Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-213/2022 04.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-ci ildə Ağdam rayonu Ətyeməzli kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdam rayonu Keşdazlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu B.Sərdarov adına yataqxananın 7 saylı sexində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və saatda şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikası vətəndaşı “Hidayət” adlı şəxsdən satış məqsədi ilə külli miqdarda 284,856 qram narkotik vasitə olan heroini, külli miqdarda 3120 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda 299,698 qram psixotrop maddə olan metamfetamini sonuncunun gizlətmiş olduğu Zərdab-Ağcabədi yolunun 1-ci kilometrliyinin Zərdab rayonu Gəlmə kənd ərazisindən keçən hissəsində yolun sol kənarında yerləşən ot tayasının yanından xx.xx.2022-ci il tarixdə saat 0030 radələrində 01 ədəd qara sellofan torbanın içərisində olan 01 ədəd böyük sellofan torbada külli miqdar hesab olunan təmiz çəkisi 3120 qram narkotik vasitə olan qurudulmuş marixuananı, qara rəngli sellofan torbanın içərisində olan 01 ədəd kiçik sellofan bükümdə külli miqdar hesab olunan təmiz çəkisi-299,698 qram psixotrop maddə olan metamfetamini və həmin qara rəngli sellofan torbada olan 01 ədəd kiçik sellofan bükümdə külli miqdar hesab olunan təmiz çəkisi 284,856 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, həmin narkotik vasitəni daşıyan zaman xx.xx.2022-ci il tarixdə saat 00:30-da Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayonu Gəlmə kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman həmin satış məqsədilə qanunsuz olaraq daşıdığı 01 ədəd qara sellofan torbanın içərisində olan 01 ədəd böyük sellofan torbada külli miqdar hesab olunan təmiz çəkisi 3120 qram narkotik vasitə olan qurudulmuş marixuana, qara rəngli sellofan torbanın içərisində olan 01 ədəd kiçik sellofan bükümdə külli miqdar hesab olunan təmiz çəkisi-299,698 qram psixotrop maddə olan metamfetamin və həmin qara rəngli sellofan torbada olan 01 ədəd kiçik sellofan bükümdə külli miqdar hesab olunan təmiz çəkisi 284,856 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etdiyinə görə İran İslam Respublikasından tanımadığı şəxslər ayrı-ayrı nömrələr ilə “Whatsapp” proqramı vasitəsilə ona zəng edərək pul qazanıb-qazanmamağı təklif etmişlər. xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasına məxsus nömrədən zəng gələrək danışan şəxs hansısa bir bağlamanı dediyi yerdən götürüb başqa bir yerə çatdırması müqabilində ona 500 manat pul təklif etmişdir. Əvvəl yol pulunun olmadığını bildirmiş, göndərdiyi bank kartına 100 manat göndərdikdən sonra həmin iranlı ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə 100 manatın 80 manatını çıxardıqdan sonra dayısı oğlu Rəsula Zərdab rayonuna iş dalınca getdiyini, sonuncunun da onunla birlikdə getməsini təklif etmişdir. Rəsul onunla razılaşaraq, birlikdə Bakı şəhərində avtovağzala gəlmiş, orada sonradan adının sonradan Seyidağa olduğunu bildiyi taksi sürcüsü ilə Zərdab rayonuna gedib Bakı şəhərinə qayıtmaq barədə razılaşmışlar. Zərdab rayonuna çatan zaman iranlıya bu barədə bildirmiş, iranlı “Whatsapp” proqramı vasitəsilə ona bağlamanın olduğu yer barədə məkan parametrlərini və şəkillərini atmışdır. Özünü iranlı kimi təqdim edən şəxsin göstərdiyi həmin yerdə avtomobildən düşüb sürücüyə bibisigilə dəyib gələcəyini, özü zəng edən zaman gəlməsini, həmçinin dayısıoğlu Rəsula gedib bir yerdə əyləşib çay içmələrini demişdir. Dayısı oğlu Rəsulla sürücünü yola saldıqdan sonra deyilən yerə gedib ot tayasının arxasında olan qara rəngli bağlamanı götürdükdən sonra yola tərəf addımlamaq istəyən zaman ona polis əməkdaşları yaxınlaşaraq onu saxlayıb Zərdab rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs kimi üzərinə keçirilən şəxsi axtarış zamanı götürdüyü bağlamanın içərisindən narkotik vasitə marixuana, metamfetamin və heroin aşkar edilmişdir. Sonradan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin olmadığını, polis əməkdaşlarının özlərinin İran İslam Respublikasının vətəndaşı adından onunla əlaqə saxlanaraq narkotik vasitənin onun tərəfindən götürülməsinə nail olunduğunu hesab etmişdir. Çünki aşkar olunan torbada narkotik vasitələrin olmasından məlumatı omamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Zərdab rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdam rayonu Keşdazlı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Orxan adlı şəxsin Zərdab rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Orxan adlı şəxsin olduğu Zərdab rayonu Gəlmə kəndinə gedərək həmin vaxt yolun kənarında əlində torba ilə dayanmış Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər. Zərdab rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan qara rəngli kisənin içərisindən 01 ədəd qara rəngli böyük ölçülü və 02 ədəd şəffaf rəngli sellofan kisələr aşkar edilmişdir. Həmin qara rəngli kisə açıldıqda içərisindən çəkisi 3,17 kq olan narkotik vasitə olan marixuanaya oxşar yaşıl rəngli kəskin iyli bitki kütlə, şəffaf sellofanın biri açıldıqda içərisindən çəkisi 310 qram olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar toz halında maddə, digərindən isə çəkisi 310 qram olan ağ rəngli toz halında psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşının zəng edərək narkotik vasitəni Zərdab rayonundan götürüb Bakı şəhərinə aparmasını və bunun qarşılığında Orxana pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərindən birlikdə gəldikləri qohumu Şahid1 və taksi sürücüsü Şahid2 şübhəli şəxs qismində tutulmuş, lakin sonuncuların üzərindən narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərdab rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3, Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində Bakı şəhərində avtovağzalda olan zaman adlarının sonradan Orxan və Rəsul olduğunu bildiyi iki nəfər şəxs ona yaxınlaşaraq Zərdab rayonuna gedib bibisini götürüb yenidən Bakı şəhərinə qayıdacağını bildirmiş və onunla yol haqqı kimi 110 manata razılaşmışlar. Yolda gedən zaman Orxanın tez-tez telefonda kiminləsə yazışmasını görmüş, Zərdab rayonuna çatdıqda Orxana telefonda kiminsə atdığı məkana getmişlər. Orada Orxan avtomobildən düşərək bibisigilə dəyib qayıdacağını, onların da orada çay içmələrini demişdir. Orxanı orada qoyub Rəsulla birlikdə çay içməyə getmiş, təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə və ya başqa cinayət xarakterli əşya aşkar edilməmiş, həmçinin avtomobilinə baxış zamanı da heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonradan Orxanın avtomobildən düşdüyü yerdən narkotik vasitə götürdüyünü bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvibioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/213 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağızda – Təqsirləndirilən şəxs üzərindəki şəxsi axtarış zamanı 01 ədəd qara sellofan torbada aşkar edilən sözləri və imzalar yazılmış 01 ədəd sellofan torbanı açdıqda içərisindəki, 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 284,856 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 299,698 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd qrar rəngli sellofan torbada, təmiz çəkisi – 3120 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş metamfetamin psixotrop maddə olduğundan, heroin və qurudulmuş marixuana isə ayrı-ayrı növ narkotik vasitələr olduğundan onların müqayisəli tədqiqi aparılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 945 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 277 nöməli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayəti törədərkən kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən və əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004cü il tarixli hökmü ilə CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 12 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasından 03 ay 27 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2016-cı ildə cəza müddəti başa çatmışdır. CM-in 18.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdikdən sonra məhkumluğu qanunla müəyyən olumuş qaydada ödənilmədən və götürülmədən yenidən ağır cinayət törətdiyinəm görə onun əməlində cinayətlərin xüsusi təhlükəli residivi müəyyən edilir. İş materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsinə dair 06 mart 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində daşıdığı qara sellofan torbanın işərisində ümumi çəkisi 3,17 kq olan marixuanaya oxşar kütlə, ümumi çəkisi 0,310 kq olan metamfetaminə oxşar kütlə və ümumi çəkisi 0,310 kq olan heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Keşdazlı kəndində qyediyyatda olmaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzdən alınmış xx.xx.2022-ci il tarixli xx/xx-7416 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək mərkəzdə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Respublika QİÇS-lə Mübarizə Mərkəzindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs İİV 15-046 kodu və “İİV-infeksiyası, İV kliniki mərhələ. Generalizə olunmuş kimfadenopatiya, döş qəfəsi daxili limfa vəzilərinin vərənmi, viruslu hepatit C” diaqnozları ilə xx.xx.2015-ci il tarixdən Mərkəzin daimi dispanser qeydiyyatındadır. Xəstə xx.xx.2015-ci il tarixdən TDF/FTC/EFV sxemi üzrə antiretrovirus terapiyasına qoşulmuşdur. İş materiallarına əlavə edilmiş 06 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0050-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Zərdab rayon Məhkəməsinin 07 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan daşımasına, ümumiyyətlə torbada narkotik vasitə olmamasına dair ifadəsini onun məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadə kimi qəbul edir. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı narkotik vasitənin İran İslam Respublikasının vətəndaşına məxsus olmasını, sonradan məhkəmə istintaqı zamanı narkotik vasitənin polis əməkdaşları tərəfindən onun götürməsi üçün aşkar olunan yerə qoyulmasını göstərib ziddiyyətli ifadə verməklə özünə məxsus olan və satış məqsədilə saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddələrin başqa şəxsə məxsus olması görüntüsü yaradaraq bir daha öz məsuliyyətini yüngülləşdirməyə cəhd etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşkar olunan narkotik vasitə və psixotrop maddələr Təqsirləndirilən şəxs məxsus olmaqla sonuncu tərəfindən qanunsuz olaraq satış məqsədilə daşınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin xüsusi təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 06 mart 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.4-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 06 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 103,65 AZN (yüz üç manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Zərdab Rayon Polis Şöbəsində saxlanılan 284,806 qram heroin, 3119,95 qram qurudulmuş marixuana və 299,648 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-213/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-213/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver