Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-20/2021 02.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxxxx 1978-ci il tarixdə Yevlax rayonunun Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, Yevlax rayonunun Köyük kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 188.1, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X5 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 188.1, 234.4.3 və 237.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, özünə məxsus fermanın yerləşdiyi Yevlax rayonu Qaramanlı bələdiyyəsinin balansında olan kənd təsərrüfatı təyinatlı olmayan 1,9 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etmək məqsədi ilə Yevlax rayonunun Qaramanlı bələdiyyəsi ilə aralarında 15 il müddətinə bağlanmış xx xxxx 2004cü il tarixli icarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni 2019-cu ilin mart ayının 5-dən sonrakı istintaqa məlum olmayan müddət ərzində şimal hissəsindən qərb hissəsi istiqamətində hərəkət etdikdə 100 metrlik məsafəsində olan su arxının sağ kənarında yerləşən eni 3 m uzunluğu 6 m, eni 3 m uzunluğu 7 m, eni 3 m uzunluğu 8 m olan 3 ayrıayrı torpaq sahəsini vahid niyyətlə mülkiyyət, istifadə və icarə hüququ olmadan becərmə aparıb özbaşına tutmuş, həmin zəbt etdiyi ərazilərdə qanunsuz olaraq çətənə bitkisinin toxumlarını əkib, xx xxxxxxxx 2019-cu il tarixədək olan müddətdə ümumilikdə xeyli miqdarda - 08 (səkkiz) ədəddən artıq sayda olmaqla narkotik tərkibli çətənə (kannabis) bitkilərini xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, həmçinin kultivasiya etdiyi həmin narkotik tərkibli çətənə bitkilərinin hissələrini yığıb toplamaqla satış məqsədi ilə külli miqdarda – 14765 qram çəkidə kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananın 13450 qramını qeyd edilən ərazidə, qalan 1315 qramını isə Yevlax rayonunun Köyük kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinə qanunsuz daşıyıb yataq otağında gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb Bölgəsində Regional şöbəsinin əməkdaşları ilə Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 13 radələrində yaşadığı Yevlax rayonunun Köyük kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış, icazəsi və iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən evin yataq otağından satış məqsədi ilə qanunsuz əldə edərək daşıyıb saxladığı beş ədəd polietilen torbada ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram və 225 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 1315 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 14:37-də Təqsirləndirilən şəxs iştirakı ilə yuxarıda qeyd olunan Yevlax rayonu Qaramanlı bələdiyyəsinə məxsus olan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu pozmaqla özbaşına becərib tutduğu kənd təsərrüfatı təyinatlı olmayan 1,9 ha torpaq sahəsinin şimal hissəsindən qərb hissəsi istiqamətində hərəkət etdikdə 100 metrlik məsafəsində olan su arxının sağ kənarında yerləşən eni 3 m uzunluğu 6 m, eni 3 m uzunluğu 7 m, eni 3 m uzunluğu 8 m olan 3 ayrı-ayrı ərazisində torpaqda əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilmiş, əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 55 qram təşkil edən 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin həmin ərazidə kolların və torpaq səthinin üzərində sərilmiş vəziyyətdə olan satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda - 13450 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. Yalnız özü istifadə etmək üçün 8-12 arası tərkibində narkotik vasitə olan çətənə bitkisi əkmiş, onlara qulluq etmişdir. Həmin bitki hissələrini toplayıb ondan istifadə etmişdir. Çətənə bitkilərini əkdiyi torpaq sahəsi örüş torpaq sahəsidir və Yevlax rayon Qaramanlı bələdiyyəsinin balansındadır. Həmin torpaq sahəsi onun atası tərəfindən 15 illik müddətə icarəyə götürülmüşdür və atası vəfat etdikdən sonra həmin torpaq sahəsi onun və ailəsinin istifadəsində qalmışdır. Həmin torpaq sahəsində aşkar olunmuş 8 ədəd çətənə bitkisini o əkməmiş, onlara qulluq etməmişdir, həmin əraziya sadəcə olaraq çətənə bitkisinin toxumlarını səpmiş, həmin 8 ədəd bitki isə orada yabanı halda bitmişdir. Evindən və sözügedən sahədən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisi ittiham aktında göstərildiyi qədər olmamış, sahədən bitkilərin hissələrini yığan zaman polis əməkdaşları adi alafları, biyan otlarını da çətənə bitkilərinin qurumuş hissələri ilə birlikdə yığıb qablaşdırmışlar, ona görə də həmin çəki alınmışdır, əslində isə həm evindən aşkar olunan, həm də sahədən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisi az olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 3-4 il olar ki, narkotik vasitə olan marixuananı siqaretə doldurmaqla qəbul edir. Mütəmadi olaraq narkotik vasitə olan marixuana qəbul etdiyinə görə özünün istifadəsi üçün 2019-cu ilin may ayında yaşadığı Köyük kəndində ona məxsus torpaq sahəsinin yaxınlığında moruq kollarının arasında gediş-gəliş olmayan gizli hissədə 4 ayrı-ayrı bir-birinə yaxın yerdə ümumi sayı təxminən 54 ədəd çətənə kolunun bitkisini əkmişdir. Eyni zamanda həmin çətənə kollarının bitkilərini əkdikən sonra 4 ay müddətində onlara qulluq etmişdir. Belə ki, mütəmadi olaraq çətənə kollarının bitkilərini suvarmaq məqsədi ilə arx çəkmiş, suvarmış və diblərini təmizləmişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində, yəni təxminən 10 gün bundan əvvəl həmin çətənə kollarının bitkilərini yığmış, 8 ədəd çətənə kolunun bitkisini isə tam yetişmədiyi üçün saxlamışdır. Çətənə kollarının bir hissəsini tam quruması üçün torpaq sahəsində saxlamış, digər hissəsini isə yığıb, əsas hissələrini koldan ayırıb yaşadığı ünvana aparmışdır. Yaşadığı ünvanda həmin qurudulmuş marixuananı 5 ədəd ayrı-ayrı sellofan torbalara yerləşdirmiş və otağın müxtəlif yerlərində gizlətmişdir. Həmin yığdığı marixuanadan özü bir neçə dəfə istifadə etmişdir. xx.xx.2019-cu il tarixdə saat 13:50-də evdə olan zaman küçədən onu çağırmışlar. Küçəyə çıxdıqda küçədə bir neçə mülki geyimdə olan şəxslər özlərini DİN-in BNMİ-nin QBRŞ-nin polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona bildirmişlər ki, tərkibində narkotik maddələr olan bitkiləri əkibbecərməsi və yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlaması ilə bağlı barəsində əməliyyat məlumatları olduğu üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün səlahiyyətli subyektin qərarı çıxarılmışdır. Ona görə də, yaşadığı evə və həyətyanı torpaq sahəsinə, eyni zamanda yaşadığı ünvanın yaxınlığında yerləşən ona məxsus torpaq sahəsinə baxış keçirilməsinə icazə verməsini xahiş etmişlər. Etiraz etməyərək yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə razılıq vermiş və bu barədə ərizə yazmışdır. Polis əməkdaşları onun və digər şəxslərin iştirakı ilə baxışa başlamışlar. İlk öncə polis əməkdaşları ondan evində narkotik vasitə olan marixuana və ya digər qanunsuz əşya və predmetlərin olmasını soruşmuş və varsa, könüllü olaraq təqdim etməsini xahiş etmişlər. O bildirmişdir ki, onda narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd sənədsiz ov tüfəngi vardır və könüllü olaraq təqdim edə bilər. Bundan sonra evin içərisinə keçərək otaqda giriş qapısının arxasında olan 1 ədəd sellofan torbanın və həmin otaqda yataq çarpayısının baş hissəsində gizlətdiyi 4 ədəd sellofan torbaların içərisinə yerləşdirilmiş qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda onda olan bir ədəd ov tüfəngini də polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bu tüfəng vəfat etmiş atasından qalıb, heç bir sənədi yoxdur. Polis əməkdaşları ondan aşkar olunan 5 ədəd sellofan torbanın içərisində olan qurudulmuş narkotik vasitə marixuananı və 1 ədəd ov tüfəngini götürərək hər birini ayrı-ayrılıqda ağ rəngli sintetik kisələrə qablaşdırıb üzərinə imzalar etmiş və möhürləmişlər. Daha sonra polis əməkdaşları yaşadığı evin digər hissələrinə və həyətyanı sahəyə baxış keçirmişlər və qanunsuz heç bir predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları ona bu narkotik vasitəni hardan əldən etməsi barədə sual vermişlər. O, mütəmadi olaraq narkotik vasitə olan marixuana qəbul etdiyinə görə özünün istifadə etməsi üçün 2019-cu ilin may ayında yaşadığı Köyük kəndində ona məxsus torpaq sahəsinin yaxınlığında moruq kollarının arasında gediş-gəliş olmayan gizli hissədə xüsusi hazırladığı yerdə 4 ayrı-ayrı bir-birinə yaxın yerdə ümumi sayı təxminən 54 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinin kollarını əkib-becərərək kultivasiya edib aqrotexniki qaydada qulluq etməsini bildirmişdir. Təxminən 10 gün əvvəl həmin marixuananın çətənə kollarının bir hissəsini kökündən çıxartmış, 8 ədəd çətənə kollarının bitkisini isə tam yetişməsi üçün saxlamışdır. Yığdığı çətənə kollarının bir hissəsini tam quruması üçün torpaq sahəsində saxlamış, digər hissəsini isə quruduğu üçün yığıb, əsas hissələrini gövdədən ayırıb yaşadığı ünvana gətirmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin yeri də göstərə bilər. Bundan sonra polis əməkdaşları və digər şəxslər yaşadığı evin yaxınlığında ona məxsus olan torpaq sahəsinə gəlmişlər və həmin ərazini, yəni marixuananın çətənə kollarının bitkilərini əkib-becərdiyi və kultivasiya etdiyi ərazini polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları həmin ərazidə 4 ayrı-ayrı hissəyə onun və digər iştirakçılar ilə birlikdə baxış keçirmişlər. Baxış zamanı orada quruması üçün ətrafa sərdiyi tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan çətənə bitkisinin kütlələri aşkar olunmuşdur. Həmin bitki kütləsi 02 ədəd ağ rəngli sintetik kisəyə yığılaraq ağzı tikilib, üzərinə imzalar etmiş və möhürlənmişdir. Bundan sonra orada olan 8 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinin kollarını göstərib bildirmişdir ki, bunlar gec yetişdiyi üçün sonra yığması üçün saxlamışdır. Polis əməkdaşları aşkar olunan 8 ədəd çətənə kolunun bitkisini bir ədəd ağ rəngli zərfə qablaşdıraraq, üzərinə imzalar etmiş və möhürləmişlər. Baxış bitdikdən sonra polis əməkdaşları onu aşkar olunmuş maddi subutlar ilə birlikdə Gəncə şəhərində yerləşən DİN-in BNMİ-nin QBRŞ-yə gətirmişlər. Bundan sonra ona hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə vəkillərin siyahı təqdim edilmiş və həmin siyahıdan seçdiyi vəkil ilə təmin olunmuşdur. Həmin müdafiəçinin iştirakı ilə protokol tərtib olunmuş və izahat vermişdir. Bundan əlavə verdiyi ifadəsində narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olduğunu, sadəcə əkib-becərdiyini, həmin narkotik vasitədən heç kimə vermədiyini və satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxs Yevlax rayon Qaramanlı kənd bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayon Köyük kəndi Qaramanlı bələdiyyəsinin nəzdində olmuşdur. Onun əkilib-becərilməsi qadağan olan tərkibində narkotik tərkibli bitkiləri əkdiyi ərazi Qaramanlı kənd bələdiyyəsinə məxsus olan kənd təsərrüfatı təyinatlı olmayan örüş torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi 2004-cü ildə müqavilə əsasında Təqsirləndirilən şəxs atasına 15 illiyə icarə əsasında verilmişdir. Həmin müqavilənin müddəti 2019-cu ilin mart ayında bitmişdir. Lakin müqavilə müddəti bitməsinə baxmayaraq həmin ərazi Təqsirləndirilən şəxs istifadəsində qalmışdır. Bələdiyyə həmin torpaq sahəsini geri istəməmişdir. Hazırda bələdiyyənin Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Köyük kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında yerləşən meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkib-becərməsi, kultivasiya etməsi və fərdi yaşayış evində narkotik vasitə olan qurudulmuş marixuna saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evinə, həyətyanı torpaq sahəsinə və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında yerləşən torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, həmçinin əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə Yevlax rayonunun Köyük kəndinə gələrək Yevlax RİHB-nin Köyük kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini ilə görüşərək keçiriləcək əməliyyat-axtarış tədbirinin mahiyyəti barədə ona da məlumat verilmişdir. Bundan sonra tədbirdə iştirak edən protokolda göstərilmiş şəxslər ilə birlikdə saat 13 radələrində Təqsirləndirilən şəxs Köyük kəndində yerləşən yaşayış evinin qarşısına gəlmişlər. Evin qarşısında Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkib-becərməsi, kultivasiya etməsi və fərdi yaşayış evində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə onlara əməliyyat məlumatları daxil olduğu üçün evinə, həyətyanı torpaq sahəsinə baxış keçirilməsi məqsədi ilə barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı səlahiyyətli subyektin qərarını elan etmişlər. Ona tərkibində narkotik maddə olan bitkilər əkib-becərməsində, evində narkotik vasitə marixuna saxlamasında və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində şübhəli olduğu üçün hüquqları izah olunub, bu barədə bildiriş təqdim edilmişdir. Bildirişdə göstərilən hüquqları ilə tanış olduqdan sonra ona yaşadığı evdə narkotik saxlamağı ilə bağlı barəsində əməliyyat məlumatları olduğu üçün evinə baxış keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına evində narkotik vasitə marixuana saxladığını səmimi olaraq etiraf edib evinə baxış keçirilməsi üçün icazə vermiş və bu barədə rəsmi ərizə ilə müraciət edib baxış keçirilməsinə dəvət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşayış evinin yataq otağına daxil olaraq giriş qapısının sol tərəfində sellofan paketdə tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya oxşar kütləni, həmin otaqda sağ tərəfə dönərək otağın baş tərəfində, solunda yerləşən çarpayının üzərində dörd ədəd müxtəlif rəngli sellofan paketlərin içərisində tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, yaşadığı kəndin ərazisində yerləşən özünə məxsus fermanın yaxınlığında meşə zolağında böyürtkən kollarının arasında xüsusi hazırlanmış 0.15 sot torpaq sahəsində özünün istifadəsi üçün əkib-becərdiyi narkotik xassəli çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş beş ədəd sellofan paketlərdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr polis əməkdaşları tərəfindən götürüldükdən sonra aşkar olunan otaqda ekspertizaya göndərilməsi üçün videoçəkiliş altında ağ rəngli sintetik kisəyə qablaşdırılmış, ağzı bağlanıb möhürlənmiş, Təqsirləndirilən şəxs, icra nümayəndəsinin müavini və baxışda iştirak edən digər əməkdaşlar tərəfindən imzalanmışdır. Daha sonra şifahi sorğu zamanı polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüş həmin narkotik vasitələri Təqsirləndirilən şəxs özünün istifadəsi üçün bu il yaşadığı kəndin kənarında yerləşən özünə məxsus fermanın yaxınlığında moruq kollarının arasında xüsusi hazırladığı yerdə 54 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinin kollarını əkib, qulluq edərək becərib əldə etdiyini, həmin əməllərindən nə ailə üzvlərinin, nə də digər şəxslərin məlumatının olduğunu və narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyi həmin yeri göstərə biləcəyini bildirmişdir. Baxışda iştirak edən şəxslərlə birlikdə tərkibində narkotik maddə olan bitkiləri əkib becərdiyi və kultivasiya etdiyi yerə dəvət edilmiş aqronom mütəxəssisin iştirakı ilə baxış keçirilməsi üçün getmişlər. Yevlax rayonunun Köyük kəndində Təqsirləndirilən şəxs baxışda iştirak edən şəxsləri fermasının yaxınlığında meşə zolağında moruq kollarının arasına apararaq orada xüsusi hazırlanmış yeri göstərmişdir. Baxış zamanı həmin yerdə tərkibində narkotik maddə olan hündürlüyü 50-60 santimetr olan səkkiz ədəd çətənə bitkilərinin kolları aşkar olunmuş, həmin çətənə kollarının kökü sulanmış, aqrotexniki qaydada qulluq edilməsi müşahidə edilmişdir. Bundan sonra baxış davam etdirilmiş, baxış zamanı həmin yerdə quruması üçün yerə və moruq kollarının üstünə sərilmiş vəziyyətdə tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya oxşar çətənə bitkisinin kütlələri aşkar olunmudur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin quruması üçün sərdiyini bildirmişdir. Gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən aşkar olunmuş səkkiz ədəd çətənə bitkiləri ağ rəngli kağız zərfə, yerə və moruq kollarının üzərinə quruması üçün sərilmiş tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya oxşar kütlələr iki ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırılmış, ağzı bağlanılmış, üzəri imzalanaraq möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5, Şahid3, Şahid2, Şahid4, Şahid7, Şahid6 Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da Şahid8 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ali təhsilli alim-aqronomdur və 44 ildir ki, aqronom təcrübəsinə sahibdir. xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında polis əməkdaşları gələrək mütəxəssis qismində onlara kömək etməsini xahiş etmişlər. Heç bir etirazını bildirməmiş və bundan sonra həmin gün günorta radələrində baxışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs adlı şəxsin onlara göstərdiyi ünvana getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs onları fermanın yaxınlığında meşə zolağında moruq kollarının arasına apararaq orada xüsusi hazırlanmış yeri göstərmişdir. Baxış zamanı həmin yerdə tərkibində narkotik maddə olan 8 ədəd çətənə bitkisinin kolları aşkar olunmuş, həmin 8 ədəd çətənə bitkisinin hündürlüklərini dəqiq xatırlamasa da, həmin bitkilərin hündürlükləri 1 metr və ya 1 metrdən artıq olmuşdur. Tərəfindən həmin 8 ədəd çətənə kollarına baxış keçirilmiş və həmin çətənə kollarının köklərinin sulandığı, aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Müəyyən etdiklərinin protokola qeyd edilməsi məqsədi ilə o, bu barədə polis əməkdaşlarına bildirmişdir. Bundan sonra baxış davam etdirilmiş, baxış zamanı həmin yerdə quruması üçün yerə və moruq kollarının üstünə sərilmiş vəziyyətdə tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər çətənə bitkilərinin kütlələri aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin quruması üçün sərdiyini bildirmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən aşkar olunmuş 8 ədəd çətənə bitkiləri ağ rəngli kağız zərfə, yerə və moruq kollarının üzərinə quruması üçün sərilmiş tünd yaşıl rəngli, kəskin iyli quruudulmuş marixuanaya oxşar kütlələr iki ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırılıb ağzı bağlanılmış, üzəri imzalanaraq möhürlənib ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Şahid Arif Məmmədovun məhkəmə iclası zamanı aşkar edilmiş 8 ədəd çətənə bitkisinin hündürlükləri ilə bağlı göstərdiyi xüsusat üzrə onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi həmin hissədə elan olunmaqla tədqiq olunmuş və ifadəsi elan olunduqdan sonra ona ünvanlanan suala cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli “Raport”dan görünür ki, Yevlax rayonunun Köyük kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkibbecərməsi, kultivasiya etməsi və fərdi yaşayış evində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 Qərb bölgəsində regional Şöbəsinə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Yevlax rayonunun Köyük kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkib-becərməsi, kultivasiya etməsi faktının müəyyən edilməsi üçün təxirəsalınmaz hal kimi müvafiq əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 07) Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixdə Yevlax rayonunun Köyük kəndində yerləşən yaşadığı evin həyətində və həyətyanı sahəsində axtarış aparılmasına və baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. (cild 01, iş vər. 16) Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində və özünə məxsus qoyun fermasının yaxınlığında meşə zolağında tərkibində narkotik maddə olan bitkilər əkibbecərməsi, kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 QBRŞ-nin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə 13 radələrində yaşadığı Yevlax rayonunun Köyük kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılmış, icazəsi və iştirakı ilə yaşadığı ünvana baxış keçirilərkən evin yataq otağından beş ədəd polietilen torbada ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram və 225 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 1315 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs iştirakı ilə Yevlax rayonunun Köyük kəndində yerləşən meşə zolağından torpaqda əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərməklə yetişdirilmiş əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 55 qram təşkil edən 08 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və külli miqdarda - 13450 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 14-18) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid8 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vər. 107-108) Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus olan fermanın yaxınlığında meşə zolağında moruq kollarının arasında ətrafdan görünməyən sahəsi təxminən 0,15 sotdan ibarət yer hazırlaması, deməsinə görə, bu ilin may ayında 54 sayda çətənə kolu əkib-becərərək aqrotexniki qaydada qulluq edib yığması, həmin yerdə çətənə bitkisinin zəif yetişən 8 ədəd kolunu saxlayaraq qulluq etməkdə davam etməsi müəyyən edildi. Belə ki, becərmə nəticəsində narkotik xassəli bitki çətənə kolu daha intensiv inkişaf etmişdir, çətənə kollarının yığılaraq kökündən çıxarılmasının yerləri aşkar görünür. Həmin yerdə 8 ədəd narkotik tərkibli çətənə kollarının ətraf hissəsində torpaq yumşaldılaraq, çətənə kolunun suvarılması üçün həmin hissəyə suvarma arxı çəkilmiş, qulluq edərək becərməkdə davam etməsi müəyyən olundu. Aşkar olunmuş 8 (səkkiz) ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq edilmiş, hər bir ədədinin hündürlüyünün orta hesabla 50-60 sm və hər bir ədəd çətənə kolunun çəkisinin orta hesabla 10 qram, ümumi çəkisinin isə 80 qram olması müəyyən edildi. Nəticə: Təqsirləndirilən şəxs məxsus fermanın yaxınlığında yerləşən meşə zolağında moruq kollarının arasında hazırlanmış 0,15 sot sahədə aqrotexniki qulluq edilmiş 8 ədəd bitki narkotik xassəli çətənə koludur. (cild 01, iş vər. 19) Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 532 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkisinin kolları” sözləri yazılmış, bir ədəd kağız paketdə ümumi sayı 8 (səkkiz) ədəd, ümumi təmiz çəkisi 55 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilərkən aşkar olunan qurudulmuş marixuanaya oxşar kütlə” yazısı və imzalar olan sintetik kisədəki 5 (beş) ədəd polietilen torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 325 qram, 375 qram, 180 qram, 210 qram, 225 qram, ümumi təmiz çəkisi 1315 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş hər birinin üzərində “Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilər əkibbecərdiyi yerdən aşkar olunmuş qurudulmuş marixuanaya oxşar kütlə” yazısı və imzalar olan iki ədəd sintetik kisədəki, ayrı-ayrılıqda təmiz çəkiləri 7150 qram, 6300 qram, ümumi təmiz çəkisi 13450 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd sintetik kisədə və 5 ədəd polietilen torbada olan marixuanalar xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 43-44) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Məcburi müalicəyə əks-göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 118- 119) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 206-347-1220 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri ƏAT-i zamanı Yevlax rayonunun Köyük kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəlkərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Yevlax rayonunun Köyük kəndi ərazisində saxlanılmışdır. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı həmin kənddə əkib-becərərək əldə etdiyini bildirmişdir. Keçirilən ƏAT-i nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsi müəyyən edilməmiş, bu istiqamətdə ƏAT-i davam etdirilmişdir. Təqsirləndirilən şəxs Yevlax rayonunda, eləcə də ətraf rayonlarda yaşayan narkotik vasitələr satmaqda şübhəli və qəbul etməkdə şübhəli olan şəxslərlə əlaqələri yoxlanılmış, bu məqsədlə onun tanışları və əlaqə saxladığı şəxslər arasında tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. (cild 01, iş vər. 155) Cinayət işinin materiallarında olan Yevlax rayonu Qaramanlı bələdiyyəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Yevlax rayonunun Köyük kənd sakini Təqsirləndirilən şəxs Yevlax rayonunun Köyük kəndində özünə məxsus fermanın ərazisində narkotik tərkibli çətənə kollarını əkib yetişdirməklə kultivasiya etdiyi torpaq sahəsi Yevlax rayonu Qaramanlı kənd bələdiyyəsinin balansında olan kənd təsərrüfatı təyinatı olmayan örüş torpaq sahəsidir. Həmin torpaq sahəsi Təqsirləndirilən şəxs məxsus fermanın yerləşdiyi Yevlax rayonu Qaramanlı bələdiyyəsinə məxsus olan 1,9 ha torpaq sahəsinin şimal hissəsindən qərb hissəsi istiqamətində hərəkət etdikdə 100 metrlik məsafəsində olan su arxının sağ kənarında yerləşən eni 2 m uzunluğu 6 m, eni 3 m uzunluğu 7 m, eni 3 m uzunluğu 8 m olan 3 ayrı-ayrı ərazidən ibarətdir. Sözügedən torpaq sahəsi xx.xx.2004-cü il tarixdən icarə müqaviləsi əsasında Yevlax rayonunun Köyük kənd sakini Təqsirləndirilən şəxs atası mərhum X2 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Hal-hazırda icarə müqaviləsinin müddəti bitməsinə baxmayaraq sözügedən torpaq sahəsi Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin istifadəsindədir. (cild 02, iş vər. 9) Cinayət işinin materiallarında olan Respublika Psixiatriya Xəstəxanası X8 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 684 saylı məktubdan görünür ki, Yevlax rayonunun Köyük kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə bu xəstəxanada müalicə olunmayıb. (cild 01, iş vər. 154) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarını araşdıran və sübutlara məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi ilə irəli sürülən ittiham öz təsdiqini tapmadığından, yəni şəxsin əməlində CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilməli, CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-nin 237.2.3-cü maddəsinə tövsif olunmalı, həmçinin CM-nin 237.1-ci maddəsi ilə irəli sürülən ittiham CM-nin 237.2.3cü maddəsi ilə əhatə olunduğundan Təqsirləndirilən şəxs yalnız CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Belə ki, CM-nin 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət məsuliyyətinə səbəb olur. Maddənin dispozisiyasında nəzərdə tutulmuş mənada torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman təqsirkar qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (məsələn, torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlıq işləri aparır və ya təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa şəxsə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan əvəz etməsində təzahür edir. Torpaq sahəsini özbaşına becərmə dedikdə isə hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülür. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizlənməsi), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxslərin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Başqa sözlə, təqsirkar şəxs becərdiyi torpaq sahəsinin özgəyə məxsus olduğunu, torpaq sahəsinin qanuni sahibinin iradəsinin əleyhinə olaraq və torpaq sahəsinin boşaldılması tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir, habelə həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirir, kollardan, daşlardan təmizləyir, şumlayır, toxum səpir və s. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Yəni şəxs başqasına məxsus torpaq sahəsində heç nə əkməsə də, məsələn, dövlət meşə fonduna məxsus olan torpaq sahəsini qanunsuz olaraq hasara və ya çəpərə alırsa və həmin torpaq sahəsi üzərində dövlətin mülkiyyət hüququnu aşkar surətdə bu yolla pozursa, Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarında olan sübutlardan görünür ki, Yevlax rayonu Qaramanlı bələdiyyəsinin balansında olan kənd təsərrüfatı təyinatlı olmayan sözügedən örüş torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən özbaşına hasarlanmamış, çəpərə alınmamış, təqsirləndirilən şəxsin həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. Həmin torpaq sahəsi 2004-cü il tarixdə qanuni əsasla bələdiyyə tərəfindən təqsirləndirilən şəxsin atasına və onun timsalında ailəsinə (yəni oğlu Təqsirləndirilən şəxs) icarəyə verilmişdir. Həmin tarixdən Təqsirləndirilən şəxs saxlanıldığı vaxtadək sözügedən torpaq sahəsi sonuncunun ailəsinin istifadəsində olmuş, icarə müddətinin bitməsinə baxmayaraq bələdiyyə tərəfindən hər hansı bir müraciət (torpağın geri qaytarılması və s.) olmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs qanuni əsasla həmin torpaq sahəsindən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.2-ci maddəsinə əsasən isə torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilən cinayətlərə aid olduğundan təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülməsi o zaman əsaslı olardı ki, onun məqsədi bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etmək olsun. Lakin təqsirləndirilən şəxsin torpaq sahəsini zəbt etmək kimi məqsədi olmamışdır. Çünki torpaq onsuzda onun və ailəsinin istifadəsində olmuş, bələdiyyə mövcud müqavilə müddəti bitdikdən sonra yazılı qaydada hər hansı sorğu ilə Təqsirləndirilən şəxs müraciət etmədiyindən faktiki olaraq müqavilə üzrə hüquq münasibətləri qeyri-müəyyən müddətə uzadılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsini özbaşına tutmadığından və nəticə etibarı ilə onun əməlində CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından ona həmin maddə ilə irəli sürülən ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü və 237.1-ci maddəsi ilə irəli sürülən ittihama gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli Qərarında qeyd olunur ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaş-xaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin göstərilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Eyni zamanda sözügedən qərarda göstərilmişdir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olan tərkibində narkotik maddələr olan bitkilərin miqdarının (o cümlədən şəxsi istehlak miqdarının) müəyyən edilməsi məsələsi həll edilərkən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunun İ Siyahısında nəzərdə tutulan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda) əsas götürülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərdən toplanan miqdar “külli miqdar” əlamətini yaratdıqda, bu, cəzanı ağırlaşdıran hal hesab olunur və şəxsin əməli CM-in 237.2.3-cü maddəsində qeyd olunan cinayət kimi tövsif edilir. Qeyd olunduğu kimi, cinayət məsuliyyətinə səbəb olan tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz toplanmasının ölçü vahidləri (külli miqdarı) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda nəzərdə tutulmuş Siyahılarla müəyyən edilir. Həmin Siyahıların “Narkotik vasitələr” adlı İ Siyahısında həm inzibati xəta yaradan səxsi istehlak miqdarı, həm də cinayət məsuliyyətinə səbəb olan şəxsi istehlak miqdarından artıq miqdar, eləcə də bu narkotik vasitələrin külli miqdar hesab edilməsi miqdarı müəyyən olunmuşdur. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair İİİ Siyahı ilə isə bu bitkilərin cinayət məsuliyyətinə səbəb olan say miqdarı külli miqdar kimi müəyyənləşdirilmişdir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərkibində narkotik maddələr olan bitkilər (onların hissələri) narkotik vasitə olduğuna görə (“Narkotik maddələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.1-ci maddəsi) CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş külli miqdar məsələsi həll edilərkən göstərilən İ Siyahıda müəyyən olunan miqdarlar (həm qurudulmuş, həm də qurudulmayan halda), külli miqdar (say vahidləri) məsələsi həll edilərkən isə İİİ Siyahı əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə isə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq Cinayət Məcəlləsinin 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib-becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 532 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilərkən aşkar olunan qurudulmuş marixuana, əkib-becərdiyi yerdən aşkar olunmuş qurudulmuş marixuanalar xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs evindən və əkib-becərdiyi sahədən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuanaların xarici əlamətlərinə və tərkiblərinə görə eyni olması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs evində və sözügedən sahədə aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanalar sonuncu tərəfindən kultivasiya etmiş olduğu çətənə bitkilərindən yığılıb qurudulmuşdur. Tərkibində narkotik maddələr olan çətənə bitkilərinin kultivasiyası aqrotexniki qaydada qulluq olunmuş həmin bitkinin hissələrinin toplanmasını da əhatə etdiyindən və bitki hissələrini toplayan şəxsin əməlini həmin an üçün onun saxlanması da əhatə etdiyindən, yəni kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərinin hissələrini toplayan şəxs topladığı məhsulu (bitkinin hissələrini) hər hansı bir yerə qoymaq məcburiyyətində olduğundan həmin an üçün bu cinayəti törədən şəxs bütövlükdə Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş əməlini, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmiş sayılır ki, hazırkı halda Təqsirləndirilən şəxs məhz qeyd edilən cinayət əməlini törətmişdir. Konstitusiya Məhkəməsinin Qərarında qeyd edildiyi kimi, əməlin Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması Cinayət Məcəlləsinin 237-ci maddəsinin tərkib əlamətini təşkil etdiyindən əkilmiş narkotik tərkibli çətənə bitkilərinin toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin toplanmasına, saxlanılmasına görə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə əlavə ittihamın verilməsi qanuna müvafiq deyil. Bu baxımdan Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında göstərilən “tərkibində narkotik maddələr olan bitkilərdən toplanan miqdar “külli miqdar” əlamətini yaratdıqda bu cəzanı ağırlaşdıran hal hesab olunur və şəxsin əməli CM-in 237.2.3-cü maddəsində qeyd olunan cinayət kimi tövsif edilir” qeyd əsas götürülməklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik tərkibli çətənə bitkilərini satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə əkib-becərməsini, onun hissələrini satış məqsədi olmadan topladığını bildirməsindən asılı olmayaraq, sonuncunun əməli aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisi (hazırkı halda 14765 qram) nəzərə alınmaqla Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda Təqsirləndirilən şəxs qarşı CM-nin 237.1-ci maddəsi ilə irəli sürülən ittiham da həmçinin CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunmalıdır. Odur ki, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham həmin Məcəllənin 237.2.3-cü maddəsinə tövsif olunmalı və CM-nin 237.1-ci maddəsi ilə verilmiş ittiham isə CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sözügedən ərazidən aşkar olunmuş 8 ədəd çətənə bitkisinin onun tərəfindən kultivasiya edilmədiyi, həmin bitkilərin yabanı halda bitdiyi barədə göstərdiyi xüsusatlar, həmçinin aşkar olunan narkotik vasitənin ümumi çəkisinin polis əməkdaşları tərəfindən şişirdilməsi barədə qeyd etdikləri cinayət işinin materiallarında olan sübutlarla (mütəxəssis-aqronomun rəyi, iş üzrə məhkəmə bioloji ekspertizasının rəyi, şahid ifadələri və s.) tam təkzib olunduğundan sonuncunun məhkəmə istintaqı zamanı qeyd etdikləri müdafiə xarakterli ifadələr kimi qəbul olunur və məhkəmə hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Beləliklə, məhkəmə istintaqı nəticəsində məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayının 5-dən sonrakı istintaqa məlum olmayan müddətdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddətdə Yevlax rayonunun Köyük kəndində yerləşən, lakin Yevlax rayonu Qaramanlı bələdiyyəsinin balansında olmaqla icarə əsasında istifadəsində olan örüş torpaq sahəsində qanunsuz olaraq ümumilikdə xeyli miqdarda - 08 (səkkiz) ədəddən artıq sayda olmaqla çətənə bitkisinin toxumlarını əkib, narkotik tərkibli çətənə (kannabis) bitkilərini xüsusi qaydada qulluq göstərməklə yetişdirib kultivasiya etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb Bölgəsində Regional şöbəsinin əməkdaşları ilə Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə birgə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs kultivasiya etdiyi həmin narkotik tərkibli çətənə bitkilərinin hissələrindən topladığı külli miqdarda hesab edilən 14765 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 13450 qramı qeyd edilən ərazidə, qalan 1315 qramı isə Yevlax rayonunun Köyük kəndində yerləşən nömrəsiz fərdi yaşayış evində aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi və 2012-ci il, o cümlədən 2016-cı il təvəllüdlü iki azyaşlı uşağı ilə birlikdə Yevlax rayonunun Köyük kəndində yaşayır və qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. (cild 01, iş vər. 110-113) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 01, iş vər. 114) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət səciyyələnməsini və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019cu il tarixdə saat 13:55-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 30) Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(005)-883/2019 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 95-97) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzanın başlanğıcı hökmün çıxarıldığı gündən, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxx 2019-cu il tarixli 2519 nömrəli rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalan qalıq çəkisi 14763,6 qram olan qurudulmuş marixuana və ümumi sayı 8 ədəd olmaqla əkilib-becərilməsi qadağan olunmuş tədqiqata sərf edildikdən sonra qalan qalıq çəkisi 53,4 qram narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 104,40 AZN (yüz dörd manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalan qalıq çəkisi 14763,6 qram olan qurudulmuş marixuana və ümumi sayı 8 ədəd olmaqla əkilib-becərilməsi qadağan olunmuş tədqiqata sərf edildikdən sonra qalan qalıq çəkisi 53,4 qram narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 104,40 AZN (yüz dörd manat, qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X5 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-20/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-20/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver