Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-215/2024 26.08.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxxxx 2007-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində həbs qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o 24 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Yevlax şəhərində yerləşən “Neptun” ərzaq mağazasının yaxınlığında tanışı xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında məişət mövzusunda şəxsi münasibətlər zəmnində baş vermiş mübahisədən sonra yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün görüşə dəvət etmiş, Təqsirləndirilən şəxs özü ilə yaşadığı evdən qatlanan bıçaq götürərək 25 aprel 2024-cü il tarixdə, saat 01 radələrində Yevlax şəhəri, Ə.Bayramov küçəsinə gələrək həmin küçədə Zərərçəkmiş şəxs ilə aralarında davam edən mübahisə zamanı Təqsirləndirilən şəxs özü ilə gətirdiyi bıçaqla bir dəfə qəsdən Zərərçəkmiş şəxs bədənin qarın nahiyəsinə zərbə vuraraq sonuncuya sağlamlığa ağır zərər vuran qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arabir dostları ilə çayxanada oturub söhbət edirlər. Həmin axşam yenə də dostları ilə danışıb, demişdir ki, “oturaq, söhbət edək.” Onlar razılaşmış və dostları ilə Ruslanın atasına məxsus kafedə oturmuşlar. Oyun oynayıb çay içdikdən sonra oradan getmişlər. Daha sonra ac olduqları üçün dönər almaq qərarına gəlmişlər. Dönərxananın bağlı olduğunu görüb geri qayıtmışlar. Geri qayıdanda Zərərçəkmiş şəxs Şahid1 zəng vurmuş və “mən də sizinlə gəlim, oturaq söhbət edək” demişdir. Onlar da evə qayıtdıqlarını və gəlməsinin mənasız olduğunu demişlər. Gecə saat 9 radələri olmuşdur. Daha sonra Zeyd onları yolun o biri tərəfindən görmüş və onlara yaxınlaşmışdır. “Mən də sizinlə gəlim və oturaq söhbət edək” deyib, israr etmiş, onlar da razılaşmışlar. Kafeyə getmiş, orada oturmuş və domino oynamışlar. Oyun zamanı Zeyd özünə xoş olan zarafatlar etməyə başlamış, lakin o, bu zarafatlarla razılaşmamışdır. Bir neçə dəfə mehriban şəkildə belə zarafat etməməsini Zeydə demişdir. Buna baxmayaraq, Zeyd, zarafat etməyə davam etmişdir. Bu dəfə o, reaksiya vermiş və “etmə” demişdir. Orada aralarında dini cəhətdən də söz-söhbət yaranmışdır. Baş verənləri izahatında bildirmişdir. Zeydlə aralarında əvvəllər düşmənçilik, ədavət, kin və. s olmamışdır. Mehriban salamsağolları olmuşdur. Aralarında dini cəhətdən söz-söhbət yarandığı üçün bir-birilə razılaşmamışlar. Kafedə olarkən, Şahid1 “gecdir, evə gedək, nəsə hadisə baş verər. Sabah oturub bu barədə ətraflı danışarıq” demişdir. Bundan sonra kafedən çıxmışlar. 5 dəqiqə yol getdikdən sonra Zərərçəkmiş şəxs Şahid1 zəng vurmuş və “gedək söhbətin davamını edək” demişdir. Şahid1 razılaşmamış və “sabaha qalsın, sabah söhbət edərik” demişdir. İsrarına baxmayaraq, razılaşmamış və dostları onu evə tərəf aparmışlar. Küçənin başı – məktəbin yanında olanda, Zeyd zəng vurmuş və asta səslə “gəl görüşək” demişdir. O, Şahid1 “ya getməyək, ya da gedilirsə tək getməyək” demişdir. Nəsə hadisə baş verə bilər. Güləmi və Ruslanla razılaşa bilməmiş, onlar Zeydlə görüşə, o isə evə getmişdir. O, evə qayıdandan 30-40 dəqiqə sonra Güləmiyə zəng vurmuş və “aranızda nəsə baş vermədi ki?” deyə soruşmuşdur. O da “yox, nəsə olmadı. Sakit şəkildə danışdıq və yoluna qoyduq” demişdir. Daha sonra yatmağa gedərkən, tanımadığı nömrədən ona zəng gəlmişdir. Telefona cavab vermiş və Zeydin olduğunu bilmişdir. Telefona cavab verəndə “Nə olub?” demişdir. Zeyd, yenə də eyni dini mövzudan danışmağa başlamışdır. O, bəzi mövzularla razılaşmamışdır. Sonra Zeyd ona “bu mövzu ilə bağlı Güləminin dişini qırmışam” demişdir. O, bu sözdən təşvişə düşmüşdür. Güləmi ilə danışanda, Güləmi ona nəsə olmayıb, demişdi. İndi Zeyd deyir ki, dişini qırmışam. O, Zeydin dediyinə inanmamışdır. Telefonda da bu barədə uzun müddət söhbət etmişlər. Telefonla danışanda, Zeyd ona “başını partladacam” demişdir. Çayxanada Zeyd ona ailəsi haqqında sual vermiş, lakin o, nə cavab verəcəyini bilməmişdir. Sonra demişdir ki, “bax da, mən nə deyim, ailə psixoloqu deyiləm ki”. Zeydin dediyinə görə, anası və atası arasında yaş fərqi çoxdur. O, orada ümumi olaraq evlilik zamanı azyaşlı ilə ailə həyatı qurulmasının düzgün olmadığını demişdir. O, Zeydin ailəsi haqqında fikir bildirməmişdir. Yəqin, Zeyd onun dediyi sözü düz başa düşməmişdir. Sonra Zeyd yenidən ona zəng vurmuş və harada olduğunu soruşmuş və ona küçənin başına gəlməsini demişdir. Sonra telefonu söndürmüşdür. Bir müddət sonra “bəlkə sözü dəyişim, görüşə getməyim” deyə düşünmüş və Zeydə zəng vuraraq “evdən çıxa bilmirəm, evdəkilər oyaqdır” demişdir. Zeydin Güləminin dişini qırdığını deyəndən sonra o, yəqin nəsə etmək üçün görüşür deyə, düşünmüş və evdə olan köhnə, qırıq və istifadəyə yararsız bıçağı özü ilə götürmüşdür. Həmin bıçaqla kiməsə, nəsə etsən, bıçaq öz əlini kəsər. Düşünmüşdür ki, bıçaqla onu qorxudaram, uzaqlaşıb gedər. Beləliklə, ani qərar qəbul edərək, bıçağı götürüb evdən çıxmış və 4 tərəfə hərəkət olan küçənin ortasında Zeydi gözləmişdir. Bir müddət sonra uzaqdan bir nəfərin gəldiyini görmüş və səsindən Zeyd olduğunu bilmişdir. O, fikirləşmişdir ki, Zeyd çatan kimi, onu vurar. Ona görə də qorxutmaq məqsədilə bıçaqla Zeydin qoluna çızıq atmaq üçün bıçağı vuranda, bıçaq qatlanmış və Zeydin qarın nahiyəsinə dəymişdir. Bıçağın Zeydin qarınına dəyməsini dəqiq görməmişdir. Lakin bundan sonra Zeyd qaçıb getmişdir. Bıçaq onun da əlini dərindən kəsmiş və əlindən çoxlu qan getmişdir. Həmin vaxt dostu Güləmini yığmış və olanları demişdir. Sonra isə oradan qaçmışdır. Səhəri gün küçədə polisin olduğunu görmüş və əl edib saxlayaraq, üzərində olanları polisə təhvil vermişdir. Daha sonra polislər onu həkimə, oradan da polis şöbəsinə aparmışlar. O hissələri tam dəqiq xatırlamır. Daha sonra Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıq üçün valideynləri onlara getmişlər. O, əvvəllər də cinayət törətmişdir. Həmin hadisə məktəbdə baş vermişdir. Hadisə vaxtı yaşı az olmuş və heç nə dərk etməmişdir. O, gecə-gündüz işləmiş, yorğunluqdan nə etdiyini bilməmiş, ona görə o hadisə baş vermişdir. Bu hadisədən başqa yolla da çəkinmək olarmış, lakin hadisə baş vermişdir. Əslində belə hadisənin olmasını istəməmişdir. Zeydlə də münasibətləri pis olmamış və həbs olunana kimi məktəbə getmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında verdiyi ifadələrə inanır və onu ittiham hökmünün əsasına qoyur, çünki bu ifadələr Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun əldə edilmiş, ardıcıl və məntiqlidir, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə uzlaşır, iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirini müəyyən edilmiş hesab edir. Belə ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, iş yerində olanda Güləmigil o biri tərəfdə olmuşlar. O, Güləmiyə zəng vurmuş və “hardasınız?” demiş, onlar da “iş yerin tərəfdəyik” demişlər. O, qapıya çıxmış, onlarla görüşmüşdür. Hara getdiklərini soruşmuş, Ruslanın yanına getdiklərini demişlər. O, təkid etməmişdir. Güləmi və Abdullah domino oynamağa getdiklərini demiş, o da “gedək” demişdir. İzahatında yazılmışdır ki, Zeyd Ruslanla məzələnmək üçün ora getmişdir. Xeyr, elə bir şey olmamışdır. Onlar ora getmiş, oyun oynamış, sonra aralarında söz-söhbət yaranmışdır. 4 ay müddət keçdiyi üçün hadisə tam yadında deyil. İzahatında yazılmışdır ki, o, Ruslana “sənin yaşayışın yoxdur” demişdir, lakin o elə söz deməmişdir. O, sözü Güləmiyə demişdir. Elə deməyinin də səbəbi Güləminin avara işlərlə məşğul olması olmuşdur. Güləmi ona “oğru” həyatı yaşadığını, “qardaş” dediyi uşağın bacısının əri bacısına söydüyü üçün onu bıçaqladığını demişdir. O, Güləmiyə elə hərəkət etmisənsə “Sənin yaşayışın yoxdur, sənin hərəkətin düz deyil, ailə məsələsinə qarışmısan” demişdir. O, belə deyəndə, Güləmi ona qayıdaraq “sənin yaşayışın yoxdur” demişdir. O, nə olub? Niyə elə deyirsən? deyəndə, Güləmi cavabında demişdir ki, özündən azyaşlı qızla danışmısan. O da Güləmiyə demişdir ki, nə olsun, camaat özündən 15-16 yaş balaca qadınla evlənir. Həmin vaxt Güləmi ilə Abdullah “elə hərəkət edən qeyrətsizdir, peysərdir” demişlər. Belə deyəndə, Güləmiyə atasının özündən çox balaca qızla evləndiyini bildiyini demiş, Güləmi də ona atan “pedafil hərəkət edib” demişdir. Güləmiyə “Peyğəmbərin də özündən balaca, azyaşlı qızla evləndiyini” deyəndə, Güləmi ona “elə hərəkət edən pedafildir. Peyğəmbər səhv edib” demişdir. Daha sonra Ruslandan əvvəlki kişilərin özlərindən balaca qadınla evləndiklərini və onlara necə baxdığını soruşmuş, Güləmi yerindən “nətər baxacaq? Peysər kimi baxır” demişdir. Sonra Güləmi “Mənim bacımın da 15 yaşı var, haa” demişdir. Güləmiyə demişdir ki, “get, əsəbiyəm, bu dəqiqə səninlə başqa cür söhbət edəcəyik”. Peyğəmbər söhbəti olanda Güləmi demişdir ki, “Peyğəmbər də pedafil hərəkət edib”. Ona demişdir ki, “utanmırsan belə şey deyirsən?” Bundan sonra ayağa durmuş və Güləminin çiynindən tutaraq, “uşaqlıqdan namaz qılırıq, bu nə sözdü işlədirsən?” demişdir. Güləmi isə demişdir ki, “biz kafirik, Allaha inanmırıq”. Sonra oradan ayrılmış, lakin hirsi soyumamışdır. Sonra Güləmiyə zəng vurmuş və onu yaşayış olmayan yerə çağırmışdır. Güləmi gəlmiş və çayxanada “sən atama pedofil deyirdin?” demiş və Güləmini vurmuşdur. Sonra ondan Abdullahın nömrəsini istəmiş, Güləmi də nömrəni vermişdir. O, Abdullahı yığmış, Abdullah telefonu açmış və o, Abdullaha “dostunu vurdum” demişdir. Abdullah ondan harada olduğunu soruşmuş, o, iş yerinin qabağında olduğunu demişdir. Abdullah ona demişdir ki, gəl görüşək. O da razılaşmışdır. Abdullahla görüşmüşlər. Abdullahın əlində bıçaq olmuşdur. Abdullahla salamlaşanda ona bıçaq atmışdır. Birinci zərbədən yayınmış, ikincini atmış, sonra boğaz nahiyəsindən üçüncünü atmış və o, qaçmağa başlamışdır. Abdullah onun arxasına düşmüşdür. Həmin yerdə kamera da olmuşdur. O, möhkəm qaçmış, lakin Abdullah dayanmışdır. Ancaq Abdullahın dayanmasının səbəbini bilməmişdir. O, Abdullahdan şikayətçi olmaq istəməmişdir, lakin olmayan əhvalatların izahata yazıldığını görəndən sonra şikayətçi olmaq qərarına gəlmişdir. Abdullah onun həbs olunmağını, özünün isə sərbəst qalmasını istəmişdir. Abdullah ona bir bıçaq yox, üç bıçaq atmışdır. Qaçmasaydı, Abdullah onu öldürəcəkdi. Daha sonra Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Çünki, orada ifadə verməmiş, Mingəçevirdə, xəstəxanada, uzanmış vəziyyətdə olanda polis mayoru gəlmiş, ona “tez ifadəni yaz” demiş, o, polisə “yaza bilmirəm, yaralıyam” demiş, sonra atasına vermiş və ifadəni onun adından atası yazmışdır. Nə yazıldığını isə bilməmişdir. Əsəbi soyumadığı üçün Güləmiyə təkrar zəng vurmuş və onu çağırmışdır. Güləmini vurandan sonra yenə ona zəng vurmuş, onunla görüşmüş, həmin görüşdə qucaqlaşmış və “Haqqını halal et, səni əsəbdən vurmuşam” demişdir. Abdullah evə gedəndə onun arxasınca getməmişdir. Abdullahda olan bıçağı əvvəlcə görməmiş, ancaq onunla salamlaşanda Abdullahın əlində bıçağın olduğunu görmüşdür. Onun müalicəsi üçün Abdullahın ailəsi kömək göstərmiş və xərci ödəmişlər. O, Abdullahla barışmış və ondan şikayətçi deyil. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, sinif yoldaşı Şahid2 hər axşam onu çayxanaya çağırmış və onlar orada domino oynayıb, vaxt keçirirmişlər. Çox vaxt Abdullahı da çağırmışlar. Həmin gün, gecə saat 10-da çayxanadan çıxmış və dönər yemək üçün getmişlər. Həmin dönərxana Zeydin atasının iş yerinin qarşısında yerləşir. Oradan keçəndə Zeyd ona zəng vurmuş və harada olduğunu soruşmuşdur. O, cavab vermişdir ki, atanın iş yerinin qarşısındayam. Zeyd ona “orada nə edirsən?” demiş, o, dönər aldığını bildirmişdir. Zeyd ona “Ya birini də mənə alın, ya da mən də ora gəlirəm” demişdir. O, demişdir ki, dönərxana bağlıdır, ona görə də qayıdırlar. Atasının iş yerinin qarşısında Zeyd onlara yaxınlaşmış və hara getdiklərini soruşmuşdur. Onlar da Ruslanın yanına getdiklərini bildirmişlər. Zeyd onlarla gəldiyini demişdir. O, Zeydə demişdir ki, gəlməyin məsləhət deyil, həm acmışıq, həm də evə gedəcəyik. Abdullahı ötürüb oradan dostum İlkin var, onun yanına gedəcəyik. Zeyd demişdir ki, “gedək biraz Ruslanın yanında oturaq, onunla zarafat edim”. O, Zeydə “Ruslan tez cırnayır, etmə” demişdir. Sonda razılaşmış və domino oynamağa getmişlər. Çayxanada müştərilər olmuşdur. O, demişdir ki, “burada biraz söhbət edək, sonra gedək”. Zeyd razılaşmamış və çay içəcəyini bildirmişdir. Sonra içəri keçmişlər, Zeyd qarşıda, Abdullah solda, Ruslan isə sağda oturmuşlar. Zeyd Ruslana “dur, çay qoy” demişdir. Ruslan “gedirik, 1 manat ver, çay qoyum” demişdir. Zeyd “qardaş qardaşla 1 manatın söhbətin edər? Yoxdur, sabah verərəm” demişdir. Sonra o, Ruslana “çay qoy” demişdir. X15 demişdir ki, “yaşayışın yoxdur.” Ruslan da gülərək “bir çaya görə yaşayışın yoxdur, nədi? Çayı qoyuram, içərik.” demişdir. Həmin vaxt Abdullah gülmüş, Abdullah güləndə o da gülmüşdür. Zeyd qayıdıb Abdullaha “sən nəyə gülürsən? Guya sənin yaşayışın var?” demişdir. O sözü deyəndə Abdullah ayağa durmuş və “qaqa, bu nə zarafatdır edirsən? demişdir. Zeyd “Yaxşı zarafat edirəm, otur. Belə baxanda, düz deyirəm” demişdir. O da Zeydə “lazım deyil, burada domino oynayırıq, 5-10 dəqiqə oturaq, çıxaq gedək” demişdir. Bunu deyəndə, Zeyd yekə-yekə “guya sənin yaşayışın var, ayə? Güləminin yaşayışı yoxdur, o sakitcə durub, ona baxın da” demişdir. O da sakitcə durmuş və söz ona təsir etdiyi üçün “müştərilər gedən kimi, mənim səhvimi de. Deyə bilməsən, mən sənin səhvini deyəcəm, görək kimin yaşayışı var, ya yox?” demişdir. Müştərilər gedəndən sonra Zeydə “indi eşidirəm” demişdir. Zeyd ona “yaxşı, yaxşı” demişdir. O, Zeydə “sənin səhvini deyə bilərəm-azyaşlı qızla danışmısan” demişdir. Zeyd ona “o, mənim şəxsi problemimdir, özüm bilərəm” demişdir. O, “özün bilərsən, amma qardaş kimi sənə deyirəm ki, səhv hərəkətdi” demişdir. Zeyd “Peyğəmbərin də 9 yaşlı qızla evləndiyini” demişdir. O, demişdir ki, evlənmək başqa, danışmaq başqa. Xeyr, dində heç yerdə elə bir məlumat yoxdur. Kafedə olarkən nə o, nə də o biriləri islam dininə tənə yaxmamışlar. Həmçinin, dini anlayışları o qədər də böyük deyil ki, onlar dindən danışsınlar. Sonuncu dəfə təklikdə görüşəndə Zeyd çayxanada valideyninə tənə vurduğunu demişdir. O, çayxanada Zeydin valideyninə nəsə deməmişdir. Atasının xətirini əmisi kimi istəmişdir. Onun Zeydə qarşı belə hörmətsizliyi olmamışdır. Çayxanada olan azyaşlı söhbətindən sonra Abdullah “əgər dində elə bir şey varsa, onda biz kafirik” demişdir. Onlar da eyni şeyi demişlər. Sonra Ruslana demişdir ki, çayxananı bağla, gəl Abdullahı ötürək gedək. Söhbət edə-edə yolla gedəndə Zeyd ona zəng vuraraq, “dükanın qabağına gəl, səninlə işim var” demişdir. O da “qaqa, əsəbiyəm, həm də Abdullahı yola salıram, anam da zəng vurub, narahat olur, evə getməliyəm, sabah danışarıq” demişdir. Sonra Zeyd yenə zəng vurmuş, onunla görüşməli olduğunu və harada olduğunu soruşmuşdur. O, evə getməli olduğunu demişdir. Zeyd ona “yerini de, mən gəlirəm” demişdir. O, Zeydə harada olduğunu demiş, Zeyd də çayxananın qabağında olduğunu bildirmişdir. Zeydə “orada yarım saat gözlə, gəlirəm” demişdir. Dayanacaqda olanda Zeyd üçüncü dəfə zəng vurmuş və “haradasan, səni gözləyirəm” demişdir. O, “əvvəlki zəngdən 16 dəqiqə keçdiyini və 30-40 dəqiqə olsun, gözlə gəlirəm” demişdir. Abdullahı evə yola salanda, Abdullah ona “istəyirsən görüşmə, çıx get evə” demişdir. O, Abdullaha “yox” demişdir. Abdullahdan uzaqlaşıb H.Əliyev sarayının yanına çatanda, Zeydin orada olduğunu görmüşlər. Zeyd onlara yaxınlaşmış və “gəlin gedək” demişdir. O, əsəbi olmuşdur. Zeyd onlara “məndən qorxmursunuz ki?” demiş, o da “yox, sən də Allah bəndəsi, biz də, niyə qorxaq?” demişdir. Zeyd “gedək, oturaq parkda söhbət edək” demişdir. Parkla dağınıq evlərin arasında olan yolda Zeydə demişdir ki, qaqa, sabah söhbət edərik, Ruslanın da anası zəng vurur, narahatdır. Zeyd ona “Ruslan burda qalsın. Biz iki dəqiqə ora keçək, söhbət edək” demişdir. O, fikirləşmişdir ki, yəqin niyə belə etdin, biz qardaş kimiyik və sair deyəcək. Həmin dağınıq yerə keçəndə Zeyd əlini sıxılı vəziyyətdə onun çiyninə qoyaraq “mən sənə demişəm ki, Peyğəmbər 9 yaşlı qızla evlənib, sən mənə deyirsən ki, səhvdir” demişdir. O, Zeydə dində elə bir şeyin olmadığını və səhv dediyini demişdir. O, əvvəllər dinlə məşğul olmuş və elə şeylə qarşılaşmamışdır. Sonra “anamın evlənəndə 17 yaşı olub” demişdir. O, “sən bunu indi dedin, mən də indi bildim. Evlənmək başqa, danışmaq başqadır.” demişdir. Əlini onun çiyninə qoyaraq, ona “bayaq uşaqlarla söhbət edəndə, sən düzgün hərəkət etmədin. Mənə nəsə dedin” demişdir. Zeydin əlini çiynindən çəkmiş, Zeyd yenə təkrar əlini onun çiyninə qoymuş və hirsli-hirsli “ə, sənə söz deyirəm” demişdir. Sonra “mən 9 yaşlı qızla evlənsəm, mənə necə baxarsan?” demişdir. O, Zeydə “o, nə danışıqdı?” demişdir. Sonra Zeyd ona “Dində belə şey var” demişdir. O, “sən hansı dindən danışırsan? Bizim dində elə şey yoxdur” demişdir. Zeyd ona “Çayxanada dediyin sözü ye” demiş, o da “yemirəm” demişdir. Sonra Zeyd ona yaxınlaşmış və qəflətən kəllə ilə üzünə zərbə vurmuşdur. Zərbədən iki dişi qırılıb düşmüş və ağızı qanla dolmuşdur. Şahid2 həmin vaxt onlara yaxınlaşmışdır. Zərbənin təsirindən nəyin qırıldığını bilmədiyi üçün qorxmuşdur. Sonra ayağa qalxanda Zeyd ona bir yumruq və bir təpik vurmuşdur. Özünü müdafiə etmək üçün onu qucaqlamışdır. Qucaqlayan vaxt yıxılmışdır. Ruslan qaçaraq gəlmiş və ona “ağızın nə gündədir” demişdir. Zeydə “Utanmırsan? Bu nə hərəkətdir edirsən? Ağızım qırılıb” demişdir. Arxaya gedib, dişləri axtarmış, telefon və pul qabını götürmüşdür. Zeyd getmiş və sonra yenə qayıtmışdır. “Gördün mən Allahın bəndəsi, sən isə kafir. Ağıllı ol” demişdir. O, “yaxşı, çıx get” demişdir. Oradan çıxıb su almaq istəyəndə, marketin bağlı olduğunu görmüş və sonra evə getmək istəmişlər. Gedəndən sonra başqa tanış uşaq İlkini görmüş və su almasını istəmişdir. O da alıb gətirmişdir. Ağızını yuyanda, Zeyd zəng vurmuş və “haradasan, ə” demişdir. Şöbənin yanında qaldığı üçün demişdir ki, şöbə tərəfdəyəm. Zeyd demişdir ki, “qayıt arxaya, səninlə işim var”. O, Ruslana “sən evə get” demişdir. Lakin Ruslan evə getməmiş, onunla birlikdə bujiteriya satılan yerin qarşısına gəlmişlər. Danışıqlar orada olan kameralara da düşməlidir. Orada Zeyd ona “de görüm, sən müsəlmansan, ya kafir?” demişdir. O, Zeydə “yox, kafir deyiləm” demişdir. Sonra ona “Onda səni vurduğum üçün səndən halallıq istəyirəm” demişdir. O da “halallıq verirəm” demişdir. Daha sonra Zeyd Abdullahla danışmaq istədiyini demiş, Zeydə “Abdullahı bura qatma, nə soruşmaq istəyirsənsə, sabah mənim yanımda soruşarsan” demişdir. Nömrə üçün Zeyd Ruslanın üstünə getmiş və Abdullahın nömrəsini istəmiş, o da and içmişdir ki, məndə yoxdur. Sonra ona demişdir ki, “belə keç, mən nömrəni verirəm, amma bir kəlmə yanımda danışırsan”. O da razılaşmışdır. Sonra oradan uzaqlaşmışlar. Küçədə olarkən əl-üzünü yuyanda Abdullahdan zəng bildirişi gəlmiş və onu geri yığmışdır. Abdullah ona “nə olub? Kimlə dalaşmısan? Sənə dedim axı, Zeydlə görüşmə” demişdir. O, Abdullaha olanları demişdir. O, Abdullaha “sabah onunla görüşərik. İndi görüşmə” demişdir. Biraz sonra Abdullahla yenə danışmışlar. Abdullah ona “Zeyd nə deyir? Mənə deyir gəlirəm sənin başını partladam, evi oda verəm. Bu nə etmək istəyir?” demişdir. O, Abdullaha “O, əsəbidir, sabah görüşərik” demişdir. Ruslan və İlkin evlərinə getmişlər. O da evə gedəndə valideyni ona demişdir ki, “utanmırsan? Mənə deyirsən ki, futbol oynayıram, amma dalaşmısan”. O da “yaxşı, olanları danışacam” demişdir. Mətbəxə keçəndə Abdullah ona zəng vurmuş və “Qaqa, Zeydi vurdum” demişdir. Sonra olanları başa salmışdır. Abdullah təngənəfəs olmuşdur. Səbəbini soruşanda, demişdir ki, o da əlini kəsib. O, Abdullaha “get xəstəxanaya, mən də gəlirəm. Bəs Zeydi vurmusansa, o, hardadır” demişdir. O da “bilmirəm” demişdir. Abdullahdan harada olduğunu soruşanda, “Araz” marketin qarşısında olduğunu demişdir. İlkinlə birlikdə taksi ilə ora getmişlər. Taksini saxlayıb Zeyd və Abdullahı axtarmış, lakin orada heç kim olmamışdır. Taksi sürücüsündən məsləhət almışdır ki, bunlar harada ola bilər? O da “ya polis şöbəsi, ya da xəstəxanada ola bilərlər” demişdir. Oradan Abdullaha zəng vurmuş və Abdullah telefonu açmış və xəstəxanada olduğunu demışdır. Sonra palataya getmiş, Abdullah və Zeydin orada, lakin ayrı otaqlarda olduqlarını görmüşdür. Abdullahın yanında polislər olmuşlar, Zeydin yanında isə heç kim olmamışdır. Zeydin yanına girmişdir. O, sarıqlı olmuşdur. Ona “Abdullahla görüşmə, heç nəyin üstündə, gecəgecə lazım idi?” demişdir. Oradan çıxanda polis əməkdaşları Abdullahı otaqdan götürmüşlər. Onun ağızını görəndə, nə olduğunu soruşmuşlar. O da Zeydin birinci onunla dalaşdığını demişdir. Sonra polislərlə birlikdə şöbəyə getmişlər. Daha sonra Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Polis şöbəsində dişinə nə olduğu soruşulmuş, o da olanları demişdir. Bundan sonra müstəntiq onu ekspertizaya göndərmişdir. Ekspertiza rəyində iki dişinin qırıldığı qeyd olunmuşdur. Həmçinin, məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abdullah və Güləmi ilə birlikdə hər axşam ya şəhərdə gəzir, ya da atasına məxsus çayxanada oturub çay içib, domino oynamışlar. Hadisə günü Abdullah və Güləmi dönər almağa getmiş, qayıdanda yanlarında Zeydi də gətirmişlər. Zeyd ona “bir çay dəmlə, içək” demişdir. O, Zeydə “müştərilər dursun, biz də evə gedəcəyik” demişdir. Sonra Zeyd gülə-gülə ona “yaşayışın yoxdur” demişdir. O da gülmüşdür. Həmin vaxt Abdullah və Güləmi də gülmüşlər. Bu zaman Zeyd Abdullaha “sən nəyə gülürsən? Guya sənin yaşayışın var?” demişdir. O sözü deyəndə, Abdullah ayağa durmuşdur. Zeyd Abdullahın əsəbləşdiyini görmüş və “yaxşı, zarafat edirəm, otur” demişdir. Sonra Zeyd “Güləminin yaşayışı yoxdur, o sakitcə durubdur” demişdir. Güləmi adamların olduğunu bildirmiş və onlar gedəndən sonra söhbət edəcəklərini demişdir. Bir müddət sonra müştərilər getmiş və Güləmi Zeydə “səhvim varsa de, eşidirəm. Bizim səhvimiz yoxdur. 13 yaşlı qızla danışan sənsən” demişdir. Zeyd Güləmiyə əsəbi cavab vermişdir. Bir-birilərinə söz atmışlar. Mübahisənin yaranacağını görən Güləmi, demişdir ki, artıq gecdir, evə gedək. Abdullahı ötürən vaxt Zeyd Güləmiyə zəng vurmuş və görüşmək istədiyini demişdir. Güləmi də “indi əsəbiyik, sabah görüşərik” demiş və telefonu söndürmüşdür. Bir qədər sonra yenə Zeyd Güləmiyə zəng vurmuş və “mən sənlə indi görüşmək istəyirəm, gəl görüşək” demişdir. Abdullahı evə ötürüb qayıdanda, sarayın yanında Zeydlə bir-birinə əl uzadıb görüşmüşlər. Sonra dağınıq ev olan yerə keçmişlər. Ona evdən zəng gəlmiş və o, kənarda durmuşdur. Zeyd Güləmiyə “mən 9 yaşlı qızla evlənsəm, mənə necə baxarsan?” demiş, o da “get evlən, gələrsən?” demişdir. Daha sonra Zeyd Güləmiyə kəllə atmış, Güləmi özünü qorumaq məqsədilə Zeydi tutmuşdur. Sonra ayaqları sürüşərək, yıxılmışlar və bir müddət sonra oradan uzaqlaşıb getmişlər. Gedəndən sonra onlar Güləminin tanışı İlkini görmüş və su almasını istəmişlər. O da alıb gətirmişdir. Güləmi ağızını yuyanda, Zeyd yenidən zəng vurmuş və “gəl, səninlə işim var” demişdir. O da Güləmi ilə getmiş, Zeyd orada Güləmidən halallıq istəmişdir. X12 nömrəsini istəmiş və Güləmi Abdullahın nömrəsini ona vermişdir. Daha sonra onlar evə getmişlər. Şahid2 ona verilən suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid1 ifadəsinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, bir-biri ilə uzlaşır, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisənin yaranması, sonrakı inkişafı, dərinləşməsi, hadisənin baş verməsi vəziyyəti, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirmə mexanizmi, xəsarətin xarakteri, habelə tərəflərin hadisədən sonrakı davranışları təqsirləndirilən şəxsin göstərdiyi hallarla üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə də məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxsin ifadəsi cinayət işnin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Yevlax RPŞ-nın növbətçi hissəsinin məsul növbətçisi, polis baş leytenantı Xudabaxış Rüstəmbəylinin 25 aprel 2024-cü il tarixli raportu ilə. Həmin raportda göstərilmişdir ki, 25 aprel 2024-cü il tarixdə, saat 01:05-də Yevlax RMX-nın qeydiyyatçısı Əhmədova telefonla məlumat verərək, Yevlax şəhəri, S.Musayev küçəsi, ev 24-də yaşayan 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarının ön divarının kəsilmiş deşilmiş yarası xəsarətilə Yevlax RMX-ya müraciət etmişdir. Deməsinə görə, tanıdığı şəxs ona bıçaqla xəsarət yetirmişdir (İ cild, i/v 03). Zərərçəkmiş şəxsin Yevlax RPŞ-nın rəisinə yazdığı 25 aprel 2024-cü il tarixli ərizəsilə. Zərərçəkmiş şəxs qeyd olunan ərizəsində bildirmişdir ki, 25 aprel 2024-cü il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs bışaqla bir dəfə qarın nahiyəsinədən vuraraq ona xəsarət yetirmişdir. Odur ki, Abdullahın barəsində qanuni tədbir görülməsini xahiş edir (İ cild, i/v 04). Yevlax RPŞ-nın məsul növbətçisi, polis baş leytenantı Xudabaxış Rüstəmbəylinin tərtib etdiyi təqsirini boynuna almaqla könüllü gəlmə haqqında 25 aprel 2024-cü il tarixli protokolu ilə. Həmin protokoldan müəyyən olunur ki, 25 aprel 2024-cü il tarixdə, saat 01 radələrində könüllü gələn şəxs Təqsirləndirilən şəxs Yevlax RPŞ-ya gələrək bildirmişdir ki, Yevlax şəhəri, Ə.Bayramov küçəsində tanışı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində bıçaqla bədən xəsarətləri yetirmişdir (İ cild, i/v 08). Təqdim edilmiş əşyanın götürülməsi və ona baxış keçirilməsi haqqında 25 aprel 2024cü il tarixli protokol və foto cədvəllə. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi bir ədəd qara rəngli tiyə və dəstək hissədən ibarət , ümumi uzunluğu 200 mm, tiyəsinin uzunluğu 90 mm, orta hissəsinin eni 22 mm, qalınlığı 2 mm olan bıçağı könüllü olaraq müstəntiqə təqdim etmiş, həmin bıçaq maddi sübut kimi qəbul edilərək götürülmüş və qeyd olunan bıçağın fotoşəkilləri çəkilərək, cinayət işinə əlavə edilmişdir (İ cild, i/v 12- 14). Hadisə yerinə baxış keçirilməsinə dair 25 aprel 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə. Həmin protokol və fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əli ilə Yevlax şəhəri, Ə.Bayramov küçəsində avtomobil yolunu göstərərək, 25 aprel 2024-cü il tarixdə, saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs onu yaşadığı mənzildən çıxarıb gətirdikdən sonra aralarındakı münasibətlərə aydınlıq gətirmək məqsədilə görüşən zaman yenidən aralarında mübahisə və dava yarandığından, həmin vaxt Zərərçəkmiş şəxs onu vuracağından qorxaraq özü ilə götürdüyü bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə endirdiyini və bundan sonra Zərərçəkmiş şəxs qaçaraq oradan uzaqlaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs hadisə yerində qanuni nümayəndəsi (anası) və müdafiəçisinin iştirakı ilə hadisəni törətdiyi yeri bilavasitə göstərmiş və buna dair fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (İ cild, i/v 44-49). Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 249 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət (qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası) deşici-kəsici təsirə malik alətin, ola bilsin yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətinə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə edilir (İ cild, i/v 49-50). Təqdim edilmiş əşyanın götürülməsi və ona baxış keçirilməsi haqqında 25 aprel 2024cü il tarixli protokolla. Həmin protokoldan müəyyən edilir ki, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş qara rəngli qısaqol köynəyin üzərində qəhvəyimtil rəngli qanabənzər ləkələr vardır. Köynəyin sol çiyni, sol qolluğu, sol yan hissəsi kəsilmiş vəziyyətdədir, köynəyin uzunluğu 560 mm-dir. Eyni zamanda, hadisə zamanı zərərçəkmiş şəxsin əynində olmuş bir ədəd qara rəngli maykanın üzərində də qəhvəyimtil rəngli qanabənzər ləkələr vardır. Maykanın sol qolluğu və sol yan hissəsi kəsilmiş vəziyyətdədir. Maykanın uzunluğu 630 mm-dir. İfadənin yerində yoxlanması haqqında 26 aprel 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllə. Həmin protokoldan görünür ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs X9 şəhəri, Ə.Səfərli küçəsində avtomobil yolunun orta hissəsini göstərərək, 2024-cü ilin aprel ayının 24-də, saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmiş və hadisə yerini əli ilə göstərmişdir. Bununla bağlı hadisə yerinin fotoşəkilləri çəkilərək, cinayət işinə əlavə edilmişdir (İ cild, i/v 92-94). Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 258 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Səfərli Abdulla bahadur oğlunda aşkar edilmiş xəsarət (sağ əlin birinci barmağının, dırnaq falanqasınınkəsilmiş yarası) deşici-kəsici təsirə malik alətin, ola bilsin yastı tiyə tipli bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir (İ cild, i/v 101). Məhkəmə trasoloji və məhkəmə soyuq silah ekspertizasının nəticəsinə dair xx.xx.2024cü il tarixli 3-16-16/2-3/746, 3/747 nömrəli rəyilə. Bu rəylə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş qısaqol köynəyin və maykanın səhtində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi və sayı göstərilməklə təsvir edilmiş zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin qısaqol köynəyin və maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən, həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qısaqol köynəyin və maykanın material xüsusiyyətlərindən aslı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından, onların səhtində olan zədələrin yaranma mexanizmini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş qısaqol köynəyin və maykanın səthində olan zədələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X5» X10 xx.xx.2024-cü il tarixli 249 №-li ekspert rəyində göstərilmiş bədəndəki «qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası» xəsarətilə nisbi uyğunluq təşkil edir (İ cild, i/v 149-150). Məhkəmə kollegiyası aparılmış ekspertizaların nəticələrinin düzgünlüyünə və obyektivliyinə şübhə etməyə əsaslar tapmır, çünki həmin rəylər böyük iş stajına malik olan ekspertlər tərəfindən icra edilmiş, lazımi şəkildə rəsmiləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış, nəticələri aydın və başa düşüləndir, işin həqiqi halları və materialları, istintaq hərəkətləri və digər sənədlərlə uzlaşır. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasında təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 126.1-ci maddəsilə tövsif etməyə imkan verir. Çünki, o 24 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs ilə aralarında məişət mövzusunda şəxsi münasibətlər zəmnində baş vermiş mübahisədən sonra yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün görüşə dəvət etmiş, Təqsirləndirilən şəxs özü ilə yaşadığı evdən qatlanan bıçaq götürərək 25 aprel 2024-cü il tarixdə, saat 01 radələrində Yevlax şəhəri, Ə.Bayramov küçəsinə gələrək, həmin küçədə Zərərçəkmiş şəxs ilə aralarında davam edən mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiqini tapmışdır. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarına olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 294 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs şizotip şəxsiyyət pozuntusu ilə xbt-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı – 10-cu baxış) F2.0 xəstəliyi keçirməsinə baxmayaraq, hadisə zamanı həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan, o, hadisə zamanı öz hərəkətlərinə qiymət vermək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda tibbi xarakterlik məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur (İ cild, i/v 152-153). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmə kollegiyasında onun psixi tamlığına şübhə yoxdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 126.1-ci maddəsilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinsipdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(039)-68/2023 nömrəli hökmünün surətindən və DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza CM-in 70-ci maddəsinə əsasən, bir il sınaq müddətilə şərti olaraq tətbiq edilmişdir (İ cild, i/v 120, 128- 132). Digər tərəfdən, məhkəmə istintaqında tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 4(039)-42/2024 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barədə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, iş vər. 84-86). Bundan başqa, məhkəmədə tədqiq edilmiş (İ cild, i/v 123) Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Yevlax rayonu üzrə şöbəsinin nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Yevlax rayonunda yaşadığı müddət ərzində özünü intizamlı və zəhmətsevər bir insan kimi göstərmişdir. Abdulla Səfərli yaşadığı ərazidə qonşuları, dostları arasında mədəni, mehriban və qayğıkeş bir gənc kimi özünə hörmət qazanmışdır. Dövlət tərəfindən məcburi köçkünlərə verilən güzəşt və imtiyazlardan istifadə etmişdir. Təqsirləndirilən şəxs barədə nümayəndəliyiə heç bir ərizə və şikayət daxil olmamışdır. Göstərilənlərlə yanaşı, təqsirini boynuna almaqla önüllü gəlmə haqqında 25 aprel 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə, saat 01 radələrində Yevlax RPŞ-ya könüllü gəlib təslim olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs məhkəmə kollegiyasında ifadə verərkən, həmçinin yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan ödənilmiş və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbləri yoxdur. Cinayət işindən göründüyü kimi, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir, cinayəti törətdikdən sonra könüllü olaraq polisə təslim olmuş və zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmişdir. Belə vəziyyətdə məhkəmə kollegiyası CM-in 59.1.2, 59.1.10, 59.1.12 və 59.2-ci maddələrinə əsasən, bu halları təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza CM-in 70-ci maddəsinə əsasən, bir il sınaq müddətilə şərti olaraq tətbiq edilmişdir. Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 128571/2 nömrəli məktubundan isə müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, iki il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək bir il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab olunan məhkum, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın xx.xx.2024-cü il tarixədək 11 ayını çəkmiş, 01 ayı isə çəkilməmiş qalmışdır ( İ cild, i/v 146). CM-in 61.1.1-ci madəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Lakin həmin Məcəllənin 18.4.2-ci maddəsində göstərilir ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan əlavə, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 06 nömrəli qərarının 13-cü bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin olunarkən nəzərə almaq lazımdır ki, CM-in 18.4-cü maddəsinə müvafiq olaraq 18 yaşınadək törədilmiş cinayətlərə görə, o cümlədən götürülməmiş və ya ödənilməmiş məhkumluqlar cinayətlərin residivinin müəyyən olunması zamanı nəzərə alınmır. Bu, şəxsin yetkinlik yaşına çatmadığı vaxt törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi hallarına da aiddir. Ona görə də işin bu halı Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması kimi qiymətləndirilə bilməz. İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsilə təqsirləndirilir. CM-in həmin maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. "Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 06 nömrəli qərarının 111-ci bəndində isə məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs bundan əvvəl təhsil aldığı Yevlax şəhəri 8 saylı orta məktəbin inzibati binasının 3-cü mərtəbəsində yerləşən 9 d sinif otağında özü ilə məktəbə gətirdiyi soyuq silah hesab olunmayan bıçağı çıxardıb əlində saxlayaraq, nümayiş etdirən zaman həmin məktəbin 10-cu sinif şagirdi X1 bıçağı onun əlindən almaq istəməsini bəhanə edib qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə Turan Teymurovun üzərində zor tətbiq edilməsilə müşaiyət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və bu əməlinə görə, o, CM-in 221.3-cü maddəsilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, həmin cəza bir il sınaq müddətilə şərti hesab olunmuş və beləliklə o, real cəza çəkməmişdir. Bundan sonra isə hazırkı ağır zorakı cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs islah və yenidən tərbiyə olunması və törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmaması qənaətinə gəlir və ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını əsaslı hesab edir. Bununla belə, məhkəmə kollegiyası iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən kifayət qədər halların olmasını əsas götürərək onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini mümkün hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-in 59.1-ci maddəsinə əsasən, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar hesab olunur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməldən səmimi olaraq peşman olduğunu bildirməsi və buna görə özünü məzəmmət etməsi yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Çünki, CM-in 59.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. O da qeyd olunmalıdır ki, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X14 Poliklinika şöbəsinin müdiri Məhərrəm Gülməmmədov və həkim-psixiatr Əli Əliyev tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli PHŞ-2848/2024 nömrəli arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yexlar RMX-nın psixonevroloji kabinetində dispanser müşahidəsində dayanır və xx.xx.2023 və 04 noyabr 2023-cü illərdə “Şizotipik pozuntu” diaqnozu ilə ambulator müalicə almışdır (l cild, i/v 100). Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi, belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılığını bildirməsi, zərərçəkmiş şəxslə barışması onda mənəvi və ictimai dəyərlərə hörmət hissinin qorunub saxlandığına dəlalət etməklə, tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Şəxsin əməlindən peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə bunların əhəmiyyəti ondadır ki, bu hallar cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi əmələ münasibəti islah olunmaq perspektivləri haqqında düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Əməlin etiraf olunması ilə peşmançılıq hissinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olub onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olmasına dəlalət edən haldır. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilmsi öz növbəsində onu əhatə edən insanların təqsirləndirilən şəxsi kriminal ünsür kimi sıradan çıxarmadıqlarına və onun islah olunacağına dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Bu baxımdan yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi CM-in fundamental prinsiplərindən olan ədalət və humanizim pirinsipi baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyasının fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs barədə CM-in 62-ci maddəsinin tətbiq olunması və ona təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza təyin olunması üçün əsas ola bilər. CM-in 62.1-ci maddəsinə sasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür olur ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi. Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. İşdən görünür ki, cinayət şəxsi münasibətlər zəminidə yaranmış mübahisənin davamı olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi gecə saat 01 radələrində “söhbətə” çağırmasından sonra baş vermişdir. Yəni, görüşə çağırılan təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə mübahisəsinin dərinləşəcəyini, zərərçəkmiş şəxsin bundan əvvəl təqsirləndirilən şəxsin dostu Şahid1 vurub dişini sındıraraq ona yüngül bədən xəsarəti yetirməsini bilib, qarşılıqlı davalarının olacağını fikirləşərək, zərərçəkmiş şəxsə məğlub olmamaq və onu cəzalandırmaq məqsədilə özü ilə bıçaq götürmüş və zərərçəkmiş şəxslə mübahisə zamanı bıçaqla onu vurmuşdur. Cinayətin törədilməsində rolu bundan ibarət olan Təqsirləndirilən şəxs cinayətin törədilməsindən sonra törətdiyi əməldən peşman olaraq polisə könüllü təslim olmuş, zərərçəkmiş şəxslə barışaraq onun müalicə edilməsi üçün tələb olunan maddi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ixtisaslı tibbi müalicəsi onun tam sağalması ilə nəticələnmişdir. Məhz bu səbəbdən hazırda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi qalmamışdır. Qeyd olunan davranışlarla cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalmışdır. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barədə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az, yəni iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 70-ci maddəsi tətbiq edilmiş bir il sınaq müddəti ləğv edilməli və CM-in 67.1-ci maddəsinə əsasən, yeni təyin olunan cəza təqsirləndirilən şəxsə təyin olunmuş əvvəlki cəza ilə birləşdirilərək qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır (Həmin Məcəllənin 67.4-cü maddəsi). Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Abdulah Səfərlinin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 126.1-ci maddəsilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin cəzanın CM-in 67.1-ci maddəsinə uyğun olaraq, ona Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi yolu ilə qəti olaraq iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın məna və fəlsəfəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəti olaraq iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 25 aprel 2024-cü il tarixdən hesablanmalı və o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Çünki, CM-in 85.5.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. CPM-in 197.1.4 və 198.1-ci maddələrnə əsasən, mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqq kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Ona görə də, iş üzrə ekspertiza xəci olan 180 manat təqsirləndirilən şəxsdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir (l cild, i/v 148). İş üzrə maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd mayka məhv edilməlidir. İş üzrə mülki iddia, müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 71.5-ci maddəsinə uyğun olaraq, şərti məhkum etmə ləğv edilsin və CM-in 67.1-ci maddəsinə əsasən, bu cəza Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(039)-68/2023 nömrəli hökmü ilə CM-in 221.3-cü maddəsilə təyin edilmiş və çəkilməmiş qalan iki il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Yevlax RPŞ-da saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd mayka məhv edilsin. İş üzrə bir yüz səksən manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-215/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-215/2024
26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver