Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-218/2024 18.12.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Qax rayonu, Zərnə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Qax rayonu, Zərnə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 149.2.4 və 157.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03 radələrində sərxoş vəziyyətdə öz cinsi ehtirasını təmin etmək niyyəti ilə həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Qax rayonu, Zərnə kəndində yerləşən fərdi yaşayış evinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, yəni fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə həmin evin öndən baxdıqda sol tərəfində yerləşən pəncərəsindən daxil olaraq gətirdiyi qara rəngli qatlanan cib bıçağı ilə onu öldürməklə hədələmiş, sonuncu kömək çağırmaq üçün qışqırmağa və qaçmağa çalışarkən əli ilə onun ağzını tutmuş, bu zaman Zərərçəkmiş şəxs yıxılmış və sonuncunun başı evin qonaq otağında yerləşən su radiatoruna dəyərək ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan təpə nahiyəsində 1 (bir) ədəd əzilmiş-cırılmış yara xəsarətini yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs müqavimətinin zəiflədiyindən istifadə edərək sürüyüb yataq otağına aparıb özü ilə gətirdiyi qara rəngli qatlanan cib bıçağı ilə onu yenidən öldürməklə hədələdikdən sonra əlləri ilə onun qollarından tutaraq zor tətbiq edib sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan üst dodağın selikli qişasında 1 (bir) ədəd qansızma, sol diz oynağı nahiyəsində 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd qançırlar, sol sağrısında 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd sıyrıq xəsarətini yetirərək gərginləşmiş vəziyyətdə olan cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına daxil edib sonuncunun evində 1 dəfə zorla cinsi əlaqədə olub onu zorlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 149.2.4 və 157.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ayın dördü günü saat təxminən 12 radələrində siqaret almaq üçün dostu Ülvi Beydullayevgilə gəlmişdir. Lakin Ülvi evdə olmadığı üçün o, geri qayıtmışdır. Ülvigilin evi ilə zərərçəkmiş Zərərçəkmiş şəxsgilin evi üzbəüzdür və aralarında 60-70 metr məsafə vardır. O, geri qayıdan zaman Səkinəgildən bir nəfərin çıxdığını görmüş və elə bilmişdir ki, bu Səkinənin həyat yoldaşı Araz Seyidovdur. O, “Salam aleykum, Araz dayı” demiş, lakin həmin şəxs ona cavab verməmişdir. Həmin şəxsin özünü itirdiyini görmüş və o, getməyə davam etmişdir. O, aşağı tərəfə gedən Fizuli dayıgil tərəfdə başqa maşın olmasını görmüş və anlamışdır ki, burada nəysə fərqli söhbət vardır. Ona CM-in 157-ci maddəsi ilə ittiham verilməsinə əsas odur ki, o, gəlmiş və darvazanın yanında 30-40 dəqiqə gözləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsgilin işıqları sönmüşdür. 40 dəqiqə gözlədikdən sonra o, Zərərçəkmiş şəxsgilin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra qabaq-qabağa olan ayaqqabılardan birinin yerini dəyişmiş, birini darvaza tərəfə qoymuşdur. O, bununla olanları gördüyünü bildirmək istəmişdir. 3-4 gün əvvəl Zərərçəkmiş şəxsgilin qonşusu Raufgilin bağında Aydın Beydullayevlə iş görmüş və ondan 20 manat alacağı olmuşdur. Onun pulu olmadığı üçün səhəri gün həm Rauf dayıdan pulu almaq üçün, həm də Səkinəyə tanışının onun evinə gəldiyini gördüyünü bildirmək üçün zərərçəkmiş şəxsin qonşusu Rauf dayıgilə gəlmişdir. Rauf dayıgilə gələndə Səkinə evlərinin damından baxıb qapı zənginin işləmədiyini, onu eşitməyəcəklərini bildirmiş və qapını açıb içəri keçməyini təklif etmişdir. O, Səkinəyə:- “Axşamkı qonağın gecmi getdi?” deyə bildirmişdir. Səkinə bu vaxt qızarmış və “Nə qonağı” deyə cavab vermişdir. O, axşamkı qonağı soruşduğunu və axşam onun qonağı olduğunu bildiyini demişdir. Səkinə axşamkı qonağın qardaşı olduğunu deyəndə, o, onun qardaşını tanıdığını bildirmişdir. Səkinəyə:- “Qardaşın gecə saat 1-in yarısı sizdə nə gəzir?” deyə sual vermişdir. Səkinə onu həyətə çağırmış və demişdir:-“Sənin fikirin nədir? Sən məni şantaj edirsən?”. O, onu şantaj etmədiyini və ona qonağının gec gedibgetmədiyini soruşduğunu bildirmişdir. Səkinə ondan nə istədiyini soruşmuş, o, isə onun evinə “gələn” nə istəyirsə, o da onu istədiyini bildirmişdir. Onun səhvi buradadır. Kaş ki, onlara getməzmiş. Səkinə azyaşlı deyil ki, ona şər atdığını desin. Amma əslində elə o, ona şər atmışdır. Səkinə onun həmyaşıdı deyil və onun 50 yaşı vardır. Buna görə düşünür ki, o, nəfisinin qurbanıdır. Qısası, o, oradan gedəndə Səkinəyə gecə saat 1-dən və ya 2-dən sonra gələcəyini bildirmişdir. Ona görə gecə gəlmək istəmişdir ki, Səkinəgilə gəldiyini görən olmasın. Kafelər də təxminən gecə 1-ə və ya 2-yə kimi işləyirmiş. 05 may saat 11 və ya 12-yə işləmiş nənəsinin ad günündən çıxmış evə getmişdir. O, təxminən orada yarım litr araq içmişdir. Normalda 01 litr yarı araq içsə də, o, özünü normal idarə edir. Lakin ittihamda göstərilir ki, güya o, yarım litr içdiyi üçün sərxoş olmuşdur. O, evə getdikdən sonra evdən də Səkinəgilə gəlmişdir. Səkinəgildə hər şey normal olmuş və saat 6-ya işləmiş onlardan çıxıb evinə getmişdir. Səhər saat 11 radələrində Səkinənin qızı ona zəng etmiş və ona “Sən kimsən və sənə kim ixtiyar verib bizim həyəti güdürsən, sən belə böyümüsən, səni polisə şikayət etməyəcəm, atam gələnə kimi sənin başına oyun açdıracam” deyə bildirmişdir. O, da ona nə istəyirsə, eləyə bilər demişdir. Sonra dayısı Şahid3 yolda görmüşlər və dayısına məsələni demişlər. Amma ilk dəfə zorlanmaq barədə heç nə deyilməmişdir. Zorlama haqqında saat 16:00-dan polisə şikayət veriləndə məlumat verilmişdir. Polis əməkdaşı Azər onu evdən götürəndən polis şöbəsinə aparana qədər döyərək, camaatın arvadını zorladığını bildirmişdir. O isə heç kimi zorlamadığını bildirmişdir. O, orada elə vəziyyətdə qalmışdır ki, heç nə edə bilməmişdir. Sonda məcbur qalıb və təzyiq altında şikayətdə nə yazılıbsa onunla razılaşacağını bildirmişdir. O, əgər 15 sm olan pəncərədən girmişdirsə, nə üçün sınmış pəncərədə əl izləri tapılmamışdır? Hansı ki, evin içində əl izləri tapılmışdır. Zorlanan qadın nə üçün saat 16:00-da müraciət edir? Səhər saat 6-da və ya 7-8, yaxud da 9-da müraciət edə bilərdi. Bunun əvəzinə dayısına və anasına məlumat verilir, lakin zorlama haqqında heç bir məlumat ilk dəfə verilməmişdir. Bundan əlavə, onun Səkinə ilə cinsi əlaqədə olmağını telefona çəkdiyini bildirilmişdir. O, telefonunu təqdim etmiş, lakin telefonunda işlə bağlı hər hansı məlumat aşkar edilməmişdir. İşi aparan Səxavət Əhmədov ekspertizanın rəyinə əsaslanıb ona verilən ittihamın düzgün olduğunu bildirmişdir. İşinə ədalətli baxılmasını xahiş edir. Etdiyi əməldən peşiman deyil. O, Səkinəni zorlamamışdır. Səkinə onun tay-tuşu deyil ki, onun ona tamahı olsun. Səkinənin baldızı qızı Gülşəni 1 il 2 ay əvvəl sevmişdir. Həmin vaxtlar namaz qılmağa da başlamışdır. Səkinə onların ailəsinə onun namaz qılmayacağını və içki içənin biri olduğunu bildirmişdir. Güya ki, o, buna görə qisas almaq məqsədilə Səkinənin yanına gəlib ya öldürəcəyini, ya da onu zorlayacağını bildirmişdir. Öldürmək fikri olsaydı, o, onu öldürüb gedərdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı o, Səkinəni zorlamadığını bildirmiş, lakin polislər ondan Səkinənin onu zorladığı üçün şikayət etdiyini bildirmişlər. Ona təzyiq göstərmişlər və o qədər döymüşlər ki, o, çox ağrıdığını bildirmiş və onların dediyi ilə razılaşmalı olmuşdur. O, X4 daxil olduqdan sonra 10-15 qabırğalarının ağrısından tərpənə bilməmişdir. Bundan sonra o, evə zəng etmiş və məsələni düzgün izah etmişdir. Bundan sonra hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlanılmış və o, vəkilə hər şeyi danışmışdır. Vəkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi üçün vəsatət verərkən hakim polis əməkdaşı Səxavət Əhmədovdan onun ikinci dindirilməsini aparılıb-aparılmadığını soruşmuşdur. Səxavət Əhmədov ikinci dindirmədə demişdir ki, sən nağıllarını danış. O da ifadəsini vermiş və bundan sonra ona həm də 157.1-ci maddə ilə ittiham verilmişdir. O, məcbur qalaraq şikayətdə göstərilən hər şeyi qəbul etmişdir. İstintaq hərəkəti zaman hadisə yerinə baxış keçirilən zaman bir bıçaq məsələsi də olmuşdur. O, bıçaq məsələsini etiraf etməmiş və bu məsələnin üstünə çox gedilməmişdir. Heç bıçağın necə olması və harada olmasını maraqlanmamışlar. Əslində isə bu sübut üçün əhəmiyyətli məsələdir. O, polisdən əvvəl telefonu sındırdığını deyirmiş, lakin telefonu sındırmamış və polisə təhvil vermişdir. O, evdən çıxanda telefonu söndürüb evə qoymuşdur. Çəkiliş zamanı onu dağ kimi bir yerə aparmışlar və dərə kimi yerin yanına gəlmişdir. Ona polislər demişdir ki, güya hadisədən sonra o, bıçağı və telefonu sındırdıqdan sonra həmin yerə atmışdır. Lakin nə bıçaq, nə də sındırılmış telefon orada aşkar olunmamışdır. Onun dəlilləri bunlardır. Polislər onu döymüşlər. Polislər iz qalmayan yerlərinə, yəni sinəsinə və ayaqlarına vurmuşdurlar. Polis şöbəsində MSY-də o, təxminən 3 gün müddətinə qalmışdır. Polis şöbəsindən X4 gətirilmişdir. X4 gətirilən zaman gözündə iz olmuşdur, lakin xəsarəti tutulmazdan əvvəl almışdır. Səxavət müəllim ilkin dindirmə zamanı ona təzyiq olunub-olunmamasını soruşmuşdur. Ona təzyiq edənlər polis əməkdaşı olduğu üçün heç nə deyə bilməz. Onun 10 gün sonra vəkil tutmağına səbəb budur ki, o, ilk növbədə Qax RPŞ-dən çıxmalı və sonra dindirilməli imiş. Bundan sonra vəkil axtarmışlar. O, Səkinəni şantaj etməmişdir. Ayaqqabıların yerini dəyişdirmiş ki, yəni bildirsin ki, axşam gələn qonağı görmüşdür. O, Səkinəyə qonağı olduğunu bildirmiş ki, yəni ona gələn qonaq nə istəyirsə, o da onu istədiyini bildirmişdir. O, içkili olduğu üçün 50 yaşlı qadına nəfsini salmışdır. Səkinə ilə danışmağı və onlara gedəcəyi barədə heç kimə heç nə deməmişdir. O, Səkinəgilin evinə qayınanasıgil tərəfdən hasardan keçib daxil olmuşdur. Yarım saat da həmin hasarın kənarında dayanmışdır. O, ona görə hasardan keçmişdir ki, darvazadan gəlsəymiş, nə isə plan qurmuş ola bilərdi. Hasardan keçəndən sonra qapını döymüş, Səkinə qapını açmış və o, içəri girmişdir. İttihamda onun iki pəncərədən keçdiyi göstərilmiş, lakin heç birindən iz çıxmamışdır. O, qapıdan içəri keçmişdir. Səkinəgilin evinə saat ikiyə işləmiş daxil olmuş və altıya işləmiş çıxmışdır. Qaranlıq olduğu üçün hadisə vaxtı zərərçəkmişdə hər hansı xəsarət olub-olmamasını görməmişdir. Cinsi əlaqədə olan zaman Səkinədə nəzərə çarpan xəsarət görməmişdir. Birinci dindirmə zamanı şikayətdə olan hər şeyi qəbul etmişdir. Səxavət müəllim “Sonradan ifadəni dəyişib başımıza oyun açmayacaqsan ki?” demişdir, o isə həqiqəti söyləyəcəyini demişdir. Üçüncü dəfə ifadəsi alınanda videoçəkiliş olmuşdur. Ən sonda hadisə yerində - evdə ifadəsi alınmışdır. İbtidai istintaq zamanı ilk dəfə 08 may tarixində məhkəmə qarşısına çıxarılarkən əməlindən peşman olmasını deməyinə səbəb bu olmuşdur ki, artıq iş-işdən keçmişdir. O, məhkəmədə fərqli ifadə verə bilməzmiş, çünki yenə Qax RPŞ-yə qayıdacaqmış. O, Qax RPŞ-dən çıxmağı və istintaq təcridxanasına keçməyi gözləyirmiş. Əks halda daha əvvəl vəkil tutardı. Mayın səkkizində barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Vəkil tutandan 10-15 gün sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı məhkəmə qarşısına çıxarılmışdır. Müqavilə bağladığı vəkil prosesə qoşulanadək verdiyi ifadələri onun deyil, polislərin ideaları olmuşdur. Hətta onun videoçəkilişdə də bir neçə dəfə şikayətdə yazılanlarla razılaşdığını bildirmişdir. X4 qəbul olunan zaman tibbi müayinə keçirilərkən gözündə olan xəsarəti və əlində olan xəsarəti qeyd etmişlər. Əlavə xəsarəti olmamışdır. X3 qəbul olunduğu zaman ilk 10 gün ərzində ağrıları olsa da, tibb xidmətinə müaciət etməmişdir. Gözündə olan xəsarəti kənddə mübahisə zamanı almış, əlində olan xəsarəti isə dəryaz kəsdiyi üçün almışdır. Dəryaz əlini təxminən 24-25 aprel tarixlərində kəsmişdir. Bundan 2-3 gün sonra mübahisə etdiyi zaman gözündən xəsarət almışdır. Zərərçəkmiş şəxsdə əmələ gəlmiş xəsarətlərlə bağlı qeyd edir ki, o da başını divara vursa, onda da xəsarət əmələ gələcəkdir. Zərərçəkmiş şəxsdə necə xəsarətlər əmələ gəldiyini bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs zorlamadığını, Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmədiyini, ona zor tətbiq etmədiyini, Zərərçəkmiş şəxs ölümlə hədələmədiyi, polislərin təsiri nəticəsində etiraf edici ifadə verdiyini, sonda məcbur qalıb və təzyiq altında şikayətdə nə yazılıbsa onunla razılaşdığını, həmçinin onun Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 157-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, Qax rayonu, Zərnə kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla onunla münasibəti normal olmuş, heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs baldızı Aynurənin qızı Gülşəni sevib almaq istəsə də Gülşən sonradan onun hərəkətlərinə görə ondan ayrılmış və başqa bir şəxslə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs Gülşənlə olan bu ayrılığa görə onu günahlandırmışdır. X12 hərbi təlimləri üçün 7 gündür ki, evdən çıxıb getmiş, yoldaşı Araz Seyidov isə SOCAR şirkətində işlədiyi üçün bir müddətdir ki, evdə olmamış və Türkiyə Cümhuriyyətində ezamiyyətdə olmuşdur. Təxminən 7 gündür ki, evdə tək yaşamışdır. Qayınanası Şahid2 yaşadığı ev onların evinin qonşuluğunda yerləşmişdir. 06 may 2024cü il tarixdə gecə saat 01:30 radələrində yatmamışdan qabaq bir ədəd “Sedofaq” adlı dərman qəbul etmişdir. Dərman atmağının səbəbi oğlu Azərin hərbi təlimlərə getdiyi üçün gözünə yuxu getməməsi olmuşdur. Həmin dərmanı içib birtəhər yatmışdır. Saat 03 radələrində yaşadığı evin yataq otağında yatan zaman kimsə onu silkələyib yuxudan ayıltmışdır. O, oğlu Azərin gəldiyini düşünmüş, lakin baxanda görmüşdür ki, həmkəndlisi Kamranın oğlu Niyazidir. Təqsirləndirilən şəxs ona “dur ayağa əzrayilin gəlib” demişdir. O da “ay bala nə edirsən burada” deyə soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində boz rəngli qatlanan cib bıçağı olmuşdur. Sonuncu əlindəki bıçağı boğazına dirəyib onu öldürməyə gəldiyini, həyatını qaraltdığını, buna görə onun da həyatını qaraltmağa gəldiyini demişdir. Bu zaman onu möhkəm qorxu sarmışdır. O, Təqsirləndirilən şəxs yalvarmağa başlamışdır. Lakin Təqsirləndirilən şəxs onu öldürəcəyini demişdir. Niyaziyə onu da, özünü də bədbəxt etmə deyib yalvarmışdır. Niyazi onu yataq otağında ilk öncə çarpayıya vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs itələyib kənara yıxmış və ayağa durub qaçmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onu tutub qonaq otağında yerə çırpmışdır. Bu vaxt başı su radiatoruna dəyib yarılmış və qanamışdır. Başından qan axmağa başlamışdır. Niyaziyə “qoy qanımı kəsim” desə də o imkan verməmişdir. Bir təhər ayağa qalxıb qonaq otağındakı kresloda oturmuşdur. Təqsirləndirilən şəxs isə kreslonun sol qoltuğunda oturub sağ ayağını onun ayaqlarının üzərinə qoyaraq onun ayağa qalxıb qaçmasına imkan verməməyə çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs bıçağı kənara qoyub boynundan tutmuş, boynunu sındıracağını və onu öldürəcəyini demişdir. Təqsirləndirilən şəxs bir daha yalvarmağa başlamışdır. Sonuncu kənara durub ona aid olmayan mənasız və əlaqəsiz söhbətlər etməyə, “onu belə etdim, bunu belə etdim” deməyə başlamışdır. Təqsirləndirilən şəxs həmin söhbətləri edən zaman onun şəxsiyyətini alçaldan əxlaqsız söhbətlər etmiş, söyüşlər söymüşdür. Məcbur qalıb onun etdiyi söhbətlərə qulaq asmışdır ki, zaman keçsin səhər açılsın və o, qışqırıb kömək çağırsın. Niyazi bir qədər söhbət etdikdən sonra ona ya onu öldürəcəyini ya da onu zorlayacağını, onun həyatını qaraltdığını, buna görə onun həyatını qaraldacağını demişdir. Təqsirləndirilən şəxs nə qədər başa salmağa çalışmışdır ki, Gülşən səni istəmədi, sonuncu özü aralandı, onun heç bir günahı olmamışdır. Niyaziyə nə qədər yalvarsa da sonuncu ya onu öldürəcəyini ya da zorlayacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu tutub sürüyərək yataq otağına gətirib çarpayıya uzatmışdır. Niyazi onunla cinsi əlaqədə olmasa onu öldürəcəyini bildirmişdir. O bıçağı belinə keçirmişdir. Bıçağı çıxarıb onunla cinsi əlaqədə olacağını, əgər səsini çıxartsa onu öldürəcəyini demişdir. Təqsirləndirilən şəxs telefonunun video çəkən hissəsini işə salmışdır. Sonuncudan nə etdiyini soruşanda onun səsini yazdığını və onunla cinsi əlaqədə olan vaxtı səsini qeydə alıb özündə saxlayacağını, ondan polisə şikayət edəcəyi təqdirdə onu internetdə rüsvay və biabır edəcəyini demişdir. Bu sözlərindən sonra Təqsirləndirilən şəxs əynini soyunmuş və onun da alt paltarını çıxarıb onunla qabaq nahiyədən təbii yolla 01 dəfə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olduqdan sonra cinsi orqanından gələn spermanı üzərinə boşaltmış və əlinə sarıdığı tənzifi açaraq spermasını silib tənzifi yerə atmışdır. Daha sonra ayağa durub ondan heyfini aldığını və onunla işinin qurtardığını demişdir. Niyaziyə bu hərəkətinin cəzasını alacağını bildirmişdir. Sonuncu evin giriş qapısından çıxıb getmişdir. Mətbəx tərəfə baxanda görmüşdür ki, Niyazi evə mətbəxin pəncərəsini sındıraraq daxil olmuşdur. Niyazi getdikdən təxminən bir neçə saat sonra özünə gəlməyə başlamışdır. Həmin günü saat 08 radələrinədək yaşadığı evin giriş hissəsində olan pilləkəndə oturub öz-özünə fikirləşmişdir. Bundan sonra qaynanası Şahid2 yanına gedib hər şeyi ona danışmışdır. Qaynanası polisə xəbər etməyi desə də o, qorxmuşdur. Qorxmağının səbəbi Niyazinin gəlib onu öldürə biləcəyi olmuşdur. Ya da ki, oğlu və əri Təqsirləndirilən şəxs nəsə edərlər. Çox fikirləşdikdən sonra Qax rayonu, Güllük kəndində yaşayan qızı Şahid1 yaşadığı evə çağırmışdır. Qızı Nazlıxanım kəndə gəlmiş və ona da hər şeyi danışmışdır. Nazlıxanım da polis çağıracağını deyib polisə zəng etmiş və gələn polislərə ərizə yazıb baş vermiş hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olarkən evin işıqlarını sayğacdan söndürmüş, çıxarkən isə işıqları sayğacdan yandıraraq getmişdir. Hadisə zamanı öz əynində ağ rəngli üzərində göy və mavi rəngli güllər olan gecə paltarı, qara rəngli tuman və qızılı rəngli büstqalter olmuşdur. Təqsirləndirilən şəxs əynində isə qara rəngli şalvar, qara rəngli futbolka, qara rəngli sviter olmuşdur. Təqsirləndirilən şəxs əynində tuman da olmuş, lakin utandığından onun hansı rəngdə olduğuna fikir verməmişdir. Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olan zaman ona müqavimət göstərmişdir. Belə ki, Niyaz Əhmədzadə onun qollarından tutmuş, o isə dartınaraq ona cırmaq atmaq istəsə də bunu bacarmamışdır. Niyaz Əhmədzadə onunla təbii yolla 01 dəfə zorla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqə təxminən 5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman əlindəki bıçağı yataq otağında olan elektrikli sobanın üzərinə qoymuşdur. Belə ki, o, cinsi əlaqədan sonra paltarlarını geyindiyi zaman bıçağı həmin yerdən götürərək belinə qoymuşdur. Hadisə zamanı qışqırsa da səsini heç kim eşitməmişdir. Təqsirləndirilən şəxs onu zorla cinsi əlaqəyə məcbur edərkən əynində gödəkçə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Sonuncu Qax rayonu, Zərnə kəndində atası Araz Seyidov və X11la birlikdə yaşayır. X11 hərbi təlimlər üçün 7 gündür ki, evdən çıxıb getmiş, atası Araz Seyidov isə SOCAR şirkətində işlədiyi üçün bir müddətdir ki, evdə olmamış və Türkiyə Cümhuriyyətində ezamiyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində oğlunu məktəbə yola salıb geri qayıtdığı zaman yolda hal-əhval tutmaqdan ötrü anası Zərərçəkmiş şəxs zəng etmişdir. Telefon danışığı zamanı anasının səsində qəribəlik hiss etmiş, nə baş verməsi barədə soruşduğu zaman sonuncu, “heçnə, heçnə” deyə cavab vermişdir. Anası Zərərçəkmiş şəxs evə çatdıqdan sonra görüntülü zəng edəcəyini deyərək sağollaşmışdır. Evə çatdıqdan sonra anası Zərərçəkmiş şəxs “whatsapp” proqramı vasitəsilə görüntülü zəng etmişdir. Həmin vaxt anasının nənəsi Zəynəb Seyidovagildə olduğunu görmüşdür. Anası Səkinədən nə baş verməsi barədə soruşduğu zaman o, həmin gün gecə saatlarında evdə tək olduğu zaman Qax rayonu, Zərnə kənd sakini Təqsirləndirilən şəxs onun evinə girdiyini, onu öldürməklə hədələdiyini bildirmişdir. O, ilk öncə həqiqətən Təqsirləndirilən şəxs anasının evinə girib, onu bıçaqla hədələdiyini düşünmüşdür. Bundan sonra tanışlarından Niyazigilin ev telefonunun 25-40-2-99 rəqəmli olduğunu öyrənərək onlara zəng etmişdir. Telefona Təqsirləndirilən şəxs özü cavab vermişdir. Sonuncu telefonda öz anası ilə birlikdə Zərərçəkmiş şəxsgilə gəlib üzr istəyəcəyini demişdir. O, isə Niyazidən polisə şikayət edəcəyini bildirmişdir. Telefon danışığından sonra o, yenidən anası Səkinəyə zəng etmişdir. Sonuncu ilə telefonda danışdığı zaman onda şübhə yaranmışdır. Anasından Niyazinin evə girdikdən sonra ona qarşı başqa hərəkətlər edib-etməməsini soruşduğu zaman anasının kövrələrək Niyazinin xx.xx.2024-cü il tarixdə gecə saat 03 radələrində onun evinə daxil olduğunu, onu bıçaqla öldürməklə hədələdiyini, bu zaman Niyazinin əlindən qaçmağa çalışdığını, qonaq otağında qaçmağa çalışarkən Niyazinin onu yerə çırpdığını və başının həmin otaqda olan su radiatoruna dəyərək yarıldığını, daha sonra özünə gələrək qonaq otağında kresloda oturduğunu, Niyazinin də onun yanında əyləşərək ya onu zorlayacağını, ya da onu öldürəcəyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs onu sürüyərək yataq otağına gətirib çarpayıda onunla zorla təbii yolla 01 dəfə cinsi əlaqədə olduğunu, daha sonra isə getdiyini bildirmişdir. Telefon danışığı zamanı anasına polisə zəng edəcəyini desə də anası zəng etməməyini, belə ki, Təqsirləndirilən şəxs onu öldürəcəyindən qorxduğunu, eləcə də atası Arazın və qardaşı Azərin baş vermiş hadisəni öyrənsələr Təqsirləndirilən şəxs nəsə edə biləcəyini bildirmişdir. Eləcə də telefon danışığı zamanı anası Təqsirləndirilən şəxs telefonla onu videoya çəkdiyini qeyd etmişdir. O, bundan sonra yenidən Təqsirləndirilən şəxsgilin ev telefonuna zəng etmişdir. Telefona cavab verən Təqsirləndirilən şəxs ayıb olsun deyərək ondan polisə şikayət edəcəklərini, həmçinin anasını videoya çəkdiyini demişdir. Niyazi isə telefon danışığında video çəkmədiyini, anası ilə birlikdə üzr istəmək üçün gələcəyini bildirmişdir. Saat 12 radələrində övladını məktəbdən götürüb evə gəlmiş, daha sonra anası Səkinə ilə telefonda danışdıqda sonuncu onlara gəlməyini xahiş etmiş və o, anası Səkinəgilin yaşadığı evə getmişdir. Anası Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə ona ətraflı danışmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs dayısı Şahid3 və atası Şahid4 da Səkinəgilə gəlmişlər. Onlar Niyazinin hərəkətlərinə görə üzrxahlıq etsələr də o, Təqsirləndirilən şəxs polisə şikayət edəcəyini bildirmişdir. Niyazinin dayısı və atası getdikdən təxminən yarım saat sonra o, 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra gələn polis əməkdaşlarına anası Zərərçəkmiş şəxs ərizə yazaraq şikayətini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün nəvəsi Azər Seyidov hərbi təlimlər üçün 7 gündür ki, evdən çıxıb getmiş, oğlu Araz Seyidov isə SOCAR şirkətində işlədiyi üçün bir müddətdir ki, evdə olmamış və Türkiyə Cümhuriyyətində ezamiyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadığı evin həyətində toyuqlara dən atdığı zaman Zərərçəkmiş şəxs gəlmişdir. Sonuncunun rəngi solğun görünmüşdür. Ondan nə baş verməsi barədə soruşduqda o, əlini saxlamağını, onunla söhbət etmək istədiyini bildirmişdir. Yaşadığı evə keçdikdə Zərərçəkmiş şəxs kövrələrək Qax rayonu, Zərnə kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03 radələrində onun evinə daxil olduğunu, yatdığı zaman onu yuxudan ayıldaraq bıçaqla öldürməklə hədələdiyini, bu zaman Niyazinin əlindən qaçmağa çalışdığını, qonaq otağında qaçmağa çalışarkən Niyazinin onu yerə çırpdığını və başının həmin otaqda olan su radiatoruna dəyərək yarıldığını, daha sonra özünə gələrək qonaq otağında kresloda oturduğunu, Niyazinin də onun yanında əyləşərək ya onu zorlayacağını, ya da onu öldürəcəyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs onu sürüyərək yataq otağına gətirib çarpayıda onunla zorla təbii yolla 01 dəfə cinsi əlaqədə olduğunu, daha sonra isə getdiyini bildirmişdir. Səkinəyə bu barədə polisə məlumat verməyini bildirdikdə o, polisə zəng etməməyini, belə ki, Təqsirləndirilən şəxs onu öldürəcəyindən qorxduğunu, eləcə də oğlu Arazın və nəvəsi Azərin baş vermiş hadisəni öyrənsələr Təqsirləndirilən şəxs nəsə edə biləcəyini demişdir. Bundan bir qədər sonra nəvəsi Şahid1 Səkinəyə zəng etdikdə, sonuncu ilk öncə ona hadisə barədə heçnə deməmişdir. Daha sonra Nazlıxanım bir neçə dəfə Səkinəyə zəng etdikdən sonra o, baş vermiş hadisə barədə qızına da telefonda danışmış və qızını yaşadığı evə dəvət etmişdir. Bundan öncə isə o, Təqsirləndirilən şəxs dayısı Şahid3 zəng edib ona baş vermiş hadisə barədə məlumat vermişdir. Səxavət isə Niyazi ilə söhbət edəcəyini bildirmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs ilə sonuncunun evinə gedib evin vəziyyətini görmüşdür. Saat 12 radələrində Şahid1 da Zərərçəkmiş şəxs yaşadığı evə gəlmiş və sonuncu ona baş verənlər barədə ətraflı məlumat vermişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs dayısı Şahid3 və atası Şahid4 Zərərçəkmiş şəxs evinə gələrək ondan üzrxahlıq etmişlər. Onlar getdikdən təxminən yarım saat sonra Şahid1 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Yaşadığı evin pəncərələri səsi demək olar ki, içəri ötürmədiyindən xx.xx.2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs qışqırıq səsini eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qax rayonu, Zərnə kəndində ailəsi ilə yaşayır. Evlidir. Təqsirləndirilən şəxs onun bacısı oğludur. Eyni zamanda Zərərçəkmiş şəxs həmkəndlisi olaraq tanıyır. Sonuncu həm də onun uzaq qohumudur. xx.xx.2024-cü il tarixdə anasının ad günü ilə əlaqədar yaşadığı evdə qonaqlıq olmuşdur. Həmin gün axşam Təqsirləndirilən şəxs də onlara qonaq gəlmişdir. Sonuncu ilə birlikdə spirtli içki olan araq içmişdir. xx.xx.2024-cü il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs sağollaşaraq evinə getmişdir. Həmin gün saat 09 radələrində işə getdiyi zaman həmkəndlisi Şahid2 ona zəng edərək xx.xx.2024-cü il tarixdə gecə saatlarında bacısı oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə girdiyini, sonuncunu bıçaqla öldürməklə hədələdiyini və onun başını evdəki su radiatoruna vurduğunu bildirmişdir. O, bu barədə Niyazi ilə danışacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxsgilin yaşadığı evə doğru getmiş, yolda olarkən Təqsirləndirilən şəxs zəng edib ümumi sözlə səhv hərəkət etdiyini dediyi zaman onu nalayiq ifadə ilə təhqir etmişdir. Bundan sonra Niyazigilin evinə gələrək Niyazini etdiyi hərəkətə görə danlayıb tənbeh etmişdir. Təqsirləndirilən şəxs isə əlində telefon Qax rayonu, Zərnə kəndində yerləşən dağa doğru qaçmışdır. Həmin vaxt Niyazinin atası Şahid4 görüb ona Şahid2 dedikləri barədə məlumat verərək Zərərçəkmiş şəxs evinə gedib sonuncudan üzrxahlıq etməyi xahiş etmişdir. Şahid4 etiraz etməmişdir. Saat 13 radələrində özü və Şahid4 Zərərçəkmiş şəxs evinə gəlmiş, evdə Zərərçəkmiş şəxs, qaynanası Şahid2 və qızı Şahid1 olmuşdur. Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə ona və Şahid4 məlumat vermişdir. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olduğunu onlara deməmişdir. Zərərçəkmiş şəxsgildə olarkən Şahid4 evin həyətində oturmuş, Səkinə və Şahid2 isə ona baş vermiş hadisəni əyani olaraq göstərmişdir. Bundan sonra özü və Şahid4 onlardan üzrxahlıq etmişlər. Orada olan Şahid1 Təqsirləndirilən şəxs barəsində 102 xidmətinə zəng edib şikayət edəcəyini bildirmişdir. Daha sonra o və Şahid4 çıxıb getmişlər. Həmin gün saat 19 radələrində Zərərçəkmiş şəxs şikayəti üzrə polis əməkdaşlarının kəndə gəldiyini eşitmişdir. Daha sonra isə ona xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə daxil olduğu, yatdığı zaman onu yuxudan ayıldaraq bıçaqla öldürməklə hədələdiyi, bu zaman Səkinənin Niyazinin əlindən qaçmağa çalışdığı, qonaq otağında qaçmağa çalışarkən Niyazinin onu yerə çırpdığı və başının həmin otaqda olan su radiatoruna dəyərək yarıldığı, daha sonra Səkinənin özünə gələrək qonaq otağında kresloda oturduğu, Niyazinin də onun yanında əyləşərək ya onu zorlayacağı, ya da onu öldürəcəyini bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sürüyərək yataq otağına gətirib çarpayıda onunla zorla təbii yolla 01 dəfə cinsi əlaqədə olduğu, daha sonra isə getdiyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermək istəməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Evdə özü, həyat yoldaşı Şahid5 və oğlu Təqsirləndirilən şəxs birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs 5-6 ildir ki, Bakı şəhərində yaşamış və orada işləmişdir. Hadisədən təxminən 10-15 gün öncə o, Qax rayonu, Zərnə kəndinə gələrək onlarla birlikdə yaşamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs həmkəndlisi olaraq tanıyır. xx.xx.2024-cü il tarixdə qayınanası Pəri Süleymanovanın ad günü ilə əlaqədar qaynı Şahid3 yaşadığı evdə qonaqlıq olmuşdur. Həmin gün axşam saat 21 radələrində Təqsirləndirilən şəxs də onlara qonaq getmişdir. Təqsirləndirilən şəxs evə saat neçədə qayıtmasını bilməmişdir. Belə ki, sonuncu evə qayıtdığı zaman özü və həyat yoldaşı Şahid5 yatmışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Şahid3 onların evindən çıxarkən yolda onunla rastlaşmışdır. O, Qax rayonu, Zərnə kənd sakini Şahid2 ona zəng edərək xx.xx.2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə girdiyini, sonuncunu bıçaqla öldürməklə hədələdiyini və onun başını evdəki su radiatoruna vurduğunu bildirmişdir. Şahid3 ondan Zərərçəkmiş şəxs evinə gedib sonuncudan üzrxahlıq etməyi xahiş etmiş, o da etiraz etməmişdir. Saat 13 radələrində Şahid3la birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə gəlmişlər. Evdə Zərərçəkmiş şəxs, qaynanası Şahid2 və qızı Şahid1 olmuşdur. Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə ona və Şahid3 məlumat vermişdir. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olduğunu deməmişdir. Zərərçəkmiş şəxsgildə olarkən evin həyətində oturmuş, Səkinə və Şahid2 isə Şahid3 baş vermiş hadisəni əyani olaraq göstərmişlər. Bundan sonra özü və Şahid3 onlardan üzrxahlıq etmişlər. Orada olan Şahid1 Təqsirləndirilən şəxs barəsində 102 xidmətinə zəng edib şikayət edəcəyini bildirmişdir. Daha sonra Şahid3la birlikdə çıxıb getmişdir. Evə gələrkən Təqsirləndirilən şəxs evdə olmamışdır. Həmin gün saat 19 radələrində Zərərçəkmiş şəxs şikayəti üzrə polis əməkdaşları kəndə gəlib Təqsirləndirilən şəxs soruşduqda onun evdə olmadığını, evə gələndə onlara məlumat verəcəyini demişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs yaşadıqları evə gəlmiş və onlara heç bir söz demədən yatmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında polis əməkdaşlarına zəng edərək oğlunun evdə olduğunu demişdir. Bundan sonra isə gələn polis əməkdaşları oğlunu Qax RPŞ-ə dəvət etmişlər. Həmin gün axşam saatlarında oğlu Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə ona məlumat verilmişdir. Daha sonra isə onlara xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə daxil olduğu, yatdığı zaman onu yuxudan ayıldaraq bıçaqla öldürməklə hədələdiyi, bu zaman Səkinənin Niyazinin əlindən qaçmağa çalışdığı, qonaq otağında qaçmağa çalışarkən Niyazinin onu yerə çırpdığı və başının həmin otaqda olan su radiatoruna dəyərək yarıldığı, daha sonra Səkinənin özünə gələrək qonaq otağında kresloda oturduğu, Niyazinin də onun yanında əyləşərək ya onu zorlayacağı, ya da onu öldürəcəyini bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sürüyərək yataq otağına gətirib çarpayıda onunla zorla təbii yolla 01 dəfə cinsi əlaqədə olduğu, daha sonra isə getdiyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qax rayonu, Zərnə kəndində ailəsi ilə yaşayır. Evlidir. Təqsirləndirilən şəxs onun oğludur. Evdə özü, həyat yoldaşı Şahid4 və oğlu Təqsirləndirilən şəxs birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs 5-6 ildir ki, Bakı şəhərində yaşamış və orada işləmişdir. Hadisədən təxminən 10-15 gün öncə o, Qax rayonu, Zərnə kəndinə gələrək onlarla yaşamıdşır. Eyni zamanda Zərərçəkmiş şəxs həmkəndlisi olaraq tanımışdır. xx.xx.2024-cü il tarixdə anası Pəri Süleymanovanın ad günü ilə əlaqədar qardaşı Şahid3 yaşadığı evdə qonaqlıq olmuşdur. Həmin gün axşam saat 21 radələrində Təqsirləndirilən şəxs də onlara qonaq getmişdir. Təqsirləndirilən şəxs evə saat neçədə qayıtmasını bilməmişdir. Belə ki, sonuncu evə qayıtdığı zaman özü və həyat yoldaşı Şahid4 yatmışdır. xx.xx.2024-cü il tarixdə saat 06-07 radələrində evdən çıxaraq işlədiyi tütün sahəsinə getmişdir. Evdən çıxarkən Təqsirləndirilən şəxs evdə olubolmadığına fikir verməmişdir. Həmin gün saat 16 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs zəng edərək oğlu Təqsirləndirilən şəxs gecə saatlarında onun evinə girdiyini, sonuncunu bıçaqla öldürməklə hədələdiyini və onun başını evdəki su radiatoruna vurduğunu bildirmişdir. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olduğunu deməmişdir. Bu zaman özündən getmiş və özünə gəldikdən sonra yaşadığı evə getmişdir. Saat 19 radələrində yaşadığı evə çatdıqda polis əməkdaşlarının evə gəldiyini, yoldaşı Şahid4 onlarla söhbət etdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs evdə olmamışdır. Polislər getdikdən təxminən 01 saat sonra Təqsirləndirilən şəxs evə gəlmişdir. Ondan nə baş verməsi barədə soruşduqda sonuncu başını aşağı salaraq heç bir söz deməmiş və gedib yatmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında gələn polis əməkdaşları oğlu Təqsirləndirilən şəxs Qax RPŞ-ə dəvət etmişlər. Həmin gün axşam saatlarında oğlu Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə onlara məlumat verilmişdir. Daha sonra isə ona xx.xx.2024-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə daxil olduğu, yatdığı zaman onu yuxudan ayıldaraq bıçaqla öldürməklə hədələdiyi, bu zaman Səkinənin Niyazinin əlindən qaçmağa çalışdığı, qonaq otağında qaçmağa çalışarkən Niyazinin onu yerə çırpdığı və başının həmin otaqda olan su radiatoruna dəyərək yarıldığı, daha sonra Səkinənin özünə gələrək qonaq otağında kresloda oturduğu, Niyazinin də onun yanında əyləşərək ya onu zorlayacağı, ya da onu öldürəcəyini bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sürüyərək yataq otağına gətirib çarpayıda onunla zorla təbii yolla 01 dəfə cinsi əlaqədə olduğu, daha sonra isə getdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi cib bıçağının və mobil telefonunun harada olması barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizədən görünür ki, 06 may 2024-cü il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs mətbəx pəncərəsini sındıraraq içəri daxil olmuş və əlindəki bıçaqla onu öldürəcəyi ilə hədələyib onu döyərək zorla cinsi əlaqədə olmuşdur (cild 01, iş vər. 06). xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evi Qax rayonu, Zərnə kəndində yerləşir. Giriş darvazasından hadisənin baş verdiyi evə qədər olan məsafə 30 metrdir. Ev 2 yataq, 01 qonaq otaqı, 1 böyük mətbəx, 1 kiçik mətbəx, 01 dəhliz və 01 sanitar qovşaqdan ibarətdir. Evin həyətində işıq dirəyi və üzərində sayğac vardır. Evə öndən baxdıqda sağ və sol tərəfində pəncərələr vardır. Pəncərələrin ölçüsü 140x160 sm-dir. Evə öndən baxdıqda sol tərəfdə yerləşən pəncərənin şüşəsi sınmışdır. Şüşəsi sınmış pəncərə tayının ölçüsü 50x160 sm-dir. Evə daxil olduqda dəhliz, dəhlizdən solda isə kiçik mətbəx vardır. Həmçinin dəhlizə daxil olduqda qarşıda daha bir dəmir qapı, qapının sağ tərəfində isə ümumi ölçüləri 140x160 sm olan pəncərə, pəncərənin yanında isə 01 ədəd soyuducu vardır. Evin qonaq otağına daxil olarkən girişdən solda su radiatoru, həmçinin qonaq otağında girişdən üzbəüz baxdıqda qarşıda kreslo vardır. Qonaq otağına girişdən başda sol tərəfdə yataq otağı yerləşir. Yataq otağının giriş qapısının içəri hissədən cəftəsi sınmış və yerə düşmüşdür. Baxış zamanı müəyyən olundu ki, yataq otağına daxil olduqda sağ tərəfdə başda 2 nəfərlik çarpayı, çarpayının yanında şkaf, girişdən sağda qapının yanında-yerdə elektrik sobası vardır. Həmçinin çarpayının üzərində 01 ədəd ağ rəngli üzərində mavi güllər olan gecə paltarı, 01 ədəd qara rəngli tuman, 01 ədəd çəhrayı rəngli dəsmal, çarpayının sağ tərəfində yerdə 01 ədəd tənzif vardır (cild 01, iş vər. 17-30). xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:50 –də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 36). xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, ifadəsi yerində yoxlanılmış və həmin istintaq hərəkəti zamanı o, hadisənin baş vermə şəraitini əyani olaraq təsvir edərək Zərərçəkmiş şəxs zorlaması xüsusatını bir daha təsdiq etmişdir (cild 01, iş vər. 57-62). xx.xx.2024-cü il tarixli “Dağlıq əraziyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı göstərdiyi Qax rayonu, Zərnə kəndində yerləşən dağlıq əraziyə keçirilən baxış zamanı 01 ədəd qara rəngli qatlanan cib bıçağı və mobil telefon aşkar olunmamışdır (cild 01, iş vər. 63). xx.xx.2024-cü il tarixli Qax rayon Məhkəməsinin 4(024)-20/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.102-106). xx.xx.2024-cü il tarixli, Qax RMX PHŞ-nin 18-1-50/2-496/2024 nömrəli məktubdan görünür ki, Qax rayonu, Zərnə kənd sakini Təqsirləndirilən şəxs Qax RMX PHŞ-nin Poliklinika şöbəsinin nevroloji, onkoloji, narkoloji və ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında deyil (cild 01, iş vər. 156-157). xx.xx.2024-cü il tarixli Qax RPŞ-nin 3-13-87/2-7828/2024 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi qara rəngli qatlanan cib bıçağını və mobil telefonun Qax rayonu, Zərnə kəndində yerləşən dağlıq ərazidə atdığı yeri müəyyən etmək mümkün olmamışdır (cild 01, iş vər. 160-161). xx.xx.2024-cü il tarixli, Şəki Rayon Psixiatriya xəstəxanasının 445 nömrəli məktubundan görünür ki, Qax rayonu, Zərnə kəndində qeydiyyatda olmaqla yaşamış vətəndaş 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasında dispanser müşahidəsində yoxdur (cild 01, iş vər. 162-163). xx.xx.2024-cü il tarixli Qax rayon İHB-nın Ləkit kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri və ailə tərkibi haqqında arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası, anası və bacısından ibarət ailə tərkibi vardır. Sonuncu Qax rayonu, Zərnə kəndində qeydiyyatdadır və Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 01, iş vər. 165-169). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkumluğu yoxdur (cild 01, iş vər 224). xx.xx.2024-cü il tarixli Qax Rayon İstehsal-İstehlak Kooperativinin 03 nömrəli məktubundan görünr ki, 2024-cü ilin may ayı üçün 01 (bir) ağ rəngli plastik pəncərənin 01 (bir) tayının (hündürlüyü 50x160 sm) şüşəsinin orta bazar qiyməti 25 (iyirmi beş) manat, 01ədəd ev üçün qapı cəftəsinin orta bazar qiyməti isə 7 (yeddi) manat təşkil edir (cild 01, iş vər. 229). xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin məktubuna əlavə edilmiş CD diskdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, mesaj mətnlərinə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə həmin telefon nömrəsindən istifadə olunduğu, sözügedən telefon nömrəsi ilə qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** rəqəmli mobil telefon nömrəsi arasında, eləcə də sonuncunun adına olan hər hansı telefon nömrəsi arasında telefon danışığının olmadığı və ya sms yazışmasının aparılmadığı müəyyən edilmişdir. Bu da Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əvvəllər aralarında münasibətlərin olmadığını təsdiq edir (cild 02, iş vər. 02). xx.xx.2024-ci il tarixli məhkəmə-tibb ekspertizasının 66 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – təpə nahiyəsində 1 (bir) ədəd əzilmiş-cırılmış yara, üst dodağın selikli qişasında 1 (bir) ədəd qansızma, sol diz oynağı nahiyəsində 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd qançırlar, sol sağrısında 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd sıyrıqlar – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə başını istilik batareyasına vurmaqla, digər xəsarətlər isə onunla zorla cinsi əlaqədə olmaq istənərkən əmələ gələ bilərdilər, dərəcəsinə görə, təpə nahiyəsindəki əzilmiş-cırılmış yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, üst dodağın selikli qişasında qansızma, sol diz oynağı nahiyəsində və sol baldırında qançırlar, sol sağrısında və sol baldırında sıyrıqlar isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs cinsiyyət üzvündə, cinsi orqan nahiyəsində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Doğmuş qadına məxsusdur. Zərərçəkmiş şəxs anal yolunda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər müəyyən edilmədi. MTE və PA Birliyin PHŞ-in Məhkəmə-tibbi Biologiya şöbəsindən verilmiş AKT-da qeyd edilənlərə görə, Zərərçəkmiş şəxs uşaqlıq yolundan və arxa keçəcəkdən götürülmüş tamponlarda spermatozoidlər aşkar edilməmişdir (cild 02, iş vər. 5-9). xx.xx.2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının 64 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz altı nahiyədə 1 (bir) ədəd qançır və sol əlində 1 (bir) ədəd kəsilmiş yara. Sol göz altı nahiyədəki qançır bərk küt əşyanın, sol əlində kəsilmiş yara isə kəsici səthə malik iti əşyanın (alətin) təsirindən törənmişlər, sol göz altı nahiyədə aşkar edilmiş qançır müayinədən 5-7 gün, sol əlində aşkar edilmiş yara isə müayinədən 13-15 gün əvvəl əmələ gəlməyə uyğundurlar. Sol əlində kəsilmiş yara dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol göz altı nahiyəsindəki qançır isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gəlməyə xarakterik hər hansı bir xəsarət aşkar edilmədi (cild 02, iş vər. 10-13). xx.xx.2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının 383 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair xəstəlikdən əziyyət çəkmir. O, öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər 16- 17). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/843 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9,10 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar və təqdim edilmiş 1“a”, “b”, 2“a”, “b”,3“a”, “b”, 4“a”, “b”, 5, 7“a” saylı daktilolentlərin səthlərindəki əlbarmaq izləri, 7“b”, 8,9,10 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs əl-barmaq və ovuclarından qalmamışdır (cild 02, iş vər.19-29). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ-in məhkəmə-tibb ekspertizasının 201 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir (cild 02, iş vər 30-33). xx.xx.2024-cü il tarixli kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının 322/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir:
1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O/İ/ Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/
2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A-beta/H/İİ/
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gecə köynəyi, büstqalter, əl-üz dəsmalı, üzəri naxışlı yorğan üzlüyü üzərindəki ləkələrdə və 01 ədəd pambıq topası üzərinə hopdurulmuş götürülmüş maddə ləkəsində insan qanı aşkar olundu. Qan ləkələrində qrup mənsubiyyəti tədqiq olunduqda yalnız O-alfa, beta/İ/ qrupunun əsasını təşkil edən H antigeni alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus cins şalvar, yataq otağından götürülmüş bint kəsiyi üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti təyin edildikdə A və H antigenləri alındı. Bu qan ləkəsi A-beta/H/İİ / qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Zərərçəkmiş şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür.
4. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus trusik və yataq otağından götürülmüş bint kəsiyi üzərindəki ləkələrdə sperma aşkar olundu. Sperma ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Belə olan halda bu sperma ləkələri Təqsirləndirilən şəxs məxsus ola bilər.
5. Təqdim olunan Zərərçəkmiş şəxs sağ və sol əl barmaq dırnaq nümunələrində, Təqsirləndirilən şəxs sağ və sol əl barmaq dırnaq nümunələrində qan, 08 ədəd şüşə qırığı, qapı tutacağı hissəsi, Təqsirləndirilən şəxs məxsus trusik, gödəkçə, sviter, qısaqol mayka, mələfə, ağ rəngli yorğan üzlüyü, balış üzlüyü üzərində, Zərərçəkmiş şəxs başının 5 nahiyəsindən götürülmüş tük nümunələrində, ona məxsus trusik üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı.
6. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus gecə köynəyi, trusik, N.Əhmədzayə məxsus gödəkçə, qısaqol mayka, mələfə, ağ rəngli yorğan üzlüyü üzərindəki ləkələrdə spermatozoidlər, Zərərçəkmiş şəxs məxsus büstqalter, əl-üz dəsmalı, naxışlı yorğan üzlüyü, N.Əhmədzayə məxsus cins şalvar, sviter, naxışlı yorğan üzlüyü, balış üzlüyü, 08 ədəd şüşə qırığı və qapı tutacağı hissəsi üzərində isə spermaya şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 02, iş vər. 35-42). xx.xx.2024-cü il tarixli kompleks məhkəmə tibbi-bioloji və tibbi-kriminalistik ekspertizasının 218/2024-MTKŞ nömrəli rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi kriminalistik tədqiqinə, qərarın təsviri hissəsində olan məlumatlara və göstərilən suallara əsasən nəticəyə gəlinmişdir: Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gecə köynəyinin sağ qoltuqaltı tikişi üzərində bir ədəd və gecə köynəyinin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd (cəmi iki ədəd) aşkar edilmiş cırılma zədələri, gecə köynəyinin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Gecə köynəyinin üzərində olan cırılma zədələrinin sonradan tikilmə əlamətləri aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus büstqalter və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter, köynək, şalvar və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş dəsmal, iki ədəd yorğan üzü, yastıq üzü və mələfə üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş cəftə və şüşə fraqmentləri üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı (cild 02, iş vər. 43-49). xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin BKC/LGL-8341/24 nömrəli məktubuna əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, mesaj mətnlərinə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə həmin telefon nömrəsindən istifadə olunduğu, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 08:11:35-dən sonra nömrəyə zəng və ya ismarıc daxil olmadığı və ya çıxmadığı, sözügedən telefon nömrəsi ilə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** rəqəmli mobil telefon nömrəsi arasında, eləcə də sonuncunun adına olan hər hansı telefon nömrəsi arasında telefon danışığının olmadığı və ya sms yazışmasının aparılmadığı müəyyən edilmişdir. Bu da Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əvvəllər aralarında münasibətlərin olmadığını təsdiq edir (cild 02, iş vər. 68-70). xx.xx.2024-cü il tarixli “sübutları qiymətləndirmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 128, 134, 149.2.2, 149.2-1.2,186 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilməsinə dair qərar qəbul edilmişdir (cild 02, iş vər. 78-93). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs əlavə ifadəsində Zərərçəkmiş şəxs ilə könüllü şəkildə cinsi əlaqədə olduğunu bildirdiyinə görə üzləşdirmə istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə üzləşdirmə istintaq hərəkətinin aparılmasından imtina etmişdir (cild 02, iş vər. 112). xx.xx.2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldən görünür ki, Təqsirləndirilən şəxs məxsus Samsung Galaxy A30 markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı telefonda Təqsirləndirilən şəxs ilə sevgilisi Gülşən adlı şəxs arasında sevgi məzmunlu ismarıcların olması, o cümlədən internet saytlarından yüklənmiş erotik videolar aşkar edilmişdir (cild 02, iş vər. 117-118). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları (ekspertiza rəyini) və irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs eyni kənd də yaşamaqla həmkəndlidirlər. Hadisəyədək onların münasibəti normal olmuşdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baldızı Aynurənin qızı Gülşən ilə ailə münasibəti qurmaq istəsə də bu baş tutmamışdır. Gülşənin ona ərə verilməməsinin səbəbini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs görmüş və onu günahlandırmış, Təqsirləndirilən şəxs hadisədən qabaq nənəsinin ad günü məclisində olmuş və orada spirtli içki qəbul etmiş, Zərərçəkmiş şəxs yaşadığı həyətin hasarının yanına gəlmiş, yarım saat orada gözləmiş və qapıdan deyil, həyətə hasardan keçərək daxil olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarına gəldikdə isə qeyd edilməlidir ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03 radələrində sərxoş vəziyyətdə öz cinsi ehtirasını təmin etmək niyyəti ilə həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Qax rayonu, Zərnə kəndində yerləşən fərdi yaşayış evinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, yəni fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə həmin evin öndən baxdıqda sol tərəfində yerləşən pəncərəsindən daxil olaraq gətirdiyi qara rəngli qatlanan cib bıçağı ilə onu öldürməklə hədələmiş, sonuncu kömək çağırmaq üçün qışqırmağa və qaçmağa çalışarkən əli ilə onun ağzını tutmuş, bu zaman Zərərçəkmiş şəxs yıxılmış və sonuncunun başı evin qonaq otağında yerləşən su radiatoruna dəyərək ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan təpə nahiyəsində 1 (bir) ədəd əzilmişcırılmış yara xəsarətini yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs müqavimətinin zəiflədiyindən istifadə edərək sürüyüb yataq otağına aparıb özü ilə gətirdiyi qara rəngli qatlanan cib bıçağı ilə onu yenidən öldürməklə hədələdikdən sonra əlləri ilə onun qollarından tutaraq zor tətbiq edib sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan üst dodağın selikli qişasında 1 (bir) ədəd qansızma, sol diz oynağı nahiyəsində 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd qançırlar, sol sağrısında 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd sıyrıq xəsarətini yetirərək gərginləşmiş vəziyyətdə olan cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına daxil edib sonuncunun evində 1 dəfə zorla cinsi əlaqədə olub onu zorlamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla razılaşmayaraq və həmin ittihamı bütövlükdə mübahisələndirərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs tanımasına baxmayaraq sonuncuya qarşı cinayət törətməmiş, ibtidai istintaq orqanı ona qarşı qərəzli olmaqla Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan verdiyi məlumatlar əsasında ona qanunsuz və əsassız ittiham elan etmiş, ona görə də ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını, eləcə də ittihamın şər və böhtandan ibarət olmasını onunla əsaslandırmışdır ki, Səkinənin baldızı qızı Gülşəni 1 il 2 ay əvvəl sevmişdir. Həmin vaxtlar namaz qılmağa da başlamışdır. Səkinə onların ailəsinə onun namaz qılmayacağını və içki içənin biri olduğunu bildirmişdir. O, Səkinəni şantaj etməmiş, ayaqqabıların yerini dəyişdirmiş ki, yəni bildirsin ki, axşam gələn qonağı görmüş, o, Səkinəyə qonağı olduğunu bildirmiş və ona gələn qonaq nə istəyirsə, o da onu istədiyini bildirmişdir. Səkinə ilə danışmağı və onlara gedəcəyi barədə heç kimə heç nə deməmişdir. O, Səkinəgilin evinə qayınanasıgil tərəfdən hasardan keçib daxil olmuşdur. Yarım saat da həmin hasarın kənarında dayanmışdır. O, ona görə hasardan keçmişdir ki, darvazadan gəlsəymiş, nə isə plan qurmuş ola bilərmiş. Hasardan keçəndən sonra qapını döymüş, Səkinə qapını açmış və o, içəri girmişdir. Səkinəgilin evinə saat ikiyə işləmiş daxil olmuş və altıya işləmiş çıxmışdır. Göstərilənlərə görə də Zərərçəkmiş şəxs baldızı qızı Gülşənin Təqsirləndirilən şəxs ilə ailə qurması ilə bağlı münasibət bildirərək onun barəsində mənfi fikir bildirmiş, Səkinə azyaşlı deyil, Səkinə onun həmyaşıdı deyil, onun 50 yaşı var və Səkinə azyaşlı olamasa belə ona şər atmışdır. Buna görə düşünür ki, o, nəfisinin qurbanıdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən məzmunda ifadə verməklə ittihamı mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin iddia etdiyi halların həqiqət olmasını sübuta yetirə bilməmişdir. Bunun əksinə olaraq Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, eləcə də Şahid5 məhkəmə istintaqında ifadə verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı Qax rayonu, Zərnə kəndində yerləşən fərdi yaşayış evinə Zərərçəkmiş şəxs iradəsi ziddinə daxil olaraq bıçaqla onu öldürməklə hədələmiş, sonuncu kömək çağırmaq üçün qışqırmağa və qaçmağa çalışarkən əli ilə onun ağzını tutmuş, bu zaman Zərərçəkmiş şəxs yıxılmış və sonuncunun başı evin qonaq otağında yerləşən su radiatoruna dəyərək təpə nahiyəsindən xəsarət almış, bundan sonra Zərərçəkmiş şəxs müqavimətinin zəiflədiyindən istifadə edərək sürüyüb yataq otağına aparıb özü ilə gətirdiyi bıçaqla onu yenidən öldürməklə hədələdikdən sonra əlləri ilə onun qollarından tutaraq zor tətbiq edib zərəzçəkmiş şəxsə müxtəlif xəsarətlər yetirərək Zərərçəkmiş şəxs evində 1 dəfə zorla cinsi əlaqədə olub onu zorlamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 149.2.4 və 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv tərəfinə aid olan hərəkətləri icra etmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” PHŞ-in məhkəmə-tibb ekspertizasının 201 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. xx.xx.2024-ci il tarixli məhkəmə-tibb ekspertizasının 66 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – təpə nahiyəsində 1 (bir) ədəd əzilmiş-cırılmış yara, üst dodağın selikli qişasında 1 (bir) ədəd qansızma, sol diz oynağı nahiyəsində 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd qançırlar, sol sağrısında 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd sıyrıqlar – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə başını istilik batareyasına vurmaqla, digər xəsarətlər isə onunla zorla cinsi əlaqədə olmaq istənərkən əmələ gələ bilərdilər, dərəcəsinə görə, təpə nahiyəsindəki əzilmiş-cırılmış yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, üst dodağın selikli qişasında qansızma, sol diz oynağı nahiyəsində və sol baldırında qançırlar, sol sağrısında və sol baldırında sıyrıqlar isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs cinsiyyət üzvündə, cinsi orqan nahiyəsində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Doğmuş qadına məxsusdur. Zərərçəkmiş şəxs anal yolunda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər müəyyən edilmədi. MTE və PA Birliyin PHŞ-in Məhkəmə-tibbi Biologiya şöbəsindən verilmiş AKT-da qeyd edilənlərə görə, Zərərçəkmiş şəxs uşaqlıq yolundan və arxa keçəcəkdən götürülmüş tamponlarda spermatozoidlər aşkar edilməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış bütün sübutları təhlil və tədqiq edərək qeyd edir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini, həmin hərəkətlərinin ictimai təhlükəli nəticələr doğuracağını dərk etmiş, həmin hərəkəti törətməyi və hərəkətin doğuracağı ictimai təhlükəli nəticəni arzu etmiş, həmçinin həmin hərəkəti etməyə qətiyyət yaradan, hərəkətində maddiləşmiş və dərk etmiş olduğu marağına və məqsədinə doğu istiqamətlənmişdir. Beləliklə, yuxarıda göstərilən nəticəni həm məcmu, həm də ayrı-ayrılıqda yoxlayıb və hüquqi qiymət verib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində sərxoş vəziyyətdə öz cinsi ehtirasını təmin etmək niyyəti ilə həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Qax rayonu, Zərnə kəndində yerləşən fərdi yaşayış evinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, yəni fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə həmin evin öndən baxdıqda sol tərəfində yerləşən pəncərəsindən daxil olaraq gətirdiyi qara rəngli qatlanan cib bıçağı ilə onu öldürməklə hədələmiş, sonuncu kömək çağırmaq üçün qışqırmağa və qaçmağa çalışarkən əli ilə onun ağzını tutmuş, bu zaman Zərərçəkmiş şəxs yıxılmış və sonuncunun başı evin qonaq otağında yerləşən su radiatoruna dəyərək ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan təpə nahiyəsində 1 (bir) ədəd əzilmiş-cırılmış yara xəsarətini yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs müqavimətinin zəiflədiyindən istifadə edərək sürüyüb yataq otağına aparıb özü ilə gətirdiyi qara rəngli qatlanan cib bıçağı ilə onu yenidən öldürməklə hədələdikdən sonra əlləri ilə onun qollarından tutaraq zor tətbiq edib sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vurmayan üst dodağın selikli qişasında 1 (bir) ədəd qansızma, sol diz oynağı nahiyəsində 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd qançırlar, sol sağrısında 1 (bir) ədəd, sol baldırında 1 (bir) ədəd sıyrıq xəsarətini yetirərək gərginləşmiş vəziyyətdə olan cinsi orqanını Zərərçəkmiş şəxs cinsi orqanına daxil edib sonuncunun evində 1 dəfə zorla cinsi əlaqədə olub onu zorlamışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 157.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə olduğu təqdirdə məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 157.1-ci maddəsi ilə tövsif edir. Onun əməli başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 157.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt 5 (beş) ildən 10 (on) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə münasibətdə həll edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 -cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə isə islah işləri cəzası təyin edilməli və Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş islah işləri cəzasının 4 (dörd) gününə 1 (bir) gün hesablanmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 149.2.4 və 157.1-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası tam toplanmaqla təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 157.1-ci maddələrində göstərilən cinayət cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər sırasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli və onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya daxil edilməli, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 may 2024-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Qax Rayon Prokurorluğunun saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus tuman, cins şalvar, Zərərçəkmiş şəxs məxsus gecə köynəyi, büstqalter, üzəri naxışlı yorğan üzlüyü, 01 ədəd pambıq topası, əl-üz dəsmalı, bint kəsiyi, 01 ədəd qırılmış qapı cəftəsi və şüşə nümunələri məhv edilməlidir. İş üzrə 62 (altmış iki) manat 29 (iyirmi doqquz) qəpik manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 157.1 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) il müddətə islah işləri cəzasının 4 (dörd) gününə 1 (bir) gün hesablanmaqla 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan və Qax rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus tuman, cins şalvar, Zərərçəkmiş şəxs məxsus gecə köynəyi, büstqalter, üzəri naxışlı yorğan üzlüyü, 01 ədəd pambıq topası, əl-üz dəsmalı, bint kəsiyi, 01 ədəd qırılmış qapı cəftəsi və şüşə nümunələri məhv edilsin. İş üzrə məhkəmə xərci 62 (altmış iki) manat 29 (iyirmi doqquz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Rafail Əliyev (sədrlik edən) Tural Əfəndizadə (məruəzçi) Xaliq Məmmədov