Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-2/2024 11.06.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, Hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, Məhkəmə iclasının katibi: X58, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1954-cü ildə Bərdə rayonu Alpoud kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta ixtisas təhsilli, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla Yevlax rayonu Nemətabad kəndində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 179.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vahid niyyətlə 01 yanvar 2013-cü il tarixdən 01 yanvar 2015-ci il tarixədək Yevlax rayonu Aran Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi və qızı X20 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək Yevlax rayonu Aran Bələdiyyəsinin sədri vəzifəsində formal olaraq işlədiyi müddətdə həmin Bələdiyyənin vəzifəli şəxsi xəzinədarı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməklə tamah məqsədi ilə bələdiyyənin qanunla qorunan mənafeyinə mühüm zərər vurub ağır nəticələrə səbəb olmaqla “Bələdiyyə üzvlərinin statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncamına əsasən, bələdiyyə sədri kimi əmək funksiyalarına uyğun yerli özünüidarəetmə orqanı kimi yığılan vergiləri, habelə bələdiyyə mülkiyyəti olan torpaq sahələrinin icarəyə verilməsi nəticəsində ödənilən icarə haqlarını səmərəli, məqsədyönlü istifadəsinə nəzarət etməli, habelə bələdiyyənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü və təyinatına uyğun istifadəsini təmin etməli olduğu halda, bunu etməyərək Yevlax rayonu Aran Bələdiyyəsinin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2013-cü il tarixdə nömrəsiz çekə imza etməklə 2108 manat, xx.xx.2014-cü il tarixdə nömrəsiz çekə imza etməklə 2308 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 6115 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 3280 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 975 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 2155 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 4720 manat, həmçinin Bələdiyyənin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 1800 manat, xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 540 manat, xx.xx.2016-cı il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 3700 manat, xx.xx.2016-cı il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 240 manat, xx.xx.2016-cı il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2630 manat, xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 2220 manat, xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 3580 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 480 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 1000 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2445 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2190 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 1340 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 720 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 4150 manat, xx.xx.2018-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 3415 manat, xx.xx.2018-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 3400 manat, xx.xx.2018-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2114 manat olmaqla, cəmi 57625 manat pul vəsaitini, habelə 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək Yevlax rayonu Aran Bələdiyyəsinin sədri vəzifəsində işləmiş qızı X42 tərəfindən Aran Bələdiyyəsinin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 4180 manat, həmçinin bələdiyyənin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1035 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1065 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 555 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 4085 manat, xx.xx.2016-cı il tarixdə ABB- 1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1695 manat olmaqla, cəmi 12615 manat olmaqla nağd pul vəsaitini təsərrüfat əməliyyatları məsrəfləri adı ilə nağdlaşdırıldıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında Ülviyyə Əkbərova ilə birlikdə həmin pul vəsaitlərini təsdiqedici sənədlər olmadan təsərrüfat xərci kimi sənədləşdirib məxaricə silməklə, ümumilikdə 70240 manat pul vəsaitinin 7280 manatını işçilərin əmək haqqının ödənilməsinə və şəhid ailələrinə maddi yardım verilməsinə xərcləməklə, yerdə qalan 62960 manat külli miqdarda pulu öz qulluq mövqeyindən istifadə etməklə təsərrüfat xərci kimi sənədləşdirmədən təsdiqedici sənədlər olmadan məxaricə silməklə qəsdən mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, qızı X20 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək Yevlax rayonu Aran Bələdiyyəsinin sədri vəzifəsində formal olaraq işlədiyi müddətdə həmin bələdiyyənin vəzifəli şəxsi - xəzinədarı kimi vəzifə səlahiyyətlərindən suiistifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməklə vahid niyyətlə tamah məqsədi ilə bələdiyyənin qanunla qorunan mənafeyinə mühüm zərər vurub ağır nəticələrə səbəb olmaqla özbaşına özünü vəzifəli şəxs, yəni Yevlax rayonu Aran Bələdiyyəsinin sədri kimi təqdim edərək faktiki həmin vəzifəsini icra etməklə vəzifəli şəxs olan Ülviyyə Əkbərovanın səlahiyyətlərini mənimsəyib Yevlax rayonu Aran Bələdiyyəsinə məxsus örüş otlaq təyinatlı torpaq sahələrinin icarəyə verilməsinə görə 52 nəfər icarədardan – xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X9 5700 manat, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X28 450 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X21 2100 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid6 6000 manat, xx.xx.2007-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X29 müvafiq olaraq 2400 manat və 240 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X43 1300 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X14 2200 manat, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid11 5500 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid15 1500 manat, xx.xx.2001-ci il tarixli, xx.xx.2003cü il tarixli və xx.xx.2011-ci il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X15 müvafiq olaraq 5220 manat, 5850 manat və 5760 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X22 500 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid14 2000 manat, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid5 4200 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X30 8000 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X34 4400 manat, 02.03.200-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X1 2800 manat, xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid10 Nəcəf oğlundan 3400 manat, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid16 3300 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X35 143 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X10 930 manat, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X2 700 manat, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X4 2912 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X5 3000 manat, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X23 3800 manat, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X3 1100 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid13 465 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid7 2600 manat, xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X16 550 manat, xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X6 825 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X44 1600 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X17 520 manat, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X24 4500 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X36 492 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X11 503 manat 10 qəpik, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X31 1870 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X7 90 manat, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X37 1200 manat, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X38 1200 manat, xx.xx.2001-ci il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X25 müvafiq olaraq 620 manat və 1900 manat, xx.xx.2007-cü il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X45 müvafiq olaraq 420 manat və 2520 manat, xx.xx.2001-ci il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-dən müvafiq olaraq 1456 manat və 1292 manat, xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X12 9200 manat, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X26 816 manat, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X27 60 manat, XX.XX.2005-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X48 120 manat və XX.XX.2005-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X49 120 manat olmaqla yığmış olduğu ümumilikdə 130186,10 manat məbləğindəki icarə haqlarının 57900 manat hissəsini bələdiyyənin bank və poçt filiallarında olan hesablaşma hesablarına köçürüb, yerdə qalan 72286,10 manat pul vəsaitini isə öz qulluq mövqeyindən istifadə etməklə bələdiyyənin hesabına köçürməməklə ona etibar edilmiş ümumilikdə 135246,10 manat külli miqdarda özgə əmlakı olan bələdiyyə büdcə vəsaitini bələdiyyənin "xxxx" ASC-nin və "xxxx" ASC-nin Yevlax rayon filialından qabaqcadan əlbir olduğu, qeyri şəxs (şəxslər) ilə birlikdə bir qrup şəxs halında nağdlaşdıraraq, habelə icarədarlardan icarə haqlarını nağd qaydada götürüb əməkhaqqı və digər ödənişlər şəklində, habelə təsərrüfat xərci kimi sənədləşdirmədən təsdiqedici sənədlər olmadan məxaricə silib şəxsi istifadəsinə xərcləməklə bələdiyyənin vəzifəli şəxsi xəzinədarı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməklə vahid niyyətlə tamah məqsədi ilə bələdiyyənin qanunla qorunan mənafeyinə mühüm zərər vurub ağır nəticələrə səbəb olmaqla, habelə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək bələdiyyənin qanunla qorunan mənafeyinə, həmçinin yerli özünüidarəetmə orqanını nüfuzdan salan qeyd edilən hərəkətləri ilə hüquqi şəxs olan Yevlax rayon Aran Bələdiyyəsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə özgə əmlakı olan bələdiyyə büdcə vəsaitini qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 179.3.2, 308.2 və 310-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, torpaq satışı və icarəyə verilməsi onun Aran Bələdiyyəsində işləyən dövrdə həyata keçirilmiş, bələdiyyə olaraq nə torpaq satışını nə də ki, icarəsini sərbəst şəkildə həyata keçirə bilməmişdir. Rəhbərliyin göstərişi ilə icarə haqlarından və satışından yığılan pulları lazımi yerlərə xərcləmiş, həmin pulların hesabına ağaclar əkilmiş, səkilər salınmışdır. Əldə edilən pulları bələdiyyənin bankdakı hesabına mədaxil etməli olmuş, ittiham aktında göstərilən məbləğdəki pulu banka keçirməyib müxtəlif abadlıq işlərinə xərcləmişdir. Qızının adı faktiki olaraq işdə getsə də sonuncunun adından işlər fakitiki olaraq onun tərəfindən yerinə yetirilmiş, Mələk adlı şəxsə məxsus torpaq sahəsi satıldığına görə sonuncu ərizə ilə müraciət etmiş, bundan sonra onun gördüyü işlərin üstü açılmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci ilin yanvar ayından Yevlax rayonu Aran qəsəbəsinin bələdiyyə sədri vəzifəsini icra etmiş, 2015-ci ilin yanvar ayından isə qızı Ülviyyə Əkbərova bələdiyyə sədri olmuşdur. Bələdiyyə sədri işlədiyi dövrdə bələdiyyənin mühasibi Kifayət Hüseynova, vergi nəzarətçisi Mətləb İmamverdiyev olmuş, sonradan isə mühasib vəzifəsinə Namiq Süleymanov təyin edilmişdir. Şahid1 əri X88 rayonu Aran qəsəbəsi ərazisindən xx.xx.2004-cü il tarixli qərarla 68 hektar örüş otlaq sahəsi icarəyə verilmiş, bələdiyyə sədri seçilərkən Qəşəm Əzizovun istifadəsində torpaq sahəsinin olmasını bilmişdir. "xxxx" MMC-yə torpaq sahəsi satılarkən Qəşəm Əzizovun icarəsində olan torpaq sahəsinin də həmin torpaq sahəsinin daxilində satılmasını bilməmişdir. O, yalnız sənədlərə qol çəkib möhür vurduğundan və torpaq sahəsinin ayrılması işini Məharət Mustafayev həyata keçirdiyindən konkret olaraq "xxxx" MMC-yə torpaq sahəsinin hansı tərəfdən verilməsini bilməmişdir. Qəşəm Əzizova icarə hüququ əsasında verilmiş torpaq sahəsindən sonuncnunun ailə üzvləri istifadə etdiyindən həmin torpaq sahəsinin satılmasından məlumatı olmamış, Şahid1 rayon prokurorluğuna şikayət edildikdən sonra həmin torpaq sahəsinin "xxxx" MMC-yə satılmasını öyrənmişdir. "xxxx" MMC tərəfindən həmin torpaq sahəsi Turqut adlı şəxsə satılmış, həmin şəxs isə Şahid1 istifadəsində olan torpaq sahəsinə gedərək onlara həmin torpaq sahəsini aldığını, torpaq sahəsinə dair şəhadətnaməsinin olduğunu və oradan artıq istifadə etməyə ixtiyarları olmadığını bildirmişdir. Qəşəm Əzizov və ailəsi 2019-cu ilə kimi həmin torpaq sahəsini istifadə etmiş və icarə haqqını da ödəmiş, 2007-ci ildə torpaq şöbəsinin o dövrdə rəhbəri olmuş X57 rayonu Aran qəsəbəsində yerləşən həmin torpaq sahəsini sənədləşdirib 1145 hektar torpaq sahəsini "xxxx" MMC-yə satmışdır. Həmin torpaq sahələri 776 hektar, 300 hektar və 69 hektar torpaq sahəsi olmaqla ayrı-ayrı hissələrdə satılmış, yalnız formal olaraq sənədləri imzalayıb möhür vurmuşdur. Torpaq sahəsinin kimə satılmasını bilməmiş, torpaq sahəsinin verilməsinə dair aktda adı və soyadı Fikrət Məmmədov kimi göstərilmiş şəxsin Yevlax rayon icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin sürücüsü olduğunu güman etmişdir. "xxxx" MMC-nin kimə məxsus olmasını, təsisçilərin kim olmasını bilməmişdir. Alqı-satqı müqaviləsində 109244,86 manat məbləğin ödənilməsi göstərilsə də həmin məbləği görməmiş, həmin məbləğ bələdiyyənin hesabına köçürülməmişdir. İcra hakimiyyətində şöbə müdiri işləyən Vaqif Abdullayevin göstərişi ilə 2020-ci ilin yanvar ayında Aran bələdiyyəsinə məxsus olan 2005-2015-ci illəri əhatə edən mühasibatlıq sənədlərinin hamısını aparıb "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında Muxtar Əhmədə təhvil vermiş, "xxxx" MMC tərəfindən mühasibatlıq sənədləri çəkilərək götürüldükdən və məhv edildikdən sonra ona bununla bağlı akt verilmişdir. Yalnız audit sənədlərini özündə saxlamış, X64 Xidməti tərəfindən araşdırma aparılarkən həmin sənədləri təqdim etmişdir. Bələdiyyə sədri işlədiyi dövrdə torpaq sahələrinin icarəyə verilməsi işi ilə həmin dövrdə torpaq və xəritçəkmə şöbəsinin müdiri işləmiş Məharət Mustafayev məşğul olmuş, torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müqavilələr, qərarlar və aktlar onun adından və onun iştirakı ilə imzalanmışdır. Sənədlər hazır olduqda Məharət Mustafayev çağırıb həmin sənədlərə imza etdirmiş, icarə haqqlarını icarədarlardan özü yığmışdır. İcarə haqqlarını özü və qızı Ülviyyə Əkbərova bələdiyyə sədri işlədiyi dövrdə özü yığmış, 1145,0 ha və 1240 ,0 ha torpaq sahələrinin "xxxx" MMC və "xxxx" MMC-lərə satılmasından xəbəri olmamışdır. Torpaq sahələrinin alqı-satqısı ilə bağlı bələdiyyənin hesabına pul köçürülməmiş, bir dəfə "xxxx" MMC-nin hüquqşünası ilə birlikdə Şəki Apellyasiya məhkəməsinə də getmişdir. Həmin müəssisələr torpaq sahəsinə çıxarış ala bilmədikləri üçün məhkəməyə müraciət etmiş, aralarında olan söhbət zamanı İlqar adlı hüquqşünas özünün 2006-cı ildə icra hakimiyyətinin başçısının qəbulunda olmasını, bundan sonra isə Məharət Mustafayevlə görüşməsini və Məharət Mustafayevə nağd şəkildə 125000 manat pul verdiyini və hətta torpaq sahəsinin ayrılması üçün də pul verməsini bildirmişdir. Həmin dövrdə mühasib işləmiş Kifayət adlı qadın tərəfindən həmin pul vəsaitlərinin mədaxil və məxarici ilə bağlı sənədlərə hər hansı imza edilməmişdir. "xxxx" MMC ilə də bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə edilmiş vəsaitində kim tərəfindən götürülməsindən xəbəri olmamış, yalnız hər iki torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqaviləyə, bələdiyyə qərarına imza edərək möhürləyib çıxıb getmişdir. Bundan başqa "xxxx" MMC-yə torpaq satılması nəticəsində bələdiyyənin hesabına pul vəsaitlərinin ödənilməsi ilə bağlı 2 ədəd kassa mədaxil qəbzi tərtib edilmiş, həmin qəbzləri Məharət Mustafayevin tapşırığı ilə onun mühasibi işləmiş Kifayət Hüseynova tərəfindən hazırlandıqdan sonra tərəflərindən imzalanmışdır. Ancaq həmin 2 ədəd qəbzlə bağlı bankda olmamış, qəbzlər bələdiyyəyə məxsus qəbzlər olmuşdur. Qaragöz Qurbanovaya torpaq sahəsi 2006-cı ildə onun bələdiyyə sədri olduğu dövrdə verilmiş, Şahid4 və Zaur İsmayılova isə hərrac vasitəsilə həmin torpaq sahələri verilmişdir. Sənədlərə qızı Ülviyyə Əkbərova imza etmiş, bununla bağlı bələdiyyə iclası keçirilməsə də bəzi bələdiyyə üzvlərinə aparıb özü imzalatdırmışdır. 6 saylı regional maliyyə müfəttişliyinə verilmiş arayışdan görünür ki, Ülviyyə Əkbərova bələdiyyə sədri işlədiyi dövrdə yəni 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində 8280 manat əmək haqqı hesablanmış, 414 manat həmin əmək haqqından tutulmalar olmuş və 7866 manat yekun olaraq əmək haqqı ödənilmişdir. Pulları başqa məqsədlərlə xərclədikdən sonra boşluqları doldurmaq üçün yalandan həmin vəsaitlərin guya əmək haqqı kimi ödənilməsini rəsmiləşdirmişdir. İşçilərə vaxtlı-vaxtında əmək haqqıları ödənilmiş, 2015-ci ildən 2019-cu ilə kimi olan dövrdə yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsindən hər il 2620 manat olmaqla, ümumilikdə 10480 manat pul vəsaiti dotasiya qismində Aran bələdiyyəsinə ayrılmışdır. Həmin pul vəsaitlərini bələdiyyə sədri işlədiyi dövrdə özü, sonra qızı Ülviyyə Əkərova bələdiyyə sədri işlədiyi dövrdə sonuncunun iştirakı ilə "xxxx" MMC-nin Yevlax rayon filialından gedib nağd şəkildə götürüb aparıb icra hakimiyyətində şöbə müdiri işləyən Vaqif Abdullayevə vermişdir. Dotasiyalar əmək haqqlarının ödənilməsinə xərclənməsi kimi sənədləşdirmiş, bələdiyyə sədri işlədiyi dövrdə 2015-ci ildə tərəfindən 9395 manat, qızı Ülviyyə Əkbərova tərəfindən 6740 manat pul bələdiyyənin bank hesabından nağd şəkildə götürülmüş, sonradan 4180 manat isə bələdiyyənin poçt filialından, 2016-cı ildə 24255 manat, 2017-ci ildə 12325 manat, 2018-ci ildə isə 8929 manat ümumilikdə 65824 manat təsərrüfat əməliyyatları məsrəfləri adı ilə bank və poçt filiallarından nağd şəkildə götürülmüşdür. Həmin pullardan 30.000 manatı mühasib Şahid18 vermiş, sonuncu gedib müəssisə ilə danışıb qəsəbə ərazisində Gəncə şəhərinə gedən yolda olan hissəni aqlay daş ilə təmir etdirmişdir. Şahid18 tərəfindən müvafiq sənədləşmələr həyata keçirilmiş, bundan başqa nağd şəkildə bank və poçt filiallarından alınmış pulların 5630 manatını işçilərə əmək haqqı kimi, bir hissəsini isə şəhid ailələrinə yardım kimi vermişdir. Bundan başqa icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun tapşırığı ilə Məhəmməd adlı traktorçuya 16325 manat əkin-şumlama işlərinin görülməsi üçün vermiş, həmin pulun 1975 manatı Mingəçevir tinklik müəssisəsindən tinklərin alınmasına xərcləmişdir. Vaqif Abdullayevin göstərişinə əsasən həmin pulun 13290 manatına isə yonca otu alaraq Goran ərazisində olan Kərim Bəşirovun təsərrüfatına göndərmiş, kənd yollarının düzəldilməsinə həmin puldan 7655 manat xərcləmişdir. 2000 manat da qəsəbə ərazisində kanal qazdırmaq üçün traktorçuya zəhmət haqqı kimi vermiş, pulun digər hissəsini şəxsi ehtiyacları üçün xərcləmişdir. İcra hakimiyyətçinin sabiq başçısı və şöbə müdiri Vaqif Abdullayevin tapşırıqları əsasında gedib bank filiallarından təsərrüfat xərci adı ilə pul vəsaitlərini çıxardıqdan sonra həmin şəxslərin tapşırıqlarına əsasən həmin pulu xərcləmişdir. 2015-2019-cu illərin illik büdcələrində müvafiq dürüstləşmələr aparılmadığından artıq xərclərə yol verilmiş, bəzi xərclər isə proqnozda göstərilsə də həmin proqnozdan az məbləğ istifadə edilmişdir. Özbaşına pul vəsaiti götürüb xərcləməmiş, icarə haqqlarını yığdıqdan sonra həmin vəsaitləri icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun və şöbə müdiri Vaqif Abdullayevin tapşırıqlarının icra ediləmsinə, əsasən də torpaq sahələrinin əkin şumlama işlərinə sərf etmişdir. Məbləğin bir hissəsini də öz şəxsi ehtiyacları üçün, bəzi məbləğləri isə audit yoxlaması ilə əlaqədar xərcləmişdir. Həmin məbləğlərdən 5 il müddətinə ayrılmış dotasiya xərci kimi nəzərdə tutulan ümumilikdə 10480 manat məbləğləğində pulu Yevlax şəhər icra hakimiyyətində işləyən Vaqif Abdullayevin otağına aparıb Vaqif Abdullayevə vermiş, sonuncunun həmin məbləği kimə verməsini bilməmişdir. 65824 manat təsərrüfat əməliyyatları məsrəfləri adı ilə bank və poçt filiallarından nağd şəkildə alınmış pul vəsaiti və icarədarlardan yığılıb bələdiyyənin bank hesabına köçürülməmiş 72286,10 manat vəsaitdən 16325 manat pul vəsaitini 5 il müddətində hər il torpağı şumlamaq üçün sabiq başçı Qoca Səmədovun tapşırığına əsasən traktorçu Səmədabad kəndində yaşayan Məhəmməd adlı şəxsə vermişdir. 13290 manatına isə Vaqif Abdullayevin göstərişinə əsasən yonca otu alaraq Goran ərazisində olan Kərim Bəşirovun təsərrüfatına göndərmişdir. Orada dəvələr və digər heyvanlar saxlanılmış, dəvələrin yemlənməsi üçün hər dəfə min bağ ot alıb göndərmişdir. Bundan başqa qəsəbə yollarının düzəldilməsinə və su xəttinin çəkilməsinə ümumilikdə 11000 manat pul xərcləmiş, bundan başqa rayon ərazisində Xalq Bankın yuxarı hissəsində və şəhərin işıqlanması üçün kranların gətirilməsini özü təşkil edərək xərclərini də özü qarşılamışdır. Rayonda mövcud kranlar alçaq ölçülü olduğundan o, Ağdaşdan, Gəncə və Bakı şəhərlərindən günü 1500-2000 manat olmaqla kranlar gətizdirib təxminən 10-15 gün işlətmiş və pullarını vermişdir. 2019-cu ildə isə hər dəfə 5000 manat olmaqla ümumilikdə il ərzində Qoca Səmədova xidməti kabinetində 10000 manat pul vermişdir. Bundan başqa, Gəncə şəhərində abadlıq işləri aparılarkən Vaqif Abdullayev hər ay ona abadlıq işləri üçün fəhlə aparmasını istəmiş, adam tapıb apara bilmədiyi üçün təxminən bir il müddətində hər ay 300 manat Vaqif Abdullayevə pul vermişdir. Bələdiyyə sədri işlədiyi dövrdə Müslüm Nursoyun torpaq sahəsinin icarəyə götürülməsinə dair müqaviləsi olmuş, lakin həmin şəxs çıxarışı 2021-ci ildə almışdır. Sevda İmanova və ailə üzvlərinin isə həmin torpaq sahəsinə dair hər hansı sənədləri olmamış, Müslüm Nursoya torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə 2007-ci ildə bağlanmışdır. X97 İmanovanın ailə üzvlərindən pay torpaq sahəsinin satılmasını istəmiş, həmin 6 hektar torpaq sahəsini istəməmişdir. Sevdan Nursoy bunu səhv başa düşmüş, həmin 6 hektar torpaq sahəsindən uzun müddətli istifadə etdiklərindən həmin torpaq sahəsinin də onlara məxsus olmasını düşünmüşlər. Aran Bələdiyyəsinin sədri olduğu müddətdə, yəni xx.xx.2013-cü il tarixdə nömrəsiz çekə imza etməklə 2108 manat, xx.xx.2014-cü il tarixdə nömrəsiz çekə imza etməklə 2308 manat, habelə Bələdiyyədə xəzinədar vəzifəsində işlədiyi müddətdə, yəni xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 6115 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 3280 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 975 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 2155 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 4720 manat pulu, həmçinin Bələdiyyənin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2016cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 1800 manat, xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 540 manat, xx.xx.2016-cı il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 3700 manat, xx.xx.2016-cı il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 240 manat, xx.xx.2016-cı il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2630 manat, xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 2220 manat, xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 3580 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 480 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 1000 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2445 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2190 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 1340 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 720 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 4150 manat, xx.xx.2018-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 3415 manat, xx.xx.2018-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 3400 manat, xx.xx.2018-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2114 manat olmaqla, cəmi 57625 manat pul vəsaitini götürmüş, həmçinin qızı X82 Bələdiyyəsinin sədri işlədiyi müddətdə "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 4180 manat, həmçinin bələdiyyənin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza edilməklə 1035 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1065 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 555 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 4085 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə qeyd edilən pul vəsaitləri çıxardıqdan sonra ona vermişdir. O da Yevlax şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin tapşırığına əsasən həmin pulları deyilən yerlərə xərcləmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Yevlax rayon Aran Bələdiyyəsinin sədri işləyən Nümayəndə ifadəsində göstərmişdir ki, 2015-2020-ci illərdə həmin bələdiyyənin sədri Ülviyyə Əkbərova, 2005-2015-ci illərdə isə Təqsirləndirilən şəxs olmuşdur. Yevlax Rayon Prokurorluğunun qərarı əsasında X64 Xidmətinin mütəxəssislərinin iştirakı ilə bələdiyyənin 2004-2021-ci illər maliyyə təsərrüfat fəaliyyəti yoxlanılmış, yoxlama zamanı əvvəlki bələdiyyə tərəfindən bələdiyyənin mühasibatlıq sənədlərinin “Əhməd-Muxtar MMC” ilə bağlanmış müqavilə əsasında məhv edilməsi müəyyən edilmişdir. Mütəxəssislər tərəfindən ancaq bank və poçt filiallarından alınmış sənədlər və bələdiyyədə mövcud olan bəzi sənədlər əsasında aparılmış araşdırma zamanı Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif maliyyə pozuntuları aşkar edilmişdir. Əvvəlki bələdiyyə sədrlərinin dövründə icarə haqqı kimi toplanmış vəsaitlərin bələdiyyə hesabına köçürülməyərək təyinatdan yayındırılması, bank və poçt filiallarından alınmış nağd pul vəsaitlərinin təsdiqedici sənədlər olmadan məxaricə silinməsi, əmək haqqı hesablanaraq verilməməsi və başqa adla nağdlaşdırılıb götürülməsi kimi hallar aşkar edilmişdir. Bəhruz Dadaşov aldığı sənədlə bağlı qanunsuzluq edilmiş, icarə hüququ qeydiyyata alınması üçün əvvəlcə hərrac yolu ilə sənədləşmə aparılaraq hərrac vasitəsilə həmin torpaq sahəsinə dair çıxarış almalı olmuşdur. Bəhruz Dadaşov başqa yollarla vərəsəlik olmadan 194.82 hektar torpaq sahəsinə dair çıxarış almış, Bəhruz Dadaşov tərəfindən həmin torpaq sahəsi icarəyə götürülməsi üçün Hafiz Hacıyevlə icarə müqaviləsi ləğv edilməli olmuşdur. X89 qəsəbəsi ərazisindən 6 hektar torpaq sahəsini icarəyə götürməsi ilə bağlı icarə müqaviləsi və bələdiyyə qərarı mövcud olmuş, Müslüm Nursoy tərəfindən də 2021-ci ildə həmin sənədlər əsasında torpaq sahəsinin icarəyə götürülməsinə dair çıxarış alaraq icarə hüququ qeydiyyata alınmışdır. Təqsirləndiriləm şəxs tərəfindən vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayonu Aran bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 18 nömrəli qərarı ilə mərhum əri X50 həmin dövrdə bələdiyyə sədri işləmiş Təqsirləndirilən şəxs 2004-cü ildə icarə əsasında 68 ha torpaq sahəsi almış, icarəyə götürdükdəm sonra həmin ərazini düzəldərək orada mal-qaralarını otarmışlar. Hər il torpağın icarə haqqı kimi 342 manatı mərhum əri Aran bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs ödəmiş, 2019-cu ilin fevral ayında vəfat etdikdən sonra isə torpaqdan istifadəyə görə icarə haqqını özü ödəmişdir. 2020-ci ildə həmin il Turqut adlı şəxsin çobanları onların torpaq sahəsinə gəlib həmin torpaq sahəsinin birincilərə məxsus olduğunu bildirmiş, bununla bağlı Turqut adlı şəxsin işçisi olan Zaur adlı şəxslə söhbət edərkən sonuncu həmin ərazinin Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin işçisi olmuş Ceyhun adlı şəxs tərəfindən satıldığını bildirmişdir. Zaur adlı şəxs xəritəyə və onların sənədlərinə baxıb 68 hektar yerin onlara icarəyə verildiyini görmüş, ancaq bir müddət sonra Turqut adlı şəxs onu məhkməməyə verərək onların Turqutun torpaq sahəsinə 2000 manat ziyan vurduğunu bildirmişdir. Kəlbəcər rayon məhkəməsində onların mülki məsələsinə baxılaraq iddia təmin edilməmiş, bundan sonra Turqut onlarla bağlı hər hansısa şikayət etməmişdir. Məhkəmədə şahid qismində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2000-ci ildən Yevlax rayon Aran bələdiyyəsinə sədr seçilmişdir. Bələdiyyənin həmin dövrdə 11 üzvü olmuşdur. Bələdiyyə sədri işlədiyi dövrdə mühasib Kifayət Hüseynova, vergi nəzarətçisi Mətləb İmamverdiyev olmuş, bələdiyyə sədri kimi fəaliyyət dövründə bələdiyyə torpaqları o dövrün qanunverciliyinə əsasən 15, 30 və 99 illik müddətlərə icarəyə verilmişdir. X39 Yevlax rayonu Aran qəsəbəsi ərazisindən icarəyə 68 hektar torpaq sahəsi onun bələdiyyə işlədiyi dövr ərzində 2004-cü ilin mart ayında xatırladığı qədər 15 il müddətinə icarəyə verilmişdir. Ola bilsin ki, sonrakı bələdiyyə sədrinin dövründə həmin müqavilə müddəti 25 ilə artırılmış, müqavilələr əsasən 15 və ya 30 il müddətinə bağlanılmışdır. Onun dövründə 25 il müddətinə heç kimə icarəyə torpaq sahəsi verilməmiş, 2004-cü ilin dekabr ayına kimi bələdiyyə sədri vəzifəsində işləmişdir. Sonradan həmin il bələdiyyə seçkilərində Təqsirləndirilən şəxs bələdiyyə sədri seçilərək 2015-ci ilə kimi Aran bələdiyyəsinin sədri vəzifəsində işləmiş, daha sonra isə sonuncunun qızı Ülviyyə Əkbərova bələdiyyə sədri seçilərək fəaliyyət göstərmişdir. Bələdiyyə sədri vəzifəsini təhvil verərkən xx.xx.2004-cü il tarixli aktla künc ştampı, gerbsiz möhür, 2000- 2004-cü illərə dair bələdiyyənin mühasibatlıq sənədlərini Təqsirləndirilən şəxs təhvil vermişdir. Bələdiyyə sədri işlədiyi dövrdə X51 icarəyə torpaq sahəsi verilməsini xatırlamamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildə vəfat edən atası Sabir Məmmədov xx.xx.2002-ci il tarixli Yevlax rayonu Aran qəsəbə bələdiyyəsinin qərarı ilə 30 il müddətinə 20 hektar örüş-otlaq torpaq sahəsini icarəyə götürmüş, həmin vaxt bələdiyyə sədri Şahid2 olmuşdur. Bələdiyyə qərarı ilə torpaq sahəsi atasına icarəyə verildikdən sonra həmin torpaq sahəsində iri və xırdabuynuzlu heyvanların otarılması ilə məşğul olmuşlar. Torpaq sahəsinin icarəsi ilə bağlı çıxarışı mövcud olmuş, torpaq sahəsini icarəyə götürdükdən sonra atası vəfat edənə kimi icarə haqlarını hər il ödəmişdir. Atası vəfat etdikdən sonra 2020 və 2021-ci illərin ödənişlərini özü "xxxx" ASC vasitəsilə bələdiyyənin hesabına ödəmiş, 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində icarəyə götürdükləri 20 ha torpaq sahəsinə görə ödənilməli olan 930 manat məbləğində icarə haqqı ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Aran qəsəbəsində fiziki şəxs kimi fermer təsərrüfatı ilə məşğul olmaqla Yevlax rayonu Aran bələdiyyəsindən xx.xx.2017-ci il tarixli qərarla 91 ha örüş otlaq sahəsini hərrac əsasında 15 il müddətinə icarəyə götürmüş, həmin torpaq sahəsini Təqsirləndirilən şəxs iştirakı ilə icarə müqaviləsi əsasında almışdır. Torpaq sahəsini icarəyə götürdüyü vaxtdan hər il icarə haqqını Təqsirləndirilən şəxs nağd şəkildə ödəyətək qəbzləri də almışdır. 2020-ci ildən isə icarə haqqını Azərpoçt vasitəsilə ödəyib qəbzləri almış, müxtəlif illərdə torpaq sahəsinin icarəsinə görə həmin torpaq sahəsinin kateqoriyasına əsasən hər hektar üçün hesablanmış məbləğlərdə icarə haqları ödəmişdir. Hər il üçün Aran Bələdiyyəsinə 1190 manat icarə haqqı ödəmiş, ancaq Təqsirləndirilən şəxs icarə haqqı kimi ondan aldığı 1190 manat pulu bələdiyyənin bank hesabına köçürüb köçürmədiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, fermer təsərrüfatı ilə məşğul olmaqla xx.xx.2005-ci il tarixli müqavilə əsasında Yevlax rayonu Aran qəsəbəsi ərazisindəki bələdiyyəyə məxsus 75 hektar örüş otlaq torpaq sahəsini heyvanların otarılması məqsədi ilə 30 il müddətinə icarəyə götürmüşdür. Müqavilə bağlanarkən bələdiyyə sədri Təqsirləndirilən şəxs olmuş, həmin ərazidə əvvəlcədən onun atasına qoyunçuluq təsərrüfatına briqadirlik etdiyi üçün bağışlanılmış tikililər də mövcud olmuşdur. 2005-ci ildən hazırki vaxtadək həmin torpaq sahəsindən istifadə etməklə hər il 900 manat Təqsirləndirilən şəxs nağd şəkildə icarə haqqı verərək qəbz almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, fiziki şəxs kimi fermer təsərrüfatı ilə məşğul olmaqla Yevlax rayonu Aran bələdiyyəsindən xx.xx.2007ci il tarixli qərarla 120 ha örüş otlaq torpaq sahəsini 30 il müddətinə icarəyə götürmüş, həmin yerdə icra hakimiyyətinin sərəncamı əsasında tikinti də tikmişdir. Torpaq sahəsini icarəyə götürdüyü vaxtdan hər il icarə haqqını Təqsirləndirilən şəxs nağd şəkildə ödəyərək qəbzləri də almışdır. 2020-ci ildən isə icarə haqqını Azərpoçt vasitəsilə ödəyib qəbzləri almışdır. İcarə haqlarının bank hesablarına köçürülüb köçürülmədiyini isə dəqiq bilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1992-1993-cü illərdən mərhum atası Azay Hacıyevin adına Yevlax rayonu Aran qəsəbəsi ərazisində xüsusi mülkiyyətdə 100 hektar torpaq sahəsi olmuş, təxminən 2006-2007-ci illərdə atası vəfat etdikdən sonra həmin dövrdə icra hakimiyyətinin başçısı və torpaq və xəritəçəkmə komitəsinin rəhbəri ona atasının torpaq sahəsinin sənədlərinin düzgün olmadığını bildirərək icarə müqaviləsi əsasında 100 hektar torpaq sahəsini ona vermişlər. Həmin vaxtdan hər il icarə haqqını nağd şəkildə Aran bələdiyyəsinin sədri olmuş Təqsirləndirilən şəxs ödəmiş, ödənişlərin müqabilində Təqsirləndirilən şəxs ona qəbz vermişdir. 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində son 5 ilin icarə haqqını ödəməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, 2 oktyabr 2019-cu il tarixdə vəfat etmiş atası atası X19 rayonu Aran bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə 30 il müddətinə 40 hektar örüş-otlaq torpaq sahəsini icarəyə götürmüş, həmin vaxt bələdiyyə sədri Şahid2 olmuşdur. Atası rəsmi şəkildə torpaq komitəsinə müraciət etdikdən sonra bələdiyyə qərarı ilə torpaq sahəsi atasına icarəyə verilmiş, həmin torpaq sahəsində iri və xırdabuynuzlu heyvanların otarılması ilə məşğul olmuşdur. Atası vəfat etdikdən sonra o, vərəsəlik qaydasında həmin torpaq sahəsini qəbul etmiş, vəfat etməmişdən əvvəl atası həmin torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı çıxarış da almışdır. Torpaq sahəsini icarəyə götürdükdən sonra atası vəfat edənə kimi icarə haqlarını hər il nağd şəkildə bələdiyyəyə ödəyərək bununla bağlı qəbz də almış, atasından ölümündən sonra bələdiyyəyə icarəyə görə ödənişləri poçt vasitəsilə etmişdir. 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində istifadələrində olan 40 ha torpaq sahəsinə görə onlar icarə haqqını ödəmələrinə dair əllərində qəbzlər mövcud olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, özünə məxsus 50 baş xırdabuynuzlu heyvanları, Kəlbəcər rayonundan məcburi köçkün olan mərhum Koroğlu Əkbərovun yerində otarmış, hazırda Koroğlu Əkbərovun arvadı X18 adına 190 hektar, qaynı X8 adına 100 hektar, nəvəsi X32 adına 200 hektar və Mingəçevir şəhər sakini Cəbrayılov Millətin adına 50 hektar torpaq sahəsi icarədə olmuşdur. Həmin ərazilərdə adlarını göstərdiyi şəxslərin də iribuynuzlu heyvanlarını otarmış, həmin torpaq sahələrinə görə icarə haqlarını aparıb bələdiyyəyə keçirmişdir. İcarə haqlarını bələdiyyə sədri işləyən Təqsirləndirilən şəxs vermiş, 2019-cu ildən isə icarə haqlarını Yevlax rayon mərkəzi poçtuna ödəmişdir. Təqsirləndirilən şəxs pulu nağd şəkildə vermiş, sonuncu isə əvəzində onlara qəbz vermişdir. Zərniyar Əkbərova, Cahangir Bəndəliyev, Millət Cəbrayılov və Xalid Əkbərovun hər biri ilə 30 il müddətinə icarə müqavilələri bağlanmış, 01 yanvar 2015-ci il tarixdən-01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində X18 190 hektar torpaq sahəsinə görə 2280 manat, X8 100 hektar torpaq sahəsinə görə 600 manat, X32 200 hektar torpaq sahəsinə görə 1996 manat, Cəbrayılov Millətin isə 50 hektar torpaq sahəsinə görə 800 manat illik icarə haqlarını hər il tam şəkildə Təqsirləndirilən şəxs ödəmişdir. Ümumilikdə 2015-2019-cu illər üçün 540 hektar torpaq sahəsinə görə hesablanmış 14400 manat icarə haqqının hamısını nağd qaydada ödəmişdir. 2019-cu ildən isə icarə haqlarını poçt vasitəsilə ödəməyə başlamış, ödədiyi vəsaitdən ona banka ödənilmiş 6570 manat ödəniş sənədləri verilmişdir. 7830 manatla bağlı isə ona ödəniş sənədi verilməmiş, qəbzləri ilbəil tikib saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, fiziki şəxs kimi fermer təsərrüfatı ilə məşğul olmaqla Yevlax rayonu Aran bələdiyyəsindən xx.xx.2015-ci il tarixli qərarla 40 ha örüş otlaq torpaq sahəsini 15 il müddətinə icarəyə götürmüş, 2015-ci ilin yanvar ayından 2020-ci ilədək hər il üçün 1000 manat olmaqla cəmi 5000 manat icarə haqqını bilavasitə Təqsirləndirilən şəxs ödəmişdir. Təqsirləndirilən şəxs ona hər hansı ödəniş qəbzi verməmiş, müxtəlif bəhanələr gətirərək bələdiyyənin möhürünün evdə olmasını, səhəri və sonrakı günlərdə qəbzi möhürləyib verəcəyini bildirmişdir. 2020-ci il tarixdə Nümayəndə bələdiyyə sədri təyin olunduqdan sonra ona ödənişləri bilvasitə qəbul etmədiyini bildirib Aran bələdiyyəsinin hesab nömrəsini vermiş, həmin hesab nömrəsinə poçt vasitəsi ilə ödənişi həyata keçirməli olduğunu bildirmişdir. 2020 və 2021-ci ilin icarə haqqlarını "xxxx" vasitəsi ilə Aran bələdiyyəsinin hesabına ödəmiş, "xxxx" vasitəsi ilə Aran bələdiyyəsinin hesabına 2020-ci il tarixdə icarə haqqı olaraq 934 manat, 2021-ci il tarixdə isə 964 manat ödəmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2004-cü il tarixdən Yevlax rayon Aran bələdiyyəsi ərazisindən heyvandarlığın inkişafı üçün 250 ha torpaq sahəsini 15 il müddətinə icarəyə götürərək Aran bələdiyyəsi ilə aralarında icarə müqaviləsi bağlanmışdır. 2005-ci il tarixdə ona JN 7675 KOD ******* nömrəli, həmin torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmiş, torpağı icarəyə götürərkən Aran bələdiyyəsinin sədri Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs bələdiyyə sədri olduğu müddət ərzində ödənişləri bilavasitə Qəşəmin özünə vermiş, əvəzində isə ona ödəniş qəbzi vermişdir. İllik 400-500 manat arası məbləğində icarə haqqı ödəmiş, 2020-ci il tarixdən etibarən isə torpağın icarə haqqını "xxxx" MMC-nin Yevlax filialından ödəmişdir. Yevlax rayon Aran bələdiyyəsinin hesabına 01 yanvar 2005-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək Yevlax rayonu Aran bələdiyyəsinin mülkiyyətindən 15 il müddətinə icarəyə götürdüyü 250 ha torpaq sahəsinə xx.xx.2016-cı il tarixdə Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə Aran bələdiyyəsinin hesabına 2015-ci il üzrə icarə haqqı olaraq 380 manat ödəniş etmiş, bundan əlavə Təqsirləndirilən şəxs icarə haqqı olaraq xx.xx.2016-cı il tarixdə 2016-cı il üzrə icarə haqqı olaraq 380 manat məbləğindən artıq məbləğdə pul verməsinə baxmayaraq Qəşəm ona 380 manat ödəniş etməsi ilə bağlı qəbz, o cümlədən xx.xx.2017ci il tarixdə 2017-ci il tarixin icarə haqqı üzrə 380 manatdan artıq məbləğdə pul ödəniş etməsinə baxmayaraq 380 manat ödəniş etməsinə dair qəbz, xx.xx.2018-ci il tarixdə 2018ci ilin icarə haqqı kimi 500 manatdan artıq məbləğ ödəməsinə baxmayaraq 500 manat icarə haqqı ödəniş etməsinə dair qəbz, 2019-cu il tarixdə isə 2019-cu ilin icarə haqqı olaraq 600 manatdan artıq məbləğdə ödəniş etməsinə baxmayaraq 600 manat ödəniş etməsinə dair qəbzlər vermişdir. 01 yanvar 2005-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində Aran bələdiyyəsinin hesabına 2240 manatdan çox ödəniş etmiş, lakin qəbzdə qeyd edilənlərə əsasən ümumi ödəniş məbləği 2240 manat görünmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş X52 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayonu Aran qəsəbəsi ərazisində 2001-ci il tarixdə Aran bələdiyyəsinə məxsus 25 ha örüş otlaq sahəsini icarə müqaviləsi əsasında icarəyə götürməklə torpaq sahəsinin dövlət aktı mövcud olmamışdır, eyni zamanda həmin torpağa da çıxarış almamışdır. İcarə haqqı olaraq 2020-ci ilədək Aran bələdiyyəsinə ildə 120-130 manat ödəniş etmiş, 2015-ci ilədək Aran bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs olmuşdur. Sonradan bələdiyyə sədri vəzifəsinə Qəşəmin qızı Ülviyyə Əkbərova seçilsə də faktiki olaraq işi Təqsirləndirilən şəxs icra etmişdir. O, bəzi hallarda ödənişi bilavasitə Qəşəm müəllimin özünə vermiş, Qəşəm müəllim bəzi hallarda ona icarə haqqı ödənişinə dair qəbzlər vermiş, bəzi hallarda isə verməmişdir. Bundan başqa bir neçə dəfə də olub ki, Aran bələdiyyəsindən hesab nömrələrini alıb icarə haqqını "xxxx" ASC-nin Yevlax filialından ödəmişdir. 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Aran bələdiyyəsi sədri vəzifəsindən azad edilmiş və Yevlax rayonu Aran qəsəbə sakini Nümayəndə təyin edilmişdir. 2020-ci il tarixdən isə icarə haqqlarının dövlət rüsumu qalxdığı üçün illik 150 manatı "xxxx" MMC-nin Yevlax filialından ödəniş etməyə başlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, fermer təsərrüfatı ilə məşğul olmaqla 2006-cı il tarixdə Yevlax rayon Aran bələdiyyəsindən 15 il müddətinə örüş otlaq təyinatlı 15 ha torpaq sahəsini icarəyə götürmüş, həmin vaxt bələdiyyə sədri Təqsirləndirilən şəxs olmuşdur. 2015-ci il tarixdən 2020-ci il tarixədək isə bələdiyyə sədri Qəşəmin qızı Ülviyyə Əkbərova olsa da bütün işləri Təqsirləndirilən şəxs özü icra etmişdir. Torpağı icarəyə götürdüyü vaxtdan hər il dövlət rüsumunda dəyişikliklər olduğundan 180-220 manat arası icarə haqqı ödəmişdir. 2015-ci ildən 2020-ci ilədək də icarə haqqı ödənişlərini Təqsirləndirilən şəxs etmiş, əvəzində isə Qəşəm ona ödəniş qəbzləri vermişdir. Təqsirləndirilən şəxs təxminən 3 il 180 manat ödəniş etsə də Qəşəm həmin ödənişlərin qəbzlərini ona verməmişdir. 2020-ci il tarixdə isə Aran bələdiyyəsinin sədri Nümayəndə olduqdan sonra icarə haqqı ödənişlərini "xxxx" MMC-nin Yevlax filialından həyata keçirmişdir. 01 yanvar 2005-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində Yevlax rayonu Aran bələdiyyəsinin mülkiyyətindən 15 il müddətinə icarəyə götürdüyü 15 ha torpaq sahəsinə görə 2019-cu il üzrə 220 manat, 2018-ci il üzrə 180 manat və 2017-ci il üzrə 180 manat icarə haqqı ödəmişdir. Bundan əlavə 3 il olmaqla xatırlamadığı illərin hər il üzrə icarə haqqı olan 180 manatı Təqsirləndirilən şəxs vermiş, lakin Qəşəm ona əvəzində heç bir ödəniş qəbzi verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdə Aran bələdiyyəsindən 15 il müddətinə 50 ha örüş torpaq sahəsi icarəyə götürmüş, torpağın icarə haqqını hər il Yevlax rayon Aran bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs vermişdir. 2017-ci il tarixədək Təqsirləndirilən şəxs 50 ha torpaq sahəsinin icarə haqqı kimi hər il 300 manat pul ödəmiş, 2018-ci il tarixdə isə ondan Qəşəm 1200 manat pul alıb həm 2018-ci, həmdə 2019-cu ilin ödənişlərini edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 1200 manat pul versə də sonuncu ona ödəniş qəbzi verməmiş, 2015ci ilin yanvar ayından 2020-ci ilin yanvar ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs bir dəfə 2015-ci il tarixdə ona ödəniş qəbzi vermişdir. 2020-ci il tarixdə Nümayəndə bələdiyyə sədri seçildikdən sonra ona Aran bələdiyyəsinin hesab nömrəsini verib icarə haqqını həmin hesaba ödəməsini tapşırmış və icarə haqqı məbləğinin 500 manat olmasını bildirmişdir. 2021-ci ilin əvvəllərində 2020-ci ilin torpaq icarə haqqını, yəni 500 manat pulu "xxxx" ASC-nin Aran filialından Aran bələdiyyəsinin hesabına ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, fermer təsərrüfatı ilə məşğul olmaqla 19 dekabr 2006-cı ildə bələdiyyə qərarı əsasında Yevlax rayonu Aran bələdiyyəsi ilə bağlanmış müqavilə əsasında 50 hektar bələdiyyə torpağını icarəyə götürmüşdür. Həmin vaxt müqavilə bələdiyyə sədri işləmiş Təqsirləndirilən şəxsla onun arasında bağlanmış, 2013-cü ilə kimi icarə haqlarını atası Rəhim Sultanov ödəmişdir. 2013-cü ildə atası vəfat etdikdən sonra icarə haqlarını özü ödəməyə başlamış, atası vəfat edənə kimi illik icarə haqqını bələdiyyə sədri işləmiş Təqsirləndirilən şəxs nağd şəkildə ödəmişdir. Özü də hər il icarə haqqını bələdiyyə sədri işləyən Qəşəm Əkborova ödəsə də 2020-ci ildən isə torpaqdan istifadəyə görə icarə haqlarını onlara verilmiş kod əsasında "xxxx" ASC-nin Yevlax rayon filialına ödəmişdir. 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində hər il icarə haqqını Təqsirləndirilən şəxs nağd şəkildə ödəmiş, sonuncu tərəfindən ona qəbz verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, 27 noyabr 2001-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsi ərazisindən 56 hektar örüş məqsədilə, 19 hektar isə əkin məqsədilə torpaq sahəsini 30 il müddətinə icarəyə götürmüş, Onlar torpağı icarəyə götürərkən bələdiyyə sədri Şahid2 olmuş, 2004-cü ildən isə Aran bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs təyin olunmuşdur. Torpaq sahəsini icarəyə götürdüyü vaxtdan hər il icarə haqqını vaxtlı-vaxtında ödəmiş, Təqsirləndirilən şəxs hər il nağd şəkildə ödədəiyi icarə haqqına görə Təqsirləndirilən şəxs tərəfindən bəzi hallarda qəbzlər də verilmişdir. 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr ərzində icarəyə götürdüyü 56 ha torpaq sahəsinin icarə haqqı 1456 manat, 19 hektar torpaq sahəsinə görə 1292 manat olan icarə haqları onun tərəfindən hər il ödənilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid16 Əli oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 1999-cu ildən icarədar kimi Aran qəsəbəsi ərazisində torpaq sahibi olmuş, 2002-ci ildən 150 hektar torpaq sahəsini icarəyə götürüb örüş otlaq sahəsi kimi istifadə etmişdir. Torpaq sahəsinə görə əvvəllər hektarına 1 manat olmaqla ümumilikdə 150 manat icarə haqqını bələdiyyə sədri işləmiş Təqsirləndirilən şəxs nağd şəkildə ödəmiş, bununla bağlı qəbzləri də olmuşdur. 2004-cü ildən Yevlax rayon Aran qəsəbə bələdiyyəsinə üzv seçilərək 2014-cü ilə kimi bələdiyyə sədrinin müavini kimi işləmiş, 230 manat əmək haqqı almışdır. Onun əsas iş funksiyaları torpaq sahələrini ölçmələri ilə bağlı şikayətlər olduqda torpaq şöbəsinin və kadastr xidmətinin əməkdaşları ilə birlikdə ölçmə işlərinin aparılmasında köməklik etməkdən ibarət olmuşdur. Ondan başqa Mətləb İmamverdiyev vergi nəzarətçisi, Kifayət Hüseynova isə mühasib kimi işləmiş, icarə haqlarını icarədarlardan Mətləb İmamverdiyev yığmışdır. Təqsirləndirilən şəxs bələdiyyə sədri işlədiyi müddətdə mühasibatlıq sənədlərinin "xxxx" MMC-yə göndərilməsi və məhv edilməsindən xəbəri olmamış, bələdiyyəyə bir neçə ay fasilə ilə gedib gəlmişdir. İcarəyə götürdüyü torpaq sahəsinə görə icarə haqlarını Təqsirləndirilən şəxs nağd şəkildə ödəmiş, bununla bağlı bəzi hallarda ona qəbz verilmişdir. 01 yanvar 2015-ci il tarixindən 01 yanvar 2020-ci il tarixinədək olan dövr ərzində icarə haqları ilə bağlı ödənişləri qeydiyyata salınmamışdır. Bələdiyyə sənədlərinin hər hansı birinə imza etməmiş, ümumiyyətlə o, sənədləşmə işlərində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2002-ci il tarixli Yevlax rayonu Aran bələdiyyəsinin qərarı ilə 15 il müddətinə 25 hektar torpaq sahəsini icarəyə götürmüş, bundan başqa onun Aran qəsəbəsi ərazisində özünə məxsus pay torpaq sahəsi də olmuşdur. Torpaq sahəsini icarəyə götürmək üçün 2002-ci ildə ölkə Prezidentinə müraciətindən sonra bələdiyyənin ehtiyat fonduna aid olan həmin torpaq sahəsi sənədləşmə əsasında ona icarəyə verilmişdir. 2019-cu ildə həmin torpaq sahəsi yenidən hərraca qoyulmuş və həmin torpaq sahəsinin 5 hektarını kəsərək onun oğlunun adına 19 hektar torpaq sahəsi icarəyə verilmişdir. Bununla bağlı məhkəməyə də müraciət etmiş, ona guya Əbülfəz Quliyevə verilmiş torpaq sahəsi ilə üstüstə düşməsini bildirib 5 hektar torpaq sahəsini kəsib X74 X66 şəhadətnamə düzəltmişlər. O, həmin torpaq sahəsini 2002-ci ildən, Əbülfəz Quliyev isə 2014-cü ildən icarəyə götürmüş, hər il icarə haqlarını Təqsirləndirilən şəxs şəxsən nağd şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs 2005-2015-ci illərdə bələdiyyə sədri işləmiş, daha sonra isə 2015-ci ildən qızı Ülviyyə Əkbərova bələdiyyə sədri olmasına baxmayaraq yenə də işləri Təqsirləndirilən şəxs aparmışdır. 2019-cu ildən oğlu həmin torpaq sahəsini icarə müqaviləsi əsasında götürdükdən sonra 2019, 2020 və 2021-ci illərdə icarə haqqını ödəmiş, 2020-ci ildən artıq icarə haqqı ilə bağlı ödənişləri Azərpoçt vasitəsilə etməyə başlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax şəhər Bələdiyyəsində baş mühasib işləyən Şahid18 ifadəsində göstərmişdir ki, 2015-ci ilin fevral ayından 2019-cu ilin sonlarına kimi həm də Yevlax rayonu Aran bələdiyyəsində baş mühasib kimi işləmiş, 2018ci ilin iyun ayına kimi əmək haqqını müxtəlif vaxtlarda ildə 3-4 dəfə olmaqla hər dəfə 50- 100 manat olmaqla əmək haqqı almışdır. 2010-cu ildən isə qeyri-rəsmi olaraq demək olar ki bütün bələdiyyələrə sənədləşmə işlərində köməklik etmiş, Yevlax rayonu Aran bələdiyyəsi də həmin bələdiyyələrdən olmuşdur. Bələdiyyə sədri Təqsirləndirilən şəxs ona müraciət edərək bələdiyyənin mühasibatlıq sənədləri üçün köməklik etməsini xahiş etmiş, 2015-ci ilin fevral ayından isə əmək müqaviləsi əsasında Yevlax rayon Aran bələdiyyəsində işləməyə başlamışdır. Ondan başqa həmin bələdiyyədə həmçinin Kifayət Hüseynova da mühasib kimi işləmiş, bir ştat vahidi əmək haqqı hesablanmaqla işləmiş, 2018-ci ilin sonlarından əmək haqqını plastik kart vasitəsilə almağa başlamışdır. Ancaq həmin əmək haqqını da bankomatdan çıxarıb Təqsirləndirilən şəxs vermişlər. 2015-ci ildən bələdiyyə sədri Təqsirləndirilən şəxs qızı Ülviyyə Əkbərova olsa da faktiki bələdiyyə fəaliyyətini Təqsirləndirilən şəxs həyata keçirmişdir. Bank və poçt filialından nağd pul vəsaitləri alınan zaman o, Ülviyyə Əkbərova ilə birlikdə Beynəlxalq bankın Yevlax rayon filialına gedərək orada bank sənədlərini imzalayıb pulun alınması üçün Təqsirləndirilən şəxs vermişlər. Bir neçə dəfə də Ülviyyə Əkbərova həmin imzalanmış sənədlər əsasında bankdan nağd pul vəsaitlərini almışdır. Həmin işlədiyi dövrdə də bələdiyyələrlə iş mərkəzinə, maliyyə idarəsinə uçot sənədlərini hazırlayaraq göndərmişdir. Ancaq icarə haqlarının hansı formada yığılmasından, təsərrüfat xərci kimi bank və poçt filiallarından nağd qaydada alınmış pullardan xəbəri olmamışdır. Şəhər bələdiyyəsində oturduğu üçün yalnız Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlər əsasında uçotları aparmış, həmin uçot sənədləri və bələdiyyənin mühasibatlıq sənədləri arxiv kimi sonradan "xxxx" MMC-yə məhv edilməsi üçün verilmişdir. Ona görə də təsərrüfat xərci kimi alınmış məbləğlərin təyinatlarını Maliyyə Nazirliyinin X64 xidməti tərəfindən aparılan yoxlama zamanı müəyyən etmək mümkün olmamışdır. 2018-ci ilin iyul ayından 2019-cu ilin dekabr ayına kimi o, əmək haqqı almamışdır. Əvvəlki dövrdə isə ancaq hissə hissə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs nağd şəkildə əmək haqqı almış, Aran bələdiyyəsindən hər ay sabit məbləğdə əmək haqqı almamışdır. 2013-2018-ci illərdə müxtəlif məbləğlərdə nağd pul vəsaitlərinin alınaraq məxaricə silinməsi ilə bağlı əvvəllər təsdiqedici sənədlər mövcud olmuş və həmin sənədlər toplanaraq tikilmiş, sonradan isə həmin sənədlər arxivə göndərildiyindən mövcud olmamışdır. Təqsirləndirilən şəxs onlara bir neçə nəfərin şəxsiyyət vəsiqəsini gətirərək həmin şəxslərin guya arx qazılmasını işlərini həyata keçirməsini bildirib həmin şəxslərə ödənəcək məbləği təsərrüfat xərci kimi qeyd etmələrini istəmişdir. Onlar da sənədi o formada yazıb daha sonra Ülviyyə Əkbərova ilə birlikdə imzalamış, pulu isə kassadan Təqsirləndirilən şəxs özü almışdır. 2015-2019-cu illər ərzində 72286,10 manat vəsaitin bələdiyyə hesabına köçürülməyərək təyinatdan yayındırılmasından xəbəri olmamış, ancaq rəsmi qəbz verilən sənədlər əsasında bələdiyyə hesabına köçürülən məbləğləri görmüşlər. Nağd qaydada Təqsirləndirilən şəxs kimdən hansı məbləğlərdə pul almasını və həmin pulları hansı məqsəd üçün xərcləməsini bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1143 saylı rəylərindən görünür ki, Yevlax rayonu Aran Bələdiyyəsinin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2013-cü il tarixdə nömrəsiz çekə imza etməklə 2108 manat, xx.xx.2014-cü il tarixdə nömrəsiz çekə imza etməklə 2308 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 6115 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 3280 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 975 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 2155 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 4720 manat, həmçinin Bələdiyyənin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 1800 manat, xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 540 manat, xx.xx.2016-cı il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 3700 manat, xx.xx.2016-cı il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 240 manat, xx.xx.2016-cı il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2630 manat, xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 2220 manat, xx.xx.2016-cı il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 3580 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 480 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 1000 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2445 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2190 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 1340 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 720 manat, xx.xx.2017-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 4150 manat, xx.xx.2018-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 3415 manat, xx.xx.2018-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 3400 manat, xx.xx.2018-ci il tarixdə AZP-1 ******* saylı xəzinə məxaric orderi əsasında 2114 manat olmaqla, cəmi 57625 manat pul vəsaiti, habelə Aran Bələdiyyəsinin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ******* saylı xəzinə məxaric orderi əsasında 4180 manat, həmçinin bələdiyyənin "xxxx" ASC-nin Yevlax rayon filialında olan hesabından xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1035 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1065 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 555 manat, xx.xx.2015-ci il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 4085 manat, xx.xx.2016-cı il tarixdə ABB-1 ******* saylı ödəniş qəbzinə imza etməklə 1695 manat olmaqla, cəmi 12615 manat olmaqla nağd pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən təsərrüfat əməliyyatları məsrəfləri adı ilə nağdlaşdırıldıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında Ülviyyə Əkbərova ilə birlikdə həmin pul vəsaitlərini təsdiqedici sənədlər olmadan təsərrüfat xərci kimi sənədləşdirməklə, ümumilikdə 70240 manat pul vəsaitinin 7280 manatını işçilərin əmək haqqının ödənilməsinə və şəhid ailələrinə maddi yardım verilməsinə xərcləməklə, yerdə qalan 62960,00 manat pul vəsaiti təsdiqedici sənədlər olmadan məxaricə silmişdir. Ona görə də, təsərrüfat xərcləri kimi sənədləşdirilmədən, təsdiqedici sənədlər olmadan məxaricə silinmiş 62960,00 manat pul vəsaiti bələdiyyə büdcəsinə vurulmuş ziyan kimi qiymətləndirilməlidir. Yevlax rayonu Aran Bələdiyyəsinə məxsus örüş otlaq təyinatlı torpaq sahələrinin icarəyə verilməsinə görə 52 nəfər icarədardan – xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X9 5700 manat, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X33 450 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X21 2100 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid6 6000 manat, xx.xx.2007-ci il tarixli və xx.xx.2003-cü il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X29 müvafiq olaraq 2400 manat və 240 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X43 1300 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X14 2200 manat, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid11 5500 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid15 1500 manat, xx.xx.2001-ci il tarixli, xx.xx.2003-cü il tarixli və xx.xx.2011-ci il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X15 müvafiq olaraq 5220 manat, 5850 manat və 5760 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X22 500 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid14 2000 manat, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid5 4200 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X30 8000 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X34 4400 manat, 02.03.200-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X1 2800 manat, xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid10 Nəcəf oğlundan 3400 manat, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid16 3300 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X35 143 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X10 930 manat, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X2 700 manat, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X4 2912 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X5 3000 manat, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X23 3800 manat, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X3 1100 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid13 465 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şahid7 2600 manat, xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X16 550 manat, xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X6 825 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X44 1600 manat, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X17 520 manat, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X24 4500 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X36 492 manat, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X11 503 manat 10 qəpik, xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X31 1870 manat, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X7 90 manat, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X37 1200 manat, xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X38 1200 manat, xx.xx.2001-ci il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X25 müvafiq olaraq 620 manat və 1900 manat, xx.xx.2007-cü il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X45 müvafiq olaraq 420 manat və 2520 manat, xx.xx.2001-ci il tarixli icarə müqavilələrinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-dən müvafiq olaraq 1456 manat və 1292 manat, xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X12 9200 manat, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X26 816 manat, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X27 60 manat, XX.XX.2005-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X48 120 manat və XX.XX.2005-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək X49 120 manat olmaqla ümumilikdə 130186,10 manat məbləğindəki icarə haqlarının 57900 manat hissəsi Təqsirləndirilən şəxs tərəfindən bələdiyyənin bank və poçt filiallarında olan hesablaşma hesablarına köçürülmüş, yerdə qalan 72286,10 manat pul vəsaiti isə bələdiyyənin hesabına köçürməmişdir. Ona görə də, icarədarlardan nağd qaydada yığılmış və bələdiyyənin hesabına köçürülməmiş 72286,10 manat pul vəsaiti bələdiyyə büdcəsinə vurulmuş ziyan kimi qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli KEŞ-356 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda onun “Baş beyin sağ yarımkürəsində, orta beyin arteriyada infarktdan sonrakı vəziyyət. Soltərəfli hemiparez” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildi. Qeyd edilən xəstəlik xroniki gedişlidir və onun ambulator müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar onun məhkəmə prosesində iştirakı mümkündür. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin BPM**********18 nömrəli ödəniş tapşırığı və BPM**********18 nömrəli mədaxil qəbzindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Yevlax rayonu Aran Bələdiyyəsinə vurmuş olduğu ziyanın bir hissəsini, yəni 5000 (beş min) manat pulu Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. İş materiallarında olan Yevlax rayonu Aran Bələdiyyəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Yevlax rayonu Aran Bələdiyyəsinin sədri vəzifəsində, 01.01. 2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Yevlax rayonu Aran Bələdiyyəsinin xəzinədarı vəzifəsində işləmişdir. İş materialında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Nemətabad kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Nemətabad kəndində öz işgüzarlığı, bacarığı və mədəni davranışı ilə bütün kənd sakinlərinin dərin hörmətini qazanmış, kənddə olan bütün mərasimlərdə yaxından kömək etmiş, bu vaxta qədər heç bir inzibati cəza almamış və onun haqqında nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamış, öz davranışı ilə müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin BPM**********18 nömrəli ödəniş tapşırığı və BPM**********18 nömrəli mədaxil qəbzindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Yevlax rayonu Aran Bələdiyyəsinə vurmuş olduğu ziyanın bir hissəsini, yəni 5000 (beş min) manat pulu Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs barəsində CM-in 308-ci maddəsi ilə olan cinayət təqibindən imtina etdiyini bildirmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-in 308.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 179.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 179.3.2 və 310-cu mddələrinin sanksiyalarına uyğun cəzalandırılmalıdır. CM-in 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayətlər üzrə vurulmuş maddi ziyanı ödənməsini, yaşadığı yer üzrə müsbət səciyyələndirilməsini, “Baş beyin sağ yarımkürəsində, orta beyin arteriyada infarktdan sonrakı vəziyyət. Soltərəfli hemiparez” xəstəliyindən əziyyət çəkməklə ambulator müalicəyə ehtiyacı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.3.2 və 310-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə və əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzalarının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun CM-in 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.1-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini nəzərə alaraq ona dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma əlavə cəzası təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 60-cı madəsinin tətbiqini qanuni hesab edir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə təqsirləndirilən şəxs Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsi, törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyanı tam ödəməsi, ahıl (69) yaşda olması və Baş beyin sağ yarımkürəsində, orta beyin arteriyada infarktdan sonrakı vəziyyət. Soltərəfli hemiparez” xəstəliyindən əziyyət çəkməklə ambulator müalicəyə ehtiyacı olması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmаlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 150 AZN (yüz əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan və Təqsirləndirilən şəxs Yevlax rayonu Aran Bələdiyyəsinə vurduğu ziyanın bir hissəsini ödədiyi 5000 (beş min) manat pul Aran Bələdiyyəsinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-ciü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanması yolu ilə üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun daimi yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 150 AZN (yüz əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan və Təqsirləndirilən şəxs Yevlax rayonu Aran Bələdiyyəsinə vurduğu ziyanın bir hissəsini ödədiyi 5000 (beş min) manat pul Aran Bələdiyyəsinin müvafiq bank hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-2/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-2/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver