gün isə qızı 24.05. 2016-cı il tarixdə Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olduğunu demiş və bununla əlaqədar olaraq polisə müraciət etmişlər. Sonradan isə qızı müstəntiqə ifadə verərkən, Urfanın onunla iki dəfə cinsi əlaqədə olduğunu demiş və bu barədə ifadə vermişdir. Həmçinin, qızının ilk əvvəl özü və həyat yoldaşı tərəfindən danlanmaqdan qorxduğu üçün, ilk əvvəl Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olması barədə heç bir şey deməməsini bildirmişdir. Qızının 2015-ci ilin sentyabr ayından Təqsirləndirilən şəxsla əlaqədə olmasını 2016-cı ilin iyun ayında bilmişdir (cild 01 iş vər. 171-174). Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1995-ci ildə anadan olmuş qardaşı Təqsirləndirilən şəxs əvvəllər Azərbaycanda yaşamışdır. Təxminən, 2014-cü ildə qardaşı Rusiya Federasiyasına köçüb gəlmiş və Rostov-Don şəhəri, Ştaxanovskaya küçəsində nömrəsi dəqiq yadında qalmamış evdə yaşamış, “Aksay” bazarında fəhlə işləmiş, həmçinin, meyvə-tərəvəz satmaqda ona köməklik etmişdir. Qardaşını sakit, davakar olmayan, zəhmətkeş kimi xarakterizə etmiş, qardaşının Rostov-Don şəhərində dostu olmamış, yalnız onunla və digər qardaşı Xudu Səmədovla əlaqəsi olmuşdur. 2015-ci ilin sentyabrında qardaşı Urfan Elvira adında 13 yaşlı bir azərbaycanlı qızla görüşdüyünü demiş və ailələr etiraz etməsə, qədim azərbaycan ənələrinə uyğun olaraq qız qaçırtmağın və istənilən yaşda evlənməyin mümkün olduğunu demiş, lakin ilk əvvəl qardaşına əhəmiyyət verməmişdir. Qardaşı Urfanla həmin qız bir-birilərini sevmiş, amma qızın valideynlərindən gizli görüşmüşlər, çünki qızın valideynləri hansısa səbəbdən onların görüşməsinə icazə verməmişdir. xx.xx.2016-cı ildə Elviranın atası Şahid3 onun evinə gələrək, söyüşlə danışmış və qızı qardaşını Elviranı qaçıraraq onun evində gizlətməsi barədə ittiham etmişdir. Həmin vaxt qardaşının harada olduğunu bilməmiş, qardaşına zəng etmiş və Elviranın onunla olubolmadığını soruşmuş, qardaşı isə Elvira ilə birlikdə olduğunu və gəzdiklərini demişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş və araşdırma üçün 6 saylı PB-nə dəvət etmişlər. Bölmədə yenidən qardaşına zəng etmiş və qızın valideynlərinin Elviranı qaçırtması barədə polisə müraciət etdiklərini demiş, qardaşı isə Elvira ilə bir yerdə evin yanındakı oturacaqda oturduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin yerə getmiş və onları həmin yerdə tapmışlar. Həmin vaxt Elvira özünü sakit aparmış və polis əməkdaşlarına öz xoşu ilə gəzməyə çıxdığını, qardaşını sevdiyini və heç kəs tərəfindən qaçırılmadığını bildirmişdir. Bundan sonra polis bölməsinə gəlmiş və izahat verdikdən sonra evə buraxılmışlar. Həmin gün evə qayıdan zaman qardaşı Urfan Elvira ilə qarşılıqlı razılıq əsasında aralarında cinsi akt olduğunu, bundan sonra evlənməyi qərara aldıqlarını bildirmişdir. Həmçinin, atası ilə söhbət edib razılığını alacağını demiş və böyük qardaç kimi Urfana razılıq vermişdir. Bundan sonra qardaşını görməmiş, sonuncu onlarla heç bir əlaqə quramışdır, belə ki, qardaşının Azərbaycana qayıtmasını güman etmişdir (cild 01 iş vər. 175-178). Şahid6 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 2014cü ildən Rusiya DİN Rostov-na-Donu şəhəri üzrə idarəsinin 6 saylı PŞ cinayət axtarış şöbəsinin rəis müavini vəzifəsində işləyir. Vəzifə təlimatlarına tabeçiliyində olan əməkdaşların fəaliyyətinə nəzarət, Rusiya DİN Rostov-na-Donu şəhəri üzrə idarəsinin 6 saylı PŞ xidmət ərazisində cinayətlərin aşkar olunması, qarşısının alınması və açılması daxildir. xx.xx.2016-cı ildə Təqsirləndirilən şəxs izahat almış, sonuncu izahatında Rostovna-Donu ş., Ştaxanovski küç., 12/2, mən.609 ünvanında yaşadığını, təxminən 2015-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs ilə tanış olduğunu və həmin vaxtdan dostluq münasibətləri saxlamağa başladıqlarını bildirmişdir. xx.xx.2016-cı ildə Urfan Elvira ilə zəngləşmiş və gəzməyə getməyi təklif etmiş, sonuncu isə bu təkliflə razılaşmışdır. Axşam vaxtı Urfanın mobil telefonuna qardaşı zəng vurmuş və Elviranı oğurladığı üçün polis tərəfindən axtarıldığını, həmçinin sonuncunun valideynlərinin Urfanın ailə üzvləri ilə mübahisə yaratdığını bildirmişdir. Urfan qardaşının sözlərinə qeyri ciddi yanaşmışdır, çünki Elviranı oğurlamamışdır. Həmçinin bir müddət sonra Urfana yenidən qardaşı zəng vurmuş və polis tərəfindən axtarıldığını demişdir. Bundan sonra, Elviranı oğurlamadığını, sadəcə olaraq gəzdiklərini, həmçinin soununcunu sevdiyini və evlənmək istədiklərini demək üçün polis bölməsinə getmişdir. Keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirlərindən və Zərərçəkmiş şəxs ilə söhbətdən sonra məlum olmuşdur ki, 2015-ci ilin sentyabr ayında sonuncu Təqsirləndirilən şəxsla tanış olmuş, onunla əvvəlcə dostluq münasibətləri olmuş, bəzən görüşmüş və gəzişmişlər, lakin ünsiyyətinin daha çoxu telefonla olmuşdur. Belə ki, ünsiyyətlərini sirr olaraq saxlamaq istəmişlər, çünki Elvira bu ünsiyyət barədə atasına danışmağa qorxmuşdur. Təxminən, xx.xx.2016-cı ildə Elvira məktəbdən evə qayıdarkən evinin yanında Urfanla görüşmüş, görüşdən və qısa danışıqdan sonra Elvira və Urfan Rostov-na-Donu şəhəri, Ştaxanovski küç., 4/2 ünvanında yerləşən çoxmərtəbəli evin girişinə daxil olmuşlar, burada Urfan Elviranı öpməyə başlamış, sonra onun yubkasını qaldırmış, alt paltarını salmış və Elvira ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmuşdur. Həmin hadisədən sonra Zərərçəkmiş şəxs Urfanla ünsiyyəti davam etdirmiş və xx.xx.2016-cı ildə Rostov-na-Donu şəhəri, Ştaxanovski küç., 82 saylı evin 3 saylı mənzilində Urfanla birgə olarkən sonuncu ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə bir sıra əməliyyataxtarış tədbirləri aparılmış, lakin sonuncunun olduğu yeri tapmaq mümkün olammışdır. Sonradan isə Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə Taqirkend-Kazmalyar sərhəd məntəqəsi istiqamətində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında sərhədi keçməsi və çox güman ki, sonuncunun Azərbaycan Respublikası ərazisində olması müəyyən edilmişdir (cild 01 iş vər. 15-18). Şahid5 ibtidai istintaq zamanı Şahid6 ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (cild 02 iş vər. 12-14). Şahid7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən hal-hazıra kimi Rusiya DİN Rostov-na-Donu şəhəri üzrə idarəsinin 6 saylı PŞ həddibuluğa çatmamış şəxslərlə iş üzrə müfəttiş vəzifəsində işləyir. xx.xx.2016-cı ildə polis şöbəsində növbətçi olmuş, təxminən nahar vaxtı Rusiya DİN Rostov-na-Donu şəhəri üzrə idarəsinin 6 saylı PŞ-nə Rostov-na-Donu şəhəri, Ştaxanovski küçəsi, 10/4 ünvanında yaşayan xx.xx.1975-ci il təvəllüdlü Şahid1 ərizə ilə müraciət edərək xx.xx.2016-cı ildə azyaşlı qızı, xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxsovnanın xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən zorlandığını bildirmişdir. Növbətçi olduğu üçün həmin ərizəni qəbul etmiş, sonradan Şahid1 sorğulamışdır. Sonuncu bildirmişdir ki, xx.xx.2016-cı ildə qızının ona deməsinə əsasən, xx.xx.2016-cı ildə saat 12:30 radələrində Elvira təhsil aldığı Ştaxanovski küç., 18 ünvanında yerləşən 18 saylı OÜM BBTM yanında tanışı Ştaxanovsk küç., ev 12/2, mən.69 ünvanında yaşayan Urfan Elviranı tutaraq, iradəsi ziddinə avtomobilə doğru aparmış, Elvira ona avtomobilin marka və rəngini bildirməmişdir, sonradan qızını avtomobilin arxa oturacağına otuzdurmuş və özü də yanında oturmuşdur. Avtomobilin sükanı arxasında qızının əvvəllər tanımadığı qafqaz milliyyətli kişi olmuşdur. Bundan sonra qızını Ştaxanovski küçəsi 3 saylı evə gətirmiş, burada Urfan qızının iradəsinə zidd olaraq onu 7-ci mərtəbədə yerləşən 82 saylı mənzilə salmışdır. Qeyd olunan mənzildə Urfan və Elvira ikisi olmuşlar. Mənzilə daxil olduqda Elvira əlinin altına düşən əşyaları atmış, qışqırmış və onu buraxmağı xahiş etmişdir, lakin Urfan onun bu xahişlərinə reaksiya verməmişdir və qızına müqavimət göstərməməsini demişdir. Daha sonra qızını soyundurmağa başlamış və qızına onunla evlənəcəyini demişdir. Elvira buna baxmayaraq müqavimət göstərmiş, lakin Urfan güclə qızının paltarını, alt paltarını soyundurmuş, sonra özü soyunmuş və qızını çarpayıya uzandırmış, müqavimət göstərməməsi üçün qızının əllərini tutmuş və qızı ilə təbii formada cinsi əlaqədə olmuşdur. Şahid1 qızının baş verənlərə qədər bakirə olduğunu demişdir. Cinsi əlaqədə olduqdan sonra Urfan qızını buraxmış, bu an Elvira pəncərəyə yaxınlaşmış və belə bir rüsvayçılıqla yaşamaq istəmədiyi üçün özünü atmaq istəmişdir. Bu zaman Urfan qızına doğru qaçmış, onu tutmuş və çarpayıya otuzdurmuşdur. Sonra isə Urfan öz qardaşlarına zəng vurmuş, bir müddət sonra qardaşları mənzilinə gəlmişlər. Gələnlər üç nəfər olmuş, onlardan kimsə taksi çağırmış və qızı ilə birlikdə Ştaxanovski küçəsində Urfanın qohumlarının evinə aparmışdır, burada Elviranın əvvəl tanımadığı qız da olmuş, Elvira həmin qıza baş verənləri danışmışdır. Qızı Urfanın qohumları gildə saat 21 radələrinə kimi olmuş, bundan sonra Urfan taksi çağırmış və qızı ilə birgə Ştaxanovski küçəsi, "Maqnit" mağazasının yanına getmişlər, bundan sonra Lelyuşenko küçəsində yerləşən "Maqnit Hipermarketinə" tərəf getmişlər. Bu zaman Urfana qardaşlarından biri zəng vurmuş və onu polis və Elviranın qohumlarının axtardığını demişdir. Bundan sonra Urfan qızını Ştaxanovski küçəsində yerləşən ağaclıq tərəfə aparmış, burada onlar xx.xx.2016-cı il saat 03:00 radələrinə kimi olmuşlar. Bundan sonra Urfanın qohumu yenidən Urfana zəng vuraraq təcili evə qayıtmasını demişdir. X15 evə gətirmişdir. Qızı ilkin olaraq Urfanın onu zorlaması barədə heçnə deməmiş, buna görə də onları polis əməkdaşları sorğulayan zaman bu fakt barədə bildirilməmişdir. Şahid1 izahatını yazmış, eyni zamanda həddi-büluğa çatmamışlarla iş üzrə müfəttiş O.V.Romantseva tərəfindən Elvira sorğulanmış, sonuncu Təqsirləndirilən şəxsla tərəfindən zorlanma faktını təsdiq etmişdir. Bundan sonra toplanan material cinayət axtarış şöbəsinə verilmiş, sonradan isə RF İK-in RV üzrə İİ Rostov-na- Donu şəhəri Pervomay rayonu üzrə İŞ-nə göndərilmişdir (cild 02 iş vər. 22-26). Şahid8 Serqeyeviçin ibtidai istintaq zamanı Şahid7 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur (cild 02 iş vər. 27-29). Şahid9 Valeryevna ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən Rusiya DİN Rostov-na-Donu şəhəri üzrə idarəsinin 6 saylı PŞ həddibuluğa çatmamış şəxslərlə iş üzrə müfəttiş işləyir. DİN orqanlarında 2004-cü ildən işləyir və polis mayorudur. xx.xx.2016-cı ildə mən Rostov-na-Donu şəhəri, Klubnaya küçəsi, 6 ünvanında yerləşən Rusiya DİN Rostov-na-Donu şəhəri üzrə idarəsinin 6 saylı şöbənin binasında olmuşdur. Təxminən nahar vaxtı iş yoldaşı Şahid7 həddi-buluğa çatmamış Zərərçəkmiş şəxs sonuncuya qarşı törədilən cinayət faktı üzrə dindirməyi xahiş etmişdir. Şahid7 Rusiya DİN Rostov-na-Donu şəhəri üzrə idarəsinin 6 saylı PŞ-nə Şahid1 həddibuluğa çatmamış qızı Zərərçəkmiş şəxs zorlanması barədə müraciət etdiyini bildirmişdir. xx.xx.2016-cı ildə həddi buluğa çatmamış Elviradan izahat almış, izahatı alan zaman sonuncu bildirmişdir ki, xx.xx.2016-cı ildə saat 12:30 radələrində evindən çıxaraq təhsil aldığı Ştaxanovski küç., 18 ünvanında yerləşən 18 saylı OÜM BBTM yay tətilini keçirməsi barədə məlumat aparmaq üçün getmişdir. Həmin məktəbin yaxınlığında Urfan Elviranı tutaraq əllərinə götürmüş və avtomobilə tərəf aparmışdır. Urfan Elviraya onu öz adətlərinə görə qaçırdığını və evinə gedəcəklərini demişdir. Onlar avtomobillə Ştaxanovski küçəsində yerləşən, dəqiq ünvanını bilmədiyi evə tərəf getmişlər. Urfanla maşından çıxmış, Təqsirləndirilən şəxs onun əlindən tutaraq öz evinə aparmışdır. Elvira bu zaman Urfanın ondan susmasını tələb etdiyinə görə qışqırıb müqavimət göstərməmişdir. Onlar Urfanın yaşadığı mənzilə qalxmışlar, mənzilə daxil olduqda Urfan onu qaçırdığını və evlənəcəklərini izah etməyə davam etmişdir. Bu zaman Elvira qışqırmış, ağlamağa və əlinin altına düşən əşyaları atmağa başlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs onu otağa aparıb, çarpayıya atmış və soyundurmağa başlamışdır. Bu zaman Elvira Urfana bunu etməməsini demiş, lakin Urfan bunun belə olmasını demiş və güclə onun paltarını və alt paltarını soyundurmuşdur, sonra özü soyunmuş və Elvira ilə təbii formada cinsi əlaqədə olmuşdur. Elvira baş verənlərə qədər bakirə olmuşdur. Cinsi əlaqədə olduqdan X21nı buraxmış və başı qarışmışdır, bu an Elvira pəncərəyə yaxınlaşmış və özünü atmaq istəmişdir. Urfan ona doğru qaçmış, saçından tutmuş və evlənmələri üçün bunu belə etməli olduqlarını izah etməyə çalışmışdır. Urfana daha sonra öz qardaşlarına zəng vurmuş, qardaşları bir müddət sonra həmin mənzilə gəlmişlər. Qardaşları Urfanın üstünə qışqıraraq, nə üçün belə bir şey etdiyini demişlər. Gələnlər 3 nəfər olmuş və sonuncudan kimsə taksi çağırmışdır və Elviranı Ştaxanovski küç. Urfanın qohumlarıgilə aparmışlar. Burada Elviranın əvvəl tanımadığı qız olmuş, həmin qız Elviradan Urfanın ona toxunubtoxunmamasını soruşmuş, Elvira Urfanın onu zorladığını demiş, bundan sonra həmin qız Elviraya hamam otağına gedib yuyunmağı təklif etmişdir. Elvira hamam otağından çıxdıqda, qohumların yığılıb Urfanla danışdığını və etdiyi hərəkətin səhv olduğunu izah etdiklərini görmüşdür. Urfanın qohumlarıgildə onlar saat 21 radələrinə kimi olmuşlar, bundan sonra Urfan taksi çağırmış və Elvira ilə birgə Ştaxanovski küçəsi "Maqnit" mağazasının yanına getmişlər, burada çıxıb onra Lelyuşenko küçəsində yerləşən "Maqnit Hipermarketinə" tərəf getmişlər. Orada taksidən düşüb küçədə gəzməyə başlamışlar. Sonra Urfana qardaşlarından biri zəng vurmuş və Elviranın valideynlərinin qızlarının yoxa çıxması barədə polisə müraciət etdiklərini demişdir. Bu zaman Urfan qorxmuş və nə edəcəyini bilməmişdir. Bundan sonra X8 küçəsi və Temernik mikrorayonu arasında yerləşən ağaclıq tərəfə aparmışdır, burada onlar xx.xx.2016-cı il saat 03:00 radələrinə kimi olmuşlar. Bundan sonra Urfanun qardaşı yenidən Urfana zəng vuraraq təcili evə qayıtmasını demişdir. X15 evə gətirmişdir. Orada Urfanın qohumları və polis əməkdaşları olmuşlar, polis əməkdaşları qızı polis şöbəsinə aparmış, sonuncunun valideynləri də orada olmuş və qızı evlərinə aparmışlar. Elvira şok vəziyyətində olmuş və ona sakitləşdirici vurmuşlar. Elvira qorxduğu üçün valideynlərinə və polis əməkdaşlarına Urfanın onu zorlaması barədə dərhal heçnə deməmişdir. Belə ki, Urfan onu başqa heç kim almayacağına görə, heç kimə bu barədə deməməsini bildirmişdir (cild 02 iş vər. 47-50). Şahid10 ibtidai istintaq zamanı Şahid9 Valeryevna ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (cild 02 iş vər. 43-46). Şahid11 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Rostov-Don şəhəri, Ştaxanovskaya küçəsi 10/4, ev 160 ünvanında ailəsi ilə birlikdə yaşayır, Rostov-Don şəhər 18 saylı OÜM BTM 8 “a” sinfində oxuyur. Elvira ilə eyni sinifdə oxuyur, sonuncu ilə yaxın dostluq münasibətlərində olmuşdur. Elviranı müsbət cəhətdən, səmimi, mehriban, xoşrəftar, sadiq, yaxşı rəfiqə kimi xarakterizə etmiş, belə ki, Elvira bütün sinif yoldaşları ilə yaxşı münasibətdə olmuşdur. 24.05. 2016-cı il tarixdə məktəbdə dərslər olmamış, həmin gün məktəbdə heç bir sinifdənkənar tədbir keçirilməmiş və məktəbə çağırılmamışlar, 24.05. 2016-cı ildə E.E. Əliyeva məktəbdə olmamışdır. Yaşadığı binanın 4-cü mərtəbəsində 2016-cı ilin may ayından etibarən Urfan adlı qafqazlı cavan oğlan yaşamışdır. Belə ki, barədə Elvira danışmış, həmçinin, 2015-ci ilin payızından 2016-cı ilin yazına qədər Elviranı dəfərlə binanın girişində Urfanla bir yerdə görmüşdür. Zərərçəkmiş şəxs Urfandan başqa heç bir oğlanla ünsiyyət saxlamamış, Elvira ilə Urfanın aralarındakı münasibətin hansı səviyyədə olmasını bilməmişdir. Elviraya qarşı qeyri-qanuni hərəkətlərin törədilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına çağırlması barədə heç bir məlumatı olmamışdır. xx.xx.2016-cı ildə dərs ilinin son günü olması ilə bağlı məktəbdə yığıncaq olmuş, həmin vaxt Elviraya yığıncağa gəlib-gəlməyəcəyini öyrənmək üçün ismarıc yazmışdır. Elvira isə yığıncağa gəlməyəcəyini, belə ki, gəlməməsi barədə anasının sinif rəhbərinə məlumat verdiyini bildirmişdir. Bundan sonra, xx.xx.2016-cı ilə qədər Elviranı görməmiş və əlaqəsi də olmamışdır, həmçinin sonuncu özü də ona qarşı qeyriqanuni hərəkətlərin törədilməsi barədə söhbət etməmişdir (cild 01 iş vər. 179-182). Şahid12 ibtidai istintaq zamanı Şahid11 ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (cild 01 iş vər. 145-148). Şahid13 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Rostov-Don şəhəri, Ştaxanovskaya küçəsi, ev 12/2, mənzil 41 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qonşuluqda isə, yəni Rostov-Don şəhəri, Ştaxanovskaya küçəsi, ev 12/2, mənzil 38 ünvanında X4ş dövründə yaşamış, qalan vaxtlar isə öz bağ sahəsində olmuşdur. Bağ sahəsinin harada yerləşməsini isə bilməmişdir. Bağ evinə getdiyi vaxtlarda isə binadakı mənzilini müxtəlif şəxslərə kirayə vermişdir. Təxminən, 2016-cı ilin may ayında A.P. Pavlenko mənzilini qafqazlı xarici görünüşə malik bir cavan oğlana kirayə vermiş, sonradan həmin oğlanın adının Urfan olduğunu öyrənmişdir. Həmin cavan oğlan mənzildə təxminən 2–3 gün qalmışdır. Təxminən, may ayında gecə saat 00:30 radələrində həmin cavan oğlanı bir dəfə Rostov-Don şəhəri, Ştaxanovskaya küçəsində yerləşən evdə ailəsi ilə birlikdə yaşayan Zərərçəkmiş şəxs ilə birlikdə görmüş, belə ki, onlarla tamburda rastlaşmışdır. Ailəsini və Elviranı tanıdığına görə, sonuncudan gecə vaxtı burada nə etdiyini soruşduqda, Elvira anasını gözlədiyini və birlikdə gedəcəklərini demişdir. X21 ilə birlikdə tamburdan çıxıb getmiş, amma hara getdiklərini bilməmişdir. Bundan sonra Urfanı bir daha nə binalarında, nə də Elvira ilə görməmişdim. Urfanın cinayət törətməsini hüquq– mühafizə orqanlarından öyrənmişdir (cild 01 iş vər. 161-164). Şahid14 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Rostov-Don şəhəri, Ştaxanovskaya küçəsi, ev 12/2, mənzil 40 ünvanında ailəmlə birlikdə yaşayıram. Qonşuluqda isə, yəni Rostov-Don şəhəri, Ştaxanovskaya küçəsi, ev 12/2, mənzil 38 ünvanında X4ş dövründə yaşamış, qalan vaxtlar isə öz bağ sahəsində olmuşdur. Bağ sahəsinin harada yerləşməsini isə bilməmişdir. Bağ evinə getdiyi vaxtlarda isə binadakı mənzilini müxtəlif şəxslərə kirayə vermişdir. Təxminən 2016-cı ilin may ayında dəqiq yadında qalmadığı gündə, A.P.Pavlenko ona yaxınlaşmış və qafqazlı xarici görünüşə malik Urfan adlı bir cavan oğlanı təqdim edərək, mənzilini bu cavan oğlanın kirayə götürdüyünü demiş və mənzilə göz-qulaq olmasını xahiş etmişdir. Urfan həmin mənzilə köçdükdən və qonşuluqda yaşamağa başladıqdan təxminən bir gün sonra özü ilə ora bir qız gətirmiş, sonradan həmin qızın Elvira olması ona məlum olmuşdur. Sonradan, onlarla birlikdə qafqazlı bir qadın da gəlmiş, lakin həmin qadın barəsində heç bir məlumatı olmamışdır. Sonra, onlar mənzilə daxil olmuşlar və hər şey sakit olmuşdur, bir azdan sonra isə, həmin Qafqaz görünüşlü qadın çıxıb getmiş, Elvira isə Urfan ilə birlikdə qalmışdır. Həmin gün təxminən saat 20:00 radələrində Urfan qalan otağa iki qafqaz görünüşlü qadın gəlmiş, həmin qadınların danışığından, sonuncuların Zərərçəkmiş şəxs Urfana ərə getməyə razı salmaq istəmələrini başa düşmüşdür. Söhbət çox hissəsi Azərbaycan dilində getdiyi üçün, çox şeyi başa düşməmişdir. Bir azdan qadınlar getdi, Urfan ilə Elvira isə evdə qalmışdır. Təxminən, saat 00:30 radələrində isə Elvira çıxıb getmişdir, bildiyi qədər anası gəlib Elviranı aparmışdır. Təqsirləndirilən şəxs həmin mənzildə 2-3 gün qalmış, sonra isə sonuncunu bir daha binada görməmiş və harada olmasını bilməmişdir (cild 01 iş vər. 166- 169). Şahid Pavlenko Alevtina İvanovna ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 1957-ci ildə anadan olmuş X6 ilə rəsmi nikahda olmuş və Rostov-Don şəhəri, Kosmonavtov küçəsi, 26, mənzil 11 ünvanında yaşamışlar. 2006-cı ildə boşandıqdan sonra A.P. Pavlenko Rostov-Don şəhəri, Ştaxanovskaya küçəsi, ev 12/2, mənzil 38 ünvanında yaşamağa başlamışdır. Həmin mənzil mülkiyyət hüququ əsasında ona məxsus olmuş, boşandıqdan sonra A.P. Pavlenko ilə ünsiyyətdə olmamış, əlaqə saxlamamış, heç bir münasibəti olmamışdır. Özünə məxsus olmayan mənzildə A.P. Pavlenko ilə kimin yaşayıb–yaşamadığını, həmin mənzili kimə kirayə verdiyini bilməmişdir. A.P. Pavlenkonun əlaqə nömrəsini bilməmiş və sonuncunun hal-hazırda harada olmasını bilməmişdir. Mülkiyyət hüququ əsasında ona məxsus mənzildə yetkinlik yaşına çatmamış qız uşağına qarşı cinsi cinayət törətmiş qeyri- rus vətəndaşın yaşadığını hüquq – mühafizə orqanlarından öyrənmişdir (cild 01 iş vər. 155-158). Şahid16 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 18 saylı BBTM məktəbdə işləyir, 7 "A" sinfinin sinif rəhbəridir. Qeyd olunan sinifdə rəhbərliyi ilə Zərərçəkmiş şəxs təhsil almış, sonuncunu məsuliyyətli, intizamlı, tərbiyyəli kimi yalnız müsbət tərəfdən xarakterizə etmiş, Elvira sinifin və məktəbin həyatında iştirak etmişdir. xx.xx.2016-cı ildə məktəbə çağırılmış və Elvira barəsində xasiyyətnamə yazması xahiş edilmi, həmçinin sonuncu barəsində zorlama faktı olması bildirilmişdir. Xasiyyətnaməni tədris-tərbiyyə işi üzrə direktor müavini Şahid17 tələbi ilə yazmış, sonuncu ona Elviranın deyəsən qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduğunu bildirmişdir. Elviranı sonuncu dəfə xx.xx.2016-cı ildə valideyn iclasında görmüş, Elvira anası ilə birgə iclasada olmuşdur. xx.xx.2016-cı ildə məktəbdə 7-ci sinif şagirdləri üçün heç bir tədbir keçirilməmiş, bundan əlavə qeyd olunan gündə məktəbdə 9-cu siniflərin test imtahanı olmuş, nəzarət-buraxılış rejimi ciddi həyata keçirilmiş, Elvira məktəbdə olmamışdır. xx.xx.2016-cı ildə məktəbdə heç bir dərs olmamış, buna görə məktəbdə uşaq olmamışdır. xx.xx.2016-cı ildə yay vaxtı uşaqların harada olması haqqında məlumatları doldurmaq üçün məktəbə Elviranın anası- Şahid1 dəvət etmiş, sonuncu qızının vətəni üçün darıxdığına görə Azərbaycan Respublikasında olacağını bildirmişdir. Elvira Şahid11 ilə sıx dostluq münasibətlərinə olmuş, sonuncu Elviranın yaşadığı evdə yaşamışdır. Elviranın kişi cinsindən olan cavan insanlarla saxladığı münasibətlərə dair heç bir məlumatı olmamış, sonuncu heç kimlə birlikdə görməmişdir. Elvira həmişə utancaq xasiyyəti ilə fərqlənmiş, özünü məktəbə və dərslərdə sakit aparmışdır (cild 02 iş vər. 5-7). Şahid17 ibtidai istintaq zamanı şahid Nikolayevna Şahid16 ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (cild 02 iş vər. 19-21). Şahid18 Əlicanoviş ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2016-cı ildə mən Zərərçəkmiş şəxs məxsus mobil telefonun baxışına azərbaycan dilindən rus dilinə tərcüməçi kimi iştirak etmişdir. Qeyd olunan mobil telefona baxış zamanı Elviranın Urfanla ünsiyyətdə olması məlum olmuşdur. Həmçinin, Elvira Urfanla cinsi əlaqədə olmuş, lakin harada və hansı şəraitdə olması yazışmalarından bilinməmişdir. Elvira ilə Urfan arasında cinsi əlaqə qarşılıqlı razılıq əsasında olmuş, onlar arasında söhbət zamanı yüksək sevgi hissi barədə danışmışlar. Həmçinin, Elvira söhbət zamanı Urfana onu atmayacağını və sonuna qədər onunla olacağını və onunla cinsi əlaqədə olması barədə heç kimə danışmayacağını bildirmişdir. Həmçinin, polis şöbəsində olan zamanı Urfanun onu oğurlamadığını, özü sonuncu ilə könüllü gəzməyə getdiyini bildirmişdir (cild 02 iş vər. 40-42). Şahid19 Revazoviç ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə saat 15:10-dan 15:20-dək müddətdə Rostov-na- Donu şəhəri, Metallurgiçeskaya küçəsində, “FiksPrays” mağazasının yaxınlığında olmuş, qeyd olunan vaxtda ona bir gənc yaxınlaşaraq, özünü Rusiya Federasiyası İstintaq Komitəsinin Rostov vilayəti üzrə istintaq idarəsinin Rostov-na-Donu şəhəri, Pervomayski rayonu üzrə istintaq şöbəsinin böyük müstəntiqi kimi təqdim etmiş və ifadələrin yerində yoxlanılması istintaq hərəkətində hal şahidi qismində iştirak etməsini təklif etmiş və həmin təkliflə razılaşmışdır. Daha sonra müstəntiqlə birlikdə istintaq şöbəsinin kabinetinə qalxmış, orada tanımadığı şəxslər olmuş, sonradan həmin şəxsərdən birinin zərərçəkmiş şəxs, sonuncunun anası, həmçinin pedaqoq-psixoloq olması məlum olmuşdur. Daha sonra müstəntiq harasa getmiş və bir gınc qızla qayıtmış, sonuncuda istintaq hərəkətində hal şahidi qismində iştirak edəcək şəxs kimi təqdim edilmişdir. Daha sonra müstəntiq bütün iştirakçı şəxslərə hüquqlarını izah etmiş, həmçinin istintaq hərəkətində iştirak edəcək şəxslərin soyadlarını, adlarını və ata adlarını söyləmişdir. Daha sonra müstəntiq zərərçəkmiş şəxs Elviraya onun barəsində cinayətin törədildiyi yeri göstəribgöstərməyəcəyi, onun barəsində nə vaxt, harada və hansı şəraitdə cinayətin törədildiyini izah edib-etməyəcəyi barədə sual vermiş, Elvira razılıq vermiş və bundan sonra bütün iştirakçılarla birlikdə Rostov-na-Donu şəhəri, Ştaxanovski küçəsinə yollanmışlar. Burada Elviranın sözlərindən mənə məlum olmuşdur ki, 2015-ci ilin sentyabr ayında Urfanla tanış olmuş, əvvəlcə onunla dost münasibətində olmuş, bəzən görüşmüş və gəzmişlər, lakin onların ünsiyyəti telefon danışıqlarından artıq davam etməmiş, belə ki, münasibətlərini sirr saxlamağa çalışmışlar. Həmçinin, Elvira təxminən xx.xx.2016-cı il tarixdə məktəbdən evə qayıdarkən, öz binasının yanında Urfanı görmüş, sonuncu ilə qısa söhbət etdikdən sonra Urfanla harasa getmiş, Urfan burada Elviranı öpməyə başlamış, daha sonra yubkasını qaldırmış, alt paltarını aşağı salmış, daha sonra öz cinsiyyət üzvünü qızın cinsiyyət orqanına daxil etmiş və bununla da həmin qız ilə cinsi əlaqəyə girmişdir. Daha sonra Elvira izah etmişdir ki, xx.xx.2016-cı il tarixdə Rostov-na-Donu şəhəri, Ştaxanovski küç. 12/2 ünvandakı binada, nömrəsini demədiyi mənzildə olarkən Urfanla müxtəlif mövzularda söhbət etmiş, həmin vaxt Urfan sonuncu ilə cinsi əlqəyə girməyi təklif etmiş, Elvira onunla razılaşmış və qarşılıqlı razılıqla cinsi əlaqəyə girmişdir. Cinsi əlaqədən sonra Urfanla birlikdə şəhərə gəzməyə getmişdir. Həmçinin Elvira izah etmişdir ki, hər iki halda Urfanla cinsi əlaqəyə qarşılıqlı razılıq əsasında girmiş, Urfan onu məcbur etməmişdir. İstintaq hərəkəti başa çatdıqdan sonra müstəntiq tərəfindən ifadələrin yerində yoxlanılması protokolu tərtib edilmiş və bütün iştirak edən şəxslər protokolu imzalamışlar (cild 03 iş vər. 91-94). Şahid20 ibtidai istintaq zamanı Şahid19 Revazoviç ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (cild 03 iş vər. 87-90). Şahid Lobanova Yelena Konstantinovna ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, iştirakı ilə xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxsovna barəsində məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Elviranın ekspert tədqiqatının aparılması zamanı sonuncuya törədilən cinayət hallarına dair suallar verilmişdir, Elviranın sözlərindən məlum olmuşdur ki, "xx.xx.2016-cı ildə saat 12:30 radələrində onu tanıdığı kişi oğurlamış və öz evinə aparmış, onu bir dəfə uşaqlıq yoluna prezervativsiz zorlamışdır, lakin cinsi aktı hara qurtardığını bilməmiş, ona bədən xəsarətləri vurulmamışdır. Həmçinin, cinsi həyatı 2016-cı ilin aprel ayından yaşamış və bir cinsi akt olmuşdur. Elvira başqa heç bir cinayət haqqında danışmamışdır (cild 02 iş vər. 37-38). Şahid Lepixova Valentina Serqeyevna ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxsovna barəsində ambulator kompleks psixoloji-psixiatrik ekspertiza keçirmişdir. Ekspertiza keçirilən zaman, Elvira ilə söhbət zamanı məlum olmuşdur ki, 2015-ci ilin sentyabr ayında Elvira Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu ilə əvvəlcə dostluq münasibətləri olmuş, bəzən görüşüb birlikdə gəzmişlər, lakin ünsiyyətlərinin əsas hissəsi telefonla olmuş, belə ki, öz ünsiyyətlərini gizli saxlamağa çalışmışlar.Həmçinin bildirmişdir ki, təxminən xx.xx.2016-cı ildə məktəbdən evə qayıdarkən, evinin yanında Urfanı görmüş, sonuncu ilə qısa söhbətdən sonra Urfanla çoxmərtəbəli evin girişinə getmiş, lakin dəqiq ünvanı deməmişdir, burada Urfan Elviranı öpməyə başlamış, sonra onun yubkasını qaldırmış, alt paltarını salmış, bundan sonra öz cinsi orqanı onun uşaqlıq yoluna salmış, bununlada Elvira ilə cinsi əlaqədə olmuşdur. Elvira həmçinin, xx.xx.2016-cı ildə Urfanla ünvanını demədiyi birlikdə mənzildə olarkən, Urfanla qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmasını bildirmişdir. Lakin, bunlardan başqa Urfanla cinsi əlaqədə olması barədə danışmamışdır. O cümlədən, Elvira özünün 13 yaşı olması barədə Urfana deməsini və ya sonuncunun yaşı barədə heç bir şey danışmamışdır. Elvira ekspertiza zamanı xx.xx.2016cı ildə könüllü olaraq Urfanla cinsi əlaqədə olduğunu demiş, lakin ilk cinsi əlaqənin könüllü və ya zorla olması barədə heç bir şey deməmişdir (cild 02 iş vər. 31-32). Şahid X7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ekspert psixoloq V.S.Lepixova ilə birgə xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxsovna barəsində ambulator kompleks psixoloji-psixiatrik ekspertiza keçirmişdir. Aparılan ekspert tədqiqatı zamanı Elviraya həmçinin iş üçün əhəmiyyətli olan halları düzgün qavramaq və bu barədə ifadə vermək bacarığını qiymətləndirmək üçün, sonuncuya ona qarşı törədilən cinayətin hallarına dair suallar verilmişdir. Ambulator kompleks psixoloji-psixiatrik ekspertiza rəyində göstərildiyi kimi, Elvira təqsirləndirilən şəxslə bir ilə yaxındır ki tanış olduğunu, əvvəlcə dost kimi ünsiyyətdə olduğunu, həmin vaxt oğlanın ona toxunmadığını, cinsi əlaqənin iki dəfə olduğunu, bundan əvvəl cinsi əlaqədə olmadığını, oğlan "qaçandan" sonra çox fikirləşdiyini, məyus olduğunu, cinsi əlaqədə olmasından təəssüf etdiyini, belə ki, qızın bakirə olmalı olduğunu bildirmişdir. Həmçinin, X7 əlavə ifadəsində bildirmişdir ki, xidməti vəzifəsinə məhkəmə-psixolojipsixiatrik ekspertizaların keçirilməsi daxildir. ********** nömrəli cinayət işinin materialları üzrə verdiyi xx.xx.2016-cı il tarixli 2211 nömrəli ekspert rəyi ilə əlaqədar bildirmişdir ki, qeyd olunan ekspert rəyi xx.xx.2016-cı il tarixdə RV “YYÇİ” DBM-nə daxil olmuş Rusiya Federasiyası İstintaq Komitəsinin Rostov vilayəti üzrə istintaq idarəsinin Rostov-na-Donu ş. Pervomayski rayonu üzrə istintaq şöbəsinin müstəntiqinin qərarı əsasında yerinə yetirilmişdir. Həmin ekspertizanın keçirilməsi üçün ********** nömrəli cinayət işinin təqdim olunmuş materialları tərəfindən tədqiq edilmiş, həmçinin azyaşlı Elviranın müayinəsi aparılmışdır. Cinayət işinin təqdim olunmuş materiallarının tədqiqi və Elviranın müayinəsi nəticəsində müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan hər hansı psixi pozğunluqdan əziyyət çəkməmiş, yaşı ilə əlaqədar olaraq, Elvira iş üçün əhəmiyyətli olan halların daxili məzmunlu tərəfini düzgün qavraya, ona qarşı “törədilən” hərəkətlərin xarakterinin etik və şəxsi nəticələrini dərk edə bilməmişdir. Öz psixi vəziyyətinə görə Elvira işin hallarının görünən tərəfini düzgün qavraya və onlar haqqında (cinayətin törədildiyi vaxt, yer, cinayətkarın şəxsiyyəti, onun hərəkətlərinin ardıcıllığı) ifadə verə bilmişdir. Məhkəmə psixiatriyasında zərərçəkmiş şəxslər tərəfindən cinayətkarın hərəkətlərinin xarakterinin və əhəmiyyətinin dərk edilməsi dörd səviyyədə qiymətləndirilməsini qeyd etmişdir. 1. vəziyyət çərçivəsində (vaxt, yer, qanun pozucusunun xarici görünüşü, onun törətdiyi hərəkətlərin ardıcılıığı və s.) cərəyan edən hüquqi əhəmiyyətli hadisələrin görünən tərəfinin dərk edilməsi; 2. cinsi əlaqələrin daxili məzmununun, yəni bioloji mahiyyətinin dərk edilməsi; 3. kriminal hadisələrin sosial əhəmiyyətinin dərk edilməsi – cinayətin mənəvi, əxlaqi-etik əhəmiyyətini, onun şərəf və ləyaqət üçün nəticələrini və s. dərk etmək qabiliyyəti və 4. kriminal hadisələrin sosial əhəmiyyətini şəxsi məna səviyyəsində dərk edilməsi. Törədilən hüquq pozuntusunun xarakterini anlamaq qabiliyyətinin olmaması birinci və ikinci dərk etmə səviyyələrinin pozulmasının aşkarlanmasına aid olmasını bildirmişdir. Elviranın ekspertizasının keçirilməsi zamanı cinsi əlaqələrin daxili məzmununun deyil, onların bioloji mahiyyətinin dərk edilməsi aşkar edilmişdir, belə ki, yaş amili, yəni seksual inkişafın müəyyən mərhələsində olması ilə əlaqədar olaraq, seksual sahədə bu və ya digər təsəvvürlər formalaşmamışdır. Belə ki, törədilən hərəkətlərin daxili məzmununun dərk edilməsinə cinsi münasibətlərin fiziologiyası haqqında məlumatlılıq, mayalanmanın fiziologiyası haqqında məlumatlılıq, uşaq doğmanın fiziologiyası haqqında məlumatlılıq,kişi və qadınların anatomik-fizioloji xüsusiyyətləri haqqında haqqında məlumatlılıq, cinsi həyata başla yaşı haqqında sisal qəbul olunan anlayışların mövcudluğu, qanun pozucusunun davranışının seksual yönünün dərk edilməsi, zərərçəkmiş şəxsin cinslər arasında seksual münasibət məsələlərinə dair məlumatlılığının daxil olmasını bildirmişdir. Üçüncü və dördüncü dərketmə səviyyələrinin pozulması zamanı qəsd edənin hərəkətlərinin mahiyyətini tam mənada anlamaq qabiliyyətinin olmaması, qəsd edənin hərkətlərinin mahiyyətinin məhdud şəkildə qavranıldığını təsdiq etmişdir. Beləliklə, Elvirada ona qarşı törədilən hərəkətləri üçüncü və dördüncü dərk etmə səviyyələri mövcud olmamışdır. Elvira, yaşı və onda üçüncü və dördüncü dərketmə səviyyələrinin olmaması ilə əlaqədar olaraq, cinsi əlaqəyə girdiyi anda onunla törədilən hərəkətlərin xarakterini və mahiyyətini anlaya bilməmişdir (cild 02 iş vər. 34-35, cild 03 iş vər. 145-151). Cinayət işinin materiallarında olan xx.xx.2016-cı il tarixli cinayət haqqında şifahi ərizənin qəbul olunmasına dair protokoldan görünür ki, Şahid1 həmin tarixdə Rusiya DİN Rostov- Don şəhər İdarəsinin 6 X18 müraciət edərək, qızı Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixdə ildə saat 13:30 radələrində Rostov-Don şəhərinin Ştaxanovsk küçəsi ev 3 mənzil 82 ünvanında Təqsirləndirilən şəxs tərəfindən zorlanması barədə məlumat vermiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01 iş vər. 41). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 iyun 2016-cı il tarixli 2630 saylı rəyindən görünür ki, Elvirada uşaqlıq yolunun giriş nahiyyəsində qansızma vardır. Qeyd olunan zədə xx.xx.2016-cı ildə baxış zamanı 3 gün əvvəl küt bərk əşyanın təsirindən yaranmışdır, bu da qansızmanın xx.xx.2016-cı ildə yaranmasını istisna etmir. Qeyd olunan zədə sağlamlığın qısamüddətli pozulmasına və ya ümumi əmək qabiliyyətlinin az əhəmiyyətli itməsinə səbəb olmamışdır, sağlamlığa zərər vurmayan zədə kimi qiymətləndirilir (RF Svə SİN xx.xx.2008-ci il tarixli 194n saylı əmri ilə təsdiq olunan "İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsinin müəyyən olunmasının tibbi meyarlarının" 9 b. əsasən). Elviranın qızlıq pərdəsinin tamlığı pozulmuşdur, bunu şərti siferblatın 7 əqrəbində yarığın olması təsdiq edir. Onun vəziyyəti, yarıqlar nahiyyəsində seliklinin xarakteri baxış anından (xx.xx.2016) 3 aydan artıq olmayan müddətə uyğundur. Mövcud tibbi məlumatlara əsasən pozulmanın müddəti və vaxtı barədə daha dəqiq bildirmək mümkün deyil, çünki deflorasiya anından 3 ay sonra yara yeri qalır, sonra o yer şəklini dəyişdirmir. Arxa keçid nahiyyəsində hər hansı bir zədə aşkar olunmamışdır. 2002ci il təvəllüdlü Elviranın uşaqlıq yolu, arxa keçid dəliyi, ağız boşluğu tərkibi yaxmalarında spermatazoidlər aşkar olunmamışdır (cild 02 iş vər. 54-56). Cinayət işinin materiallarında olan ambulator kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 11 avqust 2016-cı il tarixli 2211 saylı rəyindən görünür ki, həddi-buluğa çatmamış Elvira hər hansı bir psixiki pozğunluqdan əziyyət çəkmir. Ona qarşı qanunazidd hərəkətlərin "törədilməsi" zamanı Elvira öz yaşına görə iş üzrə əhəmiyyətli olan halların daxili, məzmunulu tərəfin düzgün qavraya bilmirdi, ona qarşı "törədilən" hərəkətlərin xarakterinin etik və şəxsi nəticələrini başa düşə bilmirdi. Öz Psixiki vəziyyətinə görə Elvira işin hallarının zahiri tərəfini düzgün qavrayıb onlar üzrə ifadə verə bilər (cinayətin törədilmə vaxtı, yeri, cinayətkarın şəxsiyyəti, onun hərəkətlərinin ardıcıllığı). Beləliklə, Elviranın hazırki müayinəsi zamanı kliniki əhəmiyyətli anlama fəaliyyətinin, analizator sistemlərinin pozulması, şəxsiyyət dəyişməsi aşkar olunmamışdır. Fantaziya etməyə yüksək meyillik yoxdur. Yüksək təsirləmə əlamətləri yoxdur şəxsi təcrübənin həyati hallarında qeyri müstəqilliklə fərqlənir, Elvira cinsi rol davranışı formalaşması mərhələsindədir. Ənənəvi ailədə tərbiyyə olunur, təmamilə özünü "qafqaz" qadını kimi başa düşür, anlayışla kişilərlə olan ünsiyyəti qəbul etmişdir. Qiymətləndirirdi ki, təqsirləndirilən şəxs onun "təmizliyini" qoruyur, ona qarşı "pis niyyəti" olmamışdır, ona etmibar edirdi, birgə gələcəkləri barədə söhlədiyi planları bölüşürdü. Birinci vəziyyəti 26.04.16 onun üçün gözlənilməz olmuşdur. Təqsirləndirilən onunla seksual münasibətə girməni müzakirə etməmişdir, aqressiya göstərməmişdir. Bütün bunlar ona vaxtı-vaxtında qəsd edənin istəklərini düzgün qiymətləndirməyə və ona müqavimət göstərməyə imkan verməmişdir. Baş verənləri sonradan başa düşmüşdür, mütəəssir olmuşdur, özünü itirmişdir. Tərbiyyəsinə görə qərara almışdır ki, biabırçılıqdan qurtulmağın yeganə üsulu baş verənləri gizlətmək, təqsirləndirilənlə münasibətləri saxlamaq və və sonra ona ərə getmək və bu zaman "heç kim heç nə bilməyəcəkdir". xx.xx.2016-cı ildə təkrar münasibətdə olarkən Elvira olduğu vəziyyətin mürəkkəbliyini, təqsirləndirilən şəxsdən asılılığını anlamışdır. Qeyd olunan vəziyyət onun üçün psixotravmaedici xarakterə malik idi. Elviraya yüksək təsirlənmə xas deyil, lakin o mürəkkəb həyati hallarda qeyri müstəqilliklə fərqlənir, o özü üçün əhəmiyyətli şəxslərə tabe olaraq idarə olunan mövqeyə malikdir. Elvirada fantaziyaya yüksək meyillik yoxdur. Elvira ona qarşı cinayət hadisələri törədilərkən xx.xx.2016-cı ildə çaşqınlıq vəziyyətində idi, lakin o ifadə olunmuş deyildi, lakin vəziyyəti sürətliliklə fərqlənirdi, buda ona baş verənləri vaxtında anlamağa və müqavimət göstərməyə imkan verməmişdir. xx.xx.2016-cı ildə Elvira onun davranışının tam iradəli vəziyyətini məhdudlaşdıran emosional gərginlik vəziyyətində idi. (cild 02 iş vər. 58-59) Cinayət işinin materiallarında olan qərarlardan görünür ki, xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-in 134-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2016-cı il tarixdə Rostov şəhəri, Pervomayski rayon məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 74-77, 92-95). Cinayət işinin materiallarında olan qərardan görünür ki, ibtidai istintaq zamanı xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edilmişdir (cild 02, iş vər. 97-98). Cinayət işinin materiallarında olan xx.xx.2016-cı il tarixli “İfadələrin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərək fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir (cild 03 iş vər. 75-84). Cinayət işinin materiallarında olan qərarlardan görünür ki, 27 noyabr 2016-cı il tarixdə cinayət işi üzrə icraat dayandırılmış, 14 oktyabr 2019-cu ildə isə cinayət işi üzrə icraat təzələnməşdir (cild 03, iş vər. 115-119, 139-140). Cinayət işinin materiallarında olan qərarlardan görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs əməli Rusiya Federasiyası CM-in 134-cü maddəsinin 3-cü hissəsindən həmin Məcəllənin 131-ci maddəsinin 4-cü hissəsinə tövsif edilmiş və sonuncu eyni tarixli qərarla həmin əməlin törədilməsində təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 03, iş vər. 156-159). Cinayət işinin materiallarında olan qərarlardan görünür ki, cinayət işi üzrə icraat 14 noyabr 2019-cu ildə yenidən dayandırılmış və 14 yanvar 2020-ci ildə cinayət işi üzrə icraat təzələnmişdir (cild 03, iş vər. 185-187, 193194). Cinayət işinin materiallarında olan qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olduğundan və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiya Federasiyasına verilməsi Azərbaycan Respublikası qanunvericiliyinə və tərəfdar çıxdığı müvafiq konvensiyaya əsasən mümkün olmadığından, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir (cild 03, iş vər. 202-203). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 593/269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozuntuları ilə xbt-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F-70.1 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərinin ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (cild 04 iş vər. 195-198.) Cinayət işinin materiallarında olan Göyçay rayon X9 Hüquqi Şəxsin xx.xx.2020-ci il tarixli 4705 nömrəli məktubunda gösərilmişdir ki, Göyçay rayon Bığır kənd sakini xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay Rayon Mərkəzi X16 Şəxsin poliklinika şöbəsinin psixiatrik kabinetdə qeydiyytada yoxdur (cild 04, iş vər. 127). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır və o, ittiham olunduğu cinayət əməlini xarici dövlətin ərazisində, yəni Rusiya Federasiyasının ərazisində törətmişdir. İttiham olunduğu həmin əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılır, həmçinin, Təqsirləndirilən şəxs bu cinayətə görə Rusiya Federasiyasında məhkum olunmamışdır. Odur ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinə münasibətdə isə cinayət işinin materiallarında mövcud olan və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, o cümlədən məhkəmə istintaqı zamanı müəyyən etdiyi işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən həqiqətən də Zərərçəkmiş şəxs qarşı cinayət əməli törədilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli yalnış olaraq CM-in 149.3.3-cü maddəsi ilə, yəni təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama cinayəti kimi tövsif edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 149.3.3-cü maddəsindən, xx.xx.2022-ci il tarixədək qüvvədə olan həmin Məcəllənin 152.2ci maddəsinə tövsif edilməli və o, həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəzalandırılmalıdır. Eyni zamanda, məhkəmə çıxışı zamanı dövlət ittihamçısı da Təqsirləndirilən şəxs qarşı CM-in 149.3.3-cü maddəsi ilə irəli sürülən ittihamı müdafiə etməmiş və təqsirləndirilən şəxsin əməlinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan CM-in 152.2-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası həddində ona cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda əks olunan tarixlərdə yetkinlik yaşına çatmış şəxs olan Təqsirləndirilən şəxs xx.xx.2002-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs ilə sonuncunun razılığına əsasən təbii yolla cinsi əlaqədə olmuşdur. Cinaytət işinin materiallarında olan ambulator kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 11 avqust 2016-cı il tarixli 2211 saylı rəyində göstərilənləri əsas götürən ibtidai istintaq orqanı belə bir qənaətə gəlmişdir ki, sözügedən cinsi yaxınlıqlar zamanı xx.xx.2002-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs öz razılığı ilə hərəkət etsə də, o, barəsində törədilən seksual hərəkətlərin mahiyyətini və nəticəsini yaşının azlığına görə düzgün qavraya bilməmiş, habelə yaşının az olması səbəbindən müqavimət göstərmək iqtidarında olmamış, beləliklə də Zərərçəkmiş şəxs həmin an üçün köməksiz vəziyyətdə olmuşdur. CM-in 149.1-ci maddəsinin mənasına görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma zorlama cinayətini ehtiva edir. Şəxsə qarşı o zaman CM-in 149.3.3-cü maddəsi ilə ittiham irəli sürülür ki, təqsirkar şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama cinayətini törətmiş olur. Beləliklə, məhz yuxarıda qeyd olunanlara əsasən ibtidai istintaq orqanı sözügedən cinsi yaxınlıqlar zamanı xx.xx.2002-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs öz razılığı ilə hərəkət etsə də, barəsində törədilən seksual hərəkətlərin mahiyyətini və nəticəsini yaşının azlığına görə düzgün qavraya bilmədiyi, habelə yaşının az olması səbəbindən müqavimət göstərmək iqtidarında olmadığı, yəni köməksiz vəziyyətdə olduğu qənaətinə gəlmiş və ona görə də, Təqsirləndirilən şəxs qarşı məhz CM-in 149.3.3-cü maddəsi ilə, yəni təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama cinayətinin törədilməsi ilə bağlı sözügedən ittiaham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında olan mövcud sübutlar araşdırılarkən, yəni təqsirləndirilən şəxs dindirilərkən, zərərçəkmiş şəxsin və iş üzrə şahidlərin ifadələri elan olunub tədqiq olunarkən, habelə iş materiallarında yer alan digər sənədlərə baxış keçirilərkən məhkəmə heyətində iş üzrə Rusiya Federasiyasında aparılan ibtidai istintaq zamanı əldə olunmaqla iş materiallarına əlavə olunmuş ambulator kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 11 avqust 2016-cı il tarixli 2211 saylı rəyinin əsaslılığına dair şübhələr yaranmış və iş üzrə təkrar kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizası təyin edilməklə, müvafiq rəy əldə olunaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilən təkrar kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3298 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Bunu cinayət işi materialları (anamnestik məlumatlar, tibbi sənədlər, keçirilmiş psixiatrik və psixoloji nəticəsi) sübut edir. Zərərçəkmiş şəxs hadisə vaxtı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs hadisə vaxtı yaş səviyyəsində öz hərəkətlərinin mahiyyətini, faktiki xarakterini dərk etmək, öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hadisə dövründə idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmuşdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı ilə əlaqədar hadisə dövründə yadda saxlamaq, təsvir etmək, həmçinin psixoloji yetişkən olması ilə əlaqədar baş vermiş hadisənin mahiyyətini qavramaq, öz hərəkətlərini və ona qarşı edilən hərəkətləri dərk etmək imkanına malik olmuşdur. Qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs psixoloji yetişkən olmasına görə cinslərarası intim həyatın sosial-psixoloji məzmununu, etik-əxlaqi cəhətlərini düzgün başa düşmüş, normalarla müqayisə edib məntiqi olaraq əlaqələndirmək, qiymətləndirmək bacarığına malik olmuşdur. Zərərçəkmiş şəxs psixoloji yetişkən olmasını onun Təqsirləndirilən şəxs yazdığı mesajların məzmunu, (cild İ səh 74-87, 94-99), telefonuna baxış zamanı aşkar olunan özünün pornoqrafik şəkilləri və həmin şəkilləri Təqsirləndirilən şəxs göndərməsi (cild İ səh. 119-126), hadisədən sonra məqsədyönlü şəkildə internetdə etdiyi axtarışın məzmunu (qızlıq pərdəsinin bərpa edilməsi, qızlıq pərdəsinin pozulmasının əlamətləri, qızlıq pərdəsinin bərpa edilməsinin həkim-ginekoloq tərəfindən müəyyənləşdirilməsi (cild İ, səh. 102-118) və s. sübut edir. 1. Təqdim edilmiş cinayət işi materiallarına əsasən belə güman etmək olar ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir.2. Zərərçəkmiş şəxs hadisə vaxtı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müyy edilmir. Zərərçəkmiş şəxs yaş səviyyəsi nəzərə alınmaqla baş verən hadisələri düzgün başa düşmək, öz hərəkətlərinin faktiki xarakterini və mahiyyətini dərk etmək, onları idarə etmək, onlara hesabat verə bilmək, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilən hərəkətlərin faktiki xarakterini və əhəmiyyətini başa düşmək iqtidarında olmuşdur.3. Zərərçəkmiş şəxs barəsində qiyabi ekspertiza keçirildiyindən onun hal-hazırda psixi vəziyyətini müəyyən etmək və bununla bağlı suallara cavab vermək mümkün deyil. 4. Zərərçəkmiş şəxs cinayət işi zəzərçəkmiş şəxs qismində keçdiyindən onun hüquqi statusuna görə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz. 5. Zərərçəkmiş şəxs hadisə dövründə əqli və psixi inkişafı normaya uyğun olmuş, gerilik əlamətləri özünü biruzə verməmişdir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilərdi. Zərərçəkmiş şəxs həmin vaxt psixoloji yetişkən olduğundan cinslərarası intim həyatın sosialpsixoloji məzmununu, etik-əxlaqi cəhətlərini dərk edə, normalarla müqayisə edib əlaqələndirə bilərdi. Zərərçəkmiş şəxs psixoloji yetişkən olması onun Təqsirləndirilən şəxs yazdığı mesajların məzmunu, telefonuna baxış zamanı aşkar olunan özünün pornoqrafik şəkilləri və həmin şəkilləri Təqsirləndirilən şəxs göndərməsi, hadisədən sonra məqsədyönlü şəkildə internetdə etdiyi axtarışın məzmunu və s. sübut edir. 6. Zərərçəkmiş şəxs hadisə zamanı yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. 7. Zərərçəkmiş şəxs hadisə dövründə yüksəktəsirlənmə xas olmamışdır. 8. Zərərçəkmiş şəxs hadisə dövründə fantaziyaya yüksək meyillik xas olmamışdır. 9. Cinayət işi üzrə izahatların təhlilinə əsasən belə qənaətə gəlinir ki, qərarın təsviri hissəsində göstərilən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş cinsi əlaqə bir-birilərinə qarşı duyduqları sevgi münasibətinə əsasən könüllü şəkildə olmuşdur. Buna görə də, Zərərçəkmiş şəxs tədqiq olunan dövrdə onun şüuruna və psixoloji fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək emosional vəziyyətdə olmamışdır. Sözügedən rəylə razılaşmayan dövlət ittihamçısı vəsatət verərək iş üzrə təkrar kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının keçirilməsini xahiş etmiş və məhkəmənin qərarı ilə həmin vəsatət təmin edilməklə iş üzrə təkrar kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizası təyin edilərək, müvafiq rəy alınmaqla iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilən təkrar qiyabi kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasinin xx.xx.2023-cü il tarixli 243 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Bunu cinayət işi materialları (anamnestik məlumatlar, tibbi sənədlər, əvvəllər keçirilmiş əyani və hal-hazırki qiyabi psixiatrik və psixoloji müayinənin nəticəsi) sübut edir. Zərərçəkmiş şəxs 2015-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs onunla tanış olmaq cəhdini (Təqsirləndirilən şəxs liftə özünəməxsus mobil telefon nömrəsini qoyması) normal qarşılamış, onunla münasibət yaratmış, ilk əvvəl aralarında dostluq münasibəti olsa da, bir müddət sonra sevgi hissləri yaranmışdır. Anası onun Təqsirləndirilən şəxsla münasibət yaratmasına qarşı çıxsa da, buna o qədər də əhəmiyyət verməmiş, belə ki, Təqsirləndirilən şəxsla münasibətini (telefon əlaqəsi saxlamış, təklikdə görüşmüş, evinə getmişdir) davam etdirmiş, həmin münasibətlər çərçivəsində onlar arasında cinsi əlaqə olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla cinsi əlaqəyə qədər və cinsi əlaqədən sonra aralarındakı münasibəti (yazdığı mesajları, ona bəzi intim zonalarının şəklini göndərməsi, internet araşdırmalarını (qızlıq pərdəsinin bərpa edilməsi, qızlıq pərdəsinin pozulmasının əlamətləri, qızlıq pərdəsinin bərpa edilməsinin həkim-ginekoloq tərəfindən müəyyənləşdirilməsi)) təhlil etdikdə belə qənaətə gəlmək mümkün olur ki, Zərərçəkmiş şəxs cinsi əlaqə zamanı və bilavasitə sonra psixi-emosional vəziyyətinə təsir göstərəcək neqativ amillər (stress, güclü həyəcan, qorxu, psixi-emosional gərginlik və s.) özünü biruzə verməmiş, etdiyi və ona qarşı edilən hərəkəti, ola biləcək nəticəni dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs ilə Rostov-Don şəhərində aparılmış kompleks məhkəmə psixiatrik-psixoloji ekspertiza zamanı ekspertlərlə ünsiyyətdə olarkən söylədikləri fikirlərini (öz adət-ənənəsi barədə məlumatlı olması, cinsi əlaqə, uşağın necə əmələ gəlməsi, uşağın əmələ gəlməmək üçün qarşısının alınması yollarını bilməsi), həmçinin Təqsirləndirilən şəxsla cinsi əlaqədə olduqdan sonra onun spermasının içəri boşalması ilə əlaqədar narahatlıq (uşağa qalacağından ehtiyatlanması) keçirməsi, bundan sonra qızlıq pərdəsinin bərpa edilməsi, qızlıq pərdəsinin pozulmasının əlamətləri, qızlıq pərdəsinin bərpa edilməsinin həkim-ginekoloq tərəfindən müəyyənləşdirilməsi barəsində internet araşdırmalarını psixoloji cəhətdən qiymətləndirdikdə onun kifayət qədər psixoloji yetişkən olduğu nəticəsinə gəlmək mümkün olur. Yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, Zərərçəkmiş şəxs onunla baş vermiş hadisələr zamanı öz hərəkətlərini və ona qarşı edilmiş hərəkətləri düzgün qavramaq, qiymətləndirmək, ola biləcək nəticələri proqnozlaşdırmaq, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. 1. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. 2. Zərərçəkmiş şəxs baş verən hadisələri düzgün qiymətləndirmək iqtidarında olmuş, yəni hadisənin konkret halları nəzərə alınmaqla Zərərçəkmiş şəxs psixi inkişaf səviyyəsinə görə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək, həmçinin ona qarşı Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərin faktiki xarakterini dərk etmək iqtidarında olmuşdur. Belə ki, cinayət işi materiallarından məlum olur ki, xx.xx.2016-cı il tarixdə keçirilən ekpsertiza gedişatında Zərərçəkmiş şəxs özünü Qafqazlı əqisədinə malik şəxs kimi tanıdığını, adətlərə müvafiq fikirlərini söyləyərək seks barəsində, hamilə qalmanın qarşısını almaq yolları haqda, həmçinin anası tərəfindən qızların nə zaman və hansı yaşlarında evliliyə icazə verilməsi məlumatlandırıldığını bildirir. Bu iş üzrə Zərərçəkmiş şəxs dindirilərkən Urfan adlı şəxs barəsində pozitiv fikirlər söyləyərək aralarında sevgi münasibətləri yarandığını və könüllü onunla cinsi əlaqəyə girdiyini söylədiyi halda hadisədən iki aydan da çox keçəndən sonra isə Urfanın qaçması faktını söyləməklə baş vermiş hadisədə yalnız onun günahkar olmasına çalışması diqqəti cəlb edir. Lakin bu iş üzrə təqsirləndirilən Urfan adlı şəxs istintaqa verdiyi ifadədə zərərçəkmişin verdiyi ifadədən fərqli məqamları üzə çıxır. Belə ki, Urfan Elvira ilə aralarında yaranmış qarşılıqlı razılıq əsasında cinsi əlaqənin baş tutduğunu, hətta ikinci dəfə xx.xx.2016-cı il tarixdə cinsi əlaqə zamanı spermanın xaricə deyil, uşaqlıq yoluna boşalması səbəbindən Elviranın qışqıraraq belə etməsinə kəskin reaksiya verməsini göstərmişdir. Diqqəti cəlb edən məqamlardan həmçinin Elviranın telefonda aşkar edilən fotogörüntülər və yazışmalarıdır. Foto görüntülər Qafqaz adətlərinə sayqı ilə yanaşan qız tərəfindən öz sinə və yarıçılpaq vəziyyətini nümayiş etdirməsi onun xx.xx.2016-cı il tarixdə keçirilən ekspertiza zamanı səmimi olmasına şübhə doğurur. Cinayət işində olan Elvira və Urfan arasında olan telefon yazışmalarında daha çox diqqət çəkən məqamlardan biri isə Urfanın Elviraya verdiyi sualdır: “Sən bunu niyə gizlətmisən, sən özün bunu istəməyini niyə bildirməmisən?” (Самедов У.X.o.: Почему ты это скрывала, почему не сказала что сама этого xотела?) сild İ, səhifə 92. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsla cinsi əlaqəyə girməzdən əvvəlki dövrdə o, kişi və qadın arasında intim münasibətlər, cinsi həyata başlama yaşı haqqında sosial qəbul olunan normalar barəsində, cinsi yaxınlıqdan sonra yarana biləcək hallar barəsində məlumatlı olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında baş verən cinsi yaxınlığın onun istək və iradəsinə zidd olan hərəkət kimi qiymətləndirməmiş, qarşılıqlı razılıqla Urfanla iki dəfə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs qərarda göstərilən baş vermiş, Təqsirləndirilən şəxs qanunazidd hərəkətinə qarşı müqavimət göstərmək iqtidarında olmuşdur. 3. Zərərçəkmiş şəxs psixi pozğunluqla bağlı olmayan psixiki inkişafda geriləmə əlamətləri müəyyən edilmir. 4. Təqdim olunmuş cinayət işi materialları üzrə cərəyan etmiş hadisələri, həmin hadisələr zamanı Zərərçəkmiş şəxs hərəkət və davranışını, yanaşma mexanizmlərini təhlil edərək ambulator kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizasının 11 avqust 2016-cı il tarixli, 2211 saylı rəyində göstərilmiş Təqsirləndirilən şəxs onunla xx.xx.2016-cı il tarixdə cinsi əlaqədə olarkən Zərərçəkmiş şəxs “çaşqınlıq vəziyyətində”, xx.xx.2016-cı ildə tam iradəli vəziyyətini məhdudlaşdıran “emosional gərginlik vəziyyətində” olmadığı kimi qiymətləndirərək belə qənaətə gəlirəm ki, Zərərçəkmiş şəxs həmin hadisələr zamanı fərdipsixi xüsusiyyətlərinə görə baş verənləri vaxtında anlamaq, etik-əxlaqi cəhətlərini düzgün başa düşmək və öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur. 5.Təqdim olunmuş cinayət işi materialları üzrə cərəyan etmiş hadisələri, həmin hadisələr zamanı Zərərçəkmiş şəxs hərəkət və davranışını, yanaşma mexanizmlərini təhlil edərək onun kifayət qədər psixoloji yetişkən olduğu nəticəsinə gəlmək mümkün olur. Yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, Zərərçəkmiş şəxs onunla baş vermiş hadisələr zamanı psixoloji cəhətdən yetişkən olmasından, fərdi-psixi xüsusiyyətlərindən, həmin vaxtkı emosional halından asılı olaraq öz hərəkətlərini və ona qarşı edilmiş hərəkətləri düzgün qavramaq, qiymətləndirmək, ola biləcək nəticələri proqnozlaşdırmaq, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. 6.Zərərçəkmiş şəxs tədqiq olunan dövrdə onun şüuruna və psixoloji fəaliyyətinə əhəmiyyətli təsir edə biləcək emosional vəziyyətdə olmamışdır. xx.xx.2022-ci il tarixədək qüvvədə olan CM-in 152.1-ci maddəsində göstərilmişdir ki, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət əməli sayılır və bu əmələ görə təqsirkar şəxs üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 152.2-ci maddəsi ilə cinayət məsuliyyəti o zaman yaranır ki, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədilmiş olsun. xx.xx.2022-ci il tarixədək qüvvədə olan CM-in 152-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin zorlama cinayətindən fərqi ondan ibarətdir ki, bu zaman şəxslər arasındakı cinsi yaxınlıq, yəni cinsi əlaqədə olma könüllü həyata keçirilir. İş materiallarına əlavə olunmuş ekspert rəylərindən müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs məhz həmin cinsi yaxınlıq zamanı ona qarşı törədilən seksual hərəkətlərin mahiyyətini və nəticəsini qavramış, köməksiz vəziyyətdə olmamaqla müqavimət göstərmək iqtidarında olmuşdur. Beləliklə, ibtidai istintaq orqanı başqa qənaətdə olsa da, məhkəmə istintaqı nəticəsində müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmış Təqsirləndirilən şəxs barəsində törədilən seksual hərəkətlərin mahiyyətini və nəticəsini qavrayan, köməksiz vəziyyətdə olmamaqla müqavimət göstərmək iqtidarında olan xx.xx.2002-ci il təvəllüdlü, 14 yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs ilə onun razılığı əsasında xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə cinsi əlaqədə olmaqla CM-in 149.3.3-cü maddəsində deyil, məhz həmin Məcəllənin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizanın rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı qeyd etdiklərinə (xx.xx.2016-cı il tarixdə təxminən saat 14:30 radələrində Rusiya Federasiyası Rostov şəhərinin, Ştaxanov küçəsində yerləşən 4/2 saylı binanın birinci mərtəbəsinin pilləkən meydançasında xx.xx.2002-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaması ilə bağlı, habelə Zərərçəkmiş şəxs yaşının az olmasını bilməməsi ilə bağlı qeyd etdiklərinə) gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəyə tənqidi yanaşır. Məhkəmə qeyd edir ki, qeyd olunanlar iş materiallarında olan sübutlarla (zərərçəkmiş və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və s.) təkzib olunur. Odur ki, məhkəmə kollegiyası ona elan olunan ittihamın əsasına məhz şəxsin ibtidai istintaq zamanı verdiyi və iş materialları ilə üst-üstə düşən, habelə obyektiv həqiqəti əks etdirən etirafedici ifadəsini qoyur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 149.3.3-cü maddəsi ilə ona elan olunan ittihamla bağlı özünü qismən təqsirli bilən ifadə versə də, həmin ifadə hazırda təqsirli bilindiyi əmələ münasibətdə tam etirafedici ifadə kimi qəbul olunduğundan, məhkəmə həmin ifadəni etirafedici ifadə kimi qəbul edir və əsaslı sayır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli xx.xx.2022-ci il tarixədək qüvvədə olan CM-in 152.2-ci maddəsi ilə məhz ona görə tövsif olunmalıdır ki, sözügedən tarixdən sonra CM-in 152.1, 152.2 və 152.3-cü maddələrinin həm dispozisiyasına, həm də sanksiyasına dəyişikliklər edilmiş, habelə Məcəlləyə yeni məzmunda 152.4-cü maddə əlavə edilmişdir ki, sözügedən dəyişikliklərdən sonra Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ağırlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Cinayət qanununun yeni və əvvəlki normalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının yuxarı və aşağı hədləri eyni olduqda, şəxsin əməlinə yeni və yaxud əvvəlki normanın şamil edilməsi məsələsi hansı normada azadlıqdan məhrum etməyə nisbətən daha yüngül növ cəzaların nəzərdə tutulmasından asılı olaraq həll edilməli, daha yüngül növ cəzaların nəzərdə tutulduğu maddə şəxsin vəziyyətini yaxşılaşdıran norma hesab edilməklə tətbiq edilməlidir (həmin cəzalar da eyni növdə olduqda, onların müddətinə və ya həcminə görə tətbiq edilməli norma müəyyən edilməlidir). Yeni cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi əvvəlki normanının sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən artıq, lakin aşağı həddi əvvəlki normada göstərilən həddən az olduqda və yaxud yeni sanksiyada əvvəlki normada olmayan alternativ cəzalar nəzərdə tutulduqda, eynilə yeni normada təsbit edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi əvvəlki normada müəyyən edilən həddən az olduqda, lakin əvvəlki normada azadlıqdan məhrum etmənin aşağı həddi daha çox olduğu və yaxud yeni normada olmayan alternativ cəzalar nəzərdə tutulduğu hallarda, cəzanın təyini məsələsinin həlli zamanı məhkəmə həm yeni, həm də əvvəlki normaların sanksiyalarından təqsirləndirlən şəxs üçün daha yaxşı şərtlər müəyyən edən müddəaları (cəza növlərini, cəzaların hədlərini) ona şamil edilə bilən müddəalar kimi nəzərə almalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq cinayət əməli Rusiya Federasiyasında törədilsə də, o, hazırda Azərbaycan Respublikasında cinayət məsuliyətinə cəlb edildiyi üçün (barəsində Azərbaycan Respublikasında hökm çıxarıldığı üçün) və iki ölkənin cinayət qanunvericiliyində cəza təyin etmənin əsaslarını müəyyən edən normaları arasında yaranan rəqabətdə Təqsirləndirilən şəxs vəziyyətini məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin normaları yüngülləşdirdiyindən, hazırkı halda ona münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin normaları tətbiq edilməlidir. CM-nin 10.1-ci maddəsində də göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmçinin, həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən isə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini məhz xx.xx.2022-ci il tarixədək törətdiyindən və həmin dövrdə qüvvədə olan CM-in 152.2-ci maddəsi ilə onun məsuliyyəti hazırki redaksiya ilə müqayisədə yüngülləşdiyindən, onun əməli xx.xx.2022-ci il tarixədək qüvvədə olan CM-in 152.2-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2013-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 106 nömrəli göndərişinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2”na stasionar müayinəyə qəbul olunub. xx.xx.2013-cü il tarixdə Hərbi Həkim Komissiyasına təqdim olunub və “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xəstəxanadan evə buraxılıb (cild 04, iş vər 183). İş materiallarında olan arayış və xasiyyətnamədə görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göyçay rayonunun Bığır kəndində yaşayır və yaşadığı yer üzrə müsbət səciyyələndirilir (cild 04, iş vər. 129-131). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 04, iş vər. 133). Məhkəmə Təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini təkrar törətməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxslə barışığın əldə olunmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə yaxın azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixdə “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 04, iş vər. 74-75). Cinayət işinin materialarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 04, iş vər. 115-118). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkməsinin əvvəli faktiki olaraq ibtidai istintaq orqanı tərəfindən tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar