Məhkəmə qərarları › İş №1(091)-202/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-202/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-202/2021 02.12.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1989-cu il tarixdə Göyçay rayonu Bığır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində atası Şahid12 məxsus və özünün yaşadığı Göyçay rayonu, Bığır kəndində yerləşən fərdi yaşayış evinə Bakı şəhərindən qonaq gələn 09.09.2002-ci il təvəllüdlü bacısı qızı X3 yüngül həyat tərzi keçirməsinə, qeyri-əxlaqi hərəkətlər etməsinə, ailə üzvləri ilə ünsiyyətdə olarkən nalayiq ifadələr işlətməsinə görə əsəbiləşmiş və bu hərəkətlərin onu cəmiyyətdə, yəni kənd sakinləri və tanışları arasında rüsvay etdiyini düşünmüş, sonuncu dəfə 08.05.2021-ci il tarixdən 09.05.2021-ci il tarixinə keçən gecə saat 03 radələrində Fatma Məmmədovanın yatdığı otaqda heç kimə əhəmiyyət vermədən əks cinsdən olan ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışması səsinə yuxudan oyanıb sonuncunun yatdığı otağa gedərək bu hərəkətlərinə görə iradını bildirdikdə Fatma Məmmədovanın onu nalayiq ifadələrlə təhqir edərək otaqdan qovmasından əsəbiləşmiş və özünün yatdığı otağa qayıdıb çarpayısına uzanarkən Fatma Məmmədovanın onun iradına heç bir əhəmiyyət vermədən yenidən əks cinsdən olan şəxslərlə telefonda qeyri-əxlaqi məzmunda danışdığını görüb sonuncunun yüngül həyat tərzi keçirməsindən və ayrı-ayrı şəxslərlə qadın-kişi münasibətlərində olmasından bir daha əmin olmuş, buna görə qisas almaq məqsədilə Fatma Məmmədovanı öldürmək qərarına gəlib sonuncunun yatmasını gözləmiş, 09.05.2021-ci il tarixdə saat 06 radələrində Fatma Məmmədovanın artıq yatdığını yəqin edərək fərdi yaşayış evinin ikinci yataq otağına, yəni Fatma Məmmədovanın yatdığı otağa keçib sonuncunun çarpayıda arxası üstə yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasından tam əmin olub üzərində olan qara rəngli adyalı sifət nahiyyəsinə çəkdikdən dərhal sonra Fatma Məmmədovanın üzərinə çıxıb qarın nahiyyəsində oturaraq başının altında olan açıq çəhrayı rəngli yastığı götürüb sonuncunun sifət nahiyyəsinə sıxaraq, onun tənəffüs yollarını bağlamaqla nəfəs almasını dayandırdığı anda otağa girən Fatma Məmmədovanın anası Şahid1 onun cinayətkar əməlini törətməsinin qarşısını almağa yönəlmiş ağlamasına, yalvarışlarına və qızını xilas etmək üçün ayağından tutaraq özünə tərəf çəkməsinə baxmayaraq, öz cinayətkar əməlini davam etdirərək mexaniki asfiksiya nəticəsində Fatma Məmmədovaya alt çənədə diş ətlərinə, alt çənə nahiyyəsində orta xətt boyu və bir qədər sağ tərəfdə qansızmalar, ağ ciyərdə atelektaz və emfizema ocaqları, tək-tək xırda ocaqlı qansızmalar, traxeyaətrafı toxumada xırda ocaqlı qansızmalar ilə müşahidə olunan bədən xəsarətləri yetirərək Fatma Məmmədovanın anası Şahid1 gözü qarşısında sonuncuya xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək, yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X4 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 120.2.4 və 120.2.9-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 bacısı Şahid1 qızı olmuşdur. Əxlaqsız həyat tərzi keçirdiyi üçün onu öldürmüşdür. Hadisə günü otaqda Fatma ayıq olmuş və həmin vaxt bacısı Gülnarə otaqda olmamışdır. Fatmanın özünü aparmasından, onu və ailə üzvlərini söyüb təhqir etməsindən, yad oğlanlarla danışmağından əsəbiləşib onu boğaraq öldürmüşdür. O, Fatmanı boğarkən Fatma ayıq olmuş, ona müqavimət göstərsə də, onu boğaraq öldürmüş, sonra bacısı Gülnarəni çağıraraq Fatmanı öldürdüyünü demişdir. İlk əvvəl evdəkilərə Fatmanın dəm qazından boğulduğunu demələrini bildirmişdir. Bundan sonra, həyat yoldaşı X16 zəng etmiş, narahat xəstə olduğunu və ünvanlarını verərək gəlmələrini bildirmişdir. Həmin vaxt baş vermiş hadisəyə görə, bacısıda huşunu itirmişdir. X17 gələnədək fikirləşmişdir ki, gecə qaz sobasının sönüb, qazın açıq qalması səbəbindən, Fatmanın ölməsini və bacısınında halının pis olduğunu bildirsin. X17 gəldikdə, gələn həkimlərə də belə demişdir. Bundan sonra, bacısını X15 xəstəxanaya aparmışlar. Bir qədər sonra isə, hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Bu zaman, həqiqətin sonradan üzə çıxacağını fikirləşdiyi üçün, törətdiyi əməli etiraf etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, X8 bacısı Şahid1 qızıdır. Belə ki, bacısı Şahid1 həmkəndliləri olan Murtuz Məmmədovla ailə həyatı qurmuş və birgə nigahdan Fatma adlı qızları və İbrahim adlı oğlu olmuşdur. Belə ki, sonuncular ilk əvvəl kənddə yaşamışlar. Bacısı qızı Fatma 2019-cu ilin yay aylarında Göyçay şəhər, Qızılağac kənd sakini Şahid13 adlı şəxslə nişanlanmışdır. Lakin, sonradan Fatma nişanlı ola-ola evdən qaçmışdır. Bundan sonra, 2 gün sonuncudan xəbər tuta bilməmişlər. 2 gün sonra, Fatma özü anasıgillə əlaqə saxlayaraq, Tərtər rayonundan olan Mahir adlı şəxslə qaçdığını, sonuncu ilə ailə həyatı quracağını və onu axtarmamamalarını demişdir. Fatma Tərtər rayonunda 4 ay qalmış, Tərtər rayonunda olarkən, ər evindən qaçmışdır. Bir müddət Fatmadan məlumat ala bilməmişlər. Həmin vaxt Fatmanın əri polisə müraciət etmiş və Fatmanı taparaq evinə geri qaytarmışlar. Sonradan, Fatmanın əri ilə dalaşıb qaçdığını öyrənmişlər və buna görə də, atası Murtuz Tərtər rayonuna gedib, Fatmanı geriyə-Bığır kəndinə qaytarmışdır. Təxminən, 3-4 ay kənddə qaldıqdan sonra, bacısıgil Bakı şəhərinə köçmüşlər və Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayə yaşamağa başlamışlar. Təxminən, bu ilin aprel ayının ortalarında isə bacısı Gülnarə oğlu İbrahim ilə kəndə gəlmişlər. Belə ki, bacısıgil kənddə olan evlərində heç kim olmadığı üçün, onlarda qonaq qalmışlar. Hadisədən 3 gün əvvəl isə Fatma Bakı şəhərindən Göyçay rayonuna gəlmiş və sonuncuda anasıgil ilə birlikdə onlarda qalmağa başlamışdır. Fatma onlarda qaldığı müddətdə həmişə kimlərləsə telefonla danışmış və mesajlaşmış, bütün bunlar da ona pis təsir etmişdir. 08.05.2021-ci il tarixdə günorta saatlarında isə, Fatma ilə birlikdə “Kapital Bank”-dan kart götürmək üçün gəlmişlər. Həmin vaxt, o açıq paltar geyinmiş, buna görə də, Fatmaya öz etirazını bildirmişdir. Bundan sonra, o başqa paltar geyinmiş və Fatma ilə “Kapital Bank”-a gəlmişlər. Fatma bankdan kart götürüb onunlada geri qayıtmışdır. Lakin, kartın nəyə aid olduğunu bilməmişdir. Belə ki, axşam saatlarında bacısı ilə birlikdə həyətyanı sahələrində olan istixananı suvararkən, artıq Fatmanın hərəkətlərindən bezdiyi üçün, bacısına Fatmanı öldürəcəyini demişdir. Lakin, bacısı ona 3 övladı olduğunu demiş və onu fikrindən yayındırmağa çalışmışdır. Həmin vaxt bacısı ilə bir qədər söhbət etdikdən sonra, bir qədər sakitləşmişdir. Həmin gün axşam saatlarında birlikdə yemək yemişlər və evdə olmuşlar. Evdə olan vaxt, Fatma parka getmək istədiyini bildirmişdir. Həmin vaxt Fatma tək getməməsi üçün, həyat yoldaşıda onunla birlikdə getmiş, həmçinin, qonşuları Seymur Fatmagili öz maşını ilə parka aparıbgətirmişdir. Belə ki, bunu Seymurdan özü xahiş etmişdi. Fatmagil parkdan təxminən 24 radələrində qayıtmışlar. Həmin vaxt evdə həyat yoldaşı Gülnar, atası Məhəmməd, anası Sədaqət, bacısı Gülnarə, bacısı qızı Fatma, bacısı oğlu İbrahim və 2 oğlu olmuşdur. Onlar atası, anası, bacısı və həyat yoldaşı ilə birlikdə zalda oturub, Fatmaya məsləhət verməyə başlamışlar. Belə ki, bu yoldan çəkinməsini, ata-anasının sözünə baxmasını bildirmişlər. Fatma isə “özüm bilərəm, sizlik deyil, siz öz işinizlə məşğul olun” demiş, Fatmanın heç kimi saymamasından əsəbiləşmişdir. Bu zaman, Fatma parkdan qayıdarkən aldığı dondurmanı yeməyə başlamışdır. Həmin vaxt Fatmaya dondurma verməsini dedikdə, sonuncu “əli ilə cinsi orqanını göstərərək, dondurma yerinə bunu ye” demişdir. Həmin vaxt bu sözlər ona pis təsir etmişdir. Bundan sonra, Fatma hamam otağına keçib yuyunmuş və üzərinə paltar geyinməyərək hamam xalatı ilə çölə çıxıb, zalda gəzməyə başlamışdır. Həmin vaxt Fatmaya üzərinə paltar geyinməsini demişdir. Bu zaman, Fatma yaxasını açıb oğlu Mərhəmədə göstərmişdir. Fatmanın bu hərəkətlərindən əsəbiləşsə də, lakin yenə də səbrli olmağa çalışmışdır. Həmin gün, anası, bacısı və Fatmanın qardaşı, qapıdan girdikdə üzbəüz otaqda Fatma isə ortadakı otaqda yatmışlar. Özü isə başdakı otaqda həyat yoldaşı və kiçik oğlu ilə birlikdə yatmışdır. Atası və digər oğlu isə zalda yatmışdırlar. Gecə Fatmanın telefonla danışıq səsinə oyanmış, belə ki, saata baxdıqda gecə saat 3-ə işlədiyini görmüşdür. Həmin vaxt Fatma ucadan kiməsə “sabah gəlib onu götürməyini və harasa getmələrini” demişdir. Fatmanın heç kimi saymadan telefonla o şəkildə danışmasına görə çox əsəbiləşmiş, əsəbiləşib otaqdan çıxdıqda, atasının və bacısının da oyaq olduğunu görmüşdür. Həmin vaxt bacısı da otağa girib-çıxmış və Fatmaya telefonu söndürməsini demişdir. Fatma isə bacısına cavab qaytarmışdır. Həmin vaxt, atası yata bilmədiyini və Fatmaya sakit durmasını deməyini bildirmişdir. Bu zaman otağa girib, Fatmaya sakit durmasını dedikdə, sonuncu “söyüşlə” otaqdan çıxmağını demişdir.Bütün bunlara görə əsəbiləşmiş, öz otağına girib fikirləşmiş və Fatmanı öldürmək qərarına gəlmişdir. Belə ki, Fatmanın həmin hərəkətlərindən, heç kimi saymadan açıq şəkildə telefonla başqa şəxslərlə danışmasından, atasına və ona qarşı işlətdiyi sözlərdən çox əsəbiləşmişdir. Bundan sonra, yatmamış və səhər saat 06 radələrində öz otağından çıxıb, Fatma yatan otağa girmişdir. Otağa girdikdə Fatma yatmış, lakin işıq yanılı olmuşdur. Həmçinin, bacısı da otaqda olmamışdır. Lakin, gecə bacısı da həmin otaqda Fatmanın yanına uzanmışdır ki, sonuncunu sakitləşdirsin. Bundan sonra, Fatmaya tərəf getmişdir. Belə ki, Fatma başını yastıqdan bir qədər qırağa qoymuşdur. İrəli gedib, Fatmanın üstünə saldığı adyalı sonuncunun üzünə çəkmiş və başının altındakı çəhrayı rəngli yastığı çıxarıb sonuncunun üstündə oturmuş və yastığı sifətinə basmışdır. Həmin vaxt, Fatma oyanmış və müqavimət göstərməyə başlamışdır. Bu zaman, Fatma dırnağı ilə qoluna və sinəsin cırmaq atmışdır. Lakin, Fatmanın üzərində oturmuş, buna görə də, güc eləmiş və Fatma ölənədək, yastığı onun ağız və burun nahiyyəsinə sıxıb, öldürmüşdür. Fatmanı öldürən zaman bacısıda otağa gəlmişdir. Həmin vaxt bacısı ağlamağa və yalvarmağa başlamış, Fatmanı öldürməməyi üçün ayağından tutub çəkmişdir. Lakin, bacısına qışqıraraq mane olmamasını, “Fatmanı öldürəcəyi, belə ki, onları biabır etdiyini” demişdir. Bundan sonra, Fatmanı boğmağa davam etmiş və Fatmanı boğub öldürmüşdür. Belə ki, Fatmanın xırıltısı kəsilənə və tam hərəkətsiz qalanadək yastığı sifət nahiyyəsinə sıxmışdır. Həmin vaxt Fatmanın artıq xırıltısıda qalmamış və tam hərəkətsiz olmuşdur. Bu zaman Fatmanın öldüyündən əmin olmuş və otaqdan çıxmışdır. Bundan sonra, bacısı qışqırıb ağlamağa başlamış və onun səsinə anası, atası, bacısı oğlu İbrahim və həyat yoldaşıda oyanmışdır. Həmin vaxt sonunculara da Fatmanı öldürdüyünü bildirmişdir. Bundan sonra, Fatma hamam xalatı ilə yatdığı üçün, əynində paltar olmadığından, sonuncuya alt paltarı və qara rəngli qolsuz köynək geyindirmişdir. Sadəcə olaraq ilk əvvəl utandığı üçün, ilkin ifadəsində bu barədə heç bir şey deməmişdir. Bundan sonra, meyiti oradan götürüb, baş tərəfdəki qaz sobasının olduğu otağa gətirmiş və otaqda baş tərəfdə olan 2 nəfərlik çarpayıya uzatmışdır. İlk əvvəl evdəkilərə Fatmanın dəm qazından boğulduğunu demələrini bildirmişdir. Bundan sonra, həyat yoldaşı TTTYS-nın 103 xidmətinə zəng etmiş, narahat xəstə olduğunu və ünvanlarını verərək gəlmələrini bildirmişdir. Həmin vaxt baş vermiş hadisəyə görə, bacısıda huşunu itirmişdir. X17 gələnədək fikirləşmişdir ki, gecə qaz sobasının sönüb, qazın açıq qalması səbəbindən, Fatmanın ölməsini və bacınında halının pis olduğunu bildirsin. X17 gəldikdə, gələn həkimlərədə belə demişdir. Bundan sonra, bacısını X15 xəstəxanaya aparmışlar. Bir qədər sonra isə, hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Bu zaman, həqiqətin sonradan üzə çıxacağını fikirləşdiyi üçün, törətdiyi əməli etiraf etmiş və Fatmanı yatan zaman yastıqla boğaraq öldürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum Fatma Məmmədova onun qızı olmuşdur. Hadisənin şahidi olmamış, ilk əvvəl Fatmanın dəm qazından boğulduğunu eşitmiş, sonradan isə Fatmanın əslində dəm qazından ölmədiyini, dayısı Vüqarın onu yastıqla boğaraq öldürməsini öyrənmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Fatma onun qızı olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs hadisə günü Fatmanı boğaraq öldürməsindən xəbəri olmamış, sonradan otağa daxil olarkən Fatmanın öldüyünün şahidi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs Fatmanı boğaraq öldürdüyünü bildirmişdir. Bundan sonra səhhəti pisləşmiş və özünü yaxşı hissə etməmişdir. Daha sonra X17 gəlmiş və onu xəstəxanaya aparmışlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, hadisədən təxminən 3 gün qabaq qızı Fatma rayona gəlmiş və atası Məhəmmədin evində birlikdə qalmışdırlar. Fatma gəldikdən sonra yenədə hamı ilə söyüşlə danışmış, heç kimi vecinə almamışdır, kimsə hər hansı irad bildirdikdə həmin adamı təhqir edib acılamışdır. Bütün bunlar Vüqara pis təsir etmiş və Fatmanın bu hərəkətlərindən çox əsəbiləşmişdir. May ayının 8-də axşam saat 18 radələrində həyətlərində yerləşən istixananı suvararkən, qardaşı Fatmanın bu hərəkətlərinə dözə bilmədiyini və Fatmanı öldürəcəyini, sonuncunun yaşamağa layiq olmadığını demişdir. Bu zaman, Vüqara belə şeyə ehtiyac olmadığını, 3 uşağı olduğunu və onları fikirləşməsini demişdir. Həmin gün 23 radələrində evdə olarkən Fatma mətbəxə girərək kiminləsə uca səslə telefonla danışmış, həmin adama “aşkım”, “ürəyim” kimi sözlərlə xitab edərək “darıxmışam”, “səni görmək istəyirəm” kimi ifadələr işlətmişdir, eləcə də həmin adama “görüm əgər iş alınsa mən sənə xəbər eliyəndə gələrsən” demişdir. Daha sonra evdə ortada olan yataq otağına girmişdir. Belə ki, yataq otağında da telefonla danışmağa başlamış, həmin otağa girib, Fatmanın yanına uzanmış və sonuncunun danlamışdır. Təxminən, saat 02 radələrində Fatma yenidən uca səslə telefonla danışmağa başlamışdır. Belə ki, həmin vaxt sonuncunun səsinə oyanmış və Fatmanı danlamağa başlamış, Fatma isə ona nalayiq ifadələr demişdir. Bundan sonra, orada qala bilməmiş və otaqdan çıxmışdır. Bu zaman, Vüqarın da yatdığı otaqdan çıxdığını görmüş, Vüqar otağın qapısını açıb, irad bildirdikdə, Fatma Vüqarada nalayiq ifadələrlə cavab vermişdir. Bu zaman Vüqar əsəbiləşmiş və həmin otaqdan çıxıb öz otağına keçmişdir. Bundan sonra, bir qədər zalda gəzib, Fatmanın yatdığı otağa girib, sonuncunun yanına çarpayıya uzanmışdır. Otağa girdikdə, Fatmanın yatdığını görmüş, özü də çarpayıya uzanıb yatmışdır. Bu zaman, işıq şüasının gözünə düşməsi nəticəsində ayılmış, həmçinin, Vüqar onu səsləyib oyatmışdır. Oyananda Vüqarın işığı yandırdığını və otaqda olduğunu, pəncərədən baxdıqda isə, havanın aydınlandığını görmüşdür. Həmin vaxt, Fatma yuxudan oyanmamışdır. Yerindən qalxıb, otağın qapısının ağzına gəlmiş və otağın işığını söndürmüşdür ki, Fatma oyanmasın. Qapının ağzında Vüqar ona Fatmanı öldürəcəyini demişdir. Həmin vaxt yenə də Vüqara etiraz etmişdir. Bundan sonra, su götürmək üçün mətbəxə getmiş, mətbəxdə təxminən 2-3 dəqiqə qalıb yenidən geriyə otağa qayıtmışdır. Mətbəxə getdikdə, Vüqar öz otağına girmiş, lakin, mətbəxdən qayıdıb otağa girdikdə, Vüqarın yastıqla Fatmanı boğduğunu görmüşdür. Vüqara yaxınlaşıb, onu itələmək istəmişdir ki, Fatmanı boğmasın, lakin Vüqar bir əlindən onu itələmiş və kürəyi şkafa dəymişdir. Bundan sonra, Fatmanın ayağından tutub özünə tərəf çəkmək istəmiş, lakin, çəkə bilməmiş və Vüqar Fatmanı boğmuşdur. Vüqar Fatmanın hərəkət etmədiyini gördükdə, otaqdan çıxıb getmişdir. Bundan sonra, Fatmanın nəbzini yoxlamış və nəbzinin atmadığını görmüşdür. Fatmaya ağzından süni nəfəs verməyə çalışmış. Lakin, Fatmanın tərpənmədiyini görüb, qışqırmışdır. Onun səsinə anası, oğlu və qardaşının yoldaşı gəlmişdir. Bu zaman özünü itirmiş və huşunu itirmişdir. Özünə gəldikdə, qaz sobasının olduğu otaqda olmuş, həmin vaxt X17 maşınıda gəlmiş və onu Göyçay RMX-ya aparmışlar. Həmçinin bildirmişdir ki, Fatma Məmmədovanı öldürmək üçün qardaşı əli qabaqcadan bu barədə hər hansı razılığa gəlməmişdir. 08.05.2021-ci il tarixdə axşam saatlarında qardaşı artıq dözə bilmədiyini Fatmanı öldürəcəyini dedikdə, Vüqarı fikrindən döndərməyə çalışmışdır. Vüqar Fatmanı öldürən zaman, sonuncutya heç bir köməklik etməmiş, Fatmanın boğulmasının qarşısını almaq üçün, sonuncunun ayağından tutub özünə tərəf çəkmişdir. Təqsirləndirilən şəxs ifadəsində onun Fatma Məmmədovanın ayaqlarını tutaraq sonuncunun müqavimətini qırmağa çalışmasını bildirməsi ilə bağlı qeyd etmişdir ki, qardaşı yalan danışır. Belə ki, Fatmanın ayaqlarından tutmuşdur, lakin, bunu Fatmanın müqavimətini qırmaq üçün deyin, Fatmanı özünə tərəf çəkib, başını yastığın altından çıxarmaq üçün etmişdir. Vüqarın Fatmanı boğduğunu gördükdə ilk əvvəl qışqırmamış, Vüqara özü mane olmaq istəmiş, sonradan Fatmanın nəb nəbzinin atmadığını gördükdə qışqırmışdır. Vüqar 08.05.2021-ci il tarixdə istixanada söhbət edərkən, Fatmanı öldürmək istədiyini dedikdə, bu barədə heç kimə məlumat verməmiş, bu barədə, sadəcə olaraq axşam saatlarında qardaşının həyat yoldaşına məlumat vermişdir. İlkin ifadəsində Fatmanı öldürən zaman sonuncunun ayaqlarını tutaraq qızınızın müqavimətini qırmasını bildirməsi, həmçinin ifadəsinin sonunda yazaraq etiraf etməsi ilə bağlı bildirmişdir ki, həmin vaxt özündə olmamış, ona görə də, nə yazdığını bilməmişdir. Həmçinin bildirmişdir ki, yataq otağından çıxdıqda, Vüqar otağın girişində olmuş və Fatmanı öldürmək istədiyini demiş, bu zama qardaşını danlamış və sonuncu geri öz otağına girmişdir. Bundan sonra, mətbəxə su götürmək üçün girmiş və 2-3 dəqiqə orada qalmışdır. Geri qayıtdıqda isə, qardaşının Fatmanı boğduğunu görmüş, həmin vaxt qızı hərəkətsiz olmuş, sadəcə olaraq sağ əlini cüzi tərpətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Qılman qızı əri Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid3 göstərmişdir ki, mərhum X8 onun həyat yoldaşı Vüqarın bacısı qızı olmuşdur. 2019-cu ilin may ayında Fatma məktəbi bitirdikdən, təxminən bir ay sonra Göyçay rayonu, Qızılağac kənd sakini Şahid13 Elbrus oğlu ilə nişanlanmışdır. Nişan olduqdan təxminən 1-2 ay sonra Fatma Yusiflə yola getməmiş, onların arasında tez-tez mübahisələr baş vermişdir. 25.09.2019-cu il tarixdə Fatma nişanlı olduğu halda heç kimə xəbər vermədən sosial şəbəkədə tanış olduğu Tərtər rayon sakini Mahir adlı şəxsin yanına getmiş və sonuncu ilə birlikdə yaşamağa başlamışdır. Mahir adlı şəxslə, təxminən 1 ay müddətində yaşadıqdan sonra Fatma sonuncu ilə yola getmədiyi üçün Bakı şəhərinə qaçmışdır. Bununla bağlı valideynləri polisə şikayət etdikdən təxminən 1 ay sonra polislər Fatmanı Bakı şəhərində tapıb Tərtər RPŞ-yə gətirmiş, oradan ailəsinə təhvil vermişlər. Fatmanın atası sonuncunu Göyçay rayonuna kəndə gətirmiş, kənddə bir müddət qaldıqdan sonra, anası ilə yola getmədiyi üçün, eləcə də Fatma özü kənddə qalmaq istəmədiyi üçün təxminən 2020-ci ilin fevral ayında ailəvi olaraq Bakı şəhərinə getmişlər. Bakıya getdikdən sonra Fatmanın yenədə ailəsi ilə yol getmədiyini, gecələr evə gəlmədiyini, yüngül həyat tərzi keçirdiyini, “Tik-Tok” sosial şəbəkəsində mentalitetə yaraşmayan videolar yerləşdirdiyini eşitmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Fatmaya zəng edərək dayısının kənddə camaat arasına çıxa bilmədiyini, Tik-Tok” sosial şəbəkəsində yerləşdiyi videoları silməsini xahiş etmişdir. Sonuncu videoları siləcəyini demiş və təxminən, 1-2 saat sonra həmin videoları silmişdir. Bundan sonra, təxminən aprel ayının 26-sı və ya 27-si Fatma telefonla zəng edərək kəndə gəldiyini, 1-2 gün qalmaq istədiyini, istirahət etmək istədiyini bildirmişdir. Evin gəlini olduğu üçün etiraz edə bilməmişdir. Lakin, Vüqarın Fatmadan xoşu gəlmədiyini, sonuncunun hərəkətlərinə və özünü aparmasına görə çox əsəbiləşdiyini bilmişdir. Belə ki, Fatma çox sərbəst hərəkətlər etmiş, heç kimi vecinə almamış, heç kimin ona qarışmamasını demiş, kimsə hərəkətlərinə görə Fatmaya irad bildirdikdə, sonuncu təhqiredici sözlərlə cavab vermişdir. Həmin vaxt Fatma Bığır kəndinə gəlib, bir gecə qaldıqdan sonra, anası Gülnarənində onlara gələcəyini eşitdiyi üçün, sonuncudan xoşuna gəlmədiyi üçün çıxıb getmişdir. Fatma gələrkən, sonuncunu qırmızı rəngli “Vaz 2107” markalı avtomobildə tanımadığı oğlan gətirmiş, gedərkən isə sonuncunu Göyçay şəhərinə kimi yola salmış, həmin vaxt Fatma dövlət nömrə nişanlı xatırlamadığı boz rəngli “Mercedes” markalı avtomobilə əyləşib çıxıb getmişdir. Həmin maşınlar Fatmanın tanışları olmuşdur. Fatma Bakı şəhərinə getdikdən sonra, anası Gülnarə, ondan təxminən 1 həftə sonra isə oğlu İbrahimdə sənəd işləri ilə əlaqədar rayona gəlmişdir. Sonuncu dəfə 6-7 may 2021-ci il tarixlərdə təxminən saat 20 radələrində Fatma istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Bığır kəndinə gəldiyini, 1-2 saata çatacağını bildirmişdir. Həmin vaxt qaynanası Şahid2 ilə Ağdaş rayonunda olmuşlar, bunu qaynanasına dedikdə, Fatmaya zəng etməyini, Fatmanın kəndə maşınla gəlməməsini, avtovağzala gəlməsini, onu qarşılayacaqlarını bildirmişdir. Bundan sonra, Fatmaya zəng edib bunları demiş, həmin gün təxminən saat 23-24 radələrində ailəvi tanışları və həmkədliləri Seymurun maşını ilə avtovağzaldan gedib Fatmanı qarşılayıb kəndə gətirmişlər. Evə gəldikdən sonra Fatma yenə də hər kəsi qıcıqlandıran əxlaqsız hərəkətlər etmiş, söyüşlə danışmış, heç kimi vecinə almamışdır. 08.05.2021-ci il tarixdə təxminən saat 14-15 radələrində Fatma Göyçay şəhərinə getmək istədiyini bildirmiş, həmin vaxt işlərinin olduğunu axşam gedə biləcəklərini demişdir. Belə ki, utandığı üçün ətrafdakı insanların onu Fatma ilə görmələrini istəməmişdir. Bu səbəbdən də Fatmaya axşam getmələrini demişdir. Həmin gün təxminən saat 21 radələrində yenədə Seymur adlı həmkəndlilərinin avtomobili ilə Fatma və azyaşlı oğlu Yusiflə birlikdə Göyçay şəhərinə- Bayraq Meydanına gəlmişlər. Orada Fatma uşaq kimi attraksionlarda əylənmiş, uca səslə danışaraq hər kəsin diqqətini özünə çəkməyə başlamış, daha sonra heç yana getməməyini, onu gözləməyini, özünün isə harasa gedib qayıdacağı bildirmişdir. Sonra isə gözdən itmiş, lakin hara getməsini bilməmişdir. Telefonuna isə zəng çatmamışdır. Təxminən, sonuncu saat 23 radələrində gəlib çıxmış, həmin vaxta qədər məcbur qalıb Fatmanı gözləmişdir. Fatmadan harada olduğunu soruşduqda, sonuncu əsaslı cavab verməyərək “əşi, başını burax” demişdir. Bundan sonra, evə qayıtmış, 09.05.2021-ci il tarixdə saat 00:30 radələrində evə çatmışlar. Evə gəldikdə evdə qaynanası, qaynatası, yoldaşı, baldızı, Fatmanın qardaşı İbrahim və 2 azyaşlı uşağı olmuşdur. Bundan sonra, Fatma çimmək üçün hamama girdi, təxminən 1 saata yaxın yuyunduqdan sonra hamamdan çıxmışdır. Hamamdan çıxdıqdan sonra hamam xalatında soyuducudan dondurma götürüb evdəkilərin gözü qarşısında, dondurmanı ehtiraslı şəkildə yalamağa başlamışdır. Həmin vaxt hamı qonaq otağında olmuş, belə ki, Fatma bununla evdəkiləri qıcıqlandırmağa çalışmışdır. Həmçinin, sinəsini sıxaraq 5 yaşlı oğlu Mərhəmədə göstərib “bacının məmələrindən xoşun gəlir? İstiyirsən?” deyə tərbiyəsiz suallar vermişdir. Bundan sonra, kimləsə görüntülü telefonla danışmış, həmin adama “gecəni Lahıcda qalarıq, daha sonra məni apararsan Razinə” demişdir, eyni zamanda telefonla danışarkən hər kəsin gözünün qarşısında qırmızı rəngli hamam xalatının qarşısını açıb gəzmişdir. Həmin vaxt Fatmanın bu hərəkətlərinə Vüqar əsəbiləşərək əlini stola vurmuş və Fatmaya “bu saat sənin ağzını yumacam” deyə bildirmişdir. Fatma isə “dayı, səndə o ürək yoxdur, başını burax getsin” demişdir. Bundan sonra, Vüqarı sakitləşdirib otağa salmışdır. Bundan sonra, qaynanası Sədaqət, Fatmanın anası Gülnarə və qardaşı İbrahim qaz sobası olan otağa girmişlər. Qaynatası Məhəmməd qonaq otağında olan çarpayıda uzanmışdır. Həmin vaxt təxminən saat 03 radələrində, Fatmadan ortadakı otağa girib yatmasını, evdəkiləri narahat etməməsini xahiş etmişdir. Özü isə stolun üzərində olan qab-qacağı yığışdırmağa başlamışdır. Bu işləri görərkən Fatmanın otaqda uca səslə kiminləsə telefonla danışdığını eşitmişdir. Həmin vaxt Fatmanın saymazyana şəkildə səs-küy salmasına görə qaynatası Məhəmməd öz-özünə deyinərək Fatmanın atasının ünvanına “Murtuz, Allah başına daş salsın, sən kişi olmadın, qızını yığışdıra bilmədin” kimi ifadələr işlətmişdir. Həmin vaxt Gülnarəni çağırmış və onunla birlikdə Fatmanın otağını açmışlar. Gülnarə qızı Fatmaya bir az yavaş danışmasını, evdəkilərin yatdığını dedikdə Fatma çarpayıda xalatın qarşısı açıq özü isə lüt vəziyyətdə nalayiq ifadələrlə anasını təhqir edib “sən mənim işimə qarışma” deyərək anasını otaqdan qovmuşdur. Həmin vaxt Vüqar da Fatmanın səsinə oyanıb otaqdan çıxmışdır. Vüqar da Fatmaya irad bildirdikdə, sonuncu Vüqara qarşı nalayiq ifadə işlədib otaqdan çıxmasını demişdir. Bütün bunlara görə Vüqar yenə də əsəbiləşmişdir. Özü də Fatmadan biraz səssiz olmasını xahiş etmişdir. Həmin vaxt Gülnarə yenidən Fatma yatdığı otağa girmiş, qızının yanında uzanmış və Fatmanı səssiz olması üçün dilə tutmağa başlamışdır. Bundan sonra, özü qonaq otağında olan divanda yatmışdır. Təxminən saat 06:30 radələrində baldızı Gülnarənin qışqırıq səsinə oyanmışdır. Yuxudan qalxdıqda, səsin ortadakı Fatma yatan otaqdan gəldiyini görmüşdür. Vüqar əsəbi halda bacısı Gülnarəyə “Gülnarə, ərinə zəng elə denən ki, gəlsin qızını aparıb basdırsın. O bacarmadı, ancaq mən onun namusunu təmizlədim” demişdir. Həmin vaxt tez ortadakı otağa keçmiş və Fatmanın paltarsız yataqda arxası üstə uzandığını görmüşdür. Həmin vaxt Gülnarə qızının qolunu tərpətmiş, lakin, Fatmanın hərəkətsiz olduğunu görüb ağlayaraq Vüqara “niyə belə elədin, sənin 3 balan var” deyə bildirmiş, Vüqar isə gəlib Gülnarəni arxaya tərəf itələmiş, Gülnarə arxaya gedib şkafa dəymişdir. Vüqar bacısına “utanmırsan, nə onun üstündə balam deyə ağlayırsan, görmürsən bizim başımıza nə oyunlar açıb, bizi hamının yanında rüsvay edib, onun hərəkətlərinə görə başı aşağı olmuşuq” deyə bildirmişdir. Həmin vaxt Gülnarənin halı pisləşmiş və şəkəri qalxmışdır. Bundan sonra, həyat yoldaşı Vüqarın cinayət məsuliyyətinə cəlb olunmaması üçün, cinayəti gizlətmək məqsədi ilə Vüqara meyiti aparıb qaz sobası olan otağa qoymasını, Fatmanın qazdan boğularaq ölməsini demələrini, Gülnarənin isə səhhətinin pisləşməsini demələrin bildirmişdir. Vüqarda razılaşaraq ilkin olaraq Fatmanın əyninə qara rəngli köynək, krem rəngində alt paltarı geyindirmiş, lakin meyitdən qorxduğu üçün özü əlini vurmamışdır. Bundan sonra, isə meyiti qucağına alıb aparıb qaz sobası olan otağa qoymuşdur. Həmçinin, Gülnarə də qaz sobasının olduğu otağa gəlmiş, Gülnarənin halı daha da pisləşmiş və huşunu itirmişdir. Bundan sonra, X16 zəng edərək qazdan boğulma olduğunu, bir nəfərin öldüyünü, bir nəfərin isə zəhərləndiyini bildirmişdir. Təxminən, 10-15 dəqiqə sonra evə X17 maşını ilə həkimlər gəlmiş, Fatmanın öldüyünü müəyyən etmişlər. Lakin, Gülnarənin səhhətinin yaxşı olmadığını görüb xəstəxanaya aparmışlar. Qaynanası Sədaqət də Gülnarə ilə birlikdə xəstəxanaya getmişdir. Bundan sonra, hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər, sonuncular hadisə yerində olarkən Vüqar Fatmanı ortadakı otaqda özünün öldürdüyünü, meyiti isə qaz sobası olan otağa aparıb qoyduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hadisənin birbaşa şahidi olmadığını, həmin günü evdə olduqlarını, ilk əvvəl bacısı Fatmanın dəm qazından boğularaq öldüyünü eşitdiyini, sonradan isə onun dayısı Təqsirləndirilən şəxs tərəfindən boğularaq öldürüldüyünü öyrəndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun Şahid3 Qılman qızı ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid3 Qılman qızı ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2019-cu ilin sentyabr ayının ortalarında “İnstagram” Sosial Şəbəkəsində Fatma Məmmədova adlı şəxslə tanış olmuş, еlə həmin gün оnа mobil nömrəsini vermiş və telefonla danışmağa başlamışlar. Mobil telefon ilə danışarkən Fatma harada yaşadığını soruşmuş, sonuncuya rayonunda yaşadığını demişdir. Fatma оnа anasının olmadığını, ögey anasının himayəsində yaşadığını demişdir. Bundan sonra, Fatma onunla yaşamaq istədiyini demiş, sonuncu ilə razılaşmış və Fatmaya özü ilə yaşamağı təklif etmişdir. Növbəti gün Fatma mobil telefonuna zəng edərək hal-hazırda Yevlax rayonunda olduğunu və Tərtər rayonuna оnun yanına gəldiyini demişdir. Təxminən, iki saatdan sonra Fatmanı rayon avtovağzalında qarşılamış, sonuncunu ilk öncə dayısı Vaqifgilə aparmış və Fatmanı dayısıgillə tanış etmişdir. Bir neçə saat keçdikdən sonra dayısı Vaqifgilə anası Rüqsarə və xalası Məhruzə gəlmişlər və Fatma ilə tanış olmuşlar. Həmin gün axşam Fatmanı yaşadığı evə aparmışdır. Növbəti gün Fatmanın mobil telefonuna dəfələrlə ailəsinin zəng etdiyini görmüşdür. Həmin vaxt Fatmaya telefonu açmasını və оnunla birlikdə olmağını deməsini bildirmişdir. Fatma zəngi açdıqda anası harada olduğunu soruşmuş və evdən oğurluq etdiyini demişlər. Bundan sonra, Fatmadan telefonu alaraq anasına Fatmanın оnunla ailə həyatı qurduğunu və öz xoşu ilə qaçdığını demişdir. Həmin vaxt Fatmanın anası оna sonuncunun nişanlı olduğunu və bu işin düzgün olmadığını bildirmişdir. Belə ki, Fatmanın nişanlı olduğunu bildikdən sonra, Fatma ilə mübahisə etmişlər. Lakin, Fatma оnа nişanlısını sevmədiyini və оnunlа yaşamaq istədiyini bildirmişdir. Həmin günün səhəri Fatmanın dayısı və dayısının həyat yoldaşı оnlara gəlmiş və Fatmanın nişanlısının ona verdiyi telefonu ondan geri almışlаr. Bir gün keçdikdən sonra mobil telefonuna bir nəfər şəxs zəng edərək Fatmanın nişanlısı olduğunu və bu işin düzgün olmadığını bildirmişdir. Təxminən, 3 ay Fatma ilə birlikdə qeyri-rəsmi yaşamışdır. Noyabr ayının 29-da gecə saatlarında Fatmanın evdə olmadığını gördükdə ailəsinə bu barədə məlumat vermişdir. Bundan sonra polisə Fatmanın evdən qaçması barədə məlumat vermişdir. Təxminən, 1 ay 10 gündən sonra Fatmanı Bakı şəhərində tapmışlar və bu barədə оnа xəbər vermişlər. Belə ki, Fatma həmin vaxt bir nəfər başqa oğlanla, “tiktok” sosial şəbəkəsində video yerləşdirmiş və həmin videonu dayısı arvadı Gülnarə gördükdə, ailəsi polisə bu barədə məlumat vermişdir. Lakin, həmin vaxt Fatmanı qəbul etməmiş və ailə kimi yaşamaqdan imtina etmişdir. Bundan sonra, Fatma ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid13 Elbrus oğlunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, uzun müddətdir ki, tikinti yerlərində usta yanında fəhlə işləyir, bəzən isə Bakı şəhərinə gedərək orada işləyir. 2018-ci ilin payız aylarında Bığır kəndinə bacısıgilə qonaq getmişdir. Həmin vaxt bacısıgilə qonşuluqlarında yaşayan adını sonradan bildiyi Fatma Məmmədova gəlmiş və onu orada görmüşdür. Belə ki, sonuncunun adı sənədlə Fatma olsa da, hamı ona Fatimə demişdir. Fatma çıxıb getdikdən sonra ailə üzvlərinə sonuncudan xoşunun gəldiyini, əgər münasib bilərlərsə elçi getmələrini istədiyini demişdir. Bu xəbəri Fatmaya demişlər və bundan sonra Fatma ilə ilk öncə mobil telefon əlaqəsi saxlamağa başlamışdır. Təxminən, bir aydan sonra Fatmagilə ailə üzvləri elçi getmişlər. Fatimənin ailəsi və özü ailə qurmaq istəmələrinə razılıq vermişlər. Həmin vaxt Fatma 11-ci sinifdə oxumuşdur. Fatma 11-ci sinifi qurtardıqdan sonra, 2019-cu ilin may ayının sonlarında nişan mərasimi keçirilmiş, təxminən, 2-3 ay münasibət normal qaydada davam etmişdir. Lakin, sonradan onun bəzi tələb və təkliflərini, yəni açıq-saçıq paltar geyinməməsini, çox makyaj etməməsini, hər hansı bir yerə gedərkən icazə almasını bildirsə də, Fatma bunları qəbul etməməyə başlamışdır. Belə ki, həmin vaxtdan aralarında bəzi söz-söhbətlər yaranmış və münasibət soyumağa başlamışdır. Həmin vaxt Bakı şəhərində işləmişdir. Həmçinin Bakıda olduğu müddət ərzində onun mobil telefonuna zəng edərkən çox vaxt məşğul görsənmiş, ya da ümumiyyətlə zəng çatmamışdır. Belə olduğu halda Fatmadan kiminlə danışdığını soruşduqda оnа müxtəlif bəhanələr gətirərək qəsdən söz-söhbət yaradaraq fikrini yayındırmağa çalışmışdır. Təxminən, 2019-cu ilin sentyabr ayının 24-dən 25-nə keçən gecə, gecə saatlarında Fatma оnа “Whatsapp” sosial şəbəkədə “səni sevirəm, səni çox istəyirəm, yanına gəlmək istəyirəm və öpürəm” ismarıcları yazaraq şəbəkədən çıxmışdır. Həmin ismarıcları səhər yuxudan oyanarkən oxumuş və dərhal ona zəng etmiş, lakin Fatmanı bir neçə dəfə mobil telefon vasitəsi ilə yığmasınа baxmayaraq zəng çatmamış və həmin vaxt sonuncu ilə əlaqə saxlaya bilməmişdir. Bundan sonrа, işlədiyi yerə getmiş və bir neçə saatdan sonra Fatmanın anasının mobil telefonuna bir neçə dəfə zəng etdiyini görmüşdür. Dərhal Fatmanın anasına zəng etmiş və nə baş verdiyini soruşduqda, sonuncu Fatmanın evdə olmadığını və hal-hazırda yanında olub-olmadığını soruşmuş, lakin, həmin vaxt Fatmanın оnun yanında olmadığını və ümumiyyətlə Fatma ilə əlaqə saxlaya bilmədiyini demişdir. Belə ki, Fatmaya mesaj yazsa da, həmin mesajın ona çatmamasında, Fatmanın mobil nömrəsini “qara siyahıya” salmasını başa düşmüşdür. Bundan bir neçə saat sonra anası оnа zəng edərək Fatmanın kiminləsə qaçdığını demişdir. Belə ki, həmin gün adını bilmədiyi bir şəxs Fatmanın anasına zəng edərək qızı Fatmanın razılığı ilə onun yanında olduğunu və buna görə də, Fatmanın evdə məktub yazaraq qoyduğunu bildirmişdir. Həmin vaxt Fatmanın anası оnа zəng edərək vəziyyəti izah etmiş, ona zəng edən şəxsin nömrəsini istəmiş və dərhal ona zəng etmişdir. Lakin, həmin nömrəyə zəng çatmamişdir. Bir neçə saatdan sonra yenidən həmin nömrəyə zəng edərkən telefonu Fatma açmış və təhqir edərək narahat etməməsini deyərkən telefonu yanındakı qaçdığı şəxsə verməyini istəmişdir. Həmin vaxt yanındakı şəxs telefonu götürmüş, “Bizdən nə istəyirsən deyərək” qışqırmış və оnu hədələməyə başlamışdır. Sonuncu ilə telefonda mübahisə etdiyi zaman başqa bir qadın səsi gəlmiş və həmin şəxs müdaxilə etməyə başlamışdır. O isə “Ana sənlik deyil” deyərək üstünə qışqırdıqdan sonra həmin qadın telefonu götürmüş və оnu təhqir edərək polislə hədələmişdir. Bundan sonra, ailə üzvlərinə zəng edərək Fatimə ilə aralarındа olan münasibəti kəsdiyini və onunla olan nişanı pozmalarını bildirmişdir. Belə ki, atası və anası Fatiməgilə gedərək anasına nişanı pozduqlarını və bu məsələnin bağlandığını bildirmişlər. Həmin vaxtdan оnun Fatimə ilə heç bir əlaqəsi və münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Sirac oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona uyğun ifadə vermiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, həmçinin də qohumudur. Hadisədən 3 gün qabaq Fatma kəndə gəlmiş və Vüqargildə qalmışdır. May ayının 8-də Vüqar оnа zəng edərək, Fatmanı şəhərə, “Kapital Banka” gətirməsini istəmiş, Vüqara Fatma ilə tək getməyəcəyini və özünün də оnlarla getməsini demişdir. Bundan sonra, Vüqar və Fatma оnа məxsus **- BB-*** nömrəli “Vaz2106” markalı avtomobillə Göyçay şəhərinə gəlmişlər. Fatma orada kart almalı оlmuş, Fatmanın bankda işi qurtardıqdan sonra, yenidən kəndə qayıtmışlar. Vüqarın evində olarkən, Fatma parka getmək istəmiş, Vüqar da оnа Fatmanı parka aparmasını xahiş etmişdir. Lakin, yenə də Fatma ilə tək getmək istəmədiyini bildirmişdir. Belə ki, Fatmanın yüngül həyat tərzi keçirdiyini bildiyi üçün, hər hansı söz-söhbət olmamasına görə tək getmək istəməmişdir. Bundan sonra, Fatma Vüqarın həyat yoldaşı Gülnarə və oğlu Yusiflə birlikdə, оnun maşını ilə saat 21 radələrində Göyçay şəhərində yerləşən Heydər Əliyev prospektində yol kənarında yerləşən parka gəlmişlər. Saat 12 radələrinə kimi parkda olmuşlar, bundan sonra isə kəndə qayıtmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona uyğun ifadə vermiş və göstərmişdir ki, Göyçay rayonu, Bığır kənd sakini Günel Bədəlova ilə ailə həyatı qurmuşdur. 2002-ci il təvəllüdlü mərhum X8 оnun həyat yoldaşının bacısı Gülnarənin qızı оlmuşdur. 08.05.2021-ci il tarixdə saat 21 radələrində həyat yoldaşı Günel ilə birlikdə qaynatası ağrıdığı üçün, ona baş çəkməyə görə evlərinə getmişdir. Həyətdə qaynatası ilə oturub çay içmiş və təxminən 10 dəqiqə qaldıqdan sonra, oradan çıxıb getmişdir. Həyat yoldaşı isə atasıgildə qalmışdır. Təxminən 2 saat sonra həyat yoldaşını aparmaq üçün qaynatasıgilə getmişdir. Lakin evin içərisinə girməmiş və həyat yoldaşını darvazanın ağzından götürüb, öz evinə getmişdir. Növbəti gün səhər saatlarında isə qaynanası ağlayaraq оnа zəng etmişdir. Qaynanasının nə dediyini başa düşməmiş və özü qayını Vüqara yığmışdır. Həmin vaxt Vüqar оnа Fatmanı özünün öldürdüyünü, bacısı Gülnarənin isə halının pisləşdiyi üçün, Göyçay Xəstəxanasına apardıqlarını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 əri iş üzrə Şahid9 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona uyğun ifadə vermiş və göstərmişdir ki, 08.05.2021-ci il tarixdə axşam saat 20:30-da növbəyə gəlmişdir. 09.05.2021-ci il tarixdə saat 07:32-də stansiyaya Göyçay rayonu, Bığır kəndinə dəm qazından zəhərlənmə olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında tibb bacısı Şahid14 və sürücü Şahid6lə birlikdə həmin yerə getmişlər. Кəndə çatdıqda bir nəfər cavan oğlan оnları qarşılamış və həmin evə gətirmişdir. Evin həyətinə girdikdə, təxminən 60 yaşlarında olan, başına yaylıq bağlamış, qarabəniz qadın ağlayaraq “balalarıma kömək eliyin, balalarım dəm qazında boğulub” demişdir. Bundan sonran tibb bacısı ilə birlikdə evin içərisinə girmişdir. Bu zaman bir nəfər orta yaşlı qadın zalda başını tutaraq divanda oturmuşdur. Еvin giriş qapısından girib, qarşıdakı üzbəüz otağa girmişlər. Belə ki, bir nəfər оnlara zəhərlənən şəxslərin həmin otaqda olduğunu demişdir. Оtаğa girdikdə, baş tərəfdə olan taxtın üzərində cavan qız оlmuş, belə ki, qızın üzərinə adyal salınmışdır. Həmçinin, orta yaşlı qadın qapıdan girdikdə yerdə uzanmışdır. İlk əvvəl çarpayının üzərində olan cavan qıza tərəf getmiş, lakin, onu yoxladıqda qızın artıq öldüyünü görmüş və buna görə də, tez yerdə uzanıqlı vəziyyətdə olan qadına tərəf getmişdir. Qadın huşsuz vəziyyətdə оlmuşdur. Belə ki, оnun nəbzini yoxlamış və nəbzin olmadığını görmüşdür. Оnun gözünə işıq tutduqda, reaksiya olduğunu görmüşdür. Тibb bacısının köməkliyi ilə xəstənin ürəyini masaj etmiş, həmçinin oksigen balıncı ilə oksigen vermişlər. Bundan sonra, xəstənin nəbzinin vurduğunu, həmçinin tənəffüsünün bərpa olduğunu görmüşdür. Xəstəyə ilkin tibbi yardım kimi iynə vasitəsilə 0.5 ml “adrenalin” dərmanı vurulmuş, yenidən qadının təzyiqi ölçüldükdə bərpa olunduğunu görmüşlər. Həmin qadını xəstəxanaya aparacaqlarını bildirmişlər və onu X17 maşınına yerləşdirmişlər. Bundan sonra, tibb bacısı orada olan şəxslərin köməkliyi ilə qızı çarpayının üzərindən götürüb düz yerə uzandırmışlar. Belə ki, həmin qıza yenidən yardım göstərmək istəmişlər. Qıza ürək masajı da etmiş, lakin, artıq qızın öldüyünü gördükdən sonra, vaxt itirməmək üçün X17 maşını ilə qadını xəstəxanaya gətirmişlər. Sonradan həmin xəstələrin əslində dəm qazından zəhərlənmədiyini, belə ki, xəstəxanaya gətirdikləri qadının qızının əslində dayısı tərəfindən öldürüldüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 və Şahid6 iş üzrə Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 1993-cü ildən Göyçay RMX-də, 2020-ci ilin aprel ayından isə Göyçay RMX X13, Acil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra etmişdir. 09.05.2021-ci il tarixdə saat 08:30-da növbəyə gələrkən, Acil Şöbəsində dəm qazı ilə zəhərlənmə diaqnozu ilə X17 maşını ilə xəstə gətirildiyini demişlrə. Belə ki, оndan əvvəl növbədə həkim Mahmud Mustafayev olmuşdur və xəstəyə ilkin tibbi yardımı, Mahmud həkim göstərmişdir. Növbəyə gəldikdən sonra, həmin xəstəni yoxlamış, Bığır kənd sakini və adının isə Şahid1 olduğunu öyrənmişdir. Хəstəni müayinə etdikdə, xəstədə dəm qazı ilə zəhərlənməyə xarakterik əlamətlər olmadığını görmüşdür. Belə ki, dəm qazı ilə zəhərlənən xəstədə saturasiya (qanın oksigen tutumu 90-da aşağı olur), ağızdan küpük gəlmə, intoksikasiya əlamətləri, huşun itməsi, ürək döyünmə, ətrafların soyuması, bəbəklərin işığa reaksiyasının qeyri-bərabər olması və s. əlamətlər olur. Хəstəni yoxladıqda, soporoz vəziyyət, yəni huşun tam şəkildə yerində olmaması müəyyən edilmişdir. Belə ki, xəstəni çağıraraq, ondan nə baş verdiyini soruşduqda, xəstə оnа təbii qazın açıq qalması səbəbindən zəhərləndiyini demişdir. Lakin, qeyd etdiyi kimi, xəstəni müayinə edərkən, sonuncuda dəm qazı ilə zəhərlənməyə xarakterik hər hansı əlamət aşkar edilməmişdir. Sadəcə olaraq, aparılan laborator müayinə əsasında, Şahid1 şəkərli diabet xəstəsi olduğu müəyyən edilmişdir. Xəstə özü də şəkərli-diabetdən əziyyət çəkdiyini bildirmişdir. Şahid1 müayinə edərkən, belə bir nəticəyə gəlmişdir ki, həmin xəstə ümumiyyətlə dəm qazından zəhərlənməmişdir. Sadəcə olaraq, sonuncu stress keçirdiyi üçün, qanda şəkərin miqdarının artmasından və qan təzyiqinin nisbətən yüksək olmasından saporoz vəziyyətə düşmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş cinayət işinin materiallarında yer alan məhkəmə tibbi ekspertizasının rəyini tərtib etmiş Şahid17 ifadəsində göstərmişdir ki, 1996-ci il tarixdən MTE PA Birliyi X13 Göyçay rayon şöbəsinin Məhkəmə-Tibbi eksperti, 1997-ci ildən isə şöbə rəisi vəzifəsində çalışır. Göyçay rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən Eyyub Eyyubovun 09.05.2021-ci il tarixli qərarı əsasında Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan X3 meyitinin daxili və xarici müayinəsini qeyd olunan tarixdə MTE və PA birliyi X13 Göyçay rayon şöbəsinin morqunda aparmışdır. Əvvəl ona dəm qazından boğulma olduğu deyilsə də, müayinəyə başlamadan öncə artıq ona hadisənin qətl olduğu bildirilmişdir. Meyitin xarici müayinəsi zamanı, sol gözün ağlı qişasında, alt çənədə diş ətinin ətlərinə, alt çənə nahiyyəsində orta xətt boyu və bir qədər sağ tərəfdə qansızmalar olması aşkar edilmişdir. Meyitin daxili müayinəsi zamanı isə, beyinin yumşaq qişasının ödemli və damarların dolu qanlı olması, ürək boşluğunda duru qanın olması kimi əlamətlər aşkar edilmişdir. Meyitin daxili orqanlarından götürülmüş tikələrin histoloji müayinələri zamanı ağciyərdə atelektaz və enfizema ocaqlarının olmaları fonunda tək-tək xırda ocaqlı qansızmalar, eləcə də, traxeya ətrafı toxumada xırda ocaqlı qansızmalar aşkar edilmişdir. Meyitin xarici və daxili müayinələri zamanı yuxarıda qeyd olunmuş xəsarətlər və qansızmalar ona dəlalət etmişdir ki, Fatma Məmmədovanın ölümünə səbəb, asfiktik ölüm, yəni obturasyon mexaniki asfiksiya, yəni ağız və burun dəliklərinin qapanmasından törənmiş kəskin tənəffüs çatmamazlığı olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi PHŞ-nın, мəhkəmə tibbi-bioloji şöbəsinin ekspert-bioloq vəzifəsində işləyir. 25 ildən artıq iş stajına malikdir. Göyçay rayon prokurorluğunun 12 may 2021-ci il tarixli qərarı əsasında, Göyçay rayon prokurorluğunda istintaq edilən ********* nömrəli cinayət işi üzrə, maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasını aparmış və 350/2021 saylı ekspert rəyi tərtib edib, aiddiyyəti üzrə təqdim etmişdir. Ekspertizaya təqdim olunan adyal sifət nahiyyəsinə çəkilməsinə baxmayaraq baş nahiyyəsinin vəziyyətindən və şəraitindən asılı olaraq onun ağız suyu ifrazatının adyal üzərinə düşməmək ehtimalı da mümkündür. Аğız suyu ifrazatında maye hissəsi çox olduğundan tez bir müddətdə buxarlanmağa meyillidir. Əgər adyal üzərində ağız suyunun olmasını ehtimal etsə, onun miqdarından, xüsusiyyətindən asılı olaraq buxarlanıb qalmaması da mümkündür. Süni qoyulmuş və uzun olan dırnaqlarda qanın qalması çoх az hallarda mümkündür. Həmçinin Təqsirləndirilən şəxs üzərində paltar olmuşdur, həmin paltardan sıyrıq nəticəsində qanın dırnağa keçməsi mümkün olmazdı. Qeyd edilən səbəblərdən Fatma Məmmədovanın əl barmaq dırnaqlarına qaynaq edilmiş süni dırnaq fraqmentlərində qan aşkarlanmaması halı mümkündür. Məhkəmə istintaqı zamanı Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2010-cu ildən “Azəriqaz” İB-nin, Ağsu RQİİ-nin, Göyçay Xidmət Sahəsində, 2020-ci ilin oktyabr ayından isə “Azəriqaz” İB-nin, Ağsu RQİİ-nin, Göyçay Xidmət Sahəsinin, Təmir-bərpa xidmətinin rəisi vəzifəsində işləyir. Təmir-bərpa xidmətinin funksiyası rayon ərazisində baş vermiş qəza hallarının aradan qaldırılması, təmir-bərpa işlərinin aparılması, abonentlərin normal və təhlükəsiz qayda da təbii qazla təmin edilməsi aiddir. Рayon ərazisində qaz verilişinin dayandırılması yalnız qəza halında və təmir-bərpa işləri aparılarkən, dayandırılır. Lakin, 09.05.2021-ci il tarixdə nə Göyçay rayonu, Bığır kəndinə, nə də rayonun digər ərazilərinə qazın verilişi dayandırılmamışdır. Belə ki, qaz verilişinin dayandırılması üçün, dayandırmadan əvvəl Ağsu RQİİ-yə müraciət edilir. Həmin idarə tərəfindən isə “Azəriqaz” İB-nə məlumat verilir. “Azəriqa” İB tərəfindən isə, оnların müraciətinə baxılır, əgər qaz verilişinin dayandırılması məqsədə uyğundursa, оnlara razılıq məktubu ünvanlanır və həmin məktubun bir surəti rayon İcra Hakimiyyətinə göndərilərək, qaz verilişinin dayandırılması barədə məlumat verilir. Belə ki, оnların tərəfindən həmin gün, yəni 09.05.2021-ci il tarixdə qaz verilişinin dayandırılması ilə bağlı heç bir müraciət olunmamışdır, çünki bu müraciətə ehtiyac da olmamışdır. Cinayət işinin materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 may 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Göyçay rayonu, Bığır kəndində yerləşən Şahid12 məxsus fərdi yaşayış evidir. Hadisə yerinə dair müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 04-14) Cinayət işinin materialarında olan məhkəmə-tibbi ekspertizasının 09 may 2021-ci il tarixli, 09 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı asfiktik ölüm, obtrassion mexaniki asfiksiya, ağ ciyərdə ocaqlı qansızmalar, traxeyaətrafı toxumada xırda ocaqlı qansızmalar, baş beyin maddəsinin ödemi, alt çənədə diş ətlərinə, alt çənə nahiyyəsində orta xətt boyu və bir qədər sağ tərəfdə qansızmalar, sol saidin orta 1/3-nin hissəsində dərinin epidermis qatında (köhnə) çapıq izləri aşkar edilmişdir. X3 meytinin xarici müayinəsi zamanı bədən səthi üzərində alt çənədə diş ətlərinə, alt çənə nahiyyəsində orta xətt boyu və bir qədər sağ tərəfdə qansızmalar aşkar edilmiş, daxili müayinə zamanı və daxili orqanların histoloji müayinələri zamanı orqanlarda asfiksiya mənşəli patoloji dəyişikliklər – ağ ciyərdə atelektaz və emfizema ocaqları, tək-tək xırda ocaqlı qansızmalar, traxeyaətrafı toxumada xırda ocaqlı qansızmalar müəyyən edilmiş və ölümünə səbəb – yuxarıda tənəffüs yollarının qapanmasından – mexaniki asfiksiyadan inkişaf etmiş kəskin tənəffüs yollarının çatışmamazlığı olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin müayinəsindən 5-6 saat əvvəl olmaqla 09.05.2021-ci il tarixli №-210346012 saylı qərarda qeyd edilən müddətdə əmələ gəlməsi mümkündür, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə yəni, yastıqla – odealla burun və ağız dəliklərinin qapanmasından əmələ gəlməsi istisna edilmir. X1 qanında və daxili orqanlarında hər hansı bir zəhərləyici maddənin qalıqları aşkar edilməmiş, X3 məhkəmə – tibbi ekspertizası zamanı ağ ciyərdə atelektaz və emfizema ocaqları, tək – tək xırda ocaqlı qansızmalar, traxeyaətrafı toxumada xırda ocaqlı qansızmalar, ağ ciyərdə aparılan kəsiklərdən köpüklü – qanlı – selikli mayenin axması, ağ ciyər toxumasında nöqtəvari qansızmalar, baş beyin maddəsinin ödemi, xarici müayinə zamanı alt çənədə diş ətlərinə/, alt çənə nahiyyəsində orta xətt boyu və bir qədər sağ tərəfdə və sol gözün ağlı qişasına qansızmalar aşkar edilmişdir ki, bu da asfiksiya əlaməti kimi səciyyələnir. X1 meyitinin bədən səthi üzərində aşkar edilmiş sol saidin orta 1/3-nin ön hissəsində dərinin epidermis qatında (köhnə) çapıq izlərinin törənmə müddətləri 1,5 idlən artıqdırlar, ölümlə heç bir səbəbli əlaqəsi yoxdur (cild 02, iş vər. 172-176). Cinayət işinin materialarında olan məhkəmə-tibbi ekspertizasının 09.05.2021-cи il tarixli 182 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - gövdənin ön səthinin döş qəfəsində sağ aşağı tış hissəsində və sol saidin aşağı 1/3-nin bayır səthində sıyrıqlar küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 09.05.2021-ci il tarixinə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 02, iş vər. 63-64). Cinayət işinin materialarında olan məhkəmə-lifli ekspertizasının 02 iyun 2021-ci il tarixli, 17/370 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X3 meyitinin üz dərisinə sürtülmüş 01 ədəd parça nümunəsinin səthi üzərindən qara rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə X8 çarpayıda yatarkən üzərinə salınmış və hadisə yerindən götürülmüş 01 ədəd qara rəngli qalın adyalın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqatına təqdim edilmiş, X3 hadisə zamanı əynində olan 01 ədəd hamam xalatının səthi üzərində tapılmış açıq – çəhrayı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə hadisə yerindən götürülmüş 01 ədəd çəhrayı rəngli yastığın üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X3 hadisə zamanı əynində olan 01 hamam xalatının səthi üzərindən tapılmış sarımtıl – metallik rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X8 yatdığı çarpayıda olan döşəyin üzərinə salınmış və hadisə yerindən götürülmüş 01 ədəd sarı rəngli nazik adyalın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X3 hadisə zamanı əynində olan 01 hamam xalatının səthi üzərindən tapılmış qara poliakril kimyəvi lifləri kimyəvi əlamətlərinə görə X8 çarpayıda yatarkən üzərinə salınmış və hadisə yerindən götürülmüş 01 ədəd qara rəngli qalın adyalın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X8 çarpayıda yatarkən üzərinə salınmış və hadisə yerindən götürülmüş 01 ədəd qara rəngli qalın adyalın səthi üzərindən tapılmış açıq – çəhrayı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə hadisə yerindən götürülmüş 01 ədəd çəhrayı rəngli yastığın üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynəyin səthi üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X3 meyitinin əynində olmuş 01 ədəd qara rəngli qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Şahid1 məxsus 01 ədəd qısaqol köynəyin səthi üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X3 meyitinin əynində olmuş 01 ədəd qara rəngli qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər (cild 02, iş vər. 177-185). Cinayət işinin materialarında olan məhkəmə-bioloji ekspertizasının 01 iyul 2021-ci il tarixli, 350/2021 №-li rəyindən görünür ki, X3 ABO sistemi üzrə qan qrupu: AB/İV/, Şahid1 ABO sistemi üzrə qan qrupu: B/İİİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B/İİİ/. Ekspertizaya təqdim edilən iki ədəd balış üzərindəki ləkələrdə ağız suyu ifrazatı, bir ədəd odeyal üzərində isə ağız suyuna şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Təqdim edilən mərhumə X5 məxsus sağ və sol əl barmaq dırnaqlarına qaynaq edilmiş süni dırnaq fraqmentlərində qan aşkar olunmadı (cild 02, 186-190). Cinayət işinin materialarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28.07.2021-ci il tarixli 412/140 rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməitnı törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli мəcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. О, hal-hazırda öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Aparılmış psixoloji müayinə zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir) (cild 03, iş vər. 38-40). Cinayət işinin materialarında olan 28.08.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin hissədə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Şahid1 əməlində CM-in 120.2.1 və 120.2.9-cü maddələrinin tərkib əlamətləri olmadığından, həmin hissədə də cinayət işinin başlanması rədd edilmişdir. Habelə Şahid1 və qeyrilərinin əməlində CM-in 307.3-cü maddəsinin tərkib əlamətləri olmadığından, həmin hissədə də cinayət işinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 75-123). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs bacısı qızı Fatma Məmmədovanı onun anası Şahid1 gözü qarşısında sonuncuya xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək, yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X4 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi ayıq olduğu vaxt və otaqda yalnız ikisi olarkən öldürməsi ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə onun söylədikləri cinayət işinin materillarında olan sübutlar vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməkdə onun məqsədi CM-nin daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa hesablanmış müdafiə taktikasıdır. İş üzrə şahid məhrum Fatma Məmmədovanın anası Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, sonuncunun təqsirləndirilən şəxsin bacısı olması məhkəmədə onun xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə həm təqsirləndirilən şəxsin, həm də şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin cinayət işin materialları ilə üst-üstə düşdüyü qənətinə gəldiyindən, məhz həmin ifadələri əsaslı sayır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına onları qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri (arvadı, 2012, 2015 və 2016-cı il təvəllüdlü üç azyaşlı uşağı) ilə birlikdə Göyçay rayonu Bığır kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vər. 37-39) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər.62) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın ələdə olunmasını nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 39-40) Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin 11 may 2021-ci il tarixli, 4(046)-21/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 09.05.2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 249-250) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 09.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 02 ədəd yastıq, hadisə yerində olan çarpayıda olan döşəyin üzərinə salınmış 01 ədəd sarı rəngli adyal, Fatma Məmmədova yatan zaman üzərinə salınmış 01 ədəd tünd rəngli adyal, hadisə zamanı Fatma Məmmədovanın üzərində olmuş 01 ədəd hamam xalatı, Fatma Məmmədovanın meyiti aşkar edilərkən üzərində olan 01 ədəd köynək və 01 ədəd alt paltarı, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd köynək və 01 ədəd şortik, hadisə zamanı Şahid1 üzərində olan 01 ədəd şortik və 01 ədəd köynək tələb edilmədiyindən, X3 meyitinin üz dərisinə sürtülmüş 01 ədəd parça nümunəsi, Fatma Məmmədovanın meyitinin əl barmaqlarından götürülmüş dırnaq nümunələri isə dəyəri müəyyən edilmədiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, X5 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun hüquqi varisi X6, 01 ədəd “Samsung” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Göyçay rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 02 ədəd yastıq, hadisə yerində olan çarpayıda olan döşəyin üzərinə salınmış 01 ədəd sarı rəngli adyal, Fatma Məmmədova yatan zaman üzərinə salınmış 01 ədəd tünd rəngli adyal, hadisə zamanı Fatma Məmmədovanın üzərində olmuş 01 ədəd hamam xalatı, Fatma Məmmədovanın meyiti aşkar edilərkən üzərində olan 01 ədəd köynək və 01 ədəd alt paltarı, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd köynək və 01 ədəd şortik, hadisə zamanı Şahid1 üzərində olan 01 ədəd şortik və 01 ədəd köynək, X3 meyitinin üz dərisinə sürtülmüş 01 ədəd parça nümunəsi, Fatma Məmmədovanın meyitinin əl barmaqlarından götürülmüş dırnaq nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, X5 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun hüquqi varisi X6, 01 ədəd “Samsung” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar