Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-202/2024 30.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Gülalan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06:40 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ və avtomobilə sahiblik hüququ olmadan idarə etdiyi X8 məxsus “VAZ-2104” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindən keçən Ağdaş-Ləki yolunun 6-cı kilometrliyində asfalt yolda üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan zaman «X15» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili idarə etmək hüququ və sahiblik hüququ olmadan idarə etmiş, daha sonra idarəetməni itirərək qarşı hərəkət zolağına, oradan da dirəyə dəyərək aşması nəticəsində həmin avtomobilin arxa sağ oturacağında sərnişin qismində əyləşmiş X2 ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə sol gicgah nahiyəsinə qansızma, sol gicgah əzələsinə qansızma, sol gicgah nahiyəsinin yarası, sol mil bilək oynağı nahiyəsinin yarası, sol bazunun sol saidə keçən qançırı, sol diz oynağının ön səthinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vurulmasına və ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar xəsarətləri nəticəsində hadisə yerində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü X3 evlərinə gətirərkən saat 06:40 radələrində Ağdaş-Ləki yolunun Nehrəxəlil kənd ərazisindən keçən 6-cı kilometrliyində Ağdaş şəhəri istiqamətində, yolun sağ hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olan zaman anidən idarəetməni itirmiş və maşının təkəri partlamışdır. Həmin vaxt yol buzlu olmuşdur. Bundan sonra yolun sol hərəkət zolağına, daha sonra isə yol çiynində olan beton dirəyə dəydikdən sonra avtomobil yoldan çıxmışdır. Daha sonra avtomobilin arxası fırlanıb torpaq yola düşmüş və təxminən 20 metr hərəkət etdikdən sonra avtomobil dayanmışdır. Bir neçə dəqiqə sonra avtomobilə baxdıqda Laləzər Əzizovanın avtomobildə olmadığını görmüş, dərhal avtomobildən düşmüş və həmin vaxt Laləzər Əzizovanın avtomobilin sol qabaq hissəsində yerə uzanmış vəziyyətdə, ağız hissəsindən xəsarət aldığını görmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü yol buzlu olmuşdur. Maşının təkəri partlamışdır. Avtomobili idarə edərkən arxadan səs gəldiyini eşitmiş və həmin anda təkər partlamışdır. Hadisə günü iş yoldaşını evə aparırmış. İdarə etməni itirmiş və beton dirəyə dəyərək torpaq yola çıxmışdır. Hadisə günü maşında o və Laləzar Əzizova olmuşdur. Maşının sol arxa təkəri partlamışdır. Törətdiyi əməldən peşmandır. Hadisə günü təxminən saatda 50/55 km sürətlə hərəkət etmişdir. Maşın dayandıqdan bir az sonra özünə gəlmiş və arxaya baxmışdır. Həmin vaxt mərhumun maşında olmadığını görüb dərhal maşından yerə düşmüş və mərhumun üzünə su vurmuşdur. Həmin vaxt Laləzar Əzizova nəfəs almışdır, lakin bir az sonra onun nəfəs almadığını görmüşdür. X16 rəhmətə getmişdir. Hadisədən sonra kənardan adamlar gəlmişdir. Hadisədən sonra heç yerə qaçmamışdır. Hadisədən sonra telefonu harasa düşmüşdür. Orada olan adamlar X20 maşınını çağırmışdırlar. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması və bunun ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi məhkəmə istintaqında obyektiv araşdırılmış digər sübutlarla tam şəkildə təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş və nəticədə zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölmüşdür. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X2 onun arvadıdır. Birlikdə Ağdaş rayonu, Cücük kəndində yaşamışlar. Mərhum arvadı X11 rayonu, Yuxarı Ləkində yerləşən “Ləki Store” mağazasında gecə növbəsində işləmişdir. Laləzər Əzizovanın hər gün saat 20:00-dan 06:00-dək işdə olmuş, iş yeri yaşadıqları kənddən uzaq məsafədə yerləşdiyi üçün sürücü tərəfindən hər gün Laləzər Əzizovanı evdən götürüb işə aparmış, səhər saat 06:00-da isə yaşadıqları evə gətirib düşürmüşdür. xx.xx.2024-cü il saat 08 radələrində qızı Könül Mərdanovanın mərhum arvadı Laləzər Əzizovanı evə gətirən sürücünün yol-nəqliyyat hadisəsi törətdiyini, həmin vaxt arvadı Laləzərin aldığı xəsarətlərdən vəfat etdiyini söylədiyini bildirmişdir. Sürücü Təqsirləndirilən şəxs tanımır, ondan heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, Ağdaş RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində xidmət etdiyini bildirərək, xx.xx.2024-cü il tarixdə saat 07:05 radələrində xidmətdə olan zaman Ağdaş RPŞ-nin Növbətçi hissəsindən Ağdaş-Ləki avtomobil yolunun 6-cı kilometrliyində, Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsinin baş verməsi və bir nəfər şəxsin ölməsi barədə məlumat almışdır. Dərhal hadisənin baş verdiyi yerə getmişdir. Hadisə yerinə çatdıqdan sonra “VAZ 21043” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ağdaş-Ləki avtomobil yolunun 6-cı kilometrliyində, Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindən keçən hissəsində üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törətdiyini və nəticədə avtomobildə sərnişin qismində olan bir nəfər şəxsin aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Sürücünün Xaçmaz rayon, Gülalan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs, sərnişinin isə Ağdaş rayon, Cücük kənd sakini xx.xx.1968-ci il təvəllüdlü X6 olduğu müəyyən olunmuşdur. Həmçinin “VAZ 21043” minik markalı avtomobilin hadisədən sonra yolun sağ tərəfində olan açıqlıq ərazidəki yulğun kollarına dəyib dayanmışdır. Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilən zaman idarə etdiyi “VAZ 21043” markalı avtomobillə Ağdaş-Ləki avtomobil yolunun 6-cı kilometrliyində üzü Ağdaş rayonu istiqamətində asfalt yolda 50 km/saat sürətlə hərəkətdə olan zaman sol arxa şininin partlaması nəticəsində idarəetməni itirərək yolun sol hissəsində olan beton dirəyə dəyərək aşmışdır. Bir neçə dəqiqə sonra avtomobilə baxdıqda Laləzər Əzizovanın avtomobildə olmadığını görüb, dərhal avtomobildən düşdüyünü və həmin vaxt Laləzər Əzizovanın avtomobilin sol qabaq hissəsində yerə uzanmış vəziyyətdə ağız hissəsindən xəsarət aldığını gördüyünü bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsini, şahidin ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və protokola əlaveə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə saat 06:40 radələrində baş verən yol nəqliyyat hadisə yeri: Ağdaş-Ləki avtomobil yolunun 6-cı kilometrliyində, Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindən keçən hissəsində üzü Ağdaş rayonu istiqamətində gedən asfalt yoldur. Həmin yerdə yol asfalt örtüklü olmaqla düz və buzlu vəziyyətdə olmuşdur. Hadisə yerinə baxış üzü Ağdaş şəhəri istiqamətinə doğru keçirilmişdir. Həmin yerdə yolun ümumi eni 7,8 metr, yol çiyni isə 2,5 metrdir. “VAZ 21043” minik markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək yolun sol hissəsində olan beton dirəyə dəyərək aşmış, daha sonra torpaq sahəsində olan ağaclara dəyərək dayanmışdır. Hadisədən sonra yoldan avtomobilə qədər məsafə 8,4 metr, yol çiynindən avtomobilə qədər məsafə 5,9 metrdir. Hadisə yerinə baxış zamanı “VAZ 21043” minik markalı avtomobilə aid heç bir tormoz izi aşkar edilmədi, “VAZ 21043” minik markalı avtomobilin yoldan çıxma anından dayanmış olduğu yerə qədər 47,7 metr, aşma yerindən isə 32 metr məsafədə yerləşir. Həmin yerdə icazə verilən maksimum sürət həddi 70 km/ saat olmuşdur. Hadisədən qabaq avtomobilin sürəti 50 km/saat olmuş, yük yerində yük olmamış, sərnişin avtomobilin arxa sağ oturacağnda əyləşmişdir (cild İ, iş vər. 4-14). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “meyitə baxış aparılması haqqında” protokol və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, meyit təhriş masası üzərində uzadılmışdır. Meyitin əynində sarı-qara haşiyəli tursa vardır. Meyit qadın cinsli, düzgün bədən quruluşlu, kafi köklükdədir, əllə yoxladıqda soyuqdur. Meyitin bədəninin uzunluğu 162 sm-dir. Meyit qacıması müayinə olunan əzələ qruplarından çənə əzələlərində yaxşı inkişaf etmişdir, digər qrup əzələlərdə inkişaf etməmişdir. Meyit ləkələri bədənin arxa səthində yayılmış vəziyyətdə olub göyümtülqırmızımtıl rəngdədirlər, barmaqla təzyiq etdikdə itirlər 0,5 dəqiqə sonra bərpa olunurlar. Gözləri qapalıdır, bəbəklər dairəvidirlər, bərabərdirlər 0,6 sm diametrindədirlər. Burun boşluqları və xarici qulaq keçəcəkləri sərbəstdirlər. Ağzı qapalı vəziyyətdədir. Dili ağız boşluğundadır. Boynu gövdəyə uyğun inkişaf etmişdir. Döş qəfəsi silindrik formadadır, qarnı qabırğalar qövsü səviyyəsindədir. Xarici cinsiyyət üzvləri qadın tipli düzgün formalaşmışdırlar. Anus dəliyi qapalıdır, ətrafı təmizdir. Xəsarətlər: Sol gicgah nahiyəsində 6,0x1,0 sm ölçüdə, kənarları nahamar, ucları küt yara vardır. Sol bazudan sol saidin ön səthinə qədər 4,0 x 5,0 sm ölçüdə, göyümtül-qırmızımtıl rəngli, qeyri müəyyən formalı qançır vardır. Sol mil bilək oynağı nahiyəsində 5,0x1,0 sm ölçüdə, kənarları nahamar, ucları küt yara vardır. Sol diz oynağının ön səthində 4,0x1,0 sm ölçüdə, qırmızımtılçəhrayımtıl rəngli, ətraf toxumadan aşağı səviyyədə yerləşmiş qeyri müəyyən formalı sıyrıq vardır. Meyitin xarici müayinəsində başqa xəsarət və dəyişiklik aşkar olunmamışdır (cild İ, iş vər.18-21). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli AD701714 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ- 21043” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur (cild İ, iş vər. 23). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 32 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 08:16 radələrində tibbi müayinədən keçirilmiş və o, ayıq vəziyyətdə olmuşdur (cild İ, iş vər.25). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 07 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, X2 meyitində olan xəsarətlər-ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə sol gicgah nahiyəsinə qansızma, sol gicgah əzələsinə qansızma, sol gicgah nahiyəsinin yarası, sol mil bilək oynağı nahiyəsinin yarası, sol bazunun sol saidə keçən qançırı, sol diz oynağının ön səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər, X2 ölümünə səbəb ağır qapalı kəllə-beyin travması, beyin sərt qişası altına, beyin məddəsinə, beyin mədəciklərinə qansızmalar olmuşdur, X2 meyitində aşkar olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər,4) X2 ölümü meyitin müayinəsindən ən azı 3, ən çoxu 6 saat əvvəl baş vermişdir (cild İ, 34-37). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ, iş vər. 42). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, ərizədən və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X12 ilə barışmış, ona dəymiş maddi ziyanı tam ödəmişdir (cild İ, iş vər. 64-66). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Ağdaş RPŞ-nin DYPB-nin 3-13-62/2-8068/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi Ağdaş- Ləki yolunun 6-cı km-də baş vermiş, həmin ərazidə sürət həddin 70 km/saat olmuş, həmin ərazidə müvafiq yol nişanları və 1.1 üfüqi nişanlanma xəttinin olmuş, yol-nəqliyyat hadisəsi baş verdiyi ərazidə müşahidə və təhlükəsiz şəhər kameralarının olmamış və xx.xx.1986-cı il təvəllüdlü Xaçmaz rayon, Gülalan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs DİN-nin BDYPİ-nin mərkəzi məlumat sistemində yoxlanılarkən onun avtomobil idarə etmək üçün sürücülük hüququnun olmadığı, barəsində əvvəllər yol hərəkəti qaydalarını pozduğu üçün hər hansı tədbir görülmədiyini, həmçinin Təqsirləndirilən şəxs “VAZ 21043” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik hüququ və ya etibarnaməsi olmadığı və həmin avtomobilin Ağdaş rayonu, Orta Ləki kənd sakini X8 məxsus olması müəyyən olunmuşdur (cild İ, iş vər.68). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Qaraçı İƏD-nin Gülalan kəndində qeydiyyatdadır, ailəlidir və ailə üzvləri ilə birgə uzun müddətdir ki, Ağdaş rayonunda yaşayır (cild İ, iş vər. 70). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild İ, iş vər. 71). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Xaçmaz rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 18-1-43/2-1052/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” publik hüquqi şəxsdə həkimnarkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur (cild İ, iş vər.72). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 8/1018-8/1040 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ-2104” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X15” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X15” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild İ, iş vər.78-81). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İ, iş vər. 109). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, VAZ 21043 minik markalı, **-BJ-*** dövlət qeydiyat nişanlı avtomobili X8 təhvil verilmişdir (cild İ, iş vər. 113). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Doğum haqqında şəhadətnamə”lərdən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur (cild İ, 121). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə baş beynin ocaqlı travması nəticəsində ölmüşdür (cild İ, iş vər. 122). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild İ, iş vər. 123-129). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili idarə etmək hüququ və sahiblik hüququ olmadan idarə etmiş, daha sonra idarəetməni itirərək qarşı hərəkət zolağına, oradan da dirəyə dəyərək aşmış və nəticəsində həmin avtomobilin arxa sağ oturacağında sərnişin qismində əyləşmiş X6 aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, ehtiyatsızlıqdan baş vermiş yol-nəqliyyat hadisəsi zərərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06:40 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ və avtomobilə sahiblik hüququ olmadan idarə etdiyi X8 məxsus “VAZ- 2104” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisindən keçən Ağdaş-Ləki yolunun 6-cı kilometrliyində asfalt yolda üzü Ağdaş şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək qarşı hərəkət zolağına, oradan da dirəyə dəyərək aşması nəticəsində həmin avtomobilin arxa sağ oturacağında sərnişin qismində əyləşmiş X2 ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar, başın yumşaq qatının iç səthinə sol gicgah nahiyəsinə qansızma, sol gicgah əzələsinə qansızma, sol gicgah nahiyəsinin yarası, sol mil bilək oynağı nahiyəsinin yarası, sol bazunun sol saidə keçən qançırı, sol diz oynağının ön səthinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vurulmasına və ağır qapalı kəllə-beyin travması, beynin sərt qişası altına, beyin maddəsinə, beyin mədəciklərinə qansızmalar xəsarətləri nəticəsində hadisə yerində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi cinayət hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs «X15» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobil ilə hərəkdə olarkən idarəetməni itirərək qarşı hərəkət zolağına, oradan da dirəyə dəyərək aşmışdır. Təqsirləndirilən şəxs avtomobilə baxdıqda Laləzər Əzizovanın avtomobildə olmadığını gördükdən sonra avtomabildən dərhal düşmüş və sonuncunun yerə uzanmış vəziyyətdə görmüşdür. Bundan sonar Laləzər Əzizovanı sağ olub-olmadığını yoxlamış, lakin o nəfəs almadığını görmüşdür. X20 Xidməti gəldikdən sonra Laləzər Əzizova xəstəxanaya aparılmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Qeyd edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan cinayət əməlini törətsə də, cinayət hadisəsi baş verdikdən sonra “X15” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsində göstərilən vəzifələri tam şəkildə icra etmişdir. Belə ki, “X15” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “X20” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Odur ki, Təqsirləndirilən şəxs əməllərində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən də onun tərəfindən törədildiyindən məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş və həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlini cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, bu barışığın hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zamanı əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hərəkətləri etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və onun əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi idarə etmək hüququ olmadan avtomobil idarə edərək ehtiyatsızlıqdan yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, həmin hadisədən sonra özünü nümunəvi sürücü və vətəndaş kimi aparmış, yəni zərərçəkmiş şəxsə kömək məqsədi ilə ona kömək etmək istəmiş, lakin zərərçəkmiş şəxs nəfəs almadığından sonuncunun öldüyünü başa düşdüyünə görə xəstəxanaya getməmiş və hadisə yerini tərk etməmişdir. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, ona həmin maddə üzrə əlavə cəza kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəzalar vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, maddi sübut qismində çıxış edən “VAZ-2104” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ-21043” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin X8 qaytarılması nəzərə alınsın. İş üzrə 128 AZN (bir yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-202/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-202/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver