Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-209/2023 03.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən külli miqdar daxil olmaqla narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edildiyi halda, həmçinin həmin qanunun 2-ci siyahısının 67-ci bəndinə əsasən külli miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edildiyi halda satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 120,801 qram – kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 28,915 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, narkotik vasitə heroini bükümlərə ayıraraq təmiz çəkisi 120,442 qram hissəsini qara rəngli sellofan bükümdə əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində, təmiz çəkisi 0,359 qram hissəsini sellofan bükümdə əynindəki həmin gödəkçənin sağ yan üst cibində, şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 28,915 qram olan psixotrop maddə metamfetamini əynində həmin gödəkçənin sol yan cibində saxlayaraq daşımış, 25 fevral 2023-cü il tarixdə saat 03 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 09:25-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı üzərində saxladığı ümumilikdə 120,801 qram yəni külli miqdarda narkotik vasitə heroin və 28,915 qram yəni külli miqdarda psixotrop maddə metamfetamin həmçinin gödəkçəsinin sağ yan üst cibindən içərisində təmiz çəkisi müəyyən olunmayan cüzi metamfetamin hissəcikləri olan 01 (bir) ədəd şüşə lampa aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmiş, gecə saat 04 radələrində Mingəçevir şəhərinə qayıtmışdır. Mingəçevir şəhərinə gəldiyi taksini post patrul xidmətinin əməkdaşları saxladıqdan sonra onu Mingəçevir şəhər Polis Şöbəsinə aparmışlar. Mingəçevir şəhər polis şöbəsində polis əməkdaşlarının təsiri altında narkotik vasitələrin özünə məxsus olmasını bildirmiş, polislər ona əks təqdirdə evinə narkotik vasitə qoyduraraq ailə üzvlərini də cəlb edəcəklərini bildirmişlər. Məcburiyyət qarşısında qalaraq polis əməkdaşları ilə razılaşmış, bundan sonra müdafiəçi dəvət edərək çəkiliş aparmışlar. Üzərində 0,4-0,5 qram narkotik vasitə olmuş, qalan narkotik vasitəni polis əməkdaşları üzərinə qoymuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında "İnstagram" sosial şəbəkəsində özünə məxsus "hilalasgerov" profili ilə daxil olaraq tanış olduğu özünü Fərhad kimi təqdim edən İran İslam Respublikası vətəndaşına məxsus -**********23 saylı nömrəsinə "Whatsap” vasitəsi ilə mesaj yazıb 130 qram heroin və 30 qram metamfetamin almaq istədiyini bildirmiş, Fərhad da heronin və metamfetaminin hər birinin qramını 16 manatdan ona sata biləcəyini demişdir. Fərhada cəmi 1500 manat pul göndərə biləcəyini, qeyd edilən çəkidə narkotik vasitə və psixotrop maddə sata bilərsə, pulunu kartla göndərməyi təklif etmiş, Fərhad da onun təklifini qəbul etmişdir. Fərhad ona Bakı şəhərinə gedib oradan narkotik vasitələri təyin olunmuş yerdən götürməsini bildirdikdən sonra həmin gün saat 15 radələrində Mingəçevir şəhərindən "Mercedes E" markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücüyə 60 manat pul verib ikisi Bakı şəhərinə yola düşmüşlər. Təxminən 4 saata Bakı şəhərinə avtovağzalın yanına çatdıqda sürücüyə 60 manat pul verib, mobil nömrəsini alaraq geri qayıdarkən Bakı şəhərində olsa birlikdə qayıtmaq məqsədilə əlaqə saxlayacağını bildirdikdən sonra oradan tanımadığı başqa taksi ilə Bakı şəhəri Nərimanov rayon ərazisinə getmişdir. Orada küçələrin birində yerləşən "MilliÖn" terminalı vasitəsi ilə Fərhadın "Whatsap" vasitəsi ilə ona göndərdiyi "Leobank" kart hesabına 1500 manat pul göndərdikdən sonra Fərhad "Whatsap" vasitəsi ilə ona hava limanı tərəfdə yerləşən bir sahənin şəkilini atıb və bundan əlavə ona həmin ərazinin konum deyilən məkanını da göndərmiş, taksi ilə Fərhadın göndərdiyi məkana getmişdir. Həmin yerə çatmamış təxminən 20 metr qalmış, taksi sürücüsünü saxladaraq avtomobildən enib şəkildəki həmin yerə getmiş, yer zibillik kimi bir sahə olmaqla şəkildə işarələnmiş yerdə bir ədəd sellofan büküm olmasını görüb götürmüşdür. Bükümü yerdən götürüb içərisinə baxanda içərisində iki ədəd sellofan büküm olmasını, hər birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olmasını görmüşdür. Həmin bükümləri götürdükdən sonra yenidən Bakı şəhəri Nərimanov rayonu ərazisinə gəlmiş, onu Bakı şəhərinə gətirən taksi sürücüsünə zəng edərək harada olmasını soruşmuşdur. Sürücü Bakı şəhərində avtovağzalın yanında olmasını bildirdikdən sonra sonuncuya gəlib onu Nərimanov rayonundan götürməsini və birlikdə Mingəçevir şəhərinə qayıtmağı bildirmişdir. Taksi gəlib onu həmin yerdən götürdükdən sonra sürücüyə 50 manat verəcəyini deyib, əlavə sərnişin götürməsi üçün avtovağzalın yanından getməyi təklif etmişdir. Avtovağzala gəldikdən sonra oradan Mingəçevir şəhərinə gedən Günel adlı şəxsi də götürüb birlikdə Mingəçevir şəhərinə gəlmişlər. Birlikdə Mingəçevir şəhərinə gələrkən Kürdəmir rayonu ərazisində, restoranda dayanmışlar, sanitar qovşağa gedərkən heroin bükümünün içərisindən bir qədər götürüb başqa bir sellofan bükümə töküb və onu da büküb başqa cibinə qoymuş, sonra isə metamfetamin bükümünün içərisindən bir qədər götürüb, cibində daim gəzdirdiyi şüşə lampanın içərisinə töküb tüstüsünü çəkməklə istifadə etmişdir. Qalan bükümləri cibinə qoyub, avtomobilə geri qayıtmış, Mingəçevir şəhəri istiqamətinə yola düşmüşlər. Şəhərin giriş hissəsində yerləşən "Azpetrol" yanacaq doldurma məntəqəsinə çatmağa az qalmış saat 03 radələrində avtomobilə başqa bir avtomobil saxlama işarəsi vermiş, sürücü avtomobili saxladıqda onları saxlayan şəxslər polis əməkdaşları olmasını görmüşdür. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə məlumat olmasını buna görə də polis şöbəsinə dəvət etmişlər. Taksi sürücüsü və Günel adlı qadın ilə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin ciblərindən içərisində narkotik vasitə və psixotrop maddə olan kütlələr polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Üzərində saxlayaraq daşıdığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamini özü üçün istifadə etmək məqsədi ilə almış, satış məqsədi olmamışdır. Polis şöbəsində olarkən o, polis əməkdaşı Emir adlı şəxsin otağında bir neçə saat gözləmiş və həmin müddət ərzində ona hər hansı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Mİngəçevir şəhərində poçt deyilən yerdə dayanıb Bakı şəhərinə gedən müştəri gözləyərkən adını sonradan Hilal olduğunu bildiyi şəxs ona yaxınlaşıb təcili Bakı şəhərinə getməli olduğunu və 60 manat pul verəcəyini bildirib sərnişin götürmədən sonuncunu Bakı şəhərinə aparmasını xahiş etmiş, Hilalın təklifi ilə razılaşaraq Bakı şəhərinə yola düşmüşlər. Saat 19 radələrində Bakı şəhərinə çatdıqdan sonra Bakı şəhər avtovağzalında adının sonradan Günel olduğunu bildiyi şəxs avtomobilə əyləşmiş, həmin qızı Hilal danışaraq oraya dəvət etmişdir. Hilal işləri olmasını və işlərini qurtardıqdan sonra əlaqə saxlayıb Mingəçevir şəhərinə geri qayıtmalarını bildirdikdə sonuncu ilə razılaşmış, daha sonra Hilal Nərimanov rayon ərazisində düşəcəyini bildirib yolunu Hilalın göstərdiyi otelə getmişlər. Oteldə Hilal və Günel avtomobildən düşmüş, o isə avtomobildə əyləşib gözləmişdir. Təxminən 2 saat sonra atası ona zəng edərək müştəri Hilal gec qayıdacaqsa sonuncunu gözləmədən birlikdə Mingəçevir şəhərinə qayıtmalarını təklif etmiş, buna görə də Hilala zəng edib və gec gələcəyi təqdirdə getmək istədiyini bildirmişdir. Hilal da tezliklə gələcəyini və gözləməsini bildirmiş, otelin qarşısında Hilalı gözlədikdən bir qədər sonra Hilal və yanında olan Günel adlı qadın birlikdə avtomobilə gəlib əyləşmişlər. Saat 23 radələrində Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşmüş, bir dəfə Hacıqabul rayon ərazisində dayanıb təbii ehtiyaclarını ödədikdən sonra yola davam etmişlər. Daha sonra yola davam edib və yenidən Kürdəmir rayon ərazisində kafelərin birində dayanmış, Hilal, Günel və o, hər üçü avtomobildən düşdükdən təxminən 10 dəqiqə sonra yenidən avtomobilə əyləşib yola davam etmişlər. Saat 03-04 radələrində Mingəçevir şəhər ərazisinə daxil olub şəhərin H.Əliyev prospektində olarkən alaqapı adlanan ərazidə yolda olarkən polis əməkdaşları onları saxlatmış, təhlükəsizlik kəməri taxmadığı üçün saxladılmasını zənn edib dayandıqda başqa avtomobil də yaxınlıqda dayanaraq onlara yaxınlaşıb polis əməkdaşları olmasını bildirib onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları Hilalı avtomobildən düşürüb başqa avtomobilə əyləşdirmiş, Günel və o, öz avtomobilində qalmaqla polis əməkdaşlarının müşayiəti ilə polis şöbəsinə getmişlər. Polis şöbəsinin inzibati binasında ikinci mərtəbədə əyləşmiş və müdafiəçinin gəlməsini gözləmişdir. Həmin vaxt onunla yanaşı eyni otaqda olmasalar da Günel və Hilal da polis şöbəsinin inzibati binasında ikinci mərtəbədə ayrı-ayrı otaqlarda olmuşlar. Müdafiəçi gəldikdən sonra hər üçü polis şöbəsinin inzibati binasının 1-ci mərtəbəsinə düşmüş və orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs cibindən narkotik vasitə olan bükümü çıxardıb təqdim edərək narkotik vasitə olmasını, Günelə və ona aidiyyatı olmamasını bildirmişdir. Onun və Günelin üzərinə şəxsi axtarış, həmçinin ona məxsus nəqliyyat vasitəsinə baxış keçirilən zaman hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 24 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərində narkotik vasitə alaraq satmaq məqsədilə Mingəçevir şəhərinə gətirəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3, PPXB-nün manqa komandiri Şahid5 və PPXB-nün polis nəfəri Şahid6 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Mingəçevir şəhər H.Əliyev prospektində “Azpetrol” YDM-nin yaxınlığında Hilalın gəldiyi Mercedes Benz markalı **-HA-*** qeydiyyat nişanlı avtomobil şəhərə daxil olarkən tərəflərindən saxlanılmış, avtomobildə olan sürücü Şahid1, sərnişinlər Təqsirləndirilən şəxs və Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları barədə polis şöbəsinə məlumat daxil olması bildirilib Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən gecə saatlarında müdafiəçinin iştirakının mümkünsüzlüyü qənaətinə gəldikləri üçün şöbənin ikinci mərtəbəsində o və Şahid3 Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 Şahid1 və Şahid2 nəzarət altında saxlamış, saat 08 radələrində Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 Mingəçevir ŞPŞ-nin TB-nə təqdim olunmuşdur. Şahid1 üzərinə şəxsi axtarış və götürmə nəqliyyat vasitəsinə baxış keçirilmiş şəxsi axtarış və götürmə habelə nəqliyyat vasitəsinə baxış zamanı üzərindən yaxud nəqliyyat vasitəsindən hər hansı qanunla daşınması saxlanması qadağan edilmiş əşya aşkar olunmamışdır. Daha sonra şübhəli Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Şahid7 tərəfindən şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitə və psixotrop maddəni internet vasitəsilə tanış olduğu İran vətəndaşı kimi özünü təqdim etmiş Fərhad adlı şəxsdən sonuncunun kartına 1500 manat pul vurmaqla xx.xx.2023-cü il tarixdə Bakı şəhərində Aeroport yolunun yaxınlığında qoyulmuş yerdən götürməklə almasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış və Şahid2 üzərinə keçirilən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid3, Post patrul Xidmət Bölüyündə polis nəfəri işləyən Şahid5, Şahid6 Rəfael oğlu və Təhqiqat Bölməsinin təhqiqatçısı işləyən Şahid7 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli 17/216 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlələr “”sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf rəngli və 01 (bir) ədəd qara rəngli sellofan bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0,359 qram, 120,442 ümumi təmiz çəkisi 120,801 qram olan maddələr kustar üsalla hazırlanmış narkotik vasitə-heroinlərdir, digər 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi – 28,915 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetaminindir. Başlığına 1 manatlıq əskinasdan hazırlanmış boruşəkilli bükülü keçirilən 01 (bir) ədəd şüşə lampanın içərisindəki cüzi miqdarda maddə hissəcikləri metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şəffaf rəngli və 01 (bir) ədəd qara rəngli sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd şüşə lampa hissəsinin içərisində olan metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlə 01 (bir) ədəd sellofan bükümdəki metamfetaminin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 516 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan “Asılılıq Sindromu” (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 171 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hər hansı bir ruhi xəstəliyi keçirmir. Hadisəni törədən zaman Təqsirləndirilən şəxs ruhi xəstəliyi keçirmədiyindən o, hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 25 fevral 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən qara rəngli sellofan bükümdə təmiz çəkisi 120,442 qram heroin, əynindəki həmin gödəkçənin sağ yan üst cibində sellofan bükümdə təmiz çəkisi 0,359 qram heroin, əynindəki həmin gödəkçənin sol yan cibindən şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 28,915 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu ilə götürülmüş “Redmi” markalı mobil telefonunun fayl idarəedici bölməsində olan fotoşəkillər içərisində 1 ədəd fotoşəkil aşkar olunmuşdur. Həmin fotoşəkildə qaranlıq ərazidə yol kənarında dirəyin dibində olan daşlara doğru fotoşəkildə sonradan əlavə edilmiş ox işarəsi ilə işarələnmiş yer göstərilmişdir. Həmin fotonun mobil telefonda yüklənmə tarixi 24 fevral 2023-cü il saat 20:10 olmaqla, fotoşəkilin yuxarı hissəsində “Whatsapp” tətbiqindən göndərilmiş fotoşəklin (ekran görüntüsünün götürməsi-screenshot) həmin fotoşəkili göndərmiş profil “FERXAD” olaraq qeyd edilmişdir. Bundan başqa mobil telefonun kontakt bölməsinə daxil olduqda “FERXAD” adı ilə yaddaşda olan mobil nömrə +98 905-705-4623 olması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, “Aztelekom.az internet saytına daxil olub beynəlxalq dövlətlərin telefon kodlarının siyahısına nəzər saldıqda siyahının 5-ci səhifəsində +98 kodu İran İslam Respublikasının beynəlxalq telefon kodu olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli anten məlumatlarının qeydə alıdığı Diskə baxış protokolundan görünür ki, diskdə olan anten yerdəyişmələri adlı 5 ədəd faylın sonuncusunu açdıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin aktiv olduğu məkan və saatlar qeyd edilmişdir. Həmin qeydlərə əsasən ***-***-**- ** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 08:03-dən 1507-dək olan müddət ərzində Mingəçevir şəhər X.Şuşinski küçəsində quraşdırılmış antenin əhatə dairəsində aktiv olmuş, həmin gün saat 1507-dən 1508-dək Mingəçevir şəhər H.Əliyev prospektində quraşdırılmış antenin əhatə dairəsində daha sonra müvafiq olaraq Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Hacıqabul və Qaradağ rayon ərazisində quraşdırılmış antenlərin əhatə dairəsində aktiv olmuş, həmin gün saat 1959-dan 2117-dək Bakı şəhər Nərimanov rayon Ə.Rəcəbli küçəsində quraşdırılmış antenin əhatə dairəsində aktiv olmuş, saat 2117-dən 2123-dək H.Əliyev prospektində quraşdırılmış antenin əhatə dairəsində, saat 2123-dən 2211-dək olan müddət ərzində Bakı şəhər Sabunçu rayon Sabunçu qəsəbəsində quraşdırılmış antenin əhatə dairəsində aktiv olmuş, saat 2211-dən etibarən Nərimanov rayon Ə.Rəcəbli küçəsində quraşdırılmış antenin əhatə dairəsində, daha sonra saat 2240dan etibarən Qaradağ rayon ərazisində quraşdırılmış anteninin daha sonra ardıcıl olaraq Qaradağ rayon, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon ərazisində quraşdırılmış antenlərin əhatə dairəsində aktiv olmuş xx.xx.2023-cü il tarixdə saat 0221dən etibarən Mingəçevir şəhər H.Əliyev prospektində Məcburi köçkünlər məhəlləsində quraşdırılmış antenin əhatə dairəsində aktiv daha sonra saat 09:32-dək Mingəçevir şəhər M.Füzuli, M.Ə.Sabir, S.Vurğun və N.Nərimanov prospketlərinin kəsişməsində yerləşən X12 yaxınlığında quraşdırılmış antenin əhatə dairəsində aktiv olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Əsgərov X3 şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya tətbiq olunaraq cəzası 06 (altı) ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin 10 mart 2023-cü il tarixli 362 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən “Digər psixoaktiv maddələrin qəbulu nəticəsində psixi və davranış pozuntusu. Asıllıq sindromu” diaqnozu üzrə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X10 09 mart 2023-cü il tarixli 343 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs X5-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 293 nömrəli arayışdan görünür ki, Əsgərov X3 şəhəri A.Məmmədov küçəsi ev 7a, mənzil 90-da qeydiyyatda olmaqla yaşamış, himayəsində 2016-cı ildə doğulmuş Hüseyn Əsgərov və 2017-ci ildə doğulmuş Ruslan Əsgərov adlı iki azyaşlı uşağı vardır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə edilmiş 25 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0915-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və psixotrop maddənin miqdarı, yəni həmin narkotik vasitənin şəxsi istehlak miqdarəndan dəfələrlə artıq olması, bir neçə bükümdə və çeşiddə olması, özünün də əvəllər narkotik vasitələrin satışına görə məhkum olunması onun aşkar olunan narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini bir daha təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması və polis əməkdaşlarının həmin narkotik vasitələri onun üzərinə qoymalarına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı sərbəst şəkildə narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmasını qeyd etməklə ona qarşı heç bir təsir-təzyiq olmadığını bildirmiş, həmçinin sonradan ona hər-hansı təsir və təzyiq olması barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora nə də ki, məhkəmə nəzarətini həyatə keçirən məhkəməyə müraciət etməmişdir. Hətta ibtidai istintaqın gedişi zamanı 30 may 2023-cü il tarixdə videoçəkilişlə dindirilən zaman eyni məzmunlu ifadə verərək narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, sonradan ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunduqdan sonra etiraz edərək heç bir sənədə imza etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs saat 04 radələrində X7 gətirilərək saat 0915-də şübhəli şəxs qismində tutulsa da onun müdafiə hüququ pozulmamış, ona qarşı polis əməkdaşları tərəfindən qanunsuzluğa yol verilməmişdir. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra dərhal şübhəli şəxs qismində tutulmamasının səbəbi həmin vaxt gecə saatlarında müdafiəçinin iştirakını təmin edə bilməmələri olmuşdur. Təqsirləndirilən şəxs mobil telefonunda aşkar olunmuş onun İran Respublikasına məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlaması, həmin nömrədən ona vapsap vasitəsilə konum göndərilməsi, yuxarıda da qeyd edildiyi kimi Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülənə kimi etirafedici ifadələr verməsi və anten dairəsinə dair məlumatların onun ifadəsi ilə üst-üstə düşməsi onun məhkəməyədək icraat zamanı səmimi və obyektiv ifadələr verdiyini bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 65.2-ci maddəsinə əsasən residivə görə təyin edilmiş cəzanın müddətinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməməsinə dair müddəasını da nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 fevral 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 120,701 qram narkotik vasitə olan heroin, çəkisi 28,865 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 01 (bir) ədəd içərisində metamfetamin hissəcikləri olan lampa məhv edilsin, “Redmi” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-209/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-209/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver