Məhkəmə qərarları › İş №1(091)-220/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-220/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-220/2022 29.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1964-cü ildə Göyçay rayonunun Ləkçıplaq kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay rayonunun Ləkçıplaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 166 (yüz altmış altı) ədəd tохumlаrını Göyçay rayonu Ləkçıplaq kəndində yaşadığı evin həyətyanı sahəsində qаnunsuz оlаrаq 162 (yüz altmış iki) ədədini torpaqda, 4 (dörd) ədədini isə dibçəkdə əkdiyi ümümilikdə 166 yüz altmış altı) ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 21 may 2022-ci il tаriхdə saat 1255-də Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilən zaman oradan həmin ümumi təmiz çəkisi 8 kq 925,0 qram olan 162 (yüz altmış iki) ədədini torpaqda, 75,0 qram olan 4 (dörd) ədədini isə dibçəkdə əkdiyi ümümilikdə 166 (yüz altmış altı) ədəd külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik tərkibili çətənə bitkilərinin toxumlarını özünə məxsus həyətyanı sahədə səpmiş, lakin həmin bitkilərə qulluq etməmişdir. Ancaq həmin yerdə yetişmiş dörd ədəd dibçəyə əkdiyi bitkilərə qulluq etmişdir. Məhkəmədə ifadəsi elan ounaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Göyçay rayonu Ləkçıplaq kəndində özünə məxsus torpaq sahəsində olan zaman yaşadığı evin qapısı döyüldüyünə görə qapıya çıxarkən oraya gəlmiş polis əməkdaşları ona narkotik tərkibli bitkilərin əkilməsində şübhəli olduğunu bildirib həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarının yaşadığı həyətə baxış keçirmələrinə etiraz etməyərək bu barədə yazılı ərizə yazmış, bundan sonra şübhəli şəxs qismində tutularaq dəvət edilmiş müdafiəçinin iştirakı ilə yaşadığı evin həyətinə keçirilən baxış zamanı həyətindəki kol-kosların arasında torpağa basdırılaraq xüsusi qaydada qulluq etdiyi 162 ədəd və dibçəyə basdırdığı 4 ədəd yaşıl rəngli bitkilərin yerini polis əməkdaşlarına göstərmişdir. Əkilmiş 166 ədəd bitkilər torpaqdan çıxarılmaqla torbaya qoyularaq qablaşdırıldiqdan sonra götürülmüşdür. Həyətindən aşkar edilmiş 166 ədəd yaşıl rəngli bitkilərin narkotik tərkibli olan çətənə bitkisi olmaqla özünə məxsus olmuş, həmin bitkilərə gələcəkdə qəbul etmək məqsədilə qulluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 оğlu ifadəsində göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaqla yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə 21 may 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Göyçay rayonu Ləkçıplaq kəndində yaşadığı evin qarşısına getmiş və Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğuna görə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildimişdirlər. Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazdıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq dəvət ediləmiş müdfiəçisinin və mütəxəssis aqronom Şaiq İsmayılovun iştirakları ilə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman kol-kosların arasında torpağa basdırılaraq xüsusi qaydada qulluq etdiyi 162 ədəd və dibçəkdə əkdiyi 04 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsi üçün əkdiyini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 və X1 baş inspektoru işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının 21 may 2022-ci il tarixli 17/420 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş..” sözləri yazılmış 02 (iki) ədəd sintetik kisənin içərisində yaş vəziyyətdə ümümi çəkiləri – 8 kiloqram 925,0 qram olan ümümilikdə 162(bir yüz altmış iki) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs həyətində olan dibçəkdə aşkar edilmiş...” sözləri yazılmış 01 ədəd zərfin içərisində, yaş vəziyyətdə ümümi çəkisi – 75,0 qram olan 04(dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom- mütəxəssis Şaiq İsmayılovun 21 may 2022-ci il tarixli rəyinə əsasən 166 (bir yüz altmış altı) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd sellofan torbanın içərisində torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 18 avqust 2022-ci il tarixli 1195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik isifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 21 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1230-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə Azərbaycan SSR CMin 105-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Xalq Məhkəməsinin qərarı ilə CM-in 50-ci maddəsinə əsasən 07 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CMin 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Ləkçıplaq kənd kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu Ləkçıplaq kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 2 saylı X6 filialı tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli **********4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq İİ (ikinci) dərəcə əlilliyə görə əmək pensiyası alır. İş materiallarında olan “Göyçay rayon Mərkəzi Xəstəxanası” X7 02 avqust 2022-ci il tarixli 2776 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş çətənə bitkilərinə qulluq etməməsi, ancaq həmin bitkilərin toxumlarını səpməsinə dair ifadəsini məsliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə məhkəmə bioloji ekspertizasının rəyi, aqronom-mütəxəssis rəyi, hadisə yerinə baxışın video görüntüləri, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və iş materiallarında olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və sağ ayağı amputasiya olunmaqla İİ (ikinci) qrup əlil olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 21 may 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan çəkisi 8 kq, 999,74 qram olan 166 ədəd çətənə (kannabis) bitkiləri, eləcə də həmin yerdən götürülmüş və 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunəsi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 21 may 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan çəkisi 8 kq, 999,74 qram olan 166 ədəd çətənə (kannabis) bitkiləri, eləcə də həmin yerdən götürülmüş və 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar