Məhkəmə qərarları › İş №1(091)-2/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-2/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-2/2025 14.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), hakimlər Məmmədov Xaliq Musa oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli və himayəsində bir azyaşlı uşağı olan, əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2, 220.1, 233, 315.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsi tətbiq edilməklə 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, İsmayıllı şəhəri N.Səmədov küçəsi ev 66 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 181.2.2, 181.2.4, 181.2.5 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı şəhərinin ərazisindən keçən hissəsində, Qəbələ rayonu istiqamətində olmaqla yolun sağ tərəfində yerləşən “Titanik” adlı kafenin həyətində İsmayıllı rayonunun Mican kəndində yaşayan Zərərçəkmiş şəxs1 görüb sonuncunu söhbət etmək adı ilə kafenin binasının arxasına çağırmış, orada “Bizim Market” adlı dükanda işləyən qohumu Şahid4 150 manat pul borclu olmasını və pulu qaytarmamasını deyib bu zəmində Zərərçəkmiş şəxs1 ilə mübahisə etməklə üzərində gəzdirdiyi, istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 sol qolundan qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sol bazunun ön səthinin aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarasından ibarət, həyatı üçün təhlükəli olmayan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi 14 ünvanında yerləşən “Bizim Market” adlı dükanın yaxınlığında, yol kənarında Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə dayandığını görərək, sonuncunun şəxsiyyəti üzərində zor göstərmə və əmlakını tələf etmə hədəsi ilə müşayiət olunan zor tətbiq etməklə əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmək qərarına gəlmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs1 həmin dükanda işləyən onun qohumu Şahid4 olan 150 manat pul borcunu qaytarmamasını bəhanə edərək, əlində tutduğu istintaqla müəyyən edilməyən bıçaqla yaxınlaşıb Zərərçəkmiş şəxs2 məxsus olmaqla faktiki Zərərçəkmiş şəxs1 istifadəsində olan, sonuncunun sükan arxasında əyləşdiyi “VAZ 21074” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən olan qapısını açmış, əlindəki bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 xəsarət yetirəcəyi ilə hədələyərək zor tərtib edib qohumuna borclu olduğu 150 manat pulu verməməsini əsas gətirib onun özünə 500 manat pul verməli olmasını qəsdən zərərçəkmiş şəxsin üzərində zor göstərməklə, əmlakını tələf etmə hədəsi ilə müşayiət olunan hədə-qorxu ilə tələb etmiş və hərəkətlərini davam etdirərək əlini uzadıb Zərərçəkmiş şəxs1 istifadəsində olan “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını çıxartmaqla sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olan basqın edib Zərərçəkmiş şəxs1 yan oturacaqda əyləşməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 onun əlində bıçaq olmasından və sağlamlığına yenidən real xəsarət yetirəcəyindən qorxaraq dərhal avtomobildən enib kənara çəkilmiş, bu zaman o, avtomobilə əyləşib idarə edərək təminən 100 metr məsafə qət edib “Bizim Market” adlı dükanın önündə avtomobili saxlayaraq və avtomobildən enib zər tətbiq etməklə avtomobilin sol arxa qanadına, sağ arxa qapısına, sağ ön qapısına, sağ ön qanadına təpiklə qəsdən zərbələr endirərək 350 manat dəyərində maddi ziyan vurub həmin avtomobili zədələmiş, bunu görən Zərərçəkmiş şəxs1 piyada həmin yerə gələrək həmin avtomobilin başqa şəxsin mülkiyyətində olduğunu və qaytarmasını israrla bildirdikdə o, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqından ibarət öz hərəkətlərini davam etdirərək uca səslə 500 manat pul gətirdikdən sonra avtomobili apara biləcəyini söyləyib Zərərçəkmiş şəxs2 məxsus olmaqla faktiki Zərərçəkmiş şəxs1 istifadəsində olan, xeyli miqdar təşkil edən 7000 manat dəyərində “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib avtomobili idarə edərək həmin yerdən uzaqlaşmaqla qəsdən özgənin əmlakını silah qismində istifadə edilən əşya tətbiq edilməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınla ələ keçirib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla təkrarən quldurluq etmişdir. Eyni zamanda, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(091)-2/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 ilə telefon danışıqları olmuşdur. Belə ki, bibisi oğlu İsmayıllı rayon ərazisində “Bizim Market” adlanan mağazada kassir işləyir. Zərərçəkmiş şəxs1 sözügedən mağazaya borcu olmuşdur. Zərərçəkmiş şəxs1 zəng edib demişdir ki, onun mağazaya borcun vardır və bibisi oğlu buna görə problem yaşayır. Bu söbətdən sonra Zərərçəkmiş şəxs1 “Titanik” adlanan kafedə görmüşdür. Həmin vaxt əlində dırnaqtutan olmuşdur. Baş barmağında problem olduğu üçün tez-tez dırnaqtutandan istifadə edirmiş. Bundan sonra “Titanik” adlanan kafedə Zərərçəkmiş şəxs1 ilə mübahisələri düşmüşdür. Əlində olan dırnaqtutanla Zərərçəkmiş şəxs1 qoluna xəsarət yetirmişdir. Bildiyinə görə mübahisədən sonra Zərərçəkmiş şəxs1 xəstəxanaya getmişdir. O da kafedən çıxıb “Bizim Market” adlanan mağazaya getmişdir. Səhv etmirsə Süleymanın yanında Göyçay və Gəncə şəhərindən olan qonaqları olmuşdur. Həmin vaxt Gəncəli və Göyçaylı olan şəxslər mağazaya gəlmişlər. Onlarla söhbət edib Süleymana doğru yaxınlaşmışdır. Mağazayla maşının arasında isə 300-350 metr məsafə olmuşdur. Onlar maşına doğru yaxılaşan vaxtı Süleyman maşından düşüb qaçmışdır. Yanında olan və Süleymanın qonaqları olan Göyçaylı və Gəncəli şəxslər Süleymanı çağırsalar da o, yenə də qaçmağa davam etmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və ondan maşının açarlarını istəmişdir. O da polis əməkdaşlarına demişdir ki, maşın ona məxsus deyil. Daha sonra mağazadan çıxıb evinə getmişdir. Deyirlər ki, güya o, axtarışda olmuşdur. Halbu ki, o, həmişəki kimi rayon ərazisində olmuşdur. Bir müddət sonra İsmayıllı rayon ərazisində 7 nəfər mülki geyimdə olan şəxslər onu saxlamaq istəmişdir. Həmin vaxt çıxıb getmişdir. O, haradan bilsin ki, həmin şəxslər polis əməkdaşlarıdır. Daha sonra Şamaxının Kalva kəndində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona demişdirlər ki, o, axtarışdadır. Həmin vaxt onlara demişdir ki, onun evinə bununla bağlı rəsmi bildiriş gəlməmişdir. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Sonra ona narkotik vasitə yükləmək istəmişlər. Həmin vaxt polis əməkdaşlarına etiraz etmiş və demişdir ki, ölsə də ona narkotik vasitə yükləyə bilməzlər. Çünki o, narkoman deyildir. Polis şöbəsində 48 saat qalmışdır. Həmin vaxt ona deyirlər ki, narkotik vasitəni boynuna almalıdır. Polis əməkdaşlarına demişdir ki, narkotik vasitəni boynuna almayacaqdır. Bundan sonra polis əməkdaşlarına demişdir ki, maşınını evinə göndərin. Maşınında da ov tüfəngi olmuşdur. Daha sonra polis şöbəsində olan vaxt polis əməkdaşları ona yaxınlaşıb demişlər ki, bu işinə xitam vermək üçün sənədlərə imza çəkməlidir. Daha sonra ona demişlər ki, sabah onu İsmayıllı Rayon Məhkəməsinə aparacaqlar. Orada 80 manat cərimə olunduqdan sonra çıxıb gedəcəkdir. Sənədlərə imza çəkən vaxt vəkili yanında olmamışdır. Belə ki, polis əməkdaşları onu aldadıb sənədlərə imza çəkdirmişlər. Həmin günün sabahısı onu X3 gətirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəllər zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 ilə ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 ilə təxminən bir ay ərzində telefon danışıqları olmuşdur. Həmin vaxt ona demişdir ki, mağazaya olan borcunu qaytar. Süleyman ona deyirmiş ki, onun imkanı olmadığına görə borcu az-az ödəmək istəyir. Sonradan eşitmişdir ki, Süleyman ümumiyyətlə mağazaya olan borcu qaytarmaq istəmirmiş Hadisədən sonra “Bizim Market” adlanan mağazaya gəlmişdir. Marketin içində olan vaxt polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları gedən vaxt Göyçay şəhərindən olan şəxs mağazaya gəlmişdir. Həmin vaxt Göyçaylı olan şəxs ondan soruşmuşdur ki, Süleymanı kafedə niyə vurmuşdur? O da onlara demişdir ki, Süleymanın mağazaya borcu olub. Daha sonra həmin Göyçaylı və Gəncəli olan şəxslərlə Süleymana yaxınlaşmışlar. Süleyman isə onları görüb maşını tərk eləmiş və qaçmağa başlamışdır. Süleymana yaxınlaşan vaxt əlində heç nə olmamışdır. Elə olsaydı Göçaylı və Gəncəli olan şəxslər bunu görərmiş. Süleyman maşından düşüb qaçandan sonra, Gəncəli və Göyçaylı olan şəxslərlə maşında oturub söhbət etmişlər. Daha sonra Samir adlı şəxs maşını özü sürüb mağazanın yanına gətirmişdir. Maşının açarının kimdə qaldığını bilmir. Maşının açarı onda olmamışdır. Tutulana qədər rayon ərazisində olmuşdur. Polis əməkdaşları ona rəsmi məlumat verib şöbəyə dəvət etməmişlər. Polis əməkdaşlarını görüb qaçmamışdır. Belə bir hal baş verməmişdir. Süleymanın yanına gedib maşına əyləş deməmişdir. Süleymanı marketin qarşısında görməmişdir. Ümumiyyətlə Süleyman marketin yanına gəlməmişdir. Marketlə maşının arasında 300 metr məsafə olmuşdur. Süleyman həmin vaxt maşının yanında olmuşdur. Süleyman iki nəfər şəxslə ona yaxınlaşmamışdır. “Bizim Market” adlanan mağazanın ətrafında digər mağazalar var. Həmin mağazaların əksəriyyətində kameralar mövcuddur. “** BA ***” dövlət qeydiyyat nişanlı “Vaz 21 06” markal avtomobil ona aiddir. Müstəntiqə sadəcə “Titanik” kafedə olan hadisəni danışmışdır. Müstəntiq ondan Süleymanla aralarında olan məsələni soruşmuşdur. O da danışmış, lakin müstəntiq ifadəyə nə yazıb bilmir. O, Göyçay şəhərindən olan şəxsə maşını marketin yanına sürməsini bildirməmişdır. Belə bir göstəriş verməmişdir. İfadəyə imza atmışdır. İfadəyə imza atan vaxt vəkili yanında olmamışdır. Təqsirləndirilən şəxs Volodyo oğlunun ibtidai istintaq zamanı veridiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında qismən ziddiyət olduğu üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunmaqla tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, İsmayıllı şəhər N.Səmədov küçəsi ev 66 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, himayəsində 2012-ci il təvəllüdlü X14, 2009-cu il təvəllüdlü X25 və 2007-ci il təvəllüdlü X15 adlı uşaqları vardır, fərdi əməklə məşqul olmaqla ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımış, lakin sonuncu ilə münasibəti olmamış, həmçinin aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. Onun bibisi oğlu Şahid4 İsmayıllı şəhəri Nizami küçəsində “Bizim Market” adlı mağaza işlədir, o, da, daima həmin mağazadan alış-veriş edir. 2022-ci ilin noyabr ayında, dəqiq tarixini xatırlamadığı günündə bibisi oğlu Şahid4 ilə görüşərkən sonuncu ona “Süleymanın həmin mağazada ondan 150 manat pul borc götürdüyünü və lakin pulu ödəmədiyini, həmçinin Süleymanın borcu çoxdan götürdüyünü və onu aldadaraq pulu ödəmədiyini, bu səbəbdən də pulu yerinə qoya bilmədiyini” bildirmişdir. O da, Elşada narahat olmamasını Süleymana bu barədə deyəcəyini və pulu ödəyəcəyini bildirmişdir. Bundan sonra o, Süleymanın mobil nömrəsini taparaq zəng etmiş və mağazaya olan borcunu ödəməsini bildirmişdir. Süleyman da ona 3-4 günə ödəyəcəyini demişdir. Həmin vaxtdan təxminən 10 gün keçdikdən sonra Süleyman pulu qaytarmadığı üçün Elşad bu barədə ona bildirmişdir. O, da, bir daha Süleymana zəng edərək pulu niyə qaytarmadığını soruşmuş, Süleyman isə rayonda olmadığını və gəlib qaytaracağını bildirmişdir. Həmin gündən də təxminən 3-4 gün keçdikdən sonra o, həmin mağazadan alış-veriş edərkən Elşad söhbət zamanı ona Süleymanın pulu qaytarmadığını bildirmişdir. Lakin o, həmin günü Süleymana zəng etməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı rayon ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun sağ tərəfində yerləşən “Titanik” adlı kafeyə getmiş, orada masaların birində əyləşib tək halda pivə içmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs1 orada masaların birində əyləşmiş və tanımadığı şəxslərlə çay içirmişlər, kafedə adam az olmuşdur. Hamı dağılışıb gedərkən Süleyman ona yaxınlaşmış və ona “gəl səninlə işim var” deyə bildirmişdir. O da, kafedən çıxmış, onlar kafenin yan tərəfinə keçmiş, söhbət zamanı o, Süleymana nə səbəbə görə yalandan ona vədlər verdiyini və mağazanın pulunu qaytarmadığını soruşmuş, Süleyman isə ona maşınını sata bilmədiyini, satacağı zaman qaytaracağını bildirmişdir. O, isə Süleymanın yenə də yalanlar danışdığını başa düşərək sonuncuya sağ əlində olan dırnaqtutan aləti ilə sillə zərbəsi vurmaq istəmiş, həmin vaxtı Süleyman sifətini geri çəkərək sol qolunu önə doğru qaldırmış, bu zaman əlində olan dırnaqtutan kimi istifadə etdiyi kəsici alət Süleymanın sol qoluna dəyərək kəsmiş və Süleyman xəsarət almışdır. Həmin vaxtı o, hərəkətlərini dayandırmış, Süleyman kafenin önünə qaçıb getmiş, o, isə yola çıxaraq, keçən yol maşınına əyləşib Elşadın işlətdiyi marketin qarşısında getmişdir. O, mağazanın yaxınlığında dayanaraq telefonla danışırmış. Təxminən 1 saat sonra, yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində Süleymanın gəlib idarə etdiyi Vaz 2107 markalı avtomobili market yaxınlığında, yol kənarında saxladığını görmüşdür. Süleyman özü avtomobildə əyləşmiş, avtomobildən isə iki nəfər şəxs enərək ona yaxınlaşmışlar. Ona özlərini təqdim etmiş, adları yadında qalmas ada, lakin onlardan birinin Göyçay rayon sakini və digərinin isə Gəncə şəhər sakini olması yadımda qalmışdır. Həmin şəxslər ona nə baş verməsini və nə səbəbə görə Süleymanla mübahisə etməyini soruşmuşlar, o, isə bibisi oğlu Elşadın işlətdiyi mağazanı göstərərək Süleymanın uzun müddətdir mağazadan 150 manat pul borc götürdüyünü, lakin hər dəfə bahanələr gətirib aldadaraq mağazanın pulunu qaytarmadığını bildirmişdir. Bundan sonra onlar Süleymanın avtomobilinə yaxınlaşan zaman Süleyman avtomobildən enib kənara qaçmışdır. O, da əsəbləşərək həmin VAZ 2107 markalı avtomobilin qapı və qanad hissələrini bir-iki təpiklə zərbələr vurmuşdur. Bundan sonra o, Göyçaylı şəxsə Süleymanın avtomobilini “Bizim Market” adlı mağazanın qarşısına sürdürüb saxlatmış, həmin şəxslərə Süleymanın mağazanın 150 manat borcunu gətirib verdikdən sonra avtomobili apara biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxslər harasa getmiş və o, da, çıxıb getmiş, bir qədər gəzmiş və telefonla danışdıqdan sonra gecə vaxtı, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 03 radələrində yenidən mağaza istiqamətində gəlmişdir. Mağaza qarşısında polis əməkdaşlarını gördüyü zaman isə tutulacağını düşünərək oradan qaçıb uzaqlaşmışdır. Bundan sonra polisdə barəsində araşdırma aparıldığını bilmiş, bundan qorxaraq gizlənmiş və çağırış üzrə polisə gəlməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində özünə məxsus olan Vaz 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu rayon Kalva kəndində olarkən və polisdən yayınarkən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış hadisə birinci dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı rayon ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun sağ tərəfində yerləşən “Titanik” adlı kafenin yan tərəfində baş vermişdir. Həmin hadisə zamanı o, əlində olan dırnaqtutan aləti ilə Süleymanın sol qolundan bir dəfə zərbə endirərək xəsarət yetirmiş, daha sonra sonuncuya xəsarət yetirməmiş, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində İsmayıllı şəhəri ünvan 2 ünvanda yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığına başvermişdir. Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış hadisə isə Süleymanın bibisi oğlu Şahid4 150 manat pul alması, lakin aldadaraq pulu qaytarmaması, hətta ona dəfələrlə yalandan vəd verərək pulu qaytarmamaqla aldatması səbəbindən baş vermişdir. Hər iki hadisə zamanı əlində bıçaq olmamış, o, Süleymana dırnaqtutan adlı kəsici alətlə xəsarət yetirmişdir. Hadisə zamanı o, Zərərçəkmiş şəxs1 sol qolundan bir dəfə zərbə vurub xəsarət yetirdikdən sonra hərəkətini dayandırmış, onun Süleymana növbəti zərbələr vurmağa kifayət qədər vaxtı və imkanı olsa da bunu etməmiş və oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 hadisə zamanı ona heç bir xəsarət yetirməmişdir. Onun Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi hadisə təxminən 3-5 dəqiqə davam etmişdir, həmin hadisə zamanı ictimai qayda və ətrafdakıların rahatlığı pozulmamış, Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi hadisə zamanı onlar ikisi olmuş, ətrafda kimsə olmamış, kafedə isə kimlərin olmasını xatırlamır. Hər iki hadisə zamanı onun əlində bıçaq olmamış və o, Süleymana bıçaqla yaxınlaşmamış, avtomobilini əlindən zorla almamış, sonuncudan 500 manat pul tələb etməmiş, avtomobilini sürüb aparmamış və sonuncuya qarşı quldurluq hərəkətləri etməmişdir. O, sadəcə sonuncudan 150 manat mağazaya olan borcu tələb etmiş, Süleymanın mağazanın 150 manat borcunu gətirib verdikdən sonra avtomobili apara biləcəyini bildirmişdir. O, Məhkəmə-Tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 697 saylı rəyi ilə tanış olmuş, həmin rəydə qeyd olunan xəsarəti o, kəsici-deşici alət olan dırnaqtutanla yetirmiş, həmin hadisə zamanı əlində bıçaq olmamış və bıçaqla xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi dırnaqtutan aləti kiçik ölçülüdür, ümumi olaraq dırnaq kəsmək üçün xırda kəsici hissəsi vardır. Həmin dırnaqtutan alətini hara qoyduğunu və atdığını xatırlamır və bu səbəbdən də həmin aləti istintaqa təqdim edə bilmir. O, həmin Vaz 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən bir ay olar almış, həmin avtomobili Sumqayıt şəhərində tanıdığı şəxsdən 2250 manata almış, avtomobilin 2000 manat pulunu ödəmiş, lakin 250 manat pulunu isə borclu qalmış, ona görə də avtomobili adına qeydiyyata sala bilməmiş və həmçinin adına da etibarnamə almamışdır. Onun sürücülük hüququ yoxdur və həmçinin həmin avtomobilə görə etibarnaməsi də yoxdur. O, polis əməkdaşlarından qaçarkən, yaxalanmamaqdan ötrü tüfəngi yolun kənarına atmış, polis əməkdaşları onu saxladıqdan sonra o, tüfəngi atdığı yerdən götürüb avtomobilə qoymuşdur. Həmin tüfəng ona məxsusdur, mərhum babasından ona yadigar qalmış, lakin həmin tüfəngə dair heç bir sənədi yoxdur və tüfəngi adına qeydiyyata saldırmayaraq istifadə etmiş, həmçinin avtomobildə aşkar edilmiş 02 ədəd patronlarda həmin tüfəngə məxsusdur, bundan başqa avtomobildən aşkar edilmiş 02 ədəd bıçaqlardan qara rəngli açılı-qatlanan olan bıcaq cib bıçağıdır və ona məxsusdur, digər dəstək hissəsi qırmızı-göy-ağ rəngli olan bıçaq isə mətbəx bıçağıdır, həmin bıçaqda ona aiddir, o, avtomobili aldıqdan sonra həmin bıçaqı avtomobilin qol qoyulan cib hissəsində saxlamışdım. O, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 9/74 saylı rəyi ilə tanış olmuş, həmin rəydə göstərilənlərlə tam razıdır. Bununla bağlı heç bir etirazı və vəsatəti yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Titanik” adlı kafedə yanında qonaqları ilə oturduğu vaxt Elşən kafeyə daxil olmuş və onu küçəyə dəvət etmişdir. Həmin vaxt Elşənlə aralarında mübahisə yaranmış və Elşən ona bıçaqla xəsarət yetirmişdir. Bundan sonra xəstəxanaya getmişdir. Xəstəxanadan sonra yanında iki nəfər şəxslə “Bizim Market” adlanan mağazaya getmişlər. Həmin vaxt yanında olan şəxslərdən biri maşından düşmüş və Elşənin yanına getmişdir. Həmin şəxsin Elşənin yanına getməkdə məqsədi isə Elşənlə onun arasında olan mübahisənin səbəbini öyrənmək olmuşdur. Bu zaman görmüşdür ki, Elşən maşına tərəf yaxınlaşır. Həmin vaxt Elşəni görüb maşından düşüb qaçmışdır. Daha sonra təkrar xəstəxanaya getmişdir. Bir neçə saat sonra Samir ona zəng etmişdir ki, maşın mağazanın yanındadır və maşını tərpədə bilmir. Həmin vaxt Samirə demişdir ki, siz gedin o, özü həll edəcəkdir. Bundan sonra axşam saat 6 radələrində taksi ilə evə getdiyi vaxt polis əməkdaşları onu saxlamışlar. Həmin gün polis şöbəsində Natiq adlı şəxs onu dindirmişdir. Həmin vaxt Natiq müəllim ondan soruşmuşdur ki, Elşən ona yaxınlaşan vaxt əlində nəsə var idi? Cavab vermiş ki, xeyr, Elşənin əlində heç nə olmamışdır. Sonra Natiq müəllim ondan soruşmuşdur ki, Elşən səndən nə istəyirdi? Cavab vermişdir ki, Elşən ondan mağazaya olan borcunu istəmşdir. Daha sonra Natiq müəllim səhərə yaxın ifadəsinə imza çəkdirmiş və digər zərərçəkmiş şəxsi polis şöbəsinə dəvət etmişdir. Daha sonra onsuz digər zərərçəkmiş şəxsi dindirmişdir. Daha sonra müstəntiq verdiyi ifadəni ona oxutmuşdur. Müstəntiqə demişdir ki, bəzi sözləri burada yazıldığı kimi deməmişdir. Müstəntiq ona cavab vermişdir ki, sən məhkəmədə burada yazılan kimi ifadə ver, yoxsa onun özünə cinayət işi açar. Bir müddət sonra müstəntiq onu İsmayıllı Rayon Polis Şöbəsinə dəvət etmişdir. Həmin vaxt İsmayıllı rayonu ərazisində olmadığı üçün gedə bilmir. Bir müddət sonra müstəntiq ondan evinin adresini öyrənmişdir. Daha sonra öz idarə etdiyi maşını ilə yaşadığı ünvana gəlmişdir. Bundan sonra ifadəyə imza çəkdirmiş və ona demişdir ki, məhkəmədə burada yazılan kimi ifadə verməlidir. Sonra ona demişdir ki, məhkəmədə deyər ki, Elşən ondan pul tələb etmişdir. Sonra Elşəndən şikayətçi olmasın. Daha sonra əlavə etmişdir ki, narahat olmasın Elşən heç bir cəza almayacaqdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs1 göstərmişdir ki, müstəntiq ondan soruşmuşdur ki, Elşən ona yaxınlaşanda əlində nəsə olmuşdur? Həmin vaxt cavab vermişdir ki, Elşənin əlində heç nə görməmişdir. Bəli, müstəntiq ifadəni ona oxumuş və demişdir ki, burada yazılanlardan artıq heç nə danışmasın, yoxsa onun özünə cinayət işi açar. Elşən ona bıçaqla xəsarət yetirmişdir. Elşən təpiklə maşını əzmişdir. İbtidai istintaq zamanı müstəntiq verdiyi ifadəni oxumuş və sonra ona imza çəkdirmişdir. Həmin ifadə də yazılmışdır ki, Elşən əlində bıçaqla ona tərəf yaxınlaşmış və o da bunu görüb qaçmışdır. Daha sonra ondan pul tələb etmişdir. Əslində isə Elşən ondan mağazaya olan 150 manat borcu tələb etmişdir. İfadəyə isə həmin hissə 500 manat yazılmışdır. Real olan budur ki, Elşən ondan 150 manat mağazaya olan borcunu tələb etmişdir. Səhər saatlarına qədər polis şöbəsində olmuş və səhhətində narahatlıq olmuşdur. İmza çəkməsəymiş müstəntiq onu buraxmazmış. İkinci dəfə müstəntiq onu polis şöbəsinə dəvət edən vaxt demişdir ki, o bu məzmunda ifadə verməmişdir. İfadəsinin dəyişməsi ilə əlaqəli heç yerə şikayət etməmişdir. Çünki müstəntiq ona demişdir ki, ifadədə yazılanlardan kənara çıxsa onun özünə cinayət işi açar. Elşənlə telefon danışıqları olmuşdur. Hətta Elşənlə görüşüb danışmışlar. Hadisədən bir saat sonra yanında olan iki nəfər şəxslə mağazaya gəlmişlər. Mağazayla maşının arasındakı məsafə 300-400 metr olarmış. Maşından birinci Samir düşmüş və mağazaya doğru getmişdir. Daha sonra Gəncəli şəxs mağazaya doğru getmşdir. Həmin vaxt o maşının yanında olmuşdur. Sonra görmüşdür ki, həmin iki nəfər şəxslə Elşən ona tərəf gəlirlər. Həmin vaxt aralarındakı məsafə təxminən 50 metr olarmış. Həmin vaxtı Elşənin əlində heç nə görməmişdir. Elşəni görən vaxt qaçmışdır. Hava qaranlıq olmuş, Elşəni dəqiq görə bilməmişdir. Lakin küçəyə düşən işıqlardan görmüşdür ki, ona tərəf gələn Elşəndir. O, Elşəni görüb qaçan vaxt, Elşən qışqırmışdır ki, mağazaya olan 150 manat borcu gətir. Elşən ondan 500 manat pul tələb etməmişdir. Elşən ona borcu gətirib verənə qədər maşının orada qalacağını bildirməmişdir. Elşən ona gəl maşına yanında əyləş deməmişdir. O, Elşəni görər - görməz maşından düşüb qaçmışdır. Elşən onun yanında maşını təpikləməmişdir. Bu işlə bağlı polis şöbəsində bir dəfə olmuşdur. Daha sonra polis şöbəsinə gedib ifadə verməmişdir. Səhv etmirsə işi aparan müstəntiq Natiq müəllim idi. Müstəntiq digər zərərçəkmiş şəxsi dindirdikdən sonra yaşadığı ünvana gəlmişdir. Bundan sonra ona ifadəyə imza çəkdirmişdir. Tarixini isə dəqiq xatırlamır. İki dəfə ifadə vermişdir. O ikinci dəfə ifadə verməmişdir. Sadəcə ifadəyə imza çəkmişdir. Birinci ifadəyə imza atan vaxt xəsarəti olduğu üçün özündə olmamışdır. 19 dekabr 2022-ci il tarixdə müstəntiq onu dindirmişdir. Həmin ifadəyə imza çəkmişdir. O ifadə verən vaxt müstəntiqə deməmişdir ki, Elşənin əlində bıçaq olub. O demişdir ki, Elşənin əlində heç nə görməmişdir. Əlavə olaraq demişdir ki, Elşən mağazaya olan borcunu istəyib. Həmin ifadəni də imzalamışdır. Elşən ona tərəf gələn vaxt maşından düşüb qaçmışdır. Əvvəlki məhkəmə iclası zamanı da eyni məzmunda ifadə vermişdir və demişdir ki, Elşən gələn vaxt maşından düşüb qaçmışdır. Elşən ona tərəf gələn vaxt Elvin maşında idi. Samir isə mağazaya siqaret almağa getmişdi. Birinci görmüşdür ki,Elşən ona tərəf gəlir. Arxasından isə Samir ona tərəf gəlmişdir. Elşən maşına çatmamış, maşından düşüb qaçmışdır. Həmin vaxt Elşənlə arasında 15-20 metr məsafə olarmış. Əvvəlki məhkəmə iclaslarında da Elşənin ona düş, maşının digər tərəfində otur deməsi barədə ifadə verməmişdir. Daha doğrusu bu iş hakim Nahid Mirzəyevin icraatında olan zaman o məzmunda ifadə vermişdir. Ancaq bundan əvvəlki prosesdə belə deməmişdir. Hakim dəyişildikdən sonra ifadəsini dəyişmişdir. Çünki müstəntiq ona demişdi ki, dediyi məzmunda ifadə vermədiyi təqdirdə ona cinayət işi açacaqdır. Müstəntiq səhər 6-da ondan ifadə almışdır. Həmin vaxt heç özündə olmamışdır. Bundan sonra müstəntiq onu iki dəfə polis şöbəsinə çağırıb. Maşındakı zədələri polis şöbəsində görmüşdür. Maşındakı zədələrin Elşən tərəfindən yetirildiyini düşünmüşdür. Elşən onun yanında maşını təpikləməyib. Maşını marketin qabağına Samir aparıb. Belə ki, hadisə günü Samir ona zəng etmiş və maşından səslər gəldiyini, İsmayıllı rayonunu tanımadığını, maşını marketin qarşısına qoyacağını bildirmişdir. O da Samirə maşını marketin qarşısına aparmasını bildirmişdir. Elşəni görüb maşından düşüb qaçmış, Elşənlə arasında 15-20 metr məsafə olmuş, Elşən ona yaxınlaşan vaxt əlində heç nə olmamış, o, qaçan vaxt Elşən ona deyirmiş ki, marketin pulunu gətir. Elvin Tağıyevi həbsdə olan vaxt tanımışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı veridiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayon Mican kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, halhazırda işsizdir. Təqsirləndirilən şəxs İsmayıllı rayon sakini kimi tanıyır, sonuncu ilə heç bir münasibəti yoxdur, həmçinin aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. Onun istifadəsində Vaz 2107 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır, onun avtomobil idarə etməkdən ötrü sürücülük hüququ yoxdur, həmçinin həmin avtomobilə dair etibarnaməsi də olmamışdır. Həmin avtomobil tanışı Zərərçəkmiş şəxs2 məxsusdur, İlahi Babayeh mütəmadi olaraq həmin avtomobili idarə etməyi üçün ona verir, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində vermişdir. O isə adətən avtomobillə işini gördükdən sonra aparıb qaytaracaqmış. xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı rayon ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun sağ tərəfində yerləşən “Titanik” adlı kafedə olmuş və yanında başqa rayondan gəlmiş qonaqları olmuşdur. Həmin vaxtı qonaqları getdikdən sonra Elşən ona yaxınlaşmış, çölə gəlməyini və onunla işinin olmasını bildirmişdir. Həmin vaxtı o, kafedən çölə çıxmış, Elşən ona kafenin arxasına keçməyi demiş, o isə ona kafenin arxasına nə səbəbə görə keçməyi bildirdikdə sonuncu “keçək orada söhbət edək” deyə bildirmişdir. Onlar kafenin arxasına keçdikdən sonra Elşən ona “üzüvə şıram atacam” deyə bildirmiş, o, isə sonuncuya nə səbəbə görə şıram atacağını soruşduqda Elşən qəfildən sol qolundan zərbə ilə vurmuş, qolunu geri çəkdikdə isə sonuncunun əlində bıçaq olmasını görmüş, sol qolundan qan axmağa başladıqda isə Elşənin onu qolundan bıçaqla vurmasını başa düşmüşdür. Bu zaman o, kafenin önünə çıxaraq qışqırmaqla “məni qan götürür” diyə bildirmişdir. Həmin vaxtı kafedə tanışları, yəni Göyçaylı tanışı Şahid3 və Gəncəli tanışı Elvin adlı şəxslər yaxınlaşaraq qolunda qan olmasını görərək parça gətirib bağlamış, Elşən isə ondan aralaşaraq çıxıb getmiş, hara getməsini isə bilməmişdir. Həmin tanışları ona yardım etmişlər və onu istifadəsində olan Vaz 2107 markalı avtomobilə əyləşdirərək İsmayıllı rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra o, çıxmış, bu hadisədən təxminən 1 saat sonra, yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində istifadəsində olan avtomobili hərəkətə gətirərək İsmayıllı şəhəri Nizami küçəsi 14 ünvanında yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığına getmiş, mağazada işləyən Elşad adlı şəxsin Elşən ilə qohum olmalarını bildiyi üçün, məqsədi Elşada, qohumu Təqsirləndirilən şəxs barəsində deyəcəkmiş, həmçinin narahat olmamasını və şikayət etmədiyini bildirəcəkmiş. Avtomobilini kənarda saxlayıb özü də sükan arxasında əyləşmişdir. Bu zaman aralıdan Elşənin qaçaraq gəldiyini və əlində bıçaq olmasını görmüşdür. O isə heç bir yerə getməyə imkan etməmiş, Elşən yaxınlaşaraq qapını açmış, əlini salaraq avtomobili çalışdırdığı açarı götürmüş, ona isə “keç yan oturacağa” deyə bildirmişdir. O, isə sonuncunun əlində bıçaq olmasını görüb və yenidən bıçaqla onu vuracağından qorxduğu üçün avtomobildən enmiş, kənara çəkilərək Elşənə avtomobilin başqasına aid olmasını və avtomobili ona verməsini bildirmişdir. Elşən isə avtomobilə əyləşib hərəkətə gətirərək oradan təxminən 100 metr irəlidə yerləşən“Bizim Market” adlı mağazanın qarşısında sürüb saxlamış, sonra enərək avtomobilin qapılarına təpik zərbələri vuraraq və uca səslə ona “500 manat gətirərsən verəcəm” demişdir. Daha sonra Elşən avtomobilə əyləşib və hərəkətə gətirərək çıxıb getmiş, o, hara getməsini isə bilməmişdir. Bundan sonra o, da, bu barədə polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə davam edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs birinci dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı rayon ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun sağ tərəfində yerləşən “Titanik” adlı kafenin arxasında onun sol qolundan bir dəfə bıçaqla bir zərbə endirərək ona xəsarət yetirmiş, növbəti hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində İsmayıllı şəhəri ünvan 3 ünvanda yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığına baş vermişdir, bu dəfə isə Təqsirləndirilən şəxs əlində bıçaqla onu qorxutmuş, avtomobili əlindən almış, avtomobilə təpik vurmaqla ziyan yetirmiş və sonra avtomobili hərəkətə gətirərək sürüb aparmışdır. Elşənin birinci dəfə bıçaqla ona xəsarət yetirməsi və ikinci dəfə isə avtomobili əlindən alması hadisələri onun, Elşənin qohumu olan, “Bizim Market” adlı mağazada işləyən Elşada borcunun olması ilə bağlı olmuşdur. Hər iki hadisə zamanı o, Təqsirləndirilən şəxs əlində bıçaq görmüş, lakin hansı formalı, tipli bıçaq olmasını dədiq bilmir. Hadisə zamanı Elşən onun sol qolundan bıçaqla bir dəfə bir zərbə endirdikdən sonra o, sonuncudan aralanmış, buna baxmayaraq Elşənin ona növbəti zərbələr vurmağa kifayət qədər vaxtı və imkanı olsa da bunu etməmiş və oradan çıxıb getmişdir. O, hadisə zamanı Elşənə heç bir xəsarət yetirməmiş və buna cəhd belə etməmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi hadisəsi təxminən 1-2 dəqiqə davam etmiş, həmin hadisə zamanı onlar mübahisə etməmiş, bu səbəbdən də ictimai qayda və ətrafdakıların rahatlığı pozulmamışdır. Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi hadisəsi zamanı onlar ikisi olmuş, ətrafda kimsə olmamış, kafedə isə kimlərin olmasını xatırlamır, hadisədən sonra o, kafenin önünə çıxıb qışqırdıqdan sonra kafedən tanışları, yəni Göyçaylı tanışı Şahid3 və Gəncəli tanışı Elvin adlı şəxslər yaxınlaşaraq ona yardım etmişlər, lakin sonuncular hadisəyə biləvasitə şahid olmamışlar. Təqsirləndirilən şəxs avtomobili ondan alması hadisəsi təxminən 2-3 dəqiqə davam etmiş, həmin hadisə zamanı onlar mübahisə etməmiş, bu səbəbdən də ictimai qayda və ətrafdakıların rahatlığının pozulmamışdır. Təqsirləndirilən şəxs avtomobili ondan alması hadisəsi zamanı da əsasən onlar ikisi olmuş, həmçinin tanışları Şahid3 və Elvin adlı şəxslərdə kənarda olmuşlar, ətrafda kimsə olmamışdır. Təqsirləndirilən şəxs avtomobili əlindən aldıqdan sonra, avtomobilin qapılarına, krel hissələrinə təpik zərbələri vurmaqla ziyan vurmuşdur, lakin hansı miqdarda ziyan vurmasını bilmir. Həmin Vaz 2107 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı Zərərçəkmiş şəxs2 məxsusdur, Zərərçəkmiş şəxs2 mütəmadi olaraq həmin avtomobili idarə etməyi üçün ona verir, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində vermişdir. Onun avtomobil idarə etməkdən ötrü sürücülük hüququ yoxdur, həmçinin həmin avtomobilə dair etibarnaməsi də olmamışdır. O, sürücülük hüququ olmadan avtomobil idarə etməklə Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada inzibati xəta hadisəsi törətdiyini səmimi qəbul edir, etiyi hərəkətlərindən peşmanadır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. O, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 9/74 saylı rəyi ilə tanış olmuş, həmin rəydə göstərilənlərlə tam razıdır. Bununla bağlı heç bir etirazı və vəsatəti yoxdur. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə iş materiallarında olan sübutlarla təkzib olunduğundan və işin obyektiv hallarına uyğun gəlmədiyi üçün razılaşmır. Belə ki, Zərərçəkmiş şəxs1 iş üzrə ibtidai istintaqın son mərhələlərindən Təqsirləndirilən şəxsla barışmışdır. İş üzrə əlavə şahid qismində dindirilmiş cinayət işinin ibtidai istintaqını aparmış X26 Baxışlının istintaqın sonuna yaxın özü gəlib şikayətçi olmadığını bildirdiyini demişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadə verməsini anlaşılan edir. Zərərçəkmiş şəxs1 bu formada ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, bu alınmadıqa isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, sözügedən VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsudur. Həmin maşını qohumu Zərərçəkmiş şəxs1 vermişdir. Süleyman hadisə günü qonağı gəldiyi üçün onun maşınını istəmişdir. O da ona maşını vermişdir. Onun hadisədən məlumatı olmamışdır. Daha doğrusu hadisənin sabahısı günü ona məlum olmuşdur ki, maşını polis şöbəsindədir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ibtidai istintaq zamanı İsmayıllı Rayon Polis Şöbəsində ifadə verməmişdir. İfadədəki imzanı iş yerinin qarşısında atmışdır. Müstəntiq ona zəng edib iş yerini öyrənmişdir. Daha sonra öz şəxsi avtomobili ilə iş yerinin qarşısına gəlmiş və ona imza çəkdirmişdir. İş yeri İsmayıllı rayonunda mərkəzdə yerləşir. Ümumiyyətlə İsmayıllı Rayon Polis Şöbəsində izahat verməmişdir. O, ibtidai istintaq zamanı o məzmunda ifadə verməmişdir. Elşənin Süleymandan 500 manat istəməsinin şahidi olmamışdır. Müstəntiq özü ona zəng etmiş yerini soruşmuşdur. Sonra olduğu yerə gəlmiş və ifadəyə imza çəkdirmişdir. X19 ifadə verməmişdir. Hadisədən sonra Süleymanla görüşməmişdir. Hadisədən bir müddət sonra Süleymana zəng edib nə baş verdiyini soruşmuşdur. Süleyman kiminlə dalaşdığını ona deməmişdir. Süleyman ona demişdir ki, maşını vurmuş və maşın polis şöbəsindədir. Süleyman ona maşını vurduğunu dediyi vaxt ona heç nə deməmişdir. Hadisədən bir gün sonra Süleymanla telefon danışığı olmuşdur. Hadisənin sabahısı günü gedib görmüşdür ki, maşın əzilmişdir. Elşənlə dalaşdığını Süleyman ona demişdir. İfadəyə oxumadan imza etmişdir. İfadələrə imza çəkmişdir. İfadəyə iş yerinin qarşısında çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdə dekabr ayının 16-dan 17-nə olan tarixədək rayon polis şöbəsinin əməliyyat qrupunun tərkibində olmuşdur. Təxminən gecə saat 04 radələrində “102” qaynar xəttinə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən bıçaqlanması barədə məlumat daxil olmuşdur. Onlarda dərhal həmin məlumat üzrə hadisə yerinə getmişlər. Süleyman onlara bildirmişdir ki, “Titanik” adlı kafedə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla sol qol nahiyyəsindən xəsarət almışdır. Süleyman bildirdi ki, mağazaya səhv etmirsə 500 manat borcu olmuşdur. Elşən həmin pulu ondan tələb etmişdir. Daha sonra Süleyman bildirmişdir ki, Elşən onun idarə etdiyi maşını əlindən almışdır. Onlar da həmin hadisə ilə bağlı sözügedən əraziyə getmişlər. Daha sonra isə həmin maşını “Bizim Market” adlanan yerdə görmüşlər. Maşının qapıları əzilmiş formada olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, özü Göyçay rayonundandır. Hadisə günü Süleyman və onun tanışı Elvin Göyçay şəhərinə onun yanına gəlmişlər. Bundan sonra Göyçay rayonunda çay içmişlər. Daha sonra onlar birlikdə İsmayıllı rayonuna gəlmişlər. Birlikdə çay içmiş və adını dəqiq xatırlamadığı kafedə Elşənlə Süleyman rastlaşmışlar. Həmin vaxt Süleyman onlara demişdir ki, onlar gedib maşının yanında gözləsinlər, sonra başqa kafeyə gedərlər. 5-10 dəqiqə gözlədikdən sonra görmüşdür ki, Süleyman qolunu tutub gəlir. Həmin vaxt Süleyman demişdir ki, yıxılıb qolundan xəsarət almışdır. Bundan sonra Süleymanın qolunu sardırmaq məqsədilə xəstəxanaya getmişlər. Süleyman hadisə barədə onlara məlumat verməmişdir. Xəstəxanadan çıxandan sonra Süleyman onlara demişdir ki, o, Elşən adlı şəxslə dalaşmış və Elşən onun qoluna xəsarət yetirmişdir. Xəstəxanadan çıxıb mağazanın yanına gəlmişlər. Mağazadan siqaret alıb evə gedəcəkmiş. Mağazaya daxil olan vaxt Elşən orada olmuşdur. O, mağazadan çıxıb maşına doğru gedirmiş. Ondan biraz qabaqda Elşən maşına tərəf gedirmiş. Həmin vaxt Süleyman Elşəni görüb, maşından düşərək qaçmağa başlamışdır. Süleymanın qaçdığını gördükdən sonra, Elşəndən nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Elşən demişdir ki, Süleymanın mağazaya 150 manat borcu var və həmin borcu qaytarmır. Daha sonra Süleymana zəng etişdir. Süleyman ona demişdir ki, gedir xəstəxanaya o da maşını götürüb gələr dediyi xəstəxanaya. Axşam radələri olduğu üçün xəstəxanaya getməmiş və Süleymanın maşınını mağazanın qarşısına aparmışdır. Bundan sonra çıxıb evinə getmişdir. Şahid3 ibtidai istintaq zamanı veridiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda da ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. İsmayıllı rayonu Mican kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs1 tanıyır, onun tanışıdır, sonuncu ilə münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Mahiyyət üzrə bildirmiş ki, xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində o, Süleyman və Süleymanın tanışı Elvin ilə birlikdə İsmayıllı rayon ərazisində yerləşən “Titanik” adlı kafedə çay içirmişlər. Həmin zaman tanımadığı bir şəxs Süleymana yaxınlaşmış və sonuncuya “çıx çölə, sənlə işim var” demişdir. Süleyman bir söz demədən çölə çıxmışdır. Həmin vaxtı onlar da artıq çıxıb getməyə hazırlaşırmışlar. Süleymanın gəlmədiyini görüb Elvinlə birlikdə kafenin qarşısında çıxmış, lakin nə Süleyman, nə də onu çağıran tanımadığı şəxs kafenin qarşısında olmamışdır. Belə olduqda, Elvinlə birlikdə kafenin qarşısında gözləməyə başlamışlar. Az sonra Süleyman kafenin arxa tərəfindən qaça-qaça gələrək “məni qan aparır, məni vurdular” deyə qışqırmışdır. Onlar dərhal Zərərçəkmiş şəxs1 yaxınlaşmış və sonuncunun sol qolundan qan axdığını görüşlər. Nə baş verdiyini soruşduqda isə Süleyman “onu çölə çağıran şəxsin, İsmayıllı rayon sakini, Elşən adlı şəxs olduğunu və söhbət etdikləri zaman ona qolundan bıçaqla zərbə endirdiyini” bildirmişdir. Lakin o, hadisə zamanı yanlarında olmadığı üçün həmin Elşən adlı şəxsin Süleymanı harada və hansı şəraitdə vurmasını biləvasitə görməmişdir. Bundan sonra o, Elvinlə birlikdə Süleymanı onun idarə etdiyi “Vaz 2107” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada Süleymana tibbi yardım göstərildikdən sonra oradan çıxmış və saat 23 radələrində İsmayıllı şəhəri Nizami küçəsinə doğru gəlmişlər. O, Elvinlə avtomobildən enib həmin küçədə olan dairəvi yolun yaxınlığında siqaret çəkməyə başlamışdır. Süleyman isə avtomobili orada olan “Bizim market” adlı mağazanın yaxınlığında saxlayaraq və özü də sükan arxasında əyləşmişdir. Təxminən 1-2 dəqiqə sonra tanımadığı bir nəfər şəxsin qaçaraq avtomobilə yaxınlaşdığını görmüşdür. Həmin şəxs əlində tutduğu və dəqiq görə bilmədiyi əşyanı, sonradan bildiyinə görə bıçağı Süleymana doğru uzadaraq sonuncuya “niyə görə camaatın pulunu vermirsən, hə” deyərək sözdə mübahisə edirmiş. Süleyman isə bildiyinə görə qorxduğu üçün avtomobildən enərək kənara doğru qaçmışdır. Həmin şəxs avtomobilə əyləşmiş, avtomobili hərəkətə gətirib və sürərək təxminən 100 metr aralıda saxlamışdır. Süleyman həmin şəxsə avtomobilin başqasına aid olmasını və avtomobili ona verməsini bildirmişdir. Həmin şəxs isə avtomobildən enərək anlaşılmaz sözlər deyərək avtomobilə təpik zərbələri endirməyə başlamış və daha sonra uca səslə “500 mant pul gətirib verərsən, maşını qaytararam” deyə bağırmış, sonra avtomobilə əyləşərək sürüb oradan uzaqlaşmışdır. O, Süleymana tərəf gəlib həmin adamın kim olduğunu və nə istədiyini soruşduqda Süleyman həmin adamın bir saat öncə “Titanik” adlı kafedə ona bıçaqla xəsarət yetirən Elşən adlı şəxs olduğunu bildirmişdir. Bundan sonra Süleyman DİN-in 102 xidmətinə zəng edərək baş verənlərlə bağlı şikayət etmişdir. Həmin ərəfədə artıq gec olduğundan o, Elvinlə birlikdə Süleymanla sağollaşaraq ayrılmış, həmin vaxtı o, Göyçay rayonuna evinə qayıtmış və Elvin isə bildiyinə görə Gəncə şəhərinə getmişdir. Daha sonra nələrin baş verməsindən məlumatı olmamışdır. Şahid3 ifadəsinə davam edərək qeyd etmişdir ki, bildiyinə görə, birinci hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı rayon ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun sağ tərəfində yerləşən “Titanik” adlı kafenin arxasında, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 çölə çağırıb apardıqdan sonra baş vermiş və hadisədən sonra Süleyman sol qolundan qan axan vəziyyətdə qaçaraq kafenin qarşısına gəlmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyini bilavasitə olaraq görməmişdir. Süleymanın özünün deməsinə görə həmin xəsarəti aralarında olan söhbət zamanı tanıdığı Təqsirləndirilən şəxs əlində olan bıçaq vasitəsi ilə yetirmişdir. Onlar birlikdə kafedə çay içərkən orada çox az adam olmuşdur. Hadisə baş verən zaman və yaxud Süleyman sol qolundan xəsarət alıb qaçıb kafenin qarşısına gəldiyi ərəfədə orada kimsə görməmiş və kənar adamların gəlməsini xatırlamır. Bildiyinə görə ikinci hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində İsmayıllı şəhəri Nizami küçəsində yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığında baş vermişdir, bu dəfə isə Təqsirləndirilən şəxs əlində olan və nə olduğunu dəqiq görmədiyi əşya ilə, lakin sonradan bildiyi bıçaqla Süleymana hədə-qorxu gələrək qorxutmuş, avtomobili əlindən almış, avtomobilə təpik vurmaqla ziyan yetirmiş və sonra avtomobili hərəkətə gətirərək sürüb aparmışdır. O, İsmayıllı şəhəri Nizami küçəsində yerləşən “Bizim market” adlı mağazanın yaxınlığında baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 hədə-qorxu gəldiyini, basqın edərək avtomobilini əlindən almasını bilavasitə görmüşdür. Lakin həmin zaman hadisənin baş verdiyi yerdən bir qədər aralı olduğundan və qaranlıq olduğu üçün Təqsirləndirilən şəxs əlində tutaraq Süleymana qarşı yönəltdiyi əşyanın konkret olaraq nə olduğunu görə bilməmişdir. Süleymanın deməsinə görə həmin vaxtı Elşənin əlində bıçaq olmuş, Elşənin onu bıçaqla qorxutmuş və avtomobili əlindən zorla almışdır. Təqsirləndirilən şəxs hədə-qorxu gəlməsi, pul tələb etməsi, basqın etməsi və avtomobili Süleymanın əlindən alması hadisəsi təxminən 3-5 dəqiqə davam etmişdir, həmin hadisə zamanı onlar mübahisə etməmişlər, bu səbəbdən də ictimai qayda və ətrafdakıların rahatlığının pozulmamışdır. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs avtomobili Süleymanın əlindən zorla aldıqdan sonra, sonuncuya hədə-qorxu gəlmiş, avtomobilin qapılarına, krel hissələrinə təpik zərbələri vurmaqla ziyan vurmuşdur. Həmin vaxtı Süleymanın yanında Elvin və o, olmuş, Süleymanın Göyçaylı olan tanışı o, özüdür, o, həmin avtomobili sürməmiş və mağaza qarşısına aparıb saxlamamışdır. Təqsirləndirilən şəxs həmin vaxtı Süleymandan 150 manat deyil, artıq 500 manat pul tələb etmiş, Elşən Süleymanın sürdüyü avtomobili də girov kimi saxlamışdır. Hadisələrin baş vermə səbəbi barədə isə Süleyman özü ona bildirmiş, həmin hadisələrdən isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı hədə-qorxu gəlməsi, bıçaqla hədələməsi, pul tələb etməsi və avtomobilini zorla əlindən alması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, İsmayıllı şəhəri Nizami küçəsi 14 ünvanında yerləşən “Bizim Market” adlanan mağazada satıcı işləyir. Elşənlə Süleyman arasındakı davanı görməmişdir. Süleyman maşını ilə marketə gəlmişdir. Həmin vaxt onlar marketdə olmuşlar. Müştərilər gəlib getdiyi üçün heç nəyi dəqiq görə bilməmişdir. Həmin vaxtı marketdə dava olmamışdır. Eşitdiyinə görə Süleymanın əmisioğluna 150 manat borcu olmuşdur. Hadisə olan vaxtı da o, marketin içərisində olduğu üçün hadisəni görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid5 göstərmişdir ki, Süleyman maşını ilə marketin yanına gəlmşdir. Marketdə gecə vaxtı işlədiyi üçün yorğun olmuş və marketə müştərilər gəldiyi üçün dəqiq heç nə görə bilməmişdir. Eşitdiyinə görə Süleymanın əmisioğluna 150 manat borcu olmuşdur. Sonra Süleyman əmisioğluna demişdir ki, o, ona o pulu verməyəcək. Elşən də bunu haradansa eşidmişdir. Süleyman marketə gəldiyi vaxt orada dava olmamışdır. Əmisioğlu Elşəndən heç nə xahiş etməmişdir. Elşən özü haradansa eşitmişdir ki, Süleymanın əmisioğluna borcu vardır. Elşən maşını marketin yanında saxlamamışdır. Maşını marketin yanına Süleyman özü gətirib saxlamışdır. Süleymanın maşını marketin yanında saxlamasını görmüşdür. Süleymanın maşını marketin yanında niyə saxladığını bilmir. Süleyman marketdən çıxıb getmişdir. Ancaq Süleymanın necə getməsini görməmişdir. Çünki həmin vaxt marketə müştəri gəlmişdir. İfadəsində olan imza ona məxsusdur. Şahid5 ibtidai istintaq zamanı veridiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Quşencə kəndində ailəsi ilə birlikdə yaşayır, İsmayıllı şəhəri ünvan 5 ünvanında yerləşən “Bizim market" adli mağzada gecə növbəsi üzrə saticı işləməklə ailəsinin dolanışığını təmin edir. Ísmayılı şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onun qohumudur, onunla münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində mağazada növbədə olarkən küçədən sas-küy səsləri eşitmiş və nə olduğunu öyrənmək üçün çölə çıxmışdır. Küçədə Təqsirləndirilən şəxs və şəxsən tanımadığı, lakin bir neçə dəfə mağazaya alış-verişə gələn bir nəfər şəxsin mübahisə etdiklərini görmüşdür. Həmin zaman mağazada ondan başqa əmisi oğlu Şahid4 olmuşdur. Elşad da onunla birlikdə küçəyə çıxmışdır. Onlar yaxınlaşaraq onları sakitləşdirməyə başlamışlar. Elşən əsəbi olduğundan onu kənara çəkmişlər və mübahisə elədiyi şəxsə, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 sözdə mübahisə böyüməsin deyə çıxıb getməsini bildirmişlər. Süleymanın idarə etdiyi VAZ 21074 markalı 90-KB-S73 dövlat qeydiyyat nişanlı avtomobil həmin vaxtı mağazanin qarşısında olmuşdur. Süleyman gedən zaman Elşəndən avtomobilini alıb aparmaq istədikdə, Elşən isə avtomobili verməmiş və ona “gətir camaatın 150 manat pulunu ver, ondan sonra maşınını apararsan" deyə bildirmişdir. Zərərçəkmiş şəxs1 isə pulu verməyincə Elşən ondan pul tələb etmiş, lakin nəqədər tələb etməsini eşitməmişdir. Daha sonra Süleyman çıxıb getmişdir. Süleymanla Elşən mübahisə edən zaman onun iki nəfər tanışı da orada olmuşdur. Sonra onlarda çıxıb getmişlər. Həmin vaxtı Elşəndə avtomobili hərəkətə gətirib idarə edərək harasa getmişdir. Həmin ərəfədə mağazaya müştəri gəldiyi üçün o, Elşadla birlikdə mağazaya getmiş və bu səbabdən sonra baş verənlərdən xəbərsiz olmuşlar. Bir müddət sonra Elşən təkrar həmin avtomobillə mağazanın qarşısına gələrək avtomobili mağazanın önündə saxladığını və onun telefonla kiminləsə danışdığını görmüşdür. Danışıq zamanı Elşən "gətir camaatın pulun qaytar, maşınını verim" deyə bildirdiyi üçün, o, onun Zərərçəkmiş şəxs1 ilə danışdığını anlamışdır. Həmin vaxtı polis əməkdaşları mağazaya tərəf gəlirmiş. Elşən polislərin gəldiyini görüb qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları həmin VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili evakuvator vasitəsi ilə oradan aparmışlar. O, aparılan araşdırma zamanı bilmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı rayon ərazisində yerləşən Titanik" adlı kafedə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sol qolundan biçaqla vuraraq xəsarat yetirmiş, həmin hadisədən bir saat sonra, yəni təxminən saat 23 radələrində Süleyman avtomobili ilə İsmayıllı şəhəri Nizami küçsi 14 ünvanında yerləşən "Bizim Market" adlı mağazanın yaxınlığına gəlmiş, avtomobili kənarda saxlamış, özü də sükan arxasında olmuş, bu zaman Elşənin əlində biçaq Süleymanın üzərinə qaçmış, Elşən yaxınlaşıb avtomobilin açarını götürmüş, Süleyman isə Elşənin əlində biçaq olmasını görüb və qorxduğu üçün avtomobildən enmiş, kənara çəkilərək Elşənə "avtomobilin başqasına aid olmasını və avtomobili verməsini" bildirmiş, Elşən isə avtomobilin qapilarına təpik zərbələri vuraraq ziyan yetirmiş, “500 manat gətirərsən avtomobili apararsan" deyə bildirmiş və sonra avtomobili sürərək mağazanın önünə gətirmişdir. Lakin o, biləvasitə olarag həmin hadisələr zamanı onların yanında olmamış, hadisələrin necə və hansı səraitdə baş verməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, İsmayıllı şəhəri Nizami küçəsi 14 ünvanında yerləşən “Bizim Market” adlanan mağazada kassir işləyir. Süleyman ondan borca pul istəmişdir. O da Süleymana 150 manat pul vermişdir. Özü 300 manat maaşa işləyir. Süleyman borcu verəcəyini bildirsə də, sonradan telefonu açmamışdır. Daha sonra Süleymana təkrar zəng etmişdir. Həmin vaxt Süleyman bildirmişdir ki, pulu vermir, getsin kimə istəyirsə desin. Həmin söhbəti də dayısının oğlu Elşən eşitmişdir. Elşənlə Süleymanın davasını görməmişdir. Marketin yanında Süleymanla Elşən söhbət etdiyi vaxt kassada olmuşdur. Süleyman marketin yanında çox qalmamışdir. Həmin vaxt Elşənlə Süleymanın mübahisə etdiyini görməmişdir. O, qarşı tərəfə 150 manat pul göndərmişdir. O da onu aldatmışdır. O, 300 manat əmək haqqı alır. 150 manat borc vermişdir. Hadisə günü marketdə olmuşdur. Söhbət əsnasında 150 manat borc verməyi ilə bağlı Elşənin xəbəri olmuşdur. Eşən bu barədə xəbər tutmuş və onunla danışmışdır. O, isə bununla bağlı Elşəni axtarmamış və ya çağırmamışdır. Süleyman onu qıcıqlandırırmış və pulu verməyəcəyini deyirmiş. Süleyman mənə “get nə bilisən elə” deyirdi. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid4 göstərmişdir ki, Elşənə onun əvəzinə Süleymandan pulu geri al deməmişdir. Elşən özü söhbəti haradansa eşitmişdir. Elşənin bu söhbəti haradan eşitdiyini dəqiq bilmir. Müstəntiqə ifadə verdikdən sonra ifadəsini oxumamış, lakin imza çəkmişdir. Maşını marketin yanına Süleyman özü gətirmişdir. Elşənlə Süleymanın mübahisəsini eşitməmişdir. Çünki həmin vaxt marketə müştərilər gəlib-gedirmiş. Süleymanın marketdən çıxıb getdiyini görmüşdür. Süleymanın maşınla ya da piyada getdiyini dəqiq bilmir. Elşən Süleymandan yalnız onun olan 150 manat borcu istəmişdir. Elşən Süleymandan 500 manat pul istəməmişdir. O, işlədiyi yerdən küçəni görmür. Hadisə vaxtı da səs-küy olmamışdır. Hadisə günü Elşən yanına gəlmişdir. Həmin gün heç bir hadisə baş verməmişdir. Maşına ziyan yetirilməsini və başqa bir şey o, görməmişdir. Şahid4 ibtidai istintaq zamanı veridiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, o, İsmayıllı şəhəri 30A kvartalı ünvanında ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olmaqla, yəni İsmayıllı şəhəri Nizami küçəsi 14 ünvanında yerləşən “Bizim market” adlı mağzada kassir işləməklə ailəsin dolanışığını təmin edir. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onun qohumudur, sonuncu ilə münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Mahiyyət üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona 150 manat pul borclu olmuşdur. Süleyman 2022-ci ilin təxminən noyabr ayında ondan 150 manat pul borca almış və ona həmin pulu bir-iki gün ərzində qaytaracağını demiş, Süleyman pulunu vermədiyi üçün o, dəfələrlə istəsə də qaytarmamış, hər dəfə də müxtəlif bəhanələr gətirmiş, son zamanlarda isə Süleyman ona “pulu qaytarmayacam, get nə bilirsən elə” deyə bildirmişdir. Həmin ərəfələrdə qohumu Təqsirləndirilən şəxs da mağazaya gəlibgedirmiş, söhbət zamanı o, bu barədə Təqsirləndirilən şəxs bildirmiş, lakin Elşənə onun əvəzinə çıxış etməsini və pulunu almasını deməmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində mağazada növbədə olarkən küçədən səs-küy səsləri eşitmiş və nə olduğunu öyrənmək üçün çölə çıxmışdır. Küçədə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 sözdə mübahisə etdiklərini görmüşdür. Həmin zaman mağazada ondan başqa əmisi oğlu Şahid5 də olmuşdur. Rəşid də onunla birlikdə küçəyə çıxmış, yaxınlaşaraq sakitləşdirməyə başlamışlar, Elşən əsəbi olduğundan sonuncunu kənara çəkmiş və Zərərçəkmiş şəxs1 mübahisə böyüməsin deyə çıxıb getməsini bildirmişlər. Süleymanın idarə etdiyi VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin vaxtı mağazanın qarşısında olmuşdur. Süleyman gedən zaman Elşəndən avtomobilini alıb aparmaq istədikdə, Elşən isə avtomobili verməmiş və Süleymana “gətir camaatın 150 manat pulunu ver, ondan sonra maşınını apararsan” deyə bildirmişdir. Zərərçəkmiş şəxs1 isə pulu verməyincə Elşən ondan pul tələb etmiş, lakin sonradan nə qədər tələb etməsini eşitməmişdir. Daha sonra Süleyman çıxıb getmişdir. Süleymanla Elşən mübahisə edən zaman Süleymanın iki nəfər tanışı da orada olmuş, sonra onlar da çıxıb getmişlər. Həmin vaxtı Elşən də avtomobili hərəkətə gətirib idarə edərək harasa getmişdir. Həmin ərəfədə mağazaya müştəri gəldiyi üçün o, mağazaya keçmiş və bu səbəbdən sonra baş verənlərdən xəbərsiz olmuşdur. Bir müddət sonra Elşən təkrar həmin avtomobillə mağazanın qarşısına gələrək avtomobili mağazanın önündə saxladığını və onun telefonla kiminləsə danışdığını görmüşdür. Danışıq zamanı Elşən “gətir camaatın pulun qaytar, maşınını verim” deyə bildirdiyi üçün, o, sonuncunun Zərərçəkmiş şəxs1 ilə danışdığını anlamışdır. Həmin vaxtı polis əməkdaşları mağazaya tərəf gəlirmişlər. Elşən polislərin gəldiyini görüb qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları həmin VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili evakuvator vasitəsi ilə oradan aparmışlar. O, aparılan araşdırma zamanı bilmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı rayon ərazisində yerləşən “Titanik” adlı kafedə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sol qolundan bıçaqla vuraraq xəsarət yetirmiş, həmin hadisədən bir saat sonra, yəni təxminən saat 23 radələrində Süleyman avtomobili ilə İsmayıllı şəhəri Nizami küçəsi 14 ünvanında yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığına gəlmiş, avtomobili kənarda saxlamış, özü də sükan arxasında olmuş, bu zaman Elşənin əlində bıçaq Süleymanın üzərinə qaçmış, Elşən yaxınlaşıb avtomobilin açarını götürmüş, Süleyman isə Elşənin əlində bıçaq olmasını görüb və qorxduğu üçün avtomobildən enmiş, kənara çəkilərək Elşənə “avtomobilin başqasına aid olmasını və avtomobili verməsini” bildirmiş, Elşən isə avtomobilin qapılarına təpik zərbələri vuraraq ziyan yetirmiş, “500 manat gətirərsən və avtomobili apararsan” deyə bildirmiş və və sonra avtomobili sürərək mağazanın önünə gətirmişdir. Lakin o, biləvasitə olaraq həmin hadisələr zamanı sonuncuların yanında olmamış, hadisələrin necə və hansı şəraitdə başverməsini görməmişdir. Şahid4 ifadəsinə davam edərək bildirmiş ki, həmin hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində İsmayıllı şəhəri Nizami küçəsi 14 ünvanında yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığında baş vermişdir. Həmçinin sonradan bilmişdir ki, həmin günü təxminən bir saat əvvəl Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında da mübahisə olmuş, mübahisə zamanı Elşən Süleymana xəsarət yetirmişdir. Lakin o, həmin hadisə zamanı orada olmamış, Elşənin nə ilə və hansı şəraitdə Süleymana xəsarət yetirməsini biləvasitə görməmişdir. O, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında baş vermiş mübahisəni, mübahisə zamanı Elşənin Süleymana bıçaq çəkdiyini və avtomobilini zorla əlindən almasını bilavasitə görməmişdir. Lakin Süleyman ona pul borclu olmuş, həmin pulu da uzun müddətdir ki, qaytarmamış və hər dəfə də bəhanə gətirmiş, Elşənlə Süleyman arasında mağazanın qarşısında baş vermiş mübhaisə məhz bu səbəbdən baş vermişdir. Təqsirləndirilən şəxs hədə-qorxu gəlməsi, pul tələb etməsi, basqın etməsi və avtomobili Süleymanın əlindən zorla alması hadisəsini bilavasitə görməmiş, lakin onun şahidi olduğu hadisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin hadisə zamanı ictimai qayda və ətrafdakıların rahatlığının pozulmamış, o, orada Təqsirləndirilən şəxs uca səslə Zərərçəkmiş şəxs1 “gətir camaatın pulunu ver, ondan sonra maşınını apararsan” deyərək 150 manat pul tələb etməsini eşitmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Elşəni ikinci dəfə burada görür. Cinayətin hansı tarixdə olduğunu xatırlamır. Cinayətin necə olmasının da şahidi olmamışdır. Süleymanla 2-3 aylıq münasibətləri olmuşdur. O, İsmayıllı rayonuna qonaq gəlmişdir. Bir də Göyçaya “Samir” adlı Süleymanın tanışının yanına getmişdir. Ondan sonra İsmayıllı rayonuna gəlmişdir. Onlar orada kafedə çay içirmiş, Süleyman telefonunun baterayasın dolması üçün adapterə qoşurmuş. 20-30 dəqiqə orada söhbət etmişlər. O, siqaret çəkmək üçün çölə çıxmışdır. Süleyman qoluna mıx batdığını demişdir. O, Süleymanın qolunu tutduğunu və qolunda qan oldğunu görmüşdür. Həmin vaxt ətrafda sakitçilik olmuşdur. Süleymanın “Vaz 2107” markalı maşını var idi və ona maşını sürməyi təklif etdi. O, maşını sürmüş və İsmayıllı rayonunda xəstəxanaya getmişlər. Xəstəxanada nəysə yazmışlar və Süleymanın qolunu bintlə bağlamışlar. O, Gəncə şəhərinə gedəsi idi və maşında çantası var idi. Samir isə Göyçay rayonuna gedəsi idi. Oradan onlar birlikdə İsmayıllıda market olan yerə gəlmişlər. Onlar yol üçün siqaret və su alası olmuşlar. Süleyman demişdir ki, marketə onun borcu var və Samirə marketə getməyi təklif etmişdir. Səhv etmirəmsə, Süleyman maşını həmin vaxt özü sürürmüş. Süleymanın qolunda ciddi xəsarət yox idi. Süleymana çantasından köynəyi də o, vermişdir. Çünki Süleymanın köynəyi qanlı olmuşdur. Süleyman köynəyi xəstəxanada dəyişmişdir. Süleyman maşını saxlamış və Samir marketə getmək üçün düşmüşdür. Süleyman marketə borcu olduğu üçün getməyə utandığını demişdir. Samir marketə getmiş, o, maşında arxada əyləşmiş və bu vaxt Elşən gəlmişdir. Elşən gələndə görmüşdür ki, Süleyman “Qoy sürüm” demiş və onun həyəcanlı olduğunu görmüşdür. Süleyman maşından düşmüş və bu vaxt Samir də Elşənin arxasınca gəlmişdir. Süleyman düşüb qaçmış, ona da maraqlı gəlmişdir ki, bu nə hadisədir. Süleyman düşüb qaçanda Elşən ona qaçmamasını demişdir. Sonra Elşən yaxınlaşmış və onlar tanış olmuşlar. Elşən ona siqaret də almışdır. O, bundan sonra 10-15 dəqiqə orada olmuşdur. Onlar marketə getmişlər. Elşən bir az içkili olmuşdur. Samirlə də tanışlığı Süleymana görə olmuşdur. Elşənin maşına tərəf gəldiyini gömüşdür. Əslində arxada oturmuşdur və görünmüşdür ki, kimsə gəlir. Elşənin əlində gələndə bıçaq, taxta parçası və s. nə isə yox idi. Süleymana Elşənin 500 manatla bağlı nəysə dediyini eşitməmişdir. Süleymanın özünün 150 manat borcu olmuşdur. Maşını marketə gələndə Süleyman sürmüşdür. Elşənlə Süleyman arasında dava-dalaş olmamışdır. Elşən maşını təpikləməmiş və heç bir hörmətsizlik etməmişdir. Samir Süleymanla danışmış və maşını marketin yanına sürmüşdür. Elşən sonradan sakitləşmişdir. Maşının və açarın sonrakı aqibətini bilmir. O, Samirlə birlikdə həmin yerdən getmişdir. Elşən içkili idi və maşını da sürməmişdir. Eşən Süleymana “500 manat gətirərsən, sonra gəlib maşını apararsan” deməmişdir. Samir Elşənlə danışır, niyə qaçması haqqında da nə isə danışırmışlar. Süleyman maşını orada qoyub getməkləri demişdir. Süleyman Samirə deyib ki, salamatçılıqdır. Daha sonra, onlar çıxıb getmişdir. Samirə dəqiq Süleymanın nə deməsini, açarı hara qoymasını bilmir. Samirə o, demişdir ki, maşını marketin yanına sürsün. Elşənin maşına tərəf niyə gəlməsini bilmir. Həmin vaxt onun hirsli və ya necə gəlməsini bilmir. Hava da qaranlıq idi. Elşən gələndən sonra görmüşdür ki, Süleymanla aralarında narazıçılıq var. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat qrupunda olan zaman X27 Qurbanovla bağlı məlumat daxil olmuşdur. Daha sonra “Bizim Market” adlanan marketin yanına getmişlər. Həmin vaxt əməliyyat qrupu da orada olmuşdur. Orada saxlanılan nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, akt tərtib olunmuş və avtomobil İsmayıllı rayon polis şöbəsinin duracağına aparılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 “Bizim Marketin” qarşısında görməmişdir. Avtomobildə qan izləri olmuşdur. Avtomobili marketin qarşısına kimsə sürüb gətirmişdir. Avtomobili marketin qarşsına kimin sürüb gətirdiyini görməmişdir. İstintaq dövründə düzgün ifadə vermişdir. İfadəsini oxumuş və özü imzalamışdır. Zərərçəkmiş şəxs1 “Bizim Marketin” qarşısında görməmişdir. Zərərçəkmiş şəxs1 ümumiyyətlə tanımır və görməmişdir. Süleyman ona hadisə barədə məlumat verməmişdir. Məhkəmədə verdiyi ifadənin eynisini ibtidai istintaq zamanı vermişdir. İfadədə olan imza ona məxsusdur. Xidmətdə olduğu zaman müstəntiq çağırmışdır. Müstəntiqin otağında cəmi 5 dəqiqə dayanmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumamışdır. Müstəntiqin yanına aktı vermək üçün getmişdir. Bu işlə bağlı aktı X19 vermişdir. Hadisə barədə Natiq Rəhimova məlumat vermişdir. Mağaza işçiləri ona 500 manat məsələsi ilə bağlı nəsə deməmişlər. O, təqsirləndirilən şəxsi hadisə yerində görməmişdir. Hadisə yerində mağazanın işçiləri olmuşdur. Belə yadında qalmışdır ki, O, ora çatan vaxt əməliyyatçılar bir istiqamətdən gəlirdilər. Ehtimal edir ki, əməliyyatçılar saxlanılan şəxsi axtarmağa getmişdilər. Şahid2 ibtidai istintaq zamanı veridiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunmaqla tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, o, İsmayıllı RPŞ-nin DYPB-nin YPX-nin kiçik inspektoru vəzifəsində işləyir, polis kiçik serjantıdır. İsmayıllı şəhər N.Səmədov küçəsi ev 66 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və mənfi xarakterizə olunan rayon sakini kimi tanımış, sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Mahiyyət üzrə bildirmiş ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunun tərkibində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 03:52-də İsmayıllı rayon Mican kənd sakini, Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə müraciət edərək İsmayıllı rayon ərazisində yerləşən “Titanik” adlı kafenin arxasında Təqsirləndirilən şəxs tərəfindən ona bıçaqla xəsarət yetirildiyini və idarə etdiyi VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin götürüb getdiyini bildirmişdir. Müraciətlə bağlı dərhal əməliyyat-istintaq qrupu ilə birlikdə hadisənin baş verdiyi əraziyə getmişlər. İsmayıllı şəhəri Nizami küçəsində Zərərçəkmiş şəxs1 ilə rastlaşmışlar. Zərərçəkmiş şəxs1 ilə sorğu sual edilən zaman sonuncu onlara “xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı rayon ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun sağ tərəfində yerləşən “Titanik” adlı kafedə olduğunu, həmin vaxtı Elşənin ona yaxınlaşdığını, ona çölə gəlməyini və onunla işinin olmasını deməsini, o, çölə çıxdıqda Elşənin ona kafenin arxasına keçməsini dediyini, onlar kafenin arxasına keçdikdən sonra Elşənin ona“üzüvə şıram atacam” deyə bildirdiyini, həmin zaman Elşənin qəfildən onun sol qolundan zərbə ilə vurduğunu, qolunu geri çəkdikdə isə Elşənin əlində bıçaq olmasını gördüyünü, sol qolundan qan axmağa başladıqda isə sonuncunun onun qolundan bıçaqla vurmasını başa düşdüyünü, bu zaman kafenin önünə çıxaraq qışqırmaqla “məni qan götürür” diyə bildirdiyini, həmin vaxtı Elşənin aralaşaraq çıxıb getdiyini, istifadəsində olan Vaz 2107 markalı avtomobilə əyləşdirərək, avtomobili isə xatırlamadığı bir şəxsin idarə edərək onun İsmayıllı rayon mərkəzi xəstəxanasına aparıldığını, xəstəxanada tibbi yardım göstərildikdən sonra oradan çıxdığını, bu hadisədən təxminən bir saat sonra, yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində istifadəsində olan avtomobili hərəkətə gətirərək İsmayıllı şəhəri ərazisində yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığına getdiyini, avtomobili kənarda saxlayıb özü də sükan arxasında əyləşdiyini, bu zaman aralıdan Elşənin qaçaraq gəldiyini və əlində bıçaq olmasını gördüyünü, Elşənin yaxınlaşaraq qapını açdığını, əlini salaraq avtomobili çalışdırdığı açarı götürdüyünü, ona “keç yan oturacağa” deyə bildirdiyini, ozünün isə Elşənin əlində bıçaq olmasını görüb və qorxduğu üçün avtomobildən endiyini, kənara çəkilərək Elşənə avtomobilin başqasına aid olmasını və avtomobili ona verməsini bildirdiyini, Elşənin isə avtomobil sürüb aparıb mağazanın qarşısında saxladığını, enərək avtomobilin qapılarına təpik zərbələri vuraraq və ona “500 manat gətirərsən verəcəm” deyərək, daha sonra avtomobilə əyləşdiyini və hərəkətə gətirərək çıxıb getdiyini” deməsini bildirmişdir. Onlar hadisə yerinə çatan zaman avtomobil orada olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 ərizəsi alındıqdan və hadisə yerinə baxış keçirildikdən sonra yol-patrul xidməti və əməliyyat-istintaq qrupu ilə birlikdə Təqsirləndirilən şəxs və sonuncunun qaçırdığı VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili axtarmışlar. Lakin Təqsirləndirilən şəxs və VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə yerində olmamışdır. Təxminən bir saat Təqsirləndirilən şəxs axtarsaq da, tapa bilməmişlər. Lakin təkrar olaraq İsmayıllı şəhəri Nizami küçəsində yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığına gəldikdə Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mağazanın önündə olduğunu görmüşlər. İdarə etdikləri avtomobillər rayon polis şöbəsinnin balansında və üzərində fərqləndirici işıq siqanalı (sirena) olan avtomobillər olmuşdur. Həmin zaman avtomobilin yanında bir nəfər şəxs olmuş və həmin şəxs Təqsirləndirilən şəxs oxşamış, lakin sonuncu onların gəldiyini gördüyü üçün qaçaraq oradan uzaqlaşmışdır. Onlar Təqsirləndirilən şəxs təkrar axtarsa da tapa bilməmişlər. Düşünür ki, Təqsirləndirilən şəxs polislər tərəfindən axtarıldığını bilərək avtomobili gətirib mağazanın önündə saxlamışdır. Mağazada olan şəxslərlə söhbət etdikləri zaman isə Süleymanın mağazaya pul borclu olmasını, lakin vermədiyini, Elşənin isə həmin pulu Süleymandan tələb etməsini, verməyincə isə Elşənin Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili əlindən almasını, uca səslə sonuncuya “500 manat gətirərsən verəcəm” deyərək və avtomobillə oradan uzaqlaşdığını demələri ona məlum olmuşdur. Daha sonra isə VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil rayon polis şöbəsinin mühafizə olunan duracağına yerləşdirilməsindən ötrü tərəfindən şöbəyə aparılmış, mühafizə olunan duracağa yerləşdirilmiş və bu barədə protokol tərtib edilmişdir. Şahid2 ifadəsinə davam edərək bildirmişdir ki, avtomobilə baxdıqda avtomobilin sol tərəf arxa qanadı, sağ tərəf arxa qapısı, sağ tərəf qabaq qapısı və sağ tərəf qabaq qanadı üzərində batıqlar və zədələr olmasını görmüşdür. Həmin zədələrin konkret olaraq necə yarandığını bilmir. Lakin Zərərçəkmiş şəxs1 söhbət zamanı həmin zədələrin avtomobilin Təqsirləndirilən şəxs tərəfindən onun əlindən zorla alınması ərəfədə və sonuncu tərəfindən yetirildiyini deməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Nizami küçəsində yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığında əlində bıçaqla Zərərçəkmiş şəxs1 yaxınlaşmasını, avtomobilini əlindən zorla almasını, 500 manat pul tələb etməsini və quldurluq hərəkətlərini etməsini bilavasitə görməmişdir. Bu barədə Zərərçəkmiş şəxs1 özü onlara demiş və həmçinin orada gedən sorğu-sualdan bilmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, hadisə günü İsmayıllı rayon polis şöbəsində əməliyyat qrupunun rəhbəri olmuşdur. Gecə saatlarında nəqliyyat vasitəsinin “Bizim Market” adlanan mağazanın yanında atılmış vəziyyətdə olması barədə məlumat daxil olmuşdur. O da isnpektoru çağırmış və onunla birlikdə həmin əraziyə getmişdir. Onlar yaxınlaşan vaxt maşının yanında təqsirləndirilən şəxs və ya başqa şəxslər olmamışdır. Səhv etmirsə, Ondan əvvəl maşının yanına post patrul xidmətinin əməkdaşları gəlmişdir. Maşının yanında biraz gözlədikdən sonra müstəntiq gəlmiş və maşına baxış keçirmişlər. O da öz növbəsində maşını hal şahidlərinin iştirakı ilə maşını təhvil götürüb duracağa yerləşdirmişdir. Bundan sonra maşınla şəhər ərazisini bir tur fırlandıqdan sonra şöbəyə qayıtmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq X16 göstərmişdir ki, həmin ərəfədə İsmayıllı rayon DYP-də əməliyyat qrupunun rəhbəri olmuşdur. Demişlər ki, güya maşını Elşən götürmüşdür. Maşında da qan izləri olmuşdur. Ancaq kimin kimi vurduğunu bilmir. O, sadəcə ətrafda danışanları eşitmişdir. Həmin danışan şəxslər marketdə işləyən vətəndaşlar olmuşdur. Adlarını isə xatırlamır. Marketdə danışan iki nəfər şəxs maşını ora Elşənin gətirdiyini bildirmişdir. Maşında əzik və batıqlar olmuşdur. Maşının sağ oturacaq hissəsində iki yerdə qan izləri olmuşdur. Maşının açarı üstündə olmuşdur. Qan izləri sərnişin tərəfdə iki yerdə idi. Həmin günü Elşəni və zərərçəkmiş şəxsi görməmişdir. Hadisə yerinə Orxan adlı əməkdaşla birlikdə getmişdir. Onlar gedən vaxt hadisə yerində heç kim olmamışdır. Onlar gedən vaxt maşın mağazanın qarşısında olmuşdur. Hadisə yerində heç kimdən izahat almamışdır. Çünki bu onun iş deyildir. Hadisə yerində zərərçəkmiş şəxs və ya Elşən olmamışdır. Maşını duracağa yerləşdirmişlər və şəhər ərazisində maşınla bir tur fırlandıqdan sonra şöbəyə geri qayıtmışlar. Maşının yanına yaxınlaşan vaxt orada heç kim olmamışdır. Sornadan mağazadan vətəndaşlar çıxmışdır. Maşının ətrafında heç kim olmamışdır. Kiminsə maşının yanından qaçdığını görməmişdir. Hadisə yerində heç kimi sorğu-sual etməmişdir. Orxan adlı əməkdaş mağazaya girib heç kimlə danışmamışdır. Onlar maşını təhvil alan vaxt ətrafdakılardan maşın barədə soruşmuşlar. Həmin vaxt mağazadan çıxan vətəndaşlar maşının Elşənin gətirdiyini bildirmişlər. Ancaq qeyd etdilər ki, onlarda kimlərdənsə eşidmişlər. Həmin şəxslər mağazada işlədiklərini bildirmişlər. Mağazadan çıxan şəxslər hadisə barədə kimlərdənsə eşitdiklərini bildirmişlər. 15-20 dəqiqə ərzində maşını sənədləşdirib duracağa aparmışlar. O, gələn vaxt maşın üzü Azpetrol istiqamətinə doğru dayanmışdır. Onlar hal şahidlərinin iştirakı ilə maşını qəbul etmiş və duracağa aparmışlar. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, bu iş üzrə təhqiqatı o, aparmışdır. Həmin vaxt İsmayıllı rayon polis şöbəsində təhqiqatçı işləmişdir. Saat təxminən 3 radələri olarmış, xəstəxanadan bir nəfərin xəsarət alması ilə bağlı məlumat daxil olmuşdur. Onlar qrupun üzvləri ilə birlikdə xəstəxanaya getmişlər. Zərərçəkmiş şəxs Süleymanın qolundan xəsarət aldığını görmüşlər. Süleyman məlumat vermişdir ki, Elşən adlı şəxs ona xəsarət yetirmiş, maşını da onun əlindən alaraq “Bizim Market”in qarşısına aparmışdır. Onlarda xəstəxanadan çıxıb maşın olan əraziyə getmişlər. Marketin qarşısında “Vaz 21 07” markalı maşın olmuşdur. Bundan sonra hadisə yerinə Natiq Rəhimov gəlmişdir. Material ilk əvvəl onun adına yazılsa da, sonradan Natiq müəllimə həvalə edilmişdir. Bundan sonra hadisənin gedişatından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq X21 göstərmişdir ki, Süleyman Elşən adlı şəxsin onun qoluna xəsarət yetirdiyini bildirmişdir. Süleyman Elşənin ona nə il xəsarət yetirdiyini deməmişdir. Çünki həyəcanlı vəziyyətdə olmuşdur. Süleyman Elşənin maşını götürdüyünü bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Elşənin götürdüyü maşın ona məxsus deyildir, başqasına məxsusdur. Ona görə maşını gedib qeyd edilən ərazidən götürməklərini xahiş etmişdir. Süleyman demişdir ki, uşaqlarla danışıb məlumat almış ki, Elşən maşını marketin qarşısına qoymuşdur. Onlar marketin qarşısına gedən vaxt maşın orada olmuş, lakin Elşən orada olmamışdır. Süleyman Elşənin maşını ondan hansı formada aldığı barədə məlumat verməmişdir. Müstəntiq onu dindirmişdir, lakin o, ifadəsini oxuduğunu xatırlamır, lakin imza etmişdir. Süleyman Elşənin ondan pul tələb etməsi barədə bəlkə də nə isə demişdir, lakin hazırda xatırlamır. Elan olunan ifadədəki imza ona məxsusdur. Natiq müəllimin yanında nə qədər vaxt ifadə verdiyini xatırlamır. Natiq müəllimin yanında 1 saat ifadə vermişdir. Zərərçəkmiş şəxslə 5-10 dəqiqə söhbət aparmışlar. Süleyman Elşənin onun qoluna bıçaqla xəsarət yetirdiyini və maşını onun əlindən aldığını bildirmişdir. Süleyman Elşənin onu hədələməsi və 500 manat tələb etməsi barədə heç nə deməmişdir. O, elə bir hal xatırlamır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. Süleymanın dediyi “Vaz 21 07” markalı maşın marketin qarşısında olmuşdur. O, axşam saat 3-dən 5-ə qədər nə baş veribsə və nə görüb eşitmişdirsə onları yazmışdır. Ancaq işin geri qalan gedişatından məlumatı olmamışdır. Çünki işi o, araşdırmamışdır. Materialı müstəntiq araşdırmışdır. Mağazanın yanında Arif müəllim, Orxan, o, və sürücü olmuşdur. O, maşının yanına gələn vaxt ərazidən kiminsə qaçdığını görməmişdir. Elşənin hadisə yerindən qaçdığını görməmişdir. Ümumiyyətlə marketin qarşısında heç kim olmamışdır. Onlar hadisə yerinə gəldikdən bir müddət sonra müstəntiq gəlmişdir. Yol polis əməkdaşları avtomobilin duracağa aparılması ilə məşğul olmuşlar. İşin üstündən xeyli vaxt keçdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə bağlı bəzi məqamları xatırlamır. Süleyman marketin yanında saxlanılan maşının başqasına məxsus olduğunu demiş və çox həyəcanlı olmuşdur. Süleyman hadisənin saat 12-dən əvvəl baş verdiyini qeyd etmişdir. Maşının ətrafında gözə çarpacaq zədələr olmamışdır. Ancaq maşının müəyyən hissəsində qan izləri olmuşdur. Onlar hadisə yerində qrupla birlikdə olmuşlar. Ola bilsin ki, müstəntiq onlarla birlikdə olmaqlarını nəzərə alaraq ifadəyə sözügedən xüsusatları qeyd etmişdir. Elan olunan ifadədə “Şram” söhbətini xatırlamamışdır. Bir də hadisə yerinə 2-3 dəfə getdiyimi dediyini xatırlamır. Çünki hadisə yerində bir dəfə olmuşdur. Əlavə şahid X9 ibtidai istintaq zamanı veridiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunun tərkibində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 03:52-də İsmayıllı rayon Mican kənd sakini, Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə müraciət edərək İsmayıllı rayon ərazisində yerləşən "Titanik" adlı kafenin arxasında Təqsirləndirilən şəxs tərəfindən ona bıçaqla xəsarət yetirildiyini və idarə etdiyi VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin götürüb getdiyini bildirmişdir. Müraciətlə bağlı dərhal əməliyyat-istintaq qrupu ilə birlikdə hadisənin baş verdiyi əraziyə getmişlər. İsmayıllı şəhəri Nizami küçəsində Zərərçəkmiş şəxs1 ilə rastlaşmışlar. Zərərçəkmiş şəxs1 ilə sorğu sual edilən zaman o, onlar xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində İsmayıllı rayon ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun sağ tərəfində yerləşən "Titanik" adlı kafedə olduğunu, həmin vaxtı Elşənin ona yaxınlaşdığını, ona çölə gəlməyini və onunla işinin olmasını deməsini, o, çölə çıxdıqda Elşənin ona kafenin arxasına keçməsini dediyini, onlar kafenin arxasına keçdikdən sonra Elşənin ona "üzüvə şıram atacam" deyə bildirdiyini, həmin zaman Elşənin qəfildən onun sol qolundan zərbə ilə vurduğunu, qolunu geri çəkdikdə isə Elşənin əlində bıçaq olmasını gördüyünü, sol qolundan qan axmağa başladıqda isə sonuncunun onun qolundan bıçaqla vurmasını başa düşdüyünü, bu zaman kafenin önünə çıxaraq qışqırmaqla "məni qan götürür" deyə bildirdiyini, həmin vaxtı Elşənin aralaşaraq çıxıb getdiyini, istifadəsində olan Vaz 2107 markalı avtomobilə ǝyləşdirərək, avtomobili isə xatırlamadığı bir şəxsin idarə edərək onun İsmayıllı rayon mərkəzi xəstəxanasına aparıldığını, xəstəxanada tibbi yardım göstərildikdən sonra oradan çıxdığını, bu hadisədən təxminən 1 saat sonra, yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində istifadəsində olan avtomobili hərəkətə gətirərək İsmayıllı şəhəri ərazisində yerləşən "Bizim Market" adlı mağazanın yaxınlığına getdiyini, avtomobili kənarda saxlayıb özü də sükan arxasında əyləşdiyini, bu zaman aralıdan Elşənin qaçaraq gəldiyini və əlində bıçaq olmasını gördüyünü, Elşənin yaxınlaşaraq qapını açdığını, əlini salaraq avtomobili çalışdırdığı açarı götürdüyünü, ona "keç yan oturacağa" deyə bildirdiyini, ozünün isə Elşənin əlində bıçaq olmasını görüb və qorxduğu üçün avtomobildən endiyini, kənara çəkilərək Elşənə avtomobilin başqasına aid olmasını və avtomobili ona verməsini bildirdiyini, Elşənin isə avtomobil sürüb aparıb mağazanın qarşısında saxladığını, enǝrǝk avtomobilin qapılarına təpik zərbələri vuraraq və ona "500 manat gətirərsən verəcəm" deyərək, daha sonra avtomobilə əyləşdiyini və hərəkətə gətirərək çıxıb getdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ərizəsi alındıqdan və hadisə yerinə baxış keçirildikdən sonra yol-patrul xidməti və əməliyyat-istintaq qrupu ilə birlikdə Təqsirləndirilən şəxs və sonuncunun qaçırdığı VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili axtarmışlar. Lakin Təqsirləndirilən şəxs və VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə yerində olmamışdır. Təxminən 1 saat Təqsirləndirilən şəxs axtarsalar da, tapa bilməmişlər. Lakin təkrar olaraq İsmayıllı şəhəri Nizami küçəsində yerləşən "Bizim Market" adlı mağazanın yaxınlığına gəldikdə Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış VAZ 21074 markalı 90-KB- 573 dövlət qeydiyyat nişanlı avtomobilin mağazanın önündə olduğunu görmüşlər. İdarə etdikləri avtomobillər rayon polis şöbəsinnin balansında və üzərində fərqləndirici işıq siqanalı (sirena) olan avtomobillər idi. Həmin zaman avtomobilin yanında bir nəfər şəxs var idi və həmin şəxs Təqsirləndirilən şəxs oxşayır, lakin o, onların gəldiyini gördüyü üçün qaçaraq oradan uzaqlaşmışdır. Onlar onu təkrar axtarsalar da tapa bilməmişlər. Düşünür ki, Təqsirləndirilən şəxs polislər tərəfindən axtarıldığını bilərək avtomobili gətirib mağazanın önündə saxlamışdır. Mağazada olan şəxslərlə söhbət etdiyimiz zaman isə onlar Süleymanın mağazaya pul borclu olmasını, lakin vermədiyini, Elşənin isə həmin pulu Süleymandan tələb etməsini, verməyincə isə Elşənin Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili əlindən almasını, uca səslə sonuncuya "500 manat gətirərsən verəcəm" deyərək və avtomobillə oradan uzaqlaşdığını bildirmişlər. Daha sonra isə VAZ 21074 markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil rayon polis şöbəsinin mühafizə olunan duracağına yerləşdirilməsindən ötrü DYPB-nin yol-patrul xidməti inspektoru tərəfindən şöbəyə aparılmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, bu işin ibtidai istintaqı onun tərəfindən aparılmışdır. Cinayət işini özündən uydurmamış və özündən qurmamışdır. Zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxsin, hadisə yerində olan əməkdaşların və eləcədə şahidlərin verdikləri ifadələr əsasında sənədləşdirmə aparmışdır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında olan hadisə baş verdiyi üçün cinayət işi üzrə araşdırma aparılmışdır. Bir şahidin ifadəsini Göyçay rayonunda almışdır. Ancaq texniki səhv olduğu üçün iş materiallarına İsmayıllı rayonu yazmışdır. Göyçayda dindirdiyi şahidin adını hazırda xatırlamır. Digər şahidlərin ifadələrini İsmayıllı rayonunda almışdır. Şahidlər ifadələrini oxuyub imzalamışlar. İfadəni oxumayan şahidlərin ifadələrini özü qısaca oxuyub məlumat vermiş, daha sonra onlar imza etmişlər. Heç bir şahid ifadəsi haqqında məlumatı olmadan imza etməz. Təbii ki, ifadələrini oxumuşlar və ya özü qısaca məlumat vermişdir. Hər bir şahid nəyə imza etdiyi barədə məlumatlı olmuşdur. Şahid3 ifadəsini Göyçay rayonunda almışdır, lakin texniki səhv olduğu üçün iş materiallarına İsmayıllı rayonu qeyd etmişdir. Hətta Şahid3 evinədə getmişdir. Samirin ifadəsini hazırlamış və özünə məlumat verib ifadəyə imza çəkdirmişdir. Samir özü bildirmişdir ki, hər-hansı bir səbəbdən o, İsmayıllı rayonuna gələ bilmir. O da onun ifadəsini hazırlayıb özünə imza çəkdirmişdir. Göyçay rayonu “Dərman Başı” deyilən ərazidə Samirə ifadə barədə məlumat verib, imza çəkdirmişdir. Samirin ifadədən məlumatı olmuşdur. Prosessual cəhətdən şahid idarədə və ya evdə dindirilə bilər. O, Şahid3 maşında dindirməmişdir. Samirin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə bağlı deyə bilər ki, təqsirləndirilən şəxs cinayətkar aləmində bir balaca nüfuza sahibdir. Ona görə də, ondan qorxurlar. Ola bilər ki, Şahid2 ifadəsini xatırlamır. Ola bilər ki, Şahid2 saat 15:35-dən saat 16:40-a qədər dindirməmişdir. Hesab edir ki, bunun önəmi yoxdur. Onlar adətən əməkdaşlardan məlumatları qəbul edirlər, dindirmə protokolunu hazırlayırlar, ifadə barədə onlara məlumat verirlər, onlarda imzalayıb gedirlər. İşin üstündən xeyli müddət keçdiyi üçün hər məsələni dəqiq xatırlamaya bilər. Zərərçəkmiş şəxs2 İsmayıllı rayonu “Kəpənək” adlanan ərazidə ifadəyə imza çəkdirdiyini xatırlamır. Düşünür ki, belə bir hal olmamışdır. Zərərçəkmiş şəxs1 həmin 2 günü onlara zəhər etmişdir. Belə ki, özü olara demişdir ki, onu bıçaqlayıblar, avtomobili əlindən alıblar. Zərərçəkmiş şəxs nə deyibsə, onu da yazmışdır. Onun dediklərindən kənara çıxmamışdır. Eyni zamanda, zərərçəkmiş şəxsə heç bir təzyiq göstərməmişdir. Zərərçəkmiş şəxs1 istintaqın sonuna yaxın özü gəlib şikayətçi olmadığını bildirmişdir. O da ona demişdir ki, artıq sənədləşdirməni aparmışdır. Zərərçəkmiş şəxs “102” qaynar xəttinə zəng etmişdir. Nə ilə bağlı zəng etdiyini isə hazırda xatırlamır. Zərərçəkmiş şəxs1 təzyiqi təqsirləndirilən şəxs göstərmişdir. Üzləşmə müddəti mahiyyətindən aslı olaraq 20 dəqiqə və ya 10 dəqiqə ola bilər. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşməsi cəmi 5 dəqiqə ola bilməz. Şahid bu gün fərqli, digər gün fərqli ifadə verə bilər. Üzləşmə adətən onun otağında və ya X12 aparılır. Əgər zərərçəkmişi Nicat Vəliyevin otağına aparmışdırsa, bununla bağlı Nicat Vəliyev dindirilsə daha yaxşı olar. X24 otağında keçirilməmişdir. O, özü Göyçay rayonunda yaşayır. Şahid3 də Göyçay rayonunda yaşayır. Özü xahiş etmişdir ki, onun ifadəsini yazıb gətirsin, o da ifadəyə imza etsin. Səhv etmirsə, onunla telefon vasitəsilə danşmışdır. Samirlə telefonda danışıb ifadə hazırladığını dəqiq xatırlamır. Elvin barədə əməliyyat tapşırığı olsada, onu tapa bilməmişlər. Samirin özündən Elvini soruşmuşdur. Süleymanın özündən Elvini soruşduğunu xatırlamır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, həmin tarixdə, İsmayıllı şəhəri Nizami Gəncəvi küçəsində, avtomobilin aşkar edildiyi hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuş ki, vət. Zərərçəkmiş şəxs1 DİN-in 102-xidmətinə daxil olmuş – avtomobilinin əlindən alınması ilə bağlı müraciəti əsasında keçirilmiş tədbirlər zamanı VAZ 21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhəri Nizami Gəncəvi küçəsində, “Bizim Market” adlı mağazanın önündə aşkar edilmişdir. Həmin avtomobilə baxış keçirilən zaman avtomobilin ağ rəngli, VAZ 21074 markalı, qapılarının kilitsiz, lakin örtülü olması və mühərrikin sönülü olmaqla açarlarının üzərində qalması müəyyən olundu. Baxış zamanı avtomobilin üzərində, sol tərəf arxa qanadı, sağ tərəf arxa qapı, sağ tərəf qabaq qapı, sağ tərəf qanadı üzərində zədə və batıqlar olması, lakin avtomobilin saz vəziyyətdə, istifadəyə yararlı olması, avtomonilin vuruğu və yaxud qəzasının olmaması müşahidə olunmuşdur. Baxış zamanı İsmayıllı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti tərəfindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə və yaxud izlər aşkar edilmədi və götürülməmişdir. Baxış zamanı avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən İsmayıllı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru tərəfindən İsmayıllı RPŞ-ndə duracağa təmin edilmişdir. Baxış zamanı hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir (cild 01, iş vər. 10-14). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, həmin tarixdə, vət. Zərərçəkmiş şəxs1 xəsarət aldığı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuş ki, vət. Zərərçəkmiş şəxs1 xəsatət aldığı hadisə yeri Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayon ərazisindən keçən hissəsində, həmin avtomobil yolunun Qəbələ rayonu istiqamətində sağ tərəfində yerləşən “Titanic” adlı kafenin həyətində yerləşmişdir. Belə ki, baxış zamanı “Titanic” adlı kafe İsmayıllı rayon ərazisində, Qəbələ rayonu istiqamətində olmaqla yolun sağ tərəfində, meşəlik olan hissədə yerləşmişdir. Baxış zamanı kafenin yol kənarında adını bildirən lövhədə nişanı və kafenin həyətinə daxil olmaq üçün arka-giriş hisəsi olmuş, lakin həmin giriş hissəsində isə kafenin adı olmamaması, kafenin yerləşdiyi ərazinin meşəliklə əhatə olunması, kafenin ətrafında hər hansı bir çəpərlənmə və yaxud hasara alma omaması müşahidə olundu. Baxış zamanı kafenin bir mərtəbəli binasının yerləşməsi, binanın ətraqfının divarla əhatəli olmamı, divarların ağ rəngli olması, kavenin önündə taxta çərçivəli materiallı 04 ədəd pəncərələrin və 01 ədəd iki laylı, taxta materiallı qapının yerləşməsi, kafenin sağ yan tərəfindən isə arxa tərəfinə keçid üçün yol olması, kafenin arxa tərəfinin meşəlik sahəyə aid və seyrək hündür ağaclarla əhatə olması, həmçinin arxa tərəfdə kiçik ölçülü, talvar tipli və ətrafı açıq yay dövrü üçün insanların əyləşməsi və ya yemək içmək üçün yerlərinin olması, kafenin arxa tərəfində yerin torpaq sətə malik olması, üzəri isə ağacların qurumuş yarpaqları ilə örtülü olması, hadisə yerinində, yəni vət. Zərərçəkmiş şəxs1 xəsarət aldığı hadisə yerinin elə həmin kafenin arxasında yerləşməsi məlum olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 “Titanic” adlı kafeni, həmin kafeyə istiqamətlənmiş yolu, giriş hissəni, kafenin arxa tərəfinə istiqamətlənmiş yolu, kafenin arxa tərəfini və xəsarət aldığı yeri göstərərək bildirdi ki, 16 dekabr 2022-ci il tarixdə saat 22 radələrində, həmin “Titanik” adlı kafedə qonaqları ilə birlikdə olmuş, qonaqları getdikdən sonra Təqsirləndirilən şəxs ona yaxınlaşmış, çölə gəlməyini və işinin olmasını bildirmiş, o, kafedən çölə çıxmış, sonuncu ona kafenin arxasına keçməyi demiş, beləliklə onlar kafenin arxasına keçdikdən sonra Təqsirləndirilən şəxs qəfildən onun sol qolundan zərbə ilə bir dəfə vurmuş, sonuncu qolunu geri çəkdikdə isə əlində bıçaq olmasını görmüş, sol qolundan qan axmağa başladıqda isə o, qolundan bıçaqla vurmasını bilmiş, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan üzərində gəzdirdiyi bıçaqla sol qolundan bir zərbə vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 danışdıqca hadisənin başverdiyi yeri göstərmişdir. Baxış zamanı İsmayıllı RPŞ-nin KTQnun baş inspektor kriminalisti tərəfindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud vasitə, izlər aşkar edilmədi və götürülməmişdir. Baxış zamanı hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir (cild 01, iş vər. 16-24) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, həmin tarixdə, vət. Zərərçəkmiş şəxs1 əlindən avtomobilin alındığı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuş ki, vət. Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhəri Nizami Gəncəvi küçəsində, yolayrıcı dairə yaxınlığında əlindən alınmışdır. Belə ki, VAZ 21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin vət. Zərərçəkmiş şəxs1 əlindən alındığı yer İsmayıllı şəhəri Nizami Gəncəvi küçəsində yerləşməklə həmin küçə ilə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun kəsişməsində yerləşən yolayrıcı dairə yaxınlığında, həmin yolayrıcı dairədən təxminən 53 metr aralı məsafədə yerləşmişdir, həmçinin hadisə yerindən təxminən 100 metr aralıda isə “Bizim Market” adlı mağaza yerləşmiş, mağazanın sol yan tərəfindən isə baş yola çıxışı olan ikinci dərəcəli yol yerləşmişdir. Həmin yerdə yol asfalt örtüyə malikdir, yolun digər tərəfində isə X8 yerləşmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil əlindən alındığı hadisə yerini göstərərək bildirdi ki, 16 dekabr 2022-ci il tarixdə saat 22 radələrində, Təqsirləndirilən şəxs “Titanic” adlı kafenin həyətində ona xəsarət yetirdikdən sonra o, xəstəxanaya müraciət etmiş, tibbi yardım aldıqdan sonra həmin avtomobilə əyləşmiş, hərəkətə gətirərək İsmayıllı şəhəri Nizami Gəncəvi küçəsində gəlmiş, həmin yolayrıcı dairə yaxınlığında, həmçinin “Bizim Market” adlı mağaza yaxınlığında avtomobili saxlamış, özüdə sükan arxasında olmuş, həmin tarixdə təxminən saat 23 radələrində aralıdan Təqsirləndirilən şəxs qaçaraq gəldiyini və əlində bıçaq olmasını görmüş, sonuncu yaxınlaşaraq qapını açmış, əlini salaraq avtomobilin açarını götürmüş, ona isə “keç yan oturacağa” deyə bildirmiş, o, isə Təqsirləndirilən şəxs əlində bıçaq olmasını görüb və qorxduğu üçün avtomobildən enərək kənara çəkilmiş, Təqsirləndirilən şəxs avtomobilin başqasına aid olmasını və avtomobili ona verməsini bildirmiş, Təqsirləndirilən şəxs isə avtomobilin qapılarına təpik zərbələri vurmuş, ona 500 manat gətirməsini və avtomobili verəcəyini demiş, sonra avtomobilə əyləşib və hərəkətə gətirərək çıxıb getmiş, o, isə məcbur olaraq bu barədə şikayət etmişdir. Baxış zamanı İsmayıllı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti tərəfindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə və yaxud izlər aşkar edilməmiş və götürülmədi. Baxış zamanı hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir (cild 01, iş vər. 25-29). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki həmin tarixdə, baş vermiş hadisəsi ilə bağlı İsmayıllı RPŞ-nin həyətində, avtomobillərin saxlandığı meydançada avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuş ki, avtomobil ağ rəngli, VAZ 21074 markalı, üzərində **-BK-*** dövlət qeydiyyat nişanı olması, avtomobilin sol tərəf arxa qanadı, sağ tərəf arxa qapı, sağ tərəf ön qapı, sağ tərəf ön qanadı üzərində zədə və batıqlar olması, lakin avtomonilin vuruğu və yaxud qəzasının olmaması, həmçinin mühərrik hissəsində də hər hansı bir sınma, qırılma yerlərinin olmaması, açar daxil edildikdə isə avtomobilin çalışar vəziyyətə gəlməsi və istifadəyə yararlı olması müşahidə olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində o, idarə etdiyi VAZ 21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhəri Nizami Gəncəvi küçəsində saxlamış, özüdə sükan arxasında olmuş, həmin tarixdə təxminən saat 23 radələrində aralıdan Təqsirləndirilən şəxs qaçaraq gəldiyini və əlində bıçaq olmasını görmüş, sonuncu ona yaxınlaşaraq qapını açmış, əlini salaraq avtomobilin açarını götürmüş, o, isə Təqsirləndirilən şəxs əlində bıçaq olmasını görüb və qorxduğu üçün avtomobildən enərək kənara çəkilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs avtomobilin başqasına aid olmasını və avtomobili ona verməsini bildirmiş, Təqsirləndirilən şəxs isə avtomobilin qapılarına təpik zərbələri vuraraq zədələr yetirmişdir. Zərərçəkmiş şəxs1 avtomobilin üzərində olan, hadisə zamanı Təqsirləndirilən şəxs yetirdiyi zədələri bir-bir göstərmişdir. Baxış zamanı İsmayıllı RPŞ-nin KTQnun baş inspektor kriminalisti tərəfindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə və yaxud izlər aşkar edilmədi və götürülməmişdir. Baxış zamanı hadisə yerində “Samsung” markalı fotoaparatın tədbiqi ilə fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir (cild 01, iş vər. 32-38). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 dekabr 2022-ci il tarixli 697 №-li rəyində göstərilmişdir ki, 1993cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol bazunun yarası deşici-kəsici alətin ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir (cild 01, iş vər. 40-42). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Qurbanov X7 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinərək qazancının 20%-i dövlət nəfinə tutulmaqla 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Qurbanov X7 rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2, 220.1, 233 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 01, iş vər. 75-77). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş X6 mərkəzinin xx.xx.2022-ci il tarixli 078-22 nömrəli arayışından görünür ki, avtomobilin sağ qabaq və arxa qapılar, sol arxa qapı, sol arxa kreldə əzilmələr müşahidə edilmişdir. Avtomobilə səthi baxış zamanı təmir xərci ilə birlikdə 350.00 manat civarında zərər müəyyən edilmişdir. Bundan əlavə Avtomobilin orta bazar satış qiyməti qiyməti 65xx.xx-7000.00 manat civarında ola bilər. Avtomobilin qeyd edilən hissələrin təmir və bərpasından sonra istismarı mümkündür. Nəqliyyat vasitəsinin tormoz (əyləc), sükanlı idarəetmə və digər sistemlərində baxış keçirmək mümkün olmadı (cild 01, iş vər. 86). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş İsmayıllı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli PHŞ/6-47-2-10/2023 nömrəli məktubunda göstərilmişdir ki, İsmayıllı şəhəri N.Səmədov küçəsi ev 66 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Qurbanov X7 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur (cild 01, iş vər. 87). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Qurbanov X7 şəhəri N.Səmədov küçəsi ev 66 ünvanında yaşayır, evlidir, himayəsində xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2009-cu il təvəllüdlü X25 adlı övladları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 93-98). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması və aidiyyəti üzrə verilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-də Ağsu rayon Kalva kəndinin ərazisində saxlanılmış, həmin günü saat 18:15-də İsmayıllı RPŞ-yə gətirilərək istintaqa təhvil verilmişdir (cild 01, iş vər. 100). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxi axtarış zamanı müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs əynində bir ədəd uzunqol, qara rəngli qış gödəkcəsi, bir ədəd qara parça şalvar, bir ədəd qara rəngli uzunqol boğazlı yun köynək və bir cüt qara rəngli “makasin” tipli ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya vasitə, eləcədə hər hansı bir qiymətli əşya və ya vasitə vardırsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya vasitə, eləcədə hər hansı bir qiymətli əşya və ya vasitə olmadığını bildirdi. Buna baxmayaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli isti gödəkçənin sol yan cibindən 7 ədəd bir manatlıq, 2 ədəd beş manatlıq və 1 ədəd 10 qəpiklik pul əskinazları aşkar edildi, həmin pul əskinazları iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs təhvil verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qiymətli əşya və ya vasitə, həmçinin heç bir qanunla qadaşan edilmiş əşya və ya vasitə aşkar edilmədi. Baxışda iştirak edən İsmayıllı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X18 baxış prosesini videokamera vasitəsilə videogörüntüyə almışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə vidoçəkiliş aparılmaqla portokol tərtib olunmuşdur (cild 01, iş vər. 126-130). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “avtomobilə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş diskdən və foto şəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılıb RPŞ-nə gətirilərkən sonuncunun idarə etdiyi Vaz 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs məxsus olan avtomobil Rusiya istehsalı olan Vaz 2106 markalıdır, üzərində **-BA-*** dövlət qeydiyyat nişanlı vardır, avtomobil ağ rənglidir, rəngi solğundur və avtomobil köhnəlmiş vəziyyətdə olmasına baxmayaraq istifadəyə yararlı və saz vəziyyətdədir, avtomobilin üzərində xüsusi əlaməti olan hər hansı bir yazı və yaxud şəkil yoxdur. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan olunmuş əşya və ya vasitə, eləcədə hər hansı bir qiymətli əşya və ya vasitə vardırsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobildə tüfəng və bıçaq olmasını, başqa qanunla qadağan edilmiş əşya və ya vasitə, eləcədə hər hansı bir qiymətli əşya və ya vasitə olmadığını bildirdi. Buna baxmayaraq avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qapılarını açdıqda salon hissəsində oturacaqların və digər hissələrinin yerində olması, baxış zamanı avtomobilin ön tərəf oturacaqlar arasında olan qolaltı cib hissəsindən 01 ədəd tiyə hissəsi parlaq metal, tiyə hissəsinin uzunluğu 11.5 sm və tutacaq hissəsinin uzunluğu 9.5 sm, qırmızı, göy, ağ rəngli işləməli dəstəkli bıçaq, 01 ədəd qara rəngli, bir qədər solğun, açılıb-qatlanan, qatlanan halda uzunluğu 12.5 sm, açılan halda tiyə hissəsinin uzunluğu 9 sm və dəstək hissəsinin uzunluğu 11.5 sm olan bıçaq, 01 ədəd 16 çaplı, ümumi uzunluğu 6.5 sm olan, giliz hissəsi 1.5 sm uzunluqda, parlaq qızılı rəngli metal, güllə hissəsi 5 sm uzunluqda, şəffav-ağ rəngli kauçukla örtülü, içərisində iri qırmalar olan patron, 01 ədəd 16 çaplı, ümumi uzunluğu 6 sm olan, giliz hissəsi 1.5 sm uzunluqda, parlaq qızılı rəngli metal, güllə hissəsi 4.5 sm uzunluqda, şəffav-ağ rəngli kauçukla örtülü, içərisində xırda qırmalar olan patron və 01 ədəd Vaz 2106 markalıdır, üzərində **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasiyəsinin qeydiyyat şəhadətnaməsi aşkar edildi. 02 ədəd bıçaqlar və 02 ədəd patronlar iş üçün zərurət təşkil etdiyindən qablaşdırılaraq götürüldü.Həmçinin aşkar edilmiş sənədin surəti çıxarılaraq protokola əlavə edilmişdir. Həmin cib hissədən digər əşyalar da aşkar edilsə də, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən götürülməmişdir. Bundan sonra avtomobilin arxa salon hissəsinə baxış keçirildi, salon hissədən 01 ədəd qoşa lüləli, 16 çaplı, lülə yatağı üzərində BUM № 42588, bala qundağ üzərində № 42588-48 və qundağının metal hissəsi üzərində №1012-46 nömrələri yazılan, Lülə hissəsi metal və qundağ hissəsi taxta materiallı, üzərində hər hansı bir naxışı olmayan, bir qədər köhnəlmiş vəziyyətdə, üzərində asqı remeni olan tüfəng aşkar edilmiş, həmin 01 ədəd tüfəng iş üçün zərurət təşkil etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa avtomobilin arxa yük yerinə və eyni zamanda mühərrik olan hissəsinə baxış keçirildi, baxış zamanı qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və yaxud vasitə aşkar edilməmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin tüfəngin özünə məxsus olduğunu, aşkar edilmiş patronlarında həmin tüfəngə aid olmasını, 01 ədəd açılıb-qatlanan bıçağın özünə aid olmasını, digər bıçağın isə özünə aid olmamasını, avtomobili yeni aldığı üçün ola bilər ki, həmin bıçağın avtomobildə olmasını qeyd edərək avtomobilə baxış keçirilməsi ilə bağlı heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Baxışda iştirak edən İsmayıllı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X18 baxış prosesini videokamera vasitəsilə videogörüntüyə almışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla portokol tərtib olunmuşdur (cild 01, iş vər. 131- 137). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşmə protokolu”dan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 həmin hadisəsi zamanı Elşən Qurbanoun ona xəsarət yetirdiyini və daha sonra onunla harada mübahisə etdiyini, avtomobilinə harada ziyan yetirdiyini və avtomobilini ələ keçirməklə quldurluq etdiyini sonuncunun üzünə qarşı söyləmişdir (cild 01, iş vər. 149-152). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, Zərərçəkmiş şəxs1 harada xəsarət yetirdiyini və daha sonra sonuncu ilə harada mübahisə etdiyini, sonuncunun avtomobilinə harada ziyan yetirməsini və ələ keçirməklə quldurluq etdiyini ifadəsinə uyğun olaraq göstərmişdir (cild 01, iş vər. 153-166). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 232-236). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun X28 Filialından alınmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-14208/2023 nömrəli məktubda göstərilmişdir ki, İsmayıllı şəhəri N.Səmədov küçəsi ev 66 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (FİN:4UECPB5) Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə X30 X37 X4 rayonu üzrə mərkəzləşdirilmiş baza məlumatlarına əsasən heç bir növ sosial pensiya, müavinət və Prezident təqaüdü almır (cild 01, iş vər. 237). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.20023-cü il tarixli “raport”da göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, təxminən saat 22 radələrində İsmayıllı şəhəri ərazisində yerləşən “Titanik” adlı kafenin həyətində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında hadisə başverməsi, hadisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs1 sol qolundan bir zərbə vuraraq xəsarət yetirməsi, həmin həmin hadisənin başverməsinə səbəb isə Zərərçəkmiş şəxs1 bir müddət əvvəl Təqsirləndirilən şəxs qohumu, İsmayıllı şəhəri Nizami küçəsində yerləşən “Bizim Market” adlı mağazada Şahid4 150 manat pul borclu olması, Təqsirləndirilən şəxs həmin pulu tələb etməsi, Zərərçəkmiş şəxs1 isə pulu qaytarmadığı üçün Təqsirləndirilən şəxs belə bir hadisəni törətməsi, həmin hadisənin ikisi aralarında baş verməsi müəyyən edilmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi hadisə zamanı ətrafda kiminsə olması və yaxud həmin hadisəni kimlərinsə görə bilməsini və hadisəyə kiminsə şahid olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində İsmayıllı şəhərinin Nizami küçəsində yerləşən “Bizim Market” adlı mağazanın yaxınlığında, Zərərçəkmiş şəxs1 arasında növbəti hadisənin başverməsi, onun həmin hadisə zamanı Zərərçəkmiş şəxs1 üzərinə getməsi, həmin vaxtı əlində bıçaq olması, sonuncuya xəsarət yetirəcəyi ilə hədələməsi, pul tələb etməsi, əlini atıb avtomobilin açarlarını zorla götürməsi, bu zaman Zərərçəkmiş şəxs1 qorxaraq dərhal avtomobildən enib kənara çəkilməsi, onun isə pul tələb etməsi və zorla ələkeçirdiyi avtomobilə əyləşib idarə edərək aparıb “Bizim Market” adlı mağazanın önündə dayanması, avtomobilə təpiklə zərbələr endirərək ziyan vurması, Zərərçəkmiş şəxs1 həmin avtomobilin başqa şəxsə aid olmasını bildirməsi və avtomobili qaytarmasını deməsinə baxmayaraq onun pul tələb etməsi, uca səslə qışqıraraq 500 manat pul gətirib avtomobili apara biləcəyini deməsi, sonra həmin “VAZ 21074” markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib idarə edərək həmin yerdən getməsi müəyyən edilmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisə zamanı da Təqsirləndirilən şəxs əlində bıçaq olması və hədə-qorxu gələrək Zərərçəkmiş şəxs1 pul tələb etməsi, sonuncunun verməyincə isə avtomobili zorla ələkeçirməsi, avtomobilə ziyan yetirməsi və idarə edərək aparması müəyyən edilmişdir. Bundan əlavə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halların təstiqini tapmaması müəyyən edilmişdir. Həmçinin başvermiş hadisələr zamanı Zərərçəkmiş şəxs1 yanında Göyçay rayon və Gəncə şəhər sakinlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı hədə-qorxu gəlməsi və pul tələb etməsi, quldurluq etməklə sonuncunun avtomobilini əlindən alması, avtomobilə zərər vurması, həmçinin hadisə yerindən uzaqlaşarkən uca səslə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili 500 manat pul gətirəcəyi halda qaytaracağını bildirməsi ilə bağlı həmin hadisələr zamanı ətrafda kimlərin olması və hadisəyə kimlərin şahid olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 aralarında əvvəllər nə kimi münasibətlərin olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki hadisələr başvermiş ərazidə və küçədə video kameraların, təhlükəsizlik kameralarının olmadığından iş üçün əhəmiyyət kəsb edən video görünlülərin olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq əməliyyat-axtarış tədbirlərimiz davam etdirilir, əlavə məlumat əldə edilərsə istintaqa məlumat veriləcəkdir (cild 02, iş vər. 5-6). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 9/74 saylı rəyində göstərilmişdir ki, - ekspertiza təyini haqqında qərarda göstərilən, 2010-cu il buraxılışlı “Vaz 21074 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 7000.00 manat müəyyən edilir. - ekspertiza tədqiqatına təqdim edilmiş, “X6 Mərkəzi” tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Arayışa əsasən avtomobilin sağ qabaq qapı, sol arxa qapı, sol arxa qanadının əzilməsi nəticəsində dəymiş ziyan 350.00 manat müəyyən edilir (cild 02, iş vər. 28-31). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 01 mart 2023-cü il tarixli 3/324 nömrəli rəyində göstərilmişdir ki, 1) -tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm, 16 kalibrli, “TOZ B” modelli, qundağı “1012”nömrəli, lüləsi və lüləaltı yatağı “42588” nömrəli eyni modelli ov silahının lüləsi və lüləaltı yatağı ilə komplektləşdirilmiş, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, istifadəyə (atəşə) yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər aşkar edilməmişdir. 2) Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd patron, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz-hamar lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal edilmiş patronlardır, istifadəyə yararlıdır (cild 02, iş vər. 32-35). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizası 23 fevral 2023-cü il tarixli 93/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, 1) Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi : O(İ) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. 2) Ekspertizaya təqdim edilmiş bıçaq üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı. 3) Təqdim olunmuş bir ədəd qatlanan bıçaq üzərində qan aşkar olunmadı (cild 02, iş vər. 36-39). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Məhkəmə-tibbi kriminalistik ekspertizasının 27 fevral 2023-cü il tarixli 66- 2023/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, 1) Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. 2) Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 01, iş vər. 40.42). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizası ekspertizasının 06 aprel 2023-cü il tarixli 217 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Buna cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər (İsmayıllı MRX PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiyası ilə cavab verməsi, psixopraduktiv simptomatika aşkar edilməməsi, onda təfəkkür, yaddaş, intellekt pozuntuları müşahidə olunmaması, əsəbiliyə və konfliktə meyilli olması, törətdiyi cinayət əməlinə tənqidi münasibət bəsləməklə həmin əməldən peşman olduğunu söyləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik keçirmir və onun barəsində hər hansı məcburi müalicələrin tədbirinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. O, özünə və ətrafdakılara qarşı təhlükəli deyildir (cild 02, iş vər. 85-88). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 13 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Babayev X11 RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam zəkildə ödədiyini, sonuncunu bağışladığını, barəsində şikayət və tələbinin olmadığını bildirmişdir (cild 02, iş vər 212). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 13 aprel 2023-cü il tarixli ərizədən görünür ki, X1 RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam zəkildə ödədiyini, sonuncunu bağışladığını, barəsində şikayət və tələbinin olmadığını bildirmişdir (cild 02, iş vər. 213). Məhkəmə iş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı Şahid3 dindirilməsi ilə bağlı həyata keçirilmiş prosessual hərəkətin cinayət-prosessual qanunvericiliyin tələblərinin pozularaq keçirildiyi müəyyən edildiyindən, məhkəmə kollegiyası həmin prosessual hərəkəti bütünlükdə şübhə altına alır və sübut olaraq qiymətləndirmir. Habelə, şahidlər Şahid2, X20, Şahid3, Şahid5 və Şahid4 məhkəmə istintaqında verdikləri ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsin müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və onların məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında şahidlər Şahid2, X20, Şahid3, Şahid5 və Şahid4 məhkəmə istintaqı zamanı verilmiş ifadələrinin həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, şahidlər Şahid2, X20, Şahid3, Şahid5 və Şahid4 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etmək, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, həmin şahidlərin Təqsirləndirilən şəxs əvvəlcədən tanımaları və yaxın münasibətlərinin olması onların məhkəmə istintaqında bu formada ifadə vermələrini anlaşılan edir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 181.2.2, 181.2.4, 181.2.5 və 182.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li Qərarının 18-ci bəndində göstərilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmçinin, həmin Plenum qərarının 27-ci bəndində göstərilmişdir ki, özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Həmçinin, həmin Plenum qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Bundan başqa, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli 1 №-li Qərarının 3-cü bəndində göstərilmişdir ki, cinayət Məcəlləsinin 182.1-ci maddəsində təsbit edilmiş hədə-qorxu ilə tələb etmə cinayətinin əsas tərkibindən fərqli olaraq CM-in 182.2.3 və 182.3.3-cü maddələrində nəzərə tutulmuş cinayətlərin başa çatmış cinayətlər kimi qiymətləndirilməsi üçün həmin maddələrdə nəzərdə tutulmuş nəticələrin baş verməsi, yəni müvafiq olaraq zərərçəkmiş şəxs barəsində zorakılığın tətbiq edilməsi və yaxud onun sağlamlığına ağır zərərin vurulması tələb olunur. Eyni zamanda, həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmənin xüsusilə tövsifedici əlaməti kimi Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulması göstərildiyindən, CM-in 182.2.3-cü maddəsində özgə əmlakını və ya əmlaka olan hüququ və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsini hədə-qorxu ilə tələb etmə “zor tətbiq etmə ilə törədildikdə” dedikdə, sağlamlığa ağır zərər vurma ilə müqayisədə daha yüngül zoraklığın bütün digər formaları, o cümlədən sağlamlığa az ağır və ya yüngül zərər vurma ilə nəticələnmiş və yaxud hər hansı zərərin vurulması ilə nəticələnməyən fiziki ağrı yetirmə, azadlığın məhdudlaşdırılması halları başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi 14 ünvanında yerləşən “Bizim Market” adlı dükanın yaxınlığında, yol kənarında Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə dayandığını görərək, sonuncunun şəxsiyyəti üzərində zor göstərmə və əmlakını tələf etmə hədəsi ilə müşayiət olunan zor tətbiq etməklə əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmək qərarına gəlmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs1 həmin dükanda işləyən onun qohumu Şahid4 olan 150 manat pul borcunu qaytarmamasını bəhanə edərək, əlində tutduğu istintaqla müəyyən edilməyən bıçaqla yaxınlaşıb Zərərçəkmiş şəxs2 məxsus olmaqla faktiki Zərərçəkmiş şəxs1 istifadəsində olan, sonuncunun sükan arxasında əyləşdiyi “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən olan qapısını açmış, əlindəki bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 xəsarət yetirəcəyi ilə hədələyərək zor tərtib edib qohumuna borclu olduğu 150 manat pulu verməməsini əsas gətirib onun özünə 500 manat pul verməli olmasını qəsdən zərərçəkmiş şəxsin üzərində zor göstərməklə, əmlakını tələf etmə hədəsi ilə müşayiət olunan hədə-qorxu ilə tələb etmiş və hərəkətlərini davam etdirərək əlini uzadıb Zərərçəkmiş şəxs1 istifadəsində olan “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını çıxartmaqla sonuncuya həyat və sağlamlığı üçün təhlükəli olan basqın edib Zərərçəkmiş şəxs1 yan oturacaqda əyləşməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 onun əlində bıçaq olmasından və sağlamlığına yenidən real xəsarət yetirəcəyindən qorxaraq dərhal avtomobildən enib kənara çəkilmiş, bu zaman o, avtomobilə əyləşib idarə edərək təminən 100 metr məsafə qət edib “Bizim Market” adlı dükanın önündə avtomobili saxlayaraq və avtomobildən enib zər tətbiq etməklə avtomobilin sol arxa qanadına, sağ arxa qapısına, sağ ön qapısına, sağ ön qanadına təpiklə qəsdən zərbələr endirərək 350 manat dəyərində maddi ziyan vurub həmin avtomobili zədələmiş, bunu görən Zərərçəkmiş şəxs1 piyada həmin yerə gələrək həmin avtomobilin başqa şəxsin mülkiyyətində olduğunu və qaytarmasını israrla bildirdikdə o, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqından ibarət öz hərəkətlərini davam etdirərək uca səslə 500 manat pul gətirdikdən sonra avtomobili apara biləcəyini söyləyib Zərərçəkmiş şəxs2 məxsus olmaqla faktiki Zərərçəkmiş şəxs1 istifadəsində olan, xeyli miqdar təşkil edən 7000 manat dəyərində “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib avtomobili idarə edərək həmin yerdən uzaqlaşmaqla qəsdən özgənin əmlakını silah qismində istifadə edilən əşya tətbiq edilməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınla ələ keçirib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla təkrarən quldurluq etmişdir. Məhkəmə istintaqında sözügedən cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymtələndirir. Məhkəmə kollegiyası tərəfindən CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2, 220.1, 233, 315.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsi tətbiq edilməklə 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin cinayət əməli ağır cinayət sayıldığından və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən İsmayıllı RPŞ-də saxlanılan bir ədəd qatlanan cib bıçağı və bir ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, 2010-cu il buraxılışlı “Vaz 21074 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobililin sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə ümumilikdə 7350 manat təşkil edən dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349 və 351-353-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.4, 181.2.5 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.4, 181.2.5 maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 yanvar 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan və İsmayıllı RPŞ-də saxlanılan bir ədəd qatlanan cib bıçağı və bir ədəd məişət təyinatlı mətbəx bıçağı məhv edilsin, 2010-cu il buraxılışlı “Vaz 21074 minik” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobililin sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar