Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-206/2024 30.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Yevlax rayonu, Havarlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 5,270 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlmaqla Mingəçevir şəhəri ərazisinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 mart 2024-cü il tarixdə, saat 13:40-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən «Çempion» çay evinin yaxınlığında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə aparılıb həmin gün saat 14:56-dan etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,270 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 44 yaşındadır və himayəsində 2 uşağı var. Uşaqlarının biri bu il Polis Akademiyasının 1-ci kursunda təhsil alacaq, digəri isə hərbi hissədə işləyir. O, heç bir narkotik vasitədən istifadə etməmişdir. O, bununla bağlı analizlər vermişdir. Polislərin onun üzərinə niyə məhz narkotik qoymalarını və niyə onu bu əməllə ittiham etdiklərini heç cür anlaya bilmir. Onun oğlu gələn ay Polis Akademiyasının 1-ci kursunda oxumağa başlayacaqdır.Onun övladlarının atasının bu gün həbsdə olması ona çox pis təsir edir və buna görə xəcalət çəkir. O, narkotik vasitənin nə istifadəçisi olmuş, nə də alğı-satqısı ilə məşğul olmuşdur. O, təxminən 1 il əvvəl bir şəxslə ona söyüş söydüyü üçün mübahisə etmişdir. Bununla bağlı onu bir neçə dəfə polis şöbəsinə çağırmışlar və ona təzyiq göstərmişlər. Mübahisə etdiyi şəxs çox imkanlı biri olduğu üçün ondan əl çəkmirmiş. Həmin şəxslə o, qarşılaşanda ya yenə mübahisə etməli, ya da yolunu dəyişməliymiş. O, hesab edir ki, onun tutulmağının səbəbi həmin şəxsdir. Həmin şəxs Mingəçevir şəhərində yaşayır, onu üzdən tanıyır, lakin adını bilmir. Bildiyi qədəri ilə həmin şəxsin yaxşı əlaqələri və imkanları vardır. O, tutulduğu gün atasının ili olduğu üçün ailəsiylə qəbiristanlığa getmişdir. O, ailəsini evə gətirmiş və iş yerinə getmişdir. İş yerinə çatıb dayananda arxasında ağ rəngli cip maşın saxlamış və maşının içərisindən 5-6 nəfər şəxs aşağı düşmüşdür. Bundan sonra, onlar onu döyməyə başlamışlar. Bu halı təsdiq edə bilən şahidlər vardır. Həmin şəxslər onu çox pis formada döyürdürlər. Övladı da onun yanında işlədiyi üçün bütün bunlara şahid olmuş, ağlayaraq və qışqıraraq ona kömək etmək üçün yaxınlaşmağa başlamışdır. Bu vaxt həmin şəxslər silahı çıxarıb uşağın ağzına tərəf tuşlamışlar. O, etiraz edərək “O uşaqdır, mənim uşağımdır, siz nə edirsiz, kimsiz?” bildirmiş və bundan sonra onlar xidməti vəsiqə çıxarıb özlərini təqdim etmişdirlər. O, bundan sonra məcbur qalıb heç nə edə bilməmişdir. Çünki dövlətin işçisi ilə mübahisə edə bilməz. Onu orada bir qədər döydükdən sonra polis şöbəsinə aparmış və onun üçün orada bir otaq boşaltmışlar. Təhqiqatçının otağında hər kəsi otaqdan çıxartdıqdan sonra əlini-qolunu bağlayıb onu döyməyə başlamışlar. Daha sonra, ona kağızın arasında nə isə göstərmişlər və demişlər ki, bunu götür, canın qurtarsın. O, bunun nə olduğunu soruşduqda, bunun səhv etmirsə, “şüşə” olduğunu demişdirlər. O, demişdir ki, o bunun nə olduğunu bilmir və tanımır. Bu zaman bildirmişdirlər ki, sənin başqa yolun yoxdur, ya bunun burada sənin olmasını qəbul etməlisən, ya da aparacağıq Bakıda qəbul edəcəksən. O, etiraz etmiş və onlarla razılaşmamışdır. Polislər yenə də onu döyməyə başlamışdırlar. O, 10 il İdman Nazirliyində işləmiş və bunu təsdiq edən vəsiqələri vardır. O, narkotik vasitəni boynuna ala bilməyəcəyini bildirmişdir. O, müharibə iştirakçısıdır və müharibədə olan zaman ermənilərlə də belə rəftar etməmişdir. Polislər isə ona bu cür pis rəftar etmişdir. Polislərin biri necə vurdusa, sol gözü və sol qulağının fəaliyyəti pozulmuşdur. O, Kürdəxanıda yerləşən istintaq təcridxanasında 3 ay müalicə almışdır. Gözü bir balaca düzəlsə də, qulağı hələ də eşitmir. Polis onu divanın üstündə oturan vaxt vurmuş, o, yerə yıxılmış və o, yerdə də döyməyə davam etmişdir. O, demişdir ki, narkotiklə tutulmaq ona yaraşmaz və xahiş etmişdir ki, onu belə bir əməllə tutmasınlar. Polis ona demişdir ki, silahın varsa gətir, silahla tutaq. O, silahının olmadığını və 15 il şəxsən dövlətə xidmət etdiyini bildirmişdir. Polislər ona fiziki təzyiqlər etdiyi üçün etirafedici ifadə vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarıldığı zaman polis əməkdaşları da məhkəmə iclasında olduğu üçün o, heç nəyə etiraz edə bilməmişdir. Hazırki məhkəmə iclasında həqiqəti deyə bilir. O, bilir ki, burada həqiqətini dediyi üçün onu döyməyəcəklər. Ona olunan təzyiqlərlə bağlı heç bir orqana şikayət edə bilməmişdir. O, evdən pul gətizdirib Kürdəxanıda müalicə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxslə əlaqədar DİN BMCMİ-yə məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və tədbir keçirmək üçün Mingəçevir şəhərinə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmış, onu polis şöbəsinə dəvət etmiş və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Səhv etmirsə, Təqsirləndirilən şəxs “Qala qapı” adlanan yerdən psixotrop maddəni tapdığını bildirmişdir. Daxil olan məlumatın məzmunu psixotrop maddəni əldə etmə, saxlama və satma ilə bağlı olmuşdur. Psixotrop maddənin çəkisinin nə qədər olduğunu xatırlamır. Təqsirləndirilən şəxs tutulduğu gün başqa şəxslər də tutulmuşdur. Təqsirləndirilən şəxs H.Əliyev prospektində yerləşən “Çempion” çay evinin qarşısında saxlamışdırlar. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər və o, könüllü onlarla polis şöbəsinə gəlmişdir. Zərurət olmadığı üçün şəxsin evinə baxış keçirilməmişdir. Məlumat düzgün verilmiş, məlumatda Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması göstərilmişdir. Razi Əiyevin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən psixotrop maddə aşkar olunmuş, o həmin maddəni şəxsi istifadəsi üçün saxladığını və evində psixotrop maddə olmadığını demişdir. Buna görə evə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki və digər təzyiqlər olunmamış, üzərinə polislər tərəfindən psixotrop maddə qoyulmamışdır. Videoçəkilişdən də müəyyən oluna bilər ki, şəxsin heç bir xəsarəti olmamışdır. Onun məxfi mənbədən aldığı məlumatda şəxsin ancaq üzərində psixotrop maddənin olması göstərilir, evində olması isə göstərilməmişdir. Buna görə evə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı fakt öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs narktotik vasitəni əldə etməsi və saxlaması faktı öz təsdiqini tapmış, lakin satışla bağlı hissədə təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsi heç kim döyməmiş və təhqir etməmişdir. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbirində iştirak etmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs saxlanılması zamanı, habelə Mingəçevir ŞPŞ-yə aparılandan sonra ona qarşı fiziki təzyiqlər olunmamış və döyülməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdikləri həqiqəti əks etdirmir. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, hadisə günü saat 1-2 radələrində sexdə işlədiyi zaman ağ rəngli “Jeep” sexin qarşısında dayanmış və içindən 5-6 nəfər mülki geyimdə adamlar düşmüşdür. Həmin şəxslər Razinin əyləşdiyi maşının sağ-sol qapılarını açıb Razinin qollarından yapışıb maşından düşürmüş və onu döyə-döyə öz maşınlarına əyləşdirmişlər. Yaxınlaşıb kömək etmək istəyən zaman həmin şəxslərdən biri ona silah çıxartmış və yaxınlaşmamağını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Razi ilə heç bir qohumluğu yoxdur. Razi yuxarı mərtəbədə işləmişdir. O, isə aşağı mərtəbədə sexdə işləyir. Gələn şəxslər ağ rəngli “Jeep” sürürmüş və mülki geyimdə olmuşlar. Gələn şəxslər Razini döyə-döyə maşından düşürmüşlər. Həmin adamlar Razinin maşınını sürüb aparmışdır. Razini ağ rəngli “Jeep”ə əyləşdirmişlər. Razi ilə münasibəti elə də yaxın olmamışdır. İbtidai istintaq vaxtı dindirilməmişdir. Polisdə ifadə verməmişdir. Onu çağırsaymışlar gedib ifadə verərmiş. Razi ilə iş yerlərəri fərqlidir. Razi çayxana işlətmiş, o, isə sexdə işləyirmiş. 7-8 ildir dəmirçi işlədir. Razi 2 ilə yaxındır çayçı işlədir. Razini yaxşı adam kimi tanıyır. Razi ilə münasibəti normaldır. O, yaxınlaşan vaxt gələn adamlar kim olduğunu deməmişdirlər. O, həmin şəxslərə yaxınlaşan vaxt üstünə silah çıxartmışdırlar. “102” qaynar xəttinə zəng etməmişdir. Çünki həmin vaxt həyəcanlı olmuşdur. Hadisənin üstündən 5-10 dəqiqə keçmişdir. Bundan sonra bilmişdir ki, Razini aparan polis əməkdaşlarıdır. Ömründə ilk dəfə üstünə silah çıxarılmışdır. Həmin vaxt heç yerə şikayət etməmişdir. Çünki hadisənin şoku ilə həyəcanlı olmuşdur. İşlədiyi sex Mingəçevir şəhəri tekstilin yanında yerləşir. Dəqiq ünvanı bilmirmiş. Razi maşınla gəlmişdir. Sonra gələn adamlar Razini maşından düşürüb döyə-döyə öz maşınlarına aparmışdırlar. Razini döyədöyə aparırmışlar. Gələn şəxslər Razinin qoluna və bədəninə vururdular. Gələn adamlar Razinin başına vurmamışlar. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadə verərək göstərmişdir ki, saat 1-2 radələrində atası ona yemək gətirmişdir. Maşına düşmüş, atasıyla biraz söhbət etdikdən sonra yuxarı iş yerlərinə qalxmışdır. Müştəri gəlmiş və müştəriyə bir çay vermişdir. Sonra öz-özünə atasını düşünmüş və atasının yanına getmişdir. Qapıya çatan vaxt görmüşdür ki, ağ rəngli “Jeep” qapının yanında dayanmış və içindən tanımadığı adamlar düşmüşdür. Həmin adamlar atasının əyləşdiyi maşına doğru gedib maşının qapılarını açıb atasını zorla maşından düşürüb döyə-döyə öz maşınlarına aparmışdırlar. Atasına kömək etmək məqsədilə yanlarına gedib atasını buraxın deyə qışqırmağa başlamışdır. Həmin vaxt adamlardan biri üstünə silah çıxartmışdır. Bundan sonra atasını maşına qoyub aparmışlar. O, da dərhal Mingəçevir şəhər polis şöbəsinə gedib hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, gələn adamlar kim olduqları və atasını nə üçün apardıqları barədə heç nə deməmişlər. Polis şöbəsinə gedib hadisə barədə məlumat vermişdir. Çünki gələn adamlar atasını zorla aparmış və üstünə silah çıxarmışdırlar. Bundan əlavə atasını döyürlərmiş. Atası qışqırmış və onu nə üçün apardığını soruşmuşdur. Atasının maşınını elə gələn adamlardan biri sürüb aparmışdır. Çayxanalarında kamera olmuşdur. Polis şöbəsinə yaxınlaşandan yarım saat sonra mobil telefonuna zəng gəlmişdir. Zəng edən şəxs polis əməkdaşı olduğunu bildirmiş və onu işlətdikləri çayxanaya çağırmışlar. Gəlib qapını açan vaxt iki nəfər polis əməkdaşı çayxanaya daxil olub kameranın yaddaşını söküb aparmışdırlar. Gələn şəxslər polis əməkdaşları olduğunu bildirmişlər. Ona görə də, kameranı götürdükləri üçün onlara etiraz etməmişdir. Atası saxlanıldıqdan yarım saat sonra kamera görüntüləri götürülmüşdür. Kamera görüntülərini özü götürməmişdir. Çünki həmin vaxt atasını axtarırmış və polis şöbəsində olmuşdur. Atasıyla maşında oturub söhbət edirmiş. Sonra o, çayxanaya qalxmışdır. Gələn şəxslər 2-3 dəqiqə ərzində atasını götürüb aparmışlar. Gələn adamlar 5-6 nəfər olmuşdur. Bir nəfərdə maşında əyləşmişdir. Gələn şəxslər atasının qollarını burub zorla özlərinin maşınına aparmışdır. 4 nəfər atasını tutmuşdur. Biri maşında olmuşdur. Digəri isə onların maşına oturub sürüb aparmışdır. O, atasının üstünə qaçan vaxt atasını tutan əməkdaşlardan biri atasını buraxıb üstünə silah çıxartmışdır. Üstünə silah çıxaran şəxs aralaşmağını bir addım da atcağı təqdirdə onu vuracağını bildirmişdir. Atasını apardıqdan dərhal sonra polis şöbəsinə gedib hadisə barədə məlumat vermişdir. Polis şöbəsinə “Vaz 2109“markalı avtomobillə getmişdir. Gələn adamlar polis əməkdaşı olduqlarını deməmişdir. Polis şöbəsində ərizə yazmışdır. Polis şöbəsində olan vaxt ona zəng gəlmiş və iş yerinə getmişdir. İki nəfər polis əməkdaşı çayxanaya daxil olmuş və kameranın yaddaşını söküb aparmışdır. Atasını aparıldığı anı Elməddin görmüşdür. Elməddin kömək etmək üçün yaxınlaşmaq istəmişdir. Həmin vaxt atasını aparan şəxslərdən biri Elməddinin üstünə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, daxil olmuş məlumatda “Razi” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vastələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satışı məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmiş, “Razi” adlı şəxsin xx.xx.1980-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Yevlax rayonu, Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi,üstündə saxlaması, eləcədə daşınması və satılmasında şübhəli bilinən xx.xx.1980-cı ildə ünvan 6 ünvanında qeydiyyatda olamaqla, faktiki olaraq Yevlax rayonu Havarlı kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 13:40 –da Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Çempion” çay evinin yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstünə şəxsi axtarış aparılmasına yerində şərait olmadığından Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, saxlanıldığı yerdən Mingəçevir şəhər Polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 25). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və ona əlavə edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, həmin gün saat 14:56dan etibarən Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (cild 01, iş vər. 28-29). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2024-cü il tarixli 3-16-16/2-6/1494 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazılar və imzalar olan zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,270 qram ağ rəngli, kristalşəkillli maddə psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 41-45). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 X14 X10 14 mart 2024-cü il tarixli 1746 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 76-77). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən hesablanmaqla müddəti 04 (dörd) ay olmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 96-99). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 01, iş vər.114). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 PHŞ-in xx.xx.2024-cü il tarixli, 163/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə -tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 119-121). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X11» X19 28 mart 2024-cü il tarixli 1057/K nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01, iş vər. 122-125). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Mingəçevir şəhər 3 nömrəli Mənzil İstismar sahəsi xx.xx.2024-cü il tarixli arayış və xasiyyət naməsindən görünür ki, Təqsirləndirilən şəxs üç nəfər ailə üzvü olmaqla onun barəsində 3 saylı MİS-ə nə yazılı, nə də şifahi heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 130-131). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 133-134). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat –axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vatitələrin və psixotrop maddələri əldə edərək Mingəçevir şəhər və ətraf rayon ərazilərində satışını həyata keçirməsi müəyyən edilmiş, lakin onun külli miqdarda narkotik vasitə və psixotrop maddələri hansı mənbədən əldə etməsi, kimlərə satması, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini şahidlik edən şəxslərin dairəsinin müəyyən olunması, onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamamışdır (cild 01, iş vər. 135). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşlarının təklifi ilə külli miqdarda psixotrop maddəni polis əməkdaşlarına tədqim etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi qərara alınmışdır (cild 01, iş vər. 136-142). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 4713/2023 nömrəli “Məhkumun Tibbi kitabçası”dan görünür ki, xəsarət almadığını bildirir və burunun ön səthində və sol said ön səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Polis şöbəsinin məktubundan görünür ki, Əliyev X6 ŞPŞ-in MSY-də saxlanılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmadan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmadan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə, saat 13:40-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən «Çempion» çay evinin yaxınlığında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verərək ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, qeyd edilən vasitə və maddələrdən istifadə etmədiyini, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, edilmiş təzyiq nəticəsində məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində psixotrop maddə metamfetamin olmadığını, həmin maddənin polis əməkdaşları tərəfindən ona verildiyini və edilmiş təzyiq nəticəsində ondan həmin psixotrop maddə metamfetaminlə bağlı etirafedici ifadə alındığını iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə Mingəçevir Şəhər Polis Şöbəsinə və BMCMİ-nə aparılarkən və həmin idarədə polis əməkdaşlarının təzyiqinə məruz qalıbqalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında X4 sorğu verilərək əldə edilmiş Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin “Məhkumun tibbi kitabçası” elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, müayinə zamanı onun üzərində köhnə çapıq toxumaların olduğu aşkar olunmuş, lakin həmin vaxt onun bədənində döyülmə və işgəncəyə aid xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Habelə müayinə aparılarkən Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 PHŞ-in 163/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə -tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə əlavə şahidlər X3 və X13 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələrlə ilə razılaşmır. Belə ki, iş üzrə əlavə şahidlər X1 Əliyev ilə bir-birlərini uzun müddət tanıması, Elməddin Atayevin onunla eyni binada işləməsi və yaxşı münasibətinin olması, habelə Səid Əliyevin isə Təqsirləndirilən şəxs oğlu olması onların bu formada, Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadə vermələrini anlaşılan edir. Məhkəmə kollegiyası sözügedən ifadələrlə bağlı qeyd edir ki, əlavə şahid kimi dindirilərkən Elməddin Atayev ifadəsində 7-8 ildir dəmirçi işlətdiyini, Təqsirləndirilən şəxs 2 ilə yaxındır çayçı işlətdiyini, Razini yaxşı adam kimi tanıdığını, Razi ilə münasibəti normal olduğunu, o, yaxınlaşan vaxt gələn adamlar kim olduğunu demədiklərini, o, həmin şəxslərə yaxınlaşan vaxt üstünə silah çıxartdıqlarını, 10 dəqiqə keçdikdən sonra Razini aparanların polis əməkdaşları olmasını bildiyini, Razini döyə-döyə apardıqlarını, gələn şəxslər Razinin qoluna və bədəninə vurduqlarını, həmin şəxslər Razinin əyləşdiyi maşının sağ-sol qapılarını açıb Razinin qollarından yapışıb maşından düşürdüklərini və onu döyədöyə öz maşınlarına əyləşdirdiklərini bildirmişdir. Habelə əlavə şahid Səid Əliyev ifadəsində götərmişdir ki, saat 1-2 radələrində atası ona yemək gətirdiyini, maşına düşdüyünü, atasıyla biraz söhbət etdikdən sonra yuxarı iş yerilərinə qalxdığını, müştəri gəldiyini və müştəriyə bir çay verdiyini, sonra öz-özünə atasını düşündüyünü və atasının yanına getdiyini, qapıya çatan vaxt ağ rəngli “Jeep” markalı avtomobilin qapının yanında dayandığını, içindən tanımadığı adamların düşdüyünü, həmin adamlar atasının əyləşdiyi maşına doğru gedib maşının qapılarını açıb atasını zorla maşından düşürüb döyə-döyə öz maşınlarına apardıqlarını, çünki gələn adamlar atasını zorla apardıqlarını və üstünə silah çıxardıqlarını, atasını döydüklərini gələn adamlar polis əməkdaşı olduqlarını demədiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verərkən Təqsirləndirilən şəxs öz ifadəsində o, tutulduğu gün atasının ili olduğu üçün ailəsiylə qəbiristanlığa getdiyini, o, ailəsini evə gətirdiyini və iş yerinə getdiyini, iş yerinə çatıb dayananda arxasında ağ rəngli cip maşın saxladığını və maşının içərisindən 5-6 nəfər şəxs aşağı düşdüyünü, bundan sonra, onlar onu döyməyə başlamasını, həmçinin o, etiraz edərək “O uşaqdır, mənim uşağımdır, siz nə edirsiz, kimsiz?” birdirdiyini və bundan sonra onlar xidməti vəsiqə çıxarıb özlərini təqdim etdiklərini, o, bundan sonra məcbur qalıb heç nə edə bilmədiyini, çünki dövlətin işçisi ilə mübahisə edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmə istintaqında tədqiq və təhlil edilmiş sübutlarla Təqsirləndirilən şəxs döyülməsi və ya bədənində hər hansı bir xəsarətin olması öz təsdiqini tapmamışdır. Beləliklə cinayət işi üzrə əlavə şahidlər X5 və X17 ziddiyyətli ifadələr vermişdirlər. Göründüyü kimi şahidlər X5 və X17 məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayındırmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) bükümdə olan külli miqdarda psixotrop maddə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən təmiz çəkisi 5,270 qram olmaqla, 01 ədəd sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin ona aid olmamasını, ümumiyyətlə psixotrop maddədən heç vaxt istifadə etməməsini, həmin psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla inandırıcı məlumat verməmişdir. Yəni həmin psixotrop maddə metamfetaminin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt ona verilməsini açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərindən təmiz çəkisi 5,270 qram olmaqla, 01 ədəd sellofan bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə olan maddəni, həmçinin həmin şalvarın sağ yan cibindən isə mobil telefonu, bir ədəd “Birbank” bak kartını və 348 manat 80 qəpik pul vəsaitini, sağ əlində olan 01 ədəd üzüyü, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində olan 01 ədəd cib dəsmalını çıxararaq masanın üzərində qoymuşdur. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin əşyanı könüllü şəkildə cibindən çıxarıb masanın üzərinə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən həqiqətən də 01 (bir) ədəd bükümdə külli miqdarda psixotrop maddə aşkar edilərək götürülmüşdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin metamfetaminin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, xx.xx.2024-cü il tarixli məktubda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vatitələrin və psixotrop maddələri əldə edərək Mingəçevir şəhər və ətraf rayon ərazilərində satışını həyata keçirməsi müəyyən edilmiş, lakin onun külli miqdarda narkotik vasitə və psixotrop maddələri hansı mənbədən əldə etməsi, kimlərə satması, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini şahidlik edən şəxslərin dairəsinin müəyyən olunması, onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmaması göstərilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutulanadək onun psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə psixotrop maddənin əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən bir bükümdə külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi özüözlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələr və psixotrop maddələrilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitləri və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşıması, 13 mart 2024-cü il tarixdə, saat 13:40-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən «Çempion» çay evinin yaxınlığında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə aparılıb həmin gün saat 14:56-dan etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 5,270 qram psixotrop maddə metamfetamin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə kollgiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin satmaq məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun həmin maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadıqda şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasının ən aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 13 mart 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,220 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD-R diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 5,220 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin və 01 ədəd DVD-R diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Rafail Əliyev Hakimlər Tural Əfəndizadə Xaliq Məmədov
Məhkəmə qərarları › İş №1(091)-206/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-206/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver