Məhkəmə qərarları › İş №1(091)-210/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-210/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-210/2022 05.12.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclasının katibi: XN3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri XN9 və X22, Zərərçəkmiş şəxsin hüquqi varisi: XN4 Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: X9 iştirakları ilə, xx.xx.N978-ci il tarixdə Şəki şəhərində doğulmuş, subay, Rusiya Federasiyası vətəndaşı, işləməyən, orta təhsilli, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi ev N80, mənzil 46-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N20.2.4, N20.2.5, N57.2, N70.3 və N77.2.3-cü maddələri, xx.xx.N993-cü ildə Şəki şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki şəhəri A.Cuma küçəsi, ev N0da qeydiyyatda olmaqla, Qəbələ rayonu Zarağan-2 şəhərciyi, M.Abduyev küçəsi ev 62, mənzil 5N-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 32.3, 32.4, 32.5, N20.2.4, 32.3, 32.4, 32.5, N20.2.5, 32.3, 32.4, 32.5,N57.2, 32.3, 32.4, 32.5,N70.3 və 32.3, 32.4, 32.5,N77.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 yaxın rəfiqəsi, xx.xx.N993-cü il tarixdə Şəki şəhərində anadan olmuş Təqsirləndirilən şəxsN son 6 il müddətində yaxın münasibətdə olduğu, Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi qulluqçusu, xx.xx.N99N-ci il təvəllüdlü Şahid3 Təqsirləndirilən şəxsN rəsmi nikahda olan həyat yoldaşı XN0 boşanıb onunla ailə quracağına söz versə də, xeyli müddət keçməsinə baxmayaraq sözünə əməl etmədiyinə görə 2022-ci ili əvvəllərindən rəfiqəsi Təqsirləndirilən şəxsN uzun müddət ərzində intihar edəcəyini, xoşbəxt olmadığını, əzab çəkdiyini və yaşamaqdan bezdiyini deməklə sifarişi, təhriki və köməyi ilə Şahid3 qisas almaq və Təqsirləndirilən şəxsN Şahid3lə birlikdə olmalarına nail olmaq üçün maneəni aradan qaldırmaq məqsədilə Aytac Əliyevanı qəsdən öldürmək qərarına gəlmiş, həmin qətl planının detallarını Təqsirləndirilən şəxsN ilə sonuncunun kirayə yaşadığı mənzildə görüşləri və «WhatsApp» şəbəkəsində görüntülü əlaqələri zamanı bir neçə gün müzakirə etdikdən və zərərçəkmiş Aytac Əliyevanın yaşadığı ünvanı, həyat yoldaşı Şahid3 işə və işdən nahara gəlib-getmə vaxtlarını öyrəndikdən sonra N mart 2022-ci il tarixdə saat 24 radələrində Təqsirləndirilən şəxs2 azyaşlı oğlu, xx.xx.2008-ci il təvəllüdlü ŞahidN ilə birlikdə Qəbələ rayonuna Zarağan-2 şəhərciyinə gəlib gecəni Təqsirləndirilən şəxsN kirayənişin kimi yaşadığı M.Abduyev küçəsi ev 62, mənzil 5N ünvanında qalıb gecə gec saatlarınadək Təqsirləndirilən şəxsN ilə bir daha müzakirə etməklə Şahid3 nahardan işə getdiyi vaxt yaşadığı mənzilə gəlib özünü qonşu kimi təqdim edəcəyi, Aytac Əliyeva qapını açdıqdan sonra isə daşla baş nahiyəsinə vurub qətlə yetirəcəyi, sonra isə sonuncunun qollarını və ayaqlarını yapışqanlı lentlə bağlayıb meyitini çantaya yerləşdirəcəyi, evdən getməsi görüntüsünü yaratmaq üçün sonuncuya məxsus mobil telefonu və üst geyim əşyalarını da özü ilə aparacağı, Aytac Əliyevanın meyitini yaşadığı binanın zirzəmisində gizlədəcəyi barədə qətl hadisəsinin detallarını bir daha dəqiqləşdirmiş, növbəti gün 05 mart 2022-ci il tarixdə səhər saatlarında Qəbələ şəhər bazarına gedib oradan bir ədəd kapron tipli materialdan ibarət çanta, N top yapışqanlı lent, sifətlərini gizlətmək məqsədilə 2 ədəd qara rəngli idman papağı, aptekdən 2 ədəd tibbi maska və 2 cüt tibbi əlcək alıb geri qayıtmış, daha sonra həmin gün saat N500-N545 radələrində əyninə qara rəngli cins şalvar, göy rəngdə qısa cins gödəkçə, qara kofta və hicab geyinib oğlu ŞahidN ilə birlikdə bazardan aldığı bir ədəd kapron tipli materialdan ibarət çanta, N rulon yapışqanlı lent, 2 ədəd qara rəngli idman papağı, əl izlərinin buraxılmaması üçün 2 cüt tibb əlcəklərini, 2 ədəd tibbi maskanı, cinayətin törədilməsi üçün alət qismində Təqsirləndirilən şəxsN tərəfindən ona verilmiş N ədəd N5x8x4sm ölçüdə çay daşını özü ilə götürüb Zarağan-2 şəhərciyi, M.Abduyev küçəsində 6N nömrəli binanın yanına gəlmiş, kənardan müşahidə edərək Şahid3 nahardan sonra işə qayıtması ilə əlaqədar binadan çıxıb getməsini gözləmiş, sonra həmin binanın 2-ci blokuna gəlib bazardan aldığı qara rəngli idman papaqlarını və tibb maskalarını geyinib 4cü mərtəbədə yerləşən, əvvəlcədən Təqsirləndirilən şəxsN tərəfindən işarə edilmiş və evdə xx.xx.20N9-cu il təvəllüdlü oğlu X23 ilə birlikdə olan A.Əliyevanın kirayə yaşadığı 22 nömrəli mənzilə qalxmış, bu zaman oğlu ŞahidN A.Əliyevanı qorxutmaq üçün getdiklərini demiş, qonşular tərəfindən əməllərinin şahidi olmalarının qarşısını almaq məqsədilə A.Əliyevaya məxsus mənzillə həmin mərtəbədə üzbə-üz qalan qonşunun qapısının gözlüyünə çəkdiyi siqaretin kağızını yapışdırmış, sonra Aytac Əliyevanın yaşadığı mənzilin qapısını döyərək özünü qonşu kimi təqdim edərək su istəmiş, evdə azyaşlı uşağı ilə birlikdə olan A.Əliyeva qapını açdıqdan sonra onu itələyib oğlu ŞahidNla birlikdə A.Əliyevanın iradəsinə zidd olaraq ona zor tətbiq etməklə sonuncunun istifadəsində olan mənzilə daxil olmuş, bu zaman qışqırıb kömək çığarmaq istəyən Aytac Əliyevanın baş nahiyəsinə özü ilə gətirdiyi çay daşı ilə çoxsaylı zərbələr vurub yerə yıxmış, daha sonra sonuncunun müqavimət göstərdiyini görüb oğlu ŞahidN zor tətbiq etmək ilə hədələyərək onu cinayətkar fəaliyyətə cəlb edib A.Əliyevanın əl və ayaqlarını tutub saxlamasını tapşırmış, daha sonra Aytac Əliyevanın müqavimət göstərməyə davam etdiyini görüb onu qəsdən həyatdan məhrum etmək məqsədilə daş və əlləri ilə çoxsaylı zərbələr yetirməklə zor tətbiq edib müqavimətini qırmaqla və özü ilə gətirdiyi yapışqanlı lenti sonuncunun baş və boyun nahiyələrinə dolayıb onu boğmaqla ona “ağız və burun dəliklərinin yapışqan lentlə qapanması, boyun orqanlarının əllə və sintetik ip halına salınmış skoçla arxadan dartılaraq sıxılması, dilaltı sümüyün sol böyük buynuzunun sınığı, boyunun ön yuxarı hissəsində dəri və dərialtı toxumaya qansızma ilə müşayət olunan natamam (qapanmayan) stranquliyasiya şırımı, boyunun hər iki yan, ön yuxarı, ön orta hissələrində dəri və dərialtı yumuşaq toxumaya qansızma, başın orta təpə hissəsinin, başın sağ, başın sol təpə, sol və sağ ənsə nahiyəsinin, alının sağ yuxarı, sağ qaşüstü nahiyəsinin, alının sol tərəfinin, alının sol qaşın içəri ucu hissəsinin, burunun orta yuxarı nahiyəsinin, hər iki gözlərin alt hissəsinin əzilmiş-cırılmış yaraları, başın sol və sağ alın-təpə nahiyələrinin, başın sol, başın sağ təpə hissəsinin, alının orta hissəsinin, alının sağ aşağı nahiyəsinin, sol gözün alt hissəsinin, alt çənənin sol ön bucağı nahiyəsinin, boyunun sol yuxarı çənə altı nahiyəsinin, sol mil-bilək oynağının arxa səthinin, sol saidin içəri aşağı N/3-nin, sağ saidin içəri aşağı N/3-nin, sağ saidin arxa aşağı N/3-nin, sol budun ön aşağı N/3-nin, sağ diz oynağının bayır tərəfinin qançırları, sağ qaşın alt bayır hissəsinin, boyunun ön, boyunun sağ və sol hissəsinin, sağ budun bayır yuxarı N/3-nin sıyrıqları ilə nəticələnən, ona iztirab verən sayca cəmi 50 (əlli) ədəd, onlardan N4 (on dörd) ədədi əzilmiş-cırılmış yara, 22 (iyirmi iki) ədədi qançır və N4 (on dörd) ədədi isə sıyrıq olan çoxsaylı xəsarətlər, həmçinin A.Əliyevanın ölümünə səbəb olan ağız və burun dəliklərinin yapışqan lentinskoçla qapanmasından, boyun ön yuxarı hissəsndəki qapanmayan natamam stranquliyasiya şırımı, boyun nahiyyəsndəki dəridə sıyrıqlar, qançırlar, boyununun dərialtı hissəsinə qansızma və dilaltı sümüyün sol böyük buynuzunun sınığı və boyunun sıxılmasından törənən mexaniki asfiksiyası ilə ifadə olunan ümumilikdə həyat üçün təhllükəli olan sağlamlığa ağır zərər vurulmasına aid xəsarətlər yetirməklə azyaşlı övladı XN5 gözü qarşısında ona əzab verdiyini dərk edərək Aytac Əliyevanı xüsusi amansızlıqla qəsdən öldürmüş, qətl hadisəsini törətdikdən sonra Təqsirləndirilən şəxs2 cinayətin izlərini itirmək üçün daşla vurduğu zərbələrin təsirindən Aytac Əliyevanın baş nahiyəsindən mənzilin döşəməsinə sıçramış qan ləkələrini mənzildə tapdığı dəsmal ilə silmiş, daha sonra zərərçəkmiş A.Əliyevanın ölməsinə əmin olub onun meyitini, cinayətin aləti olan çay daşını, oğlu ŞahidNla birlikdə başlarına geyindikləri qara rəngli idman papaqlarını, əllərinə geyindikləri tibbi əlcəkləri, üzlərinə taxdıqları tibbi maskaları özü ilə gətirmiş olduğu çantaya yerləşdirmiş, üst geymi qanla bulaşdığı üçün A.Əliyevaya məxsus 80 manat dəyərində yaşıl rəngli qış geyimini əyninə geyinmiş və əvvəlcədən Təqsirləndirilən şəxsN ilə razılaşdıqları plana uyğun olaraq A.Əliyevanın evdən könüllü getməsi görüntüsünü yaratmaq üçün ona məxsus 250 (iki yüz əlli) manat dəyərində «Redmi 9» markalı mobil telefonunu, geyim əşyalarından 50 manat dəyərində cins şalvarıni, hadisə yerində qan ləkələrini sildiyi 40 manat dəyərində uşaq üst geymini və 20 manat dəyərində əl-üz dəsmalını, ümumilikdə A.Əliyevaya məxsus 440 (dördü yüz qırx) manat dəyərində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli talamış, taladığı əşyaları da çantaya qoyaraq oğlu ŞahidNla birlikdə çantanı mənzildən çıxarmış, A.Əliyevanın azyaşlı övladı XN5 mənzili tərk edib qonşuları şübhələndirməməsi üçün qapının üzərində olan açarla qapını çöldən bağlayıb A.Əliyevanın meyitini qoyduqları çantanı binanın zirzəmisində gizlətmək üçün aşağı aparmağa çalışmış, lakin həmin blokda 3-cü mərtəbədə yaşayan Şahid2 onları görüb nə apardıqlarını soruşduğu və çantanın ağırlıqdan cırılması nəticəsində A.Əliyevanın qolunun çantadan çıxdığı üçün sonunucuya məxsus mobil telefonu çantadan götürüb, meyiti çantanın içərisində 2-ci və 3-cü mərtəbələr arasındakı pilləkəndə döşəməyə qoyub hadisə yerindən qaçmış, binadan çıxıb qaçarkən A.Əliyevanın könüllü evdən getməsi görüntüsünü yaratmaq planının baş tutmadığına görə A.Əliyevaya məxsus mobil telefonu binanın yaxınlığındakı kolluq əraziyə, qapının açarını isə istintaqa məlum olmayan yerə atıb Təqsirləndirilən şəxsN yaşadığı mənzilə gəlmiş, orada cinayətin izlərini gizlətmək məqsədilə Təqsirləndirilən şəxsN köməkliyi ilə X7 Maksumbekovla birlikdə üzərlərindəki qan ləkələrini yuyub təmizlədikdən və paltarlarını dəyişdikdən sonra Təqsirləndirilən şəxsN yaşadığı mənzili tərk edib taksi ilə yaşadıqları Şəki rayonuna yollanmış, yolda gedərkən Təqsirləndirilən şəxs2 selofan paketə yerləşdirdiyi A.Əliyevaya məxsus yaşıl rəngli qış geyimini istintaqa məlum olmayan əraziyə, yol maşını ilə Şəki şəhərinə yaşadıqları mənzilə gəldikdən sonra isə hadisə vaxtı əyinlərində olmuş digər paltarları evlərinin yaxınlığındakı zibilliyə atmışlar. Təqsirləndirilən şəxsN yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Daxili Qoşunların N saylı hərbi hissəsinin hərbi qulluqçusu xx.xx.N99N-ci il təvəllüdlü Şahid3 rəsmi nigahda olan həyat yoldaşı XN0 boşanıb onunla ailə quracağına söz versə də, xeyli müddət keçməsinə baxmayaraq sözünə əməl etmədiyinə görə 2022-ci ili əvvəllərindən uzun müddət ərzində intihar edəcəyini, xoşbəxt olmadığını, əzab çəkdiyini və yaşamaqdan bezdiyini deməklə Şahid3 qisas almaq və onunla birlikdə olmalarına nail olmaq üçün maneəni aradan qaldırmaq məqsədilə rəfiqəsi Təqsirləndirilən şəxs2 Aytac Əliyevanı qəsdən öldürməyə sifariş və təhrik etmiş, Təqsirləndirilən şəxs2 həmin qətl planının detallarını Təqsirləndirilən şəxsN ilə sonuncunun kirayə yaşadığı mənzildə görüşləri və «WhatsApp» şəbəkəsində görüntülü əlaqələri zamanı sonuncunun təşkili ilə bir neçə gün müzakirə etdikdən və zərərçəkmiş Aytac Əliyevanın yaşadığı ünvanı, həyat yoldaşı Şahid3 işə və işdən nahara gəlib-getmə vaxtlarını öyrəndikdən sonra N mart 2022-ci il tarixdə saat 24 radələrində Təqsirləndirilən şəxs2 azyaşlı oğlu, xx.xx.2008-ci il təvəllüdlü ŞahidN ilə birlikdə Qəbələ rayonuna Zarağan-2 şəhərciyinə gəlib gecəni Təqsirləndirilən şəxsN kirayənişin kimi yaşadığı M.Abduyev küçəsi ev 62, mənzil 5N ünvanında qalıb gecə saatlarınadək Təqsirləndirilən şəxsN ilə bir daha müzakirə etməklə Şahid3 nahardan işə getdiyi vaxt yaşadığı mənzilə gəlib özünü qonşu kimi təqdim edəcəyi, Aytac Əliyeva qapını açdıqdan sonra isə daşla baş nahiyəsinə vurub qətlə yetirəcəyi, sonra isə sonuncunun qollarını və ayaqlarını yapışqanlı lentlə bağlayıb meyitini çantaya yerləşdirəcəyi, evdən getməsi görüntüsünü yaratmaq üçün sonuncuya məxsus mobil telefonu və üst geyim əşyalarını da özü ilə aparacağı, Aytac Əliyevanın meyitini yaşadığı binanın zirzəmisində gizlədəcəyi barədə qətl hadisəsinin detallarını bir daha dəqiqləşdirmiş, növbəti gün 05 mart 2022-ci il tarixdə səhər saatlarında Qəbələ şəhər bazarına gedib oradan bir ədəd kapron tipli materialdan ibarət çanta, N top yapışqanlı lent, sifətlərini gizlətmək məqsədilə 2 ədəd qara rəngli idman papağı, aptekdən 2 ədəd tibbi maska və 2 cüt tibbi əlcək alıb geri qayıtmış, daha sonra həmin gün saat N500-N545 radələrində əyninə qara rəngli cins şalvar, göy rəngdə qısa cins kurtka, qara kofta və hicab geyinib oğlu ŞahidN ilə birlikdə bazardan aldığı bir ədəd kapron tipli materialdan ibarət çanta, N rulon yapışqanlı lent, 2 ədəd qara rəngli idman papağı, əl izlərinin buraxılmaması üçün 2 cüt tibb əlcəklərini, 2 ədəd tibbi maskanı, cinayətin törədilməsi üçün alət qismində Təqsirləndirilən şəxsN tərəfindən ona verilmiş N ədəd N5x8x4sm ölçüdə çay daşını özü ilə götürüb Zarağan-2 şəhərciyində M.Abduyev küçəsində 6N nömrəli binanın yanına gəlmiş, kənardan müşahidə edərək Şahid3 nahardan sonra işə qayıtması ilə əlaqədar binadan çıxıb getməsini gözləmiş, sonra həmin binanın 2-ci blokuna gəlib bazardan aldığı qara rəngli idman papaqlarını və tibb maskalarını geyinib 4-cü mərtəbədə yerləşən, əvvəlcədən Təqsirləndirilən şəxsN tərəfindən işarə edilmiş və evdə xx.xx.20N9-cu il təvəllüdlü oğlu X23 ilə birlikdə olan A.Əliyevanın kirayə yaşadığı 22 nömrəli mənzilə qalxmış, bu zaman oğlu ŞahidN A.Əliyevanı qorxutmaq üçün getdiklərini demiş, qonşular tərəfindən əməllərinin şahidi olmalarının qarşısını almaq məqsədilə A.Əliyevaya məxsus mənzillə həmin mərtəbədə üzbə-üz qalan qonşunun qapısının gözlüyünə çəkdiyi siqaretin kağızını yapışdırmış, sonra Aytac Əliyevanın yaşadığı mənzilin qapısını döyərək özünü qonşu kimi təqdim edərək su istəmiş, evdə azyaşlı uşağı ilə birlikdə olan A.Əliyeva qapını açdıqdan sonra onu itələyib oğlu ŞahidNla birlikdə A.Əliyevanın iradəsinə zidd olaraq ona zor tətbiq etməklə sonuncunun istifadəsində olan mənzilə daxil olmuş, bu zaman qışqırıb kömək çığarmaq istəyən Aytac Əliyevanın baş nahiyəsinə özü ilə gətirdiyi çay daşı ilə çoxsaylı zərbələr vurub yerə yıxmış, daha sonra sonuncunun müqavimət göstərdiyini görüb oğlu ŞahidN zor tətbiq etmək ilə hədələyərək onu cinayətkar fəaliyyətə cəlb edib A.Əliyevanın əl və ayaqlarını tutub saxlamasını tapşırmış, daha sonra Aytac Əliyevanın müqavimət göstərməyə davam etdiyini görüb onu qəsdən həyatdan məhrum etmək məqsədilə daş və əlləri ilə çoxsaylı zərbələr yetirməklə zor tətbiq edib müqavimətini qırmaqla və özü ilə gətirdiyi yapışqanlı lenti sonuncunun baş və boyun nahiyələrinə dolayıb onu boğmaqla ona “ağız və burun dəliklərinin yapışqan lentlə qapanması, boyun orqanlarının əllə və sintetik ip halına salınmış skoçla arxadan dartılaraq sıxılması, dilaltı sümüyün sol böyük buynuzunun sınığı, boyunun ön yuxarı hissəsində dəri və dərialtı toxumaya qansızma ilə müşayət olunan natamam (qapanmayan) stranquliyasiya şırımı, boyunun hər iki yan, ön yuxarı, ön orta hissələrində dəri və dərialtı yumuşaq toxumaya qansızma, başın orta təpə hissəsinin, başın sağ, başın sol təpə, sol və sağ ənsə nahiyəsinin, alının sağ yuxarı, sağ qaşüstü nahiyəsinin, alının sol tərəfinin, alının sol qaşın içəri ucu hissəsinin, burunun orta yuxarı nahiyəsinin, hər iki gözlərin alt hissəsinin əzilmiş-cırılmış yaraları, başın sol və sağ alın-təpə nahiyələrinin, başın sol, başın sağ təpə hissəsinin, alının orta hissəsinin, alının sağ aşağı nahiyəsinin, sol gözün alt hissəsinin, alt çənənin sol ön bucağı nahiyəsinin, boyunun sol yuxarı çənə altı nahiyəsinin, sol mil-bilək oynağının arxa səthinin, sol saidin içəri aşağı N/3-nin, sağ saidin içəri aşağı N/3-nin, sağ saidin arxa aşağı N/3-nin, sol budun ön aşağı N/3-nin, sağ diz oynağının bayır tərəfinin qançırları, sağ qaşın alt bayır hissəsinin, boyunun ön, boyunun sağ və sol hissəsinin, sağ budun bayır yuxarı N/3-nin sıyrıqları ilə nəticələnən, ona iztirab verən sayca cəmi 50 (əlli) ədəd, onlardan N4 (on dörd) ədədi əzilmiş-cırılmış yara, 22 (iyirmi iki) ədədi qançır və N4 (on dörd) ədədi isə sıyrıq olan çoxsaylı xəsarətlər, həmçinin A.Əliyevanın ölümünə səbəb olan ağız və burun dəliklərinin yapışqan lentin-skoçla qapanmasından, boyun ön yuxarı hissəsndəki qapanmayan natamam stranquliyasiya şırımı, boyun nahiyyəsndəki dəridə sıyrıqlar, qançırlar, boyununun dərialtı hissəsinə qansızma və dilaltı sümüyün sol böyük buynuzunun sınığı və boyunun sıxılmasından törənən mexaniki asfiksiyası ilə ifadə olunan ümumilikdə həyat üçün təhllükəli olan sağlamlığa ağır zərər vurulmasına aid xəsarətlər yetirməklə azyaşlı övladı XN5 gözü qarşısında ona əzab verdiyini dərk edərək Aytac Əliyevanı xüsusi amansızlıqla qəsdən öldürmüş, qətl hadisəsini törətdikdən sonra Təqsirləndirilən şəxs2 cinayətin izlərini itirmək üçün daşla vurduğu zərbələrin təsirindən Aytac Əliyevanın baş nahiyəsindən mənzilin döşəməsinə sıçramış qan ləkələrini mənzildə tapdığı dəsmal ilə silmiş, daha sonra zərərçəkmiş A.Əliyevanın ölməsinə əmin olub onun meyitini, cinayətin aləti olan çay daşını, oğlu ŞahidNla birlikdə başlarına geyindikləri qara rəngli idman papaqlarını, əllərinə geyindikləri tibbi əlcəkləri, üzlərinə taxdıqları tibbi maskaları özü ilə gətirmiş olduğu çantaya yerləşdirmiş üst geyimi qana bulaşdığı üçün A.Əliyevaya məxsus 80 manat dəyərində yaşıl rəngli qış geyimini əyninə geyinmiş və əvvəlcədən Təqsirləndirilən şəxsN ilə razılaşdıqları plana uyğun olaraq A.Əliyevanın evdən könüllü getməsi görüntüsünü yaratmaq üçün ona məxsus 250 (iki yüz əlli) manat dəyərində «Redmi 9» markalı mobil telefonunu, geyim əşyalarından 50 manat dəyərində cins şalvarıni, hadisə yerində qan ləkələrini sildiyi 40 manat dəyərində uşaq üst geymini və 20 manat dəyərində əl-üz dəsmalını, ümumilikdə A.Əliyevaya məxsus 440 (dörd yüz qırx) manat dəyərində əmlakı yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli talamış, taladığı əşyaları da çantaya qoyaraq oğlu ŞahidNla birlikdə çantanı mənzildən çıxarmış, A.Əliyevanın azyaşlı övladı XN5 mənzili tərk edib qonşuları şübhələndirməməsi üçün qapının üzərində olan açarla qapını çöldən bağlayıb A.Əliyevanın meyitini qoyduqları çantanı binanın zirzəmisində gizlətmək üçün aşağı aparmağa çalışmış, lakin həmin blokda 3-cü mərtəbədə yaşayan Şahid2 onları görüb nə apardıqlarını soruşduğu və çantanın ağırlıqdan cırılması nəticəsində A.Əliyevanın qolunun çantadan çıxdığı üçün sonunucuya məxsus mobil telefonu çantadan götürüb, meyiti çantanın içərisində 2-ci və 3-cü mərtəbələr arasındakı pilləkəndə döşəməyə qoyub hadisə yerindən qaçmış, binadan çıxıb qaçarkən A.Əliyevanın könüllü evdən getməsi görüntüsünü yaratmaq planının baş tutmadığına görə A.Əliyevaya məxsus mobil telefonu binanın yaxınlığındakı kolluq əraziyə, qapının açarını isə istintaqa məlum olmayan yerə atıb Təqsirləndirilən şəxsN yaşadığı mənzilə gəlmiş, orada cinayətin izlərini gizlətmək məqsədilə Təqsirləndirilən şəxsN köməkliyi ilə X7 Maksumbekovla birlikdə üzərlərindəki qan ləkələrini yuyub təmizlədikdən və paltarlarını dəyişdikdən sonra Təqsirləndirilən şəxsN yaşadığı mənzili tərk edib yaşadıqları Şəki rayonuna yollanmış, yolda gedərkən Təqsirləndirilən şəxs2 selofan paketə yerləşdirdiyi A.Əliyevaya məxsus yaşıl rəngli qış geymini istintaqa məlum olmayan əraziyə, yol maşını ilə Şəki şəhərinə yaşadıqları mənzilə gəldikdən sonra isə hadisə vaxtı əyinlərində olmuş paltarları evlərinin yaxınlığındakı zibilliyə atmışlar. Məhkəmədə Təqsirləndirilən şəxs2 ifadə verməkdən imtina etmiş, məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Şəki şəhərində doğulsa da N999-cu il tarixdə RF vətəndaşı olan XNN ilə RF-nin Dağıstan Respubliksında ailə həyatı qurmuş, həmin nigahdan 3 uşaqları olmuşdur. 20N7-ci ildə ərindən boşanaraq oğlanları ilə birlikdə Şəki şəhərində yaşayan anası Gülpərinin evinə gəlmiş, orada qalmağa şərait olmadığına görə xx.xx.20N8-ci il tarixdən Şəki şəhərində Təqsirləndirilən şəxsN ailəsinə məxsus olan kirayə ev taparaq oraya köçmüşdür. 20N8-ci ildə Dağıstana gedərək orada məhkəmə vasitəsi ilə əri Namiqdən rəsmi qaydada boşanmış və Azərbaycana geri qayıtmışdır. Kirayə qaldığı müddətdə Təqsirləndirilən şəxsN ilə münasibəti yaranmış, Rufanənin iki il ailəli olduqdan sonra ərindən boşandığını bilmişdir. Azərbaycana köçdüyü vaxtdan Şəki şəhərində qadın saç ustası kimi işləsə də 202N-ci ilin dekabr ayından səhhəti ilə əlaqədar olaraq işləməmişdir. Oğlanları Naim və Maksim karantindən əvvəl Dağıstana atalarının yanına getmiş, kiçik oğlu Rəsul isə onun yanında qalmışdır. Rufanənin Qəbələ rayonunda hərbçi işləyən Kamran adlı ailəli oğlanla sevgili olduğunu və sonuncu ilə tez-tez görüşdüyünü bilmişdir. Kamran Şəkiyə gəldikdə həmin evdə Rufanə isə Qəbələyə gedəndə Kamranın qaldığı evdə qalmaqla sonuncuların biri-birilərini cox sevdiklərini bilmişdir. Rufanəni Kamrana ərə getmək istəsə də sonuncu buna razı olmayaraq bir müddət sonra guya ki, arvadı Aytacı boşayıb Rufanəni alacağını bildirmişdir. xx.xx.202N-ci tarixdə Kamran Qəbələ rayonunda qaldığı hərbi şəhərcikdə Rufanə üçün də kirayə ev tutaraq oraya aparsa da həmin müddət ərzində Rufanəyə verdiyi sözünü tutmayaraq arvadını boşayıb Rufanə ilə evlənməmişdir. Rufanənin tək qalıb qorxmaması və əsəb keçirməməsi üçün sonuncuya dəstək olmaq məqsədilə arada oğlu ilə birlikdə gedib Rufanənin yanında qalmışdır. Hadisədən bir neçə gün əvvəl Rufanə ilə Kamranın münasibətlərində olan gərginlik barədə Rufanə ona telefonla “Vatsapp” vasitəsi ilə danışıq və yazışmalar zamanı demiş, o da bu barədə Kamranla danışıb bu işi yəni verdiyi sözünə əməl edərək arvadını boşayıb Rufanəni almasını demişdir. Kamran ona hər şeyin yaxşı olacağını deyərək dəqiq bir fikir bildirməmişdir. 2022-ci ilin fevral ayınan başlayaraq onlar Kamranın etdiyi hərəkətlərə görə qisas almaq, həm də uzun müddətdir Rufanə ilə Kamranın qovuşmasının qarşısını alan rəsmi nigahlı arvadı Aytacı aradan götürmək üçün planlar qurmuşlar. Bu barədə əsasən Rufanə ilə vatsapda yazışıb, danışarkən Rufanə ona xoşbəxt olmadığını, bədbəxt olduğunu Kamranın Rufanəni almadığını demişdir. Özünü Rufanəyə mənəvi ana hiss etdiyi üçün bu məsələlərdən çox pis olmuş, Rufanənin Kamranla xoşbəxt olmasını çox istəmişdir. Plana uyğun olaraq xx.xx.2022-ci il tarixdə gecə saat 20 radələrində Rufanəyə mesaj yazıb sonuncunun yanına gəldiyini bildirdikdən sonra sifariş etdiyi taksi ilə Qəbələ rayonuna getmişdir. Əvvəlki günlərdə də Rufanə ona vatspda mesaj yazıb yanğın törədərək Aytacı qorxutmağı təklif etdikdən sonra bununla razılaşdığına görə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Rufanəgildə planlarına uyğun olaraq Aytacı qorxutmaq məqsədi ilə sonuncunun yaşadığı binanın dəhlizinə gedərək orada olan elektrik kabellərinin topa olan hissəsinə yerdə olan salafan və kağızları yığaraq yanğın törətmək məqsədi ilə yandırıb oradan uzaqlaşmışdır. Ancaq çox geniş bir yanğın olmamış, məqsədləri yanğın törədərək Aytacın həmin ünvanı tərk edib oradan getməsinə nail olmaqdan ibarət olmuşdur. Yanğın törətdikdən sonra Rufanənin yaşadığı mənzilə qayıtmış, gecəni orda qalıb səhəri günü taksi ilə Şəkiyə qayıtmışdır. Şəkiyə qayıtdıqdan sonra yenidən Rufanə ilə aralarında yazışarkən Aytacı Kamran evdə olmayanda Rasul ilə gedib öldürmələrini və çantaya qoyub binanın zirzəmisinə düşürmələrini qərara almışlar. Həmçinin Aytacın telerfonunu və paltarlarını götürərək sonuncunun könüllü evdən getmə görüntüsünü yaratmaq istəmişlər. Rufanə ilə planları haqda Kamranın xəbəri olmamış, sonuncuya yalnız gedib yaxın qohumunun aravdı ilə söhbət edəcəyi barədə yazsa da Kamranda ona cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 23-radələrində sifariş verdiyi taksi ilə oğlu Rəsul ilə birlikdə Qəbələ rayonuna Rufanənin evinə getmiş, gecə Rufanə ilə planları barəsində xeyli söhbət etdikdən sonra fiziki cəhətdən güclü olduğuna görə Rasulu da özü ilə aparmaq qərarına gəlmişlər. Rasulla evə gedib Aytacı öldürdükdən sonra çantaya qoyub zirzəmiyə düşürməyi, sonra isə Aytaca məxsus telefonu da götürüb Kamrana və yaxınlarına Aytacın evdən könüllü getməsinə dair mesajlar yazmağı planlaşdırmışlar. Saat 02 radələrində yatdıqdan sonra səhər saat N0 rədələrində plana uyğun olaraq hərbi şəhərcikdən çıxaraq Qəbələ rayon bazarına gedib oradan böyük sumka, iki cüt aptekdən tibbi əlcək, iki ədəd qara maska, iki ədəd qara kepka, bir ədəd skotç alaraq saat NN radələrində Rufanənin evinə gəlmişdir. Plana uyğun olaraq Kamranın evdən çıxmağını gözləmiş, eyvandan Rufanə ilə Kamranın evdən çıxıb getməsini gördükdən sonra saat N5 radələrində hicabını geyinib, oğlu Rəsulla ağızlarına maska başlarına kepqa qoyub bazardan aldığı ləvazimatları da götürüb evdən çıxmışlar. Kamranın evinin yaxınlığına gəldikdən sonra oğlu Rəsula Aytacı qorxuzmağa getdiklərini demiş, buna görə binaya girəndə ikisi də əllərinə tibbi əlcək, ağızlarına qara rəngli maska, başlarına bazardan aldıqları qara kepkaları qoymuşlar. Dəhlizə girməmişdən əvvəl həyətdən əlinin içindən bir qədər böyük olan cay daşını da götürüb 4-cü mərtəbəyə qalxmış və Kamranın yaşadığı evin qapısını əlindəki daşla döymüşdür. İçəridən mərhum Aytac kim olduğunu soruşduqda sonuncuya qonşu olduğunu və su lazım olduğunu bildirmişdir. Aytac buna görə onlara inanıb qapını açan zaman dərhal Aytacı itəliyib icəri daxil olmuş, oğlu da arxası ilə icəri girmişdir. Aytac qışqıraraq inasanları köməyə çağırmağa çalışdığına görə əlindəki daşla və əli ilə sonuncunun başından, alın və digər nahiyyəsindən ard-arda vurmuşdur. Aytac ona müqavimət göstərdiyinə görə əlindəki daşla Aytacın baş nahiyyəsinin müxtəlif yerlərindən zərbələr endirməyə davam etmiş, həmin vaxtı onun qışqırığına otaqda olan körpə uşağı gəlmişdir. Uşaq onları görüb ağlamağa başladıqda oğlu Rəsul həmin otağa keçib qapını örtərək uşağı sakitləşdirməyə çalışmış, özü isə Aytacın ona qarşı müqavimətini qırmaq üçün daşla başına vuraraq yerə yıxmışdır. Rasula qışqırıb ona kömək etməsini istədikdən sonra sonuncu ona kömək etməyə razılaşaraq Aytacın əlini və ayağını tutub saxlamış, özü ilə gətirdiyi skotçu Aytacın ağız və boğaz nahiyyəsinə dolayaraq möhkəm sıxdıqdan sonra sonuncunun nəfəsi kəsilmişdir. Bu zaman qonşudan bir qadın gəlib qapını döymüş, qonşuya uşaq yatızıdırdığını deyib getməsni bildirmişdir. Qonşu bir neçə dəfə qapını döyüb çıxıb getmiş, plana uyğun olaraq Aytacı öldürdükdən sonra meyiti Rasulun köməyi ilə çantaya qoymuşdur. Daha sonra evdən dəsmal və uşaq paltarı götürüb qan tökülən yerləri silmiş, əynindəki gödəkçə qan olduğundan Aytaca məxsus yaşıl rəngli gödəkçəni girişdəki asılqndan görtürüb geyinmişdir. Çantanın ağzı bağlanmadığından meyitin görünməməsi üçün qan təmizlədiyi dəsmalı, uşaq paltarını, N ədəd cins şalvarı çantaya atmış, həmçinin əllərində olan əlcəkləri, ağızlarında olan tibbi maskaları, hadisə vaxtı istifadə etdiyi daşı da çantaya qoymuşdur. Sonra evdə çarpayının üstündə olan markasını bilmədiyi Aytaca məxsus mobil telefonu da götürərək üstdən çantaya qoymuşdur. Evdən çıxanda uşağın evdən çıxmaması üçün qapının içəri tərəfdən üstündə olan açarını götürüb cöldən bağlamış, çantanın bir tərəfindən o, digər tərəfindən isə Rəsul tutaraq evdən çıxıb 3-cü mərtyəbəyə qədər gəlmişlər. Üçüncü mərtəbədə yaşayan bir qadın qapını açıb onları görərək kim olduqlarını və haradan düşdüklərini soruşmuş, qadına beşinci mərtəbədən köçdüklərini demişdir. Artrıq ikinci mərtəbəyə çatanda torba ağırlığa dözməyib cırılmış, həmin vaxt həmin qadın torbadan sallanan Aytacın meyitinin əllərini görərək qışqırmağa başlamışdır. Camaatın oraya toplanacağından qorxub çantada olan telefonu götürüb binanın dəhlizindən çıxaraq çıxışdan sağa, oğlu isə sola doğru qaçmışlar. Binanı fırlanıb Rufanə gilə getmiş, yolda kolluq ərazidə açarı və telefonu atmışdır. Rufanə gilə girdikdə Rasul və Rufanə orada olmuş, birlikdə Rufanə ilə onun və Rasulun üzərindəki qanı yumuşlar. Paltarlarını dəyişib Habil adlı köhnə taksi sürcüsü olan tanışına zəng edib Oğuz rayonuna getməli olduğunu demiş, təxminən 30 dəqiqə Rufanə gildə qaldıqdan sonra Aytacın evindən götürdüyü yaşıl rəngli gödəkçəni selofan paketə qoyub aşağı düşmüş, orada Habil adlı şəxsin avtmaşınına minib Oğuz rayonuna, oradan isə avtovağzaldan qara rəngli VAZ-2N07 markalı avtomaşına Şəki şəhərinə qaldığı evə getmişlər. Üzərində qan ləkələri olan paltarları onun tapşırığı ilə oğlu Rasul aparıb zibilliyə atmış, həmin gecə Rasulu aparıb nənəsigilə qoymuşdur. Növbəti gün polis əməkdaşları gəlib onu Qəbələ rayon Polis Şöbəsinə dəvət etmək istədikdə cinayətin üstünün açılmasından qorxub özünə bıçaqla xəsarət yetirmək istəsə də polis əməkdaşları buna imkan verməmiş və bıçağı əlindən almışlar. Məhkəməyədək icraat zamanı verdiyi 25 may 2022-ci il tarixli ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, hadisədən bir neçə gün əvvəl Kamranın dəvəti ilə Qəbələ rayonunda sonuncunun yaşadığı evə getmiş, həmin vaxt Kamranın ailəsi evdə olamamaqla Kamran ona Rufanəyə üzük almaq məsələsini onunla müzakirə etmək istədiyini bildirmişdir. Kamranın onunla yaxın münasibət göstərmək istədiyini görüb evdən çıxmaq istəyərkən Kamran onu arxadan vurduqdan sonra özündən getmiş, ayılarkən lüt vəziyyətdə yataq otağında olduğunu görmüşdür. Kamran da lüt halda onun yanında uzanmış, Kamranın şalvarının cibindən açarı çıxarıb qapını açdıqdan sonra paltarını geyinərək evdən çıxıb getmişdir. Dodağının sol tərəfindən qan gəldiyinə görə Kamranın onu vurduğunu başa düşmüş, lakin Kamranın onunla cinsi əlaqədə olub-olmamasını dəqiq anlaya bilməmişdir. Rufanə Kamranı sevdiyinə görə bu barədə heç kimə deməmiş, Kamran özündə onun lüt şəkilləri olduğunu bildirmişdir. Kamran ona Aytacı evdən oğurlayıb Kamrana xəyanət görüntüsü yaratmasını, əks halda onun lüt şəkillərini yayacağı ilə hədələmiş, hadisə günü də Kamran ona evlərinə gedib Aytacı oğurlamasını, bir neçə gün Şəkidə saxladıqdan sonra buraxmasını demişdir. Hadisədən Rufanənin xəbəri olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN özünü ona elan edilmiş ittihamlarda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid3lə 05 mart 20N5-ci il tarixdə Şəki şəhərində sonuncunun Ruslan adlı tanışı vasitəsilə tanış olmuş, həmin vaxt Kamranın ad günündə Ruslan və sonuncunun Arzu adlı qız tanışı ilə birlikdə iştirak etmişlər. Həmin vaxtdan iki-üç gün sonra Arzu onunla əlaqə saxlayaraq Kamranın onun mobil telefon nömrəsini istədiyini bildirmiş, öz razılığı ilə Kamran onunla əlaqə saxlayaraq beləcə arlarında sevgi münasibətləri yaranmışdır. Sonradan 2N avqust 20N7-ci il tarixdə Kamran dayısı tərəfindən çağrıldığını deyib bir daha Kamranla əlaqə saxlamamasını demiş, özünün onunla əlaqə saxlayacağını demişdir. Kamranla əlaqə saxlamaq istəsə də sonuncu ilə əlaqə yarada bilməmiş, Kamranın Rəhman adlı dostu vasitəsilə əlaqə yaratmağa cəhd etmişdir. Rəhman ona Kamranın ailə həyatı quraraq Qəbələ rayonunda yaşadığını bildirdikdən sonra Kamranla əlaqə yarada bilmədiyinə görə Türkiyə Respublikasına gedib bir müddət orada yaşadıqdan sonra yenidən Azərbaycana qayıtmışdır. Azərbaycanda olarkən Kamran yenidən onunla əlaqə yaradaraq danışan zaman Kamrandan niyə görə onu aldatdığını soruşmuş, Kamra ona arvadı ilə boşanacağını, onunla ailə həyatı quracağını bildirmişdir. 202N-ci ilin aprel ayında Kamran Qəbələ şəhərindəki hərbi şəhərcikdə onun üçün kirayə ev tutaraq orada yaşamasını bildirmiş, evin kirayə haqqı və ərzaq xərclərini Kamran ödəmişdir. 02 mart 2022-ci il tarixdə Kəmalə Maksumbekova onunla əlaqə saxlayaraq onun yanına gəlmək istədiyini bildirmiş, Kamran ad günündə onun yanında olmadığına görə Kəmalənin onun evinə gəlməsinə razılıq vermişdir. Kəmalə onun evinə gəlib birlikdə yemək yeyib söhbət etdikdən sonra yatmış, səhər duran zaman Kəmalənin artıq yuxudan oyanaraq evdə hicabla gəzdiyini görmüşdür. Kəmalə ona hər şeyin yaxşı olacağını deyib evdən çıxmış, həmçinin Kəmalə Kamrandan sonuncunun arvadı Aytacla danışmasını da xahiş etdiyini bildirmişdir. Bir müddət sonra Kəmalə oğlu ilə birlikdə geri qayıdarkən Kəmalənin sifət nahiyyəsinə və əllərində, oğlunun isə gödəkçəsində qan olduğunu görüb nə baş verdiyini soruşmuş, Kəmalə heç nə olmadığını bildirərək onun taksi çağırmasını istəmişdir. Taksi gəldikdən sonra Kəmalə oğlu ilə birlikdə getmiş, bir müddət sonra polis əməkdaşları onun evinə gəlmişdir. Kəmalənin Aytacı öldürməsindən xəbəri olmamış, bu barədə Kəmaləyə heç bir söz deməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsN göstərmişdir ki, Şahid3lə təxminən 20N5-ci ildə sonuncu Şəki şəhərində xidmət etdiyi vaxtdan tanımış, həmin vaxtdan aralarında intim və sevgi münasibətləri yaranmışdır. Şahid3 dostu Ruslan Məmmədov onun rəfiqəsi Arzu ilə sevgili olmuş, Kamran ilə Arzunun vasitəsilə tanış olmuşdur. Kamran uzun müddət ona evlənəcəyinə dair söz verib aldadaraq sonradan evlənməmiş, sonradan Kamranın dayısı qızı Aytacla evləndiyini bilmişdir. Kamranın rəsmi nikahda olduğunu bilsə də sonuncu ilə münasibəti kəsməmiş, Kamranın iş yeri dəyişdirilərərk Qəbələ şəhərinə köçüb ailəsi ilə birlikdə orada yaşadıqdan sonra 202N-ci ilin may ayında Kamranın qaldığı şəhərcikdə onun üçün də kirayə ev tutmuşlar. Kamranın qaldığı binanın qonşuluğundakı binada qalmaqla sonuncunun ailəsi arabir Bakı şəhərində və ya Ağsu rayonunda olduqda Kamran gəlib onun yanında qalmışdır. Təxminən 20N9-cu ildə onlara məxsus Şəki şəhəri Qurdlar məhəlləsində yerləşən həyət evində oğlu Rasul ilə birlikdə kirayəşin qalan Təqsirləndirilən şəxs2 adlı qadınla tanış olmuş, sonuncu da onun Kamranla olan münasibətindən xəbəri olmuşdur. Kemale onları qovuşdurmağa çalışaraq bir neçə dəfə bu barədə Kamranla telefonla danışmış, həmçinin Kemale onun Qəbələyə köçməsinə də köməklik göstərmişdir. xx.xx.2022-ci il tarixdə Kemale Qəbələyə onun yaşadığı evə gəlmiş, həmin gün Kamranın qarvadı Aytacı qorxutmaq məqsədilə sonuncuların yaşadıqları binada yanğın törətmək üçün getmişdir. Həmin yanğın baş verdikdən sonra Kemale evə gələrək baş vermiş hadisə haqqında ona demişdir. Növbəti gün xx.xx.2022-ci il tarixdə Kemale taksi sifariş verib Şəki şəhərinə qayıtmış, xx.xx.2022-ci il tarixdə isə Kəmalə bu dəfə oğlu Rasulla axşam saatlarında yenidən onun yaşadığı evə gəlmişdir. Çünki həmin gün Kamranın ad günü olmasına baxmayaraq sonuncu onun yanına gəlməmiş, o da buna görə pis olaraq ağlayan vaxtda şəkil çəkib Kemaleye atmaqla baş verənləri danışmışdır. Sonradan həmin axşam Kemalenin Kamranla bu məsələni müzakirə etmləri və Kemalenin Kamrandan bu məsələni qurtarmasını və onunla qovuşmasını xahiş etdiyini bilmişdir. Kemale onlarda olarkən sonuncu ilə plan quraraq Kemalenin Kamranın evinə gedib Aytacı huşuz vəziyyətə saldıqdan sonra çantada Şəki şəhərinə aparmaqla qaçırmasını, sonra isə Aytacın telefonu ilə Kamrana başqası ilə qaçıb getdiyinə dair mesajlar yazmasını müzakirə etmişlər. Kamranda Aytacın xəyanət edərək evdən özbaşına çıxıb getməsi görüntüsünü yaratdıqdan sonra Kamranın onunla birləşəcəyini hesab etmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və oğlu ŞahidN gecəni onun evində qaldıqdan sonra gecə danışdıqları plana uyğun olaraq səhər Kemale bazara gedib çanta, yapışqan skotç almış, saat N440 radələrində onlar qeyd edilən ləvazimatlar olan skotçu, çantanı, 2 ədəd tibbi maskanı, 2 ədəd əlcəyi götürüb başlarına papaqlar qoyub evdən çıxmış, təxminən yarım saat sonra Rasul qapını döyərək geriyə qayıtmışdır. Rasulun gödəkçəsinin qolunun qana bulaşdığını, sifət nahiyyəsində 2 yerdən cızıq yarandığını görmüş, Rasul onun sualına cavab verməməklə qorxudan titrəmişdir. Beş dəqiqə sonra qapı yenidən döyülərək bu dəfə Kemale gəlmiş, sonuncu da çox həyəcanlı vəziyyətdə olmaqla əynində öz gödəkçəsi deyil, digər yaşıl rəngli palto olmuşdur. Həmçinin Kemalenin başındakı hicab, əlindəki əlcək və üzündəki maska da olmamış, sağ əlində kəsik və qan izləri, burunun uc hissəsində qanamış yara olmuşdur. Kemaledən nə baş verməsini, Aytacı öldürüb-öldürməməsini soruşmuş, Kemale həyəcanlı vəziyyətdə ona Aytacın sifətinin burnundan alnınadək göyərdiyini, sonuncunu çantaya qoyub dəhlizə çıxarıb gətirmək istədikdə, qonşulardan biri gördüyünə görə, həm də çantanın qulpları cırıldığından dəhlizdə çantanı tullayıb qaçıb gəldiklərini demişdir. Rasul və Kemaleyə onu qana saldıqlarını, niyə oraya gəldiklərini demiş, Kemale ondan Rasul üçün paltar istəmişdir. Evdə kişi paltarı olmadığına görə Kemale öz koftasını oğluna geyindirmiş, sonra qan ləkələri yumaq üçün hamama getmişdir. Sonra Kemale üzərində olan başqa bir kiçik smartfon telefonu ilə taksi çağırmış, evdən düşərkən isə ondan nəm salfetka alıb burnundan gələn qanın qarşısnı almaq istəmişdir. Kemalegil düşüb getdikdən bir az sonra isə polislər yaşadığı evin qapısını döyərək onu Qəbələ rayon Polis Şöbəsinə dəvət etmiş, ilk əvvəl olmasa da sonradan baş verənləri etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi XN4 ifadəsində göstərmişdir ki, Aytac onun qızı olmaqla 20N7-ci ildə bacısı Nüşabənin oğlu Kamran ilə ailə həyatı qurmuş, həmin Nigahdan 20N9-cu ildə Uğur adlı uşaqları olmuşdur. Kamran hərbi qulluqçu olmaqla XN7 rayonunda yerləşən hərbi hissəsində xidmət etmiş, toydan sonra Qəbələyə köçüb orada kirayə yaşamışlar. 05 mart 2022-ci il tarixdə saat 20 radələrində qudası Seymur Əliyev ona zəng vuraraq Aytacın öldürülməsini bildirmiş, bundan sonra oğlu Davud ilə birlikdə Qəbələyə getmişdir. Qəbələdə kürəkəni Kamranın sevgi münasibətlərində olduğu Rufanə adlı Şəki rayonundan olan bir nəfərin rəfiqəsi Kemale və sonuncunun oğlunun 05 mart 2022-ci il tarixdə günorta saatlarında evində qızını qətlə yetirdiyi ona məlum olmuşdur. Kamran ilə Şəki şəhər sakini Təqsirləndirilən şəxsN arasında olan münasibət haqda daha əvvəl məlumatı olmamış, yalnız hadisədən sonra bu haqda bilmişdir. Təqsirləndirilən şəxslərlə barışmamış, sonuncuların barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dinirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun anası olmaqla sonuncu ilə birlikdə Şəki şəhərində yaşamış, atası anasından ayrılmaqla digər iki qardaşları ilə birlikdə Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşamışlar. Rufanəni 20N9-cu ildə sonuncunun atasına məxus Şəki şəhəri Qurdlar məhəlləsində yerləşən evdə kirayə qaldıqları vaxtdan tanımış, həmin müddətdə Rufanə ilə anası dostlaşmışdır. Rufanə də həmin evdə qalmaqla sonuncunun Kamran adlı hərbçi ilə münasibətinin olmasını bilmişdir. Təxminən 8 ay əvvəl Rufanə kirayə ev tutub Qəbələ şəhərinə Kamranın qaldığı hərbi şəhərciyə köçmüş, o, anası və xalasının qızı X29 köçərkən taksi ilə sonuncunun köçməsinə köməklik etmişlər. Anası ilə Rufanənin ünsiyyəti davam etmiş, sonuncular əsasən vatsapp vasitəsi ilə yazışıb telefon ilə danışmışlar. Hadisədən təxminən N həftə əvvəl anası ilə Rufanə arasında Kamranın arvadı Aytaca dair söhbət olmuş, Rufanə anasına hər şeydən bezdiyini Kamranın Aytacdan boşanmadığını demişdir. Anası da məsələni həll etməyə Rufanəyə razılıq versə də təfərrüatını ona deməmişdir. Həmçinin bir həftə əvvəl də anası Rufanə ilə Vatsapp vasitəsi ilə video görüntülü danışanda Rufanə Kamran arasında olan münasibətlərlə bağlı müzakirə edən zaman Rufanə onunla danışmaq istədiyini demiş, telefonu əlinə aldıqda isə Rufanə ona birbaşa Kamranın arvadı Aytacı öldürə bilib-bilməyəcəyini soruşmuşdur. Rufanəyə “yox” cavabını verdikdən sonra anası telefonu alıb onun hələ balaca olduğunu Rufanəyə bildirmişdir. xx.xx.2022-ci il tarixdə anası taksi ilə Qəbələyə Rufanənin yanına getmiş, xx.xx.2022-ci il tarixdə yenidən Şəkiyə qayıtmışdır. Anası ona söhbət zamanı Qəbələdə yanğın törətdiyini demişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 2330 radələrində anası ilə birlikdə Vasif adlı taksi sürücüsünün Vaz 2N09 markalı avtomobili ilə Qəbələyə getmiş, anası ilə birlikdə Rufanəgildə qalmışlar. Gecə boyu Rufanə və anası söhbətləşərək Aytaca nə edəcəklərini planlaşdırmış, anası fikirləşib Aytaca bir şey edəcəyini Rufanəyə demişdir. Səhər tezdən anası yuxudan qalxıb bazara gedərək oradan torba alıb gəlmişdir. Saat N430 radələrində anası ona Aytacın yaşadığı binanın qarşısına gedəcəklərini bildirərək gedərkən üzərində iki cüt tibbi əlcək, bir ədəd sarı rəngli skoç, selofan çanta, iki kepqa, iki ədəd qara rəngli tibbi maska, bir ədəd Rufanənin verdiyi qara daş, dəyişək üçün hərəsinə 2-3 ədəd paltar götürmüşlər. Binanın 4-cü mərtəbəsinə qalxarkən blokda heç kim olmamış, anası qabaqda gedərək dördüncü mərtəbədəki sağ qapını döymüşdür. Anası qapını döyməmişdən qabaq üzbəüz evin qapısındakı gözlüyə ağ kağız yapışdırmışdır. Qapını döydükdən sonra Aytac evin içərisindən “kimdir” deyə səslənmiş, anası Aytacı aşağı qonşu olduğunu, çaydana su doldurmaq istədiyini dedikdın sonra Aytac qapını açmışdır. Aytac qapını açan kimi anası cibində götürdüyü qara daşla Aytacın başına bir dəfə zərbə vurduqdan sonra sonuncu içəriyə doğru yıxılmışdır. Bundan sonra anası içəri daxil olmuş, o da ardınca evə girmişdir. Anası içəridə yerdə uzanan Aytacın üzərinə hücum edərək daşla sifətinə vura-vura ona qışqıraraq Aytacın ayağından tutmasını demişdir. Buna cəhd etsə də Aytacın ayağını saxlaya bilməmiş, içəridəki qapı açılaraq evdə olan azyaşlı uşaq onları görmüşdür. Həmin vaxt uşağın onları görməməsi üçün qapını örtmüş, dəhlizin ortasında süpürləşmişlər. Anasının deməsindən sonra Aytacın əllərini tutmağa çalışmış, həmin vaxt Aytac dayanmadan qışqırmışdır. Anası yenidən Aytacın sifətinə və başına daşla vurmağa davam etmiş, bir neçə zərbədən sonra Aytac artıq tərpənməmişdir. Huşsuz vəziyyətə düşdükdən sonra anası skoçla Aytacın sifətini və ağzını bağlamağa çalışdığı vaxt o, otağa keçib ağlayan uşağı sakitləşdirmişdir. Bu vaxt hansısa qonşu qadın səs-küy eşidib möhkəm şəkildə qapını döymüş, anası həmin şəxsə “uşaq yatır” deyərək uzaqlaşdırmaq istəmişdir. Həmin qadın qapını xeyli döydükdən sonra getmiş, anası istədiyinə görə qarnında gizlədib gətirdiyi çantanı anasına verdikdən sonra birlikdə çantanı açıb Aytacın meyitini oraya qoymuşlar. Bundan başqa Aytacın paltarlarını, həmçinin evdən sonuncuya məxsus stolun üzərində olan mobil telefonu da götürmüş, sonra anası otaqda və evdə olan qan ləkələrini özü ilə Rufanəgildən götürdüyü salfetlə silmişdir. Başlarındakı kepkaları da çantaya qoyduqdan sonra çantanı götürüb qapını isə giriş qapısının içəri tərəfdən üzərində olan açarla bağlayıb evdən çıxmışlar. Üçüncü mərtəbədən düşərkən bir nəfər alt qonşudan olan qadın onları görüb kimsiz deyə soruşmuş, anası həmin qadına beşinci mərtəbədən köçdüklərini demişdir. Onlar aşağıya düşərkən ikinci mərtəbədə çanta cırılaraq meyitin qolları çölə çıxmışdır. Həmin vaxt meyiti görən həmin qonşu qadın qışqırmağa başlamış, anasıda ona dərhal qaçmasını demişdir. Birlikdə blokdan çölə çıxaraq anası sola özü isə sağa doğru qaçmışlar. Oradan qaçaraq Rufanəgilə gələrək qapını döymüş, Rufanə qapını açıb Aytacı öldürdüklərini soruşmuşdur. Rufanəyə Aytacı öldürdüklərini dedikdən sonra Rufanə ondan anasının harada olmasını, niyə oraya gəldiklərini demişdir. İçəri girdikdən sonra üzərində qan ləkələri olan qara rəngli gödəkçəsini çıxarmış, 3-4 dəqiqə sonra anası da oraya gəlmişdir. Orada onlar üzərilərində olan gödəkçələri çıxarıb paketa qoymuş və əvvəlcədən özləri ilə götürdükləri paltarları geyinmişlər. Saat N6 radələrində Habil adlı taksi sürücüsünə zəng vurub sonuncu ilə birlikdə yola düzəldikdən sonra əllərindəki zibilləri girişdə olan zibilliyə atmış, Habil onları Oğuz rayonuna aparmışdır. Habilə yalandan Yevlağa gedəcəklərini deyib Oğuzda avtovağzalda düşüb qara rəngli VAZ 2N07 markalı taksiyə oturub Şəki şəhərinə evlərinə getmişlər. Evdə paltarlarını dəyişib hadisə vaxtı üzərlərində olan paltarları evlərinin yaxınlığındakı zibil qabına atmış, gecə o gedib nənəsigildə, anası isə tək qalmışdır. Səhər saat N2 radələrində polislər evə gəlib Qəbələyə getməli olduqlarını demiş, hadisə zamanı Aytac Əliyeva onun əllərindən tutarkən sifətinə və başına xəsarət yetirdiyindən sifəti cızılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Qəbələ rayonu Zarağan 2 şəhərciyi bina 6N mənzil 20-dəki evin eyvanına çıxarkən binaya girişdən başında qara papaq, ağızlarında tibbi maska olan iki nəfərin blokun qarşısına gəldiyini görmüş, bir müddət sonra qapı qonşuları olan bir nəfər qadın qapını döyüb yuxarıdan 4-cü mərtəbədən səsküy gəldiyini, kiminsə boğularaq sanki evə məcbur salındığını dedikdən sonra dərhal 4-cü mərtəbəyə qalxıb səs küy gələn sol tərəfdə olan qapını döymüşdür. İçəridən yapışqamlı lent səsləri də gəlmiş, içəridə bir nəfər qadın yüksək səslə ona uşaq yatızıdırdığını, qapını döyməməsini demişdir. Əl çəkməyəcəyini deyib yenidən yumruq təpiklə qapını təkrar döymüş, həmin şəxslər yenə də qapını açmamışdır. İkinci mərtəbəyə düşüb qonşuluqda yaşayan Pərvanə adlı qadının qapısını döyərək sonuncuya eşitdikləri barədə məlumat vermişdir. Pərvanə evinə getməsini, yəqin ailə daxili məsələ olduğunu bildirmişdir. Bundan sonra yenidən yaşadığı mənzilə qayıtmış, təxminən beş dəqiqə sonra üst mərtəbədə olan həmin mənzilin qapısının açıldığını və kimlərinsə evdən çıxdıqlarını eşidib qapının gözlüyündən baxdıqda bir az əvvəl gördüyü iki nəfər şəxsin əllərində olan iri çantanın içərisində nə isə apardıqlarını görmüşdür. Dərhal qapını açıb çölə çıxaraq həmin iki nəfərə nə apardıqlarını soruşmuş, həmin şəxslərdən qadın olanı ona 5-ci mərtəbədən köçdüklərini demişdir. Ona məxsus evin qapısının ağzından keçərkən qapının ağzında pilləkənin üzərində qan izini görüb qışqırmağa başlamış, bu vaxt onlar hər ikisi çantanı sürətlə sürüyərkən çanta cırılaraq çantanın içindən insan əli çıxmışdır. Bunu görüb daha da möhkəm səslə qışqıraraq üzbə-üz onu çağıran qadının qapısını döymüş, qapını açan olmasa da hər iki şəxs çantanı atıb qaçmışlar. Dərhal evə girib həmin şəxslərin haraya qaçdığını görməsi üçün eyvana çıxmış, lakin görə bilməmişdir. Bir qədər sonra İntiqam adlı qohumları onlara gəlmiş, sonradan çantada apardıqları şəxsin 4-cü mərtəbədə qalan Aytac adlı qadının meyiti olduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20N6-cı ildə Ağsu rayonu Çaparlı kəndi sakini dayısı qızı mərhum X20 ilə nikaha daxil olmuş, birgə nikahlarından 20N9-cu ildə Uğur adlı uşaqları olmuşdur. 20N4-cü ildən Azərbaycan Respublikası Daxili Qoşunlarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməklə Təqsirləndirilən şəxsN ilə ilk illərdə xidmət etdiyi Şəki şəhərində Ruslan adlı hərbçi dostu vasitəsi ilə tanış olaraq aralarında sevgi münasibətləri yaranmışdır. Aytacla toyundan sonra Rufanə onun evli olması barədə məlumatı olsa da yenə münasibətləri davam etmişdir. 202N-ci ilin may ayında Rufanə onun Qəbələ rayonu Zarağan 2 hərbi şəhərciyində yaşadığı əraziyə köçərək orada kirayə yaşamağa başlayaraq həmin evdə onunla görüşməyə davam etmişdir. Kəmaləni Rufanəgilin evində kirayə qalan sonuncunun tanışı kimi tanımış, münasibətləri normal olmuşdur. Bir neçə dəfə Rufanəyə ayrılmaq istədiyini bildirdikdə sonuncu ona ayrılacağı təqdirdə intihar edəcəyi ilə hədələmişdir. xx.xx.2022-ci il tarixdə saat 7 radələrində evdən çıxıb Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən iş yeri olan hərbi hissəyə xidmətə getmiş, saat N3 radələrində evə nahara gəlmişdir. Nahar vaxtı Aytacla həmin gün onlara qonaq gələcək iş yoldaşı Ruslan Əsədovu və arvadını necə qarşılayacaqları barədə danışmışlar. Saat N420 radələrində evdən çıxıb işə getmiş, saat N6 radələrində hərbi hissə komandiri otağına çağırtdırıb sonra yaşadığı evə göndərmişdir. Evə gəldikdən sonra binanın qarşısında polis avtomaşınlarını görmüş, evə qalxarkən isə arvadının kimlərinsə tərəfindən öldürüldüyü ona məlum olmuşdur. Sonradan arvadı Aytacı Rufanə və Kəmalənin planlaşdıraraq öldürdüyünü bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqqi edilmiş məhkəmə-tibb eskpertizasının xx.xx.2022-ci il tarixli, 06 saylı rəyində göstərilmişdir ki, XN2 meyitində ağız və burun dəliklərinin yapışqan lentlə-skoçla qapanmasından, boyun orqanlarının əllə və sintetik ip halına salınmış skoçla arxadan dartılaraq sıxılmasaından, dilaltı sümüyün sol böyük buynuzunun sınığı, boyunun ön yuxarı hissəsində dəri və dərialtı toxumaya qansızma ilə müşayət olunan natamam (qapanmayan) stranquliyasiya şırımı, boyunun hər iki yan, ön yuxarı, ön orta hissələrində dəri və dərialtı yumuşaq toxumaya qansızma, başın orta təpə hissəsinin, başın sağ, başın sol təpə, sol və sağ ənsə nahiyyəsinin, alının sağ yuxarı, sağ qaşüstü nahiyyəsinin, alının sol tərəfinin, alının sol qaşın içəri ucu hissəsinin, burunun orta yuxarı nahiyyəsinin, hər iki gözlərin alt hissəsinin əzilmiş-cırılmış yaraları, başın sol və sağ alın-təpə nahiyyələrinin, başın sol, başın sağ təpə hissəsinin, alının orta hissəsinin, alının sağ aşağı nahiyyəsinin, sol gözün alt hissəsinin, alt çənənin sol ön bucağı nahiyyəsinin boyunun sol yuxarı çənə altı nahiyyəsinin, sol mil-bilək oynağının arxa səthinin, sol saidin içəri aşağı N/3-nin, sağ saidin içəri aşağı N/3-nin, sağ saidin arxa aşağı N/3-nin, sol budun ön aşağı N/3-nin, sağ diz oynağının bayır tərəfinin qançırları, sağ qaşın alt bayır hissəsinin, boyunun ön, boyunun sağ və sol hissəsinin, sağ budun bayır yuxarı N/3-nin sıyrıqları kimi xəsarətləri vardır. Meyitin bədəni üzərində qeyd olunan xəsarətlər sayca 50 (əlli) ədəddirlər, onlardan N4 (on dörd) ədədi əzilmiş-cırılmış yaralar, 22 (iyirmi iki)ədədi qançırlar və N4(on dörd) ədədi sıyrıqlar olmuşdur. Ağız və burun dəliklərinin qapanmasından törənən mexaniki asiksiya yapışqan lentin-skoçun təsirindən, boyun ön yuxarı hissəsindəki istiqaməti öndən arxaya olan və qapanmayan natamam stranquliyasiya şırımı fiziki qüvvə tətbiq etməklə dartlaraq sintetik ip halına salınmış skoçun təsiri nəticəsində, boyun nahiyyəsindəki dəri və dərialtı hissəyə qansızma və dilaltı sümüyün sol böyük buynuzunun sınığı ilə müşaiyət olunan mexaniki asfıksiya küt alətin yəni əllə sıxılmanın nəicəsində törənməsinə, başın orta təpə hissəsinin, başın sağ, başın sol təpə, sol və başın sağ ənsə nahiyyəsinin, alının sağ yuxarı, sağ qaşüstü nahiyyənin, alının sol tərəfinin, alının sol qaşın içəri ucu hissəsinin, burunun orta yuxarı nahiyyəsinin, hər iki gözlərin alt hissəsinin əzilmiş-cırılmış yaraları, başın sol və sağ alın-təpə nahiyyələrinin, başın sol, başın sağ təpə hissəsinin, alının orta hissəsinin, alının sağ aşağı nahiyyəsinin, sol gözün alt hissəsinin, alt çənənin sol ön bucağı nahiyyəsinin boyunun sol yuxarı çənəaltı nahiyyəsinin, sol mil-bilək oynağının arxa səthinin, sol saidin içəri aşağı N/3-nin, sağ saidin içəri aşağı N/3-nin, sağ saidin arxa aşağı N/3-nin, sol budun ön aşağı N/3-nin, sağ diz oynağının bayır tərəfinin qançırları, sağ qaşın alt bayır hissəsinin, boyunun ön, boyunun sağ və sol hissəsinin, sağ budun bayır yuxarı N/3-nin sıyrıqları küt alətin (əşyaların) təsirindən törənməsinə uyğun gəlir. Yuxarıda qeyd edilən xəsarətlər həyati olub onun ölümündən qısa müddət əvvəl qərarda göstərilən tarixdə yəni 05 mart 2022-ci ildə törənməsinə uyğun gəlir. Bədən xəsarətlərinin ümumilikdə ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X3 ölümünə səbəb ağız və burun dəliklərinin yapışqan lent-skoçun qapanmasından, boyun ön yuxarı hissəsndəki qapanmayan natamam stranqulayasiya şırımı boyun nahiyyəsndəki dəridə sıyrıqlar, qançırlar, boyununun dərialtı hissəsinə qansızma və dilaltı sümüyün sol böyük buynuzunun sınığı ilə müşayət olunan mexaniki asfiksiya olmuşdur. Ölüm baş vermə müddəti ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə və işə dair toplanmış materiallarda göstərilənlərə əsasən meyitin müayinə olunan vaxtdan yəni 05 mart 2022-ci il, saat N7:30-dan 2-3 (iki-üç) saat əvvəl baş verməsinə uyğun gəlir. Meyitin bədənində aşkar edilən xəsarələrin hamısı həyati olub onun ölümdən qısa müddən əvvəl törənmişlər və onun ölümündən sonra törənən xəsarət(lər) aşkar edilmədi. X3 bədəni üzərində qeyd olunan xəsarətlər-ağız və burun dəliklərinin qapanması yapışqan lentin-skoçun təsirindən, boyun ön yuxarı hissəssindəki qapanmayan natamam stranquliyasiya şırımı dardılaraq sintetik ip halına salınmış skoçun təsirindən, boyun nahiyyəsndəki dəri və dərialtı hissəyə qansızma və dilaltı sümüyün sol böyük buynuzunun sınığı küt alətin yəni əllə sıxılmanın təsirindən törənməsinə, başın orta təpə hissəsinin, başın sağ, başın sol təpə, sol və sağ ənsə nahiyyəsinin, alının sağ yuxarı, sağ qaşüstü nahiyyəsinin, alının sol tərəfinin, alının sol qaşın içəri ucu hissəsinin, burunun orta yuxarı nahiyyəsinin, hər iki gözlərin alt hissəsinin əzilmş-cırılmış yaraları sərt küt alətin(o cümlədən meyitin yanında aşkar edilən çay daşının təsirindən, başın sol və sağ alın-təpə nahiyyələrinin, başın sol təpə, başın sağ təpə hissəsinin, alının orta hissəsinin, alının sağ aşağı nahiyyəsinin, sol gözün alt hissəsinin, alt çənənin sol ön bucağı nahiyyəsinin boyunun sol yuxarı çənə altı nahiyyəsinin, sol mil-bilək oynağının arxa səthinin, sol saidin içəri aşağı N/3-nin, sağ saidin içəri aşağı N/3-nin, sağ saidin arxa aşağı N/3-nin, sol budun ön aşağı N/3-nin, sağ diz oynağının bayır tərəfinin qançırları küt alətin-yumuruğun, təpiyin o cümlədən meyitin yanında aşkar edilən çay daşının təsirindən, sağ qaşın alt bayır hissəsinin, boyunun ön, boyunun sağ və sol hissəsinin, sağ budun bayır yuxarı N/3-nin sıyrıqları küt alətin (əşyaların) təsirindən o cümlədən əl barmaq dırnaqlarının təsirindən törənməsinə uyğun gəlir. Həmin xəsarətlərin törənmə ardıcıllığına görə onların yerləşmə nahiyyələrinə, forma- quruluşuna və digər morfoloji xüsusiyyətlərinə görə əvvəl üz və baş nahiyyəsinə sərt küt alətlə-daşla, əllə zərbələr vurularaq huşsuz və yarım huşsuz vəziyyətinə salınaraq yerə yıxıb xəsartləri yerdə davam etdirməklə, əllə boyun nahiyyəsindən sxmaqla və yapışqan lentin-skoçun onun ağız və burun dəliklərinə kip sarınaraq qapanması ilə bərabər yapışqan lentin-skoçun davamı dartılaraq boyun nahiyyəsinə sarınması nəticəsində törənən mexaniki asfiksiya ölümün baş verməsi ardıcıllığı anlamına gəlinir. X3 ölümünə səbəb ağız və burun dəliklərinin yapışqan lentinskoçla qapanmasından, boyun ön yuxarı hissəsndəki qapanmayan natamam stranquliyasiya şırımı, boyun nahiyyəsndəki dəridə sıyrıqlar, qançırlar, boyununun dərialtı hissəsinə qansızma və dilaltı sümüyün sol böyük buynuzunun sınığı ilə müşayət olunan və boyunun sıxılmasından törənən mexaniki asfiksiya olmuşdur. Ölümü ilkin inkişaf etmiş meyit ləkələrinin morfoloji xüsusiyyətlərinə görə təxminən N0-N5 (on-onbeş) dəqiqə müddətində baş verməsinə uyğun gəlir. X3 bədəni üzərində qeyd edilən xəsarətlər yuxarıda göstərilən şəraitlərlə bərabər əlbəyaxa mübarizə zamanı törənə bilərlər. X3 ölümünə səbəb ağız və burun dəliklərinin yapşıqan lentlə sarınaraq kip formada qapanması, həmin lentin davamı ilə dartılaraq boyun orqanlarını öndən arxaya sıxılması və boyun nahiyyəsndəki dəridə sıyrıqlar, qançırlar, boyununun dərialtı hissəsinə qansızma, dilaltı sümüyün sol böyük buynuzunun sınığı ilə müşayət olunmaqla əllə sıxılmasından törənən mexaniki asfiksiyalar olmuşdur. X3 meyitindən götürülmüş qanda və sidikdə spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. X3 meyitində zor tətbiq etməklə cinsi əlaqəyə habelə qeyri-təbii yolla cinsi əlaqəyə aid xəsarət-əlamətlər, o cümlədən uşaqlıq yolundan və arxa keçəcək nahiyyədən götürülmüş tamponlarda spermatazoidlər aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli N05 nömrəli rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs2 Temrezovanın bədəni üzərində boyunun sağ orta hissəsindəki səthi kəsilmiş yaralar, üzün sol almaçıq nahiyyəsinin, sol burun-dodaq büküşü nahiyyəsinin, alının sağ tərəfinin, sağ əlin üstündə ı daraq sümüyü nahiyyəsinin, sağ əlin ııı və ıv barmaqlarının arasının, sağ əlin üst səthində ıı daraq sümüyü nahiyyəsinin, sağ əlin iç səthində ı daraq sümüyü nahiyyəsinin, sol əlin ı barmağının dırnaq falanqasının üst oynaq səthinin və həmin barmağın əsas falanqasının üst səthinin sıyrıqlar kimi xəsarəti vardır. Boyunun sağ orta hissəsindəki xəsarətlər itici kəsici xarakterə malik olan alətin (əşyaların, o cümlədən bıçağın) təsirindən, üzün sol almaçıq nahiyyəsinin, sol burun-dodaq büküşü nahiyyəsinin, alının sağ tərəfinin, sağ əlin üstünün ı daraq sümyü nahiyyəsinin, sağ əlin İİİ və İV barmaqlarının arasının, sağ əlin üst səthində İİ daraq sümyü nahiyyəsinin, sağ əlin iç səthində İ daraq sümüyü nahiyyəsinin, sol əlin İ barmağının dırnaq falanqasının üst oynaq səthinin və həmin barmağın əsas falanqasının üst səthinin sıyrıqlar isə küt alətin (əşyaların, o cümlədən əl barmaq dırnaqlarının) təsirindən törənə bilərlər. Qeyd olunan xəsarətlər birlikdə və ayrı ayrılıqda sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Xəsarətlərin törənmə müddətlərinə görə üzün sol almaçıq nahiyyəsinin, sol burun-dodaq büküşü nahiyyəsinin, alının sağ tərəfinin, sağ əlin üstünün İ daraq sümüyü nahiyyəsinin, sağ əlin İİİ və İV barmaqlarının arasının, sağ əlin üst səthində ıı daraq sümyü nahiyyəsinin, sağ əlin iç səthində İ daraq ümüyü nahiyyəsinin, sol əlin İ barmağının dırnaq falanqasının üst oynaq səthinin və həmin barmağın əsas falanqasının üst səthinin sıyrıqları qərarda göstərilən tarixdə yəni 05 mart 2022-ci ildə törənməsinə, boyunun sağ orta hissəsindəki xəsarətlər isə onun müayinəsindən yəni 06 mart 2022-ci il saat N6:20 dən N2-N4 (oniki-ondörd) saat əvvəl özünün dediyi şəraitdə yəni özü-özünə yetirməsi nəticəsində törənməsinə uyğun gəlir. Təqsirləndirilən şəxs2 Temrezovanın bədəni üzərində qeyd edilən xəsarətlərdən-üzün sol almaçıq nahiyyəsinin, sol burun-dodaq büküşü nahiyyəsinin, alının sağ tərəfinin, sağ əlin üstünün ı daraq sümyü nahiyyəsinin, sağ əlin ııı və ıv barmaqlarının arasının, sağ əlin üst səthində ıı daraq sümüyü nahiyyəsinin, sağ əlin iç səthində ı daraq ümüyü nahiyyəsinin, sol əlin ı barmağının dırnaq falanqasının üst oynaq səthinin və həmin barmağın əsas falanqasının üst səthindəki xəsarətlər yerləşmə nahiyyəsinə, forma və quruluşuna, ölçülərinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlər qarşılıqlı mübarizə nəticəsində törənmələrinə uyğun gəlir. Təqsirləndirilən şəxs2 Temrezovanın bədəni üzərində qeyd edilən xəsarətlərüzün sol almaçıq nahiyyəsinin, sol burun-dodaq büküşü nahiyyəsinin, alının sağ tərəfinin, sağ əlin üstünün İ daraq sümüyü nahiyyəsinin, sağ əlin ııı və ıv barmaqlarının arasının, sağ əlin üst səthində İİ daraq sümyü nahiyyəsinin, sağ əlin iç səthində İ daraq sümüyü nahiyyəsinin, sol əlin İ barmağının dırnaq falanqasının üst oynaq səthinin və həmin barmağın əsas falanqasının üst səthindəki xəsarətlər yerləşmə nahiyyəsinə, forma və quruluşuna, ölçülərinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni 05 mart 2022-ci ildə baş vermiş qətN hadisəsində qarşılıqlı mübarizə nəticəsində və zərər çəkənin özünü müdafi edən zaman törənmələrinə uyğun gəlir. İş materiallarında olan və məhkəmə iclaasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli N08 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsN bədəni üzərində döş qəfəsinin ön sol yuxarı hissəsinin kəsilmiş deşilmiş yarasından və qarının ön sağ aşağı hissəsində kimyəvi yanıqdan sonra inkişaf edən çapıq toxumaları kimi xəsarəti vardır. Həmin xəsarətlərin formasına və digər morfoloji xüsusiyyətlərinə görə döş qəfəsinin ön sol yuxarı hissəsinin kəsimiş-deşilmiş yarasından sonrakı çapıq toxuması iti deşici kəsici xarakterə malik olan alətin(əşyaların), qarının ön sağ aşağı hissəsində kimyəvi yanıqdan sonra ingişaf edən çapıq toxuması isə qatı sirkə turşusunun(uksusun) təsirindən törənə bilər. Qeyd olunan xasarətlər birlikdə və ayrı ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Həmin xəsarətlər müxtəlif şəraitlərdə o cümlədən müayinə olunanın yuxarıda göstərdiyi şəraitlərdə müayinədən yəni 07 mart 2022-ci ildən 5 il və ondan artıq vaxtlarda törənə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, N06 nömrəli ekspert rəyindən görünür ki, Vət. ŞahidN bədəni üzərində alının sağ hissəsinin, sol mil-bilək oynağının bayır tərəfinin, sağ əlin ıv barmağın dırnaq falanqasının üst səthinin, sol əlin ıı barmağının dırnaq falanqasının üst nahiyyəsinin, sol əlin v barmağın əsas falanqasının bayır tərəfinin və sağ baldırın ön orta N/3-nin sıyrıqları kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin-(əşyaların) təsirindən törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər ümumilikdə və ayrı ayrılıqda sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Alının sağ hissəsinin, sol mil-bilək oynağının bayır tərəfinin, sağ əlin ıv barmağın dırnaq falanqasının üst səthinin, sol əlin ıı barmağının dırnaq falanqasının üst nahiyyəsinin, sol əlin v barmağın əsas falanqasının bayır tərəfinin sıyrıqları qərarda göstərilən tarixdə yəni 05 mart 2022-ci ildə, sağ baldırın ön orta N/3-nin sıyrığı isə onun müayinəsi aparılan tarixdən yəni 06 mart 2022-ci ildən 3-4 (üç-dörd) gün əvvəl törənməsinə uyğun gəlir. Vət. ŞahidN bədəni üzərində qeyd edilən xəsarətlər-alının sağ hisəsinin, sol mil-bilək oynağının bayır tərəfinin, sağ əlin ıv barmağın dırnaq falanqasının üst səthinin, sol əlin ıı barmağının dırnaq falanqasının üst nahiyyəsinin, so ləlin v barmağın əsas falanqasının bayır tərəfinin sıyrıqları yerləşmə nahiyyəsinə, forma və quruluşuna, ölçülərinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlər qarşılıqlı mübarizə nəticəsində törənmələrinə uyğun gəlir. Vətəndaş ŞahidN yuxarıda göstərilən bədəni üzərində qeyd edilən xəsarətlər-alının sağ hisəsinin, sol mil-bilək oynağının bayır tərəfinin, sağ əlin ıv barmağın dırnaq falanqasının üst səthinin, sol əlin ıı barmağının dırnaq falanqasının üst nahiyyəsinin, sol əlin v barmağın əsas falanqasının bayır tərəfinin sıyrıqları yerləşmə nahiyyəsinə, forma və quruluşuna, ölçülərinə və digər morfoloji xüsusiyyətlərinə görə həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni 05 mart 2022-ci il tarixdə baş vermiş qətl hadisəsində qarşılıqlı mübarizə nəticəsində və zərər çəkənin özünü müdafiə edən zaman törənmələrinə uyğun gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmətrasoloji, kriminalistik, daktiloskopik, mikro hissəciklərin, lifli materialların tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/N7N2, 3/408. 3/422 saylı saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, XN6, Təqsirləndirilən şəxs2 və ŞahidN məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin N№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, A.E.Əliyevanın, Təqsirləndirilən şəxs2, ŞahidN və R. V. Nəbiyevanın sağ və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintiləri üzərində kənar lif mikrohissəcikləri və həmçinin bir-birilərinə məxsus olduğu qedy edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, XN6 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, XN6 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qəhvəyi rəngli poliester kimyəvi liflər rənginə və təbiətinə görə ŞahidN məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş çay daşının səthində əl-barmaq və papilyar naxış izləri aşkar edilmədi.Tədqiqata təqdim edilmiş çay daşının səthində əl-barmaq və papilyar naxış izləri aşkar olunmadığından tədqiqata təqdim edilmiş N ədəd daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2....götürürülmüş...’’ yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd gödəkçənin, bir ədəd şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Gödəkçənin səthində olan “a” zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə, gödəkçənin səthində olan “b” zədəsi və şalvarın səthindəki zədə isə ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. Təqdim edilmiş üzərində “Aytac Əliyevanın...götürülmüş” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd idman sviterinin, bir ədəd idman şalvarının, bir ədəd maykanın, bir ədəd büstqalterin, bir ədəd tumanın, iki ədəd baş geyiminin, üzərində “ŞahidN....götürülmüş...” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd sviterin, bir ədəd uzunqol köynəyin, bir ədəd qısaqol köynəyin, bir ədəd şalvarın, bir ədəd tumanın, bir cüt corabın üzərində “Maksumbekovanın....götürürülmüş...” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd sviterin, bir ədəd idman şalvarının, bir ədəd qısaqol idman köynəyinin, bir ədəd corabın səthində zədə yoxdur.Tədqiqata təqdim edilmiş silindrik mexanizmin təxminən orta hissəsində (vint oyuğu üzərində) sınma zədəsi vardır. Silindrik mexanizmin bütöv halda təqdim olunmuş qıfıla quraşdırılmış vəziyyətində, kəlbətin və bənzər konstruksiyalı sıxıcı alətlə fiziki qüvvənin təsiri nəticəsində silindrik mexanizmin sındırılması (iki hissəyə bölünməsi) və qıfılın açılması mümkündür. Tədqiqata təqdim edilmiş açarın silindrik mexanizmin açar oyuğuna maneəsiz və sərbəst daxil olmasını nəzərə alaraq onun qıfılın ştat açarı olması istisna edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının N3 iyun 2022-ci il tarixli, 285/2022 saylı rəyində göstərilmişdir ki, XN2 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/-. Təqsirləndirilən şəxsN təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə qan qrupu-A/İİ/. X4 təqdim olunan DİN-nin N2 saylı tutulmuş şəxsin tibb kitabçasının kserosutərinə əsasən qan qrupu-O/İ/. ŞahidN təqdim olunan arayışın kserosurətinə əsasən qan qrupu-A/İİ/. Ekspertizaya təqdim olunan 08 ədəd kiçik kağız parçaları, 02 ədəd salfet kağız parçası, 07 ədəd pambıq tampon, 0N ədəd çay daşı, skotç rulonu, 03 ədəd rezin əlcək, sintetik bazar çantası, uşaq koftası, əl-üz dəsmalı, A.Əliyevaya məxsus cins şalvar, gödəkcə, trusik, lifçik, alt mayka, dəst şalvar və kofta, 02 ədəd günlüklü papaq, ovucdan götürülmüş tüklər, saç yığan,ŞahidN sviter, şalvar, kofta, trusik, N tay corab, Kemalə Maksumbekovaya məxsus şalvar, sviter, idman şalvarı üzərində insan qanı ləkələri aşkar olundu.Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A», «H» antigenləri və əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı.Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən X24ma, ŞahidN və ya Təqsirləndirilən şəxsN qızma məxsus ola bilər./əgər hadisə zamanı sonuncularda qanaxma ilə müşahidə olunan xəsarət olubsa və qanlarında müşayiətçi «H» antigeni varsa/. Qanın qarışıq olduğu halında isə ləkələrdə O/İ/ qruplu XNrışmış qanının olması da inkar olunmur, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Təqdim olunan çəkic, Aytac Əliyevaya məxsus vodolazka və Kemalə Maksumbekovaya məxsus gödəkcə üzərindəki ləkələrdə qan, zəncirbənd tütacağı,ŞahidN məxsus mayka-kofta, corabın digər tayı, Kemalə Maksumbekovaya məxsus 0N ədəd corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Təqdim olunan 03 ədəd rezin əlcək üzərində tər aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 06 ədəd obyekt insanın baş tükləridir, rəngləməyə məruz qalmışlar. Onlardan 3 ədədi fiziki təsir nəticəsində kökündən, N ədədi isə milindən ayrılmışlar, 2 ədədi yaşama qabiliyyətini itirməkdə olaraq özləri düşmüşlər. Təqdim olunmuş tüklər Aytac Əliyevanın, Təqsirləndirilən şəxsNnm, Kemalə Maksumbekovanm və ŞahidN baş tükü nümunələri ilə morfoloji xüsusiyyətlərinə görə müqayisə olunduqda, əsas morfoloji əlamətlərinə görə /müqayisəli tədqiqata bax/ öz aralarında və Aytac Əliyevanın baş tükü nümunələri arasında böyük uyğunluk təşkil etdi. Həmin tüklər ilə Təqsirləndirilən şəxsNnm, Təqsirləndirilən şəxs2nm və ŞahidN baş tükü nümunələri ilə müqayisə edildikdə onların arasında kəskin fərqlənmə aşkar olundu. XN8 sol ovcunda aşkar olunmuş tüklərin Əliyeva Aytacm özünə məxsus olması inkar olunmur. Bu tüklərin Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs2 və Rasul Mmaksumbekova məxsus olması inkar olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının 08 iyun 2022-ci il tarixli, 239/2022 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş XN6 məxsus büstqalterin orta hissəsində yuxarıda məhdud ölçülü məhdud cırılma vardır. Bu cırılma küt yaranma mexanizminə malikdir, böstqalterin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim XN6 məxsus qara rəngli qolsuz maykada, trusikdə, iki ədəd papaqda, idman gödəkçədə və idman şalvarında əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. X3 meyitində müəyyən edilmiş xəsarətlər (əzilmiş- cırılmış yaralar, sıyrıqlar və qançırlar (sol budun ön aşağı N/3-də, sağ diz oynağının bayır tərəfində qançırlar və sağ budun bayır yuxarı N/3-də olan sıyrığı istisna olmaqla) ona məxus paltarların üzərində bədənin müvafiq nahiyyələrinin paltarlarla örtülmədiyindən öz əksinin tapmamışdırlar. A.E.Əliyevavanın sol budun ön aşağı N/3-də, sağ diz oynağının bayır tərəfində qançırlar və sağ budun bayır yuxarı N/3-də olan sıyrıq da ona məxsus paltarlarda öz əksini tapmamışlar, bu da tək bədənin zədələnməsi ilə izah oluna bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 356/N22 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-in 2N.N -ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini anlamaq və hərəkətlərini idarə etmək etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 336/NN6 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsN ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxsN ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxsN əməli CM-in 2N.N -ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal- hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini anlamaq və hərəkətlərini idarə etmək etmək iqtidarındadır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Baş X5 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinə əlavə edilmiş Qəbələ Mərkəzi Bazarı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, XN2 evindən götürülmüş dəsmalın diyməti 20 manat, şalvarin qiyməti 50 manat, köynəyin qiyməti 40 manat olaraq qiymətləndirilmişdir. Cinayət işinə əlavə edilmiş Qəbələ rayonunda yerləşən SS Telekom tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, XN6 məxsus “REDMİ 9” markalı mobil telefonun işlənmiş halda, hazırki vəziyyətdə təxmini bazar qiyməti 250 (iki yüz əlli) manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Miqrasiya Xidmətindən daxil olmuş müvafiq sənədlərdən görünür ki, Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 06 ferval 202N-ci il tarixli qərara əsasən X8 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 Rusiya Federasiyası tərəfindən verilmiş 7N ******* nömrəli pasporta əsasən o həmin ölkənin vətəndaşıdır. Şəki rayon psixatrik xəstəxanasınnın xx.xx.2022-ci il tarixli 539 nömrəli məktubundan görünür ki, Şəki şəhər sakinləri Təqsirləndirilən şəxs2, ŞahidN və Təqsirləndirilən şəxsN həmin xəstəxanın dispanser müşahidəsində yoxdurlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 06 mart 2022-ci tarixdə saat N900-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxsN 07 mart 2022-ci tarixdə saat N700-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 08 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 09 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxsN barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N8-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 əməlinin CM-in N20.2.4, N20.2.5, N57.2, N70.3 və N77.2.3-cü maddələrinə, Təqsirləndirilən şəxsN isə CM-in 32.3, 32.4, 32.5, N20.2.4, 32.3, 32.4, 32.5, N20.2.5, 32.3, 32.4, 32.5,N57.2, 32.3, 32.4, 32.5,N70.3 və 32.3, 32.4, 32.5,N77.2.3-cü maddələri ilə tövsifi ilə razılaşır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsN Kemale X6 öldürməsindən məlumatı olmadığını, Təqsirləndirilən şəxs2 bu əmələ təhrik etmədiyini, həmin əməli törətməsinə heç bir köməklik göstərmədiyini bildirsə də həmin hallar məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə iş üzrə təyn edilmiş məhkəmə-tibb, məhkəmə bioloji, məhkəmə lifli materialların ekspertizasının rəyləri, şahid Raul Maksumbekovun ifadəsi, özünün məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadəsi və işdə olan digər sənədlər əsas verir. Ona görə də məhəkəmə Təqsirləndirilən şəxsN bu hissədə olan ifadəsini onun məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 sonrakı ifadələrində Təqsirləndirilən şəxsN tördəilmiş cinayət hadisəsindən məlumatı olmaması, Şahid3 onu lüt şəkillərini yayacağı ilə hədələdikdən sonra Aytac Əliyevanı qaçırdaraq xəyanət görüntüsü yaratdıqdan sonra buraxmasına məcbur etməsinə görə Aytac Əliyevanı öldürməsinə dair ifadələrinə də tənqidi yanaşaraq həmin ifadələrin işin faktiki hallarına uyğun gəlməyən təqsirləndirilən şəxsin öz məsuliyyətini yüngülləşdirmək məqsədilə verdiyi kimi ifadə kimi qəbul edir. Yenə də məhkəmənin bu qənaətə gəlməsinə şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər əsas verir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar yoxdur. CM-in 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsN cəzasını yüngülləşdirən hallar yoxdur. CM-in 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsN cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 4N.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin başlanıcı şübhəli şəxs kimi tutulduqları Təqsirləndirilən şəxs2 münasibətdə 06 mart 2022-ci il tarixdən Təqsirləndirilən şəxsN münasibətdə isə 07 mart 2022-ci il tarixdən hesablanmalı və CM-in 56.N.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 99-N-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 334 AZN (üç yüz otuz dörd manat) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən N67 AZN (yüz altmış yeddi manat) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 35N-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N20.2.4, N20.2.5, N57.2, N70.3 və N77.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N20.2.4 və N20.2.5-ci maddələri ilə N6 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N57.2-ci maddəsi ilə 0N (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N70.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N77.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs2 qəti olaraq N7 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 06 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 32.4, 32.5, N20.2.4, N20.2.5, 32.3, 32.4, 32.5, N57.2, 32.3, 32.4, 32.5, N70.3 və 32.3, 32.4, 32.5, N77.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 32.4, 32.5, N20.2.4 və 32.3, 32.4, 32.5, N20.2.5-ci maddələri ilə N6 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 32.4, 32.5, N57.2-ci maddəsi ilə 0N (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 32.4, 32.5, N70.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 32.4, 32.5, N77.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxsN qəti olaraq N8 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsN cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsN barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 334 AZN (üç yüz otuz dörd manat) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən N67 AZN (yüz altmış yeddi manat) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Qəbələ Rayon Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 0N-02 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkələr olar kağız parçaları, 3-4-5-6 nömrə ilə işarələnmiş kilid və onun hissələri, 7 nömrə ilə işarələnmiş çəkic, 8 nömrə ilə işarələnmiş Nar sim nömrə, 9 nömrə ilə işarələnmiş saç tükləri, N2, N3 və N4 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr, N5 rəqəmi ilə nömrələnmiş üzərində qanabənzər ləkələr olar kağız parçaları, N6-N7 rəqəmi ilə işarələnmiş qanabənzər ləklər, N9 rəqəmi ilə nömrələnmiş qanabənzər ləklələr, 20 nömrə ilə işarələnmiş maye ləkələri, sintetik materialdan hazırlanmış, cırılmış və zəncirbəndlə bağlanan çanta, çantanın içərisində ağ rəngli kağız yumaqçıqlar-salfetlər, göyümtül rəngdə olan gödəkcə, ayaqlarının arasında iki ədəd qara rəngdə papaq, qanla bulaşmış göy rəngdə dəsmal, iki ədəd tibbi əlcəklər, 2 ədəd tibbi maska, bir ədəd, qanla bulaşmış yastı, kənarları nazik və nahamar, N5x8x4sm, təxmini çəkisi N000-N500 qram olan çay daşı, bir ədəd bozumtulqara rəngdə corab, tünd yaşıl-göyümtül rəngdə uzunqol yun köynək, bir ədəd belində qırmızı rəngdə kəməri olan cins şalvar və onun altında bozumtul rəngdə kapuşonlu uşaq köynəyi, bir ədəd ağ rəngli, plastik materialdan olan zəncirbənd kilidi, sarımtıl rəngdə, uzunqol, papaqlı-kapuşonlu, üzəri qanla bulaşmış köynək, həmin rəngdə və eyni materialdan olan şalvar, qara rəngdə qolsuz mayka və onun altında dəriyə yapışmış ağ rəngdə, qanla bulaşmış, tərsinə çevrilmiş bir ədəd anoloji tibbi əlcək, qırmızı rəngdə busqalter (liftçik), qırmızı rəngdə trusik, aralıq hissədə qanla bulaşmış olan təmizlik bezi, sağ ayağında bozumtul-qara rəngdə digər tay corab, Şahid3 məxsus dırnaq, ağız suyu və əl-barmaq nümunələri, K.Temrezovnanın, R.Namikoviçin, A.Əliyevanın və Təqsirləndirilən şəxsN dırnaq, ağız suyu, tük nümunələri, əl-barmaq izlərinin daktiloxəritələri, Təqsirləndirilən şəxs2 əynində olmuş qış gödəkçəsi, qara rəngli cins şalvar, qadın idman dəsti, ŞahidN əynində olmuş qara cins şalvar, üzərində “PhiliPP Plein” yazısı olan boz rəngli jaket, üzərində “Lacoste” yazısı olan qara rəngli kişi alt paltarı məhv edilsin, N ədəd ZTE markalı mobil telefon, Redmi Note 8 markalı telefon Şahid3, Redmi Note N0 markalı mobil telefon Təqsirləndirilən şəxs2, Redmi 9 markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi Eyvaz Rəhimova, Redmi Note N0 markalı mobil telefon Rufanə Əliyevaya qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar