Məhkəmə qərarları › İş №1(091)-201/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-201/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-201/2023 13.07.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, X7, ev 62, mənzil 19 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2şayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 08 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən 2 ədəd ayrı-ayrı sellofan bükümlərdə ümumilikdə təmiz çəkisi 31,219 qram olmaqla xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,931 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bundan başqa istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli “Макаров” (“ПМ”) konstruksiyalı, seriya və nömrəsi silinmiş, saz vəziyyətdə və təyinatı üzrə atəş açmaq üçün yararlı, yivli odlu döyüş silahı hesab edilən yarımavtomatik tapançanı, 1 ədəd “Макаров” (“ПМ”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9X18 mm kalibrli patron tutumuna malik olan zavod üsuli ilə hazırlanmış təyinatı üzrə istifadəyə yararlı sandıqçanı, 6 ədəd 9 mm kalibrli “Макаров” (“ПМ”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomat tapançalarda və başqa uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patronları əldə edib üzərində saxlayaraq daşımış, 19 fevral 2023-cü il tarixdə saat 15 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Natəvan küçəsi “dörd yol” kimi tanınan ərazidə saxlanılıb ünvan 4 ünvanında yerləşən Göyçay RPŞ-yə gətirilmiş və həmin gün saat 15:30-da üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “west” markalı siqaret qutusunun içərisində 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 14,306 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,931 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan şalvarın qabaq bel hissəsində qara rəngli gödəkçəsinin altında saxladığı göy rəngli sellofan torbanın içərisindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 16,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli “Макаров” (“ПМ”) konstruksiyalı, seriya və nömrəsi silinmiş, saz vəziyyətdə və təyinatı üzrə atəş açmaq üçün yararlı, yivli odlu döyüş silahı hesab edilən, yarımavtomatik tapança, 1 ədəd “Макаров” (“ПМ”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9X18 mm kalibrli patron tutumuna malik olan zavod üsulu ilə hazırlanmış təyinatı üzrə istifadəyə yararlı sandıqça, 6 ədəd 9 mm kalibrli “Макаров” (“ПМ”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomat tapançalarda və başqa uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən 2 ədəd ayrı-ayrı sellofan bükümlərdə ümumilikdə təmiz çəkisi 31,219 qram olmaqla xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,931 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bundan başqa istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli “Макаров” (“ПМ”) konstruksiyalı, seriya və nömrəsi silinmiş, saz vəziyyətdə və təyinatı üzrə atəş açmaq üçün yararlı, yivli odlu döyüş silahı hesab edilən yarımavtomatik tapançanı, 1 ədəd “Макаров” (“ПМ”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9X18 mm kalibrli patron tutumuna malik olan zavod üsulu ilə hazırlanmış təyinatı üzrə istifadəyə yararlı sandıqçanı, 6 ədəd 9 mm kalibrli “Макаров” (“ПМ”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomat tapançalarda və başqa uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patronları əldə edib Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə, psixotrop maddə, odlu silah və döyüş sursatını üzərində saxlayaraq daşımış, 19 fevral 2023-cü il tarixdə saat 15 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Göyçay şəhəri, Natəvan küçəsi “dörd yol” kimi tanınan ərazidə saxlanılıb ünvan 4 ünvan;nda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və həmin gün saat 15:30-da üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “west” markalı siqaret qutusunun içərisində 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 14,306 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,931 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan şalvarın qabaq bel hissəsində qara rəngli gödəkçəsinin altında saxladığı göy rəngli sellofan torbanın içərisindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 16,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli “Макаров” (“ПМ”) konstruksiyalı, seriya və nömrəsi silinmiş, saz vəziyyətdə və təyinatı üzrə atəş açmaq üçün yararlı, yivli odlu döyüş silahı hesab edilən, yarımavtomatik tapança, 1 ədəd “Макаров” (“ПМ”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9X18 mm kalibrli patron tutumuna malik olan zavod üsulu ilə hazırlanmış təyinatı üzrə istifadəyə yararlı sandıqça, 6 ədəd 9 mm kalibrli “Макаров” (“ПМ”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomat tapançalarda və başqa uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona yol xərci və 60 manat məbləğində pul verərək Göyçay şəhərinə gedib Vasif adlı şəxsdən 2 qram miqdarında narkotik vasitəni götürüb gətirməsini tapşırmış, o da Göyçay şəhərinə gedib həmin şəxslə görüşüb narkotik vasitəni götürmüşdür. Götürdüyü narkotik vasitənin miqdarı çox olmuş, lakin o, narkotik vasitəsi götürəndə miqdarını bilməmişdir. Onun və Təqsirləndirilən şəxs2 qeyd olunan miqdarda narkotik vasitəni almağa maddi cəhətdən imkanları olmamış, Göyçay şəhərinə 2 qram miqdarında olan narkotik vasitəni götürməyə getmiş və maddi imkanları həmin miqdarda narkotik vasitə almaq üçün kifayət etmişdir. Paketi götürən zaman içərisində silahın olduğundan xəbəri olmamış, Vasif adlı şəxs ona silahı verərək gödəkcəsinin içərisinə yerləşdirməsini, Təqsirləndirilən şəxs2 çatdırmasını və sonuncunun bu haqda məlumatının olduğunu demişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 02 iyun 2023-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 2022-ci ildən başlayaraq narkotik vasitələrdən istifadə edir. Əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 2023-cü ilin fevral ayının ortalarında onunla söhbət edən zaman narkotik vasitələrin və silah olduğunu, həmin silahı və narkotik vasitələri Göyçay şəhərində yaşayan əvvəlcədən tanıdığı Vasif adlı şəxsə göndərmək istədiyini bildirmiş, bunun müqabilində ona istifadə etmək üçün narkotik vasitə verəcəyini bildirmiş, o isə Təqsirləndirilən şəxs2 ilə razılaşmışdır. Bundan bir müddət sonra 19 fevral 2023-cü il tarixdə o, Göyçay şəhərinə getmək qərarına gəlmiş və bu məqsədlə Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb Gəncə şəhərində sonuncu ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 ayrı-ayrı iki ədəd bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, bir ədəd göy rəngli sellofan paketdə narkotik vasitə heroini və tapançanı, tapançanın 6 ədəd gülləsini ona vermiş, iki ədəd bükümün içərisində 5 qram metamfetamin və 15 qram heroin, göy rəngli sellofan torbanın içərisində isə silahla birlikdə 20 qram heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona göy sellofan torbada olan silah və narkotik vasitə heroini Göyçay şəhərində Vasif adlı şəxsə çatdırmalı olduğunu, bunun müqabilində isə 5 qram metamfetamin və 15 qram heroinin ona çatacağını bildirmişdir. O, buna görə də iki ədəd bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini siqaret qutusunun içərisinə yerləşdirib əynində olan cins şalvarın sağ yan cibinə qoymuş, göy rəngli sellofan paketi isə gödəkçənin altından şalvarın belinə taxmışdır. O, narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirməmiş, heç kəsə heroin və metamfetamin verməmiş və satmamışdır. O, həmin gün saat 15 radələrində Göyçay şəhərinə çatmış, avtovağzaldan bir qədər kənarlaşdıqdan sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində narkotik vasitə və silah saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Göyçay Rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “west” markalı siqaret qutusunu və əynində olan qara rəngli gödəkçənin altından şalvarının bel hissəsinə taxdığı göy rəngli sellofan torbanı təqdim etmiş, siqaret qutusunun içərisindən bir ədəd toz halında olan narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilən zaman heroinin çəkisinin 16,42 qram, metamfetaminin çəkisinin isə 5,92 qram olması müəyyən olunmuş, göy rəngli sellofan torbanın içərisindən isə bir ədəd tapança, altı ədəd güllə, bir ədəd sandıqça və bir ədəd şəffaf bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmiş, həmin heroin elektron tərəzidə çəkilən zaman çəkisinin 22,08 qram olması müəyyən olunmuşdur. Daha sonra isə narkotik vasitələr, psixotrop maddə, tapança, güllələr və sandıqça müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 20 fevral 2023-ci il tarixdə şübhəli şəxs, 21 fevral 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 19 fevral 2023-cü il tarixdə “Vasqa” ləqəbli şəxsdə narkotik vasitə olduğunu və Göyçay rayonuna gedib həmin narkotik vasitəni götürməsini bildirmişdir. Həmin şəxslə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs2 göndərəcəyi narkotik vasitədən əlavə olaraq özü üçün də 5 qram metamfetamin və 15 qram heroin satmasını xahiş etmiş, sonuncu da onunla razılaşmışdır. Həmin tarixdə saat 15 radələrində Göyçay şəhərində “Vasqa” ləqəbli şəxslə görüşən zaman sonuncu bir büküm heroin və bir büküm metamfetamini ona vermiş, o, həmin maddələrin pulunu sonra verəcəyini demiş, “Vasqa” ləqəbli şəxs də onunla razılaşmışdır. Daha sonra həmin şəxs göy sellofan paketi ona verib içərisində bir ədəd tapançanın və narkotik vasitə heroinin olduğunu demiş və bunları Təqsirləndirilən şəxs2 verməsini bildirmişdir. O, özü üçün aldığı iki ədəd bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini siqaret qutusunun içərisinə yerləşdirib əynində olan cins şalvarın sağ yan cibinə qoymuş, göy rəngli sellofan paketi isə gödəkçənin altından şalvarın belinə taxmışdır. Avtovağzaldan bir qədər kənarlaşdıqdan sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə aparmışlar və orada üzərində şəxsi axtarış aparılan zaman heroinlər, metamfetamin bir ədəd tapança, altı ədəd güllə və bir ədəd sandıqça aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yol xərci üçün 15 manat məbləğində pul, habelə şəxsi istifadələri üçün 2 qram miqdarında narkotik vasitəni alması üçün 60 manat məbləğində pul verərək Göyçay şəhərinə gedib Vasif adlı şəxsdən həmin miqdarda narkotik vasitəni alıb gətirməsini tapşırmış, Təqsirləndirilən şəxs1 da qeyd olunan məqsədlə Göyçay şəhərinə getmişdir. Təqsirləndirilən şəxs1 Vasif adlı şəxsdən narkotik vasitəni götürən zaman orada silahın olmasından məlumatı olmamış, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bu haqda məlumatları olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs1 Vasif adlı şəxsdən aldığı narkotik vasitənin külli miqdarda olduğunu bilməmiş, Vasif adlı şəxs onların cinayət məsuliyyətinə cəlb olunmaları üçün həm silah, həm də istədiklərindən daha artıq çəkidə narkotik vasitə vermişdir. Polis şöbəsində olan zaman ona qarşı zor tətbiq olunmuş və narkotik vasitəni yerdən tapması ilə bağlı yalan ifadə verməyə məcbur edilmişdir. Zərbələrin təsirindən üzərində xəsarətlər yaranmış, lakin penitensiar müəssisəyə daxil olan zaman heç bir xəsarət qalmamışdır. Sadəcə bir qolunda xəsarətlər olsa da onu müayinə edən həkimə xəsarətin yaranma şəraiti ilə bağlı yalan demişdir. Göyçay Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən zaman ona qarşı edilən qanunsuzluqlarla bağlı məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 2023-cü ilin əvvəllərində Gəncə şəhəri, Hacıkənd qəsəbəsinə gedərkən meşəlik ərazidə göy sellofan paketin olduğunu görmüş və götürüb baxdıqda paketin içərisində iki bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetaminin, bir ədəd tapançanın və tapançanın sandıqçasında isə 6 ədəd güllənin olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğuna görə həmin maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu başa düşmüş, daha sonra isə həmin paketi gətirib yaşadığı evin zirzəmisində gizlətmiş və bir neçə dəfə istifadə etmiş, lakin narkotik vasitələrin və psixotrop maddənin satışını həyata keçirməmiş, heç kəsə heroin və metamfetamin verməmiş və satmamışdır. Bir müddət sonra cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxduğu üçün narkotik vasitələri, psixotrop maddəni, odlu silahı və güllələri əvəzsiz olaraq Göyçay şəhərində yaşayan əvvəlcədən tanıdığı Vasif adlı şəxsə göndərmək qərarına gəlmiş, bu məqsədlə sonuncu ilə danışmış və Vasif də buna etiraz etməmişdir. Bundan sonra o, əvvəlcədən tanıdığı və narkotik vasitədən istifadə edən Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni, psixotrop maddəni, tapançanı və 6 ədəd gülləni Göyçay şəhərinə aparmasını xahiş etmiş və bunun müqabilində narkotik vasitə verəcəyini sonuncuya demiş, Təqsirləndirilən şəxs1 da nar meyvəsinin alğı-satqısı üçün Göyçay şəhərinə tez-tez gedib-gəldiyinə görə onunla razılaşmışdır. 19 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək Göyçay şəhərinə gedəcəyini demiş, o da bir bükümdə 20 qram narkotik vasitə heroini, tapançanı və 6 ədəd gülləni göy sellofan torbada qablaşdırıb Vasif adlı şəxsə çatdırması üçün Təqsirləndirilən şəxs1 vermiş, bunun müqabilində isə sonuncuya bir bükümdə 5 qram psixotrop maddə metamfetam və bir bükümdə 15 qram narkotik vasitə heroin vermişdir. Təqsirləndirilən şəxs1 özünün istifadə etməsi üçün ona verilmiş metamfetamini və heroini cibində olan siqaret qutusunun içərisinə qoyaraq həmin gün Göyçay şəhərinə getmiş və elə həmin gün də Təqsirləndirilən şəxs1 Göyçay şəhərində olarkən polis əməkdaşları tərəfindən saxlanılması ona məlum olmuşdur. 21 fevral 2023-cü il tarixdə saat 17 radələrində isə o, özü də polis əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami prospektində Mərkəzi Univermağın yaxınlığında saxlanılıb Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, X7, ev 62, mənzil 19 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 üzərində mütəmadi olaraq narkotik vasitələri gəzdirməsi və satması, habelə narkotik vasitələrdən istifadə etməsi barədə Göyçay RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra 19 fevral 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 Göyçay şəhəri, Natəvan küçəsində görüb özlərini təqdim etmişlər və polis şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “west” markalı siqaret qutusunu və əynində olan qara rəngli gödəkçənin altından şalvarının bel hissəsinə taxdığı göy rəngli sellofan torbanı təqdim etmiş, siqaret qutusunun içərisindən bir ədəd toz halında olan narkotik vasitə heroinə bənzər maddə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilən zaman heroinə bənzər maddənin çəkisinin 16,42 qram, metamfetaminə bənzər maddənin çəkisinin isə 5,92 qram olması müəyyən olunmuş, göy rəngli sellofan torbanın içərisindən isə bir ədəd tapança, altı ədəd güllə, bir ədəd sandıqça və bir ədəd şəffaf bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, həmin heroinə bənzər maddə elektron tərəzidə çəkilən zaman çəkisinin 22,08 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən kütlələrin heroin və metamfetamin olduğunu, həmin narkotik vasitələri, psixotrop maddəni, silahı, sandıqçanı və güllələri Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2 verəcəyini bildirmişdir. Daha sonra isə narkotik vasitələrə, psixotrop maddəyə bənzər maddələr, tapança, güllələr və sandıqça müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 da 21 fevral 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən Mərkəzi Univermağın yaxınlığında saxlanılıb Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 fevral 2023-cü il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etməsi, üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi və odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 fevral 2023-cü il raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etməsi, üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi və odlu silah saxlaması şübhəsi ilə həmin tarixdə saat 15:10-da Göyçay şəhəri, Natəvan küçəsində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd “west” markalı siqaret qutusunun içərisindən bir ədəd narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin, habelə əynində olan qara rəngli gödəkçənin altından şalvarının bel hissəsinə taxdığı göy rəngli sellofan torbanın içərisindən bir ədəd tapança, bir ədəd sandıqça, altı ədəd güllə və bir ədəd şəffaf bükümdə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Şəxsi axtarışın və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 20 fevral 2023-cü il tarixli 6/1030 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №92” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə...4-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri 16,193 qram, 14,306 qram olmaqla ümumi təmiz çəkisi 31,219 qram rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,931 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-ballistik ekspertizasının 20 fevral 2023-cü il tarixli 3/358 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Макаров” (“ПМ”) konstruksiyalı, seriya və nömrəsi silinmiş, yarımavtomatik tapançadır – yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Silahın seriya və nömrəsi dərindən silindiyindən ilkin formalarını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş 01 (bir) ədəd sandıqça – “Макаров” (“ПМ”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 06 (altı) ədəd predmet 9 mm kalibrli “Макаров” (“ПМ”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (APS) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində CM-in 228.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 228.1 və 234.4.3-cü maddələrindən CM-in 228.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 17 aprel 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabacadan əlbir olub qrup təşkil etməklə narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlaması müəyyən olunmuş, lakin narkotik vasitəni satdıqları şəxslərin dairəsini, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsini, habelə Təqsirləndirilən şəxs2 Kaman oğlunun Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq narkotik vasitə, psixotrop maddə və odlu silahı həqiqətən hansı mənbədən əldə etməsini, eləcə də Vasif adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli 989 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli 990 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 228.1, 234.4.1 və və 234.4.3-cü maddələrindən CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Narkoloji Dispanserindən daxil olmuş 08 iyun 2023-cü il tarixli 760 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Narkoloji Dispanserində “opioidlərdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Narkoloji Dispanserindən daxil olmuş 08 iyun 2023-cü il tarixli 3760 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserindən daxil olmuş 08 iyun 2023-cü il tarixli 3770 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserindən daxil olmuş 08 iyun 2023-cü il tarixli 3771 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni, psixotrop maddəni, odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar və həmin Siyahının psixotrop maddələrə aid olan İİ siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 19 fevral 2023-cü il tarixdə Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etməsi, üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi və odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə 19 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış axtarış aparılıb narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat və ibtidai istintaq orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 11-ci bəndinə əsasən CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Bundan başqa, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 2-ci maddəsinə əsasən odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır, döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 4-cü bəndinə əsasən, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Odlu silahın komplekt hissələri dedikdə, onun funksional təyinatını müəyyən edən hissələr-odlu silahın lüləsi, zərbə, buraxılış (titək), bağlayıcı mexanizmi, baraban (güllə yuvacığı), eləcə də kompleks halında silahdan təyinatı üzrə istifadə etməyə – atəş açmağa imkan verən digər detalları başa düşülür. Bu Qərarın 9-cu bəndinə əsasən CM-in 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Bu Qərarın 12-ci bəndinə əsasən qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilmiş cinayət, yəni CM-in 228.2.1-ci maddəsinin tövsifedici əlaməti olan qabaqcadan iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilmiş cinayət əməli nəzərdə tutulur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib daşıyaraq saxlamışdır Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitəni və psixotrop maddəni əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilməsini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 fevral 2023-ci il tarixdə şübhəli şəxs, 21 fevral 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 19 fevral 2023-cü il tarixdə “Vasqa” ləqəbli şəxsdə narkotik vasitə olduğunu və Göyçay rayonuna gedib həmin narkotik vasitənin götürməsini bildirdiyini, həmin şəxslə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs2 göndərəcəyi narkotik vasitədən əlavə olaraq özü üçün də 5 qram metamfetamin və 15 qram heroin satmasını xahiş etdiyini, sonuncunun da onunla razılaşdığını, həmin tarixdə saat 15 radələrində Göyçay şəhərində “Vasqa” ləqəbli şəxslə görüşən zaman sonuncunun bir büküm heroin və bir büküm metamfetamini ona verdiyini, həmin maddələrin pulunu sonra verəcəyini sonuncuya dediyini, “Vasqa” ləqəbli şəxsin də onunla razılaşdığını, daha sonra həmin şəxsin göy sellofan paketi ona verib içərisində bir ədəd tapançanın və narkotik vasitə heroinin olduğunu deyərək bunları Təqsirləndirilən şəxs2 verməsini bildirdiyini və qeyd olunanları götürüb üzərində saxlayıb daşıyan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, lakin ibtidai istintaqın gedişində 22 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə keçirilən zaman və 02 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 2023-cü ilin fevral ayının ortalarında onunla söhbət edən zaman narkotik vasitələrin və silahın olduğunu, həmin silahı və narkotik vasitələri Göyçay şəhərində yaşayan əvvəlcədən tanıdığı Vasif adlı şəxsə göndərmək istədiyini bildirdiyini, bunun müqabilində ona istifadə etmək üçün narkotik vasitə verəcəyini dediyini, Təqsirləndirilən şəxs2 ilə razılaşdığını, 19 fevral 2023cü il tarixdə Göyçay şəhərinə getmək qərarına gəldiyini və bu məqsədlə Təqsirləndirilən şəxs2la əlaqə saxlayıb Gəncə şəhərində sonuncu ilə görüşdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs2 ayrı-ayrı iki ədəd bükümdə narkotik vasitə heroni və psixotrop maddə metamfetamini, bir ədəd göy rəngli sellofan paketdə narkotik vasitə heroini və tapançanı, tapançanın 6 ədəd gülləsini ona verdiyini, iki ədəd bükümün içərisində 5 qram metamfetamin və 15 qram heroin, göy rəngli sellofan torbanın içərisində isə silahla birlikdə 20 qram heroinin olduğunu bildirdiyini. Təqsirləndirilən şəxs2 ona göy sellofan torbada olan silah və narkotik vasitə heroini Göyçay şəhərində Vasif adlı şəxsə çatdırmalı olduğunu, bunun müqabilində isə 5 qram metamfetamin və 15 qram heroinin ona çatacağını bildirdiyini, qeyd olunanları götürüb üzərində saxlayıb daşıyan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs2 ona yol xərci və 60 manat məbləğində pul verərək Göyçay şəhərinə gedib Vasif adlı şəxsdən 2 qram miqdarında narkotik vasitəni götürüb gətirməsini tapşırdığını, Göyçay şəhərinə gedib həmin şəxslə görüşüb narkotik vasitəni götürdüyünü, narkotik vasitənin miqdarının çox olduğunu, lakin narkotik vasitəni götürən zaman miqdarını bilmədiyini, onun və Təqsirləndirilən şəxs2 qeyd olunan miqdarda narkotik vasitəni almağa maddi cəhətdən imkanlarının olmadığını, Göyçay şəhərinə 2 qram miqdarında olan narkotik vasitəni götürməyə getdiyini, maddi imkanlarının həmin miqdarda narkotik vasitə almaq üçün kifayət etdiyini, paketi götürəndə içərisində silahın olduğundan xəbərinin olmadığını, Vasif adlı şəxsin ona silahı verərək Təqsirləndirilən şəxs2 çatdırmasını və sonuncunun bu haqda məlumatının olduğunu dediyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, iş materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahid ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahid ifadələrinin və başqa sübutların iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib daşıyaraq saxlamışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitəni və psixotrop maddəni əldə etmək istəyərkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmək niyyətində olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə əldə etmək niyyətində olmuşdur. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində 2023-cü ilin əvvəllərində Gəncə şəhəri, Hacıkənd qəsəbəsinə gedərkən meşəlik ərazidə iki bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetaminin, bir ədəd tapançanın və tapançanın sandıqçasında isə 6 ədəd güllənin olduğunu gördüyünü, narkotik vasitə istifadəçisi olduğuna görə həmin maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu başa düşdüyünü, daha sonra isə həmin paketi gətirib yaşadığı evin zirzəmisində gizlətdiyini, bir neçə dəfə istifadə etdiyini, cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxduğu üçün narkotik vasitələri, psixotrop maddəni, odlu silahı və güllələri əvəzsiz olaraq Göyçay şəhərində yaşayan əvvəlcədən tanıdığı Vasif adlı şəxsə göndərmək qərarına gəldiyini, bu məqsədlə sonuncu ilə danışdığını və Vasif adlı şəxsin də buna etiraz etmədiyini, bundan sonra əvvəlcədən tanıdığı və narkotik vasitədən istifadə edən Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni, psixotrop maddəni, tapançanı və 6 ədəd gülləni verərək Göyçay şəhərinə aparmasını xahiş etdiyini, bunun müqabilində narkotik vasitə verəcəyini sonuncuya dediyini, Təqsirləndirilən şəxs1 da nar meyvəsinin alğı-satqısı üçün Göyçay şəhərinə tez-tez gedib-gəlməsi səbəbindən onunla razılaşdığını, 19 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək Göyçay şəhərinə gedəcəyini dediyini, bir bükümdə 20 qram narkotik vasitə heroini, tapançanı və 6 ədəd gülləni göy sellofan torbada qablaşdırıb Vasif adlı şəxsə çatdırması üçün Təqsirləndirilən şəxs1 verdiyini, bunun müqabilində isə sonuncuya bir bükümdə 5 qram psixotrop maddə metamfetam və bir bükümdə 15 qram narkotik vasitə heroin verdiyini demiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 yol xərci üçün 15 manat məbləğində pul, habelə şəxsi istifadələri üçün 2 qram miqdarında narkotik vasitəni alması üçün 60 manat məbləğində pul verərək Göyçay şəhərinə gedib Vasif adlı şəxsdən həmin miqdarda narkotik vasitəni alıb gətirməsini tapşırdığını, Təqsirləndirilən şəxs1 da qeyd olunan məqsədlə Göyçay şəhərinə getdiyini, Təqsirləndirilən şəxs1 Vasif adlı şəxsdən narkotik vasitəni götürən zaman orada silahın olmasından məlumatının olmadığını, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılmasından sonra bu haqda məlumatlarının olduğunu, Təqsirləndirilən şəxs1 Vasif adlı şəxsdən aldığı narkotik vasitənin külli miqdarda olduğunu bilmədiyini, Vasif adlı şəxsin onların cinayət məsuliyyətinə cəlb olunmaları üçün həm silah, həm də istədiklərindən daha artıq çəkidə narkotik vasitə verdiyini, polis şöbəsində olan zaman ona qarşı zor tətbiq edildiyini və narkotik vasitəni yerdən tapması ilə bağlı yalan ifadə verməyə məcbur edildiyini, zərbələrin təsirindən üzərində xəsarətlərin yarandığını, lakin penitensiar müəssisəyə daxil olan zaman heç bir xəsarətin qalmadığını, sadəcə bir qolunda xəsarətlər olsa da onu müayinə edən həkimə xəsarətin yaranma şəraiti ilə bağlı yalan dediyini, Göyçay Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən zaman ona qarşı edilən qanunsuzluqlarla bağlı məlumat vermədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, iş materiallarında olan sübutlar (şəxsi axtarış aparılması haqqında protokol, şahid ifadələri, üzləşdirmə protokolu və s.) onun dediklərini tam təkzib edir. Eyni zamanda qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs2 ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs2 bu barədə heç kəsə məlumat verməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahid ifadələrinin və başqa sübutların iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs Həs Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onların tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxslər cinayət əməllərini qəsdən törətmişlərr. Onların əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 228.2.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri isə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzaların növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, X8 Massivi, ev 62, mənzil 19 ünvanında qeydiyyatda olsa da həmin ünvanda yaşamır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yaşayır, 22 oktyabr 2015-ci ildə doğulmuş qızı Aydan Məlikova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmünün surətindən və Ədliyyə Nazirliyinin Gəncə Şəhər Probasiya Şöbəsinin 07 iyun 2023-cü il tarixli 94/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 08 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06 iyul 2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Gəncə Şəhər Probasiya Şöbəsində qeydiyyata alınaraq cəzasını çəkməyə başlamış və şübhəli şəxs qismində tutulduğu 21 fevral 2023-cü il tarixədək cəzasının 07 ay 15 gününü çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi 01 il 01 ay 01 təşkil edir. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək o, cəzasını çəkib qurtarmasa da azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyindən onun sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətlərin residivini yaratmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 əməlində isə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını,o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər həmin cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 228.2.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 19 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün olmaqla 09 iyul 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 21 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün olmaqla 11 iyul 2023-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19 fevral 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21 fevral 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin CM-in 67-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 01 (bir) günü CM-in 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 06 (altı) ay 16 (on altı) gün müəyyən olunaraq hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəylərini və Gəncə Şəhər Narkoloji Dispanserindən daxil olmuş məktubları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmasına zərurət yoxdur, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs1 isə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 31,119 qram narkotik vasitə heroin və 4,831 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd “Макаров” konstruksiyalı tapança, bir ədəd sandıqça və dörd ədəd patron xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 156 (yüz əlli altı) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 156 (yüz əlli altı) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 78 (yetmiş səkkiz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 01 (bir) günü Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb 06 (altı) ay 16 (on altı) gün müəyyən olunaraq hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu ilə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 31,119 qram narkotik vasitə heroin və 4,831 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “Макаров” konstruksiyalı tapança, bir ədəd sandıqça və dörd ədəd patron xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahsursat anbarına təhvil verilsin, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 156 (yüz əlli altı) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 78 (yetmiş səkkiz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar