Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-222/2022 15.11.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X15 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1999-cu ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib, üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, Şəki Apellyasiya Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək üç il dörd ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilən, hazırda məhkumluğu ödənilməyən, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 19-da qeydiyyatda olmaqla, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3-də yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə, bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, bir nəfər şəxsin sağlamlığına yüngül zərər vurulmasına, bir nəfər şəxsin isə əmlakının zədələnməsinə səbəb olmuşdur. Belə ki, o xx.xx.2022-ci ildə, saat 22:30-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair tələbini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Mercedes Benz C320 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 25-ci kilometrliyində, yolun İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsindən keçən hissəsi ilə Göyçay rayonunun Qaraməryəm qəsəbəsi istiqamətində, saatda 100 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaları, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin dayanıqlı hərəkətini təmin etmək üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda bunları etməyərək, yaşayış məntəqəsi daxilində avtomobili saatda 60 kilometrdən artıq sürətlə idarə edib hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almamaqla, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuş, qeyd olunan tələblərin pozulması nəticəsində avtomobil yoldan sağ tərəfə çıxaraq, “Əyirçay” adlanan çayın üzərindəki yolun sağ kənarındakı qoruyucu betona, bundan sonra isə X1rşısındakı daş sütuna çırpılaraq dayanmış, yol nəqliyyat hadisəsi nəticəsində o, ehtiyatsızlıqdan avtomobilin arxa oturacağında əyləşmiş X7 daxili qanitirmə ilə müşayiət edilən sağ ağ ciyərin cırılması, sağ körpücük sümüyünün, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların və çanaq sümüyünün qapalı yerdəyişən sınıqları, baş-beyinə qansızma, bədənin sıyrıq və qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri alaraq xx.xx.2022-ci il tarixdə, saat 03:00-da aldığı xəsarətlərlə əlaqədar ağır travma nəticəsində daxili qanaxmadan İsmayıllı RMX-da ölməsinə, avtomobilin qabaq oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 Qismət oğlunun müştərək travma, açıq kəllə-beyin travması, baş-beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın sümüyünün, burun sümüyünün və sağ körpücük sümüyünün yerdəyişən sınığı, sağ üz sinirinin travmatik neyropatiyası, sol gözün travmatik amovrozu, göz qapaqlarının dərialtı hematoması və göz alması konyuktivasının xemozu kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti almasına, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 L5 fəqərə cisminin sağ yan çıxıntısının, oma sümüyünün və S5 fəqərə qövsünün sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Şahid sağ tərəfli Vİİİ qabırğanın yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almasına, eləcə də idarə etdiyi “Mercedes Benz C320” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi X12 on bir min manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qəza zamanı avtomaşında olan şəxslər sinif yoldaşları olmuşlar. O, işdən gəlmiş, axşam vaxtı olduğu üçün atasına məxsus avtomaşını götürərərək idarə etmişdir. “Kəpənək” adlanan yerdə dostlarını görmüş və onları maşına götürmüşdür. Maşınla bir qədər gəzəndən sonra yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin gün hava yağışlı, avtomaşının sürəti isə yüksək - təxminən 100 km/saat olmuşdur. Hərəkətdə olarkən maşının qabağına it çıxmış, sürət yüksək sürət olduğundan əyləcdən istifadə etmiş, lakin maşın oynamağa başlamış, sonra isə maşın Əyirçay çayının sağ tərəfində olan körpüyə çırpılmış, avtomaşının hava yastığı açılmışdır. Daha sonra isə baş verənləri xatırlamır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bağlı şikayət və tələbi yoxdur. Bununla əlaqədar yazılı ərizə də vermişdir. Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Təqsirləndirilən şəxs və onun ailə üzvləri yas mərasimi ilə əlaqədar ona maddi yardım göstərmiş və barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs tutulmasını istəmir. X5 ibtidai istintaq zamanı isə ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu, 2-ci Yeniyol kəndində qeydiyyatdadır və İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi 3, mənzil 17 ünvanında yaşayır. X3 onun oğludur. Yunis Məmmədov ikinci Qarabağ müharibəsində iştirak etmişdir. Əri Mirzəağa xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımış, sonuncular onun oğlu ilə bir yerdə məktəbdə oxumuşlar və münasibətləri yaxşı olmuşdur. 26 fevral 2022-ci il tarixdə, saat 21:30 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək harada olduğunu soruşduqda, Yunis ona “ana kafedəyəm 30 dəqiqəyə evdəyəm” deyə bildirmişdir. Həmin gün, saat 22:08-də bir daha Yunisə zəng edərək harada olduğunu soruşduqda, Yunis ona 10 dəqiqəyə evdə olacağını bildirmişdir. Yunisə məxsus “Naz Lifan” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin binanın qarşısında olduğunu görmüşdür. 27 fevral 2022-ci il tarixdə saat 01 radələrində bacısı oğlu X14 onun mobil telefonuna zəng edərək Yunisin yol qəzasına düşdüyünü və xəstəxanada olduğunu bildirmiş, o da xəstəxanaya getmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı yolunun İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində hərəkətdə olarkən avtomobili aşırmış, nəticədə Yunis, sürücü Təqsirləndirilən şəxs və maşında olan digər sərnişinlər Zərərçəkmiş şəxs2, Şahid və Zərərçəkmiş şəxs1 xəsarət alaraq İsmayıllı RMX-ya daxil olmuşlar. Həkimlər tərəfindən Yunis Məmmədova tibbi yardım göstərilməsinə baxmayaraq, Yunis 27 fevral 2022-ci il tarixdə, saat 03 radələrində ölmüşdür. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3-4 ildir ki, tanıyır. X3 ilə də münasibəti yaxşı olmuş, boş vaxtlarında görüşüb bir yerdə vaxt keçirmişlər. Zərərçəkmiş şəxs1 isə onun qonşusudur, Mətinlə də münasibəti yaxşı olmuşdur. X16 şəhəri, “Kəpənək” adlanan yerə getdiyini görüb, Qismətə evə qayıdanda ona 1 qutu siqaret almasını bildirmişdir. Təxminən 1 saat sonra saat 22 radələrində o evdə olarkən Qismət onun mobil telefonuna zəng edərək qapıdan siqaret qutusunu götürməyi bildirmişdir. O, qapıya çıxmış və Toğrulun idarə etdiyi Mersedes Benz markalı avtomobili qapının yaxınlığında saxladığını görmüşdür. Maşına yaxınlaşdıqda Qismət arxa pəncərədən ona 1 qutu siqaret vermişdir. Maşının arxa oturacağında Zərərçəkmiş şəxs1 və mərhum Yunis Məmmədov oturmuşlar. Həmin vaxt Toğrul və Yunis də ona bildirmişdir ki, “sən də otur maşına rayonda gəzib qayıdaq”. O da vaxt keçirmək üçün maşının qabaq oturacağına əyləşmişdir. Qismət Toğrulun arxasında, mərhum X22 sağ tərəfində, Mətin isə Yunisin sağ tərəfində əyləşmişdir. Toğrul avtomobili idarə edib ara küçə ilə gedib İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsinə çıxmış və həmin küçə ilə sürəti artırıb şəhərin cənub istiqamətində hərəkət etməyə başlamışdır. Toğrula avtomobili asta sürməsini bildirsələr də, o, əhəmiyyət verməyərək sürətini azaltmadan hərəkətini davam etdirirmişdir. Mərkəzi xəstəxananın yanını keçdikdən sonra Toğrul yenə də avtomobillə 100 km/saat və daha artıq sürətlə hərəkət etdikdə, onlar Toğrula maşını yavaş sürməyi desələr də, Toğrul buna əhəmiyyət verməyərək maşının sürətini azaltmadan hərəkətinə davam etmişdir. Qəflətən Toğrul idarəetməni itirmiş və maşın sağa-sola istiqamətlənib, əvvəl Əyriçay çayının üstündəki daş sütuna çırpılmış və o, zərbədən huşunu itirmişdir. Təxminən 3 gün sonra Bakı şəhəri ərazisində müalicə olunduğu Neyrocərrahiyə xəstəxanasında ayılmış və tədricən hadisəni xatırlamağa başlamışdır. Hadisə Toğrulun avtomobili 100 km və daha artıq sürətlə idarə etməsi və idarəetməni itirməsi səbəbindən baş vermişdir. Hadisədən əvvəl yola it qaçmamış, o, yolda it görməmiş, hadisə zamanı asvalt yaş olmuşdur. Hadisə baş verən zaman avtomobilin qabaq oturacağında o, arxa sol oturacaqda qardaşı Qismət, ortada mərhum Yunis, arxa sağ tərəfdə isə Mətin əyləşmişdir. Hadisə Toğrulun avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş vermişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X3 onun sinif yoldaşı olmuş, Yunislə münasibəti yaxşı olmuşdur. Yunisə məxsus “Naz Lifan” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. xx.xx.2022-ci il tarixdə Yunisin idarə etdiyi avtomaşınla rayon ərazisinə bir neçə yerlərə gedib vaxt keçirmişlər. 26 ferval 2022-ci il tarixdə saat 21 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən ara küçəyə keçib maşını Yunisin yaşadığı binanın qarşısında saxlamaq və sonra yaxınlıqdakı Mürsəli adlı şəxsə məxsus kafeyə gedib pivə içmək fikirləri olmuş, onlar əsas yoldan ara küçəyə keçərkən onun və Yunisin tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz markalı avtomobilin işıqlarını yandırıb söndürərək maşını saxlamağı işarə vermiş, maşını saxladıqdan sonra Toğrul hara getdiklərini soruşduqda, o və Yunis maşını binanın qarşısında saxlayıb pivə içməyə getmək istədiklərini demişlər. Toğrul isə onlara demişdir ki, “maşını binanın qarısında saxlayın, gəlib sizi götürürəm”. Onlar yaxınlıqda maşını binanın qarşısında saxladıqdan sonra Toğrul idarə etdiyi maşınla binanın qarşısına getmişdir. O maşının qabaq oturacağında, mərhum Yunis isə arxa oturacaqda əyləşmiş və birlikdə kafeyə getmişlər. Toğrul maşın sürdüyü üçün duşes sifariş vermiş, o və Yunis isə hər biri pivə sifariş verib içməyə başlamışlar. O, tanışı Şahid telefonuna zəng atmış, Qismət mobil telefonuna zəng edərək danışıb hal-əhval etmiş və harada olduqlarını soruşduqda, o, Qismətə kafedə olduqlarını, gəlmək istəyirsə gəlməyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Qismət də kafeyə getmiş və sonucu da pivə sifariş verib içməyə başlamışdır. Bir qədər sonra Yunisin mobil telefonuna zəng gəlmiş və o, “Kəpənək” adlanan yerə getmiş, gedərkən isə onlara “maşınla çıxanda məni də götürərsiz” demişdir. Onlar təxminən 30 dəqiqə oturduqdan sonra maşınla rayon ərazisində hərəkət etməyi qərara almışlar. Qismət maşının qabaq oturacağında, o isə arxa oturacaqda əyləşmişdir. Onlar “Kəpənək” adlanan yerə getmişlər və Yunis də maşının arxa oturacağına əyləşmişdir. Qismət qardaşı Taleyə siqaret qutusu aldığı üçün qapıda aparıb verməyi xahiş etmiş, Qismətin yaşadığı evin qarşısına çatanda Toğrul Qismətə demişdir ki, “sən keç arxaya böyük qardaşın Tale də bizimlə gedəcək, sən arxada otur”. Tale qapıdan çıxanda artıq Qismət arxa sol qapıdan maşının arxa oturacağına Toğrulun arxasında əyləşmişdir. Tale siqaret qutusunu Qismətdən almış, Toğrul da Taleyə maşına oturmasını, rayon ərazisində hərəkət edib vaxt keçirməyi demiş, Tale də qabaq oturacaqda əyləşmişdir. Tale qabaq oturacaqda, Qismət arxa sol oturacaqda, o arxa sağ tərəfdə, Yunis isə ortada əyləşmişdir. Həmin gün artıq saat 22 radələrində Toğrul avtomobili idarə edib ara küçə ilə gedərkən onlar Toğrula əsas yola çıxmamağı, ara küçə ilə hərəkət edib birlikdə vaxt keçirməyi demişlər. Toğrul isə heç nə deməyib İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsinə çıxmış və həmin küçə ilə sürəti artırıb şəhərin cənub istiqamətində hərəkət etməyə başlamışdır. Mərkəzi xəstəxananın yanını keçdikdən sonra Toğrul avtomobillə 100 km/saat və daha artıq sürətlə hərəkət etdikdə o və avtomaşında olan digərləri Toğrula maşını yavaş sürməyi desələr də, Toğrul buna əhəmiyyət verməyərək maşının sürətini azaltmadan hərəkətinə davam etmişdir. Həmin vaxt hava çiskinli və asfalt yol yaş olmuşdur. Qaraməryəm-İsmayıllı-Şəki yolunun Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində yanacaqdoldurma məntəqəsinin yanını keçdikdən sonra Toğrul qəflətən idarəetməni itirmiş, maşın sağa-sola istiqamətlənib əvvəlcə Əyirçay çayının üstündəki daş sütuna, sonra isə fırlanaraq “Məhsul” istirahət komleksinin qarşısındakı daş sütuna çırpılmışdır. Hava şarı açıldığı üçün zərbədən qoruna bilmişdir. Maşın çevrilmiş vəziyyətdə çırpıldığı yerdə dayandıqdan sonra Yunisdən xırıltı səsinin gəldiyini eşitmişdir. Maşının qapısı açılmadığı üçün sınmış şüşədən çölə güclə çıxmış və maşının qabaq tərəfinə çatanda özünü itirib yerə yıxılmışdır. Orada olan 2-3 nəfər tanımadığı şəxs yaxınlaşıb ona köməklik etmişlər və o, maşının mator hissəsinin yandığını orada olan şəxslərə deyərək su gətirmələrini bildirmişdir. Həmin şəxslər yaxınlıqdan su gətirib maşının mator hissəsini söndürmüşlər. O, maşında sərnişinlərin olmasını və köməklik göstərmələrini xahiş etmişdir. Sürücü Toğrul da öz qapısından yerə düşmüşdür. Qısa müddət sonra İsmayıllı Rayon Dövlət X9 əməkdaşları hadisə yerinə gəlmişlər və sağ arxa qapını kəsib Yunisi maşından çıxartmışlar. Yunisi təcili tibbi yardım maşınına əyləşdirib İsmayıllı RMX-ya aparmışlar. Daha sonra isə qabaq sağ qapını kəsib Taleyi maşından çıxarmışlar. Qismət də arxa sağ qapı açıldığı üçün maşından yerə düşmüşdür. Taleyi hadisə yerində xərəyə qoyub hadisə yerində olan Mersedes markalı sürücüsünü tanımadığı şəxsin avtomobilinə mindirmişlər. Tale və Qismət Mersedes markalı maşınla xəstəxanaya getmişlər. O və sürücü Toğrul isə Məhsul istirahət komleksini işlədən Elman adlı şəxsin avtomaşını ilə xəstəxanaya aparılmışlar. Xəstəxsanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. Sonradan müayinə zamanı onurğasında fəqərə sümüyünün çıxıntılarında sınıq aşkar edilmişdir. Hadisə zamanı Toğrul avtomobili 100 km və daha artıq sürətlə idarə etmişdir. Hadisədən əvvəl yola it qaçmamış və hər hansı bir maneə olmamışdır, O, yolda it görməmiş, hadisə zamanı asfalt yaş olmuşdur. Hadisə Toğrulun avtomobili yüksək sürətlə idarə etməsi və idarəetməni itirməsi səbəbindən baş vermişdir. Hadisədən sonra omba sümüyündən, qabırğasından və onurğasından müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayəti yoxdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək, hadisə zamanı yüngül dərəcəli bədən xəsarəti aldığını və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:45-də İsmayıllı Rayon Polis Şöbəsinin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı Pünhan Mahmudov növbətçi hissəyə zəng edərək, İsmayıllı şəhərində “Məhsul” restoranının yanında yol nəqliyyat-hadisəsinin olmasını, xəsarət alanların olduğunu bildirərək, həmin əraziyə əməliyyat qrupunun göndərilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci kilometrliyində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində baş vermişdir. Mersedes Benz C230 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Məhsul” restoranının qarşısında beton dirəyə çırpılmış vəziyyətdə dayanmışdır. Avtomobilin sağ tərəfdi əzilmiş və deformasiyaya uğramış vəziyyətdədir. Hava çiskin olduğundan asfalt yaş örtüklüdür. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi həmin avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci kilometrliyində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində Qaraməryəm istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində Əyriçay çayının üzərindəki körpünün kənarındakı qoruyucu betona çırpılmış və “Məhsul” restoranının qarşısındakı daş sütuna çırpılaraq dayanmış, nəticədə sürücü Təqsirləndirilən şəxs, avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2, avtomobilin arxa oturacağında əyləşmiş Şahid, X13, Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı RMX-ya daxil olmuşlar. Hadisə yerində yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun sağ və sol ehtiyat hissələrinin eni 2 metrdir. Avtomobilin ilk olaraq beton qoruyucuya çırpıldığı yerdən dayandığı yerə qədər olan məsafə 33 metrdir. Yolun hərəkət hissəsinin kənarından avtomobilin qabaq sağ təkərinə qədər olan məsafə 6,6 metrdir. Avtomobilin daş sütuna çırpıldığı yerdə avtomobilin plasmas kontruksiyaları tökülüb qalmışdır. Avtomobilin salonunda sükan arxasından, qabaq sağ oturacağın qarşısındakı şitdən və salonunun yuxarı sağ ban hissəsindəki hava yastıqları çıxmışdır. Avtomobilin sükanı arxasından çıxmış üzərində qanabənzər ləkə olan hava yastığı 1 rəqəmi ilə işarələnərək 1 ədəd ağ zərfdə qablaşdırılıb üzəri İsmayıllı RPŞ-nın 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa, avtomobilin qabaq sağ oturacağındakı şitdən çıxmış hava yastığı 2 rəqəmi ilə işarələnərək 1 ədəd ağ zərfdə qablaşdırılıb üzəri İsmayıllı RPŞ-nın 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa, avtomobilin arxa sağ oturacağının yanında qanabənzər ləkə aşkar edilərək 1 ədəd steril pambıqlı çöpə hopdurulmuş və 1 ədəd ağ zərfdə qablaşdırılıb üzəri İsmayıllı RPŞ-nın 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Restoranın daş sütünuna və digər hissələrə baxış keçirilmiş və hər hansı ziyanın dəyməsi müəyyən edilməmişdir. Hadisə yaşayış məntəqəsi daxilində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ və etibarnaməsi olmadan idarə etdiyi X12 məxsus Mersedes Benz C320 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci km-də, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsi ilə Qaraməryəm istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş, avtomobil yoldan çıxaraq ilk əvvəl “Əyriçay” adlanan çayın üzərindəki yolun sağ kənarında qoruyucu betona çırpılmış daha sonra “Məhsul” restoranının qarşısındakı daş sütuna çırpılaraq orada dayanmış, hadisə nəticəsində qabaq oturacaqda əyləşmiş İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 34-də yaşayan Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin qapalı travması kimi, arxa oturacaqda sərnişin qismində əyləşmiş İsmayıllı şəhəri, F.Əhmədzadə küçəsində yaşayan 1998-ci il təvəllüdlü Şahid qapalı kəllə beyin travması, boynun qapalı travması kimi, İsmayıllı rayonu, 2-ci Yeniyol kəndində yaşayan 1999-cu il təvəllüdlü X13 döş qəfəsinin, boynun, çanağın qapalı travması, travmatik şok İV dərəcə kimi, İsmayıllı şəhəri, M.Hüseyin küçəsində yaşayan 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 onurğanın və çanağın qapalı travması kimi və sürücü Təqsirləndirilən şəxs onurğanın qapalı travması kimi bədən xəsarətləri alaraq İsmayıllı RMX-ya daxil olmuşlar. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 fevral 2022-ci il tarixli spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 fevral 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə İsmayıllı RMX-dan həkim Fövqiyə Məcidova zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarətlə xəstəxanaya daxil olmuş İsmayıllı rayonu, 2-ci Yeniyol kəndində yaşayan 1999-cu il təvəllüdlü X7 öldüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan 13 aprel 2022-ci il tarixli barədə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Cinayət işinin materiallarında olan 13 aprel 2022-ci il tarixli avtomaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin avtomobil Mersedes Benz C320 markalıdır, minik modellidir, 2001-ci il buraxılışlıdır. Avtomobilin sağ yan hissəsi və ban hissəsi deformasiya uğramış, qabaq bufer yerindən çıxmış, qabaq alın şüşəsi sınmışdır. Baxış zamanı iştirak edən X10 Mərkəzinin icraçı direktoru Rövşən Abdullayev bildirmişdir ki, Mersedes Benz C320 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi nəticəsində ciddi zədələnməyə məruz qaldığından təmirdən sonrakı istismarı qeyri-mümkündür. Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin tormoz, sükanlı idarəetmə və digər sistemlərində nasazlıq müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X28 İsmayıllı rayon şöbəsindən daxil olmuş mərhum məhkəmə-tibbi ekspertizasının xx.xx.2022 ci il tarixli 09 nömrəli rəyindən görünür ki:
1. X2 meyitində aşkar edilmiş xəsarətlər – daxili qanitirmə ilə müşayiət edilən sağ ağ ciyərin cırılması, sağ körpücük sümüyünün, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğalarının və çanaq sümüyünün qapalı yerdəyişən sınıqları, baş-beyinə qansızma, bədənin sıyrıq və qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, yəni xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində mərhum Y.M.Məmmədovda əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.
2. X2 ölümünə səbəb aldığı travma nəticəsində daxili qanaxma olmuşdur.
3. X2 ölümü xx.xx.2022-ci il tarixdə, saat 03:00-da İsmayıllı RMX-da baş vermişdir (İsmayıllı RMX-nın tərtib etdiyi ******* saylı stasionar xəstənin tibbi kartasında qeyd edilənlərə əsasən).
4. X2 meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Məhkəmə kimyəvi müayinə aktı N 753/K,xx.xx.2022-ci il). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş həmin şöbə tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022 ci il tarixli 146 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Şahid məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ tərəfli Vİİİ qabırğanın yerdəyişməyən sınığı bərk küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022 ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş həmin şöbə tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022 ci il tarixli 147 nömrəli rəyindən görünür ki, 1996 -cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - müstərək travma, açıq kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın sümüyünün, burun sümüyünün və sağ körpücük sümüyünün yerdəyişən sınığı, sağ üz sinirinin travmatik neyropatiyası, sol gözün travmatik amovrozu, göz qapaqlarının dərialtı hematoması və göz alması konyuktivasının xemozu bərk küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş həmin şöbə tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 148 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər -1.5 fəqərə cisminin sağ yan çıxıntısının, oma sümüyünün və S5 fəqərə qövsünün sınıqları bərk küt, əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaqa verdiyi ifadəni tam təsdiq edir, hazırda dayandıqları yer Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci kilometrliyində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsidir. Hadisə yerində yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun sağ və sol hərəkət zolaqlarının eni 3,5 metrdir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi Mercedes Benz C320 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2, arxa sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1, arxa oturacaqda ortada əyləşmiş X3 və arxa sol oturacaqda əyləşmiş Şahid ilə birlikdə 100 km/saat sürətlə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci kilometrliyində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsi ilə Qaraməryəm istiqamətində hərəkətdə olarkən qəflətən təxminən 20-30 metr məsafədən qarşısına bir it çıxmış və həmin iti vurmamaq üçün avtomobilin sükanını sağa döndərib yoluna davam etmək istəsə də, idarəetməni itirmiş və avtomobil əvvəlcə yolun sağ kənarında beton sütuna, sonra isə “Məshul” restoranının qarşısındakı daş sütuna çırpılmış və avtomobil dayanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 18 aprel 2022-ci il tarixli 1796 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası, anası və bacısı ilə birlikdə İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3 ünvanında yaşayır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 iyun 2022 il tarixli 9/3773 nömrəli rəyindən görünür ki, 2001- ci il buraxılışlı Mercedes Benz markalı C320 modelli 99-SZ -872 dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 11000.00 (on bir min) manat müəyyən olunur. Sözügedən avtomobil avtoservis şəraitdə söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirirldikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş İsmayıllı RPŞ-nın xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, İsmayıllı RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan Mersedes Benz C320 markalı **-SZ- *** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün faktiki sahibi X18 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji anatomiya X27 şəxsindən alınmış məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 314/2022 MTBŞ nömrəli rəyindən görünür ki:
1. X7 ABO sistem üzrə qan qrupu–A/ İİ/ (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosürətinə əsasən).
2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – A/İİ/.
3. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu - O/İ/.
4. Şahid ABO sistemi üzrə qan qrupu – O/İ/.
5. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu – A/ İİ/.(sonuncuların şəxsiyyət vəsiqələrini kserosürətlərinə əsasən).
6. Ekspertizaya təqdim olunan Mercedes Benz C320 markalı 99–SZ–872 dövlət qeydiyyat nişanlı avtomaşının sükanından, Mercedes Benz C320 markalı 99–SZ–872 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ oturacağından çıxmış hava yastıqları (təhlükəsizlik yastıqları), üzərindəki ləkələrdə və Mercedes Benz C320 markalı 99-SZ–872 dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağından sağ hissədən çubuqlu pambıq üzərinə hopdurulub götürülmüş ləkədə insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri alındı.
7. Beləliklə, bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən X3na, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus ola bilər (əgər onların qanlarında müşayiətçi “H” antigeni varsa). Lakin göstərilən ləkələrdə qanın qarışıq olduğu halında– O/İ/ qruplu Zərərçəkmiş şəxs2 və Şahid qarışmış qanlarının olması da ABO sistemi ilə inkar olunmur (ləkələrin ölçü və intensivliyini nəzərə alsaq qarışıq qanın olması az ehtimal olunur). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş İsmayıllı RPŞ-nın xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya X27 şəxsin 09 nömrəli möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd sellofan bağlamada qablaşdırılmış 2 ədəd kağız zərflərdə hava yastığının kəsikləri və 1 ədəd zərfdə steril pambıqlı çöp maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından onun 28 fevral 2020-ci il tarixdən 01 mart 2020-ci il tarixə və 23 sentyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək həbsdə qaldığı, ümumilikdə 01 ay 23 gün çıxılmış və üzərində qalan 03 il 04 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş və hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzindən alınmış məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 27 iyul 2022 ci il tarixli 8/ 1889 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş Mercedes Benz C320 markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X23 Benz C320 markalı avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkət haqqında“ Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Hacıyev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km /saat sürətindən yüksək, 100 km /saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 09 avqust 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı hadisənin necə və hansı şəraitdə baş verməsini söyləməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 09 avqust 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı hadisənin necə və hansı şəraitdə baş verməsini söyləməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 22 avqust 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı hadisənin necə və hansı şəraitdə baş verməsini söyləməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 23 avqust 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid Təqsirləndirilən şəxs üzünə qarşı hadisənin necə və hansı şəraitdə baş verməsini söyləməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sübutlarla tam təsdiqini tapmışdır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə, bir-birini tamamlayır və bu sübutlar arasında heç bir ziddiyyət müəyyən olunmur. Təqsirləndirilən şəxs CM-in 263-1.3cü maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməsinə heç bir şübhə yoxdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ölmüş zərər çəkmiş şəxsin anası olan hüquqi varisi ilə, eləcə də digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, əməlindən peşman olduğunu bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və təyin olunan cəzanı real olaraq çəkməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması.. və sair kimi hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törədib-törətməməsi məsələsini aydınlaşdırmaq məqsədi ilə İsmayıllı Rayon Məhkəməsinə və İsmayıllı Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilmiş və cavablar alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli SDS-2605 nömrəli, İsmayıllı Rayon Polis Şöbəsinin isə 15 sentyabr 2022-ci il tarixli 169-23513-1222 nömrəli məktubları ilə məhkəmə kollegiyasına bildirilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı təqsirli bilinməsinə dair ilə İsmayıllı Rayon Məhkəməsində hər hansı işə baxılmamış, DİN-in mərkəzi informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Eyni zamanda, o da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin onun 28 fevral 2020-ci il tarixdən 01 mart 2020-ci il tarixə və 23 sentyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək həbsdə qaldığı, ümumilikdə 01 ay 23 gün çıxılmış və üzərində qalan 03 il 04 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş və hazırda məhkumluğu ödənilməmişdir. Yəni, o, barəsində olan cəza şərti olaraq tətbiq edildiyi müddətdə yenidən ehtiyatsızlıqdan ağır cinayət törətmişdir. CM-in 71.4-ci maddəsində göstərilir ki, şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Belə vəziyyətdə məsələni həll etməli olan məhkəmə kollegiyası hesab edir ki, CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayət olduğuna və cinayət qəsdən törədilmədiyinə görə, Təqsirləndirilən şəxs barədə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə şərti tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməməlidir. Məhkəmə kollegiyası şərti məhkum etmənin ləğv edilməli olmaması qənaətinə gəldiyinə görə, Təqsirləndirilən şəxs təyin edilmiş 3 il 4 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası müstəqil icra edilməsinə də zərurət qalmır. Çünki, şərti məhkum etmə xx.xx.2020-ci il tarixdə tətbiq edildiyindən, 13 noyabr 2022-ci ildə həmin müddət başa çatmışdır. Məhkəmə kollegiyasına daxil olmuş İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin 11 noyabr 2022-ci il tarixli 211097/20-45-4 nömrəli məktubunda da bildirilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(107)-216/2020 nömrəli qərarına əsasən, CM-in 126.1-ci maddəsilə təqsirli bilinərək iki il sınaq müddəti müəyyən olunmaqla şərti cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün 11 noyabr 2022-ci il tarixdə İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Ona görə də Təqsirləndirilən şəxs təyin edilmiş iki il müddətə şərti sınaq müddətinin başa çatması nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-in 263-1.3-cü maddəsilə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı faktiki həbsə alındığı andan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrumetmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 135 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz C320” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün faktiki sahibi X18 təhvil verilməsi nəzərə alınmalı, İsmayıllı RPŞ-nın saxlanc anbarında saxlanılan Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X17 X28 09 nömrəli möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd sellofan bağlamada qablaşdırılmış 2 ədəd kağız zərflərdə hava yastığının kəsikləri və 1 ədəd zərfdə steril pambıqlı çöp məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib üç il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 15 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş üç il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmlə müəyyən edilmiş üç il altı ay müddətə şamil edilsin. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 03 il 04 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edildiyi iki il sınaq müddətinin başa çatması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan yüz otuz beş manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz C320” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün faktiki sahibi X18 təhvil verilməsi nəzərə alınsın, İsmayıllı RPŞ-nın saxlanc anbarında saxlanılan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X28 09 nömrəli möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd sellofan bağlamada qablaşdırılmış 2 ədəd kağız zərflərdə hava yastığının kəsikləri və 1 ədəd zərfdə steril pambıqlı çöp məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov