Məhkəmə qərarları › İş №1(091)-22/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-22/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-22/2022 01.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X3, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə Ağdaş rayonunun Ağzıbir kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhslli, ailəli, Pirəzə MSİ-də X9 Stansiyasında maşinist işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayon Ağzıbir kəndindəki evinin həyətyanı sahəsində 2021-ci ilin aprel ayının əvəllərində həyətyanı sahəsində torpaqda, 107 ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, daha sonra təkrarən 20.04.2021-ci il tarixdə dibçəkdə 25 ədəd - külli miqdarda narkotik təbiətli çətənə bitkisinin ştillərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmin 25 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və 107 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri - cəmi 132 ədəd 29.04.2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:45-də yaşadığı Ağdaş rayon Ağzıbir kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən yaşadığı Ağdaş rayon Ağzıbir kəndindəki evinin həyətyanı sahəsində 2021-ci ilin may ayının əvəllərində 5 ədədini həyətyanı sahəsində, 61 ədədini isə həyətyanı sahəsində yerləşən tövlənin qarşısındakı ağılda torpaqda olmaqla, cəmi 66 ədəd-külli miqdarda, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmin 66 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri 28.06.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 09:30-də yaşadığı Ağdaş rayon Ağzıbir kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 25.04.2021-ci il tarixdə yaşadığı Ağdaş rayonu Ağzıbir kəndindən tapdığı 01 ədəd sellofan torbada təmiz çəkisi 138,10 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş və yaşadığı evin qonaq otağında taxta konustruksiyalı dolabın alt hissəsində saxlamış, həmin narkotik vasitə 29.04.2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:15-da yaşadığı Ağdaş rayon Ağzıbir kəndindəki evinin qonaq otağında taxta konustruksiyalı dolabın alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində 29 aprel 2021-ci il tarixdə saat təxminən 20:30 radələrində yaşadığı ünvanının yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməyində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdiklərini, polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə saxladığını, həmçinin həmin evin həyətyanı sahəsində çətənə kolları yetişdirdiyini bildirdiyini, bundan sonra yaşadığı evə və evin həyətyanı sahinə baxış keçirilməli olduğunu bildirdiklərini və özünün də buna də etiraz etmədiyini və yaşadığı evə və evin həyətyanı sahəsinə baxışın keçirilməsinə etirazı olmamam barədə müvafiq ərizə verdiyini, bundan sonra yaşadığı evə baxış keçirilməsinə başlanıldığını və baxış zamanı həyətində 79 ədəd yerə əkilmiş formada, həyətdə nar ağaclarının arasından dibçəkdə 53 ədəd ümumilikdə 132 ədəd çətənə bitkisi və kolları aşkar edilərək kökündən çıxarılıb götürüldüyünü və 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırıldığını, daha sonra yaşadığı evə baxış keçirilməsinə başlanıldığını və baxış zamanı həyətində bağ hissədən 107 ədəd, həyətdə nar ağaclarının arasından dibçəkdə 25 ədəd ümumilikdə 132 ədəd çətənə bitkisi və kolları aşkar edilərək götürüldüyünü və müvafiq olaraq qablaşdırıldığını, daha sonra yaşadığı evdə də narkotik maddə olduğunu bildirdiyini və yaşadığı evə baxış keçirilən zaman evin qonaq otağında taxta konstruksiyalı dolabın altından 1 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edildiyini, həmin kütləyə polis əməkdaşları tərəfindən baxış keçirildiyini və elektron tərəzidə çəkildikdə çəkisinin 148 qram olduğunu, həmçinin evindən 01 ədəd atasından ona qalmış heç bir sənədi olmayan ov silahı aşkar edildiyini, həmin silahın da qablaşdırıldığını, üzərinə möhür vurulduğunu və imzalandığını, baxış zamanı verilən suallara cavab olaraq çətənə bitki və kollarının toxumlarını 2020-ci ilin iyun ayının axırlarında yaşadığı kənd ərazisindən Kür çayı ətrafında yabanı halda bitən narkotik vasitələrdən topladığını, həmin toxumları tutulmamışdan əvvəl 107 ədədini 2021-ci ilin aprel ayının əvvəllərində, 25 ədədini isə 2021-ci ilin aprel ayının 20-də əkdiyini, həmçinin evindən aşkar edilmiş qurudulmuş marixuana kütləsini isə özü əkdiyi kollardan yığdığını desə də lakin həmin qurudulmuş marixuananı 25.04.2021-ci il tarixdə yaşadığı Ağdaş rayon Ağzıbir kəndindən yoldan tapdığını, narkotik vasitə olan marixuananın aludəçisi olduğunu bildirdiyini, sonra polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-ya gəldiyini, Ağdaş RPŞ-də ona müdafiəçi təyin edildiyini, şübhəli şəxs kimi tutulduğunu, daha sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyini və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet, maddə, narkotik vasitə və ya narkotik vasitə qalıqları olmadığını bildirdiyini, üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç bir əşya, predmet və ya maddə aşkar olunmadığını, üzərindən 60 manat pul, şəxsiyyət vəsiqəsi və 1 ədəd Nokia markalı mobil telefonunun aşkar olunduğunu, daha sonra mobil telefonu və şəxsiyyət vəsiqəsinin götürüldüyünü, 60 manat pulunun isə özünə geri qaytarıldığını, şəxsi axtarış zamanı da verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavalar verdiyini bildirdiyini, 2021-ci ilin may ayının əvvəllərində, Ağdaş rayonu Ağzıbir kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində 5 ədəd yerə və həyətyanı sahəsində yerləşən tövlənin, qabaq hissədinə olan ağılın içərisində isə 61 ədəd olmaqla, ümumilikdə 66 ədəd narkotik tərkibli bitkilərin toxumlarını əkdiyini, 2-3 gündən bir həmin narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, 28.06.2021-ci il tarixdə təxminən saat 09-30 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən 05 ədəd və həyətyanı sahəsində yerləşən tövlənin qarşısında olan ağıldan 61 ədəd əkib becərdiyi ümumi sayı 66 ədəd olan narkotik tərkibli kol aşkar olunduğunu, daha sonra yaşadığı evin həyətyanı sahəsindən və sahədəki ağıldan aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 57 sm, ən böyüyünün isə hündürlüyünün 2 m olduğunu, daha sonra həmin bitkilərin kisələrə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü vurulduunu, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu bildirmişdir. Hazırda əməlindən peşman olmasını, qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində 28.06.2021-ci il tarixdə Ağdaş rayonu Ağzıbir kəndində yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi və saxlaması barədə RPŞ-nə məlumat daxil olduğunu, bununla bağlı olaraq rayon polis şöbəsinin rəhbərliyinə özü tərəfindən raportla məruzə olunduğunu, həmçinin həmin günü tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunduğunu və bu barədə müvafiq sənədləşdirilmələr aparıldığını, bundan sonra həmin gün saat 09:30 radələrində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları və Aqronom Şahid1 ilə birlikdə Möhlətin yaşadığı ünvana getdiklərini, Möhlətin evinin həyətinə baxış keçirmək üçün həyət qapısından onu çağırdıqlarını, Möhlətin yaşadığı evinin həyət qapısının qarşısına çıxdığını, bu zaman ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə özlərində məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Möhlətin də buna etiraz etmədiyini və həmçinin də ərizə ilə müraciət edərək yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, bundan sonra Möhlətin yaşadığı evin həyətinə özünün, aqranom Şahid1 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Möhlətin yaşadığı evin həyətyanı sahəsindən 05 ədəd və həyətyanı sahədə yerləşən tövlənin qarşısında olan ağıldan 61 ədəd əkib becərdiyi ümumi sayı 66 ədəd olan narkotik tərkibli kol aşkar olunduğunu, daha sonra onun yaşadığı evin həyətyanı sahəsindən və sahədəki ağıldan aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 57 sm, ən böyüyünün isə hündürlüyünün 2 m olduğunu, daha sonra həmin bitkilərin kisələrə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, bundan sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü vurulduğunu, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, baxış zamanı Möhlətin evinin həyətindən başqa heçnə aşkar edilmədiyini və götürülmədiyini, daha sonra Möhləti Ağdaş RPŞ-nə gətirdiklərini, Təqsirləndirilən şəxs həyətindən cəmi 66 ədəd narkotik tərkibli bitkilərin aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs özünün deməsinə görə həmin bitkiləri təxminən 2021-ci ilin may ayın əvvllərində özü istifadə etmək üçün əkdiyini, həmin əkdiyi 66 ədəd narkotik tərkibli bitkilərin toxumlarını təxminən bir il əvvəl yaşadığı kəndin çöl sahəsində yabanı şəkildə bitmiş narkotik tərkibli bitkilərdən götürdüyünü, Təqsirləndirilən şəxs narkotik vasitədən arada bir istifadə etdiyini, satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını, lakin 29.04.2021-ci il tarixdə BNMİnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Azğıbir kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirildiyini və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən ümumilikdə 132 ədəd çətənə kolları aşkar edildiyini, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirildiyini və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən 138,10 qram qurudulmuş marixuana və 01 ədəd ov silahının da aşkar edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 Fərzalı oğlu Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində tərtib etdiyi mütəxəssis rəyini müdafiə edərək 29.04.2021-ci il tarixdə BNMİ-nin əməkdaşlarının ona əvvəllər tanımadığı Ağdaş rayonu Ağzıbir kəndində yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həyətində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini, özünün də etiraz etmədiyini, bundan sonra hüquqlarının ona izah edildiyini, daha sonra Ağdaş rayonu Ağzıbir kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinə getdiklərini, orada polis əməkdaşlarının Möhlətə onun narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, bundan sonra Möhlətin yaşadığı evin həyətinə onun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Möhlətin yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi 132 ədəd narkotik tərkibli kol aşkar olunduğunu, daha sonra yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 3 sm, ən böyüyünün isə hündürlüyü 97 sm olduğunu, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmin çətənə kollarının toxumunu Kür çayı ətrafından topladığını, çətənə kollarının toxumlarını təxminən 20 gün bundan əvvəl əkdiyini, narkotik vasitələrin satışını həyata keçirmədiyini, özünün narkotik vasitələrin aludəçisi olduğunu, həmin çətənə kollarını öz şəxsi istifadəsi üçün əkdiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirdiyini, həmçinin baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ümumilikdə 132 ədəd çətənə kolları özü tərəfindən baxış keçirildiyini və həmin kollara xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdilməsi barədə tərəfindən rəy tərtib olunduğunu, sonra həmin bitkilər köklərindən çıxardılaraq 01 ədəd sintetik kisəyə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, sonra Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilməsinə başlanıldığını, Təqsirləndirilən şəxs qonaq otağında taxta konstruksiyalı dolabın alt hissəsindən 01 ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzə kütləni təqdim etdiyini, həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildiyini və çəkisinin 148 qram olduğunu, sonra həmin kütlənin içərisi boş olan ağ rəngli, kağız zərfə qoyularaq qablaşdırıldığını, DİN-nin 7 saylı möhürü ilə möhürləndiyini və üzərinin imzalandığını, daha sonra həmin taxta konstruksiyalı dolabın sağ yan tərəfindən 01 ədəd ov silahına bənzər əşyanı təqdim etdiyini, sonra həmin ov silahına bənzər əşyanın qablaşdırıldığını, DİN-nin 7 saylı möhürü ilə möhürləndiyini və üzərinin imzalandığını, daha sonra evin digər hissələrinə baxış keçirildiyini və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədiyini, baxış zamanı Möhlətin evinin həyətindən başqa heçnə aşkar edilmədiyini və götürülmədiyini, həmçinin bundan əlavə olaraq 28.06.2021-ci il tarixdə onu RPŞ-nə dəvət edərək yenidən Təqsirləndirilən şəxs həyətində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini bildirdiklərini, özünün də buna etiraz etmədiyini, bundan sonra ona hüquqlarının izah edildiyini, daha sonra Ağdaş rayonu Ağzıbir kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evinə getdiklərini, orada polis əməkdaşlarının Möhlətə onun narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, bundan sonra Möhlətin yaşadığı evin həyətinə onun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Möhlətin yaşadığı evin həyətyanı sahəsindən 05 ədəd və həyətyanı sahəsində yerləşən tövlənin qarşısında olan ağıldan 61 ədəd əkib becərdiyi ümumi sayı 66 ədəd olan narkotik tərkibli kol aşkar olunduğunu, daha sonra yaşadığı evin həyətyanı sahəsindən və sahədəki ağıldan aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyü 57 sm, ən böyüyünün isə hündürlüyü 2 m olduğunu, daha sonra həmin bitkilərin kisələrə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, bundan sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü vurulduğunu, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, baxış zamanı Möhlətin evinin həyətindən başqa heçnə aşkar edilmədiyini və götürülmədiyini, Təqsirləndirilən şəxs həyətindən 29.04.2021-ci il tarixdə 132 ədəd və 28.06.2021-ci il tarixdə isə 66 ədəd narkotik tərkibli bitkiləri aşkar olunaraq götürüldüyünü, 29.04.2021-ci il tarixdə 132 ədəd və 28.06.2021-ci il tarixdə isə 66 ədəd narkotik tərkibli bitkilər hamısı xüsusi qaydada əkilib aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 29.04.2021-ci il tarixdə daxil olmuş məlumata əsasən etimad doğuran məlum qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1970-ci ildə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Ağzıbir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri Ağdaş rayonu ərazisində kultivasiya etməsi məlum olduğunu, məlum olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud cinayəti törədikdən bilavəstə sonra yaxalanması, qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddə olan bitkilərin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat axtarış tədbirləinin həyata keçirilməsi üçün raportla rəhbərliyə özü tərəfindən məruzə edildiyini və buna görə də əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə özü tərəfindən qərar qəbul edildiyini, əməliyyat qrupunun yaradılması haqqında 29.04.2021-ci il tarixdə Ə113-008-21 nömrəli əmrə əsasən Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradıldığını, həmin əməliyyat qrupunun tərkibinə BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenanatı Şahid5, qrupa rəhbərliyi isə özünün həvalə olunduğunu, 29.04.2021ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürülmə aparılması üçün BNMİnin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən qərar qəbul edildiyini, 29.04.2021-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayon Ağzıbir kəndində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman özləri tərəfindən saxlanıldığını və onu öz yaşadığı evə dəvət etdiklərini, onun yaşadığı evinə baxış keçirməyini bildirdiklərini, daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi üçün heç bir etiraznının olmadığına görə ərizə alındığını, daha sonra mütəxəssis, aqronom Şahid1 iştirakı ilə Möhlətin əvvəlcə həyətyanı sahəsinə həmin gün saat 20:45 radələrində baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs qərarla tanış etdiklərini, ona yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixatrop maddələri, qanunla dövrüyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildiyini, bu təklifdən sonra Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ağzıbir kəndində yaşadığı evin girişdən sağ tərəfdə dibçək kollarında çətənə bitkilərinin yetişdirdiyini, həmçinin yaşadığı evin həyətyanı sahəsində çətənə kolları olduğunu bildirdiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən ümumilikdə 132 ədəd çətənə kolları aşkar edildiyini, həmin bitkilərin köklərindən çıxardılaraq qablaşdırıldığını, sonra Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilməsinə başlanıldığını, Təqsirləndirilən şəxs qonaq otağında taxta konstruksiyalı dolabın alt hissəsindən 01 ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzə kütləni təqdim etdiyini, həmin kütlə çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildiyini və çəkisinin 148 qram olduğunu, sonra həmin kütlənin içərisi boş olan ağ rəngli, kağız zərfə qoyularaq qablaşdırıldığını, DİN-nin 7 saylı möhürü ilə möhürləndiyini və üzərinin imzalandığını, daha sonra həmin taxta konstruksiyalı dolabın sağ yan tərəfindən 01 ədəd ov silahına bənzər əşyanı təqdim etdiyini, sonra həmin ov silahına bənzər əşyanın qablaşdırıldığını, DİN-nin 7 saylı möhürü ilə möhürləndiyini və üzərinin imzalandığını, daha sonra evin digər hissələrinə baxış keçirildiyini və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədiyini, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi kütlələrin hamısının özünə məxsus olduğunu, həmin çətənə kollarının toxumunu Kür çayı ətrafından topladığını, çətənə kollarının toxumlarını təxminən 20 gün bundan əkdiyini, narkotik vasitələrin satışını həyata keçirmədiyini, özünün narkotik vasitələrin aludəçisi olduğunu, həmin çətənə kollarını öz şəxsi istifadəsi üçün əkdiyini, qonaq otağından aşkar olunmuş qurudulmuş marixuananı isə çətənə kollarının yarpaqlarından topladığını, həmin ov silahının isə atasından ona qaldığını, lakin heç bir sənədinin olmadığını verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirdiyini, həmçinin baxış zamanı Şahid1 da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ümumilikdə 132 ədəd çətənə kolları xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdilmişdiyini, daha sonra həmin gün 22:50 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə haqqında təhqiqatçı tərəfindən qərar qəbul edilib, onun üzərində şəxsi axtarış aparıldığını, lakin şəxsi axtarış zamanı onun üzərində iş üçün əhəmiyyət kəsb edəcək narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir predmnet aşkar edilmədiyini, bu barədə protokol tərtib olunduğunu və həmin protokol özləri tərəfindən imzalanıldığını, daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nə təqdim edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitədən arada bir istifadə etdiyini, satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 28.06.2021-ci il tarixli “Raport”dan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq tərkinində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan 28.06.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədilə təxirəsalınmaz hal kimi əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən evin həyətinə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 16) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 28.06.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqranomun və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı 5 ədədini həyətyanı sahəsində, 61 ədədini isə həyətyanı sahəsində yerləşən tövlənin qarşısındakı ağılda torpaqda olmaqla, cəmi 66 ədəd-külli miqdarda, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 17-18) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28.06.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən evin həyətyanı sahəsindən aşkar olunmuş əkdiyi 66 ədəd bitkilər ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. (cild 01, iş vər. 19) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 28.06.2021-ci il tarixli 17/473 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkar olunmuş...” sözləri yazılmış 02 (iki) sintetik kisənin içərisindəki hündürlükləri 57 sm-dən, 200 sm-dək, ümumi təmiz çəkiləri- 9 kiloqram 130,00 qram olan 66(altmış altı) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid1 28 iyun 2021-ci il tarixli rəyinə əsasən 66 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 45-48). Cinayət işinin materiallarında olan 29.04.2021-ci il tarixli “Raport”dan görünür ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayonu ərazisində qanunsuz olaraq tərkinində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 94) Cinayət işinin materiallarında olan 29.04.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədilə təxirəsalınmaz hal kimi əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 29.04.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, aqronomun və Təqsirləndirilən şəxs iştirakı ilə video çəkilişlə Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı evdən çəkisi 148 qram olan qurudulmuş marixuanaya bənzər kütlə, evin həyətyanı sahəsindən isə 25 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və 107 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd ov silahı aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Video çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 109-111) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29.04.2021-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən evin həyətyanı sahəsindən aşkar olunmuş əkdiyi 132 ədəd bitkilər ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. (cild 01, iş vər. 112) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 30.04.2021-ci il tarixli 17/311 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi – 138,10 qram olan bitki mənşəli kütlə tərkbində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar edilmiş 132 ədəd...” sözləri yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 3 sm-dən, 9 sm-dək, ümumi təmiz çəkiləri- 6,26 qram 25(iyirmi beş) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Həmin sintetik kisənin içərisindəki hündürlükləri 30 sm-dən, 97 sm-dək, ümumi təmiz çəkiləri- 6 kiloqram 200,00 qram olan 107(bir yüz yeddi) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 107(bir yüz yeddi) ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə fərqlidirlər. Tədqiqata təqdim olunmuş 25(iyirmi beş) ədəd çətənə bitkisinin şitilləri inkişaflarının ilkin fazasında olduqları üçün onların qurudulmuş marixuana və 107(bir yüz yeddi) ədəd çətənə bitkiləri müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Aqronom Şahid1 29 aprel 2021-ci il tarixli rəyinə əsasən 25 ədəd çətənə bitkisinin şitillərinə və 107(bir yüz yeddi) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. (cild 01, iş vər. 145-149). Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 01.07.2021-сi il tarixli 777 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 234) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 24.06.2021-ci il tarixli 325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 235-237). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 27.05.2021-ci il tarixli 3/827 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 12 kalibrli, TO3-34P modelli qoşalüləli silah – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır (cild 01, iş vər. 241-242). Cinayət işinin materiallarında olan 16.09.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan ov silahı ilə bağlı barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir (cild 02, iş vər. 25-38). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda ailəsi ilə birlikdə Ağdaş rayonu, Ağzıbir kəndində yaşayır, barəsində Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 220-221) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 195) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ağırlığını və ictimai təhlükəliliyini, həmçinin şəxsin şəxsiyyətini, yəni ilk dəfə istintaqa cəlb edildikdən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra nəticə çıxarmayaraq yenidən evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməyə davam etməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” 29.04.2021-ci il tarixli və 28.06.2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 30, 122) Cinayət işinin materiallarında olan 01.05.2021-ci il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29.04.2021-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 176-181) Cinayət işinin materiallarında olan 30.06.2021-ci il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 28.06.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 77-78) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun ilk dəfə şübhəli şəxs qismində tutulduğu 29.04.2021-ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində tutulduğu, ev dustaqlığında və həbsdə olduğu müddət ona təyin olunan cəzaya hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Ağdaş rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 28.06.2021ci il tarixdə aşkar olunaraq götürülmüş cəmi 66 ədəd çətənə (kannabis) bitkiləri, 29.04.2021-ci il tarixdə isə aşkar olunaraq götürülmüş 107 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 25 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini və evindən aşkar olunmuş 01 ədəd sellofan kisədə təmiz çəkisi tədqiqata sərf edildikdən sonra qalıq qalan 138,05 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 133 AZN (bir yüz otuz üç manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.2 və 237.2.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı 29.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan ümumilikdə, 173 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 25 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini və 138,05 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd CD diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 133 AZN (bir yüz otuz üç manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar