Məhkəmə qərarları › İş №1(091)-216/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-216/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-216/2025 01.12.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər: Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X21, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X7 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kredo Vəkil Bürosunun vəkili Nümayəndə2, zərərçəkmiş şəxsin hüquqi varisi: X17, ölmüş təqsirləndirilən şəxsin şəxsin hüquqi varisi: X15, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Qəbələ rayon Laza kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Qəbələ rayon Sırt Yengicə kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 120.2.4, 29, 120.2.7 və 120.2.4-cü maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq Şəki Məhkəmə Kompleksinin inzibati binasında yerləşən məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Qəbələ rayon Zərgərli kənd sakini X17 ilə aralarında yaranmış və uzun müddət davam edən borc münasibətləri, həmçinin A.Məmmədəliyevin onu dostları arasında nüfuzdan salmasını düşündüyündən onu və ailə üzvlərini qisas alaraq qəsdən öldürmək məqsədi ilə idarə etdiyi “X28” minik markalı **-XU-*** dövlət nömrə nişanlı avtomobili ilə A.Məmmədəliyevin ailə üzvləri ilə birgə yaşadığı Qəbələ rayon Zərgərli kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin qarşısına gəlmiş, həmin vaxt yaşayış evinin giriş darvazasının çöl tərəfində olan A.Məmmədəliyevin oğlu xx.xx.2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 idarə etdiyi və mühərriki işlək vəziyyətdə olan ağ rəngli “Mersedes Benz E 350” minik markalı CC 012 CC Gürcüstan Respublikasına aid dövlət nömrə nişanlı avtomobilinin arxa tərəfində idarə etdiyi avtomobili saxlamış, bu zaman Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili fərdi yaşayış evinin yaxınlığında yerləşən, giriş darvazasına birləşik talvarın altına salmaq məqsədi ilə dəmir darvazanı açan zaman onu görmüş, sonuncunun hərəkətlərinə diqqət etmiş və daha sonra avtomobildən yerə düşərək idarə etdiyi avtomobilinin arxa sərnişin oturacağında olan əvvəlcədən özü ilə gətirdiyi “Ata Arms” markalı, 13A-46163 nömrəli, 12 kalibrli tək lülə yivsiz ov tüfəngini götürməklə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə yaxınlaşmış, əlində olan ov tüfəngindən bir dəfə avtomobilin arxa sağ pəncərəsinə doğru atəş açmış, bunu görən Zərərçəkmiş şəxs1 yaşadıqları evin içərisinə tərəf qaçmış, fərdi yaşayış evinin birinci mərtəbəsinin giriş hissəsində yerləşən dəmir (seyf) qapısından içəri daxil olaraq sağ tərəfdə yerləşən zala keçid edərək həmin vaxt masa arxasında əyləşən nənəsi xx.xx.1951ci il təvəllüdlü X4, həmin otaqda divanda əyləşən anası xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və anasının yanında olan qardaşı xx.xx.2015-ci il təvəllüdlü (azyaşlı) Zərərçəkmiş şəxs3 gizlənmələrini deyərək, atasının evdə saxladığı özlərinə məxsus “Churchil” markalı ******* nömrəli, 12 kalibrli tək lülə yivsiz ov tüfəngini götürmək üçün digər otağa daxil olmuş, daha sonra Təqsirləndirilən şəxs bir neçə dəfə atəş açmağa davam edərək əlində olan silahla fərdi yaşayış evinin giriş darvazasından içəri daxil olmuş, fərdi yaşayış evinin girişində sağ tərəfdə yerləşən mətbəx hissədən onu müşahidə edən Zərərçəkmiş şəxs2 görərək qəsdən öldürmək məqsədilə ona tərəf evin içərisinə doğru və evdə olan digər şəxslərə də zərər vuracağını bilərək bir neçə dəfə nizamsız atəş açmış, Zərərçəkmiş şəxs2 atəşlərdən yayındığından iradəsindən asılı olmayan səbəblərdən qəsdini başa çatdıra bilməyərək sonuncunu ailə üzvlərinin gözü qarşısında xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla öldürməyə cəhd etmiş, daha sonra evin birinci mərtəbəsində qarşısına çıxan, əvvəlcədən tanıdığı, Gülsadə Məmmədəliyevaya tərəf əlində olan ov tüfəngini tuşlayaraq, yaxın məsafədən qəsdən ona doğru 3 dəfə atəş açaraq hər iki ağ ciyərlərin, ürəyin, qara ciyərin, bağırsaqların, döş qəfəsinin ön hissəsində döş sümüyünün üzərindən, döş qəfəsinin sağ yuxarı hissəsində orta körpücük xətti üzrə ıv qabırğa səviyyəsində, döş qəfəsinin sağ ön qoltuqaltı xətt üzrə vıı qabırğa nahiyyəsindən döş boşluğuna nüfuz edən, döş qəfəsinin sol orta qoltuqaltı xətt üzrə ıv qabırğa səviyyəsindən, sol bazunun içəri və bayır yuxarı 1/3-dən, çanağın sol oma-qalça birləşməsi nahiyyəsindən xaric olan, döş qəfəsinin daxili arxa divarında və çanağın sol qalça-oma birləşməsi nahiyyəsində metal yad cisimlər (güllə) ilə müşayiət olunan odlu silah yarası kimi xəsarətlər dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aid olmaqla sonuncunun ölümünə səbəb, ürəyin, ağciyərin, qaraciyərin və bağırsaqların zədələnməsi nəticəsində baş verən kəskin profus qanaxmadan sonrakı şok olmaqla yaxınlarının gözü qarşısında xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, sonra öz cinayətkar əməllərini davam etdirərək fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən digər otağa (zala) daxil olub, əlində olan ov tüfəngini həmin otaqda olan xx.xx.2015-ci il təvəllüdlü (azyaşlı) Zərərçəkmiş şəxs3 tərəf tuşlayaraq onu qəsdən xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla öldürmək istəyərkən, həmin vaxt Zərərçəkmiş şəxs1 atasına məxsus “Churchil” markalı ******* nömrəli, 12 kalibrli tək lüləli yivsiz ov tüfəngini əlinə alıb ona tuşlayaraq onu səsləmiş, bundan sonra o, N.Məmmədliyevin əlində olan silahı görməsi və onu səsləyərək fikrini yayındırması səbəbindən azyaşlı R.Məmmədliyev istiqamətində atəş açmadan və iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilmədən birbaşa N.Məmmədliyevə tərəf çevrilərək cinayətkar əməllərinin davamı olaraq əlində olan ov tüfəngini Zərərçəkmiş şəxs1 tərəf tuşlamaqla qəsdən öldürmək məqsədilə 2 dəfə atəş açaraq ona hər iki əlin İ daraq sümüyünün açıq qəlpəli sınığı, sol əlin İİİ barmağın açıcı vətərinin zədələnməsi, üst dodağın ön orta hissəsinin, alının sol qaşüstü nahiyyəsinin, üzün sol tərəfinin yaraları kimi az ağır dərəcəli bədən xəsarətlərı yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 zəruri müdafiə vəziyyətində özünü və orada olan digər ailə üzvilərinin həyatını və sağlamlığını qorumaq məcburiyyətində qalıb əlində olan ov tüfəngindən qarşılıqlı olaraq Təqsirləndirilən şəxs tərəf 2 dəfə atəş açaraq ona ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aid, daxili qanaxma, qanaxmadan sonrakı şok, sol ağ ciyərin, bağırsaqların müsariqə arteriyasının, qarın ortasının, sol ıx-x qabırğaların zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin və qarının sol hissəsindən boşluqlara nüfuz edən, sol saidin arxa yuxarı 1/3-də mil və dirsək sümüklərinin açıq qəlpəli sınıqları və metal yad cisimləri (qırmaları) ilə müşayiət olunan odlu silah yarası kimi xəsarətlər yetirərək zəruri müdafiə həddində öldürdüyündən, habelə N.Məmmədliyevə vaxtında ixtisaslı tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərdən 3 nəfər şəxsi, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış qardaşı X15 ifadəsində göstərmişdir ki, ibtidai istintaq birtərəfli getmişdir. Danışılanların hamısı əvvəlcədən planlaşdırılmış söhbətlərdir. Nurlan qardaşına üzbəüz atəş açmamışdır. Arxadan atəş açmışdır. Qardaşının bədənində qırma izləri vardır. Nurlanda isə qırma izləri yoxdur. Deməli üzbəüz atəş açılmamışdır. Bundan başqa istintaq vaxtı videolar silinmişdir. Ümumiyyətlə izahatlar ziddiyət təşkil edirmiş. Eşitdiyinə görə videoya görə kimsə bir milyon almış və pulu Akifə vermişdir. Həmin şəxs sonradan həbs olunmuşdur. Akif dələduzdur. Lakin iş materiallarında onun dələduzluğu qeyd edilməmişdir. Bu işin başında Akifin oğlu Nurlan vardır. Videoları yaradan və yayan Nurlandır. İmkanlı şəxslər civəni almaq üçün bunlara beh veriblərmiş. Oğlu ilə qardaşı ova gedən vaxt Akif onlara deyibmiş ki, civə Beyləqanda bir kişidədir. Qardaşı da civəni almaq üçün adamlar axtarmışdır. Bu işlərin sonunda qardaşı görmüşdür ki, Akif onu aldadır. Akif Qəbələ şəhərində evlər tikmişdir. Həmin evləri dələduzluqla qazandığı pullar vasitəsilə tikmişdir. İmkanlı şəxlər civəni almaq üçün pul göndərmişlər. Ancaq civə ortada olmamışdır. Həmin şəxslərdən birini Laza kəndində bıçaqlamışdırlar. Rayona gəldikdən sonra qardaşına zəng etmişdirlər. Sonra həmin işi ört-bastır etmişdirlər. Fövqəladə Hallar Nazirliyində işləyən Ariz adlı şəxsi özlərinə kömək tutublarmış. Ariz adlı şəxs də kriminal adamdır. Ortada 59 000 min dollar pul olmuşdur. Həmin pullar bölünmüşdür. Əliyə də 11 000 manat pul düşmüşdür. Əli 11 000 manatı götürməmişdir. Ariz həmin 11 000 manatı götürmüşdür. Həmin civə işi alınmadıqda, bunlar qərara gəlmişdirlər ki, pul qaytarılmalıdır. Sonra öz aralarında narazılıq yaranmışdır. Akif oğlu ilə özünə düşən payı həmin adamlara qaytarmışdır. Digər iki nəfər pulu qaytarmamışlar. Əlini də bu işə belə qoşmuşlar. Akif deyibmiş ki, evləri satıb pulu verəcəkmiş. Aprel ayında evlər satılıbmış. Akif bir adama 70 000 manat borc vermiş, lakin həmin şəxslərin pulunu verməmişdir. Pul verən şəxslər Akifə hədə-qorxu gəlmişlər. Akifdə Əlidən kömək istəmişdir. Əli Akifə deyibmiş ki, evləri satmısansa, pulları ödə. Akifdə 80 000 manata kamaz aldığını və pulunun olmadığını bildirmişdir. Əlidə deyibmiş ki, həmin şəxslərə pul verilməsi barədə sözlər verilmişdir. Yəni hadisə məhz bu səbəbdən baş vermişdir. Hadisənin törənmə səbəbi civədir. Bu cinayətin baş vermə səbəbi zərərçəkmiş şəxslərin dələduzluq etməsi olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs Bəxtiyar Gəncimov bildirmişdir ki, Əlibaba ilə zərərçəkmiş şəxsin hüquqi varisi arasında borc söhbəti olmuşdur. Akifin qardaşına borcu olmuşdur. Əli Sumqayıtlı şəxslərə pulun qaytarılması barədə sözlər vermişdir. Akif isə pulu qaytarmamışdır. Hadisənin əsas baş vermə səbəbi məhz bu olmuşdur. Əlibabanın Akifə borcu olduğundan xəbəri yoxdur. İfadədə qeyd etdiyi halları eşitmiş, iştirakçısı olmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “Alpakon” ləqəbli Təqsirləndirilən şəxs onun atası Akif Məmmədəliyevin yaxın dostu olmuş və atası ilə arasında uzun müddət dost münasibətləri olmuşdur. Hətta Əlibaba dəfələrlə onların evinə qonaq qismində gəlmiş və onlarla bir süfrə arxasında əyləşmişdir. Təqsirləndirilən şəxs əslən Laza kənd sakini olsa da o, ailəsi və övladları ilə birlikdə Qəbələ şəhərində yerləşən fərdi yaşayış evində yaşamışdır. Təqsirləndirilən şəxsla arasında heç bir qərəzli münasibət, ədavət və düşmənçilik olmamışdır. Lakin, Əlibabanın atası Akiflə son zamanlar münasibəti heçdə yaxşı olmamışdır. Belə ki, atası ilə Əlibabanın arasında borc məsələləri olmuş və buna görə münasibətləri korlanmışdır. Lakin nə qədər borc olması və həmin borcun haradan yaranması barədə heç bir məlumatı olmamışdır. Atası Akif və Əlibaba bu barədə onunla danışmamışdır. Hətta xx.xx.2024-cü il tarixdə Əlibaba atası ilə arasında yaranan münaqişəyə və sözlü mübahisəyə görə onların evinə gəlmiş və atası evdə olmadığı üçün nənəsi Gülsadə Məmmədəliyeva ilə söhbətlər etmişdir. Həmin vaxt evdə kiçik qardaşı Renat və anası Kəmalə olmuşdur. Nənəsinin deməsinə görə Əlibaba atası Akiflə arasında olan münaqişənin səbəblərini nənəsinə danışmaqla öz iradlarını bildirmiş və aqressiv şəkildə getmişdir.xx.xx.2024-cü il tarixdə axşam saat təxminən 20 radələrində o, idarə etdiyi atasına məxsus “Mersedes Benz E350” minik markalı CC012CC Gürcüstan Respublikasına aid dövlət nömrə nişanlı avtomobillə rayonun Zərgərli kəndində yerləşən yaşadıqları evin giriş darvazasının qarşısına gəlib avtomobili işlək vəziyyətdə ön hissəsi günbatan tərəfə saxlayıb avtomobildən yerə düşərək giriş darvazasını açmaq üçün darvazaya tərəf getmişdir. O, giriş qapısından içəri girib darvazanı açmaq istəyən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Hundai Santafe” minik markalı avtomobilin sürətli şəkildə gəlib onun idarə etdiyi avtomobilin arxasında saxladığını, Əlibabanın avtomobildən yerə düşərək arxa sol qapını açıb içəridən silahını götürüb onun idarə etdiyi avtomobilin arxa sağ qapısından bir dəfə atəş açdığını görmüşdür. O, bu vəziyyəti görüb dərhal evə tərəf qaçıb evin dəmir giriş qapısından içəri girib zala tərəf qaçaraq masanın arxasında əyləşib yemək yeyən nənəsi Gülsadəyə həyəcanlı şəkildə Əlibabanın gəldiyini, anasına və qardaşına gizlənmələrini demişdir. Həmin vaxt isə çöldən atəş səsləri gəlmişdir. Bu vaxt nənəsi Gülsadə ayağa durub evin giriş qapısına tərəf getməyə başlamışdır. Bu zaman o, vəziyyətin yaxşı olmadığını görüb oturduqları fərdi yaşayış evinin birinci mərtəbəsində olan otağın baş hissəsində, sağ tərəfdə yerləşən saxlanc yeri kimi istifadə etdikləri otağa girib atasına məxsus “vinçester” markalı silahı götürmüş və yenidən zala daxil olduqda artıq Əlibabanın əlində odlu silahı qapıdan təxminən 5-6 metr içəridə olan kiçik qardaşı Renata tərəf tutduğunu görmüşdür. Bu zaman o, Əlibabanın qardaşı Renata tərəf atəş açacağını hiss edib Əlibabanın fikrini yayındırmaq üçün Əlibabaya qışqıraraq “sənin işin onunla deyil, qardaşımın heç bir günahı yoxdur, mən burdayam” kimi sözlər demişdir. Həmin vaxt isə nənəsinin qanlar içində pilləkənlərin yanında olan dəhlizdə uzandığını görmüş və başa düşmüşdür ki, Əlibaba onların hamısını öldürəcək. Buna görə o, Əlibabaya xəbərdarlıq etmək istədikdə Əlibaba əlində olan silahı ona tərəf tutub atəş açmışdır. Bu vaxt o da əlində olan silahı Əlibabaya tərəf tutub qarşılıqlı şəkildə atəş açmışdır. Əlibabanın açdığı atəş nəticəsində onun sol əli bilək nahiyəsindən yaralanmışdır. Həmçinin atəş zamanı silahdan çıxan xırda sərt qəlpəyə bənzər metallar onun üzünə səpələnmişdir. O, Əlibabaya tərəf 2 dəfə atəş açmışdır. Bundan sonra Əlibaba həyəcanlı şəkildə otağın girişindən dəhlizə və evin girişindən isə həyətə çıxmışdır. Bu vaxt o, dəhlizə tərəf nənəsinin yanına getmiş və nənəsinin Əlibabanın atdığı atəş nəticəsində ciddi yaralanıb və nəfəs ala bilmədiyini görmüşdür. Həyətə çıxanda isə yerdə çox sayda patron gilizlərinin olduğunu görmüşdür. O, Əlibabanın arxası ilə giriş darvazasına tərəf getmiş, lakin, əlindən yaralandığı və həddindən artıq qorxduğu üçün talvarın altına kimi gedə bilmiş və talvarın altında artıq dizlərini yerə qoymuşdur. Əlində olan silah isə qarşısında olmuşdur. Bundan sonra hadisə yerinə ilk olaraq qohumları Tofiq, daha sonra isə qonşular və qohumlar gəlmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 o, hadisə zamanı sol əlindən ciddi xəsarətlər aldığını, hadisənin evin içində baş verdiyini, Əlibabaya mane olmaq, qorxutmaq və fikrini yayındırmaq üçün atasına məxsus silahı ona tərəf tuşladığını, ilk öncə Əlibabanın ona tərəf atəş açdığını, həmin an Əlibabanın onları öldürmək üçün gəldiyini, anidən əlində olan silahla Əlibabaya tərəf atəş açdığını, bundan başqa Əlibaba qəsdən nənəsi Gülsadəni əlində olan silahla öldürdüyünü, daha sonra həmin silahı kiçik qardaşı Renata tərəf tutaraq onuda öldürmək istədiyini bildirmişdir. Hadisə zamanı evdə anası Kəmalə, qardaşı Renat və nənəsi Gülsadənin olduğunu, anasının və qardaşını heç bir xəsarət almadığını, hadisə anında atası X25 rayon ərazisində olduğunu bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, əri X19 Gəncimovla uzun müddətdir aralarında dostluq münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onların yaşadığı Qəbələ rayon Zərgərli kəndində yerləşən evə gəlmiş, həmin vaxt evdə o, qaynanası Gülsadə, övladları Renat və Nurlan olmuşdur. Əlibaba keçib masada əyləşib qaynanası Gülsadə ilə söhbətə başlamış və yarım saat sonra çıxıb getmişdir. 17 oktyabr 2024-cü il tarixdə isə əri Akif Məmmədəliyev səhər saat 10 radələrində evdən çıxıb Toyota markalı avtomobili ilə getmişdir. Axşam saat 20 radələrində yaşadıqları 2 mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində olan otaqda qaynanası Gülsadə Məmmədəliyeva, azyaşlı oğlu Renat Məmmədliyevlə birlikdə olan zaman oğlu Nurlan qaçaraq evə daxil olmuş və Əlibabanın gəldiyini deyərək gizlənmələrini demiş və saxlanc yerinə getmişdir. Elə bu vaxt çöldə atəş səsləri gəlmişdir. Həmin vaxt o, divanda oğlu Renatla oturmuşdur. Qaynanası isə qapının girişində masada oturmuşdur. Nurlan saxlanc yerindən silah götürmək üçün girərkən artıq Əlibaba evə yaxınlaşmışdır. Həmin anda o, mətbəxin pəncərəsindən Əlibabanın əlində ağ tüfəng olduğunu görmüşdür. Həmin vaxt Əlibaba silahı ona tuşlamışdır. Lakin o, əyilmiş, bu anda qaynanası “ gəlsində” deyib onun qarşısına çıxmış və 2 dəfə atəş səsi eşitmişdir. Həmin anda qaynanası “can bala” deyib yerə yıxılmışdır. O, ara qapını itələyib bağlamış və bir dəfə yenidən atəş açılmışdır. Otağa gələn Nurlan ona “ana qapını aç” demiş və o qapını açan zaman Əlibaba və Nurlanla üz-üzə gəlmişdirlər. Əlibaba Nurlana 2-3 dəfə atəş açmışdır. Bu anda Nurlanda ona qarşılıqlı atəş açmışdır. Nurlanın atdığı atəş Əlibabaya dəymişdir. Əlibabanın atdığı güllə isə Nurlanın əllərindən dəyərək ona xəsarətlər yetirmişdir. Bu zaman Əlibaba qaçıb darvazadan çıxmışdır. Nurlan evdən çıxıb onun arxası ilə getmək istədikdə o, Nurlana qışqırıb getməməsini demişdir. Sonra qaynanasının başını qucağına almış, bu zaman qaynanası “can bala“ deyərək ölmüşdür. Qısa zamanda Akifin əmisi oğlu Tofiq də qaçaraq hadisə yerinə gəlmişdir. Nurlan isə talvarın altında dizləri üstə dayanıb əlindən qan axmışdır. Daha sonra hadisə yerinə qohumlar və qonşular toplaşmışdır. Ona deyilmişdir ki, Əlibaba həyətdən çöldə olan avtomobilinin yanında yaralı vəziyyətdə uzanmışdır. Daha sonra o, ifadəsində hadisə nəticəsində özünün və oğlunun xəsarət almadığını, Əlibabanın silahı ona tuşladığını, lakin qaynanası Gülsadəni vurduğunu, üstəlik Əlibaba həmin silahı azyaşlı oğlu Renata və ona tərəf tuşladığını, həmin vaxt digər oğlu Nurlanın saxlanc yerindən çıxaraq Əlibabanın fikrini yayındırdığını və buna görə Əlibabanın silahı Nurlana tuşlayaraq atəş açdığını, bunun qarşılığında Nurlanda ona 1-2 dəfə atəş açdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndə və mütəxəssisin (müəllim) iştiraki ilə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, dərslərini yaxşı oxuyur. Məhkəməyə nəyə görə gəldiyini, nələr baş verdiyini bilir. Əli onlara gəlmişdir. O, stolun yanına getmişdir. Əli nənəsini vurmuşdur. Anası həmin vaxt qışqırmışdır. O da qorxmuşdur. Ona verilən suallara suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Əli silahla onu vurmaq istəmişdir. Qardaşı demişdir ki, uşağı vurma, məni vur. Qardaşı bunu deyən zaman əli silahı ona tuşlamışdır. Qardaşının Əlini vurduğunu görməmişdir. Əlinin silah tuşladığını görməmişdir. Anası Kəmalə, atası isə Akifdir. Əli silahı ona tuşlayan zaman heç nə deməmişdir. Heç nə görməmişdir. Əlini görməmişdir. Hadisə tam yadında qalmamışdır. Qorxmuşdur. Qardaşının əlində silah görmüşdür. Hadisə yadında qalmamışdır. Əvvəllər silah görməmişdir. Əlinin əlində silah olmuşdur. Əlinin əlində silah görmüşdür. Silahları tanıyır. Əvvəllər televizorda silah görmüşdür. Evlərində silah olmuşdur. Evlərindəki silah atasına məxsusdur. Atasının silahı harada saxladığını bilmir. Silahı görüb-görmədiyi yadında qalmamışdır. Hadisədən əvvəl anası, nənəsi və o evdə olmuşlar. Sonra qardaşı Nurlan evə gəlmişdir. Qardaşı çöldən gəlmişdir. Qardaşını içəri girən vaxt görmüşdür. Qardaşı onlar olan otağa gəlmiş və demiş ki, Əli gəlir, gizlənin. Sonra qardaşı harasa getmiş, o isə otaqda qalmışdır. Nənəsi isə otaqdan çıxmışdır. Sonra yadında qalmamışdır. Əlinin ora gəldiyi yadında qalmamışdır. Əli onlara gələn vaxt otaqda qalmışdır. Nənəsi isə harasa çıxmışdır. Anasının isə hara getdiyi yadında qalmamışdır. Qardaşının hara getdiyi yadında qalmamışdır. Nənəsinin evdə yıxıldığını görməmişdir. Qardaşının yıxıldığı yadında qalmamışdır. Əlinin hara getdiyini görməmişdir. Əli onlara gələrkən əlində tüfəng olmuşdur. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 17 oktyabr 2024-cü il tarixdə axşam saat 20 radələrində o, yaşadıqları 2 mərtəbəli evin birinci mərtəbəsində olan zalda sol tərəfdə olan divanda anası ilə birlikdə oturmuşdur. Nənəsi Gülsadə isə həmin zalda olan masada əyləşib yemək yeyirmiş. Bu vaxt çöldən atəş səsi gəlmişdir. Bu anda qardaşı Nurlan qaçaraq evə gəlmişdir. Evə girib "gəlir, qaçın gizlənin podvalda, Əli gəlir" demiş və birbaşa podvala girmişdir. Bu vaxt anası yanından durub mətbəxə tərəf getmişdir. Bununla yanaşı isə nənəsi Gülsadə "gəlsində də” deyib onun evin çıxışına çıxmışdır. Bu anda 2 dəfə atış açılmışdır. Həmin nənəsi "can bala" deyib yerə yıxılmışdır. O, bu vəziyyəti görüb çox qorxmuşdur. O, qışqırıb anasını çağırsa da anası həmin vaxt ara qapını itələyib bağlamışdır ki, heç kim içəri girməsin. Bu vaxt yenidən atəş səsi eşidilmişdir. Qardaşı Nurlan podvaldan olduqları otağa çıxaraq anasına qapını açmasını demişdir. Bu vaxt Əlibaba içəri girmiş və ilk olaraq silahı ona tərəf tuşlamışdır. Bu zaman qardaşı Nurlan ona qışqırıb onunla işinin olmamasını demişdir. Bunu eşidən Əlibaba qardaşı Nurlana tərəf çevrilmiş və onlar həmin anda Əlibaba və Nurlan üzbəüz gəlmişlər. Əlibaba ona 2-3 dəfə atəş açmışdır. Bu anda Nurlanda ona atəş açmışdır. Lakin neçə dəfə atəş açdığını bilməmişdir. Nurlanın atdığı atəş onun harasındansa dəymişdir. Lakin dəqiq bilməmişdir. Onun atdığı güllə də Nurlanın əllərindən dəymişdir. O qaçıb darvazadan çıxmışdır. Bu anda Nurlan evdən çıxıb onun arxası ilə getmək istədikdə anası qışqırıb Nurlanın getməsinə mane olmuşdur. Daha sonra qohumları Tofiq dayı qaçaraq yanlarına gəlmiş və onlardan nə olduğun soruşmuşdur. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadədən qismən ziddiyyətli ifadə verməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hadisənin baş verməsindən xeyli müddət keçməsi və zərərçəkmiş şəxsin yaşının az olması hadisələri dəqiq xatırlamamasını anlaşılan edir. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin hallarına, iş materiallarında olan mötəbər və bir-biri ilə üst-üstə düşən sübutlara uyğun gəldiyindən, əsaslı sayılmalı və daha mötəbər sübut kimi ittihamın əsasına qoyulmalıdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “Alkapon” ləqəbli Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs ilə aralarında uzun müddətdir ki, dost münasibətləri olmuşdur. Əlibaba Qəbələ rayon ərazisində, eyni zamanda Bakı şəhər və digər rayonlarda tikinti işləri ilə məşğul olurmuş. Hətta Təqsirləndirilən şəxs dəfələrlə onun yaşadığı Zərgərli kəndində yerləşən evlərinə qonaq da gəlmiş və ailələri ilə birlikdə masa arxasında oturaraq dost kimi söhbətlərdə etmişdir. Onların əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Belə ki, əvvəllər Əlibaba tikinti işləri görmək üçün ondan dəfələrlə borca pullar almış və geri qaytarmışdır. Həmçinin o da Əlibabadan dəfələrlə borca pul almış və geri qaytarmışdır. Lakin sonradan aralarında borc münasibətləri yaranmışdır. Həmin borcun yaranmasına səbəb Bakı şəhər sakinləri Elman və Murad adlı şəxslərdən onun Qəbələ şəhəri “Alma bağı” adlanan ərazidə yerləşən 4 ədəd evinin satışa qoyulması zamanı, həmin evləri Elman və Murada satmaq məqsədi ilə beh kimi aldığı pulları öz aralarında bölməsi olmuşdur. Belə ki, o, həmin evlərin sənədləri tam düzələcəyi təqdirdə Elman və Murad adlı şəxslərə satacağını bildirmişdir. Lakin, həmin evlərin sənədlərinin düzəlməsi prosesi vaxt baxımından uzandığından beh kimi verilmiş 58000 manat pul vəsaitini Elman və Murad ondan geri istəmişdir. O, həmin pulları dostları və daim ehtiyacı olandan pul alıb verdiyi FHN-də işləyən Ariz, Əlibaba, Vilayət və Əkbər adlı şəxslərə borc kimi vermişdir. Murad və Elman verilmiş behi ondan geri istəyən zaman o, Əlibabaya və digərlərin bu barədə məlumat verib pulları qaytarmalarını bildirmişdir. Lakin, Əlibaba həmin pulu hazırda maddi imkanı zəif olduğunu və qaytara bilməyəcəyini demişdir. Lakin Elman və Murad demək olar ki, hər gün ona zəng edərək beh kimi verdikləri pulu geri istəmişdirlər. O, məsələni və pulları dostlarına borca verdiyini desə də Murad və Elman ona inanmamış və pullarını tələb etməkdə davam etmişdirlər. Buna görə hətta Əlibaba ilə aralarında münasibətlərdə korlanmışdır. Eyni zamanda Əlibaba və Ariz özləri telefonda Elmanla danışaraq həqiqətən də onun Elmandan aldığı beh kimi 58000 manat pulun bir hissəsini onlarda olduğunu təsdiq etmiş və onların arasında yaranmış borcunu qısa zamanda verəcəklərinə belə öhdəlik götürmüşdürlər. Borca görə dəfələrlə Elman, Murad və Namiq adlı şəxslər Qəbələyə gəlmiş və onlarla görüşmüşlər. Həmin vaxt məlumatı olmuşdur ki, ona beh kimi verilmiş 58000 manat pulun bir hissəsini Namiq adlı şəxs vermişdir. Hər dəfəsində o, Elman, Murad və Namiqə borcunu verəcəyini desə də mütəmadi olaraq həmin şəxslər ona zəng edərək narahat etmişdirlər. Buna görə Əlibaba ilə onun arasında sözlü mübahisə belə yaranmışdır. Belə ki, telefonda bir birinin ünvanına söyüşlər söymüşdürlər. Lakin, sonradan Əlibaba vhatsappda səs göndərərək üzr istəmiş və onun bağışlamasını demişdir. Amma onun digər tərəfdən borc sahibləri sıxaraq borcunu istəməkdə davam etmişlər. Bundan sonra o, Əlibaba və digər borca pul verdiklərinə təzyiq edib pulu verməli olduqlarını demişdir. Artıq Əlibaba ilə aralarında olan borc məsələsi düşmənçiliyə çevrilmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 11-də o, qalxıb Qəbələ rayon Zarağan kəndinə, sonra oradan Zarağan-2 ünvanında yerləşən şəhərciyə getmişdir. Orada olan işlərini həll edib ünvan 3 sakini Araza zəng edərək onunla Oğuz rayonunda görüşmüşdür. Arazla o, Qarabulaq kəndində olan çayçıda görüşərkən Rübail adlı polis əməkdaşı ona zəng edib kənddə dava dalaş olması barədə soruşmuşdur. Bu anda həmkəndlisi Əvəz saat təxminən 20:03 radələrində ********** nömrəsindən ona zəng edərək evlərində silahlı insident olduğunu demişdir. O, dərhal idarə etdiyi avtomobilə əyləşib Qəbələyə yaşadığı evə gəlmək üçün yola çıxmışdır. Yaşadığı fərdi yaşayış evinin girişdə öyrənmişdir ki, Əlibaba onun yaşadığı evə gəlib orada anasına atəş açıb və oğlu Nurlanı isə yaralamışdır. X26 evdə olan və ona saxlanılması üçün verilmiş Vinçester markalı silahla vurmuşdur. Əlibabanı oradan TTY avtomobili ilə aparılarkən yolda ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində o, yaşadığı evin həyətyanı sahəsində olan tövlədə heyvanları yemləyərkən, hasar qonşuları olan Akif Məmmədəliyevin yaşadığı özünə məxsus evdən qadın qışqırıq səsləri gəldiyini eşitmişdir. Bu vaxt dəmir giriş darvazasından çölə çıxmış və qaçaraq Akif gilin yaşadığı evin giriş darvazasının qarşısına çatmışdır. Həmin vaxt giriş darvazasının qarşısında çöl tərəfində ön hissəsi darvaza istiqamətində olmaqla həmin darvazadan təxminən 7-10 metr məsafədə açıq mavi rəngli avtomobil dayandığını, həmin avtomobilin sağ arxa qapısının yanında daşlı çınqıllı hissədə kişi cinsli şəxsin uzanmış və ləng hərəkətlər etdiyini görmüşdür. Həmin şəxsin əynində hərbi geyim formasına oxşar geyim forması olmuşdur. Bundan başqa həmin tanımadığı şəxsdən təxmin 2-3 metr ön tərəfdə hərbi rəngdə tüfəng olmuşdur. Akifin yaşadığı evin həyətindən hələ də qışqırıq səsləri gəlməkdə davam edirmiş. Buna görə onda qorxu hissi yaranmış, lakin buna baxmayaraq o, hərəkətini davam etdirib Akifin yaşadığı giriş darvazasından içəri girmişdir. Həmin vaxt darvazanın yuxarı hissəsi qismən açıq şəkildə olmuşdur. O, həmin vaxt Nurlanın darvazadan təxminən 3 metr irəlidə talvarın altında ayaqları üzərində çömələrək oturmaqla sağ əlində olan qanlı əsgi parçası ilə digər əlini tutduğunu və qarşısında isə istifadə etdiyi silah olduğunu görmüşdür. Nurlan onu görüb “ nənəm ölüb! nənəm ölüb! o, öldürüb ” kimi sözləri qışqırıb demişdir. Bu vaxt o, yaşayış evinin giriş qapısına tərəf getmiş, fərdi yaşayış evinin giriş seyf qapısının açıq vəziyyətdə olduğunu və girişdən içəridə isə doğma əmisinin arvadı Gülsadənin huşsuz və qanlar içində olmaqla başı Kəmalənin qucağında olduğunu görmüşdür. Kəmalə isə oturaq vəziyyətdə ağlayırmış. Daha sonra hadisə yerinə Akifin qohumları və qonşuları toplaşmışdır. Qısa zamanda isə hadisə yerinə təcili tibbi yardım avtomobili, polis və prokurorluq əməkdaşları gəlmiş və hadisə yeri müayinə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən hadisə baş verməzdən 1 ay əvvəldən əri Təqsirləndirilən şəxs ilə Akif arasında borc söhbəti üstündə müəyyən gərginlik yaranmışdır. Gərginliyə səbəb Akifin Elman adlı şəxsə borclu olması ilə bağlı həmin pulun Elmana verilməsinə dair əri Əlibabanın durduğu zaminlik olmuşdur. Bildiyi qədəri 58000 manat Akifin Elmana borcu olmuşdur. Belə ki Akif Elmana ev satacağı vədi ilə evin sənədlərini düzəldəcəyini deyib Elmandan 58000 manat beh almış, sonra evi başqa şəxsə satsa da həmin pulu qaytarmamışdır. Əlibabada Elmangilə söhbət əsanasında söz vermişdir ki, həmin pulun verilməsinə zamin dursa da Akif dediyinə əməl etməmiş və evi başqa şəxsə satmışdır. Bir dəfəsində Əlibaba ona demişdir ki, Nurlanla danışıb Akifgilə gedib orada çay içib söhbətləşərkən anası Gülsadə ona kobud cavab vermişdir. Belə ki, əri Əlibaba Gülsadəyə oğlunun borc söhbəti olduğunu, borcu verməkdən imtina etdiyini demiş, Gülsadə isə cavabında pullarının olduğunu ancaq heç bir pul verməyəcəklərini bildirmişdir. Bundan sonra Əlibaba əsəbləşərək oradan çıxmışdır. Hadisə baş verən gün isə əri səhər 9 da evdən çıxıb Yenikəndə getmişdir. Sonra evə qayıdanda Əlibabadan soruşduqda Yenikəndə getdiyini demişdir. Hətta onun bibisi oğlu Rahibin də gördüyünü demişdir. Sonra 16 radələrində Əlibaba yenidən evdən çıxaraq Cahid adlı qohumu və dostu ilə görüşmək üçün çayçıya getdiyini demişdir. Axşam saat 20:30 radələrində qaynı Arazın oğlu Fərhad ona mobil telefonla zəng edib Əlibabanın evdə olub-olmadığını və silahının yerində olub-olmadığını soruşmuşdur. Cavab olaraq Əlibabaya məxsus ağ rəngli komufulyajlı silahın saxlandığı yerdə olmadığını demişdir. Həmin vaxt Fərhad ona Akif Məmmədəliyevin yaşadığı evdə silahlı atışma baş verdiyini demişdir. Sonra eltisi Dürdanəyə zəng edib ərinin öldüyünü öyrənmişdir. Sonradan məlum olmuşdur ki, əri hadisə vaxtı silahla Akifin evinə gedib orada atışma olmuşdur. Gülsadə və Əlibaba da ölmüşdür. Hadisənin baş verməsinə səbəb Akifin Əlibabanın arasında olan borc məsələsi və Elçin adlı şəxsin yoldaşının geyimi haqqında xoşagəlməz sözlər deməsinin və Akifin yanında təsdiq etməsi barədə səs yazısının dostları arasında paylaşması və Elçinə bu barədə deməsi olmuşdur. Lakin o, həmin səs yazısını eşitməmiş və görməmişdir. Sadəcə olaraq Əli ölümündən əvvəl bunu ona demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qəbələ rayon Laza kənd sakini Təqsirləndirilən şəxs tanımış, lakin onu görməmişdir. Sadəcə Akifin yaxın dostu olmasını bilmişdir. Qəbələ rayon Zərgərli kənd sakini X12 o, 2010-cu il tarixdən tanımışdır. Belə ki, o, Akifi fərdi təsərrüfatla məşğul olan biri kimi tanımışdır. Eyni zamanda onun anası Oğuz rayon sakinidir. Onun Akiflə dostluq münasibəti olmuşdur lakin ailəli gediş gəliş münasibətləri olmamışdır. Sadəcə xeyir-şər məclislərində iştirak etmişdirlər. xx.xx.2024-cü il tarixdə o, Oğuz rayonunda yaşadığı kəndə olan zaman axşam saat təxminən 19:30-da radələrində Akif ona zəng edərək görüşmək istədiyini bildrimişdir. Akifə yaşadığı kəndə gəlməsini demişdir. Onunla görüşməsinin səbəbi onun təsərrüfatında olan 15 baş xırda buynuzlu heyvanların Akifin sürüsünün yanında olması ilə bağlı danışıqlar aparmaları olmuşdur. Saat təxminən 20:10 radələrində kəndin aşağı hissəsində yerləşən kənd sakini Zaur Əliyevə məxsus çay evində əyələşmişlər. Həmin vaxt masa arxasında Akiflə oturmuşdur. Təxminən 5 dəqiqə sonra Akifin telefonuna zəng gəlmiş, Akif həmin vaxt telefonda sadəcə “ha, uçxana (ha nə oldu)” sözlərini deyib ona heç nə demədən təcili qara rəngli cipə bənzər avtomobilinə oturub sürətlə çıxıb getmişdir. Növbəti gün o, Akifə zəng edib maraqlansa da Akif telefonu götürməmişdir. Sonradan kənd sakinlərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs özü ilə götürdüyü odlu silahla Zərgərli kənd sakini Akifin evinə hücum edərək atdığı atəş nəticəsində Akifin anası ölmüş, oğlu Nurlan isə yaralanmışdır. Nurlanın atdığı atəş nəticəsində isə Əlibaba ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə hadisənin baş verdiyi Qəbələ rayonu Zərgərli kəndində yerləşən fərdi yaşayış yerinə hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və hadisə yerini əks etdirən fotocədvəl müvafiq protokola əlavə edilmişdir (cild 01, iş vər. 4-32). xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə X9 istifadəsində olan və istintaq zamanı götürülmüş “İphone-7” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun qalereya bölməsində 2:48 dəqiqəlik X20 Gəncimovla aralarında olan telefon danışıqlarının qeydə alınması ilə əlaqədar videogörüntü aşkar edilmiş və həmin görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Akif Məmmədəliyev əlində olan başqa telefon vasitəsi ilə Təqsirləndirilən şəxs ölümündən əvvəl “Eliexi” adlı kontaktla danışıqlarını qeydə alınmış, Əli Gəncimov özünün 35000 dollar borcu olmasını, məcbur qalıb Muradla danışdığını, həmin borcunun ödənilməsi ilə bağlı möhlət istəməsini, yoldaşına Akifə borcu olduğunu, ölsə Akiflə halallaşmasını, aralarında lazımasız söhbətlər olduğunu, günahın özündə olduğunu, amma sadəcə Akifə borcu olduğunu bildirmiş, Akif cavab olaraq onunla halallaşmağın lazım olmadığını, onu qova-qova namərd etdiyini, namərd olmadığını bildirmişdir. Buna münasibətdə Əlibaba səhvin özündə olduğunu, Akifdən üz-üzə gəlib üzr istəyəcəyini bildirmiş, əlavə olaraq əgər ölməsə yaşasa o, ölənə qədər Akif Məmmədəliyevə sadiq qalacağını demiş, Akif Əlibabaya səbirli olmasını və danışacağını bildirmiş eyni zamanda Akifin ora yasa gələcəyi təqdirdə Elvin ondan soruşsa desin ki, “qardaşı oradan hərəkət edir məndə buradan hərəkət edirəm, sonra sən gedəndən sonra Əli dedi ki, kasıbda olsa ona yuxarıdan aşağı baxan mənim s***** yeyir, mən elə deyəcəm, başa düşürsənmi, belə deyibdir” kimi sözlər deməsini və sözlərinin bir olmasını, qızı Baharın xətrinə onu bu vəziyyətdən çıxarılmasını Akifdən xahiş etmişdir (cild 02, iş vər. 76-78). xx.xx.2024-cü il tarixli, 21 nömrəli məhkəmə-tibbi ekspertizasının ekspert rəyində göstərilmişdir ki, mərhum Təqsirləndirilən şəxs meyitində daxili qanaxma, qanaxmadan sonrakı şok, sol ağ ciyərin, bağırsaqların müsariqə arteriyasının, qarın ortasının, sol ıx-x qabırğaların zədələnməsi ilə müşayət olunan döş qəfəsinin və qarının sol hissəsindən boşluqlara nüfuz edən, sol saidin arxa yuxarı 1/3-də mil və dirsək sümüklərinin açıq qəlpəli sınıqları və metal yad cisimləri (qırmaları) ilə müşayət olunan odlu silah yarası kimi xəsarətləri varıdır. Həmin xəsarətlər xəzinəsi səpələnən metal cisimlərlə (qırmalarla) doldurulmuş atəşə yararlı odlu silahdan açılan iki atəş nəticəsində törənməsinə uyğun gəlir. Döş və qarın nahiyyəsindəki yaraların morfoloji xüsusiyyətlərinə görə atəşin istiqaməti soldan sağa, yuxarıdan bir qədər aşağıya, sol saidin arxa yuxarı 1/3-dəki xəsarətdə isə atəşin istiqaməti arxadan önə olmuşdur. Həmin xəsarətlər həyati olub Təqsirləndirilən şəxs ölümündən qısa müddət əvvəl yəni 17 oktyabr 2024-cü ildə törənmişdir. Dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Həmçinin, Təqsirləndirilən şəxs ölümünə səbəb bağırsaqların müsariqə arteriyasının və qarın aortasının odlu silah zədələnməsi nəticəsində baş verən kəsgin profuz qanaxma olmuşdur. Ölümün baş vermə müddəti ilkin inkişaf etmiş meyit əlamətlərinin inkişaf səviyyəsinə və işə dair toplanmış məlumtlara əsasən meyitin müayinəsi aparılan vaxtdan yəni 18 oktyabr 2024-cü ildən saat 09:05-dən 6-8 saat əvvəl baş verməsinə uyğun gəlmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxtda və şəraitdə ölməsi mümkün hesab edilmiş, sonuncunun meyitindən götürülmüş qanın və sidiyin məhkəmə tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, 22 nömrəli məhkəmə-tibbi ekspertizasının ekspert rəyində göstərilmişdir ki, X3 meyitində daxili qanaxma, qanaxmadan sonrakı şok, hər iki ağ ciyərlərin, ürəyin, qara ciyərin, bağırsaqların, döş qəfəsinin ön hissəsində döş sümüyünün üzərindən, döş qəfəsinin sağ yuxarı hissəsində orta körpücük xətti üzrə ıv qabırğa səviyyəsində, döş qəfəsinin sağ ön qoltuqaltı xətt üzrə vıı qabırğa nahiyyəsindən döş boşluğuna nüfuz edən, döş qəfəsinin sol orta qoltuqaltı xətt üzrə ıv qabırğa səviyyəsindən, sol bazunun içəri və bayır yuxarı 1/3-dən, çanağın sol oma-qalça birləşməsi nahiyyəsindən xaric olan, döş qəfəsinin daxili arxa divarında və çanağın sol qalça-oma birləşməsi nahiyyəsində metal yad cisimlər (güllə) ilə müşayət olunan odlu silah yarası kimi xəsarətləri olmuşdur. Həmin xəsarətlər xəzinəsi metal güllə ilə doldurulmuş atəşə yararlı odlu silahdan açılan üç atəş nəticəsində törənməsinə uyğun hesab edilmişdir. Həmin xəsarətlərlər həyati olub onun ölümündən qısa müddət əvvəl yəni 17 oktyabr 2024-cü ildə törənmişdir. Dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aid hesab edilmişdir. G.S.Məmmədəliyevanın ölümünə səbəb ürəyin, ağciyərlərin, qara ciyərin və bağırsaqların zədələnməsi nəticəsində baş verən kəskin profuz qanaxmadan sonrakı şok olmuşdur. Ölümün baş vermə müddəti ilkin inkişaf etmiş meyit əlamətlərinin inkişaf səviyyəsinə və işə dair toplanmış məlumtlara əsasən meyitin müayinəsi aparılan vaxtdan yəni 17 oktyabr 2024-cü ildən saat 12:05-dən 7-10 saat əvvəl baş verməsinə uyğun gəlmişdir. G.S..Məmmədəliyevanın hadisə baş verən vaxtda və şəraitdə ölməsi mümkün hesab edilmiş, və sonuncunun meyitindən götürülmüş qanın və sidiyin məhkəmə tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir (cild 02, iş vər. 19-23). xx.xx.2024-cü il tarixli, 551 nömrəli məhkəmə-tibbi ekspertizasının ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində hər iki əlin odlu silah yaralanması, sol əlin İ daraq sümüyünün açıq qəlpəli sınığı, sol əlin ııı barmağın açıcı vətərinin zədələnməsi, hər iki əlin yumuşaq toxumaları arasında metal yad cisimlər (qırmalar), üst dodağın ön orta hissəsinin, alının sol qaşüstü nahiyyəsinin, üzün sol tərəfinin yaraları və aldığı xəsarətlərlə bağlı keçirilmiş cərrahi əməliyyatdan sonraki vəziyyəti kimi xəsarətləri olmuşdur. Həmin xəsarətlər xəzinəsi atəşə yararlı səpələnən metal cisimlərlə doldurulmuş odlu silahdan açılan atəş nəticəsində qərarda göstərilən tarixdə və şəraitdə yəni 17 oktyabr 2024-cü ildə törənməsinə uyğun gəlmişdir. Bədən xəsarətinin ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aid edilmişdir (cild 02, 114-116). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3/1446, 3/1747, 3/1748 və 3/1749 nömrəli “məhkəmə daktiloskopik, məhkəmə trasoloji və məhkəmə ballistik” ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş 02 ədəd silahın üzərində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentlər tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsız hesab edilmişdir. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd, 12 kalibrli “Churchill” modelli, “3537161” № tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyinə toxunmadan kənar fiziki təsir nəticəsində ondan öz-özünə atəş açılmır, çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 2,4 kq qüvvə ilə təsir etmək tələb olunur. Silahın hissələrinin üzərində və üzərindəki zavod işarələrində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah Türkiyədə zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli “Armsan A612” modelli, “13A46163” №-li, daxili çaxmaqlı, pompalı, təklüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyinə toxunmadan kənar fiziki təsir nəticəsində ondan öz-özünə atəş açılmır, çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 3,3 kq qüvvə ilə təsir etmək tələb olunur. Silahın hissələrinin üzərində və üzərindəki zavod işarələrində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. -Xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara əsasən həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdirlər. -Tədqiqata təqdim edilmiş 09 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqdim edilmiş “Armsan A612” modelli, “13A46163” №-li və “Churchill” modelli, “3537161” №-li tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, pistonları üzərində silahın vurucusunun izləri yoxdur və təyinatı üzrə istifadəyə-atəşə yararlıdırlar. Həmin patronlardan 03 ədədinin daxili qırmalarla, 06 ədədinin daxili güllə ilə təchiz olunmuşdur. -Tədqiqata təqdim edilmiş 10 (on) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqdim edilmiş “Armsan A612” modelli, “13A46163” №-li və “Churchill” modelli, “3537161” №-li tüfəngdə də istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir - gilizləridir, döyüş sursatı hesab edilmir, pistonları üzərində atıldığı silahın vurucusunun izləri vardır Üzərilərində “№3 giliz boş”, “№4 giliz boş”, “№5 boş giliz”, “№7 giliz boş”, “№10 02 ədəd boş giliz” və “№13 01 ədəd giliz" yazıları olan zərflərdə təqdim edilmiş ümumilikdə 07 ədəd giliz təqdim edilmiş “Armsan A612” modelli, “13A46163” №-li ov tüfəngindən, üzərilərində “№16 giliz”, “№17 giliz” və “№19 giliz” yazıları olan zərflərdə təqdim edilmiş ümumilikdə 03 ədəd giliz isə “Churchill” modelli, “3537161” №-li ov tüfəngindən atılmışdır. -Tədqiqata təqdim edilmiş 28 ədəd metal predmetlər yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronlarının doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş atəş komponentinin atəşlə ayrılmış hissəsidir, 23 ədəd qırmadır, 05 ədədi güllə hissəsidir. Təyinatına uyğun olaraq həmin qırmaların və güllə hissələrinin digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 12 kalibrli patrondan, o cümlədən tədqiqata təqdim edilmiş 10 ədəd gilizdən istifadə olunmaqla təqdim edilmiş “Armsan” və “Churchill” modelli ov tüfənglərindən də atəş açılması mümkündür. Qırmaların hissələrinin üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər vardır, lakin həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşdirmə tədqiqatı üçün azlıq təşkil etdiyindən, onların təqdim edilmiş ov tüfənglərindən atılıb- atılmadıqlarını, həmçinin atılmazdan əvvəl hansı kalibrli gilizlərin tərkib hissəsi olmasını konkret olaraq müəyyən etmək mümkün olmamışdır. -Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd predmet 12 kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissələridirtıxacdır. Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə, tədqiqata təqdim edilən “Armsan” və “Churchill” modelli ov tüfəngindən də atəş açılması mümkündür, lakin onların üzərində atəşədək doldurulduğu gilizin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri qalmadığına görə, eyniləşmə tədqiqatı aparmaq mümkün olmadığı üçün, təqdim edilmiş 10 ədəd gilizlərinin hər hansı birinə atəş komponenti kimi doldurulub-doldurulmadığını, o cümlədən həmin gilizlərdən və eləcə də təqdim edilmiş “Armsan” və “Churchill” modelli ov tüfənglərindən atılıb-atılmadığını müəyyən etmək mümkün olmamışdır. -Tədqiqata təqdim edilmiş “Armsan A612" modelli, “13A46163” №-li və 01 ədəd “Churchill” modelli, “3537161” №-li nömrəli silahların lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən həmin silahlardan sonuncu təmizlənmədən sonra atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş mərhum “Gülsadə Məmmədəliyevaya” məxsus olduğu qeyd edilən bir ədəd qolsuz gödəkçə, bir ədəd qolsuz jilet, bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, iki ədəd maykanın və mərhum “Təqsirləndirilən şəxs” məxsus olan bir ədəd gödəkçə, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd belində kəməri olan cins şalvarın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr aşkar edilmişdir. -Tədqiqata təqdim edilmiş mərhum “Gülsadə Məmmədəliyevaya” məxsus geyim əşyalarının üzərində zədələrin səthində qurğuşun metal izinin və atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bir ədəd qolsuz gödəkçə, bir ədəd qolsuz jilet, bir ədəd qısaqol köynək, iki ədəd maykanın ön sağ hissəsində olan zədələr giriş zədələri, uzunqol və qısaqol köynəyin sol qolluğunun üst hissəsində olan zədələr isə çıxış zədəsi olmaqla 12 kalibrli hamarlüləli odlu silahdan açılan üç atəş nəticəsində güllələrin təsirindən, təxminən 1,5 metr-dən 2 metrədək məsafə daxilində öndən-arxaya, sağdansola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Hadisə zamanı “G.Məmmədəliyevanın” geyim əşyalarının üzərində olan zədələr yerləşmə yerlərinə, istiqamətlərinə görə uyğunluq təşkil etməklə üst- üstə düşür. -Tədqiqata təqdim edilmiş mərhum “Təqsirləndirilən şəxs” məxsus geyim əşyalarının üzərində zədələrin səthində qurğuşun metal izinin və atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, bir ədəd gödəkçə, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd belində kəməri olan cins şalvarın ön sol yan hissəsində olan zədələr və bir ədəd gödəkçənin sol qolluğun üst arxa hissəsindəki zədələr giriş, gödəkçənin sol qolluğunun ön hissəsində olan zədə çıxış zədəsi olmaqla, 12 kalibrli hamarlüləli odlu silahdan açılan iki atəş nəticəsində bir atəş gödəkçənin ön sol yan hissəsində olan zədəyə 2 metrdən yuxarı məsafədən səpələnmiş qırmaların təsirindən, soldan-sağa doğru istiqamətdə, digər atəş gödəkçənin sol qolluğunun üst hissəsindəki zədəyə təxminən 1,5 metr-dən 2 metrədək məsafə daxilində arxadan-önə doğru istiqamətdə qırmaların təsirindən, yetirilməyə xarakterikdir. Hadisə zamanı “Əlibaba Cəncimova” məxsus geyim əşyalarının üzərində olan zədələr yerləşmə yerilərinə istiqamətlərinə görə uyğunluq təşkil etməklə üst-üstə düşmüşdür. -Tədqiqata təqdim edilmiş iki ədəd silahların hamarlüləli 12 kalibrli odlu silahlar olmasından “G.Məmmədəliyevanın”, “Təqsirləndirilən şəxs” geyim əşyalarının üzərində olan zədələri hansı silahlardan açılan atəş nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. -Tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs" məxsus olduğu qeyd edilən sağ, sol əllərindən götürülmüş tamponlardan, bir ədəd gödəkçə, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd belində kəməri olan, cins şalvar, bir cüt ayaqqabının səthindən və “Gülsadə Məmmədəliyevaya" məxsus olan bir ədəd qolsuz gödəkçə, bir ədəd qolsuz jilet, bir ədəd uzunqol köynək, bir ədəd yubkanın, “Zərərçəkmiş şəxs1” məxsus bir ədəd qısaqol köynəyin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. -Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd mayka, bir ədəd parçanın və “Gülsadə Məmmədəliyevaya” məxsus olan hər iki əllərindən götürülmüş tamponlardan, bir ədəd qısaqol köynək, iki ədəd mayka, bir ədəd şərfin üzərindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir. -Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs1” məxsus olduğu qeyd edilən bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd parça, “Gülsadə Məmmədəliyevaya” məxsus bir ədəd yubka, bir ədəd şərfin və Təqsirləndirilən şəxs məxsus olan bir cüt ayaqqabının üzərində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilməmişdir. -Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində qarşılıqlı (əlbəyaxa) mübarizə ilə əlaqədar fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qırılma) təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilməmişdir (cild 02, iş vər. 42-57). xx.xx.2025-ci il tarixli, 855/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 ABO sistemi üzrə qrup göstəricisi: Balfa\H\(İİİ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa\H\(İİl), X10 ABO sistemi üzrə qrup göstəricisi: AB(İV)/elektron prokurorluq informasiya sistemindən götürülmüş kserosurətə əsasən, ekspertizaya təqdim edilmiş G.S,Məmmədəliyevaya məxsus iki ədəd qolsuz mayka, bir ədəd qısaqol kofta, uzunqol kofta, ətək, sırığlı jilet, toxunma jilet və göy rəngli enli şərf, Təqsirləndirilən şəxs məxsus bir ədəd qolsuz mayka, qısaqol kofta, şalvar, uzunqol gödəkçə və bir cüt idman ayaqqabısı, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qolsuz mayka və qısaqol köynək, bir ədəd dördkünc formalı parça kəsiyi,hadisə yerindən götürülmüş bir ədəd parça kəsiyi, əl-üz dəsmalı, 07 ədəd pambıq topasına hopdurulmuş nümunə, bir ədəd ov tüfəngi, bir ədəd “CHURCHİL”yazılı silah, 01 ədəd metal hissə(zərf-G.Məmmədəliyevanm meyitindən götürülmüş), bir ədəd giliz(zərf N-13), 23 ədəd qırma, 01 ədəd boş patron( d yazılı) və 02 ədəd boş patron(N10,10,), iki ədəd dəri nümunəsindən(zərf N-20,23) üzərində insan qanı ləkələri aşkar olundu. G.S,Məmmədəliyevaya məxsus iki ədəd qolsuz mayka, bir ədəd qısaqol kofta, uzunqol kofta, ətək, sırığlı jilet, toxunma jilet və göy rəngli enli şarf, Təqsirləndirilən şəxs məxsus bir ədəd qolsuz mayka, qısaqol kofta, şalvar, uzunqol gödəkçə və bir cüt idman ayaqqabısı, 04 ədəd pambıq topasına hopdurulmuş nümunə(ob.N44-46,49), bir ədəd ov tüfəngi, 01 ədəd metal hissə(zərf- G.Məmmədəliyevanın meyitindən götürülmüş), bir ədəd giliz(zərf N-13), 23 ədəd qırma, 01 ədəd boş patron( d yazılı) və 02 ədəd boş patron(N10,10,), iki ədəd dəri nümunəsi(zərf N- 20,23) üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, G.S,Məmmədəliyevaya məxsus iki ədəd qolsuz mayka, bir ədəd qısaqol kofta, Təqsirləndirilən şəxs bir ədəd qolsuz maykası, iki ədəd dəri nümunəsi(zərf N-20,23) üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən X4 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Bu ləkələrdə X10 qanının olması inkar olunmuşdur. Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qolsuz mayka və qısaqol köynək, bir ədəd dördkünc formalı parça kəsiyi,hadisə yerindən götürülmüş bir ədəd parça kəsiyi, əl-üz dəsmalı, 03 ədəd pambıq topasına hopdurulmuş nümunə(ob.N51,52), bir ədəd “CHURCHİL”yazılı silah üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B” və “H” antigenləri alınmışdır, aqqlyutininlər isə alınmamaışdır. Bu qan ləkələri AB/H/(İV) qruplu bir şəxsə, o cümlədən X13(əgər onun qanında müşayiətçi “H” antigeni varsa) məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qarışmış qanı olduğu halda bu ləkələrdə həmçinin Abeta(İİ) və Balfa(İİİ) qruplu (müşayətçi “H” antigeni ilə və ya onsuz şəxs (şəxslərin) qarışmış qanlarının olması mümkündür. Belə olan halda ləkələrdə, həmçinin X3 və Təqsirləndirilən şəxs qarışmış qanını olması mümkün hesab edilmişdir. Təqdim olunmuş 02 ədəd pambıq topa sına hopdurulmuş nümunədən(zərf N-2 və “Sağ əl yaxma nümunəsi Gülşadə M” yazılı) 03 ədəd metal hissə(zərf N-l 1,23,24), 04 ədəd tıxac(zərf N-l 1,15,21, 22), bir ədəd giliz (zərf N27), 03 ədəd boş patron(a,b,c yazılı) və 08 ədəd boş patron (N3,4,5,7,13,16,17,19 yazılı) və Təqsirləndirilən şəxs 03 ədəd sağ əl və 04 ədəd sol əl dırnaq kəsikləri üzərində qan, 05 ədəd dolu patron üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 02, iş vər. 150-166). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin PHŞ-nin "xxxx" şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 590/MTKŞ-2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş mərhum Təqsirləndirilən şəxs məxsus uzunqol gödəkcənin, qısaqol koftanın, qolsuz maykanın və belində kəməri olan şalvarın hər birinin ön səthinin sol yarısında çoxsaylı dəlib-keçən zədələr və uzunqol gödəkcənin sol qolunun arxa səthində çoxsaylı dəlib-keçən zədələr var. Bu zədələr odlu silah zədələrinin giriş dəlikləridir, patronu mərmi (qırma) ilə doldurulmuş ov tüfəngindən, atəşin əlavə faktorlarının hədəfə təsir etdiyi məsafədən (mərmilərin (qırmaların) səpələnərək nisbi kompakt təsir etdiyi 1- 2metrdən 5metrədək məsafə hüdudunda), atəşin istiqaməti paltarların ön səthinin sol yarısında olan odlu silah zədələri öndən-arxaya doğru, sol qolunun üzərində olan odlu silah zədələri isə arxadan-önə doğru olmaqla açılmış iki atəş nəticəsində mərmilərin (qırmaların) təsirindən törənməyə uyğun gəlir. Mərhum Təqsirləndirilən şəxs məxsus paltarların üzərində olan odlu silah zədələri yerləşməsinə və xarakterinə görə bir-biri ilə üst-üstə düşmüşdür. -Mərhum Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabının üzərində odlu silah zədələnməsinə xarakterik hər hansı bir zədə aşkar edilməmişdir. -X1 məxsus uzunqol köynəyin, qısaqol koftanın, iki ədəd qolsuz maykanın, qolsuz gödəkcənin və qolsuz jiletin hər birinin ön səthinin sağ yarısında dəlib-keçən zədələr, uzunqol köynəyin və qısaqol koftanın hər birinin sol qolunun arxa səthində dəlib-keçən zədələr var. Bu zədələr odlu silah zədələrinin giriş dəlikləridir, patronu mərmi (qırma) ilə doldurulmuş ov tüfəngindən, atəşin əlavə faktorlarının hədəfə təsir etdiyi məsafədən (mərmilərin (qırmaların) kompakt təsir etdiyi 1,5-2metrədək məsafə hüdudunda), atəşin istiqaməti paltarların ön səthinin sol yarısında olan zədələr öndən-arxaya, sol qolunun üzərində olan odlu silah zədələri isə arxadan-önə doğru olmaqla açılmış üç atəş nəticəsində mərmilərin (qırmaların) təsirindən törənməyə uyğun gəlir. X1 məxsus paltarlar üzərində olan odlu silah zədələri yerləşməsinə və xarakterinə görə bir- biri ilə üst-üstə düşmüşdür. -X1 məxsus ətəyin (yubkanın) və şərfin üzərində odlu silah zədələnməsinə xarakterik hər hansı bir zədə aşkar edilməmişdir. -Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynəyin və qolsuz maykanın üzərində odlu silah zədələnməsinə xarakterik hər hansı bir zədə aşkar edilməmişdir. -Mərhum Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində olan odlu silah zədələri ilə, onun bədəninin həmin nahiyyələrində olan xəsarətlər, X1 məxsus paltarlar üzərində olan odlu silah zədələri ilə, bədəninin müfaviq nahiyyələrində olan xəsarətlər yerləşməsinə görə uyğunluq təşkil edir. Mərhum Təqsirləndirilən şəxs və mərhum X3 meyiti üzərində olan bəzi xəsarətlər təqdim edilmiş paltarlar üzərində əks olunmamışdır ki, buda həmin xəsarətlərin bəzilərinin xarakteri (kor qurtarması) və bədəndən xaric olduqdan sonra paltarı zədələməməsi ilə izah oluna bilərmiş. -Zərərçəkmiş şəxs1 bədən səthində olan odlu silah xəsarətləri bədənin paltarlarla örtülü olmayan açıq nahiyyələrdə (alının sol yarısı, üst dodaq, üzün sol yarısı və hər iki əl nahiyyələrində) olduğundan təqdim edilmiş paltarlar üzərində əks olunmamışdır. -Mərhum Təqsirləndirilən şəxs və X1 məxsus paltarlar üzərində olan odlu silah zədələri patronu mərmi (qırma) ilə doldurulmuş 12 kalibrli ov tüfəngindən açılmış atəşlər nəticəsində törənməyə uyğun gəlir, o cümlədən təqdim edilmiş hər iki ov tüfəngindən açılmış atəşlər nəticəsində mərmilərin (qırmaların) təsirindən törənə bilər, atəşlər açılarkən silahın lüləsinin sonluğu (ağız kəsiyi) xəsarətlərin yerləşdiyi nahiyyəyə doğru yönəlmiş vəziyyətdə olmuşdur. -Mərhum Təqsirləndirilən şəxs məxsus gödəkcə, qısaqol köynək, mayka, belində kəməri olan cins şalvar, bir cüt ayaqqabının səthindən və X1 məxsus olan qolsuz gödəkcə, jilet, uzunqol köynək və ətəyin (yubkanın), həmçinin Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynəyin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd mayka və mərhum Gülsadə Məmmədəliyevaya məxsus qısaqol kofta, iki ədəd mayka və şərfin üzərindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. -Mərhum Təqsirləndirilən şəxs və X1 məxsus paltarlar üzərində olan odlu silah zədələrinin, həmçinin Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilməsinin mümkünlüyü inkar edilməmişdir. -X1 məxsus ətəyin sağ yantikişi və arxa səthinin sol yarısında olan köndələn tikişi üzərində sökülmüş zədələr olmuşdur. Bu zədələr küt yaranma mexanizminə malikdir, paltarın həmin nahiyyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlməsi müəyyən edilmişdir (cild 02, 168-185). İş üzrə xx.xx.2024-cü il tarixdə Qəbələ rayon polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş “əməliyyat tapşırığına” cavab məktubunda göstərilmişdir ki, Qəbələ rayon Zərgərli kənd sakini X14 məxsus fərdi yaşayış evində baş vermiş hadisədə Qəbələ rayon Laza kənd sakini Təqsirləndirilən şəxs ilk öncə atəş açaraq Qəbələ rayon Zərgərli kənd sakini X5 öldürmüş, daha sonra isə Qəbələ rayon Zərgərli kənd sakini Zərərçəkmiş şəxs1 (sonuncunun nəvəsi) ilə üz-üzə atışaraq bir birinə xəsarət yetirmişdirlər. Qəbələ rayon Laza kənd sakini Təqsirləndirilən şəxs aldığı xəsarətlərdən ölmüş, Zərərçəkmiş şəxs1 isə ağır yaralanmışdır. Qəbələ rayon Laza kənd sakini Təqsirləndirilən şəxs, Qəbələ rayon Zərgərli kənd sakinləri X6, X17 və Zərərçəkmiş şəxs1 əvvəllər bu və ya bu kimi hadisə törətməmiş heç birinin kriminal ünsürlərlə əlaqəliliyi və meyilliyi aşkar edilməmişdir (cild 01, iş vər. 252). İş üzrə xx.xx.2024-cü il tarixdə Qəbələ rayon polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş “əməliyyat tapşırığına” cavab məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il və tarixli əməliyyat tapşırıqlarına əlavə olaraq, baş vermiş hadisənin səbəbləri barədə Qəbələ RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmiş və nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Qəbələ rayon Laza kənd sakini, xx.xx.1976-ci il təvəllüdlü Təqsirləndirilən şəxs aralarında olan münaqişə ilə əlaqədar olaraq Qəbələ rayon Zərgərli kəndində, həmin kənd sakini tanışı X14 məxsus fərdi yaşayış evinə odlu silahla (ov tüfəngi ilə) hücum etmiş, nəticədə evdə olan xx.xx.1951 -ci il təvəllüdlü X4 və xx.xx.2001-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 odlu silahdan atəş açaraq G.Məmmədəliyevanı qətlə yetirib, Zərərçəkmiş şəxs1 ağır bədən xəsarətləri yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 qarşılıqlı olaraq Təqsirləndirilən şəxs evdə olan odlu silahdan atəş açmış, nəticədə Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərdən ölmüş, Zərərçəkmiş şəxs1 isə ağır bədən xəsarətləri almışdır. Baş vermiş hadisənin birbaşa səbəbi olan Təqsirləndirilən şəxsla Akif Məmmədəliyev arasında şəxsi münasibətlər zəminində yaranmış münaqişə olmuşdur. İş üzrə xx.xx.2024-cü il tarixdə Qəbələ rayon polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, Qəbələ rayonu Sırt Yengicə kənd sakini, mərhum Təqsirləndirilən şəxs adına Qəbələ RPŞ-də qeydiyyatda olan 01 ədəd “Ata Arms” markalı, 12 kalibrli, 13A-46163 lülə nömrəli yivsiz ov silahı olmuşdur. Eyni zamanda Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olmaqla Qəbələ rayon Zərgərli kəndində yaşayan X9 adına Qəbələ RPŞ-də qeydiyyatda olan 01 ədəd “Churchill” markalı, 12 kalibrli, ******* lülə nömrəli yivsiz ov silahı olmuşdur. Qəbələ rayonu Zərgərli kənd sakini Zərərçəkmiş şəxs1 adına isə Qəbələ RPŞ-də hər hansı yivsiz ov silahı qeydiyyata alınmamışdır (cild 02, iş vər. 12-13). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən əldə edilmiş məlumatdan görünür ki, ölmüş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 01, iş vər. 38). Qəbələ rayon İHB-nın Sırt Yengicə İƏDÜ nümayəndəliyindən daxil olmuş arayışxasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə həmin kənddə qeydiyyatda olmuş və yaşadığı müddət ərzində müsbət xarakterizə edilmişdir. (cild 01, iş vər. 222-224). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qanunvericiliyin tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası X2 verilmiş ittihamın əsaslılığını yoxlayarkən hazırki cinayət işinin materiallarına və ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən ibtidai araşdırma zamanı toplanmış məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara müraciət edərək bu sübutlarla müəyyən edilmiş hallara əsasən özünün hüquqi mövqeyini aşağıdakı qaydada əsaslandırmağı zəruri bilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 29, 120.2.4, 29, 120.2.7 və 120.2.4-cü maddəlləri ilə düzgün tövsif olunmuşdur. Məhkəmənin belə nəticəyə gəlməsinə iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eksert rəyləri və işdə olan digər sübutlar əsas verir. Ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 hadisənin real mexanizmi ilə zərərçəkmiş şəxslərin ifadələri arasında ziddiyyət olması, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs atdığı atəşin 1,5-2 metr məsafədə olması, həmin məsafədə üzbəüz atəş açıldığı zaman Təqsirləndirilən şəxs paltarlarında olduğu kimi Zərərçəkmiş şəxs1 də paltarları üzərində metal qırma izləri mövcud olmalı olması ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində hər iki əlin odlu silah yaralanması, sol əlin İ daraq sümüyünün açıq qəlpəli sınığı, sol əlin İİİ barmağın açıcı vətərinin zədələnməsi, hər iki əlin yumuşaq toxumaları arasında metal yad cisimlər (qırmalar), üst dodağın ön orta hissəsinin, alının sol qaşüstü nahiyyəsinin, üzün sol tərəfinin yaraları xəsarətləri olmuşdur. Tədqiq olunması üçün təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynək və qolsuz mayka verilmiş və onların üzərində odlu silah zədələnməsinə xarakterik hər hansı bir zədə aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 bədən səthində olan odlu silah xəsarətləri bədənin paltarlarla örtülü olmayan açıq nahiyyələrdə (alının sol yarısı, üst dodaq, üzün sol yarısı və hər iki əl nahiyyələrində) olduğundan təqdim edilmiş paltarlar üzərində odlu silah zədələnməsi əks olunmamışdır. Habelə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə Cinayət Prosessual-Məcəlləsinin 318-ci maddəsinə əsasən ancaq verilmiş ittiham daxilində Təqsirləndirilən şəxs təqsirli olub-olmaması məsələsinə baxır. Bundan əlavə, hadisənin baş vermə şəraiti və törədilmə üsulu iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlarla müəyyən olunaraq sübuta yetirildiyindən, məhkəmə kollegiyası müdafiə tərəfinin qeyd etdiyi xüsusatları müdafiə xarakterli, yəni ölmüş təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması məqsədilə müdafiə taktikası ilə bildirilən hallar kimi qiymətləndirir və onları əsaslı hesab etməyərək rədd edir. Göründüyü kimi Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələr doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə, yəni Təqsirləndirilən şəxs idrakındakı arzu etdiyi nəticənin psixi modelinə doğu istiqamətlənmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əlində olan ov tüfəngindən bir dəfə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin arxa sağ pəncərəsinə doğru atəş açmasından dərhal sonrakı hərəkətləri onun öz hərəkətlərinə və onların nəticəsində baş verən zərərli nəticələrə münasibətini əks etdirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə baxışı gedişində tətbiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə həmin Məcəllənin 39.1.5ci maddəsində nəzərdə tutulmuş halda – ölmüş təqsirləndirilən şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham kökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4, 29, 120.2.7 və 120.2.4-cü maddəlləri ilə təqsirli bilinərək öldüyünə görə ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut olan və Qəbələ rayon prokurorluğunun “maddi sübutların saxlanılması” otağında saxlanılan 10 ədəd giliz, 05 ədəd patron, (04 ədəd patron eksperimental atəş zamanı istifadə olunmuşdur) hadisə yerindən götürülmüş əski parçası, dəri nümunələri, giliz qalıqları və dəri qalıqları, X1 məxsus 01 ədəd ətək (yupka), 01 ədəd qolsuz gödəkcə, 01 ədəd jilet, 01 ədəd şərf, 01 ədəd qadın maykası, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol köynək, 1 ədəd güllə başlığı, həmçinin əl-barmaq, sağ və sol əllərindən (dirsəkdən barmaqların ucunadək) götürülmüş maddə izləri, mərhum Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd qısaqol köynək, 01 ədəd belində kəməri olan şalvar, 01 ədəd gödəkcə, bir cüt ayaqqabı, həmçinin əl-barmaq, dırnaq nümunələri, sağ və sol əllərindən (dirsəkdən barmaqların ucunadək) götürülmüş maddə izləri, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd mayka, 01 ədəd qısaqol köynək, hadisədən sonra əlinə doladığı ehtimal edilən 01 ədəd ağ rəngli parça hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə ölmüş şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş “XİAOMİ 12X” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra hüquqi varis X11 qaytarılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən Qəbələ RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan “Ata Arms” markalı, 13A-46163 nömrəli, 12 kalibrli tək lülə yivsiz ov tüfəngi və “Churchil” markalı ******* nömrəli, 12 kalibrli tək lülə yivsiz ov tüfəngi və 05 ədəd dolu patron xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat anbarına təhvil verilsin iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə 524 (beş yüz iyirmi dörd) manat məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxs öldüyünə görə Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.7 və 120.2.4-cü maddəlləri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, öldüyünə görə cəza təyin edilməsin. İş üzrə maddi sübut olan və Qəbələ rayon prokurorluğunun “maddi sübutların saxlanılması” otağında saxlanılan 10 ədəd giliz, 05 ədəd patron, (04 ədəd patron eksperimental atəş zamanı istifadə olunmuşdur) hadisə yerindən götürülmüş əski parçası, dəri nümunələri, giliz qalıqları və dəri qalıqları, X1 məxsus 01 ədəd ətək (yupka), 01 ədəd qolsuz gödəkcə, 01 ədəd jilet, 01 ədəd şərf, 01 ədəd qadın maykası, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol köynək, 1 ədəd güllə başlığı, həmçinin əl-barmaq, sağ və sol əllərindən (dirsəkdən barmaqların ucunadək) götürülmüş maddə izləri, mərhum Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd qısaqol köynək, 01 ədəd belində kəməri olan şalvar, 01 ədəd gödəkcə, bir cüt ayaqqabı, həmçinin əl- barmaq, dırnaq nümunələri, sağ və sol əllərindən (dirsəkdən barmaqların ucunadək) götürülmüş maddə izləri, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd mayka, 01 ədəd qısaqol köynək, hadisədən sonra əlinə doladığı ehtimal edilən 01 ədəd ağ rəngli parça hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin iş üzrə ölmüş şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş “XİAOMİ 12X” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra hüquqi varis X11 qaytarılsın. Həmçinin Qəbələ RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan “Ata Arms” markalı, 13A-46163 nömrəli, 12 kalibrli tək lülə yivsiz ov tüfəngi və “Churchil” markalı ******* nömrəli, 12 kalibrli tək lülə yivsiz ov tüfəngi və 05 ədəd dolu patron Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə 524 (beş yüz iyirmi dörd) manat məhkəmə məsrəfi olan ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar