Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-21/2024 08.05.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Balakən şəhərində doğulmuş, Azərbay Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Balakən şəhəri X23 küçəsi ev 61 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Balakən şəhəri X23 küçəsində yerdən taparaq qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd qızılı-ağ rəngli kağız bükümün içərisindəki təmiz çəkisi 3,892 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibində daşıyaraq üzərində saxlamış, 06 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 08:25-dən saat 08:55-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq, əldə edib daşıyaraq üzərində saxladığı, 01 ədəd qızılı-ağ rəngli kağız bükümün içərisindəki külli miqdarda, yəni təmiz çəkisi 3,892 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 06 aprel 2023-cü il tarixdə səhər saat təxminən 07:20 radələrində atasına kömək etmək məqsədilə yaşadığı ünvandan çıxaraq, ünvan 2li metr uzaqlamış və piyada hərəkətdə olduğu zaman yanında “Niva” markalı avtomobil saxlamışdır. “Niva” markalı avtomobildə əvvəllər tanıdığı polis əməkdaşı olan Bəxtiyar Cəfərov maşını idarə edirmiş. Digər polis əməkdaşı Şahid1 isə onun yanında oturmuş, arxada sol tərəfdə isə “Rəşad” adlı polis əməkdaşı əyləşmişdir. Maşında olan digər polis əməkdaşını isə görməmişdir. Şahid1 maşından yerə düşmüş və ondan hara getdiyini soruşmuşdur. Həmin vaxt Zaura məktəbin bufetinə getdiyini bildirmişdir. Zaur ona demişdir ki, onlar da o tərəfə gedir, gəlsin onu da aparsınlar. Maşına əyləşdiyi vaxt görmüşdür ki, yanında əvvəllər tanımadığı bir şəxs daha vardır. Maşına yenicə əyləşmişdir ki, polis əməkdaşı onun boyun nahiyyəsindən yapışmış və “Rəşad” adlı polis əməkdaşından əllərini qandallamağı tələb etmişdir. Dərhal nə baş verdiyini soruşmuşdur. “Rəşad” ona cavab vermişdir ki, səbirli olsun, sakit otursun, gələnlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarıdır. O da demişdir ki, o, ikinci Qarabağ müharibəsi döyüşçüsüdür. Qeyd etmişdir ki, onunla kobud rəftar etməsinlər. Həmin vaxt Bəxtiyar Cəfərov ona nalayiq ifadələr işlətmişdir. O da ona eyni şəkildə cavab vermişdir. Bundan sonra sağ tərəfində oturan polis əməkdaşı başına, üzünə və qulaq nahiyyələrinə vurmağa başlamışdır. Daha sonra onu Balakən Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onu üçüncü mərtəbəyə qaldırmışlar. Üçüncü mərtəbədə onu birinci rəis müavini Gündüz Məcidovun otağına gətirmişlər. Başına nəsə parçadan olan bir şey keçirmişlər. Sonra ayaqqabısını çıxarıb, ayağının altına dəyənəklə vurub əlinin içinə nəsə qoymuşlar. O da qışqırmışdır ki, nə baş verir? Onu niyə vururlar? Sonra ayağa qaldırıb stola əyləşdirmişlər. Gündüz müəllim ona demişdir ki, o, həbs olunacaqdır. Ona demişlər ki, narkotiki boynuna almalıdır. Həmin vaxt bildirmişdir ki, ölsə də, boynuna almayacaqdır. Çünki o, narkotik vasitədən heç vaxt istifadə etməmişdir və narkotikə qarşı həmişə nifrəti olmuşdur. Həmin vaxt polis əməkdaşı ona demişdir ki, əgər narkotik vasitəni boynuna almasa, evinə narkotik vasitə qoyacaqlar, qardaşını polis şöbəsinə gətirəcəklər. Sonra onu aldatmışlar və demişlər ki, o, onların dediyini boynuna alsın, narahat olmasın, ona yüngül maddə ilə ittiham verəcəklər və onu məhkəmədə azad edəcəklər. Sonra onu təhqiqatçının otağına aparmışlar. Orada əyləşdiyi zaman “Rəşad” adlı polis əməkdaşı gəlmiş və gödəkcəsinin sol yan cibinə narkotik vasitə qoymuşdur. Rəşada onu tanıdığını və niyə belə etdiklərini soruşduqda, Rəşad demişdir ki, onlarlıq deyildir, onun sifarişi verilib və o, həbs olunmalıdır. Bundan sonra Gündüz müəllim gəlmiş və ona demişdir ki, bu haqda hardasa nə isə desə, qayıdan zaman qardaşını da burada görəcəkdir. O da qorxduğu üçün məhkəmə zamanı heç nə deyə bilməmişdir. X32 Müəssisəsinə gəlmişdir. Burada ona öyrətmişlər ki, narahat olmasın, burada ona heç kim toxuna bilməz. O da bundan sonra prokurorluğa şikayət ərizəsi ünvanlamışdır. Ancaq bu heç bir nəticə verməmişdir. Əvvəlki məhkəmə iclasında polis əməkdaşı Şahid1 bildirmişdir ki, o, müharibə zamanı kürəyində ağır silahla 100 metri 16 saniyəyə qaçmışdır. Əgər saxlanılan vaxt onun üzərində narkotik vasitə olsaymış, o, ən azından qaçmağa cəhd edərmiş. Bütün qurumlara şikayət ərizəsi ünvanlamışdır. Hətta telefon anten dairə məlumatlarının çıxarılması ilə bağlı prokurorluğa şikayət ərizəsi yazmışdır. Lakin heç bir nəticə verməmişdir. Əvvəlki məhkəmə tərkibi ilə işinə baxılanda məhkəmə iclasında sədrlik edən ona sual vermişdir ki, polis əməkdaşlarının onunla nə kimi ədavəti vardır? Cavab vermişdir ki, 23 oktyabr 2022-ci il tarixdə əvvəllər tanıdığı tanışı ilə mübahisəsi düşmüş və o, tanışına yumruqla zərbə vurmuşdur. Bundan sonra sabahısı gün polis əməkdaşları onu saxlamışdır. Polis əməkdaşı olan Bəxtiyar Cəfərov həmin işə görə ondan 2000 manat pul tələb etmişdir. O da onlara demişdir ki, bu qədər pulu verə bilməyəcək. Bir sözlə 1500 manata razılaşmışdır, lakin pulu tapa bilməmişdir. Bundan sonra polis əməkdaşının zənglərinə cavab verməmişdir. İşin üstündən 2 ay keçmiş və onu bu işlə həbs etmişlər. Ona görə də, qeyd olunanlar nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, mübahisə etdiyi tanışının adı Turandır. İbtidai istintaq zamanı ifadə verdiyi vaxt Turanın adını çəkmişdir. Prokurorluğa anten dairə məlumatlarının çıxarılması ilə bağlı vəsatət vermişdir. Həmin zənglər çıxarılmamış və götürülməmişdir. Onu dörd nəfər polis əməkdaşı saxlamışdır. Onu saxlayan Bəxtiyar Cəfərov, Şahid1, Rəşad və Şahid2 adlı polis əməkdaşları olmuşdur. İbtidai istintaqda ilkin ifadəsini polis əməkdaşları özləri yazmışdır. Təzyiq altında olduğu üçün ilkin olaraq etirafedici ifadə vermişdir. Polis əməkdaşları ona bildirmişlər ki, onların dediyi kimi ifadə verməsə, qardaşını polis şöbəsinə gətirəcəklər. Sonradan ifadə verən vaxt qorxmamışdır. X1 başa salmışlar ki, o, artıq müəssisədədir, ona heç kim zərər verə bilməz. Bundan sonra təkrar ifadə vermişdir. Əvvəl polis əməkdaşları ilə razılaşmışdır. Çünki onu aldatmışlar ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir. Həm də ona həmin vaxt təzyiq etmişlər. Ona görə də, ilkin olaraq polis əməkdaşları ilə razılaşmışdır. Sonradan bilmişdir ki, onu aldadıblar. Heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Onu səhər 08 radələrində saxlamışlar. Həmin vaxtı müharibə yoldaşı ilə telefon danışığı vardır. Həmin danışıqdan sonra evdən çıxmışdır. İbtidai istintaqda ilkin ifadə verən vaxt təzyiq altında olmuşdur. Ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilən vaxt, əməliyyatçıların müstəntiqə satışla bağlı məlumat verməsinin şahidi olmamışdır. Ona CMnin 234.4.3-cü maddəsi ilə ittiham verilənə qədər iş materiallarında satışla bağlı hər hansı bir raportla qarşılaşmamışdır. İbtidai istintaqın ilkin mərhələsində olan ifadəsində imza çəkmişdir. Çünki həmin vaxt təzyiq altında olmuşdur. Bundan əlavə ona demişlər ki, məhkəmədə və ya başqa bir yerdə nə isə desə, qardaşını da polis şöbəsinə gətirəcəklər. Həm də onu aldatmışlar ki, onun birinci cinayət işidir, imza çəksin, onu azad edəcəklər. O da imza çəkmişdir. Ancaq sonradan bilmişdir ki, ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Bundan sonra heç bir sənədə imza çəkməmişdir. Dəqiq xatırlamır, əgər səhv etmirsə, Müdafiəçi2 ona may ayında təqdim olunmuşdur. Müdafiəçi2 ona təyin olunana qədər Baş Prokurorluğa, Müdafiə Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyənə ona olunan qanunsuzluqla bağlı şikayət məktubları ünvanlamışdır. Ona demişlər ki, qardaşını həbs edəcəklər. Ona görə də, CM-nin 234.1-ci maddəsi ilə razılaşmışdır. Şikayət məktubunda yazmışdır ki, onun qardaşını həbs etmək istəyirlər. Cinayət işi üzrə 18 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırki məhkəmə kollegiyasının iclasında verdiyi ifadəyə uyğun ifadə vermiş və ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, ümumiyyətlə heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Maşına əyləşdiyi vaxt həmin şəxslərin polis əməkdaşı olduğunu bilmişdir. Əvvəllər xırda xuliqanlıq etmiş və bir şəxsi yumruq ilə vurmuşdur. Onu polis şöbəsinə çağırmışlar. Bu səbəbdən onu saxlayan polis əməkdaşlarını tanıyırmış. Belə ki, onu saxlayanlar Bəxtiyar Cəfərovu və digər ikisini tanımış, lakin birini tanımamışdır. Bəxtiyar Cəfərovla qərəzli münasibəti olmuşdur. Belə ki, xırda xuliqanlıq etdiyi vaxt ondan 2 000 manat pul tələb etmişdirlər. O da demişdir ki, heç kimi döyməmişdir. Həmin vaxt döydüyü şəxsi gətirmişlər. O da hadisəni törətdiyini boynuna almışdır. Ona demişdirlər ki, bu işi yoluna qoya bilərlər. Ondan 2 000 manat pul tələb etmişlər. O da demişdir ki, o qədər pulu yoxdur, onlara 1 000 manat pul verə bilər. Saxlanılmağını məhz əvvəllər törətdiyi xırda xuliqanlıqla əlaqələndirmişdir. Çünki onun ondan başqa heç bir qanunsuz hərəkəti olmamışdır. Saxlanılan zaman Bəxtiyar Cəfərov orada olmuşdur. Videoçəkiliş üç dəfə dayandırılmış və təkrar davam etdirilmişdir. Videoçəkiliş zamanı vəkili yanında olmuşdur. Çəkiliş dayanmış və vəkili demişdir ki, “niyə şəxslə kobud rəftar edirisiz?” Hətta demişdir ki, “Niyə şəxsi otaqdan çıxarırsız?” Sonra onu otaqdan çıxarmışlar və demişlər ki, vəkilin yanında, prokurorluqda və ya məhkəmədə nəsə artıq bir şey desə, bilsin ki, bura qayıdacadır. Bir sözlə ona hədə-qorxu gəlmişlər. Vəkil çəkilişin dayandığını görmüş və heç nə deməmişdir. Çünki vəkili polis əməkdaşları dəvət etmişdir, lakin vəkil bilirmiş ki, onun bu işlə əlaqəsi yoxdur. Məhkəmə zamanı da heç nə deməmişdir. Çünki ona demişdirlər ki, nə isə desə bilsin ki, polis şöbəsinə gələcəkdir. Onu “Niva” markalı avtomobillə polis şöbəsinə gətirmişlər. “Niva” markalı avtomobilin kimə məxsus olduğunu bilməmişdir. Lakin həmin avtomobili polis əməkdaşı Bəxtiyar Cəfərov idarə etmişdir. Onu saxlayan polis əməkdaşları Bəxtiyar Cəfərov, Şahid1, Rəşad və bir də Şahid2 olmuşdur. Saxlanılan vaxt Zamir xaric digər polis əməkdaşlarını tanımışdır. Saxlanılan zaman Şahid2 ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi tanıtmışlar. Müstəntiqə düzgün ifadə vermiş, lakin sonradan görmüşdür ki, ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Bundan sonra imza çəkməmişdir. Saxlanıldığı zaman Rəşad və Zamir iştirak etmişdir. Onu narkoloji ekspertizaya aparmışlar. Sonra ondan qan almışlar. Heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Narkoloji ekspertiza zamanı həkimə demişdir ki, heç vaxt narkotikdən istifadə etməmişdir. Onun barəsində səhv rəy tərtib olunsa ondan şikayət edəcəkdir. Həkimə bildirmişdir ki, onun qanında narkotik vasitə aşkar oluna bilməz. Həkim demişdir ki, istifadə etməmişdirsə ondan narkotik çıxa bilməz. İbtidai istintaq zamanı ona demişdirlər ki, ifadəsind deməlidir ki, güya narkotik vasitəni yerdən tapmışdır. O da həmin məzmunda ifadə vermişdir. Evinə baxış keçirilməmişdir. Saxlanılan zaman maşına öz sərbəst iradəsilə minmiş, lakin polis şöbəsinə onu zor tətbiq edərək aparmışlar. Maşına minməkdə məqsədi polis şöbəsinə getmək olmamışdır. Maşına məktəbin bufetinə getmək məqsədilə oturmuşdur. Polis şöbəsinə iradəsinə zidd getmişdir. Polis şöbəsinə aparıldıqdan sonra ən azı bir saat yarım sonra vəkil dəvət olunmuşdur. 06 aprel tarixində saxlanılmışdır. Şübhəli şəxs kimi 07 aprel tarixində ifadə vermişdir. Hansı səbəbə görə bir gün sonra dindirildiyini bilməmişdir. İlkin olaraq barəsində araşdırma CM-in 234.1-ci maddəsi ilə başlanmışdır. Sonradan ona hansı səbəbə görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham verildiyini bilməmişdir. Müstəntiqə demişdir ki, bu nədir, ona niyə satış məqsədilə ittiham verilib? Müstəntiq demişdir ki, onda külli miqdardır. Həmin vaxt demişdir ki, narkotik vasitəni üstünə polis əməkdaşları qoymuşdur. X10 gəldikdən bir gün sonra müvafiq orqanlara şikayət ərizələri yazmışdır ki, ona qarşı qanunsuzluq olunmuşdur. X10 08 aprel 2023-cü il tarixdə daxil olmuş və sabahısı gün şikayət ərizələri ünvanlamışdır. Şikayət ərizəsilə bağlı prokurorluqda araşdırma aparılmışdır. Onu dindirmişlər və o da hər şeyi danışmışdır. Prokurorluğun araşdırması ilə bağlı qərar ona göndərilmişdir. Prokurorluğun qərarında görmüşdür ki, polis əməkdaşlarının polisdə verdikləri ifadələrlə, prokurorluqda verdikləri ifadələr arasında ziddiyətlər vardır. Bununla bağlı qeydlər aparmışdır. Narkoloji rəyə etirazını bildirmişdir. Narkoloji ekspertizaya getdiyi vaxt onda hər hansı bir burun axması, baş dönməsi və ya başqa əlamətlər olmamışdır. Ekspert onu oturaq vəziyyətdə yoxlamışdır. 06 aprel 2023-cü il tarixdə səhər saat 08 radələrində saxlanılmış və saxlanıldığı yer evindən 50 metr aralıda olmuşdur. Saxlanıldığı yer ilə, polis şöbəsi arasındakı məsafə təxminən 2 kilometr uzaqlıqdadır. Maşınla isə 4-5 dəqiqə yaxınlıqdadır. X10 daxil olan zaman müayinə olunmuşdur. Həmin vaxt döyüldüyünü bildirməmişdir. Çünki onun sadəcə ayağının altına bir iki zərbə vurmuşdurlar. Yəni onu polis şöbəsində şiddətli şəkildə döyməmişlər. Bədənində hər hansı bir xəsarət olmamışdır. Həkim müayinə edib və onda xəsarət aşkar olunmamışdır. Videoçəkiliş zamanı vəkili yanında olmuşdur. Çəkiliş 3 dəfə dayandırılmış və həmin vaxt vəkili yanında olmuşdur. Vəkil sadəcə demişdir ki, niyə şəxsin üstünə qışqırırsız. Vəkil ondan heç nə soruşmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə ona qarşı olan qanunsuzluq barədə heç nə deməmişdir. Çünki polis əməkdaşları ona hədə-qorxu gəlmişdirlər. X10 daxil olduqdan bir gün sonra şikayət ərizəsi yazmışdır. Bundan sonra onu Baləkən Rayon Polis Şöbəsinə aparmışlar, lakin orada döyməmişlər. Çünki ona izah etmişdirlər ki, artıq o, X5 tərkibindədir. Onu döysələr həmin xəsarətlər müəssisədə aşkar oluna bilər. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır və həmin ifadəni təzyiq altında vermişdir. O həmin məzmunda ifadə verməmiş, ifadəni özləri yazmış və o da imza çəkmişdir. “İfadəmi oxudum, doğruluğunu təsdiq edirəm” yazısını o yazmış, lakin ifadəni oxumamışdır. İfadədə “təqsirli bilirəm” sözünü o yazmamışdır. Şübhəli şəxs qismində tutulduqdan sonra onun ailə üzvlərinə məlumat verilməmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadə doğrudur. Həmin ifadəni təsdiq edir. 27 yaşı vardır və həmin yaşına qədər polis əməkdaşları ilə şəxsi qərəzli münasibəti olmamışdır. X18 arasında şəxsi qərəzli münasibət olmuşdur. Bəxtiyar Cəfərov dəfələrlə ona zəng edib, birinci işi ilə əlaqəli pul istəmişdir. İlk əvvəl xırda xuliqanlıqla bağlı 23 oktyabr 2022-ci il tarixdə saxlanılmışdır. Ekspertin onunla düşmənçiliyi yoxdur. Ekspertə narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində müdafiəçinin də iştirakı ilə dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırmanın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Balakən şəhəri X23 küçəsi ilə yaşadığı evə piyada getdiyi zaman küçədə, yolun kənarında bir ədəd qızılı-ağ rəngli kağız bükümün olmasını görmüş və həmin kağız bükümü yerdən götürmüşdür. Daha sonra kağız bükümün içərisinə baxdıqda həmin kağız bükümdə narkotik vasitə heroinin olmasını görmüşdür. O, içərisində narkotik vasitə heroin olan kağız bükümü gələcəkdə şəxsi istifadə etməyi üçün üzərində saxlamışdır. Lakin həmin narkotik vasitədən istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə Balakən şəhəri ərazisində olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim etmiş, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşları ilə razılaşaraq Balakən RPŞ-nə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qeyri-qanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd qızılı-ağ rəngli kağız büküm açılaraq içərisinə baxılmış, ona həmin qızılı-ağ rəngli kağız bükümün içərisindəkinin nə olması barədə sual verilmiş, o da həmin qızılı-ağ rəngli kağız bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd qızılı-ağ rəngli kağız bükümün içərisindəki narkotik vasitə kağız bükümlə birlikdə elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 4,10 qram təşkil etmişdir. Həmin 01 ədəd qızılı-ağ rəngli kağız büküm içərisindəki narkotik vasitə ilə birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizasının 06 aprel 2023-cü il tarixli 17/322 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş, yəni 01 ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkisi 3,892 qramdır. Əlavə olaraq göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə heroindən heç kimə pay verməmiş və ya satmamışdır. Həmçinin də o, hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə heroin saxlamır. Bir daha qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Balakən şəhəri X23 küçəsi ilə yaşadığı evə piyada getdiyi zaman küçədə, yolun kənarında bir ədəd qızılı-ağ rəngli kağız bükümün olmasını görüb həmin kağız bükümü yerdən götürmüş, kağız bükümün içərisinə baxdıqda həmin kağız bükümdə narkotik vasitə heroinin olmasını görmüşdür. Həmin narkotik vasitəni də gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. O, əvvəllər heç vaxt narkotik vasitədən istifadə etməmiş, sadəcə olaraq bir müddət əvvəl Bakı şəhərində olduğu zaman bir neçə dəfə tanımadığı şəxslər onun yanında həmin narkotik vasitə olan heroindən istifadə etdikləri üçün o, narkotik vasitə olan heroini tanımışdır. Buna görə də tapdığı həmin kütlənin narkotik vasitə olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 06 aprel 2023-cü il tarixdə Balakən şəhəri X23 küçəsi ev 61 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə saat təxminən 08 radələrində Təqsirləndirilən şəxs Balakən şəhəri X23 küçəsində saxlanılmış və dəvət olunaraq Balakən RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Polis Şöbəsinə gəldikdən sonra əvvəlcə şübhəli şəxs kimi saxlanılmış və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə Təqsirləndirilən şəxs sual verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qızılı-ağ rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əlavə 51 manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı-ağ rəngli kağız büküm açılan zaman içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə oxşar kütlə olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız büküm elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 4,10 qram təşkil etmişdir. Həmin büküm 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 51 manat pul isə özünə geri qaytarılmışdır. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla aralarında bir balaca mübahisə olmuşdur. Həmin mübahisə ilə bağlı onları Balakən Rayon Polis Şöbəsinə aparmışlar. Həmin vaxt o polis şöbəsindən çıxmış, lakin Azəri şöbədə saxlamışlar. Təqsirləndirilən şəxs bir-iki gün sonra polis şöbəsindən çıxmışdır və ona zəng etmişdir. Azər iki gün sonra polis şöbəsindən çıxmış və ona zəng edib polis şöbəsində ondan pul istədiklərini bildirmişdir. Azərlə arasında olan mübahisədən sonra evə getmişdir. Səhər saatlarında polis əməkdaşları evə gəlmiş onu polis şöbəsinə aparmışlar. Azər ona demişdir ki, polis şöbəsində ondan aralarında olan mübahisə üçün pul istəmişlər. Təqsirləndirilən şəxs ona pulla bağlı köməklik etməyini istəmişdir. O da pul verə bilməyəcəyini demişdir. Həmin polis əməkdaşlarının adını xatırlamır. Polis şöbəsində Təqsirləndirilən şəxs görmüşdür. Polis əməkdaşları onu buraxmış, ancaq Azər polis şöbəsində qalmışdır. Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşlarının adını xatırlamır. Azər hansı polis əməkdaşının pul istədiyini ona deməmiş və Azər həmin vaxt ad çəkməmişdir. Azərlə dava etdiyi gün içkili olmuşdurlar. Azərlə birlikdə polis şöbəsinə düşmüşdürlər. Ona görə də, Azər pul barəsində ondan köməklik istəmişdir. Azər işi bağlamaq üçün ondan pul barəsində köməklik istəmişdir. Azər ondan hansı polis əməkdaşının pul istədiyini ona deməmişdir. Bəlkədə Təqsirləndirilən şəxs ondan Bəxtiyar Cəfərovun pul istədiyini ona demişdir, lakin hazırda xatırlamır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, 06 aprel 2023-cü il tarixdə səhər saatlarında köməkçi qüvvə kimi o Rəşad Şeşdirov və Zamil Kazımov ilə Şahid1 keçirdiyi əməliyyat tədbirinə gedib köməklik göstərmişlər. Həmin vaxt “Niva” markalı avtomobil idarə etmişdir. Belə ki, polis şöbəsinə Təqsirləndirilən şəxs şəhər ərazisində üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuş, onlar da Təqsirləndirilən şəxs yerini müəyyən edib rayon polis şöbəsinə dəvət etmişdirlər. Şəxsin üzərinə şəxsi axtarışda iştirak etməmişdir. Üzərindən çıxan narkotik vasitəni görməmiş və çəkisini bilməmişdir. Onun bu iş üzrə tədbirdə köməyi maşını idarə etməsi olmuşdur. Səhər saatları olmuşdur. Dəqiq saatı hazırda xatırlamır. Şəxsi evinin yaxınlığında saxlayıb polis şöbəsinə dəvət etmişdirlər. O, tədbirdə köməkçi qüvvə kimi iştirak etmişdir. Ona görə də, hər hansı bir sənədə imza atmamışdır. Köməkçi qüvvə kimi tədbirdə iştirak edib, şəxsi polis şöbəsinə dəvət etmək mümkündür. Ancaq şəxsi axtarışda köməkçi qüvvə iştirak etmir. Tədbirə köməklik etmək üçün rəhbərliyə şifahi məruzə edilmiş və iş materiallarında müvafiq raport vardır. Raportda adı olmaya bilər. Çünki tədbirdə köməkçi qüvvə olmuşdur. Qrupun üzvləri məhkəmə istintaqı zamanı onun adını çəkməyə bilərlər. Çünki şəxs saxlanılan vaxt o maşında olmuşdur. Ola bilsin ki, ona görə də, onun tədbirdə iştirakını qeyd etməyiblər. Xatırlayır ki, Təqsirləndirilən şəxs bu işdən əvvəl istintaqda bir dəfə işi olub. Polis əməkdaşlarının təqsirləndirilən şəxsə qərəzi ilə bağlı heç nə deyə bilmir. Çünki məlumatı yoxdur. Şəxsə maşında nə deyilibdeyilmədiyini xatırlamır. Çünki işin üstündən bir il keçmişdir. Ola bilsin ki, şəxsə məcburi gətirməyə görə zəng etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində xuliqanlıqla bağlı materialı olmuşdur. Onun həmin işlə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs böyük ehtimal zəng etməmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra ailə üzvlərinə xəbər verilib - verilmədiyini bilmir. Bu təhqiqatçının işidir. Xuliqanlıq işi üçün Təqsirləndirilən şəxs 1500 manat pul tələb etməmişdir. Təqsirləndirilən şəxs hədə-qorxu gəlməmişdir. Belə bir hal baş verməmişdir. Təqsirləndirilən şəxs xuliqanlıq işi ilə bağlı polis şöbəsinə gələn vaxt bölmə rəisinin vəzifəsini icra etmişdir. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs zəng etməmişdir. Ola bilsin ki, xuliqanlıq işi ilə bağlı məcburi gətirilmə olur. Ola bilsin ki, həmin vaxt Təqsirləndirilən şəxs tanımışdır. Onun adını niyə çəkdiyini bilmir. O, Təqsirləndirilən şəxs pul tələb etməmişdir. Həmin vaxt Zamil Kazımovun maşında harada oturduğunu dəqiq xatırlamır. Maşın onun maşını olmuşdur. Təqsirləndirilən şəxsdən hər hansı məbləğdə pul istəməmişdir. Şəxsin xuliqanlıq işini o, araşdırmamışdır. Həmin işə görə ondan pul tələb etməmişdir. Tədbirdən əvvəl Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxslə heç bir ədavət və qərəzi yoxdur. Əgər şəxsə zəng etmişdirsə nömrəsinin anten dairə məlumatları çıxarıla bilər. İstintaq zamanı məcbur gətirmələri o, icra etmişdir. Ola bilsin ki, ona görə təqsirləndirilən şəxsə zəng etmişdir. Hazırda cinayət axtarış bölməsinin rəisi vəzifəsini icra edir. Bu işlə bağlı prokurorluqda ifadə vermişdir. Polis şöbəsində təqsirləndirilən şəxsə heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs döyməmişdir. Təqsirləndirilən şəxs 1500 manat pul tələb etməmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı heç bir qərəzi yoxdur. Ondan pul tələb etməmişdir. Şəxsə törətdiyi əmələ görə cinayət işi qaldırılıb. Onunla arasında pul söhbəti olmayıb və belə bir hal baş verməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X21 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi rayon sakini kimi tanımışdır. 06 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla bağlı tədbirdə onun saxlanılması zamanı köməkçi qüvvə kimi iştirak etmişdir. Tədbirdə Şahid1, Bəxtiyar Cəfərov, Şahid2 və o, iştirak etmişdir. Şahid1 təqsirləndirilən şəxsə yaxınlaşıb özünü təqdim etmiş və bundan sonra şəxsi polis şöbəsinə dəvət etmişdirlər. Şəxsi polis şöbəsinə dəvət edən vaxt onlara heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxsi polis şöbəsinə şəxsi maşınları ilə aparmış və təqsirləndirilən şəxs maşında arxada əyləşmişdir. Təqsirləndirilən şəxsin yanında o və Şahid2 əyləşmişdir. Təqsirləndirilən şəxsə saxlanıldığı andan etibarən və polis şöbəsində olan vaxt ərzində təzyiq və təsir göstərməmişlər. O və ya kənar şəxslər tərəfindən təqsirləndirilən şəxsə təzyiq olunmamışdır. O, şəxsi axtarışda iştirak etməmişdır. O, Təqsirləndirilən şəxsla bağlı tədbirdə iştirak etmiş, lakin çəkilişdə iştirak etməmişdir. Şahid2 maşında təqsirləndirilən şəxsin baş nahiyyəsinə vurmamışdır. Belə bir hal baş verməmişdir. O, Təqsirləndirilən şəxs döyməmişdir. O, onun cibinə narkotik vasitə qoymamışdır. Təqsirləndirilən şəxs maşına əyləşdirmiş, lakin onun qoluna qandal vurmamışdır. Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoymamışdır. Təqsirləndirilən şəxs Natiq müəllimin otağına aparmamış və bu iş üzrə şəxsi axtarışda iştirak etməmişdir. Şəxsi saxlayıb Növbətçi Hissəyə təhvil vermişdirlər. Sonrakı proseslərdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılmasında köməkçi qüvvə kimi iştirak etmişdir. Kömək məqsədilə tədbirdə iştirak etmişdir. Sənədlərə imza etməmişdir. Zaur müəllim ona sənəd təqdim etməmiş, nə də ki, hər hansı sənədə imza çəkməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X22 verdiyi ifadəsində göstərmişdir ki, 06 aprel 2023-cü il tarixdə Balakən rayon sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən rayon Polis şöbəsinə dəvət edilmiş, şübhəli şəxs qismində tutularkən üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra 07 aprel 2023-cü il tarixdə Balakən rayon polis şöbəsində bu iş üzrə tərəfindən cinayət işi başlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən dindirilmiş, toplanmış ilkin sübutlar əsasında ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Həmin tarixdə onun barəsində Balakən Rayon Məhkəməsi tərəfindən 4 ay həbs qətimkan tədbiri seçilmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla bağlı tərəfindən heç bir araşdırma aparılmamışdır. Bu iş üzrə bağlı Təqsirləndirilən şəxs pul tələb etməmişdir. Təqsirləndirilən şəxsla qərəzli münasibəti olmamışdır. Ola bilsin ki, mobil telefonla Təqsirləndirilən şəxsla danışmış, lakin hazırda dəqiq xatırlamır. Təqsirləndirilən şəxs hər-hansı bir məbləğdə pul tələb etməmişdir. 2018- 2020-ci il tarixlərdə Balakən rayonu istintaq bölməsində müstəntiq işləmişdir. Ola bilsin ki, hər-hansı bir müstəntiqin icraatında olan işlə bağlı Təqsirləndirilən şəxs zəng edib danışmış ola bilər. Turan Şindiyevlə bağlı məsələni xatırlayır. Turan Şindiyevlə onun arasında dava-dalaş olmuşdur. X37 yanına aparmağımı xatırlamır. Elə bir hadisə olmamışdır. O, ondan pul tələb etməmişdir. Turan Şindiyevlə bağlı məsələdə təqsirəndirilən şəxsə zəng etməmişdir. İstifadəsində olan nömrə öz adınadır. Onun üzərindən aşkar olunan narkotik vasitə külli miqdar idi. O, ifadəsində bildirmişdir ki, narkotik vasitədən istifadə etmir. Əgər təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmirsə deməli külli miqdar narkotik vasitəni satış məqsədilə üzərində saxlamışdır. Ona görə də, ona satışla bağlı ittiham verilmişdir. Bu iş üzrə prokurorluqda ifadə vermişdir. Təqsirləndirilən şəxs pul tələb etməmiş və ümumiyyətlə onunla arasında qeyri-prossesual hərəkət olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X26 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Hansısa hadisə ilə bağlı Təqsirləndirilən şəxs zəng etmişdir. Belə ki, Təqsirləndirilən şəxs şöbəyə dəvət olunmalı imiş, lakin hazırda hadisəni xatırlamır. Təqsirləndirilən şəxs ünvanına getmiş və evdə olmadığı üçün, atasının telefonu ilə Azərə zəng edib polis şöbəsinə dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs nömrəsini almış və şöbənin qarşısında ona zəng etmişdir. Azər polis şöbəsinə biraz sonra çatacağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan başqa istifadəsində olan telefonla heç kim zəng etməmişdir. Təqsirləndirilən şəxs kiminsə pul istəməsini eşitməmiş və bu barədə heç nə deyə bilmir. Şəxsin polis şöbəsinə dəvət edilməsi ilə bağlı onun ünvanına çağırış vərəqəsi göndərildiyini xatırlamır. Turan Şindiyev adlı şəxsi tanıyır. X33 Məmmədov arasında olan dava-dalaş barəsində məlumatı yoxdur. Onun yanında heç kim Təqsirləndirilən şəxs Turan Şindiyevi vurması ilə bağlı ondan pul istəməmişdir. Təqsirləndirilən şəxsla pul barəsində heç nə danışmamışdır. X33 Məmmədov arasında olan dava-dalaş barəsində məlumatı yoxdur. O, onu polis maşını ilə liseyin qarşısından götürməmişdir. Bəxtiyar Cəfərov onun nömrəsilə ona zəng etməmişdir. Ola bilsin ki, ona zəng etməyi bildirilmiş və o da ona zəng edib polis şöbəsinə dəvət etmişdir. Ancaq hansı hadisə ilə bağlı zəng etdiyini hazırda xatırlamır. O, Təqsirləndirilən şəxs bir gündə üç dəfə zəng etməmişdir. Turan Şindiyevlə aralarında olan məsələdən isə məlumatı yoxdur. O, Azəri rayon sakini kimi tanıyır. Azərin inzibati xətası olduğunu xatırlamır. Hansı hadisə ilə bağlı Təqsirləndirilən şəxs zəng etdiyini xatırlamır. Təqsirləndirilən şəxs istifadəsində olan telefonundan Bəxtiyar Cəfərov və ya başqa bir nəfər zəng etməmişdir. Təqsirləndirilən şəxs kiminsə pul tələb etməsinin şahidi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Balakən Rayon Polis Şöbəsinə Balakən rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində, həmin şəxsin xx.xx.1996-cı il tarixdə Balakən rayonunda doğulmuş, Balakən şəhəri, X23 küçəsi ev 61 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1996-cı il tarixdə Balakən rayonunda doğulmuş, Balakən şəhəri, X23 küçəsi ev 61 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Balakən RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri G.M.Əsədov küçəsində saxlanılaraq Balakən RPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəq 18). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə kağızla birlikdə çəkisi çəkisi 4,10 qram miqdarında narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 25-27). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş materialların məhkəmə eskpertizasının xx.xx.2023-cü il tarixli 17/322 nömrəli rəyindən görünür ki, tədqiqata taqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar kütlə." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 3,892 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) Qeyd: 1)Heroinin təmiz çəkisi -3,892 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq-3,842 qr (cild 01, iş vər. 35-38). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 08 aprel 2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini hansı mənbədən və ya hansı şəxsdən əldə etməsi, həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi tapşırığı verilmişdir (cild 01, iş vər.67). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Balakən Rayon Məhkəməsinin qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 70-74). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Balakən Rayon Məhkəməsinin qərarından görünür ki, Balakən şəhəri X23 küçəsi 61-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs şübhəli bilindiyi cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin ifşa edilməsi üçün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə əməliyyat müşahidəsinə götürülməklə saxlanılıb rayon polis şöbəsinə gətirilməsilə bağlı təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə Balakən Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 01 iş vər. 75-77). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Balakən RMX” X38 təqdim etdiyi məktubdan görünür ki, Balakən rayon sakini 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nin poliklinika şöbəsində psixiatriya və narkoloji kabintedə qeydiyyatda yoxur (cild 01, iş vər. 78). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur (cild 01 iş vər. 79-80). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Balakən şəhər İ.Ə.D üzrə nümayəndəliyinin təqdim etdiyi arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən şəhər M.Əsədov 61 ünvanında ailəsi ilə (anası, atası, qardaşı və qardaşı oğlu ilə) birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 88-90). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Bəxtiyar Cəfərov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixli verilmiş əməliyyat tapşırığı ilə əlaqədar bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 01, iş vər. 96). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasından alınmış 28 aprel 2023-cü il tarixli 733 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs heroindən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal -hazırda müayinə zamanı Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01 iş vər. 120). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Balakən RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və digər qanunsuz hərəkətlərə məruz qalması barədə müraciəti əsasında Balakən rayon prokurorluğundan araşdırma aparılaraq, cinayət işinin başlanılması rədd edilmişdir (cild 01 iş vər. 141-146). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 30 may 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş telefon danışıqları haqqında məlumatları özündə əks etdirən 01 ədəd CD diskdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir (cild 01 iş vər.155). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Balakən Rayon Polis şöbəsindən 07 fevral 2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat işi açılmamış, “Təxirə salınmaz -əməliyyat –axtarış tədbirlərinin həyata keçirilməsinə dair” Qərarda əməliyyat qrupunun yaradılması təsbit olunduğundan ayrıca əmr verilməsinə zərurət olmadığı, həmçinin xx.xx.2022-ci il tarixdə, saat 00:22 radələrində şübhəli aparan üç şəxsin Balakən RPŞ-nə gətirilməsi, araşdırma zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs, Ramil İsmayılov və Vüsalə Yekəyeva olması müəyyənləşdirilmiş və əl-barmaq izləri çıxarılaraq sistemə daxil edilərək sərbəst buraxılmışlar, habelə xx.xx.2023-cü il tarixdə, saat 21:40 radələrində Təqsirləndirilən şəxs xırda xuliqanlıq etdiyinə və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıöndan inzibati qaydada tutularaq inzibati araşdırma aparılmış və Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM 510 və 535-ci maddələri ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Cinayət işinin materiallarında olan medalların vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarla, həmçinin Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi “Məhkumun tibbi kitabçası”-dan görünür ki, Azər Məmədovun üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Balakən rayon prokurorluğunun 26 may 2023-cü il tarixli qərarından görünür ki, 34C-23 nömrəli material üzrə Balakən rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X12 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilərək əlavə yoxlanılma aparılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Balakən rayon prokurorluğunun 06 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduğu zaman döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar üzrə X21, X16, Şahid2, Şahid1 və X6 əməllərində cinayət tərkibi olmadığından cinayət işının başlanması rədd edilmişdir. Bundan əlavə, X7, X17 və X6 əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-in 311-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs və X2 ifadə olunan ölüm həddinə çatdırılması ilə bağlı göstərdikləri xüsusat üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, toplanmış materialda hər hansı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X15 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, vəsatət vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq, 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, 06 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə üzərində şəxsi axtarış aparılmışdır. Həmçinin, tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmaqla Xocavəndin və Cəbrayılın azad olunmasında iştirak etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmiş, lakin ibtidai istintaqın gedişində irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə əldə etmədiyini, üzərində narkotik vasitənin olmamasının, narkotik vasitənin onun üzərinə qoyulmasını, tutularkən və tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını, edilmiş təzyiq nəticəsində məcbur qalaraq polis əməkdaşlarının dediyi məzmunda etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs eyni mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə o, iki nəfər polis əməkdaşının deyil, dörd nəfər polis əməkdaşının Bəxtiyar Cəfərov, Rəşad Şeşdirov, Şahid2 və Şahid1 tərəfindən saxlanıldığını, 23 oktyabr 2022-ci il tarixdə əvvəllər tanıdığı tanışı ilə mübahisəsinin düşdüyünü və o, tanışına yumruqla zərbə vurduğunu, bundan sonra sabahısı gün polis əməkdaşların onu saxlamasını, polis əməkdaşı olan Bəxtiyar Cəfərov həmin işə görə ondan 2000 manat pul tələb etməsini, o da həmin pulu verəbilməyəcəyini bildirdikdən sonra onunla 1500 manata razılaşdığını, lakin pulu tapa bilmədiyini, onu bu işlə həbs etdiklərini, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə heroinin olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu və edilmiş təzyiq nəticəsində ondan həmin narkotik vasitə ilə bağlı etirafedici ifadə alındığını iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə kollegiyası tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs qeyd etdiyi hallar, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə Balakən RPŞ-yə aparılarkən və həmin idarədə polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Şahid1 06 aprel 2023-cü il tarixli qərarı əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun tərkibində Şahid1 və Şahid2 daxil edilmişdir. Lakin həmin qərarla əməliyyat qrupu təsbit edilməsinə baxmayaraq həmin əməliyyat –axtarış tədbirində Bəxtiyar Cəfərov və Rəşad Şeşdirov iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Bəxtiyar Cəfərov və X40 Məmmədov barəsində keçirilmiş əməliyyat –axtarış tədbirində koməkçi qüvvə olaraq cəlb edildiklərini qeyd edərək sözügedən əməliyyat –axtarış tədbirində iştirak etdiklərini təsdiq etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Şahid1 qərarı ilə təsbit edilmiş əməliyyat qrupuna hər hansı müvafiq göstəriş və rəsmi qeydiyyat aparılmadan daxil olaraq, habelə həmin əməliyyat –axtarış tədbirində qərarla və ya əmrlə qrupa daxil olmadan polis əməkdaşlarının iştirak etməsi aparılmış əməliyyat –axtarış tədbirinin qüsurlu, keyfiyyətsiz və natamam olmasının göstəricisidir. Lakin keçirilmiş əməliyyat –axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs barəsində Balakən RPŞ-yə daxil olmuş əməliyyat məlumatı öz təsdiqini tapmış və Balakən Rayon Məhkəməsinin 08 aprel 2023-cü il tarixli, 5(019)-25/2023 nömrəli qərarı ilə Şahid1 06 aprel 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Bəxtiyar Cəfərov və Natiq Hacıyevin ondan zəng edərək pul tələb etməsi halı ilə bağlı qeyd edir ki, məhəmə kollegiyasının iclasında dindirilmiş Bəxtiyar Cəfərov və X42 Məmmədovla hər hansı bir qeyri prosessual hərəkətlərə yol vermədiklərini, ondan hər hansı bir neymət və ya pul tələb etmədiklərini, ümumiyyətlə belə bir halın baş vermədiyini bildirmişlər. Habelə Təqsirləndirilən şəxs məhkəmə iclasında 23 oktyabr 2022-ci il tarixdə, saat 10:00-da saxlanılaraq Balakən rayon Polis şöbəsinə gətirilməsi ilə əlaqədar heç kimlə telefon əlaqəsində olmadığını bildirsə də, Azercell MMC-dən məhkəməyə təqdilm edilmiş məlumatlarda Təqsirləndirilən şəxs iddiası öz təsdiqini tapmamışdır. Həmçinin 07 fevral 2024-cü il tarixli Balakən rayon Polis şöbəsinin məktubundan görünür ki, 23 oktyabr 2022ci tarixdə, saat 00:22 radələrində özlərini şübhəli aparan üç nəfər şəxs şəxsiyyətlərinin müəyyən edilməsi edilməsi məqsədilə polis şöbəsinə gətirilmişdir. Araşdırma zamanı həmin şəxslərin Təqsirləndirilən şəxs, X13 və X9 müəyyən edilərək əl-barmaq izləri çıxarılaraq sistemə əlavə edilmiş və sərbəst buraxılmışdır. 23 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Balakən rayon Polis şöbəsinə gətirilməsi barədə başqa qeydiyyat aparılmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə xırda xuliqanlıq hərəkəti etdiyindən və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı Balakən polis şöbəsində inzibati araşdırma aparılmış və Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Balakən rayon Polis şöbəsində hazırki cinayət məsuliyyətinə cəlb edilənədək Təqsirləndirilən şəxs Balakən RPŞ-yə gətirilməsi ilə bağlı başqa qeydiyyat aparılmamışdır. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə şahid X14 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələrlə razılaşmır. Belə ki, iş üzrə şahid X14 Təqsirləndirilən şəxs tanıdığını, onunla əvvəllər münasibətinin olmasını, Təqsirləndirilən şəxsla aralarında bir balaca mübahisə olmasını, həmin mübahisə ilə bağlı onları Balakən Rayon Polis Şöbəsinə aparılmalarını, həmin vaxt onun polis şöbəsindən çıxmasına baxmayara Azərin polis şöbəsində saxlanılmasını, Təqsirləndirilən şəxs polis şöbəsindən çıxdıqdan sonra ona zəng etməsini, ona polis şöbəsində ondan pul istədiklərini bildirməsini və ona pulla bağlı köməklik etməyini istəməsini, Azərin həmin vaxt ad çəkməməsini, hazırda kim tərəfindən istənildiyini xatırlamamasını ilə bağlı göstərdikləri onun Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadələr vermələrini anlaşılan edir. Həmçinin Azərin onu vurmasına baxmayaraq Turan Şindiyevdən pul istəməsini, pul istəməsinin səbəbini isə onların birgə polis şöbəsinə düşməsi ilə izah etməsinin heç bir məntiqi əsasa söykənmir və inandırıcı deyildir. Göründüyü kimi şahid X20 məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə kollegiyası X14 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsinə hüquqi qiymət verərək, hesab edir ki, şahidin məhkəmə istintaqında verdiyi ifadəsində göstərilən məlumatlar işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün mötəbər sübut sayılmır və qəbul olunmur. Həmçinn məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şəki İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, lakin həmin vaxt onun bədənində döyülmə və işgəncəyə aid xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Ümumiyyətlə cinayət işin materiallarında Təqsirləndirilən şəxs üzərində xəsarət izinin olmasını bu və ya digər şəkildə təsdiq edə biləcək heç bir tibbi və digər sənəd mövcud deyil. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və bədənində xəsarət izinin olması barədə məhkəməyə hər hansı tibbi sənəd təqdim etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və onların digər qanunsuz hərəkətləri ilə bağlı prokurorluq orqanında araşdırma aparılmış, araşdırmaya dair materiallar sorğu verilərək götürülmüş və məhkəmə iclasında tədqiq edilmişdir. Həmin araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş və xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində xəsarət izləri aşkar edilməmişdir. Dindirilmiş şəxslərin izahatları ilə yanaşı, həmçinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs qarşı döyülmə və digər qanunsuz hərəkətlər təsdiq edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən saxlanılanadək, saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə məruz qalması, habelə ona qarşı qanunsuz, qeyri prosessual hərəkətlərin edilməsi ilə bağlı məhkəməyə yeni sübut təqdim etmədiyindən, məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında isə Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olması, həmçinin ona qarşı qanunsuz hərəkətlərin edilməsi barədə səlahiyyətli dövlət orqanlarında qeydiyyat aparılmadığından məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) bükümdə olan külli miqdarda narkotik vasitə ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroinin əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən ayrı-ayrılıqda təmiz çəkisi 3,892 qram olmaqla, 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin ona aid olmamasını, ümumiyyətlə narkotik vasitədən heç vaxt istifadə etməməsini, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilməsini iddia etsə də, bununla inandırıcı məlumat verməmiş və qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 3,892 qram olmaqla, 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə olan narkotik vasitəni çıxararaq təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin əşyanı könüllü şəkildə cibindən çıxarıb təqdim edərək onun narkotik vasitə olmasını bildirməsinin heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində ilkin əməliyyat məlumatları əks etdirən raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələr əldə edib saxlaması və mütamadi olaraq üzərində narkotik vasitələri gəzdirməsi göstərilmişdir. Belə ki, raportda Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib saxlaması və mütamadi olaraq üzərində narkotik vasitələri gəzdirməsi göstərilməsinə baxmayaraq təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı, qanunsuz dövriyyəsilə məşğul olması, eləcə də onun kiməsə narkotik vasitə satması göstərilməmişdir. Məhkəmə kollgiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmçinin sonradan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin və onun narkotik vasitələrin satışı ilə məşğul olub olmamasının müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş və bununla əlaqədar bir sıra əməliyyataxtarış tədbirlər keçirilməsinə baxmayaraq Azər Məmədovun kiməsə narkotik vasitələr satması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən bir bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Azər Məmədovun külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023cü il tarixində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 3,892 qram təşkil edən narkorik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Azər Muradov onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə olan heroini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini və onun həmin narkotik vasitənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla Xocavəndin və Cəbrayılın azad olunmasında iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarla, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə Fəxri fərmanla təltif olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə kollegiyası belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs heroindən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,842 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 (altmış doqquz) manat, 10 (on) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69 (altmış doqquz) manat, 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan çəkisi 3,842 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 69 (altmış doqquz) manat, 10 (on) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-21/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-21/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver