Məhkəmə qərarları › İş №1(091)-224/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-224/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-224/2022 10.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxxxxxx 1973-cü ildə Zaqatala rayonu Muxax kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının sonlarında Zaqatala rayonu Dağlı kəndi ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını yığmaqla qanunsuz olaraq satış məqsədi, yəni tamah niyyəti ilə külli miqdarda hesab edilən 8700 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuana əldə etmiş və yaşadığı Zaqatala rayonu Muxax kəndində yerləşən fərdi yaşayış evində saxlamış, eləcə də həmin bitkilərin yarpaqlarını toplayıb sonradan yaşadığı Zaqatala rayonu Muxax kəndində yerləşən fərdi yaşayış evində qurutmaqla qanunsuz olaraq satış məqsədilə ilə 44,03 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə etmiş, əldə etdiyi qurudulmuş marixuananı xx.xx.2022ci il tarixdə 08 ədəd kibrit qutusunda qablaşdırıb yaşadığı evin mətbəx otağında çaydanın içərisində gizlətməklə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində həmin kibrit qutularından içərisində narkotik vasitənin çəkisi 5,93 qram olan 01 ədədini gizlətdiyi həmin yerdən götürüb üzərində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 06 avqust 2022-ci il tarixdə saat 1610 radələrində Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayon Muxax kəndində saxlanılaraq Zaqatala rayon polis şöbəsinə gətirilmiş və üzərində həmin gün saat 1707-dən 1723-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən əynindəki qısaqol köynəyin sol döş cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,93 qram olan qurudulmuş marixuana, saat 1800-dan 1830-dək olan müddət ərzində yaşadığı Zaqatala rayonu Muxax kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin mətbəxində olan qırmızı rəngli çaydanın içərisindəki şəffaf sellofan torbada altı ədəd tam və ortadan kəsilməklə iki yerə bölünmüş kibrit qutularında, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 5,52qr., 5,07qr., 5,43qr., 5,27qr ., 5,99qr., 5,39qr., 2,56qr. və 2,87qr., ümumi çəkiləri 38,10 qram qurudulmuş marixuana, eyni zamanda evin həyətində olan altıaçığın sağ tərəfindəki otağa baxış keçirilərkən həmin otaqda karton qutunun içərisində bir ədəd sintetik kisədə təmiz çəkisi 8700 qram olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşdığı Zaqatala rayonu Muxax kəndində yolun kənarında oturan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmiş, sonra onu yaşadığı evə apararaq oraya baxış keçirilən zaman Əlibayramlı adlanan yerdən yığdığı yabanı halda bitmiş qurudulmamış marixuana və altı ədəd kibrit qutusunda yerdən tapdığı qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuana istifadəçisi olduğu üçün tutulmamışdan təxminən 10 gün əvvəl Zaqatala rayonu Dağlı kəndində yerləşən çöl sahəsinə yabanı halda bitmiş çətənə kollarından özü ilə apardığı sintetik kisəyə yığaraq yaşadığı evə gətirmiş, yaşadığı evdə həmin kolları sərib bir hissəsini qurutmuşdur. Təxminən xx.xx.2022-ci il tarixdə tam qurumuş çətənə kolarından əldə etdiyi marixuananı 8 ədəd kibrit qutularına yığaraq yaşadığı evin mətbəxindəki qırmızı rəngli çaydanın içərisində gizlətmiş, çətənə kollarının qalan qurudulmamış hissəsini isə sintetik kisədə qablaşdırıb yaşadığı evə bitişik olan yardımçı tikilidəki saxlanc yeri kimi istifadə etdiyi otaqda olan karton qutunun içərisinə qoyub otaqdakı çarpayının altında saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evin mətbəxindəki çaydanın içərisində olan 8 ədəd kibrit qutusunda olan marixuanadan öz istifadəsi üçün bir ədəd kibrit qutusundakı marixuananı götürüb küçəyə çıxmış, saat 1610 radələrində Muxax kəndində “Selpo” adlanan yerdə olduğu zaman Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon polis şöbəsinə dəvət etmişlər. Zaqatala rayon Polis Şöbəsində şübhəli şəxsi qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qısaqol köynəyin sol döş cibindən bir ədəd kibrit qutusunda olan çəkisi 8,5 qram olan marixuananı çıxarıb təqdim etmişdir. Daha sonra məhkəmənin qərarı əsasında yaşadığı Muxax kəndindəki evinə baxış keçirilən zaman evə bitişik olan yardımçı tikilidəki saxlanc yeri kimi istifadə etdikləri otaqda karton qutunun içərisində gizlətdiyi içərisində 8805 qram çəkidə çətənə kolları olan sintetik kisəni polis əməkdaşlarına təqdim etmiş, daha sonra evin mətbəxindəki qırmızı rəngli çaydanın içərisində gizlətdiyi çəkiləri 6,2; 5,8; 6,2; 6,8; 6,1; 6.1 və 6,3 qram olan altı ədəd bütöv, çəkisi 6,3 qram olan bir ədəd ortadan bölünmüş olmaqla ümumilikdə yeddi ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitələr qablaşdırılaraq götürülmüş, narkotik vasitələri öz şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zaqatala rayon X6 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 06 avqust 2022ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 1610 radələrində Təqsirləndirilən şəxs Zaqatala rayonu Muxax kəndi ərazisində saxlanılaraq Zaqatala rayon Polis Şöbəsinə gətirilmiş, Zaqatala rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman əynindəki qısaqol köynəyin sol döş cibindən üzərində “KHYBER” yazısı olan və 8,5 qram çəkidə içərisində narkorik vasitə marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusunu təqdim etmişdir. İçərisində narkotik vasitə olan kibrit qutusu qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdəki çardağın altında sağ tərəfdəki otaqda olan çarpayının altında çəkisi 8,805 qram olan içərisində narkotik vasitə marixuanaya bənzər kütlə, mətbəxdəki qaz piltəsinin üzərindəki qızrmızı rəngli çaydanın içərisində olan sellofan torbanın altından şəffaf rəngli sellofan torbada olan altı ədəd tam şəkildə və bir ədəd ortadan kəsilərək iki yerə bölünmüş, çəkiləri ayrı-ayrılıqda 6,2 qram, 5,8 qram, 6,2 qram, 6,8 qram, 6,1 qram, 6,1 qram və 6,3 qram olan və içərisində narkotik vasitə marixuanaya bənzər kütlələrin olduğu, üzərində «СПИЧКИ» yazısı olan kibrit qutuları aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Zaqatala rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3, X10 və X1 Kriminalisti Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 yuxarıda göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 07 avqust 2022-ci il tarixli 17/614 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində“Təqsirləndirilən şəxs təqdim etdiyi...bir ədəd kibrit qutusu” sözləri, adlar və imzaları zərfin içərisindəki 01 (bir) ədəd kibrit qustusunda, təmiz çəkisi-5,93 qram olan bitki mənşəli kütlə tərkibində maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində“Təqsirləndirilən şəxs yaşadığı...yaşayış evində aşkar edilərək götürülmüş...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 06(altı) ədəd kibrit qutusunda və 02(iki) ədəd yarı hissəsi kəsilmiş kibrit qutusunda, uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri-5,52 qr., 5,07 qr., 5,43 qr., 5,27 qr., 5,99 qr., 5,39 qr., 2,56 qr. və 2,87 qr., ümumi çəkiləri 38,10 qram olan bitki mənşəli kütlələr tərkbində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı...yaşayış evinə bitişik olan yardımçı tikilidə aşkar edilərək götürülmüş..” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki, təmiz çəkisi-8700,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 07(yeddi) ədəd kibrit qutusunda və 02(iki) ədəd yarı hissəsi kəsilmiş kibrit qutusunda olan qurudulmuş marixuanalar ilə 01(bir) ədəd sintetik kisədə olan qurudulmamış marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2022-ci il tarixli 1211 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi tabeliyində Dövləy Sosial Müdafiə Fondu X12 3 saylı Şəki-Zaqatala regional filialı tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Muxtar oğlu 2-ci dərəcəli əlilliyə görə sosial müavinət alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 06 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qısaqol köynəyin sol döş cibindən üzərində “KHYBER” yazısı olan və içərisində 8,5 qram narkotik vasitə marixuanaya oxşar kütlə olan kibrit qutusunu təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi haqqında 06 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdəki çardağın altında sağ tərəfdəki otaqda olan çarpayının altında çəkisi 8,805 qram olan içərisində narkotik vasitə marixuanaya bənzər kütlə, mətbəxdəki qaz piltəsinin üzərindəki qızrmızı rəngli çaydanın içərisində olan sellofan torbanın altından şəffaf rəngli sellofan torbada olan altı ədəd tam şəkildə və bir ədəd ortadan kəsilərək iki yerə bölünmüş, çəkiləri ayrı-ayrılıqda 6,2 qram, 5,8 qram, 6,2 qram, 6,8 qram, 6,1 qram, 6,1 qram və 6,3 qram olan və içərisində narkotik vasitə marixuanaya bənzər kütlələrin olduğu, üzərində «СПИЧКИ» yazısı olan kibrit qutuları aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Zaqatala şəhər Mərkəzi Xəstəxanası” X11 19 avqust 2022-ci il tarixli 1042 nömrəli arayışından görünür ki, Murtuzov X3 şöbəsinin psixiatrik kabinetində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Murtuzov X7 rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 143cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə 01 il 04 ay 16 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Muxax kənd ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Murtuzov X7 rayonu Muxax kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Zaqatala rayonu Muxax kəndində yaşayan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs X2 vərəm kabinetində “iki tərəfli ağ ciyər vərəmi” diaqnozu ilə xx.xx.1999-cu il tarixdə qeydiyyatda olub, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxıb İş materiallarına əlavə edilmiş 06 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1655-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Zaqatala rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin ayrı-ayrı kibrit qutularında olması, çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və işdə olan digər sənədlər əsas verir. Bu səbəbdən də məhkəmə tərkibi Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri şəxsi istehlak məqsədi ilə saxlamasına dair ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, iki tərəfli ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməklə 2-ci dərəcəli əlil olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 06 avqust 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilən «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydasının 3.2-ci bəndinə əsasən əlil olan və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olduğuna görə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 06 avqust 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Zaqatala rayon Polis Şöbəsində saxlanılan 43,85 qram çəkidə qurudulumuş marixuana və ekspert tədqiqatından sonra qalıq qalmış 8699,95 qram çəkidə qurudulmamış marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xstəliyindən əzab çəkdiyinə görə yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar