Məhkəmə qərarları › İş №1(091)-200/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-200/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-200/2024 11.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1961-ci ildə Ağdaş rayonunun Şəmsabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin mart ayının sonlarında yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş 31 (otuz bir) ədəd, yəni külli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 30 aprel 2024-cü il tarixdə saat 10:26 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin yerə saat 10:26-dan saat 10:51-dək olan müddət ərzində baxış keçirilən zaman həyətyanı sahədə torpağa əkilmiş 31 ədəd, yəni külli miqdarda uzunluqları 5,5 sm-dən 91 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 230,88 qram əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən 1 dəfə istifadə etmişdir. Bazara gedən zaman yeni tanış olduğu şəxslərdən kibrit qutusunda təklif etdikləri narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını almış, yaşadığı fərdi yaşayış evində yaşayan şəxslərin görməməsi üçün həmin kibrit qutusunu 2024-cü ilin mart ayında alma ağacının gövdə hissəsinə qoymuş, habelə sonradan çox bitməməsi və özü istifadə etməsi üçün 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əkmiş və onlara bir dəfə su vermişdir. Həmin bitki toxumlarına gübrə verməmiş, habelə qalan bitki toxumlarına qulluq etməmiş, onun əkdiyi yer ilə özü bitən narkotik tərkibli çətənə (kannabis) bitkilərinin arasında 2 metr məsafə olmuşdur. Sonradan polis əməkdaşları bütün narkotik tərkibli çətənə (kannabis) bitkilərini saymışlar, 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin olduğunu demişlər və bu zaman o, etiraz etməmişdir. Diblərinə su tökülən narkotik tərkibli çətənə (kannabis) bitkilərini polis əməkdaşları tərəfindən aşkar olunmamışdan 8-10 gün əvvəl əkmişdir. Hadisə yerinə baxış keçirilən zaman ip vasitəsilə əhatəyə alınmış ərazidə olan və dibləri bellənən narkotik tərkibli çətənə (kannabis) bitkilərini o, əkmiş, həmin ipin bilavasitə kənarında olan 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini də o, əkmiş, qalan narkotik tərkibli çətənə (kannabis) bitkilərini o, əkməmiş və həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri onun iştirakı olmadan ağacdan torpağa düşən narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarından yetişmişdir. İp vasitəsilə əhatəyə alınan ərazidə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinə qulluq etmiş, ipdən kənarda olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin bəzilərinə isə su vermişdir. Qeyd olunan ipdən bir neçə metr kənarda olan 10-13 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini isə o, əkmiş və su vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə piyada Ağdaş şəhərinin ərazisində küçə ilə hərəkət edərkən yerdən 01 ədəd kibrit qutusu tapmış, həmin qutunu götürüb içərisinə baxdıqda içərisində narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarının olmasını görmüş və həmin toxumları saydıqda 40 ədəd olması ona məlum olmuşdur. O, həmin toxumları əkmək üçün özündə saxlamış, 2024-cü ilin mart ayının sonlarında Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 3/12 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gələcəkdə yığıb, qurudub şəxsi istifadə etməsi üçün 40 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əkmiş, qeyd olunan toxumlara hər gün aqrotexniki qaydada qulluq etmiş, sulamış və diblərini yumşaltmış, nəticədə 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi yetişmişdir. 30 aprel 2024-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı fərdi yaşayış evində olan zaman polis əməkdaşları oraya gələrək ona yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkməsi barədə məlumat daxil olmasını bildirmişlər və fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsinin zərurəti olduğunu qeyd etmişlər. O isə etiraz etməmiş və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində özünün istifadə etməsi üçün narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkdiyini bildirmişdir. Daha sonra yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar olunmuş və ölçülən zaman narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ən kiçiyinin uzunluğunun 5,5 sm və ən böyününün uzunluğunun 91 sm olması müəyyən edilmişdir. Bu zaman o, həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə küçədə yol ilə hərəkət edərkən yerdən tapdığını, qeyd olunan toxumları 2024-cü ilin mart ayının sonlarında şəxsi istifadəsi üçün əkdiyini və yetişmiş bitkilərin ona məxsus olduğunu bildirmişdir. Baxış keçirilən zaman iştirak edən aqronom X6 həmin bitkilərin narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmasını, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmasını və diblərinin yumşaldılmasını bildirmişdir. Daha sonra həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini yaşadığı fərdi yaşayış evinin həyətində əkib-becərməsi barədə 30 aprel 2024-cü il tarixdə Ağdaş RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 10:26 radələrində polis əməkdaşları və aqronom X6 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 3/12 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar olunmuş, ölçülən zaman narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ən kiçiyinin uzunluğunun 5,5 sm və ən böyüyünün uzunluğunun 91 sm olması müəyyən edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə küçədə yol ilə hərəkət edərkən yerdən tapdığını, qeyd olunan toxumları 2024-cü ilin mart ayının sonlarında şəxsi istifadəsi üçün əkdiyini, toxumlara hər gün qulluq etdiyini, diblərini suladığını, yumşaltığını və yetişmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ona məxsus olduğunu bildirmişdir. Baxış keçirilən zaman iştirak edən aqronom X6 həmin bitkilərin narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmasını, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmasını və diblərinin yumşaldılmasını bildirmişdir. Daha sonra həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri müvafiq qaydada götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 31 aprel 2024-cü il tarixdə saat 10 radələrində Ağdaş Rayon Polis Şöbəsinə dəvət olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkilərinin əkilməsi ilə bağlı məlumat olduğu və əməliyyat-axtarış tədbirinin həyata keçiriləcəyi bildirilmişdir. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə getmişlər və həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar olunmuşdur. Narkotik tərkibli çətənə (kannabis) bitkiləri iki yerdə əkilmiş, həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri toxum vasitəsi ilə bitmiş, hər iki yerdə bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri eyni formada olmuş, orada ölçüsünə görə həm böyük, həm balaca narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmuş və hər iki yerdə yumşalma və suvarılma olmuşdur. Narkotik tərkibli çətənə (kannabis) bitkilərinin suvarılmasına əsasən qulluq olunduğu hiss olunmuşdur. Yağış suyu ilə həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin bitməsi mümkün deyildir, yalnız suvarılma ilə həmin bitkilər bitə bilər. Eyni vaxtda qulluq olunduğu halda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin birinin böyük, digərinin isə balaca olması, eləcə də 1 metr ərazidə 100 ədəd qeyd olunan bitki əkildiyi halda müxtəlif ölçülərdə yetişməsi mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 aprel 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 3/12 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 3/12 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və X4 Rayon Mərkəzinin rəisi X6 tərəfindən tərtib edilmiş 30 aprel 2024-cü il tarixli rəydən görünür ki, Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 3/12 ünvanında yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilmişdir. Aşkar edilmiş həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış və bitkinin vegetativ orqanları normal inkişaf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 30 aprel 2024-cü il tarixli 3-16-16-2-17/409 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş 31 ədəd narkotik tərkibli bitkilərə oxşar bitkilər” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki, uzunluqları 5,5 sm-dən 91 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 230,88 qram olan 31 (otuz bir) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Əziz Mahmudovun 30 aprel 2024-cü il tarixli rəyinə əsasən çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 237.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 03 iyun 2024-cü il tarixli ********* nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması və digər şəxslərə satmaması müəyyən olunmuş, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdirdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 188.1, 234.1 və 234.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16-800 ədəd (31- 1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 21-ci bəndinə əsasən CM-in 237ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək 2023-cü ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə piyada Ağdaş şəhərinin ərazisində küçə ilə hərəkət edərkən yerdən 01 ədəd kibrit qutusu tapdığını, həmin qutunu götürüb içərisinə baxdıqda içərisində narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarının olmasını gördüyünü, həmin toxumları saydıqda 40 ədəd olmasının ona məlum olduğunu, qeyd olunan toxumları əkmək üçün özündə saxladığını, 2024-cü ilin mart ayının sonlarında Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 3/12 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gələcəkdə yığıb, qurudub şəxsi istifadə etməsi üçün 40 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əkdiyini, qeyd olunan bitki toxumlarına hər gün aqrotexniki qaydada qulluq etdiyini, suladığını və diblərini yumşaltdığını, nəticədə 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin bitdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində əkdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarının sayı ilə bağlı bir-birinə zidd ifadələr işlətmiş, narkotik vasitələrdən 1 dəfə istifadə etdiyini, bazara gedən zaman yeni tanış olduğu şəxslərdən kibrit qutusunda təklif etdikləri narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını aldığını, yaşadığı fərdi yaşayış evində yaşayan şəxslərin görməməsi üçün həmin kibrit qutusunu 2024-cü ilin mart ayında alma ağacının gövdə hissəsinə qoyduğunu, sonradan çox bitməməsi və özü istifadə etməsi üçün 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini əkdiyini, onlara bir dəfə su verdiyini, həmin bitki toxumlarına gübrə vermədiyini, qalan bitki toxumlarına qulluq etmədiyini, onun əkdiyi yer ilə özü bitən narkotik tərkibli çətənə (kannabis) bitkilərinin arasında 2 metr məsafənin olduğunu, sonradan polis əməkdaşlarının bütün narkotik tərkibli çətənə (kannabis) bitkilərini saydıqlarını, 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin olduğunu dediklərini, bu zaman etiraz etmədiyini, diblərinə su tökülən narkotik tərkibli çətənə (kannabis) bitkilərini polis əməkdaşları tərəfindən aşkar olunmamışdan 8-10 gün əvvəl əkdiyini, hadisə yerinə baxış keçirilən zaman ip vasitəsilə əhatəyə alınmış ərazidə olan və dibləri bellənən narkotik tərkibli çətənə (kannabis) bitkilərini özünün əkdiyini, həmin ipin bilavasitə kənarında olan 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini də özünün əkdiyini, qalan narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkmədiyini və həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin onun iştirakı olmadan ağacdan torpağa düşən narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarından yetişdiyini, ip vasitəsilə əhatəyə alınan ərazidə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinə qulluq etdiyini, ipdən kənarda olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin bəzilərinə isə su verdiyini, qeyd olunan ipdən bir neçə metr kənarda olan 10-13 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini isə əkdiyini və su verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin bəzilərinin özü tərəfindən əkildiyini, bəzilərinin isə özü tərəfindən əkilmədiyini və həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin onun iştirakı olmadan ağacdan torpağa düşən narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarından yetişdiyini qeyd edərək həmin məsələni mübahisələndirdiyindən məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman qeydə alınmış videogörüntünün əks olunduğu disk görüntülü şəkildə nümayiş etdirilərkən də müəyyən olunmuşdur ki, həm ip vasitəsilə əhatəyə alınmış ərazidə, həm həmin ipin bilavasitə kənarında, həm də qeyd olunan ipdən bir neçə metr kənarda aşkar olunmuş 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə qulluq edilmiş, dibləri yumşaldılmış, diblərinə su tökülmüş, habelə bəzi narkotik tərkibli çətənə (kannabis) bitkiləri ip vasitəsilə xırda ağac parçalarına bağlanmışdır. X2 şahid qismində dindirilən zaman verdiyi ifadəsində vətəndaş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin aşkar olunduğunu, həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin iki yerdə əkildiyini, qeyd olunan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxum vasitəsi ilə bitdiyini, hər iki yerdə bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin eyni formada olduğunu, orada ölçüsünə görə həm böyük, həm də balaca narkotik tərkibli çətənə (kannabis) bitkilərinin olduğunu, hər iki yerdə yumşalma və suvarılma olduğunu, narkotik tərkibli çətənə (kannabis) bitkilərinin suvarılmasına əsasən qulluq olunmasının hiss olunduğunu, yağış suyu ilə həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin bitməsinin mümkün olmadığını, yalnız suvarılma ilə qeyd olunan bitkilərin bitməsinin mümkün olduğunu, eyni vaxtda qulluq olunduğu halda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin birinin böyük, digərinin isə balaca olmasının, eləcə də 1 metr ərazidə 100 ədəd qeyd olunan bitki əkildiyi halda müxtəlif ölçülərdə yetişməsinin mümkün olduğunu qeyd etmişdir. Həmçinin cinayət işinin materiallarında olan X6 tərəfindən tərtib edilmiş 30 aprel 2024-cü il tarixli rəydə də Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 3/12 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin aşkar edilməsi, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi, diblərinin yumşaldılması və bitkinin vegetativ orqanlarının normal inkişaf etməsi qeyd olunmuşdur. Eləcə də cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 aprel 2024-cü il tarixli 3-16-16-2-17/409 nömrəli rəyində də tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş 31 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər” yazısı, adlar və imzalar olan 01 ədəd zərfin içərisindəki, uzunluqları 5,5 sm-dən 91 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 230,88 qram olan 31 (otuz bir) ədəd bitki nümunələrinin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin olması və aqronom (mütəxəssis) Əziz Mahmudovun 30 aprel 2024-cü il tarixli rəyinə əsasən çətənə bitkilərinə aqrotexniki qaydada qulluğun göstərilməsi qeyd olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 3/12 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 26 oktyabr 2010-cu il tarixdə təsdiq edilmiş “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı”nın 1-ci bəndinə əsasən ağ ciyərlərin bir və ya ikitərəfli fibrozkavernoz və ya sirrotik vərəmi, ağ ciyərlərin bir və ya ikitərəfli səpələnmiş vərəmi, müxtəlif orqan və sistemlərə səpələnmə məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin siyahısına aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 22 may 2024-cü il tarixli 18-1-22/2-K-322-42-256/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Ftiziatrik kabinetində “İkitərəfli fibroz-kavernoz ağciyər vərəmi, infiltrasiya mərhələsi” diaqnozu ilə ambulator qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 29 iyul 2024-cü il tarixli 18-1-22/2-K-529-42-428/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Ftiziatrik kabinetində “Sol ağ ciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə, tənəffüs çatışmazlığı ikinci dərəcə” diaqnozu ilə ambulator qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “X1 İnstitutu” publik hüquqi şəxsdən daxil olmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müayinə olunmuş və ona “Restriksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə qiymətləndirilmiş, ona “ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə VMB (-) MDR forma” diaqnozu ilə, orqanizmin funksiyalarının 85 faiz pozulması və İ dərəcə əlillik müəyyən olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək, əməlində cəzasını yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, İ dərəcə əlilliyi olan şəxs olmasını və “Sol ağ ciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə, tənəffüs çatışmazlığı ikinci dərəcə” xəstəliyi ilə əlaqədar adekvat müalicəyə və reabilitasion prosedurlara ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. CM-in 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, İ dərəcə əlilliyi olan şəxs olmasını, “Sol ağ ciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə, tənəffüs çatışmazlığı ikinci dərəcə” xəstəliyi ilə əlaqədar adekvat müalicəyə və reabilitasion prosedurlara ehtiyacının olmasını, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə onun islah olunmasını mümkün sayaraq, barəsində CM-in 62ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 237.2.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 04 gün müəyyən olunaraq ona təyin ediləcək cəzadan çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CPM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. CPM-in 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 may 2024-cü il tarixli 837 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, İİ dərəcə əlilliyi olan şəxs olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 14 may 2024-cü il tarixli 18-1-22/2-661/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsində ruhi-əsəb və narkoloi xəstəliklər üzrə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə qiymətləndirilmiş, ona “ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, sol ağciyərin fibroz-kavernoz vərəmi, sağa səpələnmə VMB (-) MDR forma” diaqnozu ilə, orqanizmin funksiyalarının 85 faiz pozulması və İ dərəcə əlillik müəyyən olunmuşdur. CPM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq olunmuş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Ağdaş Rayon Polis Şöbəsində saxlanılan, ümumi çəkisi 229,33 qram olan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, habelə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsini əks etdirən bir ədəd olmaqla, ümumilikdə iki ədəd disk maddi sübut qismində tanınmışdır. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının 146-cı bəndinə əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan, ümumi çəkisi 229,33 qram olan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsini əks etdirən bir ədəd olmaqla, ümumilikdə iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 04 (dörd) gün müəyyən olunaraq hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşadığı yer üzrə çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası onun yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla, yaşadığı Ağdaş rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan, ümumi çəkisi 229,33 qram olan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsini əks etdirən bir ədəd olmaqla, ümumilikdə iki ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar