Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-208/2023 14.07.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.2.1, 126.2.2 və 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuş və iki nəfər zərərçəkmiş şəxslərin sağlamlığına insan həyatı üçün təhlükəli olan ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən təkrarən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı ünvan 2 yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs3 ilə aralarında bir gün əvvəl ailə münaqişəsi zəminində yaranmış mübahisə ilə əlaqədar sonuncunun dəvət etməsi ilə onun yaşadığı evə gəlmiş qayınanası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 ondan səbəbini soruşmadan onun arvadı Zərərçəkmiş şəxs3 yaşadığı evdən götürüb özləri ilə aparacaqlarını deməsinə görə yaranmış mübahisə zamanı o, arvadı Zərərçəkmiş şəxs3 yeni doğulmuş övladı ilə birlikdə yaşadığı evdən heç bir yerə getməyəcəyini deyərək qayınanası və qaynına keçib yataq otağında Zərərçəkmiş şəxs3 ilə söhbət etməsini dedikdən sonra özü də onların arxasınca yataq otağına girmiş, həmin vaxtı qayınanası Zərərçəkmiş şəxs1 yataq otağında uca səslə danışaraq onun arvadı Zərərçəkmiş şəxs3 qolundan tutub özü ilə aparacağını deməsinə və arvadı Zərərçəkmiş şəxs3 da heç bir səbəb demədən yaşadığı evdən çıxıb gedəcəyini ona deməsinə əsəbləşib sonunculara onun ailə həyatına müdaxilə etmələrinə və onun yeni doğulmuş övladını ondan ayırmalarına irad tutaraq qaynı Zərərçəkmiş şəxs2, qayınanası Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs3 qəsdən bədən xəsarətləri yetirmək qərarına gələrək həmin niyyətlə Ülvi Bağırovun anası Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs3 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə əvvəlcə qaynı Ülvi Bağırovun bədən nahiyəsinə qəsdən zərbələr vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran qarının ön divarının daxilə nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətlərini, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran döş qəfəsinin arxa səthinin periton arxasına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini, daha sonra arvadı Zərərçəkmiş şəxs3 onun Ülvi Bağırova qarşı qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən o, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs3 anası Zərərçəkmiş şəxs1 və qardaşı Ülvi Bağırovun gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək təkrarən xüsusi amansızlıqla Zərərçəkmiş şəxs3 bədən nahiyəsinə həmin bıçaqla vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası xəsarətini və qayınanası Zərərçəkmiş şəxs1 onun Ülvi Bağırova və Zərərçəkmiş şəxs3 qarşı qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən o, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, bununla da onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək təkrarən xüsusi amansızlıqla qayınanası Zərərçəkmiş şəxs1 bədən nahiyəsinə həmin bıçaqla vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirməklə Zərərçəkmiş şəxs2 sağlamlığına insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuş və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 sağlamlığına insan həyatı üçün təhlükəli olan ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən təkrarən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun arvadı, Zərərçəkmiş şəxs1 onun qayınanası, Zərərçəkmiş şəxs2 isə onun qaynıdır. Qayınanası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində yaşayırlar. O, 02 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 ilə evlənmiş və birgə nikahlarından 05 fevral 2023-cü il tarixdə bir övladı doğulmuşdur. 09 mart 2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs3 Yevlax şəhərində yerləşən yaşadıqları fərdi yaşayış evində olan zaman əyləşdiyi stuldan sürüşərək yerə yıxılıb qolu əzildiyi üçün 10 mart 2023-cü il tarixdə axşam saatlarında bu zəmində aralarında sözlü mübahisə yaranmışdır. 11 mart 2023-cü il tarixdə səhər saatlarında qayınanası Zərərçəkmiş şəxs1 ona zəng edərək Zərərçəkmiş şəxs3 səhhəti ilə maraqlanmış, o isə sonuncunun səhhətinin yaxşı olduğunu Zərərçəkmiş şəxs1 demişdir. Bir qədər sonra qaynı Zərərçəkmiş şəxs2 ona zəng edərək Zərərçəkmiş şəxs3 ilə mübahisə edib-etməmələrini soruşmuş, o isə sonuncu ilə mübahisə etmədiklərini Zərərçəkmiş şəxs2 demişdir. Həmin tarixdə saat təxminən 14 radələrində yaşadığı fərdi yaşayış evində olarkən qayınanası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 həmin evə gəlmişlər və Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 hazırlaşmasını və birlikdə Gəncə şəhərinə gedəcəklərini demişdir. O, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşmuş, sonuncu isə qızını döyməsini bildirərək qeyd olunan səbəbə görə qızını yaşadığı Gəncə şəhərinə aparacağını ona bildirmişdir. O, qayınanası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2la birlikdə yataq otağına keçib orada məsələni aydınlaşdıran zaman anası Şahid1 da həmin otağa daxil olaraq Zərərçəkmiş şəxs1 övladının ailə həyatına müdaxilə etdiyi üçün öz iradını bildirmiş, ardınca isə qeyd olunan otağı tərk etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs3 qolundan tutaraq Zərərçəkmiş şəxs1 arvadını aparmağa icazə vermədiyini bildirmiş və sonuncudan həmin evi tərk edib getməsini tələb etmişdir. Bu zaman əvvəlcə Zərərçəkmiş şəxs2 ona tərəf gəldikdə o, üzərində olan bıçağı çıxarıb sonuncuya 1-2 dəfə bıçaqla zərbə vurmuş, ardınca isə Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs1 da ona tərəf gəldikləri üçün əvvəlcə həmin bıçaqla Zərərçəkmiş şəxs3 bir zərbə, daha sonra isə Zərərçəkmiş şəxs1 da bir zərbə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 otağı tərk etmişlər, bir müddət sonra isə təcili yardım avtomobili oraya gələrək həmin şəxsləri xəstəxanaya aparmışdır. Daha sonra isə o, atası ilə birlikdə polis şöbəsinə gəlmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs1 onun anası, Zərərçəkmiş şəxs2 isə onun qardaşıdır. Anası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində yaşayırlar. O, 02 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla evlənmiş və birgə nikahlarından 05 fevral 2023-cü il tarixdə bir övladı doğulmuşdur. O, 09 mart 2023-cü il tarixdə Yevlax şəhərində yerləşən yaşadıqları fərdi yaşayış evində olan zaman əyləşdiyi stuldan sürüşərək yerə yıxılıb qolu əzildiyi üçün 10 mart 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs belinə bağlaması üçün müvafiq tibbi predmet almasını xahiş etmiş, sonuncu isə maddi imkanı olmadığı üçün ala bilməyəcəyini demişdir. Bundan sonra o, bununla bağlı anası Nazənin Həsənovdan xahiş edəcəyini dedikdə, Təqsirləndirilən şəxs buna razı olmamış və bu zəmində aralarında sözlü mübahisə yaranmışdır. 11 mart 2023-cü il tarixdə səhər saatlarında o, anası ilə telefonla danışaraq bu haqda məlumat vermiş və yaşadıqları evə gəlməsini xahiş etmişdir. Həmin tarixdə saat təxminən 14 radələrində anası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 onların yaşadıqları fərdi yaşayış evinə gəlmiş və anası Zərərçəkmiş şəxs1 onu yaşadıqları Gəncə şəhərinə aparmaq üçün gəldiklərini və bir müddət qaldıqdan sonra yenidən gətirəcəyini qayınanası Şahid1 demiş, sonuncu isə buna etiraz edərək ona getməyəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bu məsələyə aydınlıq gətirmək üçün yataq otağına getmişlər, bir müddət sonra isə Şahid1 da həmin otağa daxil olsa da Təqsirləndirilən şəxs göstərişi ilə sonuncu qeyd olunan otağı tərk etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 onu Gəncə şəhərinə aparmaq üçün gəldiyini və bir müddət qaldıqdan sonra yenidən gətirəcəyini Təqsirləndirilən şəxs demiş, sonuncu isə bununla razılaşmamış və onun bu evdən getməyəcəyini bildirmişdir. Həmin vaxt o da Təqsirləndirilən şəxs anası ilə birlikdə Gəncə şəhərinə gedib bir müddət orada qaldıqdan sonra yenidən geri qayıdacağını demiş, lakin Təqsirləndirilən şəxs yenə də razı olmamışdır. Bundan sonra bu zəmində aralarında mübahisə baş vermiş, bu zaman Təqsirləndirilən şəxs bıçağı çıxarıb ona tərəf gələn zaman onun qardaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşısında dayanmış və həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bıçaqla zərbə vurmuşdur. Ardınca isə o və anası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəf yaxınlaşan zaman sonuncu əlindəki bıçaqla ona və anası Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. Bundan sonra onlar otaqdan çölə çıxmışlar, bir müddət sonra isə oraya gəlmiş təcili tibbi yardım maşını ilə Zərərçəkmiş şəxs2 Yevlax Şəhər Mərkəzi xəstəxanasına göndərib özləri də oraya getmişlər və orada müayinə və müalicə olunmuşlar. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onun övladları, Təqsirləndirilən şəxs isə onun kürəkənidir. Qızı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs 02 aprel 2022ci il tarixdə evlənmişlər və həmin vaxtdan Yevlax şəhərində yaşayırlar. O isə Gəncə şəhərində yaşayır. 11 mart 2023-cü il tarixdə səhər saatlarında qızı Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsilə əlaqə saxlayan zaman sonuncu yaşadığı fərdi yaşayış evinə gələrək Gəncə şəhərinə aparmasını ona bildirmiş, o da bu məqsədlə qızının yaşadığı Yevlax şəhərində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs3 nə baş verdiyini soruşmuş, sonuncu isə Təqsirləndirilən şəxsla sözlü mübahisə etmələrini və bu səbəbdən də bir müddət Gəncə şəhərində qalıb yenidən Yevlax şəhərinə geri qayıtmaq istədiyini demişdir. Daha sonra yataq otağına keçib bu məsələni aydınlaşdıran zaman Zərərçəkmiş şəxs3 bir müddət Gəncə şəhərində qalıb yenidən Yevlax şəhərinə geri qayıtmaq istədiyini Təqsirləndirilən şəxs demiş, lakin sonuncu buna öz etirazını bildirmiş və icazəsi olmadan Zərərçəkmiş şəxs3 heç yerə getməyəcəyini bildirmişdir. Bu zəmində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs3 arasında mübahisə yaranmış və bu zaman Təqsirləndirilən şəxs əlində bıçağı tutub Zərərçəkmiş şəxs3 tərəf gedən zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəf yaxınlaşmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi vurmuş, ardınca isə o, və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəf getdikdə sonuncu əlindəki bıçaqla ona və Zərərçəkmiş şəxs3 da qeyd olunan bıçaqla zərbələr vurmuşdur. Bundan sonra onlar otaqdan çölə çıxmışlar, bir müddət sonra isə oraya gəlmiş təcili tibbi yardım maşını ilə Zərərçəkmiş şəxs2 Yevlax Şəhər Mərkəzi xəstəxanasına göndərib özləri də oraya getmişlər və orada müayinə və müalicə olunmuşlar. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anası, Zərərçəkmiş şəxs3 onun bacısı, Təqsirləndirilən şəxs isə onun qaynıdır. Bacısı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə evlənmişlər və həmin vaxtdan Yevlax şəhərində yaşayırlar. O isə Gəncə şəhərində yaşayır. 11 mart 2023-cü il tarixdə saat 12 radələrində anası Zərərçəkmiş şəxs1 ona zəng edərək bacısı Zərərçəkmiş şəxs3 Yevlax şəhərində yerləşən yaşadığı fərdi yaşayış evini tərk edib Gəncə şəhərinə gəlmək istədiyini qeyd edərək bu məsələni dəqiqləşdirmək məqsədilə sonuncunun yaşadığı Yevlax şəhərinə getmələrini məsləhət görmüşdür. Daha sonra o, anası ilə birlikdə bacısının Yevlax şəhərində yaşadığı fərdi yaşayış evinə getmişlər. Orada olan zaman Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 nə baş verdiyini soruşmuş, sonuncu isə Təqsirləndirilən şəxsla sözlü mübahisə etmələrini, bu səbəbdən də bir müddət Gəncə şəhərində qalıb yenidən Yevlax şəhərinə geri qayıtmaq istədiyini demişdir. Daha sonra yataq otağına keçib bu məsələni aydınlaşdıran zaman Zərərçəkmiş şəxs3 bir müddət Gəncə şəhərində qalıb yenidən Yevlax şəhərinə geri qayıtmaq istədiyini Təqsirləndirilən şəxs demiş, lakin sonuncu buna öz etirazını bildirmiş və icazəsi olmadan Zərərçəkmiş şəxs3 heç yerə getməyəcəyini bildirmişdir. Bu zəmində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs3 arasında mübahisə yaranmış və bu zaman Təqsirləndirilən şəxs əlində bıçağı tutub Zərərçəkmiş şəxs3 tərəf gedən zaman o, Səbuhi Bağırova tərəf yaxınlaşmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs əvvəlcə ona bıçaq zərbəsi vurmuş, ardınca isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs tərəf getdikdə sonuncu əlindəki bıçaqla onlara da qeyd olunan bıçaqla zərbələr vurmuşdur. Bundan sonra onlar otaqdan çölə çıxmışlar, bir müddət sonra isə oraya gəlmiş təcili tibbi yardım maşını ilə o, Yevlax Şəhər Mərkəzi xəstəxanasına aparılmış, bir müddət sonra isə bacısı ilə anası da xəstəxanaya gəlmişlər və orada müayinə və müalicə olunmuşlar. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs3 onun gəlini, Zərərçəkmiş şəxs1 gəlininin anası, Zərərçəkmiş şəxs2 isə gəlininin qardaşıdır. Oğlu Təqsirləndirilən şəxsla gəlini Zərərçəkmiş şəxs3 02 aprel 2022-ci il tarixdə evlənmişlər və həmin vaxtdan Yevlax şəhərində yaşayırlar. Birgə nikahlarından 05 fevral 2023-cü il tarixdə bir övladları doğulmuşdur. 09 mart 2023-cü il tarixdə gəlini Zərərçəkmiş şəxs3 yaşadıqları evdə stulda əyləşmək istəyərkən sürüşərək döşəmənin üzərinə yıxılmış və sol qolu əzilmişdir. 11 mart 2023-cü il tarixdə səhər saatlarında gəlini Zərərçəkmiş şəxs3 anası ilə telefonla danışdığını və anasına onu Gəncə şəhərinə aparmasını dediyini bildirmiş, o isə uşağın yeni doğulduğunu və özünün də köməklik etdiyini bildirərək anasının yaşadığı Gəncə şəhərinə getməsinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs3 isə bir müddət Gəncə şəhərində qalmaq istədiyini ona demişdir. Həmin tarixdə saat təxminən 14 radələrində Zərərçəkmiş şəxs3 anası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 onların Yevlax şəhərində yaşadıqları fərdi yaşayış evinə gəlmişlər. Daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 döyməsi səbəbindən sonuncunu yaşadıqları Gəncə şəhərinə aparmaq istədiyini bildirmiş və bu məqsədlə Zərərçəkmiş şəxs3 hazırlaşmasını məsləhət görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs3 ilə aralarında hər hansı problemin olub-olmamasını müəyyənləşdirmək üçün yataq otağına getmələrini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bildirmiş və birlikdə həmin otağa getmişlər. Orada olan zaman o da həmin otağa daxil olaraq Zərərçəkmiş şəxs1 övladının ailə həyatına müdaxilə etdiyi üçün öz iradını bildirmiş, ardınca isə Təqsirləndirilən şəxs təkidi ilə qeyd olunan otağı tərk etmişdir. Bir qədər sonra əvvəlcə Təqsirləndirilən şəxs otaqdan çıxmış, ardınca isə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da otağı tərk edərək küçəyə qaçmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə vaxtı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bıçaqla zərbələr vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 11 mart 2023-cü il tarixli raportdan görünür ki, ünvan 4a yaşayan X2 həmin tarixdə saat 14:15-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək onunla qonşuluqda yaşayan şəxsə bıçaqla xəsarət yetirilməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 11 mart 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 15:30-da “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Yevlax Rayon Polis Şöbəsinə Zərərçəkmiş şəxs1 sol döş qəfəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, Zərərçəkmiş şəxs2 qarın boşluğunun ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, Zərərçəkmiş şəxs3 isə sol döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsarətlərini alması ilə bağlı məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evidir. Baxışda iştirak edən Şahid1 fərdi yaşayış evinin yataq otağını göstərək hadisə vaxtı Təqsirləndirilən şəxs məhz həmin otaqda Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bıçaqla xəsarətlər yetirdiyini bildirdi. Baxış keçirilən zaman iş üçün əhəmiyyətli olan hər hansı əşya və ya predmet aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakt üzrə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş əşyanın götürülməsi və ona baxış keçirilməsi haqqında 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarətlər yetirən zaman istifadə etdiyi bir ədəd bıçaq qara rəngli olmaqla tiyə və dəstək hissələrdən ibarətdir. Bıçağın tiyəsinin uzunluğu 102 mm, orta hissəsinin eni 20 mm, qalınlığı 2,5 mm, dəstəyinin uzunluğu 133 mm, orta hissəsinin eni 24 mm, orta hissədə qalınlığı isə 8 mm-dir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 mart 2023-cü il tarixli PHŞ-1568/23 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 11 mart 2023-cü il tarixdə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemopnevmotoraks xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 mart 2023-cü il tarixli PHŞ-1569/23 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 11 mart 2023-cü il tarixdə qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, acı bağırsağın zədələnməsi, hər iki periton arxası sahənin hematoması xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 13 mart 2023-cü il tarixli PHŞ-1570/23 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs3 11 mart 2023-cü il tarixdə döş qəfəsinin sağ yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsindən CM-in 126.2.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 16 mart 2023-cü il tarixli 119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onda “qarının ön divarının iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, 11 mart 2023-cü il tarixdə deşicikəsici alətin, ola bilsin yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmiş, yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətinə görə dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, habelə “döş qəfəsinin arxa səthinin periton arxasına nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası” diaqnozu ilə, 11 mart 2023-cü il tarixdə deşici-kəsici alətin, ola bilsin yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmiş, səhhətin uzun müddət pozulmasına səbəb olduğu üçün dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 16 mart 2023-cü il tarixli 120 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı onda “döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, 11 mart 2023-cü il tarixdə deşici-kəsici alətin, ola bilsin yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmiş, yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətinə görə dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, habelə “döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, 11 mart 2023-cü il tarixdə deşicikəsici alətin, ola bilsin yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmiş, səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 16 mart 2023-cü il tarixli 121 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onda “döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə, 11 mart 2023-cü il tarixdə deşici-kəsici alətin, ola bilsin yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmiş, yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətinə görə dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş əşyanın götürülməsi və ona baxış keçirilməsi haqqında 26 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd koftanın üzərində bir ədəd zədə və qanabənzər ləkələr, hadisə vaxtı Zərərçəkmiş şəxs2 əynində olmuş bir ədəd maykanın üzərində zədələr və qanabənzər ləkələr, hadisə vaxtı Zərərçəkmiş şəxs3 əynində olmuş bir ədəd koftanın üzərində zədələr və qanabənzər ləkələr aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 aprel 2023-cü il tarixli 250 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı ruhi xəstəlik keçirmir. Hadisəni törədən zaman onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq, o, ruhi xəstəlik keçirmədiyindən öz hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik-trasoloji ekspertizasının 23 may 2023-cü il tarixli 3/753; 3/754 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində «Zərərçəkmiş şəxs2 məxsus» yazı qeydləri olan bir ədəd maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd maykanın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaqla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Təqdim edilmiş bir ədəd maykanın səthində olan və yuxarıda təsvir edilmiş zədələr Zərərçəkmiş şəxs2 barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlərlə qismən üst-üstə düşürlər. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində «Zərərçəkmiş şəxs3 məxsus» yazı qeydləri olan bir ədəd koftanın arxa hissəsinin yuxarı tərəfində olan rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd koftanın səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaqla təsir nəticəsində yaranıbyaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd koftanın səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə aşağı istiqamətlərdə olmaqla yetirilmişdir. Təqdim edilmiş bir ədəd koftanın səthində olan və yuxarıda təsvir edilmiş bir ədəd zədə Zərərçəkmiş şəxs3 barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan iki ədəd xəsarətdən biri ilə qismən üst-üstə düşür. Tədqiqata təqdim edilmiş bağlamanın üzərində «Zərərçəkmiş şəxs1 məxsus» yazı qeydləri olan bir ədəd koftanın arxa hissəsinin yuxarı sol tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd koftanın səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaqla təsir nəticəsində yaranıbyaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd koftanın səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə aşağı istiqamətlərdə olmaqla yetirilmişdir. Təqdim edilmiş bir ədəd koftanın səthində olan və yuxarıda təsvir edilmiş bir ədəd zədə Zərərçəkmiş şəxs1 barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlə qismən üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.2.1-ci maddəsindən CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrinə tövsif edilmiş və barəsində CM-in 126.2.4, 221.2.1, 221.2.2, 221.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 19 aprel 2023-cü il tarixli PHŞ-2530/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Mərkəzi Xəstəxanasının Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuş və iki nəfər zərərçəkmiş şəxslərin sağlamlığına insan həyatı üçün təhlükəli olan ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən təkrarən ağır zərər vurmuşdur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə vaxtı qayınanası ilə qaynının onun üzərinə gələrək ona əl-qol atmağa başlamasından sonra həmin şəxslərin çıxıb getmələri üçün qorxutmaq məqsədi ilə onlara xəsarətlər yetirdiyini bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə hadisə vaxtı bıçağı çıxarmaqda niyyətinin qaynı ilə qaynanasını qorxutmaq və onların çıxıb getmələrinə nail olmaq olduğunu, bıçağı çıxaranda qaynının ona tərəf gəldiyini, arvadına, qaynına və qayınanasına hansı formada bıçaqla xəsarətlər yetirməsini özünün də bilmədiyini, hadisə zamanı şok vəziyyətində olduğunu, hadisə vaxtı bıçaqla hər hansı şəxsə xəsarət yetirməsindən xəbərinin olmadığını və bıçağın onlara dəydiyini hiss etmədiyini demişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ifadələri ilə də Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi həmin xüsusatlar təkzib olunmuşdur. Həmçinin qeyd etmək zəruridir ki, “zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi” və “xüsusi amansızlıq” anlayışlarına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarında (bundan sonra – Qərar) aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın 7-ci bəndinə əsasən, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Bu Qərarın 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələri ilə tövsifi düzgün hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirini boynuna almaqla könüllü gəlmə haqqında 11 mart 2023-cü il tarixli protokolda Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla Yevlax Rayon Polis Şöbəsinə könüllü gələrək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bıçaqla xəsarətlər yetirdiyini etiraf etməsi göstərilmişdir. Həmin xüsusat araşdırılan zaman əslində hadisə barədə polis əməkdaşlarına məlumatın digər şəxs tərəfindən verilməsi öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 11 mart 2023-cü il tarixli raportda ünvan 4a yaşayan X2 tərəfindən həmin tarixdə saat 14:15-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edilərək onunla qonşuluqda yaşayan şəxsə bıçaqla xəsarətin yetirilməsi barədə məlumatın verildiyi qeyd olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 11 mart 2023-cü il tarixli raportda da həmin tarixdə saat 15:30-da “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Yevlax Rayon Polis Şöbəsinə Zərərçəkmiş şəxs1 sol döş qəfəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, Zərərçəkmiş şəxs2 qarın boşluğunun ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, Zərərçəkmiş şəxs3 isə sol döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsarətlərini alması ilə bağlı məlumatın daxil olduğu göstərilmişdir. Eyni zamanda Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində dindirlərkən verdiyi ifadəsində polis əməkdaşlarının xəstəxanada işləyən şəxslərdən baş vermiş hadisə barədə məlumat aldıqdan sonra yaşadıqları fərdi yaşayış evinə gəldiklərini və oğlunun hadisə barədə məlumat verib təslim olduğunu qeyd etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, qeyd olunan hal Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması hesab oluna və CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 iyul 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncuya qarşı heç bir şikayətlərinin və tələblərinin olmadığını bildirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Füzuli küçəsi, 1/22 nömrəli evdə qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş nikah haqqında şəhətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 01 sentyabr 2022-ci ildə nikah bağlamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən X1 adına tərtib olunmuş doğum haqqında şəhətnamənin surətindən görünür ki, Mələk Həsənovanın atası Təqsirləndirilən şəxs, anası isə Zərərçəkmiş şəxs3dır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzasının ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, məhz cinayətin üsulu kimi bıçaqdan istifadə edilməsini, xəsarət yetirilmiş şəxslərin və yetirilən bədən xəsarətlərinin sayını, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs məhz həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 11 mart 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 11 mart 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd köynək, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kofta və Zərərçəkmiş şəxs3 məxsus bir ədəd kofta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 162 (yüz altmış iki) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 162 (yüz altmış iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd köynək, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kofta və Zərərçəkmiş şəxs3 məxsus bir ədəd kofta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 162 (yüz altmış iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-208/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-208/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver