Məhkəmə qərarları › İş №1(091)-210/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-210/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-210/2023 05.09.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ağdam rayonu Şelli kəndində qeydiyyatda olmaqla Qəbələ rayonu Nic qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263.1-3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi Vaz-21074 markalı **- FV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 14 mart 2023-cü il tarixdə saat 19:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu, Mirzəbəyli kənd ərazisindən keçən 81-ci kilometrliyində Qəbələ şəhəri istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli, avtomobili 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X10” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq ehtiyatsızlıqdan yolun sağ kənarında Qəbələ şəhəri istiqamətində hərəkətdə olan piyada X5 vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən “X10” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi baş verdiyi yerdən qaçmaqla piyada X6 ağır açıq kəllə beyin travması, baş beyin toxumasına və qişalarına qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, sağ bud sümüyünün yuxarı boyun hissəsindən qapalı yerini dəyişən sınığı, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən sınığı, sağ ayağın İ-İİ daraq sümünklərinin qapalı sınığı, başın sağ gicgah-təpə, sol ənsə nahiyyəsinin, sol baldırın ön aşağı 1/3-nin əzilmiş-cırılmış yarası, alt çənənin sağ bucağı nahiyəsinin, döş qəfəsinin arxa sol kürək hissəsinin, sağ diz oynağının ön bayır səthinin, sol diz büküşünün və hər iki əllərin üst səthinin sıyrıqları kimi dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə aid, ölümlə birbaşa səbəbli əlaqəli olan, bunlardan ölümünə səbəb baş beyin toxumasına və qişalarına qansızma ilə müşayət olunan baş beyin toxumasının ağır dərəcəli əzilməsi kimi xəsarətlər yetirməklə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini və nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.1-3 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə saat 1930 radələrində atasına məxsus Vaz-21074 markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ rayonu Nic qəsəbəsindən Zarağan kəndi istiqamətinə gedərkən yolda özünə məxsus mobil telefonu avtomobildə enerji yığmağa qoymuş, lakin telefonun enerji yığmasında boşluqlar olmasına görə telefonun tez-tez işığı yanmışdır. 60-70 km/saat sürətlə Qəbələ rayonu, Mirzəbəyli kənd ərazisində körpüyə çatmağa az qalmış, telefonu yenə də işığı yanmış, telefonun enerji yığıb-yığmamasına baxmaq məqsədilə telefonu əlinə götürərkən həmin anda 4-5 saniyə keçdikdən sonra avtomobilin nəyə isə dəyməsini, avtomobilin ön şüşəsinin sağ tərəfinin aşağı hissəsində şüşənin qırılması və avtomobilin içərisinə şüşə qırıntılarının düşməsini, həmçinin şüşənin bir qədər içəri keçməsini görmüşdür. Avtomobil ilə nəyə dəyməsini bilməmiş və qorxduğundan avtomobili saxlamayaraq hərəkətinə davam etmişdir. Mirzəbəyli kənd istiqamətində hərəkətini davam etdirdikdən sonra yolda quraşdırılmış kameranı keçərək 2-ci döngədən sağa dönmüş və 150 metr irəli getdikdən sonra geri qayıdıb dayısı Vüqargilə getmişdir. Dayısıgilə gedən zaman hadisə yerinin yanından keçərkən orada çoxlu adamların olmasını, yolda bir nəfərin uzanmış vəziyyətdə olmasını görüb bir qədər əvvəl avtomobili ilə həmin şəxsi vurmağını başa düşmüşdür. Qorxduğuna görə avtomaşını saxlamayaraq dayısıgilə getmiş və dayısı Vüqara hadisə barədə məlumat vermişdir. Bundan sonra dayısı Vüqar atasına zəng etmiş və atası dayısıgilə gəldikdən sonra isə yol polisi əməkdaşı İsrafil dayısıgilə gələrək onu da götürüb Qəbələ Rayon Polis Şöbəsinə gətirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, dəymiş ziyanı ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə saat 19 radələrində oğlu Orxan işdən evə gələrək yemək yedikdən sonra qardaşı oğlu Bəxtiyarla birlikdə yemək yedikdən sonra siqaret alıb çayxanaya getməkdən ötrü evdən çıxmış, evdən çıxdıqdan sonra bir müddət sonra Bəxtiyar onlara həyəcanlı vəziyyətdə evə gəlib Orxanı Vaz-2107 markalı avtomobilin vurmasını və oğlunun hazırda yolda olmasını bildirmişdir. Hadisə yerinə getdikdə Orxanın öldüyünü bilmişdir. Sonradan oğlu Orxanın yol ilə gedərkən Vaz 2107 markalı avtomaşını idarə edən Təqsirləndirilən şəxs tərəfindən vurulduğunu bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə saat 19 radələrində əmisi oğlu Orxanla birlikdə sonuncu yaşadığı evdən çıxıb siqaret almaq üçün “Qəbələ marketə” tərəf gedərkən Mirzəbəyli körpüsünə çatmağa az qalmış yolun sağ tərəfi ilə hərəkət edərkən qəflətən arxadan gələn ağ rəngli, Vaz-2107 markalı avtomobil Orxanı vurmuş, sonuncu avtomobilin üzərində avtomobil ilə birlikdə təxminən 15-20 metr məsafədə gedərək yerə düşmüşdür. Bundan sonra isə Vaz-2107 markalı avtomobil saxlamadan həmin sürətlə də öz hərəkətinə davam edib oradan uzaqlaşmışdır. Yoldan keçən post patrul avtomobilləri saxlayıb nə baş verməsini soruşduqda o, ağ rəngli Vaz-2107 markalı avtomobilin əmisioğlu Orxanı vurub qaçmasını bildirmişdir. Polis əməkdaşları təcili yardıma zəng etmiş, ev yaxın olmasına görə tez qaçıb əmisigilə qəza barədə məlumat vermişdir. Əmisi ilə birlikdə hadisə yerinə qayıtdıqda Orxanın artıq vəfat etməsini görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən bacısı oğlu Təqsirləndirilən şəxs atasına məxsus Vaz-21074 markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həyəcanlı halda oraya gələrək Mirzəbəyli körpüsünə çatmağa az qalmış bir nəfər tanımadığı şəxsi avtomobil ilə vurmasını, qorxduğuna görə evin yaxın olmasına görə onlara gəlməsini bildirmişdir. Bundan sonra isə atası Yaşara zəng edib hadisə barədə məlumat vermiş, yeznəsi Yaşar gəldikdən sonra İlkinin qəza törətdiyi avtomobil ilə Qəbələ RPŞ-nə getmişlər. Orada hadisə barədə məlumat verdikdən sonra İsrafil adlı polis əməkdaşı ilə İlkini götürüb Qəbələ RPŞ-nə gətirmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 4 tağımının Yol Patrul Xidməti İnspektoru işləyən Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 mart 2023-cü il tarixdə saat 1930 radələrində xidmətdə olan zaman Qaraməryəm-İsmayıllı-Şəki yolunun 81-ci km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə çıxmış, hadisə yerinə çıxdıqda Qəbələ rayonu, Nic qəsəbəsindən Zarağan kəndinə gedən istiqamətdə Mirzəbəyli kəndində olan körpünün başlanğıcında bir nəfər cavan oğlanın avtomobil ilə vurulmasını görmüşdür. Həmin vaxt sürücü və avtomobil orada olmamış, hadisənin şahidi Bəxtiyar X2 ilə birlikdə Zarağan kənd istiqamətində hərəkət edərkən arxa tərəfdən gələn tanımadıqları Vaz-2107 markalı avtomobilin qohumu Orxanı arxadan vurub bir xeyli irəlidə körpünün başlanğıcına atması, daha sonra isə avtomobili saxlamadan hadisə yerindən uzaqlaşaraq qaçmasını bildirmişdir. Bundan sonra isə hadisə yerinin müayinəsi başlanılmış və müstəntiq tərəfindən zəruri hərəkətlər edilmişdir. Onlar isə piyada Orxan Qədirovu vuran naməlum avtomobilin tapılması istiqamətində Qəbələ RPŞ-nin əməkdaşları ilə birlikdə əməliyyat istintaq tədbirlərini həyata keçirməyə başlamışlar. Keçirilmiş tədbirlər nəticəsində qəzanı törədə biləcək şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olması, Vaz-2107 markalı avtomobil ilə hərəkətdə olması, avtomobil sağ ön hissəsində zədələrin olması barədə məlumat daxil olmuşdur. Həmin şəxsin olduğu yer müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri keçirilən zaman Təqsirləndirilən şəxs atasının Qəbələ RPŞ-nə gəlməsi müəyyən edilmişdir. Bundan sonra xidməti avtomobil ilə Təqsirləndirilən şəxs dayısı Şahid3 yaşadığı ünvana gedib sürücü Təqsirləndirilən şəxs Qəbələ RPŞ-nə dəvət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 10 nömrəli rəyindən görünür ki, X1 meyitində ağır açıq kəllə beyin travması, baş beyin toxumasına və qişalarına qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsasın sümüklərinin sınığı, sağ bud sümüyünün yuxarı boyun hissəsindən qapalı yerini dəyişən sınığı, sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən sınığı, sağ ayağın İ-İİ daraq sümünklərinin qapalı sınığı, başın sağ gicgah-təpə, sol ənsə nahiyyəsinin, sol baldırın ön aşağı 1/3-nin əzilmiş-cırılmış yarası, alt çənənin sağ bucağı nahiyəsinin, döş qəfəsinin arxa sol kürək hissəsinin, sağ diz oynağının ön bayır səthinin, sol diz büküşünün və hər iki əllərin üst səthinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni 14 mart 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilərlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə aiddir. X4 ölümünə səbəb baş beyin toxumasına və qişalarına qansızma ilə müşayət olunan baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və yol nəqliyyat hadisəsi vaxtı aldığı ağır bədən xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. X1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə kimya tədqiqatı nəticəsində spirtli içki, narkotik, psixotrop və digər güclü təsir edici maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1362 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-21074 markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində 36-ci maddəsinin 1-ci hissasinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərinə 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti ilə 60 km/saata qədər məhdudlaşdırlmış yol sahəsində avtmobili 60 km/saat sürətdən yüksək idarə etməsi şəraitində onun hərəkətlərində «X10» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin ( 3.24 “Maksimum məhdudlaşdırılması” qadağa nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarilxi 17/320 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Vaz-21074 markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzərindən götürülmüş 01 ədəd döşəkçənin və həmin avtomobilin sürücü oturacağından müstəntiq tərəfindən silinərək götürülmüş parolon qubkaların üzərlərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Vaz-21074 markalı **-FV-*** dovlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzərindən götürülmüş 01 ədəd döşəkçənin səthi üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş. Vaz-21074 markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzərindən müstəntiq tərəfindən silinərək götürülmüş parolon qubkaların üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/625 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş şüşə hissələri ilə "Vaz-21074" markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qırılmış qabaq faradan götürülmüş hissələri formasına, marfoloji quruluşuna, üzərlərində plan naxışlarına, ölçülərinə və s. əlamətlərinə görə eynilik təşkil edirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 1119/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır. İş materiallarına əlavə edilmiş BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti başçısının Nic qəsəbə inzibati ərazi dairəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağdam rayonu Şelli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Nic qəsəbəsində müvəqqəti yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs qızının törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsini məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263.1-3 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ölmüş zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, gənc olmasını və ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, CM-in 263-1.3 cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəzaya, CM-in 264-cü maddəsi ilə isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığına görə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 18 iyun 2013-cü il tarixli CMnin 56.1.1-ci və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduqda cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməlidir. Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid olsa da, həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza veriləcəyindən və CM-in 264-cü maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəyindən CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, CM-in 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakları hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan 266,94 AZN (iki yüz altmış altı manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə hesab edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən əsas cəza əsas cəza ilə, əlavə cəza əlavə cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə çatdırılması və təhvil verilməsi Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə xərci olan 266,94 AZN (iki yüz altmış altı manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Vaz-21074 markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın, hadisə yerindən götürülmüş şüşə qırıntıları, Vaz-21074 markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sağ ön işıq şüşəsindən götürülmüş şüşə qırıntıları, avtomobilin sürücü oturacağından götürülmüş 01 ədəd döşəkcə və 03 ədəd qubka vasitəsilə götürülmüş lif nümunələri, Təqsirləndirilən şəxs məxsus geyim əşyaları məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar