Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-21/2023 03.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X19, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə müdafiəçi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə İsmayıllı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, İsmayıllı şəhəri R.Rza küçəsi ev 17-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 144.2.3, 144.2.4, 144.2.5 və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(037)- 374/2019 nömrəli qətnaməsi ilə birgə nikahlarına xitam verilmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, dalan 4, ev 1-də yerləşən qohumu X15 məxsus evdə qonaq olmasını bilib tanışı Şahid1 Zərərçəkmiş şəxs zorla maşına mindirib İsmayıllı şəhəri, R.Rza küçəsi, ev 17 ünvanında yaşadığı evə aparacağını söyləyib bu işdə ona köməklik etməsinə razılıq aldıqdan sonra bu məqsədlə o, Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi X1 məxsus “Toyota Prius” (Hibrid) markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Elman Azayevə məxsus evin qarşısına gəlmiş, o, maşından düşərək Zərərçəkmiş şəxs qohumlarına sonuncunu evdə gizlətmələrinə irad tutaraq mübahisə etmiş, Şahid1 isə əvvəlcədən aralarında olan razılığa əsasən sürücü qismində operativ şəkildə avtomobili idarə edib oradan uzaqlaşmaq üçün avtomobilin yanında dayanmış, o, Zərərçəkmiş şəxs sonuncunun iradəsinə zidd olaraq aparmasına Zərərçəkmiş şəxs həyətdə olan qohumları Şahid2 və digərlərinin müqavimət göstərəcəklərini düşünüb həyətdən aralaşaraq yaxınlıqda olan dükandan istintaqla müəyyən edilməyən mətbəx bıçağı alaraq yenidən evin həyətinə qayıtmış, həmin vaxt həyətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunu qəsdən oğurlamaq məqsədi ilə bir əli ilə yaxasından tutub digər əlində olan silah qismində istifadə etdiyi mətbəx bıçağını sonuncunun boğaz nahiyəsinə istiqamətləndirib onun iradəsinə zidd olaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə həyətdən avtomobilə tərəf aparıb zorla avtomobilin arxa oturacağına otuzdurmuş, Şahid1 aralarında əvvəlcədən olan razılığa uyğun sükan arxasında əyləşərək avtomobili hərəkətə gətirmiş, o isə Zərərçəkmiş şəxs yanında oturaraq hərəkətdə olan avtomobildə əlləri ilə Zərərçəkmiş şəxs əllərini tutub saxlamaqla və qəsdən bədən nahiyəsindən yumruqla vurmaqla müqavimətinin qarşısını alan zaman sonuncuya sağ bazunun, sol saidin, döş qəfəsinin, qarının ön səthinin qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs qışqıraraq avtomobildən düşməyə nail olmaq üçün onun sol qolundan dişləyib əli ilə bədən nahiyələrindən vurub sonuncuya üzün, ənsə nahiyəsinin, sağ çiynin, sol bazunun, hər iki saidin, sağ əlin sıyrıqları, sol bazunun və sol saidin qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirsə də avtomobildən düşməyə nail ola bilməmiş, sürücü Şahid1 avtomobili hərəkət etdirməklə ümumi niyyətdən kənara çıxaraq onunla birlikdə oğurladıqları Zərərçəkmiş şəxs könüllü azad etmək qərarına gəlib bunun üçün sonuncunu təhlükəsiz yer olaraq İsmayıllı rayonu Kürdmaşı kəndində yaşadığı evə gətirərək Təqsirləndirilən şəxs ayrı otaqda arvadı X3 yanında saxlamasına və hadisə barədə öz mobil telefonu ilə onun qardaşı Şahid10 və əmisi Şahid9 mesaj yazaraq məlumat verməsinə şərait yaratmış, o, Zərərçəkmiş şəxs qohumlarına zəng edərək məlumat verməsindən əsəbləşib hərəkətlərini davam etdirərək sonuncunu həmin evdə qəsdən döyməklə və Zərərçəkmiş şəxs Sumqayıt şəhərinə aparmaq üçün xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində Şahid1 idarə etdiyi “Toyota Prius” (Hibrid) markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə yolun İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsi ilə Bakı istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs onunla yenidən mübahisə etməsi ilə əlaqədar avtomobildə əyləşdiyi qabaq oturacaqdan çevrilərək arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən 3-4 dəfə vurmuş, Şahid1 onu sakitləşdirmək üçün avtomobili yolun kənarında mühərrikini söndürüb hərəkətsiz vəziyyətdə saxladıqda Zərərçəkmiş şəxs avtomobilin qapısını açıb yerə düşdüyünü və avtomobildən uzaqlaşdığını görüb ona yaxınlaşaraq saçından tutub dartaraq və yumruqla qəsdən bədən nahiyələrindən vurub sonuncuya sol gözaltı və sol almacıq nahiyəsinin, üst dodaq haşiyəsinin, alt çənənin qançırları, alt dodağın qansızması və alt çənədə ön kəsici dişin travmatik düşməsi kimi qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya tətbiq etməklə Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qəsdən törətdiyi adam oğurluğu cinayətini davam etdirmiş, Şahid1 onları aralaşdırıb sakitləşdirdikdən sonra onun başının qarışdığını görüb fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs könüllü olaraq azad etmək üçün dərhal avtomobilə oturdub həmin yerdən uzaqlaşdıraraq Ağsu şəhəri ərazisində Şahid10 və Şahid9 təhvil verməklə oğurladığı Zərərçəkmiş şəxs könüllü olaraq azad etmişdir. Bundan başqa o, 2021-ci ilin noyabr ayının ortalarında dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə, saat 11 radələrində gəlir əldə etmək üçün tamah niyyəti ilə tanışı Şahid7 zəng edib İsmayıllı şəhəri, Həsənbəy ünvan 2 ünvanında yerləşən “Nur” şadlıq sarayının ərazisində ağacları kəsdirmək istədiyini və ağacları kəsmək üçün icazə aldığını, habelə həmin ağacların yerləşdiyi ərazinin şadlıq sarayının sahibinin şəxsi mülkiyyətinə aid olduğunu, həmin şadlıq sarayına ümumi nəzarətin ona tapşırıldığını bildirib Şahid7 inandırdıqdan sonra sonuncu fəhlə kimi işləyəcək Şahid3 Firudin oğlu, Şahid4 və Şahid8 İsmayıllı şəhəri, Həsənbəy ünvan 2 ünvanında yerləşən “Nur” şadlıq sarayının ərazisinə gətirmiş, o, Şahid3, Şahid4 və Şahid8 də “Nur” şadlıq sarayının qarşısında meşə fonduna aid olmayan dövlət mülkiyyətinə aid torpaq sahəsində yetişmiş ağ qovaq cinsindən olan 7 (yeddi) ədəd ağacları kəsmək üçün icazəsi olduğunu bildirib həmin şəxsləri inandıraraq razılıqlarını aldıqdan sonra fəhlə kimi cəlb etdiyi Şahid3, Şahid4 və Şahid8 vasitəsi ilə qovaq cinsindən olan 1 ədəd diametri 21 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 22 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 23 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 24 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 28 santimetr dəyəri 250 manat, 2 ədəd diametri 35 santimetr hər birinin dəyəri 350 manat təşkil edən, yəni cəmi 7 ədəd bioloji inkişafda olan yaş kök üstə ağacları motorlu mişarla kəsdirib götürməklə tamah niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz ağac kəsib təbiətə xeyli miqdarda, yəni ümumilikdə 1750 (min yeddi yüz əlli) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 144.2.3, 144.2.4, 144.2.5 və 259-cu maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı quraraq 27 dekabr 2016-cı ildə rəsmi qaydada aralarında nikah bağlanmış, Diana 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin kimya-biologiya fakültəsinə daxil olmaqla hamilə olduğuna görə həmin il məzuniyyət götürərək universitetə getməmişdir. Diana ilə birgə nikahlarından 15 oktyabr 2016-ci il tarixdə Uğur adlı uşaqları doğulmuş, univesitetdə ödənişli əsaslarla təhsil aldığından və atası vəfat etdiyinə görə təhsil haqqından azad olması üçün Diana ilə aralarında olan nikaha formal cəhətdən xitam verməyə razılaşmışlar. Buna görə 21 iyun 2019-cu ildə Diana ilə nikahlarına xitam verilmiş, lakin sonuncu ilə yenə də ailə kimi bir yerdə yaşamışlar. Diana həmin ildən sonra təhsil haqqından azad olmaqla və ilin əksər vaxtlarda Sumqayıt şəhərində kirayə evdə qalmış, əksər vaxtlarda Diananın yaşadığı evə yanına gedib ailə kimi qalmışdır. 15 sentyabr 2021ci il tarixdə Diana ilə İsmayıllı rayonundan Sumqayıt şəhərinə gedərək orada kirayə tutduqları evdə qalmışlar. 29 sentyabr 2021-ci il tarixdə günorta saatlarında İsmayıllı rayonunda iş dalınca gedəcəyi üçün Zərərçəkmiş şəxs evdə tək qalmaması üçün sonuncunu aparıb Xırdalan şəhərində xalasıgilin evinə qoymuş, elə həmin gün də İsmayıllı rayonuna getdikdən sonra qayıdıb gəlmişdir. 30 sentyabr 2021-ci il tarixdə günorta radələrində tanışı Şayıq ona zəng edib hal-əhval tutduqdan sonra sonuncu ilə İsmayıllı şəhərində görüşmüş, Şayıq ona Bakı şəhərinə gedəcəyini bildirdiyinə görə sonuncu ilə birlikdə idarə etdiyi “Toyota Prius” markalı avtomaşınla Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində Şayıqə 500 manat pul lazım olduğunu, həmin pulu tapmaq üçün İsmayıllı şəhərinə qayıtmağa məcbur qaldığını dedikdə Şayıq bacısıgilin sələm pul verdiyini və ordan pul alıb ona verə biləcəyini bildirmişdir. Bakıya axşam saatları çatdığı üçün Diananı narahat etməsin deyə sonuncudan açarın yerini soruşub özü qapını açıb Sumqayıtdakı kirayə qaldıqları evə daxil olmuş, İsmayıllı rayonuna getməmişdən əvvəl Diana xalasından 170 manat pul alıb evin kirayə pulunu verməsi üçün ona vermişdir. Səhəri gün Diana ona zəng vurub Nicatın vəziyyətinin pis olduğuna görə klinikaya aparmaq lazım olduğunu dedikdən sonra buna icazə vermiş, sonra stependiya kartını götürmək üçün Diananın yanına getmişdir. Faizə pul götürmək üçün Şayiqin qohumu ilə danışan vaxt nömrənin balansı bitdiyinə görə telefonla sonadək danışa bilməmiş, sonra Dianadan telefonunu ona verməsini istədikdən sonra sonuncu könüllü olaraq telefonunu ona verərək çıxıb getmişdir. İşlərini həll etdikdən sonra Diana ilə əlaqə saxlayaraq faizə müəyyən qədər pul götürdüyünü demiş, Diana da cavab olaraq bir qədər çox götürüb qızılları da almasını istəmişdir. Qızılları alası olmamış və Dianadan övladlarını görmək məqsədilə İsmayıllıya getmələri üçün hazırlaşmasını xahiş etdikdən Diananın Xirdalan şəhərində olan xalasıgilin evinə getmişdir. Oraya gedəndə Diananın xalası Afət ilk olaraq onu qabağına çıxmış, Diananın getməsinə mane olmuşdur. Diana öz razılığı ilə İsmayıllı rayonuna getmiş, həmin vaxt Diananın xalası və xalasının əri sonuncunun getməsinə razı olmadıqlarına görə mağazadan aldığı bıçağı Diananın xalasının ərinə göstərib “Sizin əlinizdən özümü öldürümmü” demişdir. Bundan sonra Diananın xalası ona qarşı nalayiq sözlər işlədib Diana ilə ona “Rədd olub çıxın gedin” demişdir. Xalasının sözündən sonra onlar çıxıb getmiş, Diana özü könüllü avtomobilə əyləşmişdir. Buna baxmayaraq Diananı götürüb İsmayıllıya getmiş, həmin vaxt aralarında mübahisə baş vermişdir. İsmayıllı rayonunda Şayiqin evində qaldıqdan sonra səhəri gün yenidən Sumqayıta qayıtmaq üçün evdən çıxmış, yolda olan vaxt Diana ilə yenidən torpaq sahəsi üstündə mübahisə etməyə başlamışlar. İsmayıllıda olan torpaq sahəsini satıb Bakıda bir şeylər almağı təklif etmiş, Diana razı olmadığına görə həmin mübahisə zəminində Dianaya bir neçə sillə vurmuşdur. Bunu görüb Şayiq onun qardaşları ilə əlaqə saxladıqdan sonra Diananı götürüb çıxıb getmişdir. Ona elan edilmiş CM-in 259-cu maddəsinə münasibətdə ittihamda qeyd edilən ağacları da şadlıq evinin yanına özü əkmiş, ağaclar böyüyüb şadlıq evinə ziyan verməyə başlayanda Sumqayıt şəhərində olan Elşad adlı şəxlə əlaqə saxlayaraq ağacları kəsməsini istəmişdir. Lakin Elşad adlı şəxsə bu işi icazə aldıqdan sonra etməsini demiş, bir neçə gün sonra Elşad onunla əlaqə saxlayaraq ağacları kəsən vaxt tutulduğunu bildirmişdir. Ondan şadlıq sarayının sənədləri istənilmiş, lakin başı işlərə qarışdığı üçün sənədləri prokurorluğa təqdim edə bilməmişdir. Barəsində cinayət işi istintaq olunan zaman şadlıq evinin sahibinin xaricdə olduğu üçün yenə də heç bir sənəd təqdim edə biılməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə ailə quraraq 2019-cu ildə ayrılmış, həmin üç il ərazində ailədaxili problemləri olmuşdur. Ondan fərqli olraq Şükran ayrılmaqlarını istəməmiş, Şükranla nigahlarından bir övladları olmaqla hadisə baş verən gün İsmayıllı rayonunda nənəsinin yanında olmuşdur. Şükrana məxsus evdə yaşamaq üçün ona də sığınacaq verilmiş və hər il Sumqayıt şəhərində kirayə ev tutub təhsil aldığı universitetə gedib gəlmişdir. Dərsə getdiyindən uşağa baxa bilməmiş, azyaşlı uşağa İsmayıllı şəhəri, R.Rza küçəsində Şükranın anası Naibə baxmış, 2021-ci ilin iyun ayında azyaşlı oğlu Uğuru götürüb Sumqayıt şəhərində kirayə ev tutub yaşamağa başlamışdır. Sonuncu dəfə sentyabr ayında Şükran onunla barışmaq adı ilə yaşadığı ünvana gəlib qalmış, sonra təhsil aldığı Universitetdə dərsləri başladığına görə azyaşlı oğlu Uğuru İsmayıllı rayonuna aparmışdır. 15 sentyabr 2021-ci il tarixdən etibarən Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yaşayan xalası X13 yaşadığı evdə yaşamağa başlamış, 01 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində xalası Afətlə birlikdə xalası oğlu X22 Xəstəxanasına aparmışdır. Həmin vaxt Şükran ona zəng edərək harada olduğunu soruşduqda sonuncuya evdə olmadığını, Səbail rayonu ərazisində Mərkəzi klinikada olduğunu bildirmişdir. Şükran idarə etdiyi “Toyota Prius” markalı avtomaşınla adını sonradan bildiyi Şayıq adlı şəxslə birlikdə X6rşısına gəlmişdir. Şükran ona yaxınlaşıb tələbə təqaüd kartını və Redmi Note7 markalı mobil telefonu istəyərək almışdır. Sonra həmin gün Şükran xalası evinə gələrək onu aparmaq istədiyini bildirmiş, Şükrana sonuncunu görmək istəmədiyini bildirmişdir. Şükranın təkidləri nəticəsində evdən çıxıb sonuncunun yanına gəlmiş, Şükran ona harasa gedəcəklərini demişdir. Şükrana heç bir yerə getməyəcəklərini demiş, həmin vaxt Şükran ona qarşı lazımsız ifadələr işlətməyə başlamışdır. Onun getmək istəmədiyini görüb Şükran ona qarşı zor tədbiq etməyə başlamış, sonuncuya müqavimət göstərərək getməyəcəyini demişdir. Həmin vaxt qısa bir müddətə Şükran harasa getdikdən sonra əlində mətbəx bıçağı ilə geri qayıdaraq bıçağı onun boğazına tutmaqla onu aparacağını, kiminsə ona kömək edəcəyi təqdirdə həmin şəxslərə də bıçaq ilə xəsarət yetirəcəyini demişdir. Həmin vaxt Şükranın yanında onun daha əvvəl heç vaxt yanında görmədiyi Şayiq adlı dostu da olmuş, Şükran Şayiqdən avtomobilə əyləşməsini istəyərək onu da zorla avtomobilə əyləşdirdikdən sonra avtomobilin qapılarını kilidləyərək onun səsini heç kim eşitməsin deyə avtomobilin maqnitofonuna səs vermişdir. Bu qaydada onlar Xırdalan rayonundan İsmayıllı rayonuna doğru yola düşmüş, avtomobildə olan zaman Şükran ona xəsarətlər yetirmişdir. Onun mobil telefonunu əlindən aldığına görə yaxınlarla əlaqə saxlaya bilməmiş, hava qaranlıq olduğundan dəqiq olaraq İsmayıllı rayonunun hansı kəndində olduğunu bilməmuişdir. İsmayıllı rayonu Kürdmaşı kəndində Şaiqgilin evində olduğundan sonradan xəbəri olmuş, Şükran kənddə də ona qarşı nalayiq ifadələr işlətməkdə davam etmişdir. Onlar gecəni orada keçirmiş, həmin vaxt Şayiqin arvadı ilə birlikdə qalmışdır. Həmin vaxt Şayiqin arvadından mobil telefonunu ona verməsini istəmiş, sonuncu da telefonu ona vermişdir. Həmin telefonla Şükranın qardaşı və əmisi ilə əlaqə saxlayıb Şükranı ondan uzaqlaşdırmalarını istəmiş, Şükran onun əmisi və qardaşı ilə əlaqə saxladığını eşidib ona yumruq zərbəsi endirmişdir. Həmin vaxt Şayiq onu Şükranın əlindən almış, Şükran torpaq məsələsini də həll etdikdən sonra ona nə edəcəyini bildiyini demişdir. Sonra onlar yenidən avtomobilə əyləşmiş, Şükranla tək qalmaqdan qorxduğu üçün Şayiqdən onlarla birlikdə Sumqayıt şəhərinə getməsini istəmişdir. Yolda Şükran yenə onu təhqir edib döyməyə başlamış, bunu görüb Şayiq avtomobili saxlayaraq Şükranla söhbət etməyə başlamışdır. Həmin vaxt fürsətdən istifadə edib yolda hərəkət edən avtomobillərdən birinə əyləşib qaçıb getmək istəmiş, onun avtomobilləri saxlatmaq istədiyini görüb Şükran saçından tutub yol ilə sürüməyə başlamışdır. Həmin vaxt ətrafda olan insanlar ona kömək edib Şükranı ondan uzaqlaşdırmış, Şayiqdən onu Şükranın qardaşıgilə aparmasını xahiş etmişdir. Şayiq onu Şükranın qardaşı Şahid10 və Fərid Mühbəliyevə təhvil vermiş, sonuncular da onu anasıgilə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs göstərişi ilə Vilayət Əsgərov adlı şəxs 7 ədəd qovaq cinsindən ağac kəsmiş, ağacların kəsilməsi nəticəsində idarəyə 1850 manat ziyan dəymişdir. Ağacları kəsməyə Vilayətlə birlikdə 3 nəfər gəlmiş, Vilayət ağacları Təqsirləndirilən şəxs göstərişi ilə kəsdiyini bildirmişdir. Ağaclar Şükranın işlədiyi şadlıq sarayının yanında olmuş, Vilayət Əsgərova da şadlıq sarayının işçisi kimi həmin ağacları kəsməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2021-ci il tarixdə tanışı Şükran İsmayıllı rayonunda onun yanına gələrək 600 manat pul lazım olduğunu bildirmiş, sonra anasından 600 manat pul alaraq həmin pulu Şükrana vermişdir. Əvvəl Şükran xəstəxananın yanında Diana ilə görüşmüş, orada söhbət etdikdən sonra Şükran avtomaşına minib getmişdir. Sonra Şükranın arvadı Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhərindən götürmüş, həmin vaxt bir-birlərini təhqir etmişlər. Şükranla həyat yoldaşı arasında anlaşılmazlıq olduğuna görə, həmçinin Şükranın əsəbi halda Dianaya xəsarət yetirə bilməsindən qorxaraq Zərərçəkmiş şəxs özünə məxsus olan Göyçay rayonu Kürdmaşı kəndindəki evinə aparıb bir müddət orada saxlamış, səhəri gün Diana və Şükran ilə birlikdə geri qayıdarkən yolda Şükran Diananın sifətindən şillə vurmuşdur. Bundan sonra Diana ilə Şükranı ayırmış, Şükranı orada qoyaraq Dinanı özü ilə aparmışdır. Sonra Şükranın qardaşı onun evinə gələrək Zərərçəkmiş şəxs götürüb aparmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2013-cü ildə X5 birgə cəza çəkdiyi vaxtdan tanımış, 2021-ci ilin aprel ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı şəhəri, mərkəzi bazarda paltar mağazasından özünə paltar alarkən təsadüfən Təqsirləndirilən şəxslə qabaqlaşaraq görüşüb hal-əhval etmişlər. 30 sentyabr 2021-ci il tarixdə günün ikinci yarısında Təqsirləndirilən şəxs ona zəng edərək probleminin olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Şükranla Kürdmaşı kəndində görüşərkən sonuncu ona arvadının universitetdə təhsil haqqını ödəmək üçün təcili olaraq 500 manat lazım olduğunu bildirmiş, Şükrana pulunun olmadığını, lakin əgər təcili lazım olsa borc tapıb ona verə biləcəyini demişdir. Bundan sonra Şükrana məxsus avtomaşınla Bakı şəhərinə getmişlər. Yolda Şükran ona əgər 600 manat borc verə bilərlərsə tam işinin düzələ biləcəyini demiş, əvvəlcə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndindən Abşeron rayonu Xırdalan şəhərinə getmişlər. Şükran Diana ilə əlaqə saxlayıb Sumqayıt şəhərində kirayə qaldığı evin açarını ona verməyini xahiş etmiş, Diana əvvəlcədən açarı çıxarıb qonaq qaldığı qapıda sayğacın içərisinə qoymuşdur. Şükran açarı götürdükdən sonra onlar birlikdə Sumqayıt şəhərinə getmiş və Şükran yaşayış binasının birinci mərtəbəsində evi açıb içəri daxil olmuşdur. Səhəri gün Şükranla birlikdə Sabunçu rayonu Kürdəxanı qəsəbəsinə getmiş, anası Təzəgülə və bacısı Mərziyəyə tanışı Şükrana 600 manat pul lazım olduğunu və borc olaraq həmin məbləğdə pulu Şükrana verməyi, pulu 1 ay müddətində Şükranın qaytaracağını bildirmişdir. Şükran özü təklif etmişdir ki, əgər pulu qaytarmaqdan ötrü ona inanmırlarsa torpaq sənədini və təqaüd kartını əvəz olaraq verə bilər. Bacısı Mərziyə də razılaşmış və hər hansı bir sənəd ona verməyə razı olmuşdur. Şükran onunla birlikdə, Bakı şəhəri, Səbail rayonunda X6rşısına gəlmiş, Diana mobil telefonda Şükrana nə lazım olduğunu soruşduqda Şükran təqaüd kartının lazım olduğunu bildirmişdir. Bundan sonra Şükran avtomobili idarə edərək həmin klinikanın qarşısına getmiş, Şükran sükan arxasından düşüb təxminən 15 metr aralıda Diana ilə görüşdükdən sonra geri qayıtmışdır. Şükran Dianadan sonuncunun öz xoşu ilə Redmi Note 7 markalı mobil telefonu və tələbə təqaüd kartını aldığını bildirmişdir. Şükran ona Dianaya məxsus kartı verib hər ay həmin karta 147 manat pul yüklənəcəyini və həmin kartı borcunu qaytaracağı vaxta qədər aparıb Mərziyyəyə verəcəyini bildirmiş, onlar birlikdə Şükranın idarə etdiyi avtomaşınla yenidən Kürdəxanı qəsəbəsinə getmişlər. Orada Şükran torpaq sənədini və Dianaya məxsus tələbə təqaüd kartını Mərziyyəyə vermiş, Mərziyə də Şükrana 600 manat borc pul vermişdir. 1 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Şükran Diananın xalası Afətin mobil telefonuna zəng edərək telefonu Dianaya verməyini bildirmiş, lakin Afət telefonu Dianaya verməmişdir. Şükran telefonu qulağında qoyub danışdığına görə konkret olaraq nə danışdığını eşidə bilməmiş, həmin gün İsmayıllı rayonu Kürdmaşı kəndinə qayıtmalı olduğundan Şükrana işlərini tez həll etməsini, ailəsinin onu gözlədiyini bildirmişdir. Şükran da ona arvadı Diananı gedib xalasıgildən götürdükdən sonra İsmayıllı rayonuna aparacağını bildirmiş, bundan sonra Şükran idarə etdiyi və onun qabaq oturacağında oturduğu avtomaşında Xırdalan şəhərinə bir evin qarşısına getmişdir. Şükran avtomaşından düşüb Diananın xalası Afətin evinin qapısını döysə də heç kim çölə çıxmamışdır. Şükran Afətin telefonuna zəng edib harada olduğunu soruşduqda Afət yaxınlıqda qaynıgildə olduğunu demiş, Şükran telefonu Dianaya verməyi bildirərək sonuncu ilə danışdıqda Şükran Dianaya qapıya çıxmağı və gedib İsmayıllı rayonunda uşaqları Uğuru görməyi bildirmişdir. Bundan sonra Şükran maşını idarə edib Afətin qaynının qapısında saxladıqdan sonra avtomaşından düşərək həyətdə olan bir nəfər tanımadığı oğlana Diananı çağırmasını demişdir. Afət çölə çıxıb Diananın evdə olmadığını və “Al market” mağazasına getdiyini, bir nəfər oğlanın onu götürüb Sumqayıt şəhərinə aparacağını bildirmiş, Şükran ona avtomaşından düşməsini bildirmişsir. Bundan sonra Şükran avtomaşını sürətlə sürüb Diananı tapacağını bildirərək avtomaşını bir qədər hərəkət etdikdən sonra qayıdıb qapıda saxlamışdır. Təxminən 15-20 dəqiqə sonra Şükran əlində qatlanmayan mətbəx bıçağını götürüb yerə düşmüş, qapının qarşısında Afət, əri İdris və adını bilmədiyi bir nəfər şəxs də olmuşdur. Şükran avtomaşından düşəndə bıçağı əlində tutub qarnına yönəldərək yüksək səslə “arvadımı verin aparım burdan, bu dəyqə qarnımı yırtıb yerə tökəcəm” deyə bildirmiş, daha sonra aqressiv şəkildə nalayiq söyüşlər söyərək həyətə daxil olmuşdur. Bu zaman Diana da həyətə düşmüş, Şükran Dianaya birlikdə getməyi bildirdikdə Diana getmək istəmədiyini bildirmişdir. Bu zaman Şükran Diananın boğazına bıçaq dirəyib sonuncunu arxadan qucaqlayaraq güc tətbiq edib avtomaşına tərəf gətirmiş, bu zaman Şükran ona “Şayıq maşını sür çıxaq gedək burdan” deyə bildirmişdir. Şükran özü avtomaşının arxa qapısını açaraq Diananı avtomaşına əyləşdirmiş, Şükran və Diananın ər-arvad olduqlarını, hər bir ailədə söz-söhbət olduğunu, yolda barışacaqlarını fikirləşib avtomaşının sükanı arxasında əyləşmişdir. Avtomaşını idarə edib İsmayıllı rayonuna gələrkən Müşviqabad qəsəbəsindəki postu keçdikdən sonra avtomaşını saxlayaraq düşüb mağazadan su alıb Şükrana və Dianaya da vermiş, Diana yolda ona Şükranın Diananı öldürəcəyini və sonuncunu Şükranın yaşadığı evə deyil, öz evi olan İsmayıllı rayonu Kürdmaşı kəndində aparmasını xahiş etmişdir. Diananı zorla bir yerdən başqa yerə aparmağın cinayət olduğunu fikirləşdiyinə görə və Şükranın Diananı döyməməsi üçün yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evə aparmağa qərar vermişdir. Yolda arvadı Rəhiməyə zəng edərək evlərinə qonaq gəldiyini, evdə qalacağını, çay qoymasını bildirmiş, bundan sonra avtomaşını sürüb yaşadığı evin qarşısına gəlmişdir. Saat 0030 radələrində evə çataraq çay içmişlər. Şükrana Dianadan ayrı qalmağını bildirmiş, Diana arvadı Rəhimənin yanında qalmışdır. Evə çatdıqdan təxminən 1-2 saat sonra Diana ondan xahiş edərək Şükranda olan telefonunu alıb verməsini və hadisə barədə qohumlarına məlumat vermək istədiyini bildirdiyinə görə Diananın telefonunu Şükrandan xəbərsiz götürüb aparıb Dianaya vermişdir. Diana telefonu vatcap proqramında mesaj yazıb Şükranın qardaşı Vidadiyə və əmisi Pərvinə məlumat vermiş, Şükran səhər tezdən Diananın qohumlarına mesaj yazdığından əsəbiləşib Diananın sifətindən 1-2 dəfə sillə ilə vurub döymüşdür. Şükranı sakitləşdirmiş, səhəri gün saat 10 radələrində Şükran arvadı Dianaya Sumqayıt şəhərinə gedib yüklərini götürmək istədiyini və bundan sonra Şükranla bir yerdə yaşamayacağını bildirmişdir. Diana ona yalvarıb avtomaşını özünün sürərək Diananı aparıb gətirməsini demişdir. Bundan sonra o, sükan arxasında oturmuş, Şükran arxa oturacaqda oturmaq istəsə də Diana etiraz edib qabaq oturacaqda oturmasını bildirmişdir. Şükran qabaq oturacaqda oturmuş, Diana arxada oturmaqla avtomaşını özü idarə etmişdir. Saat 11 radələrində Bakı-Şamaxı-Yevlax yolunun İsmayıllı rayonu Qubaxəlilli kəndindən keçən hissəsində avtomaşını idarə edərkən Şükran Diananın rəhmətə getmiş atasının qəbrinə söymüş, Diana da Şükranın ata və anasını söymüşdür. Bu zaman Şükran yumruqla 2-3 dəfə Diananın sifət nahiyəsindən vurmuş, bu zaman avtomaşını saxlayaraq qabaq oturacağa yerdən yaxınlaşıb Dianadan tutub vuran Şükranı tutub kənarlaşdırmaq istəyən zaman Şükran əlindən çıxıb maşından düşüb qaçan Dianaya yaxınlaşmış və saçından tutub təpiklə sifət nahiyəsindən vurmuşdur. Həmin yerdə “Qubaxəlilli kəndi” sözləri yazısı yazılmış, Diana kənarda 3-4 nəfər cavan oğlandan kömək istəmiş, həmin vaxt Şükran söyüş söyüb yaxınlaşan şəxsin ünvanına nalayiq ifadə işlətmişdir. 3-4 nəfər şəxs yaxınlaşıb Şükranı saxlayaraq Diananın üstünə gəlməsinin qarşısını almışlar. Diananı Şükranın əlindən almaq üçün Diananı maşına əyləşdirib qohumlarına təhvil vermək üçün Ağsu istiqamətində yola düşmüş, mobil telefonu ilə Şükranın qardaşına zəng edib hadisə barədə məlumat verdikdən sonra Ağsu rayonunda Avtovağzalın yanında Diananı götürüb aparmalarını bildirmişdir. Təxminən 1-2 saat sonra saat 12 radələrində Şükranın qardaşı Vidadi və adını bilmədiyim əmisi “Az samand” markalı avtomaşınla gəldikdən sonra Diananı götürüb aparmış, o isə İsmayıllı şəhərinə gəlib “Talıstan” motelinin qarşısında avtomaşını saxlayaraq sonradan oraya gələn Şükranla görüşmüşdür. Şükran Dianaya məxsus “Redmi Note 7” markalı mobil telefonu verib aparıb Dianaya verməsini bildirmiş, Diana ilə danışdıqda sonuncu Cülyan kəndində yaşadığı evdə olduğunu və mobil telefonu gətirib qapıda verməsini bildirdiyinə görə aparıb deyilən yerdə telefonu Diananın qardaşına vermişdir. Sonra Talıstan motelinin qarşısına gəlib avtomaşını Şükrana vermiş, oradan isə aralaşıb İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşadığı evə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs baldızının qızı olmaqla Sumqayıt Dövlət Universitetinin 5-ci kursunda təhsil almış, 2021-ci ilin sentyabr ayının axırlarından Diana dərsə gedib-gəlmək üçün onun Xırdalan şəhəri Nizami küçəsində yerləşən evində qalmışdır. 1 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində arvadı Afət Azayeva və baldızının qızı Zərərçəkmiş şəxs azyaşlı oğlu Nicatla onun yaşadığı evdən təxminən 300 metr aralıda yerləşən qardaşı Elman Azayevin yaşadığı evə qonaq getdiklərini bilib işdən çıxıb oraya getmiş, saat 19 radələrində həyətdən səs-küy gəldiyini eşidib həyətə çıxanda Diananın keçmiş əri Təqsirləndirilən şəxs həyətdə olduğunu görmüş, arvadı Afət hər hansı münaqişə baş verməməsi üçün Şükrana Diananın evdə olmamasını demişdir. Bundan sonra Şükran səsini yüksəldib guya Diananı gizlətdiklərini deyib səs-küy yaratmış, Şükranın çıxıb getməsi üçün Diananın evdə olmadığını bildirmişdir. Şükran yenə özünü yandıracağını, bütün qonşuları həmin həyətə tökəcəyini deyib səs-küy yaratmış, sonra Şükran qapıdan aralaşıb gözdən itmişdir.Təxminən 5 dəqiqə sonra Şükranın əlində bıçaqla həyətə daxil olmuş və səs-küy salaraq qapıdan 5-10 metr irəli gedib həmin vaxt orada olan Dianaya yaxınlaşmış, sol əli ilə Diananın saçından tutub qapıya tərəf aparmaqla çölə çıxartmışdır. Şükrana sakit olmasını desələr də sonuncu heç kəs yaxın gəlməməsini, özünü vuracağını bildirib bıçağı Diananın boğazına dirədiyərək saçından tutub “Toyota Prius” markalı avtomaşının arxa oturacağına oturtmuşdur. Şükran da Diananın yanında oturmuş, sonradan adını bildiyi Şayıq adlı sürücü avtomaşını idarə edərək çıxıb getmişlər. Arvadı Afət həmin gecə bir neçə dəfə Diananın mobil telefonuna zəng edib xəbər bilmək istəsə də Diananın mobil telefonuna zəng çatmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində o və oğlu Azay yaşadığı Xırdalan şəhəri Nizami küçəsindəki evdə olarkən qardaşı Elmanın yaşadığı evin qarşısından səs-küy gəldiyini eşidib nə baş verdiyi ilə maraqlanmaq üçün həmin evin qarşısına gələrkən orada “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin olduğunu görmüş, Şükran adlı şəxsin nalayiq ifadələr işlətdiyini eşidib maşının yanında olan adını sonradan bildiyi Şayıq adlı şəxsdən nə baş verdiyini soruşduqda sonuncu ona Şükranın ailəsinin dalınca gəlib, arvadını həyətdən aparmaq istədiyini demişdir. Həmin vaxt Şükran həyətdən çölə çıxıb digər yol istiqamətində getmiş, qardaşı İdris, İdrisin yoldaşı Afət, həmçinin Diana da həyətdə olmuşdur. Təxminən 4-5 dəqiqə sonra Şükran həyətə daxil olub yenidən səs-küy salıb Diananı arxadan tutub avtomaşına tərəf zorla gətirməyə başlamış, Diana avtomaşına minmək istəməsə də Şükran Dianaı zorla avtomaşına itələyib mindirdikdən sonra özü də avtomaşının arxa oturacağında əyləşməklə sürücü avtomaşını sürüb oradan getmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid6 məhkəməyədək icraat zamanı ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının ortalarında o, Səbuhi və Qismət ilə birlikdə Elşadın evində işlədiyi zaman Elşad ona “Nur” şadlıq sarayının ərazisində ağacların kəsilməli olduğunu bildirib, qarşılığında hər birinə 10 manat pul verəcəyini demiş, bununla razılaşaraq növbəti gün Elşadın evində iş bitdikdən sonra saat 11 radələrində Elşad, Qismət və Səbuhi ona məxsus, idarə etdiyi “VAZ-21011” markalı “**-BL-***” dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərində Həsənbəy Zərdabi küçəsində yerləşən “Nur” şadlıq Sarayının ərazisinə getmişlər. Orada Elşad onlara Şükranla danışdığını və sonuncunun gəlib kəsiləsi ağacları göstərəcəyini ona bildirib taksi ilə harasa getmişdir. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs oraya gələrək şadlıq sarayının həyətində olan 7 ədəd qovaq ağaclarını ona göstərərək həmin ağacların şadlıq sarayına gedən piyada keçidinə maneəçilik törətdikləri üçün kəsilməli olduqlarını bildirmiş, həmin ağacların kəsilməsi ilə əlaqədar icazəsinin olub-olmamasını Şükrandan soruşduqda sonuncu heç bir narahatçılığın olmadığını deyərək yazılı şəkildə Ekologiya idarəsinə məlumatın verildiyini bildirmişdir. Şükran öz avtomobilinə minib getdikdən sonra Səbuhi və Qismətin köməkliyi ilə Şükranın ona göstərdiyi ağacları kəsməyə başlamış, 1-2 saat sonra Ekologiya İdarəsinin adını bilmədiyi işçiləri gələrərk ağacları kəsməsi ilə əlaqədar sorğu-sual etdikdən sonra ona məxsus motorlu mişarı götürmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadələr verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı olmaqla Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş birgə nikahlarından bir uşaqları olmuşdur. Şükran Diana ilə sonuncunun universitet xərclərindən azad olması üçün 2019-cu ildə boşanmalarına baxmayaraq həmin vaxtdan sonra da bir yerdə yaşamışlar. Diana Sumqayıt şəhərində oxuduğu üçün Sumqayıt şəhərində yaşamışlar. 2 oktyabr 2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs istifadəsində olan “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona mesaj gələrək, səhər tezdən həmin mesajı oxuduqda X14 rayonu Xırdalan şəhərindən, İsmayıllı rayonuna tanımadığı şəxsə məxsus evə gətirdiyini yazmasını görmüş, Diana ilə Şükran arasında həmişə mübahisə baş verdiyindən bu mesaja əhəmiyyət verməmişdir. Səhər saatlarında Şükranın mobil nömrəsinə zəng edərək nə baş verdiyini soruşduqda sonuncu ona “sonra danışarıq” deyə cavab vermişdir. Saat 11 radələrində İsmayıllı rayonu Qubaxəlilli kəndində tikinti yerində usta kimi işləyərkən Şayıq adlı şəxs mobil telefonla zəng edərək Şükranın Diananı döydüyünü, Şükranı gətirmədən Ağsu şəhəri Avtovağzal adlanan yerə gəlib Diananı Sumqayıt şəhərinə aparmasını bildirdikdən sonra idarə etdiyi “Az Samand” markalı **-LN- *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonuna gedib əmisi Pərvini avtomobilə mindirdikdən sonra Ağsu şəhəri, Avtovağzal adlanan yerə getmişdir. Diananın sifət nahiyəsində xəsarət olduğunu görmüş, Dianadan nə baş verdiyini soruşduqda sonuncu Şükran tərəfindən Abşeron rayonu Xırdalan şəhərindən İsmayıllı rayonuna zorla gətirildiyini, Qubaxəlilli kəndində isə Dinanı döydüyünü və Diananı Sumqayıt şəhərinə aparıb evdən yüklərini yığıb İsmayıllı rayonuna qaytarmasını xahiş etmişdir. Şayıq Diananı ona və Pərvinə təhvil verdikdən sonra Diana və əmisi Pərvinlə birlikdə idarə etdiyi avtomaşınla Sumqayıt şəhərinə gedərək Diana yaşadığı evdən yüklərini yığdıqdan sonra avtomaşınla sonuncunu İsmayıllı rayonu Cülyan kəndinə anasınının yaşadığı evə qaytarmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 eyni məzmunlu ifadə verərək Şahid10 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 77 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlər (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterili məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1999 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 saylı RETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş cədvələ əsasən, İsmayıllı şəhəri, Həsənbəy ünvan 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan ərazidən köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 1 ədəd diametri=21 sm, 1 ədəd diametri =22 sm, 1 ədəd diametri =23 sm, 1 ədəd diametri =24 sm, 1 ədəd diametri =28 sm və 2 ədəd diametri 35 sm ağ qovaq cinsli ağaclar olmaqla, ümumilikdə 7 ədəd ağ qovaq ağaclarının qanunsuz kəsilərək (tikinti və abadlaşdırma istisna olmaqla) götürülməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 1750,00 manat müəyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 462 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 462 nömrəli rəyindən görünür ki,1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən alının, sol gözaltı və sol almacıq nahiyələrinin, üst dodaq haşiyəsinin, alt çənənin, sağ bazunun, sol saidin, döş qəfəsinin, qarının ön səthinin qançırları, alt dodağın qansızması və alt çənədə ön kəsici dişin travmatik düşməsi küt əşya (alət) təsirindən törənmişdir. Bu xəsarətlərdən sol almacığın, sağ bazunun, sol saidin və döş qəfəsinin qançırları, alt dodağın qansızması və alt çənədə ön kəsici dişin travmatik düşməsi, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən 4-5 gün əvvələ, alnın, sol gözaltı nahiyənin, üst dodaq haşiyəsinin, alt çənənin, qarının ön səthinin qançırları isə Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsindən 4-5 gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə ayrı-ayrılıqda, sol gözaltı və sol almacıq nahiyəsinin, üst dodaq haşiyəsinin, alt çənənin qançırları, alt dodağın qansızması və alt çənədə ön kəsici dişin travmatik düşməsi qapalı-kəllə beyin tavması və baş-beyin silkələnməsi ilə nəticələndiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya, sağ bazunun, sol saidin, döş qəfəsinin, qarnın ön səthinin qançırları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, demək olar ki, həmin xəsarətlər Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə, eləcə də digər müxtəlif şəraitlərdə törənə bilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 469 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Fətula oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-üzün, ənsə nahiyəsinin, sağ çiynin, sol bazunun, hər iki saidin, sağ əlin sıyrıqları, sol bazunun və sol saidin qançırları küt əşya (alət) təsirindən törənmişdir, Təqsirləndirilən şəxs qeyd etdiyi 01-xx.xx.2021-ci il tarixlərdə törənməsi istisna edilmir, dərəcəsinə görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, demək olar ki, həmin xəsarətlər Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə, eləcə də digər müxtəlif şəraitlərdə törənə bilərdi. Cinayət işinə əlavə olunmuş məhkumluğa dair Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 186.2.1, 186.2.2, 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 972 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Gəncə şəhəri Nizami rayon Məhəkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddətinə 03 ay müddətə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəza müddəti başa çatmışdır. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarına əlavə edilmiş ittiham elan edilməsi üçün şəxsin tutulması haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1815-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə İsmayıllı rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə İsmayıllı şəhəri R.Rza küçəsi 17 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Himayəsində xx.xx.2016-cı ildə doğulmuş Uğur Mühübəliyev adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X20 Konsultativ Poliklinikası tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 242 nömrəli məktubdan görünür ki, İsmayıllı şəhəri R.Rza küçəsi ev 17-də yaşayan xx.xx.1992-ci il təvəllüdlü X4 narkoloji, nevroloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur və təqsirləndirilən şəxslə barışmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş 07 mart 2023-cü il tarixli 3-14-45/2-244/2023 nömrəli məktubdan görünür ki, İsmayıllı rayonu “Nur” şadlıq sarayının ərazisindəki ağacların İsmayıllı şəhəri Rəsulzadə küçəsi ev 17-də qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi zamanı təbiətə dəymiş 1850 (min səkkiz yüz əlli) manat məbləğin təqsirkarın anası X8 tərəfindən ƏMM üzrə Dövlət Fonduna tam şəkildə ödənilməsi təmin edilmişdir. Həmin vətəndaş ekoloji ziyanı ödədiyi üçün heç bir iddia yoxdur. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək müdafiəsi üçün gətirdiyi hallar, yəni Zərərçəkmiş şəxs zorla qaçırmamasına və sonuncunun özü könüllü olaraq getməsinə dair göstərdikləri məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında tam təkzib olunur. Belə ki, iş üzrə şahidlər Şahid6, Şahid2 və Şahid5 Diana X2 getmək istəmədiyini, sonuncunun Diananın boğazına bıçaq dirəyərək məcburi qaydadan avtomaşına mindirib apardığını göstərmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs da eyni məzmunlu ifadə vermiş, həmçinin həmin vaxt hadisə yerində X23 Mühübalıyevlə üzləşərkən qeyd edilən məzmunda ifadə verərək üzləşdirmə zamanı da dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, CM-in 144-cü maddəsində nəzərdə tutulan adam oğurluğu cinayət tərkibinin yaranması üçün təqsirkarın zərərçəkmişi sonuncunun iradəsinə zidd olaraq olduğu yerdən başqa yerə apardığı və ya yerini dəyişdirdiyi andan cinayət başa çatmış sayılır. Belə olan halda Təqsirləndirilən şəxs qeyd etdiyi kimi Zərərçəkmiş şəxs ilə rəsmi qaydada boşansalar da faktiki olaraq birlikdə yaşamaqla ər-arvad münasibətlərində qalmaları həmin əməlin tövsifinə heç bir təsir etmir və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncu onunla İsmayıllı rayonuna getmək istəmədiyi halda iradəsinə zidd olaraq zor tətbiq edərək avtomaşına mindirərək oradan apardığı andan adam oğurluğu cinayəti başa çatmışdır. Bundan başqa şahid ifadələrindən və işdə olan digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 259.1-ci maddaəsində nəzərdə tutlan əməli törətməsi tam olaraq sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması, himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, onlar, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidirlər. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxslərə cəza təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallarınn məcmusu, o cümlədən onun zərərçəkmiş şəxslə faktiki olaraq ərarvad münasibətlərində olması, hər ikisinin ümumi azyaşlı uşaqlarının olması onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilir və CM-nin 62-ci maddəsinə uyğun olaraq müstəsna hal hesab edilərək təqsirləndirilən şəxsı CM-in 144.2.3 və 144.2.4-cü maddələri ilə CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəzanı təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olması onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin CM-nin 8-ci maddəsində nəzərdə tutulan ədalət prinsipinə əsasən onların şəxsiyyətinə uyğun olmamaqla yanaşı, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan şəxsin islah edilməsinə xidmət etmir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxslərə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxslərə onların təqslirli bilindikləri CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasından az həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onların şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. CM-in 259.1-ci maddəsinə münasibətdə iaə məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən ekoligiyaya dəymiz ziyan taç ödənildiyindən və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığına görə ona həmin maddəni sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, CM-in 68.1.3-cü maddələrinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası hesab edilərək təyin olunmuş cəzalar tam toplanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 yanvar 2022ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 50 AZN (əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycn Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1.1.1-99-1.1.2-ci maddələrinə əsasən cinayətin aləti olan və İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan bir ədəd “Ural-zid” markalı motorlu mişar və cinayət yolu ilə əldə edilmiş “Nur” şadlıq sarayının faktiki sahibi X9 məsul saxlanışa təhvil verilmiş 7 ədəd ağ qovaq cinsli ağaclar xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5 və 259.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.5ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə qazancından 15 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 68.1.3-cü maddələrinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hesab edilərək təyin olunmuş cəzalar tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 50 AZN (əlli manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycn Respublikasının Dövlət büdcəsinə ödənilsin. Cinayətin aləti olan və İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan bir ədəd “Ural-zid” markalı motorlu mişar və cinayət yolu ilə əldə edilmiş “Nur” şadlıq sarayının faktiki sahibi X9 məsul saxlanışa təhvil verilmiş 7 ədəd ağ qovaq cinsli ağaclar xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-21/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-21/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver