Məhkəmə qərarları › İş №1(091)-219/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-219/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-219/2023 28.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi X11 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Zaqatala rayonunun Gözbarax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Zaqatala rayonunun Gözbarax kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 120.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib daşıyaraq saxlamış, habelə digər şəxsi odlu silahla xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə aralarında olan telefon danışığı zamanı arvadı X3 barışaraq yenidən birlikdə yaşamaq barədə təklifinə etiraz etməsi, ayrıldıqdan bir müddət sonra başqa şəxslə ailə həyatı quracağına dair sözlərini 16 mart 2023-cü il tarixdə Zaqatala rayonunun Gözbarax kəndində birgə yaşadıqları evdən əşyalarını yığıb aparmasından sonra həqiqət kimi qəbul edərək qısqanclıq niyyəti ilə sonuncunu öldürmək barədə əvvəlcədən formalaşmış fikrini qətiləşdirib öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 17 mart 2023-cü il tarixdə saat 05 radələrində Firəngiz Yusifovanın atası X11 yaşadığı Zaqatala şəhəri, 28 May küçəsində yerləşən ikimərtəbəli binanın zirzəmisində gizlənərək pusqudа durmаqlа Firəngiz Yusifovanı öldürmək məqsədi ilə ətrafdakıların diqqətini çəkməmək və daha çevik hərəkət etməkdən ötrü xeyli müddət əvvəl lüləsi kəsilmiş halda məlum olmayan mənbədən taparaq əldə etdiyi, ayrı-ayrı vaxtlarda ov etmək üçün istifadə etdiyi, daşıyaraq qayınatası Nərman Yusifovun yaşadığı qeyd olunan ikimərtəbəli binanın zirzəmisində saxladığı, zavod üsulu ilə istehsal edilmiş, İJ 18E modelli, T00683 nömrəli, 12 kalibrli, təklüləli odlu silah hesab edilən tüfəng kəsiyinin patron yuvasına patron yeridib atəşə hazır vəziyyətdə saxlamaqla əlverişli şəraitin yaranmasını gözləyib zərərçəkmiş şəxs Firəngiz Yusifova ilə eyni mənzildə yaşayan qohumu Şahid2 “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə 17 mart 2023-cü il tarixdə saat 08:46-da Firəngiz Yusifovanın işə getmək üçün hazırlaşması barədə mesajını aldıqda onun qısa zamanda evi tərk edəcəyini dəqiqləşdirdikdən sonra həmin tarixdə saat 08:50 radələrində işə getmək üçün Firəngiz Yusifovanın yaşadığı Zaqatala şəhəri, 28 may küçəsində yerləşən 50 nömrəli mənzili tərk etməsindən istifadə edib gizləndiyi yerdən çıxaraq binanın eyvan hissəsində dayanıb əvvəlcə mənzili tərk edən zərərçəkmiş şəxsin anası Şahid1 bir qədər kənarlaşmasını gözləyib Firəngiz Yusifova onun hədəfində olduğu anda anası Şahid1 xüsusi əzab verdiyini dərk edib, müstəsnа dərəcədə qəddаrlıq və rəhmsizlik nümаyiş еtdirməklə sonuncunun yanında bir dəfə atəş açaraq Firəngiz Yusifovanın sifətin sol yarısının, boynun və döş qəfəsinin sol yarısının odlu silah yaralanması ilə əlaqədar boyun üzvlərinin, hər iki ağciyərlərin, onurğa beyninin döş şöbəsinin və magistral qan damarlarının zədələnməsi nəticəsində baş vermiş kəskin hemorragik və travmatik şokdan bilavasitə ölməsinə səbəb olan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik boynun yuxarı arxa sol yan hissəsindən daxil olub, boyun əzələlərini, İİ boyun fəqərəsini, fəqərə ariteriyasını və qan damarlarını zədələyərək boynun yuxarı arxa sağ yan səthindən xaric olan 1 ədəd dəlib keçən odlu silah yarası, boynun aşağı arxa sol yan səthindən daxil olub, boyun əzələlərini, Vİİ boyun fəqərəsini və qan damarlarını zədələyərək boynun sağ arxa yan səthindən xaric olan 1 ədəd dəlib keçən odlu silah yarası, sol almacıq nahiyəsindən daxil olub dəri, dərialtı toxumanın zədələnməsi və almacıq sümüyünün qəlpəli sınığı ilə nəticələnən 1 ədəd kor odlu silah yarası, sol çiyin oynağının arxa səthindən daxil olub, dəri, dərialtı toxumanın zədələnməsi və çiyin sümüklərinin sınması ilə nəticələnən 2 ədəd kor odlu silah yaraları, sol kürək nahiyəsindən daxil olub, dəri, dərialtının zədələnməsi, İİİ- İV qabırğaların, İV-V döş fəqərələrin sınması, hər iki ağciyərlərin orta və yuxarı paylarının, magistral qan damarlarının və onurğa sinirinin zədələnməsi ilə müşayiət olunan 4 ədəd kor odlu silah yaraları xəsarətlərini yetirərək xüsusi amansızlıqla X4 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək və CM-in 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam, CM-in 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə isə özünü qismən, yəni CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə Firəngiz Yusifova ilə ailə həyatı qurmuş və 2017-ci ilə qədər Zaqatala rayonunun Gözbarax kəndində yaşamışlar. 2017-ci ildə həyat yoldaşı Firəngiz Yusifova anası Şahid1 təkidi ilə "xxxx" MMC-nin Zaqatala rayon filialında işə qəbul olunmuş, həmin vaxt o, buna etiraz etməmişdir. Lakin bir müddət sonra oğlu X19 şəhərində yerləşən gimnaziyada təhsil aldığından dərs saatlarının səhər tezdən başlaması ilə əlaqədar o, hər gün səhər 06 radələrində yuxudan oyanıb oğlunu şəhərə aparmış, fiziki hazırlığı ilə əlaqədar təlim-məşq tədbirlərində iştirak etməsi üçün oğlu həftənin bazar ertəsi, çərşənbə və cümə günləri axşam saat 20 radələrində təlim-məşq proseslərində iştirak etmək üçün getmiş, o, səhər oğlunu dərsə gətirdikdə təlim-məşq tədbirləri yekunlaşana qədər gözləmək məcburiyyətində qalmış, həyat yoldaşı da işə hər gün gedib-gəldiyi üçün evin işlərində müəyyən problemlər yaranmış və qeyd olunan səbəblərə görə Zaqatala rayonunun Gözbarax kəndindən Zaqatala şəhərinə hər gün gedib-gəlməkdə çətinliklər yaranmağa başlamışdır. O, həyat yoldaşı Firəngiz Yusifovaya işdən çıxmasını bildirdikdə isə sonuncu belə niyyətinin olmadığını və Zaqatala şəhərində yaşamaq istədiyini bildirmiş, Firəngiz Yusifovanın valideynləri də sonuncunun işdən çıxmasına etirazlarını bildirmişlər. Təxminən 1 il bundan əvvəl həyat yoldaşı Firəngiz Yusifova onun başqa qadınla aralarında sevgi münasibətinin olmasını öyrənmiş və həmin məsələ bir-birilərinə olan inamı sarsıtmışdır. X2 bağışlamasına baxmayaraq, hər gün həmin söhbəti xatırladaraq öz narazılığını dilə gətirməsinə, evə gəldikdə yenə xəyanət etdiyini düşünüb deyinməsinə və Firəngiz Yusifovanın hər gün işə gedib-gəlməsinə əsəbiləşərək sonuncunu yaşadıqları evdə döymüşdür. Bu səbəbdən Firəngiz Yusifova oğlunu da götürüb atasının Zaqatala şəhəri, 28 may küçəsində yerləşən evinə köçmüşdür. Firəngiz Yusifovanın şikayəti əsasında Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, habelə bir neçə gün sonra isə məhkəmədən gələn bildirişdən Firəngiz Yusifovanın boşanmaq üçün müraciət etməsi ona məlum olmuşdur. Bundan sonra o, Firəngiz Yusifova ilə barışmağa çalışsa da buna nail ola bilməmiş və Firəngiz Yusifovanın qohumlarına boşanacağı təqdirdə sonuncunu öldürəcəyini demişdir. Polis şöbəsində aparılan araşdırmadan sonra o, xeyli müddət əvvəl lüləsi kəsilmiş halda meşədən tapdığı və ayrı-ayrı vaxtlarda ov etmək üçün istifadə etdiyi təklüləli ov silahını gizlincə aparıb Firəngiz Yusifovanın yaşadığı evin zirzəmisinə qoymuşdur. Təxminən iki gün əvvəl Firəngiz Yusifova ilə mobil telefon vasitəsilə danışaraq peşman olduğunu, bütün vaxtını ailəsinə sərf edəcəyini və Zaqatala şəhərində yeni aldığı mənzili də arvadının adına rəsmiləşdirib bir yerdə yenidən yaşamağı xahiş etmiş, lakin Firəngiz Yusifova razı olmamış və yenidən ailə həyatı quracağını ona demişdir. Bundan sonra o, Firəngiz Yusifovanın onunla barışıb yenidən bir yerdə ailə kimi yaşamayacağı təqdirdə sonuncunu öldürməyi qərarlaşdırmışdır. 16 mart 2023-cü il tarixdə oğlunu məktəbə aparmaq üçün Firəngiz Yusifovanın yaşadığı evə getmiş və orada olan zaman sonuncu ilə söhbət etmək istəsə də Firəngiz Yusifova nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, yenə də Firəngiz Yusifovanın onunla barışacağına ümid etmiş və Zaqatala Rayon Məhkəməsində nikahın pozulması ilə bağlı keçirilən məhkəmə prosesində iştirak edərək arvadından boşanmaq istəmədiyini bildirmişdir. Oğlunun 20 mart 2023-cü il tarixdə Bakı şəhərində təşkil olunacaq güləş yarışmasında iştirak etməsi zəruri olduğundan o, oğlunu Bakı şəhərinə aparmış və orada olan zaman 16 mart 2023-cü il tarixdə bacanağı Şahid2 ilə danışıq əsnasında Firəngiz Yusifovanın evdə olan bütün əşyalarını yığıb atasının evinə aparması ona məlum olmuşdur. Bundan sonra o, həmin məsələni dəqiqləşdirmək üçün oğlunu Bakı şəhərində bacısının yaşadığı evdə qoyaraq Zaqatala rayonu istiqamətində yola düşmüş və 17 mart 2023-cü il tarixdə təxminən saat 04-05 radələrində Zaqatala rayonunun Gözbarax kəndində yerləşən fərdi yaşayış evinə daxil olmuşdur. O, evdə olan əşyaların yerində olmadığını görüb artıq Firəngiz Yusifovanın barışmaq niyyətinin olmadığını başa düşərək sonuncunu öldürmək qərarına gəlmiş, bu məqsədlə sonuncunun atasının evinin zirzəmisində bir müddət əvvəl gizlətdiyi silahı xatırlayıb evdən iki ədəd patronu götürüb Zaqatala şəhərinə gələrək Firəngiz Yusifovanın yaşadığı evin zirzəmisində gizlənmişdir. Daha sonra özü ilə götürdüyü patronun bir ədədini silahın lüləsinə yerləşdirib silahı atəşə hazır vəziyyətə gətirmiş və Firəngiz Yusifova evdən çıxan zaman ona xəbər verməsini Şahid2 xahiş etmişdir. Bir qədər sonra isə qapının açıldığını, Firəngiz Yusifovanın anasının səsini eşidib onların evdən çıxdığını başa düşmüş və dərhal gizləndiyi yerdən çıxaraq arxa tərəfdən binanın dəhliz hissəsinə daxil olduqda Firəngiz Yusifovanın qapıdan çıxdığını, arxasının ona tərəf olduğunu, anasının isə Firəngiz Yusifovadan təxminən 2 metr məsafədə kənarda olmaqla, onun görünüş dairəsində olduğunu görmüşdür. O, silahı Firəngiz Yusifovaya tərəf tuşlayıb təxminən 10 metr məsafədən bir dəfə atəş açaraq geri dönüb qaçmış və bu zaman istifadə etdiyi mobil telefon və qalan bir ədəd patron cibindən düşmüşdür. Daha sonra o, silahı küçəyə çıxış darvazasının yanına qoyub Zaqatala Rayon Polis Şöbəsinə getmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Firəngiz Yusifovanı öldürən zaman atəş açdığı silah təxminən 7-8 il əvvəl Firəngiz Yusifovanın atası Nərman Yusifov tərəfindən ona hədiyyə olunmuş, sonradan o, həmin silahın lüləsini kəsmiş, bilavasitə Firəngiz Yusifovaya atəş açmamışdan əvvəl Şahid1 görməmiş, həmin vaxt sonuncu dəhlizdə olmamış və Şahid1 da onu görməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Firəngiz Yusifova onun qızıdır. X20 2013-cü ildə Zaqatala rayonunun Gözbarax kənd sakini Təqsirləndirilən şəxslə evlənmişdir və bundan sonra qızı və kürəkəni Rusiya Federasiyasına gedib orada yaşamışlar. Bir müddət sonra X20 anası və bacısı ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs maska və beşbarmaq adlanan alət gəzdirdiyini, həbs olunacağı halda tək qalacağını və sonuncunun hər gün onu döyüb əzab verdiyini bildirdiyi üçün o, qızını Zaqatala şəhərinə gətirmiş, bu zaman isə Təqsirləndirilən şəxs də Zaqatala rayonuna qayıtması ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzrxahlıq edərək Firəngiz Yusifova ilə barışmaq istədiyini bildirmiş, o da qızının boşanmaması üçün razılaşmış və qızı ilə Təqsirləndirilən şəxs barışıb birlikdə yaşamağa davam etmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərinə davam etməyə başlasa da o, qızının boşanmaması üçün barışıq əldə etməyə çalışmış və Təqsirləndirilən şəxs istəkləri ilə razılaşmağa məcbur olmuşdur. Sonradan X20 "xxxx" MMC-nin Zaqatala rayon filialında işləməyə başlamış, Təqsirləndirilən şəxs isə oğlu X17 şəhərində məktəbdə oxuduğunu, Firəngiz Yusifovanı işə gətirib aparmaqda çətinlik çəkdiyini, yol xərclərinin olduğunu və avtomobilinin yararsız hala düşdüyünü deyərək buna etirazını bildirmişdir. Təqsirləndirilən şəxs hərəkətlərindən bezən X20 boşanmaq üçün müraciət etsə də sonradan Təqsirləndirilən şəxs yalan vədlərinə inanıb sonuncu ilə barışmışdır. Təqsirləndirilən şəxs səbrsiz, davaya meylli və ailəsi olduğu halda başqa qadınlarla ünsiyyət saxlayan bir insan olmuşdur. Təqsirləndirilən şəxs başqa qadınlarla münasibət saxladığı və münasibətdə olduğu qadınların fotoşəkillərini qızına göstərdiyi üçün aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs X20nı döydüyü üçün sonuncu oğlu Elcan Dideyevi də götürüb onun yaşadığı evə gəlmişdir. Bu məsələ ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılmış, döyülmə nəticəsində X20nın bədənində xəsarətlər yaranmış və qızının iş yoldaşı tərəfindən mobil telefon vasitəsilə qeyd olunan xəsarətlərin fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə X20nı döyüb, nalayiq ifadələrlə təhqir etdiyi üçün sonuncu Təqsirləndirilən şəxslə barışmaqdan imtina etmiş və boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Bu zaman Təqsirləndirilən şəxs atası Fətəli Dideyev boşanacağı halda oğlunun Firəngiz Yusifovanı öldürmək niyyətinin olduğunu demiş, Təqsirləndirilən şəxs də Firəngiz Yusifovanı öldürəcəyi barədə fikirlər səsləndirmiş, qohumlarına da bu barədə bildirmişdir. 17 mart 2023-cü il tarixdə saat 08 radələrində işdə olan zaman həyat yoldaşı Şahid1 ona zəng edərək X20nın öldürüldüyünü demiş, o da dərhal yaşadığı evə gəlmişdir. Daha sonra o, həyat yoldaşı Şahid1 hadisə barədə soruşmuş və bu söhbətdən sonuncunun evdən çıxanda Firəngiz Yusifovaya qapını bağlayıb çıxmasını deməsi, bu zaman atəş səsinin gəlməsi, geri dönüb baxdıqda Firəngiz Yusifovanın yerdə üzüüstə, hərəkətsiz şəkildə uzanmış vəziyyətdə olması, kürək hissəsindən qanın axması və Firəngiz Yusifovaya yaxınlaşdıqda sonuncunun nəfəs almadığını görüb öldüyünü başa düşməsi ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Firəngiz Yusifova onun qızıdır. X20 2013-cü ildə Təqsirləndirilən şəxslə evlənmişdir və bundan sonra qızı və kürəkəni Rusiya Federasiyasına gedib orada yaşamışlar. Bir müddət sonra X20 bacısı ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs maska və beşbarmaq adlanan alət gəzdirdiyini, həbs olunacağı halda tək qalacağını və sonuncunun hər gün onu döyüb əzab verdiyini bildirdiyi üçün əri Nərman Yusifov qızını Zaqatala şəhərinə gətirmiş, bu zaman isə Təqsirləndirilən şəxs də Zaqatala rayonuna qayıtması ona məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzrxahlıq edərək Firəngiz Yusifova ilə barışmaq istədiyini bildirmiş, o da qızının boşanmaması üçün razılaşmış və qızı ilə Təqsirləndirilən şəxs barışıb birlikdə yaşamağa davam etmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərinə davam etməyə başlasa da o, qızının boşanmaması üçün barışıq əldə etməyə çalışmış və Təqsirləndirilən şəxs istəkləri ilə razılaşmağa məcbur olmuşdur. Sonradan X20 "xxxx" MMC-nin Zaqatala rayon filialında işləməyə başlamış, Təqsirləndirilən şəxs isə oğlu X17 şəhərində məktəbdə oxuduğunu, Firəngiz Yusifovanı işə gətirib aparmaqda çətinlik çəkdiyini, yol xərclərinin olduğunu və avtomobilinin yararsız hala düşdüyünü deyərək buna etirazını bildirmişdir. Təqsirləndirilən şəxs hərəkətlərindən bezən X20 boşanmaq üçün müraciət etsə də sonradan Təqsirləndirilən şəxs yalan vədlərinə inanıb sonuncu ilə barışmışdır. Təqsirləndirilən şəxs səbrsiz, davaya meylli və ailəsi olduğu halda başqa qadınlarla ünsiyyət saxlayan bir insan olmuşdur. Təqsirləndirilən şəxs başqa qadınlarla münasibət saxladığı və münasibətdə olduğu qadınların fotoşəkillərini qızına göstərdiyi üçün aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs X20nı döydüyü üçün sonuncu oğlu Elcan Dideyevi də götürüb onun yaşadığı evə gəlmişdir. Bu məsələ ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs dəfələrlə X20nı döyüb, nalayiq ifadələrlə təhqir etdiyi üçün sonuncu Təqsirləndirilən şəxslə barışmaqdan imtina etmiş və boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Bu zaman Təqsirləndirilən şəxs atası Fətəli Dideyev boşanacağı halda oğlunun Firəngiz Yusifovanı öldürmək niyyətinin olduğunu demiş, Təqsirləndirilən şəxs də Firəngiz Yusifovanı öldürəcəyi barədə fikirlər səsləndirmiş, qohumlarına da bu barədə bildirmiş, habelə Təqsirləndirilən şəxs barmağını silkələyib onu da köz kimi yandıracağını demiş, həmçinin digər qızını və Şahid2 öldürməklə hədələmişdir. 17 mart 2023-cü il tarixdə səhər saatlarında X20 ilə işə getmək üçün birlikdə evdən çıxmışlar. Əvvəlcə o, qapıdan çıxıb Firəngiz Yusifovaya qapını bağlayıb gəlməsini bildirmiş, binanın dəhlizindən çıxmaq üçün çıxışa doğru hərəkət edən zaman Firəngiz Yusifova ilə aralarında 50-60 sm məsafə olmuş, bu zaman kişi cinsli şəxsin hamını qıracağını deməsini eşitmiş, qışqırıq səsindən qeyd olunan şəxsin Təqsirləndirilən şəxs olduğunu başa düşmüş, ardınca isə möhkəm gurultu səsi eşidib həmin yerə tərəf baxdıqda X20nın üzü üstə yerə yıxıldığını görmüşdür. Həmin vaxt yerdə Firəngiz Yusifovanın sol çiynindən qan axdığını və hərəkətsiz dayandığını görüb dərhal Şahid2 təcili tibbi yardım stansiyasına zəng etməsini demiş, daha sonra isə əri Nərman Yusifova zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Firəngiz Yusifova onun baldızı olmuş, sonuncu 2013-cü ildə Təqsirləndirilən şəxslə evlənmiş və bundan sonra Rusiya Federasiyasına gedib orada yaşamağa başlamışlar. Bundan bir qədər sonra isə atası X18 Yusifovanı Rusiya Federasiyasından öz evinə gətirmiş, sonradan Təqsirləndirilən şəxslə Firəngiz Yusifova barışıb birlikdə yaşamağa davam etmişlər. O da özünə ev tikməyə başladığı üçün bu müddətdə ailəsi ilə qayınatasına məxsus Zaqatala şəhəri, 28 May küçəsi, ev 50 ünvanında yerləşən evdə yaşamağa başlamışdır. Söhbət əsnasında həyat yoldaşı Nərgizin deməsindən Təqsirləndirilən şəxs Firəngiz Yusifovanı döyməsi ona məlum olmuşdur. 2022-ci ilin yay aylarında X14 Dideyevin başqa qadınla sevgi münasibətininin olduğunu öyrəndiyi üçün onların arasında narazılıq yaranmış, Firəngiz Yusifova atasının evinə gəlmiş, bir qədər sonra isə onlar barışıb öz evlərinə getmişlər. Hadisədən bir-iki ay qabaq Firəngiz Yusifova yenidən atasının evinə gələrək Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü və nalayiq ifadələrlə təhqir olunduğunu deyib boşanacağını demişdir. Sonralar Təqsirləndirilən şəxs dəfələrlə yaşadıqları ünvana gələrək Firəngiz Yusifova ilə barışmaq istəsə də sonuncu razılaşmamışdır. 17 mart 2023cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqi vasitəsilə mesaj yazaraq Firəngiz Yusifovanın harada olduğunu, işə nə vaxt gedəcəyini soruşmuş və işə gedən zaman ona xəbər verməsini xahiş etmişdir. O da həmin mesajın məzmununu Şahid1 və Firəngiz Yusifovaya oxumuş, sonuncu isə Təqsirləndirilən şəxs işə getmələri barədə mesaj yazmasını ondan xahiş etmişdir. Bir qədər sonra isə əvvəlcə atəş səsi, ardınca Firəngiz Yusifovanın vurulması və həkimə zəng etməsi barədə ona ünvanlanan ifadəni eşidib çölə çıxdıqda binanın dəhliz hissəsində Firəngiz Yusifovanın tərpənməz halda üzü üstə yerdə uzanmış vəziyyətdə olduğunu, Şahid1 isə ağladığını görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 mart 2023-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 08:59 radələrində Zahid adlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək Dədə Qorqud meydanından silah səsi gəlməsi və bir nəfər qadının qızının vurulmasını deyərək qışqırması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 18 mart 2023-cü il tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 07:56 radələrində Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək X20nın əri tərəfindən silahla öldürülməsi, hadisədən əvvəl şəxsin qanunsuz tüfəng saxlaması və qızının döyülməsi barədə dəfələrlə Zaqatala Rayon Polis Şöbəsinə məlumat verməsinə baxmayaraq polis əməkdaşları tərəfindən hər hansı tədbirinin görülməməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirini boynuna almaqla könüllü gəlmə haqqında 17 mart 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-da Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək arvadı X4 odlu silahdan açdığı atəş nəticəsində qəsdən öldürməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala şəhəri, 28 May küçəsində yerləşən 50 nömrəli evin dəhliz hissəsidir. Hadisə yerinə baxış keçirilən zaman dəhlizdə yerdə beli üstə uzanıqlı halda qadın cinsli meyitin olması müşahidə edilir. Zaqatala RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnikleytenantı Daşqın Quliyev həmin meyitin X5 məxsus olduğunu bildirdi. Meyitin ayaqları sol ayağı üstdə olmaqla çarpazlanmış, sağ qolu mənzilin qapısına tərəf istiqamətlənmiş, sol qolu isə dirsəkdən qatlanmış halda olmaqla sol əli bədəni üzərindədir. Meyitin baş hissəsinə dəhlizin girişindən 90 sm, sol divarından 102 sm, sağ divarından isə 58 sm məsafə vardır. Meyitin ayaqları sol divardan 65 sm, mənzilin giriş qapısından 100 sm məsafədə yerləşir, ayaqlarından dəhlizin çıxış hissəsinə qədər məsafə isə 187 sm təşkil edir. Meyitin əynində sarı rəngli plaş, mavi rəngli kofta, qara rəngli şalvar, sağ ayağında isə bir tay ayaqqabı müşahidə olunur. Meyitin sağ qolu ilə bədəni arasında qara rəngli çanta vardır. Meyitin başından dəhlizə girişdən sağ tərəfdə yerləşən divara doğru axmaqla 43 sm məsafədə qanabənzər maye gölməçəsi yaranmışdır. Meyitə nəzər yetirdikdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərin olması aydın müşahidə olunur. Bundan sonra dəhlizdən çıxış istiqamətində binanın arxa tərəfində yerləşən həyət istiqamətində hərəkət edildi. Dəhlizin çıxışında eyvan vardır. Dəhlizin çıxışından sağ tərəfdə yerləşən divardan 12 sm aralıda döşəmə üzərində bir ədəd giliz aşkar olundu. Meyitlə gilizin arasındakı məsafə 10,80 metrdir. Bundan sonra baxışda iştirak edən polis polkovnik-leytenantı Daşqın Quliyev binanın həyətinin 28 May küçəsinə çıxış istiqamətində yerləşən darvazasının qarşısında bir ədəd mobil telefon və bir ədəd silahın olduğunu bildirdi. Məlumata əsasən həmin istiqamətə doğru hərəkət edildi. Qeyd edilən sahəyə çatdıqda binanın həyətindən 28 May küçəsinə çıxış üçün dəmir materialla haşiyələnmiş taxta materialdan hazırlanmış iki taylı darvaza müşahidə edilir. Darvaza ilə üzbəüz dayandıqda sol tərəfdə yerləşən tikilinin qarşısında yerdə bir ədəd qara rəngli mobil telefon, ardınca isə “Magna” əmtəə nişanlı siqaret qutusu və bir ədəd təklüləli silah müşahidə edilir. Silahın lüləsi kəsilmiş halda olmaqla, tikiliyə doğru, qundağı isə darvazaya tərəf istiqamətlənmiş haldadır. 28 May küçəsinə çıxış üçün quraşdırılmış darvazadan mobil telefona qədər 360 sm, siqaret qutusuna qədər 320 sm, silahın qundağına qədər isə 285 sm məsafə vardır. Darvaza ilə üzbəüz dayandıqda sol divardan silahın qundağına qədər 485 sm, sağ divara qədər 5 sm, gilizlə silahın arasında isə 21 metr məsafə vardır. Bundan sonra yenidən meyitin aşkar olunduğu yerə qayıdaraq dəhliz hissənin işıqlandırılması daha da gücləndirilməklə baxış keçirilən zaman dəhlizin giriş hissəsindən yaxın sol küncdə divara bitişik halda yerləşən rəfin altında meyitin sol dizindən 30 sm, baş hissəsindən isə 120 sm məsafədə patron komponenti hesab olunan tıxac aşkar olundu. Baxış zamanı mənzilin giriş qapısının yanında yerdə sağ qolundan 80 sm məsafədə siqaret kötüyü, dəhlizin giriş hissəsindən yaxın sol divarın döşəmə ilə birləşmə hissəsində bir ədəd qırma aşkar olundu. Baxış zamanı qanabənzər maye gölməçəsindən pambığa hopdurulmaqla iki ədəd nümunə, dəhlizdən çıxış hissədə olan eyvanda aşkar edilmiş bir ədəd giliz, binanın arxa tərəfində yerləşən həyətdə aşkar olunmuş bir ədəd mobil telefon, bir ədəd “Magna” əmtəə nişanlı siqaret qutusu, bir ədəd təklüləli silah, bir ədəd tıxac, bir ədəd siqaret kötüyü və bir ədəd qırma müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, mərhum X3 meyitinə baxış keçirilmişdir. Meyitin əynində plaş, qara rəngli şalvar, uzunqol köynək, qolsuz mayka, tuman, büstqalter, corab və sağ ayağında bir tay ayaqqabı vardır. Plaş, köynək, maykanın arxa və sol tərəflərində zədələr müşahidə edilir. Meyitin baş, boyun və kürək nahiyələri qanabənzər mayeyə bulaşmış haldadır. Meyitin gövdəsinin arxa səthində solğun bənövşəyi rəngli barmaqla təzyiq etdikdə rəngi itən, 1 dəqiqəyə əvvəlki rəngini alan meyit ləkələri mövcuddur. Plaşın arxa hissəsində solda sol qolun arxa hissəsini və boyunluq nahiyəsini əhatə etməklə 20x24 sm sahədə 15 ədəd, ölçüləri 0,3x0,4 sm-dən 0,7x0,8 sm-ə qədər olan eyni xarakterli defektli dəlib-keçən zədələr və səthi boyu geniş sahədə yayılmış qanabənzər maye ləkələri vardır. Köyəyin arxa səthində yuxarıda solda, sol qolun arxa hissəsini əhatə etməklə 16x12 sm sahədə 7 ədəd ölçüləri 0,7x0,8 sm-dən 1,1x1,7 sm-ə qədər olan eyni xarakterli defektli dəlib keçən zədələr və səthi boyu geniş sahədə yayılmış qanabənzər maye ləkələri vardır. Maykanın sol çiyinliyinin arxa hissəsində 2 ədəd 0,4x0,6 sm ölçülü defektli dəlib keçən zədələr və səthi boyu geniş sahədə yayılmış qanabənzər maye ləkələri vardır. Büstqalterin arxa səthində ortada 1 ədəd 0,5x9,1 sm ölçüdə defektli dəlib keçən zədə və səthi boyu geniş sahədə yayılmış qanabənzər maye ləkələri vardır. Corabın və tumanın üzərində qanabənzər maye ləkələri vardır. Meyitin bədən səthində sol almacıq nahiyəsində, ortada 0,7x0,7 sm ölçüdə dairəvi formada toxuma çatışmazlığı, kənarlarında 0,1-0,2 sm dairəvi çəhrayı rəngdə sürtülmüş, alt kənarında 2,0x1,0 sm qansızmalı, içəriyə doğru bükülmüş deşilmiş yara vardır. Əllədikdə yara daxilində almacıq sümüyü sınıq qəlpələrinin krepitasiyası eşidilir. Yara kanalının uzunluğu 7,5 sm təşkil edir. Boyunun sol yan orta nahiyəsində 1,0x1,0 sm ölçüdə, qeyri-oval formada, toxuma çatışmazlığı olan kənarları içəriyə doğru bükülmüş, odlu silah yarasının “giriş dəliyi” və boynun sağ yan orta nahiyəsində 1,2x1,2 sm ölçüdə kənarları az bayıra çevrilmiş, hər iki yaranı birləşdirən və bir ədəd yara kanalını əmələ gətirən odlu silah yarasının “çıxış dəliyi” vardır. Giriş dəliyinin kənarlarında 0,1-0,2 sm dairəvi çəhrayı rəngdə sürtülmə vardır. Çıxış dəliyinin kənarları isə az girintili çıxıntılıdır. Boynun sol yan aşağı nahiyəsində 1,2x0,6 sm ölçüdə qeyri-oval formada toxuma çatışmazlığı olan kənarları içəriyə doğru bükülmüş, odlu silah yarasının giriş dəliyi və boynun sağ yan aşağı nahiyəsində 1,0x1,0 sm ölçüdə kənarları az bayıra çevrilmiş, hər iki yaranı birləşdirən və bir ədəd yara kanalını əmələ gətirən çıxış dəliyi vardır. Giriş dəliyinin kənarlarında 0,1x0,2 sm ölçüdə dairəvi çəhrayı rəngli sürtülmə vardır. Çıxış dəliyinin kənarları isə az girintili çıxıntılıdır. Sol çiyin nahiyəsinin arxa səthində 2 ədəd 0,7x0,7 sm və 0,7x0,6 sm ölçüdə oval formada bir-birinə paralel, ara məsafəsi 0,5 sm olan toxuma çatışmazlığı ilə kənarları içəriyə doğru bükülmüş odlu silah yarasının giriş dəliyi vardır. Kürək nahiyəsinin sol yuxarı bayır və iç səthlərində 4 ədəd 0,8x0,8 sm, 0,8x0,7 sm, 0,7x0,7 sm, 0,7x0,7 sm ölçülərdə oval formalarda ara məsafələri 3,0 sm-dən 1,0 sm-ə qədər olan, toxuma çatışmazlığı ilə, kənarları içəriyə doğru bükülmüş odlu silah yaralarının giriş dəliyi vardır. Sağ bazu oynağının üzərində 2,0x2,0 sm ölçüdə oval formada göyümtül rəngli qançır vardır. Əllədikdə daxilində kiçik ölçülü yad cisim hiss olunur. Sol bazu oynağı sümüklərini əllədikdə sümük krepitasiyası eşidilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 aprel 2023-cü il tarixli 202 nömrəli rəyindən görünür ki, təqsirləndirilələn şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. O, öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Hazırda onda hər hansı psixi xəstəlik aşkar edilmir, o, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. O, cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəblərindən biri əvvəllər zərərçəkmişlə mübahisəsi ola bilər. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Onun fərdi xüsusiyyətlərini nəzərə alaraq, o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. O, yalan danışmağa və özündən uydurmağa meylli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqata Rayon Polis Şöbəsindən daxil olmuş 10 aprel 2023-cü il tarixli 3-13-118/2-6703/23 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ilə X10 və onun ailə üzvləri arasında hadisə baş verdiyi günə qədər mübahisələrin olması, hadisə baş verən yerə yaxınlıqda Firəngiz Yusifovanın olması, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi silahı bir neçə il öncə qayınatası Nərman Yusifovun ona hədiyyə etməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs və X3 nikahdan kənar münasibətlərinin və Təqsirləndirilən şəxs əvvəllər hər hansı şəxsi öldürməklə hədələməsi müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 aprel 2023-cü il tarixli 02 nömrəli rəyindən görünür ki, X3 meyitində “boynun yuxarı arxa sol yan hissəsindən daxil olub, boyun əzələlərini, İİ boyun fəqərəsini, fəqərə ariteriyasını və qan damarlarını zədələyərək boynun yuxarı arxa sağ yan səthindən xaric olan 1 ədəd dəlib keçən odlu silah yarası, boynun aşağı arxa sol yan səthindən daxil olub, boyun əzələlərini, Vİİ boyun fəqərəsini və qan damarlarını zədələyərək boynun sağ arxa yan səthindən xaric olan 1 ədəd dəlib keçən odlu silah yarası, sol almacıq nahiyəsindən daxil olub dəri, dərialtı toxumanın zədələnməsi və almacıq sümüyünün qəlpəli sınığı ilə nəticələnən 1 ədəd kor odlu silah yarası, sol çiyin oynağının arxa səthindən daxil olub, dəri, dərialtı toxumanın zədələnməsi və çiyin sümüklərinin sınması ilə nəticələnən 2 ədəd kor odlu silah yaraları, sol kürək nahiyəsindən daxil olub, dəri, dərialtının zədələnməsi, İİİ-İV qabırğaların, İV-V döş fəqərələrin sınması, hər iki ağciyərlərin orta və yuxarı paylarının, magistral qan damarlarının və onurğa sinirinin zədələnməsi ilə müşayiət olunan 4 ədəd kor odlu silah yaraları” diaqnozu ilə, həyati olub, ölümündən az əvvəl patronu qırma ilə doldurulmuş ov tüfəngindən yaxın məsafədən atılmış bir atəş nəticəsində qırmaların (karteç) təsirindən əmələ gəlmiş, 17 mart 2023-cü il tarixdə yetirilə bilən, dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər aşkar edilmişdir. Onun meyitində odlu silah yaraları istisna olmaqla, digər xarakterli xəsarətlər aşkar edilmədi. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik vasitə və ya psixotrop maddələr aşkar edilməmişdir. Onun ölümünün bilavasitə səbəbi sifətin sol yarısının, boynun və döş qəfəsinin sol yarısının odlu silah yaralanması ilə əlaqədar boyun üzvlərinin, hər iki ağciyərlərin, onurğa beyninin döş şöbəsinin və magistral qan damarlarının zədələnməsi nəticəsində baş vermiş kəskin hemorragik və travmatik şok olmuşdur. Onun ölümü ilkin meyit əlamətlərinə əsasən meyitin müayinəsindən təxminən 3- 5 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 19 aprel 2023-cü il tarixli 226/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X3 qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə B alfadır (İİİ). Ekspertizaya təqdim edilmiş plaş, kofta, mayka, büstqalter, trusik, bir cüt corab, iki ədəd pambıq topası üzərində olan ləkələrdə B alfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alfa (İİİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X5 məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 25 aprel 2023-cü il tarixli 23/215R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd T-00683 nömrəli silah, zavod üsulu ilə İjevsk mexaniki zavodunda istehsal olunmuş, 12 kalibrli İJ-18E modelli, çaxmaqsız, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. Silahın hissə-mexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz, 12 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir-boş atılmış gilizdir. Hal-hazırda atəş açmaq üçün yararsızdır. Həmin giliz, təqdim edilmiş 12 kalibrli T-00683 nömrəli, İJ-18 E modelli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 03 ədəd metal əşyalar (qırıntılar), zavod üsulu ilə istehsal olunmuşdur, ov patronunun içərisində yerləşən komponentlərdən biri olan atılmış qırmalardır. Hal-hazırda təyinatı üzrə istifadə üçün yararsızdırlar və döyüş sursatı hesab edilmirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd plastik əşya, ov patronunun içərisində yerləşən komponentlərdən biri olan atılmış pıjdır. Halhazırda təyinatı üzrə istifadə üçün yararsızdır və döyüş sursatı hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 27 aprel 2023-cü il tarixli 23/326R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silahın və 01 ədəd gilizin səthində kriminalistik müayinə zamanı yararlı əl izləri aşkar edilmədi. Təqsirləndirilən şəxs adına çıxarılmış əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd odlu silah və 01 ədəd gilizin üzərində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl izləri olmadığı üçün DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 05 may 2023-cü il tarixli 3/635 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sağ-sol əllərindən götürülmüş pambıq tampon nümunələrin üzərindən və geyim əşyaları-bir ədəd gödəkcə, bir ədəd qısaqol köynək, bir ədəd mayka və bir ədəd cins şalvarın səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi və geyim əşyalarının üzərindən odlu islahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirinən yaranmağa xarakterik zədə(lər) aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 10 may 2023-cü il tarixli 159/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X5 məxsus plaş, köynək, mayka və büstqalterin arxa hissəsinin orta nahiyəsində olan dəlib-keçən zədələr odlu silah zədələnməsinin qurğuşun tərkibli mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində mərmilərlə (qırmalarla) təsirindən əmələ gəlmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 30 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə-ballistik ekspertizasının 02 iyun 2023-cü il tarixli 3/883 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 predmet zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, eyni modeldən olan lüləaltı yatağı ilə komplektləşdirilmiş, “İJ 18E” modelli, hamar (yivsiz), “TO0683” nömrəli, təklüləli ov tüfəngidir. Lakin konstruktiv dəyişikliyə məruz qalaraq lüləsi sonradan kustar üsulla kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, təyinatı üzrə atəş açmaq üçün yararlıdır. Təqdim edilmiş silahın lüləsi kəsildiyindən, onun ballistik xüsusiyyəti dəyişmişdir. Hazırki vəziyyətində tüfəng kəsiyindən hədəf üzərinə atəş açıldıqdan sonra qırmalar 1 m, 1,5 m məsafədə kompakt halında, 1,8 m, 1,9 m və 2 m məsafədən isə qırmaların səpələnməsi halı baş verir. Silahın lüləsi kəsilmədiyi, ballistik xüsusiyyətləri dəyişdirilmədiyi halda, bu modelli silahlardan zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə uçma qabiliyyətinə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 228.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 27 mart 2023-cü il tarixli 434 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 mart 2023-cü il tarixli PHŞ-6-78/2-334/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatrik, Nevroloji, Narkoloji, Onkoloji xəstəliklər kabinetlərində və Vərəm dispanserində qeydiyyatda yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib daşıyaraq saxlamış, habelə digər şəxsi odlu silahla xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində Firəngiz Yusifovaya atəş açmamışdan bilavasitə əvvəl sonuncunun qapıdan çıxdığını, arxasının ona tərəf olduğunu, anasının isə Firəngiz Yusifovadan təxminən 2 metr məsafədə kənarda olmaqla, onun görünüş dairəsində olduğunu demiş, ifadəsi yerində yoxlanılan zaman hadisə vaxtı Şahid1 Firəngiz Yusifovadan 3 metr məsafədə kənarda olduğunu və qismən onun görünüş dairəsində olduğunu bildirmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadələrində bilavasitə Firəngiz Yusifovaya atəş açmamışdan əvvəl Şahid1 görmədiyini, həmin vaxt sonuncunun dəhlizdə olmadığını və Şahid1 da onu görmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Şahid1 ifadəsi ilə də Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusatlar təkzib olunmuşdur. Həmçinin qeyd etmək zəruridir ki, “xüsusi amansızlıq” anlayışına “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarında (bundan sonra – Qərar) aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs arvadı Firəngiz Yusifovanın anası Şahid1 ilə birlikdə evdən çıxdığını bilmiş, daha sonra bilavasitə qeyd olunanların şahidi olmuş, ardınca isə Firəngiz Yusifovanı məhz anasının yanında silahdan atəş açmaqla öldürmüşdür. Digər tərəfdən isə Təqsirləndirilən şəxs arvadı Firəngiz Yusifovanı məhz anasının yanında silahdan atəş açaraq öldürməklə ona xüsusi əzab verdiyini dərk etdiyindən qeyd olunanlar onun məhz xüsusi amansızlıqla qəsdən adam öldürməsini təsdiq edir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə hesab edir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Şahid1 dövlət orqanlarına ünvanladığı ərizələrində hadisə vaxtı Təqsirləndirilən şəxs X20 ilə yanaşı onu da öldürmək istədiyini, lakin buna nail ola bilmədiyini qeyd etmişdir. Şahid1 qeyd etdiyi həmin xüsusat məhkəmə istintaqı zamanı araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Firəngiz Yusifovanı öldürmək məqsədilə sonuncunun atasının evinin zirzəmisində bir müddət əvvəl gizlətdiyi silahı xatırlayıb evdən iki ədəd patronu götürüb Zaqatala şəhərinə gələrək Firəngiz Yusifovanın yaşadığı evin zirzəmisində gizləndiyini, daha sonra özü ilə götürdüyü patronun bir ədədini silahın lüləsinə yerləşdirib silahı atəşə hazır vəziyyətə gətirdiyini, Firəngiz Yusifova evdən çıxan zaman ona xəbər verməsini Şahid2 xahiş etdiyini, bir qədər sonra isə qapının açıldığını, Firəngiz Yusifovanın anasının səsini eşidib onların evdən çıxdığını başa düşdüyünü, dərhal gizləndiyi yerdən çıxaraq arxa tərəfdən binanın dəhliz hissəsinə daxil olduqda Firəngiz Yusifovanın qapıdan çıxdığını, arxasının ona tərəf olduğunu, anasının isə Firəngiz Yusifovadan təxminən 2 metr məsafədə kənarda olmaqla, onun görünüş dairəsində olduğunu, silahı Firəngiz Yusifovaya tərəf tuşlayıb təxminən 10 metr məsafədən bir dəfə atəş açdığını, ardınca isə qaçdığını və bu zaman bir ədəd patronun cibindən düşdüyünü bildirmişdir. Bununla bağlı qeyd etmək zəruridir ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının 2-ci bəndinə əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Göründüyü kimi, Təqsirləndirilən şəxs silaha məhz 1 ədəd patronu yerləşdirməsi, silahdan Firəngiz Yusifovaya tərəf 1 dəfə atəş açıb sonuncunu öldürdükdən sonra üzərində olan 1 ədəd patronu silaha yenidən yerləşdirərək Şahid1 öldürmək imkanı olduğu halda bunu etməməsi və həmin yeri tərk edib getməsi Təqsirləndirilən şəxs Şahid1 qəsdən öldürməyə cəhd etməməsinə dəlalət edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə göstərilən xüsusatla bağlı Şahid1 qeyd etdiklərinə tənqidi yanaşır, onları qəbul etmir və həmin ifadələrin Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırmaq üçün verildiyini hesab edir. Bundan başqa, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən odlu silah - barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır, ov silahı - vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 02 nömrəli Qərarının (bundan sonra – Qərar) 6-cı bəndinə əsasən mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması CM-in 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Bununla belə, ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq CM-in 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Bu Qərarın 9-cu bəndinə əsasən CM-in 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Məhkəmə bunlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində Firəngiz Yusifovanı öldürən zaman atəş açdığı silahın təxminən 7-8 il əvvəl sonuncunun atası Nərman Yusifov tərəfindən ona hədiyyə olunduğunu və sonradan həmin silahın lüləsini kəsdiyini bildirmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd olunan silahı xeyli müddət əvvəl lüləsi kəsilmiş halda meşədən tapdığını qeyd etmişdir. Həmin xüsusatla bağlı Nərman Yusifov ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan silahı Təqsirləndirilən şəxs vermədiyini demiş, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində isə qeyd olunan silahın Təqsirləndirilən şəxs atasına məxsus olduğunu bildirmişdir. CPM-in 126.6-cı maddəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin silahı qayınatasının ona verdiyini, sonradan qeyd olunan silahın lüləsini kəsdiyini desə də, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərilən silahı xeyli müddət əvvəl lüləsi kəsilmiş halda meşədən tapdığını qeyd etsə də, Təqsirləndirilən şəxs həmin silahı haradan əldə etməsini, habelə qeyd olunan silahın lüləsini kəsib-kəsməməsini hazırki anda heç nə ilə sübut etmək mümkün deyildir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini əsaslı sayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin CM-in 120.2.4 və 228.1-ci maddələri ilə tövsifi düzgün hesab edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 228.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 120.2.4-cü maddəsində göstərilən cinayət əməli isə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Dideyev X7 rayonunun Gözbarax kəndində qeydiyyatdadır, 2015-ci ildə doğulmuş Elcan Dideyev onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X1 şəhəri, 28 May küçəsi, ev 50, mənzil 4 ünvanında yaşamışdır, 2015-ci ildə doğulmuş Elcan Dideyev onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini isə CM-in 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti odlu silahdan istifadə etməklə törətməsini CM-in 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 228.1-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 120.2.4-cü maddəsində göstərilən cinayət əməli isə xüsusilə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarından görünür ki, əvvəli həmin tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17 mart 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunlarla yanaşı, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 28-ci bəndindən görünür ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-in 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. Odur ki, CPM-in 160.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhəmməd Dideyin bir azyaşlı uşağı – 20 aprel 2015-ci ildə doğulmuş oğlu Elcan Dideyevə nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadığı ərazi üzrə Zaqatala Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Zaqatala rayon prokurorluğunda saxlanılan qanabənzər maye gölməçəsindən pambığa hopdurulmaqla götürülmüş iki ədəd nümunə, Təqsirləndirilən şəxs hər iki əlindən götürülmüş pambıq tamponlar, bir ədəd giliz, bir ədəd “Magna” əmtəə nişanlı siqaret qutusu, bir ədəd siqaret kötüyü, bir ədəd qırma, bir ədəd tıxac, meyitin müayinəsi zamanı aşkar olunmuş qırmalar, Təqsirləndirilən şəxs məxsus bir ədəd kürk, bir ədəd qısaqol kofta, bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd kəmər, zərərçəkmiş şəxs X5 məxsus bir ədəd plaş, bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd mayka, bir ədəd büstqalter, bir cüt corab, bir ədəd tuman, bir tay ayaqqabı və bir ədəd çanta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon Fətəli Dideyevə, mərhum zərərçəkmiş şəxs Firəngiz Yusifovaya məxsus bir ədəd mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X13 qaytarılmalı, bir ədəd təklüləli silah CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs bir azyaşlı uşağı – 20 aprel 2015-ci ildə doğulmuş oğlu Elcan Dideyevə nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadığı ərazi üzrə Zaqatala Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılsın. Cinayət iş üzrə maddi sübut olan və Zaqatala rayon prokurorluğunda saxlanılan qanabənzər maye gölməçəsindən pambığa hopdurulmaqla götürülmüş iki ədəd nümunə, Təqsirləndirilən şəxs hər iki əlindən götürülmüş pambıq tamponlar, bir ədəd giliz, bir ədəd “Magna” əmtəə nişanlı siqaret qutusu, bir ədəd siqaret kötüyü, bir ədəd qırma, bir ədəd tıxac, meyitin müayinəsi zamanı aşkar olunmuş qırmalar, Təqsirləndirilən şəxs məxsus bir ədəd kürk, bir ədəd qısaqol kofta, bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd kəmər, zərərçəkmiş şəxs X5 məxsus bir ədəd plaş, bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd mayka, bir ədəd büstqalter, bir cüt corab, bir ədəd tuman, bir tay ayaqqabı və bir ədəd çanta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon Fətəli Dideyevə, mərhum zərərçəkmiş şəxs Firəngiz Yusifovaya məxsus bir ədəd mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X13 qaytarılsın, bir ədəd təklüləli silah xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar