Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-20/2022 22.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Şəki şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 2730.99 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsualla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və Şəki şəhəri mal bazarı ərazisində yerləşən köhnə tikilinin arxasında gizlədərək saxlamış, 03 iyun 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X3 Qrupunun və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saat 20:45 radələrində Şəki şəhəri, X7 prospektində «Güyümlər» adlanan ərazidə avtobus dayanacağının qarşısında saxlanılaraq Şəki şəhəri, X9 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 23:06 radələrindən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı, bir ədəd kibrit qutusunda təmiz çəkisi 6.20 qram, həmin şalvarın sağ yan cibindən beş ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,16 qram, 0,15 qram, 0,16 qram, 0,30 qram, 0,27 qram olmaqla ümumi təmiz çəkiləri 1.04 qram olan cəmi ümumi təmiz çəkisi 7.24 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat tədbirlərinin davamı olaraq 04.06.2021-ci il tarixdə saat 02:43 radələrindən başlayaraq Səki şəhəri, Salman Mümtaz küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsi istiqamətində yolun sol hissəsində yerləşən mal bazarının ərazisində olan köhnə tikilinin arxasına baxış zamanı onun qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda qanunzuz olaraq əldə edib gizlədərək saxladığı bir ədəd ağ rəngli sintetik kisənin içərisindəki bir ədəd şəffaf sellofan torbadan 11 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.30 qram, 0.45 qram, 0.22 qram, 0.18 qram, 0.16 qram, 0.35 qram, 0.30 qram, 0.19 qram, 0.46 qram, 0.31 qram, 0.56 qram ümumi təmiz çəkiləri 3.48 qram, 15 ədəd kibrit qutularında aryrıayrılıqda təmiz çəkiləri 5.84 qram, 5.95 qram, 6.78 qram, 7.66 qram, 4.58 qram, 5.96 qram, 4.97 qram, 5.88 qram, 6.09 qram, 7.04 qram, 6.05 qram, 5.92 qram, 5.59 qram, 6.00 qram, 5.96 qram ümumi təmiz çəkiləri 90.27 qram, bir ədəd ağ rəngli sintetik kisədə 2 kiloqram 630.00 qram, cəmi ümumi təmiz çəkisi 2 kq 730.99 qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 iyun 2021-ci il tarixdə Şahid3 adlı tanışı ona zəng vuraraq narkotik vasitə istəmiş, Vüqara dağda olduğunu və saat 18 radələrində aşağı düşəcəyini bildirmişdir. Saat 1940-də Vüqara zəng vurmuş, sonuncu “Şəki Store”-nin yanında olduğunu demişdir. Güyümlər adlanan yerin yaxınlığına çatanda Vüqar bir dəfə də ona zəng vuraraq harada olduğunu soruşmuş, Vüqara 11 nömrəli məktəbin yanında olduğunu demişdir. Vüqar ona həmin yerdən bir qədər yuxarıda olduğunu və həmin yerə qalxmasını demişdir. Məktəbin yanından bir qədər yuxarı doğru irəliləyərkən dayanacağın yanında Elnur adlı əməliyyat müvəkkili onu saxlamış, həmin vaxt hər ikisi yerə yıxılmışlar. Saxlanılan zaman üzərində bir ədəd kibrit qutusunda və bir ədəd bükümdə narkotik vasitə olan marixuana olmuş, polis əməkdaşları bir paket çıxararaq həmin paketin ona məxsus olmasını bildirmişlər. Polislərin həmin sözlərinə etiraz etdiyinə görə Coşqun və Şəhriyar adlı əməliyyat müvəkkilləri ona təzyiq göstərək əllərini və ayaqlarını skotçla bağlamış, polislərin təzyiqi nəticəsində həmin narkotik vasitənin ona məxsus olması barədə ifadə vermişdir. Eyni zamanda mal bazarında aşkar olunan narktik vasitə də ona məxsus olmamış, həmin narkotik vasitəni də təzyiq nəticəsində özünə məxsus olmasını bildirmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilkin ifadəsində göstəmişdir ki, 2020-ci ilin avqust ayının ortalarında Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən yonca sahəsinə baxmağa gedən zaman yolun kənarında yabanı halda bitən çətənə bitkilərinin yarpaqlarından bir az yığıb qurudub sonradan çəkmişdir. Həmin çətənə bitkisinin keyfiyyəti yaxşı olduğuna görə bir həftədən sonra özü ilə iki torba götürüb həmin çətənə bitkilərindən təxminən 14-15 ədədini çıxarıb torbalara yığmış, sonra üstünə yonca sahəsindən biçdiyi otu yığıb geri Şəki şəhərinə qayıtmışdır. Əvvəlcə arabadakı yığdığı çətənə kollarını aparıb dağda kolluqda gizlədib oradan evinə gəlib otu həyətlərinə boşaltmışdır. Səhəri gün dağa gedib çətənə bitkilərini gizlətdiyi yerdən götürüb torbadan çıxarıb orada bir neçə gün ərzində qurutmuşdur. Sonradan həmin qurutduğu çətənə bitkilərini ağ rəngli sintetik torbaya yığıb aparıb Şəki şəhərindəki mal bazarında olan köhnə tikilinin arxasında gizlətmiş, narkotik vasitə istifadə etmək istəyəndə həmin narotik vasitədən götürüb istifadə etmişdir. Həmçinin həmin narkotik vasitədən satmaq üçün kibrit qutularına və kağız bükümlərə yığmış, mal bazarına mal satmağa gedəndə özü ilə aparıb tanımadığı şəxslərə satmışdır. Sonuncu dəfə dağda sintetik torbada gizlətdiyi narkotik vasitə olan marixananı 02 iyun 2021-ci il tarixdən gecə saat 04 radələrində götürüb gətirib mal bazarındakı köhnə tikilinin arxasında gizlətmişdir. Həmin vaxtı torbadan satmaq üçün bir kibrit qutusu və 5 kağız bükümdə narkotik vasitə olan marixuana götürmüşdür. 03 iyun 2021-ci il tarixdə saat 2030 radələrində piyada Şəki şəhəri, M.Rəsulzadə küçəsi ilə 11 nömrəli məktəbin yanından şəhərin «Güyümlər» adlanan ərazisinə doğru qalxan zaman dayanacağın qarşısına çatanda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını, həmçinin ona narkotik vasitə əldə etməsi barədə məlumat daxil olduğuna görə Şəki ŞRPŞ-nə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları ilə razılaşaraq Şəki ŞRPŞnə gəlmiş, şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə aparılan şəxsi axtarış zamanı bir ədəd kibrit qutusunu, həmçinin 5 ədəd kağız bükümləri təqdim edib içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin avqust ayında Öryət kəndi ərazisində yolun kənarında yabanı halda bitən çətənə bitkilərindən yığdığını bildirmişdir. Kibrit qutusunu və kağız bükümləri açdıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuş, həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra yığdığı narkotik vasitədən Şəki şəhərində yerləşən «Mal bazar»ında gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini dedikdən sonra iştirakı ilə həmin yerə baxış keçirilən zaman mal bazarında köhnə tikiliyə çatandan sonra həmin tikilinin arxasından 2020-ci ilin avqust ayının ortalarında Şəki rayonu, Öryət kəndi ərazisində yolun kənarında yabanı halda bitən çətənə bitkilərindən yığıb bir ədəd ağ rəngli sintetik torbada gizlətdiyi narkotik vasitə olan marixuananı təqdim etmişdir. Həmin sintetik torba açıldıqda içərisində bir ədəd şəffaf torbada 15 ədəd kibrit qutusu, kağız bükümlərə yığdığı 11 ədəd kağız büküm və bir ədəd elektron tərəzinin olduğu, sintetik torbanın içərisində isə yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Selofan torbanın içərisindəki 15 ədəd kibrit qutusuna yığdığı, eləcədə 11 ədəd kağız bükümlərə yığdığı narkotik vasitə olan marixuananı və bir ədəd elektron tərəzini ayrı-ayrı zərflərə qoyularaq möhürləndikdən sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin X3 Qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 03.06.2021-ci il tarixdə Müzəffər adlı şəxsin Şəki şəhərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs saat 2045də Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən «Güyümlər» dairəsinin yaxınlığındakı avtobus dayanacağında saxlanılaraq Şəki Şəhər-Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən bir kibrit qutusunu, şalvarının sağ yan cibindən 05 ədəd kağız bükümləri və bir qutu Rothmans siqaretini çıxarıb stolun üstünə qoymuşdur. Təqsirləndirilən şəxs 5 ədəd kağız bükümlərin içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin avqust ayında Öryət kəndi ərazisində yolun kənarında yabanı halda bitən çətənə bitkilərindən yığdığını bildirmişdir. Kibrit qutusu və kağız bükümlər açıldıqda içərisində yaşıl rəngli bitki kütləsinin olduğu aşkar olunmuş, həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının ortalarında Şəki rayonu, Öryət kəndi ərazisindən yolun kənarında yabanı bitən halda çətənə bitkilərindən yığıdığı narkotik vasitənin bir hissəsini Şəki şəhərində yerləşən «Mal bazar»ında gizlətdiyini və həmin narkotik vasitəni təqdim edə biləcəyini dedikdən sonra mal bazarında köhnə tikiliyə çatandan sonra həmin tikilinin arxasından bir ədəd ağ rəngli sintetik torbada gizlətdiyi narkotik vasitəni təqdim etmişdir. Həmin sintetik torbanın içərisində bir ədəd şəffaf torbada 15 ədəd kibrit qutusu, 11 ədəd kağız büküm və bir ədəd elektron tərəzinin olduğu, həmçinin sintetik torbanın içərisində yaşıl rəngli bitki kütləsi olduğu müəyyən olunmuşdur. Höəmin kütlələr və elektron tərəzi də qablaşdırılaraq götüürlmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmiş, sonuncuya heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsustları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanımış, birlikdə narkotik vasitə istifadə etmişlər. 03.06.2021-ci il tarixdə Şəki şəhəri,M.Rəsulzadə prospektində yerləşən “Şəki Store” mağazasının qarşısında olan zaman Müzəffər ona zəng vurub bir qədər danışandan sonra ona birlikdə nəşə çəkmələrini təklif etdikdə sonuncu ilə razılaşmışdır. Saat 1930 radələrində Müzəffər ona zəng vurub “Güyümlərə” qalxdığını və orda görüşmələrini təklif etdiyi üçün Şəki stor mağazasının qarşısından piyada “Güyümlər” adlanan əraziyə düşmüş, saat 2035 radələrində “Güyümlər” adlanan əraziyə çatanda aşağıdan Müzəffərin ona doğru gəldiyini görmüşdür. Sonra Müzəffər ona doğru gələndə səkidə dayanan iki şəxsin Müzəffərə yaxınlaşıb onu yolun kənarında dayanan Şevrolet Niva markalı avtomobilə doğru apardıqlarını görmüşdür. Həmin şəxslərdən birinin Ramil adlı polis əməkdaşı olduğunu bilmişdir. Müzəffəri polis əməkdaşlarının tutduğunu görüb ordan uzaqlaşaraq evlərinə getmişdir. Sonradan polis əməkdaşlarının Müzəffəri narkotik vasitə olan marixuana satdığına görə tutduqlarını eşitmişdir. Polis əməkdaşları ilə əməkdaşlıq etməmiş, sonuncunun tutulması üçün polislərə heç bir məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 17/398 nömrəli rəyindən görünür ki, təqdim olunmuş, üzərində « Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş götürülmüş…01 ədəd kibrit qutusu» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi -6,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində « Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş götürülmüş narkotik vasitəyə oxşar kütlə… » sözləri və imzalar yazılmış zərfin içərisindəki 05 (beş) ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,16 qram, 0,15 qram, 0,16 qram, 0,30 qram, 0,27 qram ümumi təmiz çəkiləri 1.04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs gizlətdiyi yerə baxış zamanı aşkar olunmuş götürülmüş 11 ədəd…» sözləri və imzalar yazılmış zərfin içərisindəki 11 (on bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.30 qram, 0.45 qram, 0.22 qram, 0.18 qram, 0.16 qram, 0.35 qram, 0.30 qram, 0.19 qram, 0.46 qram, 0.31 qram, 0.56 qram ümumi təmiz çəkiləri 3.48 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda « Təqsirləndirilən şəxs gizlətdiyi yerə baxış zamanı aşkar olunmuş götürülmüş…15 ədəd kibrit qutusu…»sözləri və imzalar yazılmış selofan bükümün içərisindəki 15 (on beş) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 05.84 qram, 5.95 qram, 6.78 qram, 7.66 qram, 4.58 qram, 5.96 qram, 4.97 qram, 5.88 qram, 6.09 qram, 7.04 qram, 6.05 qram, 5.92 qram, 5.59 qram, 6.00 qram, 5.96 qram ümumi təmiz çəkiləri 90.27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda « Təqsirləndirilən şəxs gizlətdiyi yerə baxış zamanı aşkar olunmuş götürülmüş… 1ədəd torba…» sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki təmiz çəkisi -2 kiloqram 630.00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş bir ədəd sintetik kisədə, bir ədəd və 15 ədəd kibrit qutularında, beş ədəd və on bir ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2021-ci il tarixli, 844 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 11 avqust 2021-ci il tarixli 455 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixoratik cizgilər) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və içtimai təhlükəlliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03 iyun 2021-ci il tarixli protokoldan və əlavə edilmiş CD-diskdən görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda və həmin şalvarın sağ yan cibindən 5 ədəd kağız bükümlərdə narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli bitki kütlələri aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 04 iyun 2021-ci il tarixli protokoldan və əlavə edilmiş CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, mal bazarı ərazisində yerləhən köhnə tikilinin arxasında gizlətdiyi yerdən götürüb təqdim etdiyi bir ədəd sintetik kisənin içərisindən 15 ədəd kibrit kibrit qutularında, 11 ədəd kağız bükümlərdə və sintetik torbanın içərisində açıq şəkildə narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli bitki kütlələri və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Bakcell MMC-dən daxil olmuş 28.03.2022-ci il tarixli məktubundan görünür ki, ********** nömrəsi 03 iyun 2021-ci il tarixdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Azərfon MMC-dən daxil olmuş 12.04.2022-ci il tarixli məktubdan və ona əlavə olunmuş CD-diskdən görünür ki, Şahid3 istifadəsində olmuş 055 992-64-19 və 077 331- 07-06 nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 546-36-76 nömrəsi ilə danışıqlar və SMS yazışmaları müəyyən olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 03 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2215-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Şəki rayon Məhkəməsinin 05 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş «Şəki Mərkəzi Rayon Xəstəxanası» X8 daxil olmuş 25.06.2021-ci il tarixli, 762 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25.02.2018-ci il tarixdən «Kannobinoidlərin epizodik qəbulu nəticəsində psixi və davranış pozuntuları» diaqnozu ilə «Şəki RMX» publik hüquqi şəxsin Narkologiya kabinetində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş 14.06.2021-ci il tarixli, 655 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Şəki Mərkəzi Rayon Xəstəxanasının Narkoloji şöbəsinin 04.06.2021-ci il tarixli, 161A №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı marixuana qəbulu aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki rayon Prokurorluğunun 23 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasına dair müraciəti üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Pirimlər” məhəllə nümayəndəsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli 246 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 122-də yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşlarının ona təzyiq göstərərək həmin narkotik vasitəni onun üzərinə qoyulmasına, cinayət əməlini Şahid3 tərəfindən təhrik edilməsinə görə törətməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qəbul edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı Şahid3 polis əməkdaşları tərəfindən “gizli agent” kimi cəlb olunmasına və onun polis əməkdaşları ilə hər-hansı bir əlaqəsini təsdiq edən dəlillər aşkar edilməmiş, bundan başqa Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində video çəkilişlə aparılan şəxsi axtarış və baxış zamanı etirafedici ifadə verərək narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilən zaman da Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olması barədə birinci instansiya məhkəməsinə bu barədə bildirmişdir. Ona görə də məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini işin hallarına uyğun gələn daha obyektiv ifadə kimi qəbul edir. Yuxarıda sadalanan səbəblərə görə məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 03 iyun 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 51,06 AZN (əlli bir manat altı qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 51,06 AZN (əlli bir manat altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 2 kq 730,33 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-20/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-20/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver