Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-215/2025 05.03.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2 və 234.4-1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 66.3-cü maddələrinə əsasən 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşya tətbiq edərək hücuma məruz qalmış şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli zor tətbiq edərək basqın edib quldurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə və özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyrirəsmi nikah münasibətlərində olduğu X4 anası, Oğuz rayonu, Bayan kənd sakini Zərərçəkmiş şəxs pul vəsaitini ələ keçirmək məqsədi ilə 2014-cü ilin may ayında istintaqa məlum olmayan şəxs və ya şəxslərlə Zərərçəkmiş şəxs yaşadığı evə basqın etmək üçün qabaqcadan əlbir olaraq, üzlərinin tanınmaması məqsədi ilə parça materialından olan papaqda görmək və nəfəs ala bilmək üçün dəliklər açıb hazırlayaraq maskalanmaqla, 21 may 2014-cü il tarixdən 22 may 2014-cü il tarixə keçən gecə özünün istifadəsində olan “Vaz 2107” markalı **-KL-*** dövlət qeydiyyat nömrəli avotomobil ilə Oğuz rayonu, Bayan kəndinə gələrək 22 may 2014-cü il tarixdə gecə saat təxminən 03 radələrində əvvəlcə Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə qanunsuz daxil olaraq, sonra sonuncunun yaşadığı evin plastik materialından olan qapısına başqa alətlə güc tətbiq etməklə, həmin qapını açıb qanunsuz olaraq evə daxil olaraq, evin otaqlarında pul və qiymətli əşyaları axtararaq, evin ikinci mərtəbəsindəki otaqda, masanın üzərində olan pul qabından iki ədəd 50 manatlıq pul əskinaslardan ibarət olmaqla 100 manat pulu aşkar edərək gizli yolla talamışlar, sonra daha çox əmlak ələ keçirmək məqsədi ilə özlərinin cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs yatdığı otağa daxil olaraq, sonuncunu yuxudan oyadıb ona hücum edərək, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib, qollarını sıxıb otaqda olan divanın qol hissəsində saxlayıb, yapışqan lentlə ağzını bağlayaraq Zərərçəkmiş şəxs sol çiyin oynağının ön və arxa səthinin oval formalı qançırları kimi sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, əllərində olan silah qismində istifadə etdikləri metal materialdan olan istintaqa məlum olmayan aləti nümayiş etdirərək Zərərçəkmiş şəxs daha ağır xəsarət yetirəcəkləri hədəsi ilə sonuncudan evdə saxladığı pulların yerini göstərməsini tələb etmiş, sonuncu pulları saxladığı yeri onlara göstərmək istəyərkən yaranmış səs-küyə həmin evin ayrıca girişi olan otağında yaşayan Zərərçəkmiş şəxs övladı X17 anasının olduğu otağa gəldiyi üçün, o və qabaqcadan əlbir olduğu şəxs əllərində olan istintaqa məlum olmayan yuxarıda qeyd olunan alətdən silah qismində istifadə edərək sonuncunun baş nahiyəsinə vurub onun müqavimətini qıraraq Sahib Manafovun alının ön səthinin əzilmiş cırılmış yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib quldurluq cinayət əməlini törətmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, bu cinayət işi ilə onun heç bir əlaqəsi yoxdur. O, hadisə baş verən gün Qəbələ rayonuna üç nəfər gətirmiş, onlardan ikisi qadın, bir nəfər isə kişi olmuşdur. O, həmin şəxsləri Qəbələnin kəndinə apardıqdan sonra çıxıb getmişdir. Bundan iki gün sonra isə ona guya avtomobillə adam vurduğunu deyərək Xırdalan Şəhər Polis İdarəsinə dəvət etmişlər və o, həmin polis şöbəsinə getmişdir. Xırdalan Şəhər Polis İdarəsində olarkən Oğuz Rayon Polis Şöbəsinin əməliyyat müvəkkiləri onu oradan Oğuz Rayon Polis Şöbəsinə gətirmişlər və ona beş gün fiziki təzyiq göstərmişlər ki, hadisəni boynuna alsın. Ondan qeyd olunan yerə hansı məqsədlə gəldiyi soruşulduqda o, gəlmə səbəbini müstəntiqə izah etmişdir. İbtidai istintaq zamanı ekspertiza üçün ondan ağız suyu götürülmüş və guya ondan götürülmüş ağız suyu ilə hadisə yerindən tapılmış papaqdan götürülmüş nümunələr üst-üstə düşmüşdür. Halbuki onu saxlayıb Oğuz Rayon Polis Şöbəsinə gətirib döyən zaman “baxaq görək bu maska sənin başının ölçüsünə uyğun gəlirmi” deyərək papağı onun başına keçirtmişlər. O ağız suyunu verdikdən sonra başa düşmüşdür ki, ondan götürülmüş ağız suyu papağa yaxılmışdır. Ona görə həmin ekspertiza rəyi həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 22 may 2014-cü il tarixdə Oğuz rayonunun Xaçmaz kəndində olmamışdır. Onun həmin gecə avtomobilindəki şəxsləri düşürtdüyü kənd həmin kəndə yaxın ərazidə yerləşir. O, həmin şəxsləri Qəbələ rayonuna taksi kimi aparmamışdır. O, Xırdalan dairəsi adlanan yerdə yerləşən kafedə bir xanımla tanış olmuş, iki-üç gün keçdikdən sonra həmin xanım ona rəfiqəsini və rəfiqəsinin oğlan dostunu rayona aparmaq lazım olduğunu demişdir. Buna görə o, tanış olduğu xanımla birlikdə onun rəfiqəsini və rəfiqəsinin dostunu həmin yerə aparmış, sonra isə geri qayıtmışlar. Həmin şəxsləri ya İsmayıllı, ya da Qəbələ rayonunun ərazisində gecə saatlarında düşürtmüşdür, amma saat neçədə düşürtdüyünü dəqiq xatırlamır. O, yalnız münasibətdə olduğu xanımın adının Şəbnəm olduğunu xatırlayır, digərlərinin adlarını xatırlamır. Hadisədən əvvəl oğurluqla bağlı məhkumluğu olmuş, hadisədən beş ay əvvəl, yəni 2023-cü ilin dekabr ayında azadlığa çıxmış, məntəqə rejimli cəzaçəkmə müəssisəsinə keçirildiyi üçün həftədə bir-iki dəfə həmin müəssisəyə baş çəkmişdir. Polis əməkdaşlarının onun başına keçirdiyi papağın göz yerləri olmuşdur. Zərərçəkmiş şəxsləri tanımış, onlar həmin vaxtlar onun münasibətdə olduğu Yaqut adlı qadının ailəsidir. O, hadisədən əvvəl 2014-cü ildə Oğuz rayonun Bayan kəndində həmin evdə olmuşdur. Onun həmin vaxt “VAZ 2107” markalı yaş asfalt rəngli avtomobili olmuşdur. Həmin gecə Bakıya geri qayıdan zaman avtomobilinin təkəri partlamış və o, yolda bir nəfər şəxsdən ehtiyat təkər götürərək avtomobilin təkərini dəyişmiş və həmin zaman çəkicdən istifadə etmişdir. Çəkic bir alət kimi həmişə avtomobildə olmuşdur. Bakı şəhərinə gecə saatlarında qayıtmışdır. Polis şöbəsində onu guya polisə müqavimət göstərməyi ilə bağlı məhkəməyə çıxartmışlar və məhkəmədən ona bir ay həbs istənilmişdir. O, həmin vaxt hakimdən onunla ayrıca görüşməsini xahiş etmiş və hakim onu ayrıca olaraq qəbul etdikdə hakimə polis əməkdaşları tərəfindən cinayət işinin üzərinə yüklənməsi üçün Bakıdan gətirildiyini bildirmişdir. Hakim də ona 5 günlük həbs vermiş və ona hər gün yoxlama göndərəcəyini bildirmişdir. Onu məhkəmədən gətirdikləri gün də döymüşlər, sifətində xəsarətlər yaranmışdır. Polis əməkdaşları yoxlama gələcəyini əvvəlcədən bildikləri üçün ona 5 günlük həbs müddəti bitdikdən sonra sərbəst buraxılacağını, amma xəsarətlərinin olması barədə yoxlamaya heç nə deməməsini bildirmişlər. O da yoxlama gələndə yıxıldığı üçün xəsarət aldığını bildirmişdir. Polis şöbəsində onun başına keçirilən papaq qara rəngli olmuşdur. Başına papaq keçirilən zaman döyüldüyü üçün tərli vəziyyətdə olmuş, buna görə ağız suyu və sair papağa dəymiş ola bilərdi. O, qeyd etdiyi şəxsləri kəndə gətirən zaman həmin ərazini yaxşı tanımadığı üçün kəndin hansı rayonun ərazisinə düşdüyünü bilməmişdir. O, Yaqutun anasıgildə bir-iki dəfə olmuş, onun qardaşlarını da tanımışdır. O, başqa cinayət işi bağlı həbsdə olduğu zaman onu Oğuz Rayon Polis Şöbəsinə gətirmişlər. “VAZ 2107” markalı avtomobil onun olmuş, amma o, həmin avtomobili Yaqutun oğluna satmışdır. O, hadisə baş verən gün Yaquta və Rövşənə tanışının Sabirabad rayonunda qəzaya uğraması ilə əlaqədar Sabirabad rayonuna getdiyini bildirmişdir. Çünkü Yaqutun həmin vaxt onun başqa qızla olduğunu bilməsini istəməmişdir. Nəyə görə İsamayıllı və ya Qəbələ rayonuna deyil, məhz Sabirabad rayonununa getdiyini deməsinin səbəbini bilmir, ağlına gələn ilk rayon Sabirabad rayonu olduğu üçün onu demişdir. Həmin vaxtlar istifadəsində olan mobil telefon nömrəsi barədə polis əmkdaşlarına özü məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, X5, arvadı X6 və iki azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Oğuz rayon sakini Zərərçəkmiş şəxs qızı, X9 2008-ci ildən tanıyır. Əvvəllər onunla bir müddət birlikdə yaşamış və yaxşı münasibətləri olmuşdur. Əvəllər aralarında hər-hansı mübahisə və ya dava-dalaş baş verməmişdir, ədavət və ya düşmənçilikləri yoxdur. X21 şəhərində, iki oğlu, Şahid2 və X15 ilə birlikdə yaşamışdır. Yaqutun oğlanları ilə də yaxşı münasibəti olmuşdur. Yaqut ərindən uşaqları balaca olarkən boşanmışdır. 2010-cu ilin may ayında cinayət törətdiyinə görə məsuliyyətə cəlb olunmuş və 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını Binə qəsəbəsində yerləşən 17 nömrəli cəzaçəkmə müəssisəsində çəkmişdir. 2013-cü ilin dekabr ayında azadlığa çıxandan sonra da Yaqutla əlaqə saxlamış və tez-tez onun evində qalmışdır. Azadlığa çıxdıqdan sonra VAZ-21074 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomaşın almış və həmin avtomaşın bankda kreditdə olmuşdur. Qeyd olunan hadisədən 2 ay qabaq Rövşən ona maşın almaq istədiyini bildirmiş, o da öz maşınını ona satmaq qərarına gəlmişdir. Onlar razılaşmışlar ki, Rövşən ona 3000 manat pul versin, daha sonra isə maşının banka olan kredit borcuna görə aylıq ödənişləri etsin. Rövşən ona 1500 manat pul vermişdir. Maşının da banka olan kredit ödənişində 2 ay gecikmə olduğuna görə Rövşənə həmin 500 manatı banka keçirtməsini xahiş etmişdir. Bundan sonra Rövşən ona 1000 manat pul verməli olmuşdur. O maşını alarkən maşın girov olduğuna görə sahibindən qardaşı Afiq Şirəliyevin adına mülki etibarnamə almışdır. İlk əvvəl Rövşənə etibarnamə verə bilmədiyinə görə maşını ondan götürmüşdür. Sonradan qardaşı Afiq Şirəliyevin adından Rövşənə mülki etibarnamə vermış, maşını da özünə qaytarmışdır və ona bildirmişdir ki, nə vaxt pulu olsa ona olan 1000 manat borcunu ödəyər. O özünə maşın lazım olanda Rövşəndən və ya qardaşı Caviddən həmin maşını götürüb işlərini görmüş, daha sonra isə geri qaytarmışdır. 21 may 2014-cü il tarixdə Müşviqabad qəsəbəsinə getmək üçün Rövşəndən maşını götürmüşdür. Qəsəbədə maşının içini təmizlətdirmişdir. Həmin vaxt əvvəlcədən tanıdığı, adını Aypara kimi bildiyi qız zəng edərək ona işi düşdüyünü bildirmiş və ondan soruşmuşdur ki, İsmayıllı rayonuna gedib-gələ bilərikmi. Ondan nə üçün İsmayıllı rayonuna getdiklərini soruşmuş, Aypara ona tanışı bir qızla oğlanı ora aparacaqlarını, özünün də onunla gedibqayıdacağını bildirmişdir. O da buna razılıq vermiş və Ayparanı, həmçinin əvvəlcədən tanımadığı, adlarının sonradan Aysel və Ruslan olmasını bildiyi şəxsləri Sulutəpə qəsəbəsindən götürmüşdür. Həmin vaxt saat 17 radələri olmuşdur. Onlar oradan İsmayıllı rayonuna gəlmişlər. İsmayıllı rayonunda yol kənarında, adını bilmədiyi bir restoranda oturmuşlar. Daha sonra isə sonradan tanıdığı Ruslan və Aysel adlı şəxsləri İsmayıllı rayonunda adını bilmədiyi bir kənddə, poçt binasının qarşısında düşürmüşdür. Onlar İsmayıllı rayonundan çıxanda saat 23 radələri olmuşdur. Şamaxı rayonunun ərazisində maşının arxa təkəri buraxmış, ehtiyat təkəri olmadığına görə təxminən 2 saat yolda qalmışdır. Yoldan keçən tanımadığı “VAZ-2106” markalı maşının sürücüsü ehtiyat təkərini ona vermişdir. Həmin şəxslə birlikdə Müşviqabad qəsəbəsinə gəlmiş, öz evindən təkər götürərək maşının təkərini dəyişmiş və aldığı təkəri sahibinə qaytarmışdır. Daha sonra isə Sulutəpə qəsəbəsinə gedərək Ayparanı düşürtmüşdür. Oradan isə Xırdalan şəhərinə gəlmişdir. Həmin vaxt saat 06-07 radələri olmuş və artıq hava açılmışdır. O, Yaqutun evinə getmiş, qapını Rövşən açmış, o da evə girib divanda yatmışdır. Bundan sonra o, 26 may 2014-cü il tarixdə Rövşəndən maşını götürmüşdür. Həmin gün onu Xırdalana, polis şöbəsinə çağırmışlar. O da bununla əlaqədar ora getmişdir. Həmin vaxt Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları da orada olmuş, onun ifadəsinin alınması zərurəti ilə əlaqədar Oğuz rayonuna getməli olduğu izah olunmuşdur. O da polis əməkdaşları ilə birlikdə Oğuz rayonuna gəlmiş və orada ifadə vermişdir. Sonradan 2015-ci ildə ailə həyatı qurduqdan sonra Yaqutla əlaqəni kəsmiş və onun hal-hazırda harada olması barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs, onun oğlanları X12 və Şahid1 tanıyır. O məhkum edilməmişdən əvvəl 4-5 dəfə Yaqutla birlikdə onların evində olmuşdur. Yaqut onu həmin şəxslərə sürücü kimi təqdim etmişdir. Sonuncu dəfə isə qeyd edilən cinayət hadisəsi baş verməmişdən təxminən iki ay qabaq Yaqut, Rövşən və onun tanışı Amalya ilə birlikdə Zərərçəkmiş şəxs evinə getmişdir. Onlar orada təxminən 10 dəqiqə dayanmışlar. Həmin vaxt Rəşad da ora gəlmiş və Rəşad onların gəlmələrindən narazı olduğuna görə də onlar evdən çıxaraq Bakıya qayıtmışlar. Rövşəndən 21 may 2014-cü il tarixdə maşını götürdükdən sonra, tanışının Sabirabad rayonunda qəzaya uğraması ilə əlaqədar Sabirabad rayonuna getməyini bildirməsinə səbəb həmin gün əvvəlcə Yaqutun Amalya ilə birlikdə ona zəng edib harada olduğunu soruşanda qızla olduğuna görə ona yalandan Sabirabad rayonuna getdiyini bildirməsi olmuşdur. Bundan sonra isə Rövşən ona zəng edib harada olduğunu soruşmuş, ona da eyni cür məlumat vermişdir. Çünki Yaqutla birlikdə yaşadıqlarından onun başqa qızla olmağını öyrənməsini istəməmişdir. "xxxx" MMC-dən daxil olmuş məlumatlarda onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonun xx.xx.2014-cü il tarixdə saat 01:42-də Oğuz rayon Xaçmaz kəndində yerləşən stansiyada qeydiyyata düşdüyü göstəriləsə də, həmin vaxtı onun nömrəsi ilə Amalyanın ***-***-**-** saylı nömrəsindən Yaqut əlaqə saxlamışdır. Lakin o həmin gün İsmayıllı rayonuna gələrək oradan da Bakıya qayıtmışdır. İsmayıllıdan sonra heç bir rayona getməmişdir. Telefonu da özündə olmuş, heç kimə verməmişdir. "xxxx" MMC-dən daxil olmuş sənədlərdə onun nömrəsinə Oğuz rayonu ərazisində zəng gəlməsinin göstərilməsinin səbəbini bilmir, həqiqətən də həmin gün Oğuz rayonuna gəlməmişdir. Rövşən və Cavid Baxışov qardaşları ifadələrində həmin gün maşını qaytardıqdan sonra maşının yük yerində tutacağı dəmirdən olan çəkic aşkar etdiklərini, həmin çəkicin əvvəlcədən maşında olmadığını göstərsələr də, maşında çəkic olmasından xəbəri olmamışdır. Maşının yük yerinə ehtiyat təkər qoyarkən də orada çəkic olmasını görməmiş, maşına həmin vaxt hər hansı alət qoymamışdır. Rövşən və Cavid Baxışov qardaşıları ifadələrində maşını qaytardıqdan sonra maşının sürücü tərəfdə, qabaq tərəfdə və sağ arxa tərəfdə olan ayaqaltı rezinlərin üzərində izlərin olduğunu, sol arxa oturacağın ayaqaltı rezinin isə təmiz olduğunu göstərsələr də, onlar maşında 4 nəfər olmuşlar. Aypara adlı qız Sulutəpə qəsəbəsində yaşamış və Xırdalan dairəsi adlanan yerin yaxınlığında adını xatırlamadığı kafedə işləmişdir, onunla elə həmin kafedə tanış olmuşdur. Aypara ilə əvvəllər bir neçə dəfə intim münasibətdə olmaq üçün görüşmüşmüşdür. Onun hal-hazırda harada olması barədə məlumatı yoxdur. Ruslan və Aysel adlı şəxslər Ayparanın tanışları olmuşlar, onları elə bir dəfə İsmayıllıya aparanda görmüşdür. Sonradan həmin şəxslərlə heç bir əlaqəsi olmamışdır və onların harada olduqlarını bilmir (cild 2, iş vərəqə 24-28). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, hadisə uzun illər öncə baş vermişdir. Həmin zaman qaranlıq olduğundan hadisənin kimlər tərəfindən törədildiyini bilmir. Ümumiyyətlə, hadisə zamanı onun evindən heç nə oğurlanmamışdır. Həmin vaxt onun evinə iki nəfər şəxs daxil olmuş, lakin onların kim olduqlarını bilməmişdir. Hadisə zamanı onun ağzını zorla yapışqan lentlə bağlamaq istəməmişlər. Evinə daxil olan şəxslər ondan pul istəmişlər, amma o, pulunun olmadığını dedikdən sonra çıxıb getmişlər. Həmin şəxslərin onun evinə nə məqsədlə gəldiklərini bilmir. Hadisə günü oğlu Sahibin gəlməsini xatırlamır. O, Təqsirləndirilən şəxs tanımır, onu görməmişdir. Təqsirləndirilən şəxs onun qız Yaqutla münasibətdə olub-olmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs Yaqutla birlikdə onların evinə gəlməmişdir. Hadisə vaxtı onun oğlu Sahibə xəsarət yetirilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Bayan kəndində oğlanları Sahib və Rəşadla birlikdə yaşayır. Lakin münasibətləri yaxşı olmadığından onlar evin ayrı-ayrı otaqlarında qalırlar. O isə evin əsas hissəsində birinci mərtəbədə qalır. Yataq otağının qarşısındakı dəhlizdə ikinci mərtəbəyə qalxmaq üçün pilləkən vardır. xx.xx.2014-cü il tarixdə təqaüd kartını qonşusu Şahid3 vermiş və ondan xahiş etmişdir ki, onun təqaüdünü bankomatdan çıxardaraq ona versin. Həmin gün saat 22:30 radələrində Əlövsət yaşadığı evin həyətinə gələrək pulu ona vermişdir. Bundan bir az sonra o, yataq otağına gedərək yatmışdır. Gecə saat 03 radələrində evdən səs-küy gəldiyi üçün yuxudan ayılmış və otaqdan çölə çıxmışdır. Bu zaman görmüşdür ki, evin plastik materialından olan qapısı açıqdır və həyətdə, qapının qarşısında iki nəfər var. Həmin şəxslər onu görən kimi üstünə hücum etmişlər və onu otağına salmışlar. Onların üzüzndə maska olmuşdur. Həmin şəxslərdən biri onu arxadan qucaqlayaraq qollarını sıxıb otaqda olan divanın qol qoyan hissəsində saxlamışdır. Əli ilə ağzını tutaraq yapışqan lentlə ağzını bağlamağa çalışmış, onu hədələyərək demişlər ki, “bizə pulun yerini de sənə heç nə etməyək”. Evə daxil olan şəxslərdən biri onu saxlamış, digəri isə otaqda pul axtarmışdır. Həmin vaxt onları bir təhər başa salmışdır ki, ağzını buraxsın onlara pul versin. Çünki qonşusu Əlövsətin ona gətirdiyi 287 manat pul yataq otağında balıncın altında olmuşdur. Onlara pulu vermək qərarına gəlmiş və həmin pulu onlara vermək istəyərkən Sahibin giriş qapısından içəri girdiyini görmüşdür. Bu zaman həmin iki nəfər şəxs otaqdan qaçmış, qaçarkən də oğlu Sahibin başını hansısa alətlə vuraraq yarmışlar. Bundan sonra onlar qonşu Rəhim Mustafayevlə əlaqə saxlayaraq baş vermiş hadisə barədə onlara demiş, onlar da bu barədə polis şöbəsinə məlumat vermişlər. Bir qədər sonra isə polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, evinə daxil olmuş şəxslər əvvəlcədən də ikinci mərtəbədəki stolun üzərində olan pul qabının içərisindən iki ədəd 50-lik pul əskinasını da götürmüşlər. Həmin şəxslər otaqda olan şkafları da dağıtmışdılar. Həmin otaqda, şkafın içərisində selofan torbaya parçanın arasına bükərək 1000 manat pul qoymuşdu. Lakin evə daxil olan şəxslər həmin pulu tapa bilməmişlər. Bundan sonra onlar məcbur olub aşağı düşmüşlər. O, oyandığına görə də onun üzərinə hücum edərək onlara pul verməyini tələb etmişlər. Həmin şəxslər onun çiyinlərini və qollarını sıxmış, saçlarını yolmuş və onu hədələyərək pul tələb etmişlər. Ona “bizə pul versən sənə heç nə etməyəcəyik və pulu götürüb gedəcəyik” demişlər (cild 1, iş vərəqə 94). Ölmüş zərərçəkmiş şəxs X17 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Oğuz rayonu, Bayan kəndində anası Zərərçəkmiş şəxs və qardaşı Şahid1 ilə birlikdə yaşayır. 22 may 2014-cü il tarixdə gecə saat 03-04 radələrində öz otağında yatan vaxt anası Gülübətin yatdığı otaqdan səs-küy gəldiyini eşitmişdir. Əvvəlcə anasının çay qoyduğunu fikirləşmiş, lakin sonradan diqqətlə qulaq asaraq anasının səsinin gəldiyini eşitmişdir. Narahat olaraq arxasında işığı olan alışqanı və baltanı götürərək anasının yatdığı birinci mərtəbədəki otağa getmiş, qapının açıq olduğunu görüb içəri daxil olmuşdur. Alışqanın işığını yandırdıqda bir nəfər onun yanından keçmişdir. Daha bir nəfər isə divanın qol qoyan yerində oturaraq anasının ağzından tutmuşdu. Həmin şəxs də dərhal qaçaraq otaqdan çıxmaq istəmişdir. Onun dalınca gedərkən otağın giriş qapısında onun alnına hansısa alətlə zərbə vurmuşdur. O, da həmin şəxsə bir neçə dəfə əlindəki balta ilə zərbə atmışdır. Balta zərbəsi onun əlindəki alətə dəyərkən səsdən həmin alətin dəmir olduğunu hiss etmişdir. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. O, anasından nə baş verdiyini soruşduqda anası səs-küyə yuxudan oyandığını, bu zaman həmin şəxslərin evdə olmasını gördüyünü, onun ağzını tutaraq pulun yerini soruşduqlarını bildirmişdir. Bundan sonra otaqlara baxaraq ikinci mərtəbədəki otağın əşyalarının da dağıdıldığını görmüşdür. Anası ev telefonundan qonşuluqda yaşayan Mahidə Mustafayevaya zəng etmiş, bir qədər sonra isə evə polis əməkdaşları gəlmişdir. O, evdə iki nəfər olduğunu görmüş, otaq qaranlıq olduğundan və həmin şəxslər üzlərini bağladıqlarından onların üzünü görə bilməmişdir (cild 1, iş vərəqə 173). Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 göstərdi ki, hadisə olan zaman o, şəhərdə yaşamışdır. Ona zəng edib hadisə barədə məlumat vermişlər, o da hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda orada çoxlu insanların olduğunu görmüşdür. O, hadisə barədə öyrənən zaman bilmişdir ki, evə daxil olan şəxslər onun anası Gülubətin qollarını sıxmışlar və armaturla qardaşı Sahibi vurmuşlar. Həmin şəxslərin üzləri bağlı olmuşdur. O, Təqsirləndirilən şəxs tanımır, onu anasının evində görməmişdir. Hadisə yerində ona bildirmişlər ki, Zaqatala rayonuda oğurluqla məşğul olab bir qrup peyda olmuş və həmin Oğuz rayonuna da gəlib çıxmışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onu ilk dəfə burada görmüşdür. X29 Şirəliyevlə münasibətinin olması barədə onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, hadisə günü yatarkən qonşusu Rəhim ona zəng edərək anasıgilin evinə oğru girdiyini bildirmişdir. O, anası Gülübətin və qardaşı Sahibin yaşadığı evə getmiş və həmin vaxt onların narahat vəziyyətdə olduqlarını, qardaşı Sahibin baş nahiyyəsindən qan axdığını görmüşdür. Qardaşının deməsinə görə hadisəni törədən şəxslər 3 nəfər olmuşlar. O, həmin gün anasıgilin evinin həyatyanı sahəsində darvazadan çöldə böyük ölçülü bir papaq tapmışdır. Papağın maska formasında olub-olmadığına fikir verməmişdir. Evə daxil olan şəxslərin üzlərində maska olub-olmaması barədə anasının və ya qardaşının nəsə deməsini xatırlamır. Həmin papağı polis əməkdaşları götürüb aparmışlar. O, həmin gün anasıgilə gedəndə evinin qapısı bağlı olmuş, onlar evə gələnin başqası olduğunu düşünmüşlər, daha sonra işıq salıb baxandan sonra onun olduğunu görərək qapını açmışlar. Hadisə baş verməmişdən öncə aralarında söz-söhbət olduğunda anasıgil hətta ondan belə şübhələnmişlər. Evə daxil olan şəxslər qardaşı Sahibi vurmuşlar, anasını isə yerə yıxaraq pul istəmişlər. Həmin şəxslər evdən pul götürməmişlər. O, evin çölünə çıxıb kimlərinsə olub-olmadığına baxmış, lakin heç kəsi görə bilməmişdir. Təqsirləndirilən şəxs tanımır. Bacısı Yaqut, Yaqutun oğlu və Təqsirləndirilən şəxs əvvəllər Oğuz rayonuna anasıgilə gəlmişlər, amma o, onlara çıxıb getmələrini bildirmişdir. Təqsirləndirilən şəxs ilk dəfə həmin vaxt görmüşdür. Ola bilər ki, anasıgil Təqsirləndirilən şəxs də şübhələnmişlər. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bəzi ziddiyyətlər olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Belə ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bayan kəndində anası Zərərçəkmiş şəxs və qardaşı Sahib Manafovla birlikdə yaşayır. Yaşadıqları ev iki mərtəbəli və beş otaqlıdır. Anası Gülübət və qardaşı Sahiblə bir evdə yaşamaqlarına baxmayaraq münasibətləri yaxşı olmadığı üçün ayrı-ayrı otaqlarda qalırlar. Onun otağı evin ikinci mərtəbəsindədir və həmin otaq evin arxa tərəfində yerləşir. Onun otağından qardaşı Sahibin qaldı otağa qapı olsada həmin qapı bərkidilmişdir. Anası Gülübət evin əsas hissəsində yaşayır. Evin anası yaşayan hissəsinin girişi plastik materialından olan qapıdandır. Evin içərisində ikinci mərtəbəyə qalxmaq üçün pilləkən var. xx.xx.2014-cü il tarixdə gecə saat 03:30 radələrində öz otağında yatarkən mobil telefonuna gələn zəngin səsinə oyanmışdır. Telefona baxanda görmüşdür ki, zəng edən qonşu Rəhim Mustafayevdir. Telefona cavab verdikdə Rəhim ona bildirmişdir ki, “sizin evinizdə nə isə hadisə baş verib, anan narahatdır, get bax gör nə baş verib”. Həmin vaxt işıqlar da sönmüşdü. Tez otaqdan çıxaraq anası Gülübət qaldığı otağa getmiş, lakin anasının otağının bağlı olduğunu görmüşdür. Ona görə də anası Gülübəti çağırmış, onun səsini eşidib qapını açmışlar. İçəri daxil olduqda görmüşdür ki, otaq dağınıq vəziyyətdədir, qardaşı Sahib də həmin otaqdadır və onun sifətindən qan axır. Nə baş verdiyini soruşduqda Sahib evə iki nəfər maskalı şəxslərin girdiyini, anası Gülübəti tutaraq ondan pul tələb etdiklərini, səs-küyə ora gəldiyini, bu zaman həmin şəxslərin qaçdığını, qaçarkən də əllərində olan hansısa alətlə onun da alnına vurduqlarını bildirmişdir. O dərhal yola çıxsa da heç kimi görə bilməmişdir. Lakin darvazadan 5-6 metr aralıda maska kimi düzəldilmiş qara rəngli kişi papağı tapmışdır. Həmin papağın üzərində iki ədəd göz üçün kəsilərək düzəldilmiş deşiklər olmuşdur. Ona görə də papağı gətirib anasının otağına qoymuşdur. Bir qədər sonra isə polis əməkdaşları gəlmişlər (cild 1, iş vərəqə 36-37). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, hadisə baş verən gün evdə olarkən səhər saatlarında dayısı Rəşad zəng edərək harda olduğunu soruşmuş, o da evdə olduğunu bildirmişdir. Dayısı onun avtomobilinin Oğuz rayonunda görüldüyünü demiş, amma o, dayısına avtomobilinin özündə olmadığını, Təqsirləndirilən şəxs olduğunu, Aqilin rayona dostunun yanına getmək üçün avtomobili ondan götürdüyünü bildirmişdir. Səhəri gün Aqil avtomobili ona təhvil vermişdir. X26 şübhələndiyi üçün avtomobilə baxmalarını xahiş etmişdir. O, avtomobilə baxan zaman avtomobilin çirkli, palçıqlı olduğunu görmüş və avtomobildən çəkic tapmışdır. Halbuki, o, avtomobili Aqilə təhvil verən zaman həmin çəkic avtomobildə olmamışdır. Eləcə də o, avtomobili Aqilə təmiz şəkildə təhvil verdiyi halda, Aqil avtomobili qaytaranda ayaq altı rezinlərinin üçü də palçığa bulaşmış, yalnız sürücünün arxasındakı oturacağın ayaq altı rezini təmiz vəziyyətdə olmuşdur. “VAZ-21074” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlcə Aqilə məxsus olmuş, o, sonradan həmin avtomobili Aqildən almışdır. Avtomobilin pulunun yarısını vermiş və razılaşmalarına görə qalan pulu da verdikdən sonra Aqil avtomobili onun adına keçirməli olmuşdur. Aqil həmin gün əvvəlcə şəhərə gedib gəlmək üçün avtomobili ondan almış, daha sonra isə gecə dostu avtoqəza keçirdiyi üçün Sabirabad rayonuna getdiyini bildirmişdir. Aqil növbəti günün səhərisi onun avtomobilini geri özünə qaytarmışdır. Dayısı ona həmin gecə onun avtomobilinin rəngində və markasında avtomobil görüldüyünü, onun avtomobilinə oxşadığını bildirmişdir. Rayonda görülən avtomobilin onun avtomobili olmasından şübhələnən dayısı Rəşad onun qardaşına zəng edərək onun və avtomobilin harada olduğunu soruşmuşdur. Hadisə baş verənədək o, avtomobili Aqildən 5-10 gün olardı ki almışdır, amma onların hər ikisi avtomobili idarə etmişlər. O, avtomobili işi ilə bağlı restorandan sifarişləri ünvanlara çatdırmaq üçün almışdır. Aqil Müşfiq qəsəbəsində, onlar isə Xırdalanda yaşamışlar. Amma Aqil onların evində də qalmışdır. O, Aqili uzun müddət əvvəl, həbs olunmamışdan öncə tanımışdır. Belə ki, Aqil onun qardaşının dostu olmuş, eyni zamanda uzun müddət anası Yaqutla münasibətdə olmuş, cəzasını çəkib qutardıqdan sonra da anası Yaqutla birlikdə yaşamışdır. Hadisə ilə bağlı sonradan eşitmişdir ki, gecə vaxtı üzü maskalı şəxslər nənəsi gülübətin yaşadığı evə basqın etmişlər. Hadisə zamanı həm nənəsi, həm də dayısı xəsarət almışdır. Səhv etmirsə evə basqın edən şəxslər evdən pul götürməmişlər. Xırdalan Şəhər Polis Şöbəsindən ona zəng olunaraq avtomobillə adam vurulduğunu bildirmişlər və bu səbəbdən avtomobilə baxış keçirilməsi məqsədilə onu polis şöbəsinə çağırmışlar. O, polis şöbəsinə getdikdən sonra isə oğurluq hadisənin baş verdiyini bildirmişlər. Dayısıgil daha öncə onun avtomobilini gördükləri üçün necə bir avtomobil olduğunu bilmişlər. Belə ki, onlar həmin avtomobillə Oğuz rayonuna nənəsigilə getmişlər, həmin vaxt Təqsirləndirilən şəxs də onlarla birlikdə getmişdir. Həmin vaxt dayısıgil onların avtomobilini görmüşlər. Buna görə də hadisə baş verən gecə rayonda görülən avtomobilin onun avtomobili olduğundan şübhələnmişlər. Həmin gün avtomobil Aqildə olduğu üçün dayısıgil Aqildən şübhələnmişlər. Aqil onun nənəsigildə iki-üç dəfə olmuşdur. Dayısı Aqilin nənəsigilə getməsinə əsəbləşərək onlardan çıxıb getmələrini tələb etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, özü illər öncə, yəni hadisə baş verən ərəfədə restoran işlətmişdir. Hadisə baş verən gün gecə saat 02:00 radələrində işdən çıxıb evə gələn zaman onunla birlikdə işləyən Esmira adlı xanım da onun yanında olmuşdur. Həmin xanımı kirayə qaldığı evə yola saldıqdan sonra öz evlərinə doğru gəlmi və həmin vaxt evlərinin qabağında bir avtomobilin qabarit işıqlarının yanılı vəziyyətdə olduğunu görmüşdür. O, evə gedib yatmışdır. Növbəti gün səhər işə gedən zaman qonşunun həyətində polis əməkdaşlarının olduğunu görmüş və bu hal ona maraqlı olduğu üçün qonşunun həyətinə daxil olub hadisə barədə məlumat almışdır. Daha sonra onu izahat almaq məqsədilə polis şöbəsinə çağırmışlar. O, həmin gecə evlərinin qarşısında dayanan avtomobilin markasını və rəngini görməmiş, yalnız sovet avtomobili olduğunu bilmişdir. Avtomobilin qəza işıqları yanılı vəziyyətdə olmuşdur. Avtomobilin qarşısında kapot açıq vəziyyətdə iki nəfər şəxsin ayaqlarını görmüşdür. Onların evlərindən avtomobilin olduğu yerə qədər 50-60 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs iki dəfə Bakıda Rüstəm adlı ustanın yanında görmüş, sonuncunu kənddə görməmişdir. Avtomobilin yanında dayanan şəxsin nəsə deməsini eşitməmişdir, çünki həmin məsafədən səs eşidilə bilməzdi. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, onunla arasında ədavət və ya düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs oğlu X12 da tanıyır. Sahib bir müddət əvvəl ölmüşdür. Sağlığında Sahiblə də arasında ədavət və ya düşməçilik olmamışdır. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır, həmin şəxsin kim olduğunu bilmir. 2014-cü ildə yaşadığı Bayan kəndində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin və “Qaynama” adlı restoranın yaxınlığında yerləşən adsız kafeni icarəyə götürüb işlətmişdir. Həmin kafedə ofisiant kimi Şəki rayonundan olan Esmira adlı qız da işləmişdir. Həmin qıza həmkəndlisi Arzunun evini kirayəyə tutmuş və Esmira orada qalmışdır. 21 may 2014-cü il tarixdən 22 may 2014-cü il tarixinə keçən gecə saat 02-03 radələrində bütün müştərilər getdikdən sonra avtomobil olmadığı üçün həmin vaxt kafedə olan dayısı Xalid təklif etmişdir ki, onları özünün “Kamaz” markalı yük avtomobili ilə evə aparsın. Dayısının idarə etdiyi həmin yük avtomobili ilə Esmiranı qaldığı evə aparmışdır. Onlar düşəndən sonra dayısı Xalid çıxıb getmişdir. O, qorxmasın deyə işıqları yandırıb evə girməsini gözləmişdir. Sonra isə piyada yaşadığı evə tərəf getməyə başlamışdır. Evlərinə çatmağa az qalmış yolun kənarında, həmkəndlisi Reyhan adlı qadının dükanının qarşısında boz rəngli “VAZ 2107” markalı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin duman işıqları yanılı olmuşdur. Həmin avtomobilə çatmağa az qalmış əlində olan alışqanın işığını yandırmışdır. Bu zaman iki nəfərin dərhal avtomobilə mindiyini görmüşdür. O, öz qapılarına çatmağa az qalanda avtomobil asta-asta, yalnız duman işıqları ilə onun yanından keçib getmişdir. O, isə öz evinə getmişdir. Səhər evdən çıxanda Zərərçəkmiş şəxs evinin qarşısında polis avtomobillərinin dayandığını görmüşdür. Qonşu olduqları üçün nə baş verdiyini öyrənmək məqsədi ilə onların həyətinə girmiş, həmin vaxt ona məlum olmuşdur ki, axşam Zərərçəkmiş şəxs evinə basqın olub. O gecə küçədə “VAZ 2107” markalı avtomobil görməyini, əlində olan alışqanın işığını yandıranda, həmin avtomobilə iki nəfərin minib oradan uzaqlaşdıqları barədə məlumat vermişdir. Lakin buna baxmayaraq həmin vaxt cinayəti törədən şəxslər tapılmamışdır (cild 2, iş vərəqə 138-140). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, illər əvvəl o və oğlu Cavad polis şöbəsinə çağırılmış, onlara qonşunun evində oğurluq olduğu deyilmişdir. Polis şöbəsində izahat verən zaman hadisə barəsində sonradan məlumatının olduğunu bildirmişdir. Oğlum isə izahat verən zaman gecə 01:00 radələrində evə gələrkən evlərinə az qalmış yolda nəsə maneə olacağını zənn edib alışqanın işığını yandırdığını və bu zaman qarşıda avtomobil olduğunu gördüyünü, həmin zaman kiminsə “anrıdan (irəlidən) gələn var” deməsini eşitdiyini, daha sonra öz evlərinə daxil olduğunu və başqa heç nə görmədiyini bildirmişdir. Onların zonasının camaatı “anrıdan” sözünü işlətmir, yalnız “qabaqdan”, “qarşıdan” sözlərindən istifadə edir. O, həmişə yaşlı qadın olan Gülübətin təqaüd pulunu bankomatdan çıxarıb gətirib özünə vermişdir. Belə ki, o, Oğuz ayonunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində kafedə çalışmış və orada bankomat olmuşdur. Gülübətdə guya şübhə yaranmışdır ki, onun evinə ya o, ya da onun oğlu girə bilərdi. Gülübətin ondan şübhələnməsinin səbəbi pensiyasını bankomatdan çıxarıb onun təhvil verməsi olmuşdur. Pensiyasını çatdırmağı müqabilində Gülübət ona heç nə verməmiş, o, bunu təmənnasız etmişdir. Gülübətin pensiyası 280 manat olmuşdur. O, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır, onu heç vaxt görməmişdir. Oğlu Cavad evin qarşısında “Vaz 2107” markalı avtomobil gördüyünü deməmiş, sadəcə olaraq markasını bilmədiyi avtomobil dayandığını bildirmişdir. Oğlu ona gördüyü avtomobilin rəngi və markası barədə heç nə deməmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla arasında ədavət və ya düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs oğlu X12 da tanıyır. Sahib bir müddət əvvəl ölmüşdür. Sağlığında Sahiblə də arasında ədavət və ya düşməçilik olmamışdır. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır, həmin şəxsin kim olduğunu bilmir. Zərərçəkmiş şəxs evinə xx.xx.2014-cü il tarixdə basqın edilməsi ilə bağlı qeyd etmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2014-cü il tarixdə təqaüd kartını ona verərək xahiş etmişdir ki, onun pensiyasını bankomatdan çıxarıb ona gətirsin. Həmin gün Oğuz rayonunda Azpetrol yanacaq dolduma məntəqəsində olan bankomatdan Zərərçəkmiş şəxs 287 manat pensiyasını çıxartmışdır. Sonra Bayan kəndinə gedib xx.xx.2014-cü il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs zəng edərək demişdir ki, “pensiyanı almışam, yola çıx, pulu və kartı verim”. O zəng vurandan 10 dəqiqə sonra Zərərçəkmiş şəxs yola çıxmış və o, Gülübətin pensiya kartını və 287 manat pulunu onun özünə vermiş, Zərərçəkmiş şəxs da ona 2 manat pul vermişdir. Sonra öz evinə getmiş, evdə çay içib, yemək yedikdən sonra saat 23:30 radələrində işıqlar sönmüşdür. O da bundan sonra yatmışdır. xx.xx.2014-cü il tarixdə səhər saat 07 radələrində polis əməkdaşarı onu qapıdan çağırmış və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada ona məlum olmuşdur ki, gecə Gülübətin evinə maskalı şəxslər girib, ondan pul tələb edib, səsə gələn Gülübətin oğlu Sahibi vuraraq xəsarət yetirib qaçıblar. Həmin vaxt onun izahatı alınmış və bu qeyd etdiklərini izahatında da göstərmişdir. Həmin vaxt oğlu Cavad Bayan kəndi ərazisində kafe işlədirmiş və evə gecə saatlarında gəlirmiş. O evə getdikdən sonra Cavaddan, gecə evə gələndə nəsə görüb-görmədiyini soruşmuşdur. Cavad da ona bildirmişdir ki, evə gələndə Gülübətin evinin qarşısında “VAZ 2107” markalı avtomobil və iki nəfər tanımadığı şəxs görmüş, həmin şəxslər onu görən kimi avtomobilə əyləşib oradan uzaqlaşmışlar, o isə bundan sonra evə girmişdir. Səhər çölə çıxanda Zərərçəkmiş şəxs evində polislər olduğunu görərək ora getmiş, hadisəni öyrənən kimi də orada olan polislərə şifahi məlumat vermişdir (cild 2, iş vərəqə 134-136). Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 arasında videçəkilişlə keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahid ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 2, iş vərəqə 148- 150). Hadisə yerinə baxış keçirilməsi haqqında 22 may 2014-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Oğuz rayonu, Bayan kəndində Zərərçəkmiş şəxs oğulları ilə birlikdə yaşadığı fərdi yaşayış evində baş vermişdir. Baxış zamanı X17 bir ədəd göz hissələri deşilərək maska kimi düzəldilmiş papağı və bir ədəd yapışqan lenti təqdim edərək həmin əşyaların evə daxil olan şəxslərə məxsus olduğunu bildirmişdir. Protokola əlavə olunmuş fotoçəkillərdən görünür ki, evin plastik materialdan olan giriş qapısının və həmin qapının çərçivəsinin üzərində zər tətbiq edilmə nəticəsində yaranan izlər aşkar olmuşdur. X2 alnının ön səthində xəsarət olduğu müşahidə olunur (cild 1, iş vərəqə 5-17). Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 27 may 2014-cü il tarixli protokoldan görünür ki, baxış zamanı “VAZ 21074” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobildən Şahid2 ifadəsində qeyd etdiyi dəmir çəkic aşkar olunmamışdır. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 68-72). "xxxx" MMC-dən əldə olunmuş, hadisə zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə bağlı məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin nömrədən 21 may 2014-cü il tarixdə saat 20:12-də ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, 7 saniyə danışıq olmuş, həmin vaxt mobil nömrə “Qobustan rayonu, Tekle” ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra, həmin gün saat 20:59-da ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edilmiş, 7 saniyə danışıq olmuş, həmin vaxt nömrə “Şamaxı rayonu, Sehriyar” ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra, həmin gün saat 21:34-də yenidən ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, 24 saniyə danışıq olmuş, həmin vaxt nömrə “İsmayıllı rayonu, Tircan” kəndi ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra, həmin gün saat 22:17-də ***-***-**-** saylı nömrəyə zəng etmiş, 25 saniyə danışıq olmuş, həmin vaxt nömrə “Şamaxı rayonu” ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra, həmin gün 23:44-də ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, 21 saniyə danışıq olmuş, həmin vaxt nömrə “Şamaxı rayonu” ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra, həmin gün saat 23:52-də ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, 21 saniyə danışıq olmuş, həmin vaxt nömrə “Şamaxı rayonu, Pideki dağı” ərzisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra, həmin gün saat 23:53də ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, 20 saniyə danışıq olmuş, həmin vaxt nömrə “Şamaxı rayonu, Pideki dağı” ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra, xx.xx.2014-cü il tarixdə saat 00:05-də ***-***-**-** saylı nömrəyə zəng etmiş, 46 saniyə danışıq olmuş, həmin vaxt nömrə “Şamaxı rayonu” ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra, həmin gün saat 00:28-də ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, 24 saniyə danışıq olmuş, həmin vaxt nömrə “İsmayıllı rayonu, Tircan” ərazisində olan ötürücü stansiyasında qeydə alınmışdır. Bundan sonra, həmin gün saat 01:29-da ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, 34 saniyə danışıq olmuş, həmin vaxt nömrə “Qəbələ rayonu, Nic” ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra, həmin gün saat 01:42-də ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, 15 saniyə danışıq olmuş, həmin vaxt nömrə “Oğuz rayonu, Xaçmaz” ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır. Bundan sonra həmin gün saat 04:43də ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, 72 saniyə danışıq olmuş, həmin vaxt nömrə “İsmayıllı rayonu, Qoşakənd” ərazisində olan ötürücü stansiyada qeydə alınmışdır (cild 1, iş vərəqə 105-107, 121-122; cild 2, iş vərəqə 49-50, 51-52). Məhkəmə-tibbi ekspertizasının 25 may 2014-cü il tarixli 11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı sol çiyin qurşağının ön və arxa səthlərinin, sol said və sol əl arxasının qançırları aşkar olunmuşdur. Bu xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, sol çiyin qurşağının ön və arxa səthlərinin oval formalı qançırları insan əl barmaqlarının yumşaq toxumaları sıxması nəticəsində əmələ gəlməsi istisna edilmir. Xəsarətlərin törənmə müddəti 22 may 2014-cü il tarixinə uyğundur. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqə 85-87). Məhkəmə-tibbi ekspertizasının 25 may 2014-cü il tarixli 12 nömrəli rəyindən görünür ki, X10 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - alının ön səthinin əzilmiş cırılmış yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti 22 may 2014-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 88-89). Məhkəmə-genetik ekspertizasının xx.xx.2025-ci il tarixli 25/560R nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd qara rəngli papağın (kustar üsulla hazırlanmış maska) daxili səthində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur (cild 1, iş vərəqə 213-214; cild 2, iş vərəqə 93-96). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs: - Abşeron Rayon Məhkəməsinin 05 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 178.2.2, 178.2.4, 186.2.2ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15 avqust 2014-cü ildə Qobustan rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2015-ci ildə cəzası icra olunmuş və qeydiyyatdan çıxarılmış; - Yasamal rayon məhkəməsinin 11 senyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq azad edilmiş; - Biləsuvar Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 318.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.2 və 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 102- 104, 106-121). Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin 27 fevral 2026-cı il tarixli məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçiriıməsinə dair ərizəsi təmin edilmiş, qərar xx.xx.2023-cü il tarixdə icraya yönəldilmiş və o, 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 05 aprel 2011-ci il hökmü ilə yaranmış məhkumluğu ödənilmədən hazırki cinayət əməliin törətçişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Maddi sübut kimi tanımaq haqqında 04 avqust 2014-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş yapışqanlı lent və kəsilməklə xüsusi olaraq göz yerləri düzəldilərək üzün gizlədilməsi üçün hazırlanmış bir ədəd qara rəngli papaq maddi sübut kimi tanınmış və saxlanması üçün Oğuz Rayon Polis Şöbəsinə təhvil verilmişdir (cild 1, iş vərəqə 173). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanının 23 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 166-167). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 avqust 2016-cı il təvəllüdlü X13 və 12 noyabr 2021-ci il təvəllüdlü X14 adlı iki azyaşlı uşağı var (cild 1, iş vərəqə 152- 153). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayət olmaqla təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət hadisəsinin onun törətməməsinə, onun həmin gecə ümumiyyətlə Oğuz rayonuna getməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələr yuxarıda göstərilən sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlinə hüquqi qiymət verərkən onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs həmin gecə Oğuz rayonuna getməməsinə dair ifadəsinə münasibət bildiərək qeyd edir ki, "xxxx" MMC-dən alınmış telefon məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun anten dairəsi hadisə baş verən gecə, yəni 22 may 2014-cü il tarixdə saat 01:42-də Oğuz rayonun Xaçmaz kədində qeydə alınmışdır. Məhkəmə iclas zalında internet vasitəsilə xəritədə həmin kəndin yerləşdiyi əraziyə baxıldıqda Oğuz rayonunun Xaçmaz kəndinin hadisənin baş verdiyi Oğuz rayonunun Bayan kəndinin yaxınlığında yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisə günü yeni tanış olduğu qadını, həmin qadının rəfiqəsini və rəfiqəsinin dostunu İsmayıllı və ya Qəbələ rayonunun hansısa kəndinə aparmasına dair ifadəsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində konkret olaraq həmin gecə İsmayıllı rayonuna getdiyini bildirsə də, məhkəmə iclasında verdiyi ifadəsində İsmayıllı və ya Qəbələ rayonununa getdiyini, Oğuz rayonuna getmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində tanış olduğu qadının adının Aypara olduğunu, məhkəmə iclasında verdiyi ifadəsində isə Şəbnəm olduğunu bildirməklə ziddiyyətli ifadələr vermişdir. Amma nə istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı həmin qadının konkret olaraq kim olduğunu, onun anket məlumatlarını, ünvanını və ya telefon nömrəsini söyləyə bilməmişdir. Bu ziddiyyətlər onun ifadəsinin dürüst və etibarlı olmadığını göstərir. Bundan başqa, işin faktiki hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə baş berən gecə münasibətdə olduğu Yaqut adlı qadına (Zərərçəkmiş şəxs qızı) və onun oğluna dostu qəzaya düşdüyü üçün avtomobillə Sabirabad rayonuna getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt yanında başqa qızın olduğunu gizlətmək məqsədilə Yaquta bu cür yalan məlumat verdiyini bildirmiş, amma nəyə görə Qəbələ və ya İsmayıllı rayonuna getdiyi halda həmin şəxslərə tamamilə başqa istiqamətdə yerləşən Sabirabad rayonuna getdiyini deməsinin səbəbini izah edə bilməmişdir. Əgər o, yanında başqa qadın olduğunu gizlətmək istəmişdirsə normal halda Qəbələ və ya İsmayıllı kimi real getdiyi istiqaməti də deyə bilərdi. Amma onun tamamilə başqa istiqamətdə yerləşən Sabirabad rayonuna getdiyini deməsi belə qənaətə gəlməyə əsas verir ki, o, həmin gecə hadisənin baş verdiyi ərazidən xeyli uzaqda olması barədə qənaət formalaşdıraraq şübhələri üzərindən çəkmək istəmişdir. Avtomobildən aşkar olunmuş çəkiclə bağlı da Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr vermişdir. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində maşında çəkic olmasından xəbərinin olmadığını, maşının yük yerinə ehtiyat təkər qoyarkən də orada çəkic olmasını görmədiyini, maşına həmin vaxt hər hansı alət qoymadığını bildirmişdir. Məhkəmədə verdiyi ifadəsində isə həmin gecə Bakıya geri qayıdan zaman avtomobilinin təkərinin partladığını və o, yolda bir nəfər şəxsdən ehtiyat təkər götürərək avtomobilin təkərini dəyişdiyini, həmin zaman çəkicdən istifadə etdiyini, çəkicin bir alət kimi həmişə avtomobildə olduğunu bildirmişdir. İş üzrə Şahid2 isə ifadəsində avtomobili Təqsirləndirilən şəxs təhvil verərkən avtomobildə çəkic olmadığını, amma Təqsirləndirilən şəxs avtomobili geri qaytarakən avtombildə çəkic olduğunu, avtomobilin ayaqaltılarının palçıq olduğunu bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bir-birini tamamlayan ifadələr verməmiş, əksinə ziddiyyətli ifadələr verməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Bütün bunlar təqsirləndirilən şəxsin məhkəmə iclasında səmimi olmamasının və məhkəməni hər vəchlə yanıltmağa cəhd etməsinin göstəricisidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs birbirilə və işin faktiki halları ilə uzlaşmayan həmin ifadələri məqsədli xarakter daşıyır və onun məsuliyyətdən yayınma niyyəti aydın görünür. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri işin faktiki halları ilə uyğun olduğundan həmin ifadələri sübut kimi qəbul olunmalıdır. Belə ki, zərəçəkmiş şəxs yaşlı qadın olmaqla faktiki olaraq hadisənin düzgün xatırlamadığından onun, eləcə də şahidlərin ibtidai istintaq zamanı hadisənin baş verdiyi tarixə yaxın müddətdə verdiyi ifadələr daha mötəbərdir. Məhkəmə yuxarıda qeyd olunan sübutları məcmu şəkilində qiymətləndirərək hesab edir ki, bir-biri ilə əlaqəli olan və ziddiyyət təşkil etməyən həmin sübutların məcmusu Təqsirləndirilən şəxs təqsirli olması barədə qənaətə gəlməyə imkan verir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının 17ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 32.5,206.2 və 234.4-1-ci maddəsi ilə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 12 il müddətinə zadalıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən Biləsuvar rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2024-cü il tarixdən hesablanmışdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərkən ibtidai istintaq zamanı onun barəsində hər hansı qətimkan tədbiri seçilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə olması nəzərə alınmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 106- 121). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə toplanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs digər iş üzrə 04 fevral 2024-cü il tarixədən 05 mart 2026-ci il tarixədək cəza çəkdiyi 2 il 1 ay 1 gün müddət hazırki cinayət işi üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 mart 2026-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Oğuz Rayon Polis Şöbəsində saxlanılan bir ədəd qara rəngli papaq (kustar üsulla hazırlanmış maska) və bir ədəd yapışqanlı lentlə bağlı məsələnin hazırki cinayət işindən ayrıca icraata ayrılmış ********* saylı cinayət işi üzrə həll edilməli olması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs digər cinayət işi üzrə 04 fevral 2024-cü il tarixədən 05 mart 2026-cı il tarixədək cəza çəkdiyi 2 (iki) il 1 (bir) ay 1 (bir) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 11 (on bir) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 05 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Oğuz Rayon Polis Şöbəsində saxlanılan bir ədəd qara rəngli papaq (kustar üsulla hazırlanmış maska) və 1 ədəd yapışqanlı lentlə bağlı məsələnin hazırki cinayət işindən ayrıca icraata ayrılmış ********* saylı cinayət işi üzrə həll edilməli olması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-215/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-215/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver