Məhkəmə qərarları › İş №1(091)-22/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-22/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-22/2021 05.02.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət təqibinə xitam verilməsi barədə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu ( sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X3 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlu, Bakı şəhəri Probono Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1993-cü ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkumluğu olmayan, Qax şəhəri, İ.Abdullayev küçəsi ev 16da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə; xx xxxx 1984-cü ildə Qax rayonu, Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Qax rayonu, Almalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq əhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ki, qabaqcadan əldir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs oğurlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə nikaha girməsinə məcbur etmək məqsədi ilə oğurlamğı qabaqcadan əlbir olan bir qrup kimi təşkil etmişlər. Zərərçəkmiş şəxs tez-etz eyni vaxtda evdən iş yerinə getmək üçün təksi sifariş etməsini əvvəlcədən bildikləri üçün razılaşdıqları kimi «Alo» taksi sifarişi mərkəzində xidmət göstərən Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 taksi sifariş vermiş Zərərçəkmiş şəxs sifarişini icra etmək üçün göndərmiş, Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ-21015» markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx xxxxxx 2019-cu ildə iş yerinə getmək üçün taksi sifariş edən Zərərçəkmiş şəxs saat 08:45 radələrində yaşadığı ünvan 1 mənzil 12 ünvandan götürdükdən sonra, bir qədər irəlidə «Rahat» mağazanın qarşısında Təqsirləndirilən şəxs1 götürmüş, razılaşdıqları kimi Qax rayonu “Pavilyon” adlanan ərazi istiqamətində sürmüşlər. Zərərçəkmiş şəxs maşından düşmək istədikdə zor tətbiq edərək iradəsinə zidd, yəni əl-qolunu tutub müqavimətini qıraraq zorla həmin avtomobildə saxlamaqla onu Qax rayonu, Almalı kəndi istiqamətində aparmışlar. Avtomobil hərəkətdə olarkən Zərərçəkmiş şəxs azad olmaq üçün təpiklə avtomobilin sol arxa qapısına vuraraq qapını açsa da Təqsirləndirilən şəxs2 düşərək həmin qapını bağlamaqla avtomobili Qax rayonu, Almalı kəndinə sürmüş, Zərərçəkmiş şəxs qaçırmaqla Qax rayonu, Almalı kəndində Təqsirləndirilən şəxs2 qohumlarının fərdi yaşayış evinin həyətinə gətirərək həmin həyətdə onu qanunsuz saxlamaqla oğurlamışlar. Təqsirləndirilən şəxs1 məhkəmədə Azərbaycan Respublikası CM-nin 144.2.3cümaddəsi ilə ona verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qax şəhərində fəaliyyət göstərən “Alo taksi”də operator kimi işləyir. Qax şəhər sakini Zərərçəkmiş şəxs təxminən 2019-cu ilin sentyabr ayından tanıyır. Təxminən 1 aydan çox müddətdir ki, Günellə arabir telefonla sosial şəbəkələr vasitəsilə danışmış və münasibət saxlamağa çalışmışdır. Ondan xoşu gəldiyini və ciddi fikirdə olduğunu ona demişdir. Günel isə həyatında heç kimin olmadığını, heç kimi istəmədiyini ona demişdir. Günellə vhatsapp və instagram sosial şəbəkələri vasitəsilə əlaqə saxlamış, ona danışdığı müddətdə iki dəfə də hədiyyə də almışdır. Yəni onların ümumi yaxın münasibəti olmasa da əlaqələri olmuş, danışmışlar. Dekabr ayının 23-24-də Günel onunla vhatsappda yazışarkən soyuq danışmış və o da Günelin yazışmalarından ona meyli olduğunu düşünüb qaçırmaq qərarına gəlmişdir. Bu barədə Fəridlə razılaşmışdır. Razılaşdıqları kimi xx.xx.2019-cu ildə saat 08:40 radələrində Günel onun taksidə operatorda olduğu ***-***-**-** mobil nömrəsinə atasına məxsus ***-***-**-** mobil nömrəsindən zəng edib “Qafarın çörək sexinə” taksi göndərməsini demiş, Fəridə zəng edib “Qafarın çörək sexinin” yanına gedib oradan Güneli götürməsini bildirmişdir. Özü də Qax şəhəri, S.Vurğun küçəsində yerləşən ofisdən tanışı Anara məxsus Vaz2107 markalı avtomobil ilə «Xaldan kruq» adlanan ərziyə getmiş və Fəridə demişdir ki, Güneli götürəndən sonra onu da götürsün. “Xaldan kruq” adlanan ərazinin yaxınlığında «Rahat» mağazasanın qarşısında Anarın avtomobilindən düşmüş və Fəridi gözləmişdir. Fərid özünə məxsus Vaz-21015 minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əvvəlcə Güneli həmin ünvandan götürmüş, daha sonra “Nihat mağazası”nın qabağında onu da götürmüşdür. Fərid maşını saxladıqda avtomobilə arxa oturacağa Günelin yanında əyləşmiş və ona avtomobili “Pavilyon” istiqamətində sürməsini bildirmişdi. Fərid də avtomobili Qax rayonu, Pavilyon istiqamətində sürmüşdür. Maşına mindikdən sonra Günel ona maşını saxlamasını və söhbət etmələrini, iş yoldaşına işə gec gələcəini və evə də bu barədə deməsini bildirmişdir. Günelə bir az sonra zəng etməsini bildirmişdir. Qax şəhərinin çıxışına qədər Günel sakit dayanmış və onunla asta söhbət etmişdir. Qax şəhərinin çıxışında Günel uca səslə, iş yerində dərmanları qalmasını, onları gedib götürməsüni demişdir. Günel maşından düşmək istəsə də ona razı olmamışdır. Bu vaxt Günel bərk səslə maşını saxlamaqlarını və onu düşürmələrini demişdir. O isə öz növbəsində Fəridə maşını saxlamamağı, sürməsini bildirmişdir. Günel maşında qışqırmış və onu buraxmağını demişdir. Pavilyon adlanan əraziyə çatmamış dəmiryol reyslərinin yaxınlığında Günel maşının qapısını açıb özünü atacağını demişdir və qapının kilidini əli ilə dartmış, qapı açılmadığından kilidi dartıb qırmışdı. Əli əzilmişdi və o, yenidən qapını təpiklə vurmuşdur. Günelin qollarından tutub sakitləşdirməyə çalışmış, maşının qapısına bir neçə dəfə təpiklə vurduqdan sonra qapı açılmış və Fəridə maşını saxlamasını demişdir. Fərid qapı açılan kimi avtomobili saxlamış və həmin vaxt Günelin qolundan tutub saxlamışdır. Fərid maşını saxladıqdan sonra düşüb qapını örtmüşdü. Günellə danışıb ona bildirmişdi ki, sadəcə onunla söhbət etmək istəyir və başqa hər hansı məqsədi yoxdur. Fəridə də demişdi ki, onları Pavilyonda düşürüb getsin. Pavilyona çatanda Günellə əvvəlcə Bakı şəhərinə getməyi fikirləşmiş, lakin Günel ağlamağa başladığından və onu buraxmağını dediyindən ona bir az səbrli olmasını bildirmişdir. Fəridə demişdir ki, onları Şəki rayon istiqamətində aparsın. Fərid isə idarə etdiyi avtomobili yaşadığı Qax rayonu, Almalı kəndinə sürmüşdür. Orada əvvəlcə maşını yolun kənarında saxlayıb Günel razı olmadığına görə onları heç hara aparmayacağını, daha sonra isə yolun kənarında dayanmaqdansa qohumlarından birinin evnə aparacağını, həmçinin qızı evlərinə qaytarmalı olduğunu bildirmişdir. Fərid avtomobili tanımadığı bir qapıya sürmüş və əvvəlcə anasını həmin yerə çağırmışdır. Fərid hansı məqsədlə anasını çağırdığının məqsədini ilkin olaraq bilməmiş, həmin vaxt bir neçə dəqiqə maşında dayanıb sonra maşından düşmüşdür. Fəridin anası gəldikdən sonra Günellə söhbət etmişdır. Analığı Ayşə zəng etmiş, o da qısa vaxta onların olduğu yerə gəlmişdir. Günel qaçırılmasından narazı olduğuna, onunla evlənmyə razı olmadığına görə onu evlərinə qaytaracağını demişdir. Ayşə gəldikdən sonra Güneli Qax şəhərinə evlərinə aparmışdır. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Vaz- 21015 markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı maşını ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu ildə saat 08:45 radələrində Kamran zəng edib demişdir ki, “Qafarın çörək sexinin yanında müştəri var onu götür, daha sonra onu da götürsün, birlikdə Qax Pavilyonuna gedəcəyik”. Qafarın çörək sexi dediyində təxmin etmişdi ki, X7 işləyən xanım müştəri olacaqdır. Kamranı da “Nihat” mağazasının qarşısından götürməli olduğundan avtomobili “xaldan kruq” istiqamətində saxlamışdır. Həmin xanım avtomobildə arxda əyləşdikdən sonra maşını işə salıb “Nihat” mağazasının qarşısına gəlmiş və orada Kamran əl etdiyindın onu da maşına mindirmişdir. Kamran avtomobilin arxa oturacağında sağda oturmuş və ona maşını Qax Pavilyonuna sürməsini demişdir. Onlar arxada öz aralarında nəsə söhbət etmişlər. Qax şəhərindən çıxdıqa Günel «dərmanları işdə qalmasını, gedib onları götürmələrini bildirmişdir. Kamran isə “zəng edərəm dərmanları göndərərlər, ya da aptekdən alarıq” demişdir. Qax Pavilyonuna çatmamış dəmiryol reyslərində onlar arxada mübahisə etmişlər. Kamrandan nə olduğunu soruşmuş və o da bildirmişdir ki, onlar Bakıya gedirlər. Qız isə getmək istəmədiyini bildirmiş, mübahisə etmiş və birdən qapını açmışdır. Avtomobili saxlamış və qız onu işə düşürməsini bildirmişdir. Qızın Kamranla getmək istəmədiyini görüb ona demişdi ki, “qız səninlə getmək istəmir, qayıdaq qızı işə düşürək”. Kamran isə ona demişdi ki, Şəki rayonu istiqamətində hərəkət etsin. Bir neçə dəfə Kamrana qayıtmaqlarını desə də o, maşını sürməyini bildirmişdir. Kamranla olan münasibətlərinə görə Almalı kəndinin girişinə qədər gəlib Günelin etiraz etməsi səbəbliə onları daha apara bilməyəcəyini, qızı da qaytarmalı olduğunu Kamrana izah etmişdir. Kamran əvvəl qızı qaytarmaq istəmədiyindən, lakin qızın narazı olduğunu, həmçinin Kamrana görə onları Qaxa da qaytara bilməyəcəyindən qərara almışdır ki, onları əmisi oğlu Sahibin evinə aparsın və qızın valideyinlərinə bu barədə məlumat versin. Kamran da ona etiraz etməmiş və razılaşmışdır. Onları Sahibgilin evinə aparmış və orada qız maşından düşməmişdir. Anasına xəbər göndərmiş ki, gəlib qızla danışsın və Kamranı da başa salaraq qızı evlərinə qaytarsınlar. Anası gəlib Günellə danışıb onun razı olmadığını, qızı da evlərinə qaytarmalı olduqlarını təkrar Kamrana demişlər. Kamran da demişdi ki, analığı Ayşə həkimə zəng edib və onun da fikri qızı qaytarmaqdr, lakin o, gələnə qədər gözləsinlər. Günel də həmin vaxt maşında oturmuşdur. Ayşə 30-35 dəqiqə sonra onların olduqları yerə gəlmiş, həm Kamran, həm də Günellə söhbət etmiş, Kamran qızın etiraz etməsinə görə onu qaytarmaq istədiyini demiş, Ayşə də gəldiyi maşınla qızı atası evinə aparmışdır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, X7 menecer vəzifəsində işləyir. Hər gün işə gedərkən “Alo taksi” xidmətindən istifadə edir. xx.xx.2019-cu ildə də həmişə olduğu kimi səhər saat 08:30 radələrində atasına məxsus ***-***-**-** mobil nömrəsindən “Alo taksi” xidmətinə zəng edib yaşadığı ünvana taksi göndərmələrini xahiş etmiş və bir müddət sonra Vaz-21015 markalı avtomobil yaşadığı ünvana gəlmişdir. Avtomobili də taksi sürücüsü kimi tanıdığı sonradan adını bildiyi Fərid idarə etmişdir. Maşına əyləşdikdən sonra avtomobili El tədris mərkəzinə sürməsini bildirmişdir. Həmin vaxt avtomobili Fərid adlı sürücü “Xaldan kruq” adlanan istiqamətdə saxlamışdı. O da fikirləşmişdi ki, yəqin o, həmin yolla onu işlədiyi tədris mərkəzinə aparacaqdır. Ona görə də heç nə deməmişdir. Avtomobil hərəkətə başlayıb yolun sağ tərəfində yerləşən Nihat mağazasının qarşısına çatdıqda Fərid avtomobilin hərəkətini yavaşıtmış, həmin vaxt əvvəlcədən ona bir neçə dəfə mesaj yazaraq tanış olmaq istəyən Kamran da avtomobidə arxa sağ tərəfdən əyləşmişdir. Kamran avtomobilə əyləşən kimi onun nə məqsədlə əyləşdiyini fikiləşib demişdi ki, maşını saxlayın. Kamran da ona gözləməsini və sonra düşməsini bildirmişdir. Lakin sonra Kamran sürücüyə avtomobili sürməsini demişdir. O, avtomobildə ilkin olaraq sakit davranıb maşını saxlamalarını və onu düşürmələrini Kamran və Fəridə bildirsə də onlar maşını saxlamamış, daha sonra onlara qışqırıb avtomobili saxlamalarını bildirmişdi. Avtomobil «Xaldan kruq»dan sağ istiqamətdə döndükdən sonra onlara polisə zəng edəcəyəni demişdir. Kamran həmin vaxt onun qolunu sıxıb mobil telefonunu əlimdən almışdır. Bundan sonra ağlamağa başlamış və Kamran onun hər iki qolundan tutub onun sakitləşməsini bildirmişdir. Daha sonra əlini onun əlindən dartıb qapını açmaq istəmiş, lakin qapı açılmamışdır. Şüşəni açanda əli ilə dartdığında əlindən xəsarət almış, lakin yenə də qapını aça bilməmişdir. Yol gedərkən Kamran əli ilə əlləridən tutub saxlamış və həmin vaxt təpiklə vurub sol arxa qapını açmış və həmin vaxt harada olduqlarını bilməmişdir. Qapı açılan kimi Fərid avtomobili saxlamış, Kamran onu yenidən tutub saxlamış, Fərid maşının qapısını bağlamışdır. Yolda ağlayaraq və qışqıraraq onu buraxmalarını bildirsə də onu buraxmamışlar. Kamranın onu Bakıya aparmaq fikri olmuş, lakin etiraz etdiyindən Fəridə maşını Şəki istiqamətində sürməsini bildirmişdir. Kamran yolda kəndlərə çatanda və dönəndə başını aşağı əyirdi ki, harada olduğuu bilməsin. Bir müddət sonra “Pavilyon”da mağazanın yanında olduqlarını görmüşdür. Yenidən Kamran onun başını aşağı əymiş və onda bilmişdir ki, Şəki istiqamətində gedirlər. Sürücüyə də dəfələrlə avtomobili saxlamağını bildirsə də o, avtomobili saxlamamışdır. Bundan sonra onu Fəridin Qax rayonu, Almalı kəndində yaşayan qohumlarının evinə aparmışlar. X8 maşını Şəkiyə sürməyəcəyini, kəndlərinə sürəcəyini və onun narazı olduğunu deyib buraxmağı bildirmişdir. Almalı kəndində Fəridin qohumlarının evinə çatdıqda maşından düşməmiş və bir müddət sonra Fəridin anası da həmin yerə gəlmişdir. Fəridin anası və digər qohumları onu avtomobildən düşməyini bildirsələr də avtomobildən düşməmiş, evlərinə aparmalarını bildirmişdir. Kamran həmin vaxt öz qohumu Ayşəyə zəng etmiş, təxminən 1 saat sonra Ayşə gəlmişdir. Kamranla nə nə isə danışdıqdan sonra onu evlərinə aparacağını demişdir. Ayşə onu yaşadığı Qax şəhərindəki evlərinə gətirmişdir. Ayşə həmin vaxt onun telefonunu Kamrandan götürmüş və ona vermişdir. Kamran həmin vaxt Ayşənin onu evlərinə gətirməsinə etiraz etməmişdir. Daşa sonra ifadəsində göstərmişdir ki, Kamran istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrsinə whatsapp vasitəsilə mesaj yazaraq tanış olmaq istədiyini, ondan xoşu gəldiyini bildirmişdir. O da onu tanımadığını, ondan xoşu gəlmədiyini və normal şəkildə onunla münasibət qurmaq istəmədiyini bildirmişdir. Kamranla evlənmək istəmədiyini ona bildirdiyində o, da onu evlərinə göndərəcəyini, lakin qohumuna zəng etməsini bildirmişdir. Kamrana əvvəlcə inanmasa da sonradan qohumu Ayşə gələndən sonra Kamran onu Ayşə xanımla evlərinə göndərmiş, onun oradan evlərinə gəlməyinə hər hansı etiraz etməmişdir. Kamran və Fəriddən şikayətçt deyildir. Onlarla barışmışdır. Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə saat 08:30 radələrində qızı Günel əri İmranın mobil telefonu ilə“Alo-taksi”-yə zəng edərək ev ünvanına taksi sifariş edərək işə getməsini xahiş etmiş, qızı evdən çıxmış və əri İmran qızı Güneli işə yola salmışdır. Həmin vaxt taksidə heç kim olmamışdır. Saat 09:05 radələrində qızı Günelin mobil nömrəsinə zəng edib onun işə çatıb-çatmamasını soruşmaq istədiyindən Günelə zəng çatmamış, bundan narahat olmuş və yenidən Alo-taksiyə zəng etmişdir. Oradan cavab verən oğlan demişdi ki, həmin vaxt işdə olmayıb və növbə dəyişibdir. Bir neçə dəqiqə sonra atası Cəlil onlara gəlib və onun qışqırmağını görüb nə olduğunu soruşmuşdur. Atasına Güneli işə getmədiyini bildirmişdir. Cəlillə «Alo-taksiyə» getmiş, orada bildirmişlər ki, Günel səhər taksi sifariş etdikdən sonra orada işləyən Kamran iş yerindən telefonları qoyub getmiş, Fərid adlı şəxsin idarə etdiyi avtomobilə əvvəlcə Günel minmiş, daha sonra Fərid Kamranı da götürərək Qax şəhərindən ara yollarla çıxmışdır. Sonradan bilmişdir ki, X9 rayonu, Almalı kəndində aparıbdır. Həmçinin İsanın əmisi arvadı Ayşənin də həmin kəndə getdiyini öyrənmiş, əvvəlcə Ayşəyə zəng edib ona qohumunun qızını qaçırdığını, qızını qaytarmalarını bildirmiş və o, da demişdir ki, qızını qaytaracaqlar. Təxminən 40-45 dəqiqə sonra Ayşə Güneli yaşadığı ünvana gətirmişdir. Güneli gəldikdn sonra atası Cəlilə və əri İmrana zəng edib Günelin gəldiyini bildirmişdir. Şahidlər Şahid1, X1 məhkəmədə Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə saat 10:40 radələrində Qax rayon sakinləri Cəlil və İmran polis şöbəsinə gəlib qızı Zərərçəkmiş şəxs Kamran adlı şəxsin qaçırdığını və onu Almalı kəndində apardığını bildirmişdir. Özü və baş əməliyyat müvəkkili Orxan Hüseynov ilə Almalı kəndinə getmişlər. Almalı kəndinə çatdıqda Cəlilə Günelin anası Şahid2 zəng etmişdir ki, qızını Ayşə adlı həkim evlərinə gətiribdir. Şahid X2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə Qax rayonundan Bakı şəhərinə gedən marşurut VİTA avtomobillərdən biri ilə danışmış və saat 10-da Bakı şəhərinə yola düşüb 5-10- dəqiqə yol getmidir ki, Kamran zəng edib bildirmişdi ki, X7 işləyən bir nəfər Günel adlı qızı qaçırıb, lakin qız onunla evlənmək istəmədiyindən onu evlərinə qaytarmaq lazımdır. Onların Qax rayonu, Almalı kəndində tanışının qohumlarının evində olmasını öyrənmiş və opra getmişdir. Güneli gəldiyi maşınla evlərinə gətirmidir. Almalı kəndindən Güneli götürüb çıxarkən onun anası Könül də ona zəng edərək qızını qaytarmağını bildirəndə ona demişdir ki, qızını gətirir. Daha sonra Güneli sağ-salamat ailəsinə təhvil vermiş və Bakışəhərinə yenidən başqa marşurutla yola düşmüşdür. Şahid Şahid5 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə saat 10 radələrində oğlu Fərid ona zəng edib qaynının oğlu Sahibgilə gəlməsinei bildirmişdir. Orada Kamranın onun maşınında qız qaçırmasını bilmiş və qız ilə söhbət edən zaman qızın razı olmadığını bilmişdir. Kamran və Fəridin onu zorla qaçırmalarını dediyində oğluna və Kamrana demişdi ki, qızın razılığı yoxdur, aparın evlərinə qaytarın. Kamran da demişdi ki, analığına zəng edib və o, aparıb evlərinə təhvil verəcək. 20-25 dəqiqə sonra Kamranın analığı Ayşə gəlmiş və Güneli aparmışdır. Şahid6 məhkəmədə Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Şahid7 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə saat 10 radələrində Ayşə ona zəng edib bildirmişdir ki, Kamran qız qaçırıb və hazırda Qax rayonu, Almalı kəndindədir, gedir qızı evlərinə gətirsin. Bir az sonra da Qax şəhər sakini İmran ona zəng edib bildirmişdi ki, Kamran onun qızını qaçırıb. İmrana bildirmişdir ki, Kamran qızı qaçırıb Almalı kəndinə aparıb, narahat olmasınlar qızı qaytaracaqlar. Saat 11 radələrində ona məlum olmuşdur ki, Ayşə həmin qızı evlərinə gətirib, Kamran və onunla birlikdə olan taksi sürücüsü isə Qax rayon polis şöbəsinə gediblər. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs2 isə məhkumluğu yoxdur. Məhkəmə tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli, 658 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: alnın sol hissəsinin qançırı, sağəl arxasının qançırı, boyun arxasının travmatik şişkinliyi, sağəlin İİ, İİ barmaqlarının və sol əlin İİ barmağının əzilmiş-sıyrılmış yaraları bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2019-cu il tarixinə uyğundur, xəsarətin qərarda göstərilən şəraitdəəmələ gəlməsi mümkündür vəsağlamlığa zərər vurmayan xəsartlər olduqlarıüçün dərəcəsi təyin edilmir. Məhkəmə-psixatriki ekspertizanın xx xxxx 2020-ci tarixli 149 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizlik dərəcəsini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-cimaddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 oğlu hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. CM-nin 144-cü maddəsinin qeyd hissəsində göstərilir ki, adam oğurluğu törətmiş şəxs əgər həmin şəxsi qaytarırsa və əməlində başqa cinayətin tərkibi yoxdursa cinayət məsuliyyətindən azad olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs oğurladıqdan sonra onu könüllü olaraq qaytarmışlar. Faktiki Zərərçəkmiş şəxs qaytarılan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs valideyinləri tərəfindən polis orqanlarına müraciət etmələrindən xəbərləri olmamışdır. Hətta belə vəziyyətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs valideyinlərinin polis orqanlarına müraciət etməsini bilmiş olsaydılar da faktiki Zərərçəkmiş şəxs könüllü qaytarmalarına mane olmur. Zərərçəkmiş şəxs könüllü qaytarmaları xüsusatını aradan qaldırmır. CPM-nin 39.1.11-ci maddəsində isə göstərilir ki, cinayət qanunu müdəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad olunması üçün əaslar olduqda şəxs cinayət məsuliyyətindən azad olunur Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi yoxdur. Onların əməli CM-nin 144.-cü maddəsinin qeyd hissəsinin təsiri altına düşür. CPM-nin 43-cü maddəsində isə göstərilir ki, məhkəmə baxışı gedişində CPM-nin 39.1.11-ci maddəsində göstərilən əsaslar olduqda cinayət təqibinə xitam verilir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 43-cü və 321-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 144.2.3-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu vaxtdan 20 gün müddətində X6 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar