Məhkəmə qərarları › İş №1(091)-22/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-22/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-22/2025 14.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X14, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Xocavənd rayonu, Tuğ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla Beyləqan rayonunda salınmış, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 152.1, 156.1 və 171-1.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdə Yevlax rayonu, Quşçu kəndində, Xaldan-Yevlax magistral yolunun sol kənarında yerləşən adı olmayan kafedə həmin vaxt 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, xarici cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeridərək ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində, Bakı-Qazax yolunun 275-ci kilometrliyində, yolun sağ tərəfində yerləşən “Zəfəran” adlı oteldə, həmin vaxt 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, xarici cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeridərək ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən 30 aprel 2022-ci il tarixdə yenidən Ağdaş rayonu, Qaradeyin kəndində, Bakı-Qazax yolunun 275-ci kilometrliyində, yolun sağ tərəfində yerləşən “Zəfəran” adlı oteldə, həmin vaxt 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Bundan başqa o, təkrarən 06 may 2022-ci il tarixdə X6 məxsus Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən fərdi yaşayış evində həmin vaxt 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Bundan başqa o, 2022-ci ilin iyun ayında Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən X6 məxsus fərdi yaşayış evində yaymaq məqsədilə uşaq poqnoqrafiyası hesab olunan yəni, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını əks etdirən videogörüntünü özünə məxsus mobil telefon vasitəsilə videolentə almaqla hazırlamış, həmçinin uşaq poqnoqrafiyası hesab olunan və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən həmin videogörüntünü xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində şəxsiyyəti istintaqa məlum olmayan “giden gelirmi bilmem..a.” adlı istifadəçiyə, xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində Şahid3 və başqa sosial şəbəkələrdə istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan digər şəxslərə göndərməklə uşaq pornoqrafiyasını və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları yaymışdır. Bundan başqa o, təkrarən 2022-ci ilin iyul ayında Qəbələ rayonu ərazisində yerləşən, ünvanı istintaqa məlum olmayan fərdi yaşayış evində yaymaq məqsədilə uşaq poqnoqrafiyası hesab olunan yəni, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını əks etdirən videogörüntünü özünə məxsus mobil telefon vasitəsilə videolentə almaqla hazırlamış, həmçinin uşaq poqnoqrafiyası hesab olunan və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən həmin videogörüntünü xx.xx.2023-cü il tarixdə “Whatsapp” sosial şəbəkəsində Şahid7 və istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan digər şəxslərə göndərməklə, həmçinin “Telegram” sosial şəbəkəsinə yerləşdirməklə uşaq pornoqrafiyasını və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları yaymışdır. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə, Ağdaş rayonu, Qaradeyin kəndində, Bakı-Qazax yolunun 275-ci kilometrliyində, yolun sağ tərəfində yerləşən “Zəfəran” adlı oteldə yaymaq məqsədilə uşaq poqnoqrafiyası hesab olunan yəni, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını əks etdirən videogörüntünü özünə məxsus mobil telefon vasitəsilə videolentə almaqla hazırlamış, həmin videogörüntünü istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan şəxslərə göndərməklə, həmçinin “Telegram” sosial şəbəkəsinə yerləşdirməklə uşaq pornoqrafiyasını və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları yaymışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, dekabr ayının ikisi günü Ağdaş rayon polis şöbəsi tərəfindən tutulmuşdur. Polis şöbəsində onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 156.1-ci maddələri ilə təqsirli bilmişlər və müstəntiq onun 3-5 il arası həbs olunacağını qeyd etmişdir. Daha sonra ona dedimişdirlər ki, tanış olduğun qızın yaşı azdır onuda polis şöbəsinə gətirək yoxsa bu işi həll edir?” O, müstəntiqə belə şeylərə ehtiyac olmadığını və bu işi həll edəcəyini bildirmişdir. Polis şöbəsində ondan 3000 manat pul istəmişlər, yekunda 1500 manatla onlarla razılaşmışdır. Həmin 1500 manat pulu kart vasitəsilə göndərmiş və qəbzləri hal-hazırda telefonundadır. O, həmin pulu borc almışdır. Atasının bu məsələdən xəbəri olmuş və polis əməkdaşları 1500 manat pulu atasına geri qaytarmışlar. Bu hadisədən təqribən 1 il sonra tanış olduğu qızı polis şöbəsinə dəvət etmişlər. O, ona zəng edib polis şöbəsindən hətta iş yerinə belə getdiklərini, ona polis şöbəsində izahat verməsini, həmin izahat əsasında onu tutub polis şöbəsinə gətirəcəklərini dediklərini bildirmişdir. O, bu ifadələrini prokurorluqda da demişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 19 mart tarixində həmin qızı tanımış, nömrəsini dostundan almış, mesaj yazmış sonra zəng etmiş və danımışlar. Daha sonra onun nömrəsini bloka atmışdır. Bloka atma səbəbi kimi sevgilisinin olduğunu bildirmiş və ona bir daha zəng etməməyini demişdir. O, həmin qıza nə mesaj yazmış, nə də zəng etməmişdir. Üzərindən 3 gün keçmiş, qız özü ona mesaj yazmış və bir-birlərini tanımışlar. Təqribən 10-15 gün danışdıqdan sonra qızla görüşmüş və münasibətləri olmuşdur. Qız ona sən kimsən və nömrəni hardan tapmısan yazmışdır. Qız 2-3 gün sonra ona mesaj yazmışdır. Qızla ilk dəfə Mingəçevir şəhərində görüşmüşdür. O, gedib Mingəçevir dörd yol adlanan ərazidən qızı götürmüşdür. Daha sonra Kür çayı ətrafında 1-2 saat gəzmişdir. İkinci görüşlərində Şirvangöl adlanan ərazidə görüşmüşlər və münasibətləri olmuşdur. Onlar münasibətdə olan vaxt aprel ayı olmuş, səhv etmirsə qızın 16 yaşı tamam olmamışdır. O, münasibətdə olduqda onun 16 yaşı bitmədiyini bilmirmiş, çünki o, 18 yaşı olduğunu demişdir. Qızın xarici görünüşündən belə yaşının 16-dan az olması bilinməmişdir. İttiham aktında qeyd olunmuşdur ki, həmin qız onunla münasibətdə olan vaxt bakirə olmuşdur. Lakin onunla münasibətdə olduğu zaman o, qız uşağı olmamışdır. Daha sonra Bakı şəhərində və Qəbələ rayonunda görüşmüşlər və münasibətləri olmuşdur. Ancaq hər dəfə qız özü onunla görüşməyə gəlmişdir. Hətta Bakı şəhərində görüşdükdə anası və bacısı ilə gəlmişdir. Qız başqası ilə görüşdüyü üçün münasibəti kəsmişdir. Lakin onun nömrəsini bloka atmağına baxmayaraq ona zəng edirmiş, o, ona cavab yazmırmış. Birinci dəfə “İnstaqram” vasitəsilə “İlahə” adlı şəxsi söydüyünü bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. Lakin o, elə bir hərəkət etməmişdir. Həmin hadisə ilə bağlı polis şöbəsinə getdikdə telefonunu polis şöbəsində yoxladıqda Şəbnəmin şəkilləri ortaya çıxmışdır. Atası polis şöbəsinə getməmiş, özləri verdiyi pulu atasına geri qaytarmışlar. Onu qızın ailəsi sevgilisi kimi tanıyırmış. Qızın ailəsi onun fikrinin ciddi olub-olmaması barədə ondan heç bir söz soruşmamışlar. Hər ikisinin fikri ailə qurmaq deyil sadəcə olaraq birlikdə yaşamaq olmuşdur. Çəkilişi o, mobil telefonla aparmışdır. Telefon şkafın üstündə olmuşdur. Qızın özünün çəkilişdən xəbəri olmuşdur. Qız özü ona çəkiliş etməyini demiş və səbəb çəkilişə sonradan baxmaq istəməkləri olmuşdur. Videonu çəkdikdən sonra qıza göndərmişdir. Videoçəkiliş qızın tərəfindən yayılıb-yayılmaması barədə məlumatı yoxdur. Onun telefonundan heç kim istifadə etmir. Həmin videonun “Teleqram” internet şəbəkəsində yayılması barədə onun günahı və məlumatı yoxdur. 4-5 dənə video olmuşdur. Bütün videoları qızın xahişi əsasında çəkmişdir. Onun həmin videoları çəkdikdə yaymaq məqsədi olmayıb. Bakı şəhərində birlikdə işlədiyi tanışı ona videolarının yayılması barədə məlumat vermişdir. Həmin tanışı videoçəkilişi hardan necə əldə edib onu bilmir. İnstaqram səhifələri cütlük şəklində olmuş, səhifəni qız açmış, o, işlə bağlı tez-tez həmin səhifəyə girə bilməmiş, mütəmadi olaraq qız özü işlətmişdir. İnstaqram səhifəsi bağlı səhifə olmuş, onları izləyənlər cütlüklər və qızlar olmuşlar. O, həmin səhifədən hər hansı qızla yazışmamışdır. Səhifədən yazışan Şəbnəm olmuşdur. Onlar ayrıldıqdan sonra İnstaqram səhifəsi onda olmuş, iki ay ərzində həmin səhifəni silmişdir. Qız onunla ailə həyatı qurmaq istəsə o, razı olarmış. Onu birinci dəfə 02 dekabr 2022-ci il tarixində polis şöbəsinə dəvət etmişlər. O, 1500 manatı göndərdiyi şəxsin kartı, həmin pulun qəbzi və tarixi onun telefonunda vardır. Onu polis şöbəsindən buraxdıqdan sonra bir il ərzində onu polis şöbəsinə çağırmamışlar. Həmin əməliyyatçı və “İlahə” adlı şəxs bu məsələnin belə qalmayacağını ona demişdirlər. O, Zərərçəkmiş şəxs döyməmişdir. O, belə düşünür ki, polis şöbəsində Zərərçəkmiş şəxs məcburi qaydada izahatda onun döyülməsini qeyd etməsini bildirmişlər. Zərərçəkmiş şəxs öz istəyi ilə onun barəsində şikayət etməmişdir. Çəkdiyi videonu “Whatsapp” və “blutus” vasitəsilə Şəbnəmə göndərmişdir. Şəbnəmin bacısı Nəzrinə mesaj yazmışdır. Atası Zərərçəkmiş şəxs evinə elçiliyə getməmişdir. Bunu onun ailəsi deyir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilməsi, o, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduqda onun 16 yaşı bitmədiyini bilməməsini, onun 18 yaşı olduğunu deməsini, Zərərçəkmiş şəxs xarici görünüşündən belə yaşının 16-dan az olması bilinməməsi, videogörüntülərin onun tərəfindən yayılmamasını, onun Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 156.1 və 171-1.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxındır ki, tanıyır. Belə ki, Azər kimdənsə onun mobil nömrəsini öyrənib ona yazmış, təxminən 2022-ci ilin mart ayında onlar artıq sevgili kimi danışmağa başlamışlar. Azərlə ilk dəfə xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində görüşmüşlər. Azər ona Mingəçevir şəhərinə gedib orda gəzmələrini demiş, o da razılaşmışdır. Onlar birlikdə kafeyə getmişlər. Kafedə bir nəfər qadın onları qarşılayaraq otağa yerləşdirmişdir. Həmin otaqda bir stol olmuşdur. Otaqdan digər otağa keçid olmuş və həmin otaqda çarpayı, həmçinin sanitar qovşağı olmuşdur. Onlar bir qədər oturduqdan sonra Azər ona cinsi əlaqədə olmağı təklif etmişdir. Lakin o, Azərə cinsi əlaqədə olmaq istəmədiyini demişdir. Azər bundan sonra onu digər otağa aparmışdır. Həmin otaqda onlar paltarlarını çıxardaraq öpüşməyə başlamışlar. Daha sonra Azər onunla cinsi əlaqədə olmaq istəmiş, lakin o, Azərə etiraz etmişdir. Azər ona onunla evlənəcəyini, cinsi əlaqədə olmaqla onu “özünün” edəcəyini demişdir. Buna görə Azər ona ya onun bakirəliyini pozacağını, ya da bunu özünün etməyini demişdir. O da barmağı ilə öz bakirəliyini pozmuşdur. Daha sonra Azər onunla cinsi əlaqədə olmuşdur. Onlar cinsi əlaqədə olduqdan sonra Azər ona qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. O, etiraz etdikdə onu baş nahiyəsindən möhkəm vurmuşdur. O, bundan sonra məcbur qalıb Azərlə razılaşmış və Azər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Azər onun 16 yaşının tamam olmadığını bilmişdir. Çünki o, Azərlə tanış olduqları gün ondan yaşını soruşmuş və o, Azərə 15 yaşı olduğunu demişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə onlar yenidən görüşmüşlər. Həmin vaxt onlar Ağdaş rayonunda yerləşən, “Zəfəran” adlı otelə getmişlər. Orada da cinsi əlaqədə olmuşlar. Həmçinin orda Azər onu yenə döyərək qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur etmişdir. Bundan sonra onlar 30 aprel 2022-ci il tarixdə yenidən görüşmüşlər və yenə də Ağdaş rayonunda yerləşən, “Zəfəran” adlı otelə gedib orda cinsi əlaqədə olmuşlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə də Orxan adlı şəxsə məxsus fərdi yaşayış evində görüşmüş, orada da cinsi əlaqədə olmuşlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə onun 16 yaşı tamam olanda onlar yenidən həmin Orxan adlı şəxsə məxsus fərdi yaşayış evində görüşüb cinsi əlaqədə olmuşlar. Bundan sonra onlar Azərlə bir neçə dəfə də “Zəfəran” adlanan oteldə cinsi əlaqədə olmuşlar. Azər dəfələrlə həmin görüşlərdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, o, etiraz etdikdə isə onu döyərək, ya da döyəcəyini deyərək qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur etmişdir. Lakin o, Azərlə sevgili olduğu üçün bu barədə heç kimə deməmişdir. Bundan başqa Azər 7 görüşlərində onların cinsi əlaqədə olmalarını özünə məxsus mobil telefonla videolentə almışdır. Birinci dəfə Azər cinsi əlaqədə olmalarını videolentə alarkən o, etiraz etmiş, lakin Azər onu döyərək məcbur etmişdir. Sonrakı dəfələrdə isə o, yenə etiraz edəndə Azər onu döyəcəyi ilə hədələdiyi üçün o, məcbur olub Azərin cinsi əlaqədə olmalarını videolentə almağına razılıq vermişdir. Lakin hazırda Azərin cinsi əlaqədə olmalarını harda və hansı tarixlərdə videolentə aldığını xatırlamır. Onun Azərlə sevgili olduğunu bacısı, həmçinin bəzi qohumları bilmişdir. 2023cü ilin fevral ayında Azərin atası Qənimət onların evinə elçiliyə gəlmişdir. Lakin atası onun oxuyacağını deyərək onu Azərə verməmişdir. Bundan sonra Azərin ona qarşı münasibəti dəyişmişdir. Azər bundan sonra onunla çox kobud davranmağa başlamışdır. Azər ona bir neçə dəfə birlikdə qaçmağı, ailə qurmalarını təklif etsə də, o, razılaşmamışdır. O, bundan sonra Azərin görüşmək təkliflərinə rədd cavabı vermişdir. Lakin Azər ona zəng edərək onu təhqir edir, bacısına mesajlar yazaraq bacısını da təhqir etmişdir. Bundan başqa Azər ona görüşməyəcəyi təqdirdə onun videolarını atasına atacağı ilə hədələmişdir. O da Azərin hədələrinə görə məcbur olub Azərlə görüşmüşdür. O, Azərdən ayrılmaq istəsə də, Azər ondan əl çəkmir, onu görüşməyə məcbur etmişdir. Bundan başqa Azər onu dəfələrlə Azərlə evlənməyəcəyi təqdirdə videolarını yayacağı ilə hədələmişdir. O, Azərin onu döyməsinə, videolarını yayacağı, atasına göstərəcəyi hədələrinə görə Azərlə ayrıla bilməmişdir. Azər onu dəfələrlə döydüyünə, hədələdiyinə görə Azərlə görüşməyəcəyi təqdirdə nəsə edəcəyindən qorxmuş və Azərlə görüşməyə razı olmuşdur. Azər həmçinin ona evlənmələrini, birlikdə qaçmalarını da demişdir. Lakin 2023-cü ilin iyul ayında o, artıq hər şeydən bezərək Azərdən ayrılmaq qərarına gəlmişdir. Həmin vaxtdan sonra Azər onu dəfələrlə videolarını yayacağı ilə hədələsə də, o, Azərin sözlərinə fikir verməmişdir. 2023cü ilin sentyabr ayında Azər ona mesaj yazaraq videolarının yayıldığını demişdir. Lakin o, Azərə inanmamışdır. 2023-cü ilin oktyabr ayının 16-da Azad və Aqşin adlı qohumları onların evinə gələrək atasına onun videolarının yayıldığını demiş və atasına iki ədəd video göstərmişlər. Həmin videolara baxanda Azərlə cinsi əlaqədə olduqları zaman Azərin çəkdiyi videogörüntülər olduğunu görmüşdür. Lakin Aqşin və Azadın həmin videolarını hardan əldə etdiklərini bilməmişdir. O, Azərlə ona qarşı zor tətbiq edəcəyi ilə hədələdiyi üçün təxminən 30 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O, yalnız iki dəfə Azərlə qeyri-təbii yolla cinsi əlaqədə olmağının tarixlərini dəqiq xatırlayır. Bunlar 30 mart 2022-ci il tarixdə Mingəçevir şəhərində və xx.xx.2022-ci il tarixdə Ağdaş rayonunda yerləşən, “Zəfəran” adlı oteldə olanlardır. Azərin onu təbii yolla cinsi əlaqədə olmaları ona qarşı zor tətbiq etdiyi, zor tətbiqi ilə hədələdiyi, ona hədə-qorxu gəldiyi hallar olmamış, Azər ona qarşı yalnız qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün döyəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs yaydığı, onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntülərdən biri 2022-ci ilin iyul ayında Qəbələ rayonunda, digəri isə xx.xx.2023-cü il tarixdə “Zəfəran” otelində çəkilmişdir. Onun Azərlə cinsi əlaqədə olduğu zaman çəkilmiş videogörüntülər Ağdaş şəhər sakini kimi tanıdığı Lenar adlı şəxsə məxsus mobil telefonda olmuşdur. Bu barədə Lenar adlı şəxs özü ona demişdir. Təqsirləndirilən şəxs cinsi əlaqədə olduqları zaman çəkilmiş videogörüntüləri onun istəyi ilə çəkməsi barədə yalan demiş, həmin videogörüntülərin çəkilməsini Azər təklif etmişdir. O, birinci dəfə Azər videogörüntü çəkmək istəyərkən etiraz etmiş, lakin Azər onu döymüş və o, Azərin cinsi əlaqədə olmalarını videolentə almağına razı olmuşdur. Sonrakı videoçəkilişlər zamanı isə o, Azərin onu döyəcəyindən qorxaraq videoçəkiliş aparılmasına razı olmuşdur. Azər ona cinsi əlaqədə olduqları zaman çəkilmiş videogörüntüləri göndərməmişdir. Ona məxsus mobil telefonda aşkar olunmuş və 30 mart 2022-ci il tarixdə çəkilməsi qeyd olunmuş fotoşəkil 30 mart 2022-ci il tarixdə avtomobildə Mingəçevir şəhərinə gedərkən taksi avtomobilində çəkilmişdir. O, 16 yaşına çatmamış Azərlə ümumilikdə 4 dəfə, 30 mart 2022-ci il tarixdə Mingəçevir şəhərində, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə “Zəfəran” adlı oteldə, xx.xx.2022-ci il tarixdə isə Orxan adlı şəxsə məxsus evdə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntüləri, xalasının əri Fəqana, atasının əmisi nəvəsi olan Gülnar adlı şəxsə göndərmişdir. Bu barədə həmin şəxslər ona demişlər və o da bu barədə bacısı Nəzrinə demişdir. Nəzrin də Azərə yazaraq buna görə irad bildirmiş və onun barəsində şikayət edəcəyini demişdir. Nəzrinin həmin sözlərindən sonra Azər bacısına “Nəzrin sənə də ailənə də qarşı səhvlər etmişəm, çox çox üzr istəyirəm və bugün sənə kişi kimi söz verirəm bir daha o səhvləri etməyəcəm, nə ailəni, nə də yaxınlarını narahat etməyəcəm. Kiməsə nəsə atmaq falan elə şeylər olmayacaq, etsəm, Allah bacımın qarşısına çıxartsın” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ona göndərdiyi iki ədəd videogörüntülərdən biri sosial şəbəkələrdə yayılmış, 2 dəqiqə 20 saniyə müddətində davam edən videogörüntü, digər videogörüntü isə həmin videogörüntünün əvvəlidir. Təqsirləndirilən şəxs ona qeyd olunan videogörüntüləri atmışdır. Lakin o, videogörüntülərə baxan kimi videogörüntüləri silmiş, bu səbəbdən də Azərin videogörüntüləri ona atması yadından çıxmışdır. Ancaq Azər ona sosial şəbəkələrdə yayılmış 19 saniyə davam edən videogörüntünü atmamışdır. Cəmil Ağayev yalan deyir. O, Cəmil Ağayevlə təxminən 2021ci ilin iyul-avqust aylarında 2 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Cəmil Ağayevlə ilk dəfə Ağdaş şəhəri ərazisində yerləşən Heydər Əliyev adına parkda, 2-ci dəfə isə Cəmil Ağayevin idarə etdiyi, kimə məxsus olduğunu bilmədiyi avtomobildə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində cinsi əlaqədə olduqları zamanı çəkilmiş videogörüntüləri göndərdiyi “giden gelirmi bilmem..a.” adlı istifadəçinin kim olduğunu bilmir, lakin “İnstagram” sosial şəbəkəsində “nazriin_priiv” adlı istifadəçi onun sinif yoldaşı Şahid3dır. Azərlə o, bir neçə şəxsə məxsus taksi avtomobili ilə hərəkət etmişlər. O, həmin taksi sürücülərindən yalnız Oruc və Qulu adlı şəxslərin adlarını xatırlayır. Təqsirləndirilən şəxs məxsus mobil telefon vasitəsilə çəkilmiş, lakin sonradan silinmiş və bərpa olunmuş materialların yerləşdirildiyi diskdə olan, sosial şəbəkələrdə yayılmış 2 ədəd videogörüntü ilə eynilik təşkil etməyən 3-cü videogörüntü 2022-ci ilin iyul ayının xatırlamadığı günündə Orxan adlı şəxsə məxsus fərdi yaşayış evində çəkilmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir və ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Belə ki, təxminən 2022-ci ilin dekabr ayında Azərin atası Qənimət qızı Şəbnəm üçün elçi gəlmişdir. X21 Məmmədovun arasında sevgi münasibətləri olması barədə ona arvadı Könül demişdir. Könül özü də bir neçə dəfə Azərlə mobil telefon vasitəsilə danışmış, Azər həmin danışıqlar zamanı qızı Şəbnəmlə evlənmək istədiyini, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini demişdir. Atası Qənimətin mobil telefon nömrəsini də arvadına Azər özü vermişdir. Ona arvadı bu barədə dedikdən sonra o, özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Qənimət Məmmədova məxsus xatırlamadığı mobil nömrəyə zəng edərək gəlməyini, bu barədə danışmalarını demişdir. Qənimət də razılaşaraq onların yaşadıqları evə gəlmişdir. Qənimət onların evinə üzüklə gəlmişdir. X16rın mütləq qızı Şəbnəmi Azərə verəcəyini demişdir. Lakin Qəniməti sadəcə söhbət etmək üçün çağırdıqlarını biləndə onlara oğlu Azərin usta işlədiyini, Azərin yaxşı insan olmadığını, Şəbnəmi bədbəxt etməmələrini, çalışıb Şəbnəmlə Azərin münasibətlərinə son qoymaqlarını demişdir. Bundan sonra onlar Qəniməti yola salmış, qızı Şəbnəmə də Azərlə əlaqəsini kəsməsini demişlər. Bundan sonra Azər özü bir neçə dəfə ona zəng edib onunla nalayiq tərzdə danışmış, ona nalayiq söyüşlər söymüşdür. O, Azərə neçə dəfə desə ki, “gəl görüşək söhbət edək”, Azər ona gələcəyini desə də, gəlməmişdir. Lakin telefonda danışanda Azər onu hədələyərək "gör başınıza nə oyun açacam" demişdir. 16 oktyabr 2023-cü il tarixdə xalası oğulları Azad və Aqşin ona zəng edib görüşmək istədiklərini demişlər. O da onları yaşadıqları evə dəvət etmişdir. Azad və Aqşin yaşadıqları evə gələrək ona özlərinə məxsus mobil telefonda olan, qızı Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərini göstərərək həmin videogörüntülərin Ağdaş rayonunda yayıldığını demişlər. Həmin videogörüntülərə o da baxmış və videogörüntülərdə qızı Şəbnəmin bir nəfər şəxslə cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntüləri olduğunu görmüşdür. O, həmin videogörüntüləri arvadı Könülə də göstərmiş və Könül ona həmin videogörüntülərdə olan oğlanın Təqsirləndirilən şəxs olduğunu demişdir. Hazırda həmin videogörüntülər demək olar ki, bütün Ağdaş rayon sakinləri arasında yayılmışdır. O, həmin videogörüntüləri yayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Belə ki, təxminən 2022-ci ilin dekabr ayında Azərin atası Qənimət qızı Şəbnəm üçün elçi gəlmişdir. Daha doğrusu əri Qara bu söhbətləri biləndən sonra Qənimətə zəng edib demişdir ki, gəlsin oturub söhbət etsinlər. Belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə onunla da mobil telefonla zəng edərək qızı Şəbnəmlə evlənmək istədiyini demişdir. Azər onunla qızı Şəbnəmə məxsus mobil telefon vasitəsilə danışmışdır. Azər onlara Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini demişdir. O da bu barədə əri Qaraya demişdir. Atası Qənimətin mobil nömrəsini də onlara Azər özü vermişdir. Sonra Qənimət onların evinə gəlmişdir. Lakin Qənimət onlara oğlu Azərin usta işlədiyini, Azərin yaxşı insan olmadığını, Şəbnəmi bədbəxt etməmələrini, çalışıb Şəbnəmlə Azərin münasibətlərinə son qoymalarını demişdir. Bundan sonra onlar Qəniməti yola salmış, qızı Şəbnəmə də Azərlə əlaqəsini kəsməsini demişlər. Bundan sonra Azər özü əri Qaraya bir neçə dəfə zəng edib Qarayla nalayiq tərzdə danışmış, Qaraya nalayiq söyüşlər söymüşdür. Telefonda danışanda Azər əri Qaranı hədələyərək "gör başınıza nə oyun açacam" demişdir. 16 oktyabr 2023-cü il tarixdə Qaranın xalası oğulları Azad və Aqşin əri Qaraya zəng edib görüşmək istədiklərini demişlər. Həmin vaxt Azad və Aqşin Qaraya özlərinə məxsus mobil telefonda olan, qızı Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərini göstərərək həmin videogörüntülərin Ağdaş rayonunda yayıldığını demişlər. Həmin videogörüntülərə o da baxmış və videogörüntülərdə qızı Şəbnəmin Azərlə cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntüləri olduğunu görmüşdür. O, bir dəfə Təqsirləndirilən şəxsla üzbəüz danışmış, bu səbəbdən həmin videogörüntülərdə olan oğlanın Azər olduğunu tanımışdır. Hazırda həmin videogörüntülər demək olar ki, bütün Ağdaş rayon sakinləri arasında yayılmışdır. O, həmin videogörüntüləri yayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Təqsirləndirilən şəxs dəfələrlə onun qızı Şəbnəmi barəsində rüsvayedici məlumatlar yayacağı ilə bağlı hədələmişdir. Şəbnəm bu barədə ona dəfələrlə demişdir. Şəbnəm ona Azərlə ayrılmaq istədiyini, lakin Azərin onu rüsvay edəcəyi ilə hədələdiyini demişdir. O, bununla bağlı Azərin özü ilə də mobil telefonla danışmış, həmin danışıq zamanı Azər ona Şəbnəmin ayrılacağı təqdirdə Şəbnəmi rüsvay edəcəyini, Şəbnəmin heç kimlə evlənməyəcəyini demişdir. Şəbnəm hətta videogörüntülərin yayılmasından sonra 17 oktyabr 2023-cü il tarixdə dərman içərək özünü öldürməyə cəhd etmişdir. O, bundan sonra bacısı Samirəyə zəng edərək Şəbnəmin dərman içərək özünü öldürməyə cəhd etdiyini demişdir. O, Samirəyə Şəbnəmin “ekstra-valerian” dərmanı içdiyini dedikdə isə Samirə ona həmin dərmanın qorxulu dərman olmadığını demişdir. Onlar da bu səbəbdən Şəbnəmi xəstəxanaya aparmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Şəbnəm 2022-ci ilin sonlarında, dəqiq xatırlamadığı tarixdə ona Azərlə arasında sevgi münasibətləri olduğunu demiş və ona Azərin şəklini göstərmişdir. Təxminən 2022-ci ilin dekabr ayında Azərin atası Qənimət onların yaşadığı evə Şəbnəm üçün elçi gəlmişdir. Lakin həmin vaxt o, Bakı şəhərində təhsil aldığı üçün evdə olmamışdır. 2023-cü ilin yay aylarında o, yay tətili ilə əlaqədar yaşadıqları evə gəlmişdir. Həmin vaxt o, Şəbnəmin yaxşı olmadığını görüb Şəbnəmdən nə olduğunu soruşmuşdur. Şəbnəm ona Azərdən ayrılmaq istədiyini, lakin Azərin onu hədələdiyini demişdir. O, bundan sonra dəqiq xatırlamadığı tarixlərdə bir neçə dəfə Şəbnəmin mobil telefonu vasitəsilə Azərlə danışmışdır. O, Azərlə həm zəng, həm də “Whatsapp” sosial şəbəkəsi vasitəsilə danışmışdır. Həmin danışıqları zamanı o, Azərə Şəbnəmdən əl çəkməyini desə də, Azər ona Şəbnəmin ayrılacağı təqdirdə Şəbnəmi biabır edəcəyini demişdir. O, Azərə bir dəfəsində Şəbnəmə heçnə edə bilməyəcəyini dedikdə isə Azər ona “sən bilmirsən mənim əlimdə nələr var, gözlə sənə atacam” sözlərini demişdir. O, Azərə göndərməsini dedikdə isə ona heçnə göndərməmişdir. Şəbnəm Azərin onu hədələməyinə görə Azərdən ayrıla bilməmişdir. O, sonradan bacısı Şəbnəmin videogörüntülərinin yayıldığını anasından eşitmiş, həmin videogörüntüləri görməmişdir. Azər dəfələrlə Şəbnəmi Azərdən ayrılacağı təqdirdə biabır edəcəyi, videolarını hamıya atacağı ilə hədələmişdir. Şəbnəm dəfələrlə Azərə onun yanında ayrılacağını demişdir. Azər isə Şəbnəmi hədələmiş, Ağdaş şəhərinə, yaşadıqları evə gələcəyini və Şəbnəmi döyəcəyini bildirmişdir. O, dəfələrlə Azərlə Şəbnəmə məxsus mobil telefonu ilə danışmış və Azərə onlara heçnə edə bilməyəcəyini demişdir. Azər bundan başqa qohumlarına təhqiredici mesajlar yazmış, Şəbnəmin videolarını qohumlarına göndərmiş, Şəbnəmi də videoları yaymaqla hədələmişdir. Azər Şəbnəmə “Nəzrin sənə də ailənə də qarşı səhvlər etmişəm, çox çox üzr istəyirəm və bugün sənə kişi kimi söz verirəm bir daha o səhvləri etməyəcəm, nə ailəni, nə də yaxınlarını narahat etməyəcəm. Kiməsə nəsə atmaq falan elə şeylər olmayacaq, etsəm, Allah bacımın qarşısına çıxartsın” məzmunda mesajı onun istəyi ilə yazmışdır. Belə ki, dəqiq xatırlamadığı vaxt Azər Şəbnəmlə danışan zaman Şəbnəmi hədələməyə başlamış, o da Şəbnəmdən telefonu alaraq Azərə Şəbnəmi hədələdiyinə görə barəsində polisə şikayət edəcəyini demişdir. Bundan sonra Azər ona barəsində şikayət etməməyini, bir daha qohumlarına video atmayacağını, Şəbnəmi hədələməyəcəyini demişdir. Lakin o, Azərin sözlərinə inanmadığı üçün Azərə Şəbnəmə qeyd olunan məzmunda mesaj yazmağını demişdir. Daha sonra Azər həmin mesajı yazıb Şəbnəmə göndərmişdir. Şəbnəm isə həmin mesajın ekran şəklini çəkərək ona göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Qanuni nümayəndə onun xalası oğludur. Zərərçəkmiş şəxs Qanuni nümayəndənın qızıdır. Onun Ağdaş şəhəri ərazisində qardaşı Azadla birlikdə avtomobil təmiri sexləri vardır. O, təxminən 2023-cü ilin oktyabr ayında Qaranın qızı Şəbnəmin cinsi əlaqədə olduğu vaxt çəkilmiş videogörüntülərinin sosial şəbəkələrdə yayıldığını, videogörüntülərin altında Şəbnəmin nömrəsinin qeyd olunaraq fahişəliklə məşğul olmasının yazıldığını eşitmişdir. Bu barədə ona tanışları Şahid16 və adlarını xatırlamadığı şəxslər demişdir. Bundan başqa hazırda Rusiya Federasiyasında yaşayan Əli adlı qohumu ona “Whatsapp” mesajlaşma saytı vasitəsilə yazaraq Şəbnəmin videogörüntülərinin “Telegram” sosial şəbəkəsi vasitəsilə ona göndərildiyini demişdir. Həmçinin qohumu Əli həmin videogörüntüləri “Whatsapp” mesajlaşma saytı vasitəsilə ona göndərmişdir. O, həmin videogörüntülərə baxmış və videogörüntülərdə Şəbnəmin tanımadığı bir nəfər şəxslə cinsi əlaqədə olmasının əks olunduğunu görmüşdür. Daha sonra o, həmin videogörüntüləri qardaşı Azada da göstərmişdir. Daha sonra o, qardaşı ilə birlikdə bu barədə Şəbnəmin atası Qara ilə danışmaq qərarına gəlmişlər. Onlar 16 oktyabr 2023-cü il tarixdə qardaşı Azadla birlikdə Qaranın yanına gedərək Qaraya Şəbnəmin cinsi əlaqədə olduğu vaxt çəkilmiş videogörüntülərinin yayıldığını demişlər. Qara həmin vaxt ona həmin videogörüntülərdən xəbərinin olduğunu, həmin videogörüntülərin montaj olduğunu demişdir. O, daha sonra Əlinin ona göndərdiyi iki ədəd videogörüntünü Qaraya göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid18 ifadəsində Şahid17 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Qanuni nümayəndə Şahid17 xalası oğlu kimi tanımışdır. Şahid17 onun uşaqlıq dostudur. Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərini o da görmüşdür. O, həmin videogörüntünü xatırlamadığı şəxsə məxsus mobil telefonda görmüşdür. O, kombilərin təmiri ilə məşğul olur. Dəqiq xatırlamadığı tarixdə o, xatırlamadığı şəxsə məxsus olan evdə kombi təmir edərkən ev sahibi ona Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntüsünü göstərərək Ağdaş rayonu ərazisində həmin videogörüntünün yayıldığını, videogörüntüdə olan qızın Şahid17 qohumu olduğunu demişdir. O, Zərərçəkmiş şəxs uzun müddətdir ki, Qanuni nümayəndə qızı kimi tanımışdır. O, bir neçə dəfə Şəbnəmi Aqşinin yaşadığı evdə görmüşdür. Həmin şəxs ona videogörüntüdə olan qızın Şahid17 qohumu olduğunu deyəndən sonra o, videogörüntüyə diqqətlə baxmış və həmin qızın Zərərçəkmiş şəxs olduğunu tanımışdır. Bundan sonra o, bu barədə Şahid17 demişdir. O, Aqşinə Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərinin Ağdaş rayonu ərazisində yayıldığını demiş və Aqşin ona bu barədə məlumatı olduğunu, videogörüntüləri Şəbnəmin atası Qaraya da göstərdiyini bildirmişdir. Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntüləri Ağdaş rayonu ərazisində yayılmışdır və əksər şəhər sakinləri həmin videogörüntülərdən xəbərdardır. Həmin videogörüntülər barədə Ağdaş şəhər sakinlərinin əksəriyyəti danışır. O, hazırda xatırlamadığı bir çox şəxslərdən Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərinin yayıldığını eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun nəvəsidir, qızı Könülün qızıdır. Təqsirləndirilən şəxs tanıyır və Azərlə Şəbnəm arasında sevgi münasibətləri olmasından xəbəri vardır. Bu barədə ona qızı Könül demişdir. Könül ona Şəbnəmin Azər adlı şəxslə arasında sevgi münasibətləri olduğunu, Azərin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu dediyini bildirmişdir. O, buna görə Azərlə tanış olmaq və Azərin dediklərinin doğru olub-olmadığını öyrənmək qərarına gəlmişdir. O, Könüldən Azərin mobil telefon nömrəsini almış və Azərlə danışıb Azəri yaşadığı evə dəvət etmişdir. Azər dəqiq xatırlamadığı vaxt onun yaşadığı evə gəlmişdir. O, Azərin danışığından Azərin heç bir savadının olmadığını görmüş və yalan danışdığını bilmişdir. O, bundan sonra Könülə Azərin yalan danışdığını, Şəbnəmlə evlənməsinə razı olmamalarını demişdir. Bu səbəbdən də Könül və Qara Azərin atası Qənimət onlara elçi gəldiyi vaxt Şəbnəmlə Azərin evlənməsinə razı olmamışlar. Qənimət Şəbnəmə elçi gəldikdən bir müddət sonra, təxminən 2023-cü ilin iyul ayında Azər özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə iki dəfə zəng edərək onun Şəbnəmlə evlənməsinə mane olduğunu əsas gətirərək onu nalayiq söyüşlərlə təhqir etmişdir. O, buna görə Təqsirləndirilən şəxs barəsində DİN-in 102 xidmətinə zəng edərək şikayət ünvanlamışdır. Bundan başqa o, verilən suallara cavab olaraq qızı Könülün ona Azərin Şəbnəmi ayrılacağı təqdirdə biabır edəcəyi ilə hədələdiyini dediyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Qanuni nümayəndə onun baldızının oğludur. Təqsirləndirilən şəxs tanımır. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərini görmüşdür. O, həmin videogörüntülərin yayılması barədə hazırda xatırlamadığı Ağdaş şəhər sakinlərindən eşitmişdir. O, bundan sonra bu barədə qohumu olan Şahid17 demiş, Aqşin ona həmin videogörüntülərin yayılması barədə eşitdiyini, videogörüntülərin onda da olduğunu demişdir. Daha sonra onun istəyi ilə Aqşin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərini ona göndərmişdir. O, Aqşinə bu barədə Şəbnəmin atası Qaraya məlumat verməyini demişdir. Aqşin də ona qardaşı Azadla birlikdə gedib Qaraya bu barədə deyəcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntüləri barədə Ağdaş şəhərinin əksər sakinləri danışırlar. Hazırda həmin videogörüntülər çox sayda şəxslərə yayılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərini o görmüşdür. Həmin videogörüntülər onun mobil telefonunda olmuşdur. Videogörüntüləri ona xatırlamadığı şəxs “Whatsapp” mesajlaşma saytı vasitəsilə göndərmişdir. Həmin vaxt o, Bakı şəhərində yaşamışdır. Həmin videogörüntüləri əksər Ağdaş rayon sakinləri görmüşlər. Zərərçəkmiş şəxs ilə təxminən 20-25 gün əvvəl “İnstagram” sosial şəbəkəsində təsadüf nəticəsində tanış olmuşdur. Şəbnəm özü ona yazaraq onunla tanış olmaq istədiyini demişdir. Şəbnəm ona yazdığı vaxt o, Moskva şəhərində olmuşdur. Şəbnəmlə təxminən 1 saatlıq müddət ərzində yazışmışlar. Şəbnəm ona əvvəllər Fəqan adlı şəxsə məxsus ayaqqabı mağazasında işlədiyini, Fəqanın qohumu olduğunu demişdir. O, buna görə Şəbnəmin videogörüntüləri yayılan qız olduğunu bilmişdir. Çünki, o, videogörüntüsü yayılan qızın Fəqana məxsus mağazada işlədiyini və Fəqanın qohumu olduğunu eşitmişdir. O, Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntüsündən, Şəbnəmlə cinsi əlaqədə olan oğlanın sonda görüntünü sonlandırdığı hissənin ekran görüntüsü kimi fotoşəklini çəkərək Şəbnəmə göndərmiş və həmin oğlanı tanıyıbtanımamasını soruşmuşdur. Onun məqsədi Şəbnəmin həmin videogörüntüdə olan qız olub-olmadığını dəqiqləşdirmək olmuşdur. O, həmin fotoşəkili Şəbnəmə göndərdikdən sonra Şəbnəm onunla dalaşaraq onun barəsində şikayət edəcəyi ilə hədələmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hazırda fəhlə işləyir və evlərin təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. O, Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin əvvəllərində tanımışdır. Zərərçəkmiş şəxs mobil nömrəsini ona hazırda xatırlamadığı şəxs danışıb tanış olmağı üçün vermişdir. O da təxminən 1 ay müddətində Şəbnəmlə “Whatsapp” mesajlaşma saytı vasitəsilə danışmışdır. Lakin o, Şəbnəmlə heç vaxt üzbəüz görüşməmişdir. Təqsirləndirilən şəxs isə 2022-ci ilin əvvəllərində Bakı şəhərində, birlikdə ev təmirində işləyərkən tanımışdır. Təqsirləndirilən şəxs ondan tanış olmaq üçün qız nömrəsi verməyini istəmişdir. O da Azərə Zərərçəkmiş şəxs mobil nömrəsini vermişdir. Lakin sonradan onun Azərlə Şəbnəm arasında hansı münasibətlərin olduğundan xəbəri olmamışdır. 2023-cü ilin noyabr ayında qonşuları Ruslan adlı şəxs ona “Whatsapp” mesajlaşma saytı vasitəsilə Şəbnəmlə Azərin cinsi əlaqədə olduqları zaman çəkilmiş 19 saniyə davam edən videogörüntünü göndərmişdir. Ruslan onunla qonşu olduğuna görə Azər onun yaşadığı evə gələndə Azəri də görüb tanımışdır. Ruslan ona həmin videogörüntünü göndərərək Azərlə Şəbnəmin cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərin sosial şəbəkələrdə yayıldığını demişdir. O da Ruslanın ona göndərdiyi videogörüntünü Azərə göndərərək Şəbnəmlə cinsi əlaqədə olduğu zaman çəkilmiş videogörüntülərin yayıldığını demişdir. Azər isə ona “yayılıb yayılıb da” sözlərini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, özünə məxsus “VAZ 2101” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərir. O, əsasən Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarında “Ləki-dördyolu” kimi tanınan ərazidə dayanıb taksi kimi müştəriləri aparmışdır. Təqsirləndirilən şəxs da sərnişin kimi bir neçə dəfə Ağdaş şəhərinə aparan zaman tanımışdır. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs sevgilisi kimi tanımışdır. Belə ki, 2022-ci ilin yay aylarında Ağdaş rayonu, Ləki qəsəbəsində “Dördyol” deyilən ərazidə Azər ona yaxınlaşaraq Ağdaş şəhərindən bir nəfəri götürüb Bakı-Ələt-Qazax-Gürcustan avtomobil yolunun Ağdaş rayonunun Qaradeyin kəndi ərazisindən keçən hissəsində yerləşən “Şirvangöl” otelinə aparmağını xahiş etmişdir. O, Azərlə 15 manata razılaşıb Azərlə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən parkın qarşısından Şəbnəm adlı şəxsi götürüb onları Şirvangöl otelin həyətində düşürdüb onları 1-2 saat otelin həyətində gözləyib daha sonra onları avtomobili ilə Ağdaş şəhərinə düşürtmüşdür. O, Azərlə Şəbnəmi təxminən 2-3 dəfə sərnişin kimi öz avtomobili ilə aparmışdır. Azər həmişə Ləki qəsəbəsi ərazisində avtomobilinə minmiş və o, Azərlə birlikdə Ağdaş şəhərinə gəlib Şəbnəmi götürüb Şirvangöl otelinə aparmışdır. Bundan başqa o, verilən sullara cavab olaraq bildirmişdir ki, O, Azərlə Şəbnəmi ilk dəfə 2022-ci ilin yay aylarında Bakı-Ələt- Qazax-Gürcüstan avtomobil yolunun Ağdaş rayonu Qaradeyin kəndi ərazisindən keçən hissəsində yerləşən “Şirvagöl” otelinə aparmışdır. Bundan başqa bir dəfə də, X19-Qəbələ avtomobil yolunun kənarında yerləşən restorana aparıb düşürtmüşdür. Azər və Şəbnəmi müştəri kimi apardığı vaxtlarda onların yanında başqa şəxs olmamışdır. Onun Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərinin yayılması barədə heç bir məlumatı yoxdur. O, Azərlə Şəbnəmi müştəri kimi apardığı vaxtları dəqiq xatırlamır. Lakin həmin vaxtlar havalar isti olmuş və bu səbəbdən onları 2022-ci ilin yay aylarında müştəri kimi apardığını xatırlayır. O, Azərlə Şəbnəmi 2022-ci ilin may ayının 6-da dəqiq hara apardığını xatırlamır. Lakin onları bir dəfə “Şirvangöl” adlı otelə, bir dəfə də Ağdaş-Qəbələ yolunun kənarında yerləşən restorana aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs cinsi əlaqədə olduqları zaman çəkilmiş birini o, “Telegram” sosial şəbəkəsində, hazırda adını xatırlamadığı səhifədə görmüşdür. 2023-cü ilin təxminən sentyabr-oktyabr aylarında o, “Telegram” sosial şəbəkəsində adını xatırlamadığı, pornoqrafik materialların yerləşdirilyi səhifədə olan videogörüntülərə baxarkən Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs cinsi əlaqədə olduqları zaman çəkilmiş 19 saniyə müddətinə davam edən videogörüntü ilə rastlaşmışdır. Həmin vaxt onun yanında qonşusu Sənan adlı şəxs olmuşdur. O, videogörüntünü ötürmək istəyəndə Sənan ona həmin videogörüntüdə olan şəxsləri yəni, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs tanıdığını, Təqsirləndirilən şəxs dostu olduğunu, həmin videogörüntünü göndərməyini demişdir. O da Sənana həmin videogörüntünü onun mobil telefonundan öz mobil telefonuna göndərməsinə icazə vermiş, Sənan həmin videogörüntünü “Telegram” sosial şəbəkəsindən “paylaş” funksiyası ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özünə göndərmişdir. Həmin videogörüntüdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinsiyyət orqanını öpməsi öz əksini tapmışdır. Daha sonra Sənanın həmin videogörüntünü başqa şəxsə göndərməsindən xəbəri olmamışdır. O, həmin videogörüntünü başqa heç kimə göndərməmişdir. Həmin videogörüntü ümumiyyətlə onun mobil telefonunun “Galareya” proqramına köçürülməmişdir. Çünki, Sənan həmin videogörüntü birbaşa “Telegram” sosial şəbəkəsindən özünə məxsus mobil telefona göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Azərlə və Şəbnəm onun kafesinə çay içmək və yemək yemək məqsədilə bir neçə dəfə gəlmişdir. Bir dəfə kafedə Azər və Şəbnəmin arasında mübahisə yaranmış və Azər Şəbnəmə 1 sillə vurmuşdur. O, Azərdən qızı nə üçün vurduğunu soruşanda, Azər qızın onun nişanlısı olduğunu və onun bu məsələyə aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid4 göstərmişdir ki, Azərlə Şəbnəm onun kirayə verdiyi evə getməmişdir. Azər ona Qəbələdə usta işlədiyini və yol keçdiklərini bildirmiş və onlara çay ilə yemək verməyini istəmişdir. Onlar çobanlar qaldığı evdə qalmışdır. Bir-iki dəfə Azərlə Şəbnəm çoban evində qalmışdır. Şəbnəmin yaşının az olması barədə Azərə irad bildirmişdir, lakin Azər qızın onun yoldaşı olduğunu və onun buna qarışmamağını bidirmişdir. Şəbnəm xanım hər hansı narazılıq bildirmədiyi üçün o, polisə məlumat verməmişdir. Onun kafesi Türyançay istiqamətindədir. Kafe dağın dibi və çay qırağında yerləşən normal kafedir. Azər usta olduğunu və Ağcabədidən gəldiyini bildirmişdir. Azər ona əvvəl DTX-nin işçisi olduğunu, atasının isə polis işçisi olduğunu bildirmişdir. Çoban evində başqa şəxsləri də görüşdürməmişdir. Azərin çoban evinin olması barədə haradan məlumat almasını bilmir. O, Azərdən ancaq yemək və çayın pulunu almışdır. Evə görə isə pul almamışdır. Təkcə çay 20-25 manat olmamışdır. Çayın yanında mürəbbə də olmuşdur. Dəfələrlə çoban evində başqa şəxslər qalmamışdır. O, Azərdən ancaq yemək və çayın pulunu almışdır. Evə görə isə pul almamışdır. O, Azərlə Şəbnəmin çoban evinə getdiyini görməmişdir. Azərlə Şəbnəm kafesinə gəlmiş, Azər Şəbnəmin nişanlısı olduğunu bildirmiş və çay-çörək yeyib-içib getmişlər. O, Azərlə Şəbnəmə otağın açarını verməmiş və evə getdiklərini görməmişdir. X8 onun anasıdır və ev ona məxsusdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam oxumamışdır. İbtidai istintaqda ona hər hansı təzyiq olunmamışdır. Müstəntiq ifadəni yazmış və ondan imza çəkməyi istədiyi üçün imza çəkmişdir. Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onun anası X6 məxsus Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən fərdi yaşayış evi və kafesi vardır. Həmin kafeni o işlədir, həmçinin fərdi yaşayış evini o, kirayəyə verir. Həmin fərdi yaşayış evi Ağdaş-Qəbələ magistral yolunun kənarında yerləşir və bu səbəbdən həmin evdə günlük kirayəyə qalan şəxslər çox olur. Təqsirləndirilən şəxsla ilk dəfə 06 may 2022-ci il tarixdə mobil telefon vasitəsilə danışmışdır. Təqsirləndirilən şəxs xatırlamadığım mobil nömrə vasitəsilə mənə zəng edərək Qəbələ rayonunda evlərin təmiri ilə məşğul olduğunu, günlük kirayəyə ev lazım olduğunu demişdir. O da Azərlə razılaşmışdır. Təqsirləndirilən şəxs daha sonra ona məxsus kafeyə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında Zərərçəkmiş şəxs da olmuşdur. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs nişanlısı olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona Qəbələ rayonuna tez-tez gəldiyini, Qəbələ rayonuna gəldiyi vaxtlarda qalmaq üçün günlük kirayə ev lazım olduğunu, Qəbələ rayonunda ev tapa bilmədiyini demişdir. O da Azərlə sahibliyində olan fərdi yaşayış evini günlük 20 manata kirayəyə verməyə razılaşmışdır. Azər kafedə oturaraq Şəbnəmlə birlikdə çay içib yemək yemişlər. Daha sonra Azər ondan fərdi yaşayış evinin açarını alaraq evə gedəcəyini demişdir. O, Azərin Şəbnəmlə birlikdə həmin evə getdiyini görüb Azərdən evə nə üçün Şəbnəmlə birlikdə getdiklərini soruşmuşdur. Lakin Azər ona Şəbnəmin nişanlısı olduğunu, birlikdə evdə çay içəcəklərini, daha sonra ordan Qəbələ rayonuna gedəcəyini demişdir. O da bundan sonra Azərin Şəbnəmlə birlikdə evə getməsinə icazə vermişdir. Bundan başqa Azər dəfələrlə onun sahibliyində olan evi günlük kirayəyə götürmüşdür. Belə ki, Azər ona tez-tez Qəbələ rayonuna getdiyini demişdir. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun sahibliyində olan evdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs bu barədə ona heçnə deməmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs ilə nişanlı olduğunu demişdir. Bu səbəbdən o, Azərlə Şəbnəmin həmin evdə cinsi əlaqədə olmaları barədə düşünməmişdir. Bir çox vaxt Azər ona zəng edərək evdə qalmaq istədiyini dediyi zaman kafedə olmamış və Azərə gedib kafedən açarı götürməsini demişdir. Bu səbəbdən o, Azərin həmin evə Şəbnəmlə birlikdə girməsindən xəbərsiz olmuşdur. Bundan başqa Azər ona Şəbnəmin nişanlısı olduğunu, Qəbələ rayonuna gəldiyi vaxtlarda Şəbnəmlə görüşdüyünü demişdir. Azər hər dəfə Şəbnəmlə birlikdə onun sahibliyində olan kafeyə gəlib orda çay içmişlər. Daha sonra Azər ondan evin açarını istəyərək Şəbnəmi yola salıb sonra evdə dincələcəyini və sonra Qəbələyə gedəcəyini demişdir. Bu səbəbdən o, Azərin Şəbnəmlə onun sahibliyində olan evdə cinsi əlaqədə olduğunu bilməmişdir. O, bir çox vaxt heç Azərdən evdə qalmağına görə pul da almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, “İnstagram” sosial şəbəkəsindən tanımadığı hesabdan ona videolar gəlmişdir. Səhv etmirsə, 3 video gəlmişdir. Həmin videolardan birinə baxıb, digər videoları silmiş və daha sonra ona həmin videoları göndərən hesabı silib əngəlləmişdir. Təqsirləndirilən şəxsla heç bir tanışlığı olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid3 göstərmişdir ki, Şəbnəm sinif yoldaşı olmamışdır. Şəbnəmlə eyni məktəbdə oxumuşdurlar. Təqsirləndirilən şəxsla Şəbnəmin ortaq “İnstagram” hesabı olmuşdur. Videolar ona Azər və Şəbnəmin ortaq işlətdikləri hesabdan gəlmişdir. Hesab Şəbnəm və Azərin adına olmuşdur. Bir videoya baxmışdır. Həmin videoda Şəbnəm olmuşdur. Videoda Azər olmamışdır. Şəbnəm özü tək olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumuşdur. Videoları atan şəxs ona heç nə yazmamışdır. Anidən 3 video atılmışdır. Azərlə Şəbnəmin münasibətdə olduğunu bilməmişdir. Bu hadisədən sonra onların münasibətdə olduqlarını bilmişdir. “İnstagram” səhifəsinin Azər və Şəbnəmə məxsus olduğunu sonradan bilmişdir. Azər və Şəbnəmin ortaq işlətdikləri “İnstagram” hesabını izləməmişdir. Videolar ona anidən gəlmişdir. Təqsirləndirilən şəxsla heç bir danışığı olmamışdır. Təqsirləndirilən şəxs ona mesaj yazmamışdır. Həmin videoların konkret olaraq kim tərəfindən göndərildiyini bilmir, lakin videolar ona Azər və Şəbnəmin ortaq işlətdikləri “İnstagram” hesabından gəlmişdir. Videolar ona atıldıqdan sonra, Şəbnəm məktəbdə ona yaxınlaşıb, Azərlə özünün ortaq işlətdikləri hesabın oğurlandığını və videoların başqa şəxs tərəfindən atıldığını bildirmişdir. Şəbnəm videoların özü və Təqsirləndirilən şəxs tərəfindən atılmadığını, başqa şəxs tərəfindən atıldığını bildirmişdir. Azər və Şəbnəmin ortaq işlətdikləri hesabda onların birlikdə çəkilmiş şəkilləri olmuşdur. Hesabı Şəbnəm və Azər birlikdə işlətmişdir. O, Şəbnəm və Azərin ortaq işlətdikləri hesabı izləməmişdir. Azər və Şəbnəmin ortaq işlətdikləri hesabdan ona ilk əvvəl izləmə istəyi gəlmişdir. Bundan sonra ona videolar gəlməyə başlamışdır. Onun “İnstagram” hesabı açıq olmuşdur. Açıq hesab olduğu zaman izləmə istəyini qəbul etməyə ehtiyac olmur. Yəni izləmə istəyi atan hərhansı bir şəxs mesaj və ya video göndərə bilir. Videolarla bağlı maraqlanmamışdır. Belə ki, videolar ona atıldıqdan sonra artıq məktəbdə söz-söhbət yayılmışdır. Çünki həmin videolar məktəbdə hamıya atılmışdır. Yəni həmin videolar hamıda olmuşdur. İbtidai istintaq materiallarında ona məxsus ifadənin altındakı yazı və imza ona məxsusdur. İbtidai istintaq zamanı ifadə verən vaxt yetkinlik yaşına çatmamışdır. Ona videolar atıldığı günün sabahısı Şəbnəm ağlayaraq məktəbdə ona yaxınlaşıb həmin videoları silməyini xahiş etmişdir. Şəbnəm onların səhifəsininin başqa şəxs tərəfindən oğurlandığını və videoların həmin şəxs tərəfindən atıldığını qeyd etmişdir. Hətta Şəbnəm qeyd etmişdir ki, həmin videolardakı xanım o deyildir. Başqa şəxs videolar paylaşır və onu şantaj edir. O, sonradan bildmişdir ki, videoları Təqsirləndirilən şəxs hamıya atmışdır. 17 noyabr 2022-ci il tarixdə hesabına videolar atılmışdır. Təqsirləndirilən şəxs ona heç nə yazmamışdır. Videolar ona anidən atılmışdır. Ona “ən Şəbnəmin 8 aylıq sevgilisiyəm. Sən Şəbnəmi yaxşı tanımırsan. Şəbnəmin çox şeyləri var.” məzmunlu mesaj atılmışdır. Bundan sonra ona videolar göndərilmişdir. Videolar ona atıldıqdan 2-3 gün sonra Şəbnəm ona yaxınlaşıb onların hesabının başqa şəxs tərəfindən oğurlandığını bildirmişdir. O, Şəbnəmə heç nə deməmişdir. Şəbnəm özü ona yaxınlaşıb demişdir ki, tanımadıqları şəxs onların videolarını yayır. Sonra videoları silməyini xahiş etmişdir. O da telefonu göstərib demişdir ki, onda heç bir video yoxdur. İbtidai istintaq zamanı qeyd etmişdir ki, həmin videoları ona Təqsirləndirilən şəxs atmışdır. Çünki məktəbdə söz-söhbət yayılmışdır ki, videoları hamıya Təqsirləndirilən şəxs yaymışdır. O, Təqsirləndirilən şəxs heç nə yazmamışdır. Ona sadecə mesaj və ardından videolar gəlmişdir. Mesaj yazan şəxs Şəbnəmin 8 aylıq sevgilisi olduğunu bildirmişdir. İlkin olaraq ona mesaj gəlmişdir ki, Şəbnəmi necə qız kimi tanıyırsan? O da yazmışdır ki, yaxşı qız və ya pis qız kimi tanımır. Sonradan videolar atılmışdır. Videolar ona atıldıqdan sonra heç kimə məlumat verməmişdir. Videolar atıldıqdan təxminən 2-3 gün sonra Şəbnəm ona yaxınlaşıb hesabın oğurlandığını və videoların başqa şəxs tərəfindən atıldığını bildirmişdir. Videolar artıq məktəbdə yayılmışdır. Videoların ona atıldığını heç kimə deməmişdir. Səhifəni Şəbnəm özü idarə etmiş və şəkilləri özü paylaşmışdır. Şəbnəm səhifədə intim şəkillər və ya videolar paylaşmamışdır. Sadəcə Azərlə olan sevgili şəkillərini paylaşmışdır. İntimlə əlaqəli videolar ona hesabdan gəlmişdir. Bütün məktəb Şəbnəmlə Azərin ortaq “İnstagram” hesabını izləmişdir. Fikrincə səhifəni Şəbnəm özü idarə etmişdir. Hesabın özündə intimlə əlaqəli videolar paylaşılmamışdır. Şəbnəm özü Azərlə olan sevgili şəkillərini səhifədə paylaşmış və Azərin şəxsi profilini etiketləmişdir. Ona görə ehtimal edir ki, səyfəni Şəbnəm idarə etmişdir. Şəbnəmi yaxından tanımamışdır. Onunla münasibəti olmadığı üçün səhifə barədə heç bir söhbətləri olmamışdır. Şəbnəm özü ona yaxınlaşıb hesabın oğurlandığını bildirmişdir. Öz səhifəsində şəkli olmamışdır. Məktəbdə Azər və Şəbnəmin ortaq hesabını izləyən çox uşaq olmuşdur. Yəqin ki, videoları ona atan şəxs onun da eyni məktəbdə oxuduğunu bilmişdir. Şahid3 ibtidai istintaq zamanı veridiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs sevgilisi kimi tanımışdır. Belə ki, Azər və Şəbnəm “İnstagram” sosial şəbəkəsində “Azer_Shebnem” adlı səhifə yaratmışlar və həmin səhifəni o da izləmişdir. O, “İnstagram” sosial şəbəkəsində “nazriin_priiv” adı ilə qeydiyyatdan keçmişdir. Həmin səhifədə Azər ona bir neçə dəfə mesajlar yazmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində ona mesaj yazaraq ona videolar göndərəcəyini demişdir. O, Azərə göndərməsini demişdir. Azər ona daha sonra iki ədəd videogörüntü göndərmişdir. O, videogörüntülərin birində Azərlə Şəbnəmin cinsi əlaqədə olduqlarının əks olunduğunu, digər videogörüntüdə isə kim olduğunu bilmədiyi qadın cinsli şəxsin çılpaq bədəninin əks olunduğunu görmüşdür. O, həmin videogörüntülərə yalnız şəkil kimi baxmış və həmin videogörüntülərdə intim münasibətlərin əks olunduğunu görüb videogörüntülərə baxmadan hər iki videogörüntüləri silmişdir. O, daha sonra bu barədə Zərərçəkmiş şəxs da demişdir. O, Təqsirləndirilən şəxs ona göndərdiyi videogörüntüləri başqa şəxslərə göndərməmiş, ümumiyyətlə həmin videogörüntülərə baxmadan silmişdir. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu zaman çəkilmiş videogörüntüləri oxuduğu Nizami Gəncəvi adına məktəbin əksər şagirdlərinə “İnstagram” sosial şəbəkəsi vasitəsilə göndərmiş, bu barədə hazırda adlarını xatırlamadığı bir çox şagirdlər demişlər. Məhkəmə kollegiyası şahidlər Şahid3 və Şahid4 məhkəmə istintaqında ibtidai istintaq zamanı verilmiş ifadələrlə ziddiyyət təşkil edən ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsin müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və onların məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında şahidlər Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı verilmiş ifadələrinin həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, şahidlər Şahid3 və Şahid4 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etmək, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, həmin şahidlərin Təqsirləndirilən şəxs əvvəlcədən tanımaları və münasibətlərinin olması onların məhkəmə istintaqında bu formada ifadə vermələrini anlaşılan edir. Məhkəmə istintaqında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsi elan edilməklə tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla eyni məktəbdə yəni, “Habil Əliyev” adına musiqi məktəbində oxumuşdur. Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərinin yayılması ilə bağlı bildirmişdir ki, o, həmin videogörüntüləri görməmişdir. Həmin videogörüntülərin yayılması ilə bağlı o, tanımadığı şəxsdən eşitmişdir. Belə ki, xatırlamadığı vaxtda qardaşı Həsən və hazırda xatırlamadığı şəxslərlə çayxanada oturan zaman yan stolda əyləşən bir nəfər tanımadığı şəxsin Şəbnəm adlı şəxsin cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərinin yayılması barədə danışdığını eşitmişdir. O, həmin şəxsdən Şəbnəmin kim olması barədə soruşanda ona Şəbnəmin “Habil Əliyev adına” musiqi məktəbində oxuduğunu demişdir. O da videogörüntülərinin yayıldığı şəxsin onunla eyni musiqi məktəbində oxuyan Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Həmin tanımadığı şəxs ona Zərərçəkmiş şəxs videogörüntülərini tanışının mobil telefonunda gördüyünü demişdir. O, daha sonra bu barədə Şəbnəmə demişdir. Onun həmin videogörüntüləri kimlərin görməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid7 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə yaşamışdır və onlar uzun müddətdir ki, dostdurlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sevgilisi kimi tanımışdır. Onun adı Zahiddir, lakin ləqəbi Sahil olduğuna görə Şəbnəm də onu Sahil kimi tanımışdır. O, Şəbnəmlə heç vaxt üzbəüz görüşməmişdir. Lakin Azər dəfələrlə onun yanında Şəbnəmlə danışmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu Sahil kimi tanıtmışdır. Lakin o, heç vaxt Zərərçəkmiş şəxs ilə üzbəüz görüşməmişdir. O, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmasını təxminən 1 il əvvəl bilmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə Ağdaş rayonu ərazisində görüşüb cinsi əlaqədə olduqlarını bilmişdir. Bu barədə ona Azər özü demişdir. Həmçinin Təqsirləndirilən şəxs “Whatsapp” mesajlaşma saytı vasitəsilə ona Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu zaman çəkilmiş təxminən 4-5 videogörüntü göndərmişdir. O, həmin videogörüntülərin hamısına baxdıqdan sonra mobil telefonundan silmişdir. Hazırda Təqsirləndirilən şəxs ona göndərdiyi videogörüntülərin tam məzmununu xatırlamır. Lakin videogörüntülərdə Azərlə Şəbnəmin cinsi əlaqədə olduqları aşkar şəkildə görünmüşdür. O, Azərin həmin videogörüntüləri ona hansı tarixlərdə göndərdiyini dəqiq xatırlamır. Yalnız Azərin ona sonuncu dəfə 2023-cü ilin may ayında Şəbnəmlə cinsi əlaqədə olduğu zaman çəkilmiş videogörüntünü göndərdiyini xatırlayır. Həmin videogörüntüdə Şəbnəmin Azərin cinsiyyət orqanını öpdüyü əks olunmuşdur. O, Təqsirləndirilən şəxs ona göndərdiyi videogörüntüləri heç kimə göndərməmişdir. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin videogörüntüləri ona niyə göndərməsini bilmir. O, Azərdən ona həmin videogörüntüləri göndərməsini istəməmişdir. Azər ona həmin videogörüntülərin harda və nə zaman çəkilməsi barədə heçnə deməmişdir. O, Təqsirləndirilən şəxs digər videogörüntüləri göndərməsini nə üçün istədiyini xatırlamır. O, həmin videogörüntülərin hamısına baxdıqdan sonra dərhal silmiş və videogörüntüləri heç kimə göndərməmişdir. Təqsirləndirilən şəxs bir dəfə, dəqiq xatırlamadığı tarixdə ona birlikdə Ağdaş rayonuna getməyini təklif etmişdir. Lakin o, bununla razılaşmamışdır. O, Azərin Şəbnəmlə cinsi əlaqədə olmaq üçün Ağdaş rayonuna getdiyini bilmişdir. Azər ona Şəbnəmlə cinsi əlaqədə olmağı təklif etməsə də, o, Azərin onu həmin məqsədlə Ağdaş rayonuna aparmaq istədiyini bilmişdir. Lakin o, Təqsirləndirilən şəxs Xocavənd rayonu, 320 ailəlik qəsəbədə yaşayan Telman adlı şəxsi özü ilə birlikdə Ağdaş rayonuna apardığını bilir. Bu barədə ona Telman özü demişdir. Lakin o, Telmanın Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olubolmadığını bilmir. Azər onunla uzun müddətdir ki, dostdur. Bu səbəbdən o, Azərdən videogörüntüləri nə üçün ona göndərməsini soruşmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərinin yayılması ilə bağlı bildirmişdir ki, o, həmin videogörüntüləri görmüşdür. Belə ki, o, 2023-cü ilin sentyabr ayında “Telegram” sosial şəbəkəsində tanımadığı şəxs tərəfindən yaradılmış, hazırda adını xatırlamadığı qrupa qoşulmuşdur. Həmin qrupda ölkə ərazisində yayılmış videogörüntülər paylaşılmışdır. Zərərçəkmiş şəxs videogörüntüləri həmin qrupda paylaşılmış və buna görə də onun mobil telefonuna da videogörüntü köçmüşdür. O, həmin videogörüntüyə baxdıqdan videogörüntünü mobil telefonundan silmişdir. O, həmin videogörüntülərin Şəbnəm adlı şəxsə məxsus olduğunu da sonradan eşitmişdir. O, hazırda həmin videogörüntülərin yayıldığı qrupun adını xatırlamır. Çünki, o, mobil telefonundan “Telegram” sosial şəbəkəsini silmişdir. Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərinin başqa hansı şəxslər tərəfindən görülməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Təxminən 2023-cü ilin avqust ayında o, Şəbnəmlə Azərin cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərini görmüşdür. O, həmin videogörüntüləri ilk dəfə Ağdaş şəhəri, H.Əliyev parkında, Ağdaş şəhər sakini Sübhan adlı şəxsin mobil telefonunda görmüşdür. Həmin videogörüntüdə Azərlə Şəbnəmin cinsi əlaqədə olduqları əks olunmuşdur. O, Sübhandan videogörüntüləri hansı sosial şəbəkədən götürdüyünü soruşanda Sübhan ona videogörüntülərin “Telegram” sosial şəbəkəsində yayıldığını bildirmişdir. O, həmin videogörüntüləri 20-dən çox, hazırda adlarını xatırlamadığı şəxslərə məxsus mobil telefonlarda görmüşdür. O, həmin videogörüntüləri gördükdən sonra Azərə zəng edərək Şəbnəmlə cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərinin yayıldığını demişdir. Lakin Azər ona həmin videogörüntülərin yayılmasından xəbərinin olmadığını demişdir. O, Azərə videogörüntüləri özünün çəkdiyini, sonda videonu özünün sonlandırdığını demişdir. Azər isə ona videogörüntülərin hansı sosial şəbəkələrdə yayıldığını soruşmuşdur. O, Azərə videogörüntülərin çoxsaylı şəxslərin mobil telefonunda olduğunu demişdir. Bundan başqa o, verilən suallara cavab olaraq göstərmişdir ki, Azərlə Şəbnəm arasında sevgi münasibətləri təxminən 2022-ci ilin martaprel aylarında başlamışdır. Çünki “Azer_Shebnem” adlı səhifə həmin vaxtlarda yaradılmışdır. Azər həmin səhifədə çoxlu şəkillər paylaşmışdır. Həmin şəkillərdə X11 şəhərində, Ağdaş şəhərində birlikdə gəzmələri əks olunmuşdur. O, Azərdən özünün çəkdiyi videogörüntülərin özündən xəbərsiz necə yayıla biləcəyini soruşmuş, lakin Azər ona dəqiq cavab verməmiş və o, Azərdən əlavə sual soruşmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Qanuni nümayəndə onun əmisi oğludur. Təqsirləndirilən şəxs üzbəüz tanımır. Lakin o, Şəbnəmlə Azər arasında sevgi münasibətləri olduğunu bilmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə ona qarşı nalayiq söyüşlər söymüşdür. Belə ki, bir dəfə X13 məxsus mobil telefon vasitəsilə zəng etmişdir. Bir müddət sonra Şəbnəm Azərin mobil telefonuna cavab vermədiyi üçün Azər qızı Gülşənə məxsus mobil telefona SMS vasitəsilə təhqiramiz mesajlar yazaraq Şəbnəmə mobil telefona cavab verməsini deməyini bildirmişdir. Təqsirləndirilən şəxs dəfələrlə qızı Gülşənə məxsus mobil nömrəyə zəng etmişdir. Qızı Azərlə danışmaq istəmədiyinə görə mobil telefonu ona vermişdir. O, Azərin zənginə cavab verdikdə isə Azər ona qarşı nalayiq söyüşlər söyərək Şəbnəmin pozğun olduğunu demişdir. Bir dəfə Şəbnəm onun yanında olanda Azər Şəbnəmin mobil nömrəsinə zəng etmişdir. Şəbnəm ona artıq Azərlə ayrılmaq istədiyini, Azərin zənginə onun cavab verməyini istəmişdir. O, Azərin zənginə cavab vermiş və Azərə Şəbnəmin bibisi olduğunu, Şəbnəmə zəng etməməyini, atası Qaranın Şəbnəmə zəng etməyinə əsəbiləşdiyini demişdir. Bundan sonra Azər ona və qohumlarına qarşı nalayiq söyüşlər söyərək heç kimdən qorxmadığını, Şəbnəmin zənglərinə cavab vermədiyini, Şəbnəmin ayrılacağı və zənglərinə cavab verməyəcəyi təqdirdə Şəbnəmi biabır edəcəyini demişdir. O, Azərin ona və qohumlarına qarşı nalayiq söyüşlər söydüyünü görüb zəngi sonlandırmışdır. O, həmin danışıqdan sonra Şəbnəmlə söhbət etmiş və Şəbnəm ona Azərin mütəmadi olaraq onu biabır edəcəyi ilə hədələdiyini, ona və başqa qohumlarına zəng edərək nalayiq söyüşlərlə təhqir etdiyini demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 16 yaşına çatmasından əvvəl onunla cinsi əlaqədə olması və onun şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən, cinsi əlaqədə olduqları zaman çəkilmiş videogörüntüləri sosial şəbəkədə yerləşdirməklə yayması barədə müraciətlə Ağdaş RPŞ-yə ərizə ünvanlamış və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (cild 01, iş vər. 08). xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qanuni nümayəndə təqdim etdiyi DVD diskə baxış keçirilmiş, baxış zamanı diskdə iki ədəd videogörüntünün olduğu, videogörüntülərin hər ikisində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs cinsi əlaqədə olduqlarının əks olunduğu, birinci videogörüntüdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinsiyyət orqanını öpdüyü, digər videogörüntüdə isə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs təbii yolla cinsi əlaqədə olmalarının əks olunduğu müəyyən olunmuş, baxışda iştirak edən Qanuni nümayəndə diskdə olan videogörüntülərin Təqsirləndirilən şəxs tərəfindən yayıldığını bildirmişdir (cild 01, iş vər.12- 13). xx.xx.2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinsi əlaqədə olduqları, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən Şahid4 sahibliyində olan fərdi yaşayış evinə baxış keçirilmiş, baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla həmin fərdi yaşayış evinin yataq otağında cinsi əlaqədə olduqlarını bildirmişdir (cild 01, iş vər. 23-31). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X5 məhkəmə-tibbi ekspertizasının 457 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində aşkar olunan əlamətlər (şüavari büküşlərdə düzləşmə, hamarlaşma, kobudlaşma, arxa keçəcək dəliyinin tonusunun bir qədər boşalması) erreksiya olunmuş (bərkimiş) kişi xarici cinsiyyət üzvünün arxa keçəcək dəliyinə mütəmadi yeridilməsi zamanı əmələ gəlməyə uyğun gələn əlamətlərdir (cild 01, iş vər.35-38). xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus mobil telefona və Zərərçəkmiş şəxs məxsus mobil telefonda olmuş, lakin sonradan silinmiş və bərpa olunmuş materialların yerləşdirildiyi diskə baxış keçirilmiş, baxış zamanı mobil telefonda quraşdırılmış “Snapchat” proqramında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə görüşən zaman çəkilmiş fotoşəkillərinin olduğu, Zərərçəkmiş şəxs məxsus mobil telefonda onun Təqsirləndirilən şəxsla cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərinin olmadığı, diskdə isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla birlikdə xx.xx.2022-ci il tarixdə çəkilmiş 1 ədəd, həmçinin xx.xx.2022-ci il tarixdə çəkilmiş 6 ədəd fotoşəklin, Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsində Zərərçəkmiş şəxs mesaj yazaraq “Nəzrin sənə də ailənə də qarşı səhvlər etmişəm, çox çox üzr istəyirəm və bugün sənə kişi kimi söz verirəm bir daha o səhvləri etməyəcəm, nə ailəni, nə də yaxınlarını narahat etməyəcəm. Kiməsə nəsə atmaq falan elə şeylər olmayacaq, etsəm, Allah bacımın qarşısına çıxartsın” məzmunlu mesaj yazdığı müəyyən olunmuşdur (cild 01, iş vər.109). xx.xx.2023-cü il tarixli Ağdaş Rayon Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu ərazisində tutularaq Ağdaş RPŞ-nə gətirilib təhvil verilmişdir (cild 01, iş vər. 112). xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (cild 01, iş vər.113). xx.xx.2023-cü il tarixli Ağdaş Rayon Məhkəməsinin 4(014)-63/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 156-157). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir (cild 01, iş vər 176). xx.xx.2023-cü il tarixli “üzləşmə aparmaq haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı Təqsirləndirilən şəxs onunla 16 yaşına çatmamış həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, 16 yaşına çatanadək Təqsirləndirilən şəxsla 30 mart 2022-ci il, 21 aprel 2022-ci il, 30 aprel 2022-ci il və 06 may 2022-ci il tarixlərdə görüşdüyünü və hər görüşlərində Azərlə cinsi əlaqədə olduqlarını, Telman adlı şəxsi onunla cinsi əlaqədə olmaq üçün gətirdiyini, onu dəfələrlə cinsi əlaqədə olduqları zaman çəkilmiş videogörüntüləri yaymaqla hədələdiyini, onu döydüyünü, ailə üzvlərinə və qohumlarına zəng edərək onları təhqir etdiyini, Təqsirləndirilən şəxs cinsi əlaqədə olduqları zaman çəkilmiş videogörüntüləri ona göndərmədiyini demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs ilə 16 yaşına çatmamış cinsi əlaqədə olduğunu etiraf etmişdir (cild 01, iş vər.186-192). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda deyil (cild 1, iş vər. 218). 13 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-sənətşünaslıq ekspertizasının 11/629 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd DVD diskdə olan “VİD-20231018-WA 0036” və “VİD-20231018-WA 0037” adlı videogörüntülər pornoqrafiq material hesab olunur (cild 01, iş vər 236-240). xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona və mobil telefondan silinmiş və daha sonra bərpa edilmiş materialların olduğu diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, mobil telefonda quraşdırılmış “Whatsapp” proqramında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə yazışmalarının olduğu aşkar edildi. Həmin yazışmalara baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman çəkilmiş 2 ədəd videogörüntünü Zərərçəkmiş şəxs göndərdiyi aşkar olundu. Həmin videogörüntülərdən birinin sosial şəbəkələrdə yayılmış, 2 dəqiqə 20 saniyə müddətində davam edən videogörüntü, digər videogörüntünün isə həmin videogörüntünün əvvəli olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sonrakı yazışmalarına baxış zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntüləri yaymaqla hədələyərək cinsi əlaqədə olan zaman çəkilmiş, Qanuni nümayəndə təqdim etdiyi 2 ədəd videogörüntü ilə eynilik təşkil etməyən videogörüntüləri Zərərçəkmiş şəxs göndərir və Zərərçəkmiş şəxs həmin videogörüntüləri başqa şəxslərə göndərəcəyi ilə hədələyir, həmçinin “İnstagram” sosial şəbəkəsində “giden gelirmi bilmem..a.” adlı istifadəçiyə həmin videogörüntünü göndərərək göndərməsini təsdiq edən ekran şəklini Zərərçəkmiş şəxs göndərir, daha sonra “Whatsapp” mesajlaşma saytında “Mehemmed” və “Nicat” adlı istifadəçilərə “sənə bir şey atacam” mesajlarını yazıb həmin mesajlarında ekran şəklini çəkərək Zərərçəkmiş şəxs göndərir. Bundan sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs “Whatsapp” proqramında Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə yazışmalarının olduğu müəyyən edildi. Həmin yazışmalara baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntülərini hamıya, həmçinin Zərərçəkmiş şəxs atasına göndərəcəyi ilə hədələdiyi, özünə məxsus mobil telefonda Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan çəkilmiş videogörüntülərin olduğu proqramın ekran şəklini çəkərək Zərərçəkmiş şəxs göndərib videogörüntülərin hamısının olduğunu dediyi, həmçinin xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman çəkilmiş və Qanuni nümayəndənın təqdim etdiyi videogörüntülərlə eynilik təşkil etməyən 2 ədəd videogörüntünü “İnstagram” sosial şəbəkəsində “nazriin_priiv” adlı istifadəçiyə göndərdiyini təsdiq edən şəkli Zərərçəkmiş şəxs göndərərək Zərərçəkmiş şəxs “hamıya atacam videoları, sən bədbəxt oldun, qıza atmışam, qız deyir hamıya atacaq” məzmunlu mesajlar yazdığı müəyyən olundu. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə “Whatsapp” mesajlaşma saytı vasitəsilə etdikləri yazışmalar zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sosial şəbəkələrdə yayılmış, cinsi əlaqədə olduqları zaman çəkilmiş 19 saniyə müddətində davam edən videogörüntünü göndərmədiyi müəyyən olundu. Bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil telefonda quraşdırılmış “Whatsapp” proqramına baxış zamanı Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə “Sahil” adlı, ***-***-**-** saylı mobil nömrə sahibinə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman çəkilmiş və Qanuni nümayəndə təqdim etdiyi videogörüntülərdən biri ilə eynilik təşkil edən 1 ədəd videogörüntünü göndərdiyi, daha sonra “Sahil” adlı şəxsin Təqsirləndirilən şəxs başqa videogörüntülərin olub-olmadığını soruşduğu, həmin videogörüntüləri də göndərməsini istədiyi, Təqsirləndirilən şəxs isə Sahil adlı şəxsə “video çoxdu, meqabaytım yoxdu göndərməyə” məzmunlu mesaj göndərdiyi müəyyən olundu. Bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil telefonda quraşdırılmış “Whatsapp” proqramına baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə 22 aprel 2022-ci il tarixdə mesajlaşdığı, ***-***-**-** saylı mobil nömrə istifadəçisinin Təqsirləndirilən şəxs “necə gedir işlərin, necə gedib çıxdın” məzmununda səsli mesaj göndərdiyi, Təqsirləndirilən şəxs da ona “şükür qaqa rahat gəlib çatdım” məzmununda mesaj göndərdiyi, həmçinin Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə, saat 23:42-də ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “qaqa, yaxşıyam, sabah harda olacan, mən gələm” məzmununda mesaj yazdığı, daha sonra Təqsirləndirilən şəxs yazışmaların ardınca 30 aprel 2022-ci il tarixdə, saat 00:20-də yenidən ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “qaqa sabah tezdən gələcəm, maşınla götürərsən bizi” məzmununda mesaj yazdığı, bundan başqa 06 may 2022-ci il tarixdə, saat 09:19-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “qaqa mən yoldayam, gələm” məzmununda mesaj yazdığı, həmin gün saat 15:22-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “qaqa bir yarım saata zada gəlib bizi götürərsən də” məzmununda səsli mesaj göndərdiyi aşkar olundu. Bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil telefonda quraşdırılmış “Whatsapp” proqramına baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə 01 aprel 2022-ci il tarixdə mesajlaşdığı, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “Azərdi qaqaş, Mingəçevirdə taksi ilə aparmışdın ey bizi, Ağdaşdan” məzmununda səsli mesaj göndərdiyi, sonrakı mesajlarda həmin şəxsdən hal-əhval soruşduğu, 08 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “salam qaqa, neyniyə bildin” məzmununda mesaj yazdığı, ***-***-**-** saylı mobil nömrə istifadəçisinin isə Təqsirləndirilən şəxs “qaqa zəng elədim, dedi evi təhvil vermişəm, amma götürəcəm, gələn dəfəyə qaldı” məzmununda səsli mesaj göndərdiyi, həmin yazışmaların davamında isə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə istifadəçisinə “qaqa bəs onda necə edə bilərik, hara gedə bilərik” məzmununda mesaj yazdığı, ***-***-**-** saylı mobil nömrə istifadəçisinin isə Təqsirləndirilən şəxs “ancaq mən deyən yerə yəni səni apardığım yerə” məzmununda mesaj yazdığı aşkar olundu (cild 01, iş vər.243-245). xx.xx.2023-cü il tarixli Xocavənd rayon İcra Hakimiyyəti başçısının Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Məmmədov X10 rayonu ərazisində salınmış Xocavənd rayonu 320 ailəlik qəsəbədə 281 saylı evdə məskunlaşmışdır. Kənd sakinləri ilə münasibəti normaldır, ailə üzvləri 4 nəfərdən ibarətdir, orta təhsillidir, subaydır, hazırda işləmir və müsbət səciyyələndirilmişdir (cild 01, iş vər 246- 249). 29 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-sənətşünaslıq ekspertizasının 11/694 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd DVD diskdə olan “VİD-20231018-WA 0036” və “VİD-20231018-WA 0037” adlı videogörüntülər uşaq pornoqrafiyası hesab olunur (cild 02, iş vər. 35-39). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmur. O, görmüş olduğu hadisələri düzgün qavrayaraq həmin hadisələr barəsində düzgün ifadə verir. Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs yalan danışmağa və uydurmaya meyilli deyildir (cild 02, iş vər 45-49). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 PHŞ-in məhkəmə-tibbi ekspertizasının 549 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə cinsi əlaqədə olmağa mane olan hər hansı bir yara, xora, çapıq və sair aşkar olunmadı (cild 02, iş vər. 50-52). xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 01 yanvar 2022ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək giriş və çıxış zənglərinin, həmin nömrəyə daxil olmuş və göndərilmiş sms mətnlərinin məzmununun siyahısının, həmin nömrə ilə danışıq aparmış və sms yazmış abonentlər haqqında məlumatlarının əks olunduğu diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskdə bir ədəd 2918 KB həcmində 439xx.xx.2024 adlı fayl vardır. Həmin faylın içərisində 5 ədəd fayl vardır. Birinci faylda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə 2022-ci il ərzində daxil olan və çıxan zənglər əks olunmuşdur. Zənglərə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə 30 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında saat 11:20, 12:01 və 12:15 dəqiqədə telefon əlaqələri olmuş, həmin vaxt Təqsirləndirilən şəxs məxsus mobil telefon Ağdaş rayonu ərazisində aktiv olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefon 30 mart 2022-ci il tarixdə saat 13:57-də Yevlax rayonu, Xaldan kəndi ərazisində, saat 14:32-də Mingəçevir şəhəri ərazisində aktiv olmuşdur. Bundan başqa baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında 21 aprel 2022-ci il tarixdə, saat 12:36-dan saat 16:02-yədək ümumilikdə 13 dəfə telefon əlaqəsi saxlanıldığı, həmin vaxt ərzində və sonrasında Təqsirləndirilən şəxs mobil telefonunun Ağdaş rayonu ərazisində aktiv olduğu müəyyən olunmuşdur. Bundan başqa baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında 06 may 2022-ci il tarixdə, saat 09:32-dən saat 12:39-dək ümumilikdə 22 dəfə telefon əlaqəsi saxlanıldığı, bundan sonra Təqsirləndirilən şəxsla Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında saat 16:01 və saat 16:15 dəqiqədə iki dəfə telefon əlaqəsinin olduğu, həmin vaxt Təqsirləndirilən şəxs mobil telefonunun Ağdaş rayonu, Ağcayazı kəndi ərazində aktiv olduğu müəyyən olunmuşdur. Baxış zamanı Azər X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə, həmçinin X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə mobil telefon əlaqəsi saxladığı müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 2023-cü il ərzində mobil telefon əlaqəsi saxladığı mobil nömrələrin əks olunduğu 2-ci fayla baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olmuş və göndərilmiş sms mətnlərinin əks olunduğu 3-cü fayla baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Nəzrin vpda məni blokdan çıxart, sənə çox önəmli şeylər atacam” məzmunlu mesaj yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “aç teli, mən ora gəlib sözümü sənə üzünə də deyərəm, aç teli mən yaxşı bilirəm sən kimsən, narahat olma səni tapmaq mənə borc olsun nəzrin, o sözü sənə yedirdəcəm” məzmununda mesajlar yazmışdır. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qanuni nümayəndə məxsus ***-***-**-** saylı mobil nömrəyə “aç telefonu sənə vacib sözüm var” məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə isə “vatsappda blokdan çıxart gör bacın kimdi, əgər çıxartmırsansa get gülşəndə baxarsan” məzmunlu mesajlar yazdığı müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə xx.xx.2022-ci il tarixdə “Azər olmaq zad barədə heçnə demə sən Allah anamı pis edəcək söz də demə” məzmunlu, xx.xx.2022-ci il tarixdə “sənin həyatını qaraldacam, eşitdin məni Azər, atma da bəsdi atma, atma bəsdi elədiyin, sevgin varsa atma, Azər atma bax bəsdi anam ölür burda Azər bəsdi, sil denən montajdı, nədi ama, anam ölür eləmə, Azər etmə nolar, Azər etmə” məzmunlu, yenidən xx.xx.2022-ci il tarixdə “sadəcə olaraq bildim ki, sənin cəmildən bir fərqin yoxdu, Tərlan səndən min qat yaxşıdı, eynən bax sən Tərlanın atılan dırnağı belə deyilsən, əgər atama o videoların biri olsun çatsa and olsun Allaha atana hər şeyi özüm danışacam” məzmunlu mesajlar yazdığı müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “s.... p..... atanın papağını, sabah atan seks videolarını görəcək” məzmunlu, xx.xx.2022-ci il tarixdə Qanuni nümayəndə məxsus ***-***-**-** saylı mobil nömrəyə “salam vacibdi məni blokdan çıxart, çox vacibdi, p..... aç teli” məzmunlu mesajlar yazdığı, ardınca Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs “Azər sil kimə atmısansa, vallah düzəldək” məzmunlu mesaj yazdığı müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Qanuni nümayəndə məxsus ***-***-**-** saylı mobil nömrəyə müxtəlif vaxtlarda təhqiramiz mesajlar yazaraq Şəbnəmlə cinsi əlaqədə olduğunu, Şəbnəmin bakirə olmadığını demiş, həmçinin xx.xx.2022-ci il tarixdə “ay p.... qızının videolarını sənə atacam” məzmunlu mesaj yazmışdır. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ***- ***-**-** saylı mobil nömrəyə “sənin bacın açıqdı ay q.....” məzmunlu, xx.xx.2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “sənin açıq olduğunu, q..... olduğunu biləcək hər kəs” məzmunlu mesajlar yazdığı müəyyən olunmuşdur (cild 02, iş vər.81-82). xx.xx.2024-cü il tarixli Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubdan görünür ki, “Zəfəran” (əvvəlki adı Şirvan göl) ailəvi restoranı Bakı-Qazax yolunun 275-ci kilometrliyində yerləşir (cild 02, iş vər. 84). 29 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-sənətşünaslıq ekspertizasının 11/45 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd DVD diskdə olan “20240115-185924” adlı videogörüntü pornoqrafiq xarakterlidir və uşaq pornoqrafiyası hesab olunur (cild 02, iş vər 99-103). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 38 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLALQİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur (cild 02, iş vər 110-114). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla 30 mart 2022-ci il tarixdə cinsi əlaqədə olduğu, Xaldan-Yevlax magistral yolunun sol kənarında, Yevlax rayonu, Quşçu kəndi ərazisində yerləşən kafeni göstərərək Təqsirləndirilən şəxsla 30 mart 2022-ci il tarixdə həmin kafenin otağında cinsi əlaqədə olduğunu bildirmişdir ( cild 02, iş vər. 115-118). xx.xx.2024-cü il tarixli Ağdaş rayon polis şöbəsindən daxil olmuş əməliyyat-tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu zaman çəkilmiş videogörüntüləri “Telegram” və “Whatsapp” sosial şəbəkələrində yayılmışdır (cild 02, iş vər. 123). xx.xx.2024-cü il tarixli baxış protokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona təkrar baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs Şahid3 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman çəkilmiş videogörüntüləri göndərməmişdən əvvəl Şahid3 videogörüntülər göndərəcəyi barədə mesaj yazdığı, Şahid3 isə Təqsirləndirilən şəxs göndərməsini dediyi, həmçinin Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində “giden gelirmi bilmem..a.” adlı istifadəçiyə videogörüntüləri göndərməsindən əvvəlki tarixlərdə aralarında yazışmaların olduğu müəyyən edilmişdir (cild 02, iş vər.155-156). xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 125, 149, 150, 151, 182 və 242-ci madələri ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər.160-196). xx.xx.2025-ci tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmamışdır, ondan şikayətçidir və ona ən ağır cəzaının verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları və irəli sürülmüş ittihamı qismən, yəni Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsinə münasibətdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə 2022-ci ilin mart ayında tanış olumuş, Zərərçəkmiş şəxs nömrəsini dostundan almış, mesaj yazmış sonra zəng etmiş, danışmış, və bir-birlərini tanıyaraq görüşmüş, onlar müxtəlif vaxtlarda Yevlax, Ağdaş və Qəbələ rayonlarında görüşmüş, görüşərkən cinsi əlaqədə olmuş, cinsi əlaqədə olan vaxt Zərərçəkmiş şəxs 16 yaşı tamam olmamış, görüşdükləri zaman şəkillər çəkmiş, cinsi əlaqədə olduqları zaman isə video çəkilişlər aparmışlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarına gəldikdə isə qeyd edilməlidir ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə təkrar cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmiş, habelə uşaq poqnoqrafiyasını yaymaq məqsədilə təkrar hazırlamış və göndərməklə yaymış, şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkilişi materiallarını başqasına vermiş və yaymışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla razılaşmayaraq və həmin ittihamı qismən mübahisələndirərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını, cinsi əlaqədə olan zaman video çəkilişlər aparmasını göstərmiş, lakin həmin video görüntülər onun tərəfindən yayılmamış, həmin video görüntüləri heç kimə göndərməmiş, ibtidai istintaq orqanı ona qarşı qərəzli olmaqla Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan verdiyi məlumatlar əsasında ona qanunsuz və əsassız ittiham elan etmiş, ona görə də ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını, eləcə də ittihamın şər və böhtandan ibarət olmasını onunla əsaslandırmışdır ki, 02 dekabr 2022-ci il tarixində polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ondan 3000 manat pul istənilmiş və yekunda 1500 manatla onlarla razılaşmışdır. Həmin 1500 manat pulu kart vasitəsilə göndərmiş və qəbzləri hal-hazırda telefonundadır. O, həmin pulu borc almışdır. Atasının bu məsələdən xəbəri olmuş və polis əməkdaşları 1500 manat pulu atasına geri qaytarmışlar. Daha sonra onu polis şöbəsindən buraxdıqdan sonra bir il ərzində onu polis şöbəsinə çağırmayıblar. O, 1500 manatı göndərdiyi şəxsin kartı, həmin pulun qəbzi və tarixi onun telefonunda vardır. Həmin əməliyyatçı və İlahə adlı şəxs bu məsələnin belə qalmayacağını ona demişdilər. Göstərilənlərə görə də bu iş polis əməkdaşları tərəfindən qurulmuşdur. O, Zərərçəkmiş şəxs döyməmişdir. Polis şöbəsində Zərərçəkmiş şəxs məcburi qaydada izahatda onun döyülməsini qeyd etməsini bildirmişlər. Zərərçəkmiş şəxs öz istəyi ilə onun barəsində şikayət etməmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən məzmunda ifadə verməklə ittihamı mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin iddia etdiyi halların həqiqət olmasını sübuta yetirə bilməmişdir. Bunun əksinə olaraq Zərərçəkmiş şəxs, şahidlər Şahid6, Şahid4 (ibtidai istintaq zamanl verdiyi ifadəsi) və Şahid10 ifadələri ilə müəyyən olunmuşdur, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayından etibarən 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə təkrar cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmiş, habelə uşaq poqnoqrafiyasını yaymaq məqsədilə təkrar hazırlamış və göndərməklə yaymış, şəxsi həyatın sirri olan məlumatları əks etdirən video çəkilişi materiallarını başqasına vermiş və yaymışdır. Həmçinin məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ifadəsində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs Ağdaş rayonu ərazisində görüşüb cinsi əlaqədə olduğu zaman çəkilmiş videogörüntünü ona məhs Təqsirləndirilən şəxs göndərdiyini bildirmişdir. Qeyd edilən fakt Təqsirləndirilən şəxs tərəfindən də təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X5 məhkəmə-tibbi ekspertizasının 457 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində aşkar olunan əlamətlər (şüavari büküşlərdə düzləşmə, hamarlaşma, kobudlaşma, arxa keçəcək dəliyinin tonusunun bir qədər boşalması) erreksiya olunmuş (bərkimiş) kişi xarici cinsiyyət üzvünün arxa keçəcək dəliyinə mütəmadi yeridilməsi zamanı əmələ gəlməyə uyğun gələn əlamətlərdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 PHŞ-in məhkəmə-tibbi ekspertizasının 549 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə cinsi əlaqədə olmağa mane olan hər hansı bir yara, xora, çapıq və sair aşkar olunmadı. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək giriş və çıxış zənglərinin, həmin nömrəyə daxil olmuş və göndərilmiş sms mətnlərinin məzmununun siyahısının, həmin nömrə ilə danışıq aparmış və sms yazmış abonentlər haqqında məlumatlarının əks olunduğu diskdən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə 30 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında saat 11:20, 12:01 və 12:15 dəqiqədə telefon əlaqələri olmuş, həmin vaxt Təqsirləndirilən şəxs məxsus mobil telefon Ağdaş rayonu ərazisində aktiv olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefon 30 mart 2022-ci il tarixdə saat 13:57də Yevlax rayonu, Xaldan kəndi ərazisində, saat 14:32-də Mingəçevir şəhəri ərazisində aktiv olmuşdur. Bundan başqa baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında 21 aprel 2022-ci il tarixdə, saat 12:36-dan saat 16:02-yədək ümumilikdə 13 dəfə telefon əlaqəsi saxlanıldığı, həmin vaxt ərzində və sonrasında Təqsirləndirilən şəxs mobil telefonunun Ağdaş rayonu ərazisində aktiv olduğu müəyyən olunmuşdur. Bundan başqa baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi arasında 06 may 2022-ci il tarixdə, saat 09:32-dən saat 12:39-dək ümumilikdə 22 dəfə telefon əlaqəsi saxlanıldığı, bundan sonra Təqsirləndirilən şəxsla Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında saat 16:01 və saat 16:15 dəqiqədə iki dəfə telefon əlaqəsinin olduğu, həmin vaxt Təqsirləndirilən şəxs mobil telefonunun Ağdaş rayonu, Ağcayazı kəndi ərazində aktiv olduğu müəyyən olunmuşdur. Baxış zamanı Azər X1 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə, həmçinin X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə mobil telefon əlaqəsi saxladığı müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs 2023-cü il ərzində mobil telefon əlaqəsi saxladığı mobil nömrələrin əks olunduğu 2-ci fayla baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olmuş və göndərilmiş sms mətnlərinin əks olunduğu 3-cü fayla baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Nəzrin vpda məni blokdan çıxart, sənə çox önəmli şeylər atacam” məzmunlu mesaj yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “aç teli, mən ora gəlib sözümü sənə üzünə də deyərəm, aç teli mən yaxşı bilirəm sən kimsən, narahat olma səni tapmaq mənə borc olsun nəzrin, o sözü sənə yedirdəcəm” məzmununda mesajlar yazmışdır. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qanuni nümayəndə məxsus ***-***-**-** saylı mobil nömrəyə “aç telefonu sənə vacib sözüm var” məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə isə “vatsappda blokdan çıxart gör bacın kimdi, əgər çıxartmırsansa get gülşəndə baxarsan” məzmunlu mesajlar yazdığı müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə xx.xx.2022-ci il tarixdə “Azər olmaq zad barədə heçnə demə sən Allah anamı pis edəcək söz də demə” məzmunlu, xx.xx.2022-ci il tarixdə “sənin həyatını qaraldacam, eşitdin məni Azər, atma da bəsdi atma, atma bəsdi elədiyin, sevgin varsa atma, Azər atma bax bəsdi anam ölür burda Azər bəsdi, sil denən montajdı, nədi ama, anam ölür eləmə, Azər etmə nolar, Azər etmə” məzmunlu, yenidən xx.xx.2022-ci il tarixdə “sadəcə olaraq bildim ki, sənin cəmildən bir fərqin yoxdu, Tərlan səndən min qat yaxşıdı, eynən bax sən Tərlanın atılan dırnağı belə deyilsən, əgər atama o videoların biri olsun çatsa and olsun Allaha atana hər şeyi özüm danışacam” məzmunlu mesajlar yazdığı müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “s.... p..... atanın papağını, sabah atan seks videolarını görəcək” məzmunlu, xx.xx.2022-ci il tarixdə Qanuni nümayəndə məxsus ***-***-**-** saylı mobil nömrəyə “salam vacibdi məni blokdan çıxart, çox vacibdi, p..... aç teli” məzmunlu mesajlar yazdığı, ardınca Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs “Azər sil kimə atmısansa, vallah düzəldək” məzmunlu mesaj yazdığı müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Qanuni nümayəndə məxsus ***-***-**-** saylı mobil nömrəyə müxtəlif vaxtlarda təhqiramiz mesajlar yazaraq Şəbnəmlə cinsi əlaqədə olduğunu, Şəbnəmin bakirə olmadığını demiş, həmçinin xx.xx.2022-ci il tarixdə “ay p.... qızının videolarını sənə atacam” məzmunlu mesaj yazmışdır. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ***- ***-**-** saylı mobil nömrəyə “sənin bacın açıqdı ay q.....” məzmunlu, xx.xx.2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “sənin açıq olduğunu, q..... olduğunu biləcək hər kəs” məzmunlu mesajlar yazdığı müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilən nəticəni həm məcmu, həm də ayrı-ayrılıqda yoxlayıb və hüquqi qiymət verib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 30 mart 2022-ci il tarixdə Yevlax rayonu, Quşçu kəndində, Xaldan-Yevlax magistral yolunun sol kənarında yerləşən adı olmayan kafedə həmin vaxt 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, xarici cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeridərək ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində, Bakı-Qazax yolunun 275-ci kilometrliyində, yolun sağ tərəfində yerləşən “Zəfəran” adlı oteldə, həmin vaxt 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, xarici cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeridərək ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən 30 aprel 2022-ci il tarixdə yenidən Ağdaş rayonu, Qaradeyin kəndində, Bakı-Qazax yolunun 275-ci kilometrliyində, yolun sağ tərəfində yerləşən “Zəfəran” adlı oteldə, həmin vaxt 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Bundan başqa o, təkrarən 06 may 2022-ci il tarixdə X6 məxsus Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən fərdi yaşayış evində həmin vaxt 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Bundan başqa o, 2022-ci ilin iyun ayında Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən X6 məxsus fərdi yaşayış evində yaymaq məqsədilə uşaq poqnoqrafiyası hesab olunan yəni, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını əks etdirən videogörüntünü özünə məxsus mobil telefon vasitəsilə videolentə almaqla hazırlamış, həmçinin uşaq poqnoqrafiyası hesab olunan və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən həmin videogörüntünü xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində şəxsiyyəti istintaqa məlum olmayan “giden gelirmi bilmem..a.” adlı istifadəçiyə, xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində Şahid3 və başqa sosial şəbəkələrdə istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan digər şəxslərə göndərməklə uşaq pornoqrafiyasını və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları yaymışdır. Bundan başqa o, təkrarən 2022-ci ilin iyul ayında Qəbələ rayonu ərazisində yerləşən, ünvanı istintaqa məlum olmayan fərdi yaşayış evində yaymaq məqsədilə uşaq poqnoqrafiyası hesab olunan yəni, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını əks etdirən videogörüntünü özünə məxsus mobil telefon vasitəsilə videolentə almaqla hazırlamış, həmçinin uşaq poqnoqrafiyası hesab olunan və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən həmin videogörüntünü xx.xx.2023-cü il tarixdə “Whatsapp” sosial şəbəkəsində Şahid7 və istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan digər şəxslərə göndərməklə, həmçinin “Telegram” sosial şəbəkəsinə yerləşdirməklə uşaq pornoqrafiyasını və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları yaymışdır. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə, Ağdaş rayonu, Qaradeyin kəndində, Bakı-Qazax yolunun 275-ci kilometrliyində, yolun sağ tərəfində yerləşən “Zəfəran” adlı oteldə yaymaq məqsədilə uşaq poqnoqrafiyası hesab olunan yəni, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını əks etdirən videogörüntünü özünə məxsus mobil telefon vasitəsilə videolentə almaqla hazırlamış, həmin videogörüntünü istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan şəxslərə göndərməklə, həmçinin “Telegram” sosial şəbəkəsinə yerləşdirməklə uşaq pornoqrafiyasını və Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları yaymışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 156.1 və 171-1.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə olduğu təqdirdə məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin əməl törədilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 156.1 və 171-1.2.1ci maddəsi ilə tövsif edir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 156.1 və 171-1.2.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 156.1-ci maddəsi ilə maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası və 171-1.2.1-ci maddəsinin sanksiyasında həmin əməl törədilən vaxt beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə münasibətdə həll edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs 14 yaşına çatmış, lakin 16 yaşına çatmamış Zərərçəkmiş şəxs ilə təkrarən cinsi əlaqədə olması, həmçinin Zərərçəkmiş şəxs şəxsi həyatının sirri məlumatları təkrarən yayması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə isə islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş islah işləri cəazsının 4 (dörd) gününə 1 (bir) gün hesablanmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1, 156.1 və 171-1.2.1-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 156.1 və 171-1.2.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər sırasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli və onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunan cəzaya daxil edilməli, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 dekabr 2023-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Ağdaş Rayon Prokurorluğunun saxlanc otağında saxlanılan təqsirləndirilən şəxsə məxsus bir ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalı və zərərçəkmiş şəxsə məxsus bir ədəd “Xiomi” markalı mobil telefon saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub X3 kodu-210005, VÖEN-**********, AZ41NABZ******************** - müxbir hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 156.1 və 171-1.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına və Cinayət Məcəlləsinin 171-1.2.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) günə bərabər tutulmaqla 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş rayon prokurorluğunda saxlanılan təqsirləndirilən şəxsə məxsus bir ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın və zərərçəkmiş şəxsə məxsus bir ədəd “Xiomi” markalı mobil telefon saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X3 kodu- 210005, VÖEN-**********, AZ41NABZ******************** - müxbir hesabına ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Əfəndizadə hakimlər Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar