Məhkəmə qərarları › İş №1(091)-201/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-201/2025

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-201/2025 02.03.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X10 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və “Konsensus” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Göyçay rayonunun 1-ci Ərəb kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonunun Şəhadət kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxx 2001-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxxxx 1999-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 144.2.3-cü və 144.2.5ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğu törətmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs aralarındakı münasibətin bitməsinə razılaşmayaraq evlənmək məqsədi ilə məcburi qaydada oğurlamaq niyyətinin olmasını bildirib, həmin niyyətlə onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs oğurlamaq üçün sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən evin yaxınlığında gözləyərkən, Zərərçəkmiş şəxs evdən çıxaraq, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Ağdaş RMX” PHŞ-nın inzibati binası istiqamətində hərəkət etdiyini görüb, Təqsirləndirilən şəxs2 zəng edərək, Zərərçəkmiş şəxs evdən çıxmasını deyib, olduğu yerə çağırmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobillə onun yanına gəldikdən sonra, birlikdə həmin avtomobillə Zərərçəkmiş şəxs Ağdaş şəhəri, C.Cabbarlı küçəsinə qədər izləyib, həmin küçədə avtomobili saxlayaraq, avtomobildən düşüb, Zərərçəkmiş şəxs arxasınca qaçaraq, sonuncunu saxlamaq istəyərkən onun qaçmasını və qışqırıb səs-küy salaraq müqavimət göstərdiyini görüb, Təqsirləndirilən şəxs2la birlikdə fiziki güc tətbiq etməklə, onu tutub, hərəkət imkanını məhdudlaşdırmaqla, iradəsinə zidd şəkildə ağzını əli ilə tutaraq, avtomobilin yanına gətirib, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs əl və ayaqlarından tutub, həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, sonuncunun sol bazunun yuxarı 1/3nin bayır səthinin yumşaq toxumasının əzilməsi, sol əlin 2-ci barmağının iç səthinin, sol əlin çəçələ barmağının üst səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər almasına səbəb olmaqla, onu avtomobilin sağ arxa qapısından arxa oturacağa zorla yerləşdirib, qapını bağlayıb yanında oturmaqla, Təqsirləndirilən şəxs2 isə sükan arxasında avtomobili idarə etməklə Zərərçəkmiş şəxs həmin avtomobillə faktiki olduğu yerdən daşıyaraq avtomobildə sakit olması üçün istintaqa məlum olmayan bıçağı göstərməklə və öz istifadəsində olan ***-***-**-** mobil nömrədən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ***-***-**-** mobil nömrəsinə zəng edib, Zərərçəkmiş şəxs artıq oğurladığını bildirərək, onu əvvəlcə Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, Ərəş küçəsində yaşadığı evininin qarşısına apararaq, Təqsirləndirilən şəxs3la və cinayətdən xəbərsiz sonuncunun anası Şahid2 ilə görüşüb, bir müddət onu avtomobildə saxlamış, bundan sonra Zərərçəkmiş şəxs onu buraxması barədə yalvarışlarına baxmayaraq, evlənməyə razı salmaq üçün Təqsirləndirilən şəxs2la birlikdə avtomobillə sonuncunun qohumuna məxsus heç kimin yaşamadığı Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən evinə aparmış, istintaqa məlum olmayan bıçağı göstərərək, qorxutmaqla Zərərçəkmiş şəxs bir müddət həmin evdə saxladıqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobilin polislər tərəfindən axtarılaraq olduqları yerin müəyyən ediləcəyindən narahat olduğundan Təqsirləndirilən şəxs3la telefonla əlaqə saxlayıb, Zərərçəkmiş şəxs izi itirmək məqsədilə onun avtomobilinə mindirmək istədiyini bildirib, razılaşdıqdan sonra Zərərçəkmiş şəxs guya onu evlərinə apardığını bildirərək, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirib, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən “Ay işığı” şadlıq sarayının qarşısına gətirərək, Təqsirləndirilən şəxs3 idarə etdiyi və adam oğurluğundan ibarət cinayətkar əməllərdə iştirak etməyən cinayətdən xəbərsiz Şahid1 ön sərnişin oturacağında oturduğu Mercedes Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına onunla birlikdə əyləşərək, cinayətkar niyyətlərinə uyğun olaraq Ağdaş rayonu, Qolqəti kəndindən Ağdaş şəhəri istiqamətində hərəkət etmiş, Ağdaş-Ləki avtomobil yolunun 1-ci kilometrliyində sol tərəfdə yerləşən “Cavid Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobildən düşüb, yanacaq doldurmaq üçün pul göndərilməsini gözləyərkən Zərərçəkmiş şəxs avtomobildən düşməsini görüb, həmin yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq dolduraraq Bakı-Şamaxı- Yevlax magistral yolu ilə Mingəçevir şəhəri istiqamətində gedərkən Zərərçəkmiş şəxs onu buraxmaq barədə yalvarışlarına məhəl qoyulmadığını görüb, avtomobilin sükanına əl atmasına görə Təqsirləndirilən şəxs3 avtomobili idarə edə bilməməsi səbəbindən yolun hərəkət istiqamətinin sağ tərəfinə çəkib saxlamış, Zərərçəkmiş şəxs xilas olmaq üçün yalandan valideynlərini razı salaraq adət-ənənəyə uyğun onunla evlənəcəyini deməsindən sonra Təqsirləndirilən şəxs3 avtomobili Ağdaş şəhəri istiqamətində sürməsi barədə tapşırıq verib, yolda olarkən onunla evlənəcəyinə dair məcburi video çəkdirərək, vahid niyyətlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğu cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs3 əvvəllər sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs aralarındakı münasibətin bitməsinə razılaşmayaraq, evlənmək məqsədi ilə məcburi qaydada oğurlamaq niyyətinin olmasını bildirdikdən sonra həmin niyyətlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamaq üçün sonuncunun yaşadığı ünvan 4 ünvanında yerləşən evin yaxınlığında gözləyərkən, Zərərçəkmiş şəxs evdən çıxaraq, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Ağdaş RMX” PHŞ-nın inzibati binası istiqamətində hərəkət etdiyini görüb, ona zəng edərək, Zərərçəkmiş şəxs evdən çıxmasını deyib, olduğu yerə çağırmış, idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobillə Təqsirləndirilən şəxs1 yanına gəldikdən sonra birlikdə həmin avtomobillə Zərərçəkmiş şəxs Ağdaş şəhəri, C.Cabbarlı küçəsinə qədər izləyib, həmin küçədə avtomobili saxlayaraq, avtomobildən düşüb Zərərçəkmiş şəxs arxasınca qaçaraq, sonuncunu saxlamaq istəyərkən qaçmasını və qışqırıb səs-küy salaraq müqavimət göstərdiyini görüb, Təqsirləndirilən şəxs1la birlikdə fiziki güc tətbiq etməklə, tutub hərəkət imkanını məhdudlaşdırmaqla, iradəsinə zidd şəkildə avtomobilin yanına gətirib, onunla birlikdə sonuncunun əl və ayaqlarından tutub həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, sonuncunun sol bazunun yuxarı 1/3-in bayır səthinin yumşaq toxumasının əzilməsi, sol əlin 2-ci barmağının iç səthinin, sol əlin çəçələ barmağının üst səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər almasına səbəb olmaqla avtomobilin sağ arxa qapısından arxa oturacağa zorla yerləşdirib, qapını bağlayıb Təqsirləndirilən şəxs1 arxa oturacaqda oturmaqla, özü isə avtomobili idarə etməklə, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ***-***-**-** saylı mobil nömrəsinə zəng edib, Zərərçəkmiş şəxs artıq oğurladığını bildirərək əvvəlcə onun Ağdaş şəhəri, Ərəş küçəsində yaşadığı evininin qarşısına apararaq, Təqsirləndirilən şəxs3la və cinayətdən xəbərsiz anası Şahid2 ilə görüşüb, bir müddət Zərərçəkmiş şəxs avtomobildə saxlamış, bundan sonra sonuncunu buraxmaları barədə yalvarışlarına baxmayaraq, evlənməyə razı salmaq üçün Təqsirləndirilən şəxs1la birlikdə avtomobillə onun qohumuna məxsus heç kimin yaşamadığı Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən evinə aparmış, Zərərçəkmiş şəxs bir müddət həmin evdə saxladıqdan sonra onun idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobilin polislər tərəfindən axtarılaraq olduqları yerin müəyyən ediləcəyindən narahat olduğundan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la telefonla əlaqə saxlayıb, Zərərçəkmiş şəxs iz itirmək məqsədilə sonuncunun avtomobilinə mindirmək istədiyini bildirib, razılaşdıqdan sonra Zərərçəkmiş şəxs guya evlərinə apardıqlarını bildirərək, onun idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirib, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən “Ay işığı” şadlıq sarayının qarşısına gətirərək, Təqsirləndirilən şəxs3 idarə etdiyi nəqliyyat vasitəsinə yerləşdirmiş və vahid niyyətlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 əvvəllər sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs aralarındakı münasibətin bitməsinə razılaşmayaraq, evlənmək məqsədi ilə məcburi qaydada oğurlamaq niyyətinin olmasını bildirdikdən sonra həmin niyyətlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamaq üçün sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən evin yaxınlığında gözləyərkən Zərərçəkmiş şəxs evdən çıxaraq, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Ağdaş RMX” PHŞ-nın inzibati binası istiqamətində hərəkət etdiyini görüb, Təqsirləndirilən şəxs2 zəng edərək, Zərərçəkmiş şəxs evdən çıxmasını deyib, olduğu yerə çağırmış, Təqsirləndirilən şəxs2 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobillə Təqsirləndirilən şəxs1 yanına gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə həmin avtomobillə Zərərçəkmiş şəxs Ağdaş şəhəri, C.Cabbarlı küçəsinə qədər izləyib, həmin küçədə avtomobili saxlayaraq, avtomobildən düşüb, Zərərçəkmiş şəxs arxasınca qaçaraq, sonuncunu saxlamaq istəyərkən onun qaçmasını və qışqırıb səsküy salaraq müqavimət göstərdiyini görüb, hər ikisi birlikdə fiziki güc tətbiq etməklə onu tutub hərəkət imkanını məhdudlaşdırmaqla iradəsinə zidd şəkildə Təqsirləndirilən şəxs1 ağzını əli ilə tutaraq, zorla dartdıqdan sonra avtomobilin yanına gətirib, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs əl və ayaqlarından tutub, həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, sonuncunun sol bazunun yuxarı 1/3-in bayır səthinin yumşaq toxumasının əzilməsi, sol əlin 2-ci barmağının iç səthinin, sol əlin çəçələ barmağının üst səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər almasına səbəb olmaqla onu avtomobilin sağ arxa qapısından arxa oturacağa zorla yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs1 qapını bağlayıb, yanında oturmaqla Təqsirləndirilən şəxs2 isə sükan arxasında avtomobili idarə etməklə, Zərərçəkmiş şəxs həmin avtomobillə faktiki olduğu yerdən daşıyarkən Təqsirləndirilən şəxs1 onun avtomobildə sakit olması üçün istintaqa məlum olmayan bıçağı göstərməklə istifadəsində olan ***-***-**-** mobil nömrədən onun ***-***-**-** mobil nömrəsinə zəng edib, Zərərçəkmiş şəxs artıq oğurladığını bildirərək, sonuncunu əvvəlcə Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, Ərəş küçəsində yaşadığı evininin qarşısına apararaq, o və cinayətdən xəbərsiz anası Şahid2 ilə görüşüb, bir müddət Zərərçəkmiş şəxs avtomobildə saxlamış, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onu buraxması barədə yalvarışlarına baxmayaraq evlənməyə razı salmaq üçün Təqsirləndirilən şəxs2la birlikdə avtomobillə sonuncunun qohumuna məxsus heç kimin yaşamadığı Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən evinə aparmış, bir müddət həmin evdə saxladıqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobilin polislər tərəfindən axtarılaraq olduqları yerin müəyyən ediləcəyindən narahat olduğundan onunla telefonla əlaqə saxlayıb, Zərərçəkmiş şəxs izi itirmək məqsədilə onun avtomobilinə mindirmək istədiyini bildirib, razılaşdıqdan sonra idarə etdiyi avtomobillə Ağdaş rayonu, Qolqəti kəndində yerləşən “Ay işığı” şadlıq sarayının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs guya evlərinə apardığını bildirərək, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirib, onun olduğu yerə gətirərək, onun idarə etdiyi və adam oğurluğundan ibarət cinayətkar əməllərdə iştirak etməyən cinayətdən xəbərsiz Şahid1 ön sərnişin oturacağında oturduğu Mercedes Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına birlikdə əyləşdikdən sonra cinayətkar niyyətlərinə uyğun olaraq birlikdə Ağdaş rayonu, Qolqəti kəndindən Ağdaş şəhəri istiqamətində hərəkət etmiş, Ağdaş-Ləki avtomobil yolunun 1-ci kilometrliyində sol tərəfdə yerləşən “Cavid Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 avtomobildən düşüb, yanacaq doldurmaq üçün pul göndərilməsini gözləyərkən Zərərçəkmiş şəxs avtomobildən düşməsini görüb, dərhal yanına gedərək, həmin yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq dolduraraq Bakı-Şamaxı-Yevlax magistral yolu ilə Mingəçevir şəhəri istiqamətində gedərkən Zərərçəkmiş şəxs onu buraxmaq barədə yalvarışlarına məhəl qoyulmadığını görüb, avtomobilin sükanına əl atmasına görə avtomobili idarə edə bilməməsi səbəbindən yolun hərəkət istiqamətinin sağ tərəfinə çəkib saxlamış, Zərərçəkmiş şəxs xilas olmaq üçün yalandan valideynlərini razı salaraq adət-ənənəyə uyğun evlənəcəyini deməsindən sonra Təqsirləndirilən şəxs1 tapşırığı ilə avtomobili Ağdaş şəhəri istiqamətində sürərkən yolda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evlənəcəyinə dair məcburi video çəkdirmiş, beləliklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, əvvəllər də Sakitlə münasibəti olmuşdur. Münasibətdə olarkən bəzi şeylərdən şübhələnərək ayrılmaq qərarına gəlsə də, Sakit bunu qəbul etməmişdir. Dəfələrlə özünə, dostlarına, ailəsinə Sakiti ondan uzaq tutmaları üçün müraciət etmişdir. Onu qaçırmazdan bir gün əvvəl Sakit ona yazmış, lakin o, yenə də Sakiti rədd etmişdir. Həmin gün bibisigilə gedərkən yanından bir dəfə aşağı sürətlə avtomobil keçmiş, artıq ikinci dəfə keçəndə bundan şübhələnmişdir. Lakin avtomobildə “Taksi” nişanı olduğu üçün düşünmüşdür ki, kimisə gözləyir. Avtomobil ona yaxınlaşarkən arxa pəncərədən Sakitlə göz-gözə gəlmiş və artıq bilmişdir ki, o, başqa niyyətlə gəlmişdir. Bu səbəbdən bina tərəfə qaçmış və bu zaman Sakit arxasınca düşüb, onu ağzından tutmuşdur. Əvvəlcə, Sakit onu avtomobilə çəkmiş, daha sonra Sübhan gəlib, ayağını yuxarı qaldırmış və ikisi birlikdə onu avtomobilə qoymuşlar. Bu hadisə baş verərkən küçədə bir kişi onları izləmişdir. O, avtomobilə minəndə çox qışqırdığı üçün Sakit demişdir ki, maqnitofonun səsini daha çox ver. O, qışqırarkən Sakit ona bıçaq göstərərək, “Səsini kəs” demişdir. İki-üç dəfə Sübhana əl atmış və “Məni buraxın” demişdir. Beləliklə, Nailənin küçəsinə gəlmişlər və bura gələrkən o, çox pis vəziyyətdə olmuşdur. Nailə qapını açarkən “Bu kimin qızıdır?” demiş, daha sonra Məhərrəmin qızı olduğunu bilmişdir. Onda bilmişdir ki, o, Nailənin oğludur. Nailəyə onu evinə aparsın deyə, yalvarmış, lakin Nailənin ilk sözü bu olmuşdur ki, düşün, sizə üzük taxaq. Ona görə Nailəyə əsəbləşmişdir. Ona demişlər ki, düşək həyətdə oturaq, razılaşaq, ailəni də razı salarıq. Sakit Nailə ilə danışanda pul məsələsini eşitmiş, lakin nə barədə danışdıqlarını dəqiq bilməmişdir. Sakit demişdir ki, narahat olma, pul işi həll olunacaq. Bu zaman Elgiz gəlmiş və onu tanımışdır. Elgiz ona demişdir ki, sən Sarvanla bir məktəbdə oxumamısanmı? Bəlkə, Elgizdə insaf olar deyə, ona yalvarmağa başlamışdır. Həyətdə boz rəngli avtomobil olmuşdur, yalvarmışdır ki, onu o avtomobillə aparmasınlar, o biri avtomobillə aparsınlar. Nailə ona bu avtomobillə getməyini və özünün də arxasınca gələcəyini demişdir. Avtomobilə minib, küçəni çıxarkən, həqiqətən də arxasınca gəldiyini, lakin sonra baxanda arxada heç kimin olmadığını görmüşdür. Yenə də həyacanlanaraq, qışqırmağa başlamış, onu evlərinə aparsınlar deyə, yalvarmışdır. Sübhan demişdir ki, orada bizi kişi görüb, polisə şikayət edib, biz səni evə aparırıq. Lakin sonra onların evlərinin əksi istiqamətində getdiklərini demişdir. Çünki, onların evi şəhər tərəfdədir, amma onlar “Ay İşığı” tərəfə getmişlər. “Yalan danışmayın, burada yol yoxdur axı” demiş və inanıb bir-iki dəqiqə sakitcə gözləmişdir. Görmüşdür ki, artıq “Ay İşığı”nı keçmişlər. Oradan da onların evlərinə yol yoxdur. Sübhan demişdir ki, Sakit nə desə onu edəcəklər. O, yenidən çığırarkən Sakit ona bıçaq göstərmiş və o, dayanmışdır. Beləliklə, boz paslı qapının yanına gəlmişlər və o, sakitləşmişdir. O, avtomobilə minəndə əlini kəsmiş, üstü isə toz olmuşdur. Sakit ona demişdir ki, burada hovuz var, düş ora. Sonra Sübhan avtomobili həyətə salmış və Sakit əlindəki bıçağı yaşıl avtomobilin baqajının üstünə qoymuşdur. O, əl-üzünü yuyub gəlmiş və telefonu söndürmək istəmişdir ki, telefonu yadlarına düşməsin. Telefonu cibindən çıxaranda, Sakit demişdir ki, sən nə edirsən, kimə yazırsan? Ver telefonu. Sonra saçından tutub, telefonu açmasını istəmişdir. Telefonu açmayacağını, telefonda şəxsi şeylərinin olduğunu demişdir. Onda sakit bıçağı özünə tutaraq demişdir ki, səni də, əgər sənin həyatında başqa oğlan varsa onu da belə kəsərəm, özümü də burada doğrayaram. Sakiti sakitləşdirmək üçün yalandan and içib, onu evə aparacağı halda onunla evlənəcəyini, hər şeyin yaxşı olacağını demişdir. Sonra evin pilləkənləri ilə yuxarı qalxmış və orada dalaşmışlar. Sübhan otaqdan çıxmış və bu zaman Sübhandan ona kömək etməsini xahiş etmişdir, lakin o, gülə-gülə aşağı düşmüş, ona heç bir kömək etməmişdir. Sakitlə dalaşanda Sakit demişdir ki, bilirəm, sənə nə edibsə, anan edib. Sənə oğlanı da anan tapıb. O da hər şeyi anasının etdiyini, hər şeyi yoluna qoyacağını demiş və Sakit ona bir az inanmış kimi olmuşdur. Sakitin telefonda Nailə ilə danışdığını hiss etmişdir. Nailənin adı baxıcı kimi çıxmışdır. “Bu qızla mənimlə gedəcəkmi?, Mənlə razılaşacaqmı?” deyə, soruşmuşdur. Sonra Elgizlə danışmış və avtomobili dəyişmək qərarına gəlmişlər. Niyə avtomobili dəyişdiklərini soruşanda, polislərin onu qaçırarkən onları gördüyü üçün avtomobili dəyişməli olduqlarını və onu evə aparacaqlarını demişdir. Sakitcə avtomobilə oturmuş və oturanda qardaşı ona zəng etmişdir. Bu zaman Sakit ondan telefonu açmamağını istəmişdir. Qardaşı ondan harada olduğunu soruşmuş, o da rəfiqəsilə olduğunu və birazdan evə gələcəyini demişdir. Sonra “Ay İşığı”na getmişlər. Sübhandan onu həqiqətən evə aparırlarmı deyə, soruşmuş və onu avtomobildən düşürüb, Elgizin avtomobilinə mindirmişlər. Onda qışqırmağa başlamış və görmüşdür ki, Elgizin yanında qız var. “Məni evə aparın” demişdir. Elgiz Sakitin nə desə onu edəcəklərini və onu evə apardıqlarını demişdir. Şəhərə gedəndə görmüşdür ki, yenə onlar tərəfə dönmədilər, ona görə qışqırmağa başlamışdır. Avtomobili benzindoldurma məntəqəsinə sürmüşlər. Elgiz demişdir ki, benzinim azdır, benzin vuraq, sonra səni düşürərik. Onlara evlərinin yanında da benzindoldurma məntəqəsinin olduğunu dedikdə, bildirmişlər ki, benzin vurmaq üçün pul gözləyirlər. Bu zaman Sakit avtomobildən düşmüş, Elgiz isə avtomobildə qalmışdır. O, avtomobildən düşdüyü üçün Sakit onun üstünə gəlmiş və ona bıçağın ucunu göstərmişdir. Onlara 2 yoldan da getmək olur, düz şəhər tərəfdən, bir də icra hakimiyyəti tərəfdən. Onlar üçü də gülərək, “Nə ev, nə səni aparmaq? getdik Mingəçevirə” demiş və onu Mingəçevir yoluna aparmışlar. Onu evlərinə aparmaları üçün onlara çox yalvarmışdır. Sakitgilə əl atanda Sakit onu sol tərəfə itələmiş və avtomobili saxlamışlar. Bu zaman Sakit Anaşa demişdir ki, necə edək?. Anaş da “Həmişə necə olur?” deyə, cavab vermişdir. Sakit telefonu Elgizin tanışı Anaşa verib, demişdir ki, mən nə desəm, onu deyəsən. Sakitlə o, avtomobilinin arxa oturacağında oturmuşlar. Bu vəziyyətdə videoçəkiliş etmişlər. Videoda üç il sevgili olduqlarını, evlənəcəklərinə kişi qızı kimi söz verdiyini, onu buraxmasını və hər şeyin yaxşı olacağını demişdir. Bundan sonra Sakit Elgizə “Dön” demişdir. O, onları inandırmağa çalışmışdır. Onlar işarələrlə danışmışlar və hər şey də planlı şəkildə qurulmuşdur. Onu evə aparmadıqlarını hiss edib, şübhələnmiş və ağlamağa başlamışdır. Sakit demişdir ki, əgər mənimlə saat 12-də nənəmgilə getməsən, məni blokdan çıxarmasan, mənimlə əvvəlki kimi olmasan, başqa şeylər olacaq və videonu atana göstərərəm”. Sakit onu öldürməklə hədələmişdir. O, Sakitə heç nədən narahat olmamasını demişdir. Elgizlə Anaş da kiməsə söyləməməyini tapşırmışlar. Daha sonra o, qapını açıb qaçmışdır. Qaçarkən onlar yolun sağ tərəfində olmuşlar. Evə çatıb hər şeyi anasına danışmışdır. Atası evdə olmamışdır. Atası hadisədən sonra xəbərdar olub, travma keçirmişdir. Sonra atası demişdir ki, hər şey necə olub, danış, mən sənin arxandayam. Bir az özünə gələndən sonra, anası polisə zəng edib, şikayət etmişdir. Daha sonra suallara cavab verən Zərərçəkmiş şəxs bildirmişdir ki, polisə verdiyi ifadəni təsdiq edir. Sakit əvvəllər ona qaçırma barədə heç nə deməmişdir, amma dəfələrlə yolunu kəsmişdir. Sakitin onu qaçıracağından şübhələnməmişdir. Elgiz Sakitə qəti olaraq çölə çıxmamaları üçün zəng etmişdir. Nailənin həyətinə gələndə çox pis vəziyyətdə olmuş, hətta barmaqlarının dərisi soyulmuşdur. Nailəyə onu zorla qaçırdıqlarını demişdir. Sübhanla Sakit növbə ilə avtomobildən düşüb, yanında oturmuşlar, ancaq ağızını bağlamamışlar. Bıçaqdan qorxmuşdur. Nailə ilə Sakitin danışıqlarını eşitməmişdir. Qışqırsa da, qışqırığına gələn olmamışdır. Daha sonra bıçağı göstərmiş və o, qorxub qışqırmamışdır. Onu Mingəçevirə apardıqlarını demiş, videoya çəkmiş, sonra isə mərkəzi aptekin arxasına gətirmişlər. Orada avtomobili saxlamış və olanlar barədə kiməsə deməməyi ona tapşırmışlar. Daha sonra isə qolundan tutmaq istəyəndə, o qaçmışdır. Küçənin başında bir kişinin onları görməsinə baxmayaraq, heç nə etməmişdir. “Zəlzələ” deyilən binanın qarşısında onları görüb, bina tərəfə qaçanda, Sakit onu qolundan tutmuş, avtomobilə gələrkən sürünmüşdür. Sübhanda bıçaq olmamışdır. Nailə ona “Telefonunu ver, anana zəng edim” deməmişdir. Həyətə girərkən Sübhan ona qarşı hər hansı zor tətbiq etməmişdir. Sakitlə evə girməmişlər, Sakit onun telefonunu alıb, qaçmış və ona görə dalaşmışlar. Sübhan onları aldatdığını bilməmişdir. Avtomobildən özü qaçmışdır. Evdən çıxanda Sakitlə zəngləşməmişdir. O, Sakitə onu sevdiyini deyərək, onu razı salmış və telefonunu almışdır. Xalası onun qaçırıldığını axşam anası zəng edəndə bilmişdir. Sakitin onu özünə ailə etmək məqsədilə qaçırdığını bilməmişdir. 1 il 6 ay eyni rayonda olmuşlar. Sakitin qəribə hərəkətlərini görmüş, ona görə ayrılmaq istəmişdir. Təxminən 5-6 ay bundan əvvəl Sakitlə münasibətləri pozulmuşdur. Bu müddət ərzində Sakitlə əlaqəsi olmamış, amma dəfələrlə yolunu kəsmişdir. Həmin gün onun evdən çıxacağından Sakitin necə xəbər tutmasını bilmir. Qaçırılmadan əvvəlki günün axşamı Sakitlə danışmış və onu rədd etmişdir. Ona yalandan oğlan şəkili atıb, onu sevdiyini demişdir. Sakitlə Elgizin danışığından anlamışdır ki, onlar əlbirdilər. Onun həmin avtomobildən qaçmaq imkanı olmamışdır. Hadisənin səhəri günü onların yanına getməmişdir. Təqsirləndirilən şəxslərlə barışmamış, onlardan şikayətçidir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onun ifadələri ardıcıldır, təqsirləndirilən şəxslərin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələrlə uzlaşır, cinayət işinin materiallarında olan digər sübutlarla üstüstə düşür. Ona görə də məhkəmə kollegiyası zərərçəkmiş şəxsin ifadələrində təqsirləndirilən şəxslərə böhtan atması üçün əsaslar görmür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Aytacla Göyçayda tanış olmuşdur. 4 il sevgili olmuşlar. Lakin Aytac telefonunda başqa xanmla yazışmalarını tutduqdan sonra aralarında narazılıq yaranmışdır. Aytacla danışmağa çalışmış və o yaxşı olacağını demişdir. Uzaqlaşan kimi, ayrılaq, biraz vaxt verək, demişdir. Yanvar ayının 26-da yazışanda Aytac ona “məndən əl çək, mənim istədiyim var” demişdir. Həmin ayın 28-də Whatsappla Aytacı yığmış və o, “xəbərləşib, görüşərik” demişdir. Aytac saat 15 radələrində evdən çıxmış və bunu ona demişdir. Aytacı qaçırmaq niyyəti olmamışdır, elə şey olsaydı, Göyçaya aparardı. İbtidai istintaq zamanı verilmiş ifadələr düzgün deyildir, əməliyyatçılar ona təsir və təzyiq göstərmişlər, onu döymüşlər. Aytac ona zəng vurmuş və o gəlmişdir. Sübhana demişdir ki, gedək, qızı evinə aparaq. Əlillərin binasının yanında Aytaca “gəl biraz gəzək, söhbət edək” demiş, o isə razılaşmayıb bildirmişdir ki, görüb, valideynlərimə deyərlər. Yolda Elgizlə danışıb, razılaşmış və Elgizin dayısıgilə getmişlər. Aytacla danışıb, niyə belə etməsinin səbəbini soruşmuş, bunun düz olmadığını, 4 il bir yerdə olduqlarını bildirmişdir. Daha sonra Sübhanın işi olduğu üçün Elgizə demişdir ki, gəl, Aytacı evlərinə aparaq. O da razılaşmışdır. Elgiz gəlmiş, yanacaqdoldurma məntəqəsinə, oradan da evə getmişlər. Aytac maşından düşəndə, onu qucaqlayıb, öpmüşdür. Yanacaqdoldurma məntəqəsində bıçaqla yaxınlaşma olmamışdır. Orada qızdan təxminən 10 metr aralıda olmuşdur. Əgər qaçırmaq istəyirdisə, Aytac qışqıra, məntəqənin içinə girə və ya kömək istəyə bilərdi. Amma bunları etməmişdir. Daha sonra suallara cavab verən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, polis şöbəsində sol qulağından vurmuşlar. Döyülmə səbəbi onların dedikləri ilə razı olmaması olmuşdur. Sonradan başqa şeylər dedikləri üçün razı olmuşdur. Hadisə günü Sübhan yanında olmuşdur. Polisdə olarkən özünü təqsirli bilməmişdir. Taksi kimi Sübhanın maşınından istifadə etmiş və Sübhanın dayısının evinə getmişlər. Orada yarım saata qədər söhbət etmişlər. Sübhan həmin vaxt aşağıda olmuşdur. Sübhan işinin olduğunu və getməli olduğunu demişdir. Evdə olarkən Elgizə zəng vurub, onu çağırmışdır. Videonu o yox, Aytacın özü çəkmişdir. Maşında olarkən Aytac demişdir ki, “hər şey yaxşı olacaq, inanmırsansa video çək. Aytac anasının razı olmadığını demişdir. Bıçağı polis də soruşmuşdur. Onda bıçaq olmamışdır, olsaydı tapardılar. Heç bir cinayət törətməmiş və özünü təqsirli bilmir. Həmin gün telefonla Whatsapp vasitəsilə Aytacla danışmışdır. Hadisədən əvvəl də Aytacla Ağdaşda görüşmüşdür. Bərbərə üzünü təraş edirtmək üçün getmişdir. Hər dəfə Göyçayda görüşmüşlər, indi isə razılaşmışlar ki, Ağdaşda görüşsünlər. Aytac saat 13 radələrində ayaqqabını bibisigilə aparacağı adı ilə evdən çıxacağını demişdir. Əlində də ayaqqabı olmuşdur. Maşına minəndə Aytaca zor tətbiq etməmişlər, özü gəlib, maşına əyləşmişdir. Birinci Elgizgilə getmək istəmişlər, ancaq alınmamışdır. Sonra Elgizin dayısıgilə - Ağdaş rayonunun Qolqəti kəndinə getmişlər. Ev boş olmuş, orada söhbət etmişlər. Mingəçevirə getməmişlər. Qızı qaçırtmaq üçün imkanı olmuşdur, amma elə niyyəti olmamışdır. Qızın onunla qaçmaq istəyinin olub-olmamasını bilmir. Aytac onların evinə gedib-gəlmiş və evdəkilər onu istədiyini bilmişlər. Onların münasibətlərini Aytacın ailəsindən isə Jalə İsmayılova adlı xalası bilir. Geri qayıdanda yanacaqdoldurma məntəqəsinə dönmüşlər. Orada telefonla danışmışdır. Həmin yerdə video kamera vardır. Aytacı maşına məcburi mindirməmişlər. Elə şey olsaydı kameralara düşərdi. Aytacı götürüb, Elgizlə getmək istəmiş, o da evdə olmayacağını demişdir, sonra Sübhana dayısının evinə gedib-gedə bilməyəcəyini demiş və ora getmişdir. Maşında arxada Aytacla o, qabaqda o biri xanımla Elgiz oturmuşlar. Mərkəzi aptek deyilən yerdə Aytacı düşürmüşdür. Göyçaydan gətirəndə də orada düşürmüşdür. Aytac maşından düşəndə onu öpüb, getmişdir. Aytac maşında olanda qardaşı zəng vurub “evə gələndə nə alım” demiş, Aytac da ona demişdir ki, evdə deyiləm, Gülnarlayam. Gələndə 2 dənə çörək al. Gülnar onun rəfiqəsidir. Aytacın ona qarşı niyə belə etdiyini bilmir. Döyülməsi və digər şeyləri evdəkilərə demiş və onlar nazirliyə şikayət etmişlər. Bu hadisədən bir gün sonra, tutulan vaxt Aytac ona “hardasan” yazmış, o da “Gəlirəm” demiş, sonra “hansı tərəfdəsən, hansı maşındasan” kimi suallar vermiş, o da “maşını neyləyirsən? Gəlirəm” demişdir. Sonra Elgizlə mərkəzi aptekə tərəf getmişlər. Həmin vaxt Aytac gəlmiş, əli ilə işarə etmiş, ardınca polislər və YPX əməkdaşları onları saxlamışlar. Göyçaya getməklə bağlı Aytacla əvvəlcədən razılaşmış, Aytac onu çağırmış, sonra isə polislər onu tutmuşlar. Vəkil orada olmamışdır, yalnız məhkəmədə onu görmüşdür. Vəkil Ehtibar olmuşdur. X25 götürməyə və ya onunla gəzməyə getməmişdir. Elgiz Aytacla münasibətinin olmasını bilmişdir. Yanacaq dolduranda Aytaca qarşı bıçaq istifadə etməmiş və göstərməmişdir. Orada Aytac ona yaxınlaşmışdır. Sübhanın maşınından 2 dəfə taksi kimi istifadə etmişdir. Səhv etmirsə Aytacın əlində xəsarət izi olmuşdur, ancaq səbəbini soruşmamışdır. Aytacın videoçəkiliş aparılarkən ağlama səbəbini bilmir. Ondan qabaq yanacaqdoldurma məntəqəsindən çıxanda Aytac onu qucaqlayıb, ağlayaraq “bizim axırımız yoxdur, və. s” demişdir. O da Aytaca “səbrli ol, yaxşı olar” demişdir. Aytac ona “anam razı deyil, onu razı salacam, əgər inanmırsansa video çəkək, səndə qalsın” demişdir. O videoya baxmamışdır. Evdə olanda Aytac ağlamamışdır. Maşındakı videoçəkiliş Aytacı evə aparanda çəkilmişdir. Maşında videoçəkiliş olanda Aytac ağlamışdır. Aytacı istəmiş, Aytacda onu istəmişdir. Ancaq niyə ondan şikayətçi olduğunu bilmir. İndi də onu istəyir, razı olsaydı Aytacla ailə həyatı qura bilər. Bu günə qədər Aytaca qarşı utanılacaq hərəkət etməmişdir, peşmançılığı yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə verərək, bildirmişdir ki, özünü CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilir, lakin 144.2.5-ci maddəsi ilə təqsirli bilmir. 2020-ci ildə X26 və Texnologiya Kollecinin maliyyə idarəetmə fakultəsinə qəbul olunmuş və ölkədə pandemiya davam etdiyindən 1-ci kursda qiyabi təhsil almışdır. 2021-ci ildən etibarən isə 2-ci kursu əyani şəkildə oxumağa başlamışdır. Təxminən 2 ay sonra isə Aytacla tanış olmuşdur. Belə ki, kolleclə üzbəüz yerləşən ət kəsim məntəqəsində işləyən zaman tez-tez kollecin bufetinə gedərək, orada oturmuş, həmin vaxt Aytacı görüb bəyənmiş, bu səbəblə bir neçə dəfə Aytacın bufetdə əyləşdiyi masanın hesablarını vermiş, bundan sonrakı müddətdə isə Aytaca yaxınlaşaraq, tanış olmaq istədiyini bildirmişdir. Aytac ilk vaxtlar qəbul etməmiş, sonrakı müddətdə isə nənəsinin yaşadığı evdə kirayə qalan Aytacın qrup nümayəndəsi Zaminə Aytaca ondan xoşu gəldiyini, evlənmək niyyəti ilə tanış olmaq istədiyini çatdırmasını xahiş etmiş və Zamin bunu Aytaca çatdırmışdır. Aytac Zaminə demişdir ki, özü yaxınlaşsın. Zamin də bunu ona demiş, sonrakı müddətdə isə Aytaca yenidən yaxınlaşmış, danışıb tanış olmuş və bir-birilərinin nömrələrini götürərək “Whatsapp” ani mesajlaşma tətbiqi və “İnstagram” sosial şəbəkələrində əlaqə saxlamışlar. Sonrakı müddətdə Aytacı nənəsinin yaşadığı evə aparıb, bütün ailə üzvləri ilə tanış etmiş, ona özünün və ailə üzvlərinin fikrinin ciddi olmasını bildirmiş, dəfələrlə kollektiv və tək olaraq görüşüb, gəzmişlər. 2024-cü ilin yay aylarına qədər dəfələrlə küsüb-barışmış, mübahisələri olmuşdur. O, 2024-cü ilin iyul ayında Rusiya Federasiyasına işləməyə getmiş, bundan bir neçə gün öncə Aytac görüş zamanı gizli şəkildə onun “Whatsapp” ani mesajlaşma tətbiqini skan edərək öz mobil telefonuna kopyalamış, beləliklə onun “Whatsapp”ına gələn bütün mesajları Aytac da görə bilmişdir. O, bu halı Rusiya Federasiyasında olan zaman öyrənmişdir. Belə ki, Aytac tanışının ona atdığı bir qızın şəkilini görüb, başqa qızlarla danışdığını əsas gətirərək, onunla münasibətini kəsmişdir. O isə Aytaca başqa nömrənin “Whatsapp”ı vasitəsi ilə əlaqə yaradaraq, qayıdıb gələcəyini bildirmiş və avqust ayından etibarən yenidən yazışmağa başlamışlar. 2024-cü ilin sentyabr ayında Azərbaycana gəlmiş və sentyabr ayının ortalarında Aytac ona nişanlandığını bildirərək, əlaqə saxlamağını istəmişdir. Bir müddət sonra sürücülük vəsiqəsi olmadan özünə məxsus olan ağ rəngli, VAZ-2107 minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhərini gəzməyə gəlmişdir. Şəhər ərazisində hərəkətdə olan zaman Aytac qarşısına çıxmışdır. Həmin zaman Aytac onun təklifi ilə maşına əyləşmişdir. Aralarında olan söhbət zamanı Aytac ona yenidən barışıb, danışacaqlarını bildirmiş, sonra isə Aytacı avtomobildən düşürmüşdür. 2024-cü ilin dekabr ayının ortalarında Ağdaş şəhəri ərazisində Aytac ümumi istifadədə olan nəqliyyat vasitəsində olan zaman yanında əyləşmiş, yenidən söhbətləşmiş, onu istədiyini bir daha bildirmiş, lakin həmin zaman da Aytacdan dəqiq cavab ala bilməmişdir. Aytac ona başqa birisini istədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Ağdaş şəhər sakini olan tanışı Elgizə öz adına olmaqla, istifadəsində olan ***-***-**-** mobil nömrədən Elgizin istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. Elgiz nə məsələ olduğunu soruşduqda, qız məsələsi olduğunu bildirərək, üzbəüz görüşmək istədiyini demiş, Elgiz də razılaşmışdır. O, bu səbəblə bir neçə saat ərzində Ağdaş şəhərinə gəlmişdir. Belə ki, Elgizə əvvəllər Aytac barədə məlumat verərək, onu istədiyini bildirmişdir. Görüş zamanı Elgizə Aytacı qaçırmaq istədiyini demiş, Elgiz isə ona elçi getməyi məsləhət görmüşdür. Ancaq o, qızla üzbəüz görüşüb, fikrini bilmək istədiyini bildirmişdir. Elgiz heç nə deməmiş və sağollaşaraq ayrılmışlar. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Ağdaş şəhərinə gəlmişdir. Yolda olan zaman Elgizlə danışıb görüşmək istədiyini bildirmiş və saat 11 radələrində Ağdaş şəhərində Elgizlə görüşmüşlər. Elgizlə bir az söhbətləşdikdən sonra Elgiz işinin olduğunu bildirərək, getmək istədiyini demiş, o da Elgizə şəhərdə gəzmək üçün maşın lazım olduğunu demişdir. Bu səbəblə Elgiz qardaşı Sübhana zəng edərək, maşın lazım olması barədə məlumat vermişdir. Sübhanla görüşüb şəhər ərazisində bir qədər gəzmiş, həmin zaman istədiyi qızla maşında gəzib, söhbət etmək istədiyini bildirmişdir. Sübhan buna etiraz etməmişdir. Daha sonra Sübhan işi olduğu üçün getmiş, özü isə Aytacın yaşadığı binanın yaxınlığında gözləmişdir. Saat 15:30-da Aytacın evdən çıxaraq, “Köhnə xəstəxana” adlanan yerə getdiyini görüb, bibisinin evinə getdiyini bilmiş və dərhal Sübhanı yığıb qızın evdən çıxdığını demişdir. Bir neçə dəqiqə sonra Sübhan tünd yaşıl rəngli VAZ-2109 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib, onu götürmüşdür. Sübhan ilə birlikdə bir dəfə Aytacın yanından keçmiş və yolun sağ tərəfində saxlamışlar. O, həmin zaman Sübhana Aytacı evlənmək məqsədi ilə qaçıracağını, bunun üçün köməklik etməsini tapşırmış, Sübhan da ona heç bir etiraz etməyərək, razılaşmışdır. O, avtomobildən düşüb, Aytaca yaxınlaşmaq istəyən zaman Aytac onu görüb, bina tərəfə doğru qaçmağa başlamış, artıq 4-5 metr qaçmağa başlamış sağ əli ilə Aytacın çiyininin alt hissəsindən tutmuşdur. Aytac həmin zaman qışqırmağa başlamışdır. Ətrafda heç kim eşitməsin deyə, sol əli ilə Aytacın ağızını tutsa da, Aytac qışqırmağa davam etmişdir. Ağızı qapalı olduğundan Aytacın səsi çətinliklə çıxmışdır. Daha sonra Aytacı ayaqlarının yerdən üzüləcək səviyyədə qucağına alaraq, 4-5 metr avtomobilin sağ arxa qapısına doğru gətirmişdir. Bu zaman Aytacın əlində olan qara rəngli sellofan torba yerə düşmüş və Sübhan torbanı götürmüşdür. Aytac avtomobilə əyləşməyə müqavimət göstərmiş, Sübhan da Aytacın qolundan tutub, içəri basmış, sonra isə qapını örtmüşdür. O, Aytacın yanında, Sübhan isə sükan arxasında əyləşmişdir. Bu hadisə baş verən zaman yaxınlıqdakı küçədə olan, təxminən 50 yaşlı kişi onlara baxmış, lakin qorxusundan heç bir reaksiya verməmişdir. Aytac avtomobildə olarkən də qışqırmağa davam etmiş, yalvararaq Sübhan və ona onu buraxmalarını desə də, onunla söhbət edib, evlənməyə razı salmaq istədiyindən buna məhəl qoymamışlar. Sübhan dərhal avtomobili işə salaraq, Maşad küçəsinin içərisinə doğru hərəkət etmişdir. Yolda olan zaman Aytac bir neçə dəfə qapını və oturacaqları vuraraq, avtomobili dayandırmalarını tələb etmiş və onu buraxmaları üçün onlara yalvarmışdır. Yolda Elgizə zəng edərək, Aytacı qaçırdıqlarını demiş, Elgiz də ev tərəfə gəldiyini dedikdə, o “siz tərəfə gəlirik, görüşək” demişdir. Bundan sonra Sübhan tanımadığı yolla Ağdaş şəhəri, Ərəş küçəsində yerləşən yaşadığı evin qarşısına aparmış, təxminən 1-2 dəqiqə sonra Elgiz idarə etdiyi gümüşü rəngli Mercedes-Benz minik markalı avtomobil ilə yanlarına gəlmişdir. Həmin zaman Elgizin anası Nailə də onunla gəlmişdir. Elgizə bir daha qızı qaçırdığını demişdir. Həmin zaman Elgizin anası Nailə yanlarına gələrək, “kimin qızıdır” deyə sual verərək avtomobilin salonuna baxmışdır. Qızdan kimin qızı olduğunu soruşduqda, o, Nailəyə Məhərrəm və Vüsalənin qızı olmasını demişdir. Nailə də onları tanıdığını bildirərək, ondan niyə qızı qaçırdığını soruşmuş, o da Nailəyə istəkli olduğunu bildirmişdir. Həmin zaman Nailə Aytaca “atanın, ananın nömrəsini ver xəbər edək” demişdir. Bundan sonra Aytac bilmədiyi səbəbdən Nailədən xəbər etməməsini xahiş etmiş, Nailə isə onlara Aytacı aparıb evlərinə düşürməklərini tapşırmışdır. Bundan sonra Aytacla ətraflı söhbət edib, onu razı salmaq məqsədi ilə Sübhanla danışıb, əvvəllər yeyib-içməyə getdikləri Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən Sübhanın dayısının yaşayış olmayan evinə getməyi təklif etmiş, Sübhan da razılaşmışdır. Heç kimə ora gedəcəklərini xəbər vermədən avtomobilə əyləşərək, küçədən çıxmış, həmin zaman Aytaca, Elgizə və Nailəyə Aytacı evə düşürəcəklərini bildirmiş, lakin Sübhanla birlikdə niyyəti Aytacı Pirkəkə kəndinə yerləşən yaşayış olmayan evə aparıb, onu evlənməyə razı olub-olmamasını öyrənmək və razı salmaq olmuşdur. Nailə ilə Elgiz əvvəlcə, avtomobillə onların arxası ilə gəlsələr də, lakin onlar küçədən çıxan zaman onları arxalarında görməmiş və başqa istiqamətdə getdiklərini düşünmüşdür. Yol ayırıcından şəhər istiqamətində deyil, Ağdaş rayonu, Pirkəkə kəndi istiqamətinə döndükdə Aytac evə getmədiklərini başa düşüb, yenidən Sübhanla ona onu evinə aparmaları üçün yalvarmış, lakin Sübhan yenə də söhbət etmək istədiyi üçün buna məhəl qoymamışdır. Pirkəkə kəndində Sübhanın dayısının evinin qarşısına çatmış, Sübhan avtomobildən düşərək, paslanmış vəziyyətdə olan boz qapını açmış, daha sonra avtomobili içəri salmışdır. Onlar avtomobildən aşağı düşmüş, Aytac ağladığından, o, Aytaca “əl üzünü yu, üstünü təmizlə, sonra evə gedək” demiş, Aytac da su hovuzunun kranını açıb, əl-üzünü yumuşdur. Daha sonra Aytacla söhbətləşmək üçün evin ikinci mərtəbəsinə çıxmışlar. Evin aynabəndində onun nişanlı olub-olmamağı, ayrı bir istədiyinin olub-olmaması barədə bir az söhbət etdikdən sonra otağa girmişlər. Aytac ona nəsə edəcəyindən qorxub, ondan nə edəcəyini soruşmuş, o da heç bir şey etməyəcəyini, sadəcə olaraq, söhbət edəcəyini bildirmişdir. Aytacdan bir daha istədiyinin olub-olmadığını soruşmuş, Aytac isə sevdiyinin olmadığını bildirmişdir. O, Aytaca “qaleriyaya gir baxacam” demiş, Aytac da ona “şəxsi şeylərim var, aça bilmərəm” demişdir. Həmin zaman Aytac anasının ona evlənmək üçün başqa bir şəxs tapdığını, özünün onu istəmədiyini, əlaqəni kəsib, onunla evlənəcəyini bildirmişdir. Bir qədər aralarında olan bu məzmunlu söhbətlərin nəticəsində Aytacın onu həqiqətən sevdiyini, onunla evlənmək niyyətinin olduğunu başa düşüb, onu evinə aparmaq qərarına gəlmişdir. Lakin həmin zaman Aytacı gəldikləri avtomobillə deyil, başqa avtomobillə aparmaq istəmişdir. Belə ki, o, Sübhanla Aytacı zorla avtomobilə mindirən zaman yaxınlıqda onları görən olmuşdur. Bu səbəblə Elgizə zəng edib, Pirkəkə kəndində yerləşən dayısının evində olduqlarını, yanlarına gəlib, Aytacı ona məxsus avtomobillə aparmağa kömək etməsini demişdir. Elgiz yanında sevgilisi olduğunu bildirərək, ona şəhərə doğru gəlməklərini tapşıraraq, onları yolda qarşılayacağını demişdir. Təxminən 30 dəqiqə həyətdə qaldıqdan sonra Aytaca “səni aparırıq, “Ay işığı”nın qabağına, Elgiz sevgilisi ilə gələcək, səni o maşınla evə aparacayıq” demişdir. Bundan sonra Aytac razılaşaraq sakitləşmişdir. Daha sonra onlar oradan çıxıb, Ağdaş şəhəri istiqamətində getmiş, Ağdaş rayonunun Qolqəti kənd ərazisində yerləşən “Ay işığı” şadlıq sarayının qarşısında, çöl hissəsində dayanmışlar. Həmin zaman Elgiz də idarə etdiyi Mercedes- Benz avtomobili ilə oraya gəlmişdir. Elgizin yanında bir qız da olmuşdur. O, Aytacı Sübhanın yanında qoyub, Elgizin avtomobilinə getmiş, Elgizə qızı evlənmək məqsədi ilə qaçırdıqlarını, lakin razı sala bildiyini, Aytacın onu sevdiyini və evlənmək istədiyini, bu səbəblə qızı evə aparıb düşürmək istədiyini bildirmişdir. Elgiz də bu səbəblə Aytacı evə aparmaq barədə razılaşmışdır. Həmin zaman Elgizin avtomobilində olan qızın ləqəbinin “Anaş” olmasını bilmişdir. Daha sonra Aytacı Elgizin avtomobilinə əyləşdirmiş, Sübhan isə həmin yerdən çıxıb getmişdir. Daha sonra Ağdaş şəhərinə doğru hərəkət etmiş, şəhər ərazisində olan zaman Elgiz benzinin az qalmasını dedikdə, o, Elgizə benzin vurmasını demişdir. Çünki, benzin vurmayacaqları təqdirdə yolda qalmaq ehtimalı olmuşdur. Elgiz benzin vurması üçün prospektin sağ hissəsinə doğru dönmüşdür. Həmin zaman Aytac nə üçün sola deyil, sağa döndüklərini soruşduqda, onunla Elgiz Aytaca “benzin vurub, sonra səni düşürdəcəyik” demişlər. Aytac isə “burdan buradı, məni aparın, düşürün, sonra benzin vurarsız” demiş, o isə Aytaca “qorxma, səni evə aparacam, bir dənə benzin vuraq” demişdir. “4 yol” adlanan ərazidə yerləşən “Cavid petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanmış, benzin vurmaları üçün dostundan borca pul istəmiş və həmin pulu gözləmişdir. Bu zaman o, Elgizlə avtomobildən düşüb, aşağıda gözləmiş, Anaşla Aytac isə avtomobildə əyləşmişlər. Həmin zaman Aytac aşağı düşüb, ona “mənə yalan deyirsən, niyə məni aparmırsan” demiş, o da “səni aparacam, pul gözləyirəm, benzin vuracam” demişdir. Aytac isə “burda qışqıracam” demiş, o isə “keç otur, narahat olma, aparacam” demişdir. Aytac da keçib avtomobildə oturmuşdur. Daha sonra Anaş ona “benzini mən vurum, sən mənim kartıma atarsan” demiş və 15 manatlıq benzin vurmuşlar. Həmin zaman ona 10 manat pul gəlmiş və o da 10 manatı Anaşın kartına göndərmişdir. Ağdaş şəhər “4 yol” adlanan yerdən şəhər istiqamətinə gedən zaman o, Elgizə demişdir ki, “üzü Mingəçevirə sür.” Elgiz səbəbin soruşduqda, “Mingəçevirdə qohumum var, onlarla danışmışam, ora aparacam” demişdir. O, əslində Elgizə bu barədə yalan demişdir, çünki, Aytacın onu istəmədiyini, aşağıda olan zaman qışqırmaqla hədələdiyini bildiyi üçün Aytacı yolda onu istəməyə razı salmaq istəmişdir. Bu sözləri Aytacla Anaşın eşidib-eşitmədiyini bilməmişdir. Avtomobil üzü Mingəçevir şəhəri istiqamətinə dönən zaman Aytac yenidən qışqıraraq, ağlamağa başlamış, onlara yalvararaq, onu buraxmalarını istəmiş, lakin o, söhbət etmək üçün buna məhəl qoymamışdır. Bir az yol getdikdən sonra Aytac yenidən avtomobili saxlamaları üçün əl-qol atmağa başlamışdır. Ağdaş rayonu ərazisindən çıxmamış Elgizə avtomobili kənara çəkib saxlamağını demiş, Elgiz də buna əməl etmişdir. Aytac ona “sabah 12-də Göyçaya gedək, nənə ilə görüşək, orada elçiliklə bağlı danışarıq” demişdir. Aytac ona görüşüb, evlənmək barədə ailə üzvlərini razı salacağı barədə söz verdiyi üçün o, Aytacı buraxmağa razı olmuşdur. O, Aytaca inanmaq üçün video çəkmək istədiyini dedikdə, Aytac razılaşmışdır. Bu səbəblə Elgizə dönüb qayıtmasını demiş və geri qayıdan zaman yolda telefonu çıxarıb Anaşa vermişdir. Anaş videonu çəkməyə başlamış və həmin zaman Elgiz telefonla danışmışdır. O, Aytaca suallar verir, Aytac da suallara cavab olaraq “3 il sevgili olmuşuq, səni sevirəm, kişi qızı kimi söz verirəm ki, evdəkiləri razı salacam, səninlə evlənəcəm” demişdir. Bundan sonra videonu dayandırmışdır. Yol boyu Aytac yenə də onu buraxacağına inanmayaraq, buraxmaları üçün yalvarmağa davam etmişdir. Saat 20 radələrində Ağdaş şəhərində yerləşən “Mərkəz” apteklə üzbəüz yerləşən küçədə olan binanın arxasında dayanmışlar. O, Aytaca “məni blokdan çıxar, sabah saat 11-də görüşək, Göyçaya gedək” demiş, Aytac da “yaxşı” demiş və sonra uzaqlaşıb evə doğru getmişdir. Daha sonra suallara cavab verən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, özünün və ya başqa şəxslərin üzərində heç bir bıçaq və s. əşya olmamış, heç bir əşya ilə Aytacı hədələməmiş, eyni zamanda Nailə adlı qadın “gəl düş məhləyə, sizə üzük taxaq, sonra ailəni razı salarıq” deməmiş və Anaş adlı qızla aralarında “nə edək?”, “həmişə necə olub, elə” deyə bir dialoq olmamışdır. Həmçinin, o, Sübhanla Aytacı zorla avtomobilə əyləşdirən zaman Sübhan Aytacın ayaqlarından deyil, müqavimət göstərdiyindən qolundan tutaraq avtomobilə zorla əyləşdirmişdir. Aytacı Sübhanla birlikdə zorla avtomobilə əyləşdirən zaman o, Aytacın qol nahiyəsindən dartmış, qucağına götürərək avtomobilə salmağa çalışmış, Aytac müqavimət göstərməyə çalışmış, həmin zaman Sübhan da Aytacın qolundan tutmuş, bu proseslər olan zaman Aytac ola bilsin ki, xəsarət almışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Sakit ona zəng edib, bərbərdə olduğu yerə çağırmış, ona görə həmin yerə gedib, Sakiti bərbərdən götürmüşdür. O, sonra xanımın yerini demiş və ora getmişlər. Orada Sakit maşından düşüb, xanımla danışmış və onlar maşına əyləşmişlər. Polis şöbəsində hansı ərazilərdən keçdiyini demişdir. Evə gəlmiş və qardaşı demişdir ki, biz şəhərə gedirik, işimiz var. Əvvəl Sakitlə oturub yemək yemişlər. Sonra maşını Sakitin dediyi yerə sürmüş və Sakit orada xanımla beş-on dəqiqə söhbət edib, geri qayıtmışlar. Maşın “Ay işığı” şadlıq sarayının qarşısında xarab olmuşdur. Sakit qardaşı Elgizə zəng edib, harada olduğunu soruşmuş və qardaşı ona başqa bir nəfərlə olduğu yeri demişdir. Sakit Elgizə demişdir ki, onların dayandığı yerə çatmaq lazımdır, Sübhanın maşını xarab olmuşdur. Ona görə Elgiz gəlib, onları götürüb, getmişdir. Xanım maşında oturmuş, Sakit isə aşağı düşmüşdür. Əgər nəsə olsaydı, xanım qardaşına vatsapla zəng edə bilərdi, maşında da səs sala bilərdi. Ancaq xanım sakitcə maşında oturmuş, Sakit də düşüb, Elgizlə söhbət etmişdir. Xanım könüllü olaraq maşından düşüb, digər maşına minmişdir. Sonra işi çıxdığı üçün getmişdir. Daha sonra suallara cavab verən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, xanım özü maşına əyləşmişdir. Maşında o, Sakit və xanım olmuşdur. Həmin zaman qardaşı Elgiz orada olmamışdır. Sakit demişdir ki, gedib xanımı götürək. Ona görə maşını Sakit deyən yerə sürmüş, Sakit maşından düşüb, xanımla söhbət etmiş, sonra isə o, maşına əyləşmişdir. Sakit maşına xanımla birlikdə əyləşmişdir. Həmin vaxt sükan arxasında özü olmuşdur. İlk dəfə söhbət etmək üçün xanımı maşınla aparmışlar. Əvvəllər xanımı tanımamışdır. Üzləşmə zamanı onlarda bıçaq olduğunu, onun qolundan və ayağından tutduqlarını bildirmişdir. Onun nə üçün belə bir ifadə verdiyini bilmir. Sakit xanımı zorla maşına əyləşdirməmişdir. Sakitlə xanımın arasında mübahisə olubolmadığını bilmir. Sakit ona nişanlısı olduğunu demişdir. Sakit qardaşı Elgizə zəng vurmuşdur ki, maşın xarab olub, xanımı düşürüb, qayıdaq. Elgiz onları maşının xarab olduğu yerdən götürmüşdür. Onun maşını VAZ 21099 markalı, gələn maşın isə “Mercedes” markalı olmuşdur. Xanım xəsarət almamışdır. Sakit xanıma yaxınlaşanda o, maşından düşməmişdir. Sakit düşüb xanımla söhbət etmiş, sonra maşına əyləşmişlər. Sakitin xanımın qolundan tutub, zorla onu maşına çəkməsini görməmişdir. O, maşından düşməmişdir. Sakit ona xanımla beş-on dəqiqə söhbət etdikdən sonra onu evinə qaytaracaqlarını demişdir. Sakit onun dayısıgildə olmuşdur. Sakit və xanım dayısının evində oturub söhbət etmiş, sonra Sakit demişdir ki, xanımı aparıb gedək. Orada qışqırıq və ya söz-söhbət olmamışdır, sakitcə söhbət edib, aşağı düşmüşlər. Sakit demişdir ki, xanımı aparıb, evinə düşürək. Sakit xanıma evlənmək istədiyini demişdir. Xanım isə bildirmişdir ki, “Narahat olma, hər şey yaxı olacaq. Atam xəstədi, anamla danışıb, axşam sənə deyəcəm. Sabah gəlib məni götürərsən, nənəngildə söhbət edərik.” Xanım ondan kömək istəməmişdir. Onlar yanacaqdoldurma məntəqəsinə Elgizin maşını ilə getmişlər. Onları “Ay işığı” şadlıq sarayının qarşısında qardaşı Elgizə təhvil vermişdir. Sakit maşından düşüb, Elgizlə söhbət etmiş, sonra Qardaşının maşınında anası da olmuşdur. Yolda xanımın qardaşı ona zəng etmiş, xanım isə qardaşına rəfiqəsi Gülnargildə olduğunu və evə gələcəyini bildirmişdir. Xanımda telefon olmuşdur. Telefonunun xanımın əlindən alınmasına cəhd olunmamışdır. Xanım hər hansı bir formada Sakitə irad bildirməmişdir. Xanım maşında olarkən maşının qapısına, oturacağına təpik və ya yumruq vurmamışdır. Sakit ucu şiş alətlə xanımın qarın nahiyəsinə heç nə dirəməmişdir. Dəstəyi qəhvəyi rəngli bıçağı Sakitin üzərində görməmişdir. Xanım qardaşından kömək istəməmişdir. Sakit tərəfindən xanıma hər hansı bir zorakılıq tətbiq olunmamışdır. Xanımda aşkar olunan xəsarətlərlə bağlı materialı oxumamışdır. Anası Nailə maşından düşüb, xanımla Sakiti görmüş, Sakitdən probleminin olubolmadığını soruşduqda, o, “Yox” demişdir. Xanıma “Əgər problem varsa, ananın nömrəsini ver, xəbər edim” dedikdə o, “Xeyr” demişdir. Polislər onu döymüş və zorla boynuna qoymuşlar. Polislər qulağına vurmuşlar, bircə başına vurmamışlar, qalan hər yerinə vurmuşlar. İfadəsi alınan zaman yanında vəkil olmamışdır. Xanımın ağzından, ayağından tutmaq, üzük taxmaq və bıçaq məsələsi olmamışdır. Xanım maşına mindirilərkən etiraz etməmişdir, Sakit düşmüş, o da maşında oturmuşdur. Onlar söhbət etdikdən sonra maşına əyləşmişlər. Təqsirləndirilən şəxs2 İstintaq zamanı isə ifadə verərək, bildirmişdir ki, özünü CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilir, lakin 144.2.5-ci maddəsi ilə təqsirli bilmir. Arvadı və azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Qardaşı Təqsirləndirilən şəxs3, arvadı, azyaşlı övladı və anası Nailə onunla eyni küçədə olmaqla, qonşuluqda yaşayırlar. Küçəyə girdikdə, birinci anasının, sonra isə özünün evi gəlir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs3 vasitəsi ilə tanımışdır. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında qardaşı Elgiz ona zəng edərək, dostu Sakitin Ağdaşa gəldiyini, özünün işi olduğunu, Sakitə şəhərdə gəzmək üçün maşın lazım olduğunu, bu səbəblə ona kömək etməyini demişdir. O qardaşı ilə razılaşmış və Bakı şəhərində yaşayan X27 məxsus olmaqla, birgə istifadələrində olan və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyi tünd yaşıl rəngli VAZ-21099 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sakiti götürüb, bir qədər şəhər ərazisində gəzmişlər. Həmin zaman Sakit ona istədiyi qızla maşında gəzib, söhbət etmək istədiyini bildirmiş, o da buna etiraz etməmişdir. Daha sonra işi olduğuna görə getmişdir. Saat 15:30 radələrində Sakit istifadəsində olan ***-***-**-** mobil nömrə ilə özünün istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək, qızın evdən çıxdığını demişdir. Bir neçə dəqiqə sonra o, avtomobili ilə gedib, Sakiti götürmüş və Sakit ilə birlikdə bir dəfə Aytacın yanından keçərək, yolun sağ tərəfində saxlamışlar. Sakit həmin zaman ona Aytacı evlənmək məqsədi ilə qaçıracağını və bunun üçün ona köməklik etməyini tapşırmışdır. O isə Sakitə heç bir etiraz etməyərək, razılaşmışdır. Həmin zaman Aytacı ilk dəfə görmüşdür. Sakit avtomobildən düşüb, Aytaca yaxınlaşmaq istəyən zaman Aytac Sakiti görüb, bina tərəfə doğru qaçmağa başlamışdır. O da həmin zaman maşından düşmüşdür. Aytac artıq 4-5 metr qaçmağa başlamışdır ki, Sakit sağ əli ilə Aytacın çiyninin alt hissəsindən tutmuşdur. Aytac həmin zaman qışqırmağa başlamış və ətrafda heç kim eşitməsin deyə, Sakit sol əli ilə Aytacın ağızından tutmuşdur. O, həmin zaman bu prosesləri görmüşdür. Aytac həmin zaman qışqırmağa davam etmiş, lakin ağızı qapalı olduğundan çətinliklə səsi çıxmışdır. Daha sonra Sakit Aytacı ayaqlarının yerdən kəsiləcək səviyyədə qucağına alıb, 4-5 metr avtomobilin sağ arxa qapısına doğru gətirmişdir. Bu zaman Aytacın əlində olan qara rəngli sellofan torba yerə düşmüş və o, Aytacın əlindən yerə düşən torbanı götürmüşdür. Aytac həmin zaman avtomobilə əyləşməyə müqavimət göstərdiyi üçün o da Aytacın qolundan tutaraq maşına basmış, sonra isə qapını örtmüşdür. Sakit Aytacın yanında, özü isə sükan arxasında əyləşmişdir. Bu proseslər baş verən zaman yaxınlıqdakı küçədə olan təxminən 50 yaşlı kişi onlara baxmış, lakin həmin kişi qorxusundan heç bir reaksiya verməmişdir. Aytac avtomobildə olarkən də qışqırmağa davam etmiş, onlara yalvararaq, onu buraxmalarını desə də, Sakit onunla söhbət edib, evlənməyə razı salmaq istədiyindən, buna məhəl qoymamışlar. O, dərhal avtomobili işə salaraq, Maşad küçəsinin içərisinə doğru hərəkət etmişdir. Yolda olan zaman Aytac bir neçə dəfə qapını və oturacaqları vuraraq avtomobili dayandırmalarını istəmiş və buraxmaqları üçün onlara yalvarmışdır. X44 zəng edərək, Aytacı qaçırdıqlarını demiş və sonra “siz tərəfə gəlirik, görüşək” demişdir. Bundan sonra o, Maşad küçəsindən 20 Yanvar küçəsinə, oradan İsmayıllı- Yevlax avtomagistral yoluna qoşulmuş, Ağdaş şəhəri “4 yol” adlanan ərazidən Ağdaş şəhəri ərazisinə keçib, oradan da “Hamam arası” adlanan yerlə “Samirə” şadlıq sarayının olduğu küçəyə qoşulmuş, oradan da yaşadığı Ərəş küçəsinə dönmək üçün yola çıxıb, sonradan Ərəş küçəsinə dönüb, anasının yaşadığı evin qarşısından keçib, öz yaşadığı evin qarşısına gəlmişdir. Təxminən 1-2 dəqiqə sonra qardaşı Elgiz idarə etdiyi gümüşü rəngli Mercedes-Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanlarına gəlmişdir. Həmin zaman anası Nailə də onunla gəlmişdir. Sakit bir daha Elgizə qızı qaçırdıqlarını demişdir. Həmin zaman anası Nailə yanlarına gələrək, “kimin qızıdır” deyə, sual verib, avtomobilin salonuna baxmışdır. Qızdan kimin qızı olduğunu soruşduqda, Sakit anası Nailəyə Məhərrəm və Vüsalənin qızı olmasını demişdir. Anası Nailə də onları tanıdığını bildirərək, Sakitdən niyə qız qaçırdıqlarınıı soruşmuş, Sakit də anası Nailəyə istəkli olduğunu bildirmişdir. Həmin zaman X45 demişdir ki, “atanın, ananın nömrəsini ver, xəbər edək”. Bundan sonra Aytac bilmədiyi səbəbdən anası Nailədən xəbər etməməsini xahiş etmişdir. Anası Nailə isə onlara Aytacı aparıb evlərinə düşürmələrini tapşırmışdır. Bundan sonra Sakit ona Aytacla ətraflı söhbət edib, razı salmaq məqsədi ilə danışmaq istədiyini, bunun üçün əvvəllər yeyib-içməyə getdikləri Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən dayısının yaşayış olmayan evinə getməyi təklif etmiş və o, Sakitlə razılaşmışdır. Heç kimə ora gedəcəklərini xəbər vermədən avtomobilə əyləşərək, küçədən çıxmışdır. Həmin zaman Aytaca, Elgizə və anası Nailəyə Aytacı evə düşürəcəklərini bildirmiş, lakin onun Sakitlə birlikdə niyyəti Aytacı Pirkəkə kəndinə yerləşən dayısının yaşayış olmayan evinə aparıb, Aytacın Sakiti evlənməyə razı olub-olmamasını öyrənmək və Sakitin Aytacı razı salması olmuşdur. Anası Nailə ilə Elgiz avtomobillə bir az onların arxası ilə gəlsələr də, onlar küçədən çıxan zaman onları arxalarında görməmiş və başqa istiqamətdə getdiklərini düşünmüşdür. Yol ayırıcından şəhər istiqamətində deyil, Ağdaş rayonu, Pirkəkə kəndi istiqamətinə döndükdə, Aytac evə getmədiklərini başa düşüb, yenidən Sakitlə ona onu evinə aparmaları üçün yalvarmış, lakin Sakit onunla söhbət etmək istədiyi üçün buna məhəl qoymamışlar. Pirkəkə kəndində dayısının evinin qarşısına çatmış və o, avtomobildən düşərək, qapını açmış, daha sonra avtomobili həyətə salmışdır. O və Sakit avtomobildən düşmüş və Aytac ağladığından Sakit ona “əl üzünü yu, üstünü təmizlə, sonra evə gedək” demişdir. Aytac da su hovuzunun kranını açıb, əl-üzünü yumuşdur. Həmin zaman o, evin 2-ci mərtəbəsinə çıxmış, daha sonra Sakitlə Aytac söhbətləşmək üçün evin ikinci mərtəbəsinə çıxmışlar. Bu zaman o, həyətə düşmüş və onları gözləmişdir. Bir qədər sonra Sakit aşağı düşmüş və Aytacın onunla evlənməyə razı olduğunu, Aytacın onu istədiyini bildirərək, Aytacı evinə aparmaq qərarına gəldiyini demişdir. Lakin Aytacı gəldikləri avtomobillə deyil, başqa avtomobillə aparmaq istəmişdir. Belə ki, o, Sakitlə birlikdə Aytacı zorla avtomobilə mindirən zaman yaxınlıqda onları görən olmuşdur. Bu səbəblə Sakit Elgizə zəng edib, dayısının evində olduqlarını, yanlarına gəlib, Aytacı ona məxsus avtomobillə aparmağa kömək etməsini istəmişdir. Elgiz də yanında sevgilisi olduğunu bildirərək, şəhərə doğru gəlməklərini tapşıraraq onları yolda qarşılayacağını demişdir. Təxminən 30 dəqiqə həyətdə qaldıqdan sonra Sakit Aytaca “səni aparırıq, “Ay işığı”nın qabağına Elgiz sevgilisi ilə gələcək, səni o maşınla evə aparacayıq” demişdir. Bundan sonra Aytac Sakitlə razılaşaraq, sakitləşmişdir. Daha sonra onlar oradan çıxıb, Ağdaş şəhəri istiqamətində getmiş və Ağdaş rayonu, Qolqəti kənd ərazisində yerləşən “Ay işığı” şadlıq sarayının qarşısında, çöl hissəsində dayanmışlar. Həmin zaman Elgiz də idarə etdiyi Mercedes-Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oraya gəlmişdir. Onun yanında sevgilisi “Anaş” ləqəbli Hürü də olmuşdur. Sakit Aytacı onun yanında qoyub, Elgizin avtomobilinə getmiş və söhbət etmişdir. Həmin zaman avtomobildə Aytacla söhbətləşmiş, Aytac ona Sakiti blok etdiyini, onunla danışmadığını demiş, o isə Aytaca Sakitin neçə gündür onun arxası ilə gəlibgetdiyini bildirmişdir. Aytac ona anası ilə məsləhətləşəcəyini, anasını razı salacağını demişdir. Daha sonra Sakit Aytacı onun idarə etdiyi avtomobildən götürərək, Elgizin avtomobilinə əyləşdirmiş, o isə həmin yerdən çıxıb getmişdir. Belə ki, onlar Aytacı Sakiti istədiyini və onunla evlənməyə razı olduğunu bildirdiyi üçün Sakitin deməsi ilə evinə aparacaqdılar. Bundan sonra olanlardan məlumatı olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 suallara cavab olaraq bildirmişdir ki, Sakitin və ya onun üzərində heç bir bıçaq və s. əşya olmamış, heç bir əşya ilə Aytacı hədələməmiş, eyni zamanda anası Nailə “gəl düş məhləyə, sizə üzük taxaq, sonra ailəni razı salarıq” deməmişdir. O, Aytacı zorla avtomobilə əyləşdirən zaman onun ayaqlarından deyil, müqavimət göstərdiyindən qolundan tutaraq avtomobilə zorla əyləşdirmişdir. Aytacı Sakitlə birlikdə zorla avtomobilə əyləşdirən zaman Sakit onun qol nahiyəsindən tutaraq dartmış, qucağına götürərək, avtomobilə salmağa çalışmış, Aytac müqavimət göstərməyə çalışmış, həmin zaman o da Aytacın qolundan tutmuş, bu proseslər olan zaman Aytac ola bilsin ki, xəsarət almışdır. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Təqsirləndirilən şəxs3 bildirmişdir ki, hadisə vaxtı anası ilə şəhərdə olmuş, marketə getmişlər. Həmin vaxt Sakit ona zəng edib, görüşmək istədiyini bildirmişdir. Ona görə geri qayıdıb, küçədə görüşmüşdür. Həmin vaxt Aytac maşında, qardaşı Sübhanın yanında olmuşdur. Qızın kim olduğunu soruşduqda, Sakit bildirmişdir ki, nişanlımdır, söhbət etmək istəyirəm. Sakit ona zəng edib, demişdir ki, mənə maşın lazımdır, şəhərdə gəzmək istəyirəm. İşi olduğundan ona qardaşı Sübhanın nömrəsini vermişdir ki, onun maşını ilə şəhərdə gəzsin. Sakit bir saatdan sonra ona yenə zəng edib, görüşmək istədiyini bildirmişdir. Öz küçələrinə gəlib, Sakitlə görüşmüşdür. Həmin vaxt yanında anası olmuşdur. O və anası maşından düşüb, onlarla söhbət etmişlər. Sakit elçi yollamaq məqsədilə danışdıqlarını bildirmişdir. Anası qıza yaxınlaşıb, “Problemin varsa, ananın nömrəsini verə bilərsən. Görürəm ki, sıxılırsan” dedikdə, qız “Yox, heç bir problemim yoxdur” deyə, cavab vermişdir. Sonra onlar çıxıb getmişlər. Bir saatdan sonra Sakit ona zəng edib, maşınının xarab olduğunu demiş və sevgilisini evə düşürməkdə ona kömək etməsini istəmişdir. Ona görə “Ay işığı” şadlıq sarayının qabağına gəlib, Sakitlə qızı götürmüşdür. Benzini az olduğuna görə yanacaqdoldurma məntəqəsinə getmişdir. Həyətdə gözləmiş, Sakitlə Aytac maşından düşüb, 10 dəqiqə söhbət etmişlər. Müdaxilə olmamış, sakit formada danışıb, maşına oturmuşlar. Benzin vurduqdan sonra qızı evinə düşürmüşlər. X32 mesaj gəlmişdir ki, gəl məni apar, Göyçaya gedib, elçilik barədə söhbət edək. Sakit səhər ona zəng edib demişdir ki, bizi taksilər olan yerə düşürə bilərsən? Ona görə Sakiti götürən vaxt onları polislər saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sakit qızı qaçırmamışdır. Onun bu işdə iştirakı qızı evinə düşürmək olmuşdur. Qızı qaçırmaq və onunla söhbət etmə prosesində olmamışdır. Qaçırmaq niyyəti olsaydı, qızı evə düşürməzdi. Əvvəldən onların görüşəcəyini bilməmişdir. Sakit ona zəng edib, şəhərdə gəzmək üçün maşın lazım olduğunu bildirmiş, işi olduğuna görə qardaşının nömrəsini vermişdir. Sakitlə qızı “Ay işığı” şadlıq sarayının qarşısından “Mercedes” markalı maşınla götürmüş və yanında xanım da olmuşdur. Bu zaman qızın narazılığı olmamış, tam rahat olmuşdur. Çünki, maşından düşüb, 10 dəqiqə yanacaqdoldurma məntəqəsinin həyətində söhbət etmişlər. Kameraya da düşmüşdür. Səs-küy etsəydi, onlara müdaxilə edən olardı. Onları “Ay işığı” şadlıq sarayının qarşısından götürəndə günorta saat 15 radələri olmuşdur. Ora elə bir yerdir ki, taksi olmur. Şadlıq sarayında toy olduqda taksilər gəlir. Yaxınlıqda taksi olmamışdır. Özü taksi şirkətində işləyir, amma ora sifarişlə getməmişdir. Sakit ona zəng edib, onları götürməyini istəmişdir. Ora çatmağı 10-15 dəqiqə çəkmişdir. Aytacı ilk dəfə öz küçələrində görmüşdür. Sakit zəng edib, onunla görüşmək istədiyini bildirmiş, o da gedib görüşmüşdür. Yanında anası da olmuşdur. Sakit ona qızla söhbət etmək istədiyini demiş, o da ona “Biz evdə olmayacağıq, bazarlığa gedirik. Əlavə işlərimiz də var” demişdir. Həmin vaxt anası Sakitdən qızın kim olduğunu soruşmuş, Sakit onun sevgilisi olduğunu bildirmişdir. Anası qızdan kimin qızı olduğunu soruşduqda, o, “Məhərrəmin qızıyam” deyə, cavab vermişdir. Anası ona “Əgər problem varsa, ananın nömrəsini ver, zəng edim” dedikdə, o, ehtiyac olmadığını bildirmişdir. Yanacaqdoldurma məntəqəsinin ətrafında oranın işçiləri və taksilər olmuşdur. Orada hər hansı bir mübahisə olsa, eşidilərdi. Sakitlə 3-4 həftə əvvəl tanış olmuşlar. Sakit qızla görüşməyə onun maşını ilə getməmişdir. Belə hal birinci dəfə olmuşdur. Sakit ona “Ağdaşdan istədiyim bir qız var” deyib, şəkillərini bir dəfə ona göstərmişdir, lakin onu tanımadığını bildirmişdir. Onlar Aytacı yaşadığı evdən 50-100 metr aralıda düşürmüşlər. Qız “Ay işığı” şadlıq sarayının qarşısında Sübhanın maşınından düşüb, onun maşınına minmişdir. Həmin vaxt orada başqa adamlar olmamışdır. Qız sakit şəkildə maşına minmiş və onlar yancaqdoldurma məntəqəsinə getmişlər. Qızı götürdüyü yerdən yanacaqdoldurma məntəqəsinə 10-15 dəqiqəlik məsafə vardır. Heç kimin təsiri olmadan qızı evinə düşürmüşlər. Qızın yazdığı ərizəni oxumamış, ərizənin məzmunundan xəbəri yoxdur. Sakit ona qızı qaçırtmaq niyyətinin olduğunu yox, onu istədiyini demişdir. Aytac demişdir ki, birinci məni evə düşürün. Ona maşında benzinin az olduğunu və yolda qalacaqlarını bildirmişdir. Sakit ona demişdir ki, Ağdaş şəhərində 10-15 dəqiqə gəzək. Mingəçevirə getməmişlər. Hürünün video çəkiliş apardığını bilmir. Çünki, həmin vaxt telefonla görüntülü danışmışdır. O, ifadə verəndən sonra vəkil gəlmişdir. İfadəsində özünü təqsirli bilmədiyini yazmışdır. İfadəsinin sonundakı xətt mənə məxsusdur. O, ifadəsində yazılanları oxumamışdır. Döyülərək ifadə vermişdir. Onu əməliyyatçılar döymüşlər. İz qalmayan yerlərinə, qoluna və böyrəyinə yumruq, şillə ilə vurmuşlar. İfadəsində qaçırtmaq sözü işlətməmişdir. Qızı evinə öz maşını ilə düşürmüşdür. Qız maşından düşəndə onu görmüşdür. Bu zaman o, maşından düşüb sakit şəkildə getmişdir. Çay evi işlətmişdir, “Anaş” ləqəbli xanım sevgilisi yox, işçisidir. Video çəkiliş vaxtı Bakıda olan qardaşı ilə görüntülü danışmış, həmçinin maşında musiqi olduğuna görə səs eşitməmişdir. Qız səhəri gün onu düşürdükləri küçəyə gəlmişdir ki, Göyçaya gedib, Sakitin ana və atası ilə söhbət etsinlər. Sakitlə o eyni maşında olmuş və eyni vaxtda saxlanmışlar. Saxlanma vaxtları qeyd olunan protokolu oxumamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni qismən təsdiq edir. İbtidai istintaq zamanı ifadə verən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, özünü CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilir, lakin 144.2.5-ci maddəsi ilə təqsirli bilmir. Ağdaş rayonunun Pirkəkə kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında arvadı, azyaşlı övladı və anası Nailə ilə birlikdə yaşayır. Qardaşı Təqsirləndirilən şəxs2 da arvadı və azyaşlı övladı ilə birlikdə eyni küçədə olmaqla, qonşuluqda yaşayırlar. Küçəyə girdikdə, birinci onun, sonra isə qardaşının evi gəlir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 ilə Göyçay rayonunda tanış olmuş, onunla yaxın münasibəti olmuşdur. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək, işi olduğunu, görüşmək istədiyini bildirmişdir. O nə məsələ olduğunu soruşduqda, Sakit qız məsələsi olduğunu bildirərək, üzbəüz görüşmək istədiyini demişdir. O da Sakitlə razılaşmış və Sakit bu səbəblə bir neçə saat ərzində Ağdaş şəhərinə gəlmişdir. Çünki, Sakit əvvəllər Aytac barədə ona məlumat verərək, Aytacı istədiyini demişdir. Görüş zamanı Sakit ona Aytacı qaçırmaq istədiyini bildirmiş, o isə Sakitə elçi getməyi məsləhət görmüşdür. Sakit qızla üzbəüz görüşüb, fikrini bilmək istədiyini bildirmiş, o isə heç nə deməmiş və sağollaşaraq ayrılmışlar. xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Sakit Ağdaş şəhərinə gəlmiş, yolda olan zaman onunla danışıb, görüşmək istədiyini bildirmiş və saat 11 radələrində Ağdaş şəhərində onunla görüşmüşdür. Bir az söhbətləşdikdən sonra o, işinin olduğunu bildirərək, getmək istədiyini bildirəndə, Sakit ona şəhərdə gəzmək üçün maşın lazım olduğunu demişdir. Bu səbəblə o, qardaşı Sübhana zəng edərək, Sakitə şəhərdə gəzmək üçün maşın lazım olduğunu, ona görə ona kömək etməyini istəmiş, Sübhan da onunla razılaşmışdır. Günorta saatlarında anası Nailə ilə birlikdə şəhər ərazisində alış-verişdə olan zaman Sakit ona zəng edərək, Sübhanla birlikdə Aytacı qaçırdıqlarını demişdir. O ev tərəfə gəldiyini dedikdə, Sakit “siz tərəfə gəlirik, görüşək” demişdir. O da həmin zaman anası X17 birlikdə qız qaçırdığını demişdir. Anası nə məsələ olduğunu öyrənmək üçün evə qayıtmalarını demişdir. X27 məxsus olmaqla, birgə istifadələrində olan Mercedes-Benz minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı Sübhanın yaşadığı evin qarşısına getmiş və Sakit bir daha ona Aytacı qaçırdığını demişdir. Həmin zaman anası Nailə yanlarına gələrək, “kimin qızıdır” deyə sual verərək, avtomobilin salonuna baxmışdır. Qızdan kim olduğunu soruşduqda, Sakit anasına Məhərrəm və Vüsalənin qızı olduğunu demişdir. Anası Nailə onları tanıdığını bildirərək, Sakitdən niyə qızı qaçırdıqlarını soruşmuşdur. Sakit anasına istəkli olduğunu bildirmişdir. X45 “atanın, ananın nömrəsini ver xəbər edək” demiş, bundan sonra Aytac bilmədiyi səbəbdən anası Nailədən xəbər etməməsini xahiş etmişdir. Anası Nailə X30 aparıb, evlərinə düşürmələrini tapşırmışdır. Bundan sonra X33 evlərinə doğru aparmış, anası ilə özü isə öz işləri üçün şəhər ərazisinə qayıtmışlar. Bundan sonra onlarla maraqlanmamışdır. Bir neçə saat sonra Sakit ona zəng edib, Pirkəkə kəndində yerləşən dayısının evində olduqlarını, Aytacı aparmadıqlarını, Aytacı razı saldığını, onu evə düşürəcəyini, bunun üçün yanlarına gəlib, Aytacı idarə etdiyi avtomobillə aparmağa kömək etməyini istəmişdir. O, yanında sevgilisinin olduğunu bildirərək, şəhərə doğru gəlmələrini, onları yolda qarşılayacağını demişdir. Daha sonra sevgilisi “Anaş” ləqəbli Şahid1 ilə Ağdaş rayonu, Qolqəti kənd istiqamətinə doğru gedib, “Ay işığı” şadlıq sarayının qarşısında, çöl hissəsində dayanmışlar. Həmin zaman Sakitlə Sübhanın yol kənarında avtomobildə olduğunu görmüş və dayanmışlar. X34 yanında qoyub, onun idarə etdiyi avtomobilə gəlmiş, ona qızı evlənmək məqsədi ilə qaçırdıqlarını, lakin onu razı sala bildiyini, Aytacın onu sevdiyini və evlənmək istədiyini, bu səbəblə qızı evə aparıb düşürmək istədiyini bildirmişdir. O da bu səbəblə Aytacı evə aparmaq barədə razılaşmışdır. Hürü də onların danışıqları zamanı heç bir reaksiya verməmişdir. Daha sonra X34 idarə etdiyi avtomobildən düşürərək, onun idarə etdiyi avtomobilə əyləşdirmiş, qardaşı Sübhan isə həmin yerdən çıxıb getmişdir. Daha sonra Ağdaş şəhərinə doğru getmişlər. O, benzinin az qalmasını dedikdə, Sakit benzin vurmasını tapşırmışdır. O, benzin vurmaq üçün prospektin sağ hissəsinə doğru dönmüşdür. Həmin zaman Aytac nə üçün sola deyil, sağa döndüklərini soruşduqda, onunla Sakit Aytaca “benzin vurub, sonra səni düşürdəcəyik” demişlər. Aytac isə “burdan buradı, məni aparın düşürün, sonra benzin vurarsız” demişdir. Sakit isə Aytaca “qorxma, səni evə aparacam, bir dənə benzin vuraq” demişdir. “4 yol” adlanan ərazidə “Cavid petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanaraq, Sakit benzin vurmaları üçün dostundan borca pul istəmiş və həmin pulu gözləmişdir. O, Sakitlə avtomobildən düşüb gözləmiş, Hürü ilə Aytac isə avtomobildə əyləşmişlər. Həmin zaman Aytac aşağı, Sakitin yanına düşmüş, o isə avtomobilə oturmuşdur. Onlar nəsə söhbət etmiş, lakin o eşitməmişdir. Daha sonra isə Sakitlə Aytac avtomobilə oturmuşlar. Daha sonra Anaş Sakitə demişdir ki, benzini mən vurum, sən mənim kartıma atarsan. 15 manatlıq benzin vurmuşlar. Həmin zaman Sakitə 10 manat pul gəlmiş və Sakit 10 manatı Anaşın kartına göndərmişdir. Ağdaş şəhər “4 yol” adlanan yerdən şəhər istiqamətinə gedən zaman Sakit ona demişdir ki, üzü Mingəçevirə sür. O, Sakitdən səbəbin soruşduqda, Sakit ona “Mingəçevirdə qohumum var, onlarla danışmışam, ora aparacam” demişdir. Bu sözləri Aytacla Hürünün eşidib-eşitmədiyini bilməmişdir. Avtomobil üzü Mingəçevir şəhəri istiqamətinə dönən zaman Aytac yenidən qışqıraraq, ağlamağa başlamış, yenə yalvararaq onu buraxmalarını istəmiş, lakin Sakit söhbət etmək üçün buna məhəl qoymamış və Aytacı sakitləşdirmişdir. Bir az yol getdikdən sonra, Ağdaş rayonu ərazisindən çıxmamış və Aytac yenidən avtomobili saxlamaları üçün əl-qol atmağa başlamışdır. Sakit ona demişdir ki, avtomobili kənara çəkib saxla. O, buna əməl etmiş və avtomobili kənara çəkib saxlamışdır. Aytac Sakitə demişdir ki, sabah 12-də Göyçaya gedək, nənə ilə görüşək, orada elçiliklə bağlı danışarıq. Aytac Sakitə görüşüb, evlənmək barədə ailə üzvlərini razı salacağı barədə söz verdiyi üçün Sakit onu buraxmağa razı olmuşdur. Sakit ona inanmaq üçün video çəkmək istədiyini dedikdə, Aytac razılaşmış, bu səbəblə Sakit ona dönüb, qayıtmağını tapşırmış, geri qayıdan zaman yolda Sakit telefonu çıxarıb, Hürüyə vermiş, Hürü videonu çəkməyə başlamışdır. Həmin zaman o, telefonla danışmış, bu səbəblə onların videoda nə danışdığını eşitməmişdir. Bir müddət sonra isə videonu dayandırmışdır. Yol boyu Aytac yenə də Sakitin onu buraxacağına inanmayaraq, onu buraxmaları üçün yalvarmağa davam etmişdir. Saat 20 radələrində Ağdaş şəhərində yerləşən Mərkəzi apteklə üzbəüz yerləşən küçədə olan binanın arxasında dayanmış, Sakit Aytaca “məni blokdan çıxar, sabah saat 11-də görüşək, Göyçaya gedək” demiş, Aytac da yaxşı deyib, evə doğru getmişdir. Daha sonra suallara cavab verən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Sakitlə Aytac “Cavid petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında söhbət edən zaman onunla Hürü avtomobildə olmuş, Sakitin üzərində heç bir bıçaq və s. əşya görməmiş, heç bir əşya ilə Aytacı hədələdiyini də görməmiş, eyni zamanda anası Nailə “gəl düş məhləyə, sizə üzük taxaq, sonra ailəni razı salarıq” deməmiş, Anaşla Sakit arasında “nə edək?”, “həmişə necə olub, elə” deyə bir dialoq olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrə inanır və onları ittiham hökmünün əsasına qoyur, çünki onlar Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, Zərərçəkmiş şəxs ifadələri ilə uzlaşır, iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dindirmələri müdafiəçilərin iştirakı ilə aparılmış, onlara hüquqları izah edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ifadələrini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayətin törədilməsində təqsirlərini müəyyən edilmiş hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Sərvan Kərimov onun oğullarıdır. Onlar ünvan 2 ünvanında oğlu Təqsirləndirilən şəxs3 və onun ailəsi ilə birlikdə yaşayırlar. Digər oğlu Təqsirləndirilən şəxs2 da öz ailəsi ilə birlikdə eyni küçədə olmaqla onlarla qonşuluqda, Sərvan Kərimov isə Bakı şəhərində yaşayır. Küçəyə girdikdə, birinci özünün, sonra isə oğlu Sübhanın evi gəlir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 oğlanları Sübhan və Elgizin dostudur. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında oğlu Elgizlə birlikdə şəhər ərazisində alışverişdə olan zaman kimsə oğlu Elgizə zəng edərək, nəsə demişdir. Həmin zaman Elgiz ona Sakitin Sübhanla birlikdə Aytacı qaçırdıqlarını demiş, o da nə məsələ olduğunu öyrənmək üçün Elgizə evə qayıtmağı tapşırmışdır. Oğlu Elgiz digər oğlu Sərvana məxsus olan, lakin birgə istifadələrində olan Mercedes Benz 200 markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sübhanın yaşadığı evin qarşısına getmişlər. Orada olan zaman Sakit Aytacı qaçırdığını demişdir. Həmin zaman onların yanına gəlib, soruşmuşdur ki, kimin qızıdır və avtomobilin salonuna baxmışdır. Qızdan kim olduğunu soruşanda, Sakit ona bildirmişdir ki, Məhərrəm və Vüsalənin qızıdır. O, Məhərrəmlə Vüsaləni rayon sakini kimi tanıdığından, onları tanıdığını deyib, Sakitdən qızı niyə qaçırdıqlarını soruşmuşdur. Sakit cavab vermişdir ki, bir-birimizi istəmişik. Həmin zaman Aytaca “atanın, ananın nömrəsini ver xəbər edək” desə də, Aytac bilmədiyi səbəbdən ondan xəbər etməməsini xahiş etmişdir. O, X30 aparıb evlərinə düşürmələrini tapşırmış və bundan sonra X33 evlərinə doğru aparmaq üçün küçədən çıxmışlar. Özü isə oğlu Elgizlə işləri olduğu üçün şəhər ərazisinə qayıtmış, bundan sonra isə onlarla maraqlanmamışdır. O, Aytaca “gəl düş məhləyə, sizə üzük taxaq, sonra ailəni razı salarıq” deməmişdir, Aytaca “atanın, ananın nömrəsini ver xəbər edək” demiş, Aytac isə xəbər etməməsini xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı isə bildirmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Sərvan Kərimov oğullarıdır. ünvan 2 ünvanında oğlu Təqsirləndirilən şəxs3 və ailəsi ilə birlikdə yaşayır. Digər oğlu Təqsirləndirilən şəxs2 da öz ailəsi ilə birlikdə eyni küçədə olmaqla qonşuluqda, Sərvan Kərimov isə Bakı şəhərində yaşayır. Küçəyə girdikdə birinci özünün, sonra isə oğlu Sübhanın evi gəlir. Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 oğlanları Sübhan və Elgizin dostudur. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında oğlu Elgizlə birlikdə şəhər ərazisində alışverişdə olan zaman oğlu Elgizə kimsə zəng edərək, nəsə demişdir. Həmin zaman Elgiz ona Sakitin Sübhanla birlikdə Aytacı qaçırdıqlarını demiş, o da nə məsələ olduğunu öyrənmək üçün Elgizə evə qayıtmağı tapşırmışdır. Oğlu Elgiz digər oğlu Sərvana məxsus olmaqla, birgə istifadələrində olan və sürücülük vəsiqəsi olmadan idarə etdiyi Mercedes Benz 200 markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sübhanın yaşadığı evin qarşısına getmişdir. Orada olan zaman Sakit Aytacı qaçırdığını demişdir. O, həmin zaman onların yanına gələrək, kimin qızıdır deyə, sual verərək, avtomobilin salonuna baxmışdır. Qızdan kim olduğunu soruşduqda, Sakit ona Məhərrəm və Vüsalənin qızı olmasını demişdir. O, Məhərrəmlə Vüsaləni rayon sakini kimi tanıdığından onları tanıdığını bildirərək, Sakitdən niyə qızı qaçırdıqlarını soruşmuş və Sakit ona istəkli olduqlarını bildirmişdir. Həmin zaman o, Aytaca “atanın, ananın nömrəsini ver, xəbər edək” demiş, lakin Aytac bilmədiyi səbəbdən ondan xəbər etməməsini xahiş etmişdir. O, X30 aparıb, evlərinə düşürmələrini tapşırmış, bundan sonra isə X33 evlərinə doğru aparmaq üçün küçədən çıxmışlar. Öz işləri üçün oğlu Elgizlə şəhər ərazisinə qayıtmış, bundan sonra isə maraqlanmamışdır. Zərərçəkmiş şəxs “gəl düş məhləyə, sizə üzük taxaq, sonra ailəni razı salarıq” deməmişdir (İ cild, i/v 181-183). Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onun müdiri olmuşdur. İşlə bağlı danışanda Elgizə zəng gəlmiş və Sübhanın maşının xarab olması bildirilmiş və buna görə ora getmək lazım olmuşdur. Elgizlə həmin yerə getmişlər. Orada onlar gəlib Elgizin maşınında oturmuşlar. Qızı qaçırtmaq niyyətləri olmamışdır. “Cavid petrol” yanacaqdoldurma məntəqəsinə gedib, benzin vurmuşlar, sonra isə qızı evlərinə düşürmüşlər. Şahid1 daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumuşdur. İfadəsində nə yazdığını xatırlamır. Sakitlə qız gəlib maşına əyləşmişlər. O nə bilsin ki, Sakit onu qaçırtmaq istəmişdir. Qız ağlamamışdır, sonradan ağlamışdır ki, anam məni başqasına verir, qoyma. Aytac ağlayaraq telefonu ona verib “Məni çək, anam məni başqasına verir. Mən Sakiti istəyirəm” demişdir. Həmçinin, o, Sakitə “Səhəri gün gəlib məni apararsan” demişdir. Video çəkilişin məqsədi sübut üçün saxlamaq olmuşdur. Elgizin çəkilişdən xəbəri olmamışdır, o həmin vaxt telefonla danışmışdır. Qızı düşürənə qədər maşında olmuşdur. Qız sağollaşmış, sakit şəkildə düşüb getmişdir. Onu heç kim zorla saxlamamışdır. Yanacaqdoldurma məntəqəsində Sakit, arxasınca da qız düşmüşdür, söhbət edib, maşına minmişlər. Yanacaqdoldurma məntəqəsində maşınlar və adamlar olmuşdur. Qız maşından düşüb, Sakitlə söhbət etmişdir. Şahid1 ibtidai istintaq zamanı isə bildirmişdir ki, Təqsirləndirilən şəxs3 ilə 4 ilə yaxın müddətdir ki, qeyri-rəsmi sevgi münasibətində olmaqla, ər-arvad münasibətində yaşamışlar. Onun adı Hürü olsa da, hamı onu “Anaş” ləqəbi ilə tanıyır. xx.xx.2025-ci il tarixdə, axşam saatlarına az qalmış Elgizin idarə etdiyi “Mercedes- Benz” markalı avtomobillə Ağdaş şəhəri ərazisində gəzən zaman əvvəllər Elgizin dostu kimi tanıdığı Sakitdən Elgizə zəng gəlmişdir. Sakit telefonda Elgizlə nəsə danışmış, amma o, onların dəqiq nə barədə danışdığını bilməmişdir. Daha sonra Elgizlə birlikdə Ağdaş rayonu, Qolqəti kənd istiqamətinə doğru getmiş, “Ay işığı” şadlıq sarayının qarşısında, çöl tərəfdə dayanmışlar. Elgizdən hansı səbəbdən gəldiyini soruşduqda, o, işinin olduğunu bildirmişdir. Həmin zaman Sübhanın da avtomobilinin orada olduğunu görmüş və Sakit onların maşının yanına gəlmişdir. Elgiz də maşından düşmüş, lakin o, maşında oturmuşdur. Elgiz əri kimi olduğundan və ondan qorxduğundan onların söhbətinə qarışmaq istəməmişdir. Onlar nəsə söhbət etmiş, daha sonra Sakit Sübhanın maşının yanına gedərək, ilk dəfə gördüyü qızın qolundan tutub, onların maşınına gətirmiş və arxa oturacaqda oturtmuşdur. Həmin zaman qızın gözləri ağlamaqdan qızarmışdır. Daha sonra Sakit də gəlib arxa oturacaqda, Elgiz isə sükan arxasında oturmuşdur. Həmin zaman Sübhan oradan çıxıb getmişdir. Onlar yola düşdükdən sonra Elgiz benzinin az qalmasını demişdir. Həmin zaman Sakit Elgizə benzin vurmasını tapşırmış, Elgiz də prospektin sağ hissəsinə doğru dönmüşdür. Aytac nə üçün sola deyil, sağa döndüklərini soruşduqda X37 “benzin vurub, sonra səni düşürdəcəyik” demiş, Aytac isə “burdan buradı, aparın düşürün sonra benzin vurarsız” demişdir. Sakit isə Aytaca “qorxma səni evə aparacam, bir dənə benzin vuraq” demişdir. Lakin Aytac buna inanmayaraq ağlamağa və qışqırmağa başlamış, həmin zaman özü də qorxmağa başlamış, onlara müdaxilə etmək istəsə də, Elgizdən qorxduğundan müdaxilə edə bilməmişdir. “4 yol” adlanan ərazidə “Cavid petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanmışlar. Belə ki, Sakit benzin vurmaq üçün dostundan borca pul istəmiş və həmin pulu gözləmişdir. Elgizlə Sakit isə avtomobildən aşağıda gözləmiş, özü ilə Aytac da avtomobildə əyləşmişlər. Həmin zaman Aytac aşağı, Sakitin yanına düşmüş, Elgiz isə həmin zaman avtomobilə oturmuşdur. Onlar aralarında söhbət etmiş, söhbət zamanı Aytacın Sakitə “mənə yalan deyirsən, niyə məni aparmırsan” dediyini eşitmişdir. Sakit də Aytaca “səni aparacam, pul gözləyirəm, benzin vuracam” demiş, Aytac isə “burda qışqıracam” demişdir. Bundan sonra Sakit Aytacı avtomobilə otuzdurmuş, daha sonra o, oradan çıxıb tez evə getmək üçün Sakitə “benzini mən vurum, sən mənim kartıma atarsan” demiş və 15 manat həcmində benzin vurmuşdur. Həmin zaman Sakitə 10 manat pul gəlmiş və Sakit də 10 manat pulu onun kartına göndərmişdir. Ağdaş şəhər “4 yol” adlanan yerdən şəhər istiqamətinə gedən zaman Sakit Elgizə “üzü Mingəçevirə sür” demiş və Elgiz üzü Mingəçevir şəhəri istiqamətinə dönmüşdür. Bu vaxt Aytac yenidən qışqırıb, ağlamağa başlamış, X20 buraxması üçün yalvarmışdır. Həmin zaman qızın vəziyyətinə yazığı gəlmiş, lakin qorxudan heç nə edə bilməmiş və sakit dayanmışdır. X41 buna məhəl qoymamışlar. Biraz yol getdikdən sonra, Ağdaş rayonu ərazisindən çıxmamış Aytac yenidən avtomobili saxlamaları üçün əl-qol atmağa başlamış, ona görə Sakit Elgizə avtomobili kənara çəkib, saxlamağı demiş və Elgiz avtomobili kənara çəkmişdir. Aytac Sakitə demişdir ki, sabah 12-də Göyçaya gedək, nənə ilə görüşək, orada elçiliklə bağlı danışarıq. Aytac Sakitə görüşüb evlənmək barədə ailə üzvlərini razı salacağı barədə söz verdiyindən, Sakit onun sözlərinə inanıb, onu buraxmağa razı olmuşdur. Sakit ona inanmaq üçün video çəkmək istədiyini dedikdə, Aytac razılaşmış, bu səbəblə Sakit Elgizə dönüb qayıtmağı tapşırmış, geri qayıdan zaman yolda Sakit video çəkmək üçün telefonu çıxarıb ona vermiş, o da qorxduğundan, ona da xoşagəlməz hərəkət edəcəyini fikirləşib, telefonu alaraq video çəkməyə başlamışdır. Həmin zaman Elgiz kiminləsə telefonla danışmağa başlamışdır. Sakit Aytaca suallar verir, Aytac da ağlayaraq suallara cavab olaraq “3 il sevgili olmuşuq, səni sevirəm, kişi qızı kimi söz verirəm ki, evdəkiləri razı salacam, səninlə evlənəcəm” demişdir. Bundan sonra Sakit videonu dayandırmağını istəmişdir. Yol boyu Aytac yenə də Sakitin onu buraxmayacağına inanmayaraq onu buraxması üçün yalvarmağa davam etmişdir. Saat 20 radələrində Ağdaş şəhərində yerləşən mərkəzi apteklə üzbəüz yerləşən küçədə olan binanın arxasında dayanmış, Sakit Aytaca “məni blokdan çıxar, sabah saat 11-də görüşək, Göyçaya gedək” demiş, Aytac da yaxşı demiş, daha sonra Aytac avtomobildən düşüb qaçaraq evə doğru getmişdir. Həmçinin, Şahid1 ifadəsində bildirmişdir ki, özünün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs zorla qaçırmalarından xəbəri olmamış, onlara hər hansı bir formada köməklik göstərməmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs avtomobilə mindirdikdən sonra aralarında olan mübahisə zamanı onun qaçırıldığını bilmişdir. Təqsirləndirilən şəxs3, eləcə də baş verən proseslərdən qorxduğundan hər hansı bir hərəkət etməmiş, həyəcan keçirdiyindən baş verənləri seyr etmişdir. Onlar avtomobilə əyləşdikdən sonrakı müddətdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı bıçaqdan istifadə etdiyini görməmiş, Zərərçəkmiş şəxs avtomobildə olan zaman “belə əməllər çox etmişik”, “həmişə necə olub, elə” kimi ifadələr işlətməmiş, gülməmiş, Sakit video çəkilməsi üçün telefonu ona verdikdə, Aytac ağlayaraq videoya çəkmişdir. Olanlardan qorxub evə getmiş, bir müddət sonra isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulmasını eşitmişdir. Təqsirləndirilən şəxs3 yol boyu və sonda “Mərkəzi” apteklə üzbəüz yerləşən küçədə olan binanın arxasında avtomobili saxlayan zaman Zərərçəkmiş şəxs düşüb getməsi üçün heç nə deməmişdir, çünki Sakit hər zaman Elgizə sürməsini demişdir (İ cild, i/v 175-179). Şahid ifadələrini dinləyib, tədqiq edən məhkəmə kollegiyası şahidlər Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki bu ifadələr ardıcıldır, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı, zərərçəkmiş şəxsin isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqında verdiyi ifadələrlə uzlaşır, hadisənin baş vermə mexanizmi ilə üst-üstə düşür. Ona görə məhkəmə kollegiyası həmin ifadələri mötəbər sübut hesab edib, hökmün əsasına qoyur. Şahidlərin məhkəmə kollegiyasında verdikləri ifadələrə tənqidi yanaşan məhkəmə kollegiyası hesab edir ki, şahidlər təqsirləndirilən şəxslərin vəziyyətini yüngülləşdirmək məqsədilə ifadələrini bu formada dəyişdirmişlər. Ona görə də ağlabatan olmadığına və işin faktiki halları ilə uzlaşmadığına görə həmin ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlarla bərabər, zərərçəkmiş şəxsin ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər sübutlarla da təsdiq olunur: Ağdaş RPŞ-nın məsul növbətçisi, polis baş leytenantı Həsən Məmmədovun 29 yanvar 2025-ci il tarixli raportu ilə. Həmin raportda göstərilir ki, xx.xx.2025-ci il tarixdə, saat 03:07-də Ağdaş şəhəri, Heydər Əliyev pr. ünvanında yaşayan X8 DİN-in 102 Xidmətinə zəng edərək, Göyçay sakini Təqsirləndirilən şəxs1 adlı şəxsin qızı Aytacı bıçaq zoru ilə qaçırmaq istəməsi, öldürməklə hədə-qorxu gələrək, Sakit adlı şəxsə ərə getmək istəməsi barədə video çəkməsi, qızının həmin şəxs tərəfindən mütəmadi olaraq narahat edilməsini bildirib, polisdən kömək istəmişdir (İ cild, i/v 04). Zərərçəkmiş şəxs Ağdaş RPŞ-ya yazdığı 29 yanvar 2025-ci il tarixli ərizəsilə. Həmin ərizədə göstərilmişdir ki, 28 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 və Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məni bıçaqla hədələyərək, zorla qaçırmış, 5 saat müddətində müxtəlif yerlərdə aparıb saxlamış, evlənmək üçün razı salmağa çalışmış, razı olmadıqda isə yenidən bıçaqla hədələyərək, evlənməyə məcbur etmək üçün danışdırıb, videosunu çəkmiş, saat 20:00 radələrində sərbəst buraxmışdır. Odur ki, bu şəxslər barəsində qanuni tədbir görülməsini xahiş edirəm (İ cild, i/v 05). Baxış keçirilməsi haqqında 29 yanvar 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllə. Həmin protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yerləşən ərazini təqdim edərək, xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı evdən çıxıb, Ağdaş şəhəri, Maşad küçəsində yaşayan bibisinin evinə qonaq gedən zaman 01 ədəd markasını unutduğu, üzərində taksilər üçün istifadə olunan şahmat olan tünd yaşıl rəngli avtomobilin 1 dəfə gediş, 1 dəfə isə gəliş olmaqla, 2 dəfə yanından keçdiyini, artıq 3-cü dəfə də yanından keçib, yolun sağ tərəfində saxlayarkən bir anlıq narahat olduğunu, ancaq yenə də müştəri gözlədiyini düşünüb, hərəkətə davam etdiyini, avtomobilin arxa hissəsinə təxminən 1-2 metr qalmış Sakiti avtomobilin arxa oturacağında gördüyünü və Sakitin onun arxasınca gəlib, qaçırmaq istədiyini anladığını, dərhal sağ hissədə olan bina tərəfə doğru qaçmağa başladığını, artıq 4-5 metr qaçmağa başlamış, Sakit və Sübhanın avtomobildən düşərək, qaçıb onu tutduqlarını, əvvəlcə Sakitin sağ əli ilə onun sağ qolunun çiyininin alt hissəsindən tutmuş və bu zaman qışqırmağa başlamışdır. Həmin zaman Sakit sol əli ilə ağız nahiyəsindən tutub, sağ əlini qolundan buraxmış və sağ əlində olan ucu şiş nə iləsə qarın nahiyəsinin sağ hissəsinə dirəmiş, o, həmin ucu şiş əşyanın nə olmasını həmin zaman görməmişdir. Bu proseslər olan zaman, bir küçə yaxında, təxminən 50 yaşlı kişi onlara baxmış, lakin qorxusundan heç bir reaksiya verməmişdir. O, yenə də qışqırmağa davam etmiş, lakin ağızı qapalı olduğundan, səsi çətinliklə çıxmışdır. Sübhan ön hissədən hər iki ayağından tutaraq, yuxarı qaldırmış və hər ikisi sağ arxa qapı tərəfdən əvvəlcə baş, sonra isə ayaq nahiyəsini maşının içərisinə salmışlar. O, yalvararaq onu buraxmalarını, zorla qaçırmamalarını desə də, buna məhəl qoymamışlar. O, müqavimət göstərən zaman sol əlinin 2-ci və 5-ci barmaqlarının orta hissələrinin dərisi soyulmuşdur. Sübhan sükan arxasına, Sakit isə yanına əyləşmiş və dərhal avtomobili işə salaraq Maşad küçəsinə doğru hərəkət etmişlər. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Sakitlə Sübhan yol boyu avtomobilin maqnitafonu açıb, səsi eşidilməsin deyə, yüksək səsə qoymuşlar. Onlara onu buraxması üçün yalvarmışdır. Həmin zaman Sakit cibindən dəstəyi qəhvəyi rəngli, mətbəx bıçağını çıxarıb, ona göstərmiş və sakit qalmasını istəmişdir. Bundan sonra qorxub sakit dayanmışdır. Daha sonra cinayət hadisəsinin davam etdiyi Ağdaş şəhəri, Ərəş küçəsinə baxış keçirilməsi üçün gedilmişdir. Zərərçəkmiş şəxs Ağdaş şəhəri, Ərəş küçəsində yerləşən ərazini təqdim edərək, Sübhan və Sakitin avtomobili həmin yerdə saxladığını bildirmişdir. Həmin zaman Nailə avtomobilin sol arxa qapısını açmışdır. Onun yanında digər oğlu Elgiz də olmuşdur. Nailə onu görən kimi “sən Məhərrəmin qızısan, qorxma, gəl düş məhləyə, sizə üzük taxaq, sonra ailəni razı salarıq” demiş, o da ağlayaraq, “nolar, məni o biri maşınla evə aparın” demişdir. Nailənin evinin qarşısında avtomobildə, təxminən 20 dəqiqə qalmış, həmin müddətdə Sakitlə Sübhan növbəli şəkildə avtomobilə düşüb minmişlər. Həmçinin, Sakit aşağıda olan zaman Nailəyə “pul işindən narahat olma, mənlikdi, karta gələcəkdi” demiş, bir qədər sonra Nailə ona “narahat olma, Elgizin maşını ilə sizin arxanızla gəlirəm” demişdir. O, nə qədər “sizin maşınınızla gedim” desə də, heç kəs buna məhəl qoymamışdır. Daha sonra X31-Benz markalı, özü, Sakit və Sübhan isə əvvəlki maşınla hərəkətə başlamışlar. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, küçənin çıxışına qədər arxaya çönüb baxanda Nailə və Elgizin avtomobillə gəldiyini, küçənin çıxışında baxdıqda isə onların olmadığını görmüşdür. Onu buraxmaları üçün nə qədər yalvarsa da, yenə də ona məhəl qoyulmamışdır. Daha sonra cinayət hadisəsinin davam etdiyi Ağdaş rayonu, Pirkəkə kəndinə baxış keçirilməsi üçün gedilmişdir. Zərərçəkmiş şəxs Ağdaş rayonu, Pirkəkə kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsini və evi təqdim edərək, Sübhanla Sakitin evin qarşısında saxladığını, Sübhanın düşüb paslanmış vəziyyətdə olan boz qapını açdığını, daha sonra avtomobili içəri saldığını, avtomobildən aşağı düşdüklərini, ağladığından Sakitin ona “əl üzünü yu, üstünü təmizlə, sonra evə gedək” dediyini, özünün də su hovuzunun kranını açıb əl-üzünü yuduğunu, daha sonra Sakitlə söhbətləşib, onu ələ almaq istədiyini, Sakitə onu istədiyini, evlənəcəyini dediyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, Sakit əlindəki bıçağı avtomobilin arxa yük hissəsinin üzərinə qoymuş və hovuzun arxa hissəsinə keçmişdir. O, həmin zaman cibində olan telefonu çıxarıb, kimsə zəng edərdisə Sakit telefonu görüb, əlindən almasın deyə, səssizə almağa çalışmışdır. Sakit həmin zaman telefonu görüb, yanına gəlmiş və saçından tutub və bıçağı əlinə götürüb “o telefonla sən neynirsən? Sənin həyatında kimsə var? qalereyaya gir baxacam” demişdir. O da Sakitə “şəxsi şeylərim var, aça bilmərəm” demiş, həmin zaman Sakit bıçağı öz boynuna aparıb, “özümün də, sənin də boynunu kəsərəm, o oğlanı da tapıb gətirib, kəsərəm” demiş və telefonu əlindən alıb, taxta pilləkənlə evin 2-ci mərtəbəsinə doğru qaçmışdır. O da Sakitin arxası ilə qaçmış, 2-ci mərtəbədə yerləşən eyvanla otağın arasında telefonu bir-birilərinin əlindən dartmışlar. Həmin zaman Sakit ona “bir şərtlə sənə telefonu verərəm ki, oğlandan ayrılacaqsan” demiş, o isə “baş üstə, hər şey yaxşı olacaq” demişdir. Bundan sonra Sakit sakitləşmiş və əlində olan bıçağı eyvanda olan güzgülü dolabın üstünə qoymuş, telefonu ona vermiş və özü aşağı düşmüşdür. Sakit isə yuxarıda telefonla danışmış, Sübhan isə aşağıda dayanmışdır. O, həmin zaman qaçmağı düşünsə də, tanımadığı yer olduğundan və onu tutacaqlarını bildiyindən, qaçmamışdır. Təxminən 30 dəqiqə həyətdə qaldıqdan sonra Sakit ona “səni aparırıq, “Ay işığı”nın qabağına Elgiz sevgilisi ilə gələcək, səni o maşınla evə aparacayıq” demiş, o da razılaşmışdır. Sakitlə arxada oturmuş, üzü Qolqəti kənd istiqamətinə yola düşmüşlər. Qeyd edilən evin eyvanında olan güzgülü dolabın üst və alt hissələrinə baxış keçirilsə də, hər hansı bıçaq aşkar edilməmişdir. Daha sonra cinayət hadisəsinin davam etdiyi Ağdaş rayonu, Qolqəti kəndinə baxış keçirilməsi üçün gedilmişdir. Zərərçəkmiş şəxs Ağdaş rayonu, Qolqəti kəndində yerləşən “Ay işığı” şadlıq sarayının qarşısını təqdim edərək, “Ay işığı” şadlıq sarayının yaxınlığında dayandıqlarını, həmin zaman Elgizin idarə etdiyi Mercedes-Benz markalı avtomobilin oraya gəldiyini, yanında bir qızın da olduğunu, əvvəlcə Sakitin Elgiz və qızın yanına getdiyini, orada 10 dəqiqəyə yaxın söhbət etdiklərini, daha sonra Sakitlə özünün Mercedes-Benz markalı avtomobilin arxa hissəsinə keçdiklərini, özünün həmin zaman evə gedəcəyini düşündüyünü, Sübhanın çıxıb getdiyini, daha sonra hərəkətə başladıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, şəhərin əsas prospekti ilə hərəkətə başlamış, o, prospektin sol hissəsi ilə dönməli olduqlarını dedikdə, Sakitlə Elgiz ona “benzin vurub, sonra səni düşürdəcəyik” demiş, o, “burdan buradı, aparın düşürün, sonra benzin vurarsız” demiş, Sakit isə “qorxma, səni evə aparacam, bir dənə benzin vuraq” demişdir. Daha sonra cinayət hadisəsinin davam etdiyi Ağdaş-Ləki avtomobil yolunun 1-ci kilometrliyində yerləşən “Cavid petrol” adlı yanacaq doldurma məntəqəsinin yaxınlığına baxış keçirilməsi üçün gedilmişdir. Zərərçəkmiş şəxs Ağdaş-Ləki avtomobil yolunun 1-ci kilometrliyində yerləşən “Cavid petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığını təqdim edərək, “Cavid petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayandıqlarını, Sakitin benzin vurması üçün kimdənsə pul gözlədiyini, Sakitlə Elgizin aşağıda gözlədiklərini, həmin zaman aşağı düşüb, Sakitə “nolar, məni apar, sən yenə aldadırsan, nə gözləyirik burda” dediyini, Sakitin ona “səni aparacam, pul gözləyirəm, benzin vuracam” dediyini, sonra “burda qışqıracam” dediyini, həmin zaman Sakitin cibində bıçağın ucu şiş tiyə hissəsini ona göstərdiyini, lakin dəstəyini görmədiyini, daha sonra benzin vurduqlarını bildirmişdir. O, həmçinin yola düşdüklərini, “4 yol” adlanan yerdən düz şəhər istiqamətinə gedən zaman hər kəsin ona güldüyünü, “düz yox, üzü Mingəçevirə getdik ee” dediklərini və getdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq yenidən qışqıraraq ağlamağa başladığını, yenidən yalvararaq buraxmalarını, zorla qaçırmamalarını desə də, onların buna məhəl qoymadıqlarını, bir neçə dəfə əlini rola atıb, qəza etməyə cəhd etsə də, buna nail olmadığını, Sakitin onu arxadan tutduğunu, Elgizin isə onu öndən arxaya doğru itələdiyini, Ağdaş rayonu ərazisindən çıxmamış avtomobili kənara çəkib, saxladıqlarını, onlara “buraxın, atamı gedib razı salım, elçi göndər” dediyini, bundan sonra Sakitin telefonu çıxarıb, Anaşa verdiyini, Sakitin ona videoda deməyi üçün tapşırıqlar verdiyini, həmin zaman “neçə il sevgili olmuşuq? 3 il”, “sevirsənmi məni?” “hə, sevirəm” deməli olduğunu tapşırdığını, daha sonra Anaşın videonu çəkməyə başladığını, Sakitin ona suallar verdiyini, özünün də suallara cavab olaraq “3 il sevgili olmuşuq, səni sevirəm, kişi qızı kimi söz verirəm ki, evdəkiləri razı salacam, səninlə evlənəcəm” dediyini, bundan sonra isə videonun dayandığını, geri dönərək Ağdaş şəhərinə doğru gəldiklərini, yol boyu yenidən buraxmaları üçün yalvarmağa davam etdiyini bildirmişdir. Daha sonra Ağdaş şəhəri, SU-18 küçəsinə baxış keçirilməsi üçün gedilmişdir. Zərərçəkmiş şəxs Ağdaş şəhəri, SU-18 küçəsini təqdim edərək, xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Sakitin ona “məni blokdan çıxar, sabah saat 11-də görüşək, Göyçaya gedək” dediyini, “yaxşı” dedikdən sonra oradan uzaqlaşıb evə doğru getdiyini bildirmişdir (İ cild, i/v 21-34). Baxış keçirilməsi haqqında 30 yanvar 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllə. Həmin protokol və fotoşəkillərdən görünür ki, “Galaxy A21S” markalı mobil telefonun “Qaleriya” bölməsində 28 saniyə müddətində video vardır. Video görüntüdə aşağıdakı məzmunda proseslər və dialoqlar müşahidə olunur: Təqsirləndirilən şəxs1: Əgər istəyirəm səni Zərərçəkmiş şəxs: Sakit, mən səni istəyirəm, mən səninlə gəldim, evlənəcəyik, amma el adəti ilə nolar. Təqsirləndirilən şəxs1: Yaxşı Aytac, mən sənə heç nə demirəm, ama sonra evə gedib mənə demə ki, atam belə, nəbilim nə. Zərərçəkmiş şəxs: Yaxşı. Təqsirləndirilən şəxs1: Söz verirsən? Zərərçəkmiş şəxs: Söz verirəm, kişi qızı kimi söz verirəm, vallah söz verirəm. Təqsirləndirilən şəxs1: Neçə il sevgili olmuşuq, ama kişi qızı kimi düzünü de? Zərərçəkmiş şəxs: 3 il. Təqsirləndirilən şəxs1: Doğurdan? Zərərçəkmiş şəxs: Hə. Eyni zamanda, video görüntüdən videonun nəqliyyat vasitəsi hərəkətdə olan zaman çəkildiyi, bu səbəblə bəzi dialoqların aydın eşidilmədiyi, Zərərçəkmiş şəxs ağlayaraq danışdığı müəyyən edilir. Daha sonra “Galaxy A21S” markalı mobil telefonun “zənglər” bölməsinə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 28-xx.xx.2025-ci il tarixlərdə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2025-ci il tarixdə, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 28xx.xx.2025-ci il tarixlərdə edilən zənglərin siyahısı ekran qeydlərinə alınaraq götürülmüşdür. “Galaxy A21S” markalı mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqinə baxış zamanı Zərərçəkmiş şəxs ilə aralarında olan yazı və səsli şəkildə mesajların olması aşkar edilir. Həmin mesajlarda Zərərçəkmiş şəxs müxtəlif yollarla Təqsirləndirilən şəxs1 istəmədiyini, sevmədiyini bildirsə də, Təqsirləndirilən şəxs1 buna məhəl qoymayaraq, onu istədiyini, Zərərçəkmiş şəxs onu sevmədiyinə inanmadığını bildirir (İ cild, i/v 120-131). 30 yanvar 2025-ci il tarixli üzləşdirmə protokolları ilə. Həmin protokollardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs 30 yanvar 2025-ci ildə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə videoçəkilişlə üzləşdirilmiş və üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Zərərçəkmiş şəxs hadisə barədə verdiyi ifadəni təqsirləndirilən şəxslərin hər birinin üzünə qarşı demişdir (İ cild, i/v 144-159). Baxış keçirilməsi və götürmə haqqında 30 yanvar 2025-ci il tarixli protokol və ona əlavə edilmiş CD diskdə olan məlumatlarla. Həmin diskə baxılarkən müəyyən olunur ki, 0.11 saniyəlik video görüntüdə xx.xx.2025ci il tarixdə, saat 15:27-də VAZ 21099 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ağdaş şəhəri, 20 Yanvar küçəsindən Bakı-Şamaxı-Yevlax avtomagistral yolunun 241.5-ci kilometrliyinə qoşularaq hərəkət edir. 0.10 saniyəlik video görüntüdə xx.xx.2025-ci il tarixdə, saat 15:29-da VAZ 21099 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Şamaxı-Yevlax avtomagistral yolunun 243.1-ci kilometrliyindən Ağdaş şəhəri, H.Əliyev prospektinə qoşularaq hərəkətinə davam edir. 0.06 saniyəlik video görüntüdə xx.xx.2025-ci il tarixdə, saat 15:33:28-də VAZ 21099 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ağdaş şəhəri, Ərəş küçəsində hərəkətinə davam edir. 0.07 saniyəlik video görüntüdə xx.xx.2025-ci il tarixdə, saat 15:34:10-da Mercedes- Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ağdaş şəhəri, H.Əliyev prospekti ilə hərəkətini davam etdirir. 0.12 saniyəlik video görüntüdə xx.xx.2025-ci il tarixdə, saat 15:34:47-də Mercedes- Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ağdaş şəhəri, Ərəş küçəsində hərəkətinə davam edir. 0.21 saniyəlik video görüntü xx.xx.2025-ci il tarixdə, saat 15:51:26-da VAZ 21099 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı və Mercedes-Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Ağdaş şəhəri, Ərəş küçəsindən çıxışa doğru hərəkət edirlər. 0.10 saniyəlik video görüntüdə xx.xx.2025-ci il tarixdə, saat 15:55:21-də VAZ 21099 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ağdaş şəhəri, M.İsayev küçəsindən Ağdaş rayonu, Qolqəti-Pirkəkə kəndləri istiqamətinə qoşulur. 0.07 saniyəlik video görüntüdə xx.xx.2025-ci il tarixdə, saat 18:22:41-də Mercedes- Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ağdaş rayonu, Pirkəkə- Qolqəti kəndləri istiqamətindən Ağdaş şəhər istiqamətinə doğru hərəkətini davam etdirir. 10.01 saniyəlik video görüntüdə xx.xx.2025-ci il tarixdə, saat 18:26:16-da Mercedes- Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ağdaş-Ləki avtomobil yolunun 1-ci kilometrliyində, yolun sol hissəsində yerləşən “Cavid petrol” yanacaqdoldurma məntəqəsinin, təxminən 5-6 metr yaxınlığına gələrək, nəqliyyat vasitəsini saxlayır. Bir qədər sonra Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsindən aşağı düşərək, mobil telefonla danışır. Daha sonra Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsindən düşüb, Təqsirləndirilən şəxs1 yanına gəlir. Bir qədər söhbətləşdikdən sonra Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsinə geri qayıdır. Daha sonra Zərərçəkmiş şəxs nəqliyyat vasitəsindən düşür. Həmin zaman Təqsirləndirilən şəxs1 dərhal Zərərçəkmiş şəxs yanına gəlir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinə əyləşdirir. Bir qədər sonra isə Mercedes-Benz minik markalı nəqliyyat vasitəsi yanacaqdoldurma məntəqəsinə daxil olur (İ cild, i/v 163-165). Baxış keçirilməsi haqqında 25 fevral 2025-ci il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsidən daxil olmuş bir ədəd diskə baxılmış və ***-***-**-** mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlar öyrənilərkən, Təqsirləndirilən şəxs1 həqiqətən cinayət hadisəsi baş verən tarixdə və saatlarda müvafiq olaraq Ağdaş şəhəri, Ağdaş rayonu, Pirkəkə kəndi, Ağdaş rayonu, Qolqəti kəndi, Ağdaş rayonu, Qaradağlı kəndi, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi və Ağdaş rayonu, Mürsəl kəndi ərazilərində olmuşdur. ***-***-**-** mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 həqiqətən cinayət hadisəsi baş verən tarixdə və saatlarda müvafiq olaraq Ağdaş şəhəri, Ağdaş rayonu, Pirkəkə kəndi və Ağdaş rayonu, Qolqəti kəndi ərazilərində olmuşdur. ***-***-**-** mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 həqiqətən cinayət hadisəsi baş verən tarixdə və saatlarda müvafiq olaraq Ağdaş şəhəri, Ağdaş rayonu, Qolqəti kəndi, Ağdaş rayonu, Biyan Zavodu (Ağdaş rayonu, Şıxlı kəndi ərazisində yerləşir) ərazilərində olmuşdur. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında xx.xx.2025-ci il tarixdə bir sıra saatlarda (00:32:15, 01:01:41, 01:11:27, 01:11:51, 01:15:46, 10:57:12, 11:57:04, 11:58:29, 12:00:20, 13:31:34, 13:51:08, 14:14:26, 14:44:21, 15:17:20, 15:17:53, 16:15:34, 16:25:24, 16:25:52, 16:28:28, 16:41:23, 16:41:42, 17:05:13, 17:17:34, 17:49:25, 17:50:50, 18:02:23, 19:27:39) telefon əlaqələri olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 28-xx.xx.2025-ci il tarixlərində bir neçə dəfə zəng etdiyi, lakin sonuncunun zənglərə cavab vermədiyi müəyyən edilmişdir (İİ cild, i/v 116-119). "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilməsinə dair 25 fevral 2025-ci il tarixli digər protokolla. Həmin protokola əsasən, ***-***-**-** mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxanda Təqsirləndirilən şəxs2 cinayət hadisəsi baş verən tarixdə və saatlarda müvafiq olaraq Ağdaş şəhəri, Ağdaş rayonu, Pirkəkə kəndi və Ağdaş rayonu, Qolqəti kəndi ərazilərində olması, ***-***-**-** mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxanda isə Təqsirləndirilən şəxs3 cinayət hadisəsi baş verən tarixdə və saatlarda müvafiq olaraq Ağdaş şəhəri, Ağdaş rayonu, Qolqəti kəndi, Ağdaş rayonu, Biyan Zavodu (Ağdaş rayonu, Şıxlı kənd ərazisində yerləşir) ərazilərində olması müəyyən olunur. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında xx.xx.2025-ci il tarixdə bir sıra saatlarda (00:32:15, 01:01:41, 01:11:27, 01:11:51, 01:15:46, 10:57:12, 11:57:04, 11:58:29, 12:00:20, 13:31:34, 13:51:08, 14:14:26, 14:44:21, 15:17:20, 15:17:53, 16:15:34, 16:25:24, 16:25:52, 16:28:28, 16:41:23, 16:41:42, 17:05:13, 17:17:34, 17:49:25, 17:50:50, 18:02:23, 19:27:39) telefon əlaqələrinin olması da aşkar edilir (İİ cild, i/v 120-122). DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış keçirilməsinə dair 07 aprel 2025-ci il tarixli protokolla. Həmin protokoldan görünür ki, ***-***-**-** mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verən tarixdə və saatlarda müvafiq olaraq Ağdaş şəhəri, Ağdaş rayonu, Pirkəkə kəndi, Ağdaş rayonu, Qolqəti kəndi, Ağdaş rayonu, Yanarx kənd ərazilərində olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 28-xx.xx.2025-ci il tarixlərdə bir neçə dəfə zəng etdiyi, lakin sonuncunun zənglərə cavab vermədiyi müəyyən edilmişdir (İİ cild, i/v 128-130). Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 36 nömrəli rəyi ilə. Həmin rəyə əsasən, Zərərçəkmiş şəxs qızlıq pərdəsi pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində onunla arxadan cinsi əlaqədə olmağa uyğun gələn əlamətlər aşkar olunmamışdır. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər (sol bazunun yuxarı 1/3-nin bayır səthinin yumşaq toxumasının əzilməsi, sol əlin İİ barmağının iç səthinin, sol əlin çəçələ barmağının üst səthinin sıyrıqları) küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər onun göstərdiyi şəraitlərdə əmələ gələ bilərlər (İİ cild, i/v 131-133). Ambulator məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 140 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs ifadə verən zaman özündən uydurmağa meyilli deyildir. O, görmüş olduğu hadisələri düzgün qavrayıb, hadisələr barəsində düzgün ifadə verə bilər (İİ cild, i/v 146-148). Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayət əməllərini törətməkdə təqsirlərini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onların əməllərinin CM-in 144.2.3-cü maddəsilə tövsif etməyə imkan verir. Çünki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər olan sevgi münasibətinin bitməsilə razılaşmayaraq, Sübhan və Elgizə Aytacla evlənmək məqsədi ilə onu məcburi qaydada oğurlamaq niyyətinin olmasını bildirib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs oğurlamaq üçün Aytacın yaşadığı evin yaxınlığında gözləmiş, Zərərçəkmiş şəxs evdən çıxıb, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının inzibati binası istiqamətində hərəkət edərkən, Təqsirləndirilən şəxs2 zəng edib, Aytacın evdən çıxmasını deyərək, onu olduğu yerə çağırmış, Təqsirləndirilən şəxs2 VAZ 21099 markalı avtomobili ilə onun yanına gəldikdən sonra, birlikdə həmin avtomobillə Zərərçəkmiş şəxs Ağdaş şəhəri, C.Cabbarlı küçəsinə qədər izləmiş, sonra isə avtomobildən düşüb, Zərərçəkmiş şəxs arxasınca qaçıb, onu saxlamaq istəyərkən Aytacın qaçmasını və qışqırıb səs-küy salaraq, müqavimət göstərdiyini görüb, Təqsirləndirilən şəxs2la birlikdə onu tutub, hərəkət imkanını məhdudlaşdırmaqla, iradəsinə zidd şəkildə ağzını əli ilə tutaraq, avtomobilin yanına gətirib, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs əl və ayaqlarından tutub, həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, Aytac Şəfiyavanın sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər almasına səbəb olmaqla, avtomobilin sağ arxa oturacağına zorla yerləşdirib, qapını bağlayıb yanında oturmaqla, Təqsirləndirilən şəxs2 isə sükan arxasında avtomobili idarə etməklə, Zərərçəkmiş şəxs həmin avtomobillə faktiki olduğu yerdən daşımaqla, öz istifadəsində olan ***-***-**-** mobil nömrədən qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ***-***-**-** mobil nömrəsinə zəng edib, Zərərçəkmiş şəxs artıq oğurladığını bildirmiş, onu əvvəlcə Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, Ərəş küçəsində yaşadığı evin qarşısına aparmış, Təqsirləndirilən şəxs3 və cinayətdən xəbərsiz sonuncunun anası Şahid2 ilə görüşüb, bir müddət onu avtomobildə saxlamış, bundan sonra Zərərçəkmiş şəxs onu buraxması barədə yalvarışlarına baxmayaraq, evlənməyə razı salmaq üçün Təqsirləndirilən şəxs2la birlikdə avtomobillə Sübhanın qohumuna məxsus və heç kimin yaşamadığı Ağdaş rayonunun Pirkəkə kəndində yerləşən evinə aparmış, Zərərçəkmiş şəxs bir müddət həmin evdə saxladıqdan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 21099 markalı avtomobilin polislər tərəfindən axtarılmasından və yerlərinin müəyyən ediləcəyindən narahat olduğundan Təqsirləndirilən şəxs3la telefonla əlaqə saxlayıb, Zərərçəkmiş şəxs izi itirmək məqsədilə onun avtomobilinə mindirmək istədiyini bildirmiş, Elgizlə razılaşdıqdan sonra Aytaca guya onu evlərinə apardığını bildirərək, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirib, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən “Ay işığı” şadlıq sarayının qarşısına gətirərək, Təqsirləndirilən şəxs3 idarə etdiyi və adam oğurluğundan ibarət cinayətkar əməllərdə iştirak etməyən cinayətdən xəbərsiz Şahid1 ön sərnişin oturacağında oturduğu Mercedes Benz markalı avtomobilin arxa oturacağına onunla birlikdə əyləşərək, Ağdaş rayonunun Qolqəti kəndindən Ağdaş şəhəri istiqamətində hərəkət etmiş, Ağdaş-Ləki avtomobil yolunun 1-ci kilometrliyində sol tərəfdə yerləşən “Cavid Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobildən düşüb, yanacaq doldurmaq üçün pul göndərilməsini gözləyərkən Zərərçəkmiş şəxs avtomobildən düşməsini görüb, dərhal yanına gedərək, həmin yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq dolduraraq Bakı-Şamaxı-Yevlax magistral yolu ilə Mingəçevir şəhəri istiqamətində gedərkən Zərərçəkmiş şəxs onu buraxmaq barədə yalvarışlarına məhəl qoyulmadığını görüb, avtomobilin sükanına əl atmasına görə Təqsirləndirilən şəxs3 avtomobili idarə edə bilmədiyi üçün yolun hərəkət istiqamətinin sağ tərəfinə çəkib saxlamış, Zərərçəkmiş şəxs xilas olmaq üçün yalandan valideynlərini razı salaraq adət-ənənəyə uyğun onunla evlənəcəyini deməsindən sonra Təqsirləndirilən şəxs3 avtomobili Ağdaş şəhəri istiqamətində sürməsi barədə tapşırıq verib, yolda olarkən onunla evlənəcəyinə dair məcburi video çəkdirərək, vahid niyyətlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmişlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin əməllərində CM-in 144.2.3-cü maddəsinin tərkib əlamətlərinin olması ilə razılaşsa da, onların əməllərində eyni zamanda CM-in 144.2.5-ci maddəsilə tövsif edilməsilə razılaşa bilmir. Belə ki, sübutlara nəzər salanda müəyyən olunur ki, təqsirləndirilən şəxslərə qarşı CMin 144.2.5-ci maddəsilə irəli sürülən ittihamın əsasını yalnız Zərərçəkmiş şəxs anası X3 DİN-in 102 Xidmətinə zəng edərək, Göyçay sakini Təqsirləndirilən şəxs1 adlı şəxsin qızı Aytacı bıçaq zoru ilə qaçırmaq istəməsi, öldürməklə hədə-qorxu gələrək, Sakit adlı şəxsə ərə getmək istəməsi barədə video çəkməsi, qızının həmin şəxs tərəfindən mütəmadi olaraq narahat edilməsini bildirib, polisdən kömək istəməsinə dair müraciəti, Zərərçəkmiş şəxs Ağdaş RPŞ-ya yazdığı 29 yanvar 2025-ci il tarixli ərizəsində 28 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 və Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məni bıçaqla hədələyərək, zorla qaçırması, 5 saat müddətində müxtəlif yerlərdə aparıb saxlaması, evlənmək üçün razı salmağa çalışması, razı olmadıqda isə yenidən bıçaqla hədələyərək, evlənməyə məcbur etmək üçün danışdırıb, videosunu çəkməsi, saat 20:00 radələrində sərbəst buraxmasını bildirməsi barədə ərizəsi, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər Sakit Əsdov və Təqsirləndirilən şəxs2 arasında olan üzləşdirmədə, habelə Zərərçəkmiş şəxs ifadəsində ”O, qışqırarkən Sakit ona bıçaq göstərərək, “Səsini kəs” demişdir”.. “Sübhan demişdir ki, Sakit nə desə onu edəcəklər. O, yenidən çığırarkən Sakit ona bıçaq göstərmiş və o, dayanmışdır” “Onda Sakit bıçağı özünə tutaraq demişdir ki, səni də, əgər sənin həyatında başqa oğlan varsa onu da belə kəsərəm, özümü də burada doğrayaram” “..sağ əlində olan ucu şiş nə iləsə qarın nahiyəsinin sağ hissəsinə dirəmişdir. O, həmin ucu şiş əşyanın nə olmasını həmin zaman görməmişdir”, “Daha sonra Sakitlə söhbətləşib onu ələ alıb özünə inandırmaq istəmiş, onu istədiyini, evlənəcəyini bildirmişdir. Daha sonra Sakit əlindəki bıçağı avtomobilin arxa yük hissəsinin üzərinə qoymuş və hovuzun arxa hissəsinə keçmişdir. O, həmin zaman kimsə zəng edərdisə Sakit telefonu görüb, əlindən almasın deyə, cibində olan telefonu çıxarıb, səssizə almağa çalışmış, Sakit həmin zaman telefonu görüb, yanına gəlmiş və saçından tutub, bıçağı əlinə götürüb ona “o telefonla sən neynirsən? sənin həyatında kimsə var? Qaleriyaya gir, baxacam” demiş, o da Sakitə “şəxsi şeylərim var, aça bilmərəm” demişdir. Həmin zaman Sakit bıçağı öz boynuna aparıb, “özümün də, sənin də boynunu kəsərəm, o, oğlanı da tapıb gətirib, kəsərəm” demiş və telefonu əlindən alıb, evin taxta pilləkənlə 2-ci mərətəbəsinə doğru qaçmışdır..”, “Həmin zaman o, aşağı düşüb, Sakitə “nolar, məni apar, sən yenə aldadırsan, nə gözləyirik burda” demiş, Sakit “səni aparacam, pul gözləyirəm, benzin vuracam” demiş, o da “burda qışqıracam” demişdir. Həmin zaman Sakit cibində bıçağın ucu şiş tiyə hissəsini ona göstərmiş, lakin həmin zaman dəstəyini görməmişdir” kimi ifadə verməsi təşkil etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə ilkin mərhələdən başlayaraq, zərərçəkmiş şəxslə aparılan üzləşdirmələrində, şübhəli və təqsirləndirilən şəxs kimi verdikləri ifadələrində hadisə zamanı onların heç birində bıçaq olmadığını bildirmiş, bu barədə zərərçəkmiş şəxsin dəlillərini inkar etmişlər. Bundan əlavə, istintaq zamanı maddi sübut kimi hər hansı bıçaq aşkar edilib, cinayət işinin materiallarına əlavə edilməmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes Benz markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş-Ləki avtomobil yolunun 1-ci kilometrliyində, sol tərəfdə yerləşən “Cavid Petrol” yanacaqdoldurma məntəqəsində saxlayarkən Təqsirləndirilən şəxs1 avtomobildən düşüb, yanacaq doldurmaq üçün pul göndərilməsini gözləyərkən Zərərçəkmiş şəxs avtomobildən düşməsini görüb, dərhal ona tərəf gedərək, Zərərçəkmiş şəxs bıçağı göstərməsi də həmin video görüntüdən müəyyən edilmir. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın özündə də “silah qismində istifadə etdiyi “istintaqa məlum olmayan bıçağı” sonuncunun qarın nahiyəhəsinə dirəyərək” kimi qeyri-müəyyən ifadədən istifadə edilmişdir. Yəni, ibtidai istintaq zamanı belə Təqsirləndirilən şəxs1 cibində saxladığı hansı bıçağın tiyə hissəsini zərərçəkmiş şəxsə göstərməsi öz təsdiqini tapmamışdır. Ona görə də təqsirləndirilən şəxsə qarşı irəli sürülən CM-in 144.2.5-ci maddəsi ümumi ittihamdan çıxarılmalıdır. Belə ki, CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndində qeyd olunmuşdur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi könüllü olaraq azad etməsi və buna görə də CM-in 144-cü maddəsinin qeyd hissəsinin tətbiq edilərək, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri barədə dəlillərinin də əsaslı olması qənaətinə gələ bilmir. Belə ki, CM-in 144-cü maddəsinin qeyd hissəsində göstərilir ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 may 2025-ci il tarixli qərarında göstərilir ki, ..Həmin maddələrin “Qeyd” hissələrinin əksəriyyətində məsuliyyətdən azad etmənin şərti olaraq “cinayət əməlinin qarşısının alınmasına yardım etmə” (Cinayət Məcəlləsinin 214 və 214-1-ci maddələri), “Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmə” (Cinayət Məcəlləsinin 274 və 278-ci maddələri), bəzilərində isə “cinayətin predmetini könüllü surətdə təhvil vermə” (Cinayət Məcəlləsinin 228 və 229-cu maddələri), “zərərçəkmiş şəxsi azad etmə” (Cinayət Məcəlləsinin 144 və 215-ci maddələri) kimi müddəalar müəyyən olunmuşdur. Bu isə ondan irəli gəlir ki, belə cinayət əməllərinin vaxtında aşkarlanıb qarşısının alınmaması daha təhlükəli nəticələrə səbəb ola, habelə başqa cinayətlərin törədilməsinə şərait yarada bilər. Qanunvericilikdə öz əksini tapmış bu kimi cinayət əməllərini törədən şəxslərin müəyyən şərtlərdə məsuliyyətdən azad edilməsinə imkan verən hüquq normaları da məhz təqsirkar şəxsi müvafiq hərəkətlərin icrasına stimullaşdırmaqla baş verə biləcək ictimai təhlükəli nəticələrin vaxtında qarşısının alınmasına, cinayətin predmetindən istifadə edilməklə başqa ictimai təhlükəli əməllərin törədilməsini önləməyə xidmət edən hüquqi vasitə kimi çıxış edir. Nəzərə alınmalıdır ki, belə əməllərin yüksək ictimai təhlükəliliyinə baxmayaraq bu cinayətlərə görə məsuliyyətdən azad olunma dispozitiv deyil, müvafiq şərtləri yerinə yetirən şəxsə münasibətdə tətbiq edilməli olan imperativ normalar kimi təsbit edilmişdir. Bununla da cinayət törədən şəxsdə məsuliyyətdən azad olunacağına dair əminlik yaratmaqla o, müvafiq hərəkətləri icra etməyə təşviq edilir ki, nəticədə daha ictimai təhlükəli nəticələrin baş verməsinin qarşısı alınır, dövlətin və cəmiyyətin mənafelərinin qorunmasına nail olunur. İşin faktiki hallarına nəzər salanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Ağdaş şəhəri, C.Cabbarlı küçəsinə avtomobildən düşüb, Zərərçəkmiş şəxs arxasınca qaçaraq, onu saxlamaq istəyərkən Zərərçəkmiş şəxs qaçmasını və qışqırıb, səs-küy salaraq müqavimət göstərdiyini görüb, hər ikisi birlikdə fiziki güc tətbiq etməklə onu tutub, hərəkət imkanını məhdudlaşdırmaqla iradəsinə zidd şəkildə Təqsirləndirilən şəxs1 ağzını əli ilə tutaraq, zorla dartaraq avtomobilin yanına gətirib, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs əl və ayaqlarından tutub, həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, avtomobilin sağ arxa oturacağına yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs1 qapını bağlayıb, yanında oturmuş, Təqsirləndirilən şəxs2 isə avtomobili idarə edib, Zərərçəkmiş şəxs həmin avtomobillə faktiki olduğu yerdən daşımış, əvvəlcə Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri, Ərəş küçəsində yaşadığı evininin qarşısına aparmış, bir müddət Zərərçəkmiş şəxs avtomobildə saxlamış, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onu buraxması barədə yalvarışlarına baxmayaraq, evlənməyə razı salmaq üçün Təqsirləndirilən şəxs2la birlikdə avtomobillə Təqsirləndirilən şəxs2 qohumuna məxsus heç kimin yaşamadığı Ağdaş rayonunun Pirkəkə kəndində yerləşən evə aparmış, daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bir müddət həmin evdə saxladıqdan sonra olduqları yerin müəyyən ediləcəyindən narahat olduğundan, iz itirmək məqsədilə Zərərçəkmiş şəxs Ağdaş rayonunun Qolqəti kəndində yerləşən “Ay işığı” şadlıq sarayının qarşısına gətirmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs guya evlərinə aparıldığını bildirərək, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirib, Təqsirləndirilən şəxs3 olduğu yerə gətirərək, onun idarə etdiyi və adam oğurluğundan ibarət cinayətkar əməllərdə iştirak etməyən cinayətdən xəbərsiz Şahid1 ön sərnişin oturacağında oturduğu “Mercedes Benz” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına birlikdə əyləşdikdən sonra birlikdə Ağdaş rayonunun Qolqəti kəndindən Ağdaş şəhəri istiqamətində hərəkət etmiş, Ağdaş-Ləki avtomobil yolunun 1-ci kilometrliyində sol tərəfdə yerləşən “Cavid Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 avtomobildən düşüb, yanacaq doldurmaq üçün pul göndərilməsini gözləyərkən Zərərçəkmiş şəxs avtomobildən düşməsini görüb, dərhal yanına gedərək, Zərərçəkmiş şəxs avtomobilə əyləşdirmiş, həmin yanacaqdoldurma məntəqəsində avtomobilə yanacaq dolduraraq Bakı-Şamaxı-Yevlax magistral yolu ilə Mingəçevir şəhəri istiqamətində gedərkən Zərərçəkmiş şəxs onu buraxmaq barədə yalvarışlarına məhəl qoyulmadığını görüb, avtomobilin sükanına əl atmasına görə Təqsirləndirilən şəxs3 idarə edə bilməməsi səbəbindən avtomobili yolun hərəkət istiqamətinin sağ tərəfinə çəkib saxlamış, Zərərçəkmiş şəxs xilas olmaq üçün yalandan valideynlərini razı salaraq adət-ənənəyə uyğun evlənəcəyini deməsindən sonra Təqsirləndirilən şəxs1 tapşırığı ilə avtomobili Ağdaş şəhəri istiqamətində sürərkən yolda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evlənəcəyinə dair məcburi video çəkdirmiş, beləliklə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs iradəsini qırdığına və zərərçəkmiş şəxsin artıq onun qanunsuz tələbinə tabe olmasına və onunla evlənəcəyinə əmin olduqdan sonra Zərərçəkmiş şəxs öz valideynlərini razı salıb, el adəti ilə onunla evlənəcəyi barədə vədini və sabah onunla görüşəcəyini həqiqət kimi qəbul edib, buna tam inandıqdan sonra Zərərçəkmiş şəxs onunla yenidən görüşmək məqsədilə getməsinə razı olmuşdur. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi azad etməsi onun sərbəst və peşmançılıq iradəsinin nəticəsidir, yoxsa məqsədinə nail olduğunu düşündüyü üçün edilmiş hərəkətdir sualına cavab vermək üçün hüquqi qiymətləndirmənin əsas meyarlarına diqqət yetirilməsi tələb olunur. Belə ki, könüllü azad etmə üçün təqsirləndirilən şəxsin cinayəti davam etdirmək imkanına malik olması, ona heç bir xarici məcburiyyətin olmaması, məqsədinə çatmadığı halda zərərçəkmiş şəxsi azad etməsi, habelə peşmanlıq və ya cinayətdən imtina elementləri olmalıdır. Faktiki vəziyyət onu göstərir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 onunla evlənəcəyini, hətta ertəsi gün onunla görüşəcəyini bildirmiş və Təqsirləndirilən şəxs1 bu vədlərə tam inanıb, Zərərçəkmiş şəxs azad etmişdir. Başqa sözlə, zərərçəkmişlə evlənmək məqsədində olan Təqsirləndirilən şəxs1 zərərçəkmişin onunla evlənəcəyi vədinə tam inanmış, artıq istədiyi nəticəni əldə etdiyini düşünmüş və buna görə Zərərçəkmiş şəxs onu saxlamağa ehtiyac görməmişdir. Bu halda azad etmə peşmançılıqdan irəli gələn nəticə yox, qarşıya qoyulmuş məqsədin reallaşması düşüncəsi ilə edilmiş hərəkətdir ki, bu klassik mənada “könüllü azad etmə” hesab oluna bilməz. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 144.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri təsdiqini tapmışdır. Göstərilənlərlə bərabər, Təqsirləndirilən şəxs1 əməliyyatçıların ona təsir və təzyiq göstərdiklərini, polis şöbəsində sol qulağından vurduqlarını, istintaq zamanı vəkil Ehtibar Abdullayevin orada olmamasını, onu yalnız məhkəmədə gördüyünü bildirmişdir. Digər Təqsirləndirilən şəxs2 isə bildirmişdir ki, polislər onu döymüş və zorla boynuna qoymuşlar. Polislər bircə başına vurmamışlar, qalan hər yerinə vurmuşlar. İfadəsi alınan zaman yanında vəkil olmamışdır. Təqsirləndirilən şəxs Eigiz Kərimov da bildirmişdir ki, döyülərək ifadə vermişdir. Onu əməliyyatçılar döymüşlər. İz qalmayan yerlərinə, qoluna və böyrəyinə yumruq və sillə ilə vurmuşlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Sübhan və Təqsirləndirilən şəxs3ların əməliyyatçıların onlara təsir və təzyiq göstərdiklərini, polis şöbəsində döyüldüklərini və buna görə məcbur qalıb etirafedici ifadə vermələri barədə dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şəxs tərəfindən hər hansı bir qanunsuz hərəkətin edilməsi barədə nə təqsirləndirilən şəxslər, nə də onların müdafiəçiləri tərəfindən heç bir şikayət olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 hadisənin səhəri günü, 29 yanvar 2025-ci ildə, saat 19:10-dan saat 19:50-dək şübhəli şəxs qismində verdiyi ifadədən, 31 yanvar 2025-ci il tarixdə, saat 09:10-dan saat 19:05-dək təqsirləndirilən şəxs qismində video çəkilişlə verdiyi ifadədən, habelə həmin gün, saat 11:00-dan saat 11:20-dək Zərərçəkmiş şəxs ilə video çəkilişlə aparılan üzləşdirmədən, müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi X1 iştirakı ilə sərbəst ifadə verir, ona verilən sualları cavablandırır. Bu zaman onun döyülməsi, üzərində hər hansı bir xəsarətin olması və ya təsir və ya təzyiq altında olması müşahidə olunmur. Digər tərəfdən, Ağdaş Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs1 barədə həbs qətimkan tədbirinin seçilməsinə dair 31 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülən ittihamda təqsirli bilmiş, lakin polisin qanunsuz təsirinə məruz qalması və ya döyülməsi barədə məhkəmədə hər hansı bir fikir səsləndirməmiş, həm özü həm də müdafiəçisi Mehman Paşayev vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmişlər. Bu zaman onların məhkəməyə hər hansı bir şikayət etmək imkanını heç nə və heç kim məhdudlaşdırmamışdır. Qeyd olunanlarla yanaşı, X5 daxil olmuş 22 sentyabr 2025-ci il tarixli 3-16-17/37/2- 5527/2025 nömrəli məktuba əlavə edilmiş (İV cild, i/v 115-120) tibbi sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 01 fevral 2025-ci il tarixdə X7 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş və bu zaman onun bədəni üzərində həbs olunana qədər və ya bundan sonra hər hansı bir xəsarət aşkar olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 polislərin qanunsuz təsirinə məruz qalması və döyülməsi barədə gətirdiyi dəlilləri araşdıran məhkəmə kollegiyası bu iddiaların əsaslı olması qənaətinə gələ bilmir. Müdafiə tərəfi isə fiziki və ya psixi zorakılığın tətbiq edilməsinə dair əsaslı şübhə yaradan daha nə kimi halların olmasını sübut edə bilmir. Təqsirləndirilən şəxs1 daha bir dəlili ondan ibarətdir ki, istintaq zamanı vəkil Ehtibar Abdullayev orada olmamış, onu yalnız məhkəmədə görmüşdür, başqa sözlə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisi iştirak etməmişdir. Ancaq cinayət işində olan ərizədən, şübhəli şəxsin müdafiəçinin yardımından istifadə hüququnun təmin edilməsi haqqında protokoldan, müdafiəçi təyin edilməsi haqqında qərardan (İ cild, i/v 39- 42), 000055 nömrəli vəkil orderindən (İ cild, i/v 44), vəkilin şübhəli şəxsə təqdim edilməsi və cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokollardan (İ cild, i/v 44-48), şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (İ cild, i/v 55-59), təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol və buna dair video görüntüdən (İ cild, i/v 199-204), Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs üzləşdirilməsinə dair protokol və video görüntüdən (İ cild, i/v 144-150), habelə işdə olan digər sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı vaxtdan vəkillə təmin edilmiş və Ağdaş Rayon Vəkil Bürosunun vəkili X6 ona müdafiəçi təyin edilmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin dindirilərkən yanında vəkil olmaması barədə dəlillərilə razılaşa bilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Sübhan və Təqsirləndirilən şəxs3ların əməliyyatçıların onlara təsir və təzyiq göstərdiklərini, polis şöbəsində döyüldüklərini və buna görə məcbur qalıb etirafedici ifadə vermələri barədə dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şəxs tərəfindən hər hansı bir qanunsuz hərəkətin edilməsi barədə nə təqsirləndirilən şəxslər, nə də onların müdafiəçiləri tərəfindən heç bir şikayət olmamışdır. Digər Təqsirləndirilən şəxs2 da polislər tərəfindən döyülməsi və işin zorla boynuna qoyulmasını bildirmişdir. Məsələni araşdıran məhkəmə kollegiyası cinayət işində olan sübutlar Təqsirləndirilən şəxs2 hadisənin səhəri günü, 29 yanvar 2025-ci ildə, saat 20:20-dən saat 21:00-dək şübhəli şəxs qismində verdiyi ifadədən (İ cild, i/v 82-85, 30 yanvar 2025-ci il tarixdə, saat 11:00-dan saat 11:35-dək Zərərçəkmiş şəxs ilə video çəkilişlə aparılan üzləşdirmədən (İ cild, i/v 151-155), 31 yanvar 2025-ci il tarixdə, saat 10:40-dan saat 11:35-dək təqsirləndirilən şəxs qismində video çəkilişlə verdiyi ifadədən (İ cild, i/v 215-219), müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi X9 iştirakı ilə sərbəst ifadə verir, ona verilən sualları cavablandırır. Bu zaman onun döyülməsi, üzərində hər hansı bir xəsarətin olması və ya təsir və ya təzyiq altında olması müşahidə olunmur. Digər tərəfdən, Ağdaş Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs2 barədə həbs qətimkan tədbirinin seçilməsinə dair 31 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu bildirmiş, lakin polisin qanunsuz təsirinə məruz qalması və ya döyülməsi barədə məhkəmədə hər hansı bir fikir səsləndirməmiş, həm özü, həm də müdafiəçisi Ərzuman Bədəlov vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmişlər. Bu zaman onların məhkəməyə hər hansı bir şikayət etmək imkanını heç nə və heç kim məhdudlaşdırmamışdır. Qeyd olunanlarla yanaşı, X5 daxil olmuş 22 sentyabr 2025-ci il tarixli 3-16-17/37/2- 5527/2025 nömrəli məktuba əlavə edilmiş (İV cild, i/v 115-120) tibbi sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 01 fevral 2025-ci il tarixdə X7 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş və baxış zamanı onun bədəni üzərində yeni xəsarət aşkar olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs2 polislərin qanunsuz təsirinə məruz qalması və döyülməsi barədə gətirdiyi dəlillər təsdiqini tapmamış, müdafiə tərəfi isə fiziki və ya psixi zorakılığın tətbiq edilməsinə dair əsaslı şübhə yaradan daha nə kimi halların olmasını sübut edə bilməmişdir. Təqsirləndirilən şəxs2 daha bir dəlili ondan ibarət olmuşdur ki, ifadəsi alınan zaman yanında vəkil olmamışdır. Bunula əlaqədar araşdırılan cinayət işində olan ərizədən, şübhəli şəxsin müdafiəçinin yardımından istifadə hüququnun təmin edilməsi haqqında protokoldan, müdafiəçi təyin edilməsi haqqında qərardan (İ cild, i/v 66-68), 000056 nömrəli vəkil orderindən (İ cild, i/v 71), vəkilin şübhəli şəxsə təqdim edilməsi və cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokollardan (İ cild, i/v 44-48), şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (İ cild, i/v 82-85), təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol və buna dair video görüntüdən (İ cild, i/v 215-219), Təqsirləndirilən şəxs2 Əsədovla Zərərçəkmiş şəxs üzləşdirilməsinə dair protokol və video görüntüdən (İ cild, i/v 151-155), habelə işdə olan digər sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı vaxtdan vəkillə təmin edilmiş və Ağdaş Rayon Vəkil Bürosunun vəkili X13 ona müdafiəçi təyin edilmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin dindirilərkən yanında vəkil olmaması barədə dəlillərini əsaslı hesab etmir. Təqsirləndirilən şəxs3 döyülərək ifadə verməsi, əməliyyatçıların onun iz qalmayan yerlərinə, qoluna və böyrəyinə yumruq və sillə ilə vurmaları barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla da razılaşa bilmir. Belə ki, cinayət işində olan, yəni Təqsirləndirilən şəxs3 hadisənin səhəri günü, 29 yanvar 2025-ci ildə, saat 21:30-dan saat 22:10-dək şübhəli şəxs qismində verdiyi ifadədən (İ cild, i/v 108-110, 30 yanvar 2025-ci il tarixdə, saat 12:00-dan saat 12:12-dək Zərərçəkmiş şəxs ilə video çəkilişlə aparılan üzləşdirmədən (İ cild, i/v 156-158), 31 yanvar 2025-ci il tarixdə, saat 12:10-dan saat 13:05-dək təqsirləndirilən şəxs qismində video çəkilişlə verdiyi ifadədən (İ cild, i/v 230-233) müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 müdafiəçisi X4 iştirakı ilə sərbəst ifadə verir, ona verilən sualları cavablandırır. Bu zaman onun döyülməsi, üzərində hər hansı bir xəsarətin olması və ya təsir və ya təzyiq altında olması müşahidə olunmur. Digər tərəfdən, Ağdaş Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs2 barədə həbs qətimkan tədbirinin seçilməsinə dair 31 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs evinə aparmaq üçün maşına əyləşdirdiyini və başqa təqsirinin olmadığını bildirərək, barəsində qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Polisin qanunsuz təsirinə məruz qalması və ya döyülməsi barədə məhkəmədə hər hansı bir fikir səsləndirməmiş, müdafiəçisi Ehtibar Abdullayev təqdimat və vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Bu zaman onların məhkəməyə hər hansı bir şikayət etmək imkanını heç nə və heç kim məhdudlaşdırmamışdır. Qeyd olunanlarla yanaşı, X5 daxil olmuş 22 sentyabr 2025-ci il tarixli 3-16-17/37/2- 5527/2025 nömrəli məktuba əlavə edilmiş (İV cild, i/v 115-120) tibbi sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 01 fevral 2025-ci il tarixdə X7 yerləşdirilərkən tibbi müayinədən keçirilmiş və baxış zamanı onun bədəni üzərində yeni xəsarət aşkar olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs3 polislərin qanunsuz təsirinə məruz qalması və döyülməsi barədə gətirdiyi dəlillər təsdiqini tapmamış, müdafiə tərəfi isə fiziki və ya psixi zorakılığın tətbiq edilməsinə dair əsaslı şübhə yaradan daha nə kimi halların olmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Sübhan və Təqsirləndirilən şəxs3ların CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidin ifadələri, üzləşdirmə protokolları, dindirmələrə və üzləşdirmələrə dair video görüntülər, ekspert rəyləri, baxış keçirilməsi haqqında protokol və digər sübutlarla təsdiqini tapmışdır. Həmin vaxt onların təzyiq və təsir altında özlərini CM-in 144.2.3-cü maddəsilə təqsirli bilmələrinə dəlalət edən hər hansı bir halın olması məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası ittiham tərəfinin sübutlarını mötəbər hesab edərək, onlarla razılaşır. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarına olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 111 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Ağdaş RMX PHŞ-dan verilmiş xx.xx.2025-ci il tarixli arayış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda qavrama, yaddaş, təfəkkür, emosiya və intellekt pozuntularının aşkar edilməməsi, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, aktiv surətdə müdafiə olunaraq hər hansı cinayət əməli törətmədiyini bildirməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs3 ona şamil edilən cinayəti törədən zaman o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs3 hər hansı xroniki psixi xəstəlik fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkməmişdir. Təqsirləndirilən şəxs3 hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs3 xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xəstəliyindən əzab çəkməməsi səbəbindən onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 istintaq olunan cinayət əməlini törədərkən Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İİ cild, i/v 136-138). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 112 nömrəli rəyində qeyd olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Ağdaş RMX PHŞ-dan verilmiş xx.xx.2025-ci il tarixli arayış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda qavrama, yaddaş, təfəkkür, emosiya və intellekt pozuntularının aşkar edilməməsi, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, bir qədər hövsələsiz olması, törətmiş olduğu əmələ tənqidi münasibət bəsləməsi, hadisə zamanı sürücü olduğunu bildirməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayəti törədən zaman o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 hər hansı xroniki psixi xəstəlik fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkməmişdir. Təqsirləndirilən şəxs2 hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xəstəliyindən əzab çəkməməsi səbəbindən onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 istintaq olunan cinayət əməlini törədərkən Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İİ cild, i/v 139-141). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 113 nömrəli rəyində qeyd olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Göyçay RMX PHŞ-dan verilmiş xx.xx.2025-ci il tarixli arayış), anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda qavrama, yaddaş, təfəkkür, emosiya və intellekt pozuntularının aşkar edilməməsi, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, törətmiş olduğu əmələ tənqidi münasibət bəsləməklə əməlindən peşiman olduğunu bildirməsi, barışacağı təqdirdə zərərçəkmişlə ailə həyatı qurmaq istədiyini söyləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs1 ona şamil edilən cinayəti törədən zaman o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəlik fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkməmişdir. Təqsirləndirilən şəxs1 hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xəstəliyindən əzab çəkməməsi səbəbindən onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 istintaq olunan cinayət əməlini törədərkən Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İİ cild, i/v 142-145). Qeyd olunanlarla yanaşı, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubda göstərilir ki, Təqsirləndirilən şəxs2 Ağdaş RMX-nın poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil (İİ cild, i/v 64). Həmin xəstəxananın xx.xx.2025-ci il tarixli digər məktubunda bildirilir ki, Təqsirləndirilən şəxs3 Ağdaş RMX-nın poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil (İİ cild, i/v 65). “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda isə göstərilimişdir ki, Əsədov X24 RMX-nın poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil (İİ cild, i/v 66). Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntularının olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmə kollegiyasında onların psixi tamlığına şübhə yaranmır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməldə cinayət tərkibi vardır. Düzgün olaraq onlara CMin 144.2.3-cü maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onların həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Bu prinsipdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 144.2.3-cü (adam oğurluğu- bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, cəzalandırılmalıdırlar. CM-in tələblərinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (mad. 58.1) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (mad. 58.3). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Göyçay RİH başçısının Şəhadət kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən müəyyən olunur ki, Göyçay rayonunun Şəhadət kəndində qeydiyyatda olub, yaşayan Təqsirləndirilən şəxs1 həmin kənddə qeydiyyatda olmaqla yaşayır və atası X28, anası X11 ibarət ailə tərkibi vardır. Əsədov X2 yaşadığı müddət ərzində özünü qonşuları və həmkəndliləri arasında tərbiyəli apararaq, onların hörmətini qazanmışdır. Onun barəsində nümayəndəliyə qonşuları və həmkəndliləri tərəfindən ərizə və şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 44 günlük 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla nümayəndəliyin ərazisində keçirilən ictimai siyasi tədbirlərdə bir gənc kimi həmişə yaxından iştirak edərək, nümayəndəliyin işçilərinə kömək göstərmişdir O, nümayəndəlik tərəfindən heç vaxt xəbərdarlıq və töhmət almamışdır (İİ cild, i/v 69-70). Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barədə verilmiş xasiyyətnamələrdə onlardan Ağdaş RİH başçısının Ağdaş şəhəri İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə və şikayətin daxil olmaması bildirilmişdir (İİ cild, i/v 57, 60). Qeyd olunanlarla yanaşı, şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 himayəsində 29 sentyabr 2020-ci ildə doğulmuş X21, Təqsirləndirilən şəxs2 isə himayəsində 20 yanvar 2022-ci ildə doğulmuş X15 adlı uşaqları vardır (İİİ cild, i/v 2-5). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən isə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir məhkumluğu olmamışdır (İİ cild, i/v 110-115). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qərarlarından müəyyən olunur ki, əvvəli 29 yanvar 2025-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barədə dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İİ cild, i/v 03-15). O da qeyd olunmalıdır ki, iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmamış və onlardan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə kollegiyası CM-in 59.1.4 və 59.2-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, 44 günlük 2-ci Qarabağ müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə kollegiyası CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə kollegiyası CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-in 61-ci maddəsinə uyğun olaraq, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar yoxdur. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 144.2.3-cü maddəsilə təqsirləndirilirlər. Həmin cinayət əməlinə görə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri (təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin azadlığını məhdudlaşdırmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup yaradaraq qəsdən hərəkət etmələri, Zərərçəkmiş şəxs azadlıq hüququnu, yəni onun öz iradəsi ilə hərəkət etmək, yerini dəyişmək və azad yaşamaq imkanını məhdudlaşdırmaları, əməl ağır cinayət hesab olunduğu üçün buna görə qanunla ciddi şəkildə ağır cəza ilə cəzalandırılmalı olmaları, insan hüquqlarına və fundamental azadlıqlara zidd olan hüquqpozma kimi insan ləyaqətinə, azadlığına və təhlükəsizliyinə ciddi xələl gətirməsi və s.) və ictimai təhlükəlilik dərəcəsini (fərdi azadlıq hüququnun pozulması baxımından konstitusional təminat altında olan hər bir insanın fərdi azadlıq hüququnun pozulması və bunun cəmiyyət üçün böyük təhlükə yaratması, ictimai təhlükəsizliyin pozulması baxımından ictimai asayişə və təhlükəsizliyə birbaşa zərbə vurması, insanlarda qorxu və narahatlıq yaratması, cəmiyyətin normal funksionallığını pozması, psixoloji və sosial zərər baxımından zərərçəkmiş şəxs və onun ailəsi üçün böyük psixoloji sarsıntı və travmalar yaratması, həmçinin cəmiyyətdə sosial gərginliyi artırması, digər hüquqpozmalara yol açma riski baxımından digər ağır cinayətlərə — işgəncə, adam öldürmə, girov götürmə və s. yol açan başlanğıc ola bilməsi, əməlin yalnız zərərçəkən şəxs üçün deyil, bütövlükdə cəmiyyət üçün ciddi təhlükə mənbəyi olması və s. bu səbəbdən də qanunvericilikdə adam oğurluğu cinayətinə görə daha ağır cəzaların nəzərdə tutulması və cəmiyyət üçün yüksək ictimai təhlükəli bir hərəkət kimi qiymətləndirilməsi) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb, belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs1 törətdyi cinayət əməllərinə görə CM-in 144.2.3-cü maddəsilə təqsirli bilinib, səkkiz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın məna və fəlsəfəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 8 il 6 ay müddətə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi sosial ədalətin bərpasına, onların islah edilmələrinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli onların şübhəli şəxs kimi tutulduğu 29 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Çünki, CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. İş üzrə maddi sübut olub, Ağdaş RPŞ-da saxlanılan “Galaxy A21S” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia, müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, səkkiz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Ağdaş RPŞ-nın maddi sübutların saxlanma yerində saxlanılan “Galaxy A21S” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs2 CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 29 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar