Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-21/2021 30.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Şəmsəddin oğlu, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, xx xxxxxx 1964-cü il tarixdə Ağdam rayonunun Pərioğullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələri ilə, xx xxxx 1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, Mingəçevir şəhərində yerləşən “Sübhan” adlı aptekdə əczaçı işləmiş, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri 998 nömrəli H/H-də qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşıb qanunsuz olaraq psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satma barədə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 2019-cu ilin təxminən dekabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən və şəraitdə Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı»na daxil olan təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 02 ədəd kasetdə ümumi 09 ampul psixotrop maddə «Relanium…Diazepamum 2 ml-lik», təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 04 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks…Diazepam 2 ml-lik», təsiredici maddəsinin təmiz çəkisi 1.0 qram təşkil edən 01 ədəd blisterdə 10 ədəd tablet psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatlarını, eləcə də Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na daxil olan külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə 100 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Actopentin…Gabapentin 300 mql», külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə 50 kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «Sirentin…Gabapentin…300 mql» dərman preparatlarını satış məqsədi ilə əldə edib arvadı X1 olmaqla fəaliyyətinə özünün gündəlik nəzarət etdiyi ünvan 3 ünvanında yerləşən «Sübhan» adlı aptekə daşımış, cinayətkar razılaşmaya əsasən qeyri-rəsmi əczaçı işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə «Müdir otağı» sözü yazılmış otaqdakı rəfdə təsiredici maddəsinin təmiz çəkisi 10 qram təşkil edən 01 ədəd blisterdə ümumi 10 ədəd tablet psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatını, aptekin sanitar qovşağının yanında yerləşən dərman saxlanılması üçün nəzərdə tutulmuş otaqdakı rəfdə isə təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 02 ədəd kasetdə ümumi 09 ampul psixotrop maddə «Relanium…Diazepamum 2 ml-lik» dərman preparatını, təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 04 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks…Diazepam 2 ml-lik» dərman preparatını, külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə ümumi 100 kapsul güclü təsir edən «Actopentin…Gabapentin 300 mql» dərman preparatını, külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə ümumi 50 kapsul güclü təsir edən «Sirentin…Gabapentin…300 mql» dərman preparatını satış məqsədi ilə gizlədərək saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 dekabr 2019-cu il tarixdə saat 20:05-də qeyri-rəsmi əczaçı kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 icazəsi və iştirakı ilə ünvan 3 ünvanında yerləşən «Sübhan» adlı aptekə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 «Müdir otağı» sözü yazılmış otaqdakı rəfdə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşımaqla saxladığı təsiredici maddəsinin təmiz çəkisi 10 qram təşkil edən 01 ədəd blisterdə ümumi 10 ədəd tablet psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatı, aptekin sanitar qovşağının yanında yerləşən dərman saxlanılması üçün nəzərdə tutulmuş otaqdakı rəfdən təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 02 ədəd kasetdə ümumi 09 ampul psixotrop maddə «Relanium…Diazepamum 2 ml-lik» dərman preparatı, təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 04 ədəd kasetdə ümumi 20 ampul psixotrop maddə «Diazepeks…Diazepam 2 ml-lik» dərman preparatı, külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə ümumi 100 kapsul güclü təsir edən «Actopentin…Gabapentin 300 mql» dərman preparatı, külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə ümumi 50 kapsul güclü təsir edən «Sirentin…Gabapentin…300 mql» dərman preparatı polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqının ilkin mərhələsində ifadə verməkdən və suallara cavab verməkdən imtina etdiyinə görə onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq olunmuşdur. İbtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs1 həm öz əlyazısı ilə yazdığı izahatında, həm də dövlət hesabına təyin olunan müdafiəçinin iştirakı ilə 16 dekabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayında Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində yerləşən «Sübhan» adlı apteki təsis etmiş, həmin aptek hazıra qədər fəaliyyət göstərmişdir. Aptekin təsis sənədləri həyat yoldaşı X3 adına rəsmiləşdirilsə də, faktiki olaraq aptekin bütün idarəçiliyi ona aid olmuş, apteki özü idarə etmişdir. Aptekin gündəlik fəaliyyətinə rəhbərliyi özü həyata keçirmiş, yoldaşının apteklə zərrə qədər də əlaqəsi olmamışdır. Aptekdə iki nəfər işçi olmuş, onlardan biri Təqsirləndirilən şəxs2, digəri isə Arzu adlı qadın olmuş, hər ikisi əczaçı olaraq fəaliyyət göstərmiş, Rəşadla əmək müqaviləsi olmamış, lakin Arzu ilə əmək müqaviləsi olmuş, hər iki şəxsi işə özü götürmüşdür. Aptek «Zeytun» firmasının lisenziyası əsasında fəaliyyət göstərmiş, amma psixotrop maddə və güclü təsir edən maddələrin satışı üçün aptekin xüsusi lisenziyası olmamışdır. Onun həm «Zeytun» firması ilə, həm də «Avromed» firması ilə müqaviləsi olmuş, yəni dərmanların hamısını bu iki firmadan almışlar. Həmin firmalardan dərmanları qaimə əsasında almış, həmin qaimədə aldıqları dərmanların sayı, növü və qiyməti göstərilmişdir. Aptekdə əczaçı işləyən Arzu həmin qaimədə göstərilən məlumatları aptekin kompüter bazasına daxil etmiş, bu barədə onu məlumatlandırmışdır. Arzu gün ərzində aptekdə nə qədər dərman satılırsa və həmin dərmanların satışından nə qədər gəlir əldə edilirsə, bunların hamısının da qeydiyyatını kompüterdə aparmış, bu barədə də hər gün onu məlumatlandırmışdır. Bir sözlə, aptekin fəaliyyətinə gündəlik nəzarəti özü həyata keçirmişdir. O, əvvəllər Maliyyə Nazirliyinin Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsinin rəisi işləmiş, həmin vaxt onun Kərimova Almaz adlı baş mühasibi olmuş və ona tabe olan işçi olmuşdur. O, Almaz xanımdan «Sübhan» adlı aptekə getməsini və orada təftiş aparmasını xahiş etmiş, yəni o, aptekdə yeyinti hallarına, özbaşınalıq hallarına yol verilib-verilmədiyini bilmək istəmişdir. Almaz da onun sözünə əsasən həmin aptekə getmiş, bir müddət orada yoxlama aparmışdır. Bir neçə gün əvvəl o, Mingəçevir şəhərində tanımadığı şəxsdən diazepus, relanium, fenobarbital, actopentin və sirentin dərmanları almış və həmin dərmanları aptekdə saxlamışdır. O, bu barədə aptekin işçisi Rəşada da demiş, yəni Rəşadın da bundan xəbəri olmuşdur. O, həmin dərmanların qadağan olunmuş dərmanlar olduğunu bilmiş, həmin dərmanların satışını həyata keçirmək üçün xüsusi razılıq almaq lazım olduğunu başa düşmüş, amma ehtiyacı olan adamlara satmaq üçün həmin dərmanları aptekə gətirib satışını təşkil etmək istəmişdir. Yəni bu hərəkəti ilə savab qazanmağı fikirləşmiş, lakin səhv hərəkət etmiş və hərəkətindən peşmançılıq hissi keçirmişdir. O, Mingəçevirdə tanımadığı adamdan həmin psixotrop və güclü təsir edən maddələri almış, sonra aptekə özü gətirib saxlamışdır. Həmin dərmanları aldığı şəxsi bir dəfə gördüyündən onun xarici əlamətləri yadında qalmamış, həmçinin həmin dərmanları aldığı qiyməti də xatırlamamışdır. O, həmin dərmanları alması barədə əczaçı Rəşada bildirmiş, ona həmin dərmanları hər adama satmamasını tapşırmışdır. İbtidai istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs1 müqavilə bağladığı müdafiəçilərinin iştirakı ilə 25 fevral 2020-ci il tarixdə verdiyi əlavə ifadəsində isə bildirmişdir ki, Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində yerləşən “Sübhan” apteki bir ilə yaxındır ki, yoldaşının adına olmuş, aptek son bir ilə qədər icarədə olmuş, lakin baxış keçirilən tarixdə aptek icarədə olmamışdır. Aptekin fəaliyyətinə yoldaşı və özü nəzarət etmiş, yoldaşı bəzən aptekdə olmuş, satılan dərmanların hesabını aparmışdır. Aptekdə Rəşid və Arzu adlı əczaçılar olmuş, Arzu 6 aydır, Rəşid isə aptek açılan vaxtdan işləmiş, aptekdə işlədiyi vaxtdan etibarən qanunsuz dərman satılmamış, hətta həmin əczaçılara həmin dərmanların satışını qadağan etmişdir. Aptekdə qanunsuz halların qarşısını almaq üçün özü və yoldaşı nəzarət etmiş, həmçinin qanunsuz halın qarşısını almaq üçün aptekin girişi də daxil olmaqla bir neçə yerdə kameralar qoyulmuşdur. Aptekdə gecə növbəsinə işçi axtarmış, Rəşadı hadisədən bir gün əvvəl tanımışdır. Rəşadı 15 gün sınaq müddəti ilə işə götürmüş, buna görə aralarında şifahi razılaşma olmuşdur. 15 dekabr 2019-da saat 19:20 radələrində yoldaşı ilə birlikdə Mingəçevir şəhəri Maqomayev küçəsində yaşayan anasının yanına getmiş, onun yanında söhbət etmiş, anası nasaz olduğunu demişdir. O, 19:40 radələrində dərman almaq üçün anasının evindən çıxmış, evin qabağında maşınına əyləşəndə 3 nəfər ona yaxınlaşmış, onlar Daxili İşlər Nazirliyinin əməkdaşları olduqlarını demiş, onu özlərinin avtomobillərinə əyləşdirmişlər. 2019-cu ilin 15-dən 16-na keçən gecə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, Rəşadın da orada olduğunu bilmiş, Rəşadın və onun nədə ittiham edildiyini bilməmiş, idarəyə gətirildiyi vaxtdan vəkillə təmin edilməmişdir. 16 dekabr 2019-cu ildə şübhəli şəxs kimi tutulmuş, amma onun vəkili olmamışdır. 16 dekabr 2019-cu ildə CM-in 234.2 və 240.3.2-ci maddələri ilə ittiham elan edilmiş, məhkəmə tərəfindən barəsində həbs seçilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olarkən onu yoldaşının qanunsuz gətiriləcəyi ilə bağlı dedikləri üçün həyəcanlı olmuş, narahat olduğu üçün ona verilən ittihamı qəbul etmişdir. Həbs olunan günə qədər Mingəçevir şəhəri üzrə maliyyə idarəsinin rəisi vəzifəsində işləmiş, aptekdə satılması üçün psixotrop maddə və güclü təsir edən maddə almamış, daşımamış və saxlamamışdır. Aptekdə tərəflərindən qanunsuz halların qarşısının alınması üçün müşahidə kameraları quraşdırılmış, həmin kameralar tutulduğu günə qədər işlək vəziyyətdə olmuşdur. Məhkəmə istintaqının sonrakı mərhələsində verdiyi sərbəst ifadəsində Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünün müqavilə bağlayaraq hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə verdiyi ifadəsini təsdiq edib ona uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, 30 ildən artıqdır ki, müxtəlif dövlət orqanlarında müəyyən vəzifələr tutub, dövlətinə, millətinə, cənab Prezidentə sədaqətlə xidmət etmişdir. 20 ildən artıqdır ki, “Yeni Azərbaycan” Partiyasının üzvüdür, üç ziyalı övlad böyütmüşdür. Böyük oğlu o, həbs olunanadək Səbail Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində işləmiş, o, həbs olunduqdan dərhal sonra həmin vəzifədən azad edilmişdir. Kiçik oğlu Ankara şəhərinin “Qazi” xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərir. Digər övladı bank işçisidir. Həyat yoldaşı 25 ildən artıqdır ki, xarici dil müəlliməsi işləyib. Özü 2016-cı ilin iyul ayından tutulduğu günə kimi Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində işləmişdir. Əlavə olaraq göstəmişdir ki, “Sübhan” adlı aptek həyat yoldaşı Səadət Babayevaya məxsus olmuş və onun nəzarəti altında da fəaliyyət göstərmişdir. “Sübhan” aptekin bütün dərman preparatları “Zeytun” dərman şirkəti tərəfindən nəzarət siyahı ilə gətirilib. 15 dekabr 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları orada olan zaman “Zeytun” dərman şirkətindən gətirilmiş bütün dərman preparatlarının siyahısının hamısını götürüblər və cinayət işinin materiallarına əlavə etmədən məhv ediblər. Həmin aptekdə işlək vəziyyətdə müşahidə kameraları olub. 15 dekabr 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları orada olarkən aptekin bütün kameralarının yaddaş qurğusunu söküb aparıblar, heç bir istintaq materiallarına əlavə etməyiblər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş əməliyyatçılar da həmin yaddaş qurğusunu söküb apardıqlarını etiraf etdilər, amma müstəntiq elə bir şey görmədiyini bildirir. 15 dekabr 2019-cu il tarixdə axşam 20:00-21:00 radələrində yaşadığı evdən çıxarkən üç nəfər üzərinə hücum etmiş və hərəsi bir qolundan tutaraq onu avtomobilə salıb ona Daxili İşlər Nazirliyinə getməli olduğunu bildirmişlər. Həmin şəxslər avtomobildə olarkən telefonlarını əlindən almışlar. Həmin şəxslərdən nə baş verdiyini soruşduqda onlar Daxili İşlər Nazirliyinə getdikdən sonra məsələni biləcəyini demişlər. Beləliklə, həmin şəxslər onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onlar gecə saat 00:00 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına çatmışdır. Gecə saat 00:00-dan səhər saat 04:00-a kimi 6-7 nəfər şəxs ona qarşı ləyaqətini alçaldan hərəkətlər etmişlər. Həmin vaxt müstəntiq Fəxri Babazadə kompüterdə nə isə yazmış və ondan aptekin kimin adına olduğunu soruşduqda aptekin həyat yoldaşının adına olduğunu bildirmişdir. Müstəntiq ondan həmin aptekdə psixotrop dərmanlar satdırdığını soruşduqda Mingəçevir şəhərində vəzifəli şəxs olduğunu, onun və ailəsinin psixotrop dərmanlar satmaqla qazanc əldə etməyə ehtiyacının olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 da oraya gətirildiyini bilməmişdir. Lakin həmin şəxslər onun aptekdə psixotrop dərmanların satışını təşkil etməyində israr etmişlər. Səhər saat dördə kimi həmin şəxslər onunla mübahisə etmişlər və sonda elə bir şərt qoymuşlar ki, onun qarşısına o da nə istəsələr danışacağını, hara istəsələr qol çəkəcəyini bildirmişdir. Onun üç-dörd manat pula ehtiyacı olmamışdır. O, əksinə qanunsuz işlər görən insanlara qarşı həmişə mübarizə aparmışdır. Üç nəfər şəxs gəlmiş, lakin onu ilişdirə bilməmişdir, Maliyyə İdarəsini yoxlamışlar, idarədə hər şey təmiz çıxmışdır. O, aptek işlətməmiş, səhər saat 09:00-da avtomobillə sürücüsü ilə birlikdə aparıb həyat yoldaşını aptekə düşürüb, axşamlar 19:00-20:00 radələrində işdən çıxanda gedib götürmüşdür. Onun aptek işlətməyə vaxtı belə olmamış, həmçinin aptekdən gələn gəlirə də ehtiyacı olmamışdır. Sadəcə olaraq övladları ailədən kənarda olmuş, evdə yalnız xəstə anası ilə həyat yoldaşı olmuş, həyat yoldaşının başının qarışması üçün ona aptek işlətməyə icazə vermişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan kimi idarənin əməkdaşı Şahid1 müdafiəçi təmin edilməyini tələb etsə də, vəkillə təmin edilməmişdir. İdarədə ona təqdim edilənlərə imza etməli olduğu bildirilmiş, o isə imtina etmişdir. Onu zirzəmiyə endirmişlər və saat dördün yarısı-dördə on beş dəqiqə qalmış yenidən yuxarıya qaldıraraq aptekin həyat yoldaşının adına olduğunu soruşmuşlar. O, aptekin həyat yoldaşının adına olduğunu təsdiq etdikdə ona nümayəndələrinin olduğunu, həyat yoldaşının da idarəyə gətiriləcəyini bildirmişlər. Beləliklə, o, məcbur qalıb nə desələr deyəcəyini, nə təqdim etsələr qol çəkəcəyini bildirmişdir. Səhəri günü, yəni 16 dekabr 2019-cu il tarixdə məhkəməyə çıxmamışdan 15 dəqiqə əvvəl onu zirzəmidən yuxarıya qaldırmışlar. Həmin vaxt bir nəfər kök kişinin gəlib qarşısında oturduğunu görmüş, həmin şəxs sənədlərə imza etməyə başlamışdır. Sonradan həmin şəxsin ona dövlət hesabına təyin olunan müdafiəçi olduğunu öyrənmişdir. Həmin vaxt o, belə bir müdafiəçi istəmədiyini və ondan imtina etdiyini bildirmişdir. Həmin şəxs sənədlərə imza etdikdən sonra onu məhkəməyə çıxartmışlar. Məhkəmədə Təqsirləndirilən şəxs2 da orada olduğunu görmüşdür. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2ci maddələri ilə dörd ay müddətə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq gedən 8 ay ərzində onun yanına yalnız bircə dəfə müstəntiq gəlib müqavilə bağladığı iki nəfər vəkilin təkidi ilə ondan ikinci dəfə izahatını almışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona təyin olunmuş vəkil cəmi 10 dəqiqə yanında olmuş, ondan başqa onun yanımda olmamışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 baş verənlərdən xəbəri olmamış, cəmi bir gün “Sübhan” adlı aptekdə işləmişdir. onun apteklə heç bir əlaqəsi olmamışdır, sacədə olaraq həyat yoldaşı Səadət xanımın bir işlə məşğul olmasını təmin etmək üçün ona sözügedən apteki işlətmək üçün açmışdır. Həmin aptekə heç vaxt nəzarət və rəhbərlik etməmiş, heç bir işçini işə qəbul etməmişdir. Öz iş yerində işçisi olan mühasib Almaz xanımı bir dəfə həyat yoldaşı xahiş etdiyi üçün aptekdə olan dərmanların hesabatını aparmaq, əskik və ya çatışmazlığın olub-olmamasını yoxlamaq üçün aptekə göndərmişdir. Təqsirləndirilən şəxs2 tanınamış, onu yalnız bir dəfə işə qəbul olunan gün aptekdən dərman almaq üçün getdiyi zaman görmüş və onun işə sınaq müddəti ilə yeni götürüldüyünü öyrənmişdir. Həmin aptekdə heç vaxt lisenziyası olmayan dərmanlar satılmamış, psixotrop maddələrin və güclü təsir edən maddələrin satılmasına icazə verilməmişdir. Bütün qeyd etdiklərini nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqının ilkin mərhələsində ifadə verməkdən və suallara cavab verməkdən imtina etdiyinə görə onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq olunmuşdur. İbtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs2 həm öz əlyazısı ilə yazdığı izahatında, həm də dövlət hesabına təyin olunan müdafiəçinin iştirakı ilə 16 dekabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində yerləşən «Sübhan» adlı aptekdə əczaçı işləmiş, onu həmin aptekə Təqsirləndirilən şəxs1 işə götürmüş, lakin əmək müqaviləsi olmamış, o, aptekdə əczaçılıq fəaliyyəti ilə məşğul olmuş, yəni dərman satışını həyata keçirmiş, aptekə rəhbərliyi Samir müəllim həyata keçirmişdir. Aptek Samirin yoldaşı Səadətin adına rəsmiləşdirilsə də, aptekə rəhbərliyi Samir həyata keçirmiş, aptek Samirin gündəlik nəzarəti və rəhbərliyi altında fəaliyyət göstərmiş, aptekə gətirilən dərmanlar, həmin dərmanların satışından əldə olunan gəlirlər gündəlik olaraq Samirə məruzə olunmuş, yəni aptektin bir günü belə Samirin diqqətindən kənar qalmamışdır. Bir neçə gün əvvəl Samir aptekə gəlmiş və aptekə bir neçə dərman gətirmiş, həmin dərmanlar psixotrop maddələr və güclü təsir edən maddələr olmuş, təhsili əczaçılıqla bağlı olduğu üçün həmin dərmanları görən kimi tanımışdır. Həmin dərmanlar relanium, diazepeks, fenobarbital, actopentin, sirentin dərman preparatları olmuşdur. Samir həmin dərmanları aptekdə rəflərdə saxlamış, Samir həmin dərmanları satmaq məqsədi ilə gətirdiyini bildirmişdir. Samir həmin dərmanları hər yoldan keçən adama satmayacaqlarını, yalnız həmin dərmanlara ehtiyacı olan insanlara satacaqlarını bildirmişdir. O da aptekin sahibi olan Samirin bu sözlərinə etiraz etməmiş və razılaşmış, həmin dərmanları ehtiyacı olan adamlara satmağı fikirləşmişdir. 15 dekabr 2019-cu ildə polislər aptekə baxış keçirmiş, baxış keçirilən zaman o, aptekdə olan dərman şkaflarını açmış və həmin şkaflarda olan «Diazepeus», «Relanium», «Fenobarbital», «Actopentin» və «Sirentin» adlı maddələri polis əməkdaşlarına təqdim etmişdir. Həmin dərmanları aptekə aptekin müdiri Samir gətirmiş və saxlamışdır. O, aptekdə bir neçə gündür ki işləmiş, onu aptekə Samir işə götürmüş, lakin işləməsinə dair əmək müqaviləsi olmamışdır. Təqsirləndirilən şəxs1 həmin dərmanları aptekə gətirərkən onları haradan əldə etdiyini bildirməmiş, o da bu barədə Samirdən soruşmamışdır. Aptekin güclü təsir edən maddələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə xüsusi icazəsi olmamışdır. İbtidai istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs2 müqavilə bağladığı müdafiəçisinin iştirakı ilə 15 may 2020-ci il tarixdə dindirilərkən ifadəsində bildirmişdir ki, “Sübhan” aptekdə 13 dekabr 2019-cu ildən işləməyə başlamış, aptekin sahibi Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. 12.12.2019-cu il tarixdə təxminən saat 16-17 radələrində dostu Xəyalla mühafizə işinə düzəlmək üçün «5+» adlı mağazaya getmiş, M.Maqomayev küçəsində yerləşən “Sübhan” aptekin qarşısından keçərkən Xəyal anası üçün dərman almaq məqsədi ilə həmin aptekə girməyi təklif etmişdir. Aptekə daxil olduqda orada işləyən Arzu adlı qızı tanımış, Arzu da onu tanımış, onlar təxminən 10 dəqiqə söhbət etmişlər. Arzu aptekdə ikinci növbə üçün işçi axtarıldığını bildirmiş, o da aptekdə işləməyə qərar vermişdir. 13.12.2019-cu il tarixdə saat 17:00-da aptekə gəlib işə başlamış, Arzu ona vitrinlər, dərmanların yerləşməsi, kompüterdə işləmək barədə məlumat vermiş, həmin gün təxminən 70 manat məbləğində satış etmişdir. 14.12.2019-cu il tarixdə o, işə saat 12-də gəlmiş və Arzu evə tez getmişdir. Saat təxminən 14-15 radələrində aptekə 2 nəfər müştəri daxil olmuş, onlardan biri 20-22 yaşlarında oğlan, digəri isə təxminən 50 yaşında kişi olmuş, reseptdə yuxu gətirici psixotrop tərkibli və güclü təsirə malik dərmanlar da yazılmış, o, aptekin satış kompüterində reseptdəki dərmanların adını yazmış, lakin həmin dərmanlar siyahıda olmamışdır. O, Arzunun mobil nömrəsinə zəng etmiş, ona reseptdə olan dərmanların adını oxumuş, Arzu həmin dərmanlardan olmadığını bildirmişdir. 15.12.2019-cu il tarixdə dostunun toy mərasimində iştirak etmiş, saat 17 radələrində Arzu ona məxsus ***-***-**-** nömrəsinə zəng edərək işə gəlməli olduğunu demiş, o da toyu yarımçıq qoyub aptekə işə getmiş, o gedəndə aptekdə əvvəlki işçi Rəşid də olmuşdur. Arzu qardaşı ilə getdikdən sonra aptekdə Rəşid və o qalmış, Rəşid aptekdə ona kompüterdə işləmək barədə izahlar eləmiş, təxminən 19 radələrində getmişdir. O, aptekdə tək qalmış, aptekdə oturub gələcək nişanlısı ilə telefonla görüntülü danışmışdır. Təxminən saat 20 radələrində aptekin qapısı qəflətən açılmış, 5-6 nəfər mülki geyimli şəxs içəri daxil olmuş, içəri girən şəxslərdən biri əlindən telefonu almış, onlar polis əməkdaşları olduqlarını bildirmiş, aptekdə axtarış aparacaqlarını demişlər. Polislər onun yanında vitrinlərə baxış keçirmiş, bunu videolentə çəkmişlər. Satış zalından və dərmanlar saxlanan anbardan heç bir qadağan olunmuş dərman aşkar olunmamış, sonradan ayaqyoluna gedən dəhlizdə olan şkafı açıb baxdıqda orada bir neçə güclü təsir edən dərmanlar düzülmüş vəziyyətdə aşkar olunmuşdur. O, həmin yerdə hər hansı dərman olduğunu bilməmiş, həmin yer dərman saxlanan yer kimi ona deyilməmiş, bu dərmanları gördükdə o, daha da özünü itirmiş, həyəcanlanmışdır. Bu zaman müdir otağında olan əməkdaş oradan da psixotrop maddə tapdığını bildirmişdir. O, həmin dərmanlardan xəbərsiz olduğunu bildirmişdir. Polislər malları videoçəkiliş ilə karobkalara yığıb bağlamış, aptekin kameralarının yaddaş qutusunu da götürmüşlər. Polislər onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmiş, saat təxminən gecə 00:00 radələrində ora çatmış, o, orada 4cü mərtəbədə bir polis əməkdaşının müşayətində qalmışdır. Saat təxminən gecə 04 radələrində müstəntiq tərəfindən onun otağında sorğu-sual olunmuş, lakin ona heç nə imza etdirilməmişdir. Bundan sonra o, müvəqqəti saxlama yerinə aparılmış, 16 dekabr 2019-cu il tarixdə günün birinci yarısında bir mülki geyimli oğlan müvəqqəti saxlama yerinə gəlmiş, bir neçə sənədi əlində gətirib imzalatdırmış və yanında olan yaşlı kişinin isə onun vəkili olduğunu demişdir. O, imza edərkən sənədləri oxumaq istəmiş, lakin həmin şəxs onu tələsdirib vaxt olmadığını, tez imza etməyini əmr etmişdir. Sonradan həbslə bağlı məhkəmə baxışı zamanı və vəkili vasitəsilə ifadəsinin məzmunu ilə tanış olmuşdur. Məhkəmə istintaqının sonrakı mərhələsində verdiyi sərbəst ifadəsində Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünün müqavilə bağlayaraq hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə verdiyi ifadəsini təsdiq edib ona uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, 12 dekabr 2019-cu il tarixdə Mingəçevir şəhərində yerləşən “5+1” marketə işə düzəlməyə gedirmiş, tanışı Xəyalın anasına resept yazıldığından, Xəyal ona “Sübhan” aptekə girməyi, həmin dərman preparatları aptekdə olsa, oradan almağı demiş və o da, Xəyalla razılaşmışdır. “Sübhan” adlı aptekdə işləyən Arzu adlı qızı görəndə tanımış, belə ki, onunla 2016-2017-ci illərdə başqa bir aptekdə birlikdə işləmişdir. Həmin aptekdə o, gecə növbəsində, Arzu isə gündüz növbəsində işləmişdir. Aptekə daxil olanda Arzu ona aptekə işçi axtarıldığını bildirmişdir. O, Arzudan aptekin iş rejimini, əmək haqqının nə qədər olduğunu soruşduqda Arzu ona əmək haqqının 250 manat olduğunu, iş vaxtının isə saat 18:00-dan 00:00-a kimi olduğunu bildirmişdir. O, Arzuya evdəkilərlə məsləhətləşməyini, daha sonra digər işdən imtina edib həmin aptekdə işləyə biləcəyini bildirmişdir. Valideynləri ilə həmin iş barədə məsləhətləşdikdə onlar işin onun ixtisasına uyğun olduğunu və aptekdə işləməyini məsləhət bilmişlər. O, daha sonra aptekə gələrək aptekdə işləmək istədiyini bildirmişdir. Arzu ona işə həmin gündən başlamağını dedikdə o sabahdan, ayın 13-dən etibarən işə gələcəyini bildirmişdir. Arzu saat 17:00-da aptekdə olmağını tapşırmışdır. Səhərisi gün o, aptekə gələn zaman Arzu da orda olmuş və həmin vaxt Arzu Səadət xanıma zəng edərək onun gəldiyini, diplomunu, əmək kitabçasını, sənədlərinin hamısını gətirdiyini bildirmişdir. Ona 15 gün sınaq müddəti olacağı, işi xoşuna gəlsə işə götürüləcəyi deyilmişdir. Aptekdə dərman preparatları əlifba sırası ilə yığılmışdı. Arzu ona dərmanların yerini, arxa tərəfə keçəndə solda yerləşən anbar kimi yeri göstərmiş və dərman preparatları qurtardıqda həmin anbardan götürüb satmağını demişdir. Arzu ona həmçinin müdirin otağını da göstərmişdir. Həmin otaqda da dərman rəfləri olmuşdur. O, həmin vaxt Arzuya ayın 15-i dostunun toyu olduğunu, ayın 14-ü onu əvəz etməyini, ayın 15-i isə onun onu əvəz etməyini demiş, Arzu isə heç bir problem olmadığını, səhərisi gün saat 12-1 arası gəlməyini bildirmişdir. Səhərisi gün saat 12-1 arası getmiş və kassanı təhvil almışdır. Arzu getdikdən sonra, saat 3-4 arası məhkəmədə dindirilmiş hal şahidi Səyyad və onun da yanında 45-50 yaşlarında bir kişi aptekə gəlib ona resept verərək həmin reseptdə yazılan dərmanların onlara lazım olduğunu bildirdmişlər. O, repestdəki dərmanların adlarını kompüterə yazmış, lakin ikisinin adı çıxmamışdır. O, Arzuya zəng edərək reseptdə yazılan dərmanların adlarını demiş və ondan həmin dərmanların hansı dərmanlar olduqlarını soruşmuşdur. Arzu isə həmin dərmanların psixotrop dərmanlar olduqlarını və aptekdə satışının olmadığını bildirmişdir. O işə girəndə də Arzu ona aptekdə psixotrop dərmanların satışına icazə verilmədiyini demişdir. O həmin şəxslərə reseptdəki dərmanların psixotrop dərmanlar olduqlarını, aptekdə onların satışının olmadığını bildirmişdir. Həmin kişi isə təkid edərək həkimlə danışmağını, həmin dərmanlar yoxdursa, başqasını verməyini bildirmişdir. O isə ona aptekdə həmin dərmanların satışının olmadığını bildirmişdir. Həmin kişi həkimə zəng etmiş və o həkimlə danışmış, həkim ona həmin dərman olmasa başqasını verməyini desə də, o, həkimə aptekdə həmin dərmanların satışının qadağan olduğunu bildirmişdir. Həkim ona reseptin möhürünün də olduğunu bildirmişdir. O isə həkimə reseptdə möhür olmasına baxmayaraq, aptekin həmin dərmanları satmaq üçün lisenziyasının olmalı olduğunu və aptekdə həmin dərmanları satmağın qadağan olduğunu demişdir. Daha sonra həmin şəxslər resepti götürüb getmişlər. Həmin şəxslərin reseptində yazılanları psixotrop maddə olmadan hesablamış, 172 manata yaxın pul etmişdir. Həmin şəxslər getdikdən bir saat sonra bir nəfər cavan qız və 40-45 yaşlarında olan bir nəfər xanım aptekə gələrək sudurqası olan şəxslərin istifadə etdikləri “Epileks” adlı dərman lazım olduğunu bildirərək aptekdə olub-olmadığını soruşmuşlar, o isə onlara həmin dərmanın satışı qadağan olunan dərman olduğunu bildirmişdir. Həmin şəxslər isə ona repestləri olduğunu və həmin reseptdə möhür də olduğunu bildirmişlər. O isə həmin şəxslərə resept və reseptdə möhür olsa belə, həmin dərmanın aptekdə satışının qadağan olduğunu, aptekdə həmin dərmanın olmadığını demişdir. Daha sonra həmin şəxslər də getmişlər. Həmin gün apteki təxminən birə 15 dəqiqə qalmış bağlayıb getmişdir. Səhərisi gün saat 1-də dostunun toyu olmuş, saat təxminən 5-də Arzu ona zəng edərək harada olduğunu soruşmuş, o da ona toyda olduğunu bildirmişdir. Arzu ona işə gəlməyini, özünün getmək istədiyini demişdir. O, Arzuya əvvəlcədən razılaşdıqlarını, bir gün əvvəl onu əvəz etdiyini xatırladaraq onun da onu əvəz etməli olduğunu bildirmişdir. Arzu isə ona özünün getmək üzrə olduğunu, apteki bağlayacağını demişdir. O isə Arzuya dostunun toyunda olduğunu, toyu yarımçıq qoyub gələ bilmədiyini demişdir. Toyda yanında olan başqa dostu isə dostunun toyu olduğunu bildirərək getməməyini xahiş etmişdir. O, əvvəllər hərbidə də işləmiş və 7 ay idi ki, iş tapa bilmədiyindən, dostuna işin əlindən çıxmaması üçün gedəcəyimi demişdir. O, aptekə gələndə orada ondan əvvəl işləyən Rəşid də orda olmuş, o aptekə gələndə Arzunun piştaxtanın arxasında, qızın qardaşının isə piştaxtanın digər tərəfində gözlədiyini görmüşdür. O, aptekə gəldikdən 5-10 dəqiqə sonra Arzu qardaşı ilə çıxıb getmişdir. Daha sonra aptekdə Rəşidlə ikisi qalmış, həmin vaxt Rəşidə kompüter işini işlədə bilməcəyini, dərmanları kompüterdə qeydiyyata alıb, qeydiyyatdan çıxarmağı bacarmayacağını, dərmanların satışını həyata keçirə biləcəyini, kompüteri öyrənə bilməcəyini, kompüterin beynini poza biləcəyini demişdir. Daha sonra aptekdən çölə çıxmış, Rəşidlə iki-üç dəqiqə söhbət etdikdən sonra Rəşid çıxıb getmişdir. O, aptekdə oturub telefonla görüntülü danışan zaman qəflətən içəri tanımadığım şəxslər girərək tərpənməməyini tapşırmışlar. Aptekdən çöldə isə həmin vaxt üç-dörd nəfər şəxs olmuşdur. Aptekdə olan şəxslər çöldə olan şəxslərə də içəri gəlmələrini bildirmişlər. O həmin şəxslərdən kim olduqlarını soruşub özlərini təqdim etmələrini bildirmiş, həmin şəxslər isə ona tərpənməməyini əmr etmişlər. Həmin şəxslərdən kim olduqlarını soruşduqda ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən biri isə əlində kamera ilə çəkiliş aparmışdır. Həmin vaxt özünü itirmiş, nə edəcəyini bilməmiçdir. Gələn polis əməkdaşlarından tanımadığı biri onu şillə ilə vurmuş və aptekdə yoxlanış keçiriləcəyini bildirmişlər. O, yoxlanış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Aptekdə olan dərmanlara A-dan Z-yə kimi baxmağa başlanılmışdır. Səadət xanımın oturduğu müdir otağına kimi aptekdə olan hər yerə baxış keçirilmişdir. O həmin şəxslərə satışda olan dərmanların hamısının nə üçün istifadə edildiyini izah etmişdir. Müdir otağına kimi hər yerə baxılmış və qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra aptekdə arxa tərəfə keçilmiş, həmin şəxslər anbarda olan dərmanlara baxıb nələr olduqlarını soruşmuşlar. O, isə həmin şəxslərə anbardakı sistemləri, mazları göstərmişdir. Daha sonra həmin şəxslər ondan aptekdə tualetin yanındakı şkafın nə olduğunu soruşmuşlar. O da həmin şəxslərə bir gündür ki, aptekdə işlədiyini, aptekdə nələr olub-olmadığını bilmədiyini, nə müqaviləsinin, nə də təhvil-təsliminin olduğunu, 15 günlük sınaq müddəti ilə işə götürüldüyünü bildirmişdir. Həmin şəxslər şkafa baxmaq istədiklərini bildirmişlər. Şkafı açdıqda həmin şəxslər ondan oradakı dərmanların hansı dərmanlar olduğunu soruşduqda onlara həmin dərmanların yararlılıq müddəti keçmiş dərmanlar ola biləcəyini demişdir. Həmişə apteklərdə istifadə müddəti keçmiş dərmanlar arxa tərəfdə yığılır, qablaşdırılmışdır. Həmin vaxt içəridə təxminən 4-5 nəfər şəxs olmuş və həmin şəxslərin hərəsi bir tərəfdə olmuşdur. Onlar qabaq tərəfdə baxan zaman həmin şəxslərin bəziləri arxa tərəfə də keçmişlər. Həmin şəxslərdən təxminən biri-ikisi arxa tərəfdə olmuşdur. Həmin şəxslər ondan şkafdakı dərmanların hansı dərmanların olduğunu soruşmuşlar, o baxdıqda həmin dərmanların içərisində “Relanium” olduğunu görmüşdür. Həmin şəxslər yenidən ondan soruşduqda dərmanın “Relanium” olduğunu bildirmişdir. Həmin şəxslər ona qeyd edilən dərmanın satışının qadağan olduğunu bilib-bilmədiyini soruşmuş və dərmanları götürüb qablaşdırmışlar. Həmin şəxslərin içərisindən bir nəfər şəxs qadağan edilmiş dərmanların birinin də aşkar olunduğunu bildirmişdir. O həmin şəxslərə az öncə qeyd edilən yerə baxdıqlarını və həmin yerdən qanunsuz heç bir dərman aşkar olunmadığını bildirmişdir. Ona həmin yerdən aşkar olunubsa, deməli, aşkar edilmiş dərmanın orada olduğunu, sakit durmağını bildirmişlər. O isə heç nə deyə bilməmiş və sakit qalmışdır. Həmin şəxslər onu aparmaq istədikdə qardaşının da polis əməkdaşı olduğunu, ona zəng etməyini, atasının da, qardaşının da gəlməsini bildirmiş, lakin həmin şəxslər telefonunu da ondan götürmüş və qardaşına zəng etməyinə razı olmamışlar. Daha sonra həmin şəxslər onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar və gecə saat təxminən on ikidə oraya çatmışdır. Onu həmin vaxt üçüncü, ya da dördüncü mərtəbəyə qaldırmışlar. Gecə saat dördə kimi əməliyyatçının yanında qalmışdır. Gecə dörddə isə əməliyyatçı ona müstəntiqin yanına getmək lazım olduğunu bildirmişdir. Müstəntiqin yanına getdikdə onun öz-özünə nə isə yazdığını görmüşdür. O həmin vaxt müstəntiqə bir gündür ki, işə başladığını, heç nədən xəbərinin olmadığını bildirmişdir. Daha sonra müstəntiq onu aşağı düşürmələrini tapşırmışdır. Ayın 16-ı qarşısına sənəd qoyulmuş, həmin şəxslərin yanında bir nəfər kök kişinin olduğunu görmüş, oradakı şəxslər həmin kişinin onun vəkili olduğunu bildirmişlər. Həmin şəxslər ona qarşısındakı sənəddə yazılanların öz dedikləri olduğunu bildirərək ona imza etməyini əmr etmişlər. O yazılanları oxumaq istəmiş, izahat verərkən yazılanlar kimi o qədər çox şey danışmadığımı bildirmişdir. Lakin həmin şəxslər onu həmin sənədi imzalamağa məcbur etmişlər. Ona psixi təsir etmişlər. O, həmçinin bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində öz xətti ilə heç nə yazmamış, yalnız vəkili İsa müəllim gələn zaman bir dəfə yazı yazmışdır. Onun xəttinə və imzasına bənzədib imza etmişlər. Eyni zamanda onun mobil nömrəsini aptekin nömrəsi kimi qeyd etmişlər. “225-14-59” mobil nömrə Zeytun şirkətinə aid olan nömrə olmuşdur. Onun nömrəsi isə ***-**-** və ***-**-** olmuşdur. İşin istintaqı başa çatanda o, müstəntiq Fəxri Babazadəyə onun mobil nömrəsinin “225-14-59” olmadığın demişdir. Kürdəxanıda istintaq otağında Fəxri Babazadə həmin vaxt flashkartını kompüterə salmış və baxdıqda Təqsirləndirilən şəxs1la onun heç bir danışığının olmadığını görmüşdür. Onun Təqsirləndirilən şəxs1la yalnız bir dəfə beş-on dəqiqəlik ünsiyyəti olmuşdur. Həmin vaxt o, aptekə özü üçün dərman almağa gəlmiş və həmin vaxt da ona aptekdə psixotrop dərmanların satışının olmadığını dönə-dönə tapşırmışdır. O da Təqsirləndirilən şəxs1 özünə 3-5 manat puldan ötrü problem yaratmayacağını bildirmişdir. Həmçinin bildirmişdir ki, o aptekdə işə başlayan gün arxa tərəfdə solda kamera “polkanın” üstündə olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə onu aparanda kameranın yaddaş qurğusu, dərmanlar və “Zeytun” şirkətindən gələn sifariş edilən dərmanların adlarının, tarixlərinin, qiymətlərinin olduğu dəftərlər də götürülmüşdür. Bütün qeyd etdiklərini nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 15 dekabr 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində yerləşən “Sübhan” adlı aptekdə psixotrop və güclü təsiredici dərmanların satıldığı barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı rəhbərliyə raportla məruzə olunmuş, baş idarənin qərarı yazılmış və Mingəçevir şəhərinə ezam olunmuşlar. Təxminən axşam saat səkkizin yarısı və ya səkkizə qalmış “Sübhan” adlı apteki tapmış və səkkiz radələrində aptekə yaxınlaşmışlar. Aptekdə onları özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən bir nəfər şəxs qarşılamış və həmin aptekdə işlədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 “Sübhan” adlı aptekdə psixotrop və güclü təsiredici dərmanların satıldığı barədə məlumat daxil olduğunu bildirmiş, Baş İdarənin qərarı ilə tanış etmiş və onunla birgə aptekə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 müdirinin Təqsirləndirilən şəxs1 olduğunu və onun rəhbərliyi altında işlədiyini bildirmişdir. Aptekdə “Müdir otağı” yazılan otağa və xüsusi dərmanların saxlandığı otağa baxış keçirilərkən psixotrop və güclü təsir edən dərmanlar aşkar olunmuş, həmin dərmanlar Təqsirləndirilən şəxs2 yanında qablaşdırılaraq 6 saylı möhürlə möhürlənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 aptekdəki dərmanların əksəriyyətindən Təqsirləndirilən şəxs1 özünün xəbəri olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid1 “Sübhan” adlı aptekdə baxış aparılarkən Təqsirləndirilən şəxs2 narazılığının olmadığını, Rəşadın özünün razılığı olduqdan və ərizəsi alındıqdan sonra aptekə baxış keçirildiyini, baxış zamanı aşkar edilən psixotrop və güclü təsir edən maddələri Təqsirləndirilən şəxs2 və baxışda iştirak edən hər iki hal şahidinin də gördüklərini, baxış zamanı Təqsirləndirilən şəxs2 onlardan kənarlaşmadığını, onların yanında olduğunu, hal şahidlərinin ilk dəfə idi ki, onlarla birlikdə tədbirdə iştirak etdiklərini, həmin hal şahidlərinin əvvəllər hansısa tədbirdə hal şahidi və ya digər şahid qismində iştirak etmədiklərini, həmin şəxsləri əvvəllər tanımadıqlarını, bugünkü gündə də onlarla heç bir əlaqələrinin olmadığını, hal şahidlərini Bakı şəhərində idarənin yaxınlığında tapdığını və onlarla prosessual hərəkətin keçiriməsində iştirak etmək üçün çağırdığını, idarədən çıxanda “Sübhan” adlı aptekin Təqsirləndirilən şəxs1 məxsus olduğunu şəxsən bilmədiyini, araşdırma nəticəsində “Sübhan” adlı aptekin Təqsirləndirilən şəxs1 məxsus olduğunu və Təqsirləndirilən şəxs1 yaxınlıqda yaşadığının müəyyən edildiyini, Təqsirləndirilən şəxs1 şəxsən özünün onlarla birlikdə getməyə dəvət etdiyini, Təqsirləndirilən şəxs1 evinin aptekin yaxınlığında olduğunu, Təqsirləndirilən şəxs1 özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, aptekdə qeyd edilən halın aşkar edildiyini, hal-hazırda onun işçisi ilə birlikdə baş idarəyə getdiklərini və onun da dəvət olunduğunu bildirdiklərini, Təqsirləndirilən şəxs1 onlarla birlikdə getdiyini, Təqsirləndirilən şəxs1 yolda danışıq əsnasında özünün başqa işi olduğunu, dövlət işində işlədiyini bildirdiyini, Təqsirləndirilən şəxs1 evinə getmədiklərini, onun evinin ünvanını da tanımadıqlarını, Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 yaxınlıqda yaşadığını bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs1 elə aptekin yaxınlığında olduğunu, əməliyyat məlumatı daxil olandan təxminən iki-üç saat sonra əməliyyat qrupunun yaradıldığını və Mingəçevir şəhərinə getdiklərini, qərəzsiz mənbədən məlumat daxil olduğunu, məlumatın mahiyyətinin “Sübhan” adlı aptekdə psixotrop və güclü təsiredici dərmanların qanunsuz satışının həyata keçirilməsindən ibarət olduğunu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatların sırf idarənin əməkdaşları tərəfindən tədbir kimi həyata keçirildiyini və zərurət yarandığı halda yerli polis şöbəsinə də müraciət olunduğunu, hazırkı iş üzrə yerli polis şöbəsinə müraciət etməyə zərurət görmədiklərini, zərurət görmədikləri üçün tədbiri özlərinin həyata keçirdiklərini, əməliyyatın qanuniliyinin yoxlanılması barədə məhkəməyə müraciət edildiyini, lakin məhkəməyə nə vaxt müraciət edildiyini dəqiq xatırlamadığını, əməliyyat axtarış tədbiri keçirilərkən dəqiq xatırlamasa da, deyəsən çəkilişin aparıldığını, lakin bəzən belə çəkilişlərin keyfiyyətli olmadığı üçün sonradan cinayət işinə əlavə edilmədiyini, aptekdə müşahidə kamerası olduğunu, sadəcə olaraq çəkiliş aparılıb-aparılmadığını bilmədiyini, orada çəkilişə baxmadıqlarını, ola bilər ki, aptekdə olan müşahidə kameralarının yaddaş qurğusunu götürdüklərini, hazırda xatırlamadığını, əməliyyat zamanı aptekdən götürülən bütün maddi sübutarın idarəyə təhvil verdiklərini, zərurət olmadığına, yəni evinə getməyə ehtiyac olmadığına və aşkar etdikləri faktlar kifayət etdiyinə görə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirmədiklərini, yolda Təqsirləndirilən şəxs1 kim olduğunu, əvvəl harada işlədiyini soruşub özü haqqında məlumat verməsini bildirdiklərini, onun da özü, işlədiyi yer haqqında məlumat verdiyini, Təqsirləndirilən şəxs1 Maliyyə İdarəsində işlədiyini, həmçinin aptekin də ona məxsus olduğunu bildirdiyini, həmin aptekin Maliyyə İdarəsinin rəisinə məxsus olması ilə bağlı əməliyyat məlumatı əldə etmədiklərini, müşahidə kamerasının yaddaş qurğusuna zəruri baxışı həyata keçirməyə ehtiyac görmədiklərini, “Sübhan” adlı aptekin faktiki sahibinin Təqsirləndirilən şəxs1 olduğunu 15 dekabr 2019-cu il tarixdə dəqiqləşdirdiklərini, Təqsirləndirilən şəxs1 “Sübhan” adlı aptekin ona məxsus olduğunu, “Zeytun” firmasının lisenziyası əsasında fəaliyyət göstərdiyini, “AvroMed”dən müqavilə ilə dərmanlar aldıqlarını, Rəşadın da həmin aptekdə işlədiyini, başqa bir nəfər işçisinin də olduğunu, Rəşadın əmək müqaviləsi olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs1 özü haqqında məlumat verdiyi üçün bununla kifayətləndiklərini və faktiki qaldığı ünvan barədə əməliyyat araşdırması aparmadıqlarını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 15 dekabr 2019-cu il tarixdə “Gənclik”də olarkən Şahid1 ona yaxınlaşaraq özünü təqdim etmiş və ona hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Beləliklə, o da razılaşaraq keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hal hahidi qismində iştirak etmişdir. Həmin tarixdə polis işçiləri ilə birlikdə Mingəçevir şəhərində yerləşən «Sübhan» adlı aptekə daxil olmuş, polisləri həmin aptekdə bir nəfər cavan oğlan qarşılamış, polislər həmin oğlana özlərini təqdim etmiş, həmin oğlanın Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Polislər Təqsirləndirilən şəxs2 onun və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı daxil olduğunu bildirmiş, buna görə də, aptekə baxış keçirəcəklərini demişlər. Təqsirləndirilən şəxs2, həqiqətən də, aptekdə psixotrop maddə və güclü təsir edən maddələr olduğunu bildirmiş və həmin maddələri onlara təqdim etmişdir. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq şahid X16 Abduləzimovun aşkar edilmiş psixotrop maddə və güclü təsir edən maddələri aptekə Təqsirləndirilən şəxs1 satmaq məqsədilə gətirdiyini dediyini, tədbirdə iştirak etmiş digər hal şahidi ilə tanışlığının olmadığını, həmin vaxtdan sonra digər hal şahidini görmədiyini, əvvəllər nə vaxtsa “Sübhan” adlı həmin aptekdə olmadığını, Təqsirləndirilən şəxs1 həmin aptekin sahibi olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs2 deyəndən sonra aptekin müdirinin Təqsirləndirilən şəxs1 olduğunu bildiyini, psixotrop maddə və güclü təsir edən maddələrin aşkar olunduqca qutuya yığılaraq qeyd olunduğunu, hadisədən bir gün əvvəl “Sübhan” adlı aptekin yaxınlığında olmadığını, hadisədən 7 gün əvvəl Mingəçevir şəhərində olmadığını, əməliyyat axtarış tədbiri bitdikdən sonra evə polis əməkdaşları ilə deyil, özünün ayrıxa qayıtdığını, əvvəllər əgər yalnız xatırlamırsa bir dəfə polis əməkdaşları ilə əməliyyat axtarış tədbirində iştirak etdiyini, lakin məhkəmə qarşısında ifadə vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ölkə hüdudlarından kənarda olması səbəbindən dindirilməsi mümkün olmayan şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş, həmin ifadəsində Elşən Bağırov göstərmişdir ki, 15 dekabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hal hahidi qismində iştirak etmişdir. Həmin tarixdə polis işçiləri Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsində yerləşən «Sübhan» adlı aptekə yaxınlaşmış, saat 20.00-da həmin aptekə daxil olmuş, polisləri həmin aptekdə bir nəfər cavan oğlan qarşılamış, polislər həmin oğlana özlərini təqdim etmiş, həmin oğlanın Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Polislər Təqsirləndirilən şəxs2 onun Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatı daxil olduğunu bildirmiş, buna görə də aptekə baxış keçirəcəklərini demişlər. Təqsirləndirilən şəxs2 həqiqətən də aptekdə psixotrop maddə və güclü təsir edən maddələr olduğunu bildirmiş və həmin maddələri onlara təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 ərizə yazaraq aptekə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 aptekdə üzərində «müdir otağı» sözləri yazılmış otağa daxil olmuş, həmin otaqda olan dərman rəflərindən üzərində «Fenobarbital» sözü yazılmış bir ədəd konvalyutda 10 ədəd həbi onlar təqdim etmiş, Təqsirləndirilən şəxs2 daha sonra həmin otaqdan çıxmış, aptekin sanitar qovşağının yanında yerləşən dərman saxlanılması üçün nəzərdə tutulmuş otağa daxil olmuş, həmin otaqda olan rəfdən üzərində «Diazepeks» sözü yazılmış 20 ədəd şüşə ampulanı, üzərində «Relanium» sözü yazılmış 9 ədəd şüşə ampulanı, üzərində «Actopentin 300 mg» sözü yazılmış 10 ədəd konvalyutda cəmi 100 kapsulu, üzərində «Sirentin 300 mg» sözü yazılmış 5 ədəd konvalyutda cəmi 50 kapsulu polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin maddələri aptekin müdiri Təqsirləndirilən şəxs1 tərəfindən əldə edilib aptekə gətirildiyini, müştərilərə satmaq üçün aptekdə saxlanıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 6 ay müddətində Mingəçevir şəhərində yerləşən “Sübhan” adlı aptekdə işləmiş, Təqsirləndirilən şəxs1 Səadət xanımın həyat yoldaşı kimi tanımışdır. Aptekin müdirliyini Səadət xanım həyata keçirmiş, aptek onlara məxsus olmuşdur. Onlar yalnız Səadət xanımla işləmiş, Təqsirləndirilən şəxs1 apteklə hər hansı bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 isə aptekə işçi kimi gəlmişdir. Belə ki, aptekə iş elanı yazılmışdır, Təqsirləndirilən şəxs2 həmin elanı görüb aptekə yaxınlaşmış və onunla danışmışdır, Səadət xanıma Təqsirləndirilən şəxs2 işə düzəlməsi barədə demişlər. Təqsirləndirilən şəxs2 bir gün müddətində həmin aptekdə işləmişdir. Belə ki, hadisədən bir gün əvvəl aptekdə işə girmişdir. Özü isə hadisə günü səhər saat 09:00-dan axşam saat 18:00-a kimi aptekdə olmuşdur. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid5 həmin gün iş saatı bitdikdən sonra aptekdən çıxıb getdiyini, səhər saat 09:00-dan axşam saat 18:00-a kimi aptekdə işlədiyini, saat 18:00-dan sonra aptekdə əvvəllər Rəşidin işlədiyini, Rəşidin bir həftə idi ki, işdən çıxdığını, onun yerinə Rəşadın işə götürüldüyünü, saat 18:00-dan sonra aptekdə Rəşadın işlədiyini, Təqsirləndirilən şəxs1 aptekə gəlib-getdiyini, amma idarəetməni Səadət xanımın həyata keçirdiyini, Təqsirləndirilən şəxs1 aptekə gəlib Səadət xanımı işdən apardığını, onun başqa heç bir işlə bağlı aptekə gəlmədiyini, Təqsirləndirilən şəxs1 aptekə gələndə yalnız işlərinin necə getdiyini soruşduğunu, başqa heç bir şeylə maraqlanmadığını, aptekə gətirilən dərman preparatlarının sifarişini Səadət xanımın həyata keçirdiyini, Səadət xanımın dərman preparatlarını “Zeytun” depodan götürdüyünü, deponun özünün sifariş edilən dərman preparatlarını aptekə gətirdiyini, Almaz xanımın dərman preparatlarının açotunu etməkləri ilə bağlı aptekə gəldiyini, Almaz xanımın Təqsirləndirilən şəxs1 işçisi olduğunu, Almaz xanımı mühasib işçi kimi tanıdığını, Almaz xanımın Təqsirləndirilən şəxs1 işlədiyi yerin mühasibi olduğunu, Almaz xanımı onlarla Səadət xanımın tanış etdiyini, Səadət xanımın həmin vaxt Almaz xanımın Təqsirləndirilən şəxs1 işçisi olduğunu bildirdiyini, Səadət xanımın əvvəllər də dəfələrlə psixotrop dərmanlar reseptlə gəlsə belə, onların satışına icazə olmadığını bildirdiyini, ona görə də, heç vaxt həmin dərmanları aptekə gətirib satmadıqlarını, psixotrop dərmanların satışı halı ilə rastlaşmadıqlarını, özünün “Sübhan” adlı aptekdə psixotrop və ya narkotik tərkibli dərmanların satışı ilə rastlaşmadığını, Səadət xanımın “Sübhan” adlı aptekin müdiriyyəti olduğunu, məvaciblərini, iş rejimlərini, işə götürülən kadrların və ya iş fəaliyyətində mükafatlandırmanın və iradın Təqsirləndirilən şəxs1 tərəfindən həyata keçirildiyi halların olmadığını, işdən icazə alıb evə gedəndə Səadət xanıma müraciət etdiyini, işlədiyi müddət ərzində 200 manat məvacib aldığını, 200 manat məvacibi Səadət xanımdan aldığını, onların hərəkətləri, davranışları, satışın aktivliyi, passivliyi üzərindəki müşahidəni Səadət xanımın müşahidə kameraları vasitəsilə həyata keçirdiyini, müşahidə kamerasının hər gün işlək vəziyyətdə olduğunu, Səadət xanımın kameraya müşahidəni özü aptekdə olduqda kamera, olmadıqda isə telefonu vasitəsilə həyata keçirdiyini, hadisə baş verən gün evə getdikdən sonra Səadət xanımın zəng edərək aptekdə nə isə baş verdiyini, xəbər ala bilmədiyini dediyini, səhərisi gün nə baş verdiyini öyrəndiyini, aptekdə dərman preparatlarının vitrinə düzülməsini Rəşidlə özünün həyata keçirdiyini, aptekdəki dərman preparatlarının əlifba sırası ilə vitrinlərə düzüldüyünü, həmin psixotrop və güclü təsir edən dərmanların aptekdə olmasının mümkün olmadığını, işə girdiyi müddətdə aptekdə həmin dərmanlarla rastlaşmadığını, həmin dərmanlar aptekdə olsaydı, onları görmə ehtimalının böyük olduğunu, həmin dərmanlarla rastlaşdığını xatırlamadığını, Təqsirləndirilən şəxs1 Maliyyə İdarəsində işlədiyini bildiyini, Təqsirləndirilən şəxs1 ticarətlə, bizneslə bağlılılığının olub-olmamasından məlumatı olmadığını, “Zeytun” aptekinin təmsilçiliyini “Sübhan” adlı aptekə münasibətdə həyata keçirmək səlahiyyətinin Səadət xanımda olduğunu, vitrinlərinin yarısının müdir otağında olduğunu, Təqsirləndirilən şəxs1 aptekdə müdir otağında oturması, oradan onlara göstəriş verməsi halının olmadığını, heç vaxt Təqsirləndirilən şəxs1 müdir otağında oturmasını görmədiyini, ancaq Səadət xanım müdir otağında oturduğunu, Təqsirləndirilən şəxs2 bir gün əvvəl işə götürüldüyünü, aptekin qapısından elan yazdıqlarını, Rəşadın yaxınlaşıb işlə maraqlandığını, Rəşadı əvvəldən tanıdığını, Səadət xanıma zəng edib bu barədə məlumat verdiklərini, Səadət xanımın da razılaşdığını, Rəşadın işə götürülməsində Təqsirləndirilən şəxs1 iştirakı olmadığını, Təqsirləndirilən şəxs1 Rəşadı tanımadığını, işə götürülənə qədər Təqsirləndirilən şəxs1 Rəşadla hansısa ünsiyyətini, münasibətini, Rəşada hansısa iş tapşırmasını görmədiyini, hadisə baş verən gün növbəni Rəşada təhvil verib çıxdığını, Rəşidin kompüter sistemini Rəşada başa salmaq üçün Rəşaddan əvvəl aptekə gəldiyini, həmin gün işdən gedəndə Rəşadla Rəşidin hər ikisinin aptekdə olduğunu, Rəşidin kompüter sistemini Rəşada başa saldığını, kompüterin dərman preparatlarının qəbulu ilə bağlı kompüter olduğunu, aptekə hər gün dərman praparatlarının sifariş edildiyini, bazar günü olduğunu, aptekə sifariş gəlmədiyini, ondan əvvəl şənbə günü aptekə sifariş edilən gündəlik tələbat olan dərman preparatlarının gəldiyini, Təqsirləndirilən şəxs2 bu və ya digər formada aptekin yanında, ətrafında Təqsirləndirilən şəxs1la hansısa bir dərman preparatının gətirilməsi ilə bağlı danışığını görmədiyini, növbəni Rəşada təhvil verərkən hansısa bir fərqli dərmanın aptekə gətirilməsi və ya aptekdə olması barədə onunla danışığının olmadığını, həmin gün işdən çıxmamışdan əvvəl və ya növbəni təhvil verərkən Təqsirləndirilən şəxs2 özü ilə birlikdə hansısa dərman preparatlarını gətirdiyini görmədiyini, dərman preparatları sifariş edilərkən dərmanların adlarının dəftərə yazıldığını, sifariş edilən dərman preparatlarının adlarını dəftərə satıcıların, yəni özlərinin yazdığını, Rəşadın işlədiyi müddətdə dərman sifariş etdiyi və ya qəbul etdiyi halın olmadığını, onun heç bir dərmanı qəbul etmədiyini, Rəşad soruşsa da, ona məlumat verərək psixotrop dərmanların onlarda satışının olmadığını bildirdiyini, artıq yığdıqları dərmanları aptekdə anbarda saxladıqlarını, anbarda kənar yerdə dərman olmadığını, həmin psixotrop dərmanların haradan aşkar olunduğu barədə sonradan məlumatı olduğunu, həmin yerdə dərman preparatlarının, gündəlik işlətdikləri dərmanların artıqlarının saxlanıldığını, aptekdə istifadə olunan telefon nömrəsinin “Zeytun” deponun öz telefon nömrəsi olduğunu, həmin nömrənin mobil nömrə olduğunu, həmin mobil nömrənin həmişə aptekdə olduğunu, kiminsə həmin mobil nömrəni götürüb harasa apardığı halın olmadığını və ancaq aptekdə olduğunu, özünün əmək müqaviləsi olmadan aptekdə işlədiyini, onu aptekdə işə Səadət xanımın götürdüyünü, Səadət xanımın rəsmi şəkildə aptekin müdirəsi olduğunu, müdir otağı yazılan otaqda Səadət xanımın özünün oturduğunu, idarəetməni Səadət xanımın özünün həyata keçirdiyini, Rəşidin bir həftə əvvəl işdən çıxdığı üçün hadisə baş verən gün növbəni ona təhvil vermədiyini, ona görə də, növbəni təhvil vermək üçün Rəşadı gözlədiyini, həmin gün Rəşad aptekə gələn zaman əlində heç nə olmadığını, “Sübhan” adlı aptekin psixotrop dərmanlar satması üçün lisenziyası olmadığını, həmin dərmanların satılıb-satılmamasının Səadət xanımın icazə verib-verməməsi ilə bağlı olmadığını, Səadət xanım satmalarını bildirsəydi belə, lisenziyaları olmadığı üçün yenə də riskə girib psixotrop dərmanlar satmayacaqlarını, müdir otağında olan bütün dərmanlardan xəbərinin olduğunu, vitrinlərin yarısının həmin otaqda olduğunu, Səadət xanımın aptekə gələndə əlində nə ilə gəldiyini, həmin otağa nə ilə keçdiyindən xəbəri olduğunu, özünün çox vaxt Səadət xanımın yanında olduğunu, Səadət xanımın vitrinləri heç vaxt açmadığını və dərman preparatlarına toxunmadığını, Səadət xanım istəsəydi, dərman preparatlarına toxuna biləcəyini, ona bunda heç nəyin mane olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, işlədiyi 1 il müddət ərzində “Sübhan” adlı aptekdə heç vaxt psixotrop dərmanlar olmamış və satılmamışdır. Özləri dərman preparatlarını kompüterə vurmuş, Arzu ilə birlikdə satışı həyata keçirmişlər. Aptekdə sifariş edilən dərman preparatları adi gündəlik gələn dərman preparatları olmuşdur. Hadisə günü Rəşada kompüter öyrətmək üçün aptekə gəlmiş, Arzu ilə aptekdə görüşmüş, Rəşad aptekə gələndən sonra Arzu çıxıb getmiş, Rəşad isə kompüteri öyrənmək istəmədiyini bildirmiş, o da çıxıb getmişdir. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid4 aptekdə işlədiyi müddət ərzində müdiriyyətlə, iş rejimi və ya əmək haqqı ilə bağlı narazılığının, heç bir probleminin olmadığını, başqa iş təklifi aldığı üçün işdən çıxdığını, Rəşadın kompüteri öyrənmək istəməməsinin səbəbinə aydınlıq gətirmədiyini, işlədiyi müddət ərzində aptekdə saat 18:00-dan 23:00 və ya 00:00-a kimi işlədiyini, aptekdə saat 09:00-dan 18:00-a kimi Arzunun, 18:00-dan sonra isə özünün işlədiyini, aptekə axşamlar heç kimin gəlib nəzarət etmədiyini, satılan dərman preparatlarını dəftərə yazdığını, Arzunun da səhər işə gəlib təhvil aldığını, aptekə Səadət xanımın nəzarət etdiyini, Səadət xanımın axşamlar telefonu vasitəsilə aptekdəki işi izlədiyini, Almaz xanımı tanıdığını, həmin şəxsin aptekə gəldiyini, Almaz xanımın Mingəçevir Şəhər Maliyyə İdarəsinin mühasibi olduğunu, aptekdə dərman preparatlarının satışı ilə bağlı əksikliklərinin, nisyələrinin olduğunu, bununla bağlı, yəni kompüterdən siyahını çıxartmağa kömək etmək üçün Almaz xanımın aptekə gəldiyini, Təqsirləndirilən şəxs1 Səadət xanımın həyat yoldaşı olduğunu, Təqsirləndirilən şəxs1 onun işə götürülməsində heç bir rolunun olmadığını, onun məvacibini Səadət xanımın müəyyən etdiyini, “Sübhan” adlı aptekin Səadət xanımın adına olduğunu, Səadət xanımla danışıb işə götürüldüyünü və Səadət xanımla müqavilə bağladığını, sonuncu dəfə anbarda Rəşada müdir otağında kompüter öyrətdiyi vaxt olduğunu, Səadət xanımın onu Rəşada kompüter öyrətməyə dəvət etdiyini, Rəşada kompüterdəki xüsusi sistemi öyrətmək üçün aptekə gəldiyini, Rəşada dərmanları sistemə daxil etməyi öyrətməli olduğunu, piştaxtadan hansısa dərman preparatını götürüb həmin dərman preparatının adını kompüterə necə daxil etməyi öyrətmədiyini, həmin vaxt masanın üzərində dərman preparatı olduğunu, masanın üzərindəki dərman preparatını götürüb adını kompüterə necə daxil etməyi göstərdiyini, Rəşadın özünün kompüteri öyrənmək istəmədiyini bildirdiyini, Rəşada kompüteri öyrədərkən göstərdiyi həmin dərman preparatının adını xatırlamadığını, işdən çıxdıqdan sonra Rəşada kompüter öyrətmək üçün gəldiyi gündən əvvəl aptekə gəlmədiyini, Rəşada kompüter öyrətmək üçün gələn zaman aptekdə onun diqqətini çəkən hansısa bir yenilik olmadığını, Rəşad aptekə gələndə əlində toyda çəkdirdiyi fotoşəkilin olduğunu, həmin vaxt onun əlində sellofan torba olmadığını, Rəşad aptekə gələndə onun əlində dərman preparatı olduğunu görmədiyini, həmin gün aptekdə olduğu müddətdə kiminsə aptekə gəldiyi, nə isə aldığı halın olmadığını, aptekdə olduğu həmin müddət ərzində aptekə heç kimin gəlmədiyini, satış olmadığını, “Sübhan” adlı aptekdə psixotrop və ya güclü təsir edən dərmanlar satılmadığını, Səadət xanımın aptekdə psixotrop və ya güclü təsir edən dərmanların satılmasını istəmədiyini və icazə vermədiyini, həmçinin “Zeytun aptekin də qaydaları olduğunu və onlara həmin dərmanların satışını qadağan etdiklərini, əgər aptekdə həmin dərmanlar satılsaydı, əks-təqdirdə “Zeytun”un sanksiya tətbiq edib onları cərimələyə biləcəklərini, Səadət xanımın özünün Almaz xanımdan aptekə gəlməsini xahiş etdiyini, Almaz xanımın Maliyyə İdarəsində işlədiyini, Təqsirləndirilən şəxs1 həmin apteklə bağlı hər hansı bir idarəetmə və ya fəaliyyətlə məşğul olmadığını, Almaz xanımın aptekə gəlməsinin səbəbinin ona məlum olmadığını, Səadət xanımın zəng edərək onun iş saatında aptekə Almaz xanımın gələcəyini bildirdiyini, işdən çıxana qədər həmin aptekdə hansısa bir qadağan olunmuş dərmanın satışını görmədiyini, Təqsirləndirilən şəxs1 apteklə bağlı hər hansı bir fəaliyyətinin olmadığını və apteklə maraqlanmadığını bildirmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid4 göstərmişdir ki, “Sübhan” aptekdə 08 dekabr 2019-cu il tarixə qədər əczaçı kimi işləmiş, 08 dekabr 2019-cu ildə könüllü razılığı əsasında işdən çıxmışdır. O, işləyən vaxtı aptekdə Arzu adlı qız da əczaçı kimi işləmiş, Arzu da onun kimi dərmanların satışı ilə məşğul olmuş, sadəcə olaraq Arzu səhər saat 9.00-dan saat 18.00-dək, o isə saat 18.00-dan saat 24.00-dək işləmişdir... Aptekin rəsmi müdiri Səadət xanım olmuş, lakin onun həyat yoldaşı Samir də tez-tez aptekə gəlibgetmiş, onların problemləri ilə maraqlanmış, aptekdə çatışmayan bir texniki problem olduqda onlar Samirə müraciət etmiş, Samir də dərhal onların dediyi problemləri aradan qaldırmışdır. Samir Maliyyə Nazirliyinin Mingəçevir şəhər idarəsinin rəisi işləmiş, Samirin yoldaşı Səadət xanım hər ayın sonunda ondan və Arzudan aptekdə nə qədər dərman satıldığını və nə qədər qazanc əldə edildiyini maraqlanmışdır. 2019-cu ilin sentyabr ayında Samir öz işçisi olan Almaz adlı bir mühasibi aptekdə yoxlama aparmaq üçün aptekə göndərmiş, Almaz 3 gün ərzində aptekdə yoxlama aparmış və yoxlama nəticəsində aptekdə faktiki qalıq qalmış mallarla, kompüterdə olan qalıq malların arasında fərq olduğunu müəyyən etmişdir. Almaz bu qayda ilə aptekdə iki dəfə yoxlama aparmış və Almazı aptekə yoxlama aparmağa Samir göndərmişdir. Almaz yoxlamanın nəticəsi haqqında Samirə məlumat vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid4 Səadət xanımın yalnız usta ilə bağlı məsələ olduqda Təqsirləndirilən şəxs1 zəng edib məsləhətləşdiyini, Təqsirləndirilən şəxs1 aptekə tez-tez gəlib-getmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs1 sözügedən “Sübhan” apteklə heç bir əlaqəsi olmamışdır. O, özü dərmanları sifariş vermiş, işçiləri işə götürmüş, bir sözlə aptekin bütün işləri ilə özü məşğul olmuşdur. Aptekə nəzarət etmək üçün aptekdə video müşahidə kameraları quraşdırılmiş və beləliklə harada olmasından asılı olmayaraq aptekə nəzarət edə bilmişdir. Hadisə baş verən günü də aptekdəki video müşahidə kameraları işlək vəziyyətdə olmuş, lakin polis əməkdaşları həmin kameraların yaddaş qurğusunu götürmüşdür. Təqsirləndirilən şəxs2 həmin aptekə hadisədən bir gün əvvəl işə qəbul olunmuş, onunla heç bir təhvil-təslim həyata keçirilməmiş, yalnız 15 günlük sınaq müddəti ilə işə götürülmüşdür. Aptekdə heç vaxt psixotrop maddələr satılmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 15 dekabr 2019-cu il tarixli “Raport”dan görünür ki, qərəzsiz və ehtimad doğuran mənbədən əldə olunmuş məlumatlarda Samir adlı şəxsin sahibi olduğu və gündəlik fəaliyyətinə nəzarət etdiyi Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Sübhan” adlı aptekdə həmin aptekin işçisi Rəşad adlı şəxslə birlikdə külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin qanunsuz satışını təşkil etməklə həyata keçirdikləri bildirilmişdir. İlkin yoxlama zamanı barəsində əməliyyat məlumatı daxil olmuş şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. (cild 01, iş vər. 5) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 15 dekabr 2019-cu il tarixli “Əməliyyataxtaış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması və yaxalanmaları məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 6-7) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş 15 dekabr 2019-cu il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs2 ərizə yazaraq Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən qeyri-rəsmi işlədiyi “Sübhan” aptekinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 8) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutların götürülməsi barədə” 15 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində yerləşən «Sübhan» adlı aptekə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin aptekdən təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram təşkil edən 02 ədəd kasetdə ümumi 09 ampul «Relanium…Diazepamum 2 ml-lik», təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram təşkil edən 04 ədəd kasetdə ümumi 20 ampul «Diazepeks…Diazepam 2 ml-lik», təsiredici maddəsinin təmiz çəkisi 10 qram təşkil edən 01 ədəd blisterdə ümumi 10 ədəd tablet «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatları və külli miqdarda təmiz çəkisi 30 qram təşkil edən 10 ədəd blisterdə ümumi 100 kapsul «Actopentin…Gabapentin 300 mql», külli miqdarda təmiz çəkisi 15 qram təşkil edən 5 ədəd blisterdə ümumi 50 kapsul «Sirentin…Gabapentin…300 mql» dərman preparatları aşkar edilib götürülmüşdür. (cild 01, iş vər. 9-10) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-cu il tarixli, 30895 nömrəli rəyindən görünür ki, təqdim olunmuş Relanium (Diazepam), Diazepeks (Diazepam); Phenobarbital (Fenobarbital) preparatları Azərbaycan Respublikasının 2055-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına (Siyahı İİİ) daxildir; Actopentin...Gabapentin., Sirentin...Gabapentin preparatları Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Təqdim edilmiş dərman preparatlarının ümumi sayı, dərman formaları, təsiredici maddələrin çəkisi, son istifadə müddətləri, tədqiqatların aparılmasında istifadə olunan və qalıq miqdarları 1 saylı cədvəldə göstərilmişdir. Bu dərman vasitələri zavod texnologiyasına uyğun istehsal olunmuşdurlar, təsir maddələrinin aktivliyinə və qablaşdırmalar üzərlərindəki son istifadə müddəti göstəricilərinə əsasən istifadəyə yararlıdırlar. (cild 01, iş vər. 19-24) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə” Mingəçevir şəhər məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 5(051)- 63/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat tədbirinin keçirilməsi barədə qəbul edilmiş 15 dekabr 2019-cu il tarixli qərar qanuni hesab edilmişdir. (cild 01, iş vər. 169-170) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 18.02.2020 tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində fəaliyyət göstərən “Sübhan” aptekinə psixotrop dərman preparatlarının satışı üçün xüsusi icazə verilməmişdir. (cild 02, iş vər. 33) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat orqanından daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddə və külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə edib saxlamışlar. (cild 02, iş vər. 21) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 təqdim etdiyi 19.02.2020-ci il tarixli, 1385 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıblar. (cild 02, iş vər. 31) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 04.03.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicə olunmayıblar və qeydiyyatda yoxdurlar. (cild 02, iş vər. 110) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 03.07.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 satmaq məqsədilə əldə etdiyi psixotrop və güclü təsiredici dərman preparatlarını nə vaxt, haradan, kimdən və hansı şəraitdə əldə etməsinin müəyyənləşdirilməsi məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, maraq doğuran məlumatları əldə etmək mümkün olmamışdır. (cild 02, iş vər. 240) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin 02.03.2020-ci il tarixli, 584 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 03, iş vər. 25-26) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsin 02.03.2020-ci il tarixli, 582 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 03, iş vər. 27-28) Cinayət işinin materiallarında olan “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 18 iyul 2020-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materialarından psixotrop maddələr və külli miqdarda güclü təsir edən maddələrin əldə edilmə mənbəyi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 03, iş vər. 55-56) Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. İş materiallarından görünür ki, 15.12.2019-cu il tarxdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Samir adlı şəxsin sahibi olduğu və gündəlik fəaliyyətinə nəzarət etdiyi Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən “Sübhan” adlı aptekdə həmin aptekin işçisi Rəşad adlı şəxslə birlikdə külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin qanunsuz satışını təşkil etmələri barədə əməliyyat məlumatı daxil olmuş, təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmış, əməliyyat tədbiri çərçivəsində aptekdə satıcı işləyən Rəşad adlı şəxsdən müvafiq icazə alınmaqla “Sübhan” adlı aptekə baxış keçirilmiş, nəticədə aptekdən psixotrop maddələr və külli miqdarda güclü təsir edən dərman preparatları aşkar olunaraq götürülmüş, daha sonra həmin maddələr fiziki-kimyəvi ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl təhqiqat orqanı tərəfindən törədilən cinayət barədə verilən məlumatın qeydə alınması zamanı, qanuna müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi zamanı, sözügedən aptekə baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs2 razılıq ərizəsinin alınması ilə daha sonra aptekə baxış keçirilərək psixotrop maddələrin və güclü təsir edən maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Həmçinin müvafiq məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat tədbirinin keçirilməsi barədə qəbul edilmiş 15 dekabr 2019-cu il tarixli qərar qanuni hesab edilmişdir. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl CM-nin 234.4.1 və 240.3.2-ci maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Müdafiə tərəfinin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları bildirməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası polis əməkdaşlarının 15.12.2019-cu il tarixdə “Sübhan” aptekdə keçirdikləri əməliyyat axtarış tədbiri, həmin tədbirin qanuniliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 177.6-cı maddəsinə əsasən yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin (yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin) aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. Eləcə də, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfin aptekin mülkiyyətçisi olmadan, onun icazəsi alınmadan aptekə baxış keçirilməsinin qanunsuz olması ilə bağlı göstərdikləri, cinayət prosesual qanunvericiliyin tələbləri nəzərə alındıqda əsaslı qəbul edilə bilməz. Bundan əlavə sözügedən aptekə baxışda iştirak edən hal şahidlərindən biri olan X4 əvvəllər də polis əməkdaşları ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsində iştirak etməsi, bu halın həmin şəxsin polis əməkdaşları ilə birlikdə və onların göstərişi ilə hərəkət etməsi, belə olan halda isə artıq sözügedən şəxsin hal şahidi kimi iştirakında mütəmadilik yarandığından, onun iştirakı ilə keçirilən baxış və götürmə hərəkəti, o cümlədən onun nəticəsində tərtib olunan protokolun bir sübut kimi etibarsız sayılmasına dair müdafiə tərəfin qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, müdafiə tərəfi Bakı şəhəri Xətai rayon məhkəməsinin müvafiq hökmünün surətini məhkəməyə təqdim etmiş və bu hala, yəni həmin hökmə əsasən iş üzrə şahidlər siyahısında Səyyad Quliyevin iştirak etməsinə istinadən sözügedən baxış protokolunun etibarsız sayılmaqla sübutlar siyahısından xaric edilməsini tələb etmişdir. Əvvəla müdafiə tərəfi sözügedən şahidin polisin göstərişi ilə hərəkət edən, polis əməkdaşları ilə qeyri-rəsmi əməkdaşlıq edən şəxs olmasını heç nə ilə sübut edə bilməmiş, bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən isə müdafiə tərəfi nəzərə almamışdır ki, CPM-nin 115.2-ci maddəsində göstərilmişdir ki, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Azərbaycan Dilinin İzahlı Lüğətinə əsasən mütəmadi dedikdə, sürəkli, ara verməyən, davamlı, daimi sürətdə baş verib gedən başa düşülür. Hazırki cinayət işi üzrə bu hal müəyyən edilmir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyində hazırkı halı istinad olunan baxış və götürmə hərəkətinin keçirilməsində hal şahidi qismində iştirak edən Səyyad Quliyevin iştirakını istisna edən bir hal kimi nəzərdə tutmamışdır. Odur ki, bu hissədə də müdafiə tərəfin qeyd etdikləri əsaslı sayıla, o cümlədən sözügedən baxış və götürmə protokolunun etibarsız sayılmaqla sübutlar siyahısından xaric edilməsinə səbəb ola bilməz. Digər tərəfdən müdafiə tərəfi məhkəmə istintaqı zamanı məhkəmə heyətinə “Sübhan” aptekdə aparılmış baxış və götürmə hərəkətinin tam olmayan video görüntüsü əks olunmuş CD disk təqdim etmiş və həmin görüntülərin əsaslı sübut növü kimi qəbul edilməklə müşavirə otağında ona qiymət verilməsini xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, məhkəmə istintaqı zamanı tədqiq olunan sözügedən CD diskdə əks olunan video görüntülər müəyyən olunmayan mənbədən əldə olunması səbəbi ilə cinayət işi üzrə sübut kimi qəbul edilməmişdir. Belə ki,CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2 və 125.2.9-cu maddəsində isə göstərilmişdir ki, məlumatlar, sənədlər və digər əşyalar məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda, cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Odur ki, müdafiə tərəfin istinad etdiyi video görüntünün cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində əldə olunması müəyyən edilmədiyindən, habelə onun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğuna görə, məhkəmə həmin görüntüləri cinayət işi üzrə sübut kimi qəbul etmir. Eyni zamanda, müdafiə tərəfi “Sübhan” aptekdə mövcud olan müşahidə kameralarının yaddaş qurğusunun polis əməkdaşları tərəfindən götürülməsi ilə bağlı, habelə həmin görüntülərdə əməliyyat axtarış tədbirinin cinayət prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə keçirilməsinin əks olunması ilə bağlı qeyd etdiyi xüsusatlara münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarından müəyyən olunur ki, bu barədə ibtidai istintaq zamanı bir neçə dəfə vəsatət verilsə də, hazırkı iş üzrə ibtidai istintaqı aparan qurumdan verilən cavab məktublarında sözügedən video müşahidə kameralarının yaddaş qurğusunun müvafiq qurumda olmadığı bildirilmişdir. Eyni zamanda məhkəmə kollegiyası o halı da qeyd edir ki, cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə” Mingəçevir şəhər məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində əməliyyat tədbirinin keçirilməsi barədə qəbul edilmiş 15 dekabr 2019-cu il tarixli qərar qanuni hesab edilmiş, müdafiə tərəfi həmin qərarı məhkəmə istintaqı zamanı mübahisələndirsə də, sözügedən qərardan şikayət verilməmişdir, qərar hazırda qüvvədədir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək 15 dekabr 2019-cu il tarixli “Sübhan” aptekdə keçirilmiş baxış və götürmə hərəkətinin etibarsız sayılması və sübutlar siyahısından xaric edilməsi ilə bağlı müdafiə tərəfin qeyd etdiklərini əsaslı olmayan, işin faktiki halları ilə üst-üstə düşməyən, müdafiə taktikası istiqamətində deyilmiş sözlər kimi qəbul edir və ona görə də, onları qəbul etmir. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində, sonrakı mərhələsində və məhkəmə istintaqı zamaın qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, onların ibtidai araşdırmanın ilkin mərhələsində psixotrop maddələrin və güclü təsir edən maddələrin satış məqsədi ilə əldə edilməsi, “Sübhan” aptekə gətirilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə həmin dərman preparatlarının xüsusi lisenziya olmadan sözügedən aptekdə satışının təşkil edilməsi hissəsində qeyd etdikləri işin faktiki halları ilə, o cümlədən cinayət işinin materiallarında mövcud olan biri digər tamamlayan sübutlarla üst-üstə düşdüyündən, məhkəmə həmin ifadələri həqiqi, əsaslı və obyektiv həqiqəti əks etdirən ifadələr kimi qəbul edir. Əksinə təqsirləndirilən şəxslərin ibtidai araşdırmanın sonrakı mərhələsində, o cümlədən məhkəmə istintaqı zamanı qeyd etdikləri isə iş üzrə mövcud olan və məhkəmə istintaqı zamanı tədqiq edilən heç bir sübutla üst-üstə düşmədiyindən, biri digərini tamamlamadığından, məhkəmə kollegiyası həmin ifadələri həqiqəti əks etdirməyən, məsuliyyətdən yaxa qurtarmağa hesablanmış ifadələr kimi qəbul edir. Belə ki, müdafiə tərəfi israrla Təqsirləndirilən şəxs1 uzun müddət müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışmasına istinad edərək onun sözügedən psixotrop maddələrin və güclü təsir edən dərman preparatlarının satışından gələn gəlirə ehtiyacının olmadığını, ibtidai araşdırmanın ilkin mərhələsində əl yazısı ilə yazdığı izahatında, daha sonra dövlət hesabına ayrılan vəkilin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində həmin psixotrop maddələrin və güclü təsir edən dərman preparatlarının tanımadığı şəxdən alınması, habelə Təqsirləndirilən şəxs2la birlikdə onların aptekdə ehtiyacı olan insanlara satılmasının təşkil edilməsi ilə bağlı qeyd olunanların absurd olması, bütün bunların ibtidai araşdırma orqanının uydurması olması ilə bağlı göstərdiyi xüsusatlara münasibətdə məhkəmə kollegiyasına bildirməyi zəruri sayır ki, əvvəla heç kimə sirr deyil ki, sözügedən dərman preparatlarının qara bazarda satışı kifayət qədər yüksək məbləğdə gəlirin əldə olunmasına şərait yaradır. Digər tərəfdən müdafiə tərəfi israrla qəbul etmək istəmir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin mərhələsində əl yazısı ilə yazdığı izahatında, daha sonra dövlət hesabına ayrılan vəkilin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində əks olunanlar ibtidai istintaq orqanının gəldiyi qənaət və ya müəyyən etdiyi hal deyildir. Sözügedən xüsusatlar Təqsirləndirilən şəxs1 ifadələrində əksini tapan məlumatlardır ki, ibtidai istintaq orqanı həmin məlumatlar fonunda məhkəməyədək icraat dövründə aptekdən aşkar olunan psixotrop maddələrin və güclü təsir edən dərman preparatlarının mənbəyinin müəyyən edilməsi istiqamətində bir nailiyyət əldə edə bilməmiş və nəticədə qərar qəbul edərək daha ətraflı araşdırma aparmaq üçün hazırkı cinayət işindən psixotrop maddələrin və külli miqdarda güclü təsir edən maddələrin əldə edilmə mənbəyi ilə bağlı başqa cinayət işi ayırmışdır. Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində əl yazısı ilə yazdığı izahatında, daha sonra dövlət hesabına ayrılan vəkilin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində göstərilənlərə gəldikdə isə, Təqsirləndirilən şəxs2 həmin ifadələri qəbul etməyərək məcburiyyyət qarşısında qaldığına görə bu formada ifadə verdiyini bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorluğunun DİO-nın istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində Təqsirləndirilən şəxs2 saxlanıldığı gün döyülməsi, psixi təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar müdafiə tərəfinə təqdim olunmuşdur, müdafiə tərəfindən mübahisələndirilməmişdir. Hazırda qüvvədədir. Təqsirləndirilən şəxs1 “Sübhan” adlı apteklə heç bir bağlılığının olmamasına dair, həmin aptekə faktiki nəzarəti həyata keçirməməsinə dair müdafiə tərəfin göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin aptekin Təqsirləndirilən şəxs1 işlədiyi qurumun baş mühasibi X9 tərəfindən yoxlanılması, iş üzrə Şahid4 ibtidai istintaq zamanı qeyd etdikləri, yəni “aptekin rəsmi müdiri Səadət xanım olmuş, lakin onun həyat yoldaşı Samir də tez-tez aptekə gəlib-getmiş, onların problemləri ilə maraqlanmış, aptekdə çatışmayan bir texniki problem olduqda onlar Samirə müraciət etmiş, Samir də dərhal onların dediyi problemləri aradan qaldırmışdır. Samir Maliyyə Nazirliyinin Mingəçevir şəhər idarəsinin rəisi işləmiş, Samirin yoldaşı Səadət xanım hər ayın sonunda ondan və Arzudan aptekdə nə qədər dərman satıldığını və nə qədər qazanc əldə edildiyini maraqlanmışdır. 2019-cu ilin sentyabr ayında Samir öz işçisi olan Almaz adlı bir mühasibi aptekdə yoxlama aparmaq üçün aptekə göndərmiş, Almaz 3 gün ərzində aptekdə yoxlama aparmış və yoxlama nəticəsində aptekdə faktiki qalıq qalmış mallarla, kompüterdə olan qalıq malların arasında fərq olduğunu müəyyən etmişdir. Almaz bu qayda ilə aptekdə iki dəfə yoxlama aparmış və Almazı aptekə yoxlama aparmağa Samir göndərmişdir. Almaz yoxlamanın nəticəsi haqqında Samirə məlumat vermişdir.” onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 birbaşa sözügedən apteklə bağlılığı olmuş, onun gəlirləri ilə maraqlanmış, beləliklə də faktiki həmin aptek üzrə nəzarəti həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid5 və Şahid4 Təqsirləndirilən şəxs1 “Sübhan” adlı apteklə bağlılığına dair dediklərinə münasibətdə isə məhkəmə kollegiyası həmin şəxslərin vaxtilə Təqsirləndirilən şəxs1 nəzarəti altında işləmələrini, eyni zamanda Təqsirləndirilən şəxs1 şəhər sakini olmasını və uzun müddət Mingəçevir şəhər Maliyyə İdarəsinin rəisi kimi şəhər ərazisində böyük nüfuza malik olmasını, eləcə də Şahid5 Təqsirləndirilən şəxs2la əvvəlcədən tanışlığının olmasını və birlikdə aptekdə işləməsini nəzərə alaraq həmin ifadələri təqsirləndirilən şəxslərin lehinə söylənilən, həmin şəxslərin bir növ müdafiəsinə hesablanmış ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası bütün halları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir, həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırmanın ilkin mərhələsində vermiş olduqları ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlir. Ona görə də, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdikləri dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduqları ifadələrindəki psixotrop maddələrin və güclü təsir edən maddələrin satış məqsədi ilə əldə edilməsi, “Sübhan” aptekə gətirilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə həmin dərman preparatlarının xüsusi lisenziya olmadan sözügedən aptekdə satışının təşkil edilməsi hissəsini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 01, iş vər. 198) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyun 2009-cu il tarixli Fəxri Fərmanından görünür ki, Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Təqsirləndirilən şəxs1 uzun müddət dövlət qulluğundan səmərəli fəaliyyətinə görə və 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə təltif olunmuşdur. (cild 01, iş vər. 231) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Onun barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. (cild 02, iş vər. 114-116) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 dekabr 2019-cu il tarixli, K-114 nömrəli əmrindən görünür ki, Maliyyə Nazirliyinin Mingəçevir şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Təqsirləndirilən şəxs1 dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə 09 dekabr 2019-cu il tarixdən xitam verilmişdir. (cild 01, iş vər. 200) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 34-35) Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Onun haqqında heç bir təşkilatdan şikayət ərizəsi daxil olmamışdır. (cild 02, iş vər. 111-113) Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsindəki ifadəsi əsaslı sayıldığından və məhkəmə tərəfindən qəbul edildiyindən, həmin dövrdə onun verdiyi məlumatlar əsasında cinayət işi üzrə qrupun digər üzvünün ifşa olunmasındakı rolu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe əsas götürülməklə həmin hal CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 gənc olmasını, əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinin normalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidirlər. Lakin məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəzanı real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, Cinayət Məcəlləsinin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların mövcudluğunu, Təqsirləndirilən şəxs2 gənc olmaqla qeyd edilən cinayət əməlini ilk dəfə törətməsini, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, qısa müddət ərzində sözügedən aptekdə çalışmasını, cinayətkar qrupun digər üzvünün ifşa edilməsindəki rolunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Mingəçevir şəhər İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 münasibətdə isə məhkəmə kollegiyası sözügedən cinayət əməlinin törədilməsində sonuncunun təşkilatçı olması, psixotrop və güclü təsir edən dərman preparatlarının tədarükçüsü olmasını, kifayət qədər yüksək vəzifədə çalışan məsul şəxs olduğu halda bu qəbildən olan cinayətin törədilməsinə iştirakını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 16 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 dekabr 2019-cu il tarixdə saat 11:00-da tutulmuşdur. (cild 01, iş vər. 35) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 16 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 dekabr 2019-cu il tarixdə saat 14:00-da tutulmuşdur. (cild 01, iş vər. 58) Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 4(005)-1182/2019 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 15 dekabr 2019-cu il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 118-120) Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 4(005)-1183/2019 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 15 dekabr 2019-cu il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 121-126) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmələrinin əvvəli isə tutulduğu tarixdən, yəni 16 dekabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxslərdən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 02 ədəd kasetdə ümumilikdə 09 ampulda təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram olan psixotrop maddə «Relanium…Diazepamum 2 ml-lik» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 08 ampulu, 04 ədəd kasetdə ümumilikdə 20 ampulda təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram olan psixotrop maddə «Diazepeks…Diazepam» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 19 ampulu, 01 ədəd blisterdə 10 tabletdə təsiredici maddəsinin təmiz çəkisi 1 qram olan psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 08 tableti, 10 ədəd blisterdə ümumilikdə 100 kapsulda təsiredici maddəsinin təmiz çəkisi külli miqdarda, yəni 30 qram olan güclü təsir edən maddə «Actopentin…Gabapentin 300 mql» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 97 kapsulu, 05 ədəd blisterdə ümumilikdə 50 kapsulda təsiredici maddəsinin təmiz çəkisi külli miqdarda, yəni 15 qram olan güclü təsir edən maddə «Sirentin…Gabapentin…300 mql» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 47 kapsulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə məsrəfləri olan 109.90 AZN (yüz doqquz manat, doxsan qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 54.95 AZN (əlli dörd manat, doxsan beş qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 02 ədəd kasetdə ümumilikdə 09 ampulda təsiredici maddəsinin təmiz çəkisi 0,09 qram olan psixotrop maddə «Relanium…Diazepamum 2 ml-lik» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 08 ampulu, 04 ədəd kasetdə ümumilikdə 20 ampulda təsiredici maddəsinin təmiz çəkisi 0,2 qram olan psixotrop maddə «Diazepeks…Diazepam» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 19 ampulu, 01 ədəd blisterdə 10 tabletdə təsiredici maddəsinin təmiz çəkisi 1 qram olan psixotrop maddə «Phenobarbital 100 (Fenobarbital)» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 08 tableti, 10 ədəd blisterdə ümumilikdə 100 kapsulda təsiredici maddəsinin təmiz çəkisi külli miqdarda, yəni 30 qram olan güclü təsir edən maddə «Actopentin…Gabapentin 300 mql» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 97 kapsulu, 05 ədəd blisterdə ümumilikdə 50 kapsulda təsiredici maddəsinin təmiz çəkisi külli miqdarda, yəni 15 qram olan güclü təsir edən maddə «Sirentin…Gabapentin…300 mql» dərman preparatının ekspertiza tədqiqatından sonra qalıq qalmış 47 kapsulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmə məsrəfləri olan 109.90 AZN (yüz doqquz manat, doxsan qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 54.95 AZN (əlli dörd manat, doxsan beş qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs1 isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-21/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-21/2021
30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver