Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-204/2023 03.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X10, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, xx.xx.1989-cu ildə Balakən rayonu Meşəşambul kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında yaşadığı Balakən rayonu Meşəşambul kəndi ərazisində çöllük sahədə aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi 18 ədəd toxumları əvvəlcə aparıb yaşadığı evin həyətində olan talvarın altında gizlədib saxlamış, daha sonra 2022-ci ilin may ayının ortalarında həmin toxumların 12 ədədini yaşadığı Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında olan kolluq ərazidə torpağa vahid niyyətlə, qəsdən, qanunsuz olaraq əkərək, həmin toxumlardan bitmiş 12 ədəd uzunluqları 181 sm-dən 257 sm-dək, ümumi çəkiləri 710,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2022-ci ilin sentyabr ayının sonlarında əkibyetişdirərək kultivasiya etdiyi həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini yığaraq üzərində daşıyıb yaşadığı evin həyətinə apararaq toyuq hininin üzərinə sərib qurutmaqla, qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 10 kiloqram 231,83 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd sintetik kisəyə doldurub yaşadığı evin həyətində yerləşən mal tövləsinin damında gizlədərək saxlamış, həmçinin, 2021-ci ilin sentyabr ayında yaşadığı Balakən rayonu Meşəşambul kəndi ərazisində çöllük sahədə aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi və aparıb yaşadığı evin həyətində olan talvarın altında gizlədərək saxladığı 18 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarından geriyə qalan 06 ədəd toxumları vahid niyyətlə 2023-cü ilin mart ayının ortalarında yaşadığı evin həyətində yerləşən mal tövləsinin damında 01 ədəd dəmir qabın içərisinə doldurduğu torpağa qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 06 ədəd uzunluqları 10 sm-dən 36 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 4,19 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, yəni vahid niyyətlə cəmi 18 ədəd olmaqla külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş, daha sonra 06 aprel 2023-cü il tarixdə gecə saatlarından etibarən yaşadığı evin həyətində yerləşən mal tövləsinin damında gizlədərək saxladığı 01 ədəd sintetik kisədə olan narkotik vasitə qurudulmuş marixuananın 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,79 qram və 5,04 qram, ümumi çəkiləri 6,83 qram olan hissəsini götürərək qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əynindəki şalvarın sağ yan cibində daşıyaraq üzərində, geri qalan 10 kiloqram 225,0 qramını isə 01 ədəd sintetik kisədə yaşadığı evin həyətində yerləşən mal tövləsinin damında gizlədərək saxlamışdır. 07 aprel 2023-cü il tarixdə Balakən rayon Polis Şöbəsinin X11 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs RPŞ-nin Qabaqçöl PB-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 12:30 dəqiqədən saat 13:05 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun , qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,79 qram və 5,04 qram olmaqla, ümumi çəkiləri 6,83 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə saat 13:35 dəqiqədən saat 14:20 dəqiqəyədək olan müddət ərzində keçirilmiş baxış zamanı onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 01 ədəd sintetik kisənin içərisində ümumi təmiz çəkisi 10 kiloqram 225,0 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin onun 2023-cü ilin mart ayının ortalarında yaşadığı evin həyətində yerləşən mal tövləsinin damında 01 ədəd dəmir qabın içərisinə doldurduğu torpağa vahid niyyətlə qəsdən, qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi 06 ədəd uzunluqları 10 sm-dən 36 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 4,19 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri həyətyanı sahədə yerləşən mal tövləsinin damından aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq 07 aprel 2023-cü il tarixdə Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında olan kolluq əraziyə Təqsirləndirilən şəxs iştirakı ilə saat 14:40 dəqiqədən saat 15:15 dəqiqəyədək olan müddət ərzində keçirilmiş baxış zamanı onun 2022-ci ilin may ayının ortalarında həmin kolluq ərazidə torpağa vahid niyyətlə, qəsdən, qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi 12 ədəd uzunluqları 181 sm-dən 257 sm-dək, ümumi çəkiləri 710,0 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə saat 11 radələrində Əli usta adlı şəxslə işə gedərkən Balakən rayonu Meşəşambul kəndi ərazisində Balakən rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq İsa adlı şəxsin evinin yerini soruşmuş, polis əməkdaşlarına İsanın özü olduğunu bildirdikdən sonra onun qolunu buraraq öz avtomaşınlarına mindirmişlər. Avtomaşında olan zaman polis əməkdaşları onun üzərindən iki bükümdə narkotik vasitə olan marixuana aşkar etmiş, Polis Bölməsində onu döyüb təhqir edərək evindən də narkotik vasitə çıxmalı olduğunu, əks halda həmin narkotik vasitəni özlərinin qoyacaqlarını, ata və anasını da bu işə qoşacaqlarını dedikdən sonra məcbur qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Evlərinə keçirilən baxış zamanı polis əməkdaşlarının ot presinin altına qoyduqları sintetik kisədəki narkotik vasitə marixuananı göstərib özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında özünə məxsus olan iki baş iribuynuzlu heyvanları yaşadığı Meşəşambul kəndinin ərazisində otaran zaman sahənin kənarında olan kolluğun içərisində bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərində olan 18 ədəd toxumları yığaraq yaşadığı evin həyətində olan talvarın altında gizlətmiş, 2022-ci ilin may ayının ortalarında həmin toxumların 12 ədədini götürüb yaşadığı Meşəşambul kəndi ərazisində yol kənarında olan həmin kolluğun orta hissəsindəki kolları özü dəryazla təmizlədikdən sonra bel ilə yumşaltdığı torpağa əkmişdir. Mütəmadi olaraq 12 ədəd narkotik toxumlarını əkdiyi yerə gedərək bitkiləri suvarmış, əkib-becərdiyi 12 ədəd narkotik bitkisindən 7 ədədi qurumuş, lakin qalan 5 ədəd narkotik bitkisi isə normal qaydada inkişaf etmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında həmin kolluq sahəyə gedərək əkib-becərdiyi həmin 05 ədəd narkotik birkisinin üzərindən yararlı hissələrini kisələrə yığıb yaşadığı evə aparıb evin arxa hissəsində olan toyuq hininin üzərinə sərib qurutduqdan sonra bir ədəd sintetik kisəyə doldurub yaşadığı evin arxa hissəsində yerləşən mal tövləsinin damına yığılmış ot bağlamalarının arasında gizlədib saxlamışdır. 2023-cü ilin mart ayının ortalarında həyətində olan talvarın altında gizlətdiyi 06 ədəd toxumları bir ədəd dəmir qabın içərisində əkərək yaşadığı evin arxa hissəsində yerləşən mal tövləsinin damına yığılmış ot bağlamalarının arasına qoyub gizlətmişdir. Mütəmadi olaraq həmin toxumlara qulluq etməklə suvarmış, bir neçə gündən sonra həmin 06 ədəd toxumların hamısı bitib cücərmişdir. 06 aprel 2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdə olan zaman mal tövləsinin damına qalxaraq 01 ədəd kisəyə yığıb saxladığı narkotik vasitədən bir qədər götürüb üzərində apardığı ağ və göy rəngli kağız parçalarına bükərək əynindəki şalvarın sağ yan cibinə qoymuş, 07 aprel 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxıb işə marşrut avtobusuna tərəf getdiyi zaman Balakən RPŞ-nin X11 əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən rayon X14 Polis Bölməsinə aparmışlar. Polis Bölməsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində öz şəxsi istifadəsi üçün saxladığı iki ədəd kağız bükümlərdə çəkiləri 5,8 və 2,28 qram olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Bükümlər qablaşdırıldıqdan sonra götürülmüş, sorğu zamanı polis əməkdaşlarına 2022-ci ilin may ayının ortalarında özündə olan 12 ədəd narkotik bitkisinin toxumlarından 12 ədədini əkərək becərdiyini, həmin 12 ədəd narkotik bitkisindən 7 ədədinin quruduğunu, qalan 5 ədədini isə yetişdirərək yararlı hissələrini yığıb özü istifadə etmək üçün qurutduğunu, yaşadığı evin həyətində yerləşən mal tövləsinin damında sintetik kisədə narkotiki saxladığını və həmin narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Bundan sonra dəvət edilmiş aqronom-mütəxəssis və polis əməkdaşları ilə birlikdə onun yaşadığı Meşəşambul kəndində evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində yerləşən mal tövləsinin damında gizlədib saxladığı 01 ədəd sintetik kisədə çəkisi 10 kq, 300 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüş, sonra polis əməkdaşları tərəfindən mal tövləsinin damına baxış keçirilən zaman dəmir qabda əkib-becərdiyi 06 ədəd narkotik tərkibli bitki şitilləri aşkar edilrək götürülmüşdür. Daha sonra Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında olan kolluq əraziyə baxış keçirilən zaman kolluğun içərisində əkib-becərdiyi 12 ədəd narkotik tərkibli bitkilər aqronom-mütəxəssisin iştirakı ilə kökündən çıxarılaraq qablaşdırılmaqla götürülmüşdür. Narkotik vasitələri şəxsi istifadəsi üçün saxlamış, satış məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilımiş Balakən rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili Rəşad Yusifov, sahə rəisi Şahid2 və polis nəfəri Şahid3 ilə birlikdə saat 11 radələrində Təqsirləndirilən şəxs Balakən rayonu Meşəşambul kəndi ərasizində saxlanılaraq X15 dəvət olunmuşdur. Polis Bölməsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 5,8 və 2,28 qram çəkidə içərisində narkotik vasitə marixuana olduğunu bildirdiyi iki ədəd kağız bükümlər aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının ortalarında özündə olan 12 ədəd narkotik bitkisinin toxumlarından 12 ədədini əkərək becərdiyini, həmin 12 ədəd narkotik bitkisindən 7 ədədinin quruduğunu, qalan 5 ədədini isə yetişdirərək yararlı hissələrini yığıb özü istifadə etmək üçün qurutduğunu, yaşadığı evin həyətində yerləşən mal tövləsinin damında sintetik kisədə həmin narkotiki saxladığını və həmin narkotik vasitə marixuananı polis əməkdaşları təqdim edə biləcəyini bildirdikdən sonra dəvət edilmiş aqronom-mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı yaşadığı evə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin arxa hissəsində yerləşən mal tövləsinin damında ot bağlamalarının arasında bir ədəd sintetik kisədə çəkisi 10 kq 300 qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra mal tövləsinin damına baxış keçirilən zaman Təqsirləndirilən şəxs dəmir qaba əkibbecərdiyi hündürlüyü 10 sm-dən 36 sm-dək olan 06 ədəd narkotik tərkibli bitki şitilləri aşkar edilərək qablaşdırlmaqla götürülmüş, aqronom-mütəxəssis Fəzail Fərhadlı altı ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra Balakən rayonu Meşəşambul kəndi ərazisində yol kənarında olan kolluq əraziyə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs əkib-becərdiyi hündürlükləri 181 santimetrdən 257 santimetrədək təşkil edən 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər kökündən çıxarılaraq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin X11 sahə rəisi işləyən Şahid2, Post Patrul Xİdmət Bölüyünün polis nəfəri Şahid3, Şahid4 və Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər X5 Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin aqrotexniki işləyən X9 eyni məzmunlu ifadələr verərək X8 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə səhər saatlarında İsa yemək yedikdən sonra işləmək üçün evdən çıxmış, bir qədər sonra iki nəfər mülki geyimli polis əməkdaşı onun yaşadığı evə gələrək oğlu İsanın harada olduğunu soruşmuş, sonunculara oğlunun işə getdiyini bildirmişdir. Polislər oğlunun polis şöbəsində olduğunu deyərək üzərində narkotik vasitə tutulduğunu bildirmiş, daha sonra tövlənin yanında saxlayan avtomaşından üç nəfər düşərək orada dayanmışdır. Ona və arvadına həmin yerə getməyə icazə verməmiş, sonra oğlu İsanı gətirərək həmin yerə baxış keçirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X13 eyni məzmulu ifadə verərək X1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 07 aprel 2023-cü il tarixdə saat 10 radələrində qonşularıgilə gedərkən iki nəfər şəxsin əlində torba ilə İsagilin damına çıxdıqlarını görmüşdür. Həmin şəxslər dayanmış avtomaşından həmin yerə getmiş, nərdivanla dama çıxmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 07 aprel 2023-ci tarixli 17/330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrdən ibarət maddi sübut ” yazısı və imzalar olan zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 1,79 qram və 5,04 qram, ümumi çəkiləri -6,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Aşkar edilmiş 1 ədəd sintetik kisədə olan qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut ” yazısı olan sintetik kisənin içərisindəki, təmiz çəkisi- 10 kiloqram 225,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kağız bükümlərdə və 01 (bir) ədəd sintetik kisədə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə “Aşkar edilmiş 1 ədəd dəmir qabda olan 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar şitillərdən ibarət maddi sübut ” yazısı və imzalar olan zərfin içərisindəki, uzunluqları 10 sm-dən 36 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri- 4,19 qram olan 06 (altı) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış kağızda “Aşkar edilmiş 12 ədəd çətənə bitkisinə oxşar bitki kollarından ibarət maddi sübut ” yazısı olan sintetik kisənin içərisindəki, uzunluqları 181sm-dən 257 sm-dək, ümumi çəkiləri- 710,0 qram olan 12 (on iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəsis) Fəzail Fərhadlının 07 aprel 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli 706 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Balakən Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 341/3 nömrəli məktubdan görünür ki, Balakən rayon Məhkəməsin xx.xx.2022-ci il tarixli 1(019)-34/2022 saylı hökmü ilə AR-nın CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Balakən rayon İcra və Probasiya şöbəsinin qeydiyyatına götürülmüş məhkum Təqsirləndirilən şəxs Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğu xx.xx.2023-cü il tarixədək cəzasının çəkilməmiş hissəsi 05 ay 16 gün təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsinə dair 07 aprel 2023-cü il tarixli protokola və həmin protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən iki ədəd, çəkisi 5,8 və 2,28 qram olan içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu kağız büküm aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 07 aprel 2023-cü il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Meşəşambul kəndindəki evin həyətində olan mal tövləsinin üst mərtəbəsində içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu və çəkisinin 10 kq 300 qram olduğu sintetik torba, həmçinin həmin yerdə baş tərəfdə sol hissədə altı ədəd narkotik tərkibli çətənə şitillərinin əkildiyi dəmir qab aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsinə dair 07 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Balakən rayonu Meşəşambul kəndi ərazisindən keçən yol kənarındakı kolluq sahədə Təqsirləndirilən şəxs əkib becərdiyi on iki ədəd hündürlükləri 181 sm-dən 257 sm-dək olan çətənə bitkilərinə oxşar bitki hissələri aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 07 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1200-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 08 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Meşəşambul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Meşəşambul kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Prokurorluğunun 23 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təqib və təsirə məruz qalmasına dair müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan saxlamasına və evində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmamasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmasına dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olmuş məlumat əsasında onun göstərdiyi xüsusatlar təsdiq olunmadığına görə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarda nə yuxarı prokura, nə də ki, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Bundan başqa istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilən zaman bədən səthində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin satışına görə məhkum olunması, aşkar olunan narkotik vasitələrin miqdarı və eyni tərkibdə olması onun həmin narkotik vasitələri satış məqsədilə saxlaması qənaətinə gəlməyə əsas verir. X2, X13 və X3 ifadəsinə gəldikdə isə məhkəmə yaxın qohumları və qonşusu olduğuna görə həmin ifadələri təqsirləndirilən şəxsi məsuliyyətdən qurtarmaq üçün müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3. və 237.1-ci maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 07 aprel 2023-cü il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Balakən rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilərək ona təyin edələcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Balakən rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, üzərində qəti olaraq 07 (yeddi) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 10 kiloqram 231,53 qram narkotik vasitə - qurudulmuş marixuana və 18 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-204/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-204/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver