Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-20/2024 19.02.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X9, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 fevral 1976-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göyçay Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi hökmdən xaric edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əvvəlki hökm üzrə cəzanın çəkilməmiş hissəsi ilə qismən toplanılmaqla 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Göyçay rayonunun Çaxırlı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs X4 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, X18 «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən 2,557 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz əldə edərək 01 şəffaf sellofan bükümdə qablaşdırılmış formada üzərində satış məqsədi olmadan saxlamış, 20 fevral 2023-cü il tarixdə saat 16 radələrində Göyçay şəhəri ərazisində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis şöbəsinə gətirilmiş, 20 fevral 2023-cü il tarixdə saat 16:50-də polis şöbəsinin Növbətçi Hissəsində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,557 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X18 CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, nakotik vasitənin ancaq qurudulmuş marixuana növündən istifadə etmiş, narkotik vasitə heroindən istifadə etməmişdir. 055 581-01-00 mobil telefon nömrəsi onun istifadəsində olmamışdır, 050 ***-**-** və 050 ***-**-** mobil telefon nömrələrinin onun istifadəsində olub-olmadığını xatırlamır. 2007-ci ildən ona borcu olan şəxs borcu qaytarmadığı üçün o, həmin şəxsin yaşadığı evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 20 fevral 2023-cü il tarixdə gecə vaxtı qeyd olunan evə daxil olmuş, lakin evdə uşaq və kənar şəxslər olduğu üçün oğurluq etmədən evin üst hissəsindən tullanıb çıxıb getmiş, həmin vaxt xəsarət almış və bu zaman qeyd olunanlar həmin evdə quraşdırılmış videomüşahidə qurğuları vasitəsilə qeydə alınmışdır. Bundan sonra həmin tarixdə saat 10:00-da polis əməkdaşı Rəşid Vəliyev, habelə adını bilmədiyi, kök və Gəncə şəhərində doğulmuş digər polis əməkdaşı yaşadığı evdə tək olan zaman həmin evə gələrək onu Göyçay Rayon Polis Şöbəsinə aparmışlar və həmin vaxt üzərində narkotik vasitə heroin olmamışdır. Orada olan zaman bir nəfər polis əməkdaşı stolun üzərinə narkotik vasitəni qoymuş və ona məxsus olmasını deməsini tələb etmişdir. Əvvəlcə o, üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd olunan narkotik vasitənin ona məxsus olduğunu etiraf etməmiş, bu səbəbdən də polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları rezin dəyənək vasitəsilə hər iki ayağının alt hissələrinə zərbələr endirərək onu döymüşlər. Polis əməkdaşları onu döydükləri və habelə narkotik vasitənin ona məxsus olmadığını deyəcəyi təqdirdə dəyənəyi göstərərək həmin dəyənəklə barəsində nalayiq hərəkətlər edəcəkləri ilə hədələdikləri, habelə 03 ay sonra barəsində istintaq olunan cinayət işinə xitam verəcəklərini və onu buraxacaqlarını dedikləri üçün qeyd olunan narkotik vasitənin özünə məxsus olmasını demək məcburiyyətində qalmışdır. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə yerləşdirilməsi və ona qarşı edilən qanunsuzluqlarla bağlı müdafiəçisi Rasim Vəliyevə məlumat vermiş, sonuncu isə onun azad olunacağını demiş, lakin qeyd olunanlarla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Habelə cəzaçəkmə müəssisəsinə daxil olarkən müayinə olunmuş, lakin bu zaman bədənində xəsarətlər aşkar olunmamışdır. Onun saxlanılmasında polis əməkdaşı Şükür Məmmədov iştirak etməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. X9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 30 may 2023cü il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitədən istifadə edir. 20 fevral 2023-cü il tarixdə saat 16 radələrində Göyçay şəhəri, Bakı küçəsində yaşadığı binanın yaxınlığında olarkən əynində olan boz rəngli şalvarın sol yan cibində bir büküm narkotik vasitə olan heroin saxlamış və həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitədən istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Göyçay Rayon Polis Şöbəsinə aparılmış, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. O, üzərindən aşkar edilən kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni polis əməkdaşları tərəfindən saxlanıldığı gün səhər saatlarında yaşadığı binanın dəhlizində yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. X9 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 21 fevral 2023cü il və 22 fevral 2023-cü il tarixlərdə müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən mənzildə olan zaman polis əməkdaşları oraya gəlmişlər və onu Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Orada olan zaman polis əməkdaşları ondan oğurluq hadisəsini törədib-törətmədiyini soruşmuşlar, o isə həmin əməli törətmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə narkotik vasitə yerləşdirəcəklərini deyərək videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər və 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunacağını demişlər, əks halda isə oğurluq hadisəsinə görə daha artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum oluncağını bildirmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş, 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin polis əməkdaşı tərəfindən əynində olan şalvarın sol yan cibinə yerləşdirilmiş, daha sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman şalvarın sol yan cibindən qeyd olunan narkotik vasitə aşkar olunmuş, o, göstərilən narkotik vasitəni yaşadığı binanın 4-cü mərtəbəsində dəhlizdən tapdığını və üzərində saxladığını bildirmişdir. Daha sonra narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 fevral 2023-cü il tarixdə X9 narkotik vasitədən istifadə etməsi və mütəmadi olaraq üzərində narkotik vasitəni gəzdirməsi barədə Göyçay RPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Famil Qədirov həmin tarixdə saat 16 radələrində Göyçay şəhəri, Bakı küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, yaşadığı binada dəhlizdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 2,85 qram olmas müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19, X23 və X6 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib şahid X13 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə səhər saat 04:00- 05:00 radələrində bibisi oğlu X20 ona zəng edərək yaşadığı evə bilmədiyi şəxsin daxil olduğunu demiş və təcili olaraq həmin evə gəlməsini xahiş etmişdir. Həmin vaxt bibisinin oğlu Elşən Əliyev “WhatsApp” proqramı vasitəsi ilə ona videogörüntü göndərərək həmin videogörüntüdə müşahidə olunan şəxsin Famil Qədirov olub-olmamasını soruşmuş, o da bunu təsdiq etmiş və bu zaman evə daxil olan şəxsin əmisi Famil Qədirov olduğu ona məlum olmuşdur. Bundan sonra o, bibisi oğlu Elşən Əliyevin yaşadığı ünvana getmiş və orada olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng etmişlər. Bir müddət sonra isə Göyçay RPŞ-nin əməkdaşları onlarla əlaqə saxlayaraq səhər saat 08:00-09:00 radələrində evə baxış keçirmişlər və həmin vaxt evdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə Famil Qədirovun evə daxil olması zamanı qeyda alınmış videogörüntülərə baxmışlar. Bundan sonra polis əməkdaşları videogörüntüdə müşahidə olunan şəxsin kim olduğunu soruşmuşlar, o isə həmin şəxsin əmisi Famil Qədirov olduğunu demişdir. Polis əməkdaşı X6 əl-barmaq izləri götürmüş və həmin yeri tərk etmişdir. Bir müddət sonra isə əməliyyat müvəkkili Rəşid Vəliyev ondan əmisi Famil Qədirovun harada yaşadığını soruşmuş, o da polis əməkdaşları ilə birlikdə əmisi Famil Qədirovun yaşadığı evin yanına gedərək həmin evi göstərmiş və bundan sonra qeyd olunan yeri tərk etmişdir. Bir müddət sonra əmisi Famil Qədirovun polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmiş, əvvəlcə polis əməkdaşları ona evdən heç nə oğurlanmadığına və hər hansı ziyan dəymədiyinə görə əmisi Famil Qədirovu həbs edə bilməyəcəklərini və 20 gün saxladıqdan sonra buraxacaqlarını demişlər, lakin sonradan sonuncu tutulmuşdur. O, bu barədə əməliyyat müvəkkili Rəşid Vəliyevin dediklərini sonuncuya xatırlatmış, Rəşid Vəliyev isə belə lazım olduğunu demişdir. Famil Qədirovun evə daxil olmağa cəhd etməsi ilə bağlı araşdırma aparılan zaman 20 fevral 2023-cü il tarixdə izahat vermək üçün Elşən Əliyevlə birlikdə polis şöbəsinə getmişlər və izahat vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində xidmət edir. 20 fevral 2023cü il tarixdə səhər saat 05:00-06:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng olunmuş, müraciət əsasında saat 06:00-07:00 radələrində hadisə yerinə baxış keçirmişlər və əl-barmaq izləri götürmüşlər. Həmin vaxt evdə videomüşahidə kameralarının quraşdırılması barədə ona məlumat verilməmiş, Famil Qədirovun evə daxil olmasını əks etdirən videogörüntülər ona təqdim olunmamış, evə daxil olan şəxsin kim olması ona bildirilməmişdir və bundan sonra isə polis şöbəsinə qayıtmışlar. 20 fevral 2023-cü il tarixdə və ya 21 fevral 2023-cü il tarixdə təhqiqatçı ilə söhbət əsasında sonuncu ona Famil Qədirovun saxlanıldığını demiş, bir müddət sonra isə polis şöbəsinin inzibati binasının dəhlizində sonuncunun qohumlarını görmüşdür. Həmin şəxslər evlərinə daxil olmaq istəyən şəxsin Famil Qədirov ola biləcəyini demişlər və Famil Qədirovun narkotik vasitə əldə edərək saxladığına görə saxlanılaraq polis şöbəsinə gətirildiyi barədə 21 fevral 2023-cü il tarixdə məlumat əldə etdiyi üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş və evə daxil olması faktı ilə bağlı həmin tarixdə Famil Qədirovun, habelə qeyd olunan evdə olan şəxslər X24 və X10 izahatlarını almışdır. Famil Qədirov izahatında evə daxil olmaq istədiyini, lakin evdə qohumlarının olduğunu görüb qaçdığını bildirmişdir. X16 qeyd olunan evə daxil olması ilə bağlı aparılmış araşdırma nəticəsində 01 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, lakin texniki səhv edilərək qərarın qəbul olunma tarixi kimi 01 fevral 2023-cü il tarixi göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 fevral 2023-cü il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis X1 narkotik vasitədən istifadə etməsi və üzərində narkotik vasitəni saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, X9 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 fevral 2023-cü il raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında X18 narkotik vasitədən istifadə etməsi və üzərində narkotik vasitəni saxlaması şübhəsi ilə Göyçay şəhəri, Bakı küçəsində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə X9 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd şəffaf sellofan büküm aşkar edilib götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 21 fevral 2023-cü il tarixli 17/197 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Vət. F.Qədirovun üzərindən aşkar edilmiş sellofan bükümdə olan qəhvəyi rəngli maddə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,557 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X9 barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X18 CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 31 may 2023-cü il tarixli 947 nömrəli rəyindən görünür ki, müayinə zamanı X11 narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 30 may 2023-cü il tarixli PHŞ-6-40/2-638/2023 nömrəli məktubdan görünür ki, X18 həmin xəstəxananın Narkoloji və Psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 31 may 2023-cü il tarixli qərardan görünür ki, X9 barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və onun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, X18 qanunsuz olaraq 2,557 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə qeyd edir ki, Famil Qədirov qeyd olunan cinayət əməlini törədən zaman “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmiş, narkotik vasitənin xüsusilə külli miqdarı isə müəyyən olunmamışdır. X35 tərəfindən qeyd olunan cinayət əməli törədildikdən sonra “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025-VİQD nömrəli Qanunu ilə yuxarıda adı çəkilən Qanunda dəyişiklik edilmiş, adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilmiş, habelə həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları” yeni redaksiyada verilmiş, nəticədə yenə də təmiz halda 2 qram və daha artıq, lakin 800 qramdan az çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edildiyindən, CM-in 26-cı fəslində (Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər) göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edildiyindən və Famil Qədirov qeyd olunan cinayət əməlini “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli 1025- VİQD nömrəli Qanunu qüvvəyə minənədək törətdiyindən həmin X29 münasibətdə tətbiq oluna bilməz, qeyd olunan səbəblərə görə onun törətdiyi qeyd olunan əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanununa uyğun təyin olunmalı və bu zaman narkotik vasitələrin külli miqdarı ilə bağlı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu və həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısı (əvvəlki redaksiya) tətbiq olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 20 fevral 2023-cü il tarixdə Göyçay Rayon Polis X1 narkotik vasitədən istifadə etməsi və üzərində narkotik vasitəni saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 20 fevral 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə X9 üzərində şəxsi axtarış aparılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs Famil Qədirov ibtidai istintaq zamanı 30 may 2023-cü il tarixdə verdiyi ifadəsində 20 fevral 2023-cü il tarixdə saat 16 radələrində Göyçay şəhəri, Bakı küçəsində yaşadığı binanın yaxınlığında olarkən əynində olan boz rəngli şalvarın sol yan cibində bir büküm narkotik vasitə olan heroin saxladığını, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşıb narkotik vasitədən istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə Göyçay Rayon Polis Şöbəsinə getdiyini, orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin aşkar edildiyini, həmin narkotik vasitəni polis əməkdaşları tərəfindən saxlanıldığı gün səhər saatlarında yaşadığı binanın dəhlizində yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirdiyini desə də ibtidai istintaqın gedişində 21 fevral 2023-cü il və 22 fevral 2023-cü il tarixlərdə verdiyi ifadələrində 20 fevral 2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən mənzildə olan zaman polis əməkdaşlarının oraya gəldiklərini, onu Göyçay Rayon Polis Şöbəsinə apardıqlarını, orada olan zaman polis əməkdaşlarının ondan oğurluq hadisəsini törədib-törətmədiyini soruşduqlarını, həmin əməli törətmədiyini bildirdiyini, bundan sonra polis əməkdaşlarının üzərinə narkotik vasitə yerləşdirəcəklərini deyərək videoçəkilişdən istifadə edilmıəklə üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini tələb etdiklərini, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunacağını dediklərini, əks halda isə oğurluq hadisəsinə görə daha artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum oluncağını bildirdiklərini, polis əməkdaşlarına etiraz etmədiyini, 01 ədəd sellofan bükümdə narkotik vasitənin polis əməkdaşı tərəfindən şalvarının sol yan cibinə yerləşdirildiyini, daha sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman şalvarın sol yan cibindən qeyd olunan narkotik vasitənin aşkar olunduğunu, göstərilən narkotik vasitəni yaşadığı binanın 4-cü mərtəbəsində dəhlizdən tapdığını və üzərində saxladığını polis əməkdaşlarına bildirdiyini qeyd etmiş, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 2007-ci ildən ona borcu olan şəxs borcu qaytarmadığı üçün həmin şəxsin yaşadığı evdən oğurluq etmək qərarına gəldiyini, bu məqsədlə 20 fevral 2023-cü il tarixdə gecə vaxtı qeyd olunan evə daxil olduğunu, lakin evdə uşaq və kənar şəxslər olduğu üçün oğurluq etmədən evin üst hissəsindən tullanıb çıxıb getdiyini, həmin vaxt xəsarət aldığını, bu zaman qeyd olunanların həmin evdə quraşdırılmış videomüşahidə qurğuları vasitəsilə qeydə alındığını, bundan sonra həmin tarixdə saat 10:00-da polis əməkdaşı Rəşid Vəliyev, habelə adını bilmədiyi, kök və Gəncə şəhərində doğulmuş digər polis əməkdaşının yaşadığı evdə tək olan zaman həmin evə gələrək onu Göyçay Rayon Polis Şöbəsinə apardıqlarını, həmin vaxt üzərində narkotik vasitə heroin olmadığını, orada olan zaman bir nəfər polis əməkdaşının stolun üzərinə narkotik vasitəni qoyaraq ona məxsus olmasını deməsini tələb etdiyini, əvvəlcə üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd olunan narkotik vasitənin ona məxsus olduğunu etiraf etmədiyini, bu səbəbdən də polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qaldığını, polis əməkdaşlarının rezin dəyənək vasitəsilə hər iki ayağının alt hissələrinə zərbələr endirərək onu döydüklərini, polis əməkdaşları onu döydükləri və narkotik vasitənin ona məxsus olmadığını deyəcəyi təqdirdə dəyənəyi göstərərək həmin dəyənəklə barəsində nalayiq hərəkətlər edəcəkləri ilə hədələdikləri, habelə 03 ay sonra barəsində istintaq olunan cinayət işinə xitam verəcəklərini və onu buraxacaqlarını dedikləri üçün qeyd olunan narkotik vasitənin özünə məxsus olmasını demək məcburiyyətində qaldığını, polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə yerləşdirilməsi və ona qarşı edilən qanunsuzluqlarla bağlı müdafiəçisi Rasim Vəliyevə məlumat verdiyini, sonuncunun isə ona azad olunacağını dediyini, lakin qeyd olunanlarla bağlı hüquqmühafizə orqanlarına heç bir şikayət etmədiyini, habelə cəzaçəkmə müəssisəsinə daxil olarkən müayinə olunduğunu, lakin bu zaman bədənində xəsarətlər aşkar olunmadığını və onun saxlanılmasında polis əməkdaşı Şükür Məmmədovun iştirak etmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 21 fevral 2023-cü il və 22 fevral 2023-cü il tarixlərdə, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verərdi. X35 bu barədə məlumat verməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X9 adına tərtib olunmuş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, X30 RPŞ-nin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmiş, lakin tutulmamışdan əvvəl aldığı “sağ ayağında cızıq” xəsarətləri aşkar edilmişdir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X9 adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, X38 Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində həbs olunmamışdan əvvəl aldığı “hər iki saidin içəri səthində çoxsaylı çapıqlar” xəsarətləri, eləcə də baxış zamanı “hər iki aşağı ətraflarda çoxsaylı qartmaqlaşmış yaralar” xəsarətləri aşkar edilmiş, lakin polis əməkdaşları tərəfindən döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. X17 barəsində tərtib olunmuş şəxsi işdən aktın, xüsusi məlumatın, məlumatın və Famil Qədirovun izahatının surətləri cinayət işinin materiallarına əlavə edilmişdir. Qeyd olunan şəxsi işdə olan aktdan, xüsusi məlumatdan və məlumatdan görünür ki, X38 Penitensiar Müəssisəsinə qəbul olunan zaman müayinə olunmuş və onun bədən səthində “hər iki aşağı ətraflarda qaysaqlanmış yaralar” xəsarətləri aşkar edilmiş və Famil Qədirov həmin xəsarətləri tutulmamışdan əvvəl, yəni hələ azadlıqda olan zaman aldığını bildirmişdir. Eləcə də Famil Qədirovun izahatından görünür ki, o, yuxarıda qeyd olunan xəsarətlərin tutulmamışdan əvvəl yarandığını bildirmişdir. Göründüyü kimi Famil Qədirovun bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun və polis əməkdaşı tərəfindən zərbənin vurulduğunu qeyd etdiyi nahiyəsində hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəllər aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Famil Qədirov müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “hər iki saidin içəri səthində çoxsaylı çapıqlar” və “hər iki aşağı ətraflarda çoxsaylı qartmaqlaşmış yaralar” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, X30 Rayon Polis Şöbəsinə 20 fevral 2023-cü il tarixdə saat 16:25də gətirilmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş Famil Qədirovun istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, onun istifadəsində olmuş 050 731-61-66 və 050 429-42-48 mobil telefon nömrələri vasitəsilə 20 fevral 2023cü il tarixdə danışıqlar aparılmış, onun istifadəsində olmuş 050 731-61-66 mobil telefon nömrəsi vasitəsilə saat 00:05-də və saat 00:06-da 055 756-55-07 mobil telefona vasitəsilə aparılmış, bundan sonra uzun müddət danışıq aparılmamış və saat 18:31-də 050 663-30- 43 mobil telefon nömrəsi vasitəsilə aparılmışdır. Habelə onun istifadəsində olmuş 050 429- 42-48 mobil telefon nömrəsi vasitəsilə qeyd olunan tarixdə danışıq aparılmamışdır və yalnız saat 18:29-da 9622 qısa nömrəsindən onun istifadəsində olmuş göstərilən mobil telefon nömrəsinə SMS daxil olmuşdur. Bunlarla yanaşı, Famil Qədirovun ifadələrində qeyd etdiyi, digər şəxsə məxsus fərdi yaşayış evinə daxil olaraq oğurluq etməyə cəhd etməsi faktı üzrə araşdırma aparılması nəticəsində toplanmış material müvafiq sorğu əsasında götürülüb məhkəmədə tədqiq olunarkən həmin hadisənin 20 fevral 2023-cü il tarixdə baş verməsi, hadisə yerinə baxışın həmin tarixdə keçirilməsi, X24, X20 və Famil Qədirovun izahatlarının isə bir gün sonra olmaqla 21 fevral 2023-cü il tarixdə alınması və həmin vaxt sonuncunun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, daşıyaraq saxlaması faktı üzrə şübhəli şəxs qismində tutulub polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılması müəyyən olunmuşdur. Habelə qeyd olunan xüsusatla bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində Göyçay RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində xidmət etdiyini, 20 fevral 2023-cü il tarixdə səhər saat 05:00-06:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng olunduğunu, müraciət əsasında saat 06:00-07:00 radələrində hadisə yerinə baxış keçirdiklərini və əl-barmaq izləri götürdüklərini, həmin vaxt evdə videomüşahidə kameralarının quraşdırılması barədə ona məlumat verilmədiyini, Famil Qədirovun evə daxil olmasını əks etdirən videogörüntülərin ona təqdim olunmadığını, evə daxil olan şəxsin kim olmasının ona bildirilmədiyini, bundan sonra polis şöbəsinə qayıtdığını, 20 fevral 2023-cü il tarixdə və ya 21 fevral 2023-cü il tarixdə təhqiqatçı ilə söhbət əsasında sonuncunun ona Famil Qədirovun saxlanıldığını dediyini, bir müddət sonra polis şöbəsinin inzibati binasının dəhlizində sonuncunun qohumlarını gördüyünü, həmin şəxslər evlərinə daxil olmaq istəyən şəxsin Famil Qədirov ola biləcəyini dediklərini, Famil Qədirovun narkotik vasitə əldə edərək saxladığına görə saxlanılaraq polis şöbəsinə gətirildiyi barədə 21 fevral 2023-cü il tarixdə məlumat əldə etdiyi üçün şöbə rəhbərliyinə raportla müraciət etdiyini, evə daxil olması faktı ilə bağlı həmin tarixdə Famil Qədirovun, habelə qeyd olunan evdə olan şəxslər X24 və X10 izahatlarını aldığını, Famil Qədirovun izahatında evə daxil olmaq istədiyini, lakin evdə qohumlarının olduğunu görüb qaçdığını bildirdiyini, X16 qeyd olunan evə daxil olması ilə bağlı aparılmış araşdırma nəticəsində 01 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunduğunu, lakin texniki səhv edilərək qərarın qəbul olunma tarixi kimi 01 fevral 2023-cü il tarixinin göstərildiyini qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın gedişində 21 fevral 2023-cü il və 22 fevral 2023-cü il tarixlərdə, habelə məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 30 may 2023-cü il tarixdə verdiyi ifadəsinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X24 ifadəsində 20 fevral 2023-cü il tarixdə səhər saat 04:00-05:00 radələrində bibisi oğlu X10 ona zəng edərək yaşadığı evə bilmədiyi şəxsin daxil olduğunu dediyini və təcili olaraq həmin evə gəlməsini xahiş etdiyini, həmin vaxt bibisinin oğlu Elşən Əliyevin “WhatsApp” proqramı vasitəsi ilə ona videogörüntü göndərərək həmin videogörüntüdə müşahidə olunan şəxsin Famil Qədirov olubolmamasını soruşduğunu, bunu təsdiq etdiyini və bu zaman evə daxil olan şəxsin əmisi Famil Qədirov olmasının ona məlum olduğunu, bundan sonra bibisi oğlu Elşən Əliyevin yaşadığı ünvana getdiyini, orada olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng etdiklərini, bir müddət sonra isə Göyçay RPŞ-nin əməkdaşlarının onlarla əlaqə saxlayaraq səhər saat 08:00-09:00 radələrində evə baxış keçirdiklərini və həmin vaxt evdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə Famil Qədirovun evə daxil olması zamanı qeyda alınmış videogörüntülərə baxdıqlarını, bundan sonra polis əməkdaşlarının videogörüntüdə müşahidə olunan şəxsin kim olduğunu soruşduqlarını, həmin şəxsin əmisi Famil Qədirov olduğunu dediyini, polis əməkdaşı X3 əl-barmaq izləri götürdüyünü və həmin yeri tərk etdiyini, bir müddət sonra isə əməliyyat müvəkkili Rəşid Vəliyevin ondan əmisi Famil Qədirovun harada yaşadığını soruşduğunu, polis əməkdaşları ilə birlikdə əmisi Famil Qədirovun yaşadığı evin yanına gedərək həmin evi göstərdiyini, bundan sonra qeyd olunan yeri tərk etdiyini, bir müddət sonra əmisi Famil Qədirovun polis əməkdaşları tərəfindən saxlanıldığını öyrəndiyini, əvvəlcə polis əməkdaşlarının ona evdən heç nə oğurlanmadığına və hər hansı ziyan dəymədiyinə görə əmisi Famil Qədirovu həbs edə bilməyəcəklərini və 20 gün saxladıqdan sonra buraxacaqlarını dediklərini, lakin sonradan sonuncunun tutulduğunu, bu barədə əməliyyat müvəkkili Rəşid Vəliyevin dediklərini sonuncuya xatırlatdığını, Rəşid Vəliyevin isə belə lazım olduğunu dediyini, Famil Qədirovun evə daxil olmağa cəhd etməsi ilə bağlı araşdırma aparılan zaman 20 fevral 2023-cü il tarixdə izahat vermək üçün Elşən Əliyevlə birlikdə polis şöbəsinə getdiklərini və izahat verdiklərini qeyd etmişdir. Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması baxımından əhəmiyyətli olan və şahid qismində dindirilməsi zəruri olan X20 məhkəmə istintaqı zamanı Rusiya Fedrasiyasında olduğundan dindirilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Surət Qədirovun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq məhkəmə hesab edir ki, həmin şəxs qohumu olduğu üçün Famil Qədirovun cinayət məsuliyyətindən yayınmasına istiqamətlənmiş ifadələr vermişdir. Çünki adı çəkilən şəxs sonradan ibtidai istintaq zamanı ifadə verməmiş və bununla bağlı ibtidai istintaq orqanına müraciət etməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Surət Qədirovun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eyni zamanda qeyd olunmalıdır ki, cinayət işinin materiallarında olan əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə 20 fevral 2023-cü il tarixli qərarda Göyçay Rayon Polis X1 narkotik vasitədən istifadə etməsi və üzərində narkotik vasitəni saxlaması barədə əməliyyat məlumatının daxil olduğu, onun cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qərara alındığı və qərarın qanuniliyinin yoxlanılması məqsədilə qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərildiyi qeyd olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş 13 sentyabr 2023-cü il tarixli 3-13-26/2- 32229/2023 nömrəli məktubdan görünür ki, X9 barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirildikdən sonra əməliyyat-axtarış tədbirinin aparılması barədə məhkəmə nəzarətini həyata keçirən Göyçay Rayon Məhkəməsinə təqdim edilməmişdir. Bununla bağlı “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 16-cı bəndində göstərilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X15rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmadığı və məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verildiyi üçün müvafiq hallar məhkəmə istintaqı zamanı araşdırılmışdır. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə 20 fevral 2023-cü il tarixli qərarın qəbul edilməsini zəruri edən hallar məhkəmə istintaqı zamanı araşdırıldığına, qanunsuz hesab edilmədiyinə və ləğv edilmədiyinə görə göstərilən qərar əsasında əldə olunmuş sübutlar etibarsız hesab edilə bilməz. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, X4 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, daşıyaraq saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxs X9 qeyd olunan narkotik vasitəni əldə edərkən, daşıyarkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Famil Qədirov polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən 01 ədəd bükümdə külli miqdarda, yəni 2,557 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə heroinin bir bükümdə aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 2,557 qram çəkidə narkotik vasitə heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs X9 törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X18 CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, X2 rayonunun Çaxırlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2016-cı il tarixli hökmünün surətindən görünür ki, X18 əvvəllər bir neçə dəfə məhkum olunmuş, Göyçay Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli qərarı ilə hökmdən CM-in 237.1-ci maddəsi xaric olunmuş və həmin cəzasını 02 mart 2016-cı il tarixə çəkilmiş hesab edilərək cəzadan azad edilmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2016-cı il tarixli hökmü ilə CM-in 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək, 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 126.2.3 və 126.2.4-cü maddələrində nəzərə tutulmuş cinayət əməlləri ağır cinayət hesab olunur və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş sayılır. Odur ki, X18 CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs X9 əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs X9 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal yoxdur. Beləliklə, məhkəmə X9 əməlində cəzanı cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X18 ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, X18 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmaqla X9 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarından görünür ki, X9 həbsdə saxlanılma müddəti 20 gün olmaqla 10 iyul 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 20 fevral 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin cinayət işinin materiallarından da göründüyü kimi X18 Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2016-cı il tarixli hökmü ilə CM-in ağır cinayət hesab olunan 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 76.6-cı maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Famil Qədirov Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 08 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra həmin müddət ərzində yenidən ağır cinayət hesab olunan hazırki cinayət əməlini törətdiyindən CM-in 67-ci maddəsinə əsasən qeyd olunan cəzanın çəkilməmiş 01 il 03 gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə X12 hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, X12 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2,507 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, X9 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2016-cı il tarixli hökmü ilə X12 təyin edilmiş 08 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 03 gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə X12 hökmlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X18 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 fevral 2023-cü il tarixdən hesablansın. X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X12 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 2,507 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X9 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, X12 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-20/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-20/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver