Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-213/2025 04.02.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki yaşıllıq ərazidə qanunsuz olaraq kultivasiya etdiyi narkotik tərkibli az miqdarda 2 (iki) ədəd çətənə (kannabis) bitkilərinin hissələrindən istintaqla müəyyən edilməyən vaxtda və saatda toplayaraq qurutmaqla qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1205,0 (min iki yüz beş) qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki yaşıllıq ərazidə gizlədərək saxlamış, xx.xx.2025-ci il tarixdə saat 12:35-də Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli bilindiyinə görə Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranının yaxınlığında Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq orada həmin gün saat 12:35-dən 12:44-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxsin əynindəki qara rəngli gödəkçənin altında, 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1205,0 (min iki yüz beş) qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verməkdən imtina etdiyindən onun ibitdai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. 2024-cü ilin yay aylarında “Kür çayı”nın sağ sahilində çimən zaman yabanı halda bitən çətənə kollarından yığıb özündə saxladığı 2 ədəd çətənə bitkisinin toxumunu “Kür çayı”nın sağ sahilində yerləşən meşəlik ərazidə torpağa basdırmış, sonra isə həmin bitkilərə qulluq göstərmiş, sulayıb diblərini belləyərək yumşaltmışdır. Gübrə verib böyümələri üçün dibini alaq otlarından təmizləmişdir. Həmin bitkilər böyüyəndə isə əkdiyi 2 ədəd bitkilərin yarpaqlarını toplayaraq həmin çayın sağ sahilindəki meşəlik ərazidə qurumaları üçün gizlin yerdə ağ rəngli sintetik kisənin üstünə sərib ərazinin tərk etmişdir. Sonra oraya gəlib üstündən bir az götürüb istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə yadına düşmüşdür ki, qeyd etdiyi yerdə quruması üçün narkotik vasitə gizlətmişdir. Gedib onu götürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki meşəlik ərazidə gizlətdiyi narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerə gəlmişdir. Həmin qurumuş kütləni özü ilə apardığı göy rəngli sellofan torbanın içərisinə qoyub ərazinin tərk edərək kütləni gizlətmək üçün yer axtarmaq üçün yola düşmüşdür. xx.xx.2025-ci il tarixdə saat 12.35 radələrində əlindəki göy rəngli sellofan torbanın içərisindəki həmin narkotik vasitə qurudulmuş marixuana ilə Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranının yaxınlığında piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək üzərində yoxlama aparılmalı olmalarını demişlər. O da üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, üzərində yoxlama aparılmazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə eləcə də, qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. Yoxlama aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində video çəkiliş aparmaqla yoxlama aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmiş, o isə polisin qanuni tələblərinə tabe olaraq üzərində yoxlama aparılmasına etiraz etməmişdir. Bundan sonra videoçəkilişlə üstünü yoxlayan zaman əlində olan 01 (bir) ədəd göy rəngli sellofan torbada olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Yoxlama zamanı səmimi olaraq həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd göy rəngli sellofan torbada olan narkotik vasitə-qurudulmuş marixuana baxış keçirilən yerdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 1200 (min iki yüz) qram olmuş və qablaşdırılmışdır. Qablaşdırılan bükülünün üzərinə müvafiq qeydlər yazılmış vərəq yapışdırılmışdır. O da həmin vərəqi iştirakçılarla birlikdə imzalamışdır. Bundan sonra onu polis əməkdaşları tərəfindən Yevlax RPŞ-nin inzibati binasına aparılıb və baş təhqiqatçıya təhvil verilmişdir. Baş təhqiqatçı Murad Həsənov tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə yenidən baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, çəkisi 1240 (min iki yüz qırx) qram olmuş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, həmin qablaşdırmanın üzərində olan vərəqi imzalayaraq təsdiqləmişdir. Murad Həsənov tərəfindən üzərində küçədə keçirilən baxış və götürmənin videogörüntülərini özündə əks etdirən disk kompyuter vasitəsi ilə ona izlədilmişdir. O, baş təhqiqatçı Murad Həsənova səmimi olaraq narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bir daha etiraf etmişdir. Bundan sonra baş təhqiqatçı Murad Həsənov tərəfindən təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiə edilməsi üçün vəkil Zaur Bərxudarovu özünə müdafiəçi seçmiş və Murad Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra isə ifadəsi yerində yoxlanılanda həmin 2 ədəd çətənə bitkilərini əkdiyi yeri göstərmiş, orada 2 ədəd çətənə kökləri də tapılıb götürülmüşdür. Bu barədə tərtib olunan protokollarla tanış olub imza etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ümumiyyətlə onun heç nədən anlayışı yoxdur. O, özünü verilmiş ittihamla qismən təqsirli bilir. Narkotik vasitədən istifadə edir. Narkotik vasitənin istifadəsində özünü təqsirli bilir. Onun üzərində narkotik vasitə olmamış, lakin polis əməkdaşları ilə razılaşmışdır. Himayəsində 6 uşağı vardır. Qabağına narkotik vasitə qoymuşlar. O, həmin vaxt nə edə biləcəyini bilməmişdir. Ona görə də, razılaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun şəxsiyyəti və faktiki olaraq yaşadığı yer müəyyən edilmişdir. Yevlax rayon polis şöbəsinin 04 mart 2025-ci il tarixli əmri ilə onun, Şahid3 və Şahid2 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin gün polis şöbəsindən çıxaraq Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranının yaxınlığına getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranının yaxınlığında olması barədə məlumatı olmuş, saat 12:35 radələrində “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsində “Mayak” restoranının yaxınlığında əlindəki göy rəngli sellofan torba ilə hərəkətdə olan Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərində yoxlama keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərində yoxlama keçirilməli olduğunu, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Bundan sonra saat 12:35-dən 12:44dək onun üzərində yoxlama keçirilmişdir. Yoxlama keçirilərkən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansı qanunla qadağan olunmuş hər hansı əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edimişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əlindəki göy rəngli sellofan torbanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd göy rəngli sellofan torbanın içərisində nə olduğu soruşulduqda o, həmin torbanın içərisində narkotik vasitə - qururdulmuş marixuana olduğunu, həmin narkotik vasitəni təxminən 3-4 ay əvvəl “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki meşəlikdə özünün əkdiyi 2 ədəd çətənə bitkilərinin yarpaqlarından toplayıb həmin ərazidəki yaşıllıqda qurutduğunu, həmin narkotikdən bir hissəsini özü istifadə etdikdən sonra qalan hissəsini istifadə etmək üçün həmin sellofan torbanın içərisinə qoyub həmin ərazidə gizlətdiyini, ailə üzvləri və başqa şəxslərin xəbər tutmaları üçün kütlənin yerini dəyişdirmək üçün Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranının yaxınlığında piyada hərəkətdə olarakən Yevlax RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdığını, həmin vaxt narkotik vasitənin üzərində olmasını demişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni də özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd göy rəngli sellofan torbanın içərisinə baxdıqda içərisində tünd yaşıl rəngli, ovuntu halında, spesifik kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə așkar edilmişdir. Həmin tünd yaşıl rəngli, ovuntu halında, spesifik kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisi 1200 (min iki yüz) qram olmuşdur. Bundan sonra onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib saat 13:30 radələrində təhqiqatçıya təhvil vermişlər. Bundan sonra Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı tərəfindən 04 mart 2025-ci il tarixdə saat 13:50 dəqiqədən saat 14:30 dəqiqəyədək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video görüntülərinin özündə əks etdirən DVD diskə və üzərindən aşkar edilən əşyaya baxış keçirilmiş, həmin istintaq hərəkətində o, Şahid3 və Şahid2 iştirak etmişlər. Həmin istintaq hərərkətində tərəfindən sellofan torbaya qablaşdırılan kütləyə yenidən baxış keçirirlərək narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisi 1240 (min iki yüz qırx) qram olmuş və maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra baxış başa çatmış, Protokol tərtib edilmiş, protokolu iştirakçılara oxunmuş və o, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X2 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra vəkil X23 rayon polis şöbəsinə dəvət edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə xx.xx.1990cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, evli, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadəsi işə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). xx.xx.2025-ci il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 28-29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X15 Bölməsinin xx.xx.2025-ci il tarixli 17/190 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırırlmış kağızda “Təqsirləndirilən şəxs üzərindən dan aşkar olunaraq götürülmüş marixuanaya bənzər narkotik vasitə.. yazısı, adlar və imzalar olan 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 1205.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi–1205.0 qr. tədqiqata sərf edildi–0,20 qr., qalıq–1204.80 qr (cild 01, iş vər. 47-50). xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş tətbiqi ilə yoxlama aparılmasına, o cümlədən Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasına, əşyaya və diskə baxış keçirilməsinə və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib edilmiş haqqında protokoldan, həmin təxirəsalınmaz istintaq hərəkətlərinin videogörüntülərini özünə əks etdirən 03 (üç) ədəd DVD disklər, habelə disklərə baxış keçirilməsinə dair protokollardan görünür ki, Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı X16 tərəfindən 04 mart 2025-ci il tarixdə saat 12:35-dən 12:44-dək olan müddət ərzində Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranının yaxınlığında video çəkilişlə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmış, həmin yoxlamada Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı X16, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri: polis kapitanı Şahid3 və polis leytenantı Şahid2 iştirak etmişlər və polis kapitanı Şahid3 tərəfindən “SAMSUNG А 25” markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Həmin yoxlama zamanı əməliyyat müvəkkili Cavid Əzizii tərəfindən Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunla qadağan edilmiş əşya və ya predmeti təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əlindəki sellofan torbanı təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmişdir. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd göy rəngli sellofan torbanın içərisində nə olduğu soruşulduqda o, həmin torbanın içərisində narkotik vasitə - qururdulmuş marixuana olduğunu, həmin narkotik vasitəni təxminən 3-4 ay əvvəl “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki meşəlikdə özünün əkdiyi 2 ədəd çətənə bitkilərinin yarpaqlarından toplayıb həmin ərazidəki yaşıllıqda qurtduğunu, həmin narkotikdən bir hissəsini özü istifadə etdikdən sonra qalan hissəsini istifadə etmək üçün həmin sellofan torbanın içərisinə qoyub həmin ərazidə gizlətdiyini, ailə üzvləri və başqa şəxslərin xəbər tutmaları üçün kütlənin yerini dəyişdirmək üçün Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranının yaxınlığında piyada hərəkətdə olarakən Yevlax RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdığını, həmin vaxt narkotik vasitənin üzərində olmasını demişdir. Həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitəni də özü üçün istifadə edəcəyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 həmin 1 ədəd göy rəngli sellofan torbanın içərisinə baxdıqda içərisində tünd yaşıl rəngli, ovuntu halında, spesifik kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olmasını, həmin tünd yaşıl rəngli, ovuntu halında, spesifik kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkildikdə, çəkisinin 1200 (min iki yüz) qram olması müəyyən edilmişdir. Bundan sonra Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X10 tərəfindən 04 mart 2025-ci il tarixdə saat 13:50 dəqiqədən saat 14:30 dəqiqəyədək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video görüntülərinin özündə əks etdirən DVD diskə və üzərindən aşkar edilən əşyaya baxış keçirilmiş, həmin istintaq hərəkətində Yevlax rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı X16, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri: polis kapitanı Şahid3 və polis leytenantı Şahid2 iştirak etmiş, Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş ekspert-kriminalisti X17 tərəfindən “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Həmin istintaq hərəkətində Murad Həsəsnov tərəfindən Təqsirləndirilən şəxs üzərində küçədə keçirilən baxış və götürmənin videogörüntülərini özündə əks etdirən disklərə kompyuter vasitəsi ilə ona izlədilmişdir. Təqsirləndirilən şəxs baş təhqiqatçı Murad Həsəsnova səmimi olaraq narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bir daha etiraf etmişdir. Bundan sonra əməliyyat müvəkkili Cavid Əzizili tərəfindən göy rəngli sellofan torbaya qablaşdırılan kütləyə yenidən baxış keçirirlərək narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisi 1240 (min iki yüz qırx) qram olmuşdur. Baş təhqiqatçı Murad Həsənov tərəfindən maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmasının video görüntülərinin özündə əks etdirən DVD diskə və üzərindən aşkar edilən əşyalara baxış keçirirlməsinə o cümlədən üzərində şəxsi axtarış zamanı aparılmış video çəkilişlər ayrıayrlıqda 03 (üç) ədəd DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 58-60). xx.xx.2025-ci il tarixli “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin PHŞ-908/25 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 69). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 326 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sözügedən dispanserdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 70). Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(039)-25/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 93-97). Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibait ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (həyat yoldaşı və uşaqları (2012-ci il təvəllüdlü X18, 2010-cu il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü X21, 2016-cı il təvəülldü X19, 2014-cü il təvəllüdlü X13, 2018-ci il təvəllüdü X20)) ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 108-111). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur (cild 01, iş vər. 118). xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1205,0 (min iki yüz beş) qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana onun özünə məxsusdur. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş 1205,0 (min iki yüz beş) qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır. O, narkotik vasitə istifadəçisidir. Onun üzərindən aşkar edilərək götürülmüş 1205,0 (min iki yüz beş) qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuanadan başqa bir yerdə qanunsuz olaraq narkotik vasitə saxlamadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1205,0 (min iki yüz beş) qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı tulmazdan təxminən 3-4 ay əvvəl “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki meşəlik ərazidə əkib becərməklə kultivasiya etdiyi 2 ədəd çətənə bitkisinin yarpaqlarından toplayıb qurutmaqla əldə etmişdir (cild 01, iş vər. 129). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 425 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsi məsləhət görülür (cild 01, iş vər. 130). xx.xx.2025-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında”, “Götürmə haqqında” protokollar və onlara əlavə olunmuş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması məqsədi ilə “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki yaşıllıq əraziyə aparılmış, o, çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Onun göstərdiyi ərazidən çətənə bitkisinin qalıqlarına bənzər 02 (iki) ədəd köklər torpaqla birlikdə nümunə kimi qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 136- 144). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X15 Bölməsinin 15 may 2025-ci il tarixli 17/326 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “250400030 nömrəli cinayət işi üzrə Kür çayının sağ sahilinin Yevlax şəhərinin ərazisindən keçən hissəsində yerləşən yaşılıq ərazıdən götürülmüş 02 (iki) ədəd kök və torpaq nümunəsi yazısı olan 01 (bir) ədəd kağız bağlamanın içərisində 01 (bir) ədəd sellofana bükülmüş 02 (iki) ədəd bitki hissələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim olunmuş 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələri yalnız kök və gövdədən ibarət olduğundan (üzərlərində yarpaq və çiçək olmadığından) onların təqdim olumuş qurudulmuş marixuana ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Təqdim olunmuş 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin hissələrinin köklərində olan torpaq hissəcikləri ilə 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsi qrup (rənginə) və cinsi (mexaniki tərkibi, karbonatlığı, mineral tərkibi və humusu) əlamətlərinə görə eynidirlər (cild 01, iş vər. 149-152). xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1, 234.4.3, 237.1 və 237.2.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (cild 01, iş vər. 165-174). AZ-İV 489252 nömrəli “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X11 atası Təqsirləndirilən şəxsdur. AZ-İV 489253 nömrəli “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. AZ-İV 072018 nömrəli “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxsdur. AZ-İV 570178 nömrəli “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. AZ-İV 040094 nömrəli “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdü X8 atası Təqsirləndirilən şəxsdur. AZ-İV 570179 nömrəli “doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdü X9 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 109.1-ci bəndinə əsasən 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək olan çəkidə narkotik vasitə olan qurudulmuş marixuana - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 1205,0 (min iki yüz beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki yaşıllıq ərazidə gizlədərək saxlamış və xx.xx.2025ci il tarixdə saat 12:35-də Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranının yaxınlığında şübhəli şəxs qismində, başqa sözlə, özünü şübhəli apardığından Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə Yevlax şəhəri ərazisində yerləşən “Mayak” restoranının yaxınlığında saat 12:35-dən 12:44-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin altında, 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1205,0 (min iki yüz beş) qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs sualları cavablandırarkən ümumiyyətlə onun heç nədən anlayışının olmadığını, özünü verilmiş ittihamla qismən təqsirli bildiyini, narkotik vasitədən istifadə etdiyini, narkotik vasitənin istifadəsində özünü təqsirli bildiyini, onun üzərində narkotik vasitənin olmamasını, lakin polis əməkdaşları ilə razılaşdığını, himayəsində 6 uşağının olduğunu, qarşısına narkotik vasitə qoyulduğunu, o, həmin vaxt heçnə edə bilmədiyini və ona görə də, razılaşdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi ilə razılaşmayaraq, belə hesab edir ki, o, belə məzmunda ifadə verməklə həqiqəti gizlətmiş, bununla da cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonraki dövrdə tutularkən üzərində narkotik vasitənin olmadığını mübahisələndirməmiş, habelə polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi barədə heç bir dövlət orqanına müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulduğu gündən məhkəmədə ifadə verənədək ifadəsində göstərdiyi dəlillərlə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, irəli sürülmüş ittihamı bu və ya digər hissədə mübahisələndirməmiş, əksinə ibtidai araşdırma zamanı dəfələrlə etirafedici ifadə verərək satış məqsədi olmadan 1205,0 (min iki yüz beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə məsuliyyətdən və cəzadan yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün başqa hal/hallar müəyyən edilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və qadağan edilmiş sair vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək sübutlar əldə edilib cinayət işinə əlavə edilməmişdir. Əksinə əməliyyat tapşırığı ilə bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş raportdan görünür ki, onun narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz şəkildə əldə edib saxlamış və üzərinin yoxlanılması nəticəsində 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisində 1205,0 (min iki yüz beş) qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan başqa, o, narkotik vasitə marixuana qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən məhkəmə hesab edir ki, üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı məhz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, yaşayır yeri üzrə qismən müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsin əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 mart 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Yevlax Rayon Polis Şöbəsində saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1204.80 qram təşkil edən narkotik vasitə-qurudulmuş marixuana, habelə “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki yaşıllıq ərazidən götürülmüş 02 ədəd çətənə (kannabis) bitkisinin hissələri və torpaq nümunəsi məhv edilməli, 03 (üç) ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 manat, 10 qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 69 manat, 10 qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 04 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Yevlax Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd sellofan torbada qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1204.80 qram təşkil edən narkotik vasitə-qurudulmuş marixuana, “Kür çayı”nın sağ sahilinin Yevlax rayonu ərazisindən keçən hissəsindəki yaşıllıq ərazidən götürülmüş 02 ədəd çətənə (kannabis) bitkisinin hissələri və torpaq nümunəsi məhv edilsin, 03 (üç) ədəd DVD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 69 manat 10 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-213/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-213/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver