Məhkəmə qərarları › İş №1(091)-203/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-203/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-203/2025 16.10.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxx 1990-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı külli miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1010,0 (min on) qram narkotik vasitə qurudulmuş marixuananı istintaqla müəyyən edilməyən vaxtda Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsinin kənarında yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb qurutmaqla əldə edib Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsinin kənarında olan ərazidə gizlədərək saxlamış, 07 fevral 2025-ci il tarixdə saat 16:11-də Təqsirləndirilən şəxs Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsinin kənarında olan ərazidə həmin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əlindəki sellofan torbanın içərisində saxlamaqla piyada hərəkət edən zaman narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli bilindiyinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq qeyd olunan tarixdə saat 16:11-dən saat 16:21-dək olan müddət ərzində Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsinin kənarında olan ərazidə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs sol əlindəki 01 (bir) ədəd narıncı rəngli sellofan torbanın içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1010,0 (min on) qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuana və heroindən istifadə etmişdir. 07 fevral 2025-ci il tarixdə saat 12:00-14:00 radələrində X2 “Dostluq parkı”nda olarkən əmisinin arvadının, qızının və onun yeznəsinin gözləri önündə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada olarkən polis əməkdaşları qarşısına narkotik vasitəni qoyub ona məxsus olması barədə ifadə verməsini təklif etmişlər, o isə əvvəlcə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Lakin polis əməkdaşları ona təyziq edib rezin dəyənəklə ayağının alt hissəsinə zərbə vurub ona qarşı zor tətbiq etdikləri üçün narkotik vasitənin ona məxsus olması barədə ifadə vermək məcburiyyətinə qalmış və zərbələrin nəticəsində ayağının alt hissəsində xəsarətlər yaranmışdır. Balıq tutmaq üçün qarmağı olmamış, sonuncu dəfə Kür çayının sahilinə nə zaman getdiyini xatırlamamış, narkotik vasitə gizlətməmiş, Kür çayının kənarından hər gün ərzində 100 nəfər şəxsin keçməsinə əsasən həmin ərazidə narkotik tərkibli çətənə bitkisinin yetişməsinin mümkün olmadığını və orada narkotik vasitəni gizlətməyin qeyrimümkün olduğunu düşünmüşdür. Ona qarşı qanunsuz hərəkətlərin edilməsi müdafiəçinin yanında baş verməmiş, hüquqlarını və hansı qaydada və hansı dövlət orqanına şikayət etməli olduğunu bilməmiş, müdafiəçinin polis əməkdaşları ilə birgə hərəkət etdiyini düşünüb bu barədə müdafiəçisinə deməmiş, habelə bununla bağlı hər hansı dövlət orqanına məlumat verməmişdir. 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman xəsarətlərlə bağlı həkimə heç nə deməmiş, habelə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman bu barədə məhkəməyə bildirməmişdir. Videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılan zaman polis əməkdaşlarının göstərişi ilə əlində olan narkotik vasitə ilə polis əməkdaşlarının olduğu tərəf istiqamətində hərəkət etmiş və həmin vaxt polis əməkdaşları avtomobilin içərisində əyləşmişlər. Sonradan polis əməkdaşları tərəfindən guya narkotik vasitənin tapıldığı yerə polis əməkdaşları ilə birlikdə getmiş və polis əməkdaşları onu avtomobildən düşürüb bir qədər irəli hərəkət etməsini tələb etmişlər. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan istifadə etmişdir. Yaşadığı Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisinə mütəmadi olaraq balıq tutmağa getmiş, təxminən 2024-cü ilin avqust ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsinə balıq tutmağa getmiş və həmin vaxt Kür çayının kənarında yabanı halda bitən 01 ədəd narkotik tərkibli çətənə bitkisinin olmasını aşkar etmişdir. Daha sonra həmin narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını istifadə etmək üçün yığaraq Kür çayının sahilində özü gizlətdiyi yerdə qurudaraq saxlamış və bundan sonra isə bəzi vaxtlarda balıq tutmağa gedərkən həmin yerdə gizlətdiyi narkotik vasitə qurudulmuş marixuanadan çəkərək istifadə etmişdir. 07 fevral 2025-ci il tarixdə saat təxminən 15 radələrində Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsinə gedərək sellofan torbada gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananın yerini dəyişdirmək qərarına gəlmiş, bu məqsədlə qeyd olunan yerə gedib sellofan torbada gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı götürüb geri qayıdarkən polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitələri saxlamasında və narkotik vasitələrdən istifadə etməsində şübhəli olduğunu deyərək ona hüquq və vəzifələrini izah etmişlər, daha sonra isə videoçəkilişdən istifadə edilməklə üstünü yoxlamağa başlamışlar. Bu zaman əlində olan sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, həmin narkotik vasitə qurudulmuş marixuananı heç kimə satmamış, satmaq məqsədi olmamış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və istehlak etməsi barədə 07 fevral 2025-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsinin kənarında saxlanılmış və sonuncuya narkotik vasitəni və psixotrop maddəni əldə etməsində, saxlamasında və istifadə etməsində şübhəli olduğunu deyərək ona hüquq və vəzifələrini izah etmişlər, daha sonra isə videoçəkilişdən istifadə edilməklə üstünü yoxlamağa başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, sonuncu həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı 2024-cü ilin yay aylarında balıq tutmağa gedərkən Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsinin kənarında yabanı halda bitən 01 ədəd narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb qurutmaqla əldə etdiyini, özünün şəxsi istifadəsi üçün gizlədərək saxladığını və heç kəsə satmaq və ya vermək məqsədinin olmadığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 fevral 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 fevral 2025-ci il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və narkotik vasitədən istifadə etməsi şübhəsi ilə həmin tarixdə saat 16:11-də Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 07 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzəri videoçəkilişdən istifadə edilməklə yoxlanılmış və bu zaman əlində olan sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsinin, şübhəli şəxsin üstünün yoxlanılmasının və baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 07 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmiş, elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 1050 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 08 fevral 2025-ci il tarixli 17/101 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki digər 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1010,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı əldə etdiyi və saxladığı yeri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış baxış keçirilməsi və götürmə aparılması haqqında 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman bir ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuş, torpaq kütləsi ilə birlikdə müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 31 mart 2025-ci il tarixli 17/256 nömrəli rəyindən görünür ki, təqdim olunmuş 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Təqdim olunmuş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi yalnız kök və gövdədən ibarət olduğundan (üzərində yarpaq və çiçək olmadığından) onun təqdim olunmuş qurudulmuş marixuana ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Təqdim olunmuş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsinin kökündə olan torpaq hissəcikləri ilə 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsi qrup (rənginə) və cinsi (mexaniki tərkibi, karbonatlığı, mineral tərkibi və humusu) əlamətlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 23 aprel 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın onun özünə məxsus olması, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmaması, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayarkən və daşıyarkən hər hansı şəxslə qabaqcadan əlbir olmaması, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı 2024-cü ilin avqust ayının əvvəllərində Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsinin kənarında yabanı halda bitən 01 ədəd narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığıb qurutmaqla əldə etməsi və onun başqa yerdə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 07 fevral 2025-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, bu zaman əlində olan sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 07 fevral 2025-ci il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstü yoxlanılıb narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitə marixuananı qanunsuz əldə etdiyini və saxladığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitə marixuanadan və heroindən istifadə etdiyini, 07 fevral 2025-ci il tarixdə saat 12:00-14:00 radələrində X2 “Dostluq parkı”nda olarkən əmisinin arvadının, qızının və onun yeznəsinin gözləri önündə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldığını, orada olarkən polis əməkdaşlarının qarşısına narkotik vasitəni qoyub ona məxsus olması barədə ifadə verməsini təklif etdiklərini, əvvəlcə narkotik vasitənin ona məxsus olmadığını bildirdiyini, lakin polis əməkdaşları ona təyziq edib rezin dəyənəklə ayağının alt hissəsinə zərbə vurub ona qarşı zor tətbiq etdikləri üçün narkotik vasitənin ona məxsus olması barədə ifadə vermək məcburiyyətinə qaldığını, zərbələrin nəticəsində ayağının alt hissəsində xəsarətlərin yarandığını, balıq tutmaq üçün qarmağının olmadığını, sonuncu dəfə Kür çayının sahilinə nə zaman getdiyini xatırlamadığını, narkotik vasitə gizlətmədiyini, Kür çayının kənarından hər gün ərzində 100 nəfər şəxsin keçməsinə əsasən həmin ərazidə narkotik tərkibli çətənə bitkisinin yetişməsinin mümkün olmadığını və orada narkotik vasitəni gizlətməyin qeyri-mümkün olduğunu düşündüyünü, ona qarşı qanunsuz hərəkətlərin edilməsinin müdafiəçinin yanında baş vermədiyini, hüquqlarını və hansı qaydada və hansı dövlət orqanına şikayət etməli olduğunu bilmədiyini, müdafiəçinin polis əməkdaşları ilə birgə hərəkət etdiyini düşünüb bu barədə müdafiəçisinə demədiyini, habelə bununla bağlı hər hansı dövlət orqanına məlumat vermədiyini, 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman xəsarətlərlə bağlı həkimə heç nə demədiyini, habelə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman bu barədə məhkəməyə bildirmədiyini, videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılan zaman polis əməkdaşlarının göstərişi ilə əlində olan narkotik vasitə ilə polis əməkdaşlarının olduğu tərəf istiqamətində hərəkət etdiyini, həmin vaxt polis əməkdaşlarının avtomobilin içərisində əyləşdiklərini, sonradan polis əməkdaşları tərəfindən guya narkotik vasitənin tapıldığı yerə polis əməkdaşları ilə birlikdə getdiyini və polis əməkdaşlarının onu avtomobildən düşürüb bir qədər irəli hərəkət etməsini tələb etdiklərini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs qeyd etdiklərini təkzib etmişlər. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Polis Şöbəsinə 07 fevral 2025-ci il tarixdə saat 16:40-da gətirilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib olunmuş “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına qəbul olunan zaman müayinə olunmuş və bu zaman onun bədən səthində həbs olunmamışdan əvvəl aldığı “sol saidin üzərində çoxsaylı öz-özünə kəsilmiş köhnə çapıq toxuma” xəsarətləri aşkar edilmiş, lakin polis əməkdaşları tərəfindən döyülmə nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bədən səthində polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta uyğun və polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaranmağa xarakterik hər hansı xəsarət aşkar olunmamış, müayinə olunan zaman bədən səthində aşkar olunmuş xəsarətlər isə tutulmamışdan əvvəl aldığı xəsarətlər olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman onun bədən səthində aşkar olunmuş “sol saidin üzərində çoxsaylı öz-özünə kəsilmiş köhnə çapıq toxuma” xəsarətlərinin işgəncəyə, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması nəticəsində yaranması kimi qəbul oluna bilməz. Bunlarla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 08 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman sonuncu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı təxminən 2024-cü ilin avqust ayında Kür çayının Yevlax rayonunun Çənlibel qəsəbəsinin ərazisindən keçən hissəsindən balıq tutmağa gedərkən həmin ərazidə yabanı halda bitən bir ədəd narkotik tərkibli çətənə bitkisindən topladığını, daha sonra qeyd olunan narkotik vasitə marixuananı Kür çayının sahilində gizlətdiyini, bəzən balıq tutmağa gedərkən orada gizlətdiyi narkotik vasitə marixuananın orada olmasına nəzarət etdiyini, sonuncu dəfə 07 fevral 2025-ci il tarixdə göstərilən əraziyə gedərək təsvir olunan narkotik vasitə qurudulmuş marixuananın yerini dəyişdirmək istədiyini, sellofan torbada gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı götürüb geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və üzərindən aşkar olunmuş 1010 qram narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarda əldə etmiş və saxlamışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə edərkən və saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üstü yoxlanılarkən əlində olan sellofan torbanın içərisindən 1010,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin narkotik vasitə marixuananın aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik vasitə marixuanın qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyindən) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 1010,0 qram çəkidə narkotik vasitə marixuana satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə marixuananı əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Müşfiq küçəsi, ev 62 ünvanında yaşamışdır, 10 aprel 2015-ci ildə doğulmuş Aysu İmanquliyeva onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünün və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 15-ci maddəsinə əsasən, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən onun sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 07 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki olaraq məhdudlaşdırıldığı qeyd olunan tarixdə saat 16:11-dən şübhəli şəxs qismində tutulmuş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 08 fevral 2025-ci il tarixli qərarından görünür ki, əvvəli 07 fevral 2025-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 07 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2025-ci il tarixli 265 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir, narkotik vasitə marixuananın qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 fevral 2025-ci il tarixli PHŞ-683/25 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut qismində tanıma haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, 1009,80 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və baxış keçirilməsini əks etdirən 01 ədəd, üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd və təqdim olunan əşyalara baxış keçirilməsini və götürmə aparılmasını əks etdirən 01 ədəd olmaqla, ümumilikdə 03 ədəd disk həmin tarixdə maddi sübut qismində tanınmışdır, 1009,80 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və baxış keçirilməsini əks etdirən 01 ədəd, üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd və təqdim olunan əşyalara baxış keçirilməsini və götürmə aparılmasını əks etdirən 01 ədəd olmaqla, ümumilikdə 03 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 10 may 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi və 01 ədəd sellofan torbada olan torpaq nümunəsi həmin tarixdə maddi sübut qismində tanınmış və saxlanılması üçün Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdirş CPM-in 132.1-ci maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İ Siyahısının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ hissəsinin 146-cı bəndinə əsasən, marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1009,80 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi və 01 ədəd sellofan torbada olan torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və baxış keçirilməsini əks etdirən 01 ədəd, üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd və təqdim olunan əşyalara baxış keçirilməsini və götürmə aparılmasını əks etdirən 01 ədəd olmaqla, ümumilikdə 03 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1009,80 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi və 01 ədəd sellofan torbada olan torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və baxış keçirilməsini əks etdirən 01 ədəd, üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd və təqdim olunan əşyalara baxış keçirilməsini və götürmə aparılmasını əks etdirən 01 ədəd olmaqla, ümumilikdə 03 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar