Məhkəmə qərarları › İş №1(091)-200/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-200/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-200/2022 15.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə1, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X8, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə2 və onun nümayəndəsi Yevlax Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 2006-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Nərimanabad kənd tam orta məktəbinin 11ci sinif şagirdi, işləməyən, Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində valideyin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə, saat təxminən 15 radələrində Yevlax rayonunun Nərimanabad kəndində küçədə azyaşlı bacısı ilə oynayan xx.xx.2011-ci il təvəllüdlü olmaqla həmin vaxtı onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs azyaşlı və yüngül dərəcəli əqli gerilik xəstəsi olmaqla köməksiz vəziyyətindən istifadə edərək sonuncuya qarşı qəsdən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gələrək bu cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs telefonla oynamaq adı ilə küçədən həmin kənddə yerləşən yaşadığı evə apararaq evdə heç kəsin olmamasından istifadə edərək evin yataq otağına aparıb həmin otağın qapısını bağlayıb Zərərçəkmiş şəxs otaqdan çıxmasının qarşısını aldıqdan sonra sonuncunun əynində olan paltarları soyundurub üzü üstə döşəməyə uzadaraq cinsi ehtirasını pozğun formada təmin etmək niyyətilə öz cinsiyyət orqanını şalvardan çıxarıb qəsdən Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə sürtərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonra isə cinsi orqanını gərilmiş vəziyyətdə qəsdən Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə daxil edərək onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2021-ci ilin iyul ayının 13-də saat təxminən 14 radələrində yaşadığı evdə olan zaman atası Qanuni nümayəndə1 yanına getməyə hazırlaşmağa başlamış, atasının Yevlax rayon Nərimanabad kəndində yerləşən ərzaq mağazası olmuş, həmin vaxt da atası mağazada olmuşdur. Atasının mağazasına getməzdən əvvəl tərlədiyinə görə yuyunmaq üçün hamama girən zaman evin eyvanından səs-küy eşidib həyətə düşmüş, bu zaman qonşuluqda yaşayan Şahid1 nəvəsi Əzizin onların yaşadığı evin həyətinə daxil olduğunu, evin eynvanından ona məxsus olan “Redmi A7” markalı mobil telefonunu götürdüyünü və telefonu əlindən yerə saldığını görmüşdür. Əzizin əlindən telefonu aldıqdan sonra Əzizə telefonunu yerə saldığı üçün əsəbiləşib ona həyətdən çıxmasını demiş, Əziz həyətdən çıxıb getmişdir. Bir müddət sonra Əziz yenidən qayıdıb onların həyətinə daxil olmuş, daha sonra onun gözünün qarşısında evə çıxaraq divarlara vurulmuş aboya çirkli əllərini sürtməyə başlamış, bu hərəkətinə əsəbiləşib Əzizin qulağından sol əli ilə tutub evdən çölə çıxarmış, evin eyvanında Əzizin arxasından bir dəfə bərk təpik vurmuş, həmçinin Əzizə söyüş söymüşdür. Əziz evin həyətindən çıxıb getmiş, bir müddət sonra Əziz evin qapısına çöldən daş daha sonra isə təpik vurmuş, sonra Əzizin anası Gülüsüm evin qapısının çölündə onu görüb yaxınlaşmış və ondan Əzizin hansı səbəbə görə onlara gəldiyini soruşmuş, Gülüsümə olanları danışmışdır. Əziz və anası evdən çıxıb getdikdən sonra o, atasının yanına getmiş, təxminən saat 3 radələrində Əzizin babasının ondan şikayət etdiyini eşitmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı müəllim (mütəxəssis) və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021ci ilin iyul ayının 13-də saat təxminən 15 radələrində bacısı Gülay ilə birlikdə küçədə oynayan zaman qonşuları Təqsirləndirilən şəxs onların oynadıqları yerə gəlmiş və ona birlikdə telefonla oynamaq üçün onlara getməyi təklif etmiş, telefonla oyun oynamaq üçün Salmanla birlikdə Salamgilin yaşadığı evə getmişdir. Həmin vaxt Salmangilin evində heç kim olmamış, Salmangilin evində olan otağa daxil olduqdan sonra Salman qapını açarla arxadan bağlamış, bundan sonra Salman ona yaxnlaşaraq əynində olan şortiki daha sonra isə şortikin altında alt paltarını soyunduraraq onu üzü üstə yerə uzatmış, Salmanın onu soyundurduğunu görüb otaqdan çıxmaq istəmiş, lakin Salman onun otaqdan çıxmağına icazə verməmiş və arxadan üstünə uzanaraq öz cinsiyyət orqanını onun arxa nahiyyəsinə sürtməyə, daha sonra isə arxa dəliyinə salmağa başlamış, Salmanın bu hərəkətindən bərk ağrı hiss etməyə başlamışdır. Salman dəfələrlə eyni hərəkəti etdikdən sonra ayağa qalxmış və Salman ona evə getməyini demiş, Salman qapını açdıqdan sonra öz evlərinə getmiş, evdə anası Qanuni nümayəndə2 görüb ağlamağa başlamış və hadisəni anasına danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, 13 iyul 2021-ci il tarixdə saat təxminən 14 radələrində qızı Gülay və oğlu Əziz yaşadığı evin həyətinə düşərək oynamağa başlamış, bir müddət sonra onlar küçəyə çıxmış, həmin gün saat təxminən 15 radələrində qızı Gülay evə gəlmiş, ondan qardaşı Əzizin harada olduğunu soruşmuş, qızı qonşuları Salmanın Əzizi özü ilə həyətlərinə aparıb qapını daldan bağladığını demişdir. Oğlu Əziz qonşuları Anarın kiçik oğlu Məhəmməd ilə dost olmuş, onlar demək olar ki, hər gün birlikdə oynamış, bir-birlərinin evlərinə gedib-gəlmişlər. Həmin gün Məhəmmədin evdə olmadığını, anası Sevillə harasa getdiyini bilmiş, bu səbəbdən evdən çıxıb Salmanın yaşadığı evin qarşısına gedərək Əzizi çağırmağa başlamış, bir müddət sonra Əziz onların qapısından küçəyə çıxmış, Əzizin arxasınca Salman da küçəyə çıxmış, Əzizin qolundan tutub onu öz evlərinə gətirmişdir. Evdə Əzizə baxan zaman əynində olan şortikin arxa hissəsində qana oxşar qırmızı ləkə olduğunu görüb şortiki və tumanı çıxarmış, bu zaman onun arxa keçəcək dəliyindən qan axdığını, zədələr olduğunu görmüşdür. Bunu görərək Əzizdən nə baş verdiyini soruşmuş, Əziz ona Salmanın onu öz evlərinə apararaq otağa salıb qapını bağladığını, sonra onun əynində olan şortiki və tumanı çıxararaq onu yerə uzadıb öz cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə saldığını demişdir. Bu barədə bilən kimi atasına zəng edərək ona baş verənlər barədə danışmış, təxminən 2 saat sonra atası İnşallah onlara gəlmiş, atası özü də oğlu Əzizin paltarlarına və arxa keçəcək dəliyinə baxmış, zədələr olduğunu, qan gəldiyini görmüşdür. Bundan sonra atası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, bir müddət sonra yaşadığı evə polis əməkdaşları gəlmiş, oğlu Əzizi həkim-ekspert müayinəsindən keçirmişlər. Məhkəmə istintaqı zamanı sualları cavablandırarkən göstərmişdir ki, hadisə vaxtı oğlu Əzizin əynində olan şortikin və alt paltarının arxa hissəsində qana bənzər ləklərin olduğunu görərək şortiki və alt paltarı onun əynindən çıxarmış, sonra müstəntiq ondan həmin paltarları tələb etmədiyi üçün artıq istifadə ediləsi olmadığından, onları zibilliyə tullamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Sadir oğlu zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə eyni məzmunlu ifadə verməklə onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, 13 iyul 2021-ci il tarixdə saat təxminən 08 radələrində yaşadığı evdən çıxıb işlətdiyi mağazaya gedib ticarətlə məşğul olmağa başlamiş, həmin gün saat təxminən 15 radələrində oğlu Salman ona nahar yeməyi gətirmiş, ona ərzaq məhsulları verərək evə aparmasını tapşırmış, Salman ərzaqları alıb evə aparmışdır. Bir müddət sonra İnşallahın oğlu Samir Cabbarov onun işlətdiyi mağazaya daxil olaraq Salmanın harada olduğunu soruşmuş, ona Salmanın evə getdiyini demişdir. Samir Salmanın onun bacısı oğlu Əzizə qarşı əxlaqsız hərəkət etdiyini demiş, Samirə “bu ola bilməz, mənim oğlum xəstədir, heç vaxt belə bir iş tutmaz” sözlərini demişdir. Samir mağazadan çıxıb getmiş, təxminən 15 dəqiqə sonra Salman işlətdiyi mağazaya gəlmiş, ona “bu nə söz-söhbətdir, sən Əzizə qarşı nəsə pis hərəkətlər etmisənmi?” sözlərini demiş, Salman hamada olan vaxt Əzizin özünün onlara məxsus evə gizlincə gəldiyini, onun mobil telefonunu götürərək oyun oynadığını, bunu görərək Əzizi evdən qovduğunu, Əzizə qarşı heç bir əxlaqsız hərəkətlər etmədiyini demişdir. Salmana “sən əyər Əzizə qarşı pis iş görməmisənsə özün get Əzizin anası Gülüsümə bu barədə danış” sözlərini demiş, Salman mağazadan çıxıb Gülsümün yaşadığı evə getmişdir. Bir müddət sonra İnşallahın DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat verməsi, polislərin Əzizi həkim-ekspert müayinəsindən keçirmələri barədə eşitmişdir. Məhkəmə istintaqı zamanı sualları cavablandırarkən göstərmişdir ki, oğlu Salman xroniki olaraq qan xəstəsi olmaqla “Hemofeliya, X-faktorun çatışmamazlığı” xəstəliyindən əziyyət çəkir, oğlu Salman xəstəliyi ilə əlaqədar təqaüd alır, Salman Əzizə qarşı heç bir əxlaqsız hərəkətlər etməmişdir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən iş üzrə zərərçəkmiş şəxs barəsində məhkəmə tibbi ekspertizasının rəyini tərtib etmiş ekspertlərdən Şahid2 tərtib etdiyi rəyi müdafiə edərək ifadəsində göstərmişdir ki, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs MTE və PA Birliyinin Mingəçevir şəhər Şöbəsinin rəisi Rauf Quliyev ilə birlikdə Məhkəmə-tibbi ekspertizadan keçirmiş, müayinə zamanı düz bağırsağın ampulyar, yəni giriş hissəsində saat sferblatının 6 və 9 rəqəmlərinə uğun iki ədəd çat aşkar edilmiş, bu çatların gərginləşmiş (ereksiya) vəziyyətində kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində törədilməyə xarakterik olmasını qeyd etmişlər. Məhkəmə istintaqı zamanı sualları cavablandırarkən göstərmişdir ki, düz bağırsağın ampulyar, yəni giriş hissəsində olan çatların təpiklə vurulma nəticəsində törənməsi qeyrimümkündür. Belə ki, zərbə güclü olduğu halda sağrı əzələlərində, sağrı yarığında, aralıq nahiyəsində, o cümlədən şüavari büküşlərdə hər hansı bir xəsarət – qançır, sıyrıq, şişkinlik və s. olmalı olmuş, müayinə zamanı qeyd olunan xəsarətlərin heç biri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Raport”dan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 Xidməti”ndən Yevlax Rayon Polis Şöbəsinə məlumat verilmişdir ki, Yevlax rayonu Nərimanabad kənd sakini Şahid1 ***- ***-**-** saylı nömrədən zəng edərək qonşuları olan Təqsirləndirilən şəxs onun 11 yaşlı nəvəsi Zərərçəkmiş şəxs qarşı seksual hərəkətlər etməsini bildirmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, xx.xx.2021-ci il tarixdə Yevlax rayonu Nərimanabad kənd sakini Şahid1 Yevlax Rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət edərək qanşuları olan Təqsirləndirilən şəxs onun az yaşlı nəvəsi Zərərçəkmiş şəxs ilə 13 iyul 2021-ci il tarixdə, saat 15 radələrində qeyri-təbii yolla cinsi əlaqədə olması və ona qarşı seksual hərəkətlər etməsi barədə məlumat vermiş, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış protokolu”ndan görünür ki, hadisə yeri Yevlax rayonu Nərimanabad kəndində yerləşən Qanuni nümayəndə1 məxsus fərdi yaşayış evinin həyətidir. Həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə həmin evə baxış keçirilmişdir. Hadisə yerinə aid fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 32-37) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 iyul 2021-ci il tarixli, 414 saylı rəyinin nəticə hissəsindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibbi əlamətlər (qançır, sıyrıq, çiçkinlik və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs Natiq oğlunun düz bağırsağında aşkar edilmiş xəsarətlər – çatlar küt alətin təsirindən, o cümlədən ereksiya vəziyyətində olan kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir (cild 01, iş vər. 19-20). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 06 avqust 2021-ci il tarixli 441 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməl zamanı yüngül dərəcəli əqli gerilik XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəliyin az ifadəli olması səbəbindən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə qiymət vermək, həmçinin ona qarşı törədilən əməlin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd hadisəni düzgün qavrayaraq həmin hadisə barəsində düzgün ifadə verə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə Zərərçəkmiş şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Yevlax rayon Psixonevroloji kabinetindən verilmiş 1917 saylı arayış, xx.xx.2021-ci il tarixli 414 saylı ekspert rəyi), təhqiqat və ekspertiza zamanı dolğun və ardıcıl izahatlar verərək ona qarşı törədilmiş qanunazidd əməli təsvir etməsi, ekspertiza zamanı onda kobud qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən təfəkkür, emosiya və intellekt pozğunluğunun (ekspertiza zamanı onun təfəkküründə konkretliliyə meyillilik aşkar olunması, oxumaq və yazmaq vərdişlərinin qrammatik səhvlərlə olması, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) səhvlər etməsi, maraq dairəsinin nisbətən daralması, atalar sözlərinin mənasını doğru-düzgün izah edə bilməməsi, mülahizə və mühakimələrinin bir qədər səthi olması, ona qarşı törədilmiş əməli “pis iş” kimi xarakterizə etməsi, intellektinin xronoloji yaşından yüngül geri qalması İQ=67% və s.) az ifadəli olması əsas verir (cild 01, iş vər. 30-31). Cinayət işinin materiallarında olan məhkəmə-cinsi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 500 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir (cild 01, iş vər. 41-44). Cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixaloji və psixiatrik ekspertizasının 05 aprel 2022-ci il tarixli, 181/58 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədən zaman öz əməlinin mahiyyətini və xarakterini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək iqtidarına malikdir. Həmçinin, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillili, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması, keçirdiyi hiss və həyəcanları, ağrıları şişirtməyə meyillilik və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla o, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur (cild 01, iş vər. 156-157). Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Narkoloji dispanserinin Yevlax rayon narkoloji kabinetindən alınmış 19 iyun 2022-ci il tarixli 1007 nömrəli arayışla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durmur (cild 01, iş vər. 154). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 150.3.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin ifadələrə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə ki, onun qeyd etdiklərinin əksinə zərərçəkmiş şəxs və iş üzrə dindirilən şahidlər, ekspert rəyləri sözügedən cinayət hadisəsinin baş verdiyini və həmin cinayət əməlinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini müdafiə xarakterli ifadə kimi qəbul edərək onlarla razılaşmır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təhsil aldığı məktəb üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 22) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, əməliyyat-statistik kartotekada Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (cild 01, iş vər. 139) Cinayət işinin materiallarına əlavə olunan tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Hemofiliya X faktor çatışmazlığı” (xroniki qan xəstəliyi) xəstəliyindən əziyyət çəkir (cild 01, iş vər. 15-18). Cinayət işinin materiallarına əlavə olunan arayışdan görünür ki, X2 Sosial Müdafiə X18 şəxsin 3 saylı X16 filialından sağlamlıq imkanı məhdud övladı Təqsirləndirilən şəxs görə sağlamlıq imkanı məhdud kimi 200 manat sosial müavinət və 80 manat Prezident təqaüdü alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını CM-in 59.1.2ci maddəsinə əsasən, Hemofiliya X faktor çatışmazlığı” (xroniki qan xəstəliyi) xəstəliyindən əziyyət çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi əməl üzrə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 85.5-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də, yetkinlik yaşına çatmayanlara CMnin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cinayət qanunvericiliyinin yuxarda göstərilən tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, sonra barəsində yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və X7 azadlığa buraxılmışdır (cild 01, iş vər. 87, 112-113) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 85.5.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və maddi sübutun olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 yerləşdirilməsi üçün X4 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar