Məhkəmə qərarları › İş №1(091)-203/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-203/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-203/2024 23.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X13, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Laçın rayonunun Əhmədli kəndində qeydiyyatda olmaqla həbs olunanadək Mingəçevir şəhəri, H.Əliyev prospekti, Qaçqınlar şəhərciyi, Yeni Qəsəbə 2, ev 11, mənzil 7 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xüsusilə külli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması və adının “Mustafa” olması ehtimal edilən şəxs və istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən adının “Mustafa” olması ehtimal edilən şəxsin +**********62 mobil telefon nömrəsində olan “WhatsApp” mobil tətbiqi vasitəsilə ilə özünün istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsində olan “WhatsApp” mobil tətbiqi vasitəsilə ilə əlaqə saxlayaraq sonuncunun ona bildirdiyi və istintaqa məlum olmayan şəxs vasitəsilə Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəhidlər Xiyabanının həyətinə yerləşdirdiyi satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda təmiz çəkisi 1184 qram (1 kq 184 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroini sonra satmaq üçün 02 aprel 2024-cü il tarixdə saat 21:35 radələrində əldə edərək üzərində saxlayıb daşımış, 02 aprel 2024-cü il tarixdə saat 21:35 radələrində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda həmin tarixdə saat 22:07-dən saat 22:30-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin qabaq sol iç hissəsindən 01 ədəd bağlamada təmiz çəkisi 1184 qram (1 kq 184 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iki ildir narkotik vasitədən istifadə edir. Özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə danışmış, həmin şəxs “WhatsApp” tətbiqi vasitəsilə ona mesaj yazmış və təxminən bir həftə boyunca danışmışlar. Mustafa adlı şəxs ona göndərdiyi səs yazısında Ağdaş rayonunun ərazisində və Bakı şəhərində narkotik vasitənin qıtlığının olduğunu demiş, lakin səs yazılarında pul ilə bağlı söhbət aparılmamışdır. Danışıq əsnasında həmin şəxs onun istifadəsində olan mobil telefon nömrəsini Gəncə şəhərində yaşayan Kamran adlı şəxsdən əldə etdiyini demiş, lakin onun Kamran adlı şəxslə üç-dörd ildir əlaqəsi olmamışdır. Həmin şəxs ona narkotik vasitəni dediyi yerə aparıb yerləşdirməsini təklif etmiş, o isə iki qram narkotik vasitənin müqabilində qeyd olunan şəxslə razılaşdığına dair təəssürat yaratmaq istəmiş, lakin onun həmin şəxsə verəcək 50-60 manat pulu və narkotik vasitəni satmaq niyyəti olmamış və qeyd olunan şəxsdən narkotik vasitəni aldıqdan sonra əlaqəni kəsməyi düşünmüşdür. Həmin şəxs ona iki qram narkotik vasitə təklif etmiş, ondan həmin narkotik vasitəni götürməsini istəmiş və 60 manat pulun müqabilində razılaşmışlar. O, Mustafa adlı şəxsə pulu 3-4 gün ərzində plastik bank kartının hesabına köçürəcəyini demiş və qeyd olunan şəxs də narkotik vasitənin qarşılığında 50-60 manat pulun kifayət etdiyini qeyd etmişdir. Həmin şəxs narkotik vasitəni ona Ağdaş rayonunun ərazisində bir nəfər qadın cinsli şəxsin gətirəcəyini deyib ərazinin koordinatlarını ona göndərmiş və qeyd olunan yer “Şəhidlər Xiyabanı”nın içərisində yerləşmişdir. Narkotik vasitə “Şəhidlər Xiyabanı”nın içərisində olan tullantıların yığılması üçün nəzərdə tutulmuş qabın içərisində olmuş, o, iki qram narkotik vasitəni götürmək üçün axşam vaxtı həmin qabın yanına yaxınlaşmış və orada bir kiloqram narkotik vasitə olacağı halda götürməməyi qərarlaşdırmışdır. Lakin o, həmin vaxt oradan narkotik vasitəni götürə bilməmiş, bu zaman qəbirstanlıqda olan qəbir daşlarının arxasından tanımadığı şəxslər çıxmış və həmin şəxslərdən biri də polis əməkdaşı Şahid2 olmuşdur. Polis əməkdaşı Şahid1 tullantıların yığılması üçün nəzərdə tutulmuş qabın içərisində olan sellofan paketi oradan çıxarıb ona vermiş və həmin paketin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları orada olan “Mercedes” markalı avtomobilin üzərində onu döyərək onların dediklərinə imza etməyəcəyi halda yaşadığı evdən də narkotik vasitə aşkar edəcəklərini deyib onu hədələmişlər, habelə onun diz nahiyəsini zədələmişlər və qulaq nahiyəsinə xəsarət yetirmişlər. Polis əməkdaşları onun yanında polis rəisi ilə əlaqə saxlamış və onun hansı formada ifadə verməsini razılaşdırmışlar. Polis şöbəsində olan zaman müdafiəçi ona narahat olmamasını və polis əməkdaşlarının dedikləri yerlərə imza etməsini tövsiyə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərə görə qolunu kəsmiş və özünü öldürmək fikrində olmuş, lakin bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Habelə polis əməkdaşları onu valideynləri ilə hədələdiklərinə görə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxlan zaman bu barədə deməmiş və bu zaman onun barəsində CM-in 234.1- 1-ci maddəsi ilə cinayət işinin başlanacağını bildirmişlər. Sonradan penitesiar müəssisəyə daxil olarkən müayinə olunmamış, bu zaman polis əməkdaşlarının onu döyməsi nəticəsində xəsarətlərin yarandığını bildirməmiş, polis əməkdaşlarından qaçarkən yıxılması nəticəsində xəsarətlərin yarandığını demiş və polis əməkdaşları onun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanacağını dedikləri üçün penitensiar müəssisəyə daxil olarkən polis əməkdaşlarına qarşı heç nə deməmişdir. Polis əməkdaşları Mustafa adlı şəxsi uzun müddətdir nəzarət altında saxladıqlarını və ondan başqa digər şəxslərə də narkotik vasitə satdığını demişlər və kömək etməsini ona təklif etmişlər. Lakin o, Mustafa adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olmadığını və həmin şəxsin əslində polis əməkdaşı Şahid1 olduğunu düşünmüşdür. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, bir-iki ildir narkotik vasitədən istifadə etmişdir. 2024-cü ilin mart ayının sonlarında “WhatsApp” tətbiqi vasitəsilə +**********62 mobill telefon nömrəsindən tanımadığı şəxs onun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə mesaj yazaraq özünü İran İslam Respublikasının vətəndaşı Mustafa kimi təqdim etmiş və onunla ünsiyyət qurmağa başlamışdır. Söhbət əsnasında həmin şəxs özündə narkotik vasitənin olduğunu, lazım olduğu halda müəyyən yerlərə qoya biləcəyini demiş, o isə pulunun olmadığını qeyd olunan şəxsə bildirmişdir. Həmin şəxs ona kömək edəcəyini, bir-iki büküm narkotik vasitə verə biləcəyini demiş, daha sonra aralarında münasibət yaranmışdır. 02 aprel 2024-cü il tarixdə qeyd olunan şəxs ona “WhatsApp” tətbiqi vasitəsilə mesaj yazıb narkotik vasitə verəcəyini və həmin narkotik vasitəni Bakı şəhərinə aparması müqabilində 500 manat və istifadə etməsi üçün bir-iki qram narkotik vasitə verəcəyini demiş, o da bununla razılaşmışdır. Bundan sonra həmin şəxs “WhatsApp” tətbiqi vasitəsilə ona narkotik vasitənin yerləşdirildiyi yerin dəqiq ünvanını göndərmiş, o da saat təxminən 21:00 radələrində taksi ilə Ağdaş şəhərində yerləşən Şəhidlər Xiyabanının həyətinə gedib oradan qeyd olunan şəxsin dediyi narkotik vasitəni götürmüş və oradan 100 metr uzaqlaşan kimi saat 21:30 radələrində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu deyib onu polis şöbəsinə dəvət etmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər, orada olan zaman hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin qabaq sol iç hissəsindən içərisində narkotik vasitə heroin olan 01 ədəd qara rəngli sellofan torba aşkar olunmuşdur. O, həmin maddənin narkotik vasitə heroin olduğunu, qeyd olunan narkotik vasitəni tanımadığı Mustafa adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Ağdaş rayonunda yerləşən Şəhidlər Xiyabanının həyətindən götürüb Bakı şəhərində sonuncunun dediyi yerə aparması müqabilində adı çəkilən şəxsin ona 500 manat pul və istifadə etməsi üçün bir-iki qram narkotik vasitə verməli olduğunu demişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 1283 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, satması, narkotik vasitədən istifadə etməsi və narkotik vasitələri Əziz Həsənovun idarə etdiyi “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə daşıyacağı barədə 02 aprel 2024-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:35-də Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmiş, orada olarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə sonuncunun üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin qabaq sol iç hissəsindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd qara rəngli sellofan torba aşkar olunmuşdur. O, həmin maddənin narkotik vasitə heroin olduğunu, qeyd olunan narkotik vasitəni tanımadığı Mustafa adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Ağdaş rayonunda yerləşən Şəhidlər Xiyabanının həyətindən götürüb Bakı şəhərində sonuncunun dediyi yerə aparması müqabilində adı çəkilən şəxsin ona 500 manat pul və istifadə etməsi üçün üç-beş qram narkotik vasitə verməli olduğunu demişdir. Daha sonra həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, satması, narkotik vasitədən istifadə etməsi və narkotik vasitələri “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə daşıması ehtimalının olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, satması, narkotik vasitədən istifadə etməsi və narkotik vasitələri “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə daşıması şübhəsi ilə həmin tarixdə saat 21:35-də Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında saxlanılaraq Ağdaş Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin qabaq sol iç hissəsindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd qara rəngli sellofan torba aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 03 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1815 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N11” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan paket (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 01 (bir) ədəd bağlamada təmiz çəkisi 1184 qram (1 kq 184 qram) olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 04 aprel 2024-cü il tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A40” markalı mobil telefona baxış keçirilmişdir. 02 aprel 2024-cü il tarixdə +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “nə xəbər qada alım, nağarsan hardasan qardaşım, biraz pul curra biraz vəsail verim qoy basin altina, vəsail yoxdu haa, əbəlfəzi Bakıdada yoxuda, özümü tərifləmirəm, biraz pul curra vəsail verim qoy basin altina sat, nə istəsən verəcəm haa, ot da verəcəm, daş da verəcəm, torpaqda verəcəm, M40-da verəcəm, qara da, biraz pul curra, tezliklə, sabaha pul curra verim qoy başın altına ye da” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “əmioğlu sən qadan alaram, gör nə deyirəm, mən sənə niyə yalan danışım, səni niyə alladım, məndə bərk kasıbçılıqdı, maşınımı zadı and ola Allaha iki aydır yatır, bir kasıb malı 08 almışdı ki, 99-ların dalı kəsik olan vare, kupe, bərk avariya eləmişdim, inansan ki, elə xəstəxana xərci, nə bilim maşınla vurduğum adamın zərəri, kreditdəyəm də bildiyin, papa zad yoxdu, mən yetim uşağam dana, bi dənə qoja anam var, ikinci qrup əlil, ona baxıram, yəni mən sənə nə yalandan allatmıyımda mən də nədi odu, düz bir kəlmə hə hə yox yox, qoy görüm pul para, kimdənsə elə düzəldə bilsəm düzəldərəm oda əmələ gəlsə, dost danışda heş kimdə yoxdu e, Allaha and olsun, vəzyət pisdi” məzmunlu səsli mesaj göndərmişdir. Daha sonra +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “biraz curra ginan, sənə çox demirəm ki, mənim adamın anbar, yol pulusun curraginan, gətdirim Ağdaşda verim götürginan, elə bu axşam Ağdaşa qoyacam götürəcəxlər, sənə də verim səndə şeylə də qoy basin altına” və “görüsən bu Ağdaşdır, öyrəli bir nəfər vermişdim gəldi götürdü, çox istəmirəm ki, biraz verəsən ki. Onun kartlına vuraq ki, oda gəlsin də gəlib qaytımağına da, mən onu Ağstafadan çıxardıram gətirərəm ora, ora 3-4 saat yol gətirərəm ki, sənə sari, sən ona bi yol pulu vur götürsün da, atam sənə götür gina qoy basin altına sat mədə ver özə də götür ginə” məzmunlu səsli mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “qadan alaram ay baba, aydındıe sənin fikrin qadan alaram, yəni o hardasa bir iki gün çəkər, o pul divijeniya eləməyim, mən saa yalançılıx mənlik deyile, az olsun, saz olsun, düz adam olsun, ancaq belə bir iki gün pul düzəldib sənə xəbər edə bilərəm oda düzəldə bilsəm, söz vermirəm, demirəm vəziyyət yaxşı deyil” məzmunlu səsli mesaj göndərmişdir. Bundan sonra +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “ə sənə demirəm ki, bu dəq mənə malın hamsın pulun ver, heç olmasa bi 200 zad curra bu axşam verim bi az qoy başın altına sat” məzmunlu səsli mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “qadan alaram ay qa, ürəyinə quzu kəsərəm, sən fikrin ayındır, o malı dağıtdırmaq iki vur ikidi, iki günün içində şaqqalıyaram onu, qoy görüm pulu işin nağara bilirəm, iki yüz manat inansan ki özü cibimdə Allahla mənim armada iki manat neçəsə qəpik pulum var. maşın demirəm dizin qoyub yerə maşın dal krılosu mırılosu, vurubla deyə maşını elə çadırlayıb qoymuşam evin dalına” məzmunlu səsli mesaj göndərmişdir. Daha sonra +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “ə mən özümə istəmirəme, adammıa istirəm, adamın kartına vuram gətirəm ora, sədə hərəsindən biaz qoyum, götür orda elə iki vur iki vur satda, tez elə ba tez, indi birindən ayaq elə çıx çölə 100, 200, 150 elə topla, onun kartını atım , yol pulsun vuraq, gəlsin ora, vəsailin hərəsindən biraz, nə qədər istəsən de ginə, bağlatdırım, qoyum Ağdaşda gəl götürgina” məzmunlu səsli mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “aydınır, qardaşım aydındır. Sənin gözlərinə qurban olaram baba, o aşağısı bir iki gün vaxt lazımdıe mənə, inansan 150-200 manat heçnədie o iş üçün, yol puludu, mən səni gözəl başa düşürəm, ama fakt realı deyirəmdə and ola Allaha yoxdur, qoy biy iki gün ərzində kimdən nə yığa bilirəm, kimdən nə topalaya bilirəm” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “Ağdaşa nə qədər yolun vardı, hərəsindən biraz nümunə atdım götürdə, görürəm sən özün mənə qarşı bu cür hörmət danışırsan, mən də sənə belə eliyəcəm, Ağdaşa nə qədər yolun var, Ağdaşa çıxar bilərsən çıx ora, biraz qoydurum . hərəsindən biraz, get götürginən gət qoy başın altına, özün çək, orada da uşaqlara prob göstərgina, gör şeyləsələr, verim sat dana” məzmunlu səsli mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “yaxındı Ağdaşla bizə hardasa bir yarım saatlıq yoldu, 20 dəyqəlik zat” məzmunlu səsli mesaj göndərmişdir. Bundan əlavə, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567- 49-67 mobil telefon nömrəsinə “dur ayağı çıx ora, dur ayağı çıx ora” və “dur ayağı çıx ora, elə indi adamla danışdım bağlatdırdım, vəsaili bağlatdırdım, gənə setdən çıxdın sən” məzmunlu səsli mesajlar göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “əlimdə bir dənə poverbankla telefonu qoşmuşam zaryatqaya, zaryatqam ölmüşdü” məzmunlu səsli mesaj göndərmişdir. Bundan savayı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “hə hə hə, baxe ciyarı yeyim, balakəndə adamın yoxdu, balakənddə, balakənddə adamın olsa. Ordan mənə bi dənə nömrə ate, orda balakəndə bi adama biraz ot vermişəm qalıb əldə, o sata bilmir, onunla əlaqə saxlayım verim onu o satsın” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “maşın çatır yanıma, qoy bi dənə maşın çatsın götürsün məni, düz pramoy çıxıram Yevlax Ağdaş yoluna, üzü Ağdaş tərəfə” məzmunlu səsli mesaj göndərmişdir. Bunlarla yanaşı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “həə, çıx ora, çıx ora, çıx ora, sən vəsaili bağlatdırdım, sən də mənə şəxsiyyət vərəqə at mənə, bi də Ağdaşa çatdın mənə bi dənə şəkil at, mən də deyim çıxsın çölə qoysun qabağa, götü, arxayın çıx qayıt gə bəri, qorxma ey orda qoyan qadındı” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “baba balakəndə çox belə maşşenik xana yerdidə, ordakılar, irax cəmi yaxşılarından, inansan mənim orda iki dənə srok yoldaşım var idi təzədən tutuldular, yəni sivyaz yoxdu balakən zaqatala tərəfdən” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “ay saol, ay saol, deyrəm axı orda out vermişəm bi arama deyir satammıram, deyr vəziyyət xarabdı, mənə hey deyir, mən də inanmıram, başa düşdüm qada alım sənin, dur hə tez çıx ora başa dolanım, özündə baxe gö nə derəm, kola mola, patı, matı, bakıda heş kəsdə yoxdu ha, aşağı verməyəcək sizə, lap qramı 100 manat, verəsən götürəcəklər” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “problem yoxdu baba, problem yoxdu qadan alara, maşın 5 dəqə çatır yanıma, çatsın pramoy çıxıram burdan” məzmunlu səsli mesaj göndərmişdir. Bundan əlavə, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “bu işə də gedisən, heş kəs bilməsin ha, heş kəs, heç yoldaşın bilməsin, dostun bilməsin, göydə bi Allah, tək özün biləsən, dosdan çox düşmən var” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “ağrın alaram baba, narahat olma, biz And ola Allaha kürək söykənəsi insanıq, nə varsa türkün məsəli, dilimizdə nə varsa, qəlbimizdə də odu inan Allaha, yəni nədi halallıxla dümbələmdüz, qaldı ki o qramı 100 manata, qramın qiymət söbətinə, qramı 100 manata vallahi billahi deyrəm ki, mingəçevir şəhərində qəliz söhbətdi, demirəm o saa atdığım nömrə vare iran nömrəsi, olar, oları rulite edir, qıramı 50 manatdan verir, özdə təmiz çəki verir, yəni çox artıranda qramı 35 manatdan verir” məzmunlu səsli mesaj göndərmişdir. Bundan savayı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567- 49-67 mobil telefon nömrəsinə “indi burden belə hamı sənin … yeyəcək, yoxdue ta yoxdu, indi heş kəsdə mal yoxdu, onu verirdi 10 15 gün bundan qabaq verirdi, indi da yoxdu elə şey, mal yoxdu, heç heşkəsdə yoxdu, səni bakıda adamın olsa zəng vur yoxla, gpr bakıda bir nəfərdə var , heş kəsdə yoxdu. Özü ki 50 manata vermirdi, o özü gəlib səndən 80 manata alıb gedəcək, şəxsiyyə vərəqə də at mənə” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “qramın 70 manatdan yəni an pataloku mingəçevir şəhərində belədi də, indi deyim biləsən baba, dostuq yoldaşlıq qardaşlıq, başqa baba, qoy bidənə maşın gəlsin məni götürsün indi girib evdən çəkib ataram, məndə şəkili yoxdu” məzmunlu səsli mesaj göndərmişdir. Bunlarla yanaşı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “hər neçəyə ürəyin istəyir verərsən, mən deyirəm yəni batırmada, sat gina, nə cür deyim, 50-yə satdın, 25-İ sənin, 25-mənim, 100-ə satdın, 50-si sənin, 50-si mənim, deyib tarol, ya rol, hər neçəyə satdın yarısı sənin yarısı mənim” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “yaxşı qurban olum, yaxşı dədə, mənim gözdərim üstə, durujba durujba. sulujba sulujba, mənim bu svetnoy gözlərim üstə, narahat olma” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “ayə o arvad nə idi nömrsin vermişdin mənə, səkinə idi, raziyə idi, nəmənədi bilmirəm ki, ayə yaman bişeydi, ayə baxtəvər başa yaman şeydi o, qəşəy v......i bax o səə, ayə sən Allah ona denə gəl onu gəlib görümdə onu, ona demə ha gedirəm mən mal üstə, özün bilsin, bir Allahın bilsin” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “aa baba and ola Allaha, inşəallah Allahın izni ilə gələrsən mənim öz qaldımğım evə qaqan sənə qonaxlıq verəcək, ay qaqa narahat olmae, narahat olma, bir Allahım, bir sən bir də özüm, qız tayfasına bel bağlamaq olmaz” məzmunlu səsli mesaj göndərmişdir. Bundan əlavə, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “doğurdan qəşəy bi şeydi, ona sən yığginən, yığ denən ə o iranlıya cavab verdana allahın qızı, çıx üstə, denən o səə vurulufdu, ama özün əslan bilindirmə haa mala gedisən əslən bilindirmə, elə bilindirsən haa, elə gəlif üstən axşama kəsdirib yana, onuda sən bazzığa başın qarışajaq alverdə eliyə bilməyəcən, harda qaldın qardaşım, o qıza dedin gələ setə” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “maşın indi çatdı yanıma qadan alım, qo bidənə evə girsin çıxsın o maşının yiyəsi, evlərin yanındayam, pramoy yellənirəm” məzmunlu səsli mesaj göndərmişdir. Bundan savayı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “o yoldaşında istifadə edir, oda çəkəndi, o da çəkəndisə ona da yol haqqısına, billəm pulun yoxdu, ona da yol haqqısına hərəsindən beş beş izahat bağlatdıracam verərsən” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “qadan alaram ay baba, Allah köməyin olsun, qoy bidənə burden tərpənim səni yığıram, saa səs atıram,telefonumun 5 faiz zaryatqası var, zaryatqaya qoyum yığsın səs atacam sənə” məzmunlu səsli mesaj göndərmişdir. Bunlarla yanaşı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “yaxşı neynən, neynək, qoy yaxşıca dolsun, şəxsiyyət vərəqə at mənə, qadu alımda sənin, canın qadasın alım sənin, biraz da tez elə qadan alım sənin” və “hardan qaldın qada alım, şəxsiyyət vərəqə mənə atırsan ya yox” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “atdım qadan alım, atdım” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “qadan alım, ciyarın qadasın alım, deyrdin nömrə vardır, nömrəni də at mana da, oldu, ölənnərə rəhmət eləsin, düzdü bu bir növ etibardı, yoxsa, yeməli deyil ki, burda sən mənə bu işi gördün elə bil sən mənə dünyanı verdin, bakı mənim oldu” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “ə qadan alarım, səndə məni bağışla poxu marozudu mənə elə şeylər, sənin straxovkana görədi elə şeylər, inamına görə deyirəm, az tafot edir şəxsiyyət vəsiqəsi, məndə rəhmətə gedən papadı, özümdə Mingəçevir şəhərindən yelvax Ağdaş ortasından saa konum atıram ki qardaş ondan sora sən işi taraz edirsən” məzmunlu səsli mesaj göndərmişdir. Bundan əlavə, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “oldu qada alım oldu, Allah dədə rəhmət eləsin, ata rəhmət eləsin, bə deyirdin evdə nömrə var saa nömrə atacam, onu da ataydın mana, məndə olarla danışardım, mən də sənədeyərdim, onların hərəsinə bir dənə bir dənə qoyardın, olardan pul alardıq, mən də istəmirəme orda çox adam bilə səndə vəsail vardı” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “baba bu evdə deyilə qadan alım, gəncədəki evdədi. əsas evdədi, burda biz qaçqınıx, gələmərik, laçından, o biri evdədi blaknot, indi onu xaloğlu gillə bör börədi dayoğlue xaloğlu nə idi, ona deyəcəm açar var da onda blaknotun şəkilin atar mənə” məzmunlu səsli mesaj göndərmişdir. Bundan savayı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567- 49-67 mobil telefon nömrəsinə “ə yaxşı yaxşı başa düşdüm, oldu neynəye get vəsali götür qalanın sora həll edərsən, tələsmirikki gün nə çox gün” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “yaxşı ağrın alım yaxşı dədə” məzmunlu səsli mesaj göndərmişdir. Bunlarla yanaşı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “çıxıbsan qada alım, hardasan indi qadan alım, evdəsən, yoldasan hardasan, tez tez setdə olda” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “çıxmışam, ağrın alım yoldayam, bir 15 dəqiqəyə, 20 dəqiqəyə kimi o dediyin araya çatacam yevlaxla Ağdaş arasına çataşam” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “yaxşı, yaxşı yaxşı” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “yaxşı ağrın alım yaxşı, yoldayam baba gedirəm, ay baba sən gözdərin qadasın alaram, mən maksimum 12 dəqə çatıram Ağdaşa, sən işini tarazda da qadan alım uje, o adamınla danışda o gəlinbajıyla, saa inanamda güvənəm saa” məzmunlu səsli mesaj göndərmişdir. Bundan əlavə, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “ə qardaş biz kişiyik, bir həftədi sənlə danışırıq, biz, biz kişiyik biz. Bizdə kişilik qanı var, mən sənə inanıme mən, sənə malı mən verirəm, mən sənə inanmalıyam, bunu tanısan, hıyy, bu qardaş türkiyədədi, bununla əlaqə saxlayıram” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “hə tanıyıram, Zakardı mingəçevirli. Türkiyədədi, dubaya getmişdilər qayıtdılar türkiyəyə, sən uje adamını şeylədə də mən çatmış kimiyəm uje” məzmunlu səsli mesaj göndərmişdir. Bundan savayı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “yaxşı yaxşı elə mən onunla danışırdım.” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “adamın nə deyir, mən uje çatmışame, hazırdı uje. Ata bilir, bir söz de görüm ay baba” məzmunlu səsli mesaj göndərmişdir. Bunlarla yanaşı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567- 49-67 mobil telefon nömrəsinə “deyrəm daırxmae adamnan danışırdım, şəkil konumu verirəm get götür gina, həye hə hə hə, biraz səbrin olsun qadu alım sən” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “qadan alaram bir 10-15 dəqiqə çəkər yəni” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “hə hə hə” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “heşnə də mən Ağdaşın içindəyəm” məzmunlu səsli mesaj göndərmişdir. Bundan əlavə, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “elə ki vəsaili götürdün, gör nə deyirəm bax konum şəkili verdim ki sənə mən sənə tez tez səs atdım ki, noldu, mənə cavab verəcəxsən haa, birdən tapmadın eləmədin mənə sənə kömək alacam tapım verim” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “ə narahat olma qadan alım sənin, camata tapa bilmədiyi konuma mənlə gedir biz bu işin canavarıyıq, ustasıyıq” məzmunlu səsli mesaj göndərmişdir. Bundan savayı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “qardaşım 5 dəqiqəyə atıram, səbrli ol, qaduyu alım sənin” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “yaxşı ağrın alım, yaxşı dədə, gözdürəm başına dönərəm Ağdaşın içindəyəm elə” məzmunlu səsli mesaj göndərmişdir. Bunlarla yanaşı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “Baba qapıdan girsin içeri orda siqaret atmaq üçün zibil qabı var, onun icindedir, yasil işarə qoyduğum yerdə” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “yaxşı qadan alım. Yaxşı qo bidənə çatım yazıram sənə” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “mən atdığım konuma sən nə qədər aralısan, nə qədər yolun var ora, konuma bax gör” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “qo bidənə vurum naviqatora diyirəm sənə məndən buran arası 11 dəqə göstərir, səbrli ol gedim çatım yazıram” məzmunlu səsli mesaj göndərmişdir. Bundan əlavə, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “yer get götür. Allah işi rast gətirsin, götürdün mənə okey ver” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsə “qadan alaram, qo bidənə gedim çatım götürüm, saa 10-11 dəqiqə göstərir məsafə, saa yazıram paftor” məzmunlu səsli mesaj göndərmişdir. Bundan savayı, +**********62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 567-49-67 mobil telefon nömrəsinə “ə qağa hayandasan, telefona cavab verdana” məzmunlu səsli mesaj göndərilmiş, Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə cavab verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 23 may 2024-cü il tarixli 3-3-62/240220060 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə kustar üsulla hazırlanmış narkotik vasitə heroini “Mustafa” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən əvvəlcədən bildirilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəhidlər Xiyabanının həyətindən götürməsi müəyyən olunmuş, həmin narkotik vasitəni əldə etdiyi “Mustafa” adlı İran İslam Respublikasının vətəndaşının və qeyd olunan narkotik vasitəni Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəhidlər Xiyabanının həyətinə yerləşdirən şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs qabaqcadan “Mustafa” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlbir olması və narkotik vasitələrin satışı ilə bağlı aralarında razılaşmanın əldə olunması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 25 may 2024-cü il tarixli protokoldan da görünür ki, 23 aprel 2023-cü il tarixdə saat 19:27:44-də Zahir Hüseynovun istifadəsində olan 055 804-88-50 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “ayde senin basina d|nym menim ayawimda qadal var men 9 da evde olmaliyam isimi bilerdim nedi ne deyli balamin cani menim kanalim acilib uju” məzmunlu, 26 aprel 2023-cü il tarixdə saat 23:59:06-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X26 istifadəsində olan 051 668-29-76 mobil telefon nömrəsinə “Sen ezizderinin cani vurda ayqa berk lomkadayam. C....r men senin lomkana bele yanawmirdm ama” məzmunlu, 02 iyun 2023-cü il tarixdə saat 18:07:46-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X7 istifadəsində olan 051 422-50-02 mobil telefon nömrəsinə “balım faliqa gotur biraz cix qapiya catmiwam” məzmunlu, 08 iyun 2023-cü il tarixdə saat 21:21:23-də X8 istifadəsində olan 050 876-06-07 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Ay yetm mene komeklik eleda gotrek senol ... gundeyem” məzmunlu, 18 iyul 2023-cü il tarixdə saat 05:18:13-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X4 istifadəsində olan 051 590-51-52 mobil telefon nömrəsinə “ayqa dalbadal yigmiyin prableme duwmuwem aynoyun axtaranda” məzmunlu, 21 iyul 2023-cü il tarixdə saat 22:05:18-də X1 istifadəsində olan 055 265-30-98 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Niko iwini qubar gel birez derdewek i 02 aynoyunum var gelersen cek” məzmunlu, 21 iyul 2023-cü il tarixdə saat 22:05:22-də Səkinə Allahverdiyevanın istifadəsində olan 055 265-30-98 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “erik papamin cani gedim godum geldim bircə falqalix cekdim qalani s” məzmunlu, 21 iyul 2023-cü il tarixdə saat 22:05:25-də Səkinə Allahverdiyevanın istifadəsində olan 055 265-30-98 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “axladım ki ikimiz cekek bawka əlimdən nə gelirse de” məzmunlu, 02 avqust 2023-cü il tarixdə saat 14:08:05-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X24 istifadəsində olan 050 876-08-08 mobil telefon nömrəsinə “yigif adama soz tapwirirsiz sorda. bawka yerden alindirif telefonu” məzmunlu, 02 avqust 2023-cü il tarixdə saat 14:08:10-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Zaur Səlimovun istifadəsində olan 050 876-08-08 mobil telefon nömrəsinə “awmirsiz. yaxwi hereket doulde yeni bele weyler” məzmunlu, 14 avqust 2023-cü il tarixdə saat 15:00:39-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X9 istifadəsində olan 050 975-41-39 mobil telefon nömrəsinə “ayqa sen get 20 deq zada alinajax ozum sa yaziram” məzmunlu, 15 avqust 2023-cü il tarixdə saat 05:32:00-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X14 istifadəsində olan 051 563-66-90 mobil telefon nömrəsinə “ayqa weherdeyem İran weyim var 1baw kec wehere hallanaq. Konturum” məzmunlu, 15 avqust 2023-cü il tarixdə saat 09:47:48-də Heydər Əlişovun istifadəsində olan 051 563-66-90 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Ay niko yatmamis o zaklatkanin nomresin at mene nese divijenya olsa goture bilim” məzmunlu, 17 avqust 2023-cü il tarixdə saat 15:03:09-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Rəşad Həsənovun istifadəsində olan 050 975-41-39 mobil telefon nömrəsinə “ayqa belke lomkadan cixmaqliq neinse ola” məzmunlu, 19 avqust 2023-cü il tarixdə saat 02:48:10-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Heydər Əlişovun istifadəsində olan 051 563-66-90 mobil telefon nömrəsinə “ayqa sizdeyem srownu spiral jajqalka tao qalx evinize.” məzmunlu, 20 avqust 2023-cü il tarixdə saat 13:48:02-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Rəşad Həsənovun istifadəsində olan 050 975-41-39 mobil telefon nömrəsinə “ayqa tez gelde cammat cixif gedir ee gel gedey gotureyde” məzmunlu, 21 avqust 2023-cü il tarixdə saat 21:21:25-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X25 istifadəsində olan 050 657-34-04 mobil telefon nömrəsinə “ay qardawm 1dene soz deda men gozluyum gozlemiyim. mem perekoz qalm” məzmunlu, 26 avqust 2023-cü il tarixdə saat 16:59:35-də Səkinə Allahverdiyevanın istifadəsində olan 055 293-24-43 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Ay bidenem nolar m n gelem uje m n catanda m n isdediyimi ele nolar bidenem ureyim pardayir senden oteri s n m nim canimin canisan herweyim” məzmunlu, 28 avqust 2023-cü il tarixdə saat 22:09:05-də Tural Qasımovun istifadəsində olan 050 657-34-04 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Ayib olra qaqa sen qadan alaram biden basina donum ayniyin ele bil sendedi men vallah pis yer girdim acamiram biden sebirli ol atdiram desen aladisen men” məzmunlu, 29 avqust 2023-cü il tarixdə saat 03:24:26-da Heydər Əlişovun istifadəsində olan 051 563-66-90 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Sey cekmek isdiyirsen” məzmunlu, 29 avqust 2023-cü il tarixdə saat 03:24:52-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Heydər Əlişovun istifadəsində olan 051 563-66-90 mobil telefon nömrəsinə “he olsa yaman olar” məzmunlu, 29 avqust 2023-cü il tarixdə saat 08:25:42-də Heydər Əlişovun istifadəsində olan 051 563-66-90 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Hecne evdeyem bele isdesen indide ceke bilerik isdesen yatib duranda sora. neter isdesen xebEr edersen sey deyirem” məzmunlu, 05 sentyabr 2023-cü il tarixdə saat 23:54:29-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X15 istifadəsində olan 050 626-18-86 mobil telefon nömrəsinə “sivyazdan ilim ilim ittin gede.” məzmunlu, 17 sentyabr 2023-cü il tarixdə saat 21:33:01-də X10 istifadəsində olan 050 784-28-25 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Qaqa gelende siqaret al uşaqlardan seyi basmaqa” məzmunlu, 15 noyabr 2023-cü il tarixdə saat 18:36:47-də X5 istifadəsində olan 050 752-50-54 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Ay Novruz menem seki ac da bu teli sa dediyimi hele siz terefe qoymusam tez nunun nomresine zeng vur dedyim hardadl zeng vurdum vurdum acmadln day kon yoxdu” məzmunlu, 15 noyabr 2023-cü il tarixdə saat 19:18:15-də X16 istifadəsində olan 051 442-79-77 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Noruz zeng vuram ac menem seki tele cvb ver sa catan amanatln yerini deyim da ac teli” məzmunlu, 17 dekabr 2023-cü il tarixdə saat 20:48:36-da Elçin Talıbovun istifadəsində olan 055 656-78-72 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Qaqa 5239 1517 4469 8120 H.H.R kapitaldi buna atarsan” məzmunlu, 21 dekabr 2023-cü il tarixdə saat 15:53:28-də X17 istifadəsində olan 055 445-10-62 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “qardasm basna donerem gel cix.bilirsen axi gozdyen var............menden artiq deyilki.saxla qaldigin yerde,gel yanma indi ,sora cekersen” məzmunlu, 22 dekabr 2023-cü il tarixdə saat 22:38:18-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X2 istifadəsində olan 077 573-03-83 mobil telefon nömrəsinə “Uremin ichi vallahi hallaniram yadimdan cixir baw itir. İzvini menya” məzmunlu, 26 dekabr 2023-cü il tarixdə saat 16:17:11-də X11 istifadəsində olan 051 585-47-29 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Ay seddar meni niye pis vezyetde qoyursan kiminse yanında ay qa sen” məzmunlu, 01 yanvar 2024-cü il tarixdə saat 12:56:20-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X18 istifadəsində olan 070 314-83-86 mobil telefon nömrəsinə “Qaqa menem Noruz qesebe kapital **********32184 Ə.N.C oglu. Pulu vu” məzmunlu, 08 fevral 2024-cü il tarixdə saat 00:26:53-də X21 istifadəsində olan 055 858-19-95 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Qaqa gələndə falqa gətirməkdə yadınnan çıxmasın mənölüm tez gə yetim.” məzmunlu, 24 fevral 2024-cü il tarixdə saat 21:27:57-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X23 istifadəsində olan 050 779-14-46 mobil telefon nömrəsinə “ay fufulo yene ittin setden. attin qawdin” məzmunlu, 03 mart 2024-cü il tarixdə saat 12:12:36-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən X19 istifadəsində olan 051 672-38-26 mobil telefon nömrəsinə “lomkadan ollem senol yetim gel 5-10tustu vuraq ciximda vezietden.” məzmunlu, 03 mart 2024-cü il tarixdə saat 12:26:06-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Nanə İbrahimovanın istifadəsində olan 051 672-38-26 mobil telefon nömrəsinə “qardawm senin bawina donum tez gelde qurban olum faliqada gotur gel” məzmunlu, 03 mart 2024-cü il tarixdə saat 12:50:45-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Nanə İbrahimovanın istifadəsində olan 051 672-38-26 mobil telefon nömrəsinə “elemezdim sa. deirem lomkadayam ................ doul. hewne canin sagolsun” məzmunlu, 08 mart 2024-cü il tarixdə saat 16:16:20-də Nanə İbrahimovanın istifadəsində olan 051 672-38-26 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Аneonu verde mene” məzmunlu, 08 mart 2024-cü il tarixdə saat 16:23:51-də Nanə İbrahimovanın istifadəsində olan 051 672-38-26 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsinə “Вurdа gozdiyrem newe sende qаlib mаwin xodаmir” məzmunlu, 17 mart 2024-cü il tarixdə saat 15:42:45-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Rəmziyyə Alışovanın istifadəsində olan 050 784-28-25 mobil telefon nömrəsinə “g marketin qabagina kec goturuf gellem aynoyuju amma tezolda” məzmunlu, 18 mart 2024-cü il tarixdə saat 19:27:06-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Rəmziyyə Alışovanın istifadəsində olan 050 784-28-25 mobil telefon nömrəsinə “balacani bilmirsem baydan dava qirgina cixmiwiq. indi oz kanalimda” məzmunlu, 18 mart 2024-cü il tarixdə saat 19:27:08-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Rəmziyyə Alışovanın istifadəsində olan 050 784-28-25 mobil telefon nömrəsinə “d ola yaradana ozun qewey bilrsen ki mendede amanat amanatdi neter” məzmunlu və 18 mart 2024-cü il tarixdə saat 19:28:12-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 567-49-67 mobil telefon nömrəsindən Rəmziyyə Alışovanın istifadəsində olan 050 784-28-25 mobil telefon nömrəsinə “bele weylere gore goturmurem aynoyun kimse . prosto sen direndin k” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 206.2 və 234.4.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, habelə narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi və İran islam Respubılikasının vətəndaşı olması ehtimal olunan Mustafa adlı şəxsin və digər şəxslərin barəsində qeyd olunan tarixdə CM-in 234.4-1-ci maddəsi ilə göstərilən cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 83-cü bəndinə əsasən, təmiz halda 800 qram və daha artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 02 aprel 2024-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, satması, narkotik vasitədən istifadə etməsi və narkotik vasitələri “VAZ 21099” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərində olan torbadan narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 02 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitə heroinin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı cinayət işi üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xüsusilə külli miqdarda əldə edib saxlayıb daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iki ildir narkotik vasitədən istifadə etdiyini, özünü Mustafa kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə danışdığını, həmin şəxsin “WhatsApp” tətbiqi vasitəsilə ona mesaj yazdığını, təxminən bir həftə boyunca danışdıqlarını, Mustafa adlı şəxsin ona göndərdiyi səs yazısında Ağdaş rayonunun ərazisində və Bakı şəhərində narkotik vasitənin qıtlığının olduğunu dediyini, lakin səs yazılarında pul ilə bağlı söhbət aparılmadığını, danışıq əsnasında həmin şəxsin onun istifadəsində olan mobil telefon nömrəsini Gəncə şəhərində yaşayan Kamran adlı şəxsdən əldə etdiyini dediyini, lakin onun Kamran adlı şəxslə üç-dörd ildir əlaqəsinin olmadığını, həmin şəxsin ona narkotik vasitəni dediyi yerə aparıb yerləşdirməsini təklif etdiyini, özünün isə iki qram narkotik vasitənin müqabilində qeyd olunan şəxslə razılaşdığına dair təəssürat yaratmaq istədiyini, lakin onun həmin şəxsə verəcək 50-60 manat pulunun və narkotik vasitəni satmaq niyyəti olmadığını, qeyd olunan şəxsdən narkotik vasitəni aldıqdan sonra əlaqəni kəsməyi düşündüyünü, həmin şəxsin ona iki qram narkotik vasitəni təklif etdiyini, ondan həmin narkotik vasitəni götürməsini istədiyini, 60 manat pulun müqabilində razılaşdıqlarını, Mustafa adlı şəxsə pulu 3-4 gün ərzində plastik bank kartının hesabına köçürəcəyini dediyini, qeyd olunan şəxsin də narkotik vasitənin qarşılığında 50-60 manat pulun kifayət etdiyini qeyd etdiyini, həmin şəxsin narkotik vasitəni ona Ağdaş rayonunun ərazisində bir nəfər qadın cinsli şəxsin gətirəcəyini deyib ərazinin koordinatlarını ona göndərdiyini, qeyd olunan yerin “Şəhidlər Xiyabanı”nın içərisində yerləşdiyini, narkotik vasitənin “Şəhidlər Xiyabanı”nın içərisində olan tullantıların yığılması üçün nəzərdə tutulmuş qabın içərisində olduğunu, iki qram narkotik vasitəni götürmək üçün axşam vaxtı həmin qabın yanına yaxınlaşdığını, orada bir kiloqram narkotik vasitə olacağı halda götürməməyi qərarlaşdırdığını, lakin həmin vaxt oradan narkotik vasitəni götürə bilmədiyini, bu zaman qəbirstanlıqda olan qəbir daşlarının arxasından tanımadığı şəxslərin çıxdığını, həmin şəxslərdən birinin də polis əməkdaşı Şahid2 olduğunu, polis əməkdaşı Şahid1 tullantıların yığılması üçün nəzərdə tutulmuş qabın içərisində olan sellofan paketi oradan çıxarıb ona verdiyini, həmin paketin ona məxsus olduğunu bildirdiyini, polis əməkdaşlarının orada olan “Mercedes” markalı avtomobilin üzərində onu döyərək onların dediklərinə imza etməyəcəyi halda yaşadığı evdən də narkotik vasitə aşkar edəcəklərini deyib onu hədələdiklərini, habelə onun diz nahiyəsini zədələdiklərini, qulaq nahiyəsinə xəsarət yetirdiklərini, polis əməkdaşlarının onun yanında polis rəisi ilə əlaqə saxladıqlarını, onun hansı formada ifadə verməsini razılaşdırdıqlarını, polis şöbəsində olan zaman müdafiəçinin ona narahat olmamasını və polis əməkdaşlarının dedikləri yerlərə imza etməsini tövsiyə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərə görə qolunu kəsdiyini və özünü öldürmək fikrində olduğunu, lakin bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmədiyini, habelə polis əməkdaşları onu valideynləri ilə hədələdiklərinə görə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman bu barədə demədiyini, həmin vaxt onun barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işinin başlanacağının bildirildiyini, sonradan penitesiar müəssisəyə daxil olarkən müayinə olunmadığını, bu zaman polis əməkdaşlarının onu döyməsi nəticəsində xəsarətlərin yarandığını demədiyini, polis əməkdaşlarından qaçarkən yıxılması nəticəsində xəsarətlərin yarandığını dediyini, polis əməkdaşları onun barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanacağını dedikləri üçün penitensiar müəssisəyə daxil olarkən polis əməkdaşlarına qarşı heç nə demədiyini, polis əməkdaşlarının Mustafa adlı şəxsi uzun müddətdir nəzarət altında saxladıqlarını və ondan başqa digər şəxslərə də narkotik vasitə satdığını dediklərini, onlara kömək etməsini təklif etdiklərini, lakin Mustafa adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olmadığını və həmin şəxsin əslində polis əməkdaşı Şahid1 olduğunu düşündüyünü qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitənin qanunsuz şəkildə şəxsdən aşkar olunmasının qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokolda hər hansı qeyd aparılmamışdır. Həmçinin ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, cinayəti törətməkdə özünü təqsirli bildiyini, törətdiyi əmələ görə peşman olduğunu, saxlanılarkən və ya polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və təhdidin olunmadığını və qanunsuz hərəkətlərə məruz qalmadığını qeyd etmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş "xxxx"ndan çıxarışdan görünür ki, Novruz Cavadov X12 qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində “sol saiddə çoxsaylı (öz-özünə) köhnə çapıq toxuma”, habelə “diz nahiyəsində qərtmək bağlamış yara” xəsarəti aşkar olunmuş və Təqsirləndirilən şəxs sonuncu qeyd olunmuş xəsarəti 02 aprel 2024-cü il tarixdə tutulan zaman yıxılaraq aldığını demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi işindən surəti çıxarılaraq cinayət işinin materiallarına əlavə olunmuş izahatından və aktdan görünür ki, o, X12 qəbul olunan zaman bədən səthində aşkar olunmuş “diz nahiyəsində qərtmək bağlamış yara” xəsarətinin həbs edilməmişdən əvvəl və polis əməkdaşlarından qaçmaq istəyərkən yıxılması nəticəsində yarandığını bildirmişdir. Göründüyü kimi, X12 qəbul olunan zaman Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş “sol saiddə çoxsaylı köhnə çapıq toxuma” xəsarətləri özü-özünə yetirməsi nəticəsində, “diz nahiyəsində qərtmək bağlamış yara” xəsarəti isə 02 aprel 2024-cü il tarixdə həbs edilməmişdən əvvəl və polis əməkdaşlarından qaçmaq istəyərkən yıxılması nəticəsində aldığı xəsarət olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol saiddə çoxsaylı köhnə çapıq toxuma” və “diz nahiyəsində qərtmək bağlamış yara” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni xüsusilə külli miqdarda əldə edib saxlayıb, daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu Qərarın 12-ci bəndinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bu Qərarın 16-cı maddəsinə əsasən, CM-in 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib-törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin aşkar edilməsini, aşkarlanmış narkotik vasitə heroinin çəkisinin çox olmasını, habelə telefon məlumatlarına əsasən narkotik vasitənin satışı ilə bağlı yazının olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 234.4-1-ci maddəsi ilə tövsifi düzgündür. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əhmədov X20 şəhəri, 594 mənzilli məcburi köçkün qəsəbəsi, bina 11, mənzil 7 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, aşkarlanmış narkotik vasitə heroinin çəkisinin çox olmasını, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.4- 1-ci maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 may 2024-cü il tarixli 910 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 08 aprel 2024-cü il tarixli 685 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdən həmin dispanserdə qeydiyyatdadır. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserindən daxil olmuş 08 aprel 2024-cü il tarixli 438 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutun tanınması və təhvil verilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, 1183,8 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A40” markalı mobil telefon və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk həmin tarixdə maddi sübut hesab olunmuş, 1183,8 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A40” markalı mobil telefon saxlanılması üçün Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materaillarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 49-cu bəndinə əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 1183,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A40” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 1183,8 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung Galaxy A40” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar