Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-204/2022 20.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 25 iyun 1996-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli və himayəsində iki azyaşlı uşağı olan, Göyçay rayon Hacalıkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdar hesab edilən - 8,180 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdar hesab edilən 2,896 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə edərək həmin heroini 14 ədəd ayrıayrı sellofan bükümlərdə 0,892, 0,511, 0,465, 0,515, 0,484, 0,966, 0,535, 0,954, 0,508 1,031, 0,496, 0,501, 0,094 və 0,228 qram çəkilərdə, metamfetamini isə 4 ədəd ayrı-ayrı sellofan bükümdə 0,513, 0,994, 1,028 və 0,361 çəkilərdə qablaşdırmaqla heroinin 1 ədəd sellofan bükümdə 0,892 çəkidə olan hissəsini üzərində, 13 ədəd sellofan bükümlərdə olan 0,511, 0,465, 0,515, 0,484, 0,966, 0,535, 0,954, 0,508 1,031, 0,496, 0,501, 0,094 və 0,228 çəkilərdə olan hissəsini, həmçinin 4 ədəd sellofan bükümlərdə olan 0,513, 0,994, 1,028 və 0,361 çəkilərdə olan metamfetamini isə yaşadığı evdə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 20 aprel 2022-ci il tarixdə saat 17 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 17:21-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə saxladığı həmin 0,892 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin həmin tarixdə, saat 18:05-də yaşadığı Göyçay rayon Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin 2-ci mərtəbəsində yerləşən yataq otağında olan şkafın yuxarı hissəsində olan sarı rəngli plastik qabın içərisində ayrıayrılıqda olmaqla 13 ədəd sellofan bükümlərdə saxladığı ümumilikdə 7,288 qram çəkidə külli miqdar hesab edilən həmin narkotik vasitə heroin və 04 ədəd sellofan bükümlərdə saxladığı ümumilikdə 2,896 qram çəkidə psixatrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay şəhərində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olmaqda şübhəli bilindiyini qeyd edərək onu rayon polis şöbəsinə dəvət edib gətirmişlər. Polis şöbəsində vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki açıq göy rəngli cins şalvarının ön sağ cibindən 01 ədəd “Classic” markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Həmin siqaret qutusu açıldıqda içərisində 01 ədəd şəffaf sellofanda qəhvəyi rəngli maddə aşkar edilmişdir. Üzərindən bundan əlavə 5 ədəd 1 manatlıq, 2 ədəd 5 manatlıq pul əskinasları, 1 ədəd “Xiaomi” markalı mobil telefon və 1 ədəd alışqan aşkar edilmişdir. Pul əskinasları, classic siqaretinin qutusu və 2 ədəd classic papirosları, o cümlədən alışqan ona qaytarılmışdır. İçərisində qəhvəyi rəngli maddə olan elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı o, bildirmişdir ki, həmin qəhvəyi rəngli maddə narkotik vasitə - kakosdur, həmin narkotik vasitədən onun Hacallıkənd kəndində yaşadığı evdə də vardır. Daha sonra o, polis şöbəsinə yazılı ərizə ilə müraciət edərək, yaşadığı evə baxış və götürmə keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Hacallıkənd kəndində yerləşən fərdi yaşayış evinə baxış və götürmə keçirilmişdir. Baxış zamanı evin ikinci mərtəbəsində yataq otağındakı şkafın üstündəki sarı rəngli plastik qabın içərisindən 13 ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümlər, 4 ədəd içərəsində ağ rəngli kristal halında maddə olan bükümlər aşkar edilərək götürülmüşdür. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Üzərindən və evindən aşkar edilmiş narkotik vasitəni özünün istifadə etməsi məqsədi ilə əldə edib saxlamışdır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş həmin maddələri, yəni narkotik vasitələri xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Embawood”la üzbəüz yol kənarından yerdən götürdüyünü, özünü “Baba” kimi təqdim edən, adının nə olmasını bilmədiyi şəxslə “İnstaqram” sosial şəbəkəsində əlaqə yaradaraq danışmasını, narkotik vasitə almaq istədiyini deməsini bildirmişdir. Həmin şəxs razılıq verdikdən sonra onun dediyi yerə xx.xx.2022-ci il tarixdə 300 manat pul qoymasını, həmin şəxsin də ona narkotik vasitənin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Embawood”la üzbəüz yol kənarından yerdə olduğunu, oradan götürməsini bildimişdir. Əməlindən peşmandır və barəsində ədalətli qərarın qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə Göyçay Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 20 aprel 2022-ci il tarixdə saat 18 radələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirlərinin keçirilməsində digər polis əməkdaşları ilə birlikdə o da iştirak etmişdir. Göyçay şəhəri ərazisində “Keçidin yanı” deyilən yerdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edərək ona üzərində narkotik vasitə gəzdirməsi və satmasında şübhəli olduğunu bildirib, onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs müdafiəçi Cavidan Hacıyevlə ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsində müdafiəçisi Cavidan Hacıyevin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli şalvarın ön sağ cibindən bir ədəd “Classic” markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Daha sonra həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş, həmin maddənin sellofan bükümlə birlikdə çəkisi 1,07 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş büküm götürülmüş və bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddədən digər yerdə olması barədə sual verilərəkən o həmin maddədən yaşadığı Göyçay rayon Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evində olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Göyçay rayon Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evinə yollanmışlar. Orada olan zaman Təqsirləndirilən şəxs rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin evə baxış keçirilən zaman evin 2-ci mərtəbəsində yerləşən yataq otağında otağındakı şkafın üstündəki sarı rəngli plastik qabın içərisindən 13 ədəd içərisində qəhvəyi rəngli maddə olan olan bükümlər, 4 ədəd isə içərisində ağ rəngli kristal halında maddə olan bükümlər aşkar edilərək götürüldü. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına əməliyyat məlumatları daxil olsada, lakin, konkret Rüstəmin kimlərə narkotik vasitə satması barədə hələlik hər hansı bir məlumat əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Rüstəm onun həyat yoldaşıdır. 2022-ci ilin yanvar ayında Rüstəm işləmək üçün Bakı şəhərində getmişdir. Belə ki, Rüstəm orada iş tapdıqdan sonra onu da, övladları ilə birlikdə oraya aparmışdır. Onlar orada kirayə ev tutmuş, Rüstəm isə “Avrora” şirkətində ekspeditor işləmişdir. Orada bir neçə ay qaldıqdan sonra Rüstəm Bakı şəhərində qala bilmədiyini, rayona qayıdaraq orada işləmək istədiyini bildirmişdir. Onlar birlikdə aprel ayında oradan Göyçay rayon Hacalıkənd kəndinə qayıtmışlar. xx.xx.2022-ci il tarixdə Rüstəm Bakı şəhərinə gedəcəyini ona bildirmişdir. Rüstəmə nə olduğunu soruşduqda Rüstəm işlədiyi şirkətdən əmək kitabçasını götürərək geri qayıdacağını ona bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman Rüstəm ilə birlikdə bir neçə polis əməkdaşı yaşadığı evə gələrək Rüstəmin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək yaşadıqları evə baxış keçirmişlər. Baxış keçirilən zaman yaşadıqları evin 2-ci mərtəbəsində yerləşən yataq otağında otağındakı şkafın üstündəki sarı rəngli plastik qabın içərisindən 13 ədəd içərisində qəhvəyi rəngli maddə olan olan bükümlər, 4 ədəd isə içərisində ağ rəngli kristal halında maddə olan bükümlər aşkar edilərək götürülmüşdür. Onun həmin maddələrdən xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonu Hacalıkənd kəndində yaşayan xx.xx.1996cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olmaqla mütəmadi olaraq üzərində və yaşadığı evdə narkotik vasitələr saxlanması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Göyçay rayonu Hacalıkənd kəndində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə saxladığı 0,892 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunuşdur (cild 01, iş vər. 23-26). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Göyçay rayonu Hacalıkənd kəndində yerləşən evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 27). Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə Göyçay rayonu Hacalıkənd kənd sakini Təqsirləndirilən şəxs Göyçay rayonu Hacalıkənd kəndində yerləşən yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı evin 2-ci mərtəbəsində yerləşən yataq otağında olan şkafın yuxarı hissəsində olan sarı rəngli plastik qabın içərisində ayrı-ayrılıqda olmaqla 13 ədəd sellofan bükümlərdə ümumilikdə 7,288 qram çəkidə külli miqdar hesab edilən narkotik vasitə heroinə və 04 ədəd sellofan bükümlərdə ümumilikdə 2,896 qram çəkidə psixatrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Həmçinin, baxış prosesi videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, həmin videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 28-32). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022ci il tarixli 17/3147 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm...” sözləri və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki: 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,892 olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş 17 ədəd büküm....” sözləri və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki: 13 (on üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,511 qram, 0.465 qram, 0,515 qram, 0,484 qram, 0,966 qram, 0,535 qram, 0,954 qram, 0,508 qram, 1,031qram, 0,496 qram, 0,501 qram, 0,094 qram, 0, 228 qram ümümi təmiz çəkisi – 7.288 qram olan maddələr kustar usulla hazırlanmış narkotik vasitə - heroinlərdir və həmin 13 (on üç) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. 04 (dörd) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,513 qram, 0,994 qram, 1,028 qram, 0, 361 qram ümümi təmiz çəkisi – 2,896 qram olan maddələr kustar usulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir və həmin 04 (dörd) ədəd sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm...” sözləri yazılmış zərfin içərisində 01(bir) ədəd sellofan bükümdə olan heroin ilə üzərində “Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş 17 ədəd büküm...” sözləri yazılmış zərfin içərisində 13 (on üç) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim edilmiş, heroinlər və metamfetaminlər müxtəlif növ maddələr olduğundan onların müqayisəli tədqiqatı aparılmamışdır (cild 01, iş vər. 42-45). Cinayət işinin materiallarında olan “Göyçay RMX” X4 alınmış 27 aprel 2022-ci il tarixli 1552 saylı məktubda göstərilmişdir ki, Göyçay rayon Hacalıkənd kəndində xx.xx.1996-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay RMX-da narkoloji və psixatrik kabinetdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 96). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2022-ci il tarixli 1032 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 125). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonu Hacalıkənd kəndində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisi olmaqla mütəmadi olaraq üzərində və yaşadığı evdə narkotik vasitələr saxlanması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, daha sonra həmin tarixdə müdafiəçinin də iştirakı ilə onun yaşadığı ünvana müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı şəxsin yaşadığı evdən narkotik vasitə heroinə və psoxotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərkən narkotik vasitə və psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, aşkar olunan narkotik vasitənin və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, şəxsin üzərindən narkotik vasitə heroinlə yanaşı, evindən də heroin və psixotrop maddənin aşkar olunması, həmin kütlələrin ayrı-ayrı bükümlərə bölünməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində və evində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı və 2018, 2021-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə) birlikdə Göyçay rayonu Hacıalıkənd kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 91-93). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 95). Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, şəxsin əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə əməlində cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əvvəli 20.04.202-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 79-82). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ümumi təmiz çəkisi 7,680 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,696 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ümumi təmiz çəkisi 7,680 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,696 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-204/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-204/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver