Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-217/2023 04.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda psixotrop maddə olan metamfetamini, həmçinin narkotik vasitə olan «Methadone-40» həblərini əldə etmiş, narkotik vasitə olan heroini satmış və həmçinin qəsdən külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda psixotrop maddə olan metamfetamini, həmçinin narkotik vasitə olan «Methadone-40» həblərini üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 7,276 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 5,078 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, üzərində «Methadone-40» göstəricisi olan, 12 ədəd konvalyut kəsiyində üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,48 qram olan ümumilikdə on iki ədəd qəhvəyi rəngli narkotik vasitə hesab edilən «Methadone-40» həblərini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək həmin narkotik vasitə olan heroinin 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkisi 0,318 qram və 0,317 qram olmaqla ümumi çəkisi 0,635 qram olan hissəsini 15 mart 2023-cü il tarixdə saat 10 radələrində Yevlax şəhəri, E.Məmmədov küçəsi, 138 nömrəli evin həyətində 25 manat pulun müqabilində tanışı Şahid3 satmış, Şahid3 15 mart 2023-cü il tarixdə Yevlax şəhəri, E.Məmmədov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək saat 11:50-dan 12:25-dək müddətdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman üzərində olan Təqsirləndirilən şəxs pul müqabilində aldığı 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkisi 0,318 qram və 0,317 qram olmaqla ümumi çəkisi 0,635 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 7,276 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 0,635 qram olan hissəsini Şahid3 pulun müqabilində satdıqdan sonra qalan 6,641 qram külli miqdarda narkotik vasitə olan heroini, 5,078 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, üzərində «Methadone-40» göstəricisi olan, 12 ədəd konvalyut kəsiyində üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,48 qram olan ümumilikdə on iki ədəd qəhvəyi rəngli narkotik vasitə hesab edilən «Methadone-40» həblərini qəsdən satış məqsədilə qanunsuz olaraq üzərində saxlamış, 15 mart 2023-cü il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, E.Məmmədov küçəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib orada həmin gün saat 13:50-dən saat 15:00-dək olan müddətdə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qəhvəyi rəngli gödəkcənin sol içəri cibindən 02 ədəd plastik qablarda olmaqla qəsdən satış məqsədilə qanunsuz olaraq saxladığı 20 iyirmi ədəd sellofan və 15 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olmaqla cəmi 35 ədəd bükümlərdə olan ayrı-ayrılıqda çəkiləri 0,354 qram, 0,293 qram, 0,294 qram, 0,293 qram, 0,271 qram, 0,331 qram, 0,344 qram, 0,314 qram, 0,304 qram, 0,321 qram, 0,312 qram, 0,321 qram, 0,312 qram, 0,331 qram, 0,311 qram, 0,297 qram, 0,241 qram, 0,301 qram, 0,314 qram, 0,321 qram, 0,021 qram, 0,123 qram, 0,023 qram, 0,024 qram, 0,025 qram, 0,021 qram, 0,021 qram, 0,023 qram, 0,024 qram, 0,026 qram, 0,024 qram, 0,022 qram, 0,025 qram, 0,031 qram, 0,028 qram olmaqla ümumi cəmi çəkisi 6,641 qram külli miqdarda narkotik vasitə olan heroin, 12 ədəd sellofan torbalarda və 39 ədəd siqaret kağızına bükülmüş bükülülərdə olmaqla cəmi 51 ədəd bükümlərdə olan ayrı-ayrılıqda çəkiləri 0,332 qram, 0,334 qram, 0,353 qram, 0,369 qram, 0,328 qram, 0,331 qram, 0,337 qram, 0,339 qram, 0,261 qram, 0,292 qram, 0,278 qram, 0,298 qram, 0,031 qram, 0,036 qram, 0,041 qram, 0,036 qram, 0,025 qram, 0,027 qram, 0,031 qram, 0,028 qram, 0,024 qram, 0,028 qram, 0,057 qram, 0,025 qram, 0,023 qram, 0,028 qram, 0,034 qram, 0,022 qram, 0,026 qram, 0,028 qram, 0,029 qram, 0,023 qram, 0,045 qram, 0,049 qram, 0,021 qram, 0,021 qram, 0,041 qram, 0,031 qram, 0,034 qram, 0,024 qram, 0,031 qram, 0,025 qram, 0,022 qram, 0,026 qram, 0,042 qram, 0,055 qram, 0,031 qram, 0,034 qram, 0,023 qram, 0,031 qram, 0,038 qram olmaqla ümumi cəmi çəkisi – 5,078 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və üzərində «Methadone-40» göstəricisi olan, 12 ədəd konvalyut kəsiyində üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,48 qram olan ümumilikdə on iki ədəd qəhvəyi rəngli narkotik vasitə hesab edilən «Methadone-40» həbləri aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitədən istifadə edir. 11 mart 2023-cü il tarixdə səhər vaxtlarında yaşadığı küçə ilə əlil arabası ilə gedərkən içərisində xeyli bükümlərdə narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və xeyli miqdarda metadon həbləri olan 02 ədəd plastmas qabın olduğunu görüb gələcəkdə istifadə etmək üçün götürmüş və istifadə etmişdir. 15 mart 2023-cü il tarixdə təxminən saat 12 radələrində əlil arabasında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman içərisində heroin, metamfetamin və metadon həblərini saxladığı qabları təqdim etmişdir. O, qablarda olan heroin, metamfetamin və metadon həblərini özü istifadə etmək üçün üzərində gəzdirdiyini, Şahid3 və ya digər şəxslərə narkotik vasitə satmadığını, üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə saxlamadığını polis əməkdaşlarına bildirmişdir. Daha sonra həmin narkotik vasitələr və psixotrop maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən bilavasitə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan əvvəl həmin narkotik vasitənin üzərinə əlavələr edilmiş, nəticədə narkotik vasətinin çəkisi artırılmışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitədən istifadə edir, narkotik vasitəni isə tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 11 mart 2023-cü il tarixdə səhər vaxtlarında yaşadığı küçə ilə əlil arabası ilə gedərkən içərisində xeyli bükümlərdə narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və xeyli miqdarda metadon həbləri olan 02 ədəd plastmas qabın olduğunu görüb gələcəkdə istifadə etmək üçün götürmüş və istifadə etmişdir. 15 mart 2023-cü il tarixdə təxminən saat 12 radələrində əlil arabasında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu rayon polis şöbəsinə gətirmişlər. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman içərisində heroin, metamfetamin və metadon həblərini saxladığı qabları təqdim etmişdir. O, qablarda olan heroin, metamfetamin və metadon həblərini özü istifadə etmək üçün üzərində gəzdirdiyini, Şahid3 və ya digər şəxslərə narkotik vasitə satmadığını, üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə saxlamadığını polis əməkdaşlarına bildirmişdir. Daha sonra həmin narkotik vasitələr və psixotrop maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxsla aralarında narkotik vasitənin alğı-satqısı olmamış, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını demişdir. Polis əməkdaşları tərəfindən təsir-təzyiqlərlə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə yazılı qaydada şikayət etmiş, Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə aparılan zaman da təsir-təzyiqlərə məruz qaldığı üçün narkotik vasitəni sonuncudan aldığını demişdir. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 15 mart 2023-cü il tarixdə saat 10 radələrində narkotik vasitə alıb qəbul etmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olduğunu bildiyi üçün sonuncudan ona narkotik vasitə satmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs 25 manat məbləğində pul verərək sonuncudan iki büküm heroin almış və gələcəkdə istifadə etmək üçün şalvarının cibinə qoyub yaşadığı evin yaxınlığına gedərək küçədə dayanmışdır. Həmin gün saat 11 radələrində oraya gələn polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu rayon polis şöbəsinə gətirmişlər. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynindəki şalvarın sağ yan cibindən içərisində heroin olan bükümlər aşkar olunmuşdur. O, bükümdəki maddələrin heroin olduğunu, qonşusu Təqsirləndirilən şəxs 25 manat məbləğində pulun qarşılığında aldığını və gələcəkdə istifadə etmək üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Daha sonra həmin narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 mart 2023-cü il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yaşayan Şahid3 üzərində narkotik vasitə olan heroin gəzdirməsi barədə Yevlax RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş, müvafiq sənədləşmə işləri aparılmış və bundan sonra isə qeyd olunan tarixdə Şahid3 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Göstərilən tarixdə Yevlax şəhəri, E.Məmmədov küçəsində olan zaman Şahid3 orada dayandığını görüb özlərini təqdim etmişlər və polis şöbəsinə getməyi təklif etmişlər. Şahid3 etiraz etməmiş və birlikdə Yevlax RPŞ-yə getmişlər. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Şahid3 üzərində şəxsi axtarış aparılmış və bu zaman əynindəki şalvarın sağ yan cibindən içərisində heroin olan bükümlər aşkar olunmuşdur. Şahid3 bükümdəki maddələrin heroin olduğunu və qonşusu Təqsirləndirilən şəxs 25 manat məbləğində pulun qarşılığında aldığını etiraf etmişdir. Daha sonra həmin narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra isə Şahid3 narkotik vasitəni Təqsirləndirilən şəxs satması, sonuncunun 15 mart 2023-cü il tarixdə saat 13 radələrində Yevlax şəhəri, E.Məmmədov küçəsində olması və üzərində narkotik vasitə heroin olması barədə Yevlax RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş, müvafiq sənədləşmə işləri aparılmış və bundan sonra isə qeyd olunan tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Göstərilən tarixdə Təqsirləndirilən şəxs Yevlax şəhəri, E.Məmmədov küçəsində əlil arabasında olduğunu görüb özlərini təqdim etmişlər və polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə Yevlax RPŞ-yə getmişlər. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman içərisində 20 ədəd sellofan bükümdə və 15 ədəd kağız bükümlərdə heroinə oxşar kütlə olan bir ədəd qab, habelə içərisində 12 ədəd sellofan bükümdə və 39 ədəd kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə və 12 ədəd həblər olan bir ədəd qab aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və 12 ədəd həblərin isə metadon həbləri olduğunu, həmin maddələri bir neçə gün əvvəl yaşadığı küçədən tapdığını və gələcəkdə özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin narkotik vasitələr və psixotrop maddələr müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 mart 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Yevlax şəhəri, E.Məmmədov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etməsi, daşıması, saxlaması, narkotik vasitəni istehlak etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Yevlax şəhəri, E.Məmmədov küçəsində yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 mart 2023-cü il tarixli raportdan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Yevlax şəhəri, E.Məmmədov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etməsi, daşıması, saxlaması, narkotik vasitəni istehlak etməsi və satması şübhəsi ilə yaşadığı evin yaxınlığında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynindəki qəhvəyi rəngli pencəyin sol yan cibindən içərisində 20 ədəd sellofan bükümlərdə və 15 ədəd kağız bükümlərdə heroinə oxşar kütlə olan bir ədəd qab, habelə içərisində 12 ədəd sellofan bükümlərdə və 39 ədəd kağız bükümlərdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə və 12 ədəd həblər olan bir ədəd qab aşkar edilmişdir. Şəxsi axtarışın aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 15 mart 2023-cü il tarixli 17/255 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 20 ədəd sellofan torbada və 15 ədəd siqaret kağızına bükülmüş bükülüdə olan kütlələr” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 20 (iyirmi) ədəd sellofan bükümlərdə və 15 (on beş) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda çəkiləri – 0,354 qram, 0,293 qram, 0,294 qram, 0,293 qram, 0,271 qram, 0,331 qram, 0,344 qram, 0,314 qram, 0,304 qram, 0,321 qram, 0,312 qram, 0,321 qram, 0,312 qram, 0,331 qram, 0,311 qram, 0,297 qram, 0,241 qram, 0,301 qram, 0,314 qram, 0,321 qram, 0,021 qram, 0,123 qram, 0,023 qram, 0,024 qram, 0,025 qram, 0,021 qram, 0,021 qram, 0,023 qram, 0,024 qram, 0,026 qram, 0,024 qram, 0,022 qram, 0,025 qram, 0,031 qram, 0,028 qram olmaqla ümumi təmiz çəkisi – 6,641 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir. Tədqiqata təqdim edilmiş 20 (iyirmi) ədəd sellofan və 15 (on beş) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 12 ədəd sellofan torbada və 39 ədəd siqaret kağızına bükülmüş bükülüdə psixotrop maddə metamfetimə bənzər kütlələr” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 12 (on iki) ədəd sellofan bükümlərdə və 39 (otuz doqquz) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0,332 qram, 0,334 qram, 0,353 qram, 0,369 qram, 0,328 qram, 0,331 qram, 0,337 qram, 0,339 qram, 0,261 qram, 0,292 qram, 0,278 qram, 0,298 qram, 0,031 qram, 0,036 qram, 0,041 qram, 0,036 qram, 0,025 qram, 0,027 qram, 0,031 qram, 0,028 qram, 0,024 qram, 0,028 qram, 0,057 qram, 0,025 qram, 0,023 qram, 0,028 qram, 0,034 qram, 0,022 qram, 0,026 qram, 0,028 qram, 0,029 qram, 0,023 qram, 0,045 qram, 0,049 qram, 0,021 qram, 0,021 qram, 0,041 qram, 0,031 qram, 0,034 qram, 0,024 qram, 0,031 qram, 0,025 qram, 0,022 qram, 0,026 qram, 0,042 qram, 0,055 qram, 0,031 qram, 0,034 qram, 0,023 qram, 0,031 qram, 0,038 qram olmaqla ümumi təmiz çəkisi – 5,078 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlərdir. Tədqiqata təqdim edilmiş, 12 (on iki) ədəd sellofan və 39 (otuz doqquz) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Şahid3 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən içərisində heroin olan iki ədəd bükümlər aşkar edilmişdir. Şəxsi axtarışın aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 15 mart 2023-cü il tarixli 17/254 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid3 üstündən aşkar olunmuş iki ədəd sellofana bükülmüş bükülülərin içərisində narkotik maddə olan heroinə oxşar kütlələr” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qram və 0,317 qram olmaqla ümumi çəkisi 0,635 qram olan maddələr kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli 616 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, 2-ci dərəcə əlillliyi olan şəxs olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 30 aprel 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 narkotik vasitə olan heroindən, psixotrop maddə olan metamfetamindən istifadə etməsi, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə 02 büküm narkotik vasitəni 25 manat məbləğində pulun müqabilində Şahid3 satması, Təqsirləndirilən şəxs narkotik vasitəni, psixotrop maddəni və 12 ədəd metadon həblərini üzərində satış məqsədilə saxlaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 08 may 2023-cü il tarixli 6/2089 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi №2” dairəvi möhür əksi olan, 17/255 15 mart 2023 Yevlax RPŞ” sözləri qeyd edilmiş bir ədəd kağız paketdə üzərində “Təqsirləndirilən şəxs üstündən” sözləri qeyd edilmiş bir ədəd zərfdə üzərində “Methadone-40” göstərici olan 12 ədəd konvalyut kəsiyində ümumilikdə 12 ədəd qəhvəyi rəngli dərman həblərində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,48 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 17 iyun 2023-cü il tarixli 17/476 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “35 (otuz beş) ədəd bükümlərdə heroinlər. Təqsirləndirilən şəxs” sözləri yazılmış 01 (bir) ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 20 (iyirmi) ədəd sellofan bükümlərdə və 15 (on beş) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər ilə üzərində “02 ədəd sellofan bükümlərdə heroin. Şahid3” sözləri yazılmış 01 (bir) ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 234.4.3-cü maddəsindən CM-in 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və narkotik vasitə heroin və metadon həblərinin, habelə psixotrop maddə metamfetaminin əldə olunma mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən ayrıca icraata material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 5-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar, 13-cü bəndinə əsasən təmiz halda 0,02 qram və daha artıq, lakin 1,6 qramdan az çəkidə metadon şəxsi istehlak miqdarından artıq miqdar və psixotrop maddələrə aid olan İİ siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 15 mart 2023-cü il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Yevlax şəhəri, E.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etməsi, daşıması, saxlaması, narkotik vasitəni istehlak etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə olan heroin və metadon həbləri, habelə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Götürülmüş narkotik vasitələr və psixotrop maddələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 15 mart 2023-cü il tarixdə müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda psixotrop maddə olan metamfetamini, həmçinin narkotik vasitə olan «Methadone-40» həblərini əldə etmiş, narkotik vasitə olan heroini satmış və həmçinin qəsdən külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda psixotrop maddə olan metamfetamini, həmçinin narkotik vasitə olan «Methadone-40» həblərini üzərində saxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və metadonun, habelə psixotrop maddə metamfetaminin hamısının özünə məxsus olduğunu etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən bilavasitə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan əvvəl həmin narkotik vasitənin üzərinə əlavələrin edildiyini, nəticədə narkotik vasitənin çəkisinin artırıldığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və narkotik vasitələrin və psixotrop maddələrin üzərinə əlavələrin edilməsinin qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Həmçinin ibtidai istintaq zamanı Şahid3 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə keçirilən zaman sonuncudan narkotik vasitə olan heroin aldığını Təqsirləndirilən şəxs üzünə demişdir. Habelə alınmış materialların məhkəmə ekspertizasının 15 mart 2023-cü il tarixli 17/255 nömrəli rəyində də Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinlərin və psixotrop maddə metamfetimlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olduğu qeyd edilmişdir. Eləcə də materialların məhkəmə ekspertizasının 17 iyun 2023-cü il tarixli 17/476 nömrəli rəyində də Təqsirləndirilən şəxs və Şahid3 üzərindən aşkar olunmuş heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olduğu göstərilmişdir. Eyni zamanda qeyd etmək zəruridir ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə narkotik vasitənin üzərinə əlavələrin edilməsi ilə bağlı təqsirləndirilən şəxsin məhkəmə istintaq zamanı verdiyi ifadəsinə, habelə narkotik vasitələri və psixotrop maddələri hansı məqsədlə saxlaması ilə bağlı isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə şahid ifadələrinin və başqa sübutların iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və metadonu, habelə psixotrop maddə metamfetamini əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olub-olmamasında mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən çəkidə narkotik vasitə heroinin və metadonun, habelə psixotrop maddə metamfetaminin aşkar edilməsini, aşkarlanmış narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərdə olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə heroini və metadonu, habelə psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Eləcə də qeyd olunmalıdır ki, Şahid3 ibtidai istintaq zamanı şahid qismində, habelə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə keçirilən zaman verdiyi ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs deyil, digər şəxsdən aldığını bildirmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə onun ibtidai istintaq zamanı şahid qismində, habelə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə keçirilən zaman verdiyi ifadələrinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan, xasiyyətnamədən və çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır, 23 iyun 2010-cu ildə doğulmuş Günay Bəkirova, 23 avqust 2012-ci ildə doğulmuş Nicat Bəkirov və 05 yanvar 2014-cü ildə doğulmuş Esmira Bəkirova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli hökmünün, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmünün, Yevlax Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmünün və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 24 sentyabr 2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır cinayət hesab olunur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə, CM-in 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin təhlükəli residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivinin olmasını, narkotik vasitənin və psixotrop maddənin çəkisinin çox olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı həmin tarixdə saat 13:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15 mart 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 6,286 qram narkotik vasitə heroin, 4,928 qram psixotrop maddə metamfetamin və on bir ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, Şahid3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxsla Şahid3 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 206,04 (iki yüz altı manat sıfır dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 206,04 (iki yüz altı manat sıfır dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 6,286 qram narkotik vasitə heroin, 4,928 qram psixotrop maddə metamfetamin və on bir ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən iki ədəd, Şahid3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxsla Şahid3 arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 206,04 (iki yüz altı manat sıfır dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-217/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-217/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver