Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-214/2022 29.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1989-cu ildə Tərtər şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd gümüşü rəngli kağız bükümə bükülmüş bükülünün içərisindəki sellofan bükümdə təmiz çəkisi 1,367 qram narkotik vasitə olan heroini və 1 (bir) ədəd gümüşü kağıza bükülmüş bükülünün içərisindəki sellofan bükümdə təmiz çəkisi 0,532 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən qanunsuz olaraq əldə edib Tərtər şəhəri, Vaqif küçəsində öz üzərində saxlamış, 20 aprel 2022-ci il tarixdə saat 0030 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Tərtər şəhəri, Vaqif küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Tərtər RPŞ-nə aparılıb orada saat 0120-dən 0128-ə qədər olan müddətdə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qəsdən satış məqsədi ilə əldə edib saxladığı 1(bir) ədəd gümüşü rəngli kağız bükümə bükülmüş bükülünün içərisindəki sellofan bükümdə təmiz çəkisi 1,367 qram narkotik vasitə olan heroin və 1 (bir) ədəd gümüşü kağıza bükülmüş bükülünün içərisindəki sellofan bükümdə təmiz çəkisi 0,532 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 12,12 qram miqdarında narkotik vasitə olan heroini, 1,564 qram psixotrop maddə olan metamfetamini, 1 ml-lik şprisdə həcmləri 0,4 ml və 0,5 ml heroin məhlulunda təmiz çəkisi müvafiq olaraq 0,104 qram və 0,120 qram olan heroinin quru məhlulunu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etməklə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 1800-da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışında şübhəli bilindiyinə görə Yevlax şəhəri, F.İsayev küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 1855-dən 1935-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd üzərinə “Rothmans” yazılmış siqaret qutusunun içərisindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 0,058 qram narkotik vasitə olan heroin, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 0,220 qram psixotrop maddə olan metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə olan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1,027 qram psixotrop maddə olan metamfetamin, bir ədəd şəffaf sellofan bükümdə olan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 0,317 qram psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, şəxsiaxtarış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirdiyindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış zamanı həmin evdən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 12,062 qram külli miqdarda narkotik vasitə olan heroin və 1 ml-lik şprisdə həcmləri 0,4 ml və 0,5 ml heroin məhlulunda təmiz çəkisi müvafiq olaraq 0,104 qram və 0,120 qram olan heroinin quru məhlulu aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etməklə 19 aprel 2022-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri F.İsayev küçəsində yol ilə hərəkətdə olarkən yolun kənarından “Rothmons” markalı siqaret qutusu tapmış və siqaret qutusunun içərisinə baxdıqda 2 ədəd büküm olduğunu görmüşdür. Bükümlərə baxdıqda bükümlərin birinin içində narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Buna görə də həmin bükümləri özü istifadə etmək üçün üzərində saxlamışdır. 19 aprel 2022-ci il tarixdə Tərtər rayonunda yaşayan nənəsinə baş çəkmək üçün oraya getmiş, saat 24 radələrində Tərtət şəhərində olarkən polis əməkdaşalrı ona yaxınlaşıb üzərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Tərtər rayon polis şöbəsinə dəvət etmişlər. Tərtər rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparılan zaman üzərində saxladığı 1 ədəd bükümdə olan narkotik vasitə heroin və 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin vaxt Tərtər rayon Polis Şöbəsində cinayət məsuliyyətinə cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 05 iyun 2022-ci il tarixdə əvvəllər tanımadığı, internet vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə “WhatsApp” vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsdən narkotik vasitə tapmasını xahiş etmişdir. Həmin şəxs saat 23 radələrində “WhatsApp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq 300 maant qarşılığında 15 qram narkotik vasitə olan heroin və 5 qram psixotrop maddə olan metamfetamin sata biləcəyini dedikdən sonra sonuncu ilə razılaşaraq Yevlax şəhər Qaz İdarəsinin yaxınlığında olan “Milliön” vasitəsi ilə həmin şəxsin ona dediyi kart hesab nömrəsinə 300 manat pul göndərmişdir. Həmin şəxs 06 iyun 2022-ci il tarixdə saat 09 radələrində 15 qram narkotik vasitə olan heroin ilə 5 qram psixotrop maddə olan metamfetamini Bakı-Qazax yolunun Yevlax rayonu Səmədabad kənd ərazisindən keçən hissəsinə, “Bayraq Meydanın” yaxınlığındakı zibil qutusunun arxasına qoyacaqlarını, heroini və metamfetamini oradan götürə biləcəyini demişdir. 06 iyun 2022-ci il tarixdə “Bayraq Meydanının” yaxınlığına getmiş və taksidən düşərək həmin şəxsin ona dediyi yerdən, zibil qutusunun arxasından bir ədəd bükümdə olan 15 qram heroini və 5 qram metamfetamini götürərək öz evinə aparmışdır. Heroindən və metamfetamindən bir qədər özü üçün götürərək istifadə etmiş, heroinin əsas hissəsini öz evində sandığın içərisində gizlətmişdir. Heroindən və metamfetamindən istifadə etdikdən sonra özü istifadə etmək üçün bir ədəd bükümə az miqdarda heroin, 3 ədəd ayrı-ayrı bükümə isə metamfetamin qoyaraq həmin bükümləri üzərində saxlamışdır. Bundan başqa heroini şprislərə çəkərək 2 ədəd şprisdə heroini məhlul halında yaşadığı evdə saxlamış, əvvəl istifadə etdiyi şprislər də evdə olmuşdur. 07 iyun 2022-ci il tarixdə saat 1845 radələrində həmin dörd ədəd bükümlər üzərində olan zaman öz yaşadığı küçədə olarkən polis əməkdaşları ona yaxınlaşaraq onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılan zaman üzərindən bir ədəd bükümdə olan heroin və üç ədəd bükümdə olan metamfetaminlər aşkar edilərək götürülmüşdür. Baxış zamanı yaşadığı evdə narkotik vasitə olan heroin olduğunu etraf etdiyinə görə polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedib orada baxış keçirilən zaman evdə olan bükülüdəki heroini və 2 ədəd şprisdəki məhlul halında olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Narakotik vasitələrin satışı ilə məşğul olmamış, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyun 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin ilə psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında X1 əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 18 radələrində Yevlax şəhəri F.İsayev küçəsinə gedərək həmin vaxt orada olan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə polis şöbəsinə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 2 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə və 2 ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan kütlələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu həmin heroin və metamfetamini internet vasitəsi ilə tanımadığı şəxsdən aldığını, uzun müddətdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamin istifadəçisi olduğunu bildirmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirdiyinə görə şəxsi axtarışda iştirak edən iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, evə baxış keçirilən zaman içərisində məhlul olan 7 ədəd şpris, içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan 1 ədəd şəffaf rəngli sellofan bükül qablaşdırıaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin X1 əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Tərtər rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 20 aprel 2020-ci il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs Tərtər rayon ərazisində narkotik vasitə qəbul etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında saat 0030 radələrində Təqsirləndirilən şəxs Tərtər şəhər ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə dəvət edildikdən sonra şübhəli şəxs qismində üzərinə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 1,74 qram narkotik vasitə olan heroin və 0,50 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Tərtər rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid4 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan cins şalvarın sağ arxa cibindən 2 ədəd ağ rəngli sellofana bükülmüş çəkiləri 1,06 qram və 0,34 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 2 ədəd gümüşü kağıza bükülmüş, çəkiləri 0,17 qram və 0,34 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan cins şalvarın sol yan cibindən 2 ədəd ağ və şəffaf rəngli sellofana bükülmüş çəkiləri 0,5 qram psixotrop maddə olan metamfetaminə, və 1,74 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş CD-diskdən görünür ki, baxış və götürmə aparılması zamanı Yevlax şəhəri F.İsayev küçəsi 6-da yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində, girişdən sağ tərəfdə yerləşən otaqda olan şkafda qırmızı rəngli sellofana bükülmüş, çəkisi 12,39 qram olan narkotik vasitə olan heroinə oxşar kütlə, 7 ədəd şpris və 1 ədəd şəffaf rəngli kapron qab aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2022-ci il tarixli 16/456 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1 ədəd gümüşü kağız bükümdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,367 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 1 ədəd gümüşü kağız bükümdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,532 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 iyun 2022-ci il tarixli 17/466 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş....” sözləri və imzaları yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-12,062 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” sözləri və imzaları yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız, təmiz çəkisi-0,058 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız, təmiz çəkisi-0,220 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-1,027 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,317 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki: 01(bir) ədəd plastmas qabın, təmiz çəkisi-13,324 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyil. 02(iki) ədəd 1 ml-lik şprislərdə həcmləri 0,4 ml və 0,5 ml olan mayelər kustar üsulla hazırlanmışnarkotik vasitə-heroin məhluludur. Heroin məhlullarında heroinin quru maddəsinin təmiz çəkisi müvafiq olaraq -0,104 qram və 0,120 qramdır. 05(beş) ədəd 1 ml-lik şprislərdə heroin izləri vardır. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd şəffaf sellofan bükümdə və 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin lər tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 02 (iki) ədəd şəffaf sellofan bükümdə olan metamfetaminlər tərkibinə görə eynidirlər. Təqdim olunmuş 02(iki) ədəd şprisdə olan heroin məhlullarının kimyəvi tərkibi komponentləri dəyişdirildiyindən (məhlul formasında olduğuna görə) onların digər heroinlər ilə müqayisəli tədqiqatı aparılmadı. Təqdim olunmuş 05(beş) ədəd şprisdə olan heroin izləri cüzi miqdarda olduğundan onların təqdim olunmuş heroinlər ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Metamfetamin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 11 avqust 2022-ci il tarixli 17/637 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə olan heroin, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin və üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin tərkiblərinə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 02 (iki) ədəd şəffaf sellofan bükümdə olan metamfetaminlər və üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 iyul 2022-ci il tarixli 947 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər X3 rayon Narkoloji Kabinetindən 13 iyun 2022-ci il tarixli 908 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax rayon X5 Hüquqi şəxsin 13 iyun 2022-ci il tarixli PHŞ-358/22 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi 7” markalı smartfon mobil telefonuna baxış keçirilməsi haqqında 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin telefonda olan “Whatsapp” proqramında Nicat Əmədli “Nurlan-Şarbaz”, “Mosu”, “Eltun Elvin”, “Habil Q”, “Elvin-Mağar”, “Elvin Vp”, “İnci Vp”, “Yaşka Elvin”, “Dilavər Sim” “Murad F Vp” adı ilə qeyd edilmiş şəxslərlə və Whatsapp-da qeydiyyat edilməmiş “***-***-**-**”, “***-***-**-**”, “***-***-**-**”, “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrə ilə arasında çoxlu sayda narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesajlaşmalar və səs yazıları vardır. Mobil telefona baxış keçirilən zaman mobil telefonda narkotik vasitələrə və psixotrop maddələrə bənzər kütlələrin fotoşəkilləri aşkar edilmişdir. İş metariallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 11479 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə baxış keçirilməsinə dair 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 1210-da ********** mobil nömrəsindən “Nici menem nurlan,qaqa nolar aynon elesen menede pas at isden cixandan sonra 5 10 manat verecem qardas cani, nolar xaiw edirem” məzmunlu mesaj və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 08:38-də ********** mobil nömrəsindən “QAQA SABAHİN XEYİR VARİNDİSA PATİ VERİM KOKU VERDA” məzmunlu mesajlar göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmammışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs F.İsayev küçəsi 6 saylı evdə yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0055-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1800-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evindən aşkar olunmuş narkotik vasitələri satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin iki çeşiddə olması, şəxsi istehlak və külli miqdar üçün qanunvericiliklə müəyyən edilmiş miqdardan dəfələrlə çox olması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən SMS yazışmalar və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.2 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CMin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 07 iyun 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il saat 55 00 -dən 21 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 168,60 (yüz altmış səkkiz manat altmış qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1 ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il saat 0055-dən 21 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 168,60 (yüz altmış səkkiz manat altmış qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 13,177 qram narkotik vasitə olan heroin, ümumi çəkisi 1,686 qram psixotrop maddə olan metamfetamin, 0,5 ml heroin məhlulu məhv edilsin, bir ədəd mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 07 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-214/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-214/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver